Məhkəmə qərarları › İş №1(101)-145/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-145/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-145/2021 01.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X16 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxsin hüquqi varisi: X2 Zərərçəkmiş şəxs və mülki iddiaçı: Zərərçəkmiş şəxs1 Mülki iddiaçı: X13 Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “Fides” Vəkil Bürosunun Vəkili Nümayəndə Müdafiəçilər: Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 1980-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125,182.3.2 və 221.1-ci maddələri ilə xx xxxxxx 1981-ci il tarixdə Masallırayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda əmlakını əldə etmə məqsədi ilə, qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 2016-cı ilin dekabr ayından mütəmadi olaraq görüşüb intim münasibətlərdə olduğu X14 görə 2018-ci ilin may ayında Rusiya Federasiyasına getmədiyini və bu səbəbdən orada müxtəlif işlər görüb qazanacağı 75.000 ABŞ dolları məbləğində gəliri itirdiyini bəhanə edərək, 2018-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs2la birlikdə özlərinə məxsus mobil telefonlarla Fidan Muradovaya və sonuncunun anası X3 zəng edərək, eləcə də Fidan Muradovanın yaşadığı ünvan 4 ünvana gedərək münasibətdə olduqları müddətdə Fidan Muradova ilə sonuncunun yaşadığı yuxarda göstərilən ünvanda, Bakı şəhəri və respublikanın başqa ərazilərində ayrı-ayrı ünvanlarda görüşərkən, həmçinin birlikdə olduqları müddətdə digər şəxslərin iştirakı ilə keçirilən görüşlər zamanı mobil telefona çəkilmiş Fidan Muradovaya məxsus intim fotoları və video görüntüləri əri Zərərçəkmiş şəxs1, digər yaxın qohumlarına təqdim edəcəyi, həmin foto və video görüntüləri internet üzərindən sosial şəbəkələrdə paylaşacağı və bununla da Fidan Muradova haqqında rüsvayedici məlumatlar yayacağı ilə, bundan əlavə xx xxxxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Fidan Muradovanın yaşadığı yuxarda göstərilən ünvanda yerləşən mənzilə gedib, həmin mənzilin mətbəxindən götürdüyü silah qismində istifadə etdiyi mətbəx bıçağını Fidan Muradovaya nümayiş etdirərək öldürəcəklərini bildirib zor göstərməklə, sonuncu hədələyərək, ondan külli miqdar təşkil edən həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 127500 (bir yüz iyirmi yeddi min beş yüz) manata bərabər 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində pulu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri ərazisində hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o X22 ilə aralarında olan münasibətlər zamanı mobil telefonu vasitəsi ilə çəkdiyi və özündə saxladığı intim foto və video görüntüləri, eiəcə də sonuncunun əri Zərərçəkmiş şəxs1 aid əldə etdiyi intim fotoşəkilləri istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonda qeydiyyatdan keçmiş “whats app” proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonda qeydiyyatdan keçmiş “whats app” proqramına 07-xx xxxxxxx 2018-ci il tarixlərdə göndərib, həmin foto və video görüntüləri Fidan Muradovanın yaxın qohumlarına göndərəcəyi və internet üzərindən sosial şəbəkələrdə paylaşacağı və bununla da özü və arvadı haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, 13-xx xxxxxxx 2018-ci il tarixdə sonuncudan həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 17000 manata bərabər 10000 ABŞ dolları məbləğində xeyli miqdarda pulu Bakı şəhəri ərazisində təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, X22 ilə xx xxxxxxx 2018-ci il tarixdə sonuncunun yaşadığı ünvan 6 ünvanında yerləşən binanın qarşısında təklikdə görüşmək barədə razılaşdıqdan sonra həmin tarixdə saat 23 radələrində Fidan Muradova anası X9 ilə birlikdə binanın qarşısına düşüb özünə məxsus olmaqla idarə etdiyi “Seat” markalı, "Leon” modelli, **-MO-*** qeydiyyat nişanlı avtomobillə olarkən o, Fidan Muradovanın görüşə anası ilə gəlməsini bəhanə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qanuna zidd fəal hərəkətlər edərək ictimai yerdə, avtomobilin arxa qapısını açaraq sonuncunu nalayiq ifadələrlə təhqir edib fiziki zor tətbiq edəcəyi ilə qorxudub hədələyərək, avtomobilin qapısını çırpıb yumruq və təpiklə vuraraq avtomobilin arxa sağ qapısını əzib, arxa baqaj süşəsini sındıraraq avtomobilə 1270 manat dəyərində zərər vurub zədələmiş, nəticədə həmin hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa o, Fidan Muradova ilə münasibətdə olduğu müddətdə Bakı şəhəri və respublikanın digər ərazilərində ayrı-ayrı ünvanlarda görüşərkən, həmçinin birlikdə olduqları müddətdə özlərinin və digər şəxslərin iştirakı ilə keçirilən görüşlər zamanı mobil telefon vasitəsi ilə çəkilmiş intim foto və video görüntülərinin olduğuna görə ondan asılı olmuş Fidan Muradovaya 2018-ci ilin avqust-oktyabr ayları ərzində barəsində rüsvay edici məlumatları yaymaqla hədə-qorxu gəlməklə, sonuncunu söyüb təhqir edərək, ona məxsus intim foto və video görüntüləri xx xxxxxxx 2018-ci il tarixdə əri Zərərçəkmiş şəxs1, xx xxxxxxx 2018-ci il tarixdə qardaşı X18 və dayısı Şahid2 “Whats app” proqram vasitəsilə göndərib Fidan Muradovanın ləyaqətini mütəmadi olaraq alçaltmaqla sonuncunun xx xxxxxxx 2018-ci il, saat 15 radələrində yaşadığı Bakı şəhəri, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi ev 17, 130 nömrəli mənzilinin hamam otağında “Rodentisit” (siçan zəhəri) içib, sol qolunu ülgüclə kəsərək özünə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol saidin kəsilmiş yarası xəsarətləri yetirməklə, xx xxxxxxx 2018-ci il, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi “Bağlar” massivində yerləşən nömrəsiz evdə şüşə qabda olan sirkə turşusunu içib sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid ekzotoksik şokla müşayiət olunan mədə-bağırsaq qanaxması, iki tərəfli aspirasion pnevmoniya, hər iki yanaq çənə nahiyələrinin, boyun nahiyəsinin, yuxarı tənəffüs yollarının, ağız boşluğunun, qida borusunun, mədə bağırsaq traktının kimyəvi yanıqları, sirkə turşusu ilə ağır dərəcədə zəhərlənmə xəsarətlərini yetirərək özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda əmlakını əldə etmə məqsədi ilə, qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun 2016-cı ilin dekabr ayından mütəmadi olaraq görüşüb intim münasibətlərdə olduğu X14 görə 2018-ci ilin may ayında Rusiya Federasiyasına getmədiyini və bu səbəbdən orada müxtəlif işlər görüb qazanacağı 75.000 ABŞ dolları məbləğində gəliri itirdiyini bəhanə edib, 2018-ci ilin sentyabr- oktyabr aylarında Təqsirləndirilən şəxs1la birlikdə özlərinə məxsus mobil telefonla zəng etməklə Fidan Muradova və sonuncunun anası X9 ilə danışarkən, eləcə də xx xxxxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Fidan Muradovanın yaşadığı ünvan 8 ünvanına gedərək Təqsirləndirilən şəxs1la münasibətdə olduqdları müddətdə Fidan Muradovanın yaşadığı yuxarıda göstərilən ünvanda, Bakı şəhəri və respublikanın digər ərazilərində ayrı-ayrı ünvanlarda görüşərkən, həmçinin digər şəxslərin iştirakı ilə keçirilən görüşlər zamanı mobil telefona çəkilmiş Fidan Muradovaya məxsus intim fotoları və video görüntüləri əri Zərərçəkmiş şəxs1, digər yaxın qohumlarına təqdim edəcəyi, həmin foto və video görüntüləri internet üzərindən sosial şəbəkələrdə paylaşacağı və bununla da Fidan Muradova haqqında rüsvayedici məlumatlar yayacağı ilə, bundan əlavə xx xxxxxxxx 2018-ci il tarixdə Fidan Muradovanın yaşadığı yuxarda göstərilən ünvanda yerləşən mənzilə Təqsirləndirilən şəxs1la birlikdə gedib, sonuncunun həmin mənzilin mətbəxindən götürdüyü silah qismində istifadə etdiyi mətbəx bıçağını Fidan Muradovaya nümayiş etdirərək, öldürəcəklərini bildirib zor göstərdikdən sonra, Fidan Muradovanı hədələyərək ondan külli miqdar təşkil edən həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 127500 (bir yüz iyirmi yeddi min beş yüz) manata bərabər 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində pulu qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri ərazisində hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, X22 ilə 2015-ci ildə Aygün adlı şəxs vasitəsilə tanış olmuşdur və onunla mehriban münasibətləri yaranmışdır. Fidan Muradova qeydiyyat nişanını xatırlamadığı “Range Rover” markalı avtomobili idarə edirdi. O X24 Muradovun arvadı olmasını bilmirdi, ailəli olub boşandığını düşünürdü. O, özünü belə təqdim etmişdi. Rəhman dənizdə işdə olduğu müddətdə o Fidan Muradovanın yaşadığı Bakı şəhəri, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində və ya Pirşağı qəsəbəsi “Bağlar” massivində yerləşən evinə gedərək, onunla görüşürdü. 2017-ci ilin təxminən aprel ayında o Fidan Muradovaya məxsus “Range Rover” markalı avtomobilini idarə edərkən, Fidanın qardaşı Ramin Qazıyev onu görüb və bu barədə Fidanın əri Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Həmin ərəfələrdə o Fidanla görüşərkən, qardaşının onun avtomobilini idarə etməyini gördüyünü danışdı. Fidan ona dedi ki, qardaşı ona bu barədə danışıb və onu qardaşına maşın ustası kimi təqdim edib. Fidanın qardaşı Ramin buna inanmayıb və bu barədə Fidanın yoldaşı Rəhmana məlumat verib. Bundan sonra həmin ərəfədə bir nəfər ona zəng edərək, özünü Zərərçəkmiş şəxs1 kimi təqdim etdi və ona yoldaşımın maşını nəyə görə onda olduğunu soruşaraq, onunla görüşmək istədiyini bildirdi. O da Zərərçəkmiş şəxs1la razılaşıb onunla elmlər metrostansiyasının yaxınlığında görüşdü, görüş zamanı Rəhman ondan nəyə görə Fidana məxsus avtomobili idarə etdiyini və Fidanla nə kimi münasibətlərinin olması barədə maraqlananda, o maşın ustası kimi avtomobili idarə etdiyini bildirdi. Daha sonra isə ona Fidanla ayrıldığını, onun da ondan uzaq gəzməyini dedi. Və bir müddət söhbət etdikdən sonra Rəhman çıxıb getdi. Daha sonra həmin günlərdə Fidanla danışarkən, o, Rəhmanın onun dediklərinə inanmadığını və ayrılmalı olduqlarını bildirdi. 2017-ci ildə isə Fidanı psixoloji problemləri ilə əlaqədar müalicə olunması üçün Mərdəkanda xəstəxanaya yerləşdirdilər. Fidanın xalası qızı da bu hadisələrdən sonra ona Fidandan uzaqlaşmasını bildirdi ki, Fidan müalicə olunsun. Beləcə o Fidandan uzaqlaşdı. 2018-ci ilin aprel ayında Fidan “İnstaqram” sosial şəbəkəsi vasitəsilə ona sms yazdı. Fidandan ona niyə yazdığını soruşduqda, Fidan onunla söhbəti olduğunu onun bəzi şəxslərlə problemi yarandığını bildirəndə, ona həmin adamlardan uzaq gəzməsini məsləhət gördü. Problemi olan şəxslər ondan sonra münasibətdə olduğu adamlar idi. Təxminən iyun ayından etibarən isə əvvəlki qaydada görüşməyə başladılar. Fidan ona şəhərdən kənara getmək istədiyini dedi və onlar 3-4 günlük Qəbələyə getdilər. Qəbələyə gedən zaman qohumu Təqsirləndirilən şəxs2, Fidan, o və Fidan azyaşlı uşağı olub. 2018-ci ilin təxminən avqust ayında o Ukrayna Respublikasına getmək qərarına gəldi, belə ki, ora gedib avtomobil satışı biznesi ilə məşğul olub 75000 ABŞ dolları məbləğində qazancı olacağını güman edirdi, lakin həmin ərəfədə Fidan ondan ölkəni tərk etməməyini xahiş etdi. Həmin vaxta qədər onların münasibətləri çox yaxşı idi. Onun sənədlərlə bağlı müəyyən problemləri olduğu üçün ölkədən çıxışına STOP qoyulmuşdu, bu səbəbdən də o ölkəni tərk edə bilmədi, həm də Fidan getməyini istəmirdi. Lakin bir müddət sonra o sənədləri düzüb qoşdu və Permə getdi. Bu barədə nə Fidana, nə də Turala heç nə demədi. O getdikdən sonra Fidan ondan xəbərsiz getməyinə acıqlandığı üçün ona hədə-qorxu gəldi, birgə çəkilən şəkilləri onun uşaqlarına, yoldaşına göndərməklə hədələdi. O da ona özünə problem yaratmamasını, ağıllı olmasını bildirdi. Daha sonra Fidanın qardaşı Raminlə əlaqə saxladı, ona Fidanın başqa şəxslərlə də problemləri olması barədə danışdı. O Fidandan 75000 ABŞ dollarını tələb etməmiş, onun iş üçün xarici ölkəyə getməyinə maneçilik yaratdığı üçün əsəbi halda ondan itirdiyi məbləği qaytarmasını demişdir. Fidan Muradovanı intim şəkillərini qohumlarına, yoldaşı Rəhmana göndərməklə hədələyib ondan pul tələb etməmişdir. Fidanın yoldaşına, qardaşına şəkillərin göndərildiyi mobil nömrə heç ona məxsus olmayıb, həmin nömrənin kimə məxsus olduğunu bilmir. Onun telefonunda Fidana məxsus intim şəkillər olmayıb. Onların münasibətlərindən Fidanın anası, yoldaşı, qardaşı da xəbərdar idi. Permə getməmişdən qabaq, xx xxxxxxxx 2018-ci il tarixdə Fidan Muradovanın X30 ona zəng edərək, Fidanın evdə olmadığını, iki gündür evə gəlmədiyini dedi. O da Fidanın yaşadığı ünvana getdi, evə qalxdı, evdə Firəngiz Qazıyeva ona Fidanın rəfiqələrindən biri ilə birlikdə olduğunu, iki gündür evə gəlmədiyini dedi. Ondan Fidanı tapıb gətirməyini xahiş edəndə, ona Fidanın hansı rəfiqəsi ilə birlikdə olduğunu bilmədiyini dedi. Evdən çıxıb həyətə düşəndə Fidanın öz maşını ilə gəldiyini gördü və onu evinə aparıb anasına təhvil verib çıxıb getdi. xx xxxxxxx 2018-ci il tarixdə Fidan ona mobil telefon vasitəsilə zəng vuraraq, anası Firəngizin onunla danışmaq istədiyini dedi. O danışmaq istəmədiyini bildirəndə, Fidan təkid elədiyi üçün o da razılaşdı, Fidanın yaşadığı ünvana getdi, heç evə qalxmadı, həyətdə danışdılar. Daha sonra isə o qayıdıb gəldi. Avtomobilin şüşəsini sındırmağı həqiqəti əks etdirmir. Bir müddət sonra Fidanın sirkə turşusu içərək özünü öldürməyə cəhd etməsindən xəbər tutdu. Bu hadisə ilə heç bir bağlılığı yoxdur. Fidanın bu hala gəlməsində günahkar yoldaşı Rəhman olub, Fidanla nə sms yazışmalarında, nə də telefon danışıqları zamanı onu təhqir etməmiş, nə də intim şəkillərini ailəsinə göndərməklə hədələməmişdir. O Fidandan heç vaxt pul almamış, onu heç vaxt təhqir etməmiş, ləyaqətini alçatmamışdır. Ona məxsus olan maşını da cəmi bircə dəfə idarə etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə harda olduğu xatirində deyil. Həmin tarixdə Fidanın yaşadığı nvana qohumu Təqsirləndirilən şəxs2la getməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o X15 təxminən 2018-ci ilin mart ayından qohumu Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımış, həmin ərəfələrdə Rəşadla yaxın münasibətdə idi. 2018-ci ilin avqust aynın sonlarında sentyabr ayının əvvəllərində Fidan Rəşaddan ayrılmaq istədikdə, Rəşad ona hədə-qorxu gəlməyə başladı. Fidan Rəşadın bu hərəkətlərindən ona da şikayət edirdi, o da Rəşada belə hərəkətlər etməməsini deyirdi. O isə ona əhəmiyyət vermirdi. Həmin aylarda, dəqiq yadında deyil hansı vaxt idi, Fidan ona zəng edib Rəşadın ona aid şəkillərini sosial şəbəkələrdə paylaşmaq istədiyini dedi. O Fidana kömək məqsədi ilə Rəşaddan nəyə görə belə hərəkətlər etməsini soruşanda, Rəşad ona dedi ki, Fidan onun arvadı Şahid5 ona aid şəkillər göndərib ailəsində dava salıb. O əvvəl Rəşadın bu sözlərinə inansa da sonrakı görüşlərdə və Rəşadla Fidanın arasında olan telefon danışıqlarında Rəşadın Fidandan pul tələb etməsinin şahidi oldu. 2018-ci ilin sentyabr ayının təxminən 26-27-i tarixində Fidan ona zəng edərək, Rəşadın onu öldürməyə gəldiyini deyib odan kömək istədi. O Rəşadla əlaqə saxladı və harada olmasını soruşduqda, o Fidangilə getdiyini dedi. O Rəşada onu gözlüyüb, onunla biryerdə getməsini dedi və onlar birgə getdilər. Həmin vaxt Rəşad içkili vəziyyətdə idi, onunla söhbət edəndə dedi ki, Fidana yazığın gəlsin, ona heç nə etməsin. Rəşad da ona söz verdi ki, Fidana heç nə etməyəcək. Rəşad evin qapısını döydükdən sonra Fidan qapını yarımçıq açanda, Rəşad Fidanı itələyib içəri daxil oldu. O Rəşadı sakitləşdirməyə çalışdı, daha sonra X20 yanında döyməyə başladı. Rəşad Fidanı döyəndə öldürəcəyi ilə hədələdi və 75000 ABŞ dolları pul istədi. O Rəşaddan “niyə belə edirsən, nəyə görə Fidandan pul istəyirsən?” soruşduqda, Rəşad ona əhəmiyyət vermədi. Sonrakı günlərdə Fidan yenidən bir neçə dəfə ona zəng edib Rəşadın yenidən ona hədə qorxu gəldiyini dedi və kömək etməyini istədi. 2018-ci ilin oktyabr ayının 6-ı tarixində Rəşad evdə olarkən, Fidana “Whats app” proqramı vasitəsi ilə video zəng etdi, Rəşad Fidanla danışarkən Fidan onun Rəşadın yanında olduğunu gördü. Danışıq zamanı Rəşad Fidana intim şəkillərini yayacağı ilə hədə qorxu gəlib pul istədi. Daha sonra ona özünü Fidanın X30 zəng elədi, Rəşadın hərəkətlərinə görə narahat olduğunu bildirdi və onu sakitləşdirməyini, Fidandan əl çəkməsini deməyini xahiş etdi. O da Firəngizə bu məsələdə əlindən gələn köməyi əsirgəməyəcəyinə söz verdi. O artıq yavaş-yavaş Rəşadın Fidana hədə-qorxu gəlməkdə məqsədinin doğurdan da ondan 75000 ABŞ dolları məbləğində pul almaq olduğunu anladı. 2018-ci ilin oktyabr ayının əvvəllərində təxminən 12-i tarixində X21 Perm şəhərinə getdi, həmin vaxt o xəbər tutdu ki, Rəşad Fidana aid şəkilləri onun yaxın qohumları arasında paylaşıb. O heç vaxt Fidandan pul istəməmiş, ona hədə-qorxu gəlməmiş. Mərhumun X30 ilə ancaq telefonda danışmış, onu ilk dəfə istintaq vaxtı üzləşmə zamanı görmüşdür. Mərhumun X30dan da heç vaxt pul tələb etməmişdir. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125,182.3.2 və 221.1 –ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, mərhum X22 onun qızı idi. 2005-ci ildə Fidan və Rəhman ailə həyatı qurdu, onların Elçin adlı övladları var. O heç vaxt qızının ailəsində hər hansı problemin olması barədə eşitməmiş, nə də ki, Fidan özü və ya kürəkəni ona heç nə deməyib. Rəhman dənizdə işlədiyi üçün o, bir ay dənizdə işdə, növbəti ay isə evdə olurdu. 2018-ci ilin sentyabr ayının sonlarında təxminən xx xxxxxxxx 2018-ci il tarixdə qızı Fidan axşam saatlarında ona zəng edib təcili onlara getməyini istədi. O tez durub getdi. Fidan çox pis halda idi və ağlaya-ağlaya ona danışdı ki, 2016-cı ilin dekabr ayında Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olub, əri Rəhman işdə olduğu vaxtlarda Rəşadla görüşüb, yaxın münasibətdə olub, ancaq sonradan Rəşada ayrılmaq istədiyini söyləyib və Rəşad ona hədə qorxu gəlib və görüşdüklərini əri Rəhmana və digər qohumlarına da deyəcək. Fidanı hədələyib ki, şəkillərini, videolarını yayacak. Rəşad hətta qızının evinə zorla girib ona hədə-qorxu gələrək 75000 ABŞ dolları məbləğində pul istəyib. O Fidanı sakitləşdirməyə çalışırdı, o isə o qədər qorxmuşdu ki, “ancaq Rəşad məndən tam əl çəksə özümü öldürməkdən vaz keçərəm” deyirdi. Daha sonra Fidan Rəşadın ***-***-**-** mobil nömrəsini ona verdi ki, bəlkə o qızına kömək eliyə bilə. O həmin nömrəyə yığdı və özünü Fidanın anası kimi təqdim etdi. Rəşadı Fidanın yaşadığı Badamdar qəsəbəsində yerləşən evinə çağırdı. Həmin gün saat 23 radələrində Rəşad həmin evə gəldi, o Fidanla Rəşadın üz-üzə gəlməməsinə görə Fidana dedi ki, obri otaqda gizlənsin. O Rəşad içəri girən kimi simasından onun düzgün insana oxşatmadı. Rəşada Fidanla aralarında nə baş verdiyini soruşdu və Fidanın özünü öldürmək üçün evdən getdiyini dedi. Rəşad kobud-kobud danışmağa başladı, onu, ailəsini təhqir etdi. O ona yalvardı ki, Fidanın ailəsi, əri var, belə eləməsin, qızından əl çəksin. Rəşad ona ya Fidan 75000 ABŞ dolları məbləğində pul verməlidir, ya da onun şəkillərini internetə qoyacağını bildirdi. xx xxxxxxx 2018-ci il tarixində o Badamdar qəsəbəsində yerləşən Fidan Muradovanın yaşadığı evdə olarkən, həmin gün kürəkəni Rəhman işdən qayıtdı və onlar Rəhman işdən gələn günün səhərisi Pirşağada yerləşən bağ evinə getmək qərarına gəldilər. Səhər saatlarında evdən çıxmaq istəyəndə nəvəsi Elçin gəlib dedi ki, anasının maşının təkərləri boşalıb. Fidan dedi ki, bu Rəşadın işidir. Onlar bağa yola düşdülər və yolda kürəkəninin telefonuna mesaj gəldi və onun rəngi ağappaq oldu. Rəhman ona şəhərə qayıtmaq lazım olduğunu bildirdi. Rəşad Rəhmanla yazışıb Fidanın bütün şəkillərini ona atdığı üçün Rəhmanın ağappaq olubmuş. Rəhman bu barədə birinci ona, sonra isə qızı Fidana dedi. Qızının ailəsi dağılmasın deyə o da, qızı da şəkillərin montaj olduğunu dedi. Rəhman özü də inanmadığını dedi. Həmin gün saat 23 radələrində o Fidan gildə olanda Rəşad qızına video görüntülü yığıb hədələdi ki, qalxıram yuxarı Rəhmanın yanına, qoy Rəhman da hər şeyi bilsin. Fidan ona dedi ki, Rəşadın Tural adlı qohumu var, bəlkə o Rəşada mane ola bilər. Turala zəng vurdu, ona özünü təqdim elədi və ona Rəşadın qızından nə istədiyini soruşduqda, Tural da ona Rəşadın dərdi, səri pul olduğunu və pulu verib canlarını qurtarmaqlarını bildirdi. O Turala Rəşadın ondan pul istəməsini və qızından əl çəkməsini dedi. Səhərisi gün Rəşad yenə axşam saatlarında, təxminən saat 23 radələrində qızına zəng vurub onu təcili aşağı çağırdı. O Rəhmanın hər şeyi öyrənməyindən qorxduğu üçün Fidanla aşağı düşüb Rəşadla danışmaq qərarına gəldi. Onlar Fidanla birgə evdən çıxdılar, binanın qarajına düşüb avtomobildə əyləşdikdə, Rəşad avtomobilə yaxınlaşıb qapını açıb onu arxa oturacaqda görüb əsəbiləşdi. Qapını çırpıb, təpiklə maşının arxa sağ qapısını vurub əzdi. Fidan maşını sürüb getmək istədikdə yumruqla arxa şüşəni də vurub sındırdı. Onlar Yasamal rayon Polis İdarəsinə getdilər. Oradan isə Səbail rayon Polis İdarəsinə yönləndirdilər və onlardan izahat aldılar, Fidanın maşının şəkillərini çəkdilər. Sonradan Rəhman şəkillərin montaj olmadığını başa düşüb, hətta Rəşad ona Fidana aid başqa şəkillər, videolar da atıb. Rəşad həmin şəkilləri başqalarına göndərəcəyini deyib Rəhmandan 10000 ABŞ dolları pul da tələb edib. Rəhman pulu vermədiyi üçün Rəşad Fidanın şəkillərini qohumlara göndərdi. Rəşadın elədikləri ucbatından Fidan ona həmişə özünü öldürəcəyini deyirdi, o da övladının özünə qəsd etməsindən qorxduğu üçün bir müddət onunla yaşadı. 2018-ci il oktyabr ayının 14-ü tarixində səhər saatlarında kürəkəni Rəhmanla evdə oturub şantaj məsələsi haqda danışarkən, qonşu otaqdan tappıltı səsi eşitdi, otağa keçəndə gördülər ki, Fidan bilək damarlarını kəsib və siçan dərmanı içib. Rəhman dərhal 103 xidmətinə zəng etdi və Fidanı X31in Toksikologiya şöbəsinə apardılar. 2 gün müalicədən sonra oktyabr ayının 16-da Rəhman Fidanı evə gətirdi. Həmin gün Rəhman Fidanın darıxdığını dedi və onu da bağa çağırdı. Onlar həyətdə gəzəndə Fidanın pilləkənlərdən aşağı üzü üstə yıxıldığını gördülər, Fidandan kəskin sirkə turşusunun iyi gəlirdi. Başa düşdülər ki, Fidan sirkə turşusu içərək özünə qəsd edib. Rəşadı polisə şikayət etdikdən sonra məlum oldu ki, o Permə qaçıb. O Rəşada 10000 verə biləcəyini dedi və təklif etdi ki, pulu alıb qızından uzaqlaşsın, ancaq həmin miqdar onu qane etmədi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, mərhum Fidan Muradova onun həyat yoldaşıdır, Elçin adlı övladları var. Fidanla ailədaxili münasibətləri həmişə normal olub. O “Haliburton” şirkətində mühəndis işlədiyi üçün 1 ay dənizdə işdə, 1 ay isə evdə olurdu. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs2ı isə ancaq şəkildə görüb. Təxminən 2017-ci ilin yaz ayları idi. Dənizdə işdə olan zaman, qaynı ona sms yazaraq Fidanın maşınını başqa şəxs idarə edərkən, gördüyünü bildirdi. O qaynına məsələni özü aydınlaşdıracağını və Fidana zəng vurub ondan məsələ barədə maraqlanacağını dedi. Fidan maşını xarab olduğu üçün maşını düzəltməsi üçün ustaya verdiyini, maşını idarə edən şəxsin usta olduğunu bildirdi. Qaynı Ramin maraqlanıb həmin şəxsin nömrəsini tapmışdı və həmin nömrəni ona göndərdi. O həmin şəxlə əlaqə saxladı və hansı səbəblə Fidanın maşınını idarə etdiyini soruşanda, o Fidanın dediklərini təsdiqlədi. Ancaq bildirdi ki, maşını idarə etməyib. O işdən qayıtdıqdan sonra onunla görüşəcəyini bildirdi. Qayıtdıqdan sonra həmin şəxslə əlaqə saxladı və elmlərdə görüşdülər. O onunla görüşmədən əvvəl Fidanın nömrəsi onun adına olduğu üçün telefon danışıqlarını çıxartdırmışdı. Ondan Fidanla olan telefon danışıqlarının səbəbini soruşanda ona bildirdi ki, maşının təmiri ilə əlaqədar Fidanla əlaqə saxlayıb. Təxminən 2018-ci ilin oktyabr ayının əvvəlləri idi, işdən, yəni dənizdən evə qayıtmışdı, qaynX30 da onlarda idi. Səhərisi gün bağ evinə getmək istəyəndə maşınının təkərləri boşaldığını gördü, maşının təkərlərinin boşalmasından şübhələnmədi, ancaq sonradan gördü ki, təkərlər bıçaqla deşilib. Elə həmin gün maşının təkərləri ilə bağlı işlər qurtardıqdan sonra o, Fidan, qaynanası Firəngiz və oğlu Elçin Pirşağa qəsəbəsində yerləşən bağ evlərinə gedən zaman, yolda “whatsapp” proqramı vasitəsilə ona bir neçə sms gəldi, smsləri açıb baxanda gördü ki, arvadı Fidanın şəkilləridir. Həmin şəkillər ***-***-**-** nömrəsindən göndərilmişdi. O heç kəsə bir söz demədi, şəkilləri göndərən şəxs ilk əvvəl özünü Aynur adlı qız kimi təqdim etmişdi, ancaq istintaq zamanı o həmin nömrədən smslər, şəkillər göndərən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildi. Bağdan geri qayıtdıqdan sonra Fidana və qaynanası Firəngizə şəkilləri göstərdi. Fidan ona şəkillərin montaj olduğunu, şəkillərdəki adamları tanımadığını dedi. O Fidanın dediklərinə inandı. Sonradan o şəkillərin montaj olub olamaması ilə maraqlandı və şəkillərin həqiqi olduğunu başa düşdü. Həmin ərəfədə oktyabr ayının təxminən 14-15-i ərəfələrində qayınanası Firəngizlə evdə oturub baş verənləri müzakirə edirdilər, birdən qonşu otaqdan səs eşitdilər, səs gələn otağa keçəndə Fidanın damarlarını kəsdiyini və yerə yıxıldığını gördü. 103 xidmətinə zəng etdilər. X29 X8 şöbəsinə çatdırdılar. Fidan Toksikologiya şöbəsində 2 gün müalicə aldıqdan sonra evə gəldilər. Həkimlər məsləhət gördüyü üçün Fidanı xəstəxanadan evə gətirdikdən sonra bağa aparmaq qərarına gəldi. Bağda olan zaman Fidan darıxdığı üçün anası Firəngizi bağa çağırdmağını istədi. Qaynası bağa gəldi, birlikdə həyətdə oturub söhbət edən zaman, Fidan pilləkənlərdən aşağı düşüb üzü-üstə yerə yıxıldı. Fidandan sirkə turşusunun iyi gəldiyindən onun yenə də özünə qəsd etdiyini başa düşdü. 103 xidmətinə zəng etdilər və Fidanı növbəti dəfə Kliniki X8 şöbəsinə apardılar. Təqsirləndirilən şəxs1 adlı şəxs ona “whatsapp” proqramı vasitəsi ilə yazaraq arvadı Fidana aid, onun özünə aid şəkilləri yaymaqla hədələmişdi. Ondan əgər 10000 ABŞ dollarını verməsə, Fidanın şəkillərini qohumlarına göndərib onu biabır edəcəyini deyirdi. O Fidana inandığı və ona tələb etdiyi pulu vermədiyi üçün Rəşad həmin şəkilləri Fidanın qardaşı Raminə, dayısı Samirə göndərdi. O əvvəlcə Rəşadı ondan tələb etdiyi 10000 ABŞ dollarını verəcəyinə inandırmışdı, ancaq sonradan həmin məbləği verməyəcəyini başa düşdü və Fidanın şəkillərini qaynına və Fidanın dayısına göndərdi. Mülki iddiasını müdafiə edir, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş 100000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, mərhum Fidan Muradova onun bacısıdır. 2017-ci ilin təxminən aprel ayında o Badamdar qəsəbəsi ərazisində olarkən bacısı Fidana məxsus “X39 ” markalı **-UX-*** qeydiyyat nişanlı avtomobili başqa şəxsin idarə etdiyini gördü. Həmin şəxsi əvvəllər görmədiyi üçün bacısından həmin şəxsin kim olduğunu soruşduqda, Fidan ona həmin şəxsin maşın ustası olduğunu, maşını düzəltməyə ona verdiyini bildirdi. O bu barədə yeznəsi Rəhmana da məlumat verdi və Rəhman məsələni özünün araşdıracağını dedi. Rəhman həmin şəxslə görüşüb və o, özünü Rəhmana Rəşad kimi təqdim etmişdir, Fidanla hər hansı əlaqəsinin olmadığını bildirib. 2018-ci ilin oktyabr ayının 14-ü tarixində mobil nömrəsinə “Whats app” proqramı vasitəsi ilə ***-***-**-** mobil nömrəsindən Fidanın müxtəlif adamlarla çəkdirdiyi şəkilləri gəldi. Şəkillərin ardıca isə Fidan haqqında xoş olmayan ifadələr yazdı. O həmin şəxsə yazıb kim olduğunu soruşduqda ona “tələsmə vaxtı gələndə bilərsən” yazdı. O həmin nömrəyə zəng vurdu, ancaq həmin nömrə təyin olunmamışdı. Fidanın yoldaşı Rəhmana zəng edib onunla görüşdü ki, ona da xəbər versin. Rəhman ona dedi ki, məsələdən xəbəri var və bildirdi ki, şəkilləri göndərən adamın adı Rəşaddır. Rəhman dedi ki, Rəşad adlı şəxs şəkilləri ona da göndərib və hədə-qorxu gələrək, 10000 ABŞ dolları istəyir. Əgər Rəhman həmin məbləği ona verməsə onu qohumlarının, tanışlarının arasında biabır edəcəyini deyib. Həmin Rəşad adlı şəxs Fidanın şəkillərini dayısı Samirə də göndərmişdi. Dayısı özü bu barədə bizə məlumat vermişdi. Mülki iddiasını müdafiə edir, Təqsirləndirilən şəxs1 tərəfindən maşına vurumuş 1700 manat maddi ziyan və 100000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125,182.3.2 və 221.1–ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125,182.3.2 və 221.1–ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə prosesində guya zərərçəkmiş şəxslərdən pul tələb etməmələrinə dair ifadələri ilə zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların ifadələrini özünü müdafiə edilməsi kimi qiymətləndirir. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış X22 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə 2005-ci ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2008-ci ildə birgə nikahlarından oğlu Elçin Rəhmanov dünyaya gəlmişdir. Ailə həyatı qurduğu ilk vaxtlarda evlərində heç bir söz söhbət olmamış, xoşbəxt ailə olmuş, o cümlədən əri Zərərçəkmiş şəxs1 narazı olmamışdır.cı ilin dekabr ayının əvvəllərində o, tanışı Aygün adlı şəxslə “Holivud” restoranında görüşmüş, bu vaxt sonuncunun yanında tanımadığı bir nəfər şəxsi görmüş və bundan narahatçılığını bildirmiş, Aygün isə həmin oğlanın özünün tanışı olduğunu və başqa heç kəsin gəlməyəcəyini söyləmişdir. Buna baxmayaraq az müddətdən sonra əyləşdikləri otağa əvvəllər tanımadığı və görmədiyi şəxs daxil olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Həmin gün onlar restoranda təxminən 2 saata yaxın birgə oturmuş, daha sonra o, Aygünlə restorandan çıxdıqda qeyd etdiyi şəxslər, o, cümlədən Təqsirləndirilən şəxs1 da onların arxası ilə çıxmışlar. Həmin vaxt o, “X39 " markalı **-UX-*** qeydiyyat nişanlı avtomobili idarə etmiş və avtomobilə əyləşdikdə Təqsirləndirilən şəxs1 bunu görmüşdür. Restoranda birgə olduqları vaxt aralarında kənar heç bir söhbət olmamış, ümumi şeylərdən danışmış və ara sıra zarafatlaşmışar. Həmin gün Təqsirləndirilən şəxs1 ondan mobil nömrə istəməmiş, o da Rəşada nömrə verməmişdir. Lakin görüşlərindən təxminən 1 ay sonra Təqsirləndirilən şəxs1 ona “whats app” proqramı vasitəsi ilə istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-** mobil nömrələrinə ***-***-**-** mobil nömrəsindən yazmağa başlamış, o, ilk əvvəl yazan adamın kim olmasını bilməmiş, lakin sonradan yazan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilmiş və mütəmadi olaraq yazışmağa, daha sonra görüşməyə başlamışlar. O, Təqsirləndirilən şəxs1la bir neçə ay müddətində görüşdükdən sonra 2017-ci ili təxminən fevral aprel aylarında növbəti görüşlərin birində sonuncu, ona özü ilə gətirdiyi həbdən dadmağı təklif etmiş, o, da həmin həb barədə soruşduqda Təqsirləndirilən şəxs1, qorxulu heç bir şeyin olmadığını, həmin həbin sakitləşdirici olduğunu və əhval ruhiyyəni yaxşılaşdırdığını bildirmişdir. Buna görə o, inanaraq həbi qəbul etmiş və onun narkotik tərkibli olduğunu başa düşmüşdür. Belə ki, həbi qəbul etdikdən sonra ağlı başından getmişdir. Növbəti görüşlərdə də, o, Təqsirləndirilən şəxs1 gətirdiyi həbləri qəbul etmişdir. Sonradan Təqsirləndirilən şəxs1 daha ağır təsirli narkotik maddələr gətirməyə başlamış, həmin vaxtlarda o, artıq narkotik maddələrin aludəçisi olmuş, onlarsız qala bilməmişdir. Bildiyinə görə Rəşad ona tez tez "şüşə" deyilən narkotik vasitədən vermişdir. O, həmin həbləri dadandan sonra Rəşad onun gözündə ideal insan kimi formalaşmağa başlamış, hər şeyini ona verməyə hazır olduğundan Təqsirləndirilən şəxs1 istədiyi vaxt onunla cinsi əlaqədə olmuşdur. O, Təqsirləndirilən şəxs1 heç nədə yox deməmiş, görüşdüyü ilk vaxtlardan etibarən o, hər şeyi, ailəsi, anası, qardaşı, əri, qohumları barədə sonuncuya danışmış, Təqsirləndirilən şəxs1, onun evdə nə qədər pulunun olması, əri Rəhmanın nə qədər maaş alması barədə məlumatı olmuşdur. Buna görə ondan tez tez pul istəmiş, o, da elə belə olmalı imiş kimi əlində olan, yığdığı pulları Təqsirləndirilən şəxs1 vermişdir. O, adədətən Rəşadla, özünün və ailəsinin yaşadığı ünvan 9 ünvanında yerləşən evində görüşmüş, belə ki, əri Zərərçəkmiş şəxs1 dənizdə işlədiyindən ayın 15 günü dənizdə olmuş, oğlu isə dərsdə olduğu vaxt Təqsirləndirilən şəxs1 yaşadığı evə gələrək onunla görüşmüşdür. Bəzi vaxtlarda oğlu X37 Süleymanovun onların evinə gəlməsini görmüşdür. Rəşad ona məxsus “X39” markalı **-UX-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən qardaşı Ramin Qazıyev onu Badamdar qəsəbəsində yaşadığı evin yaxınlığında görmüş və Rəşadla münasibətinin olmasından şübhələnmişdir. Ramin gördükləri barədə ilk əvvəl əri Zərərçəkmiş şəxs1 danışmış, daha sonra birgə onlunla söhbət edərək avtomobilin kim tərəfindən idarə olunmasını soruşmuşlar. O, isə avtomobili idarə edən şəxsin avtomobil ustası Rəşad adlı şəxs olduğunu bildirib, sonuncunun istifadəsində olan mobil telefonu Zərərçəkmiş şəxs1 vermişdir. Rəhman da həmin ərəfələrdə Rəşadla görüşüb kim olmasını soruşduqda sonuncu arvadının onunla rəfiqə olmasını söyləyib, aralarında hər hansı münasibətin olmasını inkar etmişdir. Buna baxmayaraq Rəhman və qardaşı Ramin Rəşadın sözlərinə inanmamış, buna baxmayaraq o, da baş verənləri boynuna almamışdır. Lakin evdə söhbət olarkən o, Rəhmanla keçmişi unudub hər şeyi yenidən başlamaq qərarına gəlmişlər. Buna görə o, Rəşadla əlaqələrini kəsmiş və 2018-ci ilin aprel ayına kimi onunla əlaqə saxlayıb görüşməmişdir. Həmin ərəfələrdə o, bərk stress keçirdiyindən mobil telefon işlətməmiş, bildiyinə görə Rəşad xalası qızı X19 mobil nömrəsini haradansa tapıb həmin ərəfələrdə onunla danışmışdır. Bundan başqa bir il ərzində onların əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs1 onun “İnstaqram” sosial şəbəkəsində yaratdığı iş səhifəsinə yazmağa başlamış və şirin sözlərə tutaraq görüşmək istədiyini söyləmişdir. O, da Təqsirləndirilən şəxs1 bu sözlərinə aldanaraq həmin ərəfələrdə sonuncu ilə yenidən görüşməyə başlamışdır. Rəşad onunla görüşərkən özünü alicənab, qadına qarşı diqqətcil göstərmiş buna örə onun yenidən rəğbətini qazanmışdır. 2018-ci ilin may ayında Rəşad ona tanımadığı şəxslərdən təklif aldığını, Rusiya Federasiyasına gedib görəcəyi iş müqabilində 75000 ABŞ dolları məbləğində pul qazanacağını bildirmişdir. O, da Rəşadı çox istədiyindən sonuncudan ayrıqalmaq istəmədiyi üçün Rusiya Federasiyasına getməməyini xahiş etmişdir. 2018-ci ilin iyul-avqust aylarında da o, mütəmadi olaraq Təqsirləndirilən şəxs1la Badamdar qəsəbəsi A.Abbaszadə küçəsində yerləşən evində və Pirşağı qəsəbəsi, “Bağ Massivində” yerləşən evində görüşmüş, bəzi görüşlərdə Rəşadın qohumları Təqsirləndirilən şəxs2, bibisi oğlu Cabir Ağayev və tanışları soyadlarını bilmədiyi Samir, Elşən, Elnur adlı şəxslər də iştirak etmişdir. Qeyd etdiyi şəxslərlə görüşdükdə Rəşad istifadəsində olan “İphone 5s” markalı mobil telefonla onun şəkillərini və video görüntülərini mütəmadi olaraq çəkmişdir. Bundan başqa münasibətdə olduqları müddətdə Təqsirləndirilən şəxs1la “Whats app” proqramı vasitəsi ilə yazışarkən sonuncu, ondan intim şəkillərini çəkib göndərməyini istəmiş, o, da inanıb etibar etdiyindən həmin fotoşəkilləri çəkib qeyd etdiyi proqram vasitəsi ilə Təqsirləndirilən şəxs1 göndərmişdir. 2018-ci ilin təxminən iyul avqust ayında o, Təqsirləndirilən şəxs1 təhlükəli adam olduğunu və ondan sui istifadə etdiyi başa düşmüşdür. Buna görə Təqsirləndirilən şəxs1 ayrılmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə bunu hiss etdikdə, ona hədə qorxu gələrək birgə çəkdirdikləri şəkilləri tanışlarının arasında yayacağını söyləmiş, o, da buna görə Rəşadla yenindən görüşmüşdür. 2018-ci ilin təxminən avqust sentyabr aylarında Təqsirləndirilən şəxs1 onunla Badamdar qəsəbəsində yerləşən evində görüşərək Rusiya Federasiya getmək fikrinə düşdüyünü, lakin ölkəyə giriş çıxışına qadağa qoyulduğundan həmin məsələni həll etmək üçün 200 ABŞ dolları məbləğində borca pul lazım olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs1 ölkədən gedəcəyini, nəhayət ki, sonuncudan ayrılacağını güman edib istənilən məbləğdə pulu vermişdir. Həmin ərəfələrdə Rəşadın arvadı soyadını bilmədiyi Gülnar adlı qadın ona “whats app” proqramı vasitəsi ilə yazaraq Rəşadın başqa ölkəyə getməsinə imkan verməməyini xahiş etmişdir. O, Gülnar adlı şəxslə bir müddət danışmış, sonuncu da ona mehriban münasibət bəsləməklə rəğbətini qazanmağa çalışmışdır. O, pulu Rəşada verəndən sonra müxtəlif bəhanələr gətirib görüşməkdən yayındıqda, sonuncu bunu hiss edərək ona yenidən hədə qorxu gəlməyə başlamış, belə ki, yaşadığı evdə əri Zərərçəkmiş şəxs1 olmasını bildikdə mobil telefon vasitəsi ilə yazaraq evə qalxacağını, qapını döyəcəyini, şəkillərini qohumlarına, əri Zərərçəkmiş şəxs1 göndərəcəyi ilə hədələyib, yenidən görüşməklərinə razılığını almaq istəmişdir. O, Təqsirləndirilən şəxs1 qorxduğundan, sonuncu hər dəfə intim fotoşəkillərini yaymaqla hədə qorxu gəldikdə, o, şəkillərin yayıldığı halda özünü öldürəcəyini bildirsə də, Təqsirləndirilən şəxs1 buna məhəl qoymamış, bir növ onu özünü öldürməyə vadar etmişdir. Növbəti günlərdə Təqsirləndirilən şəxs1 yenidən görüşməyi təklif etsə də, o, görüşməkdən imtina etmiş, bundan sonra telefon danışıqları zamanı Təqsirləndirilən şəxs1 ona görə Rusiya Federasiyasına getmədiyi üçün 75000 ABŞ dolları ziyan etdiyini, hazırda da görüşmədiyini əsas gətirərək, qeyd olunan məbləğdə pulu ona verəcəyinə şərt qoymuş, əks halda ona aid şəkilləri paylaşacaqdır. Münasibətləri kəskinləşəndə Rəşad, bu söhbəti onun başına vurub, ona görə itirdiyi pulları tələb etmiş və həmin pulları geri qaytarmadığı halda şəkillərini, video görüntülərini yaxınlarına paylayacağı ilə hədə qorxu gəlmişdir. Həmin ilin təxminən sentyabr ayı ərzində o, dəfələrlə Rəşadın qohumu Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrəsinə özünə məxsus ***-***-**-** mobil nömrəsindən zəng edərək Rəşadı sakitləşdirməyini, sonuncunun ona qarşı hədə qorxu gəlməkdən çəkindirməyini xahiş etsə də, Tural Rəşada dəstək duraraq 75000 ABŞ dolları məbləğində pulu verməli olduğunu bildirmiş, o, Turala həmin məbləğdə pulu verə bilməyəcəyini dedikdə, sonuncu belə olan halda şəkillərinin yaxın qohumlar arasında o, cümlədən sosial şəbəkələrdə yayılacağı ilə hədə qorxu gəlmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 asılı vəziyyətdə olduğundan şəkillər paylaşacağı halda özünü öldürməkdən başqa çıxış yolu görməmiş, hər ikisinin telefon danışıqları zamanı onu təhqir etmələri, ləyaqətini mütəmadi olaraq alçaltmaları ona pis təsir göstərmişdir. 2018-ci ilin sentyabr ayının təxminən 24-ü tarixində saat 22 radələrində Rəşad, onun ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng edərək görüşmək istədiyini bildirmiş, o, isə evdə adam olduğunu söylədikdə Rəşad, bir başa yaşadığı evə qalxmış, həmin vaxt qohumu soyadını bilmədiyi Tural da onun yanında olmuşdur. O, qapını açdıqda hər ikisi zor ilə içəri daxil olmuş, belə ki, o, Rəşadla Turalı evə buraxmaq istəməmiş, lakin Rəşad qolundan tutaraq onu itələmiş və içəri daxil olmuşdur. O, Rəşadı və Turalı bir yerdə gördükdə, ona nəsə edəcəklərini düşünüb qorxmuşdur. Həmin vaxt oğlu Elçin evdə olmuş, içəri daxil olduqda Tural ilə Rəşad mətbəxə keçərək orada “şüşə” (metamfitamin) daha sonra marixuana çəkmişlər. Daha əvvəl hər ikisi evə daxil olduqda o, hər ikisinin sərxoş vəziyyətdə olduqlarını hiss etmiş, narkotik maddələri qəbul etdikdən sonra hər ikisinin halının dəyişdiyini gördükdə bərk qorxmuş və qonaq otağına keçmişdir. Daha sonra Rəşadla Tural mətbəx otağından çıxmış və onunla oğlu Elçin Muradovun olduqları otağa daxil olmuş, bu vaxt o, Rəşadın əlində bıçağı görmüşdür. Təqsirləndirilən şəxs1 bıçağı nümayiş etdirməklə onun üstünə gəlmiş, bu vaxt Tural da onun yanında olmuşdur. Rəşad ona yaxınlaşdıqda 75000 ABŞ dolları məbləğində pulu verməyəcəyi təqdirdə onu öldürəcəyini bildirmiş, həmin an oğlu Elçin Muradov ağlamağa başlamış, o, da Rəşada yalvararaq onu öldürməməyini, oğlu Elçinə yazığı gəlməsini xahiş etmiş, pulunun olmadığını ona söyləmiş, buna baxmayaraq Tural Rəşada dəstək duraraq sonuncunun dediklərini etməyini ondan tələb etmişdir. Bundan sonra Rəşad bıçaqla onun üstünə gedib bıçaqla vurmaq istədikdə o, Rəşaddan pul tapmağı üçün vaxt istəmiş, sonuncu da sakitləşmiş, lakin tezliklə istədiyi məbləğdə pulu tapmadığı təqdirdə onu öldürəcəyini bildirmişdir. Bu sözlərə Tural da dəstək duraraq Rəşadın tələb etdiyi pulu verməli olduğunu söyləmiş, bundan sonra hər iki onun evindən çıxıb getmişdir. O, bir müddət Təqsirləndirilən şəxs1 istədiyi məbləğdə pulu düzəltməyə çalışmış, lakin həmin pulu düzəldə bilmədiyi üçün çıxılmaz vəziyyətdə qalıb təxminən xx xxxxxxxx 2018-ci il tarixdə X30yam yaşadığı evə dəvət edərək orda Rəşadın, qohumu Tural adlı şəxslə əlbir olub ona qarşı hədə qorxu gələrək pul tələb etdiklərini danışmış və çıxılmaz vəziyyətdə qaldığından özünü öldürmək istədiyini bildirmişdir. Həmin gün o, dəfələrlə Təqsirləndirilən şəxs1 istifadəsində olan 055-347-75- 74 mobil nömrəsinə oğlu Elçinin istifadəsində olan ***-***-**-**nömrəsindən smslər yazaraq özünü öldürmək niyyətində olduğunu ona bildirmişdir. Həmin gün anası onun sözlərinə qulaq asaraq Təqsirləndirilən şəxs1la söhbət etmək qərarına gəlmiş və sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə oğlu Elçinin istifadəsində olan 055- ***-**-** zəng edərək görüşməklərini təklif etmişdir. Həmin gün də Təqsirləndirilən şəxs1 saat 23 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gəlmiş və içəri daxil olub X30 ilə söhbət etməyə başlamışdır. Bu zaman o, Rəşadın onun görməməsi üçün gizlənmiş, lakin sonuncunun etdiyi bütün söhbətləri eşitmişdir. Söhbət əsnasında anası Firəngiz Rəşada onun özünü öldürəcəyini, ondan əl çəkməyini xahiş etmiş, Rəşad isə 75000 ABŞ dolları məbləğində pulu verməyəcəyi təqdirdə, başlarına oyun açacağını və şəkillərini paylaşmaqla hər yerdə onu biabır edəcəyini anasına söyləmişdir. X30 nə qədər yalvarsa da Rəşad ona qulaq asmamış, qeyd olunan məbləğdə pulu tələb edərək, həmin pulu verməyəcəyi təqdirdə dediklərini edəcəyini bir daha bildirmişdir. Həmin ərəfələrdə o, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayıb onda olan şəkilləri paylaşmamağı, bundan başqa qohumu Təqsirləndirilən şəxs1 da həmin şəkilləri yaymamağını xahiş etsə də, sonuncu başqa çıxış yolu olmadığını və 75000 ABŞ dolları məbləğində pulu ödəməli olduğunu hədə qorxu gələrək bildirirdi. xx xxxxxxx 2018-ci il tarixdə əri Zərərçəkmiş şəxs1 iş növbəsindən evə qayıtmış, bu zaman X30 da onlarda olmuşdur. Həmin gün saat 23 radələrində Rəşad "Whats App” proqramı vasitəsi ilə görüntüiü yığaraq aşağı düşüb, 75000 ABŞ dolları məbləğində pulu verməyini ondan tələb etmiş, o, isə əri Rəhmanın evdə olmasını, buna görə aşağı düşə bilməyəcəyini söylədikdə Təqsirləndirilən şəxs1 bir başa evlərinə qalxaraq ərinin yanında onun başını kəsəcəyini demişdir. Görüntüiü danışıq vaxtı o, Turalı Rəşadın yanında görmüş və hər ikisinin bu dəfə onu öldürəcəklərindən qorxaraq bu barədə anasına danışmışdır. Firəngiz Qazıyeva da çox narahat olduğundan ilk əvvəl Rəşada zəng edərək onunla danışmaq istəmiş, lakin sonuncu ilə danışmağın bir fayda verməyəcəyini bildiyindən, ondan Rəşadın qohumu Turalın ***-***-**-** mobil nömrəsini alaraq istifadəsində olan mobil telefondan yığmışdır. Tural telefonu açdıqda anası özünü təqdim edərək Rəşadla birgə ondan əl çəkməklərini xahiş etmiş, Tural isə 75000 ABŞ dolları məbləğində pulu tələb edərək həmin pulu vermədiyi təqdirdə şəkillərinin yaxın qohumları arasında o, cümlədən sosial şəbəkələrdə yayılacağı ilə Firəngizə hədə qorxu gəlmişdir. Sonuncu nə qədər Turala yalvarsa da, sonuncu çıxış yolunun həmin məbləğdə pulu verməkdə olduğunu bildirmişdir. Anası isə həmin məbləğdə ona pul verə bilməyəcəklərini deyib telefonu qapatmışdır. Bundan sonra onlar bir müddət həyətdə gəzişmiş, lakin Rəşadla Turalı orada görməmişlər. X4 həmin gündən sonra da Təqsirləndirilən şəxs2 bir neçə dəfə zəng etmiş, hətta bir dəfə də, sms yazaraq sonuncuda olan şəkillərin pozulmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs2 telefon danışıqları zamanı 75000 ABŞ dolları məbləğində pul verməyəcəyi təqdirdə ona aid şəkillərin yayılacağı ilə hədə qorxu gəlmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı etdiyi hədə qorxuların fayda vermədiyini, yəni istədiyi məbləğdə pulu düzəldə bilmədiyini başa düşüb 2018-ci ilin oktyabr ayının təxminən 7-i tarixində ona aid intim şəkilləri əri Rəhmana göndərmiş və digər qohumlarına göndərəcəyi ilə hədələyərək sonuncudan 10000 ABŞ dolları pul tələb etmişdir. Hadisənin baş verdiyi gün səhər saatlarında o, yaşadığı evdə qaraja düşdükdə ona məxsus “Seat Leon” markalı **-MO-*** qeydiyyat nişanlı avtomobilin təkərlərinin cırıldığını görmüş və bunun Rəşadın etməsini başa düşmüşdür. Elə həmin gündə axşam saatlarında Rəşad şəkillərini əri Rəhmana göndərmişdir. Rəhman şəkilləri ona göstərib nə baş verdiyi soruşduqda sonuncu bunların hamısının montaj olduğunu bildirmişdir. Həmin ərəfələrdə onunla qalan X30 olanları bildiyindən ailənin dağıimaması naminə ona dəstək duraraq əri Rəhmana şəkillərin montaj olduğunu demişdir. xx xxxxxxx 2018-ci il tarixdə evdə olarkən saat 23 radələrində Rəşad yenidən ***-***-**-** mobil nömrəsindən ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmiş, o, isə Rəhmanın evdə olduğunu, aşağı düşə bilməyəcəyini desə də, Təqsirləndirilən şəxs1 yenidən hədə qorxu gələrək yuxarı qalxacağını söyləmişdir. O, bundan bərk qorxduğundan anasına Rəşadın zəngi barədə danışmış, anası da başqa çıxış yolunun olmadığını ona deyərək, Rəşadla görüşmək qərarına gəlib onunla birgə liftlə evin qarajına düşmüşdür. Onlar avtomobilə minərək binadan çıxdıqda Rəşad onları görüb çıxışda olan nömrəsini və markasını bilmədiyi taksidən düşmüş, avtomobilə yaxınlaşıb qapını açdıqda Firəngiz Qazıyevananı arxa oturacaqda görüb əsəbləşmiş və nalayiq ifadələr işlədərək qapını cırmışdır. Daha sonra F.Qazıyevanın əyləşdiyi tərəfə təpiklə vurmaqla avtomobilin qapısını əzmiş və avtomobilin arxa tərəfinə keçərək yumruqla vurmaqla arxa şüşəni (podpresi) sındırmışdır. O, hadisədən bərk qorxduğundan avtomobili sürüb həmin yerdən uzaqlaşmış, bir qədər aralandıqda X30 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Sonra polis əməkdaşları gələrək baş verənləri görmüş və rəsmiləşdirərək F.Qazıyevanın izahatını almışlar. Həmin ilin oktyabr ayının təxminən 12-i tarixində Təqsirləndirilən şəxs1 arvadı Gülnar adlı şəxs yenidən ona “Whats app” proqramı vasitəsi ilə yazaraq X5 getməsini bildirmiş, o, da buna əmin olmaq üçün Rəşada “whats app” proqramı ilə yazmağa başlamış, belə ki, Rəşadın ona aid şəkilləri dayısına və qardaşına göndərəcəyindən qorxmuşdur. Ona görə Təqsirləndirilən şəxs1la xoş danışaraq ölkədən getməsi ilə bağlı nigarançılığını göstərmişdir. Söhbət əsnasında həmin gün saat təxminən 22 radələrində Rəşad sərhədi keçməsi barədə ona demiş, o, da bu barədə yazaraq Gülnara məlumat vermişdir. O, Rəşadla münasibətləri normallaşdırmağa çalışsa da, sonuncu 75000 ABŞ dollar pulu vermək üçün ona 1 gün vaxt vermiş, o, da həmin gün ərzində pulu verə bilmədiyindən oktyabr ayının 14-ü tarixində Rəşad şəkillərini və video görüntülərini Rəhmandan başqa qardaşı Ramil Qazıyeva və dayısı Şahid2 göndərmişdir. O, bunu bildikdə artıq başqa çıxış yolu tapmayaraq özünü öldürmək qərarına gəlmiş, belə ki, bu biabırçılıqdan qurtulmağın yeganə yolunu özümü öldürməkdə olduğunu düşünüb saat 15 radələrində yaşadığı evin hamam otağına keçib evdə olan siçan dərmanını içmiş və sol qolunu doğramışdır. Həmin vaxt əri Rəhman evdə olmuş və onun vəziyyətini görüb təcili tibbi yardım çağırmışdır. Çağırışa gələn həkimlər onu toksikoloji mərkəzə aparmışlar. Növbəti gün xx xxxxxxx 2018-ci il tarixdə o, xəstəxanadan evə buraxılmış, bir gün evdə qaldıqdan sonra səhər saatlarında əri Zərərçəkmiş şəxs1la avtomobilinə minərək Pirşağa qəsəbəsəsində olan bağına getmiş, belə ki, yenidən özünə qəsd etmək fikrində olmuşdur. O, saat 14 radələrində bağa çatmış, evdə soyuducuda olan essensiyanı götürərək içmişdir. Daha sonra baş verənlər onun yadında qalmamış, özünə xəstəxanada gəlmişdir. Fidan Muradova həmçinin ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayının sonlarında əri Zərərçəkmiş şəxs1 ona danışmış ki, həmin ilin sentyabr ayının əvvəllərindən etibarən “Seva” ləqəbli qadın Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “Whats app” proqramı vasitəsi ilə yazmağa başlamış, Rəhman həmin qızla tanış olub cavab smsləri yazmış və özünə aid intim şəkilləri sonuncuya göndərmişdir. 2018-ci ilin oktyabr ayının əvvəllərində isə Təqsirləndirilən şəxs1 həmin nömrədən “Whats app” proqramı vasitəsi ilə yazaraq Rəhmana qarşı hədə qorxu gəlib onun şəkillərindən başqa Rəhmana aid intim şəkilləri də paylaşacağı ilə hədə qorxu gəlib 10000 ABŞ dolları məbləğində pul tələb etmişdir, X22 istintaqa verdiyi əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2018-ci ilin sentyabr ayının əvvəllərindən etibarən heç bir səbəb olmadan onunla mübahisə yaratmağa başlamış, ona aid məlumatları yaymaqla hədə qorxu gəlmişdir. 