Məhkəmə qərarları › İş №1(101)-1449/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1449/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1449/2022 12.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X13 və X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxlər- Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7, Şahid12, müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 və “Zəfər” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxx 1957-ci il tarixdə Əli-Bayramlı rayonunun Muğangəncəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Biləsuvar Rayon Məhkəməsinin 27 aprel 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, Sabirabad rayonunun Çiçəkli kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci və 32.4,312.2-ci maddələri, xx xxxx 1957-ci il tarixdə Lerik rayonunun Şingədulan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lerik rayon X17 Hüquqi şəxsdə həkim-psixiatr vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Şingədulan kəndində qeydiyyatda olan və faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci, 29,178.2.3-cü, 32.4,312.2-ci və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı X6 hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2014-cü ilin iyun ayında tanışı Şahid1 özünə müraciəti ilə əlaqədar sonuncuya guya özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda və səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə guya Gülnurə Əhmədovaya əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını Sabirabad-Salyan şossesində, Sabirabad rayonu, Cəngan kəndi istiqamətində avtomobili ilə hərəkətdə olan zaman Şahid1 yalandan demiş, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Gülnurə Əhmədovanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2014-cü ilin iyul ayında Sabirabad rayonu, Cəngan kəndində ilk olaraq istədiyi məbləğin 1000 manatını, eyni niyyətlə 2014-cü ilin avqust ayında Şirvan şəhəri, F.Eynullayev küçəsi, dəmiryol xəttinin yaxınlığında yerləşən beşmərtəbəli binanın qarşısında sonuncu ilə görüşüb istədiyi məbləğin 500 manatını, eyni niyyətlə 2014-cü ilin noyabr ayında Bakı şəhərində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətində sonuncu ilə görüşüb istədiyi məbləğin 500 manatını olmaqla, ümumilikdə 2000 manat pul vəsaitini Şahid1 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 2000 manat məbləğində pul vəsaitini ələ keçirərək vahid niyyətlə dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Gülnurə Əhmədovanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə arvadı X7 və onun özünə hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəlikləri olmadığı halda əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2016-cı ilin yay aylarında tanışı Şahid2 özünə müraciəti ilə əlaqədar sonuncuya guya özünün səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə guya Şahid2 və Samara Cabbarovaya əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını Sabirabad şəhərində görüşləri zamanı Şahid2 yalandan bildirmiş, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 və Samara Cabbarovanın xeyrinə edəcəkləri biləbilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 9000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid2 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2016-cı ilin yay aylarında Sabirabad şəhərində 9000 manat pul vəsaitini Şahid2 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 9000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 və Samara Cabbarovanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz tanışı X25 vasitəsilə Saatlı rayon sakini X11 ona hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2017-ci ilin fevral ayında özünə müraciəti ilə əlaqədar ona guya özünün səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Rəfayıl Ağayevə əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını Saatlı rayonu, Soltanabad kəndində cinayətdən xəbərsiz tanışı Pənah Muradovun evində görüşləri zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Rəfayıl Ağayevin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3000 manat məbləğində pul vəsaitinin rüşvət qismində yeritməsinin zəruri olmasını Rəfayıl Ağayevi aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla həmin gün ilk olaraq istədiyi məbləğin 1800 manatını, eyni niyyətlə 23 fevral 2017-ci il tarixdə Şirvan şəhərində, “Depo” adlanan ərazidə yerləşən istintaqa məlum olmayan çayxanada qalan 1200 manatı, ümumilikdə 3000 manat pul vəsaitini Rəfayıl Ağayevdən alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 3000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Rəfayıl Ağayevin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Rəfayıl Ağayevi vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şirvan şəhər sakini Şahid3 ona hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2018-ci ilin mart ayında özünə müraciəti ilə əlaqədar sonuncuya guya özünün səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Şahid3 əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını Şirvan şəhərində yerləşən “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin içərisində olan, sonuncunun çilingər olaraq işlədiyi avtomobil təmiri sexində görüşləri zamanı ona yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid3 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2018-ci ilin mart ayında Şirvan şəhərində, “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yanında ilk olaraq 1500 manat, eyni niyyətlə 2018-ci ilin aprel ayının sonlarında Şirvan şəhərində, “Çıraq petrol” yanacaq doldurma məntəqəsinin yanında 700 manat, 2018-ci ilin may ayının ortalarında Şirvan şəhərində, “Çıraq petrol" yanacaq doldurma məntəqəsinin yanında 500 manat, 2018-ci ilin may ayının sonlarında Şirvan şəhərində, "Çıraq petrol" yanacaq doldurma məntəqəsinin yanında 300 manat olmaqla, ümumilikdə 3000 manat pul vəsaitini Şahid3 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 3000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz tanışı X1 vasitəsilə Şirvan şəhər sakini Şahid4 təqaüdünün artırılması ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında olan inzibati mübahisə üzrə işlə bağlı lehinə qərar çıxarılmasında köməklik göstərilməsi barədə 2019-cu ilin aprel ayının əvvəlində özünə müraciəti ilə əlaqədar sonuncuya guya özünün Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyən səlahiyyətli vəzifəli şəxslə yaxın münasibətinin olmasını və həmin şəxs vasitəsilə Şahid4 təqaüdünün artırılması ilə bağlı inzibati mübahisə üzrə işdə lehinə qərar çıxarmaq imkanına malik olmasını sonuncunun yaşadığı ünvan 3 ünvanının yanındakı parkda görüşləri zamanı Şahid4 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 17 aprel 2019-cu il tarixdə ünvan 3 ünvanının yanındakı parkda 1000 manat pul vəsaitini Şahid4 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 1000 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid4 təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şirvan şəhər sakini Şahid5 ona hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2020-ci ilin sonlarında özünə müraciəti ilə əlaqədar sonuncuya guya özünün səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Şahid5 əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını Şirvan şəhərində görüşləri zamanı sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2020-ci ilin sonlarında Şirvan şəhərində 500 manat pul vəsaitini Şahid5 alaraq şəxsi ehtiyaclarına xərcləyib, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmiş, Şahid5 aldadıldığım başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 3500 manat məbləğində pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qızı Səbinə Abbasovaya hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin iyun-iyul aylarında tanışı Şahid6 özünə müraciəti ilə əlaqədar sonuncuya guya özünün səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə guya Səbinə Abbasovaya əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını Şahid6 yaşadığı ünvan 4 ünvanının həyətində olan görüşləri zamanı sonuncuya yalandan deyib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Səbinə Abbasovanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 1500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid6 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla həmin vaxt həmin yerdə ilk olaraq istədiyi məbləğdən 500 manat, eyni niyyətlə 2021-ci ilin iyun-iyul aylarında ünvan 4 ünvanının həyətində 1000 manat olmaqla, ümumilikdə 1500 manat pul vəsaitini Şahid6 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 1500 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Səbinə Abbasovanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid6 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Ucar rayon sakini Şahid7 ona hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin iyul ayında özünə müraciəti ilə əlaqədar sonuncuya guya özünün səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Şahid7 əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını ünvan 5 ünvanında yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində görüşləri zamanı sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2800 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid7 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyul ayında Göyçay rayonunda 2800 manat pul vəsaitini Şahid7 alaraq şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 2800 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Lerik rayon X17 Hüquqi şəxsdə psixiatr-həkim vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə əsasən Şahid9 2021ci ilin iyul ayında hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda ona əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsinə dair cinayətdən xəbərsiz tanışı Şahid8 vasitəsilə Təqsirləndirilən şəxs2 müraciətindən sonra qeyd edilən məsələni qabaqcadan əlbir olduğu sonuncu ilə aralarında müzakirə edib cinayətkar niyyətlərinə uyğun olaraq Şahid9 guya özlərinin səhiyyə sahəsində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını və həmin şəxslər vasitəsilə guya Şahid9 əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmalarını görüşləri zamanı Şahid8 vasitəsilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid9 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Şahid8 vasitəsilə Şahid9 2000 manat pul vəsaiti alındıqdan və həmin tarixdə Lerik rayon Mərkəzi xəstəxanasında Təqsirləndirilən şəxs2 təqdim edildikdən sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Şahid9 məxsus 2000 manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən tanışı Lerik rayon X17 Hüquqi şəxsdə psixiatr-həkim vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aldatma və-etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid9 tanışları olan Şahid10 və onun bacısı X27 hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda onlara əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsinə dair Şahid9 2021-ci ilin iyul ayında cinayətdən xəbərsiz tanışı Şahid8 vasitəsilə Təqsirləndirilən şəxs2 müraciətindən sonra qeyd edilən məsələni əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında müzakirə edib cinayətkar niyyətlərinə uyğun olaraq Şahid9 guya özlərinin səhiyyə sahəsində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını və həmin şəxslər vasitəsilə guya Şahid10 və Radə Əliyevaya əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmalarını görüşləri zamanı Şahid8 vasitəsilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid10 və Radə Əliyevanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 4000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid10 aldatmaqla bildirib, sonuncuların razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyul ayında 1000 manat pulun Bakı şəhərində köçürmə yolu ilə Şahid8 cinayətdən xəbərsiz gəlini X3 adına olan “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə aid 4169********6300 nömrəli bank kartına köçürülməklə nağdlaşdırılmasından, 2021-ci ilin oktyabr ayında isə Şahid8 vasitəsilə Şahid10 Bakı şəhəri, Yasamal rayonu ərazisində 2000 manat pulun alınmasına nail olduqdan və həmin tarixdə Lerik rayon Mərkəzi xəstəxanasında Təqsirləndirilən şəxs2 təqdim edildikdən sonra Şahid8 vasitəsilə Şahid10 aldıqları 3000 manat pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə Şahid10 məxsus 3000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 və X26 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid10 təhrik etmiş, sonuncu aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 məxsus cəmi 4000 manat məbləğində pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid11 har hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda ona əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayının sonlarında özünə müraciətindən sonra sonuncuya guya özünün səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Şahid11 əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını istifadəsində olan telefon danışıqları zamanı sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 17 sentyabr 2021-ci il tarixdə Şahid11 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən marketdə olan “Milliön” aparatı vasitəsilə cinayətdən xəbərsiz oğlu Amid Zərbiyevin adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 4****2204 nömrəli bank kartına 1000 manat pul vəsaitinin köçürülməsinə və sonuncu tərəfindən həmin pul vəsaitinin çıxarılaraq özünə verilməsindən sonra həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid11 məxsus 1000 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmiş, Şahid11 aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid11 məxsus cəmi 2000 manat məbləğində pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeydlərini təkrarən təhrik etmiş, vəzifəli şəxs qismində informasiya resursuna tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Lerik rayon Mərkəzi Xəstəxanasında 2 avqust 1982-ci il tarixli 53 nömrəli əmrlə həkim-psixiatr vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə arvadı X8 əlillik dərəcəsi təyin edilməsində köməklik göstərilməsi barədə Şahid12 2019-cu ilin oktyabr-noyabr aylarında özünə müraciətindən sonra sonuncuya guya özünün səhiyyə sahəsində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını və həmin şəxslər vasitəsilə Həqiqət Şabıyevaya əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmasını 2019-cu ilin oktyabr-noyabr aylarında Lerik şəhəri, Şahid10 meydanı 2 ünvanında yerləşən Lerik rayon Mərkəzi Xəstəxanasında görüşləri zamanı Şahid12 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Həqiqət Şabıyevanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 800 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid12 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2020-ci ilin yanvar ayında Şahid12 Lerik şəhəri, Şahid10 meydanı 2 ünvanında yerləşən Lerik rayon Mərkəzi Xəstəxanasında 800 manat pul vəsaitini alıb həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Şahid12 məxsus 800 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Həqiqət Şabıyevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid12 təhrik etmiş, bundan sonra 18 noyabr 2020-ci il tarixli 25 nömrəli əmrlə Lerik rayon X17 hüquqi şəxsində həkim məsləhət komissiyasının üzvü təyin olunduqdan sonra cinayət əməlini pərdələməklə barəsində şikayət edilməsinin qarşısını almaqdan ibarət şəxsi və tamah niyyətilə şəxsən xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə Lerik şəhəri, Şahid10 meydanı 2 ünvanında yerləşən Lerik rayon X17 hüquqi şəxsin inzibati binasında informasiya resursu olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyini barədə elektron məlumat bazasında bilə-bilə Həqiqət Şabıyevada guya “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, remissiya baş verməyən psixotik vəziyyət” diaqnozunun müəyyən olunmasına dair yalan məlumatları 2645003AAFV4 və 2645003AAGB5 nömrəli göndərişlərə daxil etməklə, vəzifəli şəxs qismində informasiya resursuna tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən Şirvan şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid9 2021-ci ilin iyul ayında hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda ona əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə cinayətdən xəbərsiz tanışı Şahid8 vasitəsilə özünə müraciətindən sonra qeyd edilən məsələni əlbir olduğu şəxslə aralarında müzakirə edib cinayətkar niyyətlərinə uyğun olaraq Şahid9 guya özlərinin səhiyyə sahəsində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını və həmin şəxslər vasitəsilə guya Şahid9 əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmalarını görüşləri zamanı Şahid8 vasitəsilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid9 aldatmaqla bildirib, onun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Şahid8 vasitəsilə Şahid9 2000 manat pul vəsaiti alındıqdan və həmin tarixdə Lerik rayon Mərkəzi xəstəxanasında özünə təqdim edildikdən sonra həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid9 məxsus 2000 manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan pul vəsaitini birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid9 tanışları olan Şahid10 və onun bacısı X27 hər hansı əlillik dərəcəsinin təyin olunmasına əsas olan xəstəliyi olmadığı halda əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə Şahid9 2021-ci ilin iyul ayında cinayətdən tanışı Şahid8 vasitəsilə özünə müraciətindən sonra qeyd edilən məsələni əlbir olduğu şəxslə aralarında müzakirə edib cinayətkar niyyətlərinə uyğun olaraq Şahid9 guya özlərinin səhiyyə sahəsində yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olmasını və həmin şəxslər vasitəsilə guya Şahid10 və Radə Əliyevaya əlillik dərəcəsi təyin etdirmək imkanına malik olmalarını görüşləri zamanı Şahid8 vasitəsilə yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid10 və Radə Əliyevanın xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 4000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid10 aldatmaqla bildirib, sonuncuların razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyul ayında 1000 manat pulun Bakı şəhərində köçürmə yolu ilə Şahid8 gəlini X3 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169********6300 bank kartına köçürülməklə nağdlaşdırılmasından, 2021-ci ilin oktyabr ayında isə Şahid8 vasitəsilə Şahid10 Bakı şəhəri, Yasamal rayonu ərazisində 2000 manat pulun alınmasına nail olduqdan və sonuncu tərəfindən həmin tarixdə Lerik rayon Mərkəzi xəstəxanasında özünə təqdim edildikdən sonra Şahid8 vasitəsilə Şahid10 aldıqları 3000 manat pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid10 məxsus 3000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ətə keçirib təkrarən dələduzluq etmiş, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid10 və X26 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan pul vəsaitini birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verməyə Şahid10 təhrik etmiş, sonuncu aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 məxsus 4000 manat məbləğində pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 2016-cı ildən başlayaraq əlillik dərəcəsi təyin edilməsi ilə bağlı işlərlə məşğul olmağa başlamışdır. Belə ki, əlillik dərəcəsi təyin edilməsinin qaydalarını, yəni müvafiq qurumlara hansı sənədlərin təqdim edilməsi və təxmini hansı xəstəliklərə əlillik dərəcəsi təyin edildiyini bildiyindən 2016-ci ilin yay aylarından birində tanışı Sabirabad rayon sakini Şahid2 arvadı X7 və özünə əlillik dərəcəsi təyin edilməsi ilə bağlı ona müraciət etmiş, o da onlara əlillik dərəcəsi təyin etdirə biləcəyini bildirmişdir. Ceyhuna hər birinə əlillik dərəcəsi təyin olunmasına görə 4500 manat pul lazım olduğunu demiş, amma neçənci qrup əlillik dərəcəsi təyin ediləcəyi barədə söhbətləri olmamışdır. Ceyhundan onun və arvadı Samaranın xəstəliyi ilə bağlı sənədlər tələb etmiş, amma Ceyhun xəstəlikləri ilə bağlı heç bir sənədləri olmadığını bildirmişdir. Belə olan halda Ceyhuna özünün onların adına sənəd düzəltdirib məsələni həll edəcəyini demişdir. 2016-ci ilin yay aylarından birində Ceyhunla Sabirabad şəhərində görüşüb ondan bir neçə ay ərzində hissə-hissə 9000 manat pul almışdır. Ceyhundan pulu tam aldıqdan sonra ona və arvadına əlillik dərəcəsi təyin etdirmək üçün maraqlanmış, amma tibbi sənədləri olmadığından heç bir iş görə bilməmişdir. Ona görə də Ceyhun ondan pulu tələb etmiş, o da 2017-ci ilin əvvəllərində bir neçə ay ərzində Ceyhundan aldığı 9000 manatın əksər hissəsini qaytarmışdır. Hal-hazırda isə pul tam şəkildə qaytarılmış, Ceyhunun ona qarşı şikayət və tələbi yoxdur. 2020-ci ilin sonlarında əvvəllər tanıdığı Şirvan şəhər sakini Şahid5 onun əlillik dərəcəsi təyin edilməsi işindən anlayışı olduğunu bilib ona müraciət etmiş, o da əlillik dərəcəsi təyin edilməsinə görə 3500 manat pul lazım olduğunu bildirmişdir. 2020-ci ilin qış aylarından birində Ruhəngizdən Şirvan şəhərində iki dəfəyə, ilkin olaraq sənədləşmə işləri görmək adı ilə 500 manat pul almışdır. Ruhəngizdə revmatizma xəstəliyi olduğundan bununla bağlı ona epikriz təqdim etmişdir. O, həmin epikrizi bir neçə tanış həkimə göstərmiş, amma onlar həmin diaqnoza əlillik dərəcəsi düşmədiyini bildirdiklərinə görə Ruhəngizin də işin həll edə bilməmişdir. Halhazırda isə pul tam şəkildə qaytarılmış, Ruhəngizin ona qarşı şikayət və tələbi yoxdur. Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim işləmiş Təqsirləndirilən şəxs2 təxminən iki ildən artıq müddətdir ki, tanıyır, onunla məclislərin birində tanış olmuşdur. Bir neçə dəfə Balaşla görüşdükdən sonra 2020-ci ildə söhbət zamanı əlillik dərəcəsi almaq istəyən tanış şəxslər olsa müxtəlif əlillik dərəcəsi təyin etdirə biləcəkləri barədə danışdıqdan sonra o, bu barədə müəyyən tanıdığı adamlara demişdir. O, əlillik dərəcəsi təyin etdirmək üçün konkret kiminləsə iş görməmiş, sadəcə olaraq Balaşla bir neçə belə iş görmüşdür. Balaşla birlikdə iş gördüyü şəxslərdən Şahid10, Radə Əliyevanı, Şahid9 xatırlayır. Onun özündə bəzi xəstəliklərə dair epikrizlər olmuş, həqiqətən xəstə adam ona əlilliklə bağlı müraciət etmiş və o da onun tibbi sənədlərin götürüb surətin çıxarıb saxlamışdır. Növbəti müraciət edən olanda həmin sənədin surətinə müraciət edən adamın adını qeyd etmiş və tibbi komissiyaya təqdim etmək üçün həmin şəxsə vermişdir. Bəzən həmin sənəd komissiyadan keçmiş, bəzən də keçməmişdir. Balaşla da onun əlbirliyi belə olmuşdur ki, o, Balaşın dediyi şəxslərə saxta tibbi sənədlər hazırlamış və pulu da həmin şəxsdən özü almışdır. Balaşa əlillik dərəcəsi təyin edilməsi məsələsində saxta tibbi sənədlər hazırladığını bildirməmiş, ona müxtəlif tibb müəssisələrindən tanışlıqla sənəd aldığını demişdir. İlhamla Balaş vasitəsilə tanış olmuş, İlhamı əyani şəkildə saxlanılmazdan bir neçə saat əvvəl görmüşdür. Belə ki, Balaş 2021-ci ilin iyul ayında zəng edərək tanışı İlhamın yaxınlarına əlillik dərəcəsi üçün sənəd hazırlamağı xahiş etmiş, ondan sonra ona İlhamın mobil nömrəsini vermiş, o da İlhamla bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. İlham ona tanışlarına əlillik dərəcəsi təyin edilməsi ilə bağlı üç ədəd epikriz lazım olduğunu bildirmiş, o da hər bir şəxs üçün arayış hazırlanmasına görə 2000 manat pul istəmiş və pulu Balaşa verməsini demişdir. O, özləri üçün hər şəxsə 2000 manat olmaqla ümumilikdə 6000 manat epikriz hazırlanması üçün pul istəmiş, İlhama isə pul verməmişdir. İlham da pulu həmin şəxslərdən alıb Balaşa vermişdir. İlham həmin şəxslərdən ümumi 5000 manat alıb Balaşa vermiş, 1000 manatı isə həmin şəxslər verməmişdir. İlhamın dediyi şəxslərin adına epikriz hazırlayanda həmin şəxslərin ad və soyadlarının Şahid9, Şahid10 və Radə Əliyeva olduğunu bilmişdir. O, həmin şəxsləri tanımır, sonradan həmin epikrizlər istifadə olunmadığına görə onları yandıraraq məhv etmişdir. Şahid11lə ona əlillik dərəcəsi təyin edilməsini 2000 manata danışmışdır. O, Rəyasətdən 1000 manat almış, sonuncu pulu oğlu Amidin adına olan karta atmış, oğlu da pulu çıxarıb ona vermiş, amma həmin işi həll edə bilməmişdir. Belə ki, onun adına saxta epikriz hazırlayıb Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etmək üçün onun özünə təqdim etmək istəmiş, amma sənədi hazırlaya bilməmişdir. Hal-hazırda pul tam şəkildə qaytarılmış, Şahid11 ona qarşı şikayət və tələbi yoxdur. Göyçay rayonunda qeydiyyatda olan Şahlar adlı şəxsdən təkrar komissiyadan keçməsi müqabilində 2800 manat pul almış, amma həmin şəxsə təkrar əlillik dərəcəsi təyin olunmamış, ondan aldığı 2800 manatı qaytarmışdır. Saatlı rayon sakini Rəfayıl Ağayevdən də əlillik dərəcəsi təyin olunması üçün 3000 manat almış, amma işini həll edə bilməmişdir. Hal-hazırda onun da pulunu qaytarmışdır. Şirvan şəhər sakini kimi tanıdığı Şahid3 da pensiya işi ilə bağlı Şirvan şəhərində bir neçə dəfə olmaqla ümumilikdə 3000 manat pul almış, onun da işini həll edə bilməmişdir. Hal-hazırda pul tam şəkildə qaytarılmış, Şahid3 ona qarşı şikayət və tələbi yoxdur. Şirvan şəhərindən tanıdığı Tofiq adlı şəxsdən qızına pensiya düzəltmək adı ilə 1500 manat pul almışdır. Hal-hazırda onun da pulunu qaytarmışdır. Şirvan şəhər sakini Şahid4 1000 manat pul almışdır. Belə ki, Həsənağanın təqaüdünün artırılması ilə bağlı müraciəti üzrə Ali Məhkəmədə işi olmuş, o da həmin işdə onun lehinə qərar çıxarılmasına kömək edəcəyinə dair söz vermiş, amma sonradan iş alınmamışdır. Hal-hazırda pul tam şəkildə qaytarılmış, Həsənağanın ona qarşı şikayət və tələbi yoxdur. Şahid1 qonşu kəndlisi kimi tanımışdır. İllər əvvəl, təxminən 2014-cü ildə Heydarla aralarında onun arvadına əlillik dərəcəsinin alınmasına kömək etmək barədə söhbət olmuş, amma ona heç bir vəd verməmişdir. Heydara vurulmuş ziyan qarşılanmışdır. Beləliklə, elan edilmiş ittiham epizodları üzrə vurulmuş ziyan hazırda tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir tələb və şikayət yoxdur. Ona görə də məhkəmədən ona cəza təyin edərkən bütün bu halların, yaşının, səhhətinin, ağır ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 1982-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1981-1982-ci illərdə X32 və Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən Psixatriya xəstəxanasında internaturadan keçmişdir. 1982-ci ildən Lerik rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində həkimpsixonevroloq vəzifəsində işləmişdir. Vəzifə səlahiyyəti müraciət edən psixatrik ve narkoloji xəstələri müayinə və müalicə etməkdən ibarət olmuşdur. Tutulmazdan təxminən 1 il 6 ay əvvəl Lənkəran rayonu ərazisində yerləşən restoranlardan birində Təqsirləndirilən şəxs1lə tanış olmuş, onunla aralarında söhbət zamanı əlillik dərəcələrinin verilməsi üçün zəruri sənədlərin verilməsinə köməklik göstərə biləcəyini ona bildirmişdir. Özü ona əlillik dərəcələri almaq üçün müraciət edən Lerik rayon sakinlərinin olduğunu və gələcəkdə hər hansı bir şəxs müraciət edəcəyi təqdirdə ona məlumat verəcəyini bildirmişdir. Bundan bir müddət sonra Lerik rayon sakinləri ona müraciət edərək əlillik dərəcələrinin ləğv edildiyini və yenidən əlillik dərəcələri almaq istədiklərini bildirmişlər. Buna görə də Adilə zəng edərək həmin şəxslərin əlillik dərəcələrinin verilməsinə köməklik göstərməsini xahiş etmiş və müraciət edən şəxslərin hər birinin ad, soyadı, təvəllüdü və diaqnozunu ona bildirmişdir. Adil həmin şəxslərin məlumatlarını alaraq özündə qeydiyyat apardıqdan sonra hər bir xəstə üçün müxtəlif xəstəxanalardan keçmiş tarixlərə məxsus stasionar müalicə almalarına dair epikrizlər alaraq ona göndərmiş, o isə həmin epikrizləri aldıqdan sonra xəstələrin anketlərinə əlavə edərək onları Lənkəran rayon Mərkəzi Xəstəxanasına gedərək orada həkim məsləhət komissiyasından keçmələrini bildirmişdir. Hər bir xəstə Lənkəran rayonuna gedərək komissiyadan keçmiş, amma onlara bəzilərini çıxmaq şərti ilə əlillik dərəcələri təyin edilməmişdir. Ona müraciət edən şəxslərdən epikriz almağa köməklik göstərmək üçün aldığı pulları Adilə vermiş, həmin pullardan ona da bir hissəsi, yəni 100- 200 manat arası qalmışdır. Adillə birlikdə təxminən 6 ay ərzində bir neçə şəxsə epikrizlər alınmasına köməklik göstərmişlər. O, müraciət edən şəxslərə kömək etmək istəmiş, amma tərtib edilmiş epikrizlər əsasında heç kəsə əlillik dərəcəsi təyin edilməmişdir və həmin şəxslərdən aldıqları pullar da geri qaytarılmışdır. Adilin epikrizləri hansı xəstəxanalardan və həmin epikrizləri həmin xəstəxanalarda işləyən hansı vəzifəli şəxsin vasitəsilə eldə etməsinə dair heç bir məlumatı olmamışdır. Şahid8 Lerik rayon sakinidir, onun vasitəsilə Təqsirləndirilən şəxs1 ona pul müqabilində epikriz yazılmış xəstələrin sənədlərini göndərmişdir. İlham Şahid9 adlı tanışına mədə-bağırsaq xəstəliyi ilə əlaqədar üç ədəd epikriz lazım olduğunu deyərək müraciət etmiş, o da onu Adillə tanış edərək onun kömək edəcəyini demişdir. Sonra İlham həmin epikriz lazım olan şəxsin sənədlərini Adilə göndərmiş, Adil də həmin sənədlərin hazırlanması müqabilində ondan 2000 manat istəmişdir. İlham isə həmin şəxsdən 2000 manat alaraq Lerik rayonunda 1000 manatını ona vermişdir. İlham Şahid10 adlı tanışının da üç epikrizə ehtiyacı olduğunu demiş, bunun müqabilində Adil yenə 2000 manat istəmiş, əvvəlcə İlham vasitəsilə 1000 manat verilmiş, 500 manat ona, 500 manat isə Adilə çatmışdır. Sonra Hafizin bacısı Radə Əliyevaya da epikrizlər almağa ehtiyacı olduğuna görə Adil 2000 manat istəmiş, İlham vasitəsilə Hafizdən ümumi olaraq 3000 manat pul alınmışdır. Amma Adilin təqdim etdiyi epikrizlər yararlı olmadığından istifadə edilməmiş və bildiyinə görə məhv edilmişdir. Şahid12 qiyabi tanımış, sonuncu arvadına pensiya təyin edilməsi üçün ona müraciət etmiş, o da ona kömək etmək istəmiş, bunun müqabilində ona 800 manat pul verilmişdir. Amma Tahirin arvadının adını sistemə daxil etsə də imtina gəlmiş, işini həll edə bilməmişdir. Lakin həmin məsələni qarşı vaxtlarda həll edəcəyini düşündüyü üçün ondan aldığı pulu geri qaytarmamışdır. Beləliklə, elan edilmiş ittiham epizodları üzrə vurulmuş bütün ziyan hazırda tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir tələb və şikayət yoxdur. Ona görə də məhkəmədən ona cəza təyin edərkən bütün bu halların, yaşının, səhhətinin, ağır ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı tam etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1 qiyabi olaraq qonşu kəndli kimi əvvəldən tanımış, onunla əlaqələri olmamışdır. O, özü Sabirabad rayonu, Cəngan kəndində anadan olub yaşamış, Adil isə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub yaşamışdır. O, təxminən 2014-cü ilin oktyabr ayına qədər kənddə yaşamış, ondan sonra isə öz ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsinə köçmüşdür. 2014-cü ilin iyun ayında ailəsi ilə birlikdə İmişli rayonunda, Çahar kəndində yaşayan qayınatasının evinə qonaq getmiş, orada bir gün qaldıqdan sonra səhəri gün yenə də öz evlərinə qayıtmışlar. Ailəsi ilə birlikdə Sabirabad rayonu, Cəngan kəndinə qayıdarkən Sabirabad-Salyan şossesində, Qaragüney kəndinin girişində, köhnə Sabirabad stasionar postunun yanında dayanıb avtobus gözləmişlər. Həmin vaxt bir avtomobil onların yanında saxlamış, avtomobilin ön şüşəsinin üzərində “press” sözü yazılmışdır. Avtomobili idarə edən şəxs Adil olmuş və avtomobili saxlayıb hara getdiklərini soruşmuşdur. O, Adilə Cəngan kəndinə getdiklərini bildirmiş, Adil özünün də həmin istiqamətdə getdiyini bildirərək onları apara biləcəyini demiş və o, ailəsi ilə birlikdə onun avtomobilinə əyləşmişlər. Əvvəlcə Adili uzun zamandı görmədiyinə görə tanımasa da, sonradan avtomobildə söhbət zamanı Adili tanımış, Adil də onun atasıgili tanımış və söhbət zamanı çoxlu ortaq tanışları çıxmışdır. Yolda söhbət edərkən Adil onun və ya ailə üzvlərinin pensiya və ya sosial müavinət alıb-almadığını soruşduqda o, almadıqlarını, özünün fərdi əməklə məşğul olub ailəsini dolandırdığını bildirmişdir. Adil özünün onlara köməklik edə biləcəyini, ailə şəraitlərinə görə sosial yardım ala biləcəklərini bildirmişdir. Sonra Adil sosial yardım əvəzinə arvadının adına pensiya düzəldə biləcəyini, pensiyanın birdəfəlik olacağını, pensiya işinin daha yaxşı variant olduğunu bildirmişdir. Adil arvadında olan xəstəlik barədə soruşduqda o, arvadında yalnız allergiyası olduğunu, başqa ciddi bir xəstəliyi olmadığını demişdir. Adil həmin xəstəliyə görə arvadına pensiya düzəldə biləcəyini bildirib bunun müqabilində arvadının şəxsiyyət vəsiqəsini və 2000 manat pul istəmişdir. O da razılaşmış və Adil onları evə düşürən vaxt ona öz mobil telefon nömrəsini vermişdir. Həmin vaxt arvadı Gülnurə Əhmədovanın şəxsiyyət vəsiqəsini də Adilə vermiş və sağollaşıb ayrılmışlar. Ondan təxminən 5 gün sonra Adil ona zəng edib ilkin ödəniş olaraq 1000 manat pul verməli olduğunu bildirmiş və həmin danışıqdan iki gün sonra, təxminən 2014-cü ilin iyul ayında o, Adillə yaşadığı Cəngan kəndində görüşüb ona 1000 manat pul vermişdir. Pulu verdikdən təxminən 1 ay yarım sonra, 2014-cü ilin avqust ayında Adil yenidən ona zəng edib 500 manat da verməli olduğunu demiş, o da danışıqlarına əsasən Adillə Şirvan şəhərində, dəmiryol xəttinin yaxınlığında, beşmərtəbəli binanın qarşısında görüşüb 500 manat pul vermişdir. Sonuncu dəfə isə təxminən 2014-cü ilin noyabr ayında, artıq Abşeron rayonuna köçdükdən sonra Adil ona zəng edib qalan 500 manatı da verməli olduğunu demişdir. Adil Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olduğunu, onun da ora getməyini bildirmişdir. O da həmin xəstəxanaya getmiş, xəstəxananın həyətində Adillə görüşmüş və Adilə 500 manat pul vermişdir. Adil məsələnin 1500 manatada həll oluna biləcəyini, indi verdiyi 500 manatın isə həmin xəstəxanadakı müvafiq işi görən həkimlərə veriləcəyini, guya arvadının həqiqətən də həmin xəstəxanada 1-2 ay ərzində stasionar müalicədə olunması barədə arayış alacağını, buna görə məsələnin həllinin müvafiq ilin sonunadək çəkdiyini, növbəti ildən, yəni 2015-ci ildən pensiyanı alacaqlarını, pensiya kartını götürmək üçün onlara zəng olunacağını bildirmişdir. Həmin görüşdən sonra sağollaşıb ayrılmışlar və həmin vaxtdan iki il müddətində Adili görməmişdir. Onun heç bir mobil telefon nömrəsinə zəng çatmamış və onu heç bir yerdə tapa bilməmişdir. Adillə bu məsələni danışdıqdan sonra Adilin qızı onların kəndində üzbəüz qonşularının evinə gəlin gəlmişdir. Sonradan o, Adilin qudası olan qonşusu və həmçinin Adilin öz qızı vasitəsilə də Adilə söz göndərmiş, amma bunlara baxmayaraq Adil nə məsələni həll etmiş, nədə ki, onun pulunu qaytarmışdır. 2018-ci ilə qədər gözləyib işinin həll olunacağını düşünsə də, həmin ildən sonra artıq pulunu geri istəmişdir. Elə həmin il Adilin kəddəki evinə getmiş, həmin vaxt Adil evdə olmamış, o isə ümumi münasibətlərə görə onun arvadına bir söz deməmişdir. Bu illər ərzində Adili yalnız 2019-cu ilin mart ayında, Novruz bayramı ərəfəsində təsadüfən kəndlərində görmüş, həmin vaxt Adil ailəsi ilə birlikdə olmuşdur. Adili avtomobildən düşürüb ona iradını bildirmiş, ailəsi ilə birlikdə olduğuna görə çox söz deməmiş, Adil isə məsələnin düzələcəyini bir daha bildirmişdir. Adillə ilk dəfə onun avtomobilində söhbət edəndə o, hansısa qəzetdə müxbir kimi çalışdığını, avtomobilində “press” yazısının da buna görə qoyulduğunu, pensiya işlərinə də əlinin çatdığını bildirmişdir. Adil məsələni həll edəcəyinə söz versə də, konkret olaraq işi kim vasitəsilə görəcəyi, məsələni hansı qaydada həll edəcəyi barədə heç bir söz deməmişdir. Adil 2000 manat pulun da kimlərə çatacağı barədə dəqiq bir söz deməmiş, yalnız ilk iki dəfə zəng edib pulu istədikdə Dövlət Sosial Müdafiə Fondundan pulu istədiklərini, üçüncü dəfə isə Respublika Klinik Xəstəxanasında həkimlərin pulu istədiyini bildirmiş, onun danışığına əsasən 1500 manat pul guya Dövlət Sosial Müdafiə Fondunun işçilərinə, 500 manat isə həkimlərə çatmışdır. Adillə qonşu kəndli və çoxlu ortaq tanışları olduğundan əvvəlcə heç bir dövlət orqanına şikayət etməmişdir. Sonradan isə Adilin tək onu deyil, başqa insanları aldatdığını, hər kəsə pensiya və müavinətlə bağlı söz verib pullarını aldığını və qaytarmadığını eşitdikdən sonra şikayət vermək qərarına gəlmişdir. Hal-hazırda onun pulu tam şəkildə qaytarılmışdır. Ona görə də heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid4 göstərdi ki, 2012-ci il tarixdə ağır iş sahəsində işlədiyinə görə yaşı ilə əlaqədar təqaüdə çıxmışdır. 2019-cu ilə qədər müxtəlif məbləğlərdə, 2019-cu ildə isə 254 manat məbləğində təqaüd almışdır. O, maraqlandıqda ona daha çox təqaüd düşdüyünü öyrənmiş və bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə müraciət etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir müsbət nəticə əldə etməmiş, bundan sonra təqaüdünün düzgün hesablanaraq artırılması məsələsi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalmış və 2018-ci ildə aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Orada müraciətinə baxılmış və lehinə qərar çıxarılmışdır. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi müvafiq qərardan apellyasiya şikayəti vermiş, 2019-cu ilin yanvar ayında Şirvan Apellyasiya Məhkəməsində də işə baxılmış və lehinə qərar çıxarılmışdır. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermişdir. Bundan sonra artıq 2019-cu ilin aprel ayı ərəfəsində qonşusu Allahverdi adlı şəxs təqaüd məsələsi ilə bağlı işinin Ali Məhkəmədə olduğunu bilib ona yaxın bir tanışı olduğunu, həmin adamın adının Adil olduğunu və Ali Məhkəmədə onun işini həll edə biləcəyini bildirmişdir. O, əvvəlcə Allahverdiyə razılıq verməsə də sonradan işinin Ali Məhkəmədə müsbət həll olunmayacağından ehtiyat edib Allahverdiyə Adil ilə görüşməyi təşkil etməsini bildirmişdir. Allahverdi Adili çağırmış və o, Adillə 2019-cu ilin aprel ayının əvvəlində onun Şirvan şəhərində yaşadığı ünvanın yanındakı parkda görüşmüşlər. Onlar Adilin idarə etdiyi avtomobildə oturub söhbət etmiş, söhbət zamanı Adil əslən Yardımlı rayonundan olduğunu, soyadının Zərbiyev olduğunu bildirmişdir. O, məsələni Adilə danışmış, Adil də təqaüd işi ilə bağlı məsələni Ali Məhkəmədə həll edə biləcəyini, özünün Ali Məhkəmədə işləyən adamı olduğunu bildirmiş və bu işin müqabilində ondan 1200 manat pul istəmişdir, O, pulun çox olduğunu bildirdikdə Adil 1000 manata işi görə biləcəyini bildirmiş, o da məcbur olub onunla razılaşmış və Adilə bir neçə günə pulu hazırlayacağını bildirmişdir. Bir neçə gün sonra 1000 manat pulu hazırlamış, əvvəlcə Allahverdiyə bu barədə məlumat verib Adillə görüşüb 1000 manat pul verəcəyini demiş, sonra Adilə zəng edib pulun hazır olduğunu bildirmişdir. 2019-cu ilin aprel ayının 17-də Adillə eyni məkandakı parkda görüşüb sonuncunun avtomobilində 1000 manat pulu əlbəəl Adilə vermiş, Adil pulu sayıb qəbul etmiş və bir daha məsələdən arxayın olmağını bildirmişdir. O, pulu verdikdən sonra da Allahverdi ilə görüşüb pulu Adilə verdiyini bildirmişdir. 02 iyul 2019-cu il tarixdə Ali Məhkəmədə işə baxılmış, Adillə özü də orada iştirak etmiş və Ali Məhkəmə onun əleyhinə qərar qəbul etmişdir. Bundan sonra Adilə baxdıqda Adil narahat olmamağını, bunun formal xarakter daşıdığını, ünvanına gələn məktubda həqiqəti görəcəyini bildirmişdir. Bundan sonra o, internet vasitəsilə qərara baxdıqda Ali Məhkəmədə elan olunan qərarla eyni olduğunu görmüş, daha sonra Ali Məhkəmədən gələn məktubu da qəbul etdikdə qərarın dəyişmədiyini, onun əleyhinə olduğunu, təqaüdünün artımı ilə bağlı hissənin ləğv olunduğunu görmüş və artıq Adilin dələduzluq edərək onu aldatdığına tam əmin olmuşdur. Bundan sonra dəfələrlə Adillə görüşüb pulunu geri istəsə də Adil hər dəfə özünün bu məsələni düzəldəcəyini bildirmiş, amma uzun müddət keçməsinə baxmayaraq Adil məsələni həll etməmiş, ondan müxtəlif bəhanələrlə qaçmağa başlamışdır. O, bu barədə Allahverdiyə bildirsə də, Allahverdi də Adilin harada olduğunu bilmədiyini, özünün də ona kömək etmək istəsə də çarəsiz olduğunu, Adilin onu da aldatdığını bildirmişdir. Bundan sonra Şirvan şəhər Polis Şöbəsində müraciəti əsasında araşdırma aparılsa da heç bir müsbət nəticə əldə edilməmişdir. Sonradan işi ilə bağlı Polis Şöbəsində maraqlandıqda Adilin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulduğunu öyrənmişdir. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 göstərdi ki, arvadı Samara Cabbarova uzun müddətdir ki, zob xəstəliyindən əziyyət çəkdiyi üçün onu Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparıb gətirmiş və təxminən 2016-cı ilin yay aylarında xəstəxanada Adillə tanışlığı yaranmışdır. Adil onun əlində xeyli sənəd və kağız olduğunu gördükdə nə işlə məşğul olduğunu, bu qədər sənədləri niyə əlində gəzdirdiyini soruşduqda ona arvadının xəstə olduğunu və onu pensiyaya çıxartmaq istədiyini bildirmişdir. Adil bu işlərlə məşğul olduğunu və ona köməklik göstərə biləcəyini bildirmişdir. Adil bu işlərin onun əlində rahat bir iş olduğunu və işin görülməsi müqabilində ondan 4500 manat pul alacağını bildirmişdir. O, razılaşsa da, amma həmin pulu üç ay ərzində verə biləcəyini bildirmişdir. Adil onun telefon nömrəsini almış və təxminən 1 həftə sonra, yəni 2016-cı ilin yay aylarında onun yaşadığı evə gəlmiş və arvadının pensiya işinə görə ilkin olaraq ona 2000 manat pul vermişdir. Təxminən 20 gün sonra Sabirabad rayonunun “bazar yolu" deyilən ərazisində 1500 manat, on beş gün sonra isə Sabirabad rayonu ərazisində 1000 manat pulu Adilə vermişdir. O, sonuncu dəfə pulu ona verəndə yaşayış yerindən arayışı, arvadının xəstəliyinə dair USM və digər analiz kağızlarını, eləcə də arvadının şəxsiyyət vəsiqəsini Adilə vermiş, Adil ona altı ay ərzində arvadının xəstəliyə görə pensiya ala biləcəyini bildirmişdir. Təxminən bu proseslərdən dörd ay keçdikdən sonra Adildən işlərin nə yerdə olduğunu soruşduqda, sonuncu ona hər şeyin yaxşı olacağını, narahat olmamağını demişdir. Özü qapı-pəncərə ustası olduğu üçün həmin vaxt mişar onun əlinin bilək və pəncə hissəsini kəsmişdir. Adil bunu görüb niyə pensiyaya çıxmadığını, onun işini də həll edə biləcəyini bildirmiş, o da Adilin bu sözlərinə inanmışdır. O, xəstəxandan keçdiyi rentgen cavablarını, həkim reseptlərini ona təqdim etdikdə, Adil ona 4500 manata pensiya çıxaracağını bildirmişdir. Təxminən 2016-cı ilin axırlarında o, özünə pensiya düzəltdirmək üçün Adilə Sabirabad rayonun mərkəzində, Mərkəzi poçtun yanında 2000 manat pul vermişdir. Təxminən bir ay sonra eyni yerdə Adillə görüşərək 2500 manat pulu ona vermiş, ümumilikdə isə Adilə 9000 manat pul vermişdir. Arvadında olduğu kimi onun da altı ay ərzində pensiya ala biləcəyini demiş və o da razılaşmışdır. Altı ay keçdikdən sonra arvadının pensiya məsələsinin niyə həll olunmadığını soruşmaq üçün Adilə dəfələrlə zəng etmiş, həm də görüşmüşdür. Adil isə hər dəfə heç bir problemin olmadığını, ən qısa zaman ərzində bütün məsələlərin həll olunacağını demişdir. O, bir müddət gözlədikdən sonra Adilə zəng edərək ondan şikayət edəcəyini bildirdikdə, sonuncu ona şikayət etməməyini deyərək hissə-hissə ona 7100 manat məbləğində pulunu geri qaytarmış, amma 1900 manat pulunu verməmişdir. Hal-hazırda onun pulu tam şəkildə qaytarılmışdır. Ona görə də heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 göstərdi ki, 2008-ci ilin yanvar ayından 2019-cu ilin fevral ayınadək Şirvan şəhərində yerləşən “Çıraq” petrol yanacaq doldurma məntəqəsinin içərisində olan avtomobil təmiri sexində çilingər işləmişdir. 2017-ci ilin oktyabr ayında belində yırtıq əmələ gəlmiş, həmin vaxtdan sonra xəstəliyi ilə əlaqədar müxtəlif müalicələr almış, amma müsbət nəticə əldə etməmişdir. Hər dəfə onların avtomobil sexinə gələn həkim müştərilərdən belindəki yırtığa görə ona pensiya düşübdüşmədiyini soruşmuş və kimisi pensiya ala biləcəyini dedikdə, kimisi isə ona pensiya düşmədiyini bildirmişdir. 2018-ci ilin mart ayının əvvəllərində belində ağrılar artmağa başlamış və belindəki problemə görə işini də yaxşı işləyə bilməmiş, dolanışığı da zəifləmişdir. Həmin vaxtlar avtomobilini təmirə gətirən bir nəfər həkimdən də bir daha belindəki yırtığa görə ona pensiya düşəcəyini məsləhət etdikdə həmin şəxs ona pensiya düşmədiyini bildirmişdir. Bundan sonra 08 mart 2018-ci il tarixdə Adil avtomobilini təmir etdirmək üçün sexə gəlib çilingər ustası kimi ona müraciət etmişdir. O, Adili ilk dəfə həmin vaxt görmüş, ondan əvvəl onunla heç bir ünsiyyəti, əlaqəsi olmamışdır. Adil onun tutaraq, dayanaraq hərəkət etdiyini gördükdə onunla söhbət edib belində yırtıq olduğunu öyrənmişdir. Bundan sonra Adil onunla danışığı zamanı pensiya almadığını bildikdə özünün ona pensiya düzəldə biləcəyini demişdir. O, Adili tanımadığına görə onun dediklərinə əhəmiyyət verməmiş və heçnə istəmədiyini bildirmişdir. Adilin avtomobilini təmir etdikdən təxminən bir həftə sonra Adil yenə sexə gəlmiş və bir daha ona pensiya düzəldə biləcəyini təklif etdikdə o, imtina etmişdir. Ondan 3-4 gün sonra Adil yenə gəlib ona pensiya düşdüyünü, özünün qohumları da daxil olmaqla müxtəlif şəxslərə pensiya düzəltdiyini bildirib, danışıqları ilə onu inandırmağa başlamışdır. Adil həm də jurnalist olduğunu bildirmiş və avtomobilinin ön şüşəsində “press" yazısı da olmuşdur. Adil ona 2-ci qrup əlillik dərəcəsi üzrə pensiya düzəldə biləcəyini, bunu 3-4, ən geci 6 aya həll edəcəyini, onun aylıq 250-300 manat pensiya pulu alacağını bildirib pensiyanı düzəltməyi müqabilində ondan 3000 manat pul istəmişdir. Uzun danışıqlarından sonra Adil onu inandırmış və danışıqlarına əsasən ona pulu hissə-hissə verə biləcəyini bildirmiş, Adil də onunla razılaşmışdır. 2018-ci ilin 24 ya 25 mart tarixində Adillə danışıb görüşərək ona 1500 manat pul vermişdir. Danışıqlarına əsasən Adil “Çıraq” petrol yanacaq doldurma məntəqəsinin yanına gəlib heç kəsin olmadığı sakit hissədə avtomobilini saxlamış və o, avtomobilə yaxınlaşıb çöl tərəfdən pəncərədən uzatmaqla pulu Adilə vermişdir. Bundan təxminən iyirmi gün-bir ay sonra, 2018-ci ilin aprel ayının sonlarına doğru olan dövrdə Adilə ikinci dəfə eyni yerdə eyni formada 700 manat pul vermiş, ondan da təxminən bir ay sonra 2018-ci ilin may ayının 15- 20 ərəfəsində eyni yerdə eyni formada Adilə 500 manat pul vermiş, sonuncu dəfə isə 2018-ci ilin may ayının son günlərində Adilə yenə də eyni qaydada 300 manat olmaqla cəmi 3000 manat pul vermişdir. Pulları tam verib qurtardıqdan sonra arabir Adilə zəng edib maraqlandıqda Adil hər işin qaydasında olduğunu, pensiya kartının tezliklə hazırlanıb ona çatacağını bildirmişdir. Amma Adilin dediyi müddət başa çatmağına baxmayaraq Adil onun pensiya işini həll etməmiş, ona pensiya kartını verməmişdir. Artıq Adilə zəng etdikdə sonuncu telefonlara cavab verməmiş, cavab verdikdə isə müxtəlif bəhanələr gətirmişdir. Bu müddət ərzində təxminən on dəfə Adilin evinə də getmiş, onların yalnız ikisində Adil evində onu qarşılamış, əksər vaxtlarda qapını açmamışlar. O, nə qədər cəhd etsə də Adil onunla görüşməkdən qaçmış, telefonlarına cavab verməmiş, Şirvan şəhərində yolda görən vaxt avtomobilini saxlamamışdır. Artıq Adil tərəfindən aldadıldığını başa düşmüş, amma buna baxmayaraq heç kəsə pislik etmək istəməmiş və buna görə də Adil barəsində bu müddət ərzində heç bir yerə şikayət verməmişdir. Hər dəfə Adilin yəqinki pulunu qaytaracağına ümid etmiş, amma artıq zaman keçdikcə öz ailəsində də bu məsələyə görə söz-söhbətlər yaranmışdır. Həm də artıq belinə görə işləyə bilməmiş, pensiya da ala bilmədiyindən ailəsini dolandırmaqda çətinlik çəkmişdir. Bütün bunlara görə bezib Adil barədə şikayət etmək qərarına gəlmiş və 24 noyabr 2021-ci il tarixdə “102” xidmətinə zəng edərək Adil barəsində şikayət etmiş, şikayəti əsasında Şirvan şəhər Polis Şöbəsinə çağırılaraq izahatı alınmışdır. Şikayət verdikdən təxminən iki həftə sonra Adilin Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid5 göstərdi ki, uzun müddətdir ki, asma-bronxit xəstəliyindən əziyyət çəkir. Yaxın qohumları ona xəstəliyi ilə əlaqədar olaraq pensiyaya çıxmağını məsləhət görmüşlər. Bu məqsədlə də o, təxminən bir il bundan əvvəl Adil adlı şəxslə tanış olmuşdur. Adillə telefon əlaqəsi zamanı sonuncu ona pensiya işinin həll edilməsində köməklik göstərəcəyini, bundan ötrü narahat olmamağını, bu işlərin onun əlində rahat bir iş olduğunu demiş və işin görülməsi müqabilində ondan 3500 manat pul alacağını bildirmişdir. Amma o, Adilə əvvəlcə 500 manat verəcəyini, qalan məbləği isə kartını hazır edib ona verdiyi zaman verə biləcəyini bildirmiş, Adil də onunla razılaşmışdır. Adillə danışdıqdan təxminən iki gün sonra sonuncu onun yaşadığı evin həyətinə gələrək pulu ona çatdırmağını bildirmişdir. O da binanın blokunda ona 200 manat pul verərək 300 manat pulu isə səhəri gün düzəldib verəcəyini demişdir. Növbəti gün Adil onun yaşadığı evin blokuna gəlmiş, o da 300 manat pulu ona çatdırmışdır. O, Adildən kartının nə zaman hazır olacağını soruşduqda, sonuncu ona təxminən bir ay müddətində kartının hazır olacağını demişdir. Təxminən iki ay keçdikdən sonra Adildən pensiya işini niyə düzəltmədiyini soruşmaq üçün ona zəng etmiş, onun ya pulunu qaytarmağını, ya da işini həll etməsini tələb etmişdir. Adil isə ona narahat olmamağı, qısa zaman ərzində məsələni həll edəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Adil ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid7 göstərdi ki, müxtəlif xəstəliklərdən əziyyət çəkdiyinə görə 2009-cu ildən 2021-ci ilin may ayınadək 2-ci qrup əlilliyə görə ayda 259 manat pensiya almışdır. 2021-ci ilin may ayından isə ona təyin edilmiş pensiya dayandırılmışdır. Bununla bağlı 2021-ci ilin iyul ayında Bakı şəhərində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gəlmiş, orada həkimlərin qəbuluna girə bilmədiyinə görə bir az gözləmiş və həmin vaxt Adillə tanış olmuşdur. Adillə söhbət zamanı 2021-ci ilin may ayınadək 2-ci qrup əlillik dərəcəsinə görə pensiya aldığını, amma 2021-ci ilin may ayında pensiyasının kəsildiyini bildirmişdir. Adil pensiyanın bərpa olunmasında ona köməklik edə biləcəyini bildirmiş, o da razılaşmışdır. Adil buna görə 2800 manat pul lazım olduğunu və onun işini Göyçay Tibbi-Sosial Ekspert Komissiyasında həll edəcəyini bildirmişdir. 2021-ci ilin iyul ayında Adillə Göyçay rayonunda görüşmüş və əlillik dərəcəsinin və pensiyanın bərpa edilməsinə görə ona 2800 manat pul vermişdir. Bundan sonra Adil onu Göyçay rayonunda yerləşən 20 nömrəli Tibbi- Sosial Ekspert komissiyasına aparmış və o, orada həkim məsləhət komissiyasından keçmişdir. Bir dəfə özü həmin komissiyadan keçdiyindən və imtina cavabı aldığından tibbi sənədləri Bakı şəhərində yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmək qərarına gəlmiş, amma həmin yerdə qəbula düşə bilməmişdir. Adil ona 20-25 günə əlillik dərəcəsi təyin edilməsi məsələsini həll edəcəyini bildirməsinə baxmayaraq bir neçə aydan sonra onun işi həll edə bilmədiyini görüb pulu ondan tələb etməyə başlamış, amma hər dəfə Adil bir vaxt deyib onu aldatmağa başlamışdır. Halhazırda onun pulu tam şəkildə qaytarılmışdır. Ona görə də heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid12 göstərdi ki, oğlu Yusif Dadaşzadə 2018-ci ildə Bakı şəhəri, Binə qəsəbəsində yol nəqliyyat hadisəsində vəfat etdikdən sonra arvadı X12 insult keçirmiş və 1 ay 10 gün Sabunçu xəstəxanasında stasionar qaydada müalicə almışdır. Arvadı xəstəxanadan çıxdıqdan sonra səhhəti yaxşılaşmadığından ona əlillik dərəcəsi təyin etdirmək qərarına gəlmiş və bununla bağlı maraqlanmağa başlamışdır. O, Lerik xəstəxanasında Balaş adlı həkimin olduğunu və əlillik dərəcəsi təyin edilməsinə köməklik etdiyini öyrənmişdir. O, tanışlardan Balaşın mobil nömrəsini öyrənib əlaqə saxlamış və arvadına əlillik dərəcəsi təyin etdirmək istədiyini bildirmişdir. Balaş ona heç bir problem olmadığını deyib onu Lerik rayonuna gəlməyini bildirmişdir. 2019-cu ilin təxminən oktyabr-noyabr ayında o, Lerik rayonuna gedib xəstəxanada Balaş həkimlə görüşmüşdür. Söhbət zamanı Balaş 800 manata arvadı Həqiqətə əlillik dərəcəsi təyin etdirə biləcəyini bildirmiş, o da razılaşmışdır. Daha sonra iki ay ərzində 800 manatı toplayıb 2020-ci ilin yanvar ayında yenidən Lerik rayonuna getmiş və xəstəxanada Balaşla görüşüb 800 manat pulu ona vermişdir. Balaş növbə çox olduğundan bir il ərzində Həqiqətə əlillik dərəcəsi təyin ediləcəyini demiş və ondan sonra özü Bakı şəhərinə qayıtmışdır. 2020-ci ilin sonlarında Balaşın mobil telefonuna zəng edib məsələnin nə yerdə olduğunu soruşmuş, Balaş isə yaxın vaxtlarda düzələcəyini bildirsə də, heç bir nəticə olmamışdır. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmuş və xəstəliklə bağlı pensiya almışdır. Amma sonradan pensiyası dayandırılmış, əlilliyinin təkrar qiymətləndirilməsi üçün tibbi sənədlərini qeydiyyatda olduğu ünvan üzrə ünvan 11təxanasına təqdim etmiş və həmin xəstəxanadan göndərişi təkrarən elektron sistemə daxil edilməsinə baxmayaraq, imtina cavabı verilmişdir. Təxminən 30-35 il bundan əvvəl Lerik rayonunda 163 nömrəli Peşə məktəbində müəllim işləyərkən Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Balaş Lerik rayon Mərkəzi Xəstəxanasında çalışmışdır. 2021-ci ilin iyun-iyul aylarında tanışı Şahid9 ona müraciət edərək illərdir ki, əlilliyə görə pensiya aldığını, amma əlilliyinin müddəti başa çatdığına görə əlilliyinin dayandırıldığını, əlilliyinin təkrarən qiymətləndirilməsi üçün xəstəxanadan göndərişin elektron sistemə vurulmalı olduğunu, buna görə də əlavə epikrizlərə ehtiyacı olduğunu bildirmiş və ona epikriz verilməsinə köməklik edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. O da Balaşın səhiyyə sistemində çalışdığını nəzərə alaraq, bu barədə onunla söhbət etmiş, Azərə mədə-bağırsaq xəstəliyi ilə əlaqədar 3 ədəd epikriz lazım olduğunu bildirmişdir. Bir müddət sonra Balaş onunla əlaqə saxlayaraq qeyd edilənlərlə bağlı Adil adlı tanışı ilə danışdığını, sonuncunun köməklik edə biləcəyini bildirmiş və Adilin ona bir neçə nömrəsini vermişdir. O, özü Adillə telefonda danışmış, məsələ barədə ona məlumat vermiş, Adil isə heç bir problemin olmadığını, lazımı epikrizləri hazırlada biləcəyini, sənədləri iki həftə ərzində hazırlayıb ona çatdıracağım bildirmişdir. Bundan sonra Azərin şəxsiyyət vəsiqəsinin surətinin fotoşəklini “WhatsApp" proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmiş, Adil epikrizlərin hazırlanması müqabilində ondan 2000 manat pul tələb etmişdir. O, Azərdən 2000 manatı 2021-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində şəxsən almışdır. Adil həmin pulu Balaşa verməyini tapşırmış, bundan bir neçə gün sonra o, Lerik rayonuna gedərək Balaşla onun işlədiyi xəstəxanada görüşmüş və 2000 manatı Balaşa vermişdir. O, pulu Balaşa verəndə Azərin Hafiz adlı tanışının da 3 ədəd epikrizə ehtiyacı olduğunu bildirmiş, o isə 2000 manat müqabilində epikrizləri hazırlada biləcəklərini demişdir. O da Azərə Hafizin sənədlərinin düzəldilməsi üçün 2000 manat verməli olduğunu bildirmiş, Azər bu barədə Hafizlə danışdıqdan sonra Hafizin məbləğlə razılaşdığını, Balaş və Adilə sənədləri hazırlamalarını tapşırmağını demişdir. O da Balaşa Hafiz üçün epikrizləri hazırlamalarını bildirmişdir. 2021-ci ilin iyul ayının ortalarında Adil onunla əlaqə saxlayaraq Azər və Hafizə aid ümumilikdə 6 ədəd epikrizin hazır olduğunu, həmin sənədləri taksi ilə ona göndərdiyini bildirmişdir. Bir müddət sonra Adil onunla əlaqə saxlayaraq sənədləri gətirən taksinin nömrəsini ona vermiş, o da həmin nömrə ilə əlaqə saxlayaraq, taksi sürücüsünə Azərin mobil telefon nömrəsini verərək onları əlaqələndirmişdir. Daha sonra Azər onunla əlaqə saxlayaraq özünün və Hafizin adına tərtib edilmiş sənədlərin ona təhvil verildiyini bildirmişdir. Bundan bir müddət sonra Azər onunla əlaqə saxlayaraq, Hafizin ona bir dəfə 300 manat, daha sonra 700 manat pul verdiyini bildirmişdir. Azər həmin pulu gəlini X3 adına olan "xxxx"a məxsus karta göndərmiş, o da həmin pulu Balaşa vermişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Azər onunla əlaqə saxlayaraq Hafizin bacısı X35 adlı tanışının da talassemiya xəstəliyi ilə əlaqədar epikrizlərə ehtiyacı olduğunu bildirmiş, o da bununla bağlı Adil və Balaşla danışmış, onlar Radə Əliyevanın adına göstərilən epikrizlərin hazırlanması üçün 2000 manat pul tələb etmişlər. O da X39 epikrizlərini hazırlanması müqabilində 2000 manat pul verməli olduqlarını demişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Azərlə Bakı şəhəri, Yasamal rayonu ərazisində görüşmüş, ona 2000 manat pul verilmiş, o da həmin pulu Lerikdə xəstəxanada Balaşa vermişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində Adil onunla əlaqə saxlayaraq taksi ilə Radə Əliyevanın adına tərtib edilmiş 3 ədəd epikrizi ona çatdırmış, o da bu barədə Azərə məlumat vermiş, həmin ərəfədə Azər hazırda xatırlamadığı tanışını onun yanına göndərmiş və o da həmin sənədləri Azərin dediyi şəxsə vermişdir. Adil və Balaş ona hər bir xəstəliyə uyğun olaraq ixtisaslaşmış xəstəxanalar olduğunu, kimə hansı xəstəliklə bağlı epikriz lazım olursa, epikrizləri həmin xəstəxanalardan əldə etdiklərini demişdirlər. Amma xəstəxanalarda bu sənədləri kimin hazırlaması barədə heç bir məlumatı olmamışdır. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 Şahid8la eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə ona əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsinə dair Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2000 manat pul verdiyini bildirmişdir (cild 2, iş vərəqə 71). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 Şahid8 və Şahid9la eyni məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları eyni ilə təsdiq etməklə ona və bacısı Radə Əliyevaya əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsinə dair Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə 2000 manat olmaqla 4000 manat pul tələb etdiklərini və sonunculara 3000 manat pul verdiyini bildirmişdir (cild 2, iş vərəqə 144). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 göstərmişdir ki, sonuncu övladı 1995-ci il təvəllüdlü qızı Səbinə Abbasova anadan gəlmə qüsurlu olaraq doğulmuşdur, onda anadangəlmə kəllə-beyin travması xəstəliyi vardır və qızı fiziki və əqli olaraq inkişafdan qalmışdır. Səbinə anadan olduqdan bugünə qədər dəfələrlə müalicələr almış, müayinələrdə olmuşdur. Mütəmadi olaraq o, müxtəlif dərmanlar qəbul edir. Əvvəllər dəfələrlə qızına pensiya düşdüyünə görə ona pensiya düzəltdirməyini müxtəlif tanışlar bildirsələr də, o, heç vaxt qızına xəstəliyinə görə pensiya almaq istəməmiş, hər zaman özü çalışıb ailəsini lazımi qaydada dolandırmışdır. Lakin pandemiya dövründə vəziyyəti görüb qızına xəstəliyinə görə pensiya almaq qərarına gəlmiş, bundan sonra Şirvan şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Adili Şirvan şəhər sakini kimi qiyabi olaraq lap əvvəldən tanımış, təxminən son iki il olar ki, onu daha yaxın tanımışdır. Belə ki, Adil həmin vaxt onun avtotəmir sexinə gəlmiş, öz avtomobilini gətirmişdir. Həmin vaxtdan sonra aralarında ünsiyyət yaranmış, bu ünsiyyət zamanı Adil söz düşəndə lazım olarsa özünün pensiya məsələlərini həll edə bildiyini bildirmişdir. O da qızı üçün pensiya düzəltdirmək qərarına gəldikdən sonra 2021-ci ilin yay aylarında, təxminən iyun-iyul aylarında Adillə yaşadığı ünvanın həyətində görüşüb danışan zaman sonuncu ona görə qızının pensiya işini 1500 manata həll edəcəyini bildirmişdir. Adil qızına aid müəyyən tibbi sənədlərə baxmış və lazım olanlarını özünə götürmüşdür. Elə həmin vaxt Adilə 500 manat pul vermiş, qalan pulu da bir neçə günə verəcəyini bildirmişdir. Təxminən 10-15 gün sonra yenə də 2021-ci ilin iyun-iyul aylarında yenə də yaşadığı evin həyətində Adilə 1000 manat pul vermişdir. Adil artıq qızına aid sənədləri sistemə vurduğunu, nazirlikdən cavab gələn kimi pensiya alacağını bildirmişdir. Ondan sonra digər tanış şəxs vasitəsilə qızı Səbinənin adının pensiya alacaq şəxslər üçün nəzərdə tutulmuş sistemdə olub-olmadığını yoxlatdırdıqda Səbinənin adının sistemdə olmadığı, onun adının sistemə salınmadığı ona məlum olmuş və Adilin onu aldatdığını başa düşmüşdür. Bundan sonra zəngləşib Adillə görüşmüş və ona qızının adının sistemdə olmadığını demişdir. Adil isə qızının adını sistemə vurdurduğunu, onun bu barədə bilməyəcəyini, sadəcə səbrli olmağını, pensiya alacaqlarını bildirmişdir, özü ona tam inanmasa da gözləməkdən başqa çarəsi olmamışdır. Təxminən həmin vaxtdan 2 ay keçdikdən sonra Adilin artıq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutularaq həbsə alındığını bilmiş və bundan sonra özü də Adilin ona qarşı törətdiyi dələduzluq barədə Baş İdarəyə müraciət etmək qərarına gəlmiş və bununla bağlı ərizə yazıb müraciət etmişdir. Adil ilə özü danışmış, Adili bir şəhər sakini kimi əvvəldən tanımış, Adilin konkret olaraq hansısa bir yerdə işləməsi barədə məlumatı olmamışdır. Qızının pensiya işi ilə bağlı Adillə danışan zaman və ona həmin işə görə 1500 manat pulu verən zaman yanlarında digər heç kəs olmamışdır. Adil ondan pulu istəyib alan zaman sadəcə olaraq məsələni həll edəcəyini bildirmiş, başqa bir söz deməmiş, o da başqa heçnə ilə maraqlanmamış, qızının pensiya işinin həll edilməsini istəmiş, Adilə inanmışdır. Adil dəqiq bir tarix deməmiş, qızının adının sistemə vurulacağını və pensiya məsələsinə baxan nazirlik tərəfindən cavab gələn kimi pensiyanı alacağını bildirmişdir. Adil qızına 3-cü qrup əlillik dərəcəsi veriləcəyini desə də, nə qədər məbləğdə pensiya alacağını deməmişdir. Özü nə Lerik rayon sakini Təqsirləndirilən şəxs2 nədə ki, Adillə əlaqəli digər hər hansı şəxsi tanımır (cild 2, iş vərəqə 195). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid11 göstərmişdir ki, astma-bronxit xəstəsi olduğuna görə 2011-ci ildə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Həmin əlillik dərəcəsinə görə əvvəlki vaxtları xatırlamır, lakin son zamanlar 240 manat pensiya almışdır. 2021-ci ilin fevral ayında ona təyin edilmiş əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ləğv edilmişdir. Ondan sonra müvafiq tibbi sənədləri toplayıb Binə qəsəbəsində yerləşən poliklinika vasitəsilə əlillik dərəcəsi almaq üçün müraciət etsə də, əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. 2021-ci ilin avqust ayında Lerik rayonuna yas mərasiminə getmiş, orada söhbət zamanı əlillikdən söhbət düşmüş və hazırda xatırlamadığı rayon sakinlərindən biri bildirmişdir ki, pul verib əlillik dərəcəsini bərpa etdirmək olur. O da ondan hansı yolla bunu etməyin mümkün olduğunu soruşduqda ona Adil adlı Şirvan şəhər sakinin mobil nömrəsini vermiş və ona özünün Adillə danışıb məlumat verəcəyini, sonra onun zəng edib Adillə danışacağını demişdir. O, həmin gün Adilə hazırda onun istifadəsində olmuş xatırlamadığı mobil nömrəyə zəng etmiş və əlillik dərəcəsi təyin edilməsi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. Adil ona Bakı şəhərində görüşüb danışmalarını bildirmiş və şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərin şəklin çəkib “WhatsApp" vasitəsilə ona göndərməyini demişdir. O da həmin sənədlərin şəklin çəkib Adilə göndərmişdir. Adil ona 2000 manata əlillik dərəcəsini bərpa etdirəcəyini demiş və ilkin olaraq ondan 1000 manat pul göndərməyi bildirmişdir. Adil ona Amid Zərbiyev adlı şəxsin adına olan "xxxx"a məxsus kartın şəklin çəkib göndərmişdir ki, 1000 manatı həmin karta göndərsin. O da “Milliön” aparatı vasitəsilə xx.xx.2021-ci il tarixdə Amid Zərbiyevin adına olan karta 1000 manat pul göndərmişdir. Bir müddətdən sonra Adillə əlaqə saxlayıb işin nə yerdə olduğunu öyrənmək istədikdə onun mobil telefonuna zəng çatmamış və beləliklə Adil artıq gizlənməyə başlamışdır. Sonuncu dəfə 2021-ci ilin oktyabr ayında Adil özü ona əvvəllər əlaqə saxlamadıqları bir nömrədən zəng edib onun işi ilə məşğul olduğunu və işi həll edəcəyini demiş, lakin ondan sonra yenə Adillə əlaqə saxlaya bilməmişdir. Adil əlillik dərəcəsi təyin edilməsi prosedurunu bildiyinə görə işi həll edəcəyini bildirmiş, lakin kiminlə və necə həll edəcəyi barədə bir söz deməmişdir. Adil ondan 2000 manat pul istəmiş və həmin pulun 1000 manatın ona xx.xx.2021-ci il tarixdə Binə qəsəbəsində yerləşən marketdə “Milliön” aparatı vasitəsilə göndərmişdir. Adil ona heç bir sənəd verməmişdir. Təqsirləndirilən şəxs2 Lerik rayon xəstəxanasında işləyən bir həkim olduğunu eşitmiş, lakin onunla hər hansı bir münasibəti olmamışdır. Şahid8 adlı şəxsi isə ümumiyyətlə tanımır (cild 1, iş vərəqə 112). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Texniki vasitələrə baxış keçirilməsi haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr ilə Şahid2 Ağaveyis oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2020-06-17 tarixdən və 2021-06-01 tarixədək olan müddət ərzində çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2021-08-12 tarixdə saat 15:41:27-də 88 saniyə və 2021-08- 12 tarixdə saat 15:54:42-də 47 saniyə müddətində danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2020-05-09 tarixdən 2021-09-09 tarixədək olan müddət ərzində çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2021-06-23 tarixdən 2021-08- 12 tarixədək olan müddət ərzində çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2021-02-12 tarixdən 2021-08-12 tarixədək olan müddət ərzində çoxsaylı, mütəmadi olaraq danışıqların aparılması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid12 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2020-10-06 tarixdən 2021- 09-12 tarixədək olan müddət ərzində çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid8 istifadəsində olan 070380-06-52 mobil nömrə arasında 2020-07-17 tarixdən 2021-09-29 tarixədək olan müddət ərzində çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Həmçinin SMS yazışmalarına baxış zamanı Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “SALAM MEN GETDİM VAQİF HEKİMİN YANİNA HEC BİR SENED VURULUMAYİB MEN”, “Salam mellim niye bele hereket edirsiz. telefonu ac. bele sened duzeltmirler. Ya senedimi verin ya da pulumu”, “Salam. melim. menim. pulumu. catdir. herkesi. tapmaq. hasatdi.gizlenmeyin.yeriyoxdu.kiwi.kimi.sez.verdiz.yerine.yetirmediz.nenek.pulu.ver.men.fa ”,“Adil.melim.siz.menim.qadin.olmaqimla.istifade.etdiniz.menen.500. manati. alladiniz, lap. yaxwi. mende. prakatoriya. wikayet. edecem. menen. incime. bu. yere. siz.catirdiniz” məzmunlu və Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Müəllim salam telefona zəng çatmır, Müəllim telfona çavab verin, Salam zəng etməyinizi xahiş edirəm" məzmunlu smslər göndərildiyi müəyyən edilmişdir (cild 4, iş vərəqə 19-22). Texniki vasitələrə baxış keçirilməsi haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid2 Ağaveyis oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 12:01:06-da 188 saniyə müddətində danışıq olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 18:19:04-də 5 saniyə müddətində danışıq olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında xx.xx.2020-ci il tarixdə saat 19:53:38də 98 saniyə müddətində danışıq olmuşdur (cild 4, iş vərəqə 23-24). Texniki vasitələrə baxış keçirilməsi haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid2 Ağaveyis oğlunun istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2021-09-30 tarixdən 2021-10-01 tarixədək olan müddət ərzində çoxsaylı danışıqların aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2021-10-03 tarixdə saat 19:24:06-da 191 saniyə, sonuncu zəngin isə 2021-10-18 tarixdə saat 20:30:24-də 378 saniyə davam etdiyi, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi 2021-09-30 tarixdən 2021-10-22 tarixədək olan müddət ərzində çoxsaylı, mütəmadi olaraq danışıqların aparılması müəyyən edilmişdir (cild 4, iş vərəqə 25-26). “Milliön” aparatının qəbzindən görünür ki, terminal nömrəsi 21117, ünvan Xəzər rayonu, Binə sovxozu, “Araz” market, tarix və vaxt xx.xx.2021-ci il saat 19:05:23 olmaqla X18 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 4****2204 nömrəli bank kartına, ******************** hesab nömrəsinə, ********** nömrəli əməliyyatla 1000.00 AZN pul məbləğində nağd ödəniş edilmişdir (cild 1, iş vərəqə 116). İcbari tibbi sığorta üzrə X33 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Lerik rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Lerik rayon Mərkəzi Xəstəxanasında 02 avqust 1982-ci il tarixli 83 nömrəli əmrlə həkim-psixiatr vəzifəsinə təyin edilmiş və 18 noyabr 2020-ci il tarixli 25 nömrəli əmrlə Lerik rayon X17 hüquqi şəxsində həkim məsləhət komissiyasının üzvü olmuşdur (cild 4, iş vərəqə 28-35). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya Agentliyindən daxil olmuş sənədlərdən görünür ki, əlillik vəziyyətləri barədə tərtib olunmuş cədvəl və nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemindən çıxarışlara əsasən xx.xx.1972-ci il təvəllüdlü X4 adına Lerik rayon mərkəzi xəstəxanası tərəfindən xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyini barədə elektron məlumat bazasına sonuncuda “Şizofreniya paranoid forma, fasiləsiz gedişli, remissiya baş verməyən psixotik vəziyyət" diaqnozunun müəyyən olunması barədə 2645003AAFV4 və 2645003AAGB5 nömrəli göndərişlər daxil olmuşdur (cild 3, iş vərəqə 188-263). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 04 iyun 2022-ci il tarixli 4961 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 3, iş vərəqə 184). Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 işlədiyi müddətdə öz işgüzarlığı, bilik və bacarığı ilə tibb kollektivinə nümunə olduğu, işlədiyi kollektivin, xəstələrin və rayon əhalisinin hörmətini qazandığı göstərilmişdir (cild 2, iş vərəqə 157). Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunduğu göstərilmişdir (cild 3, iş vərəqə 172). Lerik rayonunun çoxsaylı sakinləri, ictimaiyyət nümayəndələri, şahid ailələri, qazilər, o cümlədən Milli Qəhrəman və Vətən Müharibəsi qəhrəmanlarının valideynləri məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs2 yalnız müsbət xarakterizə etməklə ona köməklik göstərilməsini xahiş etmişlər. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunduğu göstərilmişdir (cild 3, iş vərəqə 176). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, təqsirləndirilən şəxs Zərbiyev X16 Rayon Məhkəməsinin 27 aprel 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir (cild 3, iş vərəqə 179). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 180). Sabirabad rayon Mərkəzi xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tibbi kartadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 çoxsaylı ağırlaşmalarla şəkərli diabet xəstəliyindən əziyyət çəkir. X14 Mərkəzi və "xxxx" MMC tərəfindən tərtib olunmuş müvafiq tibbi sənədlərin surətlərindən görünür ki, müvafiq müayinələr zamanı Təqsirləndirilən şəxs2 onurğa sütununda protruziyalar, fəqərə cismində yerdəyişmələr müəyən edilmişdir. Şahid6 28 iyul 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək onun pulunun tam şəkildə geri qaytarıldığını, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Şahid11 02 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Şahid5 01 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək onun pulunun tam şəkildə geri qaytarıldığını, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Şahid3 01 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək onun pulunun tam şəkildə geri qaytarıldığını, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Şahid7 01 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. X15 05 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid12 05 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs2 qarşı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Şahid1 15 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Şahid4 29 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı gələcəkdə heç bir şikayət, iddia və tələbinin olmayacağını bildirmişdir. Şahid2 ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 4, iş vərəqə 14). Şahid9 ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 4, iş vərəqə 16). Şahid10 ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 4, iş vərəqə 18). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci və 32.4,312.2ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci, 29,178.2.3-cü, 32.4,312.2-ci və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 32.4,312.2-ci və 313-cü maddələrində nəzərdə tutulan əməllər başa çatmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.1-ci, 29,178.2.2ci və 29,178.2.3-cü maddələrində nəzərdə tutulan əməllər başa çatmamış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci və 29,178.2.3-cü maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulan əməl ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci və 32.4,312.2ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci, 29,178.2.3-cü, 32.4,312.2ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci maddələrinin, Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci, 29,178.2.3-cü maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxslərin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini törətmələrinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxslərin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Yuxarıda şərh olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci, 29,178.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü tam təqsirli bilərək səmimi peşman olmasını, müsbət xarakterizə olunmasını, yaşını, xəstəliklərini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü tam təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını, yaşını, xəstəliklərini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar hesab edilir. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri dəyişdirilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar – “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 03 ədəd CD disk, 17 sentyabr 2021-ci il tarixdə Şahid11 tərəfindən “Milliön” aparatı vasitəsilə ödənilən 1000 manat pul vəsaitinin qəbzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya Agentliyindən daxil olmuş məktuba əlavə edilmiş əlillik vəziyyətləri barədə tərtib olunmuş cədvəl və nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemindən X12 barəsində çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü, 29,178.2.1-ci və 29,178.2.2-ci maddələri ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Sabirabad rayon Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci, 29,178.2.3-cü, 32.4,312.2-ci və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 29,178.2.1-ci, 29,178.2.2-ci və 29,178.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə həkimlik peşəsi ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il müddətinə həkimlik peşəsi ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Lerik rayon Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - “Azercell Telekom” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 03 ədəd CD disk, 17 sentyabr 2021-ci il tarixdə Şahid11 tərəfindən “Milliön” aparatı vasitəsilə ödənilən 1000 manat pul vəsaitinin qəbzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya Agentliyindən daxil olmuş məktuba əlavə edilmiş əlillik vəziyyətləri barədə tərtib olunmuş cədvəl və nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemindən X12 barəsində çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar