Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1449/2025 09.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X9, Zərərçəkmiş şəxs9, Müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Elbruz oğlunun, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Yevlax şəhəri, Rəşid Behbudov küçəsi, ev 19-da qeydiyyatda olan, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs halında özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs1 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarını qazanıb "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 4 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla 07 sentyabr 2023-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "Oskar" şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs1 tanışı Şahid2 vasitəsi ilə ona göndərdiyi 3000 manat, 09 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 434 nömrəli ünvanında yerləşən "Daşfırın" restoranında 14000 manat, Zərərçəkmiş şəxs1 tərəfindən 20 dekabr 2023-cü il tarixdə saat 10:21-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən "Spar" marketdə olan terminaldan ona məxsus "Kapital banka aid 4169 7388 1701 8876 nömrəli kart hesabına köçürülmüş 1100 manat, həmin tarixdə saat 10:24-də eyni qaydada ona məxsus "xxxx"a aid 4169 7388 1701 8876 nömrəli kart hesabına köçürülmüş 900 manat, 01 mart 2023-cü il tarixdə saat 22:06-da Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən "Spar" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 4169 7388 1701 8876 nömrəli kart hesabına köçürülmüş 500 manat, ümumilikdə isə 19500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı Şahid2 qohumu Şahid3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla 06 oktyabr 2023-ci il tarixdə saat 15:17-də Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, 57 nömrəli evdə Zərərçəkmiş şəxs2 tərəfindən bacanağı Şahid3 vasitəsi ilə "xxxx"a aid 523915*******6843 nömrəli kartın mobil tətbiqi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 2000 manat, 07 oktyabr 2023-cü il tarixdə saat 12:42-də Zərərçəkmiş şəxs2 tərəfindən bacanağı Şahid3 vasitəsi ilə ünvan 4 ünvanda yerləşən "Bazarstore" marketdə olan terminaldan ona məxsus "Kapital banka aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 2000 manat, 12 oktyabr 2023-cü il tarixdə saat 13:11-də Zərərçəkmiş şəxs2 tərəfindən bacanağı Şahid3 vasitəsi ilə ünvan 5 ünvanda yerləşən "Bazarstore" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 1500 manat, 17 oktyabr 2023-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 157 nömrəli ünvanda yerləşən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısında Zərərçəkmiş şəxs2 tərəfindən bacanağı Şahid3 vasitəsi ilə ona göndərdiyi 6500 manat, ümumilikdə isə 12000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda Şahid4 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Zərərçəkmiş şəxs3 etibarını qazanaraq "Midaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu. Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 tərəfindən 18 oktyabr 2023-ci il tarixdə saat 18:27-də Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən "Bravo" supermarketdə olan terminaldan ona məxsus "Kapital bank”a aid ********** nömrəli kart hesabına köçürülmüş 9000 manat, 23 yanvar 2024-cü il tarixdə saat 22:19-da Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən "Bazarstore" marketdə olan terminaldan ona məxsus "Kapital bank”a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 1200 manat, 24 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksi, ev 18, 10 nömrəli mənzildən "xxxx"a aid 416973*******9993 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 100 manat, ümumilikdə isə 10 500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Zərərçəkmiş şəxs4 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 1 otaqlı və 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 tərəfindən 23 oktyabr 2023-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində yerləşən "Zefir Mall" ticarət mərkəzində verilmiş 20000 manat, 25 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində Zərərçəkmiş şəxs4 tanışı X1 vasitəsi ilə ona göndərdiyi 3000 manat məbləğlərində pul vəsaiti aldıqdan sonra Zərərçəkmiş şəxs4 ona olan etibarından istifadə edib əmlakını ələ keçirmək niyyəti üzrə cinayətkar əməllərini davam etdirərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə əlavə 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 28 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində Zərərçəkmiş şəxs4 tanışı X1 vasitəsi ilə ona göndərdiyi 5000 manat, Zərərçəkmiş şəxs4 tərəfindən 30 oktyabr 2023-cü il tarixdə saat 16:46-da Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən "Aran" marketdə olan terminaldan ona məxsus "Kapital banka aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 1000 manat, 01 noyabr 2023-cü il tarixdə saat 12:06-da Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Nərimanov" parkından "Kapital banka aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 5000 manat, həmin tarixdə saat 18:27-də ünvan 10 ünvanda olan "xxxx"a aid terminaldan ona məxsus "Kapital banka aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 10000 manat məbləğlərində pul vəsaiti aldıqdan sonra Zərərçəkmiş şəxs4 ona olan etibarından istifadə edib əmlakını ələ kecirmək niyyəti üzrə cinayətkar əməllərini davam etdirərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə əlavə 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 tərəfindən 06 noyabr 2023-cü il tarixdə saat 11:16-da Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən "Aran" marketdə olan terminaldan ona məxsus "Kapital Banka aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 8000 manat, həmin tarixdə saat 11:24-də qeyd edilən "Aran" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 7000 manat, 21 noyabr 2023-cü il tarixdə saat 18:24-də Ucar şəhəri, ünvan 11 ünvanda yerləşən "xxxx"ın Ucar filialından ona məxsus "Kapital banka aid ********** nömrəli kart hesabına köçürülmüş 2000 manat, 22 noyabr 2023-cü il tarixdə saat 17:57-də Ucar şəhəri, ünvan 11 ünvanda yerləşən "xxxx"ın Ucar filialından ona məxsus "Kapital bank a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 10000 manat. Zərərçəkmiş şəxs4 ona olan etibarından istifadə edib əmlakını ələ keçirmək niyyəti üzrə cinayətkar əməllərini davam etdirərək Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə əlavə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs4 tərəfindən 20 dekabr 2023-cü il tarixdə saat 11:57-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Nərimanov" parkından "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*******6477 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital Bank'a aid ********** nömrəli kart hesabıma köçürülmüş 2000 manat, 15 yanvar 2024-cü il tarixdə sau 18:45-da Ucar rayonu, Bərgüşad kəndində yerləşən "Al" marketdə olan terminaldan ona məxsus "Kapital Banka aid 416973***8876 nömrəli kart hesabına köçürülmüş 5000 manat, həmin anda saat 19:00-da Ucar rayonu, Bərgüşad kəndində "xxxx"a aid 416973*******7186 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital Banka aid 16973*******8876 nömrəli kart hesabına köçürülmüş 1000 manat, 16 yanvar 2024-cü il tarixdə saat 11:10-da ünvan 10 ünvanda yerləşən Kapital Bank"a aid terminaldan ona məxsus "xxxx"a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 5050 manat, həmin tarixdə saat 11:15-də qeyd edilən "Kapital Banka aid terminaldan ona məxsus "xxxx"a aid 416973***8876 nömrəli kart hesabına köçürülmüş 450 manat, 17 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksındə Zərərçəkmiş şəxs4 tərəfindən ona verilmiş 100 manat, həmin tarixdə saat 22:46-da Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Nərimanov" parkından Zərərçəkmiş şəxs4 tərəfindən "xxxx"a aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə onun "xxxx"a aid 416973*******8830 nömrəli kart hesabına köçürülmüş 7000 manat, ümumilikdə isə 91600 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs5 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 etibarını qazanaraq “Mirdaməd” adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs5 tərəfindən 09 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində ona verilmiş hesabında 4836 manat olan "xxxx" kredit kartını və 100 manat nağd pulu, Zərərçəkmiş şəxs5 tərəfindən həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində "Azərbaycan Beynəlxalq Bank”a aid 4127*******0265 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital bank”a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 3000 manat, həmin tarixdə saat 14:42-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömrəli evdən "Azərbaycan Beynəlxalq Bank”a aid 524375*****1829 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 70 manat, 11 dekabr 2023-cü il tarixdə saat 13:57-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömrəli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*******0265 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital banka aid 416973*******8876 nömrəli karı hesabına köçürülmüş 2000 manat, 16 dekabr 2023-cü il tarixdə saat 12:49-da Bakı şəhəri, Xətai rayonu, Zığ sossesi, 179 nömrəli evdən "xxxx"a aid 523915*******7809 nömrəli kartın mobil telefonla olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital bank”a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 1000 manat, 17 dekabr 2023-cü il tarixdə saat 18:11-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömrəli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*******0265 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital banka aid ********** nömrəli kart hesabına köçürülmüş 100 manat, 24 dekabr 2023-cü il tarixdə saat 18:11-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömərli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 41270265 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital bank”a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 140 manat, 27 dekabr 2023-cü il tarixdə saat 19:52-də Bakı şəhəri. Xətai rayonu, Zığ şosesi, 179 nömrəli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*******0265 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital banka aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 1000 manat, 28 dekabr 2023-cü il tarixdə saat 13:46-da Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömərli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*******0265 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "Kapital bank a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 300 manat, 30 dekabr 2023-cü il tarixdə saat 11:28-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömrəli evdən "xxxx"a aid 548290*******0612 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 137 manat, 30 dekabr 2023-cü il tarixdə saat 14:14-də Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömərli evdən "Azərbaycan Beynəlxalq Bank"a aid 4127****0265 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 140 manat, 30 dekabr 2023-cü il tarixdə saat 18:38-də Bakı şəhəri, Xətai rayonu, X27 küçəsində yerləşən "Bravo" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 53 manat, 03 fevral 2024-cü il tarixdə saat 18:50-də Zərərçəkmiş şəxs5 tanışı Şamo Şabanov vasitəsi ilə "Leo bank"a aid mobil telefonda olan mobil tətbiqlə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 200 manat, 03 fevral 2024-cü il tarixdə saat 19:46-da Zərərçəkmiş şəxs5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən "Araz" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 200 manat, ümumilikdə isə 13276 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs6 həmin vədlərə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsünü yaratmaqla etibarını qazanmaq üçün 26 dekabr 2023-ci il tarixdə ünvan 14 ünvanda yerləşən 23 nömrəli notariat ofisində Zərərçəkmiş şəxs6 ilə borc müqaviləsi bağlamaqla etibarından sui-istifadə edərək bu adla həmin vaxt notariat ofisində sonuncudan 15000 manat aldıqdan sonra Zərərçəkmiş şəxs6 ona olan etibarından istifadə edib əmlakını ələ keçirmək niyyəti üzrə cinayətkar əməllərini davam etdirərək sonuncuya Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə əlavə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs6 tərəfindən 26 yanvar 2024-cü il tarixdə saat 18:54-də Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 111, 56 nömrəli mənzildə mobil telefonunda olan ***-***-**-** nömrəli M10 mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 1000 manat, həmin tarixdə saat 18:58-də eyni qaydada köçürülmüş 3000 manat və həmin tarixdə saat 19:02-də eyni qaydada köcürülmüş 3500 manat, ümumilikdə isə 22500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs7 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Zərərçəkmiş şəxs7 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 3 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 04 yanvar 2024-cü tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 179 nömrəli evdə Zərərçəkmiş şəxs7 tanışı Zərərçəkmiş şəxs5 vasitəsi ilə "Azərbaycan Beynəlxalq Bank"a aid 4127*******0265 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 1000 manat, Zərərçəkmiş şəxs7 tərəfindən 06 yanvar 2024-cü il tarixdə saat 17:53-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, 08 nömrəli mənzildən "xxxx"a aid 416973*******4492 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 15000 manat, 10 yanvar 2024-cü il tarixdə saat 12:05-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, 08 nömrəli mənzildən "xxxx"a aid 416973*******4254 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 3000 manat, 19 yanvar 2024-cü il tarixdə saat 22:38-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, 08 nömrəli mənzildən "xxxx"a aid 416973*******4254 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 300 manat, 31 yanvar 2024-cü il tarixdə saat 16:57-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, 08 nömrəli mənzildən "xxxx"a aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 400 manat, həmin tarixdə saat 18:21-də eyni ünvandan "xxxx"a aid 416973*******4254 nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 600 manat, 04 fevral 2024-cü il tarixdə saat 12:43-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 67, 08 nömrəli mənzildən "xxxx"a aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 1000 manat, 05 mart 2024-cü il tarixdə saat 18:03-də ünvan 15 ünvanda yerləşən "Gənclik Mall" ticarət mərkəzinin yaxınlığından "xxxx"a aid ********** nömrəli kartın mobil telefonda olan mobil tətbiqi vasitəsi ilə ona məxsus "xxxx"a aid 416973*******8876 nömrəli kart hesabına köçürülmüş 1000 manat, ümumilikdə isə 21500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda özünü X10 nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Xaliq Əliyevin etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 4 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Xaliq Əliyev tərəfindən 20 fevral 2024-ci il tarixdə saat 18:14-də Bakı şəhəri, ünvan 16 ünvanda yerləşən "Araz" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973******8876 nömrəli kart hesabına köçürülmüş 13000 manat, həmin tarixdə saat 18:30-də Bakı şəhəri, ünvan 16 ünvanda yerləşən "Araz" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973******1347 nömrəli kart hesabına köçürülmüş 15000 manat, ümumilikdə isə 28000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs ilə öz aralarında bölüb zərərçəkmiş şəxs Xaliq Əliyevə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "Mirdaməd" adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib heç bir səlahiyyəti olmadığı halda əvvəllər tanıdığı Şahid2 vasitəsi ilə tanış olduğu X2 özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyatçısı kimi təqdim etməklə Zərərçəkmiş şəxs9 etibarını qazanaraq "Mirdaməd" adlı qrup üzvü tərəfindən ona göstərilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 nömrəli ünvanda Yerləşən Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən inşa olunmuş "Yasamal" yaşayış kompleksində güzəştli şərtlərlə 2 otaqlı sosial mənzilin alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs9 tərəfindən 28 mart 2024-cü il tarixdə saat 18 radələrində ünvan 18 yaşayış binasının qarşısında ona verilmiş 8000 manat, Zərərçəkmiş şəxs9 tərəfindən 30 mart 2024-ci il tarixdə saat 13:17-də ünvan 17 ünvanda yerləşən "Tamstore" marketdə olan terminaldan ona məxsus "xxxx"a aid 416973******8876 nömrəli kart hesabına köcürülmüş 1000 manat, 13 aprel 2024-ci il tarixdə saat 20:28-də ünvan 17 ünvanda yerləşən "Tamstore" marketdə olan terminaldan onun bildirdiyi "Azərbaycan Beynəlxalq Bank"a aid BA***TSSE*** OG** adlı kart hesabına köçürülmüş 37 manat, ümumilikdə isə 9037 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək istintaqa şəxsiyyəti məlum olmayan "Mirdaməd" adlı şəxs və digər qrup üzvləri ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022ci ilin oktyabr ayından Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 157 nömrəli ünvanda yerləşən 3 saylı ASAN xidmətdə könüllü olaraq işə qəbul olunmuş və həmin xidmətdə 3 ay qeydiyyatçı olaraq işləmişdir. 2022-ci ilin dekabr ayında 3 saylı ASAN xidmətin Notariat ofisinə Mirdaməd adlı şəxs tez-tez gəlib-gedirmiş. Həmin ərəfədə onunla münasibəti yaranmışdır. Mirdaməd ondan soruşmuşdur ki, nə işlə məşğuldur və maaşı nə qədərdir? O da bildirmişdir ki, könüllü olaraq qeydiyyatçı işləyir, əgər 3 saylı ASAN xidmətə işə qəbul olunsa, 300-400 manat maaş alacaq. O, Mirdaməddən soruşmuşdur ki, nə üçün tez-tez notariat ofisinə gəlir? Mirdaməd ona bildirmişdir ki, sosial mənzillərin satışı ilə məşğuldur. Mirdaməd ona təklif etmişdir ki, əgər mənzil satmaq üçün müştəri tapsa, hər müştəriyə görə ona 5000-7000 manat qazanc verəcək. O, soruşmuşdur ki, həmin mənzillər harada yerləşir? Mirdaməd ona bildirmişdir ki, həmin mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici dairə yolu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal yaşayış kompleksində yerləşir. O, şərtlərlə maraqlanmışdır. Mirdaməd bildirmişdir ki, şəxsin aylıq maaşı olmalı və adına kredit olmamalıdır. Bundan sonra o, həmin mənzillərə müştəri axtarmağa başlamışdır. Hətta “Tiktok” sosial şəbəkəsində “@əmlakaz_” adlı səhifə açmış və həmin səhifədə Bakı səhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış kompleksində mənzillərin satışını reklam etməyə başlamışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində tanışı Şahid2 ona demişdir ki, oğlu Muradın işlədiyi lombardın müştərisi Könül Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksindən 3 otaqlı mənzil almaq istəyir, Könüldən beh kimi 3000 manat pul və sənədlərin surətini almış, 3000 manatı özündə saxlamış, qalan 14000 manat pulu isə özün alarsan. Həmin gün Könül ona zəng vurub soruşmuşdur ki, Gülbəniz 3 otaqlı mənzilə görə ona 3000 manatı veribdir? O, da bildirmişdir ki, bəli, 3000 manatı alıbdır. Könül isə demişdir ki, 14000 manatı 1-2 günə düzəldib verəcəkdir. 09 sentyabr 2023-cü il tarixdə o, Gülbəniz, Könül və Rahim adlı şəxslə “Daşfırın” restoranında görüşmüş və Könül Gülbəniz və Rahimin yanında ona 14000 manat vermişdir. O, Könüldən pulu alaraq demişdir ki, 2 aya 3 otaqlı mənzil veriləcəkdir. Söhbət əsnasında Könül ondan soruşmuşdur ki, satdıq 4 otaqlı mənzil olurmu? O da demişdir ki, satdıq 4 otaqlı mənzil var və 19000 manata təşkil edir. Könül ondan mənzilin qiyməti barədə soruşmuş, o da bildirmişdir ki, 4 otaqlı mənzil 125000 manatdır, 13 il 6 aya 570 manat ödəmək lazımdır, 19000 manatın mənzilin qiymətinə heç bir aidiyyəti yoxdur. Könül razılıq vermiş və demişdir ki, mənzili təşkil etsin, 2000 manatı göndərəcəkdir. 2023-cü ilin dekabr ayının ortalarında o, Könülə zəng vurub demişdir ki, 4 otaqlı mənzil hazırdır. Könül isə demişdir ki, ona 2000 manat göndərəcək. O, da Könülə özünə məxsus 4169 7388 1701 8876 nömrəli kart nömrəsini göndərmiş, 20 dekabr 2023-cü il tarixdə saat 10:30 radələrində Könül ona iki qəbzin şəklini göndərmişdir. Həmin qəbzlərin birində onun kart hesabına 1100 manat, digərində isə eyni qaydada 900 manat köçürüldüyünü görmüşdür. Könül ondan soruşmuşdur ki, neçə müddətə 4 otaqlı mənzil veriləcək? O, da demişdir ki, bir ay müddətinə 4 otaqlı mənzil təhvil veriləcəkdir. 01 mart 2024-cü il tarixdə o, sosial şəbəkədə Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksində 4 otaqlı kirayə mənzil tapmış və Könülə bildirmişdir ki, onun 4 otaqlı mənzili hazırdır, 500 manat göndərsin, sənədləşmə işini görəcəkdir. Könül razılıq vermiş və həmin gün saat 22:10 radələrində onun kart hesabına 500 manat köçürmüş və qəbzin şəklini göndərmişdir. Səhəri günü Könül Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksinə gəlmiş, o isə kirayə götürdüyü 4 otaqlı mənzili Könülə göstərmişdir. Könül demişdir ki, mənzilin sənədi olmasa, həmin mənzili götürməyəcək. O, da demişdir ki, narahat olmasın, 1-2 günə sənəd məsələsini düzəldəcək. Könül ondan mənzilin sənədlərini soruşanda, o hər dəfə müxtəlif bəhanələr etmiş və bildirmişdir ki, tez bir zamanda sənədlər veriləcək. Bundan başqa, 2023-cü ilin oktyabr ayının əvvəllərində Şahid2 qohumu Şahid3 ona demişdir ki, bacanağı MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir. O, da Vüqara demişdir ki, 2 otaqlı mənzilin ümumi qiyməti 59500 manatdır, 13 il 6 ay müddətinə ayda 350 manatdır, 12000 manat versin, həmin mənzili təşkil edəcəkdir. Lakin bu 12000 manat mənzilin qiymətinə aid deyildir. Vüqar razılıq vermiş və 06 oktyabr 2023-cü il tarixdə onun göndərdiyi kart hesabına 2000 manat, 07 oktyabr 2023-cü il tarixdə yenə 2000 manat, 12 oktyabr 2023-cü il tarixdə isə 1500 manat köçürmüşdür. 17 oktyabr 2023-cü il tarixdə Vüqar ona zəng vuraraq demişdir ki, bacanağının mənzili üçün ona 6500 manat verməlidir. O, da demişdir ki, başqa yerdədir, həmin 6500 manatı Gülbənizə versin, ondan götürəcəkdir. Vüqar razılıq vermiş və o, Gülbənizə zəng vuraraq demişdir ki, Vüqar bacanağının mənzilinə görə sənə 6500 manat verəcəkdir, həmin puldan 2000 manatı sənindir. Gülbəniz razılıq vermiş və həmin gün o, Gülbənizlə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Oskar” şadlıq sarayının qarşısında görüşmüşdür. Gülbəniz ona 4500 manat vermişdir. Həmin puldan heç kimə verməmişdir. Bundan başqa, 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində fəhlə işləyən Elvin adlı şəxs ona bildirmişdir ki, onun nömrəsini Səbuhi adlı şəxsə veribdir, o, MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir. 18 oktyabr 2023-cü il tarixdə Səbuhi adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, 9000 manat düzəltmişdir, 2 otaqlı mənzil almaq istəyir. O isə yalandan Səbuhi adlı şəxsə 2 otaqlı mənzil təşkil edəcəyini demiş və 4169 7388 1701 8876 nömrəli kart nömrəsini WhatsApp vasitəsilə göndərmişdir. Səbuhi WhatsApp vasitəsilə şəxsiyyətini təsdiq edən sənədin şəklini ona göndərmişdir. Həmin gün Səbuhi onun kart hesabına 9000 manat köçürmüşdür. 23 yanvar 2024-cü il tarixdə o, Səbuhi adlı şəxsə zəng vuraraq yalandan demişdir ki, mənzil məsələsi düzəlib və mənzili onun adına sənədləşdirmək üçün 1500 manat lazımdır. Səbuhi ona demişdir ki, bu gün 1200 manat, sabah isə 300 manat köçürəcək. O, razılıq vermiş və həmin gün Səbuhi onun kart hesabına 1200 manat köçürmüş, qəbzin şəklini də göndərmişdir, 24 yanvar 2024-cü il tarixdə Səbuhi eyni qaydada onun kartına 300 manat köçürmüş və qəbzin şəklini göndərmişdir. Daha sonra Səbuhi ondan mənzili tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Səbuhi pulunu geri istəmiş, lakin o, 10500 manatı qaytara bilməmişdir. Bundan başqa, 2023-cü ilin oktyabr ayının axırlarında Şahid2 ona demişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində olan bağ evində usta kimi işləyən və həmin bağda yaşayan Elxan usta Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksində mənzillər barədə onunla danışmaq istəyir. O, razılıq vermiş və Gülbəniz ona demişdir ki, Elxan ustanın pulu vardır, ona mənzillərin qiymətini artıq desin, o, da mənzillərə görə aldığı puldan ona hörmət etsin. O, razılaşmış və həmin gün MİDA yaşayış kompleksində olan restoranda o, Gülbəniz və Elxan görüşmüşdür. Elxan Yasamal rayonu MİDA yaşayış kompleksində satılan mənzillərin şərtləri ilə maraqlanmışdır. O, Elxana demişdir ki, MİDA yaşayış kompleksində 1 otaqlı mənzilin təşkil olunması üçün 7000 manat, 2 otaqlı mənzilin təşkil olunması üçün 12000-14000 manat, 3 otaqlı mənzilin təşkil olunması üçün 18000 manat və 4 otaqlı mənzilin təşkil olunması üçün 20000-24000 manat tələb olunur, ancaq həmin pullar mənzilin ödənişinə aidiyyəti yoxdur, sadəcə olaraq bu pullar xidmət haqqı kimi alınır. Elxan ona demişdir ki, rayondan usta işi götürmüşdür, bir həftəyə işi yekunlaşdırıb xidmət haqqını alacaq və sonra onunla əlaqə saxlayacaqdır. Həmin vaxt Elxan onun istifadəsində olan ***-***-**-** nömrəsini götürmüşdür. 01 noyabr 2023-cü il tarixdə Elxan ona zəng vuraraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksindən 3 otaqlı mənzil almaq istəyir, nə edəcəyini soruşmuşdur. O, Elxana demişdir ki, pulu və sənədləri Gülbənizə versin. Elxan demişdir ki, pulu və sənədləri ona vermək istəyir. O da Elxana demişdir ki, kart hesabını ona göndərəcək, pulu həmin karta, köçürsün, sənədləri isə Gülbənizə təqdim etsin. Elxan bildirmişdir ki, 3 otaqlı mənzili həyat yoldaşının adına almaq istəyir, onun şəxsiyyət vəsiqəsinin surətini Gülbənizə verəcəkdir. 01 noyabr 2023-cü il tarixdə Elxan onun kart hesabına əvvəlcə 5000 manat, bir neçə saat sonra isə əlavə olaraq 10000 manat, ümumilikdə 15000 manat köçürmüş və bu barədə ona zəng vuraraq məlumat vermişdir. O da təsdiq etmişdir ki, 15000 manat kart hesabına köçürülüb. Həmin vaxt Elxan ona demişdir ki, bacısı da MİDA yaşayış kompleksindən 3 otaqlı mənzil almaq istəyir. O, Elxana demişdir ki, 3 otaqlı mənzili 15000 manata təşkil edə bilər. Həmin gün axşamı o, Gülbənizlə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən mənzilə getmiş və Elxandan aldığı 15000 manatdan 2000 manatını müştəri gətirdiyi üçün Gülbənizə vermiş, Gülbənizdən borca aldığı 1000 manatı ona qaytarmışdır. O, Gülbənizə bildirmişdir ki, Elxan bacısı üçün də 3 otaqlı mənzil istəyir. Gülbəniz ona demişdir ki, Elxandan pul alanda ona 3000 manat verər. O, razılaşmış və həmin puldan heç kimə verməmişdir. Təxminən 4-5 gün sonra Elxan ona zəng vuraraq demişdir ki, iki bacısının şəxsiyyət vəsiqəsinin surətini Gülbənizə göndərəcək, hansının adına alınsa, fərq etməz. O, razılıq vermiş və 06 noyabr 2023-cü il tarixdə Elxan onun kart hesabına əvvəlcə 8000 manat, bir neçə dəqiqə sonra isə əlavə olaraq 7000 manat köçürmüş, ümumilikdə 15000 manat köçürülmüşdür. Elxan ona zəng vuraraq pulun çatıb-çatmadığını soruşmuş, o da təsdiq etmişdir ki, kart hesabına 15000 manat daxil olmuşdur. Bir gün sonra o, Gülbənizlə Murada verdiyi 2 otaqlı mənzildə görüşmüş və həmin 15000 manatdan 3000 manatını müştəri gətirdiyi üçün Gülbənizə vermişdir. Təxminən 15 gün sonra Elxan ona zəng vuraraq demişdir ki, oğlunu evləndirir və ona da MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir. O, Elxana demişdir ki, ipotekanı ödəyə bilmədiyi üçün imtina olunmuş 2 otaqlı mənzil var və həmin mənzili 12000 manata təşkil edə bilər. Elxan bildirmişdir ki, oğlu gəlib sənədinin surətini ona təqdim edəcəkdir. O, razılaşmış və bu barədə Gülbənizə məlumat vermişdir. 21 noyabr 2023-cü il tarixdə o, MİDA yaşayış kompleksi, 29 nömrəli evin qarşısında Gülbəniz və Elxanın oğlu ilə görüşmüş, Elxanın oğlu öz sənədinin surətini ona təqdim etmişdir. Bundan sonra Elxan onun kart hesabına 2000 manat köçürmüş və bu barədə zəng vuraraq dəqiqləşdirmişdir. O da təsdiq etmişdir ki, 2000 manat kart hesabına daxil olmuşdur. Həmin vaxt o və Gülbəniz MİDA yaşayış kompleksində bankomatdan 2000 manatı çıxarıb Gülbənizə vermiş və ona demişdir ki, Elxan sabah 10000 manat göndərəcək, problem olmaz? Gülbəniz bildirmişdir ki, problem yoxdur. 22 noyabr 2023-cü il tarixdə Elxan onun kart hesabına 10000 manat köçürmüş və zəng vuraraq dəqiqləşdirmişdir. O da təsdiq etmişdir ki, 10000 manat kart hesabına daxil olmuşdur. O, həmin puldan heç kimə verməmişdir, 20 dekabr 2023-cü il tarixdə o, sosial şəbəkədə Yasamal rayonu MİDA yaşayış kompleksində ev 1, 2-ci mərtəbədə yerləşən kirayə 2 otaqlı mənzil tapmış və həmin gün həmin mənzili Elxan və Gülbənizə göstərmiş, kommunal kartlarını da Elxana təqdim etmişdir. Elxan ona bildirmişdir ki, bu kartlar başqa şəxsin adınadır. O da demişdir ki, bir müddət sonra mənzili və kartları onun adına keçirəcək, bunun üçün 2000 manat tələb olunur. Elxan mənzilin açarını və kommunal kartları götürmüş və həmin vaxt mobil tətbiq vasitəsilə onun kart hesabına 2000 manat köçürmüşdür. Həmin mənzilə Elxanın ailəsindən heçkim köçüb yaşamamışdır. 15 yanvar 2024-cü il tarixdə Gülbəniz ona demişdir ki, Murad və Nicat evdə deyillər, qonşuya faizə pul verməlidir, əgər Elxan onun kart hesabına 5000 manat köçürsə, olar? O, Gülbənizə bildirmişdir ki, əlavə olaraq 1000 manat da onun üçün alsın, Elxan sənədlər üçün pul verəndə pulu qaytaracaqdır. Gülbəniz razılaşmış və Elxana onun kart nömrəsini vermiş, həmin gün saat 19 radələrində Elxan əvvəlcə 5000 manat, sonra isə 1000 manat kart hesabına köçürmüşdür. O, Gülbənizlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" terminalının yanına getmiş və kart hesabından 5000 manat çıxarıb Gülbənizə vermişdir. 16 yanvar 2024-cü il tarixdə ona pul lazım olduğuna görə Elxana zəng vuraraq demişdir ki, həyat yoldaşı və bacısı üçün verilmiş 2 ədəd 3 otaqlı mənzilin sənədlərinin hazırlanması üçün 6000 manat tələb olunur. Elxan ona razılıq vermiş və həmin gün Elxan onun kart hesabına əvvəlcə 5050 manat, bir neçə dəqiqə sonra isə əlavə olaraq 450 manat köçürmüş və zəng vuraraq dəqiqləşdirmişdir. O da təsdiq etmişdir ki, 5500 manat kart hesabına daxil olmuşdur. Həmin puldan heç kimə verməmişdir. 17 yanvar 2024-cü il tarixdə o, Elxana WhatsApp proqramı vasitəsilə yazaraq soruşmuşdur ki, bir ay müddətinə 7000 manatı faizə verə bilərmi? Elxan razılıq verib demişdir ki, 7000 manatın üzərinə 3000 manat əlavə edərək verə bilər. O, razılaşmış və həmin gün saat 23 radələrində Elxan onun kart hesabına 7000 manat köçürmüşdür. Bir müddət sonra Elxan ondan mənzillərin sənədlərini tələb etmiş, o isə verə bilmədiyi üçün 2 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı mənzilə görə verilmiş pulları geri istəmişdir. O isə Elxana pulları qaytaracağına söz vermiş, lakin qaytara bilməmişdir. Bundan başqa, 08 dekabr 2023-cü il tarixdə Şahid2 ona zəng vuraraq demişdir ki, onun qohumu Yeganə adlı qadın Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir, o da ilkin ödəniş kimi 13000 manat demiş, sabah MİDA yaşayış kompleksinə gəlib mənzillərə baxacaq. O, razılıq vermiş və demişdir ki, 13000 manat ona versə, 3000 manat sənə qalar. 09 dekabr 2023-cü il tarixdə Gülbəniz ona zəng vuraraq demişdir ki, Yeganə ilə birlikdə Murada satdığı mənzildədir, ora gələ bilərmi? O, razılıq vermiş və qeyd olunan mənzilə getmişdir. Orada Gülbəniz və Yeganə ilə görüşmüşdür. Yeganə ona demişdir ki, 2 otaqlı mənzil almaq istəyir. O, razılıq vermiş, Yeganə isə Gülbənizin yanında "xxxx" kartını və 100 manat təqdim etmişdir ki, həmin kartda 4836 manat vardır. O, həmin kartı və 100 manatı götürmüşdür. Yeganə ondan kart nömrəsini soruşduqda, o, 4169*******8876 nömrəli kart hesabını vermiş və həmin vaxt kart hesabına 3000 manat köçürmüşdür. Yeganə demişdir ki, əlavə 5000 manatı da borc-xərc edib verəcəkdir. Həmin gün ayrıldıqdan sonra o, Yeganəyə demişdir ki, 70 manat da göndərsin, 8000 manat tam olsun. Yeganə razılaşmış və həmin gün kart hesabına 70 manat göndərmişdir. 11 dekabr 2023-cü il tarixdə Yeganə ona zəng vuraraq soruşmuşdur ki, 2 otaqlı mənzil satışda varmı? Bildirmişdir ki, bacısının qızının əri Kənan üçün istəyir. O isə yalan danışaraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində 2 otaqlı mənzil təcili olaraq 15000 manata satılır. Yeganə ona demişdir ki, 1000 manat beh göndərəcək ki, həmin mənzili saxlasın. O, razılıq vermiş və həmin gün Yeganə onun kart hesabına öz mənzili üçün 2000 manat göndərmişdir. 04 yanvar 2024-cü il tarixdə isə Yeganə onun kartına 1000 manat köçürmüş və demişdir ki, bu, Kənanın 2 otaqlı mənzili üçün göndərmişdir. 06 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən “Zefir Mall” ticarət mərkəzində o, Yeganə, Yeganənin qızının əri Elvin, Yeganənin bacısı qızının əri Kənan və Kənanın dayısı oğlu ilə görüşmüşdür. O, onlara 2 otaqlı mənzilin şərtləri ilə tanış edib demişdir ki, ilkin olaraq 15000 manat, bu məbləğ mənzilin ümumi ödənişinə aid deyil, mənzilin ümumi qiyməti 59500 manatdır, 180 ay müddətinə aylıq ödəniş 298 manat təşkil edir. Kənan razılıq vermiş və həmin vaxt onun kart hesabına 15000 manat köçürmüşdür. O, pulu aldığına dair qəbz tərtib etmiş və həmin qəbzə özü, Yeganə, Kənan, Elvin və Cavid adlı şəxs imza etmişlər. Kənan, Elvin və Cavid getdikdən sonra Yeganə ona demişdir ki, 1000 manatı geri versin, çünki əvvəldən ona beh göndərmişdir. O, razılıq vermiş və 1000 manatı Yeganəyə qaytarmışdır. O, Kənandan mənzil adı ilə aldığı 20000 manatdan yalnız 1000 manatını Yeganəyə qaytarmış, qalan məbləği Kənana qaytarmamışdır. 10 yanvar 2024-cü il tarixdə Kənan ona zəng vuraraq demişdir ki, 2 otaqlı yox, 3 otaqlı mənzil almaq istəyir. O, razılıq vermiş və demişdir ki, 3 otaqlı mənzil üçün ilkin ödəniş 20000 manatdır. Kənan razılaşmış və həmin gün onun kart hesabına 3000 manat köçürmüşdür. 25 yanvar 2024-cü il tarixdə o, Kənana demişdir ki, kommunal kartların onun adına keçirilməsi üçün 137 manat göndərsin. Kənan razılıq vermiş və həmin gün onun kart hesabına 137 manat köçürmüşdür. 31 yanvar 2024-cü il tarixdə Kənan 3 otaqlı mənzilə görə əlavə olaraq 1000 manat, 04 fevral 2024-cü il tarixdə isə yenə 1000 manat köçürmüşdür. Bundan başqa, 24 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs5 ona zəng vuraraq demişdir ki, qonşuları Nərminə onun nömrəsini vermiş, Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyirlər, o da onlara 2 otaqlı mənzilin alınması üçün 15000 manat demişdir və ondan da bu məbləği təsdiqləməsini istəmişdir. O, Yeganəyə razılıq vermişdir. Həmin gün Nərmin ona zəng vuraraq Bakı şəhəri, Yasamal rayonu MİDA yaşayış kompleksində yerləşən 2 otaqlı mənzillə maraqlanmış və o da demişdir ki, MİDA yaşayış kompleksində yerləşən “Zefir Mail” ticarət mərkəzinə gəlsinlər, orada görüşüb söhbət etsinlər. Nərmin həyat yoldaşı ilə birlikdə “Zefir Mall” ticarət mərkəzinə gəlmiş və o, Nərmin və ərinə demişdir ki, 2 otaqlı mənzilin təşkil olunması üçün 15000 manat verməlidir. Nərmin və əri razılaşmış və demişlər ki, 15000 manat məbləğini 1-2 gün ərzində düzəldib xəbər edəcəklər. 26 dekabr 2023-cü il tarixdə Nərmin ona zəng vuraraq bildirmişdir ki, pulu hazırlayıb, hansı formada verməli olduğunu soruşmuşdur. O da bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən 23 saylı notariat ofisinə gəlsinlər və orada borc müqaviləsi əsasında 15000 manat pulu təqdim etsinlər. Həmin gün Nərmin həyat yoldaşı ilə birlikdə 23 saylı notariat ofisinə gəlmiş, 8900 ABŞ dollarının 13500 manatını dəyişmiş və onunla Nərmin arasında borc müqaviləsi bağlanmışdır. Nərmin qalan 1500 manatı isə ABŞ dolları formasında təqdim etmişdir. O, Nərminə bildirmişdir ki, 2 ay müddətinə mənzil təhvil veriləcəkdir. 25 yanvar 2024cü il tarixdə ona pul lazım olduğu üçün Nərminə zəng vuraraq bildirmişdir ki, MİDA yaşayış kompleksində 2 otaqlı mənzildən imtina olunmuş və həmin mənzilin təşkil olunması üçün 7500 manat vermək lazımdır. Nərmin razılıq vermiş və 26 yanvar 2024-cü il tarixdə ona zəng vuraraq 7500 manatı necə təqdim etməli olduğunu soruşmuşdur. O da demişdir ki, kart nömrəsi göndərəcək, həmin karta köçürsün. Nərmin razılaşmış və həmin gün saat 19 radələrində ona zəng vuraraq demişdir ki, “M10” nömrəsi vasitəsilə 7500 manat göndərmişdir. Bir müddətdən sonra Nərmin ondan 2 ədəd 2 otaqlı mənzillə bağlı soruşmuş, o, hər dəfə müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, mənzillər tez bir zamanda veriləcək. Nərmindən aldığı 22500 manat puldan Nərminə qaytarmamışdır. Bundan başqa, 20 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində olduğu zaman təsadüfən Xalid adlı şəxslə rastlaşmış və Xalid ondan MİDA yaşayış kompleksində mənzillərlə maraqlanmışdır. Həmin vaxt o, “Bolt” şirkətindən taksi sifariş vermişdir ki, evə getsin. Xalidə demişdir ki, 3 saylı ASAN xidmətin əməkdaşıdır və MİDA yaşayış kompleksində imtina olunan mənzillərin növbəli şəkildə satışını həyata keçirirlər. Xalid 4 otaqlı mənzillə maraqlanmış və o, Xalidə bildirmişdir ki, 28000 manat ödəniş olunmalıdır. Xalid razılaşmış və bildirmişdir ki, o qədər pulu üzərində daşımır, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yaşayır, ora gedib pulu götürəcək və onun kartına göndərəcəkdir. O, razılaşmış və “WhatsApp” vasitəsilə Xalidə 416973****1347 və 416973****8876 nömrəli kart hesablarını göndərmişdir. Həmin vaxt sifariş etdiyi taksi gəlmişdir və o, taksi sürücüsünə demişdir ki, Xalid ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinə getsin və oradan MİDA kompleksinə qayıtsın. Taksi sürücüsü razılaşmış və Xalid ilə birlikdə getmişdir. Həmin gün saat 18:20 radələrində Xalid ona zəng vuraraq bildirmişdir ki, hər iki kart hesabına ümumilikdə 28000 manat köçürmüşdür. O, mobil tətbiq vasitəsilə yoxlamış və kart hesabına köçürülmüşdür. Təxminən 30-40 dəqiqə sonra Xalid taksi sürücüsü ilə birlikdə geri qayıtmış və o, sürücüyə 50 manat verərək yola salmışdır. Daha sonra Xalidə Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində kirayə götürdüyü bina 4, 2-ci mərtəbədə yerləşən 4 otaqlı mənzili göstərmiş və bildirmişdir ki, bu mənzil onun adına sənədləşdiriləcəkdir. Bir müddət sonra Xalid ona zəng vuraraq demişdir ki, mənzil nə vaxt onun adına sənədləşdiriləcək. O isə demişdir ki, 3 saylı ASAN xidmət təmirə dayanıb, ona 4 saylı ASAN xidmətdən zəng gələcəkdir. Bu söhbətlər mart ayının sonlarına qədər davam etmişdir. Bundan sonra Xalid ondan 28000 manat pulu geri tələb etməyə başlamışdır. 2024-cü ilin aprel ayında o, Daşqın Ağayevdən əvvəlcə 5000 manat, daha sonra isə əlavə olaraq 4000 manat alaraq Xalidə qaytarmışdır. 2024-cü ilin iyun ayında isə borc taparaq 2000 manat da qaytarmışdır. Bundan başqa, 27 mart 2024-cü il tarixdə Şahid2 ona zəng vurub demişdir ki, tanışı Nərgiz Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksindən 2 otaqlı mənzil almaq istəyir və əlində 8000 manat vardır. O, Gülbənizə demişdir ki, imtina olunmuş 2 otaqlı mənzil vardır və onu təşkil edə bilər. Gülbəniz isə soruşmuşdur ki, müştəri üçün ona nə verə bilər. O isə demişdir ki, 1000 manat verəcək. Gülbəniz razılaşmış və 28 mart 2024-cü il tarixdə o, sosial şəbəkə vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən ev 17, 6-cı mərtəbə, 2-ci blok, 18 nömrəli 2 otaqlı mənzili kirayə götürmüşdür. Çünki bilirmişdir ki, Nicata satdığı mənzilə əsl sahibi gələcək və Nicatı çıxaracaqdır. Həmin gün həmin mənzildə olduğu zaman Gülbəniz və tanışı Nərgiz ora gəlmişlər. Nərgiz ondan 2 otaqlı mənzilin şərtlərini soruşmuş, o isə demişdir ki, bu mənzili 11000 manata təşkil edə bilər. Nərgiz isə demişdir ki, 2-ci qrup əlildir, güzəşt olunmasını istəyir. O, razılaşmış və demişdir ki, 9000 manata təşkil edə bilər. Nərgiz razılaşmış və demişdir ki, evdə 8000 manat pulu vardır, onu verəcək, qalan 1000 manatı isə bir neçə günə təqdim edəcək. O, razılaşmış, onlar birlikdə taksiyə əyləşmiş və ünvan 18 ünvana getmişlər. Nərgiz taksidən düşüb demişdir ki, evdən pulu götürüb gəlir. O isə taksi sürücüsünə demişdir ki, gözləsin, Yasamal rayonuna qayıdacaq. Bir neçə dəqiqədən sonra Nərgiz geri qayıtmış və Gülbənizin yanında ona 8000 manat təqdim etmişdir. Nərgiz onların yanından ayrılmadığı üçün o, taksiyə tək əyləşmiş və MİDA kompleksinə qayıdarkən Gülbəniz ona zəng vuraraq soruşmuşdur ki, pulu götürüb hara gedir? O isə cavabında bildirmişdir ki, Nərgizin yanında pulu necə versin? Kart nömrəsi göndərsin, həmin karta 1000 manat köçürəcəkdir. Bir neçə dəqiqədən sonra Gülbəniz oğlu Nicatın kart nömrəsini göndərmiş və o, xatırlamadığı bir yanacaq doldurma məntəqəsinin terminalından Nicatın kart hesabına 1000 manat köçürmüş, qəbzin şəklini də Gülbənizə göndərmişdir. 29 mart 2024-cü il tarixdə ona pul lazım olduğu üçün Nərgizə zəng vurub demişdir ki, ilkin ödənişdən 1000 manat borcu qalıbdır. Nərgiz isə demişdir ki, borc-xərc edib sabah təqdim edəcəkdir. O da razılaşmış və Nərgizə 4169-7388-1701-8876 nömrəli kart hesabını göndərmişdir. 30 mart 2024-cü il tarixdə Nərgiz onun kart hesabına 1000 manat köçürmüşdür, 13 aprel 2024-cü il tarixdə o, Nərgizə zəng vuraraq yalandan demişdir ki, kommunal xərclərə görə 137 manat ödənilməlidir. Nərgiz demişdir ki, 137 manat pulu yoxdur. O isə cavabında demişdir ki, 100 manat onun əvəzinə ödəyəcək, 37 manatı isə göndərilən karta köçürsün. Nərgiz razılaşmış və həmin gün onun göndərdiyi karta 37 manat köçürmüşdür. Bundan sonra Nərgiz ona zəng vuraraq demişdir ki, pulu geri qaytar, ev istəmir. O isə ona yalandan demişdir ki, satılmış evi başqa şəxsə satacaq və pulunu geri qaytaracaq. O, Nərgizdən 2 otaqlı mənzilə görə aldığı 9037 manat puldan Nərgizə qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə ünvan 19 ünvanda yerləşən “Sizin” adlı lombarda qızıllarını girov qoyub pul götürən zaman orada mütəxəssis işləyən Murad Qəhrəmanovla tanış olmuşdur. Murad Qəhrəmanov anasının Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yaşayış kompleksində 3 ədəd mənzil aldığını və hər mənzilə görə aylıq pul ödədiyini bildirmişdir. Daha sonra o, Muradın anası Şahid2 ilə əlaqə saxlamış və mənzil əldə etməyin şərtləri ilə maraqlanmışdır. Gülbəniz ona hazırda satışda olan 3 və 4 otaqlı mənzillər barədə məlumat vermişdir. O, Gülbənizə 4 otaqlı mənzil istədiyini dedikdə Gülbəniz ona ilkin olaraq 17000 manat ödəməli olduğunu, daha sonra isə aylıq olaraq 420 manat ödəməli olduğunu bildirmişdir. O, Gülbənizdən kiminlə əlaqə saxlamaq lazım olduğunu soruşduqda Gülbəniz ona Təqsirləndirilən şəxs telefon nömrəsini vermişdir. Maya ilə danışdıqda isə Maya Gülbənizin dediklərini təsdiqləmişdir. 6 sentyabr 2023-cü il tarixdə Gülbəniz ona zəng vuraraq onun adına Azərbaycan Beynəlxalq Bankında ipoteka krediti açılması üçün Mayanın 3000 manat pul və lazımi sənədləri istədiyini xəbər vermişdir. O da buna razılıq verərək 07 sentyabr 2023-cü il tarixdə 3000 manat pulu və sənədləri götürərək “Sizin” adlı lombardın şöbə müdiri Rahimlə birlikdə Gülbənizlə görüşmək üçün Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq sarayının qarşısına getmişdir. O, Rahimin yanında 3000 manat pulu və özünə məxsus sənədləri Gülbənizə Mayaya çatdırması üçün vermişdir. Həmin gün gecə saatlarında Gülbəniz ona zəng vuraraq qalan pulu, yəni 14000 manatı da göndərməli olduğunu, göndərmədiyi təqdirdə istədiyi 4 otaqlı mənzilin satılacağını xəbər vermişdir. O, Gülbənizə hazırda pulunun olmadığını, qızıllarını lombarda girov qoyub qarşılığında pul götürəcəyini bildirmişdir. 08 sentyabr 2023-cü il tarixdə o, özünə məxsus olan qızılları “Sizin” lombarda girov qoyub 8000 manat götürmüş və evdə ona məxsus olan 6000 manatı da ona əlavə edib 14000 manat düzəltmişdir. 09 sentyabr 2023-cü il tarixdə o, Gülbənizlə əlaqə saxlamış, Gülbəniz ona Maya ilə Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, 434 nömrəli ünvanında yerləşən “Daşfırın” restoranında olduğunu demiş və onu da oraya dəvət etmişdir. O, tanışı Rahimlə birlikdə Gülbənizin dediyi restorana gəlmişdir. Maya 4 otaqlı mənzili 2 ay ərzində ona təhvil veriləcəyini demişdir. 2 ay sonra o, Mayaya zəng vurmuş, onunla əlaqə saxlaya bilmədikdə isə Gülbənizə zəng vurmuşdur. Gülbəniz ona narahat olmamasını, mənzilin ən yaxın zamanda təhvil veriləcəyini demişdir. Daha sonra isə Maya ilə əlaqə saxlaya bilmiş, Maya ona müxtəlif bəhanələr gətirmişdir. 2023-cü ilin dekabr ayına qədər mənzil məsələsi müxtəlif bəhanələrlə uzadılmışdır. 