2018-ci ilin sentyabr ayının 14-ü tarixində Rəşad onun yaşadığı Badamdar qəsəbəsində yerləşən evində olarkən ona aid intim fotoşəkilləri yaymaqla hədə qorxu gəlmiş və 75000 ABŞ dolları məbləğində pul tələb etmişdir. İlk əvvəl o, Rəşadın əsəbindən belə dediyini düşünsə də sonradan Rəşad əsəbi şəkildə onunla danışanda başa düşmüş ki, Rəşad zarafat etmir, buna görə o, Rəşadla şirin şirin danışaraq sonuncunu sakitləşdirməyə çalışmışdır. Qeyd etdiyi tarixdə Təqsirləndirilən şəxs2 da onlarda olmuş və Rəşadla əlbir olub onu şəkillərinin yayılacağı ilə qorxudub, Rəşadla razılaşmağını istəmişdir. Tural onunla danışarkən özünü yaxşı insan kimi təqdim edib ona kömək etmək məramını bildirmiş, lakin o, Turalın Rəşadla əlbir olduğunu başa düşmüşdür. Sonrakı günlərdə xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, 07- xx.xx.2018, xx.xx.2018-ci il və başqa tarixlərdə o, Təqsirləndirilən şəxs1la mobil telefon vasitəsi ilə danışarkən sonuncu ona aid intim fotoşəkilləri yaymaqla hədə qorxu gəlməyə davam etmiş, o, Rəşada yalvarıb onun bu hərəkəti etməkdən çəkindirmək istəsə sonuncu, ondan 75000 ABŞ dolları məbləğində hədə qorxu gəlib pul istəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2la da onun arasında xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və başqa tarixlərdə telefon danışıqları olmuş, o, sonuncudan Rəşadın əl çəkməsinə kömək etməyini xahiş etsə də, Tural Rəşadın istədiyi 75000 ABŞ dolları məbləğində pulu verməyini ondan tələb etmişdir. Tural hər dəfə danışarkən onu Rəşadın hər an şəkilləri paylaşa biləcəyi ilə qorxuzmuş, bundan başqa ona eyni fotoşəkillərdən də onda olduğunu və Rəşadın istədiyi məbləğdə pulu verməkdən başqa çıxış yolunun olmadığını bildirib hədə qorxu gəlmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan başqa X30ya da ona aid intim fotoşəkillərin yayılacağı ilə hədə qorxu gəlmiş və sonuncudan da 75000 ABŞ dolları məbləğində pul tələb etmişdilər. Cinayət işi üzrə X22 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Fidan Muradova ifadəsində göstərdiyi xüsusatları, yəni sonuncunun Təqsirləndirilən şəxs1la əlbir olub telefon danışıqları və görüşlər zamanı ondan intim fotoşəkillərini yaymaq hədəsi ilə, o cümlədən xx xxxxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 birgə yaşadığı evə gələrək Təqsirləndirilən şəxs1 onu bıçaqla hədələyib öldürəcəyini bildirərkən sonuncuya dəstək durub 75000 ABŞ dolları məbləğində pulu tələb etməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı deyib bir daha təsdiq etməklə sonuncunu törətdiyi cinayət əməlində ifşa etmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs1 Fidan Muradovanı dəfələrlə təhqir edib ləyaqətini alçaltmasını, sonuncuya özündə olan intim fotoşəkilləri yaymaqla hədə qorxu gəlib 75000 ABŞ dolları məbləğində pul tələb etməsini, xx xxxxxxxx 2018-ci il tarixdə Fidan Muradovanın yaşadığı evə getdiklərini və X12 Muradovun gözü qarşısında döyərək öldürəcəyi ilə hədələyib göstərdiyi məbləğdə pulu tələb etməsini, istədiyi məbləğdə pulu ala bilmədiyinə görə 2018-ci ilin oktyabr ayının ortalarında Fidan Muradovaya aid intim fotoşəkilləri sonuncunun yaxın qohumlarına göndərdiyindən Fidan Muradovanın həmin ərəfədə özünü öldürməyə cəhd etməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əliseyran qızı ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs1 da, Fidan Muradovanı da 2018-ci ilin sonlarında münasibətdə olduğu Samir Əhmədov vasitəsi ilə tanımışdır. O yay vaxtlarında Samirlə birgə Fidan Muradovaya məxsus Pirşağı qəsəbəsində yerləşən bağ evində olmuşdur. Həmin məclisdə Rəşad, Fidan, o və Samir idilər. Onlar həmin məclisdə telefon vasitəsi ilə kollektiv şəkil də çəkdirdilər. Həmin gündən sonra nə Təqsirləndirilən şəxs1, nə də Fidan Muradovanı görməmiş. 2019-cu ilin mart ayında Samir ona Rəşadla Fidanın arasında sözsöhbət olduğunu, buna görə də Fidan özünü öldürmək qərarına gələrək sirkə turşusu içdiyini dedi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Fidan Muradova onun doğma bacısıqızıdır. Təxminən 2018-ci ilin oktyabr ayının ortalarında mobil nömrəsinə “Whats app” proqramı vasitəsi ilə ***-***-**-** mobil nömrəsindən sms gəldi. Smsdə bacısıqızı Fidanın müxtəlif adamlarla birgə çəkdirdiyi şəkilləri, öz yarıçılpaq şəkilləri göndərilmişdi. O dərhal yazıb soruşdu ki, kimsən, bu şəkillər səndə nə gəzir, ona “darıxma dayı biləcəksən” yazdı. O tələsik həmin nömrəyə zəng vurdu, ancaq telefona cavab verən olmadı. Daha sonra ona Fidanın əxlaqsız, pozğun olduğunu, min hoqqadan çıxdığını yazdı. O dəfələrlə həmin nömrəyə yazsada onunla görüşməyə razı olmadı, adını da demədi. Şəkilləri ona göndərdikdən sonra bacısı Firəngizə, bacısıoğlu Raminə zəng vurdu ki, nə məsələdir. Firəngiz də Ramin də məsələdən xəbərdar idi. Həmin şəkilləri göndərən şəxs, Fidanın qardaşı Raminə də, yoldaşı Rəhmana da həmin şəkilləri göndəribmiş. Ona şəkilləri göndərən nömrənin “Whats app” proqramında şəkli də Rəşadın şəkli idi. Sonradan o həmin şəkli sildi. Bundan başqa Firəngiz ona Rəşad adlı şəxsin həmin şəkillərlə Fidanı hədələyərək, Fidandan 75000 ABŞ dolları, Rəhmandan isə 10000 ABŞ dolları istədiyini dedi. Ona şəkilləri də məhz həmin pulları ala bilmədiyi üçün göndəribmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X15 mühafizəçi işlədiyi vaxtdan tanıyırdı. Fidan xanım onun mühafizəçi olduğu binada yoldaşı Rəhman və oğlu Elçinlə birgə yaşayırdılar. Fidan xanım “Seat Leon” markalı **-MO-*** qeydiyyat nişanlı avtomobili idarə edirdi. Təxminən 2018-ci ilin yay aylarında Fidan xanımın adının sonradan Rəşad olduğunu öyrəndiyi şəxslə yaşadığı binaya gəldiyini görmüş, lakin həmin şəxsin nə məqsədlə ora gəldiyini bilmirdi. 2018-ci ilin təxminən sentyabr ayı idi o Fidan xanımın “İnstaqram" sosial şəbəkəsində səhifəsi ilə rastlaşdı, profilində açıq-saçıq şəkilləri olduğu üçün Fidan xanıma “sizdən belə şəkillər gözləməzdim” yazdı. Cavabında isə Fidan xanım ona təhqir dolu smslər yazdı. O Fidan xanımdan nəyə görə elə sözlər yazdığını soruşdu, o da səhifəsinin başqa şəxs tərəfindən sındırıldığını və ona smsləri başqa şəxsin yazdığını dedi. Daha sonra ona hazırda xatırlamadığı nömrədən zəng gəldi, telefonu açdıqda özünü Rəşad kimi təqdim edən şəxs Fidan xanıma ‘İnstaqram”-da yazdığına görə onu təhqir etdi və özünü Rəşad olduğunu bildirdi. Cinayət işi üzrə xx xxxxxx 2018-ci il tarixdə Şahid5 məxsus “İphone 5c” markalı mobil telefona keçirilmiş baxış istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, mobil telefonun üz ekran hissəsi qara rəngli, arxa və yan tərəfləri isə boz metal rəngindədir. Baxış zamanı telefonun “İcloud” proqramına daxil olundu və həmin proqramda istifadəçi qismində Şahid6nın adının göstərildiyi müəyyən edildi. Daha sonra mobil telefonun “Sms” bölməsinə daxil olundu, həmin bölmədə smsi göndərən şəxsin adı, göndərildiyi tarix və smsin məzmunun xülasəsi öz əksini tapmışdır. Baxış zamanı “sms" bölməsində sübut əhəmiyyəti hər hansı sms, məlumat aşkar olunmadı. Daha sonra telefonun “Whats app" proqramına daxil olundu, həmin proqramda smsi göndərən şəxsin adı, yüklədiyi şəkili, göndərildiyi tarix və smsin məzmunun xülasəsi öz əksini tapmışdır, qeyd olunan proqramda istifadəçinin adı “Renat Süleymanov" kimi qeyd olunmuşdur. Baxış zamanı Şahid5 “Rəşad8" adı altında qeydiyyata aldığı ***-***-**-** mobil nömrənin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmiş və həmin nömrə vasitəsi ilə “Whats app" proqramı ilə Təqsirləndirilən şəxs1la sms yazışması apardığını göstərmişdir. Qeyd olunan yazışmaya baxış vaxtı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 bir qayda olaraq smslərdə gündəlik məişət qayğılarından söhbət etmiş, lakin xx xxxxxxx 2018-ci il tarixdə yazdığı smslərdən və göndərdiyi səs yazılarından müəyyən olunmuşdur ki, o, Azərbaycan Respublikası Dövlət Sərhədini keçməkdədir və xx xxxxxxx 2018-ci il tarixdə X25 şəhərinə çatacaqdır. Bundan başqa həmin yazışmada Təqsirləndirilən şəxs1 Şahid5 Fidana aid bütün şəkillərin sonuncunun qohumlarına və yaxınlarına göndərdiyini bildirmişdir. Cinayət işi materiallarında olan məhkəmə fonoskopik ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 32953 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd qara rəngli “iphone 5S markalı **********79417 İMEİ nömrəli “Günels İphone adlı istifadəsində olan +**********75 saylı nömrə “günel mailto:9494@icloud.comElektron ünvan məzmunlu Apple İd kimliyi olan 16 GB həcmli daxili yaddaşdan vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Cinayət işi materiallarında olan məhkəmə ekspertizasının xx xxxx 2019-cu il tarixli 5803 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd qara rəngli “iphone 5S markalı A1530 modelli **********25497 İMEİ nömrəli “X32 adlı istifadəsində olan +**********59 saylı nömrə və bir ədəd qara rəngli “iphone 7plus markalı A1661 modelli **********62218 İMEİ nömrəli “Apple İd” adlı istifadəsində olan +**********21 saylı nömrə ilə olan mobil smartfonlar hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Cinayət işi materiallarında olan məhkəmə ekspertizasının xx xxxxx 2019-cu il tarixli 7029 nömrəli rəyindən görünür ki, X11 özünün öldürməyə cəhd etməzdən əvvəlki fərdi-psixi xüsusiyyətləri içərisində psixogen-depressiv reaksiya əlamətləri müşahidə olunur. X11 özünün öldürməyə cəhd etməzdən əvvəlki dövrdə dvranış altlarında təzahür etmiş olan emosional gərginlik halını keçirmişdir. Cinayət işi materiallarında olan məhkəmə fonoskopik ekspertizasının xx xxxxx 2019-cu il tarixli 5830 nömrəli rəyindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “İphone 5c” markalı mobil telefona baxış zamanı bir ədəd “Trangent” markalı yaddaş kartına köçürülməklə ekspertizaya təqdim edilmiş xx xxxxxxx 2018-ci il tarixli 01:52, 02:07 və 01:52 dəqiqə davam edən video görüntülərdə olan səs yazıları Təqsirləndirilən şəxs1 məxsusdur. Cinayət işi materiallarında olan kompleks trasoloji və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1471/1688 nömrəli ekspertiza rəyindən görünür ki, “Seat Leon” markalı “XTA217020J0564950” məzmunlu nəqliyyat vasitəsinin identifikasiya nömrəsi (VİN nömrəsi) zavod üsulu ilə həkk olunmuşdur. Təqdim edilmiş nəqliyyat vasitəsinin VİN nömrəsində olan hərf və rəqəmlərdə göstərilən məlumatlara əsasən nəqliyyat vasitəsi 2018-ci il buraxıİışlıdır. Təqdim edilmiş “Seat Leon” markalı avtomobilin üzərində olan zədələr fiziki qüvvənin təsirindən (yumruqla təpiklə vurmanın) yaranmağa xarakterik batıq zədələrdir. “Seat Leon" markalı **-MO- *** qeydiyyat nişanı avtomobilin təmir-bərpa xərci 1270 manat müəyyən edilir. Cinayət işi materiallarında olan məhkəmə psixoloji ekspertizasının xx xxxxx 2019-cu il tarixli 7029 nömrəli rəyində göstərilmişdir ki, Ekspert tədqiqi nəticələrinin araşdırılması göstərir ki, müayinə olunan F.Muradovanın intellektual inkişafı aldığı təhsilinə və əhatə olunduğu sosial mikro mühitə uyğundur. Onun əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur (Raven testi, Dördüncü artıqdır). F,Muradova fərdi psixiki xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxındır. F.Muradovanın sinir sisteminin tipi çevik olmaqla, müvazinətsizdir (Ayzenkin şəxsiyyət sorğusu). F.Muradova ona təqdim olunmuş predmet və hadisələrin təsnifatı və müqayisəsi zamanı, eləcə də anlayışların mahiyyətini izah edərkən o, həm əsas, həm də ikinci dərəcəli əlamətlərdən çıxış edir (Əsas əlamətlərin müəyyən edilməsi, Anlayışların təsnifatı və müqayisəsi). Müayinə olunan F.Muradova kifayət qədər lüğət ehtiyatına malik olmaqla, öz fikrini ətrafdakılara adekvat olaraq çatdırır. F.Muradovanın hafizəsi və ixtiyari yaddasaxlama səviyyəsi normal inkişaf etmişdir (10 söz, Obraza görə hafizə). F,Muradovanın hal-hazırda düşdüyü vəziyyətə görə emosional fonu aşağı səviyyədədir (Lüşer testi). F.Muradovanin fərdi-psixi xüsusiyyətlərində aqressivlik əlamətləri müşahidə olunmur. Lakin qarşılaşdığı şəraitdən asılı olaraq ona təsir edən qıcığa qarşı kəskin reaksiya verə bilər (Hənd-test). Ekspert tədqiqatı nəticələri göstərir ki, F.Muradovanin özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə fərdi-psixi xüsusiyyətləri içərisində bəzi psixogen-depressiv (həyatından bezməsi, ölmək istəməsi) və nevrotik (əsəbi olması) reaksiya əlamətləri müşahidə olunmaqla, qarşılaşdığı şəraitlə (Təqsirləndirilən şəxs1 ona qarşı etmiş olduğu hərəkətlər - ona hədə-qorxu gəlmələri, ondan pul tələb etmələri və əllərində olan F.Muradova ilə əlaqədar olan şəkillərin onun yaxın qohumlarına göndərmələri) əlaqədar emosional halında dəyişikliklər baş vermiş, F.Muradova hadisədən əvvəl davranış aktlarında təzahür etmiş olanemosional gərginlik halını keçirmişdir, Bu mənada deyə bilərik ki, F.Muradova özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halında olmaqla, intihar etməyə cəhd etmişdir. X11 özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə fərdi-psixi xüsusiyyətləri içərisində psixogendepressiv reaksiya əlamətləri müşahidə olunur. Fidan Muradova özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halını keçirmişdir. Cinayət işi materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünr ki, X23 xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür, ölümün səbəbi epilepsiya və epileptik sindromlar olmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxx 2019-cu il tarixli 1224 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 alkoqolizm xəstəliyindən əziyyət çəkmir, alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 467 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 alkoqolizm xəstəliyindən əziyyət çəkmir, alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı X1 narkomaniya xəstəliyi aşkar olunur, hal hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs1 somatik vəziyyətinin yaxşılaşmasından sonra, narkomaniyadan məcburi müalicə olunmasına ehtiyac vardır. Cinayət işində olan Masallı RİHB Masallı şəhər inzibati ərazisinini dairə üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindikləri cinayət qanununun hər bir nnormasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, yəni Təqsirləndirilən şəxs1 xx xxx 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-ci tarixdən hesablanmaqla, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işində olan “Səbail rayon Polis İdarəsinin 065-16877-1219 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Russiya Federassiyasına ezam olunmuş polis əməkdaşları tərəfindən X6 şəhərində tutulmuş və ektradisiya məsələləri həll olunması üçün barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan “şəxsin könüllü gəlib təslim olunması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə könüllü olaraq gəlib polisə təslim olmuş və həmin tarixdə o tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 könüllü gəlib polisə təslim olunmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan Bakı şəhər prokurorluğunun sübutların saxlanc yerində saxlanılan Şahid5 məxsus 1 (bir) ədəd "İphone 5s” markalı mobil telefon Şahid5 qaytarılmalı, cinayət işi materiallarına əlavə edilmiş mobil rabitə operatorlarından və məhkəmə kompyuter texniki ekspertizasından daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 668 ( altı yüz altmış səkkiz) manat, 45 (qırx beş) qəpik alınıb dövlət büdcəsinə verilməli və təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddiaçı X13 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı mülki iddialarına məhkəmə münasibət bildirərək, hesab edir ki, mülki iddialar baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizələrində tələb edilən məbləğələrə dair hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunverijiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3 maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 182.3.2 və 221.1-ci maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 4 (dörd) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 12 (on iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti iolaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə mülki iddiaçı X13 və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiaları baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs1dan və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 668 ( altı yüz altmış səkkiz) manat, 45 (qırx beş) qəpik hər birindən müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Bakı şəhər prokurorluğunun maddi sübutların saxlanc yerində saxlanılan Şahid5 məxsus 1 (bir) ədəd "İphone 5s” markalı mobil telefon Şahid5 qaytarılsın və cinayət işi materiallarına əlavə edilmiş mobil rabitə operatorlarından və məhkəmə kompyuter texniki ekspertizasından daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar