Məhkəmə qərarları › İş №1(101)-1443/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1443/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1443/2024 13.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X9 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 15 avqust 1995-ci ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Neftçilər küçəsi döngə 5, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tərəfindən nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda atası Şahid3 məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Mercedes-Benz 260E markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırlmış yolda 90 km/saat sürətlə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən keçən Maştağa-Buzovna yolunun üzü Buzovna qəsəbəsi istiqamətində “Rahat” marketin yaxınlığında yolun 1-ci zolağı ilə hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, habelə sürücülük vəsiqəsi olmadığından həmin Qanununun 33-cü maddəsinin 4-cü hissəsini və sərxoş olduğundan 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq bu kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaları pozub mövcud şəraitdə idarəetməni itirərək əks hərəkət zolağına çıxmış və avtomobilin qabaq sol hissəsi ilə qarşıda əks istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2101 markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə ehdiyyatsızlıqdan toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncunun alın nahiyəsinin, sol çiyin qurşağının, sol budun aşağı üçdə birinin iç səthinin sıyrıqları, sol sağrı nahiyyəsindən - budun yuxarı üçdə birinin arxa səthinin qançırı, ağır travmatik və hemorragik şokla müşayiət olunan ağciyərlərin kontuziyası, hemopnevmotoraks, diafraqmanm sol payının cırılması, splenoektomiya (dalağın cərrahi olaraq xaric edilməsi), qaraciyərin sol payının, nazik bağırsaq və S-varı bağırsaq müsariqələrinin cırılması, qarm boşluğunun, kiçik çanağın, retroperitoneal və sidik kisəsi divarının hematoması müşayiət olunan, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığı ağır zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərdi ki, vətən müharibəsi iştirakçısı olmuşdur. Müharibədən sonra başında problemlər yaranmışdır. Psixoloji durumu pozulmuşdur. Hadisə baş verən gün işdən çıxıb evə getmişdir. Adəti üzrə işdən gələndən sonra “Tiktok” sosial şəbəkəsində və “YouTube” platformasında “13 əfsanə” adlı kanala əsgərlərə aid videoçarx izləmişdir. Həmin videoçarxları izlədikdən sonra halı pisləşmişdir. Bundan sonra yaşadığı evin həyətində olan avtomobili götürüb həyətdən çıxmışdır. Sürücülük vəsiqəsi olmamışdır. Spirtli içki qəbul etdiyindən həmin vaxt kimsənin gözünə görünməməyə çalışmışdır. Ailə üzvləri spirtli içki qəbul etdiyini bilməmişdir. Müharibədən sonra spirtli içki qəbul etməyə başlamışdır. Yaşadığı evin 500-600 metr yaxınlığında “Mədənlik” deyilən əraziyə getmiş, orada araq içməyə başlamışdır. İçəndən sonra geri qayıtmaq istəsə də, geri qayıda bilməmişdir. Məcbur olub trasa çıxmışdır. Yaşadığı məhəlləyə çatmaq üçün iki məhəllə keçməli olmuşdur. Avtomobili idarə edərkən əvvəllər izlədiyi müharibəyə aid videoçarx gözünün qabağına gəlmiş, avtomobili sola çəkmişdir. Avtomobil fırlandıqdan sonra başı avtomobilin qabaq hissəsinə dəymişdir. Sonra nə baş verdiyini xatırlamamışdır. Ayılandan sonra qəza törətdiyini bilmişdir. Olduğu yerdən qalxaraq xəsarət alan şəxsə ilk tibbi yardım göstərmişdir. Həmin vaxtadək təcili tibbi yardım maşını hadisə yerinə getməmişdir. Xəsarət almış şəxsi qan içində gördükdən sonra psixoloji durumu poulmuşdur. Törətdiyi əməldən peşman olaraq, zərərçəkmiş şəxsin ailəsindən üzr istəmişdir. O, bildirmişdir ki, belə hadisə olacağını əvvəlcədən bilsə idi öz canına qəsd edərdi. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varısı ilə barışığa cəhd göstərsə də, buna nail ola bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 izahatında göstərdi ki, zərərçəkmiş şəxs Həsənin atasıdır. Hadisə baş verən gün 00:30-da qonşusunun oğlu ona zəng edərək oğlu Həsənin qəza törətdiyini, Sabunçu xəstəxanasına aparıldığını bildirmişdir. Bundan sonra həyat yoldaşı ilə xəstəxanaya getmişdir. Oğlu Həsən sürücü işləmiş, sürücülük vəsiqəsi olmuşdur. Təqsirləndirilən şəxs onunla barışmağa cəhd etmişdir. Lakin o, Əlisurətlə barışmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 təqsirləndirilən şəxsə qarşı şikayətinin olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ölmüş zərərçəkmiş Zərərçəkmiş şəxs onun dostu olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Hadisə baş verən vaxt Həsənlə birlikdə avtomobildə olmuşdur. 15 oktyabr 2023-cü ildə axşam Həsənlə Maştağada görüşüb Mərdəkan stansiyasına getmişlər. Gecə Həsən onu avtomobillə Maştağaya düşürdükdən sonra özü evinə getməyi planlaşdırmışdır. Buzovnada tuneldən çıxıb Maştağa yolu ilə söhbət edə-edə avtomobili idarə edərkən, bir anlıq qarşı yoldan bir Mersedes onların üstünə gəlmişdir. Toquşama nəticəsində huşunu itirmişdir. Gözlərini açdıqda asfaltın üstündə olduğunu görmüşdür. Başına su tökmüşlər. Hadisə nəticəsində başı partlamış, çapıq izi hələ də qalmışdır. X10 gəldiyini görmüşdür. Daha sonra xərəyə qoyub xəstəxanaya aparılmışdır. Səhər Həsənin vəfat etdiyini öyrənmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu vətən müharibəsi iştirakçısı olmuşdur. Mühribə vaxtı kontuziya almışdır. Əlisurətin 3 övladı var. Ailəsi birlikdə onun evində yaşayır. Əlisurətin hadisə vaxtı idarə etdiyi avtomobil ona məxsusdur. 16 oktyabr 2023-cü il tarixdə 23 radələrində Əlisurət avtomobili götürüb məhəllədə idarə edəcəyini bildirdi. O da oğluna tez gəlməyi tapşırmışdır. Bir qədər keçdikdən sonra Əlisurət ona zəng etmiş və avtomobillə qəza törətdiyini bildirmişdir. Dərhal həyat yoldaşı ilə birlikdə hadisə baş verən yerə getmişlər. Hadisə nəticəsində xəsarət almış şəxslər Sabunçu xəstəxanasına aparılmışlar. O da həmin şəxslərlə birlikdə Sabunçu xəstəxanasına getmişdir. Səhər saatlarında qarşı avtomobilin sürücüsü Həsənin vəfat etdiyini öyrənmişdir. Bundan sonra Əlisurətlə Xəzər RPİ-ə getmişdir. Zərərçəkmiş şəxsin ailəsi ilə dəfələrlə barışmağa cəhd etmişdir. Mərhumun 3, 7 və 40 mərasimlərində, 1 dəfə də cümə axşamına iştirak etmişdir. Hər dəfə hüquqi varis Aydın Hüseynovla barışmağa cəhd etmiş, lakin buna nail ola bilməmişdir. Şahid X7 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilərək araşdırılmış ifadəsindən görünür ki, 10-15 il olar Azərbaycan Respublikası ərazisində müvəqqəti qeydiyyatla yaşayır. Özü 30-35 il olar sürücü kimi yük maşınlarını sürür. Ailəlidir 2 övladı vardır. Məhkum olunmamışdır. 14.10. 2023-cü il tarixdə saat 23-də o evdən çıxıb xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində müqavilə əsasında Buzovna və Maştağa qəsəbəsi arasında yerləşən adım bilmədiyi ərazisində yerləşən neft buruğundan çıxan tulandı malları götürmək üçün gəlmişdir. Yük olmadığına və yük maşınlarını şəhərə buraxmadığları səbəbindən o orda yatıb istirahət edərək xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində ordan çıxıb hərəkət etməyə başlamışdır. Sürəti hardasa 50 km/saat olmuş, ondan qabağda bir yük maşını və sedan nəqliyyat vasitəsi hərəkət edirdi. Bu zaman onu sol tərəfdən bir qara rəngli mersedesin ötdüyünü görmüşdür. Onu ötdükdən sonra qarşında əyləci başaraq nəqliyyat vasitəsi sürüşməyə başlayaraq qarşı yolda hərəkət edən Vaz 2101 markalı nəqliyyat vasitəsinə çırpılmışdır. O nəqliyyat vasitəsinin sürətini aşağı salaraq gözdəmiş, çünki nəqliyyat vasitəsinin onun nəqliyyat vasitəsinə çırpılacağından qorxmuşdur. Sonra isə o yoluna davam etmişdir. Nəqliyyat vasitəsini Qaradağa apararaq yük maşınları üçün nəzərdə tutulmuş dayanacaqda saxlamışdır. 16 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 00:30-da Sabunçu TM-dən Buzovna qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı 1996-cı il təvəllüdlü Şahid1 alın nahiyəsinin kəsiyi xəsarəti ilə və 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs isə qarının küt travması xəsarətləri ilə xəstəxanaya müraciət etmişlər. (i.v. 3) 16 oktyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerin Xəzər rayonu, Buzovna qəsəbəsi, Maştağa-Buzovna yolundadır, yol iki istiqamətlidir, istiqamətləri iki qoşa xətt ayıran hər iki istiqamətdə iki zolaq olan düz, quru, hamar asvalt örtüklü yoldur. Hadisə Vaz-2101 markalı avtomobilin hərəkət istiqamətində baş vermişdir. Hadisə yerində tormoz izi və ya başqa sübut aşkar edilməmişdir. Hadisə yerində yolun bir istiqamətdə eni 7,60 metr, zolaqlar arasın məsafə 3,8 metrdir. Toqquşma yeri Vaz avtomobilinin hərəkət istiqamətində qoşa xəttdən sağ tərəfdə 1,9 metr içəridə baş vermişdir. (i.v. 5-12) 16 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, **-ON-*** dövlət qeydiyyat nişanlı Vaz markalı avtomobilin sol tərəf oturacağı zədələnmişdir. (i.v. 13-16) 16 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-LC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin baqaj hissəsi zədələnmişdir. (i.v. 17-25) 16 oktyabr 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 1/4547 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmuşdur. (i.v. 28) 16 oktyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:10-da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 54-55) 18 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsifi qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən 263.1-3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 61) 18 oktyabr 2023-cü il tarixli Xəzər rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (İ.v. 90-95) 17 oktyabr 2023-cü il tarixli 8/3107 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes-Benz 260E markalı **-LC-*** dövbt qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinı uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 „Maksimum sürətin məhdudlaşdırılması“ yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-2101 markah **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (i.v. 78-81) 04 dekabr 2023-cü il tarixli 1371 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş-beynin silkələnməsi halında qapalı kəllə beyin travması, alının, burunun əzilmiş yaraları, küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri onun “X18” X20 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. (İ.v. 136-138) 04 dekabr 2023-cü il tarixli 158 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində alın nahiyəsinin, sol çiyin qurşağının, sol budun aşağı üçdə birinin iç səthinin sıyrıqları, sol sağrı nahiyəsindən - budun yuxarı üçdə birinin arxa səthinin qançırı, ağır travmatik və hemorragik şokla müşayiət olunan ağciyərlərin kontuziyası, hemopnevmotoraks, diafraqmanın sol payının cırlması, splenoektomiya (dalağın cərrahi olaraq xaric edilməsi), qaraciyərin sol payının, nazik bağırsaq və S-varı bağırsaq müsariqələrinin cırlması, qarın boşluğunun, kiçik çanağın, retroperitoneal və sidik kisəsi divarının hematoması aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən az əvvəl X18 X17 daxil olduğu vaxtdan törənmişlər, qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Mərhum H.A.Hüseynimin ölümü xx.xx.2023-cü ildə, saat 08:30-da X18 X14 baş vermiş və ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən bu hal inkar edimir. (İ.v. 139-146) 30 dekabr 2023-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 3642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v.152-153) Məhkəmə baxışı zamanı cinayət hadisəsinin əks olunduğu videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, 16 oktyabr 2023-cü il tarixində Buzona- Maştağa yolunda hər iki istiqamətdə nəqliyyat vasitələri hərəkət edir. Maştağa qəsəbəsi tərəfdən gələn qara rəngli mersedes markalı nəqliyyat vasitəsi Scaner markalı nəqliyyat vasitəsini keçərək əks yola çıxır və qəfil tormuz verərək nəqliyyat vasitəsi sürüşərək Buzovna qəsəbəsi tərəfdən hərəkətdə olan Vaz 2101 markalı nəqliyyat vasitəsinin sol tərəfindən çırpılmışdır. Vaz 2101 markalı nəqliyyat vasitəsi Rahat marketin reklam tablosunun qarşısında dayanır. Ətrafdan müxtəlif adamlar hadisə yerinə gəlimişdir. Video görüntü 1 dəqiqə 57 saniyə davam etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində iştirak edərək “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il təvəllüdlü Şahid3 adında, 02 oktyabr 2015-ci il təvəllüdlü X4 adında, 06 aprel 2014-cü il təvəllüdlü X8 adında 3 azyaşlı övladı vardır. 29 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verlməmişdir. (İ.v. 150) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (i.v.150) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan əməli törətməsi hadisə yerinə, avtomobillərə baxış protokolları, özünün, şahidlərin, məhkəmə-tibb eksertizalarının, məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri, sərxoşluq müayinə aktı, hadisə yerinin videogörüntüsü və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə sürməsi sərxoşluq müayinə aktı və özünün ifadəsi ilə, sürücülük hüququnun olmaması özünün, eləcə də, DİN-dən alınmış məktubla sübuta yetirilmişdir. Yəni o, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə, avtomobili sərxoş halda idarə etdiyindən hərəkəti ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmuşdur. CM-nin 263.1-3-cü maddəsi CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsini nəzərdə tutumuş, sonuncu maddənin dispozisiyasında isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması təsbit olunmuşdur. Yəni həmin maddə blanket norma kimi «Yol hərəkəti haqqında» qanunun normalarının pozulmasını tələb edir. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır tələblərini, eləcə də, avtomobili hərəkət sürəti 3.24 „Maksimum sürətin məhdudlaşdırılması“ yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlinən peşman olmasını, 44 günlük Vətən Müharibəsində iştirak edərək “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşidirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də, ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 16 oktyabr 2023-cü il tarixdən hesab edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə yol nəqliyyat hadisələri ekspertizasına sərf edilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 01 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasına sərf edilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar