Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1448/2021 04.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1993-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayon Məhkəməsinin 03.02.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4500 manat cərimə cəzasına məhkum olunmuş, təyin olunmuş 4500 manat cərimə cəzası Xaçmaz rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qərarına əsasən 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Xaçmaz rayonu, Müşkür ərazi dairəsi, Köhnə ünvan 1 ünvanında yaşamış, 01 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 aprel 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib narkotik vasitələrin satışını həyata keçirmək üçün razılığa gəldikdən sonra naməlum mənbədən və naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 14761,672 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 3360,508 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin əldə edərək, narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 2,781 qram, 2,521 qram, 2,342 qram, 2,562 qram, 2,315 qram, 2,163 qram, 2,721 qram, 2,102 qram, 2,164 qram olmaqla 9 ədəd kibrit qutusuna, ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram və 7590 qram olmaqla 02 ədəd sintetik torbalara, narkotik vasitə heroini 0,450 qram olmaqla 01 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1230 qram, 1180 qram, 950 qram olmaqla 03 ədəd bağlamada, 0,058 qram olmaqla 01 ədəd kağız bükümdə qablaşdıraraq kirayə yaşadığı ünvan 2 ünvanında gizlətməklə saxlamış, 01 aprel 2021-ci il tarixdə, saat 15:40 radələrində narkotik vasitə heroinin 0,450 qramını və narkotik vasitə qurudulmuş marixuananın 2,781 qramını ünvan 3 ünvanın qarşısında X9 ümumilikdə 70 manat müqabilində satmış, həmin tarixdə saat 15:45 radələrində Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X10 ilə birlikdə Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 38 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirildikdə, 0,450 qram çəkidə narkotik vasitə heroin 01 ədəd bükümdə və 2,781 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 01 ədəd kibrit qutusunda Elqar Atayevin üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli vilvet pencəyinin sağ yan cibindən aşkar olunaraq götürülmüş, Elqar Atayevin narkotik vasitələri əldə edərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd B30553903 seriyalı 20 manatlıq və 1 ədəd B21303365 seriyalı 50 manatlıq pul əskinasları onun üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Elə həmin tarixdə, saat 22 radələrində onun kirayə yaşadığı ünvan 5 ünvanda yerləşən evinə polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı mətbəx otağından sonrakı saxlanc otağında olan dolabdan ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram, 2,342 qram, 2,562 qram, 2,315 qram, 2,163 qram, 2,721 qram, 2,102 qram, 2,164 qram olmaqla 8 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş mariuxana və 0,058 qram olmaqla 01 ədəd kağız bükümdə narkotik vasitə heroin, həmin saxlanc otağında yerdə olan 1 ədəd qara-ağqırmızı rəngli paket-çantanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram və 7590 qram olmaqla 02 ədəd sintetik torbalarda narkotik vasitə qurudulmuş marixuana və ayrıayrılıqda təmiz çəkiləri 1230 qram, 1180 qram, 950 qram olmaqla 03 ədəd bağlamada narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür ki, qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Xaçmazda yaşamış, tikinti işinə görə Bakıya gəlmişdir. Tanımadığı, adını unutduğu 30-35 yaşlarında Bərdəli bir şəxs iş yerində ona yaxınlaşmış, kirayə ev tapdığını demiş, birlikdə qalmalarını təklif etmiş, iki-üç günə iş olacağını, gedib işləyə biləcəklərini demişdir. Bərdəlinin təklifini qəbul etdikdən sonra aprelin 1-nə kimi 1-2 gün bir yerdə qalmışlar. Həmin şəxs ona kiminsə zəng etdiyini, zəng edən şəxsə sumka verəcəyini demiş və onu da özü ilə aparmışdır. Evdən 100 metr aralıda həmin Bərdəli şəxs bir nəfərdən sumka götürmüş və qayıtmışlar. Evdə olarkən həmin şəxs ona bir siqaret qutusu vermiş, həmin siqaret qutusunu aparıb Elqara verib gəlməsini istəmiş, özü isə siqaret alıb qayıdacağını bildirmişdir. O, gedib həmin “Prima” siqaret qutusunu Elqara vermiş və Elqar ona sonradan adının Rasim olduğunu bildiyi şəxsə verməsi üçün 70 manat pul vermişdir. Evə gələndə polislər onu tutmuşlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Elqarı evində qaldığı Rasim kimi tanıdığı şəxsin yanında görüb tanımışdır. Elqara heç vaxt narkotik vasitə verməmiş, ümumiyyətlə narkotiki yalnız televizorda görmüşdür. Elqarla Rasimin narkotik alış verişlərinin olub-olmamasını bilməmişdir. Evdən çıxan mallar onun olmamışdır. Belə ki, o, tutulduğu gün Rasim çıxıb getmiş, aşkar olunan mallar Rasimə məxsus olmuşdur. İbtidai istintaq zamanı aşkar olunan narkotikin ona məxsus olmadığını demiş, lakin ifadəsini oxumadan imzalamışdır. O, qanunsuz olaraq narkotik vasitə əldə etməmiş, satışı ilə məşğul olmamışdır. Videoçəkiliş zamanı təzyiqlər nəticəsində etiraf edəsi olmuş, aşkar olunan narkotiklərin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana və heroin narkotik vasitəsi alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və satması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu etirafedici ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, 29 mart 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri «20 Yanvar» deyilən ərazidə gəzən zaman bir nəfər şəxslə tanış olduqdan sonra həmin şəxsin təklifi ilə ünvan 6 ünvanına gələrək həmin evdə qalmağa başlamışdır. Elqar adlı şəxsi də həmin evə köçəndən sonra tanımışdır. Belə ki, onunla birlikdə qalan şəxsin narkotik vasitələr satdığını bilmiş, heç bir yerdə işləmədiyindən dolanışığında çətinliklər olduğundan onunla birlikdə qalan şəxsin birlikdə narkotik vasitələr satmaq, bununla da özlərinin dolanışıqlarını təmin etmək barədə təklifini qəbul etmişdir. Hadisə gününə qədər, yəni 29 mart və 30 mart 2021-ci il tarixlərdə, ümumilikdə 3 dəfə Elqar adlı şəxsə narkotik vasitə hesab olunan heroin satmışlar. Belə ki, Elqar 2 dəfə 15 manat olmaqla 1 büküm narkotik vasitə hesab olunan heroini yaşadığı evə yaxın yerdə onunla birlikdə qalan şəxslə bir yerdə satmışlar. Bundan əlavə də bir dəfə Elqar adlı şəxsin istəyi əsasında 15 manata 1 büküm narkotik vasitə hesab olunan heroini özü satmışdır. Narkotik vasitəni birlikdə kirayə evdə qalan şəxs ona vermiş və o da öz növbəsində Elqara satmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində daha sonra göstərmişdir ki, 01 aprel 2021-ci il tarixdə birlikdə qalan şəxs ona demişdir ki, bir nəfər İran İslam Respublikası vətəndaşı olan xanım, adını bilmədiyi şəxs çoxlu, yəni külli miqdarda narkotik vasitə hesab olunan marixuana və heroini verəcəkdir. Həmin narkotik vasitələri satıb pulunu sonra İran vətəndaşı olan həmin qadına verəcəklər və bununla da öz dolanışıqlarını təmin edəcəklər. Həmin günü təxminən saat 15 radələrində həmin şəxsə zəng gəlmiş, sonuncu mobil telefonla danışdıqdan sonra bayıra gedəcəklərini bildirmiş, həmin qadının gəldiyini demişdir. Bundan sonra birlikdə bayıra çıxmışlar, yaşadıqları evə yaxın yerləşən ərazidə həmin qadınla görüşmüşlər. Onun təxminən 40-45 yaşı, boyu 165-170 sm olmuş, lakin adını bilməmişdir. Həmin qadınla görüşən zaman əlində böyük bir bağlama olmuşdur. Qadın ilk öncə onunla qalan şəxslə söhbət edərək demişdir ki, narkotik vasitə hesab olunan marixuananı və heroini gətirmiş, həmçinin ehtiyatlı olmalarını tapşırmışdır. Onunla birlikdə yaşayan şəxs həmin qadına bildirmişdir ki, 1 həftədən sonra verdiyi narkotik vasitələri sataraq onun pulunu çatdıracaqdır. Bundan sonra qadın əlində olan paketi onlara vermişdir. O, bir yerdə yaşadığı şəxslə birlikdə paketi yaşadıqları evə aparıb evin içərisində yerləşən otağa qoymuşlar. Bundan sonra uzanıb istirahət etmişlər. Təxminən saat 16 radələrində həmin şəxs ona narkotik vasitə olan heroin və qurudulmuş marixuana vermişdir ki, Elqar adlı şəxsə ümumilikdə 70 manata satsın. Həmin gün saat 15:40 radələrində yaşadığı evin yaxınlığında yerləşən kəsişmədə, yəni ünvan 3 ünvanın qarşısında gəlib Elqarla görüşmüşdür. Belə ki, Elqara heroin və marixuana satmış və buna görə də Elqar ona həmin vaxt 20 və 50 manat əskinaslar olmaqla ümumilikdə 70 manat pul vermişdir. Həmin vaxt anidən onlara 3 nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu və Elqarı şübhəli şəxs qismində Polis İdarəsinə dəvət etmişlər. Orada razılığı ilə müdafiəçi təqdim edilərək hüquq və vəzifələri izah edildikdən sonra video görüntü ilə üzərinə baxış keçirilmişdir. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən B30553903 seriyalı 20 AZN-lik və B21303365 seriyalı 50 AZN-lik əskinasları çıxarıb masanın üzərinə qoymuşdur. Sonra paltarlarına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra iştirakçılara həmin B30553903 seriyalı 20 AZN-lik və B21303365 seriyalı 50 AZN-lik əskinasların maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. B30553903 seriyalı 20 AZN-lik və B21303365 seriyalı 50 AZN-lik əskinaslar zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş «186» nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Daha sonra kirayə yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş, orada baxış keçirilən zaman ümumi çəkisi 14758,891 qram qurudulmuş marixuana və 3360,058 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində həmçinin göstərmişdir ki, hazırda istifadə etməsə də əvvəllər bir neçə dəfə narkotik vasitələrin bəzi növlərindən istifadə etmişdir. Müxtəlif vaxtlarda Elqar adlı şəxsə satdıqları narkotik vasitələrdən əldə olunmuş pula özləri üçün yemək və içmək almışlar. Həmçinin spirtli içki hesab olunan araq almışlar. Onlara satmaq üçün içərisində narkotik vasitələr olan paketi verən şəxsin adını bilməmiş, həmin şəxsi bir dəfə 01 aprel 2021-ci il tarixdə görmüşdür (iş vərəqə: cild İİ, səh. 104-107). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Bakı şəhər BPİ-nin Nəsimi RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 01 aprel 2021-ci il tarixdə «Nurlan» adlı şəxsin narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması, satması və «Elqar» adlı şəxsin narkotik vasitə əldə etməsi, istifadə etməsi barədə əvvəlcədən ona qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi rayon Polis İdarəsinin rəisinin adına raportla müraciət olunmuşdur. İdarənin NBM-nin əməliyyat müvəkkili, polis mayoru, Şahid3, bölmənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. «Nurlan» və «Elqar» adlı şəxslərin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında «Nurlan» və «Elqar» adlı şəxslərin gələcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 01 aprel 2021-ci il tarixdə, saat 16 radələrində ünvan 7 ünvanının qarşısına gəlmişlər. Bir qədər gözlədikdən sonra, yəni saat 15:45-də «Nurlan» və «Elqar» adlı şəxslərin həmin ünvanda görüşdüyünü görərək onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra isə həmin şəxslərə qanunsuz olaraq narkotik vasitə əldə etmələri, saxlamaları, istifadə etmələri və üzərlərində gəzdirmələri ilə bağlı məlumata malik olduqlarını bildirib üzərlərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan X10 və Təqsirləndirilən şəxs onlarla birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəldikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən onların hər ikisinə dövlət hesabına müdafiəçi təyin edilmiş, həmçinin mütəxəssis dəvət edilmiş, onun, polis mayoru Şahid3 və polis baş serjantı Şahid2 iştirakları ilə ilk öncə video çəkilişlə X7 şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs X9 üstündə, paltarında və paltarının cibində, əşyasında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. X10 əynində olan qara rəngli vilvet pencəyin sağ yan cibində 1 ədəd içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuana olan kibrit qutusu və 1 ədəd sellofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə hesab olunan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Elqar Atayevə üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Elqar Atayevin üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya və yaxud da cinayət xarakterli predment aşkar edilməmişdir. Elqar Atayevdən həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə bildirmişdir ki, könüllü olaraq təqdim etdiyi narkotik vasitələri həmin günü saat 15:40 radələrində Nurlan kimi tanıdığı şəxsdən ümumilikdə 70 manat pul verməklə almışdır. X6 aşkar olunmuş psixotrop maddəyə oxşar maddə götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Narkotik maddənin çəkisi və növünü müəyyən etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Bundan sonra İdarənin daxilində yerləşən otaqların birində onun, polis mayoru Şahid3 və polis baş serjantı Şahid2 iştirakları ilə ilk öncə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarının cibində, əşyasında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd B30553903 seriyalı 20 manatlıq və 1 ədəd B21303365 seriyalı 50 manatlıq pul əskinasları əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq könüllü olaraq təqdim etmiş və bildirmişdir ki, həmin pul vəsaitlərini həmin günü saat 15:40-da Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 38 ünvanın qarşısında Elqar adlı şəxsə narkotik vasitə qurudulmuş marixuana və heroin satması müqabilində sonuncudan almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya və yaxud da cinayət xarakterli predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaitləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 8 ünvanına baxış keçirilmişdir. Baxış zamanı evin mətbəx otağından sonrakı saxlanc otağında olan dolabdan ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram, 2,342 qram, 2,562 qram, 2,315 qram, 2,163 qram, 2,721 qram, 2,102 qram, 2,164 qram olmaqla 8 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və 0,058 qram olmaqla 01 ədəd kağız bükümdə narkotik vasitə heroin, həmin saxlanc otağında yerdə olan 1 ədəd qara-ağqırmızı rəngli paket-çantanın içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram və 7590 qram olmaqla 02 ədəd sintetik torbalarda narkotik vasitə qurudulmuş marixuana və ayrıayrılıqda təmiz çəkiləri 1230 qram, 1180 qram, 950 qram olmaqla 03 ədəd bağlamada narkotik vasitə heroin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş, baxış iştirakçılarına oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələri Elqar Atayevə satdıqdan sonra ifşa edilmişdir. X7 narkotik vasitələrin satışı ilə məşğul olması barədə hərhansı məlumat olmamışdır. Təqsirləndirilən şəxs və X2 onlara qarşı heç bir müqavimət göstərməmişlər. Həmçinin həmin şəxslərə heç bir zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri hansı mənbədən əldə etməsi məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və həmin bölmənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, B.Məcidov küçəsi, 73 saylı ev Telli adlı bir qadına məxsus olmuşdur. Telli adlı şəxs illər öncə avtomobil vurması nəticəsində ölmüşdür. Telli adlı qadın öldükdən sonra həmin mənzil onun övladlığa götürdüyü Səbinə adlı bir qohumuna qalmışdır. Səbinə evin açarlarını ona vermişdir ki, əgər kirayə yaşamaq istəyən şəxs olsa, pul müqabilində evi kirayəyə versin. Bu söhbət təxminən 3-4 il bundan əvvəl olmuşdur. Səbinə adlı xanım həmin vaxtdan Rusiya Federasiyasında yaşayır. Özü yaşadığı ev 73 saylı mənzillə üzbəüz yerləşir. O da müştəri olduğu təqdirdə həmin mənzili kirayəyə vermiş, oradan aldığı pulu kart vasitəsi ilə Səbinəyə göndərmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsinin davamında göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayında «Novruz» bayramı ərəfəsində bir nəfər 25-30 yaşlarında kişi cinsli şəxs ona yaxınlaraq demişdir ki, hündür mərtəbəli binalarda fəhlə işləyir və həmin evdə kirayə qalmaq istəyir. O, kirayə haqqı olaraq həmin şəxsdən aylıq 150 manat pul istəmiş, lakin həmin şəxs hazırda pulunun olmadığını bildirərək getmişdir. 28 mart 2021-ci il tarixdə həmin şəxs yenidən ona yaxınlaşaraq 50 manat pul vermiş və əlavə olaraq da qeyd etmişdir ki, qalan pulu 3 günə verəcək, özündən əlavə həmin evdə 1 nəfər şəxslə qalacaqdır. O. həmin şəxslə razılaşmış, lakin ondan heç bir sənəd almamışdır. Sonrakı günlərdə evi kirayəyə götürən şəxsi və yaxud da onunla birlikdə qalan şəxsi görməmişdir. 01 aprel 2021-ci il tarixdə polis əməkdaşları B.Məcidov küçəsi 73 saylı evdə tədbir keçirən zaman eşitmişdir ki, həmin evdə qalan 1 nəfər şəxs narkotik vasitəyə görə tutulmuş, lakin başqa nəsə eşitməmişdir. O, kirayəyə verdiyi həmin evdə neçə nəfər şəxsin yaşadığını bilməmişdir. Lakin evi ondan götürən şəxs həmin evdə 2 nəfərin yaşayacağını demişdir. O, ondan evi götürən şəxsi 2 dəfə görmüş, xeyli müddət keçdiyindən həmin şəxsin üz quruluşunu xatırlamır. Həmin şəxs ona adını, haradan olması barədə heç bir söz deməmişdir (iş vərəqə: cild İİ, səh. 31-32). 210070157 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsiriləndirilən şəxs X10 16 iyun 2021-ci il tarixdə Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində öldüyündən 06.07.2021-ci il tarixdə onun barəsində olan cinayət mühakimə icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən hissəvi xitam verilmişdir (iş vərəqə: cild İİ, səh. 66-81). Məhkəməyədək icraat zamanı ********* nömrəli cinayət işi üzrə təqsiriləndirilən şəxs qismində dindirilmiş X7 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. X10 tədqiq olunan ifadəsində ona elan olunan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitə hesab edilən heroin və marixuanadan istifadə etmişdir. Narkotik vasitə heroini qızdırdıqdan sonra iynə vasitəsi ilə qan damarlarına vurmaqla, narkotik vasitə marixuananı isə çəkməklə istifadə etmişdir. Narkotik vasitədən istifadə etdiyinə görə əvvəllər məhkum olunmuşdur. 2021-ci ilin mart ayının ortalarında Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində olarkən əvvəllər tanımadığı Nurlan adlı şəxs ona yaxınlaşaraq narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuş, o da narkotik vasitə hesab olunan heroindən və marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra Nurlan ona yaxınlıqda yaşadığını, gündəlik olaraq bu küçədə dayanıb narkotik vasitələrin satışı ilə məşğul olduğunu, pul verdiyi halda ona narkotik vasitə sata biləcəyini dedikdə razılaşmışdır. Beləliklə, təxminən 15 gün müddətində ayrı-ayrı vaxtlarda 4 dəfə Nurlanla Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində görüşərək Nurlana müxtəlif məbləğlərdə pul verib ondan narkotik vasitə hesab olunan heroin almış və özü istifadə etmişdir. 01 aprel 2021-ci il tarixdə təxminən saat 15 radələrində Nurlandan narkotik vasitə almaq məqsədi ilə Nəsimi rayonu C.Məmmədquluzadə küçəsinə getmişdir. Təxminən saat 15:45 radələrində Nurlanı C.Məmmədquluzadə küçəsi 38 saylı evin qarşısında görüb yaxınlaşmışdır. Salamlaşdıqdan sonra ona 50 manat dəyərində narkotik vasitə qurudulmuş marixuana, 20 manat dəyərində isə heroin almaq istədiyini bildirmişdir. Nurlan onunla razılaşmış və Nurlana 1 ədəd 50 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinası olmaqla ümumilikdə 70 manat pul vermişdir. Daha sonra Nurlan pulu ondan qəbul edərək kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroini ona vermişdir. Həmin narkotik vasitələrdən istifadə edəcəyindən onları əynindəki qara rəngli pencəyin sağ yan cibinə qoymuşdur. Bu zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirərək Nəsimi RPİ-yə dəvət etmişlər, etiraz etməyərək onlarla birlikdə Nəsimi RPİ-yə gəlmişlər. Nəsimi RPİ-də yerləşən xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Daha sonra mütəxəssis dəvət edilmiş, video müşahidə altında üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. Polis əməkdaşlarına bildirmişdir ki, əynindəki qara rəngli vilvet pencəyin sağ yan cibində 1 ədəd içərisində narkotik vasitə hesab olunan qurudulmuş marixuana olan kibrit qutusu və 1 ədəd sellofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə hesab olunan heroin vardır, həmin narkotik vasitələri təqdim edə bilər. Sonra həmin narkotik vasitələri əynindəki qara rəngli vilvet pencəyin sağ yan cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Baxış keçirilən zaman, həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən başqa cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. 2021-ci ilin mart ayının ortalarından etibarən Nurlan ona 4 dəfə ayrı-ayrı vaxtlarda pul müqabilində narkotik vasitə hesab olunan heroin satmışdır. Həmin vaxt Nurlan tək olmuşdur, o, Nurlanın yanında heç kimi görməmiş və narkotik vasitələri də yalnız Nurlandan almışdır (iş vərəqə: cild İ, səh. 150-152). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə X10 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Elqar Atayev məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 221-224). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında» 01 aprel 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, X7 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli vilvet pencəyinin sağ yan cibindən içərisində heroinə bənzər maddə olan sellofana bükülmüş 01 ədəd büküm və içərisində marixuanaya bənzər kütlə olan 01 ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 51-58). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında» 01 aprel 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən B30553903 seriyalı 20 və B21303365 seriyalı 50 manatlıq pul əskinasları aşkar olunaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 97-103). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Baxış keçirilməsi haqqında» 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5 ünvanda yerləşən evinə baxış keçirilərkən mətbəx otağından sonrakı saxlanc otağında olan dolabdan içərisində marixuanaya bənzər kütlələr olan 8 ədəd kibrit qutusu, 1 ədəd içərisində heroinə bənzər maddə olan kağız büküm, həmin saxlanc otağında yerdə olan 1 ədəd qara-ağ-qırmızı rəngli paket-çantanın içərisindən 2 ədəd içərisində marixuanaya bənzər kütlə olan sintetik torbalar və içərisində heroinə bənzər maddələr olan 3 ədəd bağlama aşkar olunaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 107- 108). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, X1 sonra onun üzərində aparılan şəxsi axtarış prosesini, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, X7 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan qara rəngli vilvet pencəyinin sağ yan cibindən içərisində heroinə bənzər maddə olan sellofana bükülmüş 01 ədəd bükümün və içərisində marixuanaya bənzər kütlə olan 01 ədəd kibrit qutusunun aşkar edilərək götürüldüyü, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən B30553903 seriyalı 20 və B21303365 seriyalı 50 manatlıq pul əskinaslarının aşkar edilərək götürüldüyü, Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, 73 ünvanında baxış aparılarkən həmin evin mətbəx otağından sonrakı saxlanc otağında olan dolabdan içərisində marixuanaya bənzər kütlələr olan 8 ədəd kibrit qutusunun, 1 ədəd içərisində heroinə bənzər maddə olan kağız bükümün, həmin saxlanc otağında yerdə olan 1 ədəd qara-ağ-qırmızı rəngli paketçantanın içərisindən 2 ədəd içərisində marixuanaya bənzər kütlə olan sintetik torbaların və içərisində heroinə bənzər maddələr olan 3 ədəd bağlamanın aşkar edilərək götürüldüyü təsdiq olunur. Tədqiq olunan CD disklərə yüklənmiş videogörüntülər “Şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında” və “Baxış keçirilməsi haqqında” 01 aprel 2021-ci il tarixli protokollara uyğundur (iş vərəqə: cild İ, səh. 59; 109). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «Baxış keçirilməsi haqqında» 06 iyul 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 9 ünvanda yerləşən hündür mərtəbəli binaya quraşdırılmış müşahidə kameralarına Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 aprel 2021-ci il saat 14:59:56-dan saat 15:00:15-dək və həmin tarixdə saat 15:03:04-dən saat 15:03:22-dək qeydə alınmış görüntülərdə əks olunmuş 2 nəfər şəxsdən biri Təqsirləndirilən şəxs, digər şəxs isə B.Məcidov küçəsi 73 saylı evdə Təqsirləndirilən şəxsla birlikdə kirayədə yaşamış adını bilmədiyi şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs görüntülərlə bağlı izahatına görə 01 aprel 2021-ci il saat 14:59:56-dan saat 15:00:15-dək qeydə alınmış görüntülərdə onlar kirayə yaşadıqları B.Məcidov küçəsi 73 saylı evdən çıxaraq onunla birlikdə qalan şəxsin təklifi ilə Məmmədquluzadə və B.Məcidov küçələri kəsişməsinə getmiş, həmin vaxt onları tanımadığı bir nəfər qadın gözləmişdir. Onunla birlikdə qalan şəxs qadınla söhbət etdikdən sonra həmin qadın içərisində narkotik vasitələr olan paketi onlara vermişdir. 15:03:04-dən saat 15:03:22-dək qeydə alınmış görüntülərdə onlar içrəisində narkotik vasitələr olan paketi köməkləşərək birlikdə kirayə yaşadıqları B.Məcidov 73 ünvanı istiqamətində aparmaqları əks olunmuşdur. Həmin narkotik vasitələr də 01 aprel 2021-ci il tarixdə B.Məcidov küçəsi 73 ünvanına baxış keçirilərkən həmin evdən aşkarlanmışdır. Təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, video görüntüdə əks olunmuş 2 nəfər şəxsdən nisbətən boyu hündür, əynində qara rəngli pencək olan özüdür, nisbətən boyca balaca şəxs isə onunla birlikdə kirayədə yaşayan adını bilmədiyi şəxsdir (iş vərəqə: cild İİ, səh. 64-65). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, ünvan 9 ünvanda yerləşən hündür mərtəbəli binaya quraşdırılmış müşahidə kameralarına Təqsirləndirilən şəxs iştirakı ilə baxış prosesini özündə əks etdirən bir ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan CD diskə yüklənmiş videogörüntülər «Baxış keçirilməsi haqqında» 06 iyul 2021-ci il tarixli protokola uyğundur (iş vərəqə: cild İİ, səh. 12). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının 02 aprel 2021-ci il tarixli, 7/307 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs E.Q.Atayev...» yazısı və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,781 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs...» yazısı və imzalar olan bir ədəd sintetik çantadakı 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram, 2,342 qram, 2,562 qram, 2,315 qram, 2,163 qram, 2,721 qram, 2,102 qram, 2,164 qram və 02 ədəd sintetik torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram və 7590 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 14758,891 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, təqdim edilmiş bir ədəd çantada və bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 117-119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2021-ci il tarixli, 6/1288 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «saxlanılan şəxs: E.Atayev» yazısı olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan açıq qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs. ünvan 10 ünvandan aşkar olunmuş vasitələr...» yazısı olan çantadakı 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1230 qram, 1180 qram, 950 qram, ümumi təmiz çəkisi 3360 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,058 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bağlamada və 1 ədəd kağız bükümdəki heroinin ümumi təmiz çəkisi 3360,058 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3 ədəd bağlamada və 1 ədəd kağız bükümdəki heroinlər, X7 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 123-127). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəmə-narkoloji ekspertizasının 24 may 2021-ci il tarixli, 1573 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 35-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 aprel 2021-ci il tarixli, 922 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hövsələsizlik, hirslilik, eqosentrizm, başqalarının hiss və yaşantılarına qarşı biganə olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli və psixi inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan, belə qənaətə gəlinir ki, baş vermiş hadisə zamanı o, öz hərəkətlərinin mahiyyətini düzgün dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur (iş vərəqə: cild İİ, səh. 37-40). Cinayət işinin ibtidai istintaqı zamanı iş üzrə götürülmüş, X7 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,450 qram olan narkotik vasitə heroin və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,781 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 01 ədəd sintetik çantadakı 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram, 2,342 qram, 2,562 qram, 2,315 qram, 2,163 qram, 2, 721 qram, 2, 103 qram, 2, 164 qram və 02 ədəd sintetik torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 7150 qram, 7590 qram olan narkotik vasitə qurudulmuş marixuana və 3 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1230 qram, 1180 qram, 950 qram, ümumi təmiz çəkisi 3360 qram və 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,058 qram narkotik vasitə heroin, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd B30553903 seriyalı 20 manatlıq və 1 ədəd B21303365 seriyalı 50 manatlıq pul əskinasları iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 14761,122 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi və tədqiqatlar keçirildikdən sonra qalıq çəkisi 3360,248 qram təşkil edən heroin narkotik vasitəsi saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülməklə sonuncunun X3 narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın qarşılığında aldığı 70.00 (yetmiş) manat məbləğində pul iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinə təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 01-02; 110). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, mərhum X6 və Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək və sonuncu ilə cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti müəyyənləşdirilməmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır(iş vərəqə: cild İİ, səh. 84-86, 87-88, 89). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, qurudulmuş marixuana (kannabis) narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi isə 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı evdən aşkar edilib götürülmüş heroin narkotik vasitəsi üç ədəd ayrı-ayrı bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi 3360,248 qram, qurudulmuş mariuxana narkotik vasitəsi doqquz ədəd ayrı-ayrı kibrit qutularında və iki ədəd sintetik torbalarda olmaqla ümumilikdə təmiz çəkisi 14761,122 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin və qurudulmuş mariuxana narkotik vasitəsinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin və qurudulmuş mariuxana narkotik vasitəsinin külli miqdar təşkil etməsi və növ müxtəlifliyi (burada: heroin narkotik vasitəsi və qurudulmuş mariuxana narkotik vasitəsi), həm heroin narkotik vasitəsinin (üç ədəd bükümlərdə) və həm də qurudulmuş mariuxana narkotik vasitəsinin (doqquz ədəd ayrı-ayrı kibrit qutularında və iki ədəd sintetik torbalarda) çəkilib xırda bağlamalara bükülməsi, Təqsirləndirilən şəxs marixuana və heroin narkotik vasitələrini X4, sonuncudan ona satılmış narkotik vasitələrin aşkar edilib götürülməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs üzərindən əldə etdiyi pul məbləğinin aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana və heroin narkotik vasitəsi alıb əldə etməklə, daşımaqla, saxlamaqla və satmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən heroin narkotik vasitəsinin və qurudulmuş mariuxana narkotik vasitəsinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda heroin narkotik vasitəsinin və külli miqdarda qurudulmuş mariuxana narkotik vasitəsinin ona aid olmaması barədə göstərdiklərini onun təyin olunacaq ağır cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki inkar olunur, hətta əksinə, onun təqsirliliyini tam təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4500 manat cərimə cəzasına məhkum edilmiş, təyin olunmuş 4500 manat cərimə cəzası Xaçmaz rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qərarına əsasən 02 (iki) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir (iş vərəqə: cild İ, səh. 227-228, 236-244). Yuxarıdakı abzasda qeyd olunmaqla tədqiq olunan sənədlərdən də görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan az ağır cinayətin törədilməsində təqsirli bilinməklə məhkum olunmuşdur və onun baxılan iş üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi vaxt Xaçmaz Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 728 saylı sorğu-cavabından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmü və həmin məhkəmənin 20 noyabr 2018-ci il tarixli qərarı üzrə Təqsirləndirilən şəxs 27 dekabr 2018-ci il tarixdə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Tədqiq olunan 728 saylı həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2021-ci il tarixli qərarına əsasən 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən və qətimkan tədbirinin əvvəli 01 aprel 2021-ci il tarixdən nəzərdə tutulduğundan 01 aprel 2021-ci il tarixə Təqsirləndirilən şəxs məhkum olunduğu iş üzrə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) ay 26 (iyirmi altı) günü çəkilməmiş qalmışdır, yəni onun Xaçmaz Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir (iş materialları). Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya – azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, məhkumluğun ödənilməsi üçün tələb olunan bir illik müddət keçməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə görə isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinin tələblərinə görə isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu və bu məhkumluğun yarada biləcəyi hüquqi nəticələrlə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq onun bu məhkumluğu cinayətin residivini yaratmayacaqdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddəsinin tələblərinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, eyni zamanda hökmlərin məcmusu üzrə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun, barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini Xaçmaz Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmü ilə məhkum olunduqdan sonra törətmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yeni hökm üzrə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərarı üzrə müəyyən edilmiş cəzanın çəkilməmiş hissəsi - 2 (iki) ay 26 (iyirmi altı) günü Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinin tələblərinə əməl olunmaqla tamamilə və ya qismən birləşdirilməli və təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə hökmlərin məcmusu üzrə qəti cəza təyin edərkən Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi nəzərə alınmalı və bu zaman Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən cəzaların toplanması zamanı müddətlərin müəyyən edilməsi qaydası tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda, Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Nurlan İsəndərova qəti olaraq təyin edilmiş və çəkilməmiş 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin 1 (bir) ay 13 (on üç) gününə bərabət tutulmalı, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə yeni hökm üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 may 2021-ci il tarixli, 1573 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 01 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 aprel 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Nəsimi RPİ-nin Növbətçi Hisəssində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 14761,122 qram olan qurudulmuş marixuana narkotik vasitəsi və 3360,248 qram çəkidə heroin narkotik vasitəsi məhv edilməlidir; - Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülməklə sonuncunun X3 narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın qarşılığında aldığı 70.00 (yetmiş) manat məbləğində pul vəsaiti barədə xüsusi müsadirə tətbiq edilib, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 192,82 (bir yüz doxsan iki manat 82 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərarı üzrə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Nəsimi RPİ-nin Növbətçi Hisəssində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq halda çəkisi 14761,122 qram olan qurudulmuş marixuana narkotik vasitəsi və 3360,248 qram çəkidə heroin narkotik vasitəsi məhv edilsin; - Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülməklə sonuncunun X3 narkotik vasitə olan heroinin və qurudulmuş marixuananın qarşılığında aldığı 70.00 (yetmiş) manat məbləğində pul vəsaiti barədə xüsusi müsadirə tətbiq edilib, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 192,82 (bir yüz doxsan iki manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1448/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1448/2021
04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver