Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1446/2021 09.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X13, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X11 iştirakı ilə 4 oktyabr 1981-ci ildə İran İslam Respublikasının Parsabad şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri Xətai rayou, Əhmədli qəsəbəsi, Ş.Məmmədov küçəsi, döngə 5, ev 24-də qeydiyyatda olub, ünvan 1da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı «Milad» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Milad» adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Biləsuvar rayonunun Bəhramtəpə deyilən ərazisində gizlətməklə saxladıqları külli miqdarda 28 467 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 4882,3 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 885,9 qram çəkidə narkotik vasitə tiryəki cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobildə saxlamaqla ünvan 1 ünvanda yerləşən mənzilə qanunsuz daşımış, yuxarıda qeyd edilən çəkidə narkotik vasitələr və psixotrop maddələrdən bir bükümdə 2,5 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədi ilə üzərində, bir ədəd bükümdə 499,3 qram çəkidə psixotrop maddə metamfetamini, iki ədəd bükümdə 976,4 qram çəkidə narkotik vasitə heroini icarə əsasında idarə etdiyi «Range Rover» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz saxlamış, Təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 17 fevral 2021-ci il tarixdə saat 17.30-da Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Naxçıvanski dairəsinin yaxınlığında saxlanılaraq Baş İdarədə saat 20.00-dan etibarən Təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,5 qram psixotrop maddə metamfetamin, daha sonra saat 21.15-dən etibarən Təqsirləndirilən şəxsin razılığı və iştirakı ilə «Range Rover» markalı 99-MC-l 19 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sağ oturacağında sellofan torbada bir ədəd bükümdə 499,3 qram çəkidə psixotrop maddə metamfetamin, iki ədəd bükümdə 976,4 qram çəkidə narkotik vasitə heroin, daha sonra ünvan 1 ünvanına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 22.30-dan etibarən keçirilmiş baxış zamanı mənzilin yataq otağından bir ədəd bükümdə 885,9 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, altı ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1008,3 qram, 998,9 qram, 1002,9 qram, 925,1 qram, 175 qram, 270,3 qram, ümumi təmiz çəkisi 4380,5 qram külli miqdarda psixotrop maddə metamfetamin, otuz altı ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 946,7 qram, 1372,2 qram, 794,9 qram, 1095,6 qram, 880,1 qram, 794,5 qram, 491,1 qram, 1009,8 qram, 488,6 qram, 492,9 qram, 840,9 qram, 738,1 qram, 905,3 qram, 971,5 qram, 953.7 qram, 825.6 qram, 490,5 qram, 487,1 qram. 495 qram, 488,9 qram, 1167,4 qram, 492,3 qram, 493,8 qram, 1010,9 qram, 1140,3 qram, 895 qram, 493,6 qram, 936,4 qram, 482,1 qram, 1167,8 qram, 495,3 qram, 495,7 qram, 951 qram, 385,4 qram, 827,3 qram, 493,3 qram, ümumi təmiz çəkisi külli miqdar 27490,6 qram narkotik vasitə heroin, eləcə də üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İran İslam Respublikasının Parsabad şəhərində doğulmuşdur. 20 ildir ki, Azərbaycanda yaşayır. Azərbaycan dilini mükəmməl bilir, tərcüməçiyə ehtiyacı yoxdur. Həyat yoldaşı Azərbaycan Respublikası vətəndaşıdır. Birgə nigahdan dörd övladı vardır. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Azərbaycan ərazisində turizm sahəsində çalışmışdır. Onunla birlikdə saxlanılmış X4 təxminən 10 ildir tanıyır. Nicat əmlak alqı-satqısı və evlərin kirayəyə verilməsi ilə məşğul olmuşdur. Onun qardaşı İran İslam Respublikasında yaşayır. 14 fevral 2021-ci il tarixdə səhər saatlarında qardaşı ona «Whatsapp» vasitəsilə zəng edərək, nömrəsini dostu İran İslam Respublikası vətəndaşına verəcəyini, həmin şəxslə əlaqə saxlayıb ondan dərman götürməsini, bunun müqabilində həmin şəxsin ona pul verəcəyini bildirmişdir. Qardaşı ona bu işdə qorxulu bir şey olmadığını, həmin dərmanın qanunla qadağan edilməyən dərman olduğunu dediyindən, ona razılıq vermişdir. Qardaşı ona İran İslam Respublikasına məxsus +98 ilə başlayan bir nömrə vermiş və o, həmin şəxslə əlaqə saxlamışdır. Sonuncu özünü ona «Qaqaş» kimi təqdim etmiş və dərmanı ona Milad adlı başqa bir tanışının verəcəyini deyib, Milad adlı şəxsin İran İslam Respublikasının mobil operatora məxsus nömrəsini vermişdir. Bundan sonra Milad ona yazaraq artıq İrandan dərman gəldiyini, həmin dərmanın qanunla qadağan edilmiş dərman olmadığını, həmin dərmanı Ələtdə «Tır» avtomobil sürücüsündən götürüb özünün deyəcəyi adama verməsini, bunun müqabilində ona 5000 manat pul vercəyini demiş və o, Miladla razılaşmışdır. Milad ona narahat olmamasını və dərman bir qədər çox olduğundan götürmək üçün avtomobillə gəlməsini demişdir. Odur ki, tanışı Nicat Zülfüqarlıya zəng edərək, gedib Ələtdən dərman götürəcəklərini demişdir. Nicat ondan həmin dərmanların qanunsuz əşya olub-olmadığını soruşmuş, sonuncuya həmin dərmanların satışda olan dərmanlar olduğunu, sadəcə olaraq Azərbaycanda həmin dərmanlar baha olduğundan, İrandan gətizdirdiyini və həmin dərmanları götürmək lazım olduğunu demişdir. Nicat ona özünə məxsus «Niva» markalı avtomobili ilə apara biləcəyini demiş, Nicata «Niva»nın narahat və balaca olduğunu, ona görə də tanışlarının «Rent A Car»-dan maşın götürəcəyini demişdir. Nicata sadəcə olaraq onunla birlikdə sürücü qismində getməsini demişdir. 14 fevral 2021-ci il tarixdə Miladla danışandan sonra Ələtə gedib, dediyi yerdə bağlamanın gəlməsini gözləməyə başlamışdır. Təqribən bir saatdan bir qədər çox gözlədikdən sonra Milada «Whatsapp» vasitəsi ilə zəng edib, nə üçün adamının gecikdiyini soruşmuşdur. Milad isə adamının yubandığını, ona görə də dərmanları həmin şəxsdən gedib Salyan rayonu ərazisində götürməsini demişdir. Miladla mübahisə edib, Salyana gedəcəyi halda, nə üçün onu Ələtdə gözlətdiyini demişdir. Bundan sonra Nicatla birlikdə gedib Salyanda rayonun girəcəyində həmin dərman gətirəcəyi şəxsi gözləməyə başlamışdır. Təxminən bir saatdan artıq gözlədikdən sonra Milad ona zəng edərək Salyandan bir qədər qabağa gəlib, Biləsuvar rayonu ərazisində gözləməsini demişdir. Odur ki, Nicatla birlikdə Biləsuvara gedib, dediyi yerdə həmin şəxsi gözləməyə başlamışdır. Bundan sonra Milad ona zəng edib Bəhramtəpə deyilən yerə gəlməsini demişdir. Nicatla birlikdə həmin yerə gəlib gözləməyə başlamışdır. Bir qədər sonra Milad ona zəng edib, dərmanı gətirən «TİR» sürücüsünün hirslənib getdiyini və bağlamanı da ağacın dibinə atdığını bildirmişdir. Odur ki, avtomobildən düşüb ağacın altından bağlamanı götürmüş və gətirib maşının baqaj hissəsinə qoymuşdur. Nicat ondan dərman gətirən şəxsi görüb-görmədiyini və bağlamanı haradan götürdüyünü soruşmuşdur. Nicata həmin şəxsin tələsdiyini və bağlamanı tez ona verib getdiyini demişdir. Bundan sonra Nicatla birlikdə 15 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında düşürmüşdür. O, həmin bağlamanı götürüb kirayədə yaşadığı evə qaldırmışdır. Evdə bağlamanı açdıqda içərisində narkotik vasitə, psixotrop maddələr və elektron tərəzi olduğunu görmüşdür. Qorxub tez Milada zəng edib, nə üçün onu işə saldığını soruşmuşdur. Milad cavabında ona qorxmamasını, malı tez bir zamanda deyəcəyi şəxsə verməsini, müqabilində ona 5000 manat pul veriləcəyini demişdir. Milad bir nəfər şəxsin onunla əlaqə saxlayıb, gəlib ondan malı götürəcəyini demişdir. Pula ehtiyacı olduğu üçün Miladla razılaşmışdır. Bağlamanı ancaq evə gətirdikdən sonra, içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddə olduğunu bilmişdir. 15 fevral 2021-ci il tarixdə Milad onunla əlaqə saxlayıb, həmin maldan bir qədər götürməsini və deyəcəyi şəxsə verməsini tapşırmışdır. Odur ki, həmin maldan bir qədərini götürüb «Rent A car»-dan götürdüyü maşına qoymuş və Miladın tapşırığı ilə «Maşın Bazarı» deyilən yerin yaxınlığında həmin malları qırmızı rəngli «Kia Optima» markalı dövlət qeydiyyat nişanının son rəqəmləri 708 olan olan maşını idarə edən şəxsə vermişdir. Həmin şəxsdən başqa heç kimə narkotik vasitə və ya psixotrop maddə verməmişdir. 17 fevral 2021-ci il tarixdə Milad ona zəng edərək həmin bağlamadan bir qədər metamfetamin və heroin götürməsini və deyəcəyi vaxtda dediyi yerə qoymasını demişdir. Miladın dediyi qədər metamfetamin və heroin götürüb, xəbər edəndə deyəcəyi yerə qoymaq üçün özündə saxlamışdır. Bir qədərini də cibinə, qalanını isə sellofan torbada maşının arxa oturacağına qoyandan sonra, işlərinin dalınca getmişdir. 17 fevral 2021-ci il tarixdə axşam saat 17:30 radələrində Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Naxçıvanski dairəsinin yaxınlığında icarəyə götürdüyü «Range Rover» markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobilin yanında tanışı X8 ilə birlikdə dayanarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Ondan və Nicatdan özlərini təqdim etmələrini istəmişlər. O və Nicat özlərini təqdim etdikdən sonra onu barəsində çıxarılmış əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin və tərcüməçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra, hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Nicatın üzərinə müdafiəçilərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə və narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Odur ki, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, həmin şalvarın sol yan cibindən iki ədəd plastik kart, 1 ədəd qaz kartı, ona məxsus Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi və fiziki sahibkarlıq uçotu haqqında şəhadətnamə, 1 ədəd «Bakıkart», 1 ədəd açar və içərisində 13 manat pul olan qəhvəyi rəngli pul qabı aşkar olunmuşdur. «Samsung» markalı mobil telefon, iki ədəd plastik kart, ona məxsus Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüş, 1 ədəd qaz kartı, fiziki sahibkarlıq uçotu haqqında şəhadətnamə, 1 ədəd «Bakıkart», 1 ədəd açar, 13 manat pul və qəhvəyi rəngli pul qabı ona qaytarılmışdır. İçərisində psixotrop maddə metamfetamin olan bükümə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X5 üzərinə şəxsi axtarış keçirilmişdir. Nicatın üzərindən 2 ədəd «İphone» markalı mobil telefon, bir ədəd «Bakıkart», bir ədəd «Araz» marketdə bazarlıq etmək üçün olan kart, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 2 ədəd plastik kart və içərisində 22 manat pul olan pulqabı aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş metamfetamini İran İslam Respublikası vətəndaşı Milad adlı şəxsin göstərişi ilə Biləsuvar rayonundan götürdüyünü, Miladın dediyi şəxslərə verəcəyi təqdirdə ona 5000 manat pul verəcəyini, kirayə yaşadığı mənzildə və «Range Rover» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə və psixotrop maddələr saxladığını və Nicatın bunlardan xəbərinin olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş və o, protokola imza etmişdir. «Range Rover» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə də videoçəkilişlə baxış keçirilmiş və avtomobilin arxa sağ otaracağın üzərindən sellofan torbada 2 bükümdə heroin, 1 bükümdə metametamin aşkar edilmişdir. Həmin bükümlər ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Sorğu zamanı mənzildə də narkotik vasitə və psixotrop maddələr saxladığını, təqdim edə biləcəyini, həmin maddələri də ona Milad adlı İİR vətəndaşının göndərdiyini, həmin maddələri deyilən şəxslərə verməsi müqabilində ona 5000 manat pul veriləcəyini bildirmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən imzalarla təqsdiq edilmişdir. O, yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirərək, bu barədə ərizə vermişdir. Daha sonra tədbir iştirakçıları, müdafiəçilər, tərcüməçi və Nicatla birlikdə ünvan 3 ünvanda yerləşən kirayə yaşadığı mənzilə yollanmışlar. Mənzilə videoçəkilişlə baxış keçirilmiş və bu zaman mənzildən yataq otağında güzgülü paltar dolabından yaşıl rəngli sellofan torbadan 3 bükümdə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək, otaqda yerdə olan yük çantasından 1 ədəd elektron tərəzi, 3 ədəd bükümdə metamfetamin, 36 ədəd bükümdə heroin aşkar olunmuşdur. Sorğu zamanı aşkar edilmiş həmin maddələri İİR-sı vətəndaşı Milad adlı şəxsin göstərişi ilə Biləsuvar rayonundan götürdüyünü, Miladın dediyi şəxslərə verəcəyi təqdirdə ona 5000 manat pul veriləcəyini, Nicatın bu barədə məlumatının olmadığını, 15 fevral 2021-ci il tarixdə «Kia Optima» markalı qırmızı rəngli, 708 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə Miladın göstərişi ilə narkotik vasitə və psixtrop maddə verdiyini demişdir. Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq etmişdir. Saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Aşkar edilmiş narkotik vasitələri Miladın tapşırığı ilə götürmüş, onun göstərişi ilə də bir hissəsini başqa şəxsə vermiş və bunun müqabilində 5000 manat pul almalı olmuşdur. Narkotik vasitə və ya psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. Aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün deyil, Miladın tapşırığı ilə satış məqsədi ilə saxlamışdır. Miladın və Qaqaş adlı şəxsin anket məlumatlarını bilmir. Üzərindən aşkar edilmiş ona məxsus olan «Samsung» markalı mobil telefonda Milad və Qaqaş adlı şəxslərin İran mobil operatoruna məxsus olan nömrəsi olmuşdur. Onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç kimin, o cümlədən Nicat Zülfüqarlının məlumatı olmamışdır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 17 fevral 2021-cu il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Qərarın icrası ilə əlaqədar 17 fevral 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Naxçıvanski dairəsinin yaxınlığında qara rəngli «Range Rover» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfər şəxs saxlanılmışdır. Onlara özlərinin polis əməkdaşları olduqlarını bildirib, özlərini təqdim etmələrini demişdir. Sonuncuların Təqsirləndirilən şəxs və X8 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş və keçiriləcək tədbirlə bağlı Nicar Zülfüqarlı ilə birlikdə Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs tərcüməçi ilə təmin edilmiş və X2 tədbirdə iştirak etməsi üçün Baş İdarəyə dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs və Nicat Zülfüqarlının hüquqlarının müdafiəsi məqsədi ilə sonunculara müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs və Nicat Zülfüqarlı siyahı ilə tanış olduqdan sonra, siyahı üzrə hüquqlarını müdafiəsi üçün vəkid dəvət edilməsinə etiraz etmədiklərini bildirmişdir. Bundan sonra Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X12 dəvət olunaraq X6, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 Manouchehr Yaqubəli oğluna təqdim olunmuşdur. Təqsirləndirilən şəxs və Nicat Zülfüqarlı hüquqlarının həmin vəkillər tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş, şübhəli şəxslərlə müdafiəçilərinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Bundan sonra Akvanpoor Manuochehr və Nicat Zülfüqarlının şübhəli şəxs qismində tutulması barədə qəbul edilmiş qərar elan edilməklə surəti şübhəli şəxslərə təqdim edilmişdir. Bu barədə protokol tərtib edilmiş, həmçinin onlara hüquq və vəzifələri izah edilmişdir. Daha videokamera vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs və X6 şəxsi axtarış və götürmənin videoçəkilişlə keçiriləcəyi barədə məlumat verilmiş və sonuncular buna etiraz etmədiklərini bildirmişlər. Şübhəli şəxslər şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildikdən sonra, birinci Təqsirləndirilən şəxsə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş və sonra Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 2 ədəd plastik kart, 1 ədəd qaz kartı, Təqsirləndirilən şəxsə məxsus Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi və fiziki sahibkarlıq uçotu haqqında şəhadətnamə, 1 ədəd «Bakıkart», 1 ədəd açar və içərisində 13 manat pul olan qəhvəyi rəngli pul qabı aşkar olunmuşdur. Daha sonra X6 paltarları, əşyaları və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri varsa, verməsi təklif edilmişdir. X8 üzərində qanunla qadağan olunmuş narkotik vasitə və psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənədlər olmadığını bildirmişdir. Bundan sonra Nicat Zülfüqarlının üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarı, əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 2 ədəd «İphone» markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sağ arxa cibindən içərisində 1 ədəd «Bakıkart», 1 ədəd «Araz» supermarketə məxsus plastik kart, Nicat Zülfüqarlıya məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 2 ədəd plastik kart və 22 manat pul olan qara rəngli pul qabı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmuş, zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, 2 ədəd plastik kart, Təqsirləndirilən şəxsə məxsus Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 1 ədəd qaz kartı, fiziki sahibkarlıq uçotu haqqında şəhadətnamə, 1 ədəd «Bakıkart», 1 ədəd açar, 13 manat pul və qəhvəyi rəngli pul qabı sonuncuya qaytarılmışdır. Daha sonra Nicat Zülfüqarlıya məxsus olan 2 ədəd «İphone» markalı mobil telefon, Nicat Zülfüqarlıya məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 2 ədəd plastik kart bu barədə Nicat Zülfüqarlıya izah verildikdən sonra götürülmüş, 1 ədəd «Bakıkart», 1 ədəd «Araz» supermarketə məxsus plastik kart, 22 manat pul, 1 ədəd avtomobil açarı və qara rəngli pul qabı sonuncuya qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş psixotrop maddə metamfetamini tanışı İran İslam Respublikası vətəndaşı «Milad» adlı şəxsin göstərişi ilə 14 fevral 2021-ci il tarixdə Biləsuvar rayonunda əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, sonuncunun deyəcəyi şəxsə təqdim edəcəyi zaman ona 5000 manat pulun veriləcəyini, yaşadığı mənzildə və «Range Rover» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə saxladığını və təqdim edə biləcəyini, mənzilinə və avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, Nicat Zülfüqarlını 2015-ci ildən tanıdığını, Nicatın onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Nicat Zülfüqarlı sorğu narkotik vasitələrdən istifadə etmədiyini, tanışı Təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olduğunu, 14 fevral 2021-ci il tarixdə Biləsuvar rayonuna sonuncu ilə birlikdə sürücü kimi getdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Nicat Zülfüqarlı və Təqsirləndirilən şəxs ərizə verərərk **-MC-*** dövlət qeydiyyat nişanlı «Range Rover» markalı avtomobilə baxış keçirilməsinə heç bir etirazları olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs və Nicat Zülfüqarlını baxış keçiriləcəyi barədə qərarla tanış edib, videoçəkilişlə avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxsə avtomobilində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri varsa, verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa sağ oturacağı üzərində olan içərisində bir ədəd bükümdə kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə olan sellofan torbanı təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, içərisi boş sellofan torbada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, lakin əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlələri tanışı İran İslam Respublikası vətəndaşı «Milad» adlı şəxsin göstərişi ilə Biləsuvar rayonunda əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, sonuncunun Mərdəkan qəsəbəsində deyəcəyi yerdə olan avtomobilə təqdim edəcəyi zaman ona pul veriləcəyini, həmçinin yaşadığı mənzildə də narkotik vasitə saxladığını, həmin vasitəni də təqdim edə biləcəyini, mənzilə baxış keçirilməsinə etirazı olmadığını, Nicat Zülfüqarlının onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, həmçinin avtomobildə narkotik vasitə və psixotrop maddə olması barədə məlumatının olmadığını bildirmişdir. Nicat Zülfüqarlı da sorğu zamanı avtomobildə narkotik vasitə olmasından məlumatsız olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilməsinə dair protokol tərtib edilmiş və iştirakçılar protokolu doğruluğunu imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı ünvan 1 ünvanda polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Əməliyyat qrupunun üzvləri şübhəli şəxslərlə birlikdə Təqsirləndirilən şəxsin yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilə yollanmışlar. Təqsirləndirilən şəxsə mənzilə videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş, sonuncunun buna etirazı olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs baxış keçirilməsi barədə qərarla tanış edib edildikdən sonra ona, sözügedən mənzildə narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri varsa, verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs mənzilin girişdən sol tərəfdə yerləşən yataq otağında taxta konstruksiyalı güzgülü paltar dolabından yaşıl rəngli sellofan torbada 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütləni təqdim etmiş, həmçinin həmin otaqda yerdə olan yük çantasını təqdim edərək içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin yük çantasının içərisində olan kütləyə əlverişli şəraitdə baxış keçirilməsi üçün həmin yük çantası yataq otağından mənzilin qonaq otağına gətirilmişdir. Yük çantasının içərisindən 1 ədəd elektron tərəzi, 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər və 36 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, içərisi boş olan yük çantasına qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra mənzilin digər hissələrinə də baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı İİR-sı vətəndaşı «Milad» adlı şəxsin göstərişi ilə Biləsuvar rayonunda əvvəlcədən təyin edilmiş yerdən əldə etdiyini, sonuncunun deyəcəyi şəxsə təqdim edəcəyi zaman ona pulun veriləcəyini, həmçinin 15 fevral 2021-ci il tarixdə saat təxminən 16 radələrində dövlət nömrə nişanının sonu 708 olan, «Kia Optima» markalı avtomobilin sürücüsünə Xətai rayonu ərazisində 7 bükümdə narkotik vasitə verdiyini, həmin şəxsi tanımadığını, birinci dəfə gördüyünü, Nicat Zülfüqarlının onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, həmçinin mənzilində narkotik vasitə və psixotrop maddə olması barədə məlumatının olmadığını bildirmişdir. X8 da sorğu zamanı Təqsirləndirilən şəxsin yaşadığı mənzildə narkotik vasitə olmasından məlumatsız olduğunu bildirmişdir. Baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. . İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X3 ifadəsindən görünür ki, makler fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxsi 2015-ci ildən tanıyır. Sonuncu turizm fəaliyyəti ilə məşğul olmuşdur. Bildiyinə görə Akvanpoor şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən avtomobil idarə edə bilmir. Bu səbəbdən də Təqsirləndirilən şəxslə birlikdə olub, avtomobili idarə etmişdir. Onun özünün «Niva» markalı avtomobili olsa da, həmin maşını çox sürməmiş, daha çox Akvanpoorun maşınını sürmüşdür. 14 fevral 2021-ci il tarixdə Akvanpoor ona Ələtə gedib, oradan dərman götürəcəyini demişdir. Sonuncudan bu barədə soruşduqda, Akvanpoor satışda olan dərmanlar olduğunu demişdir. Həmin dərmanlar Azərbaycanda baha olduğu üçün İrandan gətizdirdiyini demişdir. Ona görə də 14 fevral 2021-ci il tarixdə Akvanpoorla Ələtə gedib, orada sonuncuya göndəriləcək dərmanları gözləməyə başlamışdır. Bir saatdan bir qədər çox gözlədikdən sonra Təqsirləndirilən şəxs həmin dərmanları tez götürmək üçün Salyana getməli olduqlarını demişdir. Bu səbəbdən maşını Salyana sürüb rayonun girişində saxlayıb dərman gətirən adamları gözləməyə başlamışdır. Burada da bir saatdan bir qədər çox gözlədikdən sonra Akvanpoor həmin adamın onları Biləsuvar rayonunda Bəhramtəpə deyilən yerdə gözlədiyini demişdir. Odur ki, Biləsuvara gedib həmin adamı gözləməyə başlamışdır. O, maşında gözləyərkən Təqsirləndirilən şəxs maşından düşmüş və avtomobilin baqajını açıb oraya nəyisə qoymuşdur. Təqsirləndirilən şəxsdən avtomobilin baqajına nə qoyduğunu, dərman gətirməli olan şəxsin harada qaldığını soruşduqda sonuncu, həmin şəxs tələsdiyindən dərmanları verib getdiyini və dərmanları maşının baqajına gətirib qoyduğunu bildirmişdir. Bunda sonra Təqsirləndirilən şəxslə birlikdə ünvan 4 ünvanının qarşısında düşürmüşdür. Növbəti günlərdə də o, Akvanpoorla görüşmüşdür. 17 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib Mərdəkana getmək lazım olduğunu, orada «X20»-nın ziyarətgahına gedib qurban kəsdirmək istədiyini demiş və o, razılaşmışdır. 17 fevral 2021-ci il tarixdə axşam saat 17:30 radələrində Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Naxçıvanski dairəsinin yaxınlığında Təqsirləndirilən şəxsin «Rent A Car»-dan icarəyə götürdüyü «Range Rover» markalı **-MC-*** dövlət nömrə nişanlı avtomobilin yanında dayanarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotikləriə Mübarizə idarəsinin əməkdaşları olduqlarını demişlər. Ondan və Təqsirləndirilən şəxsdən özlərini təqdim etmələrini istəmişlər. O və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs barəsində çıxarılmış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu və Təqsirləndirilən şəxsi Baş Narkotikləriə Mübarizə İdarəsinə dəvət etmişlər. Müdafiəçilərin və tərcüməçinin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuş, ona və Təqsirləndirilən şəxsə şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Təqsirləndirilən şəxsin üzərinə müdafiəçilərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zamanı Təqsirləndirilən şəxsə üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsin əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, həmin şalvarın sol yan cibindən iki ədəd plastik kart, 1 ədəd qaz kartı, ona məxsus Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi və fiziki sahibkarlıq uçotu haqqında şəhadətnamə, 1 ədəd «Bakıkart», 1 ədəd açar və 13 manat pul olan qəhvəyi rəngli pul qabı aşkar olunmuşdur. 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, iki ədəd plastik kart, ona məxsus Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüş, 1 ədəd qaz kartı, fiziki sahibkarlıq uçotu haqqında şəhadətnamə, 1 ədəd «Bakıkart», 1 ədəd açar, 13 manat pul və qəhvəyi rəngli pul qabı Təqsirləndirilən şəxsin özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxsin təqdim etdiyi bükümə baxış keçirilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Həmin maddənin çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkildikdən sonra həmin kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən 2 ədəd «İphone» markalı mobil telefon, bir ədəd «Bakıkart», bir ədəd «Araz» marketdə bazarlıq etmək üçün olan kart, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 2 ədəd plastik kart və içərisində 22 manat pul olan pulqabı aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini İran İslam Respublikası vətəndaşı «Milad» adlı şəxsin göstərişi ilə Biləsuvar rayonundan götürdüyünü, «Milad»ın dediyi şəxslərə verəcəyi təqdirdə ona 5000 manat pul verəcəyini, kirayə yaşadığı mənzildə və «Range Rover» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və psixotrop maddələr saxladığını, onun isə bunlardan heç bir xəbərinin olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra «Range Rover» markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. O və Təqsirləndirilən şəxs ərizə verərək maşına baxış keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. İcarəyə götürülmüş avtomobildən arxa sağ otaracağın üzərindən sellofan torbada 3 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş həmin maddələr ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs mənzildə də narkotik vasitə və psixotrop maddələr saxladığını, təqdim edə biləcəyini, həmin maddələri də «Milad» adlı İİR vətəndaşı tərəfindən ona göndərdiyini, həmin maddələri deyilən şəxslərə verəcəyi müqabilində ona 5000 manat pul verəcəyini bildirmişdir. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən imzalarla təqsdiq edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə vermişdir. Daha sonra tədbir iştirakçıları, müdafiəçilər, tərcüməçi və Təqsirləndirilən şəxslə birlikdə ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxsin kirayə yaşadığı mənzilə yollanmışlar. Mənzilə videoçəkilişlə baxış keçirilmiş və bu zaman mənzilin yataq otağında güzgülü paltar dolabından yaşıl rəngli sellofan torbadan 3 bükümdə metamfetaminə bənzər maddə, bir bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, otaqda yerdə olan yük çantasından 1 ədəd elektron tərəzi, 3 ədəd bükümdə metamfetaminə bənzər maddə, 36 ədəd bükümdə heroinə bənzər maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həmin maddələri də İİR-sı vətəndaşı «Milad» adlı şəxsin göstərişi ilə Biləsuvar rayonundan götürdüyünü, «Milad»ın dediyi şəxslərə verəcəyi təqdirdə ona 5000 manat pul verəcəyini, onun bu barədə məlumatının olmadığını, 15 fevral 2021-ci il tarixdə «Kia Optima» markalı, qırmızı rəngli, 708 dövlət nömrə nişanlı avtomobilin sürücüsünə «Milad»ın göstəri ilə narkotik vasitə və psixtrop maddə verdiyini demişdir. Daha sonra Baş İdarəyə qayıtmış və orada baxış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, şəxsi axtarış keçirilən zaman ona qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun məlumatı olmamışdır. Yalnız sonuncu tutulduqdan sonra, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli 6/724 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə» yazısı olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,50 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobildən aşkar edilmiş...» yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 499,3 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 976,4 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroİndir. Tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş..» yazısı olan çantadakı, - 36 (otuz altı) ədəd bükümdə ümumi təmiz çəkisi 27490,6 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 6 (altı) ədəd bükümdə ümumi təmiz çəkisi 4380,5 qram olan maddələr (onlardan 4 (dörd) ədəd bükümdə ağ rəngli və 2 (iki) ədəd bükümdə bozumtul rəngli kristallardan ibarət maddələr) kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4 ədəd bükümdə olan metamletaminlər, 2 ədəd bükümdə olan metamfetaminlərdən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə müxtəlifdirlər. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 885,9 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Təqsirləndirilən şəxs icarəyə götürdüyü avtomobildən, yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 28,467 qram ( 28 kq.467qr) təşkil edir və həmin heroinlər kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən, icarəyə götürdüyü avtomobildən və yaşadığı mənzildən götürülmüş 4 ədəd bükümdəki metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, lakin yaşadığı mənzildən götürülmüş digər 2 ədəd bükümdəki metamfetaminlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə müxtəlifdirlər. Təqsirləndirilən şəxs üzərindən, icarəyə götürdüyü avtomobildən və yaşadığı mənzildən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 4882,3 qramdır (4 kq.882,3 qr). Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş bir ədəd «500g x 0,01g» markalı elektron tərəzinin üzərində heroin və metamfetamin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 iyun 2021-ci il tarixli 1892 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sintetik tərkibli tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 63-72-ci vərəqlərindəki 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə saat 17.30-da Bakı şəhəri Xətai rayonu, Zığ şosesi, Naxçıvanski dairəsinin yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 2,5 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 80-85-ci vərəqlərindəki 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə saat 17.30-da Bakı şəhəri Xətai rayonu, Zığ şosesi, Naxçıvanski dairəsinin yaxınlığında saxlanılaraq idarə etdiyi **-MC-*** dövlət qeydiyyat nişanlı «Range Rover» markalı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sağ oturacağında sellofan torbada bir ədəd bükümdə 499,3 qram çəkidə psixotrop maddə metamfetamin, iki ədəd bükümdə 976,4 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 91-96-cı vərəqlərindəki 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə saat 17.30-da Bakı şəhəri Xətai rayonu, Zığ şosesi, Naxçıvanski dairəsinin yaxınlığında saxlanılaraq yaşadığı ünvan 1 ünvanına keçirilən baxış zamanı mənzilin yataq otağından bir ədəd bükümdə 885,9 qram çəkidə narkotik vasitə tiryək, altı ədəd bükümdə ümumi təmiz çəkisi 4380,5 qram psixotrop maddə metamfetamin, otuz altı ədəd bükümdə ümumi təmiz çəkisi 27490,6 qram narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 23-43-cü vərəqələrindəki 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 3 ədəd «CD» disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. İşin 1-ci cildinin 224-225-ci vərəqələrindəki 1 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı mənzildən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 4882,12 qram qalmış psixotrop maddə metafetamin, 28466,63 qram qalmış heroin, 885,7 qram qalmış tiryək və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 1-ci cildinin 52-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 208-209-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİnin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut: Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı mənzildən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 4.882,12 qram qalmış psixotrop maddə metafetamin, 28.466,63 qram qalmış heroin, 885,7 qram qalmış tiryək və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1, 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı mənzildən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 4.882,12 qram qalmış psixotrop maddə metafetamin, 28.466,63 qram qalmış heroin, 885,7 qram qalmış tiryək və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 3 ədəd CD disk isə iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1446/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1446/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver