Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1447/2022 24.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 05 avqust 1984-cü il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Səbail Rayon Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 1(009)-132/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 avqust 2021-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu, Xırmandalı dairəsi, Xırmandalı kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədilə qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qazanc əldə etmək müqabilində naməlum “Vasif adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib sonuncunun deyəcəyi, naməlum ünvana çatdırılması barədə verdiyi sifariş əsasında 06 mart 2022-ci il tarixdə saat 22 radələrində naməlum şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 71 ünvanında yerləşən parkda oturacağın üzərinə qoyulmuş, içərisində külli miqdarda, təmiz çəkisi 500 qram narkotik vasitə heroin, külli miqdarda, təmiz çəkisi 46,845 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 280 qram narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı götürüb qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 mart 2022-ci il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3nvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan sellofan torbanın içərisindən 01 (bir) ədəd sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 500 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 46,845 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 280 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmuş və Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində olan zaman anket məlumatlarını bilmədiyi Mahrız adlı şəxslə tanış olmuşdur. O, 2021-ci ilin avqust ayında cəzasını çəkib azadlığa çıxmışdır. O, azadlığa çıxdıqdan sonra Mahrızla əlaqə saxlamışdır. Mahrızın tanışları tərəfindən sovqat gətirilmiş və o da həmin sovqatı Mahrıza apararaq 6 saylı CÇM-də ona vermişdir. O, bir dəfə Mahrızla telefonla əlaqə saxlayanda Mahrızın yanında cəza çəkən Vasif adlı şəxs də onunla danışmış və Vasif ona demişdir ki, qardaşıyla görüşsün, qardaşından pul götürsün. O, həmin şəxslə görüşərək 2.000 manat almış və Vasifin dediyi karta göndərmişdir. Sonra da Vasif cəzaçəkmə müəssisəsində cəza çəkərkən ona telefonla zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində parkda oturacağın üzərində bağlama var, həmin bağlamanı götürüb aparıb Xətai rayonu ərazisində olan “Ukranski” kruq adlanan yerdə qardaşı Elməddinə versin. Həmin vaxt Vasif ona demişdir ki, bağlamada heroin də var. Həmin sellofan torbanın içərisində meyvə də var imiş. O da Vasifin dediyi yerdən həmin bağlamanı götürüb aparan zaman ünvan 2 ünvanının yaxınlığında piyada gedərkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. O, polislərlə birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, əlində olan sellofan torbanı təqdim etmişdir. Vasifin deməsinə görə həmin sellofanda yalnız heroin olmuşdur. Qalan digər narkotik vasitələrin həmin sellofanda olmasından onun məlumatı olmamışdır. Onda 46 qram metamfetamin, 280 qram marixuana və 500 qram heroin olmamışdır. Onda cəmi 200 qram heroin olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Biləsuvar rayonunda olanda, X1 zəng edəndən sonra həmin bağlamanaı görütüb Vasifin qardaşına çatdırmaq üçün Biləsuvar rayonundan Bakıya gəlmişdir. Vasif demişdir ki, qardaşı telefonla ona düşə bilmir, o, gedib heroini götürüb aparıb qardaşına versin. Ona Vasif demişdir ki, yalnız 200 qrama yaxın heroin var. O, özü heç vaxt nə narkotik vasitədən istifadə etməmiş, nə də satışı ilə məşğul olmamışdır. Hərəkətindən peşman olmuşdur. Ona Vasif demişdir ki, həmin bağlamanı çatdırmağına görə ona 100-150 manat pul veriləcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. 06 mart 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əldə olunmuş məlumatı yoxlamaq məqsədilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Ramiz oğlu, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri Şahid3 və onun iştrakından ibarət əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 06 mart 2022-ci il tarixdə, saat 22:30-da ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman Bəhruza yaxınlaşaraq özlərini təqdim edib, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyini bildirirək, Təqsirləndirilən şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gəlmişdir. X4 Abbasova hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyi bildirilmiş və baxış keçirilməzdən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxt əlində tutmuş olduğu sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış zamanı içərisində 2 ədəd tum paçkası, 2 ədəd çipsi paçkası, 1 ədəd portağal bağlaması, 1 ədəd alma bağlaması və 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 1 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən olunmuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin cibindən içərisində 2 sim kartı olan «Samsung» markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, plastik bank kartı və 25 manat pul aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər-hansı bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 519 qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 52 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 284 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsung» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 25 manat pul, 2 ədəd tum paçkası, 2 ədəd çipsi paçkası, 1 ədəd portağal bağlaması, 1 ədəd alma bağlaması isə şübhəli şəxs Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vastələrin özünə məxsus olduğunu, həmin kütlələri xx.xx.2022-ci il tarixdə 6 saylı Cəzaçəkmə Müəssisəsindən edilmiş zəng əsasında «Qara Qarayev» parkının yaxınlığında deyiləcək şəxsə çatdırmaq məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 06 mart 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 06 mart 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 5(007)-138/2022 saylı qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 06 mart 2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis, polis general mayoru İslam Hümbətovun 06 mart 2022-ci il tarixli, Ə86-008-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlində tutmuş olduğu sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış zamanı içərisində 2 (iki) ədəd tum paçkası, 2 (iki) ədəd çipsi paçkası, 1 (bir) ədəd portağal bağlaması, 1 (bir) ədəd alma bağlaması və 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 (bir) bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 4169-7385-5063-8187 nömrəli plastik bank kartı və 25 (iyirmi beş) manat pul aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr tərəzidə çəkilmişdir. Aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd «Samsung» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 25 manat pul, 2 ədəd tum paçkası, 2 ədəd çipsi paçkası, 1 ədəd portağal bağlaması, 1 ədəd alma bağlaması isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri xx.xx.2022-ci il tarixdə 6 saylı cəzaçəkmə müəssisəsindən edilmiş zəng əsasında «Qara Qarayev» parkının yaxınlığında deyiləcək şəxsə çatdırmaq məqsədilə əldə etdiyini, başqa yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 38-43-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2022-ci il tarixli, 6/1362 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan 1 ədəd bükümdə təmiz çəkisi 46,845 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 500 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 46-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2022-ci il tarixli, 7/225 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 bağlamada heroinə bənzər, 1 bağlamada metamfetaminə bənzər və 1 bağlamada” qurudulmuş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan 1 ədəd kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış yaşıl rəngli bağlamada təmiz çəkisi – 280,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitksiindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 66-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 mart 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 06 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxt sağ əlində tutmuş olduğu sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış zamanı içərisində 2 (iki) ədəd tum paçkası, 2 (iki) ədəd çipsi paçkası, 1 (bir) ədəd portağal bağlaması, 1 (bir) ədəd alma bağlaması və 1 (bir) bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, 1 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 (bir) bükümdə açıq yaşıl rəngli, narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən olunmuşdur. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildikdə, əynində olan gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd «Samsung» markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 4169-7385-5063-8187 nömrəli plastik bank kartı və 25 (iyirmi beş) manat pul aşkar olunaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr tərəzidə çəkilmiş və çəkiləri müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr zərfə qoyulub, qablaşdırılaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd «Samsung» markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 25 manat pul, 2 ədəd tum paçkası, 2 ədəd çipsi paçkası, 1 ədəd portağal bağlaması, 1 ədəd alma bağlaması isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri xx.xx.2022-ci il tarixdə 6 saylı cəzaçəkmə müəssisəsindən edilmiş zəng əsasında «Qara Qarayev» parkının yaxınlığında deyiləcək şəxsə çatdırmaq məqsədilə əldə etdiyini, başqa yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" ASC-dən daxil olmuş 17 may 2022-ci il tarixli, 157000/2-2330 saylı məktubdan görünür ki, 4169-7385-5063-8187 nömrəli bank kartı ilə göstərilən tarixdə -01 yanvar 2021-ci il tarixdən 07 mart 2021-ci il tarixədək əməliyyatlar aparılmamışdır. Cinayət işinin 171-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 173-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 iyul 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı, «SM-G-531H» modelli mobil telefon aparatına və “zənglər bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, +**********67 nömrəsi ilə xx.xx.2022-ci il tarixdə saat 20:42 dəqiqədə 2 dəqiqə 24 saniyə danışıq olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 21:15 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 21:18 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 21:19 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 21:23 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 21:24 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 21:29 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 21:35 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 21:35 dəqiqədə xx.xx.2022-ci il tarixdə saat 21:40 dəqiqədə, xx.xx.2022-ci il tarixdə saat 21:42 dəqiqədə zənglər gəlinsəə cavabsız qalmışdır. Həmçinin də xx.xx.2022-ci il tarixdə saat 15:32 və 15:33 dəqiqədə telefonla danışmışdır. Cinayət işinin 199-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cəmil Məmmədovun 02 iyul 2022-ci il tarixli cinayət işindən cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitələr və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onda yalnız 200 qram narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 133-161-ci vərəqələrində olan Səbail Rayon Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 1(009)- 132/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 avqust 2021-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 113-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 21 aprel 2022-ci il tarixli, 3386 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 162-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 15 mart 2022-ci il tarixli 1330 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 06 mart 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 25-ci vərəqəsində olan 06 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 75-79-cu vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli 4(007)-123/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 mart 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 46,795 qram metamfetamin, 499,9 qram narkotik vasitə heroin, 279,98 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 46,795 qram metamfetamin, 499,9 qram narkotik vasitə heroin, 279,98 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 153 (yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1447/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1447/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver