Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1444/2022 13.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək, saxlamış və daşımışdır. Belə ki, o, 2022-ci ilin mart ayının 4-də qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaq orqanına məlum olmayan, yəni sosial şəbəkə vasitəsilə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı “Məmməd” kimi təqdim etmiş şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək, istintaqla müəyyən olunmayan qaydada Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdə gizlətdiyi külli miqdarda, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısına daxil edilmiş ümumi təmiz çəkisi külli miqdarda 2170,06 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi külli miqdarda 325 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 3 ədəd elektron tərəzini satış məqsədilə 04 mart 2022-ci il tarixdə həmin yerdən götürüb əldə edərək, sonradan “Məmməd” adlı şəxsin tapşırığına əsasən ona gördüyü işin qarşılığında pul verəcəyi şərtilə istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə deyəcəyi yerə qoymaq üçün qanunsuz olaraq daşıyaraq, kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2-də yerləşən yataq otağında taxta dolabın altında saxlamış, 2022-ci ilin mart ayının 8-də saat 15 radələrində istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə “Məmməd” adlı şəxsin deyəcəyi yerə qoymaq üçün həmin narkotik vasitə heroinin təmiz çəkisi külli miqdarda 98,505 qram olan hissəsini bir ədəd bükümdə ayırıb, əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 15:40 dəqiqədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 2025-in yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Baş İdarənin inzibati binasına gətirilmiş, xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə mobil telefon vasitəsilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 98,505 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 18:10 dəqiqədə kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2-ə baxış keçirilərkən yataq otağında taxta dolabın altında saxladığı 1 ədəd qutunun içərisindəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2070 qram və 1,555 qram olan külli miqdarda ümumi təmiz çəkisi 2071,555 qram olan, öz aralarında və üzərindən aşkar edilmiş heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 325 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan sarı və qara rəngli 2 ədəd tərəzi, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan gümüşü rəngli 1 ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında qeyri-rəsmi həyat yoldaşı olan Şahid4 ilə birlikdə yaşamışdır. Tutulana qədər taksi fəaliyyəti ilə məşğul olmuşdur, narkotik vasitələrdən istifadə etmir. O, maşınını ustaya verib, piyada gəzərkən yerdən qara sellofan torbada narkotik vasitə tapmış və həmin narkotik vasitəni götürərək özündə saxlamışdır. Həmin narkotik vasitənin çəkisi təxminən 100 qram olan heroin olmuşdur. O, həmin narkotik vasitəni gətirib evdə gizlətmişdir. Tutulduğu gün liftdən çıxarkən polis əməkdaşları onu saxlamış, evə baxış keçirilmiş və gizlətdiyi qara sellofanda olan narkotik vasitəni tapmışlar. Polis əməkdaşları ona hədə-qorxu gəlib ondan pul tələb etmiş, o, 9 min manat pul vermiş və məcbur olub 2,5 kilo narkotik vasitəni öz boynuna götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitəni götürüb saxlamağına görə özünü təqsirli bilir, həmin narkotik vasitəni Zabrat qəsəbəsində tapmış, “Məmməd” adlı şəxsi tanımır, narkotik vasitələrlə bağlı heç bir yazışması olmamışdır, evindən tapılmış dəftərdəki yazılar ona məxsus deyil, evində yalnız bir mətbəx tərəzisi olmuşdur. Polisə 9 min manatı qayınanasıgil vermişlər. Onu polis əməkdaşları yumruqlayıb, sonra aparıb polis idarəsində döymüşlər, bu zaman yumruqla və təpiklə üzündən və bədənindən vurmuşlar. Üzərinə baxış keçirilərkən bədənində ona yetirilən xəsarətlərin izi olmuşdur. Lakin xəsarətlərin akta qeyd edilib-edilməməsini bilmir. O, prokurorluğa ona yetirilən xəsarətlərlə və polis əməkdaşlarının onlardan pul alması barədə şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 08 mart 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.2000-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.M.Əbdülkərim küçəsi ev 73-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, qeyd edilən hüquqazidd əməllərin ifşa olunması məqsədilə əməliyyat axtarış tədbirləri həyata keçirilməsi üçün onan, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və 08 mart 2022-ci il tarixdə saat 15:40 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 2025-in yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edərkən sonuncuya yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu üzərinə baxış keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Müvafiq təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə heroini təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş, üzəri Hüseynağa, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 4 gün əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Məmməd" adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoyub pul qazanmaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı qarşılığında pul əldə edəcəyini, narkotik vasitələrin satışından ümumilikdə təxminən 3000 manat pul qazandığını, həmin pulu şəxsi işlərinə xərclədiyini, heç bir zorakılığa məruz qalmadığını, həmçinin Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyni, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə gedilmişdir. Orada müdafiəçinin, Hüseynağanın arvadı Güşvərxanımın iştirakı ilə və etirazı olmadan Hüseynağaya, mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında taxta dolabın altında gizlətdiyi 1 ədəd qutunu və narkotik vasitələrin qeydiyyatını apardığı 1 ədəd dəftəri təqdim etmişdir. Həmin qutunun içərisindən 1 ədəd bükümdə metamfetamin, 2 ədəd bükümdə heroin və 3 ədəd elektron tərəzi aşkar edilmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. 1 ədəd dəftər isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri də üzərindən aşkar edilmiş kütlə ilə eyni vaxtda eyni yerdən götürdüyünü, İran İslam Respublikası vətəndaşı olan "Məmməd" adlı şəxslə əlbir olub narkotik vasitələrin satışını təşkil etdiyini, özünün nəşə çəkdiyini, arvadı Güşvərxanımın bu işlərdən xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, iranlı “Məmməd” adlı şəxs İranın Germi şəhərində yaşayır və narkotik satışı ilə məşğul olur. Polis əməkdaşları tərəfindən Hüseynağaya heç bir fiziki və psixi təzyiq olmamış, Hüseynağadan heç bir pul tələb edilməmiş, Hüseynağanın şikayət ilə bağlı araşdırma zamanı Yasamal rayon prokurorluğunda ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Güşvərxanım onun qızıdır, qızı 2008-ci ildə X5 ilə ailə həyatı qurmuş, lakin sonradan ayrılmışlar. Güşvərxanım Təqsirləndirilən şəxs ilə 2021-ci ilin mart ayında tanış olmuş, həmin vaxtdan etibarən onlar qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. “08 mart - Beynəlxalq qadınlar günü” münasibəti ilə qızı və Hüseynağa onu təbrik etmək üçün onun evinə gəlməli olduğundan həmin günü axşama kimi gözləmiş, lakin onlardan xəbər çıxmamış, zəng vursa da telefon zənginə cavab verən olmadığına görə, narahat olduğu üçün onların evinə getmiş və qızının evdə tək olduğunu və ağladığını görmüşdür. Ağlamasının səbəbini soruşduqda qızı bildirmişdir ki, polis əməkdaşları Hüseynağanı narkotik vasitə ilə məşğul olmaq şübhəsi ilə tutub aparmışlar. Qızının deməsinə görə evlərindən Hüseynağaya məxsus narkotik vasitə tapılıbdır. Lakin, o, Hüseynağanın bu işlə məşğul olmasına heç cür inana bilmir. Qızı ona özünün yanında polis əməkdaşlarının yataq otağından çarpayının altından külli miqdarda narkotik vasitə aşkar etdiklərini və videoçəkilişlə lentə aldıqlarını bildirmişdir. Qızı sonradan demişdir ki, Hüseynağanı döyüb narkotik vasitələri boynuna qoyublar. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2-də qeyri-rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxslə birlikdə kirayədə yaşamışdır. Hüseynağa əvvəllər yaşadığı Maştağa qəsəbəsində mağaza işlətmiş, işlər yaxşı getmədiyi üçün mağazanı bağlamış, sonra gündəlik taksi sürməyə başlamış, hər gün evdən çıxanda taksi fəaliyyəti ilə məşğul olmağa getdiyini demişdir. 03 mart 2022-ci il tarixdə Hüseynağa rayona gedəcəyini və onun evdə tək qalmaması üçün onu Ramana qəsəbəsində yaşayan anasıgilə aparmış, o, 4 gün anasıgildə qalmış, 07 mart 2022-ci il tarixdə gecə saatlarında Hüseynağa onu anasıgildən gəlib götürüb kirayədə yaşadığı evə gətirmiş, gecəni yatmış, səhəri gün yuxudan durub ev işləri ilə məşğul olarkən Hüseynağa həyətə düşüb siqaret almağa getdiyini demiş və evdən çıxmışdır. O, Hüseynağanın gec gəldiyinə görə narahat olmağa başlamış, telefonu təmirdə olduğu üçün zəng vura bilməmiş, bir müddət sonra qapı döyülmüş, qapını açanda 3-4 nəfərin və Hüseynağanın qapının qarşısında dayandığını görmüşdür. Hüseynağanın yanındakı şəxslər özlərini təqdim edərək Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan yaşadığı mənzildə həyat yoldaşı Hüseynağanın narkotik vasitə saxladığını və bu səbəbdən mənzilə baxış keçirilməsi üçün razı olub-olmadığını soruşmuşlar. O, razılığını verib ərizə yazmış, polis əməkdaşları onun, Hüseynağanın və yanında olan xanım vəkilin iştirakı ilə mənzilə baxış keçirmiş, yoldaşı Hüseynağa mənzildə yataq otağında taxta dolabın altında gizlətdiyi 1 ədəd qutunu və 1 ədəd dəftəri təqdim etmiş, həmin qutunun içərisindən 1 ədəd bükümdə ağ rəngli maddə, 2 ədəd bükümdə qara rəngli maddə və 3 ədəd elektron tərəzi aşkar edilmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qara rəngli maddənin adı ona sonradan heroin kimi məlum olan maddənin çəkisi qablaşdırma ilə birgə 2 kq 73 qram, ağ rəngli adı ona sonradan metamfetamin kimi məlum olan maddənin çəkisi 331 qram olmuşdur. Daha sonra həmin kütlələr və 3 ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənmişdir. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. 1 ədəd dəftər isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Baxış zamanı yoldaşı Hüseynağa polis əməkdaşlarının verdiyi suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, 4 gün qabaq Sumqayıt şəhərindən İran İslam Respublikası vətəndaşı olan “Məmməd” adlı şəxsin göstərişi ilə gedib götürdüyünü, sonradan hansısa başqa bir yerə aparıb qoyacağını, etdiyi əmələ görə peşman olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, bundan sonra protokol tərtib edilmiş və o da həmin protokola imza etmiş, sonra isə polis əməkdaşları yoldaşını götürüb İdarəyə aparmışlar (cild 1, iş vərəqi 93-95). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli rapotun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 08 mart 2022-ci il tarixdə, saat 15:40 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, müvafiq təklifə əsasən o, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə çəkisi 100 (yüz) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı olan “Məmməd” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırmaq üçün əldə etdiyini, narkotik maddələrin satışından 3000 manat pul qazandığını, əldə etdiyi həmin pulu şəxsi işləri üçün xərclədiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, əlavə olaraq Bakı şəhəri Yasamal rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cild 1, iş vərəqi 31-33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında sonuncunun həyat yoldaşı Şahid4 və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin girişdən sağ tərəfdə yerləşən yataq otağındakı taxta konstruksiyalı kiçik ölçülü dolabın alt hissəsində gizlətdiyi 1 (bir) ədəd qutunu və 1 ədəd dəftəri təqdim etmiş, həmin qutunun içindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər, 2 (iki) bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və 3 (üç) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə metamfetaminə bənzər kütlənin çəkisi 331 (üç yüz otuz bir) qram, heroinə bənzər kütlənin çəkisi 2 (iki) kq 73 (yetmiş üç) qram olmuşdur. Aşkar edilmiş predmetlər qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı olan “Məmməd” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 38-40). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1378 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan: - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş" sözləri olan 1 ədəd bükümdə təmiz çəkisi 98,505 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd torbada olan üzəri yapışqanlı lentlə sarılmış 2 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 2070 qram, 1,555 qram, ümumi təmiz çəkisi 2071,555 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 325 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 3 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş üzərində “..SA-ЗОГ göstəricisi olan 1 ədəd sarı rəngli və üzərində “M../T" yazıları olan 1 ədəd qara rəngli tərəzilərin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. Tədqiqata təqdim edilmiş üzərində “PCS MODE ON/OFF TARE" yazıları olan 1 ədəd gümüşü rəngli tərəzinin üzərində narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 49-54). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(004)-256/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 08 mart 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD-R disk üzrə videoyazı məlumatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, həmin diskdə əks edilmiş görüntülər 07 dəqiqə 35 saniyədən ibarətdir, 08 mart 2022-cİ il tarixdə saat 17:00-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında süni işıqlandırma şəraitində qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş təhqiqatçısı X7 tərəfindən Azərbaycan Respublikası CPM-nin 51, 86, 246-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılır. Təhqiqatşı özünü təqdim etdikdən sonra iştirakçılar Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs və Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili X6 özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs iştirakçıların hər hansı birinə etirazının olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs etirazının olmamasını bildirir, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şübhəli şəxs qismində tutulması, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlini əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə salıb 1 ədəd bükümdə “kakos” adlandırdığı heroini təqdim etməsi müşahidə olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, alışqan, şalvarın sol yan cibindən 56 manat pul, 2 ədəd açar, şəxsiyyət və sürücülük vəsiqələri aşkar edilir. Həmin büküm təhqiqatçı tərəfindən açılır və içərisində açıq qəhvəyi rəngli maddənin olması videogörüntü zamanı qeydə alınır. Elektron tərəzidə “kakos” adlandırdığı heroin bükümünün çəkisinin qablaşdırma ilə birgə 100 qram olması müəyyən edilir. Sellofan büküm tamlığının qorunması məqsədilə yapışqanlı lentlə bağlanır. Həmin büküm görüntüdəki şəxslərin gözü qarşısında içi boş olan, ağ rəngli zərfə qoyulur, həmin zərf möhürlənir, üzərində müvafiq qeydlər aparılır, imzalarla təsdiqlənir. 56 manat pul narkotik vasitənin satışından əldə edilmədiyi üçün siqaret qutusu, alışqan, 2 ədəd açar Təqsirləndirilən şəxs qaytarılır, şəxsiyyət və sürücülük vəsiqəsi izah verildikdən sonra götürülür. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi kütləni 4 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Məmməd" adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı qarşılığında pul əldə etdiyini, ümumilikdə təxminən 3000 manat pul qazandığını, pulu kartdan əldə etdiyini, “Məmməd”i 3 aydır ki, “WhatsApp” sosial şəbəkəsindən tanıdığını və danışdığını, mobil telefonunun platası yandığından ustaya təmirə verilməsini, bundan əvvəl üzərinə heç kimin baxış keçirmədiyini, həmçinin Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Sonda iştirakçıların hər hansı bir sualının olub-olmaması soruşulduqda vəkil L.Şəmmədova Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edilib-edilməməsini və narkotik vasitənin kimə məxsus olmasını soruşulur, Təqsirləndirilən şəxs heç bir zorakılıq və təzyiq olmadığını, narkotik vasitənin özünə məxsus olmasını bildirir. Şəxsi axtarış və götürmə videoçəkilişi baş əməliyyat müvəkkili Şahid2 tərəfindən “Sony" markalı videokamera vasitəsilə həyata keçirilmişdir (cild 1, iş vərəqi 109-110). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD-R disk üzrə videoyazı məlumatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxışı özündə əks etdirən DVD diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 13 dəqiqə 26 saniyədən ibarətdir, 08 mart 2022-ci il tarixdə saat 18:10-da Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 2 ünvanında süni işıqlandırma şəraitində qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilə baxış keçirilməsi və götürülmə aparılır. Təhqiqatçı özünü təqdim etdikdən sonra iştirakçılar Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, polis nəfəri Şahid3, Təqsirləndirilən şəxs, onun arvadı Şahid4 və Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili X6 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şübhəli şəxs qismində tutulması, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs qeyd edilən mənzildə arvadı ilə birgə təxminən 6 aydır ki, kirayədə yaşamasını, mənzildə narkotik vasitə saxlamasından arvadı Güşvərxanımın evdə olmadığından məlumatının olmamasını, 4 gün qabaq həmin narkotik vasitəni gətirib mənzilə qoymasını, həmçinin Güşvərxanım da Hüseynağanın mənzildə narkotik saxlamasından xəbərinin olmamasını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında taxta dolabın altında gizlətdiyi 01 (bir) ədəd qutunu və narkotik vasitələrin qediyyatını apardığı 1 ədəd dəftəri təqdim edir, həmin qutunun içərisindən 1 ədəd bükümdə metamfetamin, 2 ədəd bükümdə heroin və 3 ədəd elektron tərəzi aşkar edilir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir, heroinin çəkisi qablaşdırma ilə birgə 2 kq 73 qram, metamfetaminin çəkisi 331 qram olur. Daha sonra həmin kütlələr və 3 ədəd elektron tərəzi qablaşdırılır, tamlığının qorunması məqsədilə yapışqanlı lentlə bağlanır, DİN-in 7 saylı möhürü ilə möhürlənir və üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Sonra mənzilin digər hissələrinə baxış keçirilir və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. 1 ədəd dəftər isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar edilmiş kütlələri 4 gün əvvəl sosial şəbəkədə tanıdığı İİR vətəndaşı olan “Məmməd” adlı şəxsin vasitəsilə Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, deyiləcək ünvanlara qoyduğu təqdirdə pul əldə edəcəyini, heç kimə narkotik vasitə vermədiyini, mobil nömrəsinin ***-***-**-** saylı olmasını, özünün nəşə çəkdiyini bildirmişdir. Arvadı Güşvərxanımın narkotik vasitədən istifadə etmədiyini, mənzildə narkotik vasitə olmasından xəbərinin olmadığını bildirmişdir. Sonda vəkil Leyla Şəmmədovanın suallarına cavab olaraq Təqsirləndirilən şəxs bundan əvvəl mənzilə heç kimin baxış keçirmədiyini, aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Mənzilə baxış və götürmə videoçəkilişi baş əməliyyat müvəkkili Şahid2 tərəfindən “Sony” markalı videokamera vasitəsilə həyata keçirilmişdir (cild 1, iş vərəqi 111- 112). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatlar əks olunmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil 0lan və çıxan SMS-lərdə iş üzün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 124). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanına baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd dəftərə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin dəftər 48 vərəqdən ibarət olmaqla üzərində “freedom horse” sözləri yazılmışdır. Dəftərin ilk vərəqində 21 fevral və 27 fevral tarixlərində jarqon sözlərlə ifadə edilmiş narkotik vasitələrin adları, yəni “kola, gül, daş” və çəkiləri, dəftərin 2-ci və 3-cü vərəqlərində 21 fevral tarixdə satdığı narkotik vasitələrin hesabatı, dəftərin orta vərəqində jarqon sözlərlə ifadə edilmiş narkotik vasitələrin adları, yəni “kola 3 kq, daş, toz” və miqdarı, çəkisi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildə aşkar edilmiş və özünə məxsus olan dəftərdə jarqon sözlərlə ifadə edilmiş narkotik vasitələrin adları, yəni “kola, daş, toz”, miqdarı və çəkisi barədə qeydiyyata aldığı hesabat xarakterli yazılarla onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmışdır. Baxış zamanı dəftərdən istintaq əhəmiyyətli vərəqlər çap edilərək bu barədə tərtib edilmiş müvafiq protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 125-129). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şabanov X2 Quliyevin üzərindən və mənzilindən narkotik vasitə və psixotrop maddə, həmçinin 3 ədəd tərəzi və dəftər aşkar edilməsi, habelə ona qarşı hər hansı fiziki və ya psixi təsir edilməməsi, təqsirləndirilən şəxsdən hər hansı pul tələb edilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (iş vərəqi 168-170). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Əliyev X4 Quliyevin üzərindən və mənzilindən narkotik vasitə və psixotrop maddə, həmçinin 3 ədəd tərəzi və dəftər aşkar edilməsi, habelə ona qarşı hər hansı fiziki və ya psixi təsir edilməməsi, təqsirləndirilən şəxsdən hər hansı pul tələb edilməməsi barədə sonuncunun üzünə qarşı bildirmişdir (iş vərəqi 171-173). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2520 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 152-153). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1436 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 154-155). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2170,060 qram heroin, təmiz çəkisi 325 qram psixotrop maddə metamfetamin və 03 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 2169,910 qram ümumi qalığı, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 324,950 qram ümumi qalığı və 03 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Yasamal RPİnin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 130-131). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülməsini özündə əks etdirən 2 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk və üzərində “freedom horse” sözləri yazılmış dəftər iş üzrə maddi sübut kimi tanınmış, disklər hazırkı cinayət işinin materiallarına, dəftər isə ayrı icraata ayrılmış ********* saylı cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 132-133, 194, 197). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 117). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qorxuzularaq 9000 manat pul almaları barədə ifadələri üzrə materiallar ayrılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti üzrə Yasamal rayon prokurorluğuna göndərilmişdir (cild 1, iş vərəqi 178- 194, 195). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair Yasamal rayon prokurorluğunun müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixi təsirlərə məruz qalması, ondan rüşvət kimi pul alınması ilə bağlı materiallar üzrə rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs, polis əməkdaşları Şahid1 və Şahid2 izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Şahid1 və Şahid2 izahatlarında Təqsirləndirilən şəxs bildirdiklərini inkar etmişlər. Keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 251 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı İstintaq təcridxanasında tərtib olunmuş tibbi kitabçada hər hansı bir xəsarətin olub-olmaması barədə heç bir qeydiyyat yoxdur. Toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 58- 59). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 196-197). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ondan daha az, yəni 100 qrama yaxın narkotik vasitə heroin aşkar edilməsi, həmin narkotik vasitəni qanunsuz saxlamaqda özünü təqsirli bilməsi, narkotikin satışı ilə məşğul olmaması, ittiham aktında 100 qramdan artıq qeyd edilmiş heroinin, metamfetaminin və 3 ədəd elektron tərəzinin ona aid olmaması, deyilən narkotikləri ibtidai istintaqın ilkin dövründə polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki və psixi təzyiqlər nəticəsində etiraf etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, yuxarıda şərh olunduğu kimi, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixi təsirlərə məruz qalması, ondan rüşvət kimi pul alınması ilə bağlı materiallar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs şikayətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, məhkəmə öz təşəbbüsü ilə Təqsirləndirilən şəxs barəsində Bakı İstintaq təcridxanasında tərtib olunmuş şəxsi işini tələb edərək məhkəmə iclasında tərəflərin iştirakı ilə həmin işin və işdə olan tibbi kitabçanın baxışını keçirmiş, həqiqətən də nə şəxsi işdə, nə də ki, tibbi kitabçada təqsirləndirilən şəxsin bədəni üzərində hər hansı xəsarətin olub-olmaması barədə hər hansı qeydiyyatın olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda, yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, narkotik vasitələrlə yanaşı ondan elektron tərəzilərin aşkar edilməsini, narkotiklərin alqısatqısına dair qeydlər aparılmış dəftərin mövcudluğunu müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 mart 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 85-90). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 08 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 2169,910 qram ümumi qalığı, psixotrop maddə metamfetaminin 324,950 qram qalığı və 03 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və yaşadığı mənzilə baxışın gedişatını özündə əks etdirən 2 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, üzərində “freedom horse” sözləri yazılmış dəftərin ayrı icraata ayrılmış ********* saylı cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2169,910 qram narkotik vasitə heroin, psixotrop maddə 324,950 qram metamfetaminin və 03 ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və yaşadığı mənzilə baxışın gedişatını özündə əks etdirən 2 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk iş materiallarında saxlanılsın; - üzərində “freedom horse” sözləri yazılmış dəftərin ayrı icraata ayrılmış ********* saylı cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1444/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1444/2022
13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver