Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1446/2025 24.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X8 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2anda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Tərcidxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 29, 120.2.2 və 29, 120.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs sahibkarlardan və restoranlardan sifarişləri qəbul edərək çatdırılma üçün “Whats app” qruplarına yönəldən şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs ilə sifarişçilərdən onun aldığı ümumilikdə 259 manat məbləğində pulu sahibkarlara ödəməməsi ilə əlaqədar aralarında yaranmış mübahisəni həll etmək məqsədilə 25 fevral 2025-ci il tarixdə saat 22:00 radələrində ünvan 3 ünvanda görüşdükdən sonra müştərilərdən götürdüyü pulu rəsmiləşdirmək üçün Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı **-SX-*** dövlət nömrə nişanlı avtomobil ilə Binəqədi rayonu “Varovski” adlanan ərazidə yerləşən ofis olan əraziyə gedib qayıdaraq avtomobili ünvan 4 ünvanda dayandırdıqdan sonra saat 22:40 radələrində avtomobildə olan zaman avtomobilin sürücü oturacağında əyləşmiş Zərərçəkmiş şəxs ilə bir müddət danışaraq sonuncu ona pulu sahibkarlara ödəməyəcəyi halda hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdiyindən Zərərçəkmiş şəxs onun haqqında şikayət edəcəyi barədə fikir bildirməsini cüzi bəhanə edib öz üstünlüyünü nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərərək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, əvvəlcədən kirayə yaşadığı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını boz rəngli papaqlı köynəyin cibindən çıxarıb cinayətkar niyyətini həyata keçirmək üçün ictimai qaydanı və nəqliyyat vasitələrinin hərəkətini kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri edərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə qəfildən bıçaqla zərbələr endirib aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar verərək Zərərçəkmiş şəxs xəsarətlər yetirdikdə sonuncu onun öldürəcəyini görüb avtomobildən düşüb qaçaraq uzaqlaşmaq istədikdə ondan kənarlaşmaq istəməsinə baxmayaraq Sınan Əmoyevin arxası ilə hərəkət edib bıçaq zərbələri endirməyə davam etmiş, Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsdilə “Toyota Prius” markalı avtomobilin qabaq sərnişin oturacağına əyləşib qapını bağlamaq istədikdə o, yenidən Zərərçəkmiş şəxs üzərinə gedib avtomobilin qapısını açaraq sonuncunu öldürmək niyyəti ilə bağlı əməlini başa çatdırmaq üçün ardıcıl zərbələr endirərək Zərərçəkmiş şəxs ənsə nahiyəsində solda 1 ədəd, boynunun arxa səthində solda 1 ədəd, sağ çiyin qurşağının bayır səthində 5 ədəd, sağ bazunun yuxarı 1/3-nin arxa səthində 2 ədəd, sağ bazunun yuxarı 1/3-nin bayır səthində 1 ədəd, sol bazunun yuxarı 1/3- nin bayır səthində 9 ədəd, sol körpücüküstü nahiyədə 2 ədəd, sol körpücükaltı nahiyədə 1 ədəd, kürək nahiyəsində solda 1 ədəd, döş qəfəsinin sol bayır səthində 1 ədəd, qarının sol bayır səthində 1 ədəd, döş qəfəsinin ön səthində sağda orta körpücük xətti üzrə V qabırğa səviyyəsində 1 ədəd, döş qəfəsinin ön səthində orta körpücük xətti üzrə İV qabırğa səviyyəsində 1 ədəd, sağ saidin orta 1/3-nin arxa səthində 1 ədəd (cəmi 28 ədəd xəsarət) ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş kəsilmiş yaraları xəsarətlərini yetirmiş, lakin zərərçəkmiş fəal müqavimət göstərdiyindən və vaxtında tibbi yardım olunduğundan Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə cəhd etmiş, bununla da o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmiş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmiş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “whatsapp” qruplarından sifariş götürməklə məşğul olmuşdur. Həmin gün 3 nəfərdən sifariş götürmüşdür. Sahibkarlarla əlaqə saxlamışdır ki, pulları 1,2 günə qaytaracaq. Sonra Sinan zəng edib pulu qaytarmasını istəmiş, o da bunun Sinana aidiyyəti olmadığını, başqa şəxslərdən aldığını, həmin şəxslərlə də danışdığını və qaytaracağını bildirmişdir. Sinan ona görüşmək təklif etmiş, ondan konum istəmiş, o da atmışdır. Bundan əvvəl 1,2 dəfə Sinan onun üstünə adam göndərmişdir. Evin yanına gələndə ona sənəd götürməsini, pulu rəsmiləşdirmələrini demiş, o da hərbi biletini götürmüşdür. Amma Sinana demişdir ki, həmin pul sonuncunun deyil, rəsmiləşməsinin adı yoxdur. Birdən üstünə adam gətirər deyə, qorxutmaq məqsədilə evdən bıçaq götürmüşdür. Sinan tək gəlmiş, maşında söhbət etmişlər. Sinan yenə pulu rəsmiləşdirmək istəmiş, o da bu pulun Sinana aidiyyəti olmadığını demişdir. Sonuncu maşını sürmüş, guya ofisinə getmək üzrə olmuşlar, lakin o heç ofisi görməmişdir. Sinan çatmağa yaxın tanımadığı bir nəfərə zəng etmiş, nəsə danışmışdır. O, maşından düşüb siqaret çəkmiş, sonradan həmin şəxsin mühafizə polisi olduğunu bilmişdir. Onu çağırmışlar, aqressiya ilə pulu niyə vermədiyini soruşmuşdur. Təkrar söhbətə ehtiyacın olmadığını, məsələnin pul sahibləri ilə onun arasında olduğunu demişdir. Maşının sağ arxa tərəfində oturmuşdur. Sinan qabaqda oturmuş, maşından çıxıb arxa tərəfə gəlmiş və eyni sözləri təkrarlamışdır. Sinan ona əl-qol atacaq vəziyyətdə dayanmış və ona demişdir ki, “sənin üstündə nəşə varmı?”. O, olmadığını demiş və bu zaman Sinan daha da aqressivləşmişdir. Niyyəti onu tutdurmaq olmuşdur. Həmin anda ona əl atmış, söyüş söymüşdür. Məhəlləyə gələndə o Sinana etdiyi hərəkətin düz olmadığını demişdir. Maşından çıxanda ona söyüş söymüşdür. Onun 2 uşağı var, 1-i xəstədir, yəni dərdi özünə bəsdir. Söyüşü götürməmiş, Sinanı vurmuşdur. Öldürmək niyyəti olmamış, o çıxıb getmək istəmiş, Sinan onu vadar etmişdir. Sinan 600 manat pulun özünə aid olduğunu demişdir. Sinan üstünə gəlmiş, o bıçağı vurmuşdur ki, gəlməsin. Həmin vaxt da qrup məsələsi olmuş görüşü o təklif etməmiş, Sinan təklif etmişdir. Qrupa onu Sinan əlavə etməmiş, özü aylıq 5 azn ödənişlə daxil olmuşdur. Qrupda Sinandan heç bir asılılığı olmamışdır. Sifarişləri ona Sinan atmamış, müştəri özü göndərmiş, tez cavab verən götürmüşdür. O, sahibkarların özü ilə şəxsən danışmış, Sinan isə guya özünə nəsə çatacağını deyib pul istəmişdir. Sinan gəlib məhəllədə olduğunu demiş, o da məhəlləyə düşmüş, maşında oturub söhbət etmişlər. Ondan sənəd və 600 manat pul istəmiş, halbuki 3 sifariş 85 manat, 165 manat və 32 manat olmuş, ondan artıq pul tələb etmişdir. Onu sənədləşmə işinə görə ofis dediyi yerə aparmış, əvvəl ona ofisdən gəldiyini demiş, lakin gedəndə ofisin açarının yadından çıxıb qaldığını demişdir. Sinan yolda ona gedəndə başqa adamla söhbət edəcəklərini deməmiş, tək gələcəyini bildirmişdir. Sinan yanındakı oğlanın yanında onu təhqir etmişdir. O, maşında söhbət edəcəklərini zənn edərək evdən idman şalvarı ilə çıxmış, görüçəndə demişdir ki, “əynim nazikdir, necə gətirmisən, elə də apar”. O, Sinanı öldürmək istəməmişdir. Sinandan aralananda normal halda olmuş, kənardan heç kim onlara yaxınlaşmamışdır. Hadisədən sonra gedib təslim olmuşdur. Birinci dəfə dindiriləndə gecə saat 2-3 olmuşdur. Sahibkarlar qrupda admin olmuşlar, kuryerlərin qrupa yazmaq imkanlarıı olmamışdır. O, götürdüyü sifarişlərdən olan pulu uyğun olaraq sahibkara vermiş, xidmət haqqını götürmüşdür. Sinanın qrupda nə işlə məşğul olduğunu bilməmişdir. Maşında söhbətləri təxminən gecə saat 10-11 radələrində olmuşdur. Sinanı avtomobildə qapını örtüb vurmuşdur. O, Sinanı vurduqdan sonra Sinan maşından düşmüş, o da düşmüş və görmüşdür ki, üstünə gəlir. Sonra Sinan maşına qayıtmış, o da birdən Sinana nəsə olar deyə arxasınca getmişdir. Maşında olanda yenə təhlükə hiss etmiş və vurmağa başlamışdır. O, vurduqca Sinan ona təpik atmışdır. Sinan “Üzr istəyirəm”, “bağışla” demişdir. Sinandan qan axdığını görmüşdür. Sonuncunun vəziyyəti normal olmuşdur. Ordan çıxıb gedəndə bir taksi şoferi gəlmiş, lakin heç kim olmamışdır deyə, müdaxilə edən də olmamışdır. O, Memar Əcəmidə könüllü təslim olmuş, sonra aidiyyəti üzrə təslim etmişlər və ona heç bir fiziki təsir olmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “whatsapp” tətbiqi üzərində çatdırılma qrupu var və o həmin qrupun rəhbəridir. Qrupun daxilində onun rəhbər olduğu, çatdırılma işləri həyata keçirilən qrup var. Sifarişlər onun nömrəsinə gəlir. Pərvin özünü təqdim etməmişdir. Əvvəllər onun qrupunda xalası oğlu Şərif Şirinovla birgə işləmişlər. Sonra Pərvin onlardan 6,7 bağlama sifariş qəbul etmiş, həmin bağlamaların neçəsini çatdıra bilməmişdir. Bağlamaların pulunu götürmüş, günün sonunda onlarla hesabat aparmalı olmuş, lakin aparmamışdır. Ya həmin gün, ya da sonrakı günlərin biri o mədəni