2023-cü ilin dekabr ayında Gülbəniz ona zəng edərək sənədlərinin təsdiqləndiyini, Maya ilə əlaqə saxlamasının zəruri olduğunu bildirmişdir. Bundan sonra o, Maya ilə əlaqə saxlamış və məsələnin mahiyyəti ilə maraqlanmışdır. Maya bildirmişdir ki, rəhbərlik dəyişdiyi üçün 2000 manat məbləğində pulun verilməsi tələb olunur. O, hazırda o qədər pulunun olmadığını, pulu düzəltdikdən sonra məlumat verəcəyini bildirmişdir. Həmin gün o, 2000 manat məbləğində borc pul almış, növbəti gün Maya ilə əlaqə saxlayaraq pulun hazır olduğunu xəbər vermişdir. Maya “WhatsApp” proqramı vasitəsilə "xxxx" ASC-yə məxsus 4169 7388 **** 8876 nömrəli bank kartının şəklini ona göndərmişdir. O, 20 dekabr 2023-cü il tarixində saat 10:21-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Spar” marketdə olan “Mpay” ödəniş terminalı vasitəsilə Mayaya məxsus kart hesabına 1100 manat məbləğində pul köçürmüşdür. Terminalın texniki imkanları səbəbindən 1 100 manatdan artıq məbləğ qəbul etmədiyinə görə, həmin gün saat 10:24-də eyni terminal vasitəsilə əlavə olaraq 900 manat məbləğində pul köçürmüşdür. Hər iki köçürməyə dair qəbzləri “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. Bundan sonra Maya ona narahat olmamasını, məsələ ilə bağlı məlumat veriləcəyini demişdir. Lakin sonradan Maya yenidən onunla əlaqə saxlayaraq əlavə olaraq 500 manat pul göndərilməsini xahiş etmiş, veriləcək mənzilin unitazının xarab olduğunu, su axıtdığını və həmin nasazlığı aradan qaldırdığını səbəb olaraq göstərmişdir. O, yenidən Maya ilə razılaşaraq 20 dekabr 2023-cü il tarixində saat 22:06-da Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Spar” marketdə olan “Mpay” ödəniş terminalı vasitəsilə Mayaya məxsus kart hesabına 500 manat məbləğində pul köçürmüş, köçürməyə dair qəbzi “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. Daha sonra Maya və Gülbəniz mənzil məsələsini qəsdən uzatmışdır. O, Maya və Gülbənizə ödənilmiş pul vəsaiti geri qaytarmalarını və ya mənzili təhvil vermələrini əks halda hüquq-mühafizə orqanlarına müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Gülbəniz, Şəhla adlı qadına məxsus mənzili Mayaya verərək kirayədə yaşamasını təmin etmiş, ona isə mənzil veriləcəyini vəd etmişdir. Lakin bundan sonra Maya hər dəfə müxtəlif bəhanələr gətirdiyi üçün o, Mayanın onu aldatdığı və pulu ələ keçirdiyi qənaətinə gəlmişdir. O, 2024-cü ilin iyun ayının ortalarında Maya barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, qohumu Zərərçəkmiş şəxs5 deməsinə əsasən öyrənmişdir ki, 3 saylı “ASAN Xidmət” mərkəzinin əməkdaşı Təqsirləndirilən şəxs güzəştli şərtlərlə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksində müxtəlif şəxslərə mənzil təşkil edir. O, uzun müddət Bakı şəhərində kirayə mənzildə yaşadığı üçün Zərərçəkmiş şəxs5 ilə əlaqə saxlamış, danışıq zamanı Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə etmişdir. Zərərçəkmiş şəxs5 bildirdiyinə görə, Təqsirləndirilən şəxs ona güzəştli şərtlərlə “MİDA” yaşayış kompleksindən mənzil təşkil etmişdir. Bu barədə Zərərçəkmiş şəxs5 ilə söhbət zamanı o da mənzil almaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs hazırda 2 otaqlı mənzili satışa çıxardığını, bu məsələ ilə bağlı Maya ilə danışacağını və həmin mənzilin təşkil edilməsi məqsədilə Mayaya beh qismində 1000 manat pul verilməsinin vacib olduğunu bildirmişdir. Bu məqsədlə o, 4 yanvar 2024-cü il tarixində Zərərçəkmiş şəxs5 bank kartına 1000 manat məbləğində pul köçürmüşdür. Zərərçəkmiş şəxs5 söhbət zamanı həmçinin bildirmişdir ki, onun qohumu Gülbəniz adlı qadın Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ümumilikdə 3 ədəd mənzil almışdır. Elə həmin gün o, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə edərək ona zəng vurmuş və özünün də Bakı şəhəri, Yasamal rayonunda yerləşən “MİDA” yaşayış kompleksindən mənzil almaq istədiyini bildirmişdir. Maya ona növbəti gün görüşməyi təklif etmişdir. O, 4 yanvar 2024-cü il tarixində saat 13 radələrində Maya ilə Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksindəki “Zefir Mall” ticarət mərkəzində görüşmüşdür. Görüş zamanı Maya bildirmişdir ki, hazırda “MİDA” yaşayış kompleksində sahəsi 70 kvadrat metr olan 2 otaqlı mənzil satışa çıxarılmışdır. Həmin mənzilin ümumi dəyərinin 60000 manat təşkil etdiyini, ilkin olaraq 15000 manat ödəniş edilməli olduğunu, qalan məbləğin isə bank vasitəsilə aylıq 300 manat olmaqla 13 il müddətinə ödəniləcəyini bildirmişdir. Bundan əlavə, Maya həmin mənzilin təşkil edilməsi qarşılığında özünə 2000 manat “zəhmət haqqı” verilməli olduğunu demişdir. Şərtlərin onun üçün əlverişli olması səbəbindən o, bu təkliflə razılaşmışdır. Maya özünə məxsus 4169 7388 1701 8876 nömrəli plastik bank kartının rekvizitlərini ona təqdim etmişdir. Bundan bir neçə gün sonra Maya ona zəng edərək “MİDA” yaşayış kompleksində təcili olaraq sahəsi 80 kvadrat metr olan 3 otaqlı mənzilin satışa çıxarıldığını xəbər vermişdir. Maya həmin mənzilin qiymətinin 75000 manat olduğunu, ilkin olaraq 20000 manat ödəniş edilməli olduğunu, qalan məbləğin isə bank vasitəsilə aylıq 350 manat olmaqla 13 il müddətinə ödəniləcəyini qeyd etmiş və bu mənzili ona təklif etmişdir. O, Mayadan vəd edilən 3 otaqlı mənzilin nə vaxt təhvil veriləcəyini soruşduqda, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixində həmin mənzilin təhvil veriləcəyini vəd etmişdir. O, bu vədə inanaraq 2024-cü ilin yanvar ayından 05 mart 2024-cü il tarixinədək müxtəlif vaxtlarda hissə-hissə olmaqla Təqsirləndirilən şəxs məxsus bank kartına ümumilikdə 20500 manat pul köçürmüşdür. Bundan əlavə o, 5 mart 2024-cü il tarixində “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında olarkən Mayanın bank kartına 200 manat məbləğində əlavə pul köçürmüşdür. Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixində 3 otaqlı mənzilin ona təhvil veriləcəyini vəd etsə də, sonradan müxtəlif bəhanələrlə vaxtı uzadaraq onu aldatmağa başlamışdır. Bu səbəbdən o, 2024-cü ilin aprel ayından etibarən Mayadan şübhələnmiş və ondan ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Maya 25 aprel 2024-cü il tarixində pul vəsaitini qaytaracağını vəd etsə də, onu aldadaraq pulunu geri qaytarmamışdır. Bir müddət sonra o, Mayanın dələduzluq əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmiş, bu səbəbdən aldadıldığına tam əmin olmuş və Maya barəsində şikayət etmək qərarına gəlmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında Şahid2 ilə söhbət zamanı sonuncu ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA”) yaşayış sahəsində iki oğluna iki sosial mənzil aldığını bildirmişdir. Həmin işdə Təqsirləndirilən şəxs adlı qadının ona köməklik etdiyini qeyd etmişdir. O, 8 dekabr 2023-cü il tarixində Zərərçəkmiş şəxs5 Şahid2 ilə yenidən əlaqə saxlamış və ona Bakı şəhərində kirayə yaşadığını, əgər oğlanları üçün aldığı mənzillərin çıxarışı varsa, həmin mənzillərdən birini almaq istədiyini bildirmişdir. Şahid2 cavab olaraq sənədlərinin olduğunu və “WhatsApp” proqramı vasitəsilə alqı-satqı müqaviləsinin şəklini göndərmişdir. O, müqaviləyə baxdıqda, alınmış mənzilin təmirli və mebellə təchiz olunduğunu görmüşdür. O, Gülbənizə mənzili ilkin ödəniş etməklə almaq istədiyini bildirmişdir. Gülbəniz isə 1 otaqlı mənzil üçün 10000 manat, 2 otaqlı mənzil üçün isə 13000 manat ilkin ödəniş edilməli olduğunu demişdir. O, Gülbənizdən bu işdə kömək edən qadına da 2 otaqlı mənzilin ilkin ödənişi və şərtləri barədə səsli mesaj göndərməsini xahiş etmişdir. Elə həmin gün Gülbəniz “WhatsApp” proqramı vasitəsilə ona səsli mesaj göndərmiş, həmin səsli mesaja qulaq asan zaman ona məlum olmuşdur ki, 1 otaqlı mənzil üçün 10000 manat, 2 otaqlı mənzil üçün 13000 manat, 3 otaqlı mənzil üçün isə 15000 manat ilkin ödəniş tələb olunur. Eyni zamanda, 2 otaqlı mənzil üçün aylıq 290 manat ödəniş nəzərdə tutulmuşdur. O, Gülbəniz ilə razılaşaraq bildirmişdir ki, evdə 3000 manat pulu vardır, Şəki şəhərində bankdan 5000 manat kredit götürəcək, qalan 5000 manatı isə borc alaraq tamamlayıb verəcəkdir. Gülbəniz bununla razılaşmışdır. Bununla əlaqədar olaraq o, 8 dekabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Şəki filialına müraciət edərək 5000 manat məbləğində kredit almaq istəmişdir. Həmin gün ona kredit kartı təqdim edilmiş və kart hesabında 4936 manat məbləğində vəsait olduğu məlum olmuşdur. O, kredit kartının işlək vəziyyətdə olub-olmadığını yoxlamaq məqsədilə "xxxx"ın Şəki filialında yerləşən terminaldan 100 manat nağd pul çıxarmış və kartın aktiv olduğunu müəyyən etmişdir. 9 dekabr 2023-cü il tarixində saat 07 radələrində Şəki şəhərindən Bakı şəhərinə gəlmiş və Şahid2 zəng edərək Bakı şəhərinə gəldiyini, mənzilə baxmaq istədiyini bildirmişdir. Gülbəniz ona “Elmlər Akademiyası” metro stansiyasının çıxışında görüşməyi təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Həmin gün saat 11 radələrində o, Gülbəniz ilə qeyd olunan ünvanda görüşmüşdür. Bundan sonra onlar Gülbənizin müşayiəti ilə marşrut avtobusu ilə Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA”) yaşayış sahəsinə gəlmişlər. Şahid2 ona oğlu Muradın aldığı 2 otaqlı mənzili göstərmişdir. O, mənzilin təmirli və mebellə təchiz olunduğunu görmüşdür. Mənzil zərərçəkmişin xoşuna gəldiyi üçün o, Gülbənizə özü üçün də 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Gülbəniz Mayaya zəng edərək onu mənzilə dəvət etmiş və təxminən 5 dəqiqə sonra Maya da mənzilə gəlmişdir. O, Gülbənizdən Mayanın harada olduğunu və nə üçün gecikdiyini soruşduqda, Maya bildirmişdir ki, həmin binada ilkin ödəniş edilmiş mənzilləri müştərilərə göstərirdi. O, Mayaya 2 otaqlı mənzili bəyəndiyini və ofisə gedərək müqavilə bağlamağı təklif etmişdir. Maya isə ofisdə rəhbər şəxsin olmadığını, müqavilənin şifahi formada bağlandığını, ilkin ödəniş edildikdən sonra sistemə vurulduğunu bildirmişdir. O, Mayaya bildirmişdir ki, bank kartında 5000 manat, evdə isə 3000 manat pulu vardır, qalan 5000 manatı isə borc alaraq qısa müddətdə verəcəkdir. Maya bu şərtlərlə razılaşmış və "xxxx" ASC-yə məxsus 4169 7388 1701 8876 nömrəli bank kartını “WhatsApp” proqramı vasitəsilə ona göndərmişdir. O, Gülbənizin yanında Mayaya "xxxx" ASC-yə məxsus kredit kartından çıxardığı 100 manat nağd pulu təqdim etmiş, eyni zamanda Gülbənizin oğlu Muradın mənzilində, saat 13:10 radələrində Gülbənizin yanında Mayanın kart hesabına 3000 manat məbləğində pul köçürmüşdür. O, qalan 5000 manat məbləği borc alaraq qısa müddətdə verəcəyini bildirmişdir. Bundan sonra o, oradan ayrılaraq evinə getmişdir. Həmin gün saat 14:40 radələrində Maya ona zəng edərək verdiyi kredit kartı vəsaitinin üzərinə 70 manat əlavə tələb etmişdir. O, kart hesabına göndərəcəyini bildirmiş və saat 14:42 radələrində kirayə yaşadığı evdən Mayaya məxsus bank kartına mobil tətbiq vasitəsilə 70 manat məbləğində pul köçürmüşdür. 11 dekabr 2023-cü il tarixində Maya ona zəng edərək imtina olunmuş 2 otaqlı bir mənzilin təcili satışa çıxarıldığını, istəyərsə 15000 manat ilkin ödəniş etməklə ala biləcəyini bildirmişdir. Həmin vaxt onun qardaşı Bəxtiyarın həyat yoldaşı Baxça bildirmişdir ki, qardaşının qızının həyat yoldaşı Kənan güzəştli şərtlərlə 2 otaqlı mənzil almaq istəyir. O, bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, qohumu Kənanın da güzəştli şərtlərlə 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Maya isə həmin mənzilin saxlanılması üçün əlavə olaraq 1000 manat ödəniş edilməli olduğunu demişdir. O, bu barədə Baxçaya məlumat vermiş, Baxça ona Kənanın mobil telefon nömrəsini təqdim etmişdir. O, Kənanla əlaqə saxlayaraq mənzil məsələsi barədə məlumat vermişdir. Kənan bildirmişdir ki, hazırda Masallı rayonunda olduğu üçün dərhal gələ bilmir, lakin onda 1000 manat pul varsa, müvəqqəti olaraq onun əvəzinə verə biləcəyini, Bakıya qayıtdıqdan sonra həmin məbləği ona qaytaracağını bildirmişdir. O, bu təkliflə razılaşaraq Təqsirləndirilən şəxs kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 1000 manat məbləğində pul köçürmüş və köçürməyə dair qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. Bu barədə Kənana da məlumat vermiş, Kənan isə Bakıya gəldikdən sonra həmin 1000 manat məbləği qaytaracağını bildirmişdir. 11 dekabr 2023-cü il tarixində zərərçəkmiş 2000 manat vəsait düzəltmiş və həmin gün saat 13:57 radələrində Mayanın kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 2000 manat məbləğində pul köçürmüş, köçürməyə dair qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. 16 dekabr 2023cü il tarixdə o, daha 1 000 manat vəsait düzəltmiş və həmin gün saat 12:49 radələrində Mayanın kart hesabına mobil tətbiq vasitəsilə 1000 manat köçürmüş, qəbzi “WhatsApp” proqramı vasitəsilə Mayaya təqdim etmişdir. 17 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində o, mobil telefonuna baxarkən Mayanın ona zəng etdiyini görmüşdür. O, Mayaya geri zəng edərək mənzil məsələsi ilə bağlı nə xəbər olduğunu soruşmuşdur. Maya ona 100 manat borc pul lazım olduğunu, “şirinlik” kimi verə biləcəyini bildirmişdir. O, kart hesabında 100 manat olduğunu demişdir. Həmin gün o, saat 18:11 radələrində Mayanın kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 100 manat köçürmüş və qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. 24 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində Maya ona zəng edərək bildirmişdir ki, mənzilin kommunal kartlarının onun adına keçirilməsi üçün 140 manat ödəniş tələb olunur, həmin məbləğ Mayanın kartına göndərildikdən sonra səhər tezdən kommunal kartlar onun adına keçiriləcəkdir. O, bu təkliflə razılaşmış və həmin gün saat 18:21 radələrində Mayanın kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 140 manat məbləğində pul köçürmüş, köçürməyə dair qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. O, 27 dekabr 2023-cü il tarixdə 1 000 manat məbləğində vəsait düzəltmiş və həmin gün saat 19:52 radələrində kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə Mayanın kart hesabına 1000 manat köçürmüş, köçürməyə dair qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. 28 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində Maya ona zəng edərək 300 manat məbləğində pul lazım olduğunu, “şirinlik” kimi verilə biləcəyini bildirmişdir. O, kart hesabında 300 manat olduğunu demiş, həmin gün saat 18:11 radələrində Mayanın kart hesabına mobil tətbiq vasitəsilə 300 manat köçürmüş və qəbzin şəklini “WhatsApp” vasitəsilə göndərmişdir. 30 dekabr 2023-cü il tarixdə saat 10:00 radələrində Maya ona zəng edərək 1000 manat verilməsi halında mənzildə olan sayğacların onun adına sənədləşdiriləcəyini bildirmişdir. O, bu təkliflə razılaşmış və şəxsiyyət vəsiqəsinin şəklini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. Həmin gün saat 10:37 radələrində o, Mayanın kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 140 manat köçürmüşdür. Elə həmin gün saat 11:28 radələrində onun qızı Səidə Şabanova onun əri Şamo Şabanovun dediyinə əsasən Mayanın kart hesabına 137 manat köçürmüş və köçürməyə dair qəbzin şəklini “WhatsApp” vasitəsilə göndərmişdir. Həmin gün saat 14:14 radələrində zərərçəkmiş Təqsirləndirilən şəxs kart hesabına mobil tətbiq vasitəsilə əlavə olaraq 140 manat köçürmüş, saat 18:38 radələrində isə Bakı şəhəri, Xətai rayonu, X27 küçəsində yerləşən “Bravo” marketdə olan terminaldan 53 manat məbləğində pul köçürmüş və həmin köçürmələrin qəbzlərini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. 2023-cü ilin dekabr ayında Kənan adlı şəxs Rusiyadan geri qayıdaraq Maya ilə görüşmüş və onun kart hesabına 16000 manat məbləğində pul köçürmüş, bu barədə ona məlumat vermişdir. 2024-cü ilin yanvar ayının sonlarında Maya ona zəng edərək mənzilin sənədləşmə işinin yekunlaşmaq üzrə olduğunu, mənzilin yaxın vaxtlarda təhvil veriləcəyini, lakin rəhbər şəxs üçün əlavə olaraq 1000 manat “şirinlik” tələb edildiyini bildirmişdir. O, rəhbər şəxsin adının deyilməsini və onunla birbaşa danışmaq istədiyini bildirsə də, Maya rəhbərin adını açıqlamamışdır. O da çətin vəziyyətdə qalaraq mənzil məsələsinə görə hissə-hissə “şirinlik” verməyə razı olmuşdur. 2024-cü ilin yanvar ayının sonlarında Maya ona zəng edərək bildirmişdir ki, onun kart hesabına kirayə yaşadığı evdən mobil tətbiq vasitəsilə 300 manat köçürülmüşdür və köçürülmüş vəsaitin qəbzinin şəklini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. 03 fevral 2024-cü il tarixdə saat 18:50 radələrində o, Mayanın kart hesabına mobil tətbiq vasitəsilə 200 manat köçürmüş, həmin gün saat 19:46 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 177 nömrəli ünvanda yerləşən “Araz” marketdə olan terminaldan Mayanın kart hesabına əlavə olaraq 200 manat köçürmüş və hər iki köçürməyə dair qəbzlərin şəkillərini “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. Bundan sonra o, Mayaya zəng edərək mənzilin nə vaxt təhvil veriləcəyini soruşmuşdur. Maya isə bildirmişdir ki, 2 otaqlı mənzil qalmamış, yalnız 3 otaqlı mənzillər mövcuddur. O, 3 otaqlı mənzilin verilməsini və ora köçərək kirayədən çıxmaq istədiyini bildirmişdir. Maya bildirmişdir ki, 3 otaqlı mənzilin ilkin ödənişi 20000 manatdır, lakin onun üçün 18000 manat təşkil edəcəkdir. O, daha əvvəl 3 otaqlı mənzilin ilkin ödənişinin 15000 manat olmasının deyildiyini xatırlatdıqda, Maya əvvəl endirim olduğunu, hazırda isə kampaniyanın bitdiyini bildirmişdir. O, Mayadan 5000 manat borc tapmasını xahiş etmiş, özünün isə 5000 manat verəcəyini və bu yolla 3 otaqlı mənzilin alınmasına kömək göstərilməsini istəmişdir. Maya bu təkliflə razılaşmışdır. 2024-cü ilin fevral ayının ortalarında o, Mayadan 3 otaqlı mənzilin nə vaxt təhvil veriləcəyini, kredit və kirayə ödənişlərinin nə zaman başlanacağını soruşmuşdur. Maya bildirmişdir ki, Bakı şəhərində 3 saylı “ASAN Xidmət” mərkəzi təmirə bağlanmışdır, açıldıqdan sonra sənədlər veriləcək, hazırda başqa gözləyənlər də vardır. 2024-cü ilin aprel ayında o, televiziyada Bakı şəhərində 3 saylı “ASAN Xidmət” mərkəzinin açıldığını eşitmişdir. Bundan sonra o, Mayaya zəng edərək sənədlərin verilməsini tələb etmişdir. Maya isə rəhbərin yerində olmadığını, yaranan problemi həll edə bilmədiyini, rəhbər gəldikdən sonra sənədlərin veriləcəyini bildirmişdir. O, rəhbərin telefon nömrəsini istədikdə, Maya rəhbərin 20 aprel 2024cü il tarixində gələcəyini, mənzillərə baxış keçirib açarların təhvil veriləcəyini demişdir. Həmin tarixdə o, Mayaya zəng edərək açarların təhvil alınıb-alınmayacağını soruşmuş, Maya isə gözləmələrini xahiş etmişdir. O, axşam saatlarına qədər Mayanın zəng etməsini gözləmiş, lakin zəng gəlməmişdir. O, özü Mayaya zəng vurduqda isə telefon zənglərinə cavab verilməmişdir. Daha sonra onun əri Müsviq Mayaya zəng vurmuş, Maya telefon zənginə cavab vermişdir. Müsviq özünü Zərərçəkmiş şəxs5 əri kimi təqdim edərək mənzilin açarlarının nə vaxt veriləcəyini soruşmuşdur. Maya rəhbərin hələ gəlmədiyini, onu gözlədiyini və gələn kimi özünün zəng edəcəyini bildirmişdir. Bundan sonra Maya onun və ailə üzvlərinin telefon zənglərinə cavab verməmişdir. Tərəfindən verilmiş mülki iddianı müdafiə edir və təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qoradil qəsəbəsində yerləşən 6 sot torpaq sahəsini satmış, 20 fevral 2024-cü il tarixində günorta saatlarında ipoteka yolu ilə mənzil almaq məqsədilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (“MİDA”) yaşayış sahəsindəki mənzillərlə maraqlanmışdır. Həmin vaxt təsadüfən özünü Maya kimi təqdim edən qadınla tanış olmuşdur. Maya ona bildirmişdir ki, Bakı şəhərində 3 saylı “ASAN Xidmət” mərkəzində işləyir və MİDA yaşayış sahəsində imtina olunan mənzillər növbəli şəkildə ilkin ödəniş şərti ilə satışa çıxarılır. O, Mayaya razılıq verərək ilkin ödəniş etməklə mənzil almaq istəmişdir. Maya ona hazırda 1 ədəd 3 otaqlı və 1 ədəd 4 otaqlı mənzilin mövcud olduğunu, 3 otaqlı mənzildə yaşayan şəxslərin hələ çıxmadığını, 4 otaqlı mənzilin isə boş olduğunu bildirmiş və istədiyi təqdirdə birlikdə baxa biləcəklərini demişdir. O, bu təkliflə razılaşmış və Maya onu MİDA yaşayış sahəsində yerləşən binanın 2-ci mərtəbəsində olan 4 otaqlı mənzilə apararaq göstərmişdir. O, mənzili bəyənmişdir. Bundan sonra Maya onun mənzildən imtina etmiş şəxsin ödədiyi 28000 manat məbləği geri qaytarmasını, yoxsa mənzili onun adına sənədləşdirilə bilməyəcəyi barədə xəbərdarlıq etmişdir. O, bu məbləğin nə vaxt ödənilməli olduğunu soruşduqda, Maya bildirmişdir ki, imtina edən şəxs hazırda ofisdədir və pulu dərhal istəyir. O isə üzərində bu qədər pulun olmadığını, pulun Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində olduğunu və saat 18:00-dək gətirib çatdıra bilməyəcəyini demişdir. Maya isə təklif etmişdir ki, 28000 manat onun kart hesabına köçürülsün, o da həmin pulu imtina edən şəxsə təqdim etsin və 10 iş günü ərzində Bakı şəhəri 3 saylı “ASAN Xidmət” vasitəsilə mənzil onun adına sənədləşdirilsin. Bundan sonra isə Maya ona 36 ay müddətinə aylıq 1050 manat ödəniş edilməli olduğu barədə məlumat vermişdir. O, bu təkliflə razılaşmışdır. Bundan sonra Maya Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinə onun xidməti avtomobili ilə getməyi təklif etmişdir. O da bununla razılaşmış və Maya ona markası və dövlət qeydiyyat nişanı yadında qalmayan qara rəngli avtomobili göstərmişdir. Həmin avtomobili 20–25 yaşlarında olan naməlum kişi idarə etmiş və onu Müşviqabad qəsəbəsinə aparmışdır. Maya həmin naməlum gəncin mobil telefonuna iki bank kartının nömrəsini göndərmiş və pul vəsaitinin həmin kartlara köçürülməsini tapşırmışdır. O, evdən pul götürərək Maya və sürücü ilə birlikdə ünvan 21 ünvanda yerləşən “Araz” marketə getmişdir. Həmin ünvanda o, Mayaya məxsus kart hesabına digər kart hesabına isə naməlum gənc vasitəsilə pul köçürülməsinə başlanılmışdır. 20 fevral 2024-cü il tarixdə saat 18:14 radələrində naməlum gənc Mayaya məxsus 4169 73****1347 nömrəli bank kartına 15000 manat, saat 18:18 radələrində isə 4169 73****8876 nömrəli bank kartına 13000 manat məbləğində pul köçürmüşdür. Tələsiklik səbəbindən köçürmələrə dair qəbzlərin biri çıxarılmamışdır. Bundan sonra naməlum gənc Mayaya zəng edərək 28000 manatın kart hesabına köçürüldüyünü bildirmiş, Maya isə vəsaitin kart hesabına daxil olduğunu təsdiq etmişdir. Daha sonra o, sürücü ilə birlikdə MİDA yaşayış sahəsinə qayıtmış və Maya ilə yenidən görüşmüşdür. Maya 28 000 manatın onun kart hesabına köçürüldüyünü təsdiqləmiş, eyni zamanda “WhatsApp” proqramı vasitəsilə səsli mesaj göndərərək mənzilə görə 28000 manat ilkin ödənişin alındığını bildirmişdir. Maya demişdir ki, 10 iş günü ərzində 3 saylı “ASAN Xidmət” mərkəzinə gediləcək, orada ilkin ödəniş kimi 28000 manat göstəriləcək və mənzil onun adına sənədləşdiriləcəkdir. 3-4 gün sonra Maya ona zəng edərək sənədləri sürücü vasitəsilə göndərəcəyini, “20 Yanvar” metrostansiyası yaxınlığında görüşüb götürə biləcəyini bildirmişdir. O, bu təkliflə razılaşmış, sənədlərin nə vaxt hazır olacağını soruşmuşdur. 10 iş günü tamam olduqdan sonra o, Mayaya zəng edərək sənədləşmə işinin gedişatı ilə maraqlanmışdır. Maya 3 saylı “ASAN Xidmət” mərkəzi təmirə bağlandığı üçün sənədlər 4 saylı “ASAN Xidmət” mərkəzinə yönləndirilmiş və orada növbə alındığı üçün prosesin uzandığını xəbər vermişdir. 2024-cü ilin mart ayının əvvəllərində Maya ona zəng ediləcəyini və “ASAN Xidmət”-dən çağırılacağını xəbər vermişdir. Lakin “ASAN Xidmət”-dən ona hər hansı zəng daxil olmamışdır. Bu barədə Mayaya məlumat verildikdə, o, işlərin bir-birinə qarışdığını və bu səbəbdən gecikmənin yarandığını bildirmişdir. Bu vəziyyət mart ayının sonunadək davam etmişdir. Bundan sonra o, Maya tərəfindən aldadıldığını başa düşmüş və ondan pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Maya bildirmişdir ki, rəhbər şəxsə müraciət edərək mənzilə imtina yazdıracaq və “ASAN Xidmət” vasitəsilə pul vəsaitini geri ala biləcəkdir. 2024-cü ilin aprel ayında Maya ilkin olaraq 5000 manat, daha sonra isə 4000 manat məbləğində pul vəsaitini ona qaytarmışdır. Lakin sonradan qalan məbləği qaytarmamışdır. Bu səbəbdən o, 10 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” Xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Həmin gün o, Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət olunmuş, ora gedərək Təqsirləndirilən şəxs barəsində ərizə və izahat vermişdir. 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs ona əlavə olaraq 2000 manat məbləğində pul vəsaiti qaytarmış və qalan məbləği hissə-hissə qaytaracağını bildirmişdir. Ona vurulmuş ziyandan cəmi 11000 manat ödənilmişdir. Qalan ziyanın qaytarılmasını istəyir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid3 onun bacanağıdır və onunla normal münasibətləri mövcuddur. 2023-cü ilin sentyabr ayının sonlarında ona məlum olmuşdur ki, bacanağı Şahid3 bibisi Gülbənizin vasitəsilə Maya adlı qadınla tanış olmuş və Mayanın köməkliyi ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yaşayış sahəsində mənzil üçün ilkin ödəniş edərək ipoteka şərtləri ilə 3 otaqlı mənzil almışdır. Bundan sonra o, Şahid3 müraciət edərək, ipoteka şərtləri ilə 3 otaqlı mənzil almaqda ona da kömək edib-edə bilməyəcəyini soruşmuşdur. Şahid3 Maya ilə danışacağını bildirmişdir. 1-2 gündən sonra Şahid3 ona Maya ilə danışdığını, Mayanın ilkin olaraq 12000 manat ödəniş edilməsini, aylıq isə 15 il müddətinə 350 manat ödəniş nəzərdə tutulduğunu demişdir. O, təkliflə razılaşmış və Şahid3 Maya ilə danışaraq ona 3 otaqlı mənzil almaqda köməklik göstərilməsini xahiş etmişdir. Şahid3 Mayanın mobil telefon nömrəsini ona vermişdir. O, Maya ilə əlaqə saxlayaraq, Şahid3 vasitəsilə onunla danışıldığını və 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Maya isə ona onu tanımadığını, yalnız Şahid3la işlədiyini və məsələləri onun vasitəsilə həll etdiyini bildirmişdir. Bundan sonra o, vəziyyəti Şahid3 izah etmiş, Şahid3 isə 12000 manat pulu ona göndərməsini, həmin məbləği Mayaya ötürəcəyini bildirmişdir. 06 oktyabr 2023-cü il tarixdə o, Şahid3 göndərdiyi kart hesabına 2 000 manat köçürmüşdür. Həmin gün saat 15:20 radələrində Şahid3 ona WhatsApp vasitəsilə Mayanın kartına evdən mobil tətbiq vasitəsilə saat 15:17-də 2000 manat ödənilməsinə dair qəbz göndərmişdir. 07 oktyabr 2023-cü il tarixdə o, yenidən Şahid3 göndərdiyi kart hesabına 2000 manat köçürmüşdür. Həmin gün saat 13:00 radələrində Şahid3 “WhatsApp” vasitəsilə Şəki şəhəri, Sabit Rəhman küçəsi 27 ünvanında yerləşən “Bazarstore” mağazasında olan “Millön” terminalından saat 12:42-də 2000 manat ödənilməsinə dair qəbzi göndərmişdir. Daha sonra o, 12 oktyabr 2023-cü il tarixdə Şahid3 göndərdiyi kart hesabına 1500 manat köçürmüşdür. Həmin gün saat 13:30 radələrində Şahid3 “WhatsApp” vasitəsilə Mayanın kartına eyni ünvanda yerləşən “Millön” terminalından saat 13:11-də 1500 manat ödənilməsinə dair qəbzi göndərmişdir. 17 oktyabr 2023-cü il tarixdə Şahid3 ona zəng edərək Bakı şəhərinə gələcəyini, Maya ilə bağlı veriləcək 6500 manat məbləği ondan alaraq Mayaya verəcəyini bildirmişdir. O, buna razı olmuş və həmin gün Şahid3 onun yaşadığı ünvana gələrək ondan 6500 manat məbləğində pulu alaraq getmişdir. Həmin gün Şahid3 ona bildirmişdir ki, Maya ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmətin qarşısında görüşmüş, ipoteka şərtləri ilə mənzil alınacağı ilə bağlı razılaşma əldə edilmiş və bu razılaşmaya əsasən 6500 manat məbləğində pul Təqsirləndirilən şəxs verilmişdir. Maya isə 2 ay ərzində ona ipoteka şərtləri ilə 3 otaqlı mənzil veriləcəyini bildirmişdir. Bundan sonra o, gözləməyə başlamış, lakin 2 ay keçməsinə baxmayaraq ona mənzil verilməmişdir. O, bu barədə Şahid3 soruşduqda, Şahid3 Maya ilə danışacağını, məsələnin həll ediləcəyini bildirmişdir. Maya isə müxtəlif bəhanələr gətirmiş, nə pul vəsaitini geri qaytarmış, nə də mənzil təqdim etmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Şahid2 2007-ci ildən tanıyır. Şahid2 oğlu onun qızı ilə Bakı şəhəri, Nizami rayonunda yerləşən 70 nömrəli liseydə paralel təhsil aldığından, aralarında münasibət yaranmışdır. 2023-cü ilin avqust ayında Şahid2 ona zəng edərək Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) yaşayış sahəsində mənzillərin satıldığını, özünün bir mənzil aldığını və ona da guya 6000 manat ödəməklə mənzil ala biləcəyini bildirmişdir. Onun həmin vaxt 6000 manat pulu olmamışdır. 28 mart 2024-cü il tarixdə Gülbəniz ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsindən mənzil alıb baxmağı təklif etmişdir. O, bununla razılaşmış və Gülbəniz ilə birlikdə qeyd olunan əraziyə getmişdir. Gülbəniz ona ayrı-ayrı binalarda yerləşən 2 və 3 otaqlı mənzilləri göstərmiş, onlardan birinin böyük oğluna, digərini isə kiçik oğluna alacağını bildirmişdir. O, mənzillərə baxarkən onların təmirli olduğunu, mətbəx mebeli, kombi və internetlə təmin edildiyini görmüşdür. Həmin vaxt Gülbəniz kiminləsə mobil telefonla danışaraq mənzilləri satan qadınla görüşüləcəyini, açarın veriləcəyini demişdir. Daha sonra onlar birlikdə başqa binaya getmiş və həmin binanın 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzildə Maya adlı qadınla görüşmüşlər. Maya ondan mənzilin xoşuna gəlib-gəlmədiyini soruşmuş, o isə bəyəndiyini bildirmişdir. Maya 2 otaqlı mənzil üçün ilkin olaraq 11 000 manat ödəniş edilməli olduğunu demişdir. O, bu məbləğin onun üçün ağır olduğunu, özü üçün güzəşt edilməsini xahiş etmişdir. Maya ilkin ödənişlə bağlı güzəşt ediləcəyini bildirmişdir. O, Mayadan harada işlədiyini soruşduqda, Maya 3 saylı ASAN Xidmətdə işlədiyini demiş, lakin konkret vəzifəsini deməmişdir. Maya telefonla danışdıqdan sonra güzəşt olunduğunu, 2 otaqlı mənzil üçün 8000 manat ilkin ödəniş edilməsinin kifayət edəcəyini demişdir. O, sənədlərin kim tərəfindən veriləcəyini soruşduqda, Maya sənədlərin 10 iş günü ərzində ASAN Xidmətdən veriləcəyini bildirmişdir. Maya həmçinin 5-ci mərtəbədə yerləşən 2 otaqlı mənzili göstərərək həmin mənzilin ona veriləcəyini demişdir. O, buna razılıq vermişdir. Daha sonra o, Gülbənizə zəng edərək pulu gətirdiyini xəbər vermişdir. O, Gülbənizin yanında 8000 manat məbləğində pulu Mayaya təqdim etmişdir. Maya taksidə pulu sayaraq 8000 manat olduğunu təsdiqləmiş və sənədlərin 10 iş günü ərzində hazır olacağını bildirmişdir. Bundan sonra Maya həmin taksi ilə oradan getmiş, o isə Gülbənizdən ayrılaraq evinə qayıtmışdır. O, bu barədə heç kimə məlumat verməmişdir. 29 mart 2024-cü il tarixdə Maya ona zəng edərək sənədlərin hazırlanması üçün əlavə olaraq 1000 manat tələb etmişdir. O, həmin vaxt pulunun olmadığını, səhər borc tapıb göndərəcəyini bildirmişdir. Maya ona Azərbaycan Beynəlxalq Bankına aid kart nömrəsini göndərmişdir. O, 30 mart 2024-cü il tarixdə 1000 manat məbləğində pulu borc taparaq həmin kart hesabına köçürmüşdür. 13 aprel 2024-cü il tarixdə axşam saatlarında Maya ona zəng edərək su, qaz və elektrik sayğaclarına görə 137 manat ödənilməli olduğunu bildirmişdir. O, bu qədər pulunun olmadığını demişdir. Bir neçə saat sonra Maya yenidən zəng edərək 100 manatı özünün ödəyəcəyini, qalan 37 manatı isə onun ödəməli olduğunu bildirmişdir. O, bununla razılaşmış və həmin gün “Tamstore” marketdə yerləşən terminal vasitəsilə 37 manat məbləğində ödəniş etmişdir. Gülbəniz ona Mayaya artıq pul ödəməməsini demişdir. Çünki Maya onun adına alınmalı olan 3 mənzili boşaltdıraraq başqa şəxslərə vermişdir. Bundan sonra o, Mayaa zəng edərək mənzil istəmədiyini və pulunun geri qaytarılmasını tələb etmişdir. Maya isə mənzilin artıq onun adına sənədləşdirildiyini bildirmişdir. O, yenidən mənzil istəmədiyini bildirdikdə, Maya mənzilin satıldıqdan sonra pulun qaytarılacağını demişdir. O, 19 aprel 2024-cü ilədək gözləmiş, lakin Maya pulu geri qaytarmadığı üçün həmin gün Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edərək Maya barəsində şikayət etmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu yeni yaşayış sahəsində Şahid2 3 otaqlı mənzilini kirayə götürərək yaşamış və həmin mənzildə tikinti işləri görmüşdür. 2023-cü ilin iyun ayında Şahid2 ilə söhbət zamanı o bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) yaşayış sahəsində sosial mənzillər alacaqdır. Təxminən 7–8 gün sonra Gülbəniz ona həmin ərazidə 3 otaqlı sosial mənzil üçün ilkin ödəniş etdiyini demişdir. 20 oktyabr 2023-cü il tarixdə o, Ucar rayonu, Börüdaş kəndində olarkən Gülbənizə zəng vuraraq rayondan pay gətiribgətirməməsini soruşmuş, 22 oktyabr 2023-cü il tarixdə Hökməli qəsəbəsinə gələcəyini bildirmişdir. Gülbəniz isə həmin gün gələ bilməyəcəyini, MİDA yaşayış sahəsindən ikinci mənzili götürdüyünü və orada təmizlik işləri aparacağını xəbər vermişdir. O, Gülbənizdən mənzili təmizləməyə gedərkən ona da xəbər etməsini xahiş etmişdir. Çünki, o da övladı üçün mənzil almaq istəmişdir. O, 20 oktyabr 2023-cü ildə Ucar rayonundan Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişdir. 21 oktyabr 2023-cü il tarixdə Gülbəniz ilə telefonla əlaqə saxlamış və birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsində görüşmüşlər. Gülbəniz ona aldığı iki ayrı binada yerləşən iki mənzili göstərmişdir. O, mənzillərə baxmış və onların təmirli, mebellərlə təchiz olunduğunu görmüşdür. O da həmin ərazidən mənzil almaq istəmişdir. Gülbəniz isə bu mənzillərin alınmasında Təqsirləndirilən şəxs kömək etdiyini deyərək onun mobil telefon nömrəsini vermişdir. O, Gülbənizin yanında Mayaya zəng edərək mənzil almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə əlində bir neçə mənzil olduğunu və onları satdığını demişdir. O, mənzillərin qiyməti ilə maraqlandıqda, Maya 1 otaqlı mənzil üçün 7000 manat, 2 otaqlı mənzil üçün 12000–14000 manat, 3 otaqlı mənzil üçün 18000 manat, 4 otaqlı mənzil üçün isə 20000–24000 manat ilkin ödəniş tələb olunduğunu bildirmişdir. Maya həmçinin həmin binada 1 ədəd 1 otaqlı və 1 ədəd 3 otaqlı mənzilin olduğunu və hər ikisinin ümumilikdə 21000 manat ilkin ödənişlə satıldığı barədə onu məlumatlandırmışdır. O, bu təkliflə razılaşmış və 23 oktyabr 2023-cü il tarixdə Gülbəniz və Maya ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsində, “Zəfər Mall” ticarət mərkəzindəki kafedə görüşmüşdür. O, Gülbənizin yanında 1 otaqlı və 1 ədəd 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq Mayaya 20000 manat pul vermiş, əlavə olaraq 1000 manatı isə bir gün sonra verəcəyini bi ldirmişdir. 24 oktyabr 2023-cü il tarixdə Maya ona zəng edərək hər mənzil üçün sənədlərə görə 1000 manat, ümumilikdə 2000 manat tələb olunduğunu, həmin məbləğin 1000 manatının kəsir qaldığını və pulu Gülbənizə verib ona çatdırılmasını xahiş etmişdir. O, Mayanın təklifinə razılıq vermişdir. 25 oktyabr 2023-cü il tarixdə o, 3000 manat məbləğində pul götürərək ünvan 22 ünvanında yerləşən Gülbənizin yaşadığı evin yanına gəlmiş, Gülbəniz ilə görüşərək həmin 3000 manat pulu ona təqdim etmişdir. Həmin günün axşamı Maya ona zəng edərək Gülbənizin 3000 manat pulu ona çatdırdığını bildirmişdir. 28 oktyabr 2023-cü il tarixdə Maya ona yenidən zəng edərək təcili şəkildə 3 otaqlı mənzilin satıldığını, həmin mənzil üçün 20000 manat ilkin ödəniş tələb olunduğu barədə məlumat vermişdir. O, Mayaya razılıq vermiş, lakin Abşeron rayonu, Hökməli qəsəbəsində olduğunu, hazırda 5000 manat pulunun olduğunu və qalan məbləği 1–2 gün ərzində düzəldib verəcəyini vəd vermişdir. Maya bu şərtlə razılaşmış və Gülbənizin ora gələcəyini, 5000 manatın ona çatdırması üçün Gülbənizə verməsini xahiş etmişdir. Həmin gün Gülbəniz Abşeron rayonu, Hökməli qəsəbəsi, Qobu yolu, yeni yaşayış sahəsinə gələrək onunla görüşmüş, o, 5000 manat pulu Gülbənizə vermiş və bu məbləğin Mayaya verilməsini xahiş etmişdir. Həmin günün axşamı Maya zəng edərək 5000 manatın ona çatdırıldığını xəbər vermişdir. 30 oktyabr 2023-cü il tarixdə Maya ona zəng edərək sonuncu 3 otaqlı mənzilin sənədləri üçün əlavə pul verilməli olduğunu demişdir. O, Ucar rayonundan qayıtdıqdan sonra pulu verəcəyini bildirmişdir. Maya isə ona “WhatsApp” proqramı vasitəsilə kart şəkli göndərmiş, pulun həmin karta köçürülməsini xahiş etmişdir. O, hazırda 1000 manat pulu olduğunu, qalan məbləği 1–2 gün ərzində göndərəcəyini bildirmiş, Maya da bununla razılaşmışdır. 30 oktyabr 2023-cü il tarixdə saat 16:46-da o, Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən “Aran” marketdə olan terminal vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 1000 manat köçürmüş və ödəniş qəbzinin şəklini “WhatsApp” vasitəsilə ona göndərmişdir. O, 01 noyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Mayaya zəng edərək sonuncu 3 otaqlı mənzil üzrə borclu qaldığı məbləğdən 15000 manatı göndərəcəyini vəd vermişdir. Həmin gün saat 12:06-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında mobil tətbiq vasitəsilə Mayanın kart hesabına 5000 manat məbləğində pul köçürmüş və qəbzin şəklini “WhatsApp” vasitəsilə ona göndərmişdir. Həmin gün saat 18:27-də ünvan 23 ünvanında yerləşən "xxxx" terminalı vasitəsilə Mayanın kart hesabına 10000 manat köçürmə etmiş və pulun qəbzini Mayaya “WhatsApp” vasitəsi ilə göndərmişdir. 05 noyabr 2023-cü il tarixdə Ucar rayonunda olduğu zaman Maya ona zəng edərək həmin ərazidə 3 otaqlı mənzilin təcili satışa çıxarıldığını və ilkin olaraq 15000 manat ödəniş edilməli olduğunu xəbər vermişdir. O, şəxs bu təkliflə razılaşaraq mənzilin saxlanılmasını xahiş etmiş və ilkin ödənişi Mayanın kart hesabına göndərəcəyini vəd vermişdir. 06 noyabr 2023-cü il tarixdə saat 11:16-da Ucar rayonu, Heydər Əliyev prospektində yerləşən “Aran” marketdən Təqsirləndirilən şəxs kart hesabına 8000 manat, həmin gün saat 11:24-də isə eyni marketdən Mayanın kart hesabına 7000 manat köçürmüş, hər iki ödənişə dair qəbzlərin şəklini “WhatsApp” proqramı vasitəsilə Mayaya göndərmişdir. 20 noyabr 2023-cü il tarixdə Maya ona “WhatsApp” vasitəsilə zəng edərək mənzillərə görə əlavə ödəniş edilməli olduğunu xəbər vermişdir. O, bununla razılaşmış və 21 noyabr 2023-cü il tarixdə saat 18:24-də Ucar şəhəri, Oğuz küçəsi 44 ünvanında yerləşən "xxxx"ın Ucar filialından Mayanın kart hesabına 2000 manat köçürmüş, qəbzin şəklini “WhatsApp” vasitəsilə ona göndərmişdir. 22 noyabr 2023-cü il tarixdə saat 17:57-də isə eyni ünvan üzrə yerləşən "xxxx"ın Ucar filialından mənzilin ödənişi üçün Mayanın kart hesabına 10 000 manat məbləğində pul köçürmüş və qəbzi yenə “WhatsApp” vasitəsilə göndərmişdir. 18 dekabr 2023-cü il tarixdə Maya ona yenidən zəng edərək həmin ərazidə 2 otaqlı mənzilin təcili satıldığını, qiymətinin 90 000 manat olduğunu xəbər vermişdir. O, buna razılıq verərək 2 gün sonra Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metro stansiyasının yaxınlığından mobil tətbiq vasitəsilə Mayanın kart hesabına 2000 manat köçürmüş və qəbzin şəklini “WhatsApp” vasitəsilə göndərmişdir. 15 yanvar 2024-cü il tarixdə saat 18:45-də Ucar rayonu, Börüdaş kəndində yerləşən “A1” marketdəki terminaldan Mayanın kart hesabına 5000 manat köçürmüş və qəbzi yenə “WhatsApp” vasitəsilə göndərmişdir. Həmin gün saat 19:00-da Ucar rayonu, Börüdaş kəndində yerləşən evdən mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına əlavə olaraq 1 000 manat köçürmüş və bu ödənişə dair qəbzin şəklini də “WhatsApp” vasitəsilə ona göndərmişdir. O, 15 yanvar 2024-cü il tarixdə Ucar rayonundan Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişdir. 16 yanvar 2024-cü il tarixdə saat 11:10-da o, ünvan 23 ünvanında yerləşən "xxxx" terminalından Mayanın kart hesabına 5050 manat, həmin gün saat 11:15-də isə eyni ünvanda yerləşən "xxxx" terminalından 450 manat məbləğində pul köçürmüş və hər iki ödənişə dair qəbzlərin şəklini “WhatsApp” vasitəsilə Mayaya göndərmişdir. O, 17 yanvar 2024-cü il tarixdə Maya və Gülbəniz ilə əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsində sosial mənzillərin olduğu yerdə 2 otaqlı mənzilə baxmışdır. Maya həmin mənzilin ona məxsus olduğunu bildirmişdir. O, mənzilə baxdıqda onun istifadə olunduğunu müşahidə etmişdir. Maya isə həmin mənzildə əvvəllər bir müddət yaşayıb sonradan çıxıldığını etiraf etmişdir. O, Mayadan mənzilin sənədlərini təqdim etməsini tələb etdikdə, Maya ona bir ədəd açar, “Azərsu”ya məxsus bir ədəd plastik kart və “Azərişıq”a məxsus bir ədəd plastik kart vermişdir. O, kartlara baxarkən onların istifadə olunduğunu görmüş və bunun səbəbini soruşmuşdur. Maya isə 1–2 gün ərzində kartların onun adına dəyişdirilib yenisinin veriləcəyini bildirmişdir. Həmin vaxt Maya ondan 100 manat məbləğində “şirinlik” istəmiş, o da həmin məbləği mənzilin içində, Gülbənizin yanında Mayaya təqdim etmişdir. Eyni zamanda Maya ona 7000 manat məbləğində borcunun qaldığını bildirmiş və həmin məbləğin ödənilməsini tələb etmişdir. O da həmin pulu elə həmin gün verəcəyini vəd vermişdir. 17 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində Maya ona zəng edərək, kartının üzərində olmadığını, tanışının kartının şəklini göndərəcəyini və pulun həmin karta köçürülməsini xahiş etmişdir. O, bununla razılaşmış və həmin gün saat 22:46-da Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metro stansiyasının yaxınlığında mobil tətbiq vasitəsilə Mayanın göndərdiyi kart hesabına 7000 manat köçürmüş, qəbzin şəklini “WhatsApp” proqramı vasitəsilə ona göndərmişdir. 5–10 gün keçdikdən sonra o, Mayadan 5 mənzil və sənədlərin verilməsini tələb etməyə başlamışdır. Maya isə hər dəfə narahat olmamağı, məsələnin tezliklə həll ediləcəyini bildirmişdir. Bu minvalla yazışma və danışıqlar 2024-cü ilin mart ayına qədər uzanmışdır. O, vəziyyətin uzandığını görərək Mayaya ona verdiyi 91600 manat məbləğində pulun geri qaytarılmasını, əks halda polisə şikayət edəcəyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 91 600 manat pul vermişdir. Maya ona dəymiş ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” yaşayış kompleksində texniki işçi kimi çalışmışdır. 2023-cü ildə həmin yaşayış kompleksində Qəbələ rayonundan olan Elvin adlı şəxs ilə eyvanlara şüşəbənd yığdığı zaman tanış olmuş və aralarında münasibət yaranmışdır. 2023-cü ilin iyul ayının əvvəlində Elvin ona Maya adlı qadının MİDA yaşayış kompleksində ipoteka şərtləri ilə mənzil satması barədə məlumat vermişdir. O, əvvəlcə buna inanmasa da, Elvinin həmin qadının bir neçə şəxsə artıq mənzil satdığını deməsindən sonra Elvin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Mayaya MİDA yaşayış kompleksindən ipoteka şərtləri ilə mənzil almaq istəməsi barədə danışmışdır. Maya ona hazırda imtina olunmuş 2 otaqlı mənzilin olduğunu və həmin mənzilin 9.000 manat ilkin ödənişlə verilə biləcəyini xəbər vermişdir. O, bu təkliflə razılaşmış və 11 iyul 2023-cü il tarixdə Maya ilə Bakı şəhəri, Yasamal rayonu, “MİDA” yaşayış kompleksində, “Zəfər Mall” ticarət mərkəzinin qarşısında görüşmüşdür. Həmin vaxt o, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini Mayaya təqdim etmiş, Maya isə iki həftə ərzində mənzillə bağlı sənədlərin hazır olacağını bildirmişdir. Bir müddət sonra Maya ona zəng edərək ondan 2 otaqlı mənzil üçün 9000 manat ödəniş etməsini istəmişdir. O, həmin pulu hazırlayacağını vəd vermişdir. 18 oktyabr 2023-cü il tarixdə o, 9 000 manat məbləğində pulu hazırlayaraq Mayaya zəng etmiş və ödənişi necə edəcəyini soruşmuşdur. Maya ona "xxxx"a aid kart nömrəsini göndərmişdir. Maya ona “WhatsApp” proqramı vasitəsilə 4169 7388 1701 8876 nömrəli kartı göndərmişdir. O, həmin gün saat 18:27-də Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən “Bravo” supermarketindəki terminaldan Mayanın göndərdiyi kart hesabına 9 000 manat məbləğində pul köçürmüş və ödəniş qəbzinin şəklini WhatsApp vasitəsilə ona göndərmişdir. Sonrakı müddətdə o, Mayadan mənzil barədə məlumat istədikdə, Maya hər dəfə bəhanə gətirərək narahat olmamağı, açarın tezliklə veriləcəyini bildirmişdir. 2024-cü ilin yanvar ayının ortalarında Maya ona zəng edərək 2 otaqlı mənzilin olmadığını, yalnız 3 otaqlı mənzilin mövcud olduğunu və istədiyi təqdirdə həmin mənzilin ona verilə biləcəyini xəbər vermişdir. O, bu təkliflə razılaşmış, Maya isə əlavə olaraq 1500 manat ödəniş edilməli olduğunu demişdir. O, məcburiyyət qarşısında qalaraq razılaşmış və 23 yanvar 2024cü il tarixdə saat 22:19-da Bakı şəhəri, Yasamal rayonu, MİDA yaşayış kompleksində yerləşən “Bazarstore” marketindəki terminaldan Mayanın kart hesabına 1200 manat köçürmüş və ödəniş qəbzinin şəklini ona göndərmişdir. Daha sonra o, Mayaya zəng edərək 1 200 manat göndərdiyini, qalan 300 manatı isə səhər göndərəcəyini xəbər vermişdir. Maya bunun problem olmadığını, sabah 300 manat göndərildikdən sonra 3 otaqlı mənzilin sənədlərini hazırlayacağını və açarı təhvil verəcəyini demişdir. O, 24 yanvar 2024-cü il tarixdə yaşadığı ünvan 26 ünvanında olarkən mobil telefonunda "xxxx"a aid mobil tətbiq vasitəsilə Mayanın kart hesabına 300 manat məbləğində pul köçürmüş və bu barədə Mayaya zəng edərək məlumat vermişdir. Maya 300 manatın gəldiyini, 3 otaqlı mənzilin sənədlərini hazırlayacağını və açarı götürən kimi verəcəyini bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Mayaya zəng edərək mənzil məsələsi ilə maraqlanmış, lakin Maya hər dəfə müxtəlif bəhanələr gətirərək narahat olmamağı, mənzil məsələsinin həll ediləcəyini demişdir. Bu minvalla mənzil məsələsi 2024-cü ilin may ayına qədər uzanmış, o isə bu müddət ərzində aldadıldığını başa düşmüşdür. O, 11 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polis orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 19 dekabr 2023-cü il tarixdə anası Sədaqət Qurbanovanın qonşusu ona Zərərçəkmiş şəxs5 qohumu Maya adlı qadının Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) yaşayış sahəsində mənzillərin güzəştli şərtlərlə alınmasına köməklik göstərməsi barədə məlumat vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs5 ilə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs barədə məlumat vermişdir. O da güzəştli şərtlərlə mənzil almaq istəmişdir. Zərərçəkmiş şəxs5 ona 2 otaqlı mənzil üçün ilkin ödənişin 15000 manat, 15 il müddətinə aylıq 293 manat təşkil etdiyini bildirmişdir. O, bu şərtlərlə razılaşmış, Yeganə isə ona Mayanın mobil telefon nömrəsini vermişdir. O, Maya ilə əlaqə saxlamışdır. Maya ona “Zəfər Mall” ticarət mərkəzində görüşməyi təklif etmişdir. O, bu barədə əri Şahid5 məlumat vermiş, o da razılıq vermişdir. O, 24 dekabr 2023-cü il tarixdə əri ilə birlikdə “Zəfər Mall” ticarət mərkəzinə getmiş və orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Maya mənzillər barədə ətraflı məlumat vermiş və 2 otaqlı mənzil üçün 15000 manat ilkin ödəniş edildikdən sonra 20 gün ərzində təmirli mənzilin təqdim ediləcəyini bildirmişdir. Maya ilkin ödəniş hazır olan kimi onunla əlaqə saxlanılmasını istəmişdir. 26 dekabr 2023-cü il tarixdə o, Maya ilə telefon əlaqəsi saxlayaraq 2 otaqlı mənzil üçün ilkin olaraq 15000 manat ödəmək istədiyini və pulu necə verə biləcəyini soruşmuşdur. Maya iş yerinin yaxınlığında Bakı şəhəri, Yasamal rayonu, Səfayət Mehdiyev küçəsində yerləşən 23 saylı notariat ofisinin olduğunu, ora gəlib borc müqaviləsi əsasında pulun verilməsini istəmişdir. O, bu təkliflə razılaşmış və əri Şahid5la birlikdə ona məxsus olan 8900 ABŞ dollarını götürərək 23 saylı notariat ofisinə getmiş və Maya ilə görüşmüşdür. Notariat ofisində ABŞ dollarını manata çevirmək istədikləri zaman 900 ABŞ dollarının köhnə əskinas olması səbəbindən dəyişdirilmədiyi, yalnız 8000 ABŞ dollarının manata çevrildiyi məlum olmuşdur. Notariat ofisində o və Təqsirləndirilən şəxs arasında 01 mart 2024-cü il tarixinədək qüvvədə olan borc müqaviləsi bağlanmış və o, Mayaya 13500 manat məbləğində pul vermişdir. Əlində qalan 900 ABŞ dollarını da Mayaya təqdim etmiş, Maya isə ilkin ödənişin tamamlanması üçün həmin 900 ABŞ dollarını götürərək ona 30 manat qaytarmışdır. Beləliklə o, Mayaya ümumilikdə 15000 manat pul vermişdir. 25 yanvar 2024-cü il tarixdə Maya ona zəng edərək MİDA yaşayış sahəsində güzəştli şərtlərlə 2 otaqlı mənzilin ayrıldığını, lakin sonradan həmin mənzildən imtina edilməsi barədə məlumat vermişdir. Maya ona 7500 manat ilkin ödəniş etməklə həmin mənzili 14 fevral 2024-cü il tarixinədək ala biləcəyini demiş, o da bu barədə əri Şahid5 məlumat vermiş və birlikdə razılaşaraq həmin mənzil üçün 7500 manat ilkin ödəniş etməyə qərar vermişdir. 26 yanvar 2024-cü il tarixdə Maya ona zəng edərək 2 otaqlı mənzil üçün ilkin ödəniş olan 7500 manatın təcili göndərilməsini istəmişdir. Əks halda mənzil əldən çıxacaqmış. O da bununla razılaşaraq Mayanın kart hesabına ümumilikdə 7 500 manat məbləğində pul köçürmüşdür. Maya vəd etdiyi müddət ərzində mənzili ona təhvil vermədiyi üçün o, Mayaya zəng vuraraq mənzillə bağlı maraqlanmışdır. Lakin Maya zənglərə cavab verməmiş, cavab verdiyi hallarda isə müxtəlif bəhanələr gətirmişdir. Daha sonra o, pulunun qaytarılmadığını görüb polisə şikayət etmişdir. Ümumilikdə 22500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən pulunun qaytarılmasını tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi Gülbəniz vasitəsilə tanımışdır. Təsadüfən bibisi ilə ev almaq barədə söhbət düşmüş və övladlarının Bakı şəhərində təhsil alması ilə əlaqədar kirayə pul verməkdənsə özlərinə mənzil almaq qərarına gəlmişlər. Bu zaman onlara MİDA yaşayış kompleksindən mənzil almaq təklif edilmiş, Maya özünü ASAN Xidmətin əməkdaşı kimi təqdim edərək sənədlərlə bağlı heç bir problem olmayacağını bildirmişdir. Onun həyat yoldaşı həkim olduğu üçün mənzilin onun adına alınması planlaşdırılmışdır. O, ev almaq istədikdən sonra həyat yoldaşının baldızının da mənzil almaq istədiyini öyrənmişdir. Onlar əvvəllər Bakı şəhərində kirayədə yaşamış, buna görə də hər iki ailə Bakıda mənzil sahibi olmaq istəmişlər. O, Maya ilə danışmış, Maya Əbülfət üçün 3 otaqlı mənzil vəd etdiyini, həmin mənzilin ilkin ödənişi üçün 12000 manat məbləğində pulu ona verdiyini bildirmişdir. Maya ona 3 ili bitmiş, 1 otaqlı hazır mənzilin olduğunu demiş və həmin mənzil üçün 4500 manat tələb etmişdir. Maya bir ay ərzində həmin mənzilin sənədlərinin təqdim ediləcəyini və mənzilin ona veriləcəyini bildirmişdir. Sözügedən mənzilin Toğrul Mustafayevin adına olduğu, MİDA yaşayış kompleksinin tikinti rəisinin oğluna məxsus olduğu deyilmişdir. O, sonradan qonşu ilə əlaqə saxlamış və ona məlum olmuşdur ki, həmin mənzil Toğrul Mustafayevə məxsusdur və o, mənzili kirayəyə vermişdir. Bundan sonra o, Maya ilə əlaqə saxlayaraq, başqasına məxsus olan evin ona necə verilə biləcəyini soruşmuşdur. Maya bildirmişdir ki, bu söhbət açılmamışdan əvvəl artıq həm Əbülfətə aid olan pul vəsaitini, həm də satışa hazır olan digər mənzillərlə bağlı ödənişləri etmişdir. Belə ki, Maya Əbülfətə aid 12000 manat, özünə aid 13000 manat, 1 otaqlı mənzil üçün 4500 manat, satışa hazır 2 otaqlı mənzil üçün isə 5500 manat olmaqla ümumilikdə 36000 manat məbləğində pul vəsaiti ödədiyini göstərmişdir. Ödənişlərin bir hissəsi kart vasitəsilə, bir hissəsi isə nəğd şəkildə həyata keçirilmişdir. Pulu şəxsən Mayaya vermiş, bu zaman yanında hər hansı digər şəxs olmamışdır. O, dindar insan olduğundan və həyat yoldaşı faizsiz, ipoteka yolu ilə ev almaq istədiyinindən, lakin buna razı olmadığını və məhz bu səbəbdən Mayanın təklifilə razılaşmışdır. Bibisi ona əvvəllər aldığı mənzilləri göstərmiş və bu səbəbdən Mayaya inanmışdır. O, hər hansı alqı-satqı əməliyyatında iştirak etməmişdir. Maya ondan “Asan xidmət” mərkəzində işlədiyini, iş yerində problem olduğundan oraya gəlməmisini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xatirə adlı şəxs ona qaynanası üçün ev almaqla bağlı təklif etmişdir. Daha sonra onlar bu məsələ ilə bağlı öz aralarında məsləhətləşmiş və Xatirə xanımla görüşmüşlər. Görüş zamanı Xatirə xanım onlara Təqsirləndirilən şəxs telefon nömrəsini vermiş, bundan sonra telefonla əlaqə saxladıqdan sonra Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksinin həyətində Maya ilə görüşmüşdür. Maya onlara görüş üçün vaxt təyin etmiş, daha sonra isə Lider telekanalının yaxınlığında yerləşən notariusa getmişlər. Həmin vaxt o, notariusda Mayaya 15000 manat pul vermişdir. Sonradan Maya zəng edərək, əvvəlcədən 7000 manatdan az ödədiklərini, əlavə olaraq qalan məbləğin də verilməli olduğunu bildirmişdir. O, bununla razılaşmış və əlavə 7000 manat ödəniş də etmişdir. Xatirə xanımın əsl adı Zərərçəkmiş şəxs5dir. Ev almaq təşəbbüsü ilkin olaraq qaynanasına aid olmuşdur və mənzili həyat yoldaşının adına almaq istəmişdir. Onun həyat yoldaşının adı Zərərçəkmiş şəxs6dır. Onlar ümumilikdə 15000 manat ödəniş etmiş, həmin pul notariusda Mayaya verilmişdir. Pul verilən zaman onun həyat yoldaşı da orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs vasitəsi ilə oğullarına Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yaşayış sahəsində iki sosial mənzil almışdır. 2023-cü ilin avqust ayının axırlarında oğlu Murad ona demişdir ki, Zərərçəkmiş şəxs1 adlı müştəri var, o, da mənzil almaq istəyir. Zərərçəkmiş şəxs1 ilə telefonda danışarkən ona bildirmişdir ki, həmin mənzilləri Təqsirləndirilən şəxs vasitəsilə almışdır. Həmçinin Zərərçəkmiş şəxs1 MİDA yaşayış kompleksində 3 otaqlı mənzilə görə ilkin ödənişin 15000 manat, 4 otaqlı mənzilə görə ilkin ödənişin isə 17000 manat olmasını demişdir. Zərərçəkmiş şəxs1 demişdir ki, o, 4 otaqlı mənzil almaq istəyir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 4 otaqlı mənzilə görə ilkin olaraq 3000 manat, qalan 14000 manatı isə 2 günə verəcəyi barədə məlumat vermişdir. Daha sonra 08 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 onunla Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən "Oskar" şadlıq sarayının qarşısında görüşərək 3000 manat pul vermişdir. O da həmin pulu oğlu Nicata vermişdir ki, Mayanın kartına köçürsün. Nicat həmin gün pulu Mayanın kartına atmışdır. Daha sonra 09 sentyabr 2023-cü il tarixdə o, Könül və Rahim adlı şəxs Maya ilə "Daş fırın" restoranında görüşmüşlər. Görüş zamanı Könül onun və Rahimin yanında mənzilə görə 14000 manatı Mayaya vermişdir. Maya pulu alıb demişdir ki, 2 aya mənzil onlara təhvil veriləcəkdir. Bundan başqa, o, 2023-cü ilin sentyabr ayında qardaşı oğlu Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs vasitəsilə oğullarına MİDA yaşayış kompleksindən mənzillər almışdır. Daha sonra o, Şahid3 oğlu Muardın MİDA yaşayış kompleksində olan mənzilinə aparmış və Şahid3 mənzilə baxdıqdan sonra ondan xahiş etmişdir ki, Maya ilə onu görüşdürsün. O, Şahid3 Təqsirləndirilən şəxs ilə görüşdürmüş, görüş zamanı Maya ona təklif etmişdir ki, MİDA yaşayış kompelksində 3 otaqlı mənzilə görə ilkin 13000 manat və 15 ilə aylıq 376 manat ödəniş edilməlidir. Şahid3 Mayanın dediyi şərtlərlə razılaşmışdır. Bundan sonra Şahid3 demişdir ki, 22 sentyabr 2023-cü il tarixdə MİDA yaşayış kompleksində 3 otaqlı mənzili gözəştli şərtlərlə almaq üçün ilkin olaraq 13000 manat vermişdir və həmin pulun verilməsini rəsmiləşdirlməsi üçün Bakı şəhəri Nəsimi rayonunda yerləşən notariat ofisində borc müqaviləsi bağlamışlar. Bir müddətdən sonra Şahid3 demişdir ki, o, MİDA yaşayış kompelskindən 4 ədəd mənzil almaq üçün Mayaya 35000 manat vermişdir. Bundan başqa, 2023-cü ilin oktaybr ayında usta işləyən Zərərçəkmiş şəxs4 ona demişdir ki, o da Yasamal rayonu MİDA yaşayış kompleksindən mənzil almaq istəyir. O, Elxana bildirmişdir ki, oğullarına aldığı mənzilləri Təqsirləndirilən şəxs vasitəsi ilə almışdır. Daha sonra Mayanın mobil telefon nömrəsini Zərərçəkmiş şəxs4 vermişdir. Elxan onun yanında Maya ilə danışaraq 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Bundan sonra onlar 23 oktyabr 2023-cü il tarixdə o, Elxan və Maya ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış kompleksində "Zefir Mall" ticarət mərkəzində olan kafedə görüşmüşlər, görüş zamanı Elxan onun yanında 1 ədəd 1 otaqlı mənzil və 1 ədəd 3 otaqlı mənzilə görə ilkın ödəniş olaraq Mayaya 20000 manat vermişdir. Daha sonra Elxan onun vasitəsilə Mayaya 3000 manat və 5000 manat göndərmişdir. Həmin pulları MİDA yaşayış kompleksində ev 32, mənzil 10-da oğlu Muradın yaşadığı mənzildə Mayaya vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-2021-ci illərdə Zərərçəkmiş şəxs1 lombarda müştəri kimi tanımış və aralarında münasibət yaranmışdır. Həmin dövrdə “Sizin” lombardın filialında Murad Qəhrəmanov kredit mütəxəssisi kimi işləyirmiş və Zərərçəkmiş şəxs1 Murad Qəhrəmanovu tanıyırmış. 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 onun işlədiyi filiala gələrək qızıl girov qoymuş və 8 000 manat pul götürmüş, həmin vaxt ona bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonunda tikilmiş MİDA yaşayış kompleksindən Murad Qəhrəmanovun anası Gülbənizin vasitəsilə 4 otaqlı mənzil alacaq, bunun üçün 3 000 manat və özünə məxsus sənədləri Gülbənizə verəcək, daha sonra isə birlikdə gedəcəklər. O, bu təkliflə razılaşmış, Zərərçəkmiş şəxs1 və Gülbənizlə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Praqa” restoranının yaxınlığında görüşdülər. Görüş zamanı Zərərçəkmiş şəxs1 onun yanında Gülbənizə 3 000 manat pul və özünə məxsus sənədləri təqdim etmişdir. Gülbəniz isə pulu və sənədləri aldıqdan sonra sənədləri yoxlayacağını, qalan məbləğin isə mənzilin alınmasına kömək edən Maya adlı şəxsə verilməli olduğunu demişdir. Ertəsi gün Zərərçəkmiş şəxs1 ona zəng edərək, “MİDA” yaşayış kompleksindən 4 otaqlı mənzilin alınması üçün əlavə olaraq 8 000 manatın Gülbənizə verilməli olduğunu, bunun üçün birlikdə getməli olduqlarını xəbər vermişdir. O da razılıq vermiş və həmin gün Zərərçəkmiş şəxs1 və Gülbənizlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsində yerləşən “Daşfırın” restoranının qarşısına getmişdir. Sonra restoranda o, Könül, Gülbəniz və sonradan adını Maya bildikləri qadınla görüşmüşlər. Görüş zamanı Maya Könülə sənədlərə baxıldığını, ipoteka düşdüyünü, ilkin olaraq 3 000 manat, əlavə olaraq isə 8 000 manat verilməli olduğunu demişdir. Könül bu şərtlərlə razılaşmış və Gülbənizə 8 000 manat pulu onun və Mayanın yanında sayaraq vermişdir. Gülbəniz həmin pulu Mayaya təqdim etmiş, Maya isə pulu aldıqdan sonra ümumilikdə 11 000 manat verildiyini, qalan 4 000 manatın isə 2 ay sonra evə köçərkən ödəniləcəyini bildirmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Könül ona zəng edərək Mayanın mənzil məsələsini uzatdığını, zənglərə cavab vermədiyini xəbər vermişdir. Sonradan Könül ona Mayanın mobil telefon nömrəsini vermiş, o isə özünə məxsus ***-***-**-** nömrəsindən Mayaya zəng edərək mənzil məsələsinin niyə uzadıldığını soruşmuşdur. Maya cavabında ilin sonuna görə 4 otaqlı mənzillərin verilməsinin dayandırıldığını, yeni ildən sonra 4 otaqlı mənzillərin veriləcəyini və Zərərçəkmiş şəxs1 ilə alqı-satqının aparılacağını bildirmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq, nəticədə Maya Zərərçəkmiş şəxs1 mənzil verməmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında tanışı Əliağa ona Maya adlı qadının vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA yaşayış sahəsindən güzəştli şərtlərlə mənzil alması barədə məlumat vermişdir. Bununla əlaqədar o, Mayanın telefon nömrəsini Əliağadan almışdır. O, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, “MİDA” yaşayış kompleksində sifariş əsasında qapı, pəncərə və şüşə aynabənd quraşdırılması işlərini görərkən həmin kompleksdə texniki işçi kimi çalışan və Qəbələ rayonundan olan Səbuhi adlı şəxslə tanış olmuşdur. 2023-cü ilin iyul ayında Səbuhi ona müraciət edərək “MİDA” yaşayış sahəsində güzəştli şərtlərlə mənzil almaq istədiyini dilə gətirmişdir. O isə tanışı Əliağanın Maya vasitəsilə mənzil aldığını nəzərə alaraq, Maya adlı qadının vasitəsilə bu məsələnin həll oluna biləcəyini, istədiyi halda Mayanın telefon nömrəsini verə biləcəyini bildirmişdir. Səbuhi bu təkliflə razılaşmış və o, Mayanın telefon nömrəsini Səbuhiyə təqdim etmişdir. Bir müddət sonra o, Səbuhi ilə yenidən görüşmüş, Səbuhi ona bildirmişdir ki, Maya ilə danışmış, Maya mənzil məsələsində kömək edəcəyini demiş və bu məqsədlə Mayanın kart hesabına 9 000 manat pul köçürmüşdür. Daha sonra Səbuhi ona demişdir ki, Maya tərəfindən verilmiş mənzil başqa şəxsə məxsus çıxmış, həmin mənzildən çıxmağa məcbur olmuş, Maya isə pulunu geri qaytarmamışdır. Bir müddət sonra Səbuhi ona yenidən zəng edərək, Maya tərəfindən aldadıldığını, 10 500 manat pulunun ələ keçirildiyini və pulun geri qaytarılmadığını bildirmişdir. O isə Səbuhiyə dövlət orqanlarına məlumat verməsini məsləhət görmüşdür. O, Səbuhi ilə Maya arasında keçirilmiş görüşlərdə, eləcə də Səbuhinin Mayaya pul verməsində iştirak etməmiş, onların şəxsi danışıqlarına iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 aprel 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məxsus 22 500 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 01, i/v 04). 26 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 və Təqsirləndirilən şəxs aralarında notarial qaydada bağlanılmış borc müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs 13 500 manat məbləğində borc vermiş, Təqsirləndirilən şəxs isə həmin borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür (cild 01, i/v 13-16). Zərərçəkmiş şəxs6 təqdim etdiyi 3 ədəd bank qəbzindən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs kart hesabına 26 yanvar 2024-cü il tarixdə 7 500 manat pul köçürmüşdür (cild 01, i/v 14-16). 04 aprel 2025-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28 PŞ-nə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus 10 500 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 01, i/v 28). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 60-61). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyun 2024-cü il tarixli, 4(004)-560/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığında saxlama müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 108-113). 15 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 19 500 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 01, i/v 135). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i/v 203-204). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 01, i/v 206-207). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 208-209). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır (cild 01, i/v 220-221). “Şəxsin könüllü gəlmə haqqında” 09 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 noyabr 2024-cü il tarixdə könüllü olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gəlmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 01, i/v 223). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 01, i/v 223-224). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2024-cü il tarixli, 4(006)-630/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 noyabr 2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 247- 251). “Cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsinə tövsif edilmişdir (cild 01, i/v 257-260). 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 məxsus 21 500 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 02, i/v 35). 06 yanvar 2024-cü tarixdə Zərərçəkmiş şəxs7 tərəfindən tərtib edilmiş, 4 nəfər şahidin və Təqsirləndirilən şəxs da imzalarının olduğu ərizədən, eləcə də ona əlavə edilmiş bank qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs məxsus 416973******8876 nömrəli kart hesabına ümumilikdə 21 500 manat məbləğində pul vəsaiti köçürmüşdür (cild 02, i/v 44-53). 06 yanvar 2024-cü il tarixli əl yazma qəbzindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 nağd şəkildə 15 000 manat pul almışdır (cild 02, i/v 125-126). 19 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 məxsus 9037 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 02, i/v 244-245). Zərərçəkmiş şəxs9 təqdim etdiyi 2 ədəd bank qəbzindən görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs kart hesabına 30 mart 2024-cü il və 13 aprel 2024-cü il tarixdə 1 037 manat pul köçürmüşdür (cild 03, i/v 214). 27 may 2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məxsus 18 533 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi daxil olmuşdur (cild 03, i/v 234-235). 23 may 2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus 91 600 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə bağlı şikayət ərizəsi və ona əlavə edilmiş Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs kart hesabına 30 oktyabr 2024-cü il, 01 noyabr 2023-cü il, 06 noyabr 2023-cü il, 21 noyabr 2023-cü il, 22 noyabr 2023-cü il, 15 yanvar 2024-cü il, 16 yanvar 2024-cü il və 17 yanvar 2024-cü il tarixdə 53 500 manat pul köçürməsini təsdiq edən 12 ədəd bank qəbzi daxil olmuşdur (cild 03, i/v 247-253). Zərərçəkmiş şəxs X9 təqdim etdiyi 5 ədəd bank qəbzindən görünür ki, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs kart hesabına 20 fevral 2024-cü il tarixdə 23 000 manat pul köçürmüşdür (cild 03, i/v 272). Zərərçəkmiş şəxs Xaliq Əliyevin təqdim etdiyi, zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında WhatsApp yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Xaliq Əliyevi “MİDA” yaşayış kompleksində mənzillə təmin edəcəyi barədə yalan vədlər vermişdir (cild 03, i/v 273-279). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 04, i/v 09). Zərərçəkmiş şəxs5 təqdim etdiyi 14 ədəd bank qəbzindən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs kart hesabına 8 840 manat pul köçürmüşdür (cild 04, i/v 25- 41). Zərərçəkmiş şəxs5 təqdim etdiyi, zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında WhatsApp yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 “MİDA” yaşayış kompleksində mənzillə təmin edəcəyi barədə yalan vədlər vermişdir (cild 04, i/v 43-44). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli, 4(006)- 697/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay olmaqla, 09 yanvar 2025-ci il tarixədək uzadılmışdır (cild 04, i/v 167-175). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 4(006)-6/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 09 yanvar 2025-ci il tarixdən 09 fevral 2025-ci il tarixədək uzadılmışdır (cild 04, i/v 199-205). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 4(007)-35/2025 nömrəli qərarının nəticəvi hissəsinə dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay müddətinə, yəni 09 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 04, i/v 246). Zərərçəkmiş şəxs1 təqdim etdiyi 14 ədəd bank qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs kart hesabına 2 500 manat pul köçürmüşdür (cild 04, i/v 252). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 4(007)-77/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay müddətinə, yəni 09 aprel 2025-ci il tarixədək uzadılmışdır (cild 05, i/v 01). Zərərçəkmiş şəxs2 təqdim etdiyi 3 ədəd bank qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs kart hesabına 5 500 manat pul köçürmüşdür (cild 05, i/v 19- 20). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8 aprel 2025-ci il tarixli, 4(007)-109/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay olmaqla, 09 iyun 2025-ci il tarixədək uzadılmışdır (cild 05, i/v 44). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 24 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs6 təqdim etdiyi 26 dekabr 2023-cü il tarixli 23 saylı notariat ofisində Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış borc müqaviləsi, Təqsirləndirilən şəxs kart hesabına 26 yanvar 2024-cü il tarixdə köçürülmüş 7 000 manat pulun 3 ədəd qəbzi; Zərərçəkmiş şəxs3 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 18 oktyabr 2023-cü il və 23 yanvar 2024-cü il tarixdə köçürülmüş 10 200 manat pulun 2 ədəd qəbzi; Zərərçəkmiş şəxs7 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 04 yanvar 2024-cü il, 06 yanvar 2024-cü il, 10 yanvar 2024-cü il, 19 yanvar 2024-cü il, 31 yanvar 2024-cü il, 04 fevral 2024-cü il, 05 mart 2024-cü il tarixdə köçürülmüş 21 500 manat pulun 8 ədəd qəbzi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 15 000 manat pulu almasına dair əl yazma qəbzi; Zərərçəkmiş şəxs9 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 30 mart 2024-cü il və 13 aprel 2024-cü il tarixdə köçürülmüş 1 037 manat pulun 2 ədəd qəbzi; Zərərçəkmiş şəxs4 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 30 oktyabr 2024-cü il, 01 noyabr 2023-cü il, 06 noyabr 2023-cü il, 21 noyabr 2023-cü il, 22 noyabr 2023-cü il, 15 yanvar 2024-cü il, 16 yanvar 2024-cü il, 17 yanvar 2024-cü il tarixdə köçürülmüş 53 500 manat pulun 12 ədəd qəbzi; X9 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 20 fevral 2024-cü il tarixdə köçürülmüş 23 000 manat pulun 5 ədəd qəbzi; X25 Mustafayeva arasında WhatsApp yazışması, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş 8 840 manat pulun 14 ədəd qəbzi; Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında WhatsApp yazışması, Zərərçəkmiş şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş 5 500 manat pulun 03 ədəd qəbzi cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilərək saxlanılmışdır (cild 05, i/v 130-187). Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 1(101)-1449/2025 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs5 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində işə cəlb edilmişdir (cild 07, i/v 76-77). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində dəymiş ziyandan Zərərçəkmiş şəxs8 qismən (11000 manat) ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsini, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdən 02 sentyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 02 ay 20 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 09 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs6 təqdim etdiyi 26 dekabr 2023-cü il tarixli 23 saylı notariat ofisində Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış borc müqaviləsi, Təqsirləndirilən şəxs kart hesabına 26 yanvar 2024-cü il tarixdə köçürülmüş 7000 manat pulun 3 ədəd qəbzi; Zərərçəkmiş şəxs3 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 18 oktyabr 2023-cü il və 23 yanvar 2024-cü il tarixdə köçürülmüş 10200 manat pulun 2 ədəd qəbzi; Zərərçəkmiş şəxs7 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 04 yanvar 2024-cü il, 06 yanvar 2024-cü il, 10 yanvar 2024-cü il, 19 yanvar 2024-cü il, 31 yanvar 2024-cü il, 04 fevral 2024-cü il, 05 mart 2024-cü il tarixdə köçürülmüş 21500 manat pulun 8 ədəd qəbzi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 15000 manat pulu almasına dair əl yazma qəbzi; Zərərçəkmiş şəxs9 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 30 mart 2024-cü il və 13 aprel 2024-cü il tarixdə köçürülmüş 1037 manat pulun 2 ədəd qəbzi; Zərərçəkmiş şəxs4 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 30 oktyabr 2024-cü il, 01 noyabr 2023-cü il, 06 noyabr 2023-cü il, 21 noyabr 2023-cü il, 22 noyabr 2023-cü il, 15 yanvar 2024-cü il, 16 yanvar 2024-cü il, 17 yanvar 2024-cü il tarixdə köçürülmüş 53500 manat pulun 12 ədəd qəbzi; X9 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 20 fevral 2024-cü il tarixdə köçürülmüş 23000 manat pulun 5 ədəd qəbzi; X25 Mustafayeva arasında WhatsApp yazışması, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş 8840 manat pulun 14 ədəd qəbzi; Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında WhatsApp yazışması, Zərərçəkmiş şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş 5500 manat pulun 03 ədəd qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs5 mülki iddia qaldıraraq vurulmuş maddi zərərə görə 20000 manat, dövlət rüsumu kimi ödənilmiş 150 manat və dövlət rüsumunun ödənilməsilə bağlı ödənilmiş 0,40 manat xidmət haqqının, Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı)- Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 13276 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu ziyan da təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 13276 manat, ödənilmiş 150 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsilə bağlı ödənilmiş 0,40 manat xidmət haqqı, cəmi 13426,4 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs (mülki cavabdeh)-Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxs (mülki iddiaçı)- Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdən 02 sentyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 02 ay 20 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 06 il 09 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs6 təqdim etdiyi 26 dekabr 2023-cü il tarixli 23 saylı notariat ofisində Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış borc müqaviləsi, Təqsirləndirilən şəxs kart hesabına 26 yanvar 2024-cü il tarixdə köçürülmüş 7 000 manat pulun 3 ədəd qəbzi; Zərərçəkmiş şəxs3 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 18 oktyabr 2023-cü il və 23 yanvar 2024-cü il tarixdə köçürülmüş 10 200 manat pulun 2 ədəd qəbzi; Zərərçəkmiş şəxs7 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 04 yanvar 2024-cü il, 06 yanvar 2024-cü il, 10 yanvar 2024-cü il, 19 yanvar 2024-cü il, 31 yanvar 2024-cü il, 04 fevral 2024-cü il, 05 mart 2024-cü il tarixdə köçürülmüş 21 500 manat pulun 8 ədəd qəbzi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 15 000 manat pulu almasına dair əl yazma qəbzi; Zərərçəkmiş şəxs9 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 30 mart 2024-cü il və 13 aprel 2024-cü il tarixdə köçürülmüş 1 037 manat pulun 2 ədəd qəbzi; Zərərçəkmiş şəxs4 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 30 oktyabr 2024-cü il, 01 noyabr 2023-cü il, 06 noyabr 2023-cü il, 21 noyabr 2023-cü il, 22 noyabr 2023-cü il, 15 yanvar 2024-cü il, 16 yanvar 2024-cü il, 17 yanvar 2024-cü il tarixdə köçürülmüş 53 500 manat pulun 12 ədəd qəbzi; X9 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına 20 fevral 2024-cü il tarixdə köçürülmüş 23 000 manat pulun 5 ədəd qəbzi; X25 Mustafayeva arasında WhatsApp yazışması, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş 8 840 manat pulun 14 ədəd qəbzi; Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında WhatsApp yazışması, Zərərçəkmiş şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs kart hesabına köçürülmüş 5 500 manat pulun 03 ədəd qəbzi cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) X3 vurulmuş zərərə görə 13276 manat və ödənilmiş 150 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsilə bağlı ödənilmiş 0,40 manat xidmət haqqı, cəmi 13426,4 manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1449/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1449/2025
09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver