Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1442/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, urdu və Azərbaycan dilləri üzrə tərcüməçi – X2, təqsirləndirilən şəxs – Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs iştirakı ilə, 9 mart 1980-ci ildə Pakistan İslam Respublikasının Karachi şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikası, Karachi şəhəri, blok 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 aprel 2024-cü il tarixdə, saat 11:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmək və daha sonra Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə poçt vasitəsi ilə Yeni Zellandiya dövlətinə göndərmək barədə Pakistan İslam Respublikasında olan qeyrisi və şəxsiyyətləri müəyyənləşdirilməmiş digər şəxslərlə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasından poçt vasitəsi ilə Yeni Zellandiyaya göndərməsi üçün cinayətkar qrupun Pakistan İslam Respublikasında olan üzvlərindən, sonuncuların 19 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edərək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qara rəngli surətçıxaran kağıza bükülmüş 1 bükümü bəzək əşyalarının və digər baxım ləvazimatlarının yığılması üçün nəzərdə tutulmuş taxta qutunun siyirmə üçün nəzərdə tutulan hissəsinin sol tərəfindəki iki ədəd arakəsməsinin arasındakı boşluğa, digər 2 bükümünü isə həmin qutunun arxa divarının aşağı hissəsində kustar üsulla hazırlanmış boşluğuna yerləşdirilməklə 3 bükümdə qablaşdırılmış cəmi 1000,98 qram olmaqla, külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib qeyd edilən külli miqdarda psixotrop maddənin olduğu bağlamanı özündə saxlamış, cinayətkar qrupun əvvəlcədən müəyyən etdiyi marşrut üzrə daşımaqla əvvəlcə, 19 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasına aparmış, 29 sentyabr 2023-cü il tarixdə, saat 22 radələrində Tehran-Bakı aviareysi ilə İran İslam Respublikasının Tehran şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gələrək Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X12 Hava Limanının 2-ci terminalında yerləşən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində qeyd olunan psixotrop maddənin gizlədildiyi, müşayiət etdiyi baqaj yükünün üzərinə yapışdırılmış qırmızı rəngli nəzarət lentini sökərək gömrük əməkdaşlarının diqqətini yayındırmağa nail olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir.
2. Bundan başqa, o, Pakistan İslam Respublikasında olan qeyrisi və şəxsiyyətləri müəyyən edilməmiş digər şəxslərlə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Pakistan İslam Respublikasında olan üzvlərinin tapşırığına əsasən ünvan 1 ünvanında yerləşən, müvəqqəti yaşadığı “A&F” adlı hosteldə qanunsuz olaraq satış məqsədi ilə saxladığı 29 sentyabr 2023-cü il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdiyi malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qutuda yerləşdirilmiş 3 bükümdə olan cəmi 1000,98 qram olmaqla, külli miqdarda psixotrop maddə hesab edilən həmin metamfetamini təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək Yeni Zellandiyaya - ünvanı “7 Glennis Pİ Clendon Park AUCKLAND 2103 Yeni Zellandiya”, telefon nömrəsi isə “+**********8” olan “Maria Osman” adlı şəxsə göndərmək üçün 3 oktyabr 2023-cü il tarixdə "xxxx" beynəlxalq sürətli poçtdaşıma şirkətinə təhvil vermiş, 4 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisində yerləşən X12 Hava Limanının Bakı Karqo Terminalında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı Logistika Mərkəzi” gömrük postunda həmin bağlamaya baxış keçirildikdə qeyd edilən psixotrop maddə gizlədildiyi yerdən, yəni qutudan aşkar edilərək götürülmüş, özü isə gömrük əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində 4 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində qaldığı hosteldə saxlanılmışdır.
İşin halları və dəlilləri:
3. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, adı Təqsirləndirilən şəxs, atasının adı Vali Muhammed, soyadı isə Khandır. Pakistan İslam Respublikası tərəfindən verilmiş pasportda qeyd edilmiş X20 əridir. Evlidir, 3 övladı vardır. Uşaqları müvafiq olaraq 23, 17 və 13 yaşındadırlar. Evdə sifariş əsasında müxtəlif yeməklər bişirərək satışını həyata keçirməklə məşğul olmuşdur. Əri yaşadığı Karachi şəhərində yerləşən “Fatmia” xəstəxanasında mühafizəçi işləyir. 23 yaşlı oğlu X21 şəhərində yerləşən kafelərdən birində aşpaz işləyir. 17 yaşlı qızı Nayab Fatimə isə ərdədir. 13 yaşlı övladı Dabir Ali isə orta məktəbin 9-cu sinfində təhsil alır. Təxminən iki il əvvəl Ali adlı Pakistan İslam Respublikası vətəndaşı olan kişi cinsli şəxslə tanış olmuşdur. Belə ki, yaşadığı Karachi şəhərində təşkil edilmiş bir tədbir üçün sifariş əsasında yemək hazırlamış və həmin vaxt Ali sifariş olarsa əlaqə saxlamaq məqsədi ilə onun mobil telefon nömrəsini götürmüşdür. Ali təxminən 55-60 yaşlarında yaşlı və maddi imkanı yaxşı olan bir şəxsdir. Alidən iş olduqda ona deməsini xahiş etmiş, söhbət əsnasında Aliyə islam dininin şiə məzhəbindən olduğunu bildirmişdir. 2023-cü ilin avqust ayının sonları və ya sentyabr ayının əvvəllərində Ali istifadəsində olan +**********64 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi vatsap mobil tətbiqindən onun istifadəsində olan ya +**********21, yaxud da +**********79 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi vatsap vasitəsilə zəng edib ona öz valideynlərinin yerinə ziyarətə göndərməyi təklif etmiş, o da həmin təkliflə razılaşmışdır. Ali onun islam dininin şiə təriqətinə məxsus olan müsəlman kimi İran İslam Respublikasında və Azərbaycan Respublikasında olan dini ziyarətgahlara göndərə biləcəyini bildirmişdir. Bu barədə ərinə məlumat vermiş, sonuncu da etiraz etməmişdir. Ali ona bir bağlama verəcəyini və həmin bağlamanı deyəcəyi adama təhvil verməsini də istəmişdir. İran İslam Respublikasına getməmişdən təxminən 15 gün əvvəl Ali onun bank hesabına təxminən 200 manat müqabilində rupi göndərmiş, özü də həmin pulu çıxarıb Alinin bildirdiyi bağlamanı götürmək üçün Pakistan İslam Respublikasının Pişəvəri şəhərinə yola düşmüşdür. Ali “Hacıqemp” avtovağzalında onu qarşılayıb qutunu verəcəklərini demiş, təxminən bir gün avtobusla yol getdikdən sonra həmin avtovağzala çatmış və Nizam adlı şəxs onu qarşılamışdır. Nizam ona taxtadan düzəldilmiş, xüsusi bölmələri olan və kosmetik əşyalar yığılması üçün nəzərdə tutulan bir qutu vermiş, təxminən 2-3 saat istirahət etdikdən sonra yenidən avtobusa minmiş və bir gün yol getdikdən sonra öz evinə qayıtmışdır. Həmin qutunu evə qoymuş, əvvəlcədən Aliyə viza məsələlərini həll etməsi üçün pasportunun surətini göndərmişdir. 17 sentyabr 2023-cü il tarixdə, axşam vaxtı Ali ona zəng edib İran İslam Respublikasına getmək üçün yola çıxmağını bildirmişdir. O, Pişəvəri şəhərində Alinin ona bildirdiyi qaydada Nizamdan götürdüyü həmin qutunu paltarına büküb bağlamış və avtobusa minib İran İslam Respublikasına getmək üçün Qoyta şəhərinə yola düşmüşdür. Təxminən 12 saat yol getdikdən sonra Qoyta şəhərinə çatmış, Qoyta şəhərində isə avtovağzalda başqa bir avtobusa minib İran İslam Respublikası ilə sərhəd olan Taftan şəhərinə getmişdir. Taftan şəhərində avtobusa minib İran İslam Respublikasına yola düşmüş, 19 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasının Zahidan şəhərinə daxil olmuş, oradan isə Qum şəhərinə getmiş və orada günü 15 manat ödəməklə “Yeqana” adlı hoteldə qalmışdır. 10 gün Qum şəhərində qalıb bütün ziyarətgahları gəzmiş və Azərbaycan Respublikasına gəlmək üçün Tehran şəhərinə yola düşmüşdür. Belə ki, 29 sentyabr 2023-cü il tarixdə təyyarə ilə Azərbaycan Respublikasına uçmalı olmuşdur. Azərbaycan Respublikasına gəlməmişdən bir gün əvvəl həmin qutuya qaldığı hoteldə baxanda qutunun kənarlarının aralandığını görmüş, ona görə də onun içərisində qanunsuz hansısa əşya olduğundan şübhələnib Aliyə vatsap vasitəsi ilə zəng edib həmin qutuda nə olduğunu ona deməsini tələb etmiş, o da həmin qutuda narkotik vasitə olduğunu demişdir. Həmin qutunu Azərbaycana aparmaqdan imtina etmiş, lakin Ali ona hədə-qorxu gələrək dediklərini etmədiyi təqdirdə Pakistan İslam Respublikasında olan ərini, uşaqlarını və digər ailə üzvlərini öldürməklə hədələmişdir. Belə ki, Ali ona hədə-qorxu gələrək ziyaratgahlara getməklə yanaşı ona verəcəyi narkotik vasitə və ya psixotrop maddə olduğunu dəqiq bilmədiyini, lakin dövriyyəsi qadağan olunmuş maddə olduğunu bildiyi bir ədəd bağlamanı da Azərbaycan Respublikasına aparmağını tələb etmişdir. Ali onun tapşırığını yerinə yetirmədiyi təqdirdə ailə üzvlərini, yəni ərini və uşaqlarını öldürməklə hədə-qorxu gəlmişdir. Alinin ailə üzvlərini öldürəcəyindən qorxaraq onun tələbi ilə razılaşmışdır. Ali ona verəcəyi bağlama ilə bağlı İranda heç bir problem olmayacağını, habelə Azərbaycan Respublikasında da həmin bağlamadakı maddənin dövriyyəsinin qadağan olunmamasını bildirərək onu həbs olunmayacağına inandırmışdır. Ali dediyini etdiyi təqdirdə ona bütün borclarını bağlayacağını və əlavə pul verəcəyini də bildirmişdir. Nizam adlı şəxs Pakistanda ona qutunu verərkən İranda həmin qutunun yanına qoymaq üçün bəzi milli qadın geyimləri, müxtəlif aşağı keyfiyyətdə və dəyərdə olan zərgərlik məmulatları və bəzək əşyaları almasını tapşırmışdı. Alinin tapşırığı ilə gedib dükandan paltar və kosmetik əşyalar alıb həmin qutuya qoymuş və çanta alıb qutunu da onun içərisinə qoymuşdur. Onun Pakistanda 800 manat borcu olduğundan və həmin borclu olduğu şəxslər onu incitdiklərindən, habelə Alinin onun ailə üzvlərini öldürməklə hədələməsindən qorxduğundan sonuncunun təklifini qəbul etmək məcburiyyətində qalmışdır. 29 sentyabr 2023-cü il tarixdə günorta vaxtı Tehrandakı hava limanına getmiş və gömrük yoxlamasından keçib təyyarəyə minmişdir. Təxminən 1 saat yarım yol getdikdən sonra Bakı şəhərində hava limanına çatmış və gömrük nəzarətindən keçib bir taksiyə oturmuş, taksiyə oturduqdan sonra sürücüdən ingilis dilində ucuz bir hostelə aparmağı xahiş etmiş, sürücü ilk əvvəl onu “Sahil İnn” adlı hostelə aparmış, lakin orada yer olmamışdır. Yolda olan zaman taksi sürücüsü ona ***-***-**-** mobil telefon nömrəsini almış, sonra taksi sürücüsü onu “AF” adlı hostelə aparmış, Ali ona həmin bağlamanı Bakıda kiminsə gəlib ondan götürəcəyini demişdir. 3 gün hosteldə qaldıqdan sonra, yəni 3 oktyabr 2023-cü il tarixdə Aliyə zəng edib həmin qutunun nə vaxt və kim tərəfindən götürüləcəyini soruşmuş, o isə “həmin adamın təcili işi çıxıb, sənə vatsap proqramında bir ünvan göndərəcəyəm gedib həmin ünvandan qutunu dediyim ünvana göndərərsən” demiş, həmin qutuda psixotrop maddə olduğundan qorxduğu üçün onu öz pasportu ilə göndərmək istəmədiyini Aliyə bildirmiş, o isə narahat olmamağını, heç nə olmayacağını demişdir. İlk əvvəl Alinin vatsapla göndərdiyi poçt göndərişləri ilə məşğul olan “DHL” şirkətinə getmiş və orada qutunu göstərib hansı məbləğ qarşılığında Yeni Zellandiyaya göndərə biləcəklərini soruşmuş, onlar isə həmin qutunu təxminən 500 ABŞ dolları müqabilində göndərə biləcəklərini demişlər. Bu barədə Aliyə demiş və Ali də ona yenidən poçt göndərişləri ilə məşğul olan “UPS” adlı şirkətin ünvanını göndərib ora yaxınlaşmağını tapşırmış, taksiyə əyləşib həmin ünvana getmiş və orada da qutunu göstərib hansı məbləğ qarşısında həmin bağlamanı Yeni Zellandiyaya göndərə biləcəklərini soruşmuş, onlar isə həmin bağlamanı 470 ABŞ dollarına göndərə biləcəklərini demişlər. ABŞ dolları ilə ödəniş etmək istəsə də onlar qəbul etməmiş və ödənişi manat olaraq tələb etmişlər. Yaxınlıqda olan Rabitə Bankına getmiş və ABŞ dollarını Azərbaycan manatına çevirib yenidən “UPS” şirkətinə qayıtmış və 932 manat ödəniş edərək qaimələrini vatsap proqramında Aliyə göndərmiş, sonra “AF” hostelə qayıtmışdır. 4 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində 3-4 nəfər gəlib özlərinin gömrük əməkdaşı olduqlarını bildirib onlarla birlikdə getməyini xahiş etmişlər. Həmin şəxslərlə birlikdə Hava Limanında yerləşən bir inzibati binaya getmiş, orada göndərdiyi bağlamanı göstərib ona məxsus olub-olmadığını soruşulmuş, o, həmin bağlamanın ona məxsus olduğunu bildirmiş və sonra ondan izahat alınmışdır.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, X12 Aeroportunda gömrük nəzarətindən keçərkən çantaya vurulmuş qırmızı lenti məqsədli şəkildə sökməmiş, həmin lentin hansı məqsədlə çantanın üzərinə vurulduğunu bilməmiş, onu artıq bir şey kimi qəbul edib sökmüşdür. Ali ona verdiyi qutuda narkotik vasitə olduğunu bildirdikdən sonra bu barədə ərinə heç nə deməmiş, izahatı alınarkən qutuda narkotik vasitənin olduğunu bildiyini qorxduğu üçün bildirməmiş, çünki Ali həmin narkotik vasitəni aparmadığı halda Pakistanda ailəsinə ziyan vuracağı barədə hədə-qorxu gəlmişdir. Bundan əvvəl bir dəfə, 2019-cu ildə Azərbaycana ziyarətgahları ziyarət etmək məqsədi ilə gəlmiş və Bibiheybətdə yerləşən “Vİİ İmam Müzəyinə” getmiş, amma heç kimin sifarişi və ya xahişi ilə Azərbaycana narkotik vasitə gətirməmişdir. Birinci dəfə Azərbaycana gələndə işləri pis olmamış, ona görə də maddi vəziyyəti yaxşı olduğundan Azərbaycana səfər etmiş, lakin sonradan işləri pisləşmiş və maddi vəziyyəti də pisləşmişdir. Sərhədkeçmə hesabatından onun yalnız bir dəfə, yəni 29 sentyabr 2023cü il tarixdə Azərbaycan Respublikasına gəlməsi görünməsinin səbəbi pasportunu dəyişməsi ilə əlaqədar ola biləcəyini düşünür. Belə ki, Azərbaycana gəlib Pakistana qayıtdıqdan bir müddət sonra pasportunu itirmiş və bu səbəbdən də yeni pasport almışdır. Bu səbəbdən ölkəyə əvvəlki girişinin olması müəyyən edilə bilinməmişdir. Həmin narkotik vasitə olan bağlamanı ölkəyə gətirməklə Allah qarşısında günah işlətdiyini bildiyi üçün, həm ailəsi üçün, həm də bağışlanmağı üçün ziyarətgahlara getmişdir. Ali adlı şəxsin mobil telefon nömrələri +**********33, +**********58, **********2, **********8, +**********9 və +**********4-dür. Ali ona adının Ali Malik olduğunu dediyindən onun adını mobil telefonunda hər iki adı ilə qeyd etmişdir. Ali qutuda narkotik vasitə olduğunu bildirsə də, ona hansı növ narkotik vasitə olduğunu deməmiş, ondan qutuda hansı növ narkotik vasitə olmasını soruşsa da ona “narkotikdir” deməklə kifayətlənmiş, ona daha bu barədə sual verməmişdir. Narkotik vasitələrdən, psixotrop və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir, hazırda da istifadə etmir. Saxlanılarkən, izahatı və ifadəsi alınarkən ona qarşı hər hansı bir formada təsir və təzyiq göstərilməmişdir. Nizam adlı şəxsin mobil telefon nömrəsi +**********74-dür və onun adını mobil telefonunda “Nezam Bhai” olaraq qeyd etmişdir. Alidən həmin qutunu nə üçün Yeni Zellandiyaya göndərməsinin səbəbini soruşmuş, lakin Ali ona “Sən göndər” deyərək kifayətlənmişdir. Ali ona narkotik vasitəni Azərbaycanda qəbul edəcək şəxsin adını və mobil telefon nömrəsini əvvəlcədən deməmiş, sadəcə kiminsə gəlib götürəcəyini və bu barədə ona bildirəcəyini demiş, amma son anda həmin adamın işi çıxdığını bildirib onu aparıb poçtdan yola salmağı tapşırmış və onun tapşırığı əsasında onun dediklərinin hamısını etmişdir. Ali onun yol xərcini qarşılamış, biletlərini almış, ucuz hostellərin birində qalması üçün əlavə olaraq da 100 manata yaxın cib xərci vermişdir. Bağlamanı yola salıb qayıtdıqdan sonra ona pul verməyi vəd etmiş, lakin hansı məbləğdə pul verəcəyini deməmişdir. O, İranın Tehran şəhərində olduğu müddətdə Alinin bir tanışı onunla görüşüb ona 500 ABŞ dolları pul vermiş, həmin pulla bağlamanın göndərilməsi üçün lazım olan pulu ödəmişdir.
5. Məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələri (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 66-68; 133-137 152-156; Cild 2. i.v.86-91) elan edilərək tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, ibtidai araşdırma zamanı guya ərinin narkotik vasitə aludəçisi olması və ərinin əmək haqqısının hamısını narkotik vasitələri əldə edib istifadə etməyə xərcləməsi ilə bağlı qeyd edilənlər doğru deyildir. Eyni zamanda, ibtidai araşdırma zamanı Alinin ona ailə üzvlərini öldürməklə hədələməsinə görə hazırkı cinayət əməlini törətməsinə dair istintaq orqanına hər hansı məlumat verməmişdir. “Ali Malik” adlı şəxs tərəfindən verilmiş taxta qutunun içərisində qanunsuz predmet olduğunu öyrəndikdə həmin qutunu üzərində daşımaqdan çəkinmiş, lakin “Ali Malik” adlı şəxs ona ailə üzvlərini öldürəcəyi ilə bağlı hədə-qorxu gəldiyindən sonuncunun dedikləri ilə məcbur qalıb razılaşmışdır. Belə ki, “Ali Malik” adlı şəxs Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin dövriyyəsinin qanunsuz olmadığını, habelə həmin predmetlərin Azərbaycan Respublikasına aparılmasını görə narahat olmamasını söyləmiş, o da “Ali Malik” adlı şəxsin dediklərinə inanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu, qızının azyaşlı uşaqlarına özünün baxdığını, himayəsində 13 yaşında bir azyaşlı qızı olduğunu, hazırkı cinayət əməlinin ona qarşı edilmiş hədə-qorxu ilə əlaqədar törətməyə məcbur qaldığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini və ona təyin ediləcək cəzasını çəkmək üçün öz ölkəsinə göndərilməsini xahiş etdi.
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsində baş inspektoru vəzifəsində işləyən, gömrük xidməti polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 4 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində X12 Aeroportunun Bakı Karqo Terminalı ərazisində öz xidməti vəzifəsini həyata keçirərkən "xxxx" MMC beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Yeni Zellandiyaya göndərilən “1Z3Y**********4148” izləmə kodlu, üzərində göndərən adı “Təqsirləndirilən şəxs”, ünvanı “A.F. Hostel, Zarifa Aliyeva STR, AZ1000 Baku, tel: +**********37”, alıcı adı “Maria Osman”, ünvanı “7 Glennis Pİ Clendon ParkAUCKLAND 2103 Yeni Zellandiya, +**********8” olaraq qeyd edilmiş bir ədəd iri həcmli karton qutu gömrük yoxlamasından keçirilən zaman “Alfa” ləqəbli kinoloji xidmət iti həmin qutuya xüsusi hərəkətlərlə reaksiya verməyə başlamışdır. Bu səbəbdən həmin qutunu rentgen qurğusundan keçirmiş və rentgen qurğusunun müşahidə monitorunda diqqət çəkən şübhəli cizgilər olduğunu müəyyən etmişdir. Qeyd edilən qutuya gömrük baxışı keçirmək qərarına gəlmiş, Şahid5 və Şahid4 hal şahidi qismində baxışda iştirak etmək üçün dəvət etmiş, sonuncular hər hansı etiraz bildirmədən baxışda iştirak etməyə razılıq vermişlər. Həmin şəxslərə hal şahidi qismində hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah edib onların, habelə, "xxxx" MMC-nin nümayəndəsinin və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin instruktor-kinoloqu Şahid3 iştirakı ilə həmin qutuya baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən qutu açıldığı zaman onun içərisində müxtəlif rənglərdə və ölçülərdə geyimlərin, qadın üçün müxtəlif bəzək əşyalarının, zinət əşyalarının yığılması üçün nəzərdə tutulan qutuların, bir ədəd orta ölçülü bəzək əşyalarının və digər baxım ləvazimatlarının yığılması üçün spesifik olan taxta materialından hazırlanan əşyanın olduğu müəyyən edilmişdir. Taxta qutu müxtəlif formalı kiçik ölçülü siyirmələrlə təchiz olunmuş, həmin taxta qutuya keçirilən vizual baxışda onun gözlə görünə bilən hissələrində hər hansı diqqət çəkən predmetin olmadığı məlum olmuşdur. Daha sonra sözügedən taxta qutu sökülməyə başlamış, qutuda olan iki ədəd siyirmə çıxarıldıqdan sonra həmin siyirmələrin sol tərəfində, siyirmələrin ümumi hündürlüyü ilə eyni ölçüdə paralel mövqedə olan qapaq kimi duran hissə bıçağın köməkliyi ilə çıxarılmış və bu zaman orada həmin qapağın hündürlüyü ilə eyni ölçüdə olan iki ədəd paralel dayanan taxtanın arasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilmiş surətçıxaran kağıza bükülmüş formada bir ədəd bükülü, həmin bükülünün içərisindən isə şəffaf rəngli sellofan torbada ağ rəngli, kristallik formada olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Daha sonra rentgen cihazındakı təsvirlərə uyğun olaraq taxta qutunun sökülməsi davam etdirilmiş, bu zaman qutunun arxa divarının aşağı hissəsində də kustar üsulla hazırlanmış boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilmiş qara rəngli surətçıxaran kağıza bükülmüş formada bir ədəd də bükülü, həmin bükülünün içərisindən isə biri açıq mavi rəngli, digəri şəffaf rəngli bükülü olmaqla iki ədəd sellofan torbada ağ rəngli, kristallik formada olan metamfetamin psixotrop maddəsinə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilən bağlamalar elektron tərəzidə çəkilmiş və onların qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 1,009 kiloqram təşkil etmişdir. Yoxlama başa çatdıqdan sonra aşkar edilənlərlə əlaqədar protokol tərtib edilmiş, aşkar edilən predmetlərin foto şəkilləri “İphone” markalı mobil telefon vasitəsi ilə çəkilərək protokola əlavə edilmiş və tərəflərindən qablaşdırılaraq götürülmüşdür.
9. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin instruktor-kinoloqu vəzifəsində işləyən Şahid3, baxış zamanı hal şahidi qismində iştirak etmiş Şahid5, "xxxx" MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləməklə baxışda iştirak etmiş Şahid6 məhkəməyədək icraat zamanı verdikləri ifadəsi ilə eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissələrdə təsdiq etmişlər.
10. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilməklə tədqiq edilmiş və onun baxış zamanı hal şahidi qismində iştirak etməklə məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid5, Şahid6 və Şahid1 ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin skanlaşdırma şöbəsinə təhkim olunmuş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, əvvəllər "xxxx" QSC-də skanlaşdırma şöbəsində işləmiş, 12 ildən artıqdır bu sahədə təcrübəsi vardır. 29 sentyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində X12 Aeroportunun 2-ci terminalında bunkerdə yerləşən rentgen aparatında xidmət aparmışdır. Tehran-Bakı reysi ilə gələn sərnişinlərin müşayiət etdikləri yüklərinə gömrük nəzarəti tətbiq etmiş, şübhəli hesab etdiyi yüklərə qırmızı rəngli lent yapışdırmaqla gəliş zalında xidmət aparan gömrük əməkdaşlarının diqqətini həmin çantalara yönəltmişdir. Narkotik vasitələrlə ədviyyat, düyü, şirniyyat, bir çox qida məhsulları orqanik maddələr olmaqla, rentgen aparatında cizgi və rəngləri eynilik təşkil etmiş, İran və Pakistandan gələn sərnişinlər özləri ilə əsasən belə qida məhsulları gətirmiş, o da şübhəli hesab etdiyi yükləri qırmızı lentlə işarələmişdir. Təqsirləndirilən şəxs yükünə o, qırmızı lent yapışdırmışdır. İçərisində metal, bijuteriya və orqanik maddə görüntüləri olmuş, bu səbəbdən həmin yükü şübhəli hesab edərək gəliş zalında ətraflı baxış keçirilməsi üçün qırmızı lentlə işarələmişdir. Adətən qırmızı lentlə işarə edilən yüklərlə bağlı şəxsi istifadələrində olan mobil telefonla zalda xidmət aparan əməkdaşlara məlumat vermişlər. Lakin məhz bu yüklə bağlı məlumat verməmiş, qırmızı lenti görüb gəliş zalında baxış keçirəcəklərini düşünmüşdür. Sonradan həmin yükün sahibinin bağladığı qırmızı lenti sökərək gömrük nəzarətindən keçdiyini öyrənmişdir. Həmin görüntülər orqanik maddə əlamətli olmuş, narkotik vasitə və psixotrop maddələrə xas əlamətləri olmuşdur.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin (bundan sonra mətndə - DGK ƏİBİ İTİ) rəisi, gömrük xidməti polkovniki X8 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi faktına görə 5 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın aparılması İTİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, gömrük xidməti polkovnik-leytenantı X9 həvalə edilmişdir (Cild 1, i.v. 1).
14. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 5 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq Ü.Ə.Əliyev tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.2;).
15. “Baxış keçirilməsi və götürmə haqqında” 4 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adından ünvanı “A.F. Hostel, Zarifa Aliyeva STR, AZ1000 Baku, tel: +**********37” kimi, alıcı adı isə “Maria Osman”, ünvanı “7 Glennis Pİ Clendon Park AUCKLAND 2103 Yeni Zellandiya, tel: +**********8” kimi göstərilmiş bir ədəd poçt bağlamasına DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin instruktor-kinoloqu Şahid3, "xxxx" MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən Şahid6, hal şahidləri Şahid5 və Şahid4 iştirakı ilə DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı Şahid1 tərəfindən 4 oktyabr 2023-cü il tarixdə, saat 17:15-dən saat 18:00-dək Bakı şəhəri, X12 Hava Limanı, Bakı Kargo Terminalında gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilərkən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə bağlamada olan bir ədəd orta ölçülü, bəzək əşyalarının və digər baxım ləvazimatlarının yığılması üçün nəzərdə tutulmuş taxta qutunun siyirmə üçün nəzərdə tutulmuş hissəsinin sol tərəfindəki iki ədəd arakəsmə taxtanın arasındakı boşluqda qara rəngli surətçıxaran kağıza bükülərək yerləşdirilmiş bir bükümdə və qutunun arxa divarının aşağı hissəsində kustar üsulla hazırlanmış boşluqda qara rəngli surətçıxaran kağıza bükülərək yerləşdirilmiş bir bağlamanın içərisində 2 bükümdə olmaqla, ümumilikdə 3 bükümdə gömrük nəzarətindən gizlədilmiş metamfetamin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bağlamalar elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi təxmini çəkisinin 1,009 kiloqram olması müəyyən edilmişdir. Baxış başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, bağlamaya aid müvafiq sənədlər (invoice) və aşkar edilən predmetlərin foto şəkilləri “İphone” markalı mobil telefon vasitəsi ilə çəkilərək protokola əlavə edilməklə xüsusi qablaşdırma vasitəsində möhürlənərək götürülmüşdür. Baxış zamanı iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış, tərtib edilmiş protokol ucadan oxunmaqla düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i. 7-26).
16. 3 oktyabr 2023-cü il tarixli “İnvoice” (invoys) sənədindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən Yeni Zellandiya ölkəsinə göndərilməsi üçün "xxxx" beynəlxalq poçtdaşıma şirkətinə təhvil verilmiş ünvanı “A.F. Hostel, Zarifa Aliyeva STR, AZ1000 Baku, tel: +**********37” kimi, alıcı adı isə “Maria Osman”, ünvanı “7 Glennis Pİ Clendon Park AUCKLAND 2103 Yeni Zellandiya, tel: +**********8” kimi göstərilmiş bağlamaya görə invoys sənədi tərtib edilmiş, qeyd edilən sənəddə göndərilən malların istifadə edilmiş kosmetika, işlənmiş ayaqqabı, işlənmiş paltarlar və rəfdən ibarət olması qeyd edilmiş və Təqsirləndirilən şəxs bəyannamədə göstərilən məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir (cild 1, i.v.27).
17. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 4 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X4 tərəfindən müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə, saat 20:30-da tutulmuş və bu barədə həmin tarixdə protokol tərtib olunmuşdur (Cild 1, i.v. 55-56).
18. Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs məxsus RJ9991662 nömrəli P tipli pasportdan görünür ki, Təqsirləndirilən şəxs 9 mart 1980-ci il tarixdə Pakistan İslam Respublikasının Kəraçi şəhərində anadan olmuşdur. Vətəndaşlıq nömrəsi 42***-*******-6-dır. Əl izinin nömrəsi **********1-dir. Pasport 6 iyul 2020-ci il tarixdən 5 iyul 2025-ci il tarixədək etibarlıdır (Cild 1, i.v. 61).
19. “Şəxsi axtarış aparılması haqqında” 4 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün təhqiqatçı X4 tərəfindən hal şahidləri X10 və X3, habelə tərcüməçi Sabir Hussainin iştirakı ilə saat 22:15-dən 22:30-dək X22 Limanında yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasının xidməti otağında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı X7 vətəndaşı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı predmet aşkar olunmamışdır (Cild 1, i.v. 71-73)
20. “Baxış keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı X4 tərəfindən həmin tarixdə, saat 22:43-dən 22:52-dək müdafiəçisinin iştirakı ilə X7 vətəndaşı Təqsirləndirilən şəxs məxsus göy rəngli çemodana, ağ rəngli polietilen sellofan torbaya və qara rəngli əl çantasına baxış keçirilmişdir. Baxış zamanı qanunla qadağan edilmiş və iş üçün əhəmiyyət kəsb edən heç bir predmet aşkar olunmamışdır. Tərtib olunmuş protokol ucadan oxunmuş, tərcüməçi tərəfindən tərcümə edilmiş, əlavə və düzəlişlər edilməmiş, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Protokolda baxış istintaq hərəkətinə dair video görüntünün əks olunduğu CD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 1, i.v. 74-75).
21. “Məhkəmə-kimyəvi” (materialların məhkəmə) ekspertizasının 5 oktyabr 2023-cü il tarixli, 6/5207 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi” dairəvi möhür əksi, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 3 ədəd bağlamada predmetlər. Pakistan vətəndaşı Təqsirləndirilən şəxs” yazısı olan kağız paketdəki 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 356,687 qram, 49,293 qram və 595 qram, ümumi təmiz çəkisi 1000,98 qram ağ rəngli kristalardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyasına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 1000,98 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq çəkisi – 1000,83 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 97- 100).
22. “Baxış keçirilməsi haqqında” 5 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavələrdən görünür ki, müstəntiq X13 tərəfindən Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarının dəqiqləşdirilməsi məqsədilə DGK gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (İAMAS SERVİCE”-ə) həmin tarixdə, saat 15:00dan 15:15-dək baxış keçirilmişdir. Baxış zamanı DGK gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən Pakistan İslam Respublikası vətəndaşı 9 mart 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs anket məlumatları və sərhədkeçmə hesabatı əldə edilərək “HP LaserJet Pro MFP M428 dw” markalı printerdən çap olunaraq protokola əlavə edilmişdir. Baxış nəticəsində Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə, saat 22:31-də X12 Aeroportunda Tehran – Bakı aviareysi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olduğu müəyyən edilmişdir (Cild 1, i.v.120-128).
23. “Sənədə (diskə) baxış keçirilməsi haqqında” 5 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq X13 tərəfindən Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərindəki X12 Hava Limanına endikdən sonra gömrük nəzarətindən keçməsinin əks olunduğu videogörüntü olan 1 ədəd “CD” diskə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə baxış keçirilmişdir. Baxış zamanı diskdə 3 ədəd “mp4” formatında videofaylların olduğu məlum olmuşdur. Həmin videogörüntülərə baxış zamanı Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikasının Tehran şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərindəki X12 Hava Limanına endikdən sonra saat 22:32-də baqajını təhvil alması üçün baqajın gəldiyi lentə doğru getməsi, bir ədəd çamadanı lentin üzərindən götürdükdən sonra çamadanın üzərinə vurulmuş qırmızı lenti sökməsi, sonra qırmızı kanal buraxılış sisteminə yaxınlaşması, baqajını stasionar rentgen qurğusundan keçirərək gömrük nəzarət zonasını tərk etməsi müəyyən edilmişdir (Cild 1, i.v. 131-132).
24. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli, 4(004)- 763/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 168-172;).
25. “Mobil telefona baxış keçirilməsi haqqında” 8 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İnfinix” markalı, “X688B” modelli, **********77327/**********77335 İMEİ kodlu bir ədəd mobil telefonun “adlar” bölməsində əlifba sırası ilə bir neçə şəxsin adının və mobil telefon nömrələrinin, həmçinin “Malik NEW” adı ilə +1(***)*******, “Malik” adı ilə +**********33, “Malik (A)” adı ilə **********58, “Malik Jİ” adı ilə **********8, “MALİK SB” adı ilə **********4 saylı mobil telefon nömrələrinin qeydə alındığı, telefonun “whatsap” bölməsində isə **********58 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Malik (A)” adlı şəxsdən Təqsirləndirilən şəxs çoxsaylı zənglərin edildiyi, çoxsaylı silinmiş vatsap mesajlarının olduğu, həmçinin Təqsirləndirilən şəxs tərfindən qeyd edilən şəxsə “Yaxşı ki, ziyarətgahlara getmişəm və çoxlu dualar etmişəm. Bu səbəbdən də məni tutan olmadı” məzmunlu mesaj göndərildiyi müəyyən edilmişdir (Cild 1, i.v. 174).
26. “Baxış keçirilməsi haqqında” 6 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 217).
27. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X13 təqaüdə çıxması ilə əlaqədar işdən azad edildiyindən ********* nömrəli cinayət işi DGK Əməliyyat-İstintaq Baş İdarəsi istintaq idarəsinin 1-ci şöbəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X5 tərəfindən icraata qəbul olunmaqla istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 1).
28. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsilə Azərbaycan Respublikasından Yeni Zellandiyaya göndərdiyi bağlamanın içərisindən aşkar edilərək götürülmüş 1000,98 qram psixotrop maddə olan metamfetamin və həmin psixotrop maddənin qanunsuz olaraq saxlanılması, daşınması və gəzdirilməsində alət istifadə olunmuş taxta qutu cinayət işi üzrə maddi sübut kimi tanınmış, psixotrop maddənin ƏİBİ maddi sübutların saxlanc otağında, taxta qutunun isə (parçalara ayrılmış vəziyyətdə) “Azerterminalkompleks” Birliyinin anbarında saxlanılmasının nəzərə alınması qeyd edilmişdir (Cild 2, i.v.3-5).
29. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 4 dekabr 2023cü il tarixli, 7919 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, i.v. 28-30).
30. “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İnfinix” markalı, “X688B” modelli, **********77327/**********77335 İMEİ kodlu mobil telefon təyinatı məsələsinin yekun məhkəmə qərarı ilə həll edilməsi üçün cinayət işinə əlavə edilmişdir (Cild 2, i.v. 31-46).
31. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən külli miqdarda, 1000,98 qram olan psixotrop maddə metamfetaminin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən təkrarən qaçaqmalçılıq yolu ilə təkrarən keçirilməsi əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 24970005 nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilib istintaqı aparılmışdır (Cild 2, i.v. 47-57).
32. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilərək tərcüməçi və müdafəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə ittihamın mahiyyəti izah edilmişdir (Cild 2, i.v. 70-71).
33. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay, yəni 4 may 2024-cü il tarixədək uzadılmışdır (Cild 2, i.v. 116-118).
34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.S.İbrahimli tərəfindən 12 fevral 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 15 fevral 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.121-134).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
36. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
37. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.
38. CM-in 206.1-ci maddəsinə əsasən, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsinə görə cinayət məsuliyyəti müəyyən edir.
39. CM-in 206.2-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti müəyyən edir.
40. CM-in 206.3.1 və 206.3.2-ci maddələrində həmin Məcəllənin 206.1–206.2ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədilməyə görə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
41. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (bundan sonra mətndə-GM) nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir. GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Qaçaqmalçılığın predmetinin narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı, radioaktiv maddələrə aid edilməsi, eləcə də qeyd olunmuş vasitələr və maddələrin növünün müəyyən edilməsi üçün xüsusi biliklər tələb olunduğundan məhkəmələr bu kateqoriyadan olan işlərə baxan zaman müvafiq ekspert rəylərinə əsaslanmalıdırlar. Nəzərə alınmalıdır ki, malların və ya digər əşyaların ölkədən çıxarılmasına bilavasitə yönəldilmiş hərəkətlərə gömrük bəyannaməsinin verilməsindən başqa, qeyd olunmuş malların və ya digər əşyaların gömrük sərhədini faktiki olaraq keçirilənədək onlarla bağlı edilən, GM-də nəzərdə tutulmuş digər hərəkətlər (Azərbaycan Respublikasından çıxan fiziki şəxsin gömrük nəzarəti zonasına girişi və ya daxil olması, nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxmaq üçün nəzarət-buraxılış məntəqəsinə daxil olması, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara göndərmək üçün nəqliyyat təşkilatlarına malların və ya poçt rabitəsi təşkilatlarına beynəlxalq poçt göndərişlərinin təhvil verilməsi, şəxs tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəyyən edilmiş yerlərdən kənar mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən faktiki keçirilməsi) aiddir. Buna görə, qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədildikdə gömrük sərhəd buraxılış məntəqəsində gömrük nəzarəti başa çatdığı andan, malların və ya digər əşyaların gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisindən çıxarılması zamanı isə bu cinayətin predmetlərinin gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir.
42. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin cinayət əməlinin törədilməsinə görə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
43. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
44. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 1000,98 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 6673 dəfə, külli miqdarından isə təxminən 500 dəfə artıq olması, qeyriləri ilə qabaqcadan əlbir olaraq özünün qazanc əldə etmək və borclarının ödənilməsini təmin etmək məqsədilə ona bildirilmiş yerdən psixotrop maddə metamfetaminin olduğu qutunu götürməyə getməsi ilə bağlı etirafedici ifadələri, habelə onun qabaqcadan əlbir olduğu “Ali Malik” adlı şəxslə mobil telefonlarından aşkar edilmiş vatsap yazışmaları, Yeni Zellandiyaya göndərilən bağlamanın üzərində onun adının, ünvanının və mobil telefon nömrəsinin qeyd olunması onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır.
48. Məhkəmə, Təqsirləndirilən şəxs “Ali Malik” adlı şəxs tərəfindən hədələrə məruz qalması səbəbindən, habelə sonuncunun onun ailə üzvlərini öldürəcəyindən qorxduğu üçün onun dedikləri ilə razılaşıb psixotrop maddənin olduğu taxta qutunu Azərbaycan Respublikasına gətirib Yeni Zellandiyaya göndərməsi, Azərbaycan Respublikası ərazisində psixotrop maddənin dövriyyəsinin qanunsuz olduğunu bilməməsi, habelə “Ali Malik” adlı şəxsin Azərbaycan Respublikası ərazisində psixotrop maddənin qanunsuz olmaması ilə bağlı sözlərinə inanıb həmin predmetləri məcbur qalıb qəbul etməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
49. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
50. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
51. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
53. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
54. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
55. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
56. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
57. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
58. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, habelə həmin Məcəllənin 59.2-ci maddəsinin tələbinə əsasən törətdiyi əməli etiraf edərək peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
59. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
60. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 206.3.1, 206.3.2, 234.4.1 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
61. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
62. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
63. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
64. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
65. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 4 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 4 oktyabr 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxsnin həbsdə saxlanılma müddəti 4 may 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.168-172; Cild 2, i.v.116-118).
66. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 4 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır.
67. CM-in 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.
68. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edən məhkəmə hesab edir ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası da təyin edilməlidir.
69. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
70. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DGK ƏİBİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1000,83 qram olan psixotrop maddə metamfetamin və “AzərTerminalKompleksi” Birliyinin anbarında saxlanılan həmin psixotrop maddənin saxlanılması, daşınması və gizlədilməsində alət kimi istifadə olunmuş taxta qutu (parçalara ayrılmış vəziyyətdə) məhv edilməli, 1 (bir) ədəd “İnfinix” markalı, “X688B” modelli, **********77327/**********77335 İMEİ kodlu mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
71. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
72. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsndan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
73. İş üzrə mülki iddia verilməmişdir.
74. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
75. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
76. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 4 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat - İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxanılan tədqiqatlardan sonra qalıq çəkisi 1000,83 qram olan psixotrop maddə metamfetamin və “AzərTerminalKompleksi” Birliyinin anbarında saxlanılan həmin psixotrop maddənin saxlanılması, daşınması və gizlədilməsində alət kimi istifadə olunmuş taxta qutu (parçalara ayrılmış vəziyyətdə) məhv edilsin və 2 (iki) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmlə təyinatı məsələsinin həll edilməsi məhkəməyə təqdim edilmiş 1 (bir) ədəd “İnfinix” markalı, “X688B” modelli, **********77327/**********77335 İMEİ kodlu mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.