formada Pərvinə mesaj yazmış, Pərvin özünü əvvəldən kuryer aləminə “yetim Kənan” ləqəbi ilə tanıtmışdır. O, Pərvinin adının Pərvin olduğunu onu bıçaqladığı gün sənədinə baxanda bilmişdir. Pərvin ona pulu qumara qoyduğunu demişdir. O həmin yazışmaları Prokurorluğa təqdim etmişdir. Pərvinə bir yol tapacaqlarını, ödəniş üsulunu günlərə bölə biləcəklərini və s. demişdir. Onun ofisi Nəsimi metrosu tərəfdə yerləşir. Pərvindən nəqliyyatının olub-olmamasını soruşmuş, sonuncu olmadığını demiş o da gedib Pərvini azadlıq prospekti tərəfdən götürmüş, ofisinin qarşısına gəlmişlər. Onlar səs-küylü danışmışlar. O, Pərvinə bir sənəd götürüb gəlməsini, öz aralarında razılaşmalarını, müqavilə bağlamalarını demişdir. O, 30 saylı məktəbdə oxuduğundan, həmin ərazidə yaşadığından orda hamı onu tanımış, səs-küyə görə hamıya problem olmadığını demiş və orada sağollaşmışlar. Pərvini aparıb evlərinə düşürtmüş, yol boyu sonuncu ilə söhbət etmişdir. Pərvini götürdüyü yerə düşürəndə sonuncu ona demişdir ki, aşağı sürsün. Olduğu yerdən 3 bina aşağı düşmüşlər. Birdən Pərvin maşına oturmuş, qabaq oturacaqda dizi üstə dayanmış, onun çiyinlərinə bıçaq zərbəsi vurmağa başlamışdır. Pərvinin əli, qolu uzundur, onunkular isə qısadır. Onlar maşının içində boğuşmağa başlamışlar. Pərvin ona bıçaq atdıqca o pərvinə “atma, məndən əl çək, mən sənə nə etmişəm” demişdir. O, bir təhər qapını açıb düşmüşdür ki, Pərvinin əlindən canını qurtarsın. Qaçanda Pərvin maşının arxasına keçmiş, onu maşının arxasında bıçaqlamağa başlamışdır. Qaçıb qabaq oturacaqda oturmuş, Pərvin yenə ondan əl çəkməmişdir. Pərvin qapını açanda o ayağı ilə vurub açmağa qoymamışdır. Həmin vaxt o çox qan itirmişdir deyə huşunu itirmiş, təslim olmuş və astaca “mən öldüm” demişdir. Pərvin bunu eşidib qorxmuş, öldüyünü zənn etmişdir. Maşının arxasına tərəf qaçmışdır. O, huşunu itirsə də, səsləri eşitmişdir. Hamı qışqırmışdır ki, bıçağı atıb qaçdı. Pərvin gedəndən sonra qonşunun biri gəlib ona kömək etmişdir. Onu xəstəxanaya aparmışlar, orda ona 28-30 tikiş vurulmuşdur. Onun sağ qalmasına səbəb köklüyü və özünü müdafiə edə bilməsi olmuşdur. Pərvin öldüyünü zənn edəndən sonra ondan əl çəkmişdir. Pərvin onun başına, ürəyinə, qoluna, çiyninə bıçaqla vurmuşdur. O, heç bir söyüş söyməmişdir. Hazırlıqsız olmuş, Pərvinin bu hərəkəti ona sürpriz olmuşdur. Hadisə yerində adamlar olmuşlar, lakin yaxınlaşan olmamışdır. Bir dəfə təxminən il yarım bundan qabaq Pərvinlə aralarında mübahisə olmuş, Pərvin qrupda söz yazmış, mübahisə həmin sözə görə yaranmışdır. Həmin vaxt Pərvin onu çay içməyə çağırmış, o da getmişdir. O, admin olduğu whatsapp qrupunda reklam paylaşmışdır. Pərvin həmin qrupda birbaşa onun şəxsinə ünvanlanan təhqiramiz söz yazmışdır. O, yolda olanda maşında Pərvinə pulu ödəməsə, şikayət edəcəyini demişdir. O, heç kimə əl qaldırmamışdır. Ofisin qabağında sözlə mübahisələri olmuşdur. Ofisin qabağında 5-10 dəqiqə ləngimişlər. Pərvin maşından düşəndən 5-10 saniyə sonra “səni öldürəcəm” deyib bıçaqlamağa başlamışdır. Maşını saxladıqları yerdə taksi olmuşdur. O, özünü müdafiə etmişdir deyə qırağa baxa bilməmişdir. Binanın 4-cü mərtəbəsində təzə ailə quran xanım və bəy yaşamış, qadın bu hadisəni görüb qışqırıb ərinə “adam öldürürlər, get kömək et” demişdir. Ona psixoloji təsir etdiyi üçün hadisənin videogörüntüsünə baxmamışdır. Ətrafda təxminən 3 nəfər adam olmuşdur. Pərvinlə münasibətləri demək olar ki, olmamış, heç vaxt yaxşılaşmamışdır. Pərvinlə mübahisələri pul üstündə olmuşdur. Pərvin onun şirkətindən sifariş götürmüş və ona 300 manat verəcəyi olmuşdur. O, Pərvinə bildirmişdir ki, pulu versin. Pərvin ona pulu qumara qoyduğunu demiş, o da “eybi yox, sənəd götür gəl, öz aramızda müqavilə bağlayaq, həll edək” demişdir. Bu söhbəti etmək üçün görüşmüşlər. Həmin vaxt heç kim söyüş söyməmişdir. Yol boyu Pərvin zarafata salıb onların köhnə münaqişələrini demişdir. Pərvinin üzbəüzdə ona gücü çatmaz, buna görə onu maşında vurmuşdur. Heç bir hərəkət belə bir cinayət törətməyə səbəb olmamışdır. O, Pərvinin ondan niyə əl çəkmədiyini bilməmişdir. İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə6-8) hadisənin baş verdiyi yer ünvan 5 ünvandır. Nəcəf Nərimanov küçəsində avtomobil yolu iki tərəflidir və 2 zolaqlıdır. Yol kənarında iaşə obyektləri və yaşayış binaları yerləşir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, (cild 1, iş vərəqə 10) Təqsirləndirilən şəxs Nəsimi rayonu, X3 yerləşən polis postuna yaxınlaşaraq könüllü təslim olmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 21) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək 26 fevral 2025-ci il tarixdə tutulmuşdur. Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 31-33) ünvan 3 ünvanın qarşısına gəldikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərkən istifadə etmiş olduğu bıçağı atdığı yeri göstərməsi təklif edilmiş və sonuncu təxminən 60-70 metr piyada getdikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 152A ünvanındakı yaşayış binasının qarşısındakı söhbətgahın yaxınlığını göstərərək Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra hadisə yerindən uzaqlaşarkən bıçağı həmin söhbətgahın yaxınlığına atdığını bildirmişdir. Həmin əraziyə baxış keçirilərkən söhbətgahın qarşısında yerə atılmış vəziyyətdə dəmir materialından olan aliminuim rəngli, uc hissəsində insan qanına bənzər qan ləkələri olan 01 ədəd bıçaq aşkar edilmiş və baxış keçirilib qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs aşkar edilmiş bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 34-39) Zərərçəkmiş şəxs idarə etmiş olduğu **-SX-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, “Toyota” markalı, “Prius” modelli avtomobilin sol ön qapısı, sol arxa qanad və buferi, sağ arxa qanad və buferi, sağ qapı, sağ qapının təhlükəsizlik kəmərinin bərkidildiyi hissəsi, sol ön oturacaq və oturacaqlar arasındakı “bar” hissəsində insan qanına bənzər qan ləkələri müəyyən edilmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 42-43) video görüntüdə avtomobil yolu əks olunmuşdur. Ekranın sol yuxarı küncündə tarix ve saat qeyd olunmuşdur. Tarix olaraq xx.xx.2025, saat olaraq 22:40:30 qeyd olunmuşdur. “Toyota Prius” markalı ağ rəngli avtomobil yolun sağ tərəfi ilə hərəkət edərək bir qədər öndə saxlamışdır. Videonun 02:30 dəqiqəsində avtomobilin qabağ sağ tərəfindən Təqsirləndirilən şəxs düşür. Qısa müddət ərzində yenidən avtomobilə qayıdaraq əyləşir. 03:13-cü dəqiqədə avtomobilin qabaq sol tərəfindən düşən Zərərçəkmiş şəxs düşərək avtomobildən kənarlaşır. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxası ilə gedərək ona bıçaq zərbələri endirir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müqavimət göstərərək ondan kənarlaşaraq avtomobilin qabaq sərnişin oturacağına əyləşir və qapını bağlamaq istəyir. Bu zaman Təqsirləndirilən şəxs qapını saxlayaraq avtomobilin içərisində əyləşmiş Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirməyə davam edir. Bıçaq zərbələri endirdikdən sonra oradan kənarlaşır. Götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 45-46) Zərərçəkmiş şəxs məxsus, hadisə zamanı üzərində olmuş 1ədəd şalvar, 1 cüt ayaqqabı, 1 ədəd kofta, 1 ədəd mayka və kəmər 1 saylı şəhər Klinik Xəstəxanasından götürülmüşdür. Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 55-56) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edililərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-243/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 77-80) Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 26 fevral 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, (cild 1, iş vərəqə 156-158) Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin 21 may 2008-ci il tarixli hökmü ilə 29,120.1-ci maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 avqust 2014-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qərarı ilə 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 25 mart 2017-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli 03/203 saylı ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 159-163) Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- ənsə nahiyəsində solda 1 ədəd, boynunun arxa səthində solda 1 ədəd, sağ çiyin qurşağının bayır səthində 5 ədəd, sağ bazunun yuxarı 1/3-nin arxa səthində 2 ədəd, sağ bazunun yuxarı 1/3- nin bayır səthində 1 ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində 9 ədəd, sol körpücüküstü nahiyədə 2 ədəd, sol körpücükaltı nahiyədə 1 ədəd, kürək nahiyəsində solda 1 ədəd, döş qəfəsinin sol bayır səthində 1 ədəd, qarının sol bayır səthində 1 ədəd, döş qəfəsinin ön səthində sağda orta körpücük xətti üzrə V qabırğa səviyyəsində 1 ədəd, döş qəfəsinin ön səthində orta körpücük xətti üzrə İV qabırğa səviyyəsində 1 ədəd, sağ saidin orta 1/3-nin arxa səthində 1 ədəd (cəmi 28 ədəd xəsarət), ənsənin, boyunun, sağ çiyin qurşağının arxa və bayır səthlərinin, hər iki bazunun, sol körpücüküstü və sol körpücükaltı nahiyələrin, kürək nahiyəsinin, döş qəfəsinin, qarının, sağ saidin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları iti uca və kənara malik alətin (alətlərin), ola bilsin bıçağın (bıçaqların) deşici-kəsici təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli 203/2025-TBŞ saylı ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 164-172) Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll), Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus kofta, şalvar(kəmərlə), mayka, 01 cüt ayaqqabı və hadisə yerindən götürülmüş 07 ədəd çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Belə olan halda bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli 127-2025/MTKŞ saylı ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 173-181) ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta aşağı nahiyəsində on bir ədəd, köynəyin ön səthinin sol yuxarı nahiyəsində altı ədəd, köynəyin arxa səthində bir ədəd, maykanın Ön səthinin sağ nahiyəsində bir ədəd, maykanın arxa səthinin sağ nahiyəsində iki ədəd, maykanın arxa səthinin orta nahiyəsində iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş- kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta nahiyəsində aşkar edilmiş bir ədəd cırılma zədəsi, köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və ayaqqabı üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta aşağı nahiyəsində, köynəyin ön səthinin sol yuxarı nahiyəsində, köynəyin arxa səthində; maykanın ön səthinin sağ nahiyəsində, maykanın arxa səthinin sağ nahiyəsində, maykanın arxa səthinin orta nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin sağ çiyin qurşağının arxa və bayır səthlərində, hər iki bazuda, sol körpücüküstü və sol körpücükaltı nahiyyələrində, kürək nahiyəsində, döş qəfəsində, qarında aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Digər xəsarətlər - ənsə, boyun və sağ saidin üzərində aşkar edilmiş xəsarətlər onun paltarı üzərində öz əksini tapmamışlar, bu da, bəzilərin həmin nahiyələrin paltarın örtülməməsi ilə, bəzilərin yer dəyişməsi ilə (yuxarı qalxması, aşağı düşməsi və s.) izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1188 nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 182-187) Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman Öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional qeyri- sabitlik, konfliktə meyillilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, inadkarlıq, öz maraqlarını üstün tutmaq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz üstünlüyünü nümayiş etdirmək və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və inteiektual inkişafı nəzərə alınmaqla, hadisəni törədərkən və hazırda da etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs, onun tərəfindən edilən hüquqazidd hərəkətlərdən bilavasitə əvvəl psixi-emosional vəziyyətində gərginlik əmələ gəlmişdir. Baş vermiş hadisə zamanı psixi-emosional vəziyyətində qəzəb, impulsivlik yaranmışdır. Hazırda psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək dəyişiklik müəyyən edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. Təqsirləndirilən şəxs yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və yalan danışmağa patoloji meyllilik aşkar olunmadı. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)-618/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 198-202) Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətində, yəni 26 iyun 2025-ci il tarixdək uzadılmışdır. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 235-237) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək ona həmin məcəllənin 221.3, 29, 120.2.2 və 29, 120.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş arayış, nikah haqqında şəhadətnamə və şəxsiyyəti təsdiq edən sənədlərdən görünür ki, (cild 1, iş vərəqə 258-262) Təqsirləndirilən şəxs X9 ilə evlidir, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.3-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3 və 29, 120.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalı, həmin Məcəllənin 29, 120.2.4-cü maddəsi isə ittihamdan xaric edilməlidir. Məhkəmə, son dövrlər məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə AR CM-nin 120.2.4-cü maddəsinə münasibətdə fərqli yanaşmaların olduğunu nəzərə alaraq həmin maddə ilə bağlı ətraflı dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə ilk öncə xüsusi amansızlıq anlayışını izah etməyi zəruri hesab edir. Amansızlıq lüğətdə olduqca sərt, mərhəmətsiz, rəhm etməyən sözləri ilə eyni mənanı daşıyır. Amansızlıq sözünü xüsusi amansızlıq anlayışı ilə eyniləşdirmək olmaz. Belə ki, xüsusi amansızlıq mərhəmətsizliyinin və rəhm etməzliyin ən yüksək dərəcədə təzahürünü nəzərdə tutur. Məhkəmə xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətlərinin düzgün tövsif olunması üçün bəzi məqamlara diqqət yetirməyi zəruri hesab edir. Xüsusi amansızlıq - zorakı cinayəti müşayiət edən və ya ondan sonra baş verən, həmin cinayətin törədilməsi və onun adi nəticələrinin baş verməsi üçün zəruri olmayan, zərərçəkmişə və ya onun yaxınlarına əlavə, adətən ağır fiziki və ya psixi iztirabların yetirilməsi ilə bağlı olan qəsdən hərəkət (və ya hərəkətsizlik)dir. Təqsirkar şəxs yalnız insanın sahib ola biləcəyi ən dəyərli şeyi - onun həyatını əlindən almır, həm də bununla yanaşı, qəsdən və şüurlu şəkildə əlavə, güclü, uzunmüddətli fiziki və (və ya) mənəvi iztirablar yetirir. Məhz adam öldürmə prosesinin əlavə, güclü, uzunmüddətli fiziki və (və ya) mənəvi iztirabların qəsdən, şüurlu şəkildə yetirilməsi ilə müşayiət olunması və bu iztirabların ölümün törədilməsi prosesindən kənarda qalması “xüsusi amansızlıq” anlayışını formalaşdırır. Bu isə təqsirkar şəxsin qeyri-insani qəddarlığını və amansızlığını göstərir. Adam öldürmə cinayəti törədilərkən təqsirkarın qəsdində onun xüsusi amansızlığı da əhatə olunmalıdır. Qərarda təsadüfi deyil ki, “qəsd” anlayışı onun növünə diqqət yetirilmədən işlədilir, çünki xüsusi amansızlıq əslində təqsirkarın istənilən qəsdi ilə - həm birbaşa, həm də dolayı qəsdlə - əhatə oluna bilər. Bu cür cinayət həm də o hallarda belə qiymətləndirilir ki, təqsirkar xüsusi amansızlıqla adam öldürmə cinayəti törətməyə şüurlu şəkildə yol verir və ya buna biganə yanaşır. Təqsirləndirilən şəxs o zaman xüsusi qəddarlıqla hərəkət etmiş sayılır ki, o, hərəkətinin xarakterini dərk edir, nəticəni - yəni xüsusi qəddarlığı - arzulayır və ya onun baş verməsini şüurlu surətdə yol verir. Xüsusi qəddarlıqla adamöldürmənin subyektiv əlaməti ondan ibarətdir ki, təqsirkar öz hərəkətləri ilə zərərçəkmişə və ya onun yaxınlarına əzab və iztirab verdiyini dərk edir və qətli məhz bu üsulla törətmək istəyir, yaxud həyatın məhrum edilməsinin əzab və iztirablarla müşayiət olunması nəticələrinin baş verməsini şüurlu surətdə yola verir. Xüsusi qəddarlıqla adamöldürmə iki qəsdlə törədilir. Bir qəsd - adam öldürməyə, digər qəsd - xüsusi qəddarlığa. Bu zaman adam öldürməyə və xüsusi qəddarlığa münasibətdə qəsdlər üst-üstə düşməyə bilər. Xüsusi qəddarlıqla adamöldürmə yalnız birbaşa qəsdlə törədilir və bu zaman xüsusi məqsəd - zərərçəkmişə xüsusi əzab və iztirablar vermək olur. Xüsusi qəddarlıqla adamöldürmə zamanı təqsirkar xüsusi qəddarlığın təzahürünü dərk etməli və qabaqcadan görməlidir və cinayət törədərkən bunu arzulamalı və ya şüurlu surətdə yol verməlidir. Qəsdin əlamətinə həmçinin törədilmiş əməlin ictimai təhlükəli nəticələrini qabaqcadan görmək (öncədən təsəvvür etmək) daxildir. Qabaqcadan görmə (öncədən təsəvvür etmə) təqsirləndirilən şəxsin hərəkətlərinin nəticəsində gələcəkdə baş verə biləcək halları şüurunda əks etdirməsini nəzərdə tutur. Xüsusi amansızlıqla adamöldürmə cinayəti kontekstində bu, o deməkdir ki, təqsirləndirilən şəxs zərərçəkmişin ölümünün baş verə biləcəyini, eləcə də ona və ya onun yaxınlarına xüsusi (əlavə) fiziki və (və ya) mənəvi iztirabların yetirilə biləcəyini qabaqcadan görür. Bütün hallarda təqsirləndirilən şəxs öz hərəkətinin xüsusi amansızlıqla törədildiyini dərk etməli, zərərçəkmişin ölümünə, həmçinin həm zərərçəkmişin özünə, həm də onun yaxınlarına əlavə fiziki və (və ya) mənəvi əzab-əziyyətlərin yetirilə biləcəyini qabaqcadan görməli, zərərçəkmişin ölümünün və ona və ya onun yaxınlarına xüsusi (əlavə) əzabəziyyətlərin yetirilməsinin baş verməsini arzulamalı, şüurlu şəkildə yol verməli və ya ona biganə yanaşmalıdır. Başqa sözlə desək, xüsusi amansızlıqla adamöldürmə cinayəti törədərkən şəxs öz hərəkətinin xüsusi amansızlıqla törədildiyini dərk etməli, bu cinayətin xüsusi amansızlıqla həyata keçirilə biləcəyini qabaqcadan görməli və zərərçəkmişin öldürülməsi zamanı xüsusi amansızlıq nümayiş etdirməyi arzulamalı, şüurlu şəkildə yol verməli və ya ona biganə yanaşmalıdır. Əgər təqsirkar xüsusi amansızlıq nümayiş etdirməyə cəhd etmiş, zərərçəkmişə və ya onun yaxınlarına, onun fikrincə, xüsusi (əlavə) fiziki və (və ya) mənəvi iztirablar verən hərəkətlər etmişdirsə, bu məqsədə nail olub-olmamasından asılı olmayaraq, onun törətdiyi adam öldürmə xüsusi amansızlıqla törədilmiş hesab edilməlidir. Xüsusi qəddarlıq anlayışı həm adam öldürmə üsulu, həm də təqsirləndirilənin xüsusi qəddarlıq nümayiş etdirdiyini göstərən digər hallarla əlaqələndirilir. Bu tövsiyədən çıxış edərək güman etmək olar ki, işdə təqsirləndirilənin cinayət törədərkən xüsusi qəddarlıq nümayiş etdirdiyini sübut edən hallar olduqda, həmin adam öldürmə xüsusi qəddarlıqla törədilmiş hesab olunur. Xüsusi qəddarlıqla adam öldürmə insanın həyatına son qoymaq üçün qətiyyən tələb olunmayan, artıq və lazımsız üsul və vasitələrlə törədilən həddindən artıq qəddar qətidir. Məhkəmə bildirir ki, bir neçə adam öldürmə cinayət üsulu zərərçəkmiş üçün xüsusilə əzablı hesab edilməlidir. Bunlar:
1. zərərçəkmişin yandırılaraq öldürülməsi;
2. elektrik cərəyanından istifadə etməklə həyatına son qoyulması;
3. həyatına son qoymaq üçün işgəncə və əzabların tətbiq edilməsi;
4. insanın ağrılı təsir göstərən zəhərlə öldürülməsi;
5. uzun müddət ərzində yeməkdən, sudan və ya istilikdən məhrum edilməsi;
6. qanaxmadan əziyyət çəkən şəxsə tibbi yardım göstərilməsinin qarşısının alınması;
7. diri insanın basdırılması;
8. turşu ilə yandırma;
9. müxtəlif mexaniki boğulma halları (ağıza torpaq və ya digər tozlu maddələrin soxulması, başına sellofan torba keçirilməsi, zərərçəkmişin başının dəfələrlə suya salınması). Bəzən qətlin xüsusi qəddarlıqla törədilib-törədilmədiyini cinayətin bütün halları onun əvvəlcədən düşünülmüş olması, törədilmə üsulu, zərərçəkmişin xarakteri, cinayətin motivləri və s. əsasında müəyyənləşdirmək olar. Xüsusi amansızlıq əlaməti, xüsusilə, zərərçəkmişə həyatdan məhrum edilməzdən əvvəl işgəncə, əzabvermə tətbiq edildiyi və ya zərərçəkmiş üzərində təhqiramiz hərəkətlər edildiyi hallarda mövcuddur. Xüsusi amansızlıq həm adam öldürmə üsulu ilə, həm də təqsirləndirilən tərəfindən xüsusi amansızlığın təzahürünü göstərən digər hallarla bağlıdır. Xüsusi amansızlığa aid edilə bilən hallar sırasında, xüsusilə, zərərçəkmişi həyatdan məhrum etməzdən əvvəl və ya adam öldürmə cinayəti törədilən zaman ona qəsdən işgəncə verilməsi, əzab verilməsi və ya çoxsaylı bədən xəsarətləri yetirilməsi yolu ilə xüsusi iztirabların verilməsi göstərilə bilər. Adam öldürmə yalnız o halda xüsusi amansızlıqla törədilmiş hesab olunur ki, işgəncə ya adam öldürmənin üsulu kimi çıxış etsin, ya da birbaşa olaraq ona çevrilsin. Xüsusi amansızlığın təzahür etməsini sübut edən hal məhz cinayətin törədilmə üsuludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Cinayət işinin materiallarına əlavə edilmiş video diskə baxış keçirilərkən müəyyən edilir ki, təqsirləndirilən şəxs avtomobilin içərisində zərərçəkmişə bıçaqla xəsarət yetirir. Zərərçəkmiş avtomobildən düşərək arxa tərəfinə qaçmağa başlayır. Təqsirləndirilən şəxs onun arxasınca gedərək zərərçəkmişə yenidən bıçaqla bir neçə zərbə yetirir. Zərərçəkmiş müqavimət göstərir və avtomobilin salonunda oturmağa çalışır. Lakin təqsirləndirilən şəxs ona avtomobilin qapısını bağlamağa qoymur və xəsarət yetirməyə davam edir. Daha sonra bıçağı yerə ataraq hadisə yerindən uzaqlaşır. Təqsirkarın qəsdində xüsusi amansızlıqla adam öldürmə cinayətini törətmək əhatə olunmamışdır, çünki zərərçəkmişə xəsarətlər ona qısa müddət ərzində yetirilmişdir. Təqsirkar öz hərəkətlərinin xüsusi amansızlıq daşıdığını dərk etməmiş, zərərçəkmişə xüsusi iztirablar yetirdiyini qabaqcadan görməmiş, nə bunu arzulamış, nə də buna yol vermişdir. Bununla yanaşı, mütləq nəzərə alınmalıdır ki, əlavə iztirabların yetirilməsi təqsirkar şəxsin niyyəti ilə əhatə olunmalıdır. O, xüsusi amansızlıqla adam öldürmə cinayəti törətdiyini dərk etməli, yalnız ölümün deyil, həm də artıq fiziki iztirabların baş verəcəyini qabaqcadan görməli, həm ölümü, həm də artıq (əlavə), yəni güclü və uzunmüddətli iztirabları istəməli, şüurlu şəkildə yol verməli və ya onlara laqeyd yanaşmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, zərərçəkmişə xəsarətlər qısa müddət ərzində yetirilmiş və təqsirləndirilən şəxs zərərçəkmişə xüsusi iztirablar yetirdiyini qabaqcadan görməmiş və bunu arzu etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarda göstərilmişdir ki, təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2- ci maddəsi ilə yanaşı, CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Cinayət işinin materiallarına əlavə edilmiş video diskə baxış keçirilərkən müəyyən edilir ki, avtomobil binanın qarşısında dayanır. Bir müddət keçdikdən sonra təqsirləndirilən şəxs avtomobildən düşür. Ətrafa baxdıqdan sonra yenidən avtomobilə oturur və zərərçəkmişə bıçaqla xəsarətlər yetirməyə başlayır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs avtomobildən düşən zaman pulu ödəməyəcəyi təqdirdə ondan polisə şikayət edəcəyini bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs heç bir səbəb olmadan yaxud hər hansı bəhanə ilə bu əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 221.3-cü hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan CM-in 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Bura cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cinayət işinin materiallarına əlavə edilmiş video diskə baxış keçirilərkən müəyyən edilir ki, zərərçəkmişin avtomobili binanın qarşısında dayanır. Avtomobil bir müddət yerində dayandıqdan sonra “Niva” markalı avtomobil zərərçəkmişə məxsus avtomobilin arxasında dayanır. Bir müddət keçəndən sonra qarşıda 2 nəfər piyada yeriyərək binanın blokunun qarşısında dayanırlar. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə avtomobildə xəsarət yetirdikdən sonra zərərçəkmiş avtomobildən düşərək “Niva” markalı avtomobilə tərəf qaçır. Bu vaxt təqsirləndirilən şəxs də onun arxasında qaçmağa başlayır. Bunu görən “Niva” markalı avtomobilin sürücüsü dərhal hadisə yerindən uzaqlaşır. Həmçinin blokun qarşısında duran 2 nəfər şəxslər də oradan qaçırlar. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin bu hərəkəti vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə CM-nin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə xuliqanlıq niyyəti ilə adam öldürmə” on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 29, 120.2.2-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 29, 120.2.2-ci maddələrinin sanksiyasına uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirkara CM-in 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu və ya CM-in 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra təyin edilməli və hökmün nəticə hissəsində göstərilməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 25 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(005)- 243/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 77-80) Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 26 fevral 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə bu hissədə Nərimanov Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cinayət işi materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsin azadlığı 25 fevral 2025-ci il tarixdən məhdudlaşdırılmışdır. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda maddi sübut kimi saxlanılan 7 ədəd tampon və 1 ədəd bıçaq məhv edilməlidir. Maddi sübut kimi saxlanılan 1 ədəd şalvar, 1 cüt ayaqqabı, 1 ədəd kofta, 1 ədəd mayka və kəmər Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ
Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3, və 29, 120.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə 11(on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda maddi sübut kimi saxlanılan 7 ədəd tampon və 1 ədəd bıçaq məhv edilsin. Maddi sübut kimi saxlanılan 1 ədəd şalvar, 1 cüt ayaqqabı, 1 ədəd kofta, 1 ədəd mayka və kəmər Zərərçəkmiş şəxs geri qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli
Hakimlər Hafiz Kamranov
Babək Pənahov