Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1446/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 15 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi2 iştirakı ilə, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə, 7 avqust 1996-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən “Dəli Kür” kafesində olarkən onlarla birlikdə əyləşmiş kafenin ofisiantı Zərərçəkmiş şəxs2 masadan qalxıb digər masada əyləşən tanışı Zərərçəkmiş şəxs1 yanına getməsinə hiddətlənərək məsələyə aydınlıq gətirmək məqsədilə Zərərçəkmiş şəxs1 kafedən çölə çağırıb xx.xx.2023-cü il tarixdə saat 1 radələrində ictimai yer hesab edilən kafenin qarşısında ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 masasında əyləşməsini cüzi səbəb kimi bəhanə gətirərək tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncu ilə əlbəyaxa olan zaman Zərərçəkmiş şəxs2 mübahisəyə müdaxilə edib aranı sakitləşdirmək üçün onlara yaxınlaşarkən Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan zor tətbiq edib xuliqanlıq niyyətilə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq sonuncuya burun tənəffüs aktının pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən sınıqları, burunun yumşaq toxumalarının qançırı, şişkinliyi, sağ və sol gözətrafı nahiyələrinin qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, o isə Zərərçəkmiş şəxs2 zor tətbiq edib üz nahiyəsindən sillə vuraraq sonuncuya sağ yanağın qançırı ilə nəticələnən və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 yaxınlıqda yerləşən ünvan 3 ünvanındakı “Panacea Clinic” klinikasının qarşısına dəvət edib orada mübahisəni davam etdirərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq edib onların bədənlərinin müxtəlif nahiyyələrinə zərbələr vurub fiziki ağrı yetirdikdən sonra o, Təqsirləndirilən şəxs1 xəbəri olmadan xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinə bir zərbə vurub sonuncunun qarnın ön divarının daxilə nüfuz edən daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 isə bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yerləşən “Dəli Kür” kafesində olarkən onlarla birlikdə əyləşmiş kafenin ofisiantı Zərərçəkmiş şəxs2 masadan qalxıb digər masada əyləşən tanışı Zərərçəkmiş şəxs1 yanına getməsinə hiddətlənərək məsələyə aydınlıq gətirmək məqsədilə Zərərçəkmiş şəxs1 kafedən çölə çağırıb xx.xx.2023-cü il tarixdə saat 1 radələrində ictimai yer hesab edilən kafenin qarşısında ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 masasında əyləşməsini cüzi səbəb kimi bəhanə gətirərək tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncu ilə əlbəyaxa olan zaman Zərərçəkmiş şəxs2 mübahisəyə müdaxilə edib aranı sakitləşdirmək üçün onlara yaxınlaşarkən heç bir səbəb olmadan zor tətbiq edib xuliqanlıq niyyətilə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq sonuncuya burun tənəffüs aktının pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən sınıqları, burunun yumşaq toxumalarının qançırı, şişkinliyi, sağ və sol gözətrafı nahiyələrinin qançırı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 zor tətbiq edib üz nahiyəsindən sillə vuraraq sonuncuya sağ yanağın qançırı ilə nəticələnən və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 yaxınlıqda yerləşən ünvan 3 ünvanındakı “Panacea Clinic” klinikasının qarşısına dəvət edib orada mübahisəni davam etdirərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq edib onların bədənlərinin müxtəlif nahiyyələrinə zərbələr vurub fiziki ağrı yetirdikdən sonra Təqsirləndirilən şəxs2 onun xəbəri olmadan xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən bıçaqla Zərərçəkmiş şəxs1 qarın nahiyyəsinə bir zərbə vurub sonuncunun qarnın ön divarının daxilə nüfuz edən daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Niyaməddin də Bakı şəhərində yaşayır, tikintidə bir yerdə işləyirdilər. Əvvəllər də bir neçə dəfə tanışı və həmkəndlisi Niyaməddin ilə birlikdə “Dəli Kür” kafesinə gedib orada bir qədər pivə içmişlər. 30 oktyabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində Niyaməddin ilə görüşüb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Dəli Kür” kafesinə getmişlər. Həmin kafedə əyləşib pivə sifariş vermiş, bir qədər pivə içmiş, musiqiyə qulaq asmışlar. Həmin kafedə işləyən Qönçə adlı qız da onların əyləşdiyi masa arxasında əyləşərək onlarla birlikdə pivə içmişdir. Təxminən saat 23:30 radələrində onlarla eyni masa arxasında əyləşən Qönçə həmin kafedə digər masa arxasında əyləşən tanımadıqları cavan oğlanın yanına gedib əyləşmiş və onunla pivə içməyə başlamışdır. Qönçənin onların masalarından ayrılaraq başqa adamın masasında əyləşməsi onlara pis təsir etmişdir. Niyaməddin ilə sonradan aralarında dava-dalaş yaranmış, Anar adlı şəxsə əlləri ilə işarə vermişdirlər ki, kafedən çölə çıxsın. Məqsədləri Qönçənin hansı səbəbdən masadan aralanıb Anar ilə birlikdə əyləşməyini soruşmaq olmuşdur. Anar təxminən 1 saat kafedən çölə çıxmamış, Qönçə Anarın kafedən çölə çıxmasına imkan verməmişdir. 31 oktyabr 2023-cü il tarixdə təxminən saat 1 radələrində Anar kafedən çölə çıxmış, Niyaməddin ilə o da kafedən çölə çıxmış, kafenin qarşısında, yəni küçədə dayanıb Anar ilə söhbət etməyə başlamışlar. Onlar Anara iradlarını bildirmişdirlər ki, nə üçün onlarla eyni masada əyləşən qız masa arxasından qalxıb onunla birlikdə eyni masa arxasında əyləşmişdir. Bu mövzuda aralarında söz söhbət yaranmış, mübahisə zamanı Anar onlara əl-qol atmış və onunla əlbəyaxa olmuşlar. Bir neçə dəqiqə sonra Qönçə də kafedən çölə çıxıb onlara yaxınlaşıb aralarına keçərək onları sakitləşdirmək istəmişdir. Daha sonra onlar söhbəti davam etdirmək üçün Anar ilə birlikdə 3-cü mkr. dairəsindən yolun digər tərəfinə keçmişlər, işıqforun yanında yenə də aralarında mübahisə başlamış, bir-biriləriə əl qol atmışlar. Anarın bədəninin müxtəlif nahiyyələrinə bir neçə yumruq zərbəsi vurmuşdur, Anar da onlara bir neçə yumruq zərbəsi vurmuşdur. Anarın yumruq zərbələri bədən nahiyyəsinə, bir zərbəsi isə sol gözünün alt hissəsinə dəymişdir. Dava-dalaş zamanı Qönçə də Anarın yanına gəlmiş, guya araya keçib onları aralaşdırmış, lakin həqiqətdə aranı bir az da qızışdırmışdır. Bir neçə dəqiqə sonra bir nəfər də tanımadığı sonradan adının Pərvanə olduğunu bildiyi “Dəli Kür” kafesində işləyən qadın gəlib çıxmışdır. Həmin qadın da araya keçib aranı sakitləşdirmək istəmişdir. Daha sonra Niyaməddin ilə Anardan aralanmışdırlar ki, çıxıb getsinlər, dava-dalaşa son qoyulsun. Onlar bir neçə metr Anardan aralandıqdan sonra Anar onların arxasınca gəlib ünvanlarına nəlayiq söyüşlər işlətmiş, Anarın ünvanlarına işlətdiyi söyüşləri eşitdikdən sonra əsəblərini saxlaya bilməyib geri qayıtmışlar. “Panacea Clinic” klinikasının qarşısında Niyaməddin Anar ilə əlbəyaxa olmuş, Anarın qarın nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt cibindən açılıb bağlanan cib bıçağını çıxardıb bıçaqla Anarın qarın nahiyyəsinə bir dəfə zərbə vurmuş və sonra bıçağı cibinə qoymuşdur. Həmin vaxt Qönçə üstünə hücum etmiş, onun nə etmək istədiyini başa düşə bilməmiş, Qönçənin əl çəkməsi üçün onun başının arxa hissəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Qönçə yerə yıxılmışdır. Həmin vaxt Niyaməddin ilə o, oradan uzaqlaşıb getmişlər. Oradan uzaqlaşdıqdan sonra Niyaməddinə demişdir ki, Anar ilə əlbəyaxa olub dalaşarkən Anar söyüş söydüyü üçün bir dəfə bıçaqla onun qarın nahiyyəsinə vurmuşdur. Həmin gecə Niyaməddin ilə birlikdə Cəlilabad rayonuna getmişlər. Qönçə birinci onların masasında oturmuşdur. Qönçə kafedə ofisant işləyirdi. Qönçə onların stolda oturub onlarla birlikdə piyvə içirdi. Onlar çölə çıxandan sonra Qönçə Anarın stolunda oturmuşdur. Baş verən hadisələr kafenin və “Panacea Clinic” klinikasının qarşısında baş vermişdir. Bu hadisələr gecə saat 1 radələrində baş vermişdir. Həmin vaxt həmin ərazidə heç kəs olmamışdır. Kafedən yalnız Qönçənin bacısı Pərvanə onları aralamaq üçün gəlmişdir. Dava dəvam edən zaman Anar onları söyməkdə dəvam edirdi. Onlar maksimum dərəcədə onunla dava etməkdən qaçmışlar. Anar söyüşlərə davam etdiyi və onları vurduğu üçün hadisə baş vermişdir. Onlar Qönçədən nəyə görə Anarın stolunda oturmasını soruşmamışlar. Anar müəyyən müddətdən sonra çölə çıxmışdır. Anar içkili olmuşdur. Anarı çölə çağırmaqda məqsədləri Qönçənin nəyə görə onun stolunda oturmasını soruşmaq olmuşdur. Qönçəyə ondan uzaqlaşması üçün boynunun arxasında 1 dəfə şillə vurmuşdur. Qönçə şillədən sonra uzaqlaşmışdır. Anar ilə barışmışlar. İbtidai istintaq zamanı həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, Niyaməddin də Bakı şəhərində yaşayır, tikintidə bir yerdə işləyirmişlər. O, əvvəllər də bir neçə dəfə tanışı və həmkəndlisi Niyaməddin ilə birlikdə “Dəli Kür” kafesinə gedib orada bir qədər pivə içmişlər. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində O, tanışı Niyaməddin ilə görüşüb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Dəli Kür” kafesinə getmişdir. Onlar həmin kafedə əyləşib pivə sifariş vermişlər, bir qədər pivə içmişlər, musiqiyə qulaq asmışlar, həmin kafedə işləyən Qönçə adlı qız da onların əyləşdikləri masa arxasında əyləşib onlarla pivə içmişdir. Təxminən saat 23:30 radələrində onlarla eyni masa arxasında əyləşən Qönçə həmin kafedə digər masa arxasında əyləşən tanımadıqları cavan oğlanın yanına gedib əyləşmiş və onunla pivə içməyə başlamışdır. Qönçənin onların masasından ayrılıb başqa adamın masasında əyləşməsi onlara pis təsir etmişdir. Niyaməddin ilə o, sonradan aralarında dava-dalaş yaranmış Anar adlı şəxsə əlləri ilə işarə vermişlər ki, kafedən çölə çıxsın. Onların məqsədləri Qönçənin hansı səbəbdən onların masasından aralanıb onunla birlikdə əyləşməyini soruşmaq olmuşdur. Anar təxminən 1 saat kafedən çölə çıxmamış, Qönçə Anarın kafedən çölə çıxmasına imkan verməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 1 radələrində Anar kafedən çölə çıxmışdır, Niyaməddin ilə o, kafedən çölə çıxmışlar, onlar kafenin qarşısında, yəni küçədə dayanıb Anar ilə söhbət etməyə başlamışlar. Onlar Anara iradlarını bildirmişlər ki, nə üçün onlarla eyni masada əyləşən qız masa arxasından qalxıb onunla birlikdə eyni masa arxasında əyləşmişdir. Bu mövzuda onların aralarında söz söhbət yaranmış, mübahisə zamanı Anar onlara əl- qol atmış və onlar əlbəyaxa olmuşlar. Bir neçə dəqiqə sonra Qönçə də kafedən çölə çıxıb onlara yaxınlaşıb aralarına keçib onları sakitləşdirmək istəyəndə Niyaməddin Qönçənin burun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Qönçənin burnu qanamışdır. Həmin vaxt o da Qönçənin sifətinə sillə vurmuşdur. Daha sonra onlar söhbətlərini davam etdirmək üçün Anar ilə birlikdə 3-cü mkr. dairəsindən yolun digər tərəfinə keçmiş, işıqforun yanında yenə də aralarında mübahisə başlamış, bir-birilərinə əl qol atmış, Anarın bədəninin müxtəlif nahiyyələrinə bir neçə yumruq zərbəsi vurmuş, Anar da onlara bir neçə yumruq zərbəsi vurmuşdur. Anarın yumruq zərbələri onun bədən nahiyyəsinə, bir zərbəsi isə sol gözünün alt hissəsinə dəymişdir. Dava-dalaş zamanı Qönçə də Anarın yanına gəlmiş, guya araya keçib onları aralaşdırırmış, lakin həqiqətdə aranı bir az da qızışdırırmış. Bir neçə dəqiqə sonra bir nəfər də tanımadığı sonradan adının Pərvanə olduğunu bildiyi “Dəli Kür” kafesində işləyən qadın gəlib çıxmışdır. Həmin qadın da araya keçib aranı sakitləşdirmək istəyirmiş. Dava-dalaş zamanı onun və Niyaməddinin də bir neçə yumruq zərbəsi Qönçəyə dəymişdir. Daha sonra Niyaməddin ilə o, Anardan aralanmışlar ki, çıxıb getsinlər, dava-dalaşa son qoyulsun. Onlar bir neçə metr Anardan aralandıqdan sonra Anar onların arxasınca gəlib ünvanlarına nəlayiq söyüşlər işlətmiş, Anarın ünvanlarına işlətdiyi söyüşləri eşitdikdən sonra əsəblərini saxlaya bilməyib geri qayıtmışlar, “Panacea Clinic” klinikasının qarsısmda Niyaməddin Anar ilə əlbəyaxa olub Anarın qarın nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt o, cibindən açılıb bağlanan cib bıçağını çıxardıb bıçaqla Anarın qarın nahiyyəsinə bir dəfə zərbə vurmuş və sonra bıçağı cibinə qoymuşdur. Həmin vaxt Qönçə onun üstünə hücum etmiş, onun nə etmək istədiyini başa düşə bilmirmiş, Qönçənin ondan əl çəkməsi üçün onun başının arxa hissəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Qönçə yerə yıxılmış, həmin vaxt Niyaməddin ilə o, oradan uzaqlaşıb getmişlər. Oradan uzaqlaşdıqdan sonra o, Niyaməddinə demişdir ki, o, Anar ilə əlbəyaxa olub dalaşarkən Anar söyüş söydüyü üçün bir dəfə bıçaqla onun qarın nahiyyəsinə vurmuşdur. Həmin gecə o, Niyaməddin ilə birlikdə Cəlilabad rayonuna getmişdir. Təqsirləndirilən şəxs2 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, mübahisə və dava-dalaşa səbəb “Dəli Kür” kafesində işləyən Qönçə adlı qızın Niyaməddin ilə onun əyləşdiyi masa arxasından qalxıb Anarın əyləşdiyi masa arxasına keçməsi, onların da bunun səbəbini Anardan soruşmaq istəmələri, Anarın da onlara əl- qol atıb ünvanlarına nəlayiq söyüşlər söyməsi olmuşdur. Dava-dalaş əvvəlcə Dəli-Kür kafesinin qarşısında baş vermiş, təxminən 5-6 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kimsə olmasına fikir verməmişdir, daha sonra onlar 3-cü mkr. dairəsindən yolun digər tərəfinə keçmişlər, orada, yəni “Panacea Clinic” klinikasının qarsısmda dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, dava-dalaş zamanı ətrafda Qönçə, “Dəli Kür” kafesində işləyən sonradan adının Pərvanə olduğunu bildiyi qadın, Anar, Niyaməddin və o, həmçinin tanımadığı bir neçə nəfər şəxs olmuşdur, lakin həmin şəxslər onlara yaxınlaşmamışlar, onlara tamaşa edirmişlər. Zərərçəkmiş şəxs1la və Zərərçəkmiş şəxs2 ilə onun arasında əvvəllər ədavəti olmamışdır. Dava-dalaş zamanı Anar onlara var-yox söyüşü söyüb, buna görə o, Anara bıçaq zərbəsi vurmuşdur. Dava-dalaş zamanı əvvəlcə o, “Zərərçəkmiş şəxs2 sifət nahiyyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur, daha sonra bədəninə bir neçə yumruq zərbəsi vurmuşdur, lakin yumruq zərəbələrinin Qönçənin bədəninin hansı nahiyyələrinə dəyməsini dəqiq bilmir, həmçinin o, Zərərçəkmiş şəxs1 da bədəninə bir neçə dəfə yumruq zərbəsi vurmuş, lakin həmin yumruq zərbələrinin Anarın bədəninin hansı nahiyəsinə dəyməsini xatırlamır. Sonra da o, bir dəfə bıçaqla Anarın qarın nahiyyəsinə bıçaqla zərbə vurmuşdur, etdiyi əməldən peşmandır. Dava-dalaş zamanı o, sol gözünün altından xəsarət almışdır, lakin Anardan şikayət və tələbi yoxdur. Dava-dalaş zamanı o, Zərərçəkmiş şəxs1 qəfildən bıçaqla xəsarət yetirmişdir. Belə ki, onun əvvəlcədən Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirmək fikri olmamışdır. O, Anarı bıçaqla vurarkən Niyaməddinin bundan xəbəri olmamışdır. O, Niyaməddin ilə birlikdə dava-dalaş yerindən aralanıb oradan uzaqlaşdıqdan sonra Niyaməddinə bildirmişdir ki, Anara bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 bıçaqla vurmaqda niyyəti ona xəsarət yetirmək olmuşdur, çünki, Anar onun və Niyaməddinin ünvanına nəlayiq söyüşlər söymüşdür, o, Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirərkən heç kim onun qarşısını almayıb, o, özü Anara bir dəfə bıçaq zərbəsi vurub dayanmışdır, onun Zərərçəkmiş şəxs1 öldürmək imkanı olmuşdur, lakin onun belə bir niyyəti olmayıb, Anarı öldürmək niyyəti olsaydı onu öldürə bilərmiş. Dava-dalaş baş verən gün o, Cəlilabad rayonuna getmişdir. Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bıçağı Cəlilabad rayonunda yadında qalmayan yerdə tullamışdır (cild 2, iş vərəqə 66-69). Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günə qədər ünvan 4 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşamış, hadisədən sonra ailəsi ilə birlikdə Cəlilabad rayonu, Privolnaya kəndinə köçüb orada yaşamışdır. Təqsirləndirilən şəxs2 həmkəndlisidir. Dava-dalaş baş verən günə qədər onlar tikintidə fəhlə kimi bir yerdə işləmişlər. O, əvvəllər də bir neçə dəfə tanışı və həmkəndlisi Elsevər ilə birlikdə “Dəli Kür” kafesinə gedib orada bir qədər pivə içmişlər. 30 oktyabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində Elsevər ilə görüşüb Bakı şəhəri, Nəsimi rayonu ərzisində yerləşən “Dəli Kür” kafesinə getmişlər. Həmin kafedə əyləşib pivə sifariş vermiş, bir qədər pivə içmiş, musiqiyə qulaq asmışlar. Həmin kafedə işləyən Qönçə adlı qız da onların əyləşdiyi masa arxasında əyləşərək onlarla birlikdə pivə içmişdir. Təxminən saat 23:30 radələrində onlarla eyni masa arxasında əyləşən Qönçə həmin kafedə digər masa arxasında əyləşən tanımadıqları cavan oğlanın yanına gedib əyləşmiş və onunla pivə içməyə başlamışdır. Qönçənin onların masasından ayrılıb başqa adamın masası arxasında əyləşməsi pis təsir etmişdir. Elsevər ilə sonradan adının Anar olduğunu bildikləri şəxsə əlləri ilə işarə vermişdirlər ki, kafedən çölə çıxsın. Onların məqsədi Qönçənin hansı səbəbdən onların masasından aralanıb Anar adlı şəxslə birlikdə əyləşməyini soruşmaq olmuşdur. Anar təxminən 1 saat kafedən çölə çıxmamış, Qönçə Anarın kafedən çölə çıxmasına imkan verməmişdir. 31 oktyabr 2023-cü il tarixdə təxminən saat 1 radələrində Anar kafedən çölə çıxmış, Elsevər ilə o da kafedən çölə çıxmışlar. Kafenin qarşısında, yəni küçədə dayanıb Anar ilə söhbət etməyə başlamışlar. Onlar Anara irad olaraq bildirmişdirlər ki, nə üçün onlarla eyni masada əyləşən qız masa arxasından qalxıb onunla birlikdə eyni masa arxasında əyləşmişdir. Bu mövzuda onların aralarında söz söhbət yaranmış, mübahisə zamanı Anar onlara əl-qol atmış və əlbəyaxa olmuşlar. Bir neçə dəqiqə sonra Qönçə də kafedən çölə çıxaraq onlara yaxınlaşıb aralarına keçərək onları sakitləşdirmək istəyəndə Qönçənin burun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş və Qönçənin burnu qanamışdır. Həmin vaxt Elsevər də Qönçənin sifətinə sillə vurmuşdur. Daha sonra onlar söhbətlərini davam etdirmək üçün Anar ilə birlikdə 3-cü mkr. dairəsindən yolun digər tərəfinə keçmişlər. İşıqforun yanında yenə də aralarında mübahisə başlamış, bir-birilərinə əl qol atmışlar, Anarın bədəninin müxtəlif nahiyyələrinə bir neçə yumruq zərbəsi vurmuşdur. Anar da onlara bir neçə yumruq zərbəsi vurmuş, lakin Anarın yumruq zərbələrindən hər hansı bir xəsarət almamışdır. Daha sonra Qönçə də, Anarın yanına gəlmiş, guya araya keçib onları aralaşdırırmış, lakin həqiqətdə aranı bir az da qızışdırmışdır. Bir neçə dəqiqə sonra bir nəfər də tanımadığı “Dəli Kür” kafesində işləyən qız gəlib çıxmışdır. Həmin qız da araya keçib aranı sakitləşdirmək istəmişdir. Dava-dalaş zamanı Elsevərin və onun da bir neçə yumruq zərbəsi Qönçəyə dəymişdir. Daha sonra Elsevər ilə Anardan aralanmışdırlar ki, çıxıb getsinlər, dava-dalaşa son qoyulsun. Onlar bir neçə metr Anardan aralandıqdan sonra Anar onların arxasınca gəlib ünvanlarına nalayiq söyüşlər işlətmiş, Anarın onların ünvanlarına işlətdiyi söyüşləri eşitdikdən sonra əsəblərini saxlaya bilməyib geri qayıtmışlar. “Panacea Clinic” klinikasının qarşısında Anar ilə əlbəyaxa olub Anarın qarın nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşlar. Daha sonra onları aralaşdıranda Qönçə Elsevərin üstünə hücum etdiyi üçün Elsevər onun başının arxa hissəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Qönçə yerə yıxılmış, onlar da oradan uzaqlaşıb getmişlər. Oradan uzaqlaşdıqdan sonra Elsevər demişdir ki, Anar ilə əlbəyaxa olub dalaşarkən Anar söyüş söydüyü üçün bir dəfə bıçaqla onun qarın nahiyyəsinə vurmuşdur. O isə Elsevərə demişdir ki, nahaq yerə Anara bıçaq zərbəsi vurmuşdur. Həmin gecə Elsevər ilə birlikdə Cəlilabad rayonuna getmişlər. Hadisə zamanı Qönçəyə zərbə vurmuşdur. Hadisə Qönçənin onların masasından durub Anarın masasında oturmasına görə baş vermişdir. O, tikintidə fəhləlik edirdi. Gündəlik 20-30 manat pul qazanırdı. Anarı kafedən çölə çağırmaqlarında məqsəd Qönçənin nəyə görə onların masasından durub Anarın masasında oturmasını soruşmaq olmuşdur. Hadisə baş verən zaman orada onlardan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şəki rayonu, Köndələn kəndində qeydiyyatdadır, ünvan 5 ünvanında qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Qönçə 3 il olar ki, ünvan 6 ünvanında yerləşən Dəli Kür kafesində ofisiant işləyir. 30 oktyabr 2023-cü il tarixdə təxminən saat 23:30 radələrində Qönçənin işlədiyi “Dəli Kür” kafesinə gedib masa arxasında əyləşib pivə sifariş vermiş, bir qədər pivə içmişdir. Qönçə kafedə başqa masa arxasında iki nəfər tanımadığı 25-30 yaşlarında olan cavan oğlanla birlikdə əyləşib onlarla pivə içirdi. Bir az sonra Qönçə əyləşdiyi masa arxasından ayağa qalxıb yanına gəlib əyləşdiyi masa arxasında əyləşib onunla söhbət etməyə başlamışdır. Qönçə ilə bir az əvvəl birlikdə pivə içən şəxslər Qönçənin əyləşdiyi masa arxasında əyləşib onunla söhbət etməyini görüb onu kafedən çölə çağırmışlar, lakin Qönçə onu çölə çıxmağa qoymamışdır. Həmin şəxslər ondan əl çəkməmişlər, əl-qol ilə işarə edərək onu dayanmadan kafedən çölə çağırmışlar. O da həmin oğlanların çağırışına görə kafedən çölə çıxmışdır. Həmin oğlanlardan biri qarabəniz, biri isə sarıyanız idi. Onlar kafenin qarşısında, yəni küçədə dayanıb söhbət etməyə başlamışlar. Kafedən çölə çıxdıqdan sonra həmin iki nəfər cavan oğlan ona irad bildirmişlər ki, nə üçün həmin qız onların əyləşdiyi masa arxasından qalxıb onunla birlikdə eyni masa arxasında əyləşmişdir. O isə həmin oğlanlara demişdir ki, həmin qız tanışıdır. Bu mövzuda onların arasında söz söhbət yaranmış və həmin 2 oğlan ona əl-qol atıb onunla əlbəyaxa olmuşlar. Həmin vaxt 31 oktyabr 2023-cü il təxminən saat 1 radələri olardı. Bir neçə dəqiqə sonra Qönçə də kafedən çölə çıxıb onların dalaşmaqlarını görüb onlara yaxınlaşaraq aralarına keçib onları sakitləşdirmək istəyəndə həmin oğlanlardan biri, yəni qarabəniz olanı Qönçənin burun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Qönçənin burnu qanamışdır. Həmin vaxt digər oğlan da, yəni sarıyanız oğlan da Qönçənin sifət nahiyyəsinə sillə, qarın nahiyyəsinə də yumruq vurmuşdur. Həmin oğlanların bu hərəkəti ona çox pis təsir etmişdir. Onlar ona demişdirlər ki, yolun digər tərəfinə keçsinlər, sakitçilikdə söhbətlərini davam etdirsinlər. O da onlara etiraz etməmiş onlarla birlikdə 3-cü mkr. dairəsindən yolun digər tərəfinə keçmiş, işıqforun yanında yenə də aralarında mübahisə başlamış, həmin oğlanlar ona əl qol atıb bədəninin müxtəlif nahiyyələrinə bir neçə yumruq zərəbələri vurmuşlar. O da özünü qorumaq üçün onlara bir neçə yumruq zərbəsi vurmuş, lakin yumruq zərbələrinin onların bədəninin hansı nahiyyəsinə dəyməsini bilməmişdir. Bu zaman Qönçə yenə də onların arasına keçmiş, onları aralaşdırmağa başlamış, həmin vaxt “Dəli Kür” kafesində işləyən Qönçənin bacısı Pərvanə də onlara yaxınlaşmışdır. O, özü aranı sakitləşdirmək istəyirdi. Həmin vaxt onunla dalaşan hər iki şəxs Qönçənin qarın nahiyyəsinə yumruq zərbələri vurmuşlar. Daha sonra onunla dalaşan hər iki nəfər şəxs bir qədər aralanmışlar, sonra həmin iki nəfər şəxs yenidən geri qayıdıb “Panacea Clinic” klinikasının qarşısında üzərinə hücum etmişlər, qarabəniz oğlan onunla əlbəyaxa olub qarın nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, həmin vaxt sarıyanız oğlan da yaxınlaşmış, lakin, əvvəlcə onun nə etdiyini başa düşməmiş, köynəyi qan olanda başa düşmüşdür ki, həmin vaxt sarıyanız oğlan ona bıçaqla xəsarət yetirmişdir. Qönçə ilə Pərvanə yenə də araya keçmişlər ki, aranı sakitləşdirsinlər. Həmin vaxt sarıyanız oğlan Qönçənin başının arxasından qəfildən bir dəfə yumruq zərbəsi vurmuş və Qönçə hüşunu itirərək yerə yıxılmışdır. Bundan sonra onunla dalaşan iki nəfər şəxs dərhal oradan uzaqlaşıb getmişlər. Pərvanə isə Qönçəni ayıltmağa çalışmışdır. O, dərhal yol ilə keçən taksiyə əyləşib X8 xəstəxanasına getmiş, xəstəxanada əməliyyat olunmuşdur. Mübahisə birinci kafenin içində olmuşdur. Qönçənin burnuna zərbəni qapının ağzında vurmuşlar. O, Elsevəri vurub yerə yıxdıqdan sonra Elsevər bıçaqla ona xəsarət yetirmişdir. Qönçəyə qəsdən xəsarət yetirmişlər. Təqsirləndirilən şəxslər ilə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Saatlı rayonu, Daşqoy kəndində qeydiyyatdadır, ünvan 5 ünvanında qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Anar Mənafov ilə birlikdə yaşayırdı. 3 il olar ki, ünvan 6 ünvanında yerləşən Dəli Kür kafesində ofisiant işləyir. Hər gün axşam saat 17-də kafeyə işə gedir, səhər 5-də işdən çıxıb evə gedir. İşin mahiyyəti üzrə bildirir ki, 30 oktyabr 2023-cü il saat 17-də həmişə olduğu kimi Dəli Kür kafesinə gedib ofisiant kimi fəaliyyətə başlamışdır. Həmin gün təxminən 23 radələrində Dəli Kür kafesinə əvvəllər kafeyə müştəri kimi gəlmiş üzdən tanıdığı iki nəfər təxminən 25-30 yaşlarında oğlanlar gəlmişlər. Onlar masa arxasında əyləşib pivə içməyə başlamışlar. Daha sonra həmin şəxslər onu da öz masalarına dəvət etmişlər. Həmin şəxslərlə birlikdə eyni masada əyləşib pivə içmişlər. Bir az sonra Anar da kafeyə gəlib başqa bir masada əyləşib pivə sifariş vermişdir. Həmin şəxslər pivəni içib qurtardıqdan sonra ayağa qalxıb Anarın əyləşdiyi masada əyləşmişdir. Onunla birlikdə pivə içən şəxslər Anarın əyləşdiyi masa arxasında əyləşib söhbət etməyindən əsəbləşmişlər. Həmin iki nəfər şəxs Anarı kafedən çölə çağırırdılar, lakin Anarı çölə çıxmağa qoymamışdır. Həmin şəxslər Anardan əl çəkməmiş, onu dayanmadan kafedən çölə çağırmışlar. O kafedə müştərilərə xidmət edərkən kafedə işləyən işçilərdən kim isə demişdir ki, Anarı iki nəfər şəxs çölə aparıb onunla dava-dalaş edirlər. Həmin vaxt təxminən saat 01:00 radələri olardı. Bu sözləri eşidən kimi kafedən çölə çıxmış və görmüşdür ki, kafenin qarşısında bir az bundan əvvəl onunla birlikdə pivə içən həmin iki nəfər cavan oğlan Anar ilə əlbəyaxa olmuşlar, Anara əl-qol atıb onunla dalaşmışlar. Onların arasına keçib onları sakitləşdirmək istəyəndə həmin oğlanlardan biri, yəni qarabəniz olanı burun nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, burnu qanamış, hiss etmişdir ki, burnu sınmışdır. Həmin vaxt digər oğlan da, yəni sarıyanız oğlan sifət nahiyyəsinə şillə, qarın nahiyyəsinə də yumruq vurmuşdur. Daha sonra Anar və onunla dalaşan 2 nəfər şəxs 3-cü mkr. dairəsindən yolun digər tərəfinə keçmişlər, işıqforun yanında yenə də Anar ilə dalaşmağa başlamışlar. O da onların arxasınca qaçaraq onlara yaxınlaşıb aralarına keçmişdir ki, onları aralaşdırsın. Həmin vaxt onunla eyni kafedə işləyən bacısı Pərvanə də onlara yaxınlaşmış, özü isə aranı sakitləşdirmək istəyirdi. Həmin vaxt onların hər ikisi qarın nahiyyəsinə yumruq zərbələri vurmuşlar. Daha sonra Anar ilə dalaşan iki nəfər şəxs Anardan bir qədər aralanmışlar, “Panacea Clinic” klinikasının qarşısında həmin iki nəfər şəxs yenidən Anarın üzərinə hücum etmişlər, daha dəqiq desə qarabəniz oğlan Anarın üzərinə hücum edib onunla əlbəyaxa olub Anarın qarın nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, həmin vaxt sarıyanız oğlan da Anara yaxınlaşmış, lakin onun nə etdiyini başa düşməmiş, sonradan isə başa düşmüşdür ki, həmin vaxt sarıyanız oğlan Anara bıçaqla xəsarət yetirmişdir. Həmin iki nəfər şəxs Anarın üzərinə hücum edib onunla dalaşarkən Pərvanə ilə birlikdə araya keçmişdirlər ki, onları sakitləşdirsinlər. Həmin vaxt sarıyanız oğlan başının arxa nahiyyəsinə qəfildən bir dəfə yumruq zərbəsi vurmuş və dəyən zərbədən halı pisləşmiş, huşunu itirib yerə yıxılmışdır. Ayılanda dava-dalaş yerində polis əməkdaşlarının, çoxlu adamların yığışdığını görmüş, lakin Anar, onunla dalaşan iki nəfər şəxs orada olmamışdır. Anar ilə digər iki şəxsi aralamaq istəyəndə onu vurmuşlar. Təqsirləndirilən şəxslər ilə barışmış, onlara qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 197-199). Cinayət işinin materiallarında olan 10 noyabr 2023-cü il tarixli “üzləşmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 onun üzünə qarşı dediklərini təsdiqləmişdir (cild 1, iş vərəqə 109-111). Cinayət işinin materiallarında olan 10 noyabr 2023-cü il tarixli “üzləşmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 onun üzünə qarşı dediklərini təsdiqləmişdir (cild 1, iş vərəqə 112-114). Cinayət işinin materiallarında olan 10 noyabr 2023-cü il tarixli “üzləşmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 onun üzünə qarşı dediklərini təsdiqləmişdir (cild 1, iş vərəqə 115-117). Cinayət işinin materiallarında olan 10 noyabr 2023-cü il tarixli “üzləşmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə istintaq hərəkəti keçirilmiş, üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 onun üzünə qarşı dediklərini təsdiqləmişdir (cild 1, iş vərəqə 118-120). Cinayət işinin materiallarında olan 11 noyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini bir daha əyani olaraq hadisə yerində göstərmiş, fotoşəkillər çəkilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yerləşən “Dəli Kür” kafesinin qarşısnda Zərərçəkmiş şəxs2 sifətinə sillə vurmuş, Zərərçəkmiş şəxs1la əlbəyaxa olub dalaşmış, həmçinin ünvan 3 ünvanında yerləşən “Panacea Clinic” klinikasının qarsısmda dava-dalaş davam etmişdir (cild 1, iş vərəqə 179-182). Cinayət işinin materiallarında olan 11 noyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini bir daha əyani olaraq hadisə yerində göstərmiş, fotoşəkillər çəkilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında yerləşən “Dəli Kür” kafesinin qarşısnda Zərərçəkmiş şəxs2 burun nahiyyəsinə yumruq vurub xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1la əlbəyaxa olub dalaşmış, həmçinin ünvan 3 ünvanında yerləşən “Panacea Clinic” klinikasının qarşısında dava-dalaş davam etmişdir (cild 1, iş vərəqə 183-186). Cinayət işinin materiallarında olan 10 noyabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskdə 1 ədəd videogörüntü vardır. Videogörüntü 1 dəqiqə 26 saniyə davam edir. Həmin videogörüntüyə baxanda müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən “Panacea Clinic” klinikasının qarşısında dava-dalaş gedir, əynində qara rəngli gödəkcə olan oğlan Zərərçəkmiş şəxs2 yaxasından tutur, həmin vaxt Anar Mənafov onu qucaqlayıb kənara çəkir, daha sonra Zərərçəkmiş şəxs2 və daha bir nəfər qadın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl ilə itələyirlər ki, oradan uzaqlaşsınlar. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 uzaqlaşırlar, lakin əli ilə işarə edirlər ki, onların arxasınca gəlsin. Daha sonra Zərərçəkmiş şəxs1 da onların arxasınca gəlir, qəfildən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 üzərinə hücum edib onunla əlbəyaxa olub ona yumruq zərbələri vurur, həmin vaxt Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 yaxınlaşır, lakin bıçaqla Zərərçəkmiş şəxs1 vurması dəqiqliklə görünümür, həmin vaxt Zərərçəkmiş şəxs1 əlini qarın nahiyyəsinə aparıb qarın hissəsinə baxır, başa düşülür ki, Zərərçəkmiş şəxs1 bıçaq xəsarəti almışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 və Şahid araya keçib onları sakitləşdirmək istəyəndə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 boynunun arxasına yumruq zərbəsi vurur, Zərərçəkmiş şəxs2 yerə yıxılır. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oradan uzaqlaşıb gedirlər, Zərərçəkmiş şəxs1 köynəyini çıxarıb qarın nahiyəsinin üzərinə sıxır. DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 bildirir ki, “Panacea Clinic” klinikasının qarşısında Zərərçəkmiş şəxs2 yaxasından tutan şəxs Təqsirləndirilən şəxs2 olmuşdur. Bundan sonra onlar oradan bir qədər uzaqlaşırlar və Zərərçəkmiş şəxs1 onların ünvanına söyüş söydüyü üçün geri qayıdıb Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olub ona bir neçə yumruq zərbəsi vurur. Həmin vaxt Təqsirləndirilən şəxs2 da onlara yaxınlaşır, lakin Elsevərin nə etdiyini başa düşmür, sonradan bilir ki həmin vaxt Elsevər Anara bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs2 boynunun arxasına yumruq zərbəsi vuran şəxs Təqsirləndirilən şəxs2 olmuşdur.Həmçinin DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs2 bildirir ki, Panacea Clinic” klinikasının qarşısında Zərərçəkmiş şəxs2 yaxasından tutan şəxs o özü olmuşdur. Bundan sonra onlar oradan bir qədər uzaqlaşırlar və Zərərçəkmiş şəxs1 onların ünvanına söyüş söydüyü üçün geri qayıdırlar, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olub ona bir neçə yumruq zərbəsi vurur. Həmin vaxt o özü də onlara yaxınlaşır və Anara bıçaqla xəsarət yetirir. Daha sonra Zərərçəkmiş şəxs2 boynunun arxasına yumruq zərbəsi vuran şəxs o, özüdür (cild 1, iş vərəqə 67-68). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 31 oktyabr 2023-cü il tarixli 1560 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşağıdakı xəsarətlər aşkar edildi: -burun tənəffüs aktının pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən sınıqları və burunun yumşaq toxumalarının qançırı, şişkinliyi; sağ və sol gözətrafı nahiyələrinin qançırı; -sağ yanağın qançırı. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, burun tənəffüs aktının pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən sınıqları, burunun yumşaq toxumalarının qançırı, şişkinliyi, sağ və sol gözətrafı nahiyələrinin qançırı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sağ yanağın qançırı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqə 122-124). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 7 noyabr 2023-cü il tarixli 1591 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qarının ön divarının daxilə nüfuz edən daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 231-233). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 11 dekabr 2023-cü il tarixli 3443 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik müəyyən edilmir (cild 1, iş vərəqə 241-243). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “Panacea Clinic” klinikasının qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında baş vermiş dava-dalaşın videgörüntüyə qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 29-45). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 194). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclsinin 5.11.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün çəkilməmiş cəzası 1 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 195-196, 209-219 və 226-228). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayəti əvvəlki cinayət işi üzrə cəzasını çəkib qurtardıqdan 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzalarını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağı vardır (cild 1 iş vərəqə 224 və cild 3). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 1, iş vərəqə 229 və cild 3). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etdiklərindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən onlara təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 noyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 79). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2023-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 187-189). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 noyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 98). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2023-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 190-192). Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduqları və həbsdə saxlanıldıqları müddətlər cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətlərinin başlanğıcı tutulduqları 10 noyabr 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut: -xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “Panacea Clinic” klinikasının qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında baş vermiş dava-dalaşın videogörüntüsünün qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən “Panacea Clinic” klinikasının qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında baş vermiş dava-dalaşın videgörüntüsünün qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.