Məhkəmə qərarları › İş №1(101)-1445/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1445/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1445/2025 24.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X5 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, hal-hazırda 03 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, X4 06 fevral 2025-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “AB” yaşayış massivi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 2715,42 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib idarə etdiyi “Chevrolet Cruze” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillə onun cinayətkar niyyətindən məlumatsız olan tanışı Şahid4 kirayə yaşadığı ünvan 3 ünvanına daşıdıqdan sonra qanunsuz olaraq əldə etmiş olduğu həmin narkotik vasitə qurudulmuş marixuananın 03 (üç) ədəd sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 500,0 qram, 1000,0 qram və 1115,0 qram olan hissəsini qeyd edilən mənzilin yataq otağındakı divanın altında, 01 ədəd bağlamada olan 100,42 qram hissəsini isə üzərində saxlamaqla mənzili tərk etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında həmin İdarənin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 06 fevral 2025-ci il tarixdə saat 20:15-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, 20 saylı binanın blokunda saxlanılaraq saat 20:20 dəqiqədə orada üzərində videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bağlamada 100,42 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirinin davamı olaraq Şahid4 kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə 06 fevral 2025-ci il tarixdə saat 20:33 dəqiqədə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman qonaq otağında olan divanın alt hissəsindən 03 (üç) ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500,0 qram, 1000,0 qram, 1115,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin törədilməsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanımadığı, internet vasitəsilə tanış olduğu iranlı şəxslərdən şəxsi istifadəsi üçün narkotik vasitə almışdı. Lakin hər dəfə alanda tutulmaq risqi çox olduğu üçün sonuncu dəfə miqdarı çox olmaqla şəxsi istifadəsi üçün 100 qram narkotik vasitə almışdır ki, hər narkotik alanda tutulmaq riski ilə üzləşməsin. Onun üzərindən çıxan narkotik vasitənin miqdarı da 100 qram olmuşdur. Polis əməkdaşlarının axtarışı zamanı divanın altından çıxan narkotik vasitələrdən onun xəbəri olmamışdır. Həmin narkotik vasitələr onların olmamışdır. Narkotik vasitənin aşkarlandığı ev onların evidir. Evə onlardan başqa heç kim girməmişdir. Həmin narkotik vasitələri divanın altına polislərin qoyub-qoymadıqlarını bilməmişdir. O, boynuna almışdır ki, üzərindən çıxan 100 qram narkotik vasitə ona məxsus olmuşdur. Evdən çıxan 500, 1000 və 1115 qram çəkisi olan 03 bükümdə narkotik vasitələr barədə ittiham aktında oxumuşdur. Polis onlara qarşı qərəzli olmamış, onları təzyiq altında saxlamışdır. Həmin polislərin adlarını xatırlamamışdır. Təzyiqin xarakteri bundan ibarət olmuşdur ki, polislər onlara narkotik vasitələri boynularına almağı və bu səbəblə də istifadəçi kimi işi yüngülləşdirib qeydiyyata alaraq onları buraxacaqlarını bildirmişlər. Onun narkotik vasitələri satmaq fikri olmamışdır. Evdə mətbəx tərəzisi olmuşdur. Son iki ildə narkotik vasitə olan marixuana istifadə etmişdir. Narkotik vasitələri sonuncu dəfə 3 000 manat ödəniş edərək tanımadığı İran vətəndaşından öz istifadəsi üçün əldə etmişdir. Əldə etdiyi 100 qram narkotik vasitəni yeni aldığı üçün üzərində gəzdirmişdir. İttihamla tanış olmuşdur. Ona qarşı təzyiq tədbiq olunmuşdur. Lakin fiziki təsir göstərilməmişdir. İbtidai istintaqda ittihamı buna görə qəbul etmişdir ki, onlara CM-nin 234.1-1-ci maddəsi ilə işlərini yüngülləşdirərək qeydiyyata alacaqlarını və onları buraxacaqlarını bildirmişdirlər. Onun mədəsində xəstəliyi olmuş, həmin xəstəliklə bağlı tutulana qədər mualicə olunmuşdur. Ailəlidir və bir oğlu var. Oğlu hərbi xidmətə getməyə hazırlaşır. O, “Bizə” deyərək Rüfətlə özünü nəzərdə tutmuşdur. Rüfət onun dostudur. Sonuncunun bu məsələdən xəbəri olmamışdır. Rüfətin telefon nömrəsi onda yoxdur. Rüfət Bakı şəhəridə yaşayır. Lakin konkret harada yaşadığını bilmir. Rüfət kirayədə qalır. Sonuncunun telefon nomrəsi onun yadında qalmamışdır. Polis əməkdaşları onu günəşli ərazisində saxlamışlar. Saxlanılan vaxt o tək olmuşdur. Polis əməkdaşları 4-5 nəfər olmuşlar. O, “Socar”da sürücü vəzifəsində işləmişdir. Aldığı əməkhaqqı 1200 manat olmuşdur. Yoldaşı da işləyir. Ailənin ümumi gəliri 1800 manat olmuşdur. 1800 manat onların aylıq dolanışıqlarına bəs etmişdir. Toylar və ya digər məslələr olmadıqda aylıq gəlirlərindən kənara əlavə pul qoymaq mümkün olmuşdur. Onun öz avtomobili də olmuşdur. Həmin avtomobil vasitəsilə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Taksi fəaliyyəti ilə həftəlik gəliri 250-300 manat olmuşdur. O, Binə atçılıqda qalmışdır. Evi 3 otaqlı həyət evidir. Evinin təmirə ehtiyacı olmamışdır. Tutulmaq risqi olduğu və hər dəfə narkotik almağa getməmək üçün 3000 manatlıq narkotik vasitəni almışdır. Narkotik vasitələrdən damara vuraraq istifadə etməmişdir. Onun istifadə etdiyi narkotik vasitə marixuanadır. “Socar”da işə qəbul edildiyi vaxt bir dəfə qan analizi götürmüşlər. Narkotik vasitələri almaq üçün ödədiyi 3000 manat pulu hissə-hissə yığmışdır. Günəşliyə dostu Rüfətin yanına getmişdir. O, Rüfətin evinə teztez getmişdir. Rüfət maşın ticarəti ilə məşğul olur. Sonuncunun əvvəllər məhkumluğu olmamışdır. Rüfəti iki il əvvəl hansısa məclisdə tanımışdır. Polis əməkdaşları onu saxladıqdan sonra baxış keçirilməsi üçün evə qalxmışlar. Polis əməkdaşları ondan hardan gəldiyini soruşmuşlar, o da dostunun evindən gəldiyini bildirdikdə polis əməkdaşları həqiqətən ordan gəldiyini dəqiqləşdirmək məqsədilə həmin evə qalxmışlar. Həmin ev Rüfətin evi olmuşdur. Sonuncu həmin evdə anası ilə yaşamışdır. Evə qalxdıqdan sonra polis əməkdaşları onu başqa otağa salmışlar və evi axtarmağa başlamışlar. Lakin o, əminliklə bildirmişdir ki, evdə narkotik vasitə olmamışdır. Onun Rüfətlə münasibəti olmuş və bilmişdir ki, sonuncunun evində narkotik vasitə olmamışdır. O, narkotik vasitələri Rüfətdən almamışdır. Rüfətin evindən çıxan narkotik vasitələrlə üzərindən çıxan narkotik vasitələrin eyni tərkibli olması barədə heç nə bilmir. Rüfətdən heç bir aslılığı olmamışdır. Rüfətlə münasibəti olduğu üçün sonuncunun evindən çıxan narkotik vasitələri üzərinə götürmüşdür. Qeyd edilən tərəzi elektron tərəzi olmamış, mətbəxdə işlədilən tərəzi olmuşdur. O, Rüfətin evinə üzərində narkotik vasitə ilə getmişdir. O, hadisələri olduğu kimi əvvəldən etiraf etmək istəmiş və bildirmişdir ki, İran vətəndaşı ilə internet vasitəsilə tanış olmuş, ona marixuana lazım olduğunu İran vətəndaşına bildirmiş, sonuncu da ona əlində 2 kq-a yaxın marixuana qaldığını, sata bilmədiyini, ona ucuz qiymətə verəcəyini və adresi ona göndərəcəyini demişdir. O, gedib marixuananı götürdükdən sonra istəməmişdir ki, həmin narkotik vasitələrlə öz evinə daxil olsun. Çünki evdə həmin narkotik vasitələri gizlətməyə yer olmamışdır. O, Rüfətin evinə gedəndə də sonuncunun narkotikdən xəbəri olmamışdır. Rüfət qapını ona açanda hamama girəcəyini və onun otağa keçməsini bildirmişdir. O, otağa girəndə balaca bağlamada olan narkotik vasitəni götürmüş, qalan hissəsini isə otaqda divanın altına qoymuşdur. Həmin vaxt cümə axşamı olmuşdur. Onun telefonuna zəng gəlmiş, qohumu dünyasını dəyişmiş və o da yas yerinə getməli olmuşdur. O, Rüfətə getməli olduğunu bildirib evdən çıxmış, lift ilə düşəndə Rüfət ona zəng etmiş, liftdə şəbəkə yaxşı olmadığı üçün sonuncuya liftdən çıxdıqda əlaqə saxlayacağını bildirmişdir. Aşağı düşən kimi polis əməkdaşları onları saxlamışlar. O, hər dəfə Rüfətin evinə gedəndə sonuncu ondan çörək, su almasını istəmişdir deyə və o Rüfətin evinə hər dəfə əli dolu getdiyi üçün Rüfət onun əlində olan narkotik vasitədən şübhələnməmişdir. Həmin vaxt onda tərəzi olmamışdır. Narkotik vasitələri Rüfətin evinə o aparmışdır. İstintaq zamanı da həmin narkotik vastələri şəxsi istifadəsi maqsədi ilə əldə etdiyini etiraf etmişdir. Rüfətin bu məsələdən xəbəri olmadığı üçün və sonuncunun bu məsələyə aidiyyatı olmadığı üçün şahid qismində dindirilməmişdir. Onun avtomobilinin markası “Chevrolet cruze” olmuş və həmin avtomobil oğluna görə satmışdır. Oğlu avtomobili xəbərsiz götürüb idarə etmişdir. Başına hadisə gəlməsindən narahat olduqları üçün satmışlar. Rüfət onun narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Rüfət arabir narkotik vasitələrdən istifadə etmişdir. O, Rüfətin evinə gedəndə sonuncunun narkotik vasitələrdən xəbəri olmamışdır. O, Rüfətin evinə gedəndə həmin tərəzi həmişə mətbəxdə olmuşdur. Narkotik vasitəni divanın altına qoyması ilə bağlı məlumat vermək fikrində olmuşdur. Rüfət özü ona zəng etmiş və soruşmuşdur ki, “niyə tez gəlib getdin, əlindəki sellofan nə idi?” O, həmin vaxt Rüfətə liftdə olduğunu, aşağı düşdükdən sonra əlaqə saxlayacağını bildirmişdir. Elə vaxt olmuşdur ki, narkotik vasitələri Rüfətlə birlikdə istifadə etmişlər. Sonuncu narkotik vasitələrdən Rüfətin xəbəri olmamışdır. Hazırda bildirdiyi ifadələr səmimi etirafı olmuşdur. İbtidai istintaqda da belə ifadə vermişdir. O, divanın altında olan narkotik vasitənin yeri barədə polislərə etiraf etmişdir. O, evdən çıxandan tutulana qədər müddət təxminən 15-20 dəqiqə olmuşdur. Rüfət ona heçnə vəd etməmişdir. O, ibtidai istintaq dövründə təxminən 6-7 dəfə ifadə vermiş, lakin hansı tarixlərdə olduğunu xatırlamamışdır. O, ibtidai istintaq dövründə ifadəsini dəyişməmişdir. Əvvəlki ifadəsinin üzərində dayanmışdır. Polis əməkdaşları Rüfəti də onunla birlikdə polis idarəsinə aparmışlar. O, polis əməkdaşlarına narkotik vasitələr barədə həmin gün etiraf edici ifadələr vermişdir. Rüfəti nə vaxt buraxdıqlarını isə bilməmişdir. Səhv etməmişdirsə Rüfəti təxminən 3-5 gün sonra buraxmışlar. Polis bölməsində Rüfətlə üz-üzə oturmuşlar. Həmin vaxt sonuncu ondan nə səbəbə bu cür səhvə yol verdiyini və niyə Rüfəti də bu məsələyə qatdığını soruşmuşdur. Avtomobili həbsdən çıxan kimi satmışdır. Avtomobili icarəyə götürmüşdür. Aylıq ödənişlərdə çətinlik çəkdiyi üçün satmışdır. Avtomobil öz adına olmamış, Sumqayıt şəhərində yerləşən avtosalondan götürmüşdür. Aylıq 450 manat ödəniş etmişdir. Rüfət Nəsimi ərazisində yerləşən evi səhv etməmişdirsə plana düşdüyü üçün günəşlidə kirayədə qalmışdır. Rüfət günəşlidə anası ilə qalmışdır. Həmin günü Rüfətin anası bir neçə günlük Qəbələyə bacısıgilə getmişdir. Rüfətin həmin evdə kirayədə qaldığı təxminən 2- 3 ay olmuşdur. Sonuncunun Nəsimi ərazisində yerləşən evi səhv etməmişdirsə, güllü dərə tərəfdə olmuşdur. O, Bülbülə ətrafında olmamış, narkotiki yaymamış, ucuz düşdüyünə görə şəxsi istifadəsi üçün 3000 manat pul verib Günəşlidən götürmüş, götürdüyü yerə pulu qoymuşdur. Onların razılığı belə olmuşdur ki, narkotik taciri malı gətirəcək, o da götürdüyü yerə pulu qoyacaq. O, kart vasitəsilə ödəniş etməmişdir. Mənzilə qalxanda polislər orda olmuşlar. Rüfət torbada narkotik olduğunu bilməmişdir. Sonuncu ona zəng etmişdir. O, Rüfətə uzun söhbət olduğunu bildirmiş, liftdə olduğuna görə set itmiş, sonra liftdən düşəndə onu polis əməkdaşları tutmuşlar. Onu yuxarı qaldırmışlar, sonra yenidən düşmüşlər və aşağıda çəkiliş aparmışlar. Polislər 3 nəfər yox, 5-6 nəfər olmuşlar. Tərəzi divanın altında olmamış, stolun üstündə olmuşdur. O, ifadəsində bildirdiklərinin yanlış ifadə olduğunu deyərək bildirmişdir ki, tərəzini o özü narkotikin çəkisini müəyyən etmək üçün almışdır. Həmin tərəzi mətbəx tərəzisi olmuşdur. O, mənzildən düşəndə artıq Rüfət hamamdan çıxmış olmuşdur. 10-15 dəqiqə sonra əməkdaşlarla birgə mənzilə qalxmışlar. O, tərəzi ilə özünə götürdüyü marixuananı çəkmişdir. Evdə problem olduğuna görə narkotik vasitələri öz evinə aparmamışdır. Həyət evində yaşamağına baxmayaraq həyəti balaca olmuşdur. O, liftdə Rüfətə torbanın divanın altında olduğunu demiş, buna görə də sonuncunun xəbəri olmuşdur. Liftin qabağında ağsaqqal kişi və başqa bir nəfər olmuşdur. Rüfətin Nəsimi rayonundakı evi Güllü dərə ərazisində yerləşir. Güllü dərədə məscid var, həmin məsciddən aşağı düşəndə yol Rüfətgilin evinə çıxır. Onlar sellofan torbanı təqdim edəndə Rüfətin anası orada olmamışdır. Rüfətin narkotik dövriyyəsindən xəbəri olmamışdır. “Şahbuz” adlı iranlıdan narkotiki o almış, Rüfət almamışdır. Bu iş üzrə Rüfət də saxlanılmışdır, çünki evdə ikisi birlikdə olmuşlar. O, müstəntiqə Rüfətlik heç nə olmadığını bildirmişdir. Onlara vədlər edilmiş, Rüfətlə onun birlikdə etdiklərini bildirmələri deyilmişdir. Mənzili Rüfət tutmuşdur. O, həmin evə dost kimi gedib gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevral ayında daxil olmuş məlumat əsasında şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazsində saxlanılmış, üzərinə baxış keçirilmiş və gödəkçənin cibindən qurudulmuş marixuana, açar, müəyyən miqdarda pul aşkar olunmuşdur. Marixuananı iran vətəndaşından əldə etdiyini bildirmişdir. Ünvana baxış keçirilən zaman Rüfət adlı şəxs aşkar olunmuş, sonuncunun üzərinə baxış keçirilmiş və heç nə tapılmamışdır. Sorğu zamanı divanın altında 3 büküm narkotik vasitə olduğunu bildirmişdir. Narkotikin çəkisi müəyyən olunmuşdur. Sorğu zamanı İlqar narkotiki müəyyən ünvanlara çatdırmaq məqsədilə bir yerdə götürdüklərini bildirmişdir.Ona verilən suallara cavab olaraq bildirmişdir ki, məlumat İlqar və Rüfət barəsində olmuşdur. Sonradan məlum olmuşdur ki, əsas rol İlqarda olmuş, Rüfət onun yanında olmuşdur. Onlara daxil olan məlumat birmənalı olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi olmuşdur. Məlumat olmuşdur ki, İlqar narkotiki müəyyən ünvanlara çatdırır. Müəyyən ünvanlar səhv etməmişdirsə, Bülbülə gölü tərəf olmuşdur. Evi səhv etməmişdirsə, Rüfətlə İlqar bir tutmuşlar. Evdə Rüfətin anası olmamışdır. Rüfəti onlar buraxmamışlar. Yerində sənədləşdirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Rüfət şübhəli şəxs qismində tutulmuşdur. Rüfət narkotiki İlqarın əldə etdiyini bildirmişdir. Rüfət evdə olmuş, narkotiki onlara Rüfət təhvil vermişdir. Rüfət malı Bibiheybət ərazisindən götürmüşdür. İlqar pulu qeyd etdiyi yerə qoya bilməz, bu narkotik tacirlərinin iş prinsipinə ziddir. Pul qeyd edilən yerə qoyulsa, tacirlər tutula bilər. İlqar kart ödənişlərində birbaşa iştirak etməmiş, sonuncu kiməsə atmış, atdığı şəxs pulu vermişdir. Rüfətin sağlamlığında problem olmuş, sonuncunun bu işdə nə dərəcədə iştirak etdiyini bilməmişdir. Sövdələşəməni İlqar etmişdir. Rüfətlə İlqar dost olmuşlar. Onlara daxil olan məlumat külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi olmuşdur. Məlumatda həm İlqarın, həm Rüfətin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması olmuşdur. Əməliyyatda 3 nəfər polis iştirak etmişdir. İlqar çölə çıxanda saxlamışlar, sənədləşdirmişlər, sonra yuxarı qalxmışlar. O, onlarda olan məlumata görə burda narkotik vasitə saxlanılmasını bildirmiş və təqdim etmələrini təklif etmişdir. Rüfət divanı qaldırmış və narkotik vasitələri təqdim etmişdir. Sonuncu narkotikin İlqara məxsus olduğunu bildirmişdir. Evdə narkotikdən başqa elektron tərəzi olmuşdur. İlkin ifadələrində tərəzinin narkotiki çəkmək üçün olduğunu bildirmişlər, lakin İlqar, və ya Rüfətin dediyini xatırlamamışdır. Onlar tərəzini də götürmüşlər. Onlar evə girəndə Rüfət altında narkotik olan divanda oturmuşdur. Rüfətə özlərini təqdim etmişlər. Sonuncu divanı qaldırıb narkotiki göstərmişdir. Rüfətin məlumatının olmaması mümkün olmamış, lakin rolu az olmuşdur. Evə baxış keçirmişlər, elektron tərəzi də səhv etməmişdirsə, divanın altında olmuşdur. İlqarın üzərinə baxış keçirilmiş, marixuana aşkarlanmışdır. İlqarla heç bir ünvana getməmişlər və narkotik götürməmişlər. Ola bilsin ki, tərəzi divanın altında olmamış, lakin üzərində narkotik qırıntıları olmuşdur. Birmənalı olaraq narkotik çəkmək üçün olan tərəzi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında 6 fevral 2025-ci il tarixdə, saat 20:15 radələrində Suraxanı rayonu ərazisində İlqar İsafilov saxlanılmış, üzərinə baxış keçirilən zaman bir büküm narkotik vasitə aşkarlanmışdır. Sonuncu evdə də olduğunu və “Şahbuz” adlı İran vətəndaşından götürdüklərini bildirmişdir. Onlar mənzilə qalxmışlar, mənzildə Rüfət adlı şəxs olmuşdur. Mənzildən 3 büküm narkotik, elektron tərəzi, telefon, bank kartları aşkar edilmişdir. Mənzildə olan şəxslər bildirmişlər ki, 10 gün qabaq Ələt qəsəbəsindən və Bibiheybət məscidi tərəfədən əldə etmişlər. Narkotik vasitələri İran vətəndaşının dediyi yerdən almışlar. Həmin şəxslər 2 nəfər, İlqar və Rüfət olmuşlar. İlqar həyətdə blokun qabağında saxlanılmışdır. Rüfət evdə olmuşdur. Rüfət saxlanılanda harasa gedib qayıtmalı olmuşdur. Onlar İlqara özlərini təqdim etmişlər, sonra üzərindən marixuana, açar, telefon aşkar etmişlər. Tutulan zaman İlqar heç kimə zəng etməmişdir. Onlar İlqarı küçədə tutmuşlar. İlqar narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu etiraf etmişdir. Sonuncu demişdir ki, Rüfətlə bir yerdə hər kiloqramına 300 manat pul alırlar. Narkotik vasitələri saxlamaq məqsədilə kirayə ev tutmuşlar. O, evin sahibini görməmişdir. Onlar evdə İlqarla Rüfəti görmüşlər, yaşlı qadın olmamışdır. Onlar qapını döymüşlər və Rüfət açmışdır. Evdəki narkotiki Rüfət divanın altından çıxartmışdır. Stolun üstündə tərəzi olmuşdur. Rüfətin narkotikdən xəbəri olmuşdur. Rüfət narkotikdən pul götürdüklərini demiş, İlqar da razılaşmışdır. Onlar Rüfəti görən kimi saxlamışlar. İlqar tutulana qədər hansı mənzildə narkotik olubolmadığını müəyyən etməmişlər. Yuxarı qalxanda mənzilin qapısı açarla bağlı olmuşdur. İlqar tutulana qədər həmin mənzilin qarşısında olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nəsimi rayonunda yaşayır. Evlərinin balaca olduğundan Gürcüstanda yaşayan atasıgil gəlmişlər, o da 3-4 ay qalmaq üçün kirayə ev tutmuşdur. İlqar gəlmiş, o, qapını açmış, İlqarın əlində qara torba olmuşdur. Həmin vaxt o, hamama girmək üzrə olmuşdur. Torbanın nə olduğunu soruşmuş, İlqar da “sonra söhbət edərik” demişdir. O, hamama girmiş, çıxanda görmüşdür ki, qapı açılmış və İlqar çıxmışdır. Əynini geyinib qonaq otağına keçmiş, stolun üstündə elektron tərəzi görmüşdür. İlqara zəng etmiş, telefonda şəbəkə zəif olmuş, səs qırıq-qırıq gəlmiş, buna görə tam başa düşə bilməmişdir. 5-10 dəqiqə keçmiş, polis əməkdaşları gəlmişlər. Narkotikin harda olduğunu soruşmuşlar. O da “nə narkotik” demişdir. Polis əməkdaşları demişlər ki, “evdə narkotik var”. Tərəzini görəndə evdə narkotik olduğu məlum olmuşdur. Divanın altından 3 bükümdə narkotik vasitə çıxmışdır. Bir-iki dəfə İlqarla nəşə çəkmişlər. Mənzili o, tək kirayə tutmuşdur. Anası yanında qalmamışdır. Tutulmamışdan qabaq İlqar ona zənglə evdə narkotik vasitə olduğunu deməmişdir. Səs qırıq-qırıq gəlmiş, İlqar gələcəyini və söhbət edəcəklərini, divanın altında olduğunu demişdir. O, qaldırıb baxmışdır ki, həqiqətən də torba divanın altındadır. Həmin torbanı təqdim etmişdir. O, evi tutanda tərəzi olmamışdır. O, oturduğu evdə stolun üstündə tərəzi olmamışdır. Evdə öz şəxsi istifadəsi üçün hazırlanmış narkotik olmuşdur. Həmin narkotiki dostlarından almışdır. Həmin vaxt İlqar da gəlmişdir. İlqar ona narkotiki cəmi 2 dəfə pulsuz vermişdir. Evləri balaca olmuş, atası da Gürcüstandan gələndən sonra yer darlığına görə o kirayə ev tutmuşdur. Anası kirayə tutduğu evdə olmamışdır. İlqar ona narkotikin divanın altında olduğunu demişdir. Narkotikin konkret ünvana çatdırılması ilə bağlı 300 manat almaq barədə məlumatı olmamışdır. İlqar neft şirkətində işləmişdir. Sonuncu narkotiki şəxsi istifadə üçün əldə etdiyini demişdir. İlqar özü üçün narkotik istifadə etmişdir. Sonuncunun narkotikə nə qədər pul verdiyini bilməmişdir. İlqarı tanıdığı 15 il olmuşdur. O, çox narkotik istifadə etməmişdir. Bir-iki dəfə istifadə etmişdir. İlqarın nə qədər istifadə etdiyini bilməmişdir. O, ancaq marixuana istifadə etmişdir. İlqarın narkotik satdığını eşitməmişdir. Video-çəkiliş vaxtı təzyiq altında olmuşlar, onları döyməklə hədələmişlər. Onun şəkər, təzyiq xəstəlikləri olmuşdur. llqarla həftədə 1,2 dəfə görüşmüşlər. Narkotikin çəkəni olmamışdır. Polislər qeyd edilən ifadəni verməyə göstərişi vermişlər. Kirayədə 500 manata qalmışdır. Yaxın ərazidə ev tutmamışdır, çünki səs-küy olmuşdur. O, Sumqayıtda böyümüşdür. Əvvəl torbanın narkotik olduğunu bilməmiş, soruşub öyrənmişdir. İlqarın evinə heç nə qoymamışdır. İlqar Binədə yaşamış, o sonuncunun evində çox olmuşdur. İlqarın ailəsi onu tanımışdır. Ona məhkəmədə təsir və təzyiq olmamışdır. Bundan əvvəl məhkəmədə ifadə vermişdir. Həmin vaxt sonuncu izahatı kimi ifadə vermişdir. Xəstəliyinə görə onu buraxmışlar. Onlar İlqarla birlikdə heç yerdən narkotik götürməmişlər. Tutulan zaman onun mobil nömrəsi ***-***-**-** olmuşdur. Həmin gün qeyd etdiyi nömrəyə zəng etmişdir. ***-***- **-** saylı mobil nömrə onun adına olmuş, lakin o işlətməmiş, anası işlədmişdir. İlqarın nömrəsini xatırlamamışdır. Onlar Bibiheybət məscidi tərəfdən narkotik götürməmişlər. O, məhkəmədə Bibiheybət məscidindən narkotik götürməklə bağlı ifadə verməmişdir. Niyə 4 ay həbsdən sonra azadlığa buraxıldığını bilməmişdir. Nəsimidə o, anası, qardaşı yaşamışlar, sonra atası Gürcüstandan qayıtmışdır. Ehtiyat hissə alveri ilə məşğul olmuşdur. İlqarla ortaq dostları olmuş, həmin dostlar vasitəsilə tanış olmuşlar. Tanışlıqdan sonra İlqara maşın satmışdır. İlqarla 15 illik tanışlıqları olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında şəxslər 2025-ci ilin fevral ayında Suraxanı rayonu ərazisində saxlanılmışlar. Həmin şəxslərə bildirilmişdir ki, şəxsin özü və Şahid4 narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Şəxsin üzərinə baxış keçirilmiş, nəticədə üzərindən narkotikə bənzər kütlə, açar, telefon, pul aşkar olunmuşdur. Həmçinin onlar bildirmişlər ki, “Suraxanı rayonu, AB yaşayış massivində Şahid4 yaşadığı mənzildə də narkotikin saxlanmasına dair məlumat var”. Mənzilə Şahid4 iştirakı ilə baxış keçirilmiş, Rüfət həmin evdə divandan narkotikə bənzər kütləni və elektron tərəzini təqdim etmiş, daha sonra aşkar olunmuş maddə və tərəzi qablaşdırılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi binanın qarşısında saxlamışlar. Onlarda olan məlumata görə həmin mənzil Şahid4 olmuş, ikisi birlikdə narkotik saxlamışlar. Həmin evdə Rüfətin qohumu yaşamamışdır. Evdə hər hansısa qadının yaşaması barədə onlarda məlumat olmamışdır. Onda olan məlumata görə ünvanda İlqar və Rüfət ikisi birgə narkotik saxlayıb satmışlar. X11 ərazisi, Suraxanı rayonu AB yaşayış massivi olmuşdur. Divanın altından narkotiki Rüfət təqdim etmiş, İlqar və Rüfətə bildimişlər ki, narkotiki Şahbuz adlı İran vətəndaşının vasitəsilə əvvəlcədən qoyulmuş yerdən-Ələt və Bibiheybət ərazisindən əldə etmişlər və şərt bu olmuşdur ki, ikisi birgə narkotiki müəyyən ünvanlara yerləşdirəcəklər və bunun müqabilində ikisinə birlikdə pul ödəniləcək. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1-2) 07 fevral 2025-ci il tarixdə X4 barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxslərin üstlərinin yoxlanılmasına və mənzilə baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 12-14) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 4 ünvanında külli miqdarda narkotik maddə və psixotrop maddələri gizlətməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə saat 20:15 dəqiqədə ünvan 5 ünvanının blokunda saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola bilacak digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstunü yoxlamağa başlanılmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlannda əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər aşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1(bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni əynində olan şalvarın sağ yan cibindan 1 (bir) ədəd üzərində 055/070 ***-**-** simkart nömrələr olan “Honor” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 2(iki) ədəd açarı və 56(əlli altı) manat pulu təqdim etmişdir. Daha sonra şəxsin üstü yoxlanılmış, sonuncunun üstündən qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 117(yüz on yeddi) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçun 1(bir) ədəd mobil telefon götürülmüş, 2(iki) ədəd açar və 56(əlli altı) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üstündən aşkar olunmuş kütləni İran vətəndaşı “Şahbuz” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasına görə həmin şəxsin ona pul verəcəyini bildirmişdir. Daha sonra saat 20:33 dəqiqədə Şahid4 yaşadığı ünvana gedərək onun üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid4 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmet olmadığını bildirmiş, şəxsin üstü yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, bundan sora Şahid4 mənzilin qonaq otağında olan divanın alt hissəsindən 3(üç) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələri, stolun üstündən 1(bir) ədəd elektron tərəzini, 1(bir) ədəd bank kartını, 1(bir) ədəd şəxsiyyət vəsiqəsini (bir) ədəd sürücülük vəsiqəsini və 1(bir) ədəd üzərində 050 ***-**- ** ve 055 ***-**-** simkart nömrələri olan “Poco” markalı mobil telefonu təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2(iki) kq 729(yeddi yüz iyirmi doqquz) qram olmuş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd bank kartı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd sürücülük vəsiqəsi və 1(bir) ədəd mobil telefon götürülmüşdür. Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 16-17) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin ünvan 6 ünvanında gizlətməsində şübhəli bilindiyi üçün, Təqsirləndirilən şəxs 06 fevral 2025-tarixdə, saat 20:15 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, bina 20 ünvanının bokunda saxlanılmışdır. Üstünün yoxlanılması zamanı İsrafilovdan 1 ədəd mobil telefon götürülmüş, 1 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra saat 20:33 dəqiqədə ünvan 6 ünvanında Şahid4 üstünün yoxlanılması zamanı sonuncudan 1 ədəd mobil telefon, 1 ədəd bank kartı, 1 ədəd sürücülük vəsiqəsi və 1 ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, mənzildən isə 3 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd sellofan torbada qablaşdırəlması raportlarda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1(bir) ədəd mobil telefon, 1(bir) ədəd bank kartı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi və 1(bir) ədəd sürücülük vəsiqəsi götürülmüş, 1(bir) ədəd zərfə, 1(bir) ədəd sellofan torbaya və 1(bir) ədəd DVD-yə baxış keçirilmişdir. Həmin 1(bir) ədəd zərfdən 1(bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, 1 (bir) ədəd sellofan torbadan 3(üç) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və 1(bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra video çəkilişə baxış keçirilmişdir. Görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs və Şahid4 narkotik maddə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilen suallara cavab olaraq aşkar olumuş kütlələri İran İR-nın vatandaşı “Şahbuz” adlı şəxsin vasitəsi ilə 10(on) gün əvvəl Ələt yolu və Bibiheybət məsçidi yaxınlığında ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymaqsına görə həmin şəxsin ona hər 1(bir) kqa görə 300(üç yüz) manat pul verəcəyini bildirmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 45) Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2025-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/253 nömrəli ekspert rəyindən görünür ki,(cild 1, iş vərəqə 61-65) üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə bir ədəd sellofan bağlamada təmiz çəkisi 100,42 qram və üzərində “Şahid4 mənzildə...” sözləri yazılmış 03(üç) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 500,0 qram, 1000,0 qram, 1115,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 2715,42 qramdır. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 69-70) əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstlərinin yoxlanılması və mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 01 ədəd diskə Suraxanı RPİ-nin MSY-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin baş idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakları ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saxlanılması məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 06 fevral 2025-ci il tarixdə, saat 20:15-də Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, bina 20 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının blokunda saxlanılmış, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə polis əməkdaşları üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Honor” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 2(iki) ədəd açarı və 56(əlli altı) manat pulu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, sonuncunun üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 117(yüz on yeddi) qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon götürülmüş, 2(iki) ədəd açar və 56(əlli altı) manat pul isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Şahid4 yaşadığı evdə yaşadığı evdə narkotik vasitə saxladığını bildirdiyindən lift vasitəsi ilə sonuncunun yaşadığı mənzilə gedilmiş, Şahid4 mənzilin qonaq otağında olan divanın alt hissəsindən 3(üç) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələri, stolun üstündən 1 (bir) ədəd elektron tərəzini, 1 (bir) ədəd bank kartını, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsini, 1 (bir) ədəd sürücülük vəsiqəsini və 1 (bir) ədəd üzərində 050 ***-**-** və 055 ***-**-** simkart nömrələri olan “Poco” markalı mobil telefonu təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2(iki) kq 729(yeddi yüz iyirmi doqquz) qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd bank kartı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd sürücülük vəsiqəsi və 1(bir) ədəd mobil telefon götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 71-72) təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüsünün əks olunduğu 01 ədəd diskə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin baş idarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakları ilə BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması və Şahid4 yaşadığı ünvan 6 ünvanına baxış zamanı aşkar edilmiş 1(bir) ədəd mobil telefon, 1(bir) ədəd bank kartı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi və 1(bir) ədəd sürücülük vəsiqəsi, 1(bir) ədəd zərf, 1(bir) ədəd sellofan torbaya və 1(bir) ədəd DVD-yə baxış keçirilmişdir. Həmin 1(bir) ədəd zərfdən 1(bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, 1(bir) ədəd sellofan torbadan 3(üç) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr və 1(bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra əməliyyat- axtarış tədbirinin keçirilməsi zamanı qeydə alınmış video çəklişə baxış keçirilmişdir. Görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, İsrafilov liqar Ələddin oğlunun narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 90-91) İsrafilov liqar Ələddin oğlu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(010)- 33/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 146-151) İsrafilov liqar Ələddin oğlu barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki,(cild 1, iş vərəqə 153) İsrafilov liqar Ələddin oğlu əvvəllər məhkum edilməmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 215) İsrafilov liqar Ələddin oğluna məxsus “Honor” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2030 nömrəli rəyindən görünür ki, (cild 1, iş vərəqə 228-229) müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1129 saylı rəyindən görünür ki, (cild 1, iş vərəqə 251-253) yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmir. Telefon danışıqlarına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 268) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısına, sms mətnlərinin açıqlamalarına, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməsə də həmin mobil nömrənin qeydə alındığı antenlərin əhatə dairələrinə dair məlumatlara baxış zamanı qeyd edilən müddət ərzində həmin mobil nömrənin Bakı şəhəri Qaradağ rayonu və ya Səbail rayonlarını əhatə edən antenlər tərəfindən qeydə alınması ilə bağlı məlumatlar aşkar edilməmişdir. Telefon danışıqlarına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 269) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısına, sms mətnlərinin açıqlamalarına, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməsə də həmin mobil nömrənin qeydə alındığı antenlərin əhatə dairələrinə dair məlumatlara baxış zamanı qeyd edilən müddət ərzində həmin mobil nömrənin Bakı şəhəri Qaradağ rayonu və ya Səbail rayonlarını əhatə edən antenlər tərəfindən qeydə alınması ilə bağlı məlumatlar aşkar edilməmişdir. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iç vərəqə 292-313) Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234..4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək ona yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iç vərəqə 327-328) X1 elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.3-cü maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.3-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.3-cü maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.3-cü maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 06 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.3-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd elektron tərəzi və 2715,22 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 06 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli 06 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd elektron tərəzi və 2715,22 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 06 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar