Məhkəmə qərarları › İş №1(101)-1445/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1445/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1445/2024 07.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3n oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 14:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və özünü “Fazil” adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxslə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 cinayətkar qrupun naməlum üzvünün istifadə etdiyi “+**********34” saylı mobil telefon nömrəsi ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb 17 oktyabr 2023-cü il tarixdə həmin şəxsin istiqamətləndirməsindən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani küçəsinə gedərək orada tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 610 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,96 qram olan ümumilikdə 49 ədəd dərman tabletlərindən ibarət narkotik vasitə metadonu əldə edib gələcəkdə həmin narkotik vasitələrin satışını həyata keçirmək üçün üzərində saxlayaraq daşımış, həmin şəxslərin satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında 17 oktyabr 2023-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 22:45-də Təqsirləndirilən şəxs1 cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5a yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı sol əlində olan 02 ədəd sellofan torbada təmiz çəkiləri 320 qram və 290 qram olmaqla ümumi təmiz çəkisi 610 qram olan külli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd bütöv blisterdə və 02 ədəd blister kəsiklərində üzərlərində “F/M40” yazısı həkk olunmuş tərkiblərində təsiredici maddəsinin ümumi miqdarı 1,96 qram olan ümumilikdə 49 ədəd dərman tabletlərindən ibarət külli miqdarda narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. 3.Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. 4.Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 və özünü “Fazil” adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxslə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 cinayətkar qrupun naməlum üzvünün istifadə etdiyi “+**********34” saylı mobil telefon nömrəsi ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb 17 oktyabr 2023-cü il tarixdə həmin şəxsin istiqamətləndirməsindən sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani küçəsinə gedərək orada tamah niyyəti və satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 610 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,96 qram olan ümumilikdə 49 ədəd dərman tabletlərindən ibarət narkotik vasitə metadonu əldə edib gələcəkdə həmin narkotik vasitələrin satışını həyata keçirmək üçün üzərində saxlayaraq daşımış, həmin şəxslərin satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında 17 oktyabr 2023-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 22:45-də Təqsirləndirilən şəxs2 cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5a yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı sol əlində olan 02 ədəd sellofan torbada təmiz çəkiləri 320 qram və 290 qram olmaqla ümumi təmiz çəkisi 610 qram olan külli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, 04 ədəd bütöv blisterdə və 02 ədəd blister kəsiklərində üzərlərində “F/M40” yazısı həkk olunmuş tərkiblərində təsiredici maddəsinin ümumi miqdarı 1,96 qram olan ümumilikdə 49 ədəd dərman tabletlərindən ibarət külli miqdarda narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 5.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs2 qonşusudur, eyni qəsəbədə yaşayırlar, Təqsirləndirilən şəxs2 keçən ildən tanıyır. Əliağa ilə narkotik vasitə istifadəçisi olaraq biribirilərinə narkotik tapmaqda kömək etmişlər. Bütün narkomanlar satışla məşğul olur. Bu gün onda varsa digərlərinə, başqalarında varsa ona kömək etmişlər. Oğurluqla məşğul olmamışlar, narkotik vasitə alıb istifadə etmişlər. O, iranlı ilə danışmış, iranlı ona “get üç yüz qram nəşə” götür demişdir. Təxminən üç yüz qram şəxsi istifadələri üçün narkotik vasitə götürməyə getmiş, həmin narkotik vasitəni götürdükdən sonra axşam saatlarında polislər tərəfindən Əliağa ilə birlikdə saxlanılmışlar. Tək getməyə qorxduğu üçün Əliağaya onunla birgə getməsini demişdir. O, Əliağaya hara və nə üçün getdiklərini bildirməmişdir. Polis İdarəsində otağa girəndə “skotç” gətirib bəzəyərək çəkiliş etdiklərini, orada narkotik vasitəni çəkəndə altı yüz qram olduğunu öz gözü ilə görmüşdür. İranlı ilə internet vasitəsi ilə tanış olmuşlar, belə ki, hamı narkotik vasitəni internet vasitəsilə alır. Sonu 52-48 ilə bitən mobil telefon nömrəsindən istifadə etmişdir. İranlının adı Fazildir, Fazili bir ilə yaxındır tanıyır. İranlı ilə Azərbaycan dilində yazışmış, Azərbaycan dilində yaza bilir, sərbəst danışa bilir, bəzi sözlər var ki, başa düşmür. O, ödənişi kart vasitəsi ilə etmişdir. 6.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında qardaşı və qardaşının ailə üzvləri birlikdə ilə daimi yaşamışdır. Əvvəlki müddətdə ümumilikdə 2 dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə 2015-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Xətai rayonunda yerləşən 3 saylı cəzaçəkmə müəssisəsində çəksə də, lakin cəriməni hazırkı vaxta qədər ödəməmişdir. 20 il olar ki, əsasən “nəşə” kimi tanıdığı marixuana və “kakos”, “kola” kimi tanıdığı heroin növündə narkotik vasitə qəbul etmiş, narkotikin aludəçisi olmuşdur. Bundan başqa, arabir “daş” yaxud “patı” deyilən metamfetamin də istifadə etmişdir. Narkotiki çəkmə və inyeksiya üsulu ilə qəbul etmişdir. Şəxsi istifadəsində yalnız ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, həmin nömrəni 2020-ci ildən etibarən daimi olaraq istifadə etmişdir. Bundan başqa özünə məxsus arxa hissəsi mavi rəngdə olan “Redmi” markalı mobil telefonu da təxminən 2020-ci ildən etibarən istifadə etmişdir. Onu yaxın ətrafı, o cümlədən Hövsan qəsəbəsində yaşayan bir çox şəxs “Svet”, yaxud “Sveta” kimi tanımışlar. Bu ləqəbi özü seçmiş və hər hansı xüsusi mənası olmamışdır. Narkotik vasitələri həm şəxsi istifadəsi üçün, həm də satış məqsədilə əldə edib saxlamış və ayrı-ayrı şəxslərə satmışdır. Belə ki, tutulduğu vaxtdan təxminən 3 ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü “Fazil” adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, Fazil ona istədiyi növdə münasib qiymətə narkotik vasitə təşkil edə biləcəyini demişdir. Sonrakı müddətdə Fazil ona öz mobil nömrəsini vermiş və Fazil ilə “Whatsapp” tətbiqi vasitəsilə daimi olaraq əlaqə saxlamağa başlamışlar. Fazil ilə aralarında olan razılığa əsasən o, Fazilin ayrı-ayrı ünvanlara qoydurduğu narkotik vasitələri həmin yerlərdən götürüb Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında ayrı-ayrı ünvanlara qoymuşdur. Eyni zamanda, həmin narkotik vasitələrdən öz istifadəsi üçün ayırıb götürərək özündə saxlamışdır. Narkotik vasitələri ünvanlardan götürdükdən sonra əvvəlcə elektron tərəzi vasitəsilə şəklini çəkib Fazilə göndərmiş, daha sonra həmin narkotik vasitənin bir hissəsini götürüb özü üçün saxlamışdır. Beləcə də, ayrıayrı vaxtlarda götürdüyü narkotik vasitələri bir yerə yığaraq öz evində yaxud başqa yerdə saxlamışdır. Fazil “Whatsapp” tətbiqi vasitəsilə nişangah (konum) və narkotik vasitənin qoyulduğu yerin şəklini ona göndərərək həmin ünvanda narkotik vasitə olduğunu deyib götürməyini istədikdən sonra o, gecə saatlarında həmin ünvana gedib narkotik vasitəni götürərək başqa ünvana aparırmış. Daha sonra həmin yerin nişangahını və fotoşəklini çəkərək Fazilə göndərirmiş. Bir çox hallarda gecə vaxtı şəkil çəkərkən telefonun flaş işığı yanaraq diqqət cəlb etdiyindən o, gündüz saatlarında narkotik vasitələri qoyacağı ünvanlara gedib fotoşəkil və video çəkirmiş. Gecə saatlarında isə məhz həmin ünvanlara Fazilin göndərdiyi narkotik vasitələri qoyaraq gündüz vaxtı çəkdiyi şəkli Fazilə, Fazil isə həmin yerin konumunu və fotoşəklini narkotik vasitəni satdığı şəxsə göndərirmiş. Həmin şəxs də Fazilə pulu onlayn şəkildə çatdırırmış. Lakin o, narkotik vasitələri ayrı-ayrı ünvanlara qoyduqdan sonra həmin narkotik vasitəni kimin götürdüyünü və Fazilə nə qədər pul göndərdiyini bilməmişdir. Fazil bu barədə ona heç nə deməmişdir. Ümumiyyətlə Fazil narkotik vasitəni onun götürdüyü ərazilərə ondan əvvəl kimin qoyduğunu deməmiş, beləcə narkotik vasitəni alan şəxs yaxud narkotik vasitəni ayrı- ayrı ünvanlara qoyan şəxslər birbirini tanımamışlar. Bu isə prosesin gizli qalmasına xidmət etmişdir. Bəzi hallarda narkotik vasitəni alan şəxs “mal”ın keyfiyyətindən razı qalmadığı üçün Fazilə narazılıq etmiş, bu halda Fazil ona zəng edərək özü üçün götürdüyü “mal”ın keyfiyyətini soruşmuşdur. O da videoçəkiliş edərək həmin narkotik vasitənin “yaxşı yanıb-yanmadığını”, yaxud “sürüşübsürüşmədiyini” test etmiş və videonu Fazilə göndərmişdir. Bundan başqa, işi və gəliri olmadığından Fazilin göndərdiyi narkotik vasitələrdən götürdüyü və özündə saxladığı narkotik vasitələrdən yaşadığı Hövsan qəsəbəsində tanıdığı ayrı-ayrı şəxslərə 5,10,20 manat pul qarşılığında satmışdır. Həmin şəxslər ona pulu ya nağd şəkildə vermiş, ya da öz mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” tətbiqi vasitəsilə ona göndərmişlər. Hövsan qəsəbəsində bir çox şəxsə narkotik vasitə satdığı üçün demək olar ki, hər gün ayrı-ayrı şəxslər ona SMS yazaraq yaxud zəng edərək narkotik vasitə istəmişlər. O da özündə saxladığı çəkiyə uyğun olaraq həmin şəxslərə narkotik vasitə satmışdır. Yaxud tanıdığı və narkotik vasitə aludəçisi olan şəxslərə ağrılarının keçməsi məqsədilə kömək üçün pay kimi narkotik vasitə vermişdir. Bəzi hallarda Fazilin göndərdiyi narkotik vasitələri götürərək öz yaşadığı evə aparmış və növbəti gün, yaxud 1 gün sonra başqa ünvana aparıb qoymuşdur. Bu müddət ərzində də Fazil ilə mütəmadi olaraq əlaqə saxlamışlar. Bilavasitə özü üçün narkotik vasitə lazım olduqda Fazilə pul göndərməmiş, Fazilin göndərdiyi narkotik vasitədən özü üçün ayırmışdır. Lakin konkret olaraq tanıdığı şəxslər ona müraciət edərək narkotik vasitə istədikləri vaxt özündə olmadığı təqdirdə həmin şəxslərdən pulu alaraq Fazilə bu barədə demişdir. Fazil razılıq verdikdən sonra “M10” tətbiqi vasitəsilə Fazilə pulu göndərmiş, Fazil isə ona həmin narkotik vasitələrin nişangahını (konum) göndərmişdir. Daha sonra həmin ünvana gedib narkotik vasitəni götürdükdən sonra narkotik vasitəni almaq istəyən şəxsə şəxsən vermişdir. Burada da həmin narkotik vasitədən öz istifadəsi üçün götürmüş, buna görə də həmin şəxslərlə Fazil arasında vasitəçilik etmişdir. Təqsirləndirilən şəxs2 tutulduğu vaxtdan əvvəlki son bir neçə ay ərzində tanımış, hamı kimi o da Əliağaya “Ağa” deyə müraciət etmişdir. Əliağa da onun daimi müştərilərindən olmuşdur. Bundan başqa, Əliağa ilə yaxın münasibətləri olduğundan çox vaxt Əliağaya pay kimi narkotik vasitə vermişdir. Bəzi hallarda da onun ağrıları olduğu vaxt narkotik vasitə tapa bilmədikdə Əliağadan xahiş etmiş və Əliağa da ona pay kimi narkotik vasitə vermişdir. Bundan başqa, Əliağaya hərdən nisyə şəkildə narkotik vasitə vermiş, Əliağa isə eyni qaydada həmin narkotik vasitədən öz istifadəsi üçün götürüb qalan hissəsini başqa şəxslərə satdıqdan sonra onun pulunu vermişdir. Bundan başqa, Əliağanın Hövsan qəsəbəsində ayrı-ayrı şəxslərə narkotik vasitə satdığını da eşitmiş, lakin Əliağanın konkret olaraq kimdən narkotik vasitə aldığını bilməmişdir. 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Fazil yenə də “Whatsapp” tətbiqi vasitəsilə ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisini göstərən nişangah (konum) göndərərək həmin ərazidə narkotik vasitə olduğu barədə mesaj yazmış və götürməyini istəmişdir. Gecə saatları olduğu üçün həmin yerə tək getmək istəməmiş və Əliağaya zəng edərək Fazilin bildirdiyi narkotik vasitə barədə məlumat verməklə Binə qəsəbəsinə onunla birlikdə getməsini xahiş etmişdir. Əliağaya onunla birlikdə gedərsə metadon həbi verəcəyəni vəd etmişdir. Əliağa da onunla razılaşmış və bir neçə dəqiqə sonra onun yaşadığı evin yaxınlığında görüşmüşlər. Daha sonra sürücüsünü tanımadığı taksi avtomobilinə əyləşmişlər. O, avtomobildə arxa oturacaqda Əliağa isə qabaq oturacaqda əyləşmişdir. Sürücünün Hövsan qəsəbəsində yaşayan şəxs olduğunu başa düşdükdə mobil telefonu ilə Əliağaya mesaj yazaraq artıq danışmaması barədə xəbərdarlıq etmişdir. Binə qəsəbəsinə çatdıqdan sonra taksidən enmiş və Əliağa sürücünün yol pulunu verib yola salmışdır. Daha sonra Əliağa ilə birlikdə Fazilin “Whatsapp” tətbiqi vasitəsilə ona göndərdiyi yerə doğru piyada getməyə başlamışlar. Beləcə, Binə qəsəbəsində Xaqani küçəsinə gedib çıxmışlar. Orada yol kənarında yerdə futbol topu böyüklüyündə yapışqanlı lentlə sarılmış bağlama olmuş, həmin bağlamanı götürüb özü ilə götürdüyü ağ rəngli sellofan torbaya qoymudur. Fazilin ona verdiyi məlumata görə bağlamanın içərisində marixuana və metadon dərmanları olmuşdur. Bağlamanı götürüb Əliağa ilə birlikdə geri qayıtmağa başlamışlar. Xaqani küçəsi ilə piyada hərəkət etdikləri vaxt saat 22:45 radələrində Xaqani küçəsi 99 ünvanında 2 nəfər polis əməkdaşı onları saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Həmin vaxt içərisində narkotik vasitə olan ağ paket onun əlində olmuş və onu aşkar etdikləri vaxtdan etibarən yol boyu onda olmuşdur. Polis əməkdaşlarına səmimi olaraq baş verənləri olduğu kimi danışmış və əlində saxladığı paketi göstərib içərisində narkotik vasitə olduğunu demişdir. Daha sonra polis əməkdaşlarının dəvəti ilə xidməti avtomobillə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gəlmişlər. Baş İdarədə xahişi ilə ona hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil təyin edilmiş və xidməti otaqların birində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılacağı barədə ona məlumat verilmişdir. O da törətdiyi əməli səmimi etiraf edərək istintaq hərəkətinin aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Sonra vəkili və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, Binə qəsəbəsi ərazisindən götürdüyü və əlində saxladığı ağ rəngli paketi otaqdakı masanın üstünə qoymuşdur. Həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını, tək getməkdən qorxduğu üçün narkotik vasitəni Əliağa ilə birlikdə götürməyə getdiyini, Əliağaya əvvəlcədən narkotik vəd verdiyini demişdir. Həmin paket istintaq hərəkətini aparan polis əməkdaşı tərəfindən açıldıqda üzəri yapışqanlı lentlə sarılmış bağlamanın içərisində marixuana olan 2 ədəd sellofan bağlama və 5 list (bir listi ortasından kəsik vəziyyətdə) narkotik vasitə metadon həbləri aşkar edilmişdir. Daha sonra o, üzərində olan şəxsi istifadəsindəki “Redmi” markalı mobil telefonu könüllü şəkildə polis əməkdaşına təhvil vermişdir. Daha sonra polis əməkdaşı üstləri boş zərfə qoymuş, həmin zərfin üzəri o və istintaq hərəkətində iştirak edən digər şəxslər tərəfindən imzalanmaqla möhürlənmişdir. Bundan başqa, içərisində marixuana olan bağlama ağ rəngli paketdə qablaşdırılmış və üzəri o da daxil olmaqla istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmaqla möhürlənmişdir. Yekunda protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra protokol o, da daxil olmaqla istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq göstərmişdir ki, özünü “Fazil” adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə bir neçə dəfə “Whatsapp” tətbiqi vasitəsilə görüntülü şəkildə danışmışdır. Həmin şəxsin danışıq ləhcəsinə və görünüşünə əsasən həqiqətən də İran İslam Respublikasının vətəndaşı olduğunu düşünmüş, lakin Fazilin konkret olaraq harada yaşaması barədə məlumatı olmamışdır. Fazilin istiqamətləndirməsi əsasında götürdüyü narkotik vasitələrin ölkə ərazisinə, o cümlədən konkret ünvanlara hansı şəkildə və kim tərəfindən gətirilməsi barədə məlumatı olmamışdır. Belə ki, Fazil prosesin gizliliyini qorumaq üçün ona narkotik vasitəni kimin, haradan və necə gətirməsi barədə heç nə deməmiş, o, sadəcə üzərinə düşən işi yerinə yetirmişdir. Yaşadığı ünvanda uzun müddət narkotik vasitə saxlamamış, həmin narkotik vasitələri ya istifadə etmiş, ya da satmışdır. Sonuncu dəfə belə hal tutulduğu vaxtdan 1-2 ay əvvəl olmuşdur. Tutulduğu gün və əvvəlki günlərdə yaşadığı evdə yaxud başqa yerdə narkotik vasitə saxlamamışdır. Saxlanılarkən və Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətilərkən polis əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə məruz qalmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs2 ilə eyni avtomobildə Baş idarəyə gətirilmişlər. O, polis əməkdaşlarının Əliağanı döymələrinin şahidi olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda narkotik vasitə metadon onun əlində olan sellofan torbanın içində olmuşdur (İİ cild, səh. 127-133). 7.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Bir ildir ki, kamera bağlamaq işi ilə məşğul olmuş, gündəlik qazancı 25-30 manat təşkil etmiş, günaşırı narkotik vasitə istifadə etmişdir. O, Samirədən tutulmamışdan 7-8 ay əvvəl şəxsi istifadəsi üçün narkotik almışdır. Toğrulun verdiyi ifadə tamamilə yalnışdır, Toğrulun özündən də narkotik vasitə almış, narkotiki 10, 15, 20 manata almışdır. Çox vaxt “kola” almışdır. Şahidlərdən Ruslan adlı cavan oğlanı tanıyır, o biri şahidi tanımır. Həmin gün o şəxsən özü Toğruldan on manatlıq narkotik vasitə almışdır. İstifadəçi olduğundan, ağrıları olanda bəzən elə hallar olmuşdur ki, digər şəxsləri aldadıb un və şam qırıqları vermişdir. Saxta narkotikləri Nicata və başqa şəxslərə vermiş, narkotik adıyla Nicata bir dəfə on manata un vermişdir. Samirə axşam ona zəng edərək tək getməyə qorxduğu üçün onunla birgə Binəyə getmələrini istədiyindən onunla getməyə razılaşmışdır. O da on beş-iyirmi dəqiqə əvvəl Samirədən narkotik istəmişdir. Samirə maşınla gələrək yanacaqdoldurma məntəqəsinin yanında onu götürmüş, sonra ona taksi şoferinin kənar adam olduğunu və yanında çox danışmamasını yazmışdır. O, maşından düşüb fırlananda Samirə əlində torba ilə gəlmişdir. Samirə çatanda onda narkotik vasitə olduğunu demişdir. O da Samirəyə belə yerlərə gəlmədiyini, qabaqcadan ona xəbərdarlıq etməli olduğunu bildirmişdir. O, Samirənin sellofanı haradan götürdüyünü görməmişdir. Taksi onları gözləyə bilmədiyini dediyindən başqa taksi çağırmaq istəmiş, lakin taksini yenidən çağıra bilməmiş və polislər tərəfindən tutulmuşlar. Tutulduğu zaman nəyin dalınca getdiyini bilməmişdir. Tutulandan idarəyə kimi yolda onu döymüşlər, Samirə də şahidi olmuş, idarədə də döyüb tok vermişlər. Təcridxanaya gətiriləndə başında şişlər olmuşdur. Sonra demişlər ki, “buraya qol çək MSY-də iki gün qalıb çıxacaqsan”. Qol çəkəndən sonra MSY-də artıq qabağına iki dənə maddə qoyulduğunu görmüşdür. İbtidai istintaq dövründə verdiyi ifadəsində yazılanlar tam olaraq uyğun gəlmir, 19 oktyabr tarixində o heç bir ifadə verməmiş, MSY-də özləri yazmışlar. O, dövlət hesabına tutulmuş vəkili heç görməmişdir. O, heç bir ifadə verməmiş, ona 234.1-ci maddə ilə ittiham olunduğunu demişlər və ona görə də qol çəkmişdir. 8.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 9 ünvanında atası X12, anası X4 və bacısı X3 ilə birlikdə daimi yaşamışdır. 2014-cü ildə törətdiyi dələduzluq cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin hökmü ilə 700 manat cərimə cəzasına məhkum edilmişdir və cəriməni dərhal ödəmişdir. Şəxsi istifadəsində yalnız ***-***-**-** saylı mobil telefon nömrəsi olmuş, həmin mobil nömrəni təxminən 2020-ci ildən etibarən daimi olaraq istifadə etmişdir. Həmin mobil nömrəni yalnız özü istifadə etmiş, başqa şəxsə verməmişdir. Bundan başqa özünə məxsus “Huawei” markalı mobil telefonu təxminən 2021-ci ildən istifadə etmiş, ***-***-**-** saylı mobil nömrəni də məhz özünə məxsus “Huawei” markalı mobil telefonda istifadə etmişdir. Təxminən 1-2 il olar ki, əsasən “kola” kimi tanıdığı narkotik vasitə heroin, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və arabir “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana qəbul etmişdir. Həmin narkotik vasitələri yandırıb tüstüsünü qəbul etmək yolu ilə istifadə etmişdir. Narkotik vasitələrin aludəçisi olduğu üçün hər gün “kola”, “kola” olmadığı vaxtlarda “patı”, ay ərzində 1-2 dəfə isə “nəşə” qəbul etmişdir. Narkotik vasitələri onunla eyni qəsəbədə yaşayan adlarını demək istəmədiyi ayrı-ayrı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs1 təxminən 2023-cü ilin ortalarından etibarən tanımışdır. Samirə ilə ilk dəfə Hövsanda yerləşən kafedə tanış olmuşdur. Belə ki, həmin kafedə adlarını xatırlamadığı şəxslərlə oturduğu vaxt Samirə də həmin yerə gəlmiş və onlarla eyni masa arxasında əyləşmişdir. Masa ətrafında əyləşən şəxslər onu Samirə ilə tanış edərək adının “Svet” olduğunu demişlər. Orada gedən söhbətlərdən ona məlum olmuşdur ki, Samirə narkotik vasitələrin satışı ilə məşğul olur. Masanın ətrafında əyləşən şəxslərdən biri ona əgər narkotik vasitə lazım olarsa, pulunu verməklə Samirədən ala biləcəyini demişdir. Samirə özü də həmin deyilənləri təsdiq etdiyi üçün Samirənin mobil nömrəsini öyrənib zəng etmiş, beləcə Samirə də onun mobil nömrəsini öyrənmişdir. Samirənin adının Sveta olduğunu düşünərək öz mobil telefonunun kontaktında Samirənin nömrəsini “Sivet” kimi qeyd etmişdir. 3-4 gün sonra gecə saatlarında əvvəllər narkotik vasitə aldığı şəxslərin həbs edildiyini öyrənmiş, buna görə də “Whatsapp” tətbiqində “Sivet”ə, yəni Samirəyə mesaj yazaraq “kola” istədiyini demişdir. Samirə də ona “kola” təşkil edəcəyini deyib yarım saat sonra yaşadığı ev tərəfə getməyini demişdir. Yarım saat sonra həmin yerə getmiş və Samirədən 15 yaxud 20 manat müqabilində “kola” almışdır. Sonrakı müddətdə isə daimi olaraq hər gün Samirə ilə ya zəng edərək, ya da “Whatsapp” tətbiqində mesaj yazaraq əlaqə saxlamışdır. Samirədən demək olar ki, hər gün 10,15,20 manatlıq “kola” 1-2 həftədən bir isə “patı” almışdır. Pulunun olduğu vaxtlarda isə Samirədən 30 manatlıq “kola” almış və 2 gün istifadə etmişdir. Sonuncu dəfə tutulduğu gündən, yəni 17 oktyabr 2023-cü il tarixdən 1 yaxud 2 gün əvvəl Samirədən “kola” almışdır. Samirədən narkotik vasitə almaq üçün tək getmiş və tək şəkildə alıb istifadə etmişdir. Bəzi hallarda isə 1-2 dəfə adlarını xatırlamadığı dostları ilə birlikdə olduğu vaxt Samirədən aldığı narkotik vasitədən həmin şəxslərlə birlikdə istifadə etmişlər. Lakin hər hansı şəxslə Samirə arasında vasitəçilik etməmiş, yəni həmin şəxslərin istəyi ilə Samirədən narkotik vasitə alıb onlara verməmişdir. Bundan başqa, Samirə narkotik vasitələri hansı mənbədən əldə etdiyi barədə ona heç nə deməmiş və o da Samirədən heç nə soruşmamışdır. 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında hava qaraldıqdan sonra Samirə ona zəng edib aldığı idman geyimini dəyişmək üçün birlikdə Xəzər rayonu Binə qəsəbəsinə getməyi təklif etmişdir. Nə üçün qardaşının idarə etdiyi avtomobil ilə getmədiyini soruşduqda Samirə evdə qonaqlar olduğunu demişdir. Samirə ona narkotik vasitə satan yeganə şəxs olduğu üçün Samirə ilə razılaşmış və yarım saat sonra Hövsan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında Samirə ilə görüşmüşdür. Samirə həmin yerə markasını bilmədiyi taksi ilə gəlmişdir. Samirə avtomobildə arxa oturacaqda, o isə qabaq oturacaqda əyləşmişdir. Samirənin əlində qadın çantası və rəngli sellofan torba olmuşdur. Avtomobil hərəkətə gəldikdən təxminən 15 dəqiqə sonra Samirədən mobil telefonunda onun üçün internet açmasını xahiş etmişdir. Daha sonra öz mobil telefonunda “wi-fı”-a qoşularaq “Whatsapp” tətbiqində Samirəyə mesaj yazıb “kola” istədiyini dedikdə Samirə təşkil edəcəyini demişdir. Yol boyu Samirə ilə heç nə danışmamış, yalnız “Whatsapp” tətbiqində mesajlaşmışlar. Bundan əlavə, Samirə ona heç nə deməmiş, yaxud adi SMS yazmamışdır. Binə qəsəbəsinə çatdıqdan sonra Samirə taksidən düşdüyü vaxt sürücü onları geri qaytara bilməyəcəyini demişdir. Samirə də ona taksi sürücüsünün pulunu verməyini, geri qayıtmaq üçün başqa taksi çağıracağını demişdir. O da taksi sürücüsünə 7 yaxud 9 manat pul verib yola salmışdır. Taksi çıxıb getdikdən sonra Samirə 4-5 addım irəli gedib darvazanın kənarında yerdən təxminən futbol topu həcmində olan yapşıqanlı lentlə bükülmüş bağlamanı götürüb ona tərəf gəlməyə başlamışdır. Samirədən həmin bağlamanın nə olduğunu soruşduqda Samirə “nəşə” olduğunu demişdir. Samirəyə bağlamanı atmasını demiş, Samirə də əyilərək həmin bağlamanı yerə qoymaq istədiyi vaxt o, artıq oradan uzaqlaşmağa başlamışdır. 2-3 metr irəli getdikdən sonra 3 nəfər polis əməkdaşı onlara yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyərək onları Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Bu vaxt narkotik vasitə Samirənin əlində olmuşdur. Polis əməkdaşları ona qarşı təzyiq göstərərək məcburi şəkildə avtomobilə əyləşdirmiş, Samirə isə etiraz etmədən özü avtomobilə əyləşmişdir. Daha sonra onları Baş İdarəyə gətirmiş, Baş İdarədə yenə də polis əməkdaşları ona təzyiq göstərmişlər. Daha sonra müdafiəçi gəldikdən sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. O, üzərində olan özünə məxsus “Huawei” markalı mobil telefonu könüllü olaraq polis əməkdaşına təhvil vermişdir. Daha sonra o, polis əməkdaşlarının təzyiqi ilə Samirə ilə birlikdə narkotik vasitə götürməyə getdiyini və Samirənin bunun qarşılığında ona 1 ədəd metadon dərmanı verəcəyini vəd etdiyini demişdir. Şəxsi axtarış yekunlaşdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq göstərmişdir ki, heç vaxt Samirəyə pay kimi yaxud pul qarşılığında narkotik vasitə verməmişdir. Samirədən aldığı narkotik vasitələrin qarşılığında pulu çox vaxtlarda Samirənin “M 10” mobil tətbiqinə göndərmiş, bəzi hallarda nağd şəkildə pul vermişdir. Hər hansı şəxslə narkotik vasitə satan şəxs arasında vasitəçilik etməmişdir. Narkotik vasitə satan hər hansı şəxsin istəyi əsasında narkotik vasitəni başqa şəxsə çatdırmamışdır. Hər hansı şəxsin istəyi və pulu ilə Samirədən narkotik vasitə alaraq həmin narkotik vasitəni istifadə etmək istəyən şəxsə çatdırmamış, Samirədən ancaq öz istifadəsi üçün narkotik vasitə almışdır. Hər hansı tanışına satmaq üçün narkotik vasitə təklif etməmiş, ümumiyyətlə heç kimə narkotik vasitə istifadə etməsini məsləhət görməmişdir.Təqsirləndirilən şəxs2 ifadəsinin davamında ona verilən əlavə suallara cavab olaraq göstərmişdir ki, sərbəst şəkildə verdiyi ifadəsində və ona verilən suallarda qeyri-səmimilik göstərmiş və özünü müdafiə etmək üçün bəzi hallar barədə yalan danışmışdır. Belə ki, bəzi hallarda ayrı-ayrı şəxslərdən pul alaraq həmin pulları narkotik vasitə satan şəxslərə göndərmiş, daha sonra həmin şəxslərdən narkotik vasitə alıb bir qədərini özü istifadə etmişdir. Qalan hissəsini isə pul verən şəxslərə çatdırmışdır. Şəxsi marağı da məhz narkotik vasitə qəbul etmək olmuşdur. Bundan başqa, həmin narkotik vasitələrdən az miqdarlarda götürərək özündə saxlamış və narkotik vasitə istəyən şəxslərə 5-10 manat pul qarşılığında satmışdır. Mobil telefonunda aşkar edilmiş danışıqlar və digər məlumatlar tamamilə doğrudur. Bununla tam şəkildə razıdır. Əvvəlki ifadələrini və sonuncu ifadəsini qismən təkzib edərək narkotik vasitələri şəxsi istifadəsi ilə yanaşı, satış məqsədilə də əldə edib saxladığını, həmçinin ayrı-ayrı şəxslərə satdığını etiraf edir. Narkotik vasitələri satmaqda isə məqsədi pul əldə edib, üzərinə əlavə pul qoyaraq yenidən özü üçün narkotik vasitə almaq olmuşdur. Özünə məxsus mobil telefonda “WA Business” ani mesajlaşma tətbiqində aralarında yazışmalar aşkar edilmiş “Toğrul H” kimi qeyd olunmuş şəxsin adı Toğruldur. Toğrul da Hövsan qəsəbəsində yaşayan tanışlarından biridir. Toğrul ilə də normal münasibətləri olub, aralarında ədavət yaxud qərəzli münasibət olmayıb. Toğrul ilə də bir-birilərinə narkotik vasitə vermişlər. Belə ki, o, özündə olan “pat”nı Toğrula vermiş, əvəzində isə Toğrul ona “kola” vermişdir. Toğrula pul qarşılığında narkotik vasitə satmamışdır. Toğruldan aldığı narkotik vasitələrdən az miqdarda istifadə edərək başqa şəxsə çatdırmışdır. Özünə məxsus mobil telefona baxış keçirilərkən “WA Business” ani mesajlaşma tətbiqində “Toğrul H” kimi qeyd olunmuş şəxslə yazışmalarında aşkar edilmiş “Çetnən diyəndə ki nə yalan diyim sənə bi dənə yarım götürmüşəm elə bil qızdan nisyə kolası yoxdu da daş verdi dedi dvijeniya elə özüvə də pul saxla gör istiyən olsa çetnən verəy mən bidənə özümə kola zad götürüm də ölürəm sən öl. ” məzmunda göndərdiyi səsli mesajda qız deyərkən Samirəni nəzərdə tutmuşdur. Belə ki, həmin gün Samirədən “kola” istəmiş, Samirə isə “kola” olmadığını deyərək ona əvəzində nisyə “daş” yəni metamfetamin vermişdir. Samirə həmin “daş”dan həm satmağını, həm də özünün istifadə etməyini, satdıqdan sonra isə 30 manat pulu verməyini demişdir. O da Samirənin təklifi ilə razılaşmışdır. Lakin həmin “daş”ı özü istifadə etmiş, növbəti gün isə 30 manat pul taparaq Samirəyə vermişdir. Özünə məxsus mobil telefonda aralarında yazışmalar aşkar edilmiş “Elnur Sa” kimi qeyd olunmuş şəxsin adı Elnurdur. Elnur da Hövsan qəsəbəsində yaşayan şəxslərdən biridir. Elnurla da normal münasibətləri olub, aralarında ədavət yaxud qərəzli münasibət olmayıb. Elnur bəzi vaxtlarda ona pul vermiş, yaxud bank kartına pul göndərmişdir. O da həmin pulları narkotik satan şəxsə çatdırmış, aldığı narkotik vasitədən özü də istifadə edərək qalan hissəsini Elnura vermişdir.Təqsirləndirilən şəxs2 daha sonra sərbəst şəkildə verdiyi ifadəsini təkzib edərək əlavə olaraq göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Samirə ona zəng etdikdən sonra Hövsan qəsəbəsində görüşdükləri vaxt Samirə ona Binə qəsəbəsinə narkotik vasitə götürmək üçün getməyi və əvəzində ona 1 ədəd metadon dərmanı verəcəyəni demiş, o da Samirə ilə razılaşmışdır. Taksidə getdikləri vaxt Samirə ona mesaj yazaraq sürücünün Hövsan sakini olması və artıq danışmamağı barədə xəbərdarlıq etmişdir. Binə qəsəbəsinə çatdıqdan sonra da o, özü taksi sürücüsünün haqqını verib yola salmışdır. Daha sonra Samirə ilə birlikdə bir qədər piyada irəli getmişlər. Yolda darvazanın kənarında yerdə təxminən futbol topu həcmində olan yapşıqanlı lentlə bükülmüş bağlama olmuş, Samirə həmin bağlamanı götürdükdən sonra özündə olan ağ rəngli sellofan torbanın içinə qoymuşdur. Samirə ilə birlikdə geri qayıdıb yolu keçərək bir neçə addım getdikdən sonra polis əməkdaşları onları saxlamışlar. Tutulduğu vaxtdan təxminən 2-3 ay əvvəl Samirə özünə yeni arxa hissəsi mavi rəngdə olan mobil telefon almış və ondan telefonda “Whatsapp” tətbiqini quraşdırmağını xahiş etmişdir. Samirənin mobil nömrəsini öz mobil telefonuna qoymuş, bunun nəticəsində İran İslam Respublikasına məxsus 5 ayrı mobil telefon nömrəsi onun telefonuna köçmüşdür. Həmin nömrələri tanımır və həmin nömrələrlə heç bir əlaqə saxlamamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 tanıyır. Həmin şəxslərə də narkotik vasitə vermişdir. Lakin həmin şəxslərin onun Samirə ilə əlbirliyi barədə dedikləri ilə razı deyil. Özünə məxsus “+994 70 903 36 37” saylı mobil nömrəyə daxil olan və göndərilən SMS mətnlərinə baxış keçirilərkən onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dair aşkar edilmiş SMS mətnlərini özünün yazdığını və narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edir və həmin məlumatlara dair etirazı yoxdur.Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 “Siz ifadənizin əvvəlində özünüzü qismən təqsirli bildiyinizi, narkotik vasitələri yalnız şəxsi istifadəniz üçün əldə etdiyinizi göstərdiniz. Lakin sonradan sizə verilən suallara cavab olaraq narkotik vasitələri şəxsi istifadənizlə yanaşı, həm də satış məqsədilə əldə etdiyinizi və satdığınızı bildirdiniz. Satış məqsədiniz dedikdə nəyi nəzərdə tutursunuz və bu ziddiyyəti necə izah edə bilərsiniz” sualına cavab olaraq göstərmişdir ki, özü ağrıda qalmamaq üçün başqa-başqa şəxslərdən pul alaraq həmin pul qarşılığında narkotik vasitə satan şəxslərdən narkotik vasitə almışdır. Həmin narkotik vasitədən çox hissəsini özü üçün götürmüş, qalan hissəsini isə pul verən şəxsə vermişdir. Pul verən şəxs narkotik vasitənin miqdarı ilə bağlı narazılıq etdikdə o, satıcının həmin miqdarda verdiyini demişdir (İİ cild, səh. 145-152). 9.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Sveta” kimi tanıdığı Samirə adlı şəxsdən 2-3 dəfə narkotik vasitə “nəşə” götürmüş və narkotiki Samirədən pulla hər dəfə 10 manata almışdır. Hansı tarixlərdə aldığını xatırlamır. Təqsirləndirilən şəxs Əliağanı da tanıyır, Əliağa vasitəsilə də 3-4 dəfə narkotik almışdır. Ödənişləri nağd qaydada ödəmişdir. O, narkotiki qramla almamış, üç-dörd dəfə almış, ən son tutulmazdan 7-10 gün əvvəl almışdır. Narkotiki Əliağanın vasitəsilə də almış və birbaşa Əliağanın özündən də almışdır. Əliağaya narkotiki verməsi üçün on manat vermişdir. O, metamfetamin də istifadə etmişdir. 10.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Samirə xanmı tanımır, əlaqəsi olmamış, Ağanı yəni Əliağanı isə yaşadığı ərazidən tanıyır. İstifadəçi olduğu müddətdə bir-iki dəfə münasibətləri olmuşdur. O, ***-***- **-** saylı mobil telefon nömərsindən istifadə etmiş, Əliağanın nömrəsini isə xatırlamır. O, 3-4 dəfə Əliağadan xahiş etmiş və Əliağa narotik tapmaqda ona kömək etmişdir. O, özü “nəşə” və “kakos”dan istifadə etmişdir. 11.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istifadəsində ***-***-**-** saylı mobil nömrəsi var. Həmin mobil nömrəni 2009-cu ildən etibarən istifadə edir. Təxminən 1-2 il müddətdir “ot”, “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan və “kola” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. Həmin narkotik vasitələri yandırıb tüstüsünü qəbul etmək yolu ilə istifadə edir. Narkotik vasitə asılılığından əvvəllər müalicələr alsa da, lakin bu zərərli vərdişini tərgidə bilməmiş və narkotik vasitə qəbul etməyə davam etmişdir. Əvvəlki müddətdən tanıdığı və onunla eyni qəsəbədə yaşayan “Ağa” kimi tanıdığı Təqsirləndirilən şəxs2 uzun müddətdir narkotik vasitə qəbul etdiyini və satdığını bilmişdir. Əliağa ilə yanaşı, Hövsan qəsəbəsində Bəxtiyar adlı şəxs də narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. 2023-cü ilin yay aylarında Bəxtiyar polis əməkdaşları tərəfindən tutularaq həbs edildikdən sonra isə Əliağa rahat şəkildə narkotik vasitələr satmışdır. Əliağanı qiyabi olaraq tanısa da, 2023-cü ilin sentyabr ayında ilk dəfə Əliağanın istifadə etdiyi +**********37 saylı mobil nömrəyə zəng edərək “ot” istədiyini demişdir. Əliağa razılıq verdikdən sonra həmin gün yaşadığı evin yanında görüşdükləri vaxt Əliağa ona 10 manata birdəfəlik istifadə üçün “ot”, yəni narkotik vasitə qurudulmuş marixuana satmışdır. Sonrakı müddətdə də o, mütəmadi olaraq Əliağa ilə əlaqə saxlayıb “ot”, yaxud “kola” istəmiş, Əliağa da yaşadıqları Hövsan qəsəbəsində müxtəlif ünvanlarda görüşdükləri vaxtlarda ona 10 manata “ot”, yaxud “kola” satmışdır. 2023-cü ilin oktyabr ayının ortalarında isə Əliağanın polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. 2023cü ilin sentyabr-oktyabr ayları ərzində dəfələrlə Əliağa ilə əlaqə saxlayıb sonuncudan 10 manata “ot”, yaxud “kola” almışdır. Sonrakı müddətdə isə adlarını xatırlamadığı şəxslərdən “ot” alıb istifadə etmiş, sonuncu dəfə də 31 dekabr 2023-cü il tarixdə “ot”, yəni narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Əliağa narkotik vasitələri hansı mənbədən əldə etməsi barədə ona heç nə deməmiş və bu barədə məlumatı olmamışdır (İİ cild, səh. 12-14). 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samirə və Əliağanın nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə şöbəyə əməlliyyat məlumatı daxil omuşdur. Bundan sonra əmliyyat qrupu yaradılaraq keçirilmiş tədbirlərlə Binə qəsəbəsində təxminən axşam saat 11 radələrində təqsirləndirilən şəxsləri saxlayıb idarəyə gətirmişlər. Hər ikisinin üzərinə videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, Samirənin üzərində sellofan torba olmuş və orada özü narkotik vasitəni təqdim etmişdir. Əliağanın üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Saxlanılan zaman Samirə və Əliağa bir yerdə olmuşlar, Samirə tək gəlməyə qorxduğu üçün Əliağanı özü ilə gətirdiyini demişdir. Samirə və Əliağa gələndə müşahidə etmişlər, hansı formada hərəkət etmələrini dəqiq xatırlamır, amma deyəsən taksi ilə gəlmişlər. Həmin ərazi dalan olmuş, dalandan çıxıb uzaqlaşanda saxlamışlar. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra təqsirləndirilən şəxslərə hər-hansı zor və təzyiq göstərilməmişdir. 13.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsi xidmət edir. xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qızmm tanışı xx.xx.1993-cü ildə ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamaları, istifadə etmələri, daşımaları və satışı ilə məşğul olmaları barədə etimad doğuran mənbədən əməliyyat məlumatı daxil olduğu üçün 17 oktyabr 2023-cü Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin rəisi İlkin Hüseynov tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Əmrə əsasən şöbənin rəisi İlkin Hüseynovun rəhbərliyi ilə o, şöbənin əməliyyat müvəkkili Şahid2 və Kriminalistik Tədqiqatlar şöbəsinin inspektor-kriminalisti Elvin Məhərrəmovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 oktyabr 2023-cü il tarixdə saat 22:45-də ünvan 4 ünvanının yaxınlığında birlikdə olduqları vaxt saxlanılmışlar. Həmin anda Təqsirləndirilən şəxs1 əlində ağ rəngli sellofan torba olmuşdur. Həmin şəxslərə özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini izah etmiş və Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Həmin şəxslər də razılıq verərək onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmalarının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində onlara Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Daha sonra hər iki şəxs İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Emil Əliyev tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişlər. Sonrakı müddətdə müdafiəçinin, onun, Şahid2 və Kriminalistik Tədqiqatlar şöbəsinin inspektor-kriminalisti Elvin Məhərrəmovun iştirakları ilə X13 tərəfindən videoçəkilişdən istifadə edilməklə əvvəlcə Təqsirləndirilən şəxs1nm, daha sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın aparılmasından əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs1 həmin anda əlində saxladığı ağ rəngli sellofan torbanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu demişdir. Həmin torbanın içərisində üzəri yapışqanla örtülmüş 01 ədəd ağ rəngli bağlama aşkar edilmişdir. Sonra bağlamanın üzərindəki yapışqan qayçı vasitəsi ilə açılmış və bağlamanın içərisində 02 ədəd şəffaf sellofan torbanın və 05 ədəd tünd qəhvəyi rəngli list həblərin olması müəyyən edilmişdir. 02 ədəd şəffaf sellofan torbalara baxıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik ot kütləsinin olması aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı həmin ot kütləsinin “nəşə” yəni, narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. Qəhvəyi dərman rəngli listləri sayıldıqda 05 ədəd olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 həmin listlərdəki həblərin “M-40”, yəni narkotik vasitə metadon həbləri olduğunu demişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq aşkar edilmiş ot kütlələri və həbləri adım bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, 20 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs2 tək getməyə qorxduğu üçün özü ilə dəvət etdiyini, narkotik vasitələri götürdükdən sonra Təqsirləndirilən şəxs2 onunla gəldiyi üçün razılaşmaya əsasən 01 ədəd narkotik vasitə metadon həbi verməli olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş içərisində tünd yaşıl rəngli, spesifik iyə malik ot kütləsi olan 02 ədəd şəffaf rəngli sellofan bağlama elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin ümumilikdə 725 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 şalvarının cibindən özünə məxsus olan mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş kütlələr və tünd qəhvəyi listlər təhqiqatçı tərəfindən zərflərdə qablaşdırılıb möhürlənmiş və zərflərin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1təqdim etdiyi 01 ədəd göy rəngli “Redmi” markalı mobil telefon da iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1üzərinə şəxsi axtarış keçirilərkən saxlanması, daşınması və dövriyyəsi qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarışın aparılması barədə təhqiqatçı tərəfindən protokol tərtib edildikdən sonra bütün iştirakçılar protokolu imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. X13 Təqsirləndirilən şəxs2 şəxsi axtarış aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs2 şalvarının cibindən mobil telefonunu və 20 manat pulu çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində keçirilmiş şəxsi axtarış zamanı saxlanması, daşınması və dövriyyəsi qadağan edilmiş hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri götürmək üçün birlikdə getməyi təklif etmiş və əvəzində 01 ədəd “M-40” həbi verəcəyini vəd etmişdir. O da həmin təkliflə razılaşaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə getmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, saxlanılarkən yaxud Baş İdarəyə gətirilirkən polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamışdır. Şəxsi axtarış yekunlaşdıqdan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şöbəyə daxil olmuş əməliyyat məlumatına və həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitələri məhz satış məqsədilə əldə etdikləri müəyyən edilmişdir (İ cild, səh. 236-239). 14.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna şöbə rəisi başçılıq etmiş, qrupa o və digər baş əməliyyat müvəkkili daxil edilmişdir. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanına yollanmışlar, təxminən axşam saat 10-11 radələrində iki nəfər şəxs şübhəli olduğundan onlara yaxınlaşıb baş idarəyə dəvət etmişlər. Baş idarədə üzərilərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Samirənin əlində olan ağ sellofandan narkotik vasitə aşkar olunmuşdur. Təxminən yeddi yüz qram marixuana və 5 list metadon aşkar edilmişdir. Soruşduqda dəfələrlə İran vətəndaşına kuryerlik etdiyini, Əliağanı da qorxmamaq üçün gecə vaxtı onunla gəldiyini və Əliağaya da bir list “m-40” verəcəyini demişdir. Narkotik büküm şəklində saxlanılan zaman Samirənin əlində olmuşdur. Onlar daim təqsirləndirilən şəxslərin yanında olmuşlar və tək qoymamışlar. Təqsirləndirilən şəxslər təhqiqatçının otağına aparılmış və oradan da konvoy vasitəsilə Xətai rayon Polis İdarəsinə gətirilmişlər. Onlar Samirə üçün getmişlər, iki nəfər olduqlarını görüb soruşduqda Samirə tək gəlməmək üçün özü ilə gətirdiyini demişdir. O, arxada əyləşmiş və digər polis əməkdaşı maşını sürmüşdür. Qadın ən solda, Əliağa ortada, o isə sağda əyləşmişdir. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra təqsirləndirilən şəxslərə hər-hansı zor və təzyiq göstərilməmişdir. 15.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istifadəsində ***-***-**-** saylı mobil nömrəsi var. 2018-ci ildən etibarən Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən icarə əsasında işlətdiyi obyektdə avtomobil təmiri ilə məşğul olur. 2015-ci ildə idarə etdiyi avtomobil ilə Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi törətdiyi üçün barəsində cinayət işi başlanmışdır. Sonrakı müddətdə həmin ildə Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəzasının bir hissəsini çəkdikdən sonra amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. 2020-ci ildən etibarən “kakos” kimi tanıdığı narkotik vasitə heroin və arabir “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 8-9 ay əvvəl hazırda həbsdə olan qonşusu Bəxtiyarın vasitəsilə “kənd Hövsan”da yaşayan əsl adı Əliağa olan şəxslə tanış olmuş, lakin Əliağaya “Ağa” deyə müraciət etmişlər. Əliağa ilə yaxın münasibətləri olmuş, aralarında heç bir ədavət yaxud qərəzli münasibət olmamışdır. Söhbətlərindən Əliağanın da onun kimi narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bundan başqa, Əliağa ona rahat şəkildə “kakos”, “nəşə” və “patı” təşkil edə biləcəyini də demişdir. Əliağa onun şəxsən tanımadığı Sveta adlı qadınla birlikdə müxtəlif ünvanlardan narkotik vasitələr götürdüklərini və həmin narkotik vasitələri birlikdə satdıqlarını demişdir. O, ehtiyacı olduğu vaxtlarda Əliağadan “kakos” yaxud “nəşə” istəmiş, Əliağa da ona müxtəlif məbləğlərdə pulun müqabilində narkotik vasitə satmışdır. Ağa ilə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlamış, Əliağa razılıq verdikdən sonra isə yaşadığı evin yaxınlığında görüşmüşlər. Əliağa “kakos”un 0,1 qramını və “nəşə”nin birdəfəlik istifadə üçün olan hissəsini, yəni 1 “başını 10 manata satmışdır. Bundan başqa, Əliağa arabir özü tapa bilmədiyi vaxtlarda ondan “patı” tapmağını xahiş etmişdir. O, Əliağaya özündə olan Bəxtiyara məxsus “Kapital bank” kartının fotoşəklini göndərmiş və Əliağa pulu atdıqdan sonra Bəxtiyardan yaxud başqa şəxslərdən “patı” alaraq Əliağaya vermişdir. Lakin özü Əliağaya heç vaxt narkotik vasitə yaxud psixotrop maddə satmamışdır. Svetanı görməsə və tanımasa da, lakin Əliağanın dediklərinə əsasən onların birlikdə narkotik vasitə əldə edib satdıqlarını bilmişdir. Bundan başqa, onun kimi narkotik vasitə qəbul edən ayrı-ayrı şəxslər də Əliağanın və Svetanın birlikdə hərəkət etdiklərini bilmişlər. Sonuncu dəfə 2023cü ilin oktyabr ayında Əliağadan “kakos” almışdır. Sonrakı müddətdə isə qəsəbədə yaşayan şəxslərdən Svetanın və Əliağanın polis əməkdaşları tərəfindən tutulduqlarını eşitmişdir. Beləcə, Əliağa və Sveta tutulduğu vaxta qədər 6-7 ay ərzində demək olar ki, hər gün o, Əliağadan 10, 15, 20 manata “kakos” almışdır. Əliağa ilə əlaqə saxladığı mobil telefonu bir neçə ay əvvəl satmışdır. Əliağanın ona dediklərinə əsasən bilmişdir ki, Əliağa və Sveta İranlı şəxslərlə əlaqə saxlamışlar. Onlar pulu göndərdikdən sonra İranlı şəxs onlara Bakı şəhərində narkotik vasitələri qoyduğu yerlərin ünvanlarını göndərmiş, Əliağa və Sveta da həmin ünvana gedib narkotik vasitələri götürdükdən sonra birlikdə satmışlar (İİ cild, səh. 2-5). 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5567 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №215№” möhür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ...” və s. soyadlar, imzalar olan zərfdəki üzərlərində “Methadone 4O...Faran”əmtəə göstəriciləri olan 04 ədəd bütöv blisterdə və 02 ədəd blister kəsiklərində üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 49 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,96 qram olan narkotik vasitə metadon müəyyən edilmişdir. Metadon Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələri’in siyahısına (Siyahı İİ) daxildir (İ cild, səh. 78-82). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1448 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən ...” sözləri yazılmış bir ədəd skotçlanmış bağlamada olan 02 ədəd şəffaf sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 320 qram və 290 qram, ümumi çəkisi 610 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkbilərinə görə eynidirlər (İ cild, səh. 84-88). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 27 noyabr 2023-cü il tarixli 7771 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 106-107). 19.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 20 noyabr 2023-cü il tarixli 7576 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 110-111). 20.«Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 18 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarışın aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 sol əlində saxladığı 01 ədəd ağ rəngli sellofan torbanı masanın üzərinə qoyaraq içərisində narkotik vasitə olduğunu demişdir. Həmin ağ rəngli torbanın içərisində üzəri yapışqanla örtülmüş 01 ədəd ağ rəngli bağlama aşkar edilmişdir. Sonra bağlamanın üzərindəki yapışqan qayçı vasitəsi ilə açılmış, bağlamanın içərisində 02 ədəd şəffaf sellofan torbanın və 05 ədəd tünd qəhvəyi rəngli list həblərin olması müəyyən edilmiş, 02 ədəd şəffaf sellofan torbalara baxıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik ot kütləsinin olması aşkarlanmışdır. Həmin ot kütləsinin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs1 “nəşə” yəni, narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. Qəhvəyi rəngli dərman listləri sayıldıqda 05 ədəd olması müəyyən edilmişdir. Həmin listlərdəki həblərin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs1 M-40 yəni narkotik vasitə metadon həbləri olduğunu demişdir. Sonra sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin aşkar edilmiş ot kütlələri və həbləri adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, 20 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istfadə etdiyini, Təqsirləndirilən şəxs2 tək getməyə qorxduğu üçün özü ilə dəvət etdiyini, narkotik vasitələri götürdükdən sonra Təqsirləndirilən şəxs2 onunla gəldiyi üçün razılaşmaya əsasən 01 ədəd narkotik vasitə metadon həbi verməli olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş içərisində tünd yaşıl rəngli, spesifik iyə malik olan 02 ədəd şəffaf sellofan bağlamadakı ot kütləsi çəkilmiş və çəkisinin ümumilikdə 725 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən özünə məxsus olan 01 ədəd göy rəngli “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş kütlələr və tünd qəhvəyi listlər ekspert tədqiqatına göndərilməsi üçün xüsusi qaydada zərflərdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd göy rəngli “Redmi” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən saxlanması, daşınması və dövrüyyəsi qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir (İ cild, səh. 56- 57). 21.«Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 18 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarışın aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki göy cins şalvarının sağ yan cibindən özünə məxsus olduğunu bildirdiyi qara rəngli “HUAWEİ” markalı mobil telefonu və sağ yan cibindən 20 (iyirmi) manat pul əskinazını təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən saxlanması, daşınması və dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təxminən bir ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs1 birlikdə gedib narkotik vasitəni götüdükdən sonra ona bir ədəd narkotik vasitə metadon həbi verəcəyi ilə razılaşdığını və buna görə Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşıb birlikdə getdiyini demişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 20 (iyirmi) manat pul araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır (İ cild, səh. 62-63). 22.«Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında» 20 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar edilərək götürülmüş qara rəngli “Huawei” markalı mobil telefon cihazının yaddaşına baxış keçirilərkən “WA Business” proqramı vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 mobil nömrəsi ilə +**********44 mobil nömrəsinin istifadəçisi “X16” istifadəçisi kimi adlandırılmış şəxslə Təqsirləndirilən şəxs2: Vahid dayı başına dönərəm inanırsan həmin uşaq kimki istəmirdi yarını nə cavab verdi telefonuma nə də bir şey mən də atdım başımı yatdım istəmədi də yəni üzürlü sayasan gör nə deyirəme Vahid dayı mənə bəlkə üstündə olar bir əl borcu bir çet tema verəsən 1 saat, saat yarıma olacaq xəcalətindən çıxaram sənin (səsli mesaj),Təqsirləndirilən şəxs2: Bildim hə Vahid dayı bildim 10-20 manat pul düzəlsə nəsə götürmək olar ordan? Elə 1-2 nəfər tema verməliyəm, özüm də vəziyyətdən çıxa bilim alınar? (səsli mesaj),Təqsirləndirilən şəxs2: heç nə Vahid dayı qoy bir dənə pulların düzəltsinlər mənə xəbər eləsinlər deyəcəm sənə yaxşımı? (səsli mesaj) və s. narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması, +**********72 mobil nömrəsinin istifadəçisi “Toğrul H” istifadəçisi kimi adlandırılmış şəxslə Təqsirləndirilən şəxs2: Brat mənim internetim yoxdu qardaşımsan gör nə diyirəm sənə onu bölginən birini iki yerə də elə bil o sən dedin e mənə bir damcı ver imkanın varsa imkanın varsa lap hamısm ver bölməginən o heç bi də ki aşağı tərəfə düşə bilərsən yoxsa yox mən yuxarı qalxım? (səsli mesaj),“Toğrul H”: Qaqaş dükanın yanında gəl diyan mənə vızıv at fso. (səsli mesaj),Təqsirləndirilən şəxs2: Qaqaş bax bidənə gör daş istiyən olsa mənə dinən də çetnən 2-3 dənə çet veriblər əritməyə, (səsli mesaj),Təqsirləndirilən şəxs2: Çetnən diyəndə ki nə yalan diyim sənə bi dənə yarım götürmüşəm elə bil qızdan nisyə kolası yoxdu da daş verdi dedi dvijeniya elə özüvə də pul saxla gör istiyən olsa çetnən verəy mən bidənə özümə kola zad götürüm də ölürəm sən öl. (səsli mesaj),“Toğrul H”: Bidənə yaxın uşaq var qaqa istəsə şeydi diyəcəm görüşərsən də yəni qaqaşımızdı prablem deyil qardaşım belə də tanıyırsan e Vitalikin oğlu hə yəni yaxın uşağdı istəsə verərsən mən gedirəm özün görüşüb ona verərsən, (səsli mesaj),Təqsirləndirilən şəxs2: Yox e onu bilirəm onu bilirəm ki mənnən götürür belə pis çıxmasın ona bi dənə vermişəm biyağ. (səsli mesaj) və s. bu kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması, +**********01 mobil nömrəsinin istifadəçisi “Elnur sa”, +**********43 saylı mobil nömrənin istifadəçisi kimi adlandırılmış şəxslə Elnur sa”: Ay salam məleykim sənin sabahın xeyirli uğurlu olsun qərdeşim necəsən yaxçı olasan ə dünənki bizon birtəhər elib e məni e 1-2 dənə bi tüstü tapa bilseydik bu qaqaşda nə vaxt olar təxmini bilmirsən? (səsli mesaj) və s. bu kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması müəyyən olunur. Eyni zamanda, “WA Business” ani mesajlaşma tətbiqinin “Zənglər” bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********48 saylı mobil telefon nömrəsi (Sivet) arasında aşağıdakı tarixlərdə və müddətdə səsli zəng vasitəsilə danışıqların aparılması müəyyən edilmişdir. “Mesajlar” bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrə ilə +**********35 saylı mobil nömrənin istifadəçisi “Kami Rusik” kimi adlandırılmış şəxs arasında Təqsirləndirilən şəxs2: Daniwa bilmirem neydi tema lazimdi? Necelik deqiq de yer var ordayam cixim hell ederem (tarix xx.xx.2023, saat 18:51),“Kami Rusik”: Sen onda gec cixarsan yeqin ki brat eger isin varsa, hecne ne ag kraska lazinı idi 10 manstliq,nese olsa xeber edersen (tarix xx.xx.2023, saat 19:11),“Kami Rusik”: Xeber cixmadi senden qaqasim,bashin qarisiqdirsa problem deyil.prosto mene he yox deyersen zehmet olmasa (tarix xx.xx.2023, saat 19:59),Təqsirləndirilən şəxs2: Qaqaw hele hemen adamdan xeber yoxdu olsun xeber dicem (tarix xx.xx.2023, saat 19:59) vəs. Bu kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların aparılması müəyyən edilmişdir. “Mesajlar” bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrə ilə +**********52 saylı mobil nömrənin istifadəçisi “Nicat Taliw” kimi adlandırılmış şəxs arasında Təqsirləndirilən şəxs2: ... yiqarsan tema duzelir onda dicem .... (tarix xx.xx.2023, saat 11:21),“Nicat Taliw”: Yari tapdiq turkanan 25 we lazim olmadi get eve özume lazim olsa deyerem OK (tarix xx.xx.2023, saat 18:06) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məzmunda yazışmaların aparılması müəyyən edilmişdir. “Mesajlar” bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********48 saylı mobil telefon nömrəsi (Sivet) arasında aşağıdakı tarixlərdə və məzmunda yazışmaların aparılması müəyyən edildi: Təqsirləndirilən şəxs2: Zaprafka terefe eziyet sekte svet men kanecdeyem geze geze geldim siget aidim hovsan marketden (tarix xx.xx.2023, saat 04:19), “Sivet”: taksi st in yaninda artiq danisma hov sanda qalandi. (tarix xx.xx.2023, saat 22:03) Təqsirləndirilən şəxs2 məxsus mobil telefonun ana menyusunda “Qalereya” bölməsində olan fotoşəkillərə və videolara baxış keçirilərkən ayrı-ayrı bükümlərdə olan narkotik vasitəyə bənzər müxtəlif əşya və predmetlərin, o cümlədən çoxsaylı pul köçürmələrinə dair ödəniş qəbzlərinin, həmçinin üzərlərində **********169579 və **********169579 nömrəli rəqəmlər qeyd olunmuş, eləcə də son 8 rəqəmi 97951549 olan plastik kartların, bundan başqa, Təqsirləndirilən şəxs2 “WA Business” ani mesajlaşma tətbiqi vasitəsilə ayrı-ayrı şəxslərlə narkotik vasitələrin alışı və satışı barədə apardığı yazışmalaırn ekran fotoşəkilləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus mobil telefonun ana menyusunda olan “Telefon” bölməsində yerləşən “Kişiler” bölməsinə baxış keçirilərkən İran İslam Respublikasına məxsus adı “İrani” kimi qeyd olunmuş “+98 *** *** ** **” saylı, adı “Asif iran” kimi qeyd olunmuş “+98 905 093 4308” saylı, adı “Hadi İr” kimi qeyd olunmuş “+98 *** *** ** **” saylı, adı “Seccat iran” kimi qeyd olunmuş “+98 *** *** ** **” saylı və adı “X17” kimi qeyd olunmuş +98 *** *** ** **” saylı mobil nömrələrin olması müəyyən edilmişdir (İ cild, səh. 156-179). 23.«Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında» 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar edilərək götürülmüş mavi rəngli “Redmi” markalı mobil telefon cihazının yaddaşına baxış keçirilərkən “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********48 mobil nömrəsi ilə ayrı-ayrı şəxslərlə səsli və videozənglər vasitəsilə danışıqlar aparması müəyyən edilmiş, lakin Təqsirləndirilən şəxs1 tərəfindən proqramda mesajlara 24 saatlıq vaxt məhdudiyyəti tətbiq edildiyindən həmin mesaj mətnləri avtomatik olaraq silindiyi üçün hər hansı şəxslə yazışma mətnləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 məxsus mobil telefonda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil telefon nömrəsinin menyunun kontaktlar bölməsində “Aga” kimi qeyd olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Samirə Əbiyevmn istifadəsində olmuş +**********48 saylı mobil nömrə ilə “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrə arasında 06 oktyabr - 17 oktyabr 2023cü il tarixləri arasında olan müddətdə hər gün və gün ərzində bir neçə dəfə olmaqla səsli və videozəng formasında əlaqənin, sonuncu dəfə isə 17 oktyabr 2023-cü il tarixdə saat 21:54-də 43 saniyə müddətində səsli zəngin olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələrində külli miqdarda narkotik vasitələri əldə etdiyi özünü “Fazil” adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun kontaktında adının “Fazil”, mobil nömrəsinin isə İran İslam Respublikasına məxsus “+98 933 426 4034” saylı mobil nömrə kimi qeyd olunduğu müəyyən edilmişdir. “Whatsapp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********48 mobil nömrə ilə “Fazil” adlı şəxsin istifadəsində olmuş “+98 933 426 4034” saylı mobil nömrə arasında 01 oktyabr - 17 oktyabr 2023-cü il tarixləri arasında olan müddətdə hər gün və gün ərzində bir neçə dəfə olmaqla səsli və videozəng formasında əlaqənin, sonuncu dəfə isə 17 oktyabr 2023-cü il tarixdə saat 22:30-da 15 saniyə müddətində səsli zəngin olması müəyyən edildi. Bundan başqa, mobil telefonun ana menyusunda yerləşən “Mesajlar” bölməsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1istifadəsində olmuş +**********48 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrənin istifadəçisi “Aga” kimi adlandırılmış şəxs arasında aşağıdakı tarixlərdə və məzmunda yazışmaların aparılması müəyyən edilmişdir: Samirs Əbiyeva: taksi stin yaninda artiq danisma hovsanda qalandi (tarix xx.xx.2023, saat 22:03). Təqsirləndirilən şəxs1 məxsus mobil telefonun ana menyusunda “Qalereya” bölməsində olan fotoşəkillərə və videolara baxış keçirilərkən ayrı-ayrı bükümlərdə olan narkotik vasitəyə bənzər müxtəlif əşya və predmetlərin, həmçinin üzərində **********789549 nömrəli rəqəmlər qeyd olunmuş plastik bank kartının fotoşəkilləri aşkar edilmişdir (İ cild, səh. 181-188). 24.«Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında» 12 yanvar 2024-cü il tarixli il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 11 yanvar 2024-cü il tarixli, AZF/LGL-22/24 nömrəli məktubu ilə istintaqa daxil olmuş qırmızı fonlu, üzərində “nar” markalanma yazısı və “16/43”, “3-13-44-2/2-9134” qeydləri, həmçinin imza olan “CD” diskə baxış keçirilərkən “CD” diskdə “pdf’ formatında ayrılıqda 4 faylın mövcud olması müəyyən edilmişdir. 1-ci fayl “SMS_Tarixcesi_**********0644_709033637” adlanır. Həmin fayla daxil olduqda müəyyən edilmişdir ki, faylda 01 yanvar 2022-ci ildən 23 oktyabr 2023-cü ilədək olan müddətdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrəyə daxil olan SMS mətnlərinin məzmunu cədvəl şəklində əks olunmuşdur. Həmin mətnlərə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən məzmunda SMS mətnləri aşkar edilmişdir. “CD” diskdə olan 2-ci fayl “SMS_Tarixcesi_**********0646_709033637” adlanır. Həmin fayla daxil olduqda müəyyən edilmişdir ki, faylda 01 yanvar 2022-ci ildən 23 oktyabr 2023-cü ilədək olan müddətdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrədən göndərilən SMS mətnlərinin məzmunu cədvəl şəklində əks olunmuşdur. Həmin mətnlərə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən SMS mətnləri aşkar edilmişdir.“CD” diskdə olan 4-cü fayl “Zenglerin_Mexsusluq_Tarixceleri ********************637_NAR_16143” adlanır. Həmin fayla daxil olduqda müəyyən edilmişdir ki, faylda 01 yanvar 2022-ci ildən 23 oktyabr 2023-cü ilədək olan müddətdə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrəyə daxil olan və göndərilən SMS mətnlərinin, həmçinin daxil olan və çıxan zənglərə dair mobil telefon nömrələrinin məxsus olduğu şəxslərin anket məlumatları (adı, soyad, ata adı, ünvan, İD nömrə) cədvəl şəklində əks olunmuşdur. Həmin məlumatlara baxış keçirilərkən “+**********37” saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs2 adına qeydiyyata alındığı müəyyən edilmişdir (İİ cild, səh. 28-33). 25.«Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında» 15 yanvar 2024-cü il tarixli il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 11 yanvar 2024-cü il tarixli, BKC/LGL-1311/24 nömrəli məktubu ilə istintaqa daxil olmuş ağ fonlu, üzərində "xxxx" markalanma yazısı və “BKC/LGL-1311/24” qeydi olan “CD” diskə baxış keçirilərkən “CD” diskdə “pdf’ formatında ayrılıqda 4 faylm mövcud olması müəyyən edilmişdir. 1-ci fayl “SMS.Tarixcesi—**********5135_555875248” adlanır. Həmin fayla daxil olduqda müəyyən edilmişdir ki, faylda 01 yanvar 2022-ci ildən 23 oktyabr 2023-cü ilədək olan müddətdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********48 saylı mobil nömrədən göndərilən SMS mətnlərinin məzmunu cədvəl şəklində əks olunmuşdur. Həmin mətnlərə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən SMS mətnləri aşkar edilmişdir.2-ci fayl “SMS_Tarixcesi_**********5137_555875248” adlanır. Həmin fayla daxil olduqda müəyyən edilmişdir ki, faylda 01 yanvar 2022-ci ildən 23 oktyabr 2023-cü ilədək olan müddətdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********48 saylı mobil nömrəyə daxil olan SMS mətnlərinin məzmunu cədvəl şəklində əks olunmuşdur. Həmin mətnlərə baxış keçirilərkən Təqsirləndirilən şəxs1narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən məzmunda SMS mətnləri aşkar edilmişdir.“CD” diskdə olan 3-cü fayl “Zenglerin_Detallasmasi **********1053 555875248” adlanır. Həmin fayla daxil olduqda müəyyən edilmişdir ki, faylda 01 yanvar 2022-ci ildən 23 oktyabr 2023-cü ilədək olan müddətdə Təqsirləndirilən şəxs1istifadəsində olmuş +**********48 saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin detallaşması (tarix, müddət, anten dairəsi) cədvəl şəklində əks olunmuşdur. Həmin məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1istifadəsində olmuş +**********48 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********37 saylı mobil nömrə arasında 12 sentyabr 2023-cü ildən 17 oktyabr 2023-cü ilədək olan müddət ərzində hər gün və gün ərzində dəfələrlə olmaqla ümumilikdə 129 dəfə mobil əlaqə yaradılmışdır. “CD” diskdə olan 4-cü fayl “Zenglerin_Mexsusluq_Tarixceleri **********4943__55875248JBKC” adlanır. Həmin fayla daxil olduqda müəyyən edilmişdir ki, faylda 01 yanvar 2022-ci ildən 23 oktyabr 2023-cü ilədək olan müddətdə Təqsirləndirilən şəxs1istifadəsində olmuş +**********48 saylı mobil nömrəyə daxil olan və göndərilən SMS mətnlərinin, həmçinin daxil olan və çıxan zənglərə dair mobil telefon nömrələrinin məxsus olduğu şəxslərin anket məlumatları (adı, soyad, ata adı, ünvan, İD nömrə) cədvəl şəklində əks olunmuşdur. Həmin məlumatlara baxış keçirilərkən “+**********48” saylı mobil telefon nömrəsinin “Feruz Hüseynov” adına qeydiyyata alındığı müəyyən edilmişdir (İİ cild, səh. 86-91). 26.«Maddi sübut qismində tanınma və maddi sübutun təhvil verilməsi barədə» 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 02 ədəd sellofan torbada 609 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin 04 ədəd bütöv blisterdə və 02 ədəd blister kəsiklərində üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 49 ədəd dərman tabletləri cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanmasından ötrü Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmişdir (İ cild, səh. 233-235). 27.«Cinayət işinin işi üzrə toplanmış sübutların məcmusuna qiymət vermə haqqında» 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Redmi” və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Huawei” markalı mobil telefonlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edildiyindən həmin mobil telefonlar iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilmişdir. "xxxx" MMC-nin 11 yanvar 2024cü il tarixli, BKC/LGL-1311/24 nömrəli məktub və "xxxx" MMC-nin 11 yanvar 2024-cü il tarixli, AZF/LGL-22/24 nömrəli məktub ilə istintaqa daxil olmuş “CD” disklərdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edildiyindən həmin “CD” disklər iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (İİ cild, səh. 172- 213). 28.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs1 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol saidin ön səthində bir neçə kəsikdən sonrakı çapıq izi aşkar edilmişdir. 29.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs2 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, yeni xəsarət izi aşkar edilməmişdir. 30.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının qanunsuz hərəkətlərinə dair müraciəti əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 05-C-12 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir (İİ cild, səh. 163-165). 31.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 31). 32.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 47). 33.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 4(011)- 676/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 17 oktyabr 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 144-149). 34.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 4(011)- 675/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 17 oktyabr 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 150-155). 35.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 1(011)-377/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər: 1.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. 2.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-27/2015 nömrəli, 16 yanvar 2015-ci il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş qalan 3500 manat cərimə cəzası hökmlə tam birləşdirilməklə qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası təyin olunmuş, 17 dekabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, səh. 226-227, İİ cild, səh. 43-46). 36.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən alınmış 11 yanvar 2024-cü il tarixli, 21-1/3-442 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 3500 manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmamışdır (İİ cild, səh. 103). 37.Bakı şəhəri Xətai Rayon Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 03 iyul 2024-cü il tarixli, 1(011)-377/2015 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 1(011)-377/2015 saylı hökmü xx.xx.2016cı il tarixdə qanuni qüvvəyə minmiş və 21 yanvar 2016-cı il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. 38.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 26 iyul 2024cü il tarixli, 3-16-17/20/2-1480/2024 nömrəli məktubdan görünür ki, müəssisədə cəza çəkmiş məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il tarixdə cəza müddəti qurtardığı üçün azadlığa buraxılmişdır, cəza çəkdiyi müddət ərzində məhkuma aid icra vərəqəsi müəssisəyə daxil olmamışdır. 39.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Xətai rayon İcra şöbəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 27 sentyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sizin 1(101)-1445/2024 saylı, xx.xx.2024-cü il tarixli məktuba baxılmadan geri qaytarılır. Belə ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmrinə əsasən Bakı Probasiya İdarəsi yaradılmışdır. Sözügedən icra sənədlərinin Bakı Probasiya İdarəsinə göndərilməsi məqsədəmüvafiqdir. 40.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 01 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində hər hansı hökm və ya qərar idarəyə daxil olmamışdır. 41.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli, 1(006)-208/2014 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 700 manat cərimə cəzasına məhkum edilmiş, 06 iyun 2014-cü il tarixdə cərimə tam ödənilmişdir (İ cild, səh. 228-229, İİ cild, səh. 36-38). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 42.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 43.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 44.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 45.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibləri vardır və onların törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 46.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 47.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 48.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 49.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 50.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 51.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 52.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 53.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Həmin siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. 54.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 55.Təqsirləndirilən şəxslərin şəxsi axtarışları barədə videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. Həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitələrin onlara məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 56.Beləliklə məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə şəxsi axtarışlarının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 57.Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 58.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs2 adına açılmış tibbi kitabçanın surətindən görünür ki, yeni xəsarət izi aşkar edilməmişdir. Eyni zamanda, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının qanunsuz hərəkətlərinə dair müraciəti əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 05-C-12 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 59.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 60.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 61.Məhkəmə təqsirləndirilən şəxslərin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadələrinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş telefona və +**********48 saylı mobil nömrəyə və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş telefona və +**********37 saylı mobil nömrəyə daxil olan və göndərilən smslərə, mesajların mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcılarına baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxslərin həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiklərini tam sübuta yetirir. 62.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 63.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 64.Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 65.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 66.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 67.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 68.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 69.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 70.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 71.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 72.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 73.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 74.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 75.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 76.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 77.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 78.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 79.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 80.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 82.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 83.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 84.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-2-ci maddəsinə əsasən ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində-bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab edilir. 85.Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-27/2015 nömrəli, 16 yanvar 2015-ci il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş qalan 3500 manat cərimə cəzası hökmlə tam birləşdirilməklə qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3500 manat cərimə cəzası təyin olunmuş, 17 dekabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, 3500 manat cərimə cəzası ödənilməmişdir. 86.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-cı maddəsinə əsasən, məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur: böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə; az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə; ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən iyirmi il keçdikdə. 87.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəti cəzanın təyin olunduğu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi ildən artıq müddət keçməsinə baxmayaraq cərimə cəzasına aid hissədə icra edilmədiyindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 3500 manat cərimə cəzasını çəkməkdən azad olunmuş hesab edilməlidir. 88.Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2015-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmləri, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2014-cü il tarixli hökmü ilə məhkum edildikləri cinayət əməllərinə münasibətdə məhkumluqları ödənilmişdir. 89.Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 90.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 91.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 92.Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 93.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 94.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları - 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. 95.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. 96.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 97.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 98.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 609,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 47 ədəd dərman tabletlərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 03 ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut olaraq Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus «Redmi» markalı mobil telefon aparatı onun özünə (razılığı olduqda yaxın qohumuna) qaytarılmalı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Huawei» markalı mobil telefon aparatı onun özünə (razılığı olduqda yaxın qohumuna) qaytarılmalıdır. 99.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 100.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 101.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 102.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 103.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 104.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 105.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 609,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 47 ədəd dərman tabletləri məhv edilsin, 01 (bir) ədəd «Redmi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın, 01 (bir) ədəd «Huawei» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs2 (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar