Məhkəmə qərarları › İş №1(101)-145/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-145/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-145/2024 23.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X79 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Vəkillər Kollegiyasının 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərəcəkmiş şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 hüquqi varisi - bacısı X8 iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Xocalı rayonu, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla, Şəki rayonu, Yeni Cələbixan qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 32.4,120.2.5, 178.2.1, 178.2.4 və 245-ci, 8 dekabr 1992-ci il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6 və 245-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, ələ alma, sövdələşmə üsulları ilə başqa şəxsi sifariş əsasında qəsdən adam öldürmə, qəsdən həyatdan məhrum etmə cinayət əməlini törətməyə təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkətlər etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, faktiki rəhbərlik etməklə tanışı Zərərçəkmiş şəxs1 adına 3 may 2018-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanları Bakı şəhəri, Xətai rayonu, ünvan 3EN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC-lər (VÖEN: **********) və 13 mart 2018-ci il tarixdə direktoru olduğu Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4MC (VÖEN: **********) və digər istintaqa məlum olmayan cəmiyyətlər vasitəsi ilə icra etmiş olduğu maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayınması faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli və həmin cinayət işinə birləşdirilmiş ********* və ********* nömrəli cinayət işləri üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Zərərçəkmiş şəxs1 20-21 iyun 2019-cu il tarixdə və 30 yanvar 2020-ci il tarixdə ümumilikdə 7 dəfə qanuni əsaslarla şahid və şübhəli şəxs qismində ifadə verdiyini, ifadələrində onun və qardaşı Şahid4 adını çəkdiyini, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma cinayət əməlinin törədilməsində onları ifşa edərək törətmiş olduqları cinayətlər haqqında hakimiyyət orqanına məlumat verdiyini eşitmiş, habelə, 16 mart 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” Ticarət Mərkəzinin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə görüşərkən sonuncu ona həmin gün birlikdə yemək yeyib spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs1 17 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə gedib onun və qardaşı Şahid4 əleyhinə yeni faktlarla bağlı ifadə verəcəyini nəql etdiyini bildirmiş, Zərərçəkmiş şəxs1 hüquqauyğun qaydada onları ifşa edən cinayət xarakterli məlumatları istintaq orqanına bildirməsindən, eləcə də, digər qanunsuz hərəkətləri barədə təkrarən ifadə verəcəyi halda törətmiş olduqları digər cinayət əməllərinin üstünün açılmaqla gec-tez cinayət məsuliyyətinə cəlb ediləcəyindən hiddətlənib, özünə qarşı edilmiş hərəkəti “orqana məlumat verən, satan” kimi qiymətləndirib ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 qisas almaq niyyəti ilə və törətmiş olduğu başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən öldürmək, yəni təfəkküründə yaratdığı tələbatını qanunazidd yolla - cinayət törətməklə təmin etmək qərarına gəlmiş, adına yaratmış olduğu cəmiyyətlərlə maliyyə əməliyyatlarını icra edən Təqsirləndirilən şəxs2 cinayətkar niyyətini bildirdiyi zaman onlar Zərərçəkmiş şəxs1 təkrarən ifadə verməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə gedəcəyi halda özü və qardaşı Şahid4lə yanaşı, Təqsirləndirilən şəxs2la bağlı da ifadə vermə ehtimalının olması qənaətinə gəlmiş, o, artıq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qarşı intiqam və qisas hissinin olmasını duyub Təqsirləndirilən şəxs2 ələ alıb ortaq problemlərini birgə icra etməyin, yəni Zərərçəkmiş şəxs1 qətlə yetirməyin qaçılmaz olduğunu bildirərək işin icrası üçün Təqsirləndirilən şəxs2 əlavə olaraq 10000 (on min) manat pul verə biləcəyi imkanına malik olduğunu bildirməklə sifarişlə qəsdən adam öldürmə cinayət əməlinin törədilməsinə Təqsirləndirilən şəxs2 təhrik etməklə onunla sövdələşmiş, Təqsirləndirilən şəxs2 qəbul etdiyi sifarişi yerinə yetirmək, başqa cinayəti gizlətmək məqsədilə ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 qəsdən öldürməkdə onunla birgə iştirak edəcəyini, yəni qətlə yetirmədə ifadə olunan cinayətin obyektiv cəhətinin icrasında onunla razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, törədəcəkləri cinayət əməli barəsində hazırladıqları plana əsasən o, istifadəsində olmuş ***-***-**-** saylı mobil telefondan Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 16 mart 2020-ci il tarixdə 5 dəfə, sonuncu dəfə saat 23:54-də zəng edərək Zərərçəkmiş şəxs1 guya əziyyət çəkdiyi narkotik vasitələrin asılılığından müalicə etdirmək məqsədilə onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə yerləşdirəcəklərini deyib daha inandırıcı olması üçün özü ilə zəruri geyim və digər əşyalar götürməsini tapşırmış, 16 mart 2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlayaraq onunla plana uyğun olaraq Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yaxınlığında görüşüb guya narkoloji mərkəzə aparacaqları adı ilə Zərərçəkmiş şəxs1 özünə aid zəruri əşyalarla birlikdə həmin yerə gəlməsi üçün istifadəsində olmuş ***-***-**-** saylı mobil telefondan Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 17 mart 2020-ci il tarixdə saat 00:15 və 00:22-də yenidən zəng edərək sonuncunu olduqları yerə çağırmış, bir müddət sonra Zərərçəkmiş şəxs1 görüş yerinə gələrək dövlət qeydiyyat nişanı istintaqla müəyyən edilməyən avtomobilin ön oturacağında, özü sükan arxasında, Təqsirləndirilən şəxs2 isə sağ arxa oturacaqda əyləşmiş, Zərərçəkmiş şəxs1 öldürmək üçün əlverişli, yəni kimsənin olmadığı əraziyə aparmaq məqsədilə hərəkət edib inandırıcı olması üçün yol boyu tanışlıqları və sair müxtəlif mövzularda söhbət edərək ətrafda kimsənin olmadığı Bakı şəhəri, Qaradağ rayonu ərazisində, “Meyvəli” Ticarət Mərkəzinin qarşısından Lökbatan- Xocasən yolu ilə Xocasən qəsəbəsi istiqamətində 2,22 km hərəkət etdikdə yolun solunda 110 metr içəriyə doğru avtomobili hərəkət etdirib 40°22'27.7"N 49°48'19.1"E koordinatlarda yerləşən ərazidə 17 mart 2020-ci il tarixdə saat 1-2 radələrində üzəri qamışlıqlarla örtülü bataqlıq əraziyə çatdıqda ictimai borcunu yerinə yetirməklə əlaqədar, yəni külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma cinayət əməlinin törədilməsində onu və qardaşı Şahid4 ifşa edib cinayət haqqında hakimiyyət orqanına məlumat verməsi, habelə başqa cinayəti gizlətmək, yəni 17 mart 2020-ci il tarixdə istintaq orqanına gedib digər cinayət xarakterli məlumatları barədə bildirməsinin qarşısını almaq məqsədilə Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmək, sonuncunu qəsdən həyatdan məhrum etmək məqsədilə əməllərinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bunu arzulayaraq arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 qəsdən boğması üçün aralarında əvvəlcədən razılaşdırılmış formada sağ əli ilə sağ qulağını qaşımaqla işarə verdikdən sonra Təqsirləndirilən şəxs2 əvvəlcədən hazır vəziyyətdə əlində tutduğu istintaqla müəyyən edilməyən kəməri avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 arxadan boğazına keçirməklə onu bərk özünə tərəf sıxaraq boğmağa başlamış, həmin vaxt kəmərin Zərərçəkmiş şəxs1 boğazına tam keçmədiyini və sonuncunun onlara müqavimət göstərdiyini, əli ilə kəməri özündən kənarlaşdırmağa çalışdığını görüb o, dərhal sükan arxasından Zərərçəkmiş şəxs1 doğru çevrilərək əlləri ilə Zərərçəkmiş şəxs1 ağzına keçmiş kəməri aşağı sürüşdürməklə boğazına keçirərək əlləri ilə onun hər iki əlini tutub bir neçə dəqiqə ərzində bu vəziyyətdə saxlamaqla Təqsirləndirilən şəxs2 onu boğması üçün əlverişli şərait yaratmaqla ələ alma, sövdələşmə üsulları ilə Ümüdvar İbişovu sifariş əsasında qəsdən adam öldürmə, qəsdən həyatdan məhrum etmə cinayət əməlini törətməyə təhrik edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 öldüyünə tam əmin olduqdan sonra törətmiş olduqları cinayətin ictimai təhlükəliliyini daha da artıraraq Zərərçəkmiş şəxs1 meyitini avtomobilin arxa salonuna keçirtməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında həmin gün saat 4 radələrində İsmayıllı rayonu ərazisində Qoşakənd-Tubukənd yolu ilə hərəkət edərək Tubukənd kəndinə çatmamış, yolun solunda meşəlik sahədə, 40°42'50.0"N 48°11'45.6"E koordinatlarda yerləşən ərazidə meyitin üzərinə Zərərçəkmiş şəxs1 özü ilə götürmüş olduğu paltarlarını, əşyalarını, meşədən yığdıqları odunları yığdıqdan sonra özləri ilə götürdükləri tərkibi istintaqla müəyyən edilməyən yandırıcı maddəni səpib yandıraraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Bundan başqa o, tanışı Şahid18 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 2021-ci ilin oktyabr ayında Şuşa şəhəri «Cıdır Düzü»ndə çadır şəhərciyinin salınması işinin görülməsi müqabilində xidmət haqqı olaraq almalı olduğu 31223 (otuz bir min iki yüz iyirmi üç) manat pul vəsaitini nağdlaşdırmaq istədiyini, lakin hər hansı bankda hesab nömrəsi olmadığı üçün icra edə bilmədiyini eşidib tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədilə adına yaratmış olduğu cəmiyyətlərlə maliyyə əməliyyatları icra edən tanışı Şahid17 və sonuncunun dostu Şahid16 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, Zərərçəkmiş şəxs2 əmlakının ələ keçirilməsinə yönəlmiş yalan məlumatlar əsasında, yəni qrup üzvü Şahid16 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASCdə olan hesab nömrəsinə köçürüldükdən sonra guya çıxarılıb verilməsi ilə bağlı köməklik göstərə biləcəkləri barədə Şahid18 vasitəsi ilə Zərərçəkmiş şəxs2 bildirib sonuncunun inam və etibarını qazanmış, qrup üzvləri arasında əvvəlcədən hazırlanmış cinayətkar planın davamı kimi, yəni üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmək niyyətləri olmadan özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə edib Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdar təşkil edən 31223 (otuz bir min iki yüz iyirmi üç) manat pul vəsaitinin sonuncunun razılığı əsasında 24 noyabr 2021-ci il tarixdə Şahid16 direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-nin ünvan 5 ünvanında fəaliyyət göstərən 2 saylı filialındakı AZ78GUNA**********1902000000 bank hesabına köçürülməsini təmin etməklə özgə əmlakı üzərində istədikləri kimi sərəncam vermək imkanı əldə etdikdən sonra həmin pul vəsaitini 26 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən Xətai filialında olan AZ86RBTA******************** saylı şəxsi hesab nömrəsinə köçürülməklə ələ keçirilmiş 31223 (otuz bir min iki yüz iyirmi üç) manat məbləğində pul vəsaitini plana uyğun olaraq 26 noyabr 2021-ci il tarixdə sonuncu hesabdan nağdlaşdıraraq qrup üzvləri Şahid16 və Şahid17la bölüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 31223 (otuz bir min iki yüz iyirmi üç) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, sifariş aldığı şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Belə ki, o, 16 mart 2020-ci il tarixdə gündüz saatlarında ortaq tanışları olan Zərərçəkmiş şəxs1 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Təqsirləndirilən şəxs1 və sonuncunun qardaşı Şahid4 əleyhinə yəni, onların ayrı-ayrı şəxslərin adına yaratmış olduqları cəmiyyətlər vasitəsi ilə icra etmiş olduqları maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunu dövlət büdcəsinə ödəməkdən yayınmaları barədə ifadə verdiyini, 17 mart 2020-ci il tarixdə gedib təkrarən, bu dəfə isə başqa xüsusatlarla bağlı ifadə verəcəyini bildikdən sonra həmin gün saat 19 radələrində istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onunla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” Ticarət Mərkəzinin qarşısında görüşmüş və söhbət zamanı ona bu haqda məlumat vermiş, Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs1 birgə öldürmək müqabilində 10.000 (on min) manat pul verəcəyini bildirdikdə, o, Təqsirləndirilən şəxs1 onun adına da cəmiyətlər yaratdığını və həmin cəmiyyətlər vasitəsi ilə icra etmiş olduğu maliyyə əməliyyatları nəticəsində onun da vergi borcunu yarandığını, Zərərçəkmiş şəxs1 təkrarən ifadə verməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə gedəcəyi halda hüquqauyğun qaydada Təqsirləndirilən şəxs1, sonuncunun qardaşı Şahid4 ifşa edən cinayət xarakterli məlumatları istintaq orqanına bildirməsi, eləcə də digər qanunsuz hərəkətləri barədə təkrarən ifadə verəcəyi ilə yanaşı, onun da barəsində ifşa edici cinayət xarakterli məlumatlarla bağlı ifadə verəcəyi, gələcəkdə həmin faktlarla bağlı da araşdırma aparıla biləcəyi və törətmiş olduqları cinayət əməllərinin üstünün açılmaqla gec-tez cinayət məsuliyyətinə cəlb ediləcəyi ehtimalının olması qənaətinə gəlmiş, bundan hiddətlənərək onda Zərərçəkmiş şəxs1 qarşı intiqam və qisas hissi yaranmış, ortaq problemlərini birgə həll etməyin, yəni Zərərçəkmiş şəxs1 qətlə yetirməyin qaçılmaz olduğunu düşünərək və qətli sifariş edən Təqsirləndirilən şəxs1 əlavə olaraq 10 000 (on min) manat pul ala biləcəyi imkanının olduğunu düşünərək sonuncunun təhriki əsasında qeyd olunan mükafat müqabilində üzərinə götürmüş olduğu sifarişi Təqsirləndirilən şəxs1 aktiv dəstəyi ilə yerinə yetirəcəyini bildirməklə başqa cinayəti gizlətmək məqsədilə ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 qəsdən öldürməkdə onunla birgə iştirak edəcəyini, yəni qətlə yetirmədə ifadə olunan cinayətin obyektiv cəhətinin icrasında onunla razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 16 mart 2020-ci il tarixdə saat 23 radələrində istifadəsində olmuş ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələrdən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələrlə əlaqə saxlayaraq onunla plana uyğun olaraq Yasamal rayonu ərazisində yerləşən “Kaktus” restoranının yaxınlığında görüşmüş, Təqsirləndirilən şəxs1 çağırışı əsasında guya əziyyət çəkdiyi narkotik vasitələrin asılılığından müalicə olunmaq məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə yerləşdirəcəyini düşünərək özü ilə zəruri geyim və digər əşyalarla birlikdə yanlarına gəlmiş Zərərçəkmiş şəxs1 qarşılayaraq dövlət qeydiyyat nişanı istintaqla müəyyən edilməyən avtomobilin özü sağ arxa oturacağında, Təqsirləndirilən şəxs1 sükan arxasında, Zərərçəkmiş şəxs1 isə sağ ön oturacağında əyləşmiş, Zərərçəkmiş şəxs1 öldürmək üçün əlverişli, yəni kimsənin olmadığı əraziyə aparmaq məqsədilə hərəkət edib, inandırıcı olması üçün yol boyu tanışlıqları və sair müxtəlif mövzularda söhbət edərək ətrafda kimsənin olmadığı Bakı şəhəri, Qaradağ rayonu ərazisində, “Meyvəli” Ticarət Mərkəzinin qarşısından Lökbatan-Xocasən yolu ilə Xocasən qəsəbəsi istiqamətində 2.22 km hərəkət etdikdə yolun solunda 110 metr içəriyə doğru avtomobili hərəkət etdirib 40o22'27.7"N 49°48İ19.1"E kordinatlarda yerləşən ərazidə 17 mart 2020-ci il tarixdə saat təxminən 1-2 radələrində üzəri qamışlıqlarla örtülü bataqlıq əraziyə çatdıqda sifarişlə yəni, Təqsirləndirilən şəxs1 onunla birlikdə Zərərçəkmiş şəxs1 öldürmək sifarişini icra etmək müqabilində vəd etmiş olduğu 10000 (on min) manat pul mükafatını qazanmaq niyəti ilə və Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmək, sonuncunu qəsdən həyatdan məhrum etmək məqsədilə əməllərinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bunu arzulayaraq Zərərçəkmiş şəxs1 qəsdən boğmağa başlaması üçün sükan arxasında əyləşmiş Təqsirləndirilən şəxs1 aralarında əvvəlcədən razılaşdırılmış formada sağ əli ilə sağ qulağını qaşımaqla işarəsini gördükdən sonra, hazır vəziyyətdə əlində tutduğu istintaqla müəyyən edilməyən özünə məxsus kəməri avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 arxadan boğazına keçirməklə onu bərk özünə tərəf sıxaraq boğmağa başlamış, həmin vaxt kəmərin Zərərçəkmiş şəxs1 boğazına tam keçmədiyini və sonuncunun onlara müqavimət göstərdiyini, əli ilə kəməri özündən kənarlaşdırmağa çalışdığını görən Təqsirləndirilən şəxs1 dərhal sükan arxasından Zərərçəkmiş şəxs1 doğru çevrilərək əlləri ilə Zərərçəkmiş şəxs1 ağzına keçmiş kəməri aşağı sürüşdürməklə boğazına keçirərək əlləri ilə onun hər iki əlini tutub saxladıqdan sonra Zərərçəkmiş şəxs1 artıq boğazına keçmiş kəməri əlləri ilə tutub sıxaraq bir neçə dəqiqə ərzində bu vəziyyətdə saxlamaqla sifariş aldığı Təqsirləndirilən şəxs1lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 öldüyünə tam əmin olduqdan sonra törətmiş olduqları cinayətin ictimai təhlükəliliyini daha da artıraraq Zərərçəkmiş şəxs1 meyitini avtomobilin arxa salonuna keçirtməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə birlikdə həmin gün saat 04 radələrində İsmayıllı rayonu ərazisində Qoşakənd-Tubukənd yolu ilə hərəkət edərək Tubukənd kəndinə çatmamış, yolun solunda meşəlik sahədə, 40°42'50.0"N 48°1T45.6"E kordinatlarda yerləşən ərazidə meyitin üzərinə Zərərçəkmiş şəxs1 özü ile götürmüş olduğu paltarlarını, əşyalarını, meşədən yığdıqları odunları yığdıqdan sonra özləri ilə götürdükləri tərkibi istintaqla müəyyən edilməyən yandırıcı maddəni səpib yandıraraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 32.4,120.2.5, 178.2.1, 178.2.4 və 245-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tarixini dəqiq xatırlamadığı günlərin birində axşam saat 17-18 radələrində Ümidvar yadında qalmayan nömrəsindən onun istifadə etdiyi nömrəyə zəng edərək Yasamal rayonu, “Kaktus” restoranının yaxınlığında yanına gəlmişdir. Ümidvar Rəşadın yenidən narkotik vasitə istifadə etdiyini, vəziyyəti pis olduğundan onu müalicə etdirmək lazım olduğunu demişdir. Həmin vaxt Ümidvar onun yanına Rəşadla birlikdə narkotik vasitə qəbul edib gəlmişdir. X33 Mərkəzdə müalicə olunması üçün ondan 500 manat pul istəmişdir. Təxminən 1 saat sonra Rəşad da onların yanlarına gəlmişdir. Rəşad da ondan onu Narkoloji Mərkəzdə müalicə etdirmək üçün pul istəmişdir. Həmin vaxt 150 manatdan bir qədər artıq pulu olmuşdur. Buna görə də Rəşada 150 manat verə biləcəyini demişdir. X45 getmək üçün paltarlarını özü ilə götürmüşdür. Əlavə olaraq da Ümidvara 20 manat yol pulu vermişdir, onların hansı vasitə ilə getməsini isə xatırlamır. Bundan sonra yaxınlıqda olan çayxanaya, sonra isə evə getmiş, evdə yarım saat istirahət etdikdən sonra şəhərdə harasa gəzməyə getmişdir. Gecə Şəki rayonuna getməli olsa da, havanın dumanlı olduğunu görüb geri qayıtmışdır. Gecə saat 1 radələrində Ümidvar ona zəng edərək İsmayıllı rayonunda olduğunu, problemə düşdüklərini, təcili onun həmin yerə gəlməyini xahiş etmişdir. Bundan sonra o, Şamaxı rayonunda Ümidvarla görüşən zaman o, Rəşadın yüksək dozada narkotik vasitə qəbul etdiyindən öldüyünü və onun cansız bədənini İsmayıllı rayonuna atdığını bildirmişdir. Ümidvarla o, həmin əraziyə gedib nə qədər axtarsalar da, Rəşadın cansız bədənini tapa bilməmişlər. Daha sonra Ümidvarla birlikdə Bakıya qayıtmışlar. Ümidvara bir neçə dəfə Rəşadın ölümü ilə bağlı dövlət orqanlarına məlumat verməsini desə də, onunla razılaşmamışdır. Şəki rayonunda olan zaman Rəşadın cansız bədəninin tapılmasını televiziyada görmüş, Zərərçəkmiş şəxs1 cansız bədəninin aşkar edildiyini Ümidvara bildirərək bu barədə müvafiq dövlət orqanlarına xəbər verməsini demişdir. O, Zərərçəkmiş şəxs1 ölən zaman Yasamal rayonu ərazisində avtomobillə hərəkətdə olmuşdur. Yasamal rayonundan Lökbatan qəsəbəsinə gəlmişdir. Zərərçəkmiş şəxs1 isə Xocahəsən qəsəbəsində ölmüşdür. Rəşadın ölüm xəbəri yayıldıqdan 2-3 ay sonra evdə olarkən Xəzər RPİ-nin əməkdaşları onu qanunsuz olaraq tutub Yasamal RPİnə gətirmişlər. Bu vaxt ona verilən ittihamda Emil adlı şəxslə qabaqcadan əlbir olduğu yazılsa da, o adı çəkilən şəxsi tanımamışdır. 2022-ci ilin 20 may tarixində onu azadlığa buraxmışlar. Azadlığa çıxdıqdan 8 gün sonra Yasamal rayonu, “Kaktus” restoranının yaxınlığında olarkən Ümidvar ona zəng edərək inzibati həbsdə olduğunu, ona siqaret, çay və şəkər lazım olduğunu bildirmişdir. O isə Ümidvara sovqat göndərməyə imkanının olmadığını demiş, bir neçə gün sonra isə sovqat göndərəcəyini bildirmişdir. Həmçinin Ümidvara bir neçə müddət həbsdə olduğunu və onunla maraqlanmadığını demişdir. Ümidvarla danışdıqdan bir neçə saat sonra 10-a yaxın polis əməkdaşları onu tutub Yasamal Polis İdarəsinə gətirib Rəşadın ölümü ilə bağlı ona suallar vermişlər. O da Rəşadın ölümü ilə bağlı məlumatının olmadığını bildirmişdir. Bundan sonra Yasamal rayon Polis İdarəsində ona gecə saat 3:00-ə kimi işgəncə vermişlər. Sonra onu Yasamal rayonu 29-cu Polis Şöbəsinə gətirərək orada da fiziki təzyiq göstərmişlər. Daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib orada Qabil müəllimin yanına aparmışlar. Qabil müəllimi Şəki rayonunda çalışan zamandan bəri tanıyırdı. O, Qabil müəllimə ölüm hadisəsində təqsirli olmadığını bildirmişdir. Bundan sonra onu 5-ci otaqda döyüb elektriklə işgəncə vermişlər. Onunla mütəmadi olaraq ləyaqəti alçaldan tərzdə rəftar etmişlər. Prokurora ona işgəncə verdiklərini dedikdə, o, polis əməkdaşlarının “əcəb” etdiyini bildirmişdir. O da bundan sonra bütün cinayətləri öz boynuna götürəcəyini demişdir. Ondan nəyə görə Rəşada maddi və mənəvi yardım etdiyini soruşduqda, Bakıya ilk gəldiyi vaxtlardan Rəşadın ona həmişə kömək etdiyini bildirmişdir. Əgər Rəşadı öldürmək istəsəydi, müalicə olunması üçün onu Narkoloji Dispanserə göndərməzdi, yanında ürəyi tutduğu zaman onu xəstəxanaya aparmazdı. Ona qardaşıyla Rəşad arasında ədavət olduğundan onu öldürdüyünü bildirmişlər. Şamaxıda Ümidvarla görüşən zaman ona Rəşadla birlikdə narkotik qəbul etdiklərini, Rəşad yüksək dozada qəbul etdiyi üçün öldüyünü demişdir. Ümidvar onu Rəşadı atdığı yerə aparmışdır. Həmin ərazini çox yaxşı tanıyır, lakin həmin ərazini nə qədər axtarsa da, Rəşadın cansız bədənini tapa bilməmişdir. Sonra Bakıya Ümidvarla birlikdə qayıtmışdır. Bir neçə gün sonra Şəki rayonuna getmişdir. Rəşadın meyiti tapılan zaman Ümidvara demiş ki, “təslim olmalısan”. Ona ittiham verilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə bağlı onu demiş ki, Mehrac ilə Ərtoğrul adlı şəxsləri tanıyır. Həmin şəxslərin ona borcu olduğu üçün onun kartına göndərilən pulun 13000 manatı ona verilmiş, yerdə qalan pulu isə Mehrac götürüb getmişdir. Zərərçəkmiş şəxs2 adlı şəxsi tanımır, həmin şəxsdən heç vaxt pul almamışdır. Rəşadı Rəşid adlı şəxs vasitəsilə tanımış və aralarında dostluq münasibətləri olmuşdur. Rəşadla onun arasında ticarət münasibətləri olmamışdır. Rəşad və Ümidvarla Yasamal rayonu, “Kaktus” restoranının yaxınlığında görüşmüş və orada X33 Mərkəzdə müalicə olunması üçün ondan pul istəmişdir. Əvvəllər Rəşadın müalicə olunması üçün bir neçə dəfə ona maddi köməklik göstərmişdir. Ümidvar Rəşadın onun barəsində şikayət etməsi ilə bağlı heç nə deməmişdir. Rəşad onun yox, qardaşı barəsində ibtidai istintaq zamanı izahat vermişdir. Rəşad müalicə olunmaq üçün məndən pul istədikdə, Rəşadın bacısının xahişi ilə onlara 150 manat, əlavə olaraq da 10 manat taksi pulu vermişdir. Rəşad və Ümidvar getdikdən sonra o, rayona yola çıxmışdır. Rəşad və Ümidvarla birlikdə şəhər kənarına getməmiş, həmin şəxslər onun avtomobilinə əyləşməmişlər. Rəşadın cansız bədənini avtomobilində daşımamışdır. Ümidvarla aralarında Rəşadı öldürmək barəsində danışıq olmamışdır. İbtidai istintaq zamanı ona qarşı fiziki təsir göstərdildiyindən məcbur olub etirafedici ifadə vermişdir. Ümidvar Rəşadın yüksək dozada narkotik vasitə qəbul etməsi səbəbindən öldüyünü demişdir. Hadisə baş verən gün bayram münasibətilə rayona getməli olmuşdur. BMCMİ-də olarkən onu döymüşlər, sonra da prokurorluq əməkdaşı tərəfindən izahatı alınmış, lakin tutulmazdan 8 gün əvvəl xəsarət aldığı qeyd edilmişdir. Tutulmazdan 8 gün əvvəl Yasamal rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdır. Ümidvarın dediyi əraziyə gəlib Rəşadın meyitini axtarsa da, tapa bilməmişdir. Rəşadın meyitinin tapıldığı ərazidən magistral yola getmək üçün 15 dəqiqə vaxt lazımdı, o isə həmin ərazidə 4 saat meyit axtarmışdır. Həmin ərazini yaxşı tanısa da, 2-3 saat axtarmağına baxmayaraq Rəşadın meyitini tapa bilməmişdir. Rəşadla qardaşı arasında düşmənçilik və ədavət olmamışdır. Rəşadın meyitini tapa bilmədikdən sonra bir neçə gün Şəki şəhərində qalmışdır. İttiham aktında Rəşadın Xocahəsən qəsəbəsində öldürüldüyü qeyd edilib, onun telefonu həmin anten əhatə dairəsində olmamışdır. BMCMİ-də onu döydüklərindən ibtidai istintaq zamanı polis əməkdaşlarının bildirdiyi kimi ifadə vermişdir. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində olan xəsarətlər tibbi kitabçaya qeyd edilmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, Xocalı rayonu Kosalar kəndində anadan olmuş, 1-ci Qarabağ müharibəsində yaşadığı Xocalı rayonu Kosalar kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə 1993-cü ildə Şəki rayonu Yeni Çələbixan qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Hazırda həmin ünvanda müvəqqəti qeydiyyatdadır, lakin Bakı şəhəri, Yasamal rayonu “Kaktus” restoranının yanında 5 mərtəbəli binanın 2-ci mərtəbəsində tanımadığı ünvanda kirayədə yaşayır. Ailə üzvləri atası X21, anası X25, böyük qardaşı Şahid4 və kiçik qardaşı X9 ibarətdir. Ailə üzvləri Şəki rayonu Yeni Çələbixan qəsəbəsində yaşayırlar. Orta məktəbi Şəki şəhərində yerləşən 3 saylı orta məktəbdə oxumuş, böyrəklərində xəstəlik olduğuna görə hərbi xidmətə yararsız hesab olunmuş və hərbi xidmətdə olmamışdır. Orta məktəbi bitirdikdən sonra bir müddət kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuş, 2016-ci ildən isə Bakı şəhərində yaşamış və taksi fəaliyyəti, meyvə-tərəvəz alveri kimi müxtəlif işlərlə məşğul olmuşdur. Əvvəllər heç bir ağır xəstəlik keçirməmiş, hər hansı xəstəliklə əlaqədar xəstəxanada yatmamış, psixoloji, narkoloji problemləri olmamışdır. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Böyük qardaşı Şahid4 Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tutulmuş və hazırda X11 saxlanılır. Hazırda onun məhkəməsi davam edir. Barəsində də hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Yasamal RPl-də cinayət işi üzrə istintaq davam etdirilir. 2022-ci ilin mart ayının 5-dən may ayının 20-nə qədər X5 həbsdə olmuşdur. Onunla birlikdə 3 nəfər də tutulmuş və ziyan ödənildiyinə görə 20 may 2022-ci il tarixdə həbsxanadan buraxılmışdır. 2016-cı ilin sonlarına yaxın Bəşir adlı şəxslə tanış olmuşdur. Onun soyadı yadında deyil və o, 2019-cu ildə avtoqəza nəticəsində nəticəsində ölmüşdür. Bəşir ona pul nağdlaşdırılması işi təklif etmişdir. O, əvvəlcə adına şirkət yaratmağı və həmin şirkət hesabına köçürüləcək pulları nağdlaşdırmağı təklif etmişdir. Lakin o, razı olmamış və Bəşirə adına şirkət yaratmaq üçün adamlar tapacağını demişdir. Həmin vaxt Rəşadla tanış olmuşdur. Bəşir Rəşadın adına şirkətlər yaratmışdır. Onlardan səhv etmirsə birinin adı “BAKAZ MMC” olmuşdur. Bəşir tanımadığı şirkətlərlə danışıb onların pulunu nağdlaşdırmışdır. O, işi öyrəndikdən sonra Rəşad ona Ayaz, Rövşən və iki nəfər adlarını xatırlamadığı şəxsləri gətirmişdir. Hər adama görə Rəşada 100 manat pul vermişdir. Qazancdan isə əlavə 0.02 faiz pay vermişdir. Onların adına elektron qaydada şirkətlər yaratmışdır. Sonra həmin şirkətlərə "xxxx", “Əmrah Bank”, “Muğan Bank” və “AG Bank”da hesablar açmışdır. Sonra bu işlə məşğul olan, əslən Gəncədən olan Xaliq dayı adlı şəxslə pullarını nağdlaşdırmaq istəyən şirkətlər tapıb onların pulunu nağdlaşdırmışdır. Həmin şirkətlərdən “İTM MMC”-ni xatırlayır. Həmin şirkət tikinti şirkəti olmuş və ayrı-ayrı adamların adına yaratdığı şirkətlərin hesabına bir dəfə 85 000 bir dəfə isə 160 000 manat pul köçürtmüşdür. Köçürülən pulun məbləği 200 000 manatdan çox olmamalı imiş ki, X70 tutulmasın puldan yalnız sadələşdirilmiş 4 faiz vergi hesablansın. Sonra o, həmin pulu digər yaratdığı şirkətlərin hesabına 15 000 manatdan köçürüb şirkətin adına olan şəxslə pulu bankdan çıxartdıqdan sonra onların 0.05 faizini verib qalan pulu yığıb pulu nağdlaşdıran şirkətə vermişdir. Onun isə həmin puldan 1,5 faiz gəliri olmuşdur. Bundan başqa 1,5 faiz pulu isə bank tutmuşdur. Ona pul nağdlaşdırmaq üçün əsas şirkətləri Xaliq dayı gətirmişdir. Həmin şirkətlərin adları yadında qalmayıb. Bundan başqa Oğuz rayonundan Seyfi və Təyyar adlı şəxslər olmuşdur. Onlarla Xaliq dayının vasitəsi ilə iş görmüş və onlarla birbaşa ünsiyyəti olmamışdır. Bundan başqa Günay Bankın 5 saylı Filialında müdir işləyən Azad adlı şəxslə də pulların nağdlaşdırılması işini görmüşdür. Azad müəllim yaratdığı firmalara bir dəfə 15000 bir dəfə isə 8000 manat pul vurmuşdur. Bundan başqa X78 filialının müdiri Hacı adlı şəxslə, Ər Riad filialında adı yadında qalmayan bir nəfər şəxslə işləmişdir. Sonuncu dəfə isə Azər adlı şəxslə iş görmüşdür. Azər xaricdən tikinti materialları gətirməli imiş, lakin sonradan problem olduğuna görə daha bu işləri görməmişdir. Əsasən 2017-2019-cu illərdə qeyd etdiyi işlə məşğul olmuşdur. Adlarına firma yaratdığı şəxslərdən Rəşad, Ümidvar, Ayaz, Rövşən və iki nəfər də Rəşadın gətirdiyi adları yadında qalmayan şəxslərin hər birinin adına 5 şirkət yaratmışdır. Həmin şirkətlərin adlarını xatırlamır. Rəşadla təxminən 2016-cı ildə Bəşir vasitəsi ilə tanış olmuşdur. Ümidvarla isə 2017-ci ildə Xaliq dayının vasitəsi ilə tanış olmuşdur. 2019-cu ilin sonlarına yaxın Rəşad narkotik vasitələrin aludəçisinə çevrilmişdir. İşlər zəiflədiyi üçün Rəşada əvvəlki qədər pul verə bilməmişdir. Həmin vaxtlar Rəşad onu polisə şikayət etməklə hədələmişdir. O, Rəşadı 2 dəfə xərc çəkərək 21 gün Narkoloji Mərkəzdə müalicə etdirmişdir. Lakin çıxandan sonra o, yenidən narkotik vasitələrdən istifadə etmişdir. Ona görə də Rəşadın bacısı Afaq ona zəng edərək onun yenidən narkotik vasitələrdən istifadə etdiyini, bunun üçün onu müalicə elətdirməyini xahiş etmişdir. Rəşadın həmin vaxt adına olan firmanın borcu olmuşdur, o, Rəşadla söhbət edən zaman başa düşmüşdür ki, Bəşirin onunla olan pul nağlaşdırılması məsələsində Rəşadın adına olan firmanın adında xeyli miqdarda vergi borcu yaranmışdır. Bəşir həmin vaxt ölmüşdür və Rəşadı həmin borca görə Vergi Xidməti narahat edirmiş. Rəşad isə onu hansı banklarla işləməyini, haralarda kimlərlə pulların nağdlaşdırılması işlərini görməyini polisə deməklə hədələmişdir. Tarixi dəqiq yadında olmasa da, 2020-ci ilin mart ayının əvvəllərində Ümidvarla söhbət edən zaman o, da Rəşadın narazılığını ondan şikayət etmək istədiyini bildirmişdir. O, isə Ümidvara “bunu öldürən olsaydı canım qutarardı” demişdir. Ümidvar isə “mən həll edərəm” demişdir. Ümidvar ondan Rəşadı öldürmək müqabilində 10 000 manat pul istəmişdir. O, isə Ümidvara “təki sən həll elə, 15 000 də verərəm” demişdir. Ümidvarla razılığa gəlmişdir ki, onlar Rəşadla birlikdə inieksiya yolu ilə narkotik vasitə qəbul edən zaman Ümidvar narkotikin dozasını çox edəcək və “peredozdan” Rəşad öləcəkdir. Bununla da, onun ölümündən heç kəs şübhələnməyəcəkdir. Lakin mart ayının ortalarında axşam saat 21 radələrində Ümidvar ona zəng edərək Rəşadı öldürməyinin alınmadığını demiş və birlikdə görüşüb söhbət edərkən Ümidvar Rəşadı kəmərlə boğub öldürə biləcəyini demişdir. O, həmin vaxt istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Rəşadın istifadəsində olan xatırlamadığı nömrəyə zəng edib onu Narkoloji Mərkəzə aparacağını, hazırlaşıb Yasamal rayonunda “Kaktus” restoranının yanına gəlməyini demişdir. Rəşad gələnədək maşında Ümidvarla söhbət edərkən ona demişdir ki, Rəşada bir dəfə şans verəcək, əgər o, bununla razılaşmasa sağ əli ilə qulağını qaşıyan zaman sən onu kəmərlə boğarsan. Təxminən 40 dəqiqəyə Rəşad taksiylə onların yanına gəlmişdir. Rəşadın pulu olmadığına görə Ümidvara 10 manat vermişdir ki, taksinin pulunu verib yola salsın. Həmin vaxt o, “Hyundai Elentra” markalı tünd gümüşü rəngli avtomobil idarə etmişdir. Həmin avtomobili ya Yasamal rayonunda olan “BRENDYUM” adlı avtomobil icarə yerindən ya da Neftçilər metrosunun yaxınlığında olan yadında qalmayan digər avtomobil icarə yerindən götürmüşdür. Ümidvar taksinin pulunu vermək üçün düşən zaman Rəşad qabaqda sağ tərəfdə əyləşmişdir. Ümidvar isə taksinin pulunu verib Rəşadın arxasında əyləşmişdir. Sonra o, Lökbatan qəsəbəsinə doğru avtomobili idarə etmişdir. Yolda olan zaman Rəşadı yenidən narkotik vasitə istifadə etməsinə görə danlamışdır. Rəşad isə onu yenə də müalicə etdirməyini, Narkoloji Mərkəzə aparmağını xahiş etmişdir. O, Rəşada bu dəfə onu ağ evə göndərəcəyini demişdir. Rəşadı əvvəlcə Narkoloji Mərkəzə aparmaq fikri olduğuna görə Lökbatan qəsəbəsində olan evinə getmişlər. O, evindən əşyalarını götürmüşdür. Yolda olan vaxt X23 kiminləsə danışmış və o, X34 yenidən yatırılması üçün 450 manat pul istəmişdir. Lakin üzərində pul az olduğuna görə Narkoloji Mərkəzə getmək məsələsi alınmamışdır. Rəşad paltarlarını evdən götürən zaman Ümidvara demişdir ki, tələsməsin, şəhərdən çıxandan sonra əli ilə qulağını qaşıyan vaxt Rəşadı boğar. Rəşad əşyalarını götürüb çantası ilə birlikdə gəlib avtomobildə oturan zaman Lökbatan qəsəbəsindən üzü Xocasən yolu ilə avtomobili idarə etmişdir. Bakı şəhərindən çıxıb üzü Şamaxı istiqamətinə gedən zaman Rəşadı öldürməyi planlaşdırmışdır. Lakin Xocasən yolunda fikrindən çıxdığına görə yol ilə hərəkətdə olan zaman təsadüfən əli ilə qulağını qaşımaq istəyərkən Ümidvar əlində qabaqcadan hazır vəziyyətdə tutduğu öz kəmərini arxadan Rəşadın boğazına salıb onu boğmaq istəmişdir. Lakin kəmər Rəşadın ağzına keçmiş, o dərhal sağ əli ilə kəməri aşağı dartıb Rəşadın boğazına salmış və avtomobili sağa çəkib 20 metr sürdükdən sonra üzü qamışlıq olan gölə doğru saxlamışdır. Həmin vaxt Rəşad narkotik vasitənin təsiri altında olduğuna görə güclü müqavimət göstərə bilməmişdir. O da əlləri ilə onun sol əlini tutaraq kəməri boğazından çıxarmasına mane olmuşdur. Rəşad əvvəllərdə infarkt keçirtdiyinə görə onun ürəyi zəif olmuşdur. Təxminən 2-3 dəqiqəyə onun səsi tamam kəsilmişdir. Əli ilə onun nəbzini yoxlayan zaman onun öldüyünə tam əmin olmuşdur. Sonra həyəcanlı olduğuna görə avtomobildən düşüb bir az hava almış və Ümidvarın ona vermiş olduğu kəməri üzü qamışlığa doğru tullamışdır. Həmin kəmər Ümidvarın şalvarının belindən çıxartdığı kəmər olmuşdur. Həmin kəmərin rəngini və digər əlamətlərini xatırlamır. Orada olduğu zaman Ümidvar ona Rəşadın meyitini ayağına daş bağlayıb onun yaşadığı Sabirabad rayonunda Kür çayının üzərindən keçək körpüdən tullamağı təklif etmişdir. Lakin onun bu təklifi ilə razı olmamış və Rəşadın meyitini qabaq oturacağı aşağı doğru əyərək arxa salona başı onun arxasına ayaqları isə digər tərəfə olmaqla uzatdıqdan sonra avtomobili üzü Şamaxı rayonu istiqamətində sürmüşdür. Əvvəlcə Rəşadın meyitini Şəki rayonuna aparıb orada basdırmağı planlaşdırmışdır. Lakin artıq İsmayıllı rayonu ərazisində olan zaman Şəki rayonuna çatanadək havanın işıqlanacağını düşündüyü üçün əvvəllər dəfələrlə ov etməyə getdiyi İsmayıllı rayonu Qoşakənd kəndi istiqamətində əsas yoldan sola doğru avtomobili sürmüşdür. Qoşakənd kəndi ilə Tubu kəndi arasında dağın yamacında olan meşə ərazisində avtomobili saxlamış, həmin vaxt hava hələdə qaranlıq olmuşdur. Rəşadın meyitini Ümidvarla birlikdə avtomobildən düşürüb təxminən 5-6 metr aralıda yerə uzadıb çantasında olan paltarları üstünə tökmüşlər. Bundan başqa ətrafda olan qurumuş ağac budaqlarını da meyitin üzərinə yığmışlar. Avtomobildən pandemiya ilə əlaqədar dezinfeksiya vasitəsi olan yüksək dozalı spirti Rəşadın meyitinin və paltarlarının üzərinə tökmüşdür. Sonra isə alışqanla meyiti yandırmışdır. Artıq meyitin paltarları və odunun od tutub alışdığını görəndən sonra diqqət çəkməmək üçün avtomobilə oturub oradan uzaqlaşmışdır. İsmayıllı ərazisində çox yorğun olduğu üçün avtomobili yol kənarında saxlayıb təxminən 4 saata yaxın yatmışdır. Saat 11-də oyanmış, avtomobillə yoluna davam etmişdir. Bakıya gəlmiş və şəhərin girişində Ümidvarı düşürtmüşdür. O, avtomobildən düşən zaman Ümidvara yadında qalmayan məbləğdə pul da vermişdir. Yolda isə bu barədə heç kimə heç nə deməmək barədə razılığa gəlmişlər. Ümidvara qısa zamanda 10 000 manatını verəcəyinə dair söz vermişdir. Lakin sonra pandemiya ilə əlaqədar işləri yaxşı getmədiyi üçün pulu olmadığından həmin 10 000 pulu verə bilməmişdir. Lakin buna baxmayaraq müxtəlif vaxtlarda 700, 500 və dəfələrlə 50-100 manat məbləğində Ümidvara pullar vermişdir. Rəşadı öldürdükdən sonra dəfələrlə onun bacısı Afaqa zəng edərək ondan Rəşadla bağlı maraqlanmış, həmin vaxt Afaqın əri Rövşən də həbsdə olduğuna görə Afaqa bir neçə dəfə pul da göndərmişdir. Bundan başqa Rövşən həbsdən çıxdıqdan sonra ona guya Rəşadın hansısa evdən qızıl oğurlayaraq Gürcüstana qaçmasını demişdir. Lakin bu barədə onlara heç vaxt öz fikrini bildirməmişdir. Həqiqətdə isə Rəşadı Ümidvarla yuxarıda qeyd etdiyi formada öldürmüşdür. Cinayətin aləti olan kəməri Rəşadı öldürdükdən sonra Xocasən qəsəbəsində qamışlığa doğru tullamışdır. Zərərçəkmiş şəxs1 onu şantaj etdiyinə, polisə şikayət edib ona problem yaradacağına görə öldürmüşdür. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2la öldürdüyünü heç kimə deməmişdir. Zərərçəkmiş şəxs1 smartfon telefon işlətmişdir. Onu öldürəndən sonra telefonuna nə olmasını xatırlamır. Rəşadın həmin vaxt istifadə etdiyi nömrəsi də yadında deyil. Həmin vaxt istifadə etdiyi paltarlar köhnəldiyinə görə onları tullamışdır. Zərərçəkmiş şəxs1 öldürdükləri zaman və onun meyitini yandıranda onları heç kim görməmişdir. Zərərçəkmiş şəxs1 meyitini yandırmaq üçün İsmayıllı rayonuna gedən zaman o və Təqsirləndirilən şəxs2 yolda kiminləsə danışmağını xatırlamır. Xocalı rayonundan məcburi köçkün düşəndə ilk dəfə İsmayıllı rayonunda məskunlaşmışdır. Hazırda İsmayıllı rayonunda qohumları yaşayır, həmin dağlarda çox ov etdiyindən oraları yaxşı tanıyır. Rəşadın meyitini yandırmaqla məhv edib bu yolla onun meyitinin izini tamamilə itirmək istəmişdir. Zərərçəkmiş şəxs1 öldürdükləri dəqiq tarixi xatırlamır. Rəşadı öldürdüyü gün onun nömrəsi ilə sonuncu danışıqlar qeydə alınmışdır. Rəşadı nə vaxt öldürməsini xatırlamasa da, onun meyiti tapılanda artıq hadisənin üzərindən 1 aydan çox vaxt keçmişdir. Onun meyitinin tapılmasını isə ona Təqsirləndirilən şəxs2 demişdir. Zərərçəkmiş şəxs1 öldürdükləri zaman o və Təqsirləndirilən şəxs2 heç bir xəsarət almamışdır. Şahid17 təxminən 3-4 ildirki tanıyır. Belə ki, Ərtoğrulun adına şirkət açıb birlikdə iş görmüşlər. Lakin 2021-ci ilin təxminən aprel ayında Ərtoğrulun qohumu olan Coşqun birlikdə iş gördükləri işin təxminən 24000 manat pulunu ələ keçirib aradan çıxmışdır. O, bu barədə Ərtoğrula bildirdikdə Ərtoğrul cavabında bildirmişdir ki, həmin pulu özü ödəyəcəkdir. 2021-ci ilin noyabr ayında Ərtoğrul onunla əlaqə saxlayıb bildirmişdir ki, gördüyü işə görə onun adına pul köçürülüb və buna görə şirkət adı lazımdı. Bunula bağlı Ərtoğrul və onun vasitəsi ilə tanıdığı Mehrac ilə birlikdə «Elmlər Akademiyası» metrostansiyası yaxınlığında görüşüb söhbət edərkən Ərtoğrul bildirmişdir ki, Mehracın adına olan şirkətə onun üçün pul keçirilib, lakin həmin pulu çıxara bilmirlər. Buna görə ondan xahiş etmişdir ki, o, şirkətinin adını Ərtoğrula desin və pulu ona olan borcuna görə onun şirkətinə köçürtsün. O, adına heç bir şirkət olmadığını, yalnız adına "xxxx" kartı olduğunu bildirmişdir və Ərtoğrul həmin pulun onun kartına köçürülməsinə razılıq vermişdir. Bundan sonra səhəri gün Mehrac ilə birlikdə "xxxx"ın «Nizami» metrostansiyası yaxınlığında yerləşən filialına getmişlər və orada Mehrac adına göndərilmiş təxminən 32000 manat pulu onun adına olan "xxxx" kartına köçürtmüşdür. Belə ki, bank faizləri tutulduğuna görə onun kartına təxminən 31600 manat pul köçürülmüşdür və o, həmin pulu çıxarıb Ərtoğrula vermişdir. Ərtoğrul həmin puldan ona 13000 manat pul verib borcundan çıxmasını, qalan məbləği isə sonra verəcəyini bildirmişdir. Bundan başqa Ərtoğrul, eləcə də Mehracla aralarında hər hansı bir alış-veriş olmamışdır. Şahid18 tanımır və onunla aralarında hər hansı alış-veriş olmamışdır (cild 4, iş vərəqə 223-229, cild 7 iş vərəqə 161-162). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6 və 245ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tikintidə fəhlə işləyən zaman Xaliq Bayramovla tanış olmuş, Xaliq Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, Elvinin pulların nağdlaşdırılması ilə məşğul olduğunu demişdir. Xaliq ona adına bankdan pulları nağdlaşdırmaqla pul qazana biləcəyini demişdir. O da Xaliqlə razılaşmış və onun adına şirkətlər açmışlar. Onun adına şirkətlər açdıqlarından Asan Xidmətə gedərək təqdim olunan sənədləri imzalamışdır. Lakin Xaliq öncədən ona bu işin sonunda cəzalanacağını bildirmişdir. Onun adına bir neçə şirkət yaradılmışdır. Hadisənin üzərindən uzun müddət keçdiyindən həmin şirkətlərin adlarını xatırlamır. Xaliq vasitəsilə həm Elvinlə, həm də Rəşadla tanış olmuş, Rəşadla birlikdə dəfələrlə narkotik vasitə istifadə etmişlər. Baş vermiş hadisədən uzun müddət keçdiyindən hadisənin hansı tarixdə baş verməsini xatırlamır. Rəşadla Yasamal rayonu, “Kaktus” restoranının qarşısında görüşüb X35 Mərkəzə müalicə olunmağa göndərmək üçün 150, ya da 200 manat pul almışlar. Lakin onlar həmin pula “kakos” və “şüşə” adlanan narkotik vasitə əldə etmişlər. Həmin narkotik vasitələri Xocahəsən qəsəbəsində birlikdə istifadə etmişlər. Rəşad yüksək dozada narkotik vasitə istifadə etməsi səbəbindən vəfat etmişdir. Bundan sonra Rəşadı İsmayıllı rayonunun ərazisində tanımadığı əraziyə aparmış, üzərindəki geyimləri yox, bağlamada olan digər geyimlərini yandırıb daha sonra Elvinə zəng etmişdir. Rəşadın cansız bədənini Rəşadın yanında gələn tanışı ilə birlikdə həmin əraziyə aparmışdır. Sonra da Elvinə zəng edib onunla birlikdə Bakıya qayıtmışlar. Zərərçəkmiş şəxs1la birlikdə işləmişdir. Bakıda işləyirdi, lakin tez-tez yaşadığı rayona qayıdırdı. Narkotik vasitələrdən istifadə etdiyi üçün hadisə ilə bağlı tarixləri xatırlamır. İbtidai istintaq zamanı hədələndiyi üçün ifadəyə oxumadan imza etmişdir. Xaliqlə birlikdə banklara getmişlər, o sadəcə sənədlərə imza etmişdir. Sənədlərə imza etməyinə görə pul almışdır, həmin sənədləri imza edərək Xaliqin deməsinə görə Elvinə pullarının nağdlaşdırılmasına kömək edirdi. Rəşad da Elvinin xeyrinə iş görmüşdür, lakin Rəşadı bu işə kimin cəlb etdiyini bilmir. Onu vergi orqanına borcunun olması ilə bağlı çağırmışlar. Xaliqlə birlikdə Asan Xidmət Mərkəzinə gedərək sənədlərini təqdim edib adına şirkətlər açılmasına razılıq verirdi. Rəşad borcları ilə bağlı gileylənirdi və əlavə edirdi ki, borclar Elvinin ucbatından yaranmışdır. Rəşad onun yanında Elvinin ünvanına nalayiq sözlər işlətməmiş və onun barəsində şikayət edəcəyini deməmişdir. Elvin Rəşadı müalicə etdirmək üçün Narkoloji Mərkəzə göndərmişdir. Rəşadın ölümündən əvvəl onun dozadan artıq narkotik vasitə istifadə etməsi üçün iynədə dozadan artıq narkotik vasitə saxlamışdır. Rəşad ölən vaxt Elvin yanlarında olmamışdır. Rəşadı İsmayıllı rayonuna Rəşadın yanında gələn şəxslə birlikdə aparmışlar. Elvinin İsmayıllı rayonunda qohumları olduğunu müstəntiq ona demişdir. Əvvəllər Elvinlə aralarında borc məsələsi olmuş, lakin aralarında düşmənçilik olmamışdır. Rəşad ölməzdən 1 gün əvvəl onunla birlikdə bacısıgilə getmişdir. Rəşadın bacısının yoldaşı ilə yaxşı münasibətləri olmuşdur. Rəşadın paltarlarını yandırmış, cansız bədənini yandırmamışdır. Ona ittiham veriləcəyindən qorxduğu üçün Rəşadın ölməsini yaxınlarına deməmişdir. Hadisə baş verən gün Elvinlə telefon danışıqları olub-olmamasını xatırlamır. Rəşadın cansız bədənini onun tanışı ilə birlikdə İsmayıllı rayonuna aparmış, lakin həmin şəxsin adını və soyadını xatırlamır. Adına açılmış şirkətlərin adlarını xatırlamır. Elvinin maşını “Hyundai Elantra” markalı olmuşdur. Rəşada artıq dozada narkotik vasitə vurduğunu, lakin ona təsir etmədiyini bildirmişdir. Tək fikirləşib həyata keçirmiş və bunu etdikdən sonra Elvinə demişdir. İbtidai istintaq zamanı ona həm təzyiq göstərildiyindən, həm də narkotik vasitə verildiyindən doğru olmayan ifadə vermişdir. Rəşad Elvini dövlət orqanlarına şikayət edəcəyini demişdir. Elvinin maşını “Hyundai Elantra” olmuşdur. Rəşadın cansız bədənini İsmayıllı rayonuna atıb Bakıya qayıdan zaman Elvinə zəng etmiş, səhv etmirsə, Elvin həmin vaxt Bakıdan İsmayıllı rayonuna gəlirdi. Elvinlə Şamaxı rayonunda görüşən zaman Rəşadın tanışı olan taksi sürücüsü artıq getmişdir. Rəşadın tanışı olan avtomobili idarə edən şəxs Rəşad və ona narkotik vasitə gətirmiş, lakin onun narkotik vasitədən istifadə edib-etməməsini xatırlamır. İbtidai istintaq zamanı ona fiziki təzyiq göstərilmiş, lakin necə fiziki təzyiq olduğunu məhkəmə zalında deyə bilməz. Ona həm Baş Prokurorluqda, həm də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə vermişlər. İfadə verməzdən əvvəl ona hansı müddətdə işgəncə verilməsini xatırlamır. Elvinlə Rəşadın arasında mübahisə olmamış, Elvinlə Rəşadın arasında yaxşı münasibət olmuşdur. Əgər onların arasında problem olsaydı, Elvin Rəşadı narkomaniyadan müalicə etdirməzdi. Elvinin Rəşada borcu var olmuş, bu səbəbdən Rəşad Elvindən şikayət etmək istədiyini bildirmişdir. Xaliq Elvinin pullarının nağdlaşdırılması ilə məşğul olduğunu bildirmişdir. Lakin onun adına göndərilən pulların kimə çatacağını bilməmişdir. Rəşad da onun kimi adına gəlmiş pulları bankdan nağdlaşdırıb Xaliq və Elvinə vermişdir, lakin Elvinlə Rəşadın nə zaman tanış olmasını bilmir. Rəşad öldükdən sonra onu nə vaxt prokurorluğa çağırdıqlarını xatırlamır. İbtidai istintaq zamanı ifadə verən zaman narkotik vasitələrin təsiri altında olmuş və hansı sənədi deyiblərsə, həmin sənədə imza etmişdir. Rəşad hüquq mühafizə orqanları ilə əməkdaşlıq etdiyinə görə onun ölümündən bir neçə gün əvvəl yüksək dozada narkotik vasitə istifadə etməsi üçün plan qurmuşdur. Rəşada yüksək dozada narkotik vasitə istifadə etməsini özü planlaşdırmış, özü də icra etmiş, bu barədə Elvinin məlumatı olmamışdır. Rəşadın öldüyünü Elvinlə Şamaxıda görüşən zaman ona demişdir. O, İsmayıllıdan Şamaxıya gəlmiş, Elvin isə Bakıdan Şamaxıya gəlmişdir. Rəşad yüksək dozada narkotik vasitə qəbul etdiyinə görə ölmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmaqla orta təhsilini həmin kənddə yerləşən Əli Qurbanov adına 1 saylı tam orta məktəbdə almış, 2009-cu ildə 11-ci sinifi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmət keçmiş, 2010-cu ildə hərbi xidmətdən qayıdandan sonra bir müddət Sabirabad rayonunda və Bakı şəhərində restoranlarda xidmətçi, bundan əlavə Bakı şəhərində müxtəlif tikinti işlərində fəhlə, avtodayanacaqlarda nəzarətçi işləmişdir. Əvvəllər məhkum olunmamış, psixoloji xəstəlikdən əziyyət çəkməmişdir. 2012-ci ildən narkotik vasitə istifadə edir, narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən pulu olanda bir dəfəlik istifadə üçün alıb istifadə etmişdir. Əvvəllər “nəşə” çəkmiş, sonradan “kakos” və "şüşə” adlı narkotik vasitələrdən istifadə etməyə başlamış, həmin narkotik vasitələri su ilə qaşıqda alışqanla qaynadır və iynə ilə ayağında bud nahiyyəsində olan damara vurmaqla qəbul etmişdir. Narkotik vasitədən istifadə etməyi ilə bağlı qaraciyər serrozundan əziyyət çəkir və hepatit C xəstəliyi vardır. 2018-ci ildə tikinti işlərində fəhlə işləyən zaman Xaliq Bayramovla tanış olmuşdur. Xaliq Bayramov əslən Gəncə şəhərindən olmuş və o da fəhlə işləmişdir. Xaliq Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, Elvinin pulların nağdlaşdırılması ilə məşğul olduğunu demişdir. Xaliq ona Elvinlə tanış olmağı və adına bankdan pulları nağdlaşdırmaqla pul qazana biləcəyini demişdir. O da razılaşmış və görüşmüşlər. Elvin ona təklif etmişdir ki, pul onun adına göndəriləcək və hər dəfə göndərilən pulun 0,05 faizini ona verəcək. O da razılaşmış və öz şəxsiyyət vəsiqəsinin surətini Elvinə vermişdir. Bundan sonra Elvinin göstərişi ilə Xaliqlə birlikdə Xətai rayonunda yerləşən “Asan Xidmət” mərkəzinə getmiş və orada adına VÖEN açılmışdır. Sənəd işlərindən başı çıxmadığına görə orada danışıqları Xaliq aparmış və o, yalnız Xaliqin ona verdiyi təlimatlara uyğun olaraq təqdim olunan sənədləri imzalamışdır. Sonra Xaliqlə birlikdə VÖEN şəhadətnaməsi almışdır. Adına 5 ədəd şirkət yaradılmışdır. Onlardan “İmperial TT MMC”, “Dəniz Ticarət İnversiya” və “Ümid Ticarət İnversiya MMC” adlı şirkətləri xatırlayır. Ola bilər ki, şirkətlərin adlarında müəyyən fərqliliklər olsun. Bundan sonra ayda 2-3 dəfə Sahil Metrostansiyasının yaxınlığında “AG Bank”-ın, 28 May və X1 yaxınlığında "xxxx"-ın, Azadlıq prospektində yerləşən “Muğan Bank”-ın filiallarında adına göndərilmiş pulları götürüb Xaliqə vermişdir. Ola bilsin başqa banklardan da pul götürmüşlər lakin, həmin bankların adlarını xatırlamır. O, yalnız sənədləri imzalamış və pul haq-hesablarını bankın əməkdaşları ilə Elvin və Xaliq öz aralarında görmüşlər. Elvin adətən kənarda gözləmiş, Xaliq pulu ona vermişdir. Adına hər dəfə müxtəlif miqdarlarda əsasən isə hər dəfə 10 000, 15 000, 20 000, 30 000 məbləğində pullar göndərilir, həmin pulları alandan sonra onun 0,05 faizini Elvin ya da Xaliq ona vermişdir. Ona hər dəfə 50- 150 manat arası pul verilmişdir. Təxminən 1 ilə yaxın eyni qaydada işləmişlər. 1 ildən sonra qeydiyyatda olduğu Sabirabad rayonu, Qalaqayın kəndindəki ünvanına Vergilər Nazirliyindən məktub gəlmişdir. Həmin məktubda adına yaradılmış firmanın 6200 ya da 6400 manat borcunun olması qeyd edilmişdir. Ona görə də, bundan sonra Elvin onun adına pul göndərməmişdir ki, həmin pullar vergiyə silinəcəkdir. Banklardan pul çıxartmağa gələn zaman Rəşad adlı oğlanla tanış olmuşdur. Rəşad orta boylu, dolu bədənli, yumru sifətli, təxminən 35-38 yaşlı, qara qısa saçlı adam olmuşdur. Rəşad hərdən bığ saxlayır, hərdən isə bığını qırxmışdır. Rəşad da onun kimi Elvinə bankdan pul çıxartmaq üçün gəlmişdir. Bundan başqa orada başqa 2-3 nəfər də tanımadığı adam olmuşdur. Rəşadın Elvin və Xaliqlə danışığından başa düşmüşdür ki, onlar bir-birilərini çoxdan tanıyırlar. Rəşad da onun kimi “kakos” və “şüşə” adlı narkotik vasitələr istifadə etmişdir. Onlar bəzən birlikdə narkotik vasitə qəbul etmişlər. Rəşadın ona deməsinə görə “QİCS” xəstəliyindən əziyyət çəkmişdir. O, Rəşadla söhbət edən zaman Lökbatan qəsəbəsindən olduğunu bilmişdir. Rəşadın atası ölmüşdür, anası isə əmisi ilə evlənmiş və bir ögey bacısı olmuşdur. Onlar Lökbatan qəsəbəsində yaşamışlar. Rəşadın bacısının əri Rövşən narkotik vasitə istifadə etdiyinə görə tutulmuşdur. Rövşən də dəfələrlə Elvinlə banklardan pul çıxarma əməliyyatlarında iştirak etmişdir. O və Rəşad əvvəllər dəfələrlə narkotik asılılığından qurtulmaq üçün Narkoloji Mərkəzdə müalicə olunmuşlar. İlk dəfə onu Narkoloji Mərkəzə valideynləri aparmışdır. Lakin ondan sonra iki dəfə Elvin onu və X36 müalicə etdirmişdir. Bir dəfə Elvin ona 500 manat pul verərək Rəşadı müalicə olunmağa Narkoloji Mərkəzə göndərmişdir. Elvin özü narkotik vasitələrdən istifadə etməmişdir. O və Rəşad isə ona pulların çıxarılmasında lazım olduqlarına görə onları öz hesabına müalicə etdirmişdir. Bundan başqa Xaliqin özünün adına da şirkət olmuş və o da bankdan pul çıxardıb əvəzində Elvindən faiz almışdır. Təxminən 2020-ci ilin əvəllərində Rəşadla birlikdə Bakı şəhərində Lökbatan qəsəbəsində Rəşadgilin küçədə “kakos” və “şüşə” adlı narkotik vasitələr qəbul etdikdən sonra turşu ilə araq içmişlər. Həmin vaxt artıq onun şirkətlərinin vergi borcu olduğuna görə Elvinlə daha bankdan pul çıxarda bilməmişdir. Lakin Rəşadın adına olan şirkətlər vasitəsi ilə həmin vaxtlar hələ də Elvin banklardan pul çıxartmışdır. Söhbət əsnasında Rəşad Elvindən narazılığını bildirmişdir. Rəşadın deməsinə görə Elvin onun pulunu kəsir və əvvəlki əməliyyatlardan ona verməli olduğu pulu verməmişdir. Rəşad Elvindən polisə şikayət edəcəyini demişdir. Ona Elvinin özü ilə söhbət etməsini və şikayət etməməsini məsləhət görmüşdür. Lakin Rəşad söyüş söyərək “var-yoxu belə belə olsun sabah gedib Elvindən şikayət edəcəyəm” demişdir. Rəşadla arağı içib qurtarandan sonra istifadəsində olan sadə, üzərində fanar olan mobil telefonundan Elvinin istifadəsində olan mobil nömrəyə zəng vurub Rəşadın sabah ondan şikayət edib onun üzünə duracağını demişdir. Həmin vaxt Elvin müxtəlif qeydiyyatsız nömrələr işlətmişdir. Elvin ona da Xaliq kişi vasitəsi ilə yadında qalmayan qeydiyyatsız nömrə vermişdir. Elvinin istifadəsində olmuş nömrələrdən ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri xatırlayır. Telefon danışığı zamanı Elvin Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinə gəlməyi təklif etmişdir. O, taksi ilə Lökbatan qəsəbəsinə getmiş və təxminən saat 22-23 radələrində “Meyvəli” ticarət mərkəzinin qarşısında Elvinlə görüşmüşdür. Elvin həmin vaxt tünd gümüşü rəngli "Hundai Elantra” markalı avtomobil idarə etmişdir. Onun avtomobilinin dövlət qeydiyyat nişanını xatırlamır. Həmin avtomobil Elvinin özünün olmamışdır. Həmin avtomobildən istifadəyə görə Elvin aylıq pul ödəmişdir. Avtomobildə söhbət edən zaman Elvinə Rəşadın sabah ondan şikayət edib onun üzünə duracağını demişdir. Elvin avtomobil vağzalına Şəki rayonundan ona yük gəldiyini deyib birlikdə həmin yükü götürməyi təklif etmişdir. Elvinlə razılaşıb avtomobil vağzalına gedən zaman yolda söhbət edərkən zaman Elvin ona “gəl bunun başını əkək” demişdir. O isə Elvinə necə demiş, Elvin isə “öldürək də” demişdir. Elvin onsuzda kiməsə 10000 (on min manat) verib Rəşadı öldürtdürəcəyini, həmin pulu başqasına verməkdənsə ona verməyi təklif etmişdir. O da razılaşmışdır. X75 öldürə bilib-bilməyəcəyini soruşmuşdur. O “birdən başdıyarıq ürəyin gəlməz, öldürə bilmərsən sonra buraxarıq ikimizdə yanarıq, daha da pis olar” demişdir. Ondan Rəşadı necə öldürəcəklərini soruşduqda o, “mən Rəşadı çağıraram, sən arxada oturarsan, mən əlimi qulağıma aparanda sən remeni atarsan boğazına” demişdir. O da razılaşmışdır. Avtovağzaldan Elvinin yükünü götürəndən sonra Yasamal rayonuna gəlmişlər. Şəki rayonunda Elvinin qohumlarının yaşadığını bilsə də, yükü kimin göndərdiyini bilməmişdir. Yasamalda qaçqınların qaldığı 5 mərtəbəli yataqxana binasının qarşısında Elvin avtomobili saxlayıb Rəşada zəng etmiş və ona paltarlarını yığıb gəlməsini, onu Narkoloji Mərkəzə müalicəyə göndərəcəyini demişdir. Təxminən 40 dəqiqəyə Rəşad Lökbatan qəsəbəsindən onların yanına gəlmişdir. O, avtomobildən düşüb taksinin 10 manat xidmət haqqını vermişdir. Rəşad Elvinin avtomobilində ön sağda əyləşmiş. Elvin avtomobili Lökbatan qəsəbəsi istiqamətində sürməyə başlamışdır. Yolda olan zaman Elvin Rəşada onu yeni Narkoloji Mərkəzdən çıxartdığını, nə üçün yenidən narkotik vasitələr qəbul etdiyini deyərək onu danlamışdır. Rəşadın bacısı Elvinə zəng edərək ona Rəşadın yenidən narkotik vasitələr qəbul etməyə başlaması barədə şikayət etmişdir. Rəşad Elvinin danlamaları qarşısında deyinmiş və onu yenidən Narkoloji Mərkəzə aparmağı xahiş etmişdir. Elvin isə Rəşada bu dəfə onu ağ evə göndərəcəyini demişdir. Elvin Xocasən qəsəbəsi istiqamətində əsas yoldan çıxaraq gölün kənarında qamışlıq ərazidə avtomobili saxlayıb Rəşada “niyə qəhbəlik edirsən?” demişdir. Rəşad isə Elvinə “nə qəhbəlik eləmişəme?” demişdir. Elvin ona “özün bilirsən.” demişdir. Bundan sonra Rəşad şübhələnib Elvinə “Elvin məni bura döyməyə gətiribsiz?” demişdir. Elvin isə “Yoox, sənə dedim axı səni ağ evə göndərəcəm” demiş və sağ əlini sağ qulağına doğru gətirib saçını sığallamışdır. Onun bu işarəsindən sonra artıq Yasamal rayonunda olduğu zaman şalvarının belindən çıxarıb hazır vəziyyətdə əlində saxladığı kəməri qarşısında əyləşən Rəşadın boğazına atıb iki əli ilə var gücü ilə özünə doğru sıxmağa başlamışdır. Bu vaxt kəməri Rəşadın ağzına ilişmiş, ona görə də, Elvin kəməri Rəşadın ağzından boğazına doğru sürüşdürmüş və özü də onun əllərindən tutaraq Elvinin müqavimətini qırmağa çalışmışdır. Təxminən 3-4 dəqiqə kəməri sıxandan sonra Rəşadın hərəkətləri yavaşlamış, əlləri ilə əvvəlki qaydada aktiv müqavimət göstərməmişdir. Bu vaxt artıq Elvin avtomobildən düşüb avtomobilin qarşısında söykənib əlləri ilə başını tutmuşdur. Rəşadın xırıltısı kəsəndən sonra onun artıq öldüyünə tam əmin olub kəməri buraxmışdır. Sonra avtomobildən Elvini çağırmışdır. Elvin avtomobilə oturub Rəşadı söymüşdür. Onun sözlərindən belə başa düşmüşdür ki, Rəşadı öldürdüyünə peşman olub. Sonra ondan kəməri alıb qamışlığa dorğu tullamışdır. Elvinlə birlikdə qabaq oturacağı arxaya doğru tam əyib Rəşadın artıq ölmüş bədənini arxaya keçirtmişlər və onu başı sürücü oturacağına tərəf ayaqları isə əks tərəfə olmaqla salonda uzatmışlar. Həmin vaxt həyəcanlı olduğuna görə “kakos” və “şüşə” adlı narkotik vasitələri qarışdırıb qaynadıb şprislə özünə vurmuşdur. Sonra o, Rəşadın yerinə keçmiş və Elvin avtomobili idarə etməyə başlamışdır. Ondan hara getdiyini soruşanda Elvin “gedirik də, elə yerə gedəcəyik ki, ora adam ayağı dəyməyib” demişdir. Yolda yaşayış məntəqələrinin adını oxuyub görmüşdür ki, artıq Şamaxı rayonundadırlar. Həmin vaxt Bakıda yağış yağır, Şamaxı rayonuna çatanda isə artıq qar yağırmış. İsmayıllı rayonunun ərazisi ilə hərəkətdə olan zaman Elvin əsas yoldan sola doğru dönmüşdür. Yolun kənarında Tubu kəndinin yazısını görmüşdür. Oradan bilmişdir ki, Rəşadın meyitini Tubu kəndi istiqamətində aparırlar. Elvin avtomobili dağın yamacında meşəlik ərazidə saxlamış həmin vaxt qar yağmış, lakin yerdə qar olmamışdır. Yer yaş olmuşdur. Həmin vaxt hava qaranlıq olmuş və ətrafda heç bir yaşayış məntəqəsi, adam olmamışdır. Rəşadın meyitini çıxardıb yerə uzatmışlar. Sonra X34 özü ilə aparmaq üçün özü ilə götürdüyü paltarları və ətrafda olan odunları Rəşadın meyitinin üzərinə yığmışlar Həmin vaxt pandemiya vaxtı olduğuna görə Elvinin avtomobilində əli dezinfeksiya etmək üçün anti-bakterial spirt olmuşdur. Təxminən 0,5 litrlik spirti Elvin Rəşadın meyitinin üzərinə tökmüş və alışqanla meyiti yandırmışdır. Təxminən 5-10 dəqiqə gözlədikdən, meyitin paltarları odunlarla birlikdə tam alışıb yanmağa başladığını görəndən sonra oradan uzaqlaşmışlar. Əsas yola çıxaraq biraz aralanandan sonra Elvin avtomobili saxlamış və yuxusu gəldiyi üçün avtomobili sürə bilmədiyini demişdir. O, avtomobili yolun kənarında saxlayıb hava tam işıqlanana qədər yatmışdır. Həmin vaxt yenə də “kakos” və “şüşə” adlı narkotik vasitələri qaynadıb ayağına vurmuşdur. Elvinin nə qədər yatması yadında deyil lakin, onu deyə bilər ki, hava tam işıqlanandan və yolda avtomobillər artandan sonra Elvini oyatmış, yola davam etmişlər. Yolda olan zaman Elvin ona söz vermişdir ki, ayın axırına qədər 10000 manat pulu ona verəcək. O, bu hadisə barədə heç kimə deməməyi bildirmişdir və razılaşmışlar ki, bu hadisə ikisinin arasında qalacaq. Bakıya qayıdandan sonra Bakı şəhərinin girəcəyində avtomobildən düşmüşdür. Həmin vaxt Elvin ona 150 manat pul vermişdir. Elvin isə Lökbatan istiqamətində çıxıb getmişdir. Bu hadisədən sonra Elvin bir neçə dəfə ona 30-40, 50 manat pul vermiş, iki dəfə isə Narkoloji Mərkəzdə müalicə olunmağı üçün təxminən 300 manat pul xərcləmişdir. Lakin bu günədək Elvin ona söz verdiyi 10000 manat pulu verməmişdir. Bu hadisədən bir müddət sonra bu barədə Xaliq dayıya demiş və ondan Elvindən pulunu almağa kömək etməsini xahiş etmişdir. O, isə səbirli olmağını yoluna qoyacağını demişdir. Eşitdiyinə görə təxminən 6-7 ay olar ki, Xaliq dayı ölmüşdür. Aprel ayının sonlarında “Baku İnn” otelin yanında aliminium oğurladığına görə 3 may 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində İnzibati Xətalar Məcəlləsinin 227.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Elvinin ona 10000 manat pulu vermədiyini görüb onunla birlikdə törətmiş olduğu cinayəti etiraf etmişdir. Cinayətin aləti olan kəməri Rəşadı öldürdükdən sonra Elvin Xocasən qəsəbəsində qamışlığa doğru tullamışdır. Rəşadı Elvinin təklif etdiyi 10000 manat pulu qazanmaq üçün öldürməyə razı olmuşdur. Bu barədə bugünkü günə qədər yalnız o, Elvin və Xaliq dayı bilmişdir. Zərərçəkmiş şəxs1 smartfon telefon işlətmişdir. Onu öldürəndən sonra meyiti yandırmağa gedən zaman yolda telefonu və nömrəni sındırıb tullamışdır. Lakin telefonu və nömrəni dəqiq olaraq harada tullamağı yadına gəlmir. Zərərçəkmiş şəxs1 öldürən zaman üzərində göy rəngli cins şalvar və ağ kofta olmuşdur. Digər paltarlarını xatırlamır. Həmin vaxt istifadə etdiyi paltarları köhnəldiyinə görə tullamışdır. Zərərçəkmiş şəxs1 öldürdüyü zaman onun və Təqsirləndirilən şəxs1 üzərində hansı paltarlar olmasını xatırlamır. Zərərçəkmiş şəxs1 öldürdükləri zaman və onun meyitini yandıranda onları heç kim görməmişdir. Zərərçəkmiş şəxs1 meyitini yandırmaq üçün İsmayıllı rayonuna gedən zaman Təqsirləndirilən şəxs1 yolda kiminləsə danışmağını xatırlamır. Ola bilsin qayıdanda o, kiminləsə danışmışdır. Lakin xatırlamır. Zərərçəkmiş şəxs1 meyitini yandırmağa gedən zaman yolda Tubu kəndi yaşayış məntəqəsinin işarəsini görmüşdür. Bundan əlavə sonra da televizorda İsmayıllı rayonu Tubu kəndi ərazisində yanmış naməlum meyit aşkar olunmasına dair də xəbər izləmişdir. Həmin vaxtdan yaddaşında həkk olunmuşdur ki, Zərərçəkmiş şəxs1 meyitini İsmayıllı rayonu Tubu kəndi ərazisində yandırmışlar. Təqsirləndirilən şəxs1 ov həvəskarıdır və tez-tez dağa, meşəyə ova getmişdir. İsmayıllı rayonu Tubu kəndi ərazisini Elvin ova gedən zaman tanımışdır. Yolda olan zaman həmin ərazini özü müəyyən etmişdir. Zərərçəkmiş şəxs1 öldürdüyü dəqiq tarixi xatırlamır. Lakin Rəşadı öldürdükləri gün onun nömrəsi ilə sonuncu danışıqlar qeydə alınmışdır. Sonra telefonu sındırmışdır. Rəşadı nə vaxt öldürməyini xatırlamasa da onu deyə bilər ki, onun meyiti tapılanda artıq hadisənin üzərindən 1 aydan çox vaxt keçmişdir. Zərərçəkmiş şəxs1 öldürdükləri zaman onun üzərində pul və ya qiymətli əşya olmamış, onun taksi pulunu da Elvindən alıb vermişdir. Onun üzərində pul və ya qiymətli əşya olmasına fikir verməmişdir. Zərərçəkmiş şəxs1 öldürdükləri zaman o və Təqsirləndirilən şəxs1 heç bir xəsarət almamışlar. Elvinə məxsus telefonun anten dairəsi məlumatına əsasən Rəşadı 2020-ci il martın 16-dan 17-nə keçən gecə öldürdüklərini düşünür (cild 4, iş vərəqə 265-272). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 32.4,120.2.5, 178.2.1, 178.2.4 və 245-ci maddələri, Təqsirləndirilən şəxs2 oglunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6 və 245-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində bildirmişdir ki, 2022-ci ilin yay aylarında Qaradağ rayon Polis Bölməsinin əməkdaşları “DNT” analizi üçün onu dəvət edəndə qardaşı Rəşadın öldürüldüyünü bildirmişlər. Təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 bir neçə dəfə Rəşadın yanında görmüşdür. X71 adlı bir şəxslə yaxşı münasibəti yarandığını bildirirdi. Rəşad Elvin adlı həmin şəxslə birlikdə pul əməliyyatlarını həyata keçirdiyini, pul qazandığını bildirdikdə o, onun ali təhsili olmadığında şirkətdə çalışa bilməyəcəyini bildirmiş, Rəşad isə baş mühasib olduğunu, pul əməliyyatlarının qanuni olduğunu demişdir. Sonuncu dəfə 2020-ci ilin təxminən mart ayının 15 və ya 16-sı Rəşadı görmüşdür. Rəşadın əlində içərisində şəxsi əşyaları olan torba olmuşdur. Rəşad ona spirtli içkilərə aludə olduğundan dispanserdə müalicə olunacağını bildirmişdir. Rəşad orada Elvini gözlədiyini və Elvin nəinki ona, oradakı başqa xəstələrə də yemək gətirdiyini demişdir. Bundan sonra Rəşadla sağollaşmış və çıxıb getmişdir. Həmin vaxtdan sonra Rəşadla heç bir əlaqəsi, telefon danışığı olmamışdır. Bundan təxminən 5-6 ay sonra əmisi Şərfəlinin evində Afaqdan Rəşadın harada olmasını, çoxdandır ki, onunla əlaqə yaratmadığını, buraya gəlibgəlməməsini soruşmuşdur. Afaq Rəşadı müdiri Elvindən tez-tez soruşduğunu, müdirinin deməsinə görə Bakıda olmadığını, onun hansısa rayonda yaşadığını bildirmişdir. Lakin hansı rayonda yaşaması barədə məlumatının olmadığını demişdir. Eyni zamanda o, Rəşadın vergi borcu ilə əlaqədar da onu Dövlət Vergi Xidmətinin əməkdaşlarının axtardığını, buna görə də qaçıb canını qurtardığını demişlər. X67 rayonda yaşaması barədə onun müdiri Elvindən məlumat almasını dediyinə görə onda Rəşadın itkin düşməsi və ya başına hansısa işin gəlməsi barədə şübhə yaratmamışdır. Sonralar isə pandemiyanın hökm sürməsi və insanların hərəkətlərinin məhdudlaşdırılması onda belə düşüncə yaratmış ki, yəqin Rəşad rayondan gələ bilmir. Eyni zamanda tibb bacısı olmağı ilə əlaqədar pandemiya dövründə gərgin iş şəraitinin olmasına görə Rəşadla maraqlana bilməmişdir. Təqsirləndirilən şəxslərlə barışmamışdır. Təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 Rəşadın yanında görmüşdür. Rəşad bir neçə ay əvvəl infarkt keçirmişdir. Rəşadın narkotik vasitələrdən istifadə etməsindən xəbərsiz olmuşdur, yalnız spritli içkilərdən istifadə etdiyini bilirdi. Rəşad narkotik vasitələrdən istifadə etsəydi, ona iynə vurarkən bunu hiss edərdi. Rəşad xəstəxanaya getdiyini, spirtli içkilərin aludəçisi olduğundan müalicəyə ehtiyacı olduğunu bildirmişdir. Rəşadın vergi borcunun olduğunu bilməmiş, lakin Elvinin ona bankdan pul məxaric etmək üçün zəng etdiyini eşitmişdir. Rəşadın narkoloji dispanserdə müalicə aldığını bilməmişdir. Rəşadın ürəyi tutanda ona öz evində baxmışdır. Təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2-ci Qarabağ müharibəsi bitdikdən sonra Türkiyə Cümhuriyyətinin prezidenti Şuşa şəhərini ziyarətə gəldiyi üçün H.Əliyev fondu tərəfindən ona Cıdır Düzündə çadır şəhərcik salınması həvalə edilmişdir. O, işçiləri ilə birlikdə öhdəsinə düşən vəzifələrini yerinə yetirmişdir. Bu xidmətlərin müqabilində H.Əliyev fondu tərəfindən işçilərinin və onun əmək haqları ödənməli olmuş,lakin bu rəsmi prosedur olduğundan o, fonddan pulu əlbəəl ala bilməmişdir. Ona bildirmişlər ki, həmin pul vəsaiti hansısa şirkətə köçürmə yolu ilə köçürülməlidir və bundan sonra həmin vəsait onun tərəfindən bankdan çıxarılmalıdır. Fond tərəfindən ona və işçilərinə ümumilikdə 28910 manat ödənilməli olmuşdur. O, şirkət axtarmağa başlamışdır ki, pul vəsaitini həmin şirkətə köçürsün və sonradan pulu həmin şirkətin adından çıxartsın. O, bu səbəbdən Emilə müraciət etmişdir. Həmin vaxt Emilin dediyi şirkətə təqribən 31223 manat pul köçürülmüşdür. Bundan sonra o, dəfələrlə Emillə telefon əlaqəsi saxlamış və pulu çıxarmaq istədiyini bildirmiş, Emil isə hər səfərində bir bəhanə gətirərək uzatmağa başlamışdır. Bundan sonra o başa düşmüş ki, ona məxsus olan 31223 manat pul mənimsənilmişdir. Ümumilikdə ona dəymiş ziyanın 6000 manatı Emil tərəfindən ödənilmişdir. Bundan başqa dostu Azər ona bildirmiş ki, onun şirkəti Füzuli rayonunda hava limanının tikinti işlərinə çınqıl daşlar vermiş və bunun müqabilində şirkətinə pul köçürülməsi olunmalıdır, lakin pulu digər şirkətin vasitəsi ilə almaq istədiyini bildirmiş, o da dostu Azəri Emillə tanış etmişdir. Emil isə onun pullarını mənimsədiyi kimi Azərin də 59500 manat pulunu mənimsəyərək ona qarşı dələduzluq etmişdir. Azər Abdullayevə 59500 manat məbləğində dəymiş maddi ziyan Emil tərəfindən ödənilmişdir. Əlavə olaraq bildirmək istəmiş ki, o, Təqsirləndirilən şəxs1 tanımır və Elvin tərəfindən ona maddi ziyan vurulmamışdır. Ona maddi ziyan vurulduğu üçün dövlət orqanlarına müraciət etmiş, lakin Təqsirləndirilən şəxs1 pul verməmiş və ona görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş maddi ziyanın ödənilməsi üçün Şahid18 barəsində dövlət orqanlarına şikayət etmiş, lakin Təqsirləndirilən şəxs1 barəsində şikayət etməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona zərər vurulmamışdır. Şahid18lə 10 il əvvəl birlikdə işləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 ifadəsində bildirmişdir ki, 2021-cı ilin iyun ayının 12-də iş rəhbəri olan Zərərçəkmiş şəxs2 ona iş təklifi edərək “Heydər Əliyev” fondu tərəfindən Şuşa şəhərində “Cıdır Düzü”-ndə çadır şəhərciyinin salınması üçün fəhlə kimi lazım olduğunu bildirmiş və həmin işin görülməsi üçün hər bir nəfərə düşən 600 manat pulun verilməsi barədə aralarında şifahi razılaşma olmuşdur. Eldəniz işlərin tam görüldükdən sonra pulların veriləcəyini bildirmişdir. O da fəhlə olaraq işlə razılaşıb digər şəxslərlə birlikdə elə həmin günü yük maşını ilə Bakı şəhərindən Şuşa şəhərinə yola salınmışdır. Həmin gündən etibarən Cıdır düzündə «15 iyun Qurtuluş günü» münasibəti ilə çadır şəhərciyi olaraq çadırlar qurulmuşdur. 16 iyun 2021-ci il tarixdə isə həmin çadırları yığıldığı qaydasında sökərək avtomaşınlara yükləyib geri qayıtmışlar. Bundan sonra gördükləri işin rəhbəri olaraq Eldəniz Quliev bildirmiş ki, "Heydər Əliyev" fondu tərəfindən qeyd olunan işin, yəni Şuşa şəhəri “Cıdır Düzü”-ndə çadır şəhərciyi salınması işinin görülməsi üçün fond tərəfindən ayrılmış əlavə xərclərlə birlikdə pul vəsaitlərinin nağdlaşdırılmasından ötrü Şahid16 adına olan "xxxx" şirkəti üzərindən yatırıldıqdan sonra pulu nəğd şəkildə çıxara biləcəyinə onu Şahid18 inandırıb Zərərçəkmiş şəxs2 aldadaraq "xxxx"dan pulu çıxıb Zərərçəkmiş şəxs2 pullarını mənimsəmişdir. Həmin işlərin görülməsi ilə bağlı ona təqribən 600-700 manat pul verilməli idi. Zərərçəkmiş şəxs2 nə qədər pulunun mənimsənildiyini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, 2022ci ilin oktyabr ayından isə "xxxx"-ın ASC-nin Baş Ofisində Maliyyə Nəzarəti şöbəsinin rəisi vəzifəsində işləyir. Şahid18 bankın müştərisi kimi tanımış, Şahid16 da bankın müştərisi olmuşdur. Onların hər birinin adına olan MMC-nin bank hesabları "xxxx" ASC-nin 2 saylı Şöbəsində olmuşdur. Emillə Mehrac bir neçə dəfə banka gəlib onların rəhbəri olduqları şirkətlərin hesabına köçürülən pul vəsaitlərini nəğdləşdiriblər. 2021-ci il tarixdə Şahid16 rəhbəri olduğu "xxxx" MMC-nin bank hesabına AR Prezidentinin İşlər İdarəsinin müraciəti əsasında X12 tərəfindən 31000 manat pul köçürülmüşdür. Adət üzrə Emillə Mehrac hesablarına köçən pulu dərhal götürürdülər. Hadisə baş verən ərəfədə pulun köçürülməsindən 2-3 gün keçməsinə baxmayaraq pul hesabdan çıxarılmamışdır. Bundan sonra həmin hesabda olan pulun İnternet Bankçılıq vasitəsi ilə banka gəlmədən hesabdan Rabitə bankda olan başqa hesaba köçürülmək istənildiyini görmüşlər. Adətən Mehrac hesabına köçürülmüş pulu nağd qaydada banka gələrək götürdüyündən bu əməliyyat onlarda şübhə yaratmışdır. Ona görə də Mehracın hesabından pulun İnternet Bankçılıq vasitəsi ilə Rabitə bankda olan başqa hesaba köçürülməsinə qadağa qoyulmuşdur. Bundan sonra Şahid18 onlara zəng vurub şirkətin rəhbəri olan Mehracı tapa bilmədiyini, telefon zənglərinə cavab vermədiyini, əgər Mehrac banka gələrsə şirkətin hesabında olan pulu ona verməməyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə MMC-nin rəhbəri Şahid16 və onun yanında adı ona sonradan Təqsirləndirilən şəxs1 kimi məlum olan şəxslə birlikdə banka gəlmişlər. Emilin ona dediklərini Mehraca bildirmişdir. Mehrac isə cavabında onun şirkətinin hesabına gələn pulun Emilə heç bir aidiyyətin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 Mehracın yanında gəlmişdir. Bankda Təqsirləndirilən şəxs1 köməyi ilə Şahid16 ödəniş tapşırığı yazmış və həmin ödəniş tapşırığı əsasında Mehracın rəhbəri olduğu "xxxx" MMC-nin hesabında olan 31000 manat pulu Təqsirləndirilən şəxs1 Rabitəbankın Xətai filialında olan şəxsi kart hesabına köçürülmüşdür. Mehracdan razı olub-olmadığını soruşmuşlar və Mehrac qeyd edilən əməliyyatın həyata keçirilməsinə razı olduğunu bildirmişdir. Zəruri sənədləşmə işləri aparıldıqdan sonra və Mehrac sənədləri təsdiq etdikdən sonra "xxxx" MMC-nin hesabında olan 31000 manat pul Təqsirləndirilən şəxs1 X72 filialında olan şəxsi kart hesabına köçürülmüşdür. Bundan sonra Mehracla Təqsirləndirilən şəxs1 çıxıb getmişlər. Emil adlı şəxs Mehracın bank hesabında olan pul vəsaitini nağdlaşdırmamaqlarını bildirmişdir. Yasamal rayon məhkəməsində keçirilən məhkəmə iclasında iştirak edərkən şəxsin adının Elvin olduğunu bilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 28 mart 2020-ci il tarixdə saat 10:30 radələrində iş yoldaşları Şahid6 və Şahid7 ilə birlikdə İsmayıllı rayonu Tubu kəndi ərazisində quzuqarnı göbələyi yığmağa getmişlər. Tubu kəndinə gedən yol boyu bir neçə dəfə avtomobili saxlayaraq meşəlik ərazisində göbələk axtarmışlar. Tubu kəndindən geri qayıdan zaman təxminən 2 km getdikdən sonra saat 13:17-də yolun sağ kənarında meyit görmüşlər. Meyit yol kənarından 2-3 metr kənarda olmuşdur. Saat 15 radələrində rayon polis şöbəsinə gedərək bu barədə məlumat vermişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid7 və Şahid6 ibtidai istintaq zamanı ifadələrinin məzmunundan görünür ki, onlar, Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 61-65 və 66-70). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qardaşı Rəşad tüfeyli həyat tərzi keçirir və narkotik vasitələrdən istifadə edirdi. Rəşadın Elvin adlı müdiri olmuşdur. Elvin Rəşadın adına şirkət yaradaraq onun adına olan şirkətə pul köçürürdü. Elvin və Elvinin qardaşı Səxavət, Rəşad, əri Rövşən, Ümidvar, Ayaz, Xaliq adlı heç bir işi olmayan, tüfeyli və narkotik asılılığında olan şəxsləri tapıb onların adlarına müxtəlif şirkətlər yaradaraq həmin şirkətlərin hesabına pullar göndərirdi. Adlarını qeyd etdiyi şəxslər narkoman olduqlarına görə Elvin və Səxavət onları dəfələrlə Narkoloji Mərkəzdə müalicə etdirmişdir. Elvin bir dəfə Rəşadı 2020-ci ilin əvvəllərində 21 gün Narkoloji Mərkəzdə müalicə etdirmişdir. X37 çıxandan sonra yenidən narkotik vasitələrdən istifadə etdiyinə görə Elvinə zəng edərək onu yenə də müalicə etdirməsini xahiş etmişdir. Rəşadı sonuncu dəfə 2020-ci ilin mart ayında Novruz bayramından bir neçə gün əvvəl görmüşdür. Sonuncu dəfə Rəşadı gördüyü gün gündüz vaxtı o yaşadığı evə gəlmişdir. Həmin vaxt Rəşad tək olmuşdur. Rəşad ona güclü ağrılarının olduğunu demiş və ondan narkotik vasitə istəmişdir. Həmin vaxt əri Rövşən həbsdə olmuş və Rəşad elə bilmiş ki, onu evində Rövşəndən qalma narkotik vasitə vardır. Rəşada evində narkotik vasitə olmadığını demişdir. Rəşad özünün üzü gəlmədiyi üçün ondan xahiş etmiş ki, Elvinə zəng edib onu yenidən müalicə olunması üçün Narkoloji Mərkəzə yerləşdirməsini desin. Həmin vaxt Elvinə Rəşadın nömrəsindən zəng etmiş, Rəşadın ona verdiyi nömrəsi yadında qalmayan sadə qara rəngli mobil telefondan Elvinin yadında qalmayan nömrəsinə zəng etmiş və ondan Rəşadı yenidən müalicə olunması üçün Narkoloji Mərkəzə aparmasını xahiş etmişdir. Elvin isə artıq bezdiyini, onu dəfələrlə müalicə etdirdiyini, lakin heç bir xeyri olmadığını, hər dəfə müalicədən sonra Rəşadın yenidən narkotik vasitə qəbul etdiyini demişdir. Elvindən sonuncu dəfə onu yenə müalicə etdirməsini, özünün də ona kömək edəcəyini demişdir. Elvin razılaşmış və həkimlə danışıb geri zəng edəcəyini, danışandan sonra Rəşadın dalınca taksi göndərəcəyini demişdir. Rəşad onlarda axşama kimi uzanmışdır. Axşam hava qaralandan sonra isə durub özü yaşadığı evə gedərək hazırlıq görəcəyini paltarlarını yığacağını demiş və çıxıb getmişdir. Dəqiq günü yadında qalmasa da, həmin gün saat təxminən 21 radələrində Rəşad Ümidvarla birlikdə onlara gəlmişdir. Onlar taksi ilə gəlmişlər. Taksini görməsə də Rəşad Ümidvarla birlikdə gəldiyini və Ümidvarın taksidə onu gözlədiyini demişdir. Həmin vaxt Rəşad taksi onu gözlədiyi üçün tələsmiş, Rəşad onu pəncərədən səsləyib telefonunu istəmiş və həmin vaxt o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Elvinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onun yerini dəqiqləşdirmişdir. Lakin həmin vaxt Elvinin harada olmasını, onları haraya çağırmasını bilməmişdir. Həmin vaxt hətta Elvin onunla da danışmışdır. Elvinə söz vermiş ki, Rəşadın müalicə olunması üçün kömək edəcək. Ona görə də, Elvin onunla danışan zaman bir daha ondan Rəşadın müalicəsinə kömək edibetməyəcəyini soruşmuşdur. O isə Elvini əmin etmişdi ki, növbəti ay Ümidvarla 200 manat pul göndərərək Rəşadın müalicəsinə kömək edəcək. Rəşada 1 ədəd yaşıl rəngli sabun, diş fırçası, yaylıq, bədən dəsmalı, şampun və Rövşənin tünd yaşıl rəngli köynəyini vermişdir. Bundan başqa Rəşad qonşusu Gövhər və İlham adlı bacı-qardaşdan da lezva və sabun da almışdır. Bundan sonra Rəşadla Ümidvar avtomobilə minib çıxıb getmişlər. Avtomobilin markasını, rəngini və nömrəsini görməmişdir. Lakin avtomobilin üzərində taksi işarəsi var olmuşdur. Həmin gündən sonra Rəşadı görməmişdir. Bundan sonra pandemiya ilə əlaqədar sərt karantin rejimi başlamışdır. Təxminən 10-15 gündən sonra Elvinə zəng edərək ondan Rəşadı soruşmuş, Elvin isə ona Rəşadın hansısa banka 20 000 manat pul atdığını və hansısa evi yarıb oradan pul və qızıl götürüb gizli yolla ölkədən qaçdığını demişdir. Elvin ona “Neyniyirsəne Rəşadı. O qardaşdan sənə xeyir var? Rəşad onsuz sənə pul göndərmirdi!” demişdir. O isə Rəşadı pula görə axtarmadığını, onun əlaqə saxlamadığına görə narahat olduğunu demişdir. Həmin vaxt əri Rövşən də tutulduğuna Elvin öz təşəbbüsü ilə ona 250 manat pul göndərmişdir. Bundan bir müddət sonra yenidən Elvinə zəng edərək Rəşadı soruşanda o Rəşadla əlaqəsinin olmadığını, Rəşadla ayrı-ayrı şəxslər vasitəsi ilə əlaqə saxladığını demişdir. Elvinə Rəşad ola bilməz ki, onunla əlaqə saxlamasın, Rəşadın yoxa çıxması barədə polisə məlumat verəcəyini deyəndə isə Elvin “Elə qardaşın var ki, qaz vurub qazan doldurur sənin üçün. O, sənə neyniyib ki, neyniyirsən elə qardaşı, indidə düşmüsən əl ayağa. Bax birdən Rəşadın yaxşı yerini pis eləyərsən. Gəlib öldürər səni. Onsuzda vergi və banditizm Rəşadı axtarır sən onlardan yaxşı axtarmayacaqsan ki” kimi sözlər deyərək onu qorxutmuşdur. Rəşadın yoxa çıxması barədə polisə məlumat versə, sonra onun tapılmasından və qardaşına pislik eləyəcəyindən qorxduğu üçün bu barədə polisə məlumat verməmişdir. Elvinin məsləhətinə qulaq asıb Rəşadın itkin düşməsi barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Bundan sonra Elvin özü ona tez-tez zəng edib Rəşadı soruşmuşdur. O, Rəşadın zəng edib-etmədiyini soruşur və “Ola bilməz Rəşad sənə zəng etməsin” deyirdi. Elvin ona sonuncu dəfə Rəşad xəstəxanaya müalicəyə gedən zaman ondan yaxşı pul götürdüyünü demişdir. Lakin nə qədər pul götürməsini ona deməmişdir. Həmin ərəfələrdə X38 tutulduğunu və orada həbsdə olduğunu demişdir. Elvinlə sonuncu danışığı təxminən 1 ildən də çox əvvəl olmuşdur. Sonradan Elvinin nömrəsinə zəng çatmamış və onu nə qədər axtarsa da tapa bilməmişdir. Əri Rövşən həbsdə olanda Elvin 4-5 dəfə 20, 50, 80 və 100 manat məbləğində pullar göndərmişdir. Bəzən isə o, pulu özü gələndə gətirib şəxsən vermişdir. Həmin vaxtlar Rəşadın dost tanışlarından da onu soruşmuş, lakin heç kimin ondan xəbəri olmamışdır. Rəşad evdən çıxan zaman üzərində göy rəngli cins şalvar, göy rəngli gödəkçə olmuşdur. Digər paltarlar isə yadında deyil. Fikirləşirmiş ki, Rəşad doğurdan da kimisə aldadıb və qaçıb getmişdir. Çünki Rəşad özü də deyirdi ki, bir gün Elvinin pullarını götürüb xaricə qaçıb çıxıb gedəcək. Ona görə də, Elvinin Rəşadın pul oğurlayıb xaricə qaçması barədə dediklərinə inanmış və ona problem yaradacağımı düşündüyü üçün onun itkin düşməsi barədə heç yerə şikayət etməmişdir. ***-***-**-** saylı nömrə atasının yaşadığı evdə istifadə olunmuşdur. Rəşad daimi mobil telefon işlətmədiyinə görə Elvin onu tapmaq üçün ev telefonuna zəng etmişdir. 16 mart 2020-ci il tarixdə gündüz atasıgildə həmin vaxt Ümidvarla Rəşad danışmışdır. Həmin gün Ümidvarı görməmiş, lakin axşam saat 21 radələrində Rəşad Ümidvarın çöldə taksidə onu gözlədiyini və Elvinin yanına gedəcəklərini demişdir. Elvindən pul götürmək üçün görüşən zaman onun istifadəsində tünd boz rəngli “Hyundai Elantra” markalı avtomobil görmüşdür. Hətta bir dəfə Elvin onu həmin avtomobil ilə gedəcəyi yerə aparmışdır. Əri Rövşən həbsdə olduğuna görə maddi ehtiyacları olduğundan Elvindən pul istəmişdir. Rövşən tutulanda Elvin söz vermiş ki, onlara maddi kömək edəcək. Elvinə ona maddi yardım etməsi üçün SMS yazmışdır. O, Elvindən pul istəmiş, Elvin isə müxtəlif bəhanələr edərək onun zənglərinə cavab verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Elvin dəfələrlə qardaşı Rəşada müalicə olunmasında və digər xərclərdə köməklik göstərmişdir. Rəşadın müalicə olunmasını Elvindən onlar istəmişlər. X61 müalicə etdirməsini istədikdə o, əvvəlcə buna etiraz etmişdir. Qardaşı ilə Elvinin münasibəti həmişə yaxşı olmuşdur. Ümidvar qardaşını onun evindən gəlib aparmışdır. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 11, iş vərəqə 170-174). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Sonuncu dəfə Rəşadı 2020-ci ilin mart ayının 17-si səhər işə gedən zaman evdə görmüşdür. Adının Ümidvar olduğunu bildiyi cavan oğlan Rəşadın yanına gəlmişdir. Ümidvar əvvəllər görməmiş və onu tanımırdı. İlk dəfə idi ki, həmin şəxsi Rəşadla birlikdə görürdü. Rəşad yanına gələn oğlanın onu müalicə olunmaq üçün xəstəxanaya aparacağını demişdir. Bu onun Rəşadı sonuncu görüşü və onunla sonuncu danışığı olmuşdur. Bundan sonra isə Rəşadı birdaha görməmişdir. Ümidvar Rəşadı günorta saatlarında evdən müalicə olunmaq üçün aparmışdır. Rəşad mütəmadi olaraq onunla birlikdə yaşamışdır. Ümidvarı yalnız Rəşadı aparmaq üçün evlərinə gəldikdə görmüşdür. Onun yaşadığı ev Qaradağ RPİ-nin 10-cu PB-nin yaxınlığında yerləşir. Rəşadın spritli içkilərin aludəçisi olduğunu bilsə də, narkotik vasitələrin istifadəçisi olduğunu bilməmişdir. Rəşad şirkətdə rəhbər vəzifədə çalışdığını və vergiyə 58000 borcu olduğunu bildirmişdir. Rəşad işə götürülməsi ilə bağlı Elvinin ona köməklik etdiyini demişdir. Rəşadın ya Tiflis şəhərinə getdiyini, ya da müxtəlif bölgələrdə gizləndiyini demişlər, o də məcbur olub Rəşadın tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Rəşadla Elvinin arasında mübahisə olmasının şahidi olmamışdır.Rəşad gecələr evə gəlməyəndə onun harada qalması barədə məlumatı olmamışdır. Ümidvar Rəşadı müalicəyə aparmazdan bir neçə gün əvvəl o, əməliyyat olunmuş, ona görə evdə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid20 Qoçaman oğlu ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyun ayının 12-də iş rəhbəri olan Zərərçəkmiş şəxs2 ona iş təklifi edərək “Heydər Əliyev” fondu tərəfindən Şuşa şəhəri «Cıdır Düzü»ndə çadır şəhərciyinin salınması üçün fəhlə kimi lazım olduğunu bildirmiş və həmin işin görülməsi üçün hər bir nəfərə düşən 600 manat pulun verilməsi barədə aralarında şifahi razılaşma olmuşdur. Eldəniz işlərin tam görüldükdən sonra pulların veriləcəyini bildirmiş, o da fəhlə olaraq işlə razılaşıb digər şəxslərlə birlikdə elə həmin günü yük maşını ilə Bakı şəhərindən Şuşa şəhərinə yola salınmışdır. Həmin gündən etibarən Cıdır düzündə «15 iyun Qurtuluş günü» münasibəti ilə çadır şəhərciyi olaraq çadırlar qurulmuşdur. 16 iyun 2021-ci il tarixdə isə həmin çadırları yığıldığı qaydasında sökərək avtomaşınlara yükləyib geri qayıtmışlar. Bundan sonra gördükləri işin rəhbəri olaraq Zərərçəkmiş şəxs2 bildirmiş ki, "Heydər Əliyev" fondu tərəfindən qeyd olunan işin, yəni Şuşa şəhəri “Cıdır Düzü”-ndə çadır şəhərciyi salınması işinin görülməsi üçün fond tərəfindən ayrılmış əlavə xərclərlə birlikdə pul vəsaitlərinin nəğdləşdirilməsindən ötrü Şahid16 adına olan "xxxx" şirkəti üzərindən yatırıldıqdan sonra pulu nəğd şəkildə çıxara biləcəyinə onu Şahid18 inandırıb Zərərçəkmiş şəxs2 aldadaraq "xxxx"dan pulu çıxararaq Zərərçəkmiş şəxs2 pullarını mənimsəmişdir. Həmin işlərin görülməsi ilə bağlı ona təqribən 800-900 manat pul verilməli idi. Zərərçəkmiş şəxs2 nə qədər pulunun mənimsənildiyini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ilin əvvəllərində Bakı şəhərinə getmiş, orada ayrı-ayrı şəxslərin adına şirkətlər yaratmaqla pul nağdlaşdırmaqla məşğul olan X10 ilə tanış olmuşdur. Əlisahib ona da adına şirkətlər yaratmağı təklif etmiş, Əlisahibin təklifi ilə razılaşmış və adına 5 ədəd şirkət yaratmışdır. Əlisahiblə ayrı-ayrı banklara getmiş və adına olan şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərini çıxardaraq Əlisahibə vermişdir. Əlisahiblə qeyd etdiyi formada işlədiyi vaxtlar X41 ilə tanış olmuşdur. Bəşir də pul nağdlaşdırılması ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, X73 Məmmədovun da adına şirkətlər yaratmışdır. Bundan başqa Əlisahiblə işlədiyi müddətdə pul nağdlaşdırması ilə məşğul olan X17 ilə də tanış olmuşdur. Bəybala Həsənovu adına şirkətlər yaratması üçün Əjdər Əhmədov və Səbuhi adlı Şəki rayon sakini və adlarını hazırda xatırlamadığı bir neçə şəxslə tanış etmişdir. Tapmış olduğu hər adama görə 100 manat ondan əlavə pul almışdır. 2018-ci ilin sonlarına yaxın ona Vergi Xidmətindən zəng olunaraq adına olan şirkətlərin vergi borcu olduğu və həmin pulları ödəməli olduğu bildirilmişdir. Bu barədə Əlisahibə demişdir. O isə narahat olmamağını, həll edəcəyini demişdir. Lakin Əlisahib onu aldatmış, ona vəd etdiyi 30000 manat pulu verməmiş, adına olan şirkətlərin vergi borcunu ödəməmişdir. Vergi xidmətinin onu axtardığını öyrəndikdən sonra 2019-cu ilin əvvəllərində onlardan uzaqlaşmış və Şəki rayonuna ailə üzvlərinin yanına gəlmişdir. Buraya gələndən sonra təsərrüfat işləri ilə məşğul olmuşdur. 2020-ci ilin yanvar ayında özü Vergi Cinayətlərinin İbtidai İstintaqı Departamentinə gedərək orada ifadə vermiş və hazırda ifadəsində qeyd etdiyi xüsusatları onlara bildirmişdir. Bundan sonra 2022-ci ilin fevral ayının 10-da Qax rayonunda olan zaman Qax RPŞ-nin əməliyyatçıları onu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tutmuşlar. 17 fevral 2022-ci il tarixdə ona Vergi Cinayətlərinin İbtidai İstintaqı Departamentinin müstəntiqi tərəfindən 2 300 000 manat məbləğində vergidən yayınmaqla ittiham elan edilmiş və yenidən ifadəsi alınmışdır. 14 oktyabr 2022-ci il tarixdə isə Qax rayon Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Zərərçəkmiş şəxs1 öldürülməsi və qardaşı Təqsirləndirilən şəxs1 həbs edilməsini kiçik qardaşı Elnurdan eşitmişdir. Təqsirləndirilən şəxs1 2017-ci ilin sonlarından Bakı şəhərində yaşamağa və işləməyə başlamışdır. Elvin Bakı şəhərində taksi sürücüsü işləmiş, onunla Əcəmi metrostansiyasının yaxınlığındakı kafelərdə görüşən zaman ayrı-ayrı vaxtlarda Əlisahib Abbasov, Bəşir Sadıqov, Bəybala Həsənov, Zərərçəkmiş şəxs1 və digərləri ilə tanış olmuşdur. Lakin Elvin Bakı şəhərində olduğu müddətdə pul nağdlaşdırması işi ilə məşğul olmamışdır. O, Şəki rayonuna gələndən sonra isə Elvinin həmin işlərlə məşğul olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2 tanımır, Zərərçəkmiş şəxs1 X41 vasitəsi ilə tanımış, Bəşir Rəşadın adına şirkətlər yaratmış və onlar birlikdə işləmişlər. 2020-ci ilin mart ayında, xüsusilə də 16-17 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 harada olmasını xatırlamır, özü isə Qax rayonu, Ağyazı kəndində olmuşdur. Elvin tərəfindən Zərərçəkmiş şəxs1 Vergi Cinayətlərinin İbtidai İstintaqı Departamentində vermiş olduğu ifadə ilə bağlı hər-hansı təsir olunmamışdır. Zərərçəkmiş şəxs1 adına təsis olunmuş şirkətlər haqqında məlumatı yoxdur. Həmin şirkətləri Bəşir Sadıqov yaratmışdır. Rəşad Bəşirlə işləmişdir və Bəşir Rəşadı çoxlu sayda adını bilmədiyi şirkətlərə direktor təyin etmişdir. Zərərçəkmiş şəxs1 Bəşir Sadıqovun təziqi ilə onların əleyhinə ifadə vermişdir. Nə o, nə də qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la birlikdə işləməmiş, onun adına şirkətlər yaratmamış və onu hansısa şirkətlərə direktor təyin etməmişdir. Zərərçəkmiş şəxs1 narkotik vasitələrin aludəçisi olduğundan Bəşirdən asılı olmuş və Bəşirin sifarişi ilə ifadə vermişdir. X76 bir neçə dəfə Narkoloji Mərkəzdə müalicə də etdirmişdir. Elvinin Rəşada yazığı gəldiyi üçün Zərərçəkmiş şəxs1 Narkoloji Mərkəzdə müalicə etdirmişdir. Zərərçəkmiş şəxs1 Vergi Cinayətlərinin İbtidai İstintaqı Departamentində onun və Təqsirləndirilən şəxs1 əleyhinə ifadə verəndən və onlar bu barədə xəbər tutundan sonra Bəşir Sadıqovla danışıb telefonda mübahisə etmişdir. Sonra isə Rəşadla telefonda danışıb ona “bu nə hərəkətdir edirsən, mənim sənə nə pisliyim dəyib, mən və qardaşım hər zaman səni narkotikdən uzaq durmağa dəvət etmişik və qardaşım səni müalicə etdirmişdir.” demişdir. Rəşad isə üzürxahlıq edərək narkotik vasitələrin təsiri altında müstəntiq tərəfindən tərtib olunmuş ifadələri imzaladığını demişdir. Bundan sonra o, həmin vaxt vəkili olmuş Valeriy Əliyevlə məsləhət etmiş və Valeriy Əliyev ona Rəşadın adına olan və direktoru olduğu şirkətlərlə heç bir əlaqələrinin olmaması ilə bağlı Rəşaddan notarial qaydada ərizələr alaraq müstəntiqə verməyi təklif etmişdir. Bu barədə Elvinə demiş və Elvin də Rəşadla söhbət edərək ona notariusda ərizələri təsdiq etməsi üçün pul vermişdir. Rəşad həmin məzmunda ərizələri heç bir təsir olmadan, əksinə onlardan üzrxahlıq edərək həmin ərizələri özü tanımadığı hansısa notariusa gedərək təsdiq etdirməklə onlara təqdim etmişdir. Elvin həmin sənədləri Valeriy Əliyevə təqdim etmiş, Valeriy Əliyev isə həmin sənədləri istintaqa təqdim etmişdir (cild 13, iş vərəqə 61-68). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Tubu kəndinin yaxınlığında yerləşən Gənzə kəndində yaşayır. 28 mart 2020-ci il tarixdə saat 15 radələrində özünə məxsus “Chevrolet Niva” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə çəpər çəkməkdə ona kömək etməsi üçün Tubu kənd sakini Saleh adlı şəxsi götürmək üçün həmin kənd istiqamətində gedən zaman kəndə çatmağa təxminən 2 km qalmış yolun sol tərəfində meyit görmüşdür. Avtomobili saxlayıb meyitə yaxınlaşanda arxası üstə, ayağının biri bükülü, bir qolu bükülü olmaqla insan meyitnə bənzər skelet görmüşdür. Dərhal bu barədə Qoşakənd icra nümayəndəsinə məlumat vermiş və əraziyə polis əməkdaşları gəlmişdir (cild 1, iş vərəqə 71-74). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 babası Surxay Əliyev doğma dayısıdır. Yaşadığı Xocalı rayonu Kosalar kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə 1992-ci ilin may ayında İsmayıllı rayonu Tubu kəndinə gəlmiş və orada məskunlaşmışlar. Həmin vaxtdan hazıradək də İsmayıllı rayonu Tubu kəndində yaşayır. Ailəsi ilə birlikdə İsmayıllı rayonu Tubu kəndinə dayısı Surxay Əliyevin ailəsi ilə eyni vaxtda köçmüşdür. X77 kəndində yaşadığı zaman nəvələri tez-tez onun yanına gəlir və onlarda qalmışdır. Təqsirləndirilən şəxs1 uşaq yaşlarından ən çox Surxay Əliyevin evində qalan nəvələrindən olmuşdur. Təqsirləndirilən şəxs1 kiçik yaşlarından babasına təsərrüfat işlərində kömək edir və Tubu kəndinin meşələrində əmisinin heyvanlarını otarmışdır. Təqsirləndirilən şəxs1 işgüzar, qoçaq uşaq olmuşdur. Sonuncu dəfə Elvini 2021-ci ilin iyun ayında Bakı şəhərinə xəstəxanaya gedən zaman görmüşdür. 2020-ci ilin mart ayında Tubu kəndinin yolunda meşəlik ərazidə kənd sakini əslən Laçın rayonundan olan Şahid8 insan meyiti aşkar etməsini eşitmişdir. 2022-ci ilin iyun ayında isə X42 Əliyevin tutulmasını eşitmişdir. Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır. 2020-ci ilin mart ayında, xüsusilə də 16-17 mart 2020-ci il tarixdə Elvini İsmayıllı rayonu Tubu kəndi ərazisində görməmiş və onun həmin vaxt İsmayıllı rayonuna gəlib getməsi barədə heç kimdən eşitməmişdir. İsmayıllı rayonu Tubu kəndində Elvinin gedə biləcəyi iki ailə vardır. Biri onun evi, digəri isə Elvinin atası Möhübbətin əmisi oğlu Şahid10 evidir (cild 13, iş vərəqə 85-88). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid10 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, Şahid9 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 13, iş vərəqə 81-84). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzaq qohumudur. 2020-ci ilin mart ayının təxminən 8-9-da arvadının babası Surxay Əliyevin ölümünün il mərasimində iştirak etmək üçün Elvin onun arvad uşağını da götürüb Şəki rayonuna getmişdir. Elvin Şəki rayonuna icarəyə götürdüyü avtomobillə getmişdir. Elvinin istifadəsində “Hyundai Elnatra” markalı avtomobil olmuşdur. Mart ayının 19-da artıq pandemiya başladığına görə Bakı şəhərinin giriş və çıxışına postlar quraşdırılmışdır. Ona görə də ailə üzvləri taksi ilə Bakı şəhərinə geri qayıtmışlar. 16-17 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 harada olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 mart ayının 9-dan ailə üzvləri Şəki rayonundan qayıdana qədər yəni mart ayının 20-dək görməmişdir (cild 13, iş vərəqə 101-105). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid12 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, tanışı Cahid Məmmədov onu Şahid4 ilə tanış etmişdir. Səxavət onu Asan Xidmət Mərkəzinə aparmış orada öz adına asan imza almışdır. Bundan sonra onun adına 5 şirkət yaratmışlar. Lakin həmin şirkətlərin dördü işləmişdir. Səxavət və onun qardaşı Təqsirləndirilən şəxs1 vasitəsi ilə nağdlaşdırdığı pullardan ümumilikdə ona 1200 manat pul verilmişdir. Təqsirləndirilən şəxs1 Səxavət vasitəsi ilə tanısa da, sonradan Səxavət ortadan çəkilmiş və gördüyü işləri Elvin davam etdirmişdir. Səxavətin ortadan çəkilməsinin səbəbi isə həmin vaxtlar onun Vergidən axtarılması olmuşdur. Banka daxil olub çeki banka təqdim etdikdən sonra kassadan pulları götürüb Elvinə vermişdir. Elvin isə ona 30000 manata 150, 15000 manata isə 75 manat məbləğində pul vermişdir. 2019-cu ilin yay aylarında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindən onu axtarmışlar. Elvindən şirkətlərini bağlamasını tələb etmişdir. 2019-cu ilin yay yalarında onu Vergi xidmətinin əməkdaşları tutub Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə aparmışlar. Orada hazırda vermiş olduğu ifadəsinə uyğun bütün həqiqətləri müstəntiqə bildirmişdir. Bundan sonra 5 dəfə istintaqa çağırılmış və ifadə vermişdir. İlk dəfə ifadə verəndən sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək onun və Şahid4 əleyhinə ifadə verdiyi üçün ona hədə-qorxu gəlmişdir. Hətta Elvin iki dəfə onun evinə də gələrək onun və qardaşı Səxavətin əleyhinə ifadə verdiyi üçün onu hədələmişdir. Elvin ona bir də vergidən çağırsalar hər şeyi Cahid Məmmədovun üstünə atmağını, onun, qardaşının adını çəkməməsini demişdir. Elvin və Səxavət əsasən narkomaniyaya və spirtli içkilərə meyilli, işsiz, pula ehtiyacı olan adamları taparaq onların adına şirkətlər açırmışlar. Elvin, Səxavət və adlarına şirkətlər açılmış şəxslər əsasən 28 May metrostansiyasının yaxınlığında yerləşən Günay Bankın 5 saylı filialının yaxınlığındakı “50 Qəpik” çay evində görüşmüşlər. Zərərçəkmiş şəxs1la da “50 Qəpik” çay evində tanış olmuşdur. Onun adına da Elvingil şirkətlər açmışlar. Hətda Zərərçəkmiş şəxs1la bir neçə dəfə “patı” və “kakos” adlı narkotik vasitələr də çəkmişdir. Təqsirləndirilən şəxs2 da onlar kimi adına şirkətlər açılmış narkotik vasitələrin aludəçisi olmuşdur. 2019-cu ilin yay aylarında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində iki gün saxlanılmış. Həmin vaxt Zərərçəkmiş şəxs1 da orada olmuşdur. Oradan çıxandan sonra Zərərçəkmiş şəxs1 onun yanında Təqsirləndirilən şəxs1 danlamışdır. Rəşad Elvinə onu axtardıqlarına görə evinə gedə bilmədiyini, evinə gedən kimi, polis və ya vergi əməkdaşlarının gəlib onu apardıqlarını demiş, ona görə də adına olan şirkətlərin vergi borcu məslələsini həll etməsini tələb etmişdir. Rəşad evinə gedə bilmədiyi üçün Elvindən onu öz evində saxlamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 isə onu “darıxma, yaxşı olacaq” kimi sözlərlə yola vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 hədələməsini eşitməmişdir (cild 13, iş vərəqə 31-36). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid14 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2017-ci ildə Bakı şəhərində Şahid4 görmüş Səxavət onu Bəybala Həsənovla tanış etmişdir. Bəybala Həsənov adına 5 ədəd "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlər yaradılmışdır. Bundan sonra Bəybala ilə Günay, Nikoyl, VTB, Əmrah bankın filiallarına gedərək oradan 15000-90000 manat arası pulları çıxardıb ona vermişdir. Təxminən 1 il bu formada işləmiş, adına olan şirkətlərin vergi borcu yarandığına görə həmin şirkətlərin hesablarına məhdudiyyət qoyulmuş və Bəybala onun şirkətləri vasitəsi ilə artıq pul nağdlaşdıra bilməmişdir. Ondan başqa X56 Səfərov, Şahid13 və Zərərçəkmiş şəxs1 adına da şirkətlər açıb eyni şərtlər əsasında işləmişdir. Zərərçəkmiş şəxs1 ilə ilk dəfə 2018-ci ilin sonlarına yaxın X7 yaxınlığında yerləşən Mey adlı kafedə tanış olmuşdur. Həmin vaxt axşam tərəfi Bəybala kafeyə Zərərçəkmiş şəxs1la gəlmişdir. Zərərçəkmiş şəxs1 geyimindən tüfeyli və səfil adamlara oxşamışdır. Bəybala ona 150 manat pul verərək Rəşada səliqəli platarlar almağını tapşırmışdır. Zərərçəkmiş şəxs1 da götürərək ona 120 manata gödəkçə, cins şalvar, sviter və ayaqqabı almışdır. Qalan 30 manata isə Səxavətlə kafedə yemək yeyib araq içmişlər. Bəybala Rəşadın da adına şirkətlər açaraq onunla da eyni formada işləmişdir. Sonuncu dəfə 2018-ci ilin sonlarında Bəybala Həsənovla birlikdə Nikoyl Banka yenə pul çıxartmağa gedən zaman orada bakın əməkdaşlarından tanımadığı kimsə Bəybalaya onu Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən axtarıldığını demişdir. Bundan sonra Bəybala qorxmuş və heç biri ilə iş görməmişdir. O isə tikinti işlərində usta kimi işləmişdir. Rəşad hər dəfə kimlərinsə telefonundan ona zəng edərək iş olub-olmamasını soruşurmuş, o isə artıq pul nağdlaşdırması işləri ilə məğul olmadığını Bəybalaya zəng etməsini demişdir. 2019-cu ilin ortalarında təsadüfən Rəşadı 20 Yanvar Metrostansiyasının yaxınlığında görmüşdür. Rəşad ona Şahid4 qardaşı Təqsirləndirilən şəxs1 ilə Bəybala ilə işlədiyi qaydada işlədiyini demişdir. Elvinlə pul nağdlaşdırması işi görməmiş və onun pul nağdlaşdırması işi görməsini Zərərçəkmiş şəxs1 ona deyənə qədər bilməmişdir. 2019-cu ilin sentyabr ayında Təzə Bazarın yaxınlığında kirayədə qaldığı zaman onu Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən axtardıqlarına görə gizlənmiş və onların çağırışlarına getməmişdir. Kirayədə qaldığına görə də onu heç kim tapa bilməmişdir. Sentyabr ayının sonlarında Rəşad ona zəng edərək görüşüb araq içmək istədiyini demişdir. O isə Rəşada onlar tərəfə gəlməsini demişdir. Rəşad taksi ilə onun kirayədə yaşadığı evin düz qarşısına gəlmiş və evin qarşısında olan kafedə yemək yeyib araq içmişlər. Söhbət edən zaman Zərərçəkmiş şəxs1 onu da Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən axtardıqlarını artıq bir neçə dəfə ifadə veriyini onun da ifadə verməsini təklif etmişdir. O, isə getməyəcəyini qorxduğunu demişdir. Rəşadla görüşəndən 3 gün sonra onu əməliyyatçılar kirayədə yaşadığı evdən götürüb aparmışlar. Həmin vaxt Rəşad onunla yerini öyrənmək üçün görüşmüşdür. Onda bilmişdir ki, Rəşad verginin əməliyyatçılarına məlumat ötürür və onlardan bunun müqabilində pul alır. Bir dəfə Elmlər Metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2, Xaliq Bayramov və tanımadığı bir neçə şəxsi görmüşdür. Rəşad həmin vaxt yenə də səfil günündə olmuşdur. Elvinlə görüşən zaman Rəşad otağa girib Elvindən pul istəmişdir. Elvin həmin vaxt ona “mən sənə nə pul verəcəm, sən şərəfsizsən, pul verirəm aparıb narkotikə verirsən, sən qəhbəsən, sukasan” demişdir. Rəşad isə and içərək onları Vergiyə satmadığını demişdir. Rəşad axıra qədər dirənib Elvindən pul istəməyə davam etmiş və sonra Elvin ona 20 manat vermişdir. Rəşad gedəndən sonra Elvin gileylənərək Rəşadın hər 3 gündən bir gələrək ondan pul tələb etdiyini demişdir. Bundan başqa iki dəfə yenə də Elvinin olduğu Elmlər Metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı kafeyə gedən zaman orada Rəşadı görmüşdür. Bir dəfə Rəşad Təqsirləndirilən şəxs2la almış olduqları narkotik vasitəni bölə bilmədiklərinə görə bir birilərinə əxlaqsız küçə söyüşləri söyürmüşlər. Hər dəfə Elvin Rəşaddan gileylənərək onun hər 2-3 gündən bir ondan pul istədiyini demişdir. Rəşadın vergi borcuna görə öz adına olan şirkətlərlə maliyyə əməliyyatları apara bilməmişdir. Ona görə də o Günaybankın 4 saylı filialının yanında Elvinin adlarına şirkətlər açaraq pul nağdlaşdırdığı uşaqlardan hər dəfə 5 manat narkotik pulu dilənirmiş. Elvinin istifadəsində boz rəngli “Hyundai Elantra” markalı avtomobil görmüşdür. Zərərçəkmiş şəxs1 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Elvinin əleyhinə ifadə verdiyi üçün ona “qəhbə, suka” kimi söyüşlər söymüşdür. Bəşir Sadıqov avtoqəzada ölmüşdür. Bəybala Həsənov isə pandemiya zamanı koronavirusa yoluxaraq ölmüşdür (cild 13, iş vərəqə 92-99). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid15 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci ildə X27 vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Şahid4 Möhübət oğlu ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 adına 5 ədəd “Van MMC”, “Konqo MMC”, “Torq MMC”, “Koton MMC” adlı şirkət təsis etmiş, Günay, Nikoyl, VTB, Əmrah bankda bank hesabları açmış, hər şirkət üçün möhür düzəltdirmişdir. Şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs1 vermiş və lazımı işləri, dövlət rüsumlarının və xidmət haqlarının ödənilməsi işlərinin hamısını Təqsirləndirilən şəxs1 özü icra etmişdir. Hər dəfə Təqsirləndirilən şəxs1 zənginə əsasən “Günay”, “Nikoyl”, “VTB”, “Əmrah” və “Muğan” bankın filiallarına gedərək oradan 15000-120000 manat arası pulları çıxardıb Təqsirləndirilən şəxs1 vermişdir. Təxminən 1 il bu formada işləmiş, bundan sonra onun kimi adına şirkətlər açılmış şəxslərdən bəzilərinin tutulmasını eşitmişdir. Ona görə də, Elvinlə danışaraq artıq işləmək istəmədiyini demiş və bundan sonra səyyar satıcılıqla məşğul olmağa başlamışdır. Qeyd etdiyi əməliyyatlardan ümumilikdə hər ay 1500-1800 manat pul qazanmışdır. Pulu ona və adlarına şirkətlər olan digər şəxslərə Elvin və onun qohumu Cəlil vermişdir. Elvinlə yanaşı onun qardaşı Şahid4 də eyni qaydada pul nağdlaşdırılması işi görmüşdür. Təxminən 1 il sonra onu Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən axtarmışlar və oraya gedəndə isə hazırda ifadəsində qeyd etdiyi qaydada adlarına Elvin tərəfindən şirkətlərin yaradılmasını olduğu kimi qeyd etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yanında görüb tanımış, Elvinlə tanış olan zaman Zərərçəkmiş şəxs1 artıq onun yanında işləyirmiş. Rəşadın da adına şirkətlər olmuş və o da pul nağdlaşdırılması işi ilə məşğul olmuşdur. Elvinlə 5-6 ay işlədikdən sonra Rəşadın adına olan şirkətlərin vergi borcu olduğuna görə Elvin həmin şirkətlər vasitəsi ilə pul nağdlaşdıra bilməmişdir. Lakin Rəşad hər dəfə daimi yığıldıqları 28 May metrostansiyasının yaxınlığında yerləşən “50 Qəpik” çay evinə və Günay Bankın 28 May Metrostansiyasının yaxınlığında yerləşən Filiallarının qarşısına gəlir, orada onlar pul nağdlaşdırandan sonra Zərərçəkmiş şəxs1 ondan və Elvinin adlarına şirkətlər açaraq pul nağdlaşdırdığı uşaqlardan hər dəfə pul aldıqlarında 5 manat narkotik pulu dilənirmiş. Rəşad həm narkotik vasitə qəbul edir, həm də çox araq içən olmuşdur. 2-3 dəfə Rəşada 5-10 manat arası pul vermişdir. Rəşad Elvinlə işləyən zaman da çox vaxt Elvinlə mübahisə edirmiş. Elə vaxtlar olurmuş ki, 2-3 gün adına olan şirkətlərin bank hesablarına pul gəlmədiyindən və pul nağdlaşdıra bilmədiyindən Elvin onlara pul vermirmiş. Həmin vaxtlar Rəşad Elvinlə mübahisə edərək ondan əlavə pul almağa çalışır və çox vaxt da Elvin Rəşada pul vermək məcburiyyətində qalırmış. Elvin Rəşadın ona işlərində problem yaradacağından qorxduğu üçün çox vaxt ona pul vermək məcburiyyətində qalmışdır. Elvin ümumilikdə onlardan çox Rəşada pul vermişdir. Bəzən isə Rəşad bankın qarşısında hay-küy salaraq Elvinlə mübahisə edir və öz hesabına köçürülmüş pulları bankdan çıxarmamamqla Elvini hədələyirmiş. Bütün bunları Rəşad Elvindən artıq pul qopartmaq məşədi ilə etmişdir. Hər dəfə Elvin Rəşaddan gileylənərək onun hər 2-3 gündən bir ondan pul istədiyini deyirmiş. Sonuncu dəfə Rəşadı təxminən 3 il əvvəl 2019-cu ildə görmüşdür. Elvin Ümidvarın da adına şirkətlər açmış və pul nağdlaşdırılması işi görmüşdür. Təqsirləndirilən şəxs1 istifadəsində boz rəngli “Hyundai Elantra” markalı avtomobil görmüşdür. Zərərçəkmiş şəxs1 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində Elvinin əleyhinə ifadə verəndən sonra Elvin Rəşadı axtarır və onlardan da Rəşadı soruşmuşdur. Lakin onların sonradan görüşüb nə danışmalarını bilmir. Elvin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılan uşaqları öyrədirmiş ki, guya adlarına olan şirkətlərin hamısını Bəşir Sadıqov açmışdır və pul nağdlarırılması işlərini onlara Bəşir gördürmüşdür. Bəşir Sadıqov avtoqəza nəticəsində öldüyündən Elvin ona görə bütün cinayətlərini onun üsdünə atmağa çalışırmış. Onu da Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə çağırıldığı zaman Elvin onun adını çəkməməyini hər şeyi Bəşir Sadıqovun üsdünə atmağını demişdir (cild 13, iş vərəqə 107-113). Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid16 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, heç bir ruhi-əsəb xəstəliklərindən müalicə almamış, subaydır. Rəsmi olaraq heç bir yerdə işləməsədə, fərdi işlə məşğul olub ailəsini dolandırır. 2018-ci ildə oğurluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə 2018-ci ilin noyabr ayından 2020-ci ilin yanvar ayınadək məhkumluq həyatı yaşamışdır. Şahid17 2021-ci ilin avqust ayından qonşu kimi tanımışdır. Ərtoğrul söhbət zamanı müxtəlif şirkətlərlə işlədiyini bildirmişdir. Ərtoğrul ilə görüşlərin birində ona bildirmişdir ki, onun adına şirkətlər açsınlar və həmin şirkətlərə müxtəlif məbləğlərdə pullar köçürüləcəkdir. Bundan sonra həmin pulları çıxarıb təhvil verdikdən sonra bunun müqabilində vurulan pulun 0,5 faizi ona çatacaqdır. O, Ərtoğrulla razılaşdıqdan sonra Ərtoğrul onu Şahid18 ilə tanış etmişdir. Bundan sonra onlar birlikdə görüşüb söhbət edərkən Ərtoğrul və Emil bildirmişlər ki, onun adına müxtəlif şirkələr açacaqlar və həmin şirkətlərə müxtəlif məbləğlərdə pullar köçürüldükdən sonra həmin pullan çıxarıb Emilə təhvil verəcəkdir və xidmət haqqı olaraq ona köçürülən məbləğin 0,5 faizi veriləcəkdir. Beləcə Emil ilə Ərtoğrul onun adına "xxxx", «Muv Qlobal» və adını xatırlamadığı başqa iki şirkət açdılar. Hətta həmin şirkətlərlə bağlı Emil onun adına möhürlərdə almışdır. Belə ki, 2021-ci lin sentyabr-oktyabr ayında dəqiq tarixini xatırlamadığı vaxt Emil və Ərtoğrul ilə birlikdə «20 yanvar» metrostansiyası «3-cü mikrorayon dairəsi» deyilən yerin yaxınlığına getmiş və o, orada imza edərək adına olan möhürləri götürmüşdür. Bundan sonra «Nizami» metrostansiyası yaxınlığında yerləşən çayxanaya gedib orada yemək yeyib, çay içmişlər. Söhbət zamanı Emil bildirmişdir ki, onun hesabına həmin gün pul köçəcəkdir. Təxminən saat 16 radələrində Emil ona bildirmişdir ki, pul onun adına olan şirkətə köçürülmüşdür. Buna görə Emil ilə birlikdə «Nizami» metrostansiyası yaxınlığında yerləşən "xxxx"ın filialına getmiş və orada işləyən İlqarə xanıma yaxınlaşdıqdan sonra müəyyən sənədləşmə aparılmış, yəni onun adına çeklər yazılmışdır. Həmin çekləri şəxsiyyət vəsiqəsi ilə birlikdə kassaya vermişdir. Kassada olan şəxs şəxsiyyət vəsiqəsinə baxıb çekləri götürərək şəxsiyyət vəsiqəsini ona qaytarmışdır. Belə ki, çeklərdə ümumi məbləğin təxminən 40000 manat olması qeyd edilmişdir. Bundan sonra Emil ona çayxanaya Ərtoğrulun yanına gedib orada onu gözləməyini, pulları özü götürüb həmin yerə gələcəyini bildirmişdir. O, Emilin dediyi kimi gedib onu çayxanada gözləmişdir. Bir qədər keçmiş Emil həmin yerə gəlmiş və onlarla görüşüb getmişdir. Hətta həmin vaxt Emil bir qədər Ərtoğrul ilə təklikdə söhbət etmiş və çıxıb getmişdir. Emil gedəndən sonra Ərtoğrul ona 50 manat pul verib həmin pulu şirkətinə pu! köçürüldüyünə görə Emilin onun üçün verdiyini bildirmişdir. Bundan iki gün sonra yenidən eyni qayda ilə "xxxx"ın həmin filialına Emil ilə birlikdə getmiş və orada yenidən onun adına yazılan təxminən 9600 manat pulun çekini kassaya vermişdir və Emil özü həmin pulu oradan götürüb ona xidmət haqqı olaraq 50 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra 2021-ci ilin noyabr ayında Ərtoğrul ilə birlikdə işdə olarkən Ərtoğrul bildirmişdir ki, Emil ona bildirib ki, yenidən onun şirkətinə pul köçürülüb və həmin pulu Emil ilə birlikdə gedib çıxartmaq lazımdır. Ərtoğrul ilə birlikdə görüşüb "xxxx"a getmişlər. Yolda Ərtoğrul bildirmişdir ki, telefonlarını söndürsünlər və həmin pulu bankdan çıxarıb özlərinə götürsünlər. O, da Ərtoğrul ilə razılaşmış və birlikdə banka getmişlər. Lakin həmin vaxt bankın iş vaxtı başa çatdığından pulu bankdan çıxara bilməmişlər. Bundan sonra Ərtoğrul onun vasitəsi ilə tanıdığı Elvin adlı şəxsin bu işdə onlara köməklik edə biləcəyini bildirib onunla əlaqə saxlamışdır və Elvin ilə «Elmlər Akademiyası» metrostansiyası yaxınlığında görüşüb söhbət edərkən Elvin bildirmişdir ki, onlara bu işdə köməklik edə bilər. Belə ki, həmin pulu "xxxx"dan onun adına olan "xxxx" hesabına köçürülməsini və pulu özü çıxardacağını bildirmişdər. Onlar Elvinlə razılaşmışlar və səhəri gün Elvin ilə birlikdə "xxxx"ın «Nizami» metrostansiyası yaxınlığında yerləşən filialına getmişlər və orada müvafiq sənədləşmə əsasında onun şirkətinə köçürülmüş təxminən 32000 manat pulu Elvinin adına olan "xxxx" hesabına köçürülmüşdür. Bir müddət sonra Elvin ilə Ərtoğrul birlikdə həmin pulu Elvinin adına olan "xxxx" hesabından çıxartmışlır və Ərtoğrul ilə öz aralarında həmin məbləği bölüşdürmüşlər. Bu işə görə Ərtoğrul ona xidmət haqqı olaraq 3000 manat pul vermiş və bildirmişdər ki, üzə çıxmasın, gizlənsinki onları tapmasınlar. Bundan başqa onun Ərtoğrul, Emil və Elvin ilə aralarında heç bir alış-veriş olmamışdır. O, ifadəsində 32000 manat məbləğinin təxmini qeyd etmiş, ola bilsin həmin məbləğ 31223 manat olmuşdur. Zərərçəkmiş şəxs2 məxsus 31 223 manat pulun ələ keçirilməsində Şahid18 iştirakı olmamışdır, ona həmin pulun heç bir məbləği çatmamışdır, 31223 manatdan 3000 manatı ona verilmiş, qalan pul isə Elvinlə Ərtoğrul bölmüşdür. O, X18 tanımır, ona məxsus 59500 manat pulun ələ keçirilməsindən məlumatı yoxdur (cild 7, iş vərəqə 145-147 və cild 8 iş vərəqə 108-111). Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid17 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, heç bir ruhi-əsəb xəstəliklərindən müalicə almamış, subaydır. Rəsmi olaraq heç bir yerdə işləməsədə, fərdi işlə məşğul olub ailəsini dolandırır. Şahid16 və Şahid18 təxminən 2 ildirki tanımışdır. Belə ki, Mehrac onunla qonluşuqda yaşayırmış, Emili isə iş adamı kimi tanımışdır. Təxminən bir müddət əvvəl Emil ona bildirmişdir ki, pul köçürtmək üçün adına şirkət olan adam lazımdır. Həmin vaxt o, bildirmişdir ki, Mehrac adlı tanışı var və onun adına şirkət aça bilərlər. Emil bildirmişdir ki, həmin şəxsin adına köçürülən pulun 0,5 faizi xidmət haqqı olaraq həmin adama çatacaqdır. Bu barədə o, Mehraca bildirdikdən sonra Mehrac onunla razılaşmış və onu Emil ilə görüşdürmüşdür. Emil ilə görüş zamanı Mehracla öz aralarında razılaşmışlar və bundan sonra Emil Mehracın adına bir neçə şirkət açmışdır. Bildiyinə görə Emil Mehracın adına bir neçə dəfə pul köçürmüşdür və Emil həmin pulu "xxxx"dan çıxarmüşdür. Belə ki, 2021 -ci ilin sentyabr ayında Mehracın adına olan şirkətə Emilə çatası pul köçürülmüşdür və Emil həmin pulu bankdan çıxarmışdır. Həmin puldan Mehraca çatası pulu Mehracın adına açılan şirkətə görə çəkilən xərclərin yerinə çıxmışdır. Bundan bir müddət sonra, yəni təxminən 2021-ci ilin noyabr ayında Emil ona zəng vuraraq yenidən Mehracın adına pul köçürüldüyünü və həmin pulu çıxartmaq lazım olduğunu bildirmişdir. Mehraca bu barədə bildirdikdən sonra birlikdə görüşüb "xxxx"a getmişlər. O, yolda Mehraca təklif etmişdir ki, telefonlarını söndürsünlər və həmin pulu bankdan çıxarıb özlərinə götürsünlər. Mehrac da onunla razılaşmış və birlikdə banka getmişlər. Lakin həmin vaxt bankın iş vaxtı başa çatdığından pulu bankdan çıxara bilməmişlər. Bundan sonra tanıdıqları Elvin adlı şəxsin bu işdə onlara köməklik edə biləcəyini bildirib onunla əlaqə saxlamışdır və Elvin itə «Elmlər Akademiyası» metrostansiyası yaxınlığında görüşüb söhbət edərkən Elvin bildirmişdir ki, onlara bu işdə köməklik edə bilər. Belə ki, həmin pulu "xxxx"dan Elvinin adına olan "xxxx" hesabına köçürülməsini və pulu özü çıxardacağını bildirmişdir. Onlar Elvinlə razılaşmışlar və səhəri gün Elvin ilə Mehrac birlikdə "xxxx"ın «Nizami» metrostansiyası yaxınlığında yerləşən filialına getmişlər və orada müvafiq sənədləşmə əsasında Mehracın şirkətinə köçürülmüş təxminən 32000 manat pulu Mehrac Elvinin adına olan "xxxx" hesabına köçürtmüşdür. Bir müddət sonra o, Elvin birlikdə həmin pulu Elvinin adına olan "xxxx" hesabından çıxartmışlar və Elvin ilə öz aralarında həmin məbləği bölüşdürmüşlər. Belə ki, o, Elvinə həmin puldan 16000 manat pul vermişdir. Eyni zamanda Mehraca xidmət haqqı olaraq 3000 manat pul vermişlər və bildirmişdi ki, üzə çıxmasınki onları tapmasınlar. Bundan başqa onun Elvin, Emil və Mehrac ilə aralarında heç bir alış-veriş olmamışdır. O, ifadəsində 32000 manat məbləğinin təxmini qeyd etmiş, ola bilsin həmin məbləğ 31223 manat olmuşdur. Zərərçəkmiş şəxs2 məxsus 31223 manat pulun ələ keçirilməsində Şahid18 iştirakı olmamışdır, ona həmin pulun heç bir məbləği çatmamışdır, 31223 manatdan 3000 manatı Mehraca verilmiş, qalan pul isə Elvinlə bölmüşdür. O, X18 tanımır, ona məxsus 59500 manat pulun ələ keçirilməsindən məlumatı yoxdur (cild 8, iş vərəqə 92- 94 və cild 13, iş vərəqə 183-187). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid18 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, orta təhsilini Tərtər rayonu, Borsunlu kəndində azərbaycan dilində almış, rəsmi olaraq heç bir yerdə işləməsədə, fərdi işlə məşğul olub ailəsini dolandırır. Barəsində şikayət vermiş Zərərçəkmiş şəxs2 təqribən 2008-ci ildən tanıyır, onunla birlikdə palatka quraşdırmaq ticarəti ilə məşğul oluruş və hər zaman onunla isti münasibətdə olmuşdur. 2021-ci ilin təqribən avqust ayı olardı Eldəniz ona müraciət edərək bildirmişdir ki, Şuşa şəhərində palatka şəhərciyi quraşdırıb və bunun müqabilində H.Əliyev fondu tərəfindən onun işçilərinin məvacibi ödənilməlidir. Lakin pul Fond tərəfindən nəğd şəkildə verilə bilməz və hər hansı bir şirkət üzərindən nəğdləşdirilməli və çıxarılmalıdır. Eldəniz özüdə bilirdi ki, o, bu cür məsələdə məşğul olub faizini götürür. Bu səbəbdən o, Eldənizlə razılaşmış və tanıdığı Elşən adlı şəxsin adına olan «Açar Qrup» şirkətinin sənədlərini ona vermişdir ki, pul vəsaitini həmin şirkət üzərindən nəğdləşdirək. Lakin bundan iki üç ay sonra Eldəniz şirkətin sənədlərini geri qaytararaq bildirmişdir ki, həmin şirkətin problemləri var və həmin şirkət üzərindən pul vəsaitini nağdlaşdırmaq mümkün olmayacaqdır. Bundan sonra o, əvvəllərdə tanıdığı Mehrac adlı şəxsə müraciət etmişdir. Belə ki, Mehracında adına "xxxx" şirkəti vardır ki, hansı ki, yeni şirkət idi. Lakin o, Mehracın özü ilə onun adına olan digər şirkətlər üzərindən pul vəsaiti nəğdləşdirmişlər. O, Mehracın adına olan Rekvizit sənədini Eldənizə vermişdir ki, aparıb yoxlatdırsın və müsbət halda sözü gedən 31.200 manat pulu həmin şirkətin üzərindən nəğdləşdirsinlər. Belə ki, köçürüləcək ana məbləğ 28.910 manat təşkil etsə də əlavə bank xərcləri onun, Mehracın və Eldənizin öz faizləri ilə birlikdə 31.200 manat təşkil edirmiş. 2021-ci ilin noyabr ayının 24-də sözü gedən məbləğdə pul vəsaiti "xxxx" şirkətinin balansına otuzdurulmuşdur. Bundan onun xəbəri olmuşdur. O, Mehracla telefon əlaqəsi saxlamış və onunla pulun köçrüldüyü «Günay» bankda görüşmək barədə razılaşmışdır. Lakin Mehrac müxtəlif bəhanələr gətirərək ondan yayınmağa başlamışdır. Həmin günün səhəri o, Nizami metrostansiyasının yaxınlığında yerləşən «Günay» banka gedərək bank müdriyyətin qəbulunda olmuşdur. O, bank müdriyyətinə baş verənlər barədə məlumat vermiş və iki gün pulun çıxarılmasını əngəllətdirmişdir. Həmin pul vəsaiti «Yello» bankın Gənclik filialına, Mehracın digər hesabına köçrülməli imiş, lakin qarşısı alındığı üçün pullar saxlanılmışdır. Bundan iki gün sonra Mehrac tanımadığı nömrədən ona məxsus olan 070 ***-**-** saylı mobil telefonla əlaqə saxlayaraq ona təklif etmişdir ki, Eldənizə gələn pul vəsaitini ikisi arasında bölsünlər və bununla bağlı hər hansı bir problem çıxdığı halda özü həll edəcəyini bildirmişdir. O, Mehracın bu təklifi ilə razılaşmamış və onunla görüşməyi təklif etmişdir. Mehrac onunla razılaşmamış və bundan sonra ona məlum olmuşdur ki, Mehrac həmin pul vəsaitini «Günay» Bankın Baş idarəsində səs küy salaraq «Rabitə» bankın Xətai filialına Elvin adlı şəxsin kart hesabına köçürtdürmüşdür. Bu müddət ərzində Eldəniz onunla mütamadi telefon əlaqəsi saxlayır, o, problem yarandığını başa düşdüyü üçün bu məsələləri Eldənizdən ilk öncə gizlədirmiş. Lakin sonradan artıq bu məsələnin gizlədilməyəcəyini anlayıb Eldənizə bu barədə məlumat vermək qərarına gəlmişdir. 2021ci ilin təqribən dekabr ayının 2-si olardı Eldəniz onunla növbəti dəfə telefon əlaqəsi saxlayaraq pulunu tələb etdikdə o, Eldənizə qış parkının yanına dəvət etmişdir ki, onunla görüşüb «Günay» Bankın 2 saylı şöbəsinə aparsın ki, öz qulaqları ilə bank əməkdaşlarının dediklərini eşitsin. O, bankın əməkdaşı olan tanışı llqarə xanımla telefon əlaqəsi saxladıqda o hələ işdə olmadığını bildirmişdir. Bu səbəbdən o, Eldənizdən gözləməsini istəmişdir. Onun əvvəldəndə Eldənizlə birlikdə banka getmək niyyəti olmamışdır. Belə ki, aralarında dava dalaş olacağından ehtiyyat edirmiş, çünki Eldəniz ona qarşı əsəbi olmuşdur, llqarə xanım işə çatdıqdan sonra o, Eldəniz telefon əlaqəsi saxlayıb Günay banka getməsini demişdir. Bundan sonra Eldəniz özü banka gedib İlqarə xanımla görüşmüşdür İlqarə (mobil nömrəsi 055293-99-99) xanımda Eldənizə onun ifadəsində göstərdiklərini demişdir. Həmin günün axşamı Eldənizlə görüşdükdə o, başına gələnləri ona danışıb məsələni birlikdə həll etməyi təklif etmişdir. 2021-ci ilin dekabr ayının sonlarında artıq Eldənizlə münasibətləri korlandığı üçün o, pulun onun tərəfindən mənimsənildiyini düşünməyə başlamış və o, Eldənizi sakitləşdirmək üçün ona 1500 manat kart vastəsilə pul göndərmişdir. Bu müddət ərzində o, Mehracı tapa bilməmişdir ki, bu məsələni həll etsin. Həmin pul vəsaiti Mehrac tərəfindən ələ keçrilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanşı olduğu X4 şəhərində tikilən “Füzuli Hava LimanTnda müəyyən işlərin görülməsi üçün ona ayrılmış əlavə xərclərlə birlikdə 59500 manat pul vəsaitinin nəğdləşdirilməsindən ötrü ona müraciət etmişdir. O, da ona köməklik edəcəyini bildirmiş və təqdim etdiyi Şahid16 adına olan şirkətin adına həmin məbləğdə pulu köçürməyini və pulu çıxarıb ona verəcəyini bildirmiş, lakin Şahid16 adına olan şirkətin fəaliyyəti inşaat işləri ilə bağlı olmadığından həmin şirkətə köçürmə etmək mümkün olmamışdır. Daha sonra o, "xxxx" MMC-nin hesabını Eldənizlə Azərə vermişdir. Həmin ərəfələrdə o, Azərlə cəmi bir dəfə görüşmüşdür. Sonradan ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən həmin pul nağdlaşdırılıb və pullar Azər Abdullayevə verilməmişdir. O, həmin MMC-nın təmsilçilik hüququna malik direktoru X13 axtarsada onu tapa bilməmişdir. O, eşitmişdir ki, Kənan Həsənov pulların nağdlaşdırması ilə məşğuldur və ona görədə "xxxx" MMC-nin hesabını onlara məsləhət görmüşdür. Kənan Həsənovu tanımır və onunla heç bir münasibəti yoxdur. Zərərçəkmiş şəxs2 məxsus pulların ələ keçirilməsində iştirakı olmamışdır, ona həmin pulun heç bir məbləği çatmamışdır, ona sonradan məlum olmuşdur ki, həmin məbləğ Mehrac, Ərtoğrul və Elvin arasında bölüşdürülümüşdür. O, X18 bir dəfə görmüş, ona məxsus 59 500 manat pul "xxxx" MMC-nin hesabına köçürülmüş, daha sonra ona məlum olmayan səbəblərdən həmin MMC tərəfindən həmin pullar ələ keçirilərək Azər Abdullayevə verilməmişdir. Şahid17, Şahid16 və Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə heç bir aidiyyətləri yoxdur. Şahid17, Şahid16 və Təqsirləndirilən şəxs1 Azər Abdullayevə məxsus 59500 manat pulun ələ keçirilməsində iştirakları olmamış, onların ümumiyyətlə bundan xəbərləri olmamışdır (cild 8, iş vərəqə 98-101). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid13 ibtidai istintaq zamanı ifadəsinin məzmunundan görünür ki, o, Şahid12 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 13, iş vərəqə 38-43). Cinayət işinin materiallarinda olan 31 may 2022-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan plan quraraq 2020-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs1 Narkoloji Mərkəzə müalicə etdirmək üçün aparmaq adı ilə gecə saatlarında Qaradağ rayonunda Xocasən gölünün kənarına apardıqlarını, orada avtomobilin içərisində özünə məxsus kəmərlə Zərərçəkmiş şəxs1 boğaraq öldürdüklərini, daha sonra isə meyiti İsmayıllı rayonu, Tubu kəndinə gedən yolun solunda meşəlik ərazidə yandıraraq geri qayıtdıqlarını əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 əyani olaraq göstərdikləri ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi sərbəst ifadələri arasında hər hansı ziddiyyət aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs1 meyitini yandırdıqları yerin 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu, Tubu kəndinə gedilən yolun sol tərəfindən aşkar edilmiş meyitin yaxınlığındakı sönmüş ocaq izinin yeri ilə eyni olması müəyyən edilmişdir (cild 4, iş vərəqə 161-172). Cinayət işinin materiallarinda olan 1 iyun 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı ondan Zərərçəkmiş şəxs1 öldürmək müqabilində 10000 manat istəmədiyini, həmin məbləği Təqsirləndirilən şəxs1 özünün ona təklif etdiyini və onun da razılaşdığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ifadəsindən sonra onların Zərərçəkmiş şəxs1 əvvəlcə ona yüksək dozada narkotik vasitə qəbul etdirərək öldürməyi planlaşdırdıqlarını, bu məqsədlə Zərərçəkmiş şəxs1la birlikdə narkotik vasitə qəbul edərkən sonuncuya iynədə dozadan artıq narkotik vasitə saxladığını, lakin Zərərçəkmiş şəxs1 inyeksiya yolu ilə narkotik vasitə qəbul edən zaman öz normasına uyğun narkotik vasitə qəbul etdiyindən planlarının baş tutmadığını bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 sağ əli ilə qulağını qaşımaqla Təqsirləndirilən şəxs2 işrə verəndən sonra sonuncunun arxa oturacaqdan kəmərini Zərərçəkmiş şəxs1 boğazına ataraq onu boğması barədə razılaşmalarına baxmayaraq avtomobildə hərəkətdə olduqları zaman yadından çıxdığı üçün təsadüfən əli ilə qulağını qaşıdığını qeyd etsə də, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı bunu təsadüfən etmədiyini və qulağını qaşıyan zaman artıq avtomobili saxladığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı Zərərçəkmiş şəxs1 boğduğu zaman onun yalnız sağ əli ilə yox, hər iki əli ilə Zərərçəkmiş şəxs1 əllərindən tutaraq hərəkət etməsinin qarşısını aldığını və sonuncunun meyitini özü avtomobildən düşmədən arxaya keçirtdiyini bildirmişdir (cild 5, iş vərəqə 7-12). Cinayət işinin materiallarinda olan 17 noyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində qeyd etmiş olduğu xüsusatları, eləcə də, Təqsirləndirilən şəxs1 ona Rəşad Məmədovun adından pul verməklə və “Neyniyirsəne Rəşadı. O qardaşdan sənə xeyir var? Rəşad onsuz sənə pul göndərmirdik”, “Elə qardaşın var ki, qaz vurub qazan doldurur sənin üçün. O sənə neyniyib ki, neyniyirsən elə qardaşı, indidə düşmüsən əl ayağa. Bax birdən Rəşadın yaxşı yerini pis eliyərsən. Gəlib öldürər səni. Onsuz da vergi və banditizm Rəşadı axtarır, sən onlardan yaxşı axtarmayacaqsan ki” kimi sözlər deməklə onu Zərərçəkmiş şəxs1 itkin düşməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməsindən çəkindirdiyini bildirmişdir (cild 13, iş vərəqə 154-158). Cinayət işinin materiallarinda olan 28 mart 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri İsmayıllı-Bakı magistral yolundan təxminən 18 km aralı məsafədə, İsmayıllı rayonunun Tubu kəndinə gedən yolun sol tərəfində yerləşən kolluq ərazidir. Tubu kəndinə gedən yol asfalt örtüyü ilə əhatələnməmiş, həmin yol nisbətən yuxarıya doğru maili olmaqla sağ və sol tərəflərində kolluq ərazilər yerləşir. Naməlum insan skeleti Tubu kəndinə gedən yolun sol tərəfində, təxminən 2 metr aralıda arxası üstə uzadılmış vəziyyətdədir, skeletin mövcud olduğu yer açıq sahə olmaqla kənardan asanlıqla müşahidə edilir, skeletin başı sağ tərəfə doğru əyilmiş, hər iki qolu yana açılmaqla sağ biləyi və əli yoxdur, meyitin ayaqları yana açılmaqla, sol ayağı diz nahiyyədən içəriyə doğru bükülmüşdür, skeletin qabırğa qövsləri səviyyəsində açıq olmaqla daxili orqanlar və aşağı ətraf həmçinin cinsiyyət orqanı tamamilə yoxdur. Meyitin olduğu yerdən iyirmi metr aralı məsafədə kolluqların içərisində sabit formada, topa şəklində yanmış paltarların kül qalıqları vardır, kül qalıqlarının olduğu yerin üstündə olan kolun budağı hissdən qaralmış, başqa bir budağında isə gözlə görünən neft məhsullarının izi vardır. Həmin kül qalıqlarının ətrafında yanmış paltarların hissələri kolluqların arasında səpələnmiş formadadır, səpələnmənin xarakterindən ehtimal olunur ki, həmin paltar qalıqları daşınmaqla kənara atılmışdır. Qeyd olunan ərazidə kolluqlar arası məsafə yaxın olmaqla üzərlərində xırda buynuzlu heyvana məxsus yun qalıqları vardır, kolluqlar orta hündürlükdə olmaqla nizamsız formada səpələnmişdir. Kül qalıqlarının ətrafında kənarları yanaraq kömürləşmiş, üzərində “Dolce Qabana” yazısı olan göy rəngli cins şalvarın 6 ədəd qalıq parça hissələri, kül qalıqları olan yerdən 5 metr, kənarları yanaraq kömürləşmiş qara rəngli uzunqol sviterin 3 parça qalıq hissələri, kül qalıqları olan yerdən 3 metr məsafədə kənarları yanaraq kömürləşmiş qara rəngli maykanın 1 parça qalıq hissəsi, kül qalıqları olan yerdən 3 metr məsafədə, kənarları yanaraq kömürləşmiş içərisi tüklü, boz rəngli uzunqol gödəkçənin 4 parça qalıq hissələri, kül qalıqları olan yerdən ikisi 3 metr, biri isə 7 metr məsafədə kənarları yanaraq kömürləşmiş qara rəngli corabın 2 parça qalıq hissələri, kül qalıqları olan yerdən biri 2 metr, biri isə 6 metr məsafədə kənarları yanaraq kömürləşmiş yan tərəflərində ağ rəngli 3 ədəd zolağı olan idman şalvarın 3 parça qalıq hissələri, kül qalıqları olan yerdən biri 1 metr, biri 2 metr, digəri isə 8 metr məsafədə, kənarları yanaraq kömürləşmiş üzərində ağ qara zolaqları olan, sarımtıl qısaqol maykanın 1 parça qalıq hissəsi, kül qalıqları olan yerdən 2 metr məsafədə, kənarları yanaraq kömürləşmiş üzərində “Underwear” yazısı olan qara rəngli tumanın 1 parça qalıq hissəsi, kül qalıqları olan yerdən 1 metr məsafədə səpələnmiş, 1 ədəd üzərində “Elsil” yazısı olan, san rəngli kağız örtüklü sabun, 1 ədəd qara rəngli uc hissəsi yanaraq kömürləşmiş ayaqqabı ipinin hissəsi, bir qutu “Rapira” lezva, 1 ədəd “Calven Claine” markalı bel kəmərinin başlığı, 1 ədəd qara rəngli qatma və 1 ədəd düymə, kül qalıqlarının kənar hissəsində olan bir hissəsi yanmış iki ədəd odun parçası aşkar edilib ayrı-ayrılıqda nömrələnərək proses iştirakçıları və hal şahidlərinin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa kül qalıqlarının içərisində torpaqla qarşımış kül nümunələri, eləcə də kül qalıqlarının mövcud olduğu yerin aşağı və yuxarı hissələrindən sərbəst torpaq nümunələri nömrələnərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Kül qalıqlarının içərisində, eiəcə də ətrafında, eyni zamanda skletin aşkar edildiyi yerdə sürümə, dartma izləri, eləcə də qanabənzər ləkələr, ət parçası, hissəcikləri və bu kimi izlər aşkar edilməmişdir. Baxışda iştirak edən X44 bildirmişdir ki, 28 mart 2020ci il tarixdə təxminən saat 15 radələrində özünə məxsus “Şevrolet-Niva” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla çəpər çəkməyə kömək etməsinə görə Tubu kənd sakini Salehi götürmək, həm də kontur almaq üçün Qoşakənd kəndində olan marketə tək getmiş, lakin mağaza işləmədiyi üçün kontur ala bilmədiyindən, eyni zamanda yaxınlıqdakı Tubu kəndə tez gedib köməyə adam tapmaq məqsədi ilə avtomobili işə salıb həmin istiqamətə getmişdir. Tubu kəndi istiqamətində öz avtomobili ilə gedərkən kəndə çatmağa təxminən 2 km qalmış, döngəni dönüb yuxarı istiqamətdə hərəkətdə olan zaman yolun sol tərəfində cəsəd görmüşdür. Avtomobilin surətini azaldıb avtomobili saxlayaraq yerə düşmüş və həmin cəsədə yaxınlaşmışdır. Cəsədə yaxınlaşanda arxası üstə, ayağının biri bükülü formada, bir qolu bükülü olmaqla insan cəsədinə bənzəyən skelet görmüş və dərhal avtomobilinə minib avtomobili Qoşakənd kəndi istiqamətində döndərmiş və gördüyü cəsədlə bağlı Qoşakənd kəndinin icra nümayəndəliyinə məlumat vermişdir (cild 1,iş vərəqə 5-28). Cinayət işinin materiallarinda olan 28 mart 2020-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, meyit təşrih masasının üzərində uzadılmışdır. Müayinəyə təqdim edilmiş skletləşmiş meyit paltarsız olub, boyunun uzunluğu 171 sm-dir, skletləşmiş meyitdən yanıq qoxusu gəlir, başın dərisi təpə-ənsə nahiyəsində saxlanılır, digər nahiyələr (alın, üz, qulaqlar, göz və gözətrafı yumşaq toxumalar) tamamilə çılpaqlaşmışdırlar. Təpə və hər iki gigcah nahiyəsinin dərisi yoxdur, həmin nahiyələr çılpaqlaşmışdır, çılpaqlaşmış nahiyədə təpə və gicgah sümükləri aydın görünür, xəsarətsizdirlər, həmin nahiyə az qaraltılıdır, qismən yanmaya məruz qalmışdır. Başın təpə və ənsə nahiyəsində 4,0x4,0 sm sahədə başın tükləri saxlanılır, tüklər qara rəngdə olub 2- 3 sm-ə qədər uzunluqdadırlar, həmin nahiyədə 5,0x3,0 sm ölçüdə (sahədə) qurumuş torpaq kütləsi qeyd edilir, başın dərisinin digər nahiyələrində saçları yanmaya məruz qalaraq dazlaşmışdır (ütülmüşdür), burun sümük və qığıdaqlarından başqa, kəllə tağı sümükləri, üz skelet sümükləri, üst və alt çənə sümükləri tamdır, xəsarətsizdirlər, qaraltılıdırlar, yanmaya məzuq qalmışlar, burun kökündə sümük qatlarının kənarları nahamardır, kələ-kötürdür. Hər iki göz yuvasının içində çoxlu sayıda ağ dənəciklər şəklində yumurtalar aşkar edilir, üst çənədə soldan 1 ədəd, sağda 2 ədəd kəsici dişlərində bir-birinə calaq olunmuş bir (vahid) taxma dişlər (qapaq) qeyd edilir. Həmin dişlər adi diş rəngində olub dişlərin iç hissəsində metal qeyd edilir. Üst çənədə sağdan 5-6, soldan 7-8-ci dişləri yerində yoxdur, həmin nahiyədə zədəsizdir, digər dişləri təbiidir, tamdırlar. Boynu və çənəaltı yumşaq toxumalar tam çılpaqlaşmışdır, dilaltı sümük yoxdur, boyun fəqərə sümükləri aydın görünür, xəsarətsizdirlər, döş qəfəsi tam çılpaqlaşmışdır, bəzi qabırğaarası nahiyələrdə az miqdarda əzələ saxlanılır, həmin əzələlər saçaqlanmış vəziyətdədir. Döş və qarın boşluğu orqanları yerində yoxdur. Döş sümüyü və bəzi qabırğaların ucları sınmışdırlar- zədəlidirlər. Döş, bel və oma fəqərə sümükləri iç tərəfdən yanmaya məruz qalaraq nisbətən qaralmışlar. Çanaq sümükləri tam çılpaqlaşmış vəziyyətdədir, tamdırlar. Cinsiyyət orqanları yoxdur. Sol əli bilək nahiyədən əl barmaq uclarına qədər dəri və yumşaq toxumalar yanmaya məruz qalaraq qaralmışdır. Hər iki yuxarı və aşağı ətraflar tamamilə çılpaqlaşmışlar, sümüklər aydın seçilir. Sağ əl-bilək oynağından əl-daraq və falanqa dəri və sümükləri, büzdüm sümüyü və sol ayağın aşıqbaldır oynağından ayaq daraq, falanqa sümükləri, sağ ayaq falanqa sümükləri yerində yoxdurlar, sol ayağın alt nahiyəsində bir az dəri saxlanılır, dərinin ətrafı kələ-kötürdür, digər sümüklər tamdırlar. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən başın təpə və ənsə 4,0x4,0 sm sahədə başın tükləri, həmin nahəyədə 5,0x3,0 sm ölçüdə (sahədə) qurumuş torpaq kütləsi və skeletin üst çənəsində 3 ədəd metal keramika taxma dişlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 29-38). Cinayət işinin materiallarinda olan 31 may 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Meyvəli” Ticarət Mərkəzinin qarşısından 2.22 km. Xocasən qəsəbəsi istiqamətində avtomobil yolu ilə hərəkətdə olduqda əsas yoldan sağa doğru 110 metr irəlilədikdə qarşıya çıxan tozlu yol və onun ətrafındakı qamışlıq sahədir. Həmin yolun eni 10 metr olub, yol ilə 150 metr hərəkət etdikdə sola doğru yol bükülür və qəbiristanlığa doğru uzanır. Əsas yoldan sağa doğru hadisə yerinə getdikdə yolun sağ tərəfində yol ilə paralel olaraq yerdən 1 metr hündürlükdə beton dayaqlar üzərində 90 sm diametri olan gümüşü rəngli boru uzanır. Qeyd edilən borunun magistral qaz xətti olması ehtimal edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirdilər ki, 2020-ci ilin mart ayının əvvəllərində Hyundai Elantra markalı avtomobillə əsas yoldan sağa doğru 110 metr irəlilədikdən sonra Zərərçəkmiş şəxs1 avtomobilin içərisində boğaraq öldürmüşdürlər. Daha sonra, meyiti oradan İsmayıllı rayonuna apararaq Tubu kəndi istiqamətində dağın yamacında meşəlik sahədə yandırıblar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri ərazidə yer səthi tozlu torpaqdan ibarətdir, əraziyə yol kənarı boyunca çoxlu miqdarda məişət tullantıları boşaldılmışdın Əraziyə gedilən yoldan başqa hər tərəf 6 metrəyə qədər hündürlüyündə sıx qamışlıqla əhatə olunmuşdur. Qamışlığın dibi isə bataqlıqdan ibarətdir. Qamışlığın içərisinə doğru diqqətlə baxdıqda orada yer səthinin su və bataqlıqdan ibarət olması, üzərində isə köhnə illərdən qalmış, qurumuş qamışlann sıx ötrüyü müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs2 özünə məxsus qara rəngli metal toqqalı kəməri ilə Zərərçəkmiş şəxs1 boğandan sonra o, Təqsirləndirilən şəxs2 kəməri götürərək hadisə yerindən üzü Xocasən qəsəbəsi istiqamətində duraraq var gücü ilə kəməri qamışlığa doğru tullamışdır. Kəmər təxminən 20-30 metr irəlidə qamışlığın içərisinə doğru düşmüşdür. Lakin hava qaranlıq olduğundan kəmərin dəqiq olaraq hara düşməsini xatırlamır. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 kəməri həmin istiqamətdə tullamasını qeyd etmişdir. Baxış zamanı baxış iştirakçıları ilə birlikdə ətraf ərazilər eləcə də, Təqsirləndirilən şəxs1 qeyd etdiyi istiqamət mümkün olduğunca (konkret ərazi bataqlıq və qamışlıq sahə olduğundan həmin yerdə axtarış işləri aparılması mümkün olmadı) axtarılmış, lakin cinayətin aləti olan kəmər tapılmamışdır. Baxış zamanı həmin ərazi ilə Zərərçəkmiş şəxs1 meyitinin aşkar edildiyi İsmayıllı rayonu Tubu kəndi ərazisindəki məsafənin 172 km təşkil etməsi və həmin yerə 2 saat 26 dəqiqəlik avtomobil yolunun olması müəyyən edilmişdir. Baxış zamanı “Google earth” proqramına əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 meyiti 28 mart 2020-ci il tarixdə saat 15:30-da İsmayıllı rayonunun Tubu kəndi ərazisində 40°42'50.0"N 48°11'45.6"E kordinatlarda aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə əsasən isə müəyyən edilmişdir ki, 16 mart 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə sonuncunun yaşadığı Yasamal rayonunda yerləşən Kaktus restoranının yaxınlığında görüşərək Zərərçəkmiş şəxs1 öldürmək barədə plan qurduqdan sonra onu həmin əraziyə çağırmışlar. “Google earth” proqramına əsasən Yasamal rayonunda yerləşən Kaktus restoranının 40°22'27.7"N 49°48'19.1"E kordinatlarda yerləşməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə əsasən onların Zərərçəkmiş şəxs1 40°22'27.7"N 49O48'19.T'E kordinatlarda yerləşən ərazidə öldürdükləri müəyyən edilmişdir (cild 4, iş vərəqə 184-194). Cinayət işinin materiallarinda olan 30 aprel 2020-ci il tarixli “meyitin qəbirdən çıxarılması haqqında” protokoldan görünür ki, meyitin qəbirdən çıxarılması üçün nəqliyyat vasitəsi ilə İsmayıllı şəhərində yerləşən “Tək qəbir” adlanan qəbirstanlığa gəlindi. Bundan sonra İsmayıllı-Qaraməryəm yolundan 15 metr məsafədə, X3 və X6 məzarından 10 metr məsafədə dəfn olunmuş naməum meyitin qəbri müəyyən olundu. Budan sonra bellə qəbir qazılmağa başlanıldı. Qəbir 70 sm eni və 2 m uzunluqda qazıldı. Qəbir 1m 30sm dərininə qazıldıqdan sonra ağ parçaya bükülmüş vəziyyətdə naməlum skelet aşkar olundu.Daha sonra həmin ağ parçaya bükülü cəsəd qəbirdən çıxarılaraq kənara qoyuldu. Ağ parça bükülü açıldı, parça bükülü açıldıqdan sonra şəffaf sellofana bükülü cəsəd aşkar olundu. Şəffaf sellofan bükülü açıldıqdan sonra meyitin əvvəlcə ekspert tərəfindən kəllə skeleti götürüldü. Kəllə skeletinin alın-təpə sümüyü mişarlanmış vəziyyətdədir. Kəllə skeleti boyun nahiyəsində mişarla kəsilərək götürüldü. Bundan sonra meyitdən said-dirsək sümüyü götürüldü. Sonra meyitdən qamış-incik sümüyü və sağ bud sümüyü götürüldü. Götürülmüş nümunələr ekspertizaya göndərilməsi üçün qablaşdırıldı. Naməlum meyitin qalan hissələri yenidən çıxarıldığı qəbirdə dəfn olundu (cild 2, iş vərəqə 190-196). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24 X69 28 mart 2020-ci il tarixli 13 saylı rəyində qeyd edilmişdir ki, meyit tam skletləşmiş vəziyyətdə olduğundan ölümün səbəbi, ölümün baş vermə müddəti və şəraiti haqqında hər hansı bir fikir söyləmək mümkün deyil. Skletləşmiş meyitdə aşkar edilmiş başın, sol əlin, qabırğaların, bel-oma fəqərə sümüklərinin termiki-alov yanıqları və döş sümüyünün xəncərəbənzər çıxıntısının uc qığırdaq hissəsinin, sağ Vİ, Vİİ, Vİİİ və İX qabırğaların ön qoltuqaltı xətt üzrə zədələrindən başqa hər-hansı bir travmatik dəyişiklik, o cümlədən köhnə sınığın olması aşkar edilməmişdir. Həmin zədələr nahiyyəsində yumuşaq toxumaların olmaması səbəbindən o cümlədən, meyitin ənsə və daban nahiyəsində qismən qalmış və termiki təsirə məruz qalmış yumuşaq toxumaların məhkəmə-histoloji müayinəsi zamanı həyatilik əlamətləri aşkar edilməmişdir. Skletləşmiş sümüklərin məhkəmə-tibbi kriminalistik tədqiqatlarına əsasən demək olar ki, həmin sümüklər insan sümüyünə aid olub kişi cinsinə mənsub bir insana aiddirlər, onların mənsub olduğu şəxsin yaşı 30-40 yaşlarında, boyunun hündürlüyü sağlığında 163-167 sm hüdudları daxilində ola bilərdi. Götürülmüş dörd ədəd qabırğalarında aparılmış məhkəmə-tibbi kriminalistik müayinə zamanı aşkar edilmiş zədələr hər-hansı bir küt əşya (alət, predmet), həmçinin heyvan dişlərinin təsirindən törənə bilərdi. Meyitin üst çənəsində soldan 1, sağdan 1, 2 kəsici dişləri süni materialdan olmaqla biri-birinə arxa hissədən eyni cinsli formada qaynaq edilərək bir lövhə şəklində metal ştiflə üst çənəyə fiksasiya edilmişdir. Skletləşmiş meyitin kəllə boşluğundan götürülmüş bütün qan nümunəsinin məhkəmə-kimya tədqiqatları nəticəsində etil spirti aşkar edilməmişdir. Göndərilmiş bütün qanın miqdarı az olduğundan narkotik maddələrin tədqiqatını aparmaq mümkün olmamışdır. Skletləşmiş meyitin kəllə boşluğundan götürülmüş qan nümunəsinin məhkəmə-bioloji tədqiqatları nəticəsində qan qrupunun lll(+) olması müəyyən edilmişdir (cild 2, iş vərəqə 205-213). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X69 14 noyabr 2022-ci il tarixli 388-MTKŞ/2022 saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş sümüklər insan skelet sümüklərinə aid olub bir şəxsə məxsusdur. Təqdim edilmiş skelet sümükləri avropoid irqli kişi cinsinə mənsub skeletə aid olub onların mənsub olduğu şəxsin yaşı təxminən 30-45 yaş ilinin hüdudları daxilində, boyun hündürlüyü isə təxminən 166-171 sm hüdudları daxilində ola bilərdi. Meyit natamam skeletləşmiş və yanmaya məruz qalmış vəziyyətdə olduğundan, həmçinin skelet sümükləri üzərində əhəmiyyət kəsb edən hər-hansı bir xəsarətin aşkar edilməməsinə (meyitdə dilaltı sümüyün olmaması nəzərə alınmalıdır) görə, ölümün səbəbi, baş vermə müddəti və şəraiti haqqında hər-hansı bir fikir söyləmək mümkün deyil. Lakin, qeyd edilmiş meyitin vəziyyətini, tapıldığı şəraiti və ilin fəsilini, həmçinin çürümə dəyişikliyini nəzərə alaraq güman etmək olar ki, ölüm meyitin meyitxanada ilkin müayinə olunduğu vaxtdan təxminən 10-14 gün əvvəl baş verə bilərdi. İsmayıllı rayonunun Tubu kəndinə gedən yolun sol tərəfindəki kolluq sahənin kənarında aşkar edilmiş natamam skeletləşmiş meyitin ilkin məhkəmə-tibbi ekspertizası (xx.xx.2020ci il tarixli 13 saylı məhkəmə-tibbi ekspertizasının rəyi), meyitdən götürülmüş sümük obyektlərinin (qabırğaların) tibbi-kriminalistik müayinəsi (xx.xx.2020-ci il tarixli, 150- 2020/MTKŞ saylı akt) və həmin meyitin ekshumasiyası zamanı götürülmüş və ekspertizaya təqdim edilmiş sümüklərin məhkəmə-tibbi-kriminalistik ekspertizası zamanı müəyyən olunmuş dəyişikliklər : meyitin alın, təpə və hər iki gicgah nahiyələrinin, üz şöbəsinin, gövdənin, yuxarı və aşağı ərtafların yumşaq toxumalarının tam və natamam itirilməsi ilə müşayiət olunmaqla, kəllə tağı və üz skelet sümüklərinin, alt çənə sümüyünün, döş sümüyünün və qabırğaların müxtəlif dərəcələrdə olmaqla yanıq zədələri, burun sümüyünün, döş sümüyünün xəncərəbənzər çıxıntısının uc qığırdaq hissəsinin, sağ Vİ, Vİİ, Vİİİ və İX qabırğaların ön qoltuqaltı xətt üzrə tam və natamam (qabırğalardan birində) sınıqlar aşkar edilmişdir. Göstərilən yanıq xəsarətləri yüksək hərarətin (alovun) təsirindən əmələ gəlmişdir. Digər zədələr isə hər hansı bir məhdud ölçülü küt əşyanın (əşyaların) təsirindən, ola bilsin, heyvan dişlərinin təsirindən əmələ gələ bilərdi. Qeyd olunan zədələr və dəyişikliklər həyati deyil, ölümündən sonra əmələ gəlmişdir. Ekshumasiya olunmuş meyitdən götürülmüş və ekspertizaya təqdim edilmiş sağ bud sümüyünün böyük burmasının bayır səthində bir ədəd və sol daban sümüyünün arxa səthində bir ədəd kənari defektlər-zədələr aşkar olundu. Bu zədələr əvvəlcədən yüksək hərarətin (alovun) təsirinə məruz qalmış, daha sonra, məhdud ölçülü küt əşyanın (əşyaların) təsirindən ola bilsin, heyvanların dişlərinin təsirindən əmələ gəlmişdir. Təqdim edilmiş digər sümüklərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Hadisə yerində aşkar edilmiş meyitin müayinəsi zamanı onun dilaltı sümüyü, sağ bilək, əldarağı və falanqa sümükləri, sol ayaq daraqarxası, ayaqdarağı və falanqa sümükləri aşkar olunmamışdır. Bu sümüklərin anatomik olaraq yerləşməsini, onların kiçik ölçülərini və digər sümüklərə nisbətdə çox möhkəm və massiv olmadığını, həmçinin aşkar edilmiş meyitin vəziyyətini, meyitin müxtəlif sümüklərində aşkar edilmiş zədələrin xarakterini nəzərə alaraq demək olar ki, bu sümüklərin olmamasının səbəbi yüksək hərarətin təsiri nəticəsində yanması və ya heyvanlar tərəfindən dartılıb- dişlənilməsi və bədənindən tam ayrılması ola bilərdi. Meyitin müayinəsi zamanı bədənin əksər nahiyələrində dəri və əzələ toxumalarının, döş və qarın boşluğundakı daxili üzvlərinin olmamasının səbəbi meyitin yüksək hərarətə (alova) məruz qalması, davam edən çürümə prosesi ilə yanaşı, müxtəlif təbii fiziki faktorların və ətraf mühitin təsiri, heyvanlar tərəfindən dişlənməsi olmuşdur. Hadisə yerinə və meyitə baxış protokollarındakı məlumatlara və onlara əlavə edilmiş fotocədvəllərdəki görüntülərə əsaslanaraq demək olar ki, naməlum meyitin tapıldığı sahə əsas yeri deyil, ola bilsin ki, heyvanların tərəfindən müəyyən məsafəyə dartılıb-sürüklənmiş, bu zaman meyitin ilkin yeri və vəziyyəti dəyişdirilmişdir. Bu səbəbdən də meyit yandırıldığı zaman onun hansı ilkin vəziyyətində olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ekspertizaya təqdim edilmiş bütün geyim əşyalarının fraqmentlərində, əsasən kənari xarakterli zədələr aşkar olundu. Bu zədələr yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmişdir.Təqdim edilmiş gödəkçənin qol hissəsinin aşağı hissəsini təşkil edən fraqmentin bir səthində tək üst materialını əhatə edən 04 ədəd və qara rəngli parça hissəsi (maykanın fraqmenti) üzərində çoxsaylı məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizminə malik olub, fraqmentlərin müvafiq nahiyələrinin hər-hansı bir predmetə (predmetlərə) ilişib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Təqdim edilmiş gödəkçənin qol hissəsinin aşağı hissəsini təşkil edən fraqmentində saxlanılmış qol tikişində sökülmə aşkar olundu. Bu sökülmə küt qüvvə təsiri ilə materialın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Halhazırda hər hansı bir elmi əsaslı metodika işlənib hazırlanmadığından təqdim edilmiş geyim əşyalarının fraqmentlərində aşkar edilmiş zədələrin əmələ gəlmə müddəti barəsində fikir söyləmək mükün deyil. Ekspertizaya təqdim edilmiş geyim əşyalarının fraqmentlərində və meyitində yüksək hərarətin (alov) təsiri nəticəsində yaranmış zədələr aşkar olunmuşdur. Lakin, təqdim edilmiş geyim əşyaları tam şəkildə olmadığı üçün onların bədənində olan eyni xarakterli zədələrlə uyğunlaşdırmaq mümkün olmadı. İş materiallarında olan 28 mart 2020-ci il tarixli 13 saylı rəyinə əsasən (meyitin məhkəmə tibbi ekspertizası) skeletləşmiş naməlum meyitdən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Qeyd məhkəmə kimya şöbəsinə göndərilmiş qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin tədqiqatını aparmaq mümkün olmamışdır (cild 13, iş vərəqə 231-240). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X69 17 aprel 2020-ci il tarixli 255/2020-MTBŞ saylı rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş 6 ədəd şalvar kəsiyi və 4 ədəd gödəkcə kəsiyi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri alınmadığı üçün onun qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmamışdır. Təqdim edilmiş 2 ədəd san mayka kəsiyi, 2 ədəd corab kəsiyi və 1 ədəd tuman kəsiyi üzərində zəif intensivlikdə qan alındı. Bu ləkələrdən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün, qanın növünü təyin etmək mümkün olmamışdır. Təqdim olunmuş 3 ədəd sviter kəsiyi, 3 ədəd idman şalvarının kəsiyi və 1 ədəd qara mayka kəsiyi üzərində qan aşkar olunmamışdır (cild 3, iş vərəqə 18-22). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli 6/341- 3/274 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, hadisə yerindən götürülmüş kənarları yanaraq kömürləşmiş geyim paltarlarının (üzərində “Dolce Gabana” yazısı olan cins parçadan tikilmiş şalvar, qara rəngli uzunqol sviter, qara rəngli mayka, üst tərəfi parçadan, içəri tərəfi isə süni xəzdən gödəkçə, qara rəngli corab, göy rəngli idman şalvarı, tünd sarı, üzərində qara və ağ rəngli zolaqları olan mayka və üzərində “Underwear” yazısı olan alt tuman) qalıq hissələrinin üzərindən aşkar edilmiş mikrohissəciklərin rəngi və təbiəti rəyə əlavə edilmiş 1 saylı cədvəldə göstərilmişdir. Geyim əşyaları termiki təsirə məruz qaldığından öz ilkin forma və ölçülərini itirdiyindən, kəsilmə və s. vahid xətt müşahidə olunmadığından onların əvvəllər bir tamın hissələri olmasını müəyyən etmək mümkün olunmamışdır (cild 3, iş vərəqə 12-14). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli 6/342 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, kənarları yanaraq kömürləşmiş geyim paltarlarının qalıq hissələrinin və kül nümunələrinin üzərlərində şəkli dəyişmiş tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduğundan tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü və yanğından qabaq və ya sonra tökülməsini müəyyən etmək mümkün olmamışdır. Obyektlərin üzərlərində aşkar edilmiş neft məhsulunun izləri eyni qrup mənsubiyyətinə malikdirlər. Digər obyektlərdə, 1 ədəd üzərində “Elsil” yazısı olan və sarı rəngli kağız parçasına bükülmüş sabun, 1 ədəd qara rəngli uc hissəsi yanaraq kömürləşmiş ayaqqabı ipinin hissəsi, 1 qutu “Rapira” markalı lezviya, 1 ədəd “Calven Klein” markalı bel kəmərinin başlığı, 1 ədəd qara rəngli qatma, 1 ədəd düymə, 3 ədəd kol budağı və 2 ədəd odun parçası üzərində tez alışan neft məhsullarının və yanacaq sürtgü materiallarının izləri yoxdur (cild 3, iş vərəqə 26-28). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli 6/4157 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş yanmış paltarın kül nümunələrində və yarıyanmış geyim paltarlarının qalıq hissələrinin üzərində şəkili dəyişmiş tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduğundan (buxarlandığından) tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 1 ədəd üzərində “Elsil” yazısı olan və sarı rəngli kağız parçasına bükülmüş sabun, 1 ədəd qara rəngli uc hissəsi yanaraq kömürləşmiş ayaqqabı ipinin hissəsi, 1 qutu “Rapira” markalı lezviya, 1 ədəd “Calven Klein” markalı bel kəmərinin başlığı, 1 ədəd qara rəngli qatma, 1 ədəd düymə, 3 ədəd kol budağı və 2 ədəd odun parçası üzərində tez alışan neft məhsullarının və yanacaq-sürtgü materiallarının izləri yoxdur. Tədqiqata təqdim edilmiş yanmış paltarın kül nümunələrində və yarıyanmış geyim əşyalarında kimyəvi-sintetik tərkibli və təbii mənşəli qarışıq liflərdən istehsal olunmuş parçalardan istifadə olunmuşdur. Həmin kimyəvi- sintetik parçaların istehsalında neft emalı məhsullarından sintez olunan polimer-polipropilen və poliester liflərdən istifadə edilmişdir. Yanar mayelərin (spirt, aseton və s.) tərkibində tez buxarlanan komponentlər olduğu üçün, onların izləri əşyadaşıyıcılarının üzərində qalmır və bu səbəbdən, təqdim edilmiş yarıyanmış geyim əşyalarının üzərində yanar mayelərin izlərinin olub-olmamasını müəyyən etmək mümkün deyildir (cild 10, iş vərəqə 181-184). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 22/403R nömrəli rəyində qeyd edilmişdir ki, 28 mart 2020-ci il tarixdə İsmayıllı rayonu, Tubu kəndinə gedən yolun sol tərəfində, kolluq sahədə tapılmış üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti ilə X19 arasında ata xətti üzrə bioloji qohumluq əlaqəsinin olması müəyyən edilmişdir (cild 5, iş vərəqə 131-135). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X64 Şəxsi Ambulator X2 6 avqust 2022-ci il tarixli 4305 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 10, iş vərəqə 172-173). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X64 Şəxsi Ambulator X2 30 iyul 2022-ci il tarixli 4172 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 10, iş vərəqə 176-177). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X40 Hüquqi Şəxsin 1 avqust 2022-ci il tarixli 2016 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs1 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 hadisə vaxtı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 10, iş vərəqə 158-163). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X40 Hüquqi Şəxsin 8 avqust 2022-ci il tarixli 2094 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Qeyd olunan ekspert rəyinin təsviri əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 psixoloji müayinə zamanı ekspertlərlə söhbət edərkən də bir nəfəri adam satdığına görə öldürdüyünü, sonradan meyiti yandırdığını, hadisə zamanı Elvin adlı tanışının yanında olduğunu bildirmişdir (cild 10, iş vərəqə 166-169). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 15 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına **********, Təqsirləndirilən şəxs2 adına ********** saylı VÖEN hesablan, eləcə də Təqsirləndirilən şəxs2 adına "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (**********), "xxxx" MMC (VÖEN: **********), Zərərçəkmiş şəxs1 adına "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), X14 adına "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) yaradılmışdır (cild 5, iş vərəqə 237-239). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 24 avqust 2022-ci il tarixli məktubundan görünür ki, 17 mart 2020-ci il tarixdə saat 04:05-dən 05:45-ədək və saat 07:05-dən 09:50-ədək yağış yağmış yağıntının miqdarı 07:00-da 5,9 mm olmuşdur. 17 mart 2020-ci il tarixdə saat 01:00-da müşahidə müddətində hava tutqun buludlu, meteoroloji görünüş məsafəsi 20 km, havanın faktiki temperaturu 5,7C dərəcə, minimal temperatur 5,3C dərəcə, maksimal temperaturu 6,3C dərəcə, şərq istiqamətli küləyin maksimal sürəti 4m/san olmuşdur. Yağıntı qeydə alınmamışdır. 17 mart 2020-ci il tarixdə saat 04:00-da müşahidə müddətində hava tutqun buludlu, meteoroloji görünüş məsafəsi 20 km, havanın faktiki temperaturu 5,1 C dərəcə, minimal temperatur 4,7 dərəcə, maksimal temperaturu 5,9C dərəcə, cənub, cənub-şərq istiqamətli küləyin maksimal sürəti 3m/san olmuşdur. Yağıntı qeydə alınmamışdır (cild 9, iş vərəqə 43-48). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 1 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicə olunmamışlar (cild 6, iş vərəqə 50). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 10 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə, Təqsirləndirilən şəxs2 isə xx.xx.2019- xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə mərkəzdə könüllü şəkildə müalicə olunmuşdur. Respublika Narkoloji Mərkəzi tərəfindən təqdim olunmuş, Zərərçəkmiş şəxs1 məxsus xəstəlik tarixindən görünür ki, o, xəstəxanaya qəbul olunan zaman qohumu qismində Təqsirləndirilən şəxs2 iştirak etmiş və xəstəxana ilə müqaviləni imzalamışdır (cild 6, iş vərəqə 175-203). Cinayət işinin materiallarında olan 1 avqust 2022-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, (012) ***-**-** saylı nömrədən 2020-ci ilin mart ayında hər hansı nömrəyə zəng olunmamışdır. (012) ***-**-** saylı nömrəyə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 16 mart 2020ci il tarixdə saat 13:00-da zəng olunmuş və 55 saniyə danışıq qeydə alınmışdır. Həmin gün saat 16:24-də isə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən (012) ***-**-** saylı nömrəyə yenidən zəng olunmuş və 14 saniyə danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrədən (012) ***-**-** saylı nömrəyə 13 mart 2020-ci il tarixdə saat 16:18 və 22:07-də də iki dəfə zəng olunmuş və müvafiq olaraq 84 və 21 saniyə danışıq qeydə alınmışdır. (012) ***-**-** saylı nömrəyə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 31 yanvar 2020-ci il tarixdə saat 19:22-də zəng olunaraq 417 saniyə, ***-***-**-** saylı mobil nömrədən isə 1 fevral 2020-ci il tarixdə saat 16:23-də zəng olunaraq 105 saniyə danışıq qeydə alınmışdır (cild 6, iş vərəqə 33-34). Cinayət işinin materiallarında olan 21 iyun 2022-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 1 yanvar 2020-ci il tarixdən 1 iyul 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərə, anten məlumatlarına dair məlumatlar vardır. Həmin məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, 10-14 mart 2020-ci il tarixlərdə ***-***-**-** saylı mobil nömrənin anteni Şəki rayonu ərazisində olmuşdur. 15 mart 2020-ci il tarixdən isə ***-***-**-** saylı mobil nömrənin anteni Bakı şəhərinin müxtəlif rayonlarında görünür. 16 mart 2020-ci il tarixdə saat 15:51-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən zəng olunmuş və 24 saniyə danışıq qeydə alınmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 telefonunun anteni Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində görünür. Daha sonra Təqsirləndirilən şəxs1 telefonun anteni saat 16 radələrindən saat 23:42-dək Bakı şəhərinin Binəqədi, Yasamal və Səbail rayonlarının ərazisində görünür. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anteni 16 mart 2020-ci il tarixdə saat 23:54-də Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisini göstərir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anteni 17 mart 2020-ci il tarixdə saat 00:16-da Yasamal rayonu, X65 küçəsinin ərazisini göstərir. Saat 00:22-də isə anten dairəsi Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivinin ərazisini göstərir. ***-***-**-** saylı mobil nömrənin anteni 17 mart 2020-ci il tarixdə saat 00:38-00:40-da Qaradağ rayonu ərazisini əsasən Güzdək qəsəbəsi ərazisində quraşdırılmış antenin əhatə dairəsini göstərir. 17 mart 2020-ci il tarixdə saat 00:51-də isə Müşfiqabad və Pirəkeşkül qəsəbəsinin ərazisində quraşdırılmış antenin əhatə dairəsini göstərir. Saat 01:05-də isə yenidən Lökbatan qəsəbəsində quraşdırılmış antenin əhatə dairəsini göstərir. Bundan sonra, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055- ***-**-** saylı mobil nömrənin anteni ardıcıl olaraq 17 mart 2020-ci il tarixdə saat 01:41-də Qobustan rayonu, Təklə kəndi, saat 01:45də Müşfiqabad qəsəbəsi, saat 01:46-da Şamaxı yolu, saat 01:51-də Abşeron rayonu Pirəkeşkül kəndi, saat 01:53-də Qobustan qəsəbəsi, saat 02:40-da İsmayıllı rayonu Ağbulaq kəndi, saat 02:41-dən saat 02:53-ədək İsmayıllı rayonu Qoşakənd kəndi, saat 03:40-dan saat 08:43-ədək isə İsmayıllı rayonu Bizlan kəndi ərazisində, yaxınlığında yerləşikləri ərazinin adına uyğun olaraq müxtəlif şərti adlar altında quraşdırılmış antenlərin əhatə dairəsini göstərir. Daha sonra isə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055- 425- 82-05 saylı mobil nömrənin anteni 17 mart 2020-ci il tarixdə saat 08:43-dən saat 09:34-ədək Şamaxı rayonunun Muğanlı qəsəbəsinin ərazisində, saat 10:28-də isə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində quraşdırılmış antenlərin əhatə dairəsini göstərir. Bundan sonra isə onun mobil telefonunun əhatə dairəsi Bakı şəhərinin əsasən Qaradağ, Yasamal və Səbail rayonları olmaqla müxtəlif yerlərdə, | yerləşdikləri ərazinin adına uyğun olaraq müxtəlif şərti adlar altında quraşdırılmış antenlərin əhatə dairəsini göstərir. 17 mart 2020-ci i! tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən saat 14:52-də ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 630 saniyə danışıq qeydə alınmışdır. Həmin gün saat 15:50-də isə ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 31 saniyə danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 01 yanvar 2020-ci il tarixdən 01 iyul 2020-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərə, sms məlumatlarına, anten məlumatlarına dair məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, qeyd edilən dövr ərzində 055- ***-**-** saylı mobil nömrənin anteni yalnız bir dəfə yəni, 17 mart 2020-ci il tarixdə İsmayıllı rayonu ərazisində olmuşdur. ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 26 iyun 2020-ci il tarixdə saat 21:28-də “Afaq birdənə problemim var qurtarım gələcəm” məzmunlu SMS göndərilmişdir. Daha sonra həmin nömrədən ***-***-**-** saylı nömrəyə 28 iyun 2020-ci il tarixdə saat 15:14- də “Sabah gələcəm yığacam səni” məzmunlu SMS göndərilmişdir. Həmin gün saat 15:18-də isə “Axşam saat 6 da yığacam” məzmunlu SMS göndərilmişdir. ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş SMS mətnlərinə dair məlumatlar vardır. Həmin məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən xx.xx.2020-ci il tarixdə saat 03:50-də “Sabahınız xeyir Elvin menim telim yoxdu vatcapı herden qızdan yüklüyürem biraz vezyet pisdi Rovsende mehkemesi olacaq imkan olsa menide yad edin” məzmunlu SMS göndərilmişdir. Daha sonra həmin nömrədən ***- ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 14:53-də “Elvin xais edirem uşaqın ad gunudu rovsen xais etdi axsam olmasın seher acılandan ağlıyır” məzmunlu SMS göndərilmişdir. 26 iyun 2020-ci il tarixdə saat 18:42-də isə 070-308-40- 40 saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Elvin menem Afaq elmlerdeyem fatime xestelenib imkan var buralarda gor meni qurban olun veziyyetim pisdi” daha sonra isə ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən ***-***-**-** saylı mobil nömrəyə “Afaq bidənə prob”, “Sabah gələcəm yı” və “Axşam saat 6 da yı” məzmunlu SMS-lər göndərilmişdir. SMS mətnlərinin məzmunundan görünür ki, ***-***-**-** və 070-308- 40-40 saylı mobil nömrələr Zərərçəkmiş şəxs1 ölümündən sonra onun bacısı Şahid1 istifadəsində olmuşdur və sonuncu ərinin həbsdə olması, qızının xəstə olması, maddi imkanının olmaması ilə bağlı Təqsirləndirilən şəxs1 ona maddi köməklik göstərməsi üçün SMS-lər yazmışdır (cild 5, iş vərəqə 69-92). Cinayət işinin materiallarında olan 26 avqust 2022-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərdən görünür ki, həmin nömrə 17 fevral 2020-ci il tarixə qədər istifadə olunmuş, həmin tarixdən sonra istifadə olunmamışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərdən görünür ki, 16 mart 2020-ci il tarixdə saat 16:24-də Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ev telefonu olan ***-***-**-** saylı nömrəyə zəng etmiş, 14 saniyə danışmışdır. Sonra saat 16:32 və 16:34-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə zəng etmiş müvafiq olaraq 20 və 18 saniyə danışmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə saat 16:35, 17:29 və 17:31-də 3 dəfə zəng etmiş və müvafiq olaraq 43, 37,19 saniyə danışmışdır. Həmin gün saat 21:13-də Omega Taksi şirkətinə zəng edərək taksi sifariş vermişdir. Saat 22:17-də yenidən Omega Taksi şirkətinə zəng edərək taksi sifariş vermişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anteni 16 mart 2020-ci il tarixdə saat 23:22-də sonuncu dəfə Yasamal rayonu Mətbuat prospektini, Nazim Hikmət küçəsinin yerləşdiyi əraziləri göstərir. Bundan sonra isə onun telefonunun anteni 17 mart 2020-ci il tarixdə saat 10:20-də Xırdalan şəhəri, sonra isə Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisini göstərir (cild 9, iş vərəqə 23-30). Cinayət işinin materiallarında olan 31 avqust 2022-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-******* saylı mobil nömrəyə 16-17 mart 2020-ci il tarixdə daxil olan və çıxan zənglərə, zənglərin qeydə alındığı antenlərə dair məlumatlar aşağıdakı cədvəl formasındadır: Zəng edən: Zəng olunan: Tarix: Vaxt: ARANANİN ANTEN: CELL İD-si **********58 **********4949 2020/03/16 33 ARAYANİN Babek pr.Kesle 00:48:29 CELL İD-si qes. ********** **********4949 2020/03/16 33 ARANANİN Azadliq pr.- 00:48:29 CELL İD-si Ruhullah Axundov kuch. ********** 00**********58 2020/03/16 19 ARANAN İNTebriz kuc 12:27:35 CELL İD-sl **********58 **********8020 2020/03/16 12 ARAYANİN Montin, ATC67, Şahid1 12:59:28 CELL İD-si Kesle, Babek pr. **********58 **********4368 2020/03/16 56 ARAYANİN Montin, ATC67, Rəşadın ev 13:00:18 CELL İD-si Kesle, Babek pr. telefonu ********** 00**********58 2020/03/16 48 ARANAN İNBabek pr,Kesle 16:03:41 CELL İD-si qes. 99********** 00**********58 2020/03/16 48 ARAYANİN Sabirobad r-nu 16:03:41 CELL İD-si Qalagayin kendi ********** 00**********58 2020/03/16 1 ARANANİN Montin, ATC67, 16:16:12 CELL İD-si Kesle, Babek pr. **********58 **********4949 2020/03/16 44 ARAYANİN Lökbatan 18:56:12 CELL İD-si ********** **********4949 2020/03/16 44 ARANANİN Nərimanov r-nu., 18:56:12 CELL İD-si Aga Neymetulla kuc., 34 sayli bina ********** 00**********58 2020/03/16 34 ARANANİN Lökbatan 19:00:56 CELL İD-si ********** 00**********58 2020/03/16 136 ARANANİN Qaradağ ray., 19:07:30 CELL İD-si Lökbatan qes 99********** 00**********58 2020/03/16 136 ARAYANİN Nərimanov r-nu., 19:07:30 CELL İD-si Aga Neymetulla kuc., 34 sayli bina ********** 00**********58 2020/03/16 90 ARANANİN Qaradağ r- Təqsirləndirilən 19:14:29 CELL İD-si nu.SEDEREK şəxs1 Ticaret Merkezi ********** 00**********58 2020/03/16 19 ARANANİN Badamdar qes 19:20:15 CELL İD-si ********** 00**********58 2020/03/16 9 ARANANİN Qaradağ r- 19:22:18 CELL İD-si nu,SEDEREK Ticaret Merkezi ********** 00**********58 2020/03/16 13 ARANANİN Memmed Arif kuc 22:21:27 CELL İD-si ********** 00**********58 2020/03/16 10 ARANANİN Asad Ahmadov 22:43:57 CELL İD-si kuc. **********58 0099********** 2020/03/17 26 ARAYANİN Babek pr,Kesle 12:46:38 CELL İD-si qes. ***-******* saylı mobil nömrəyə 16-17 mart 2020-ci il tarixdə daxil olan və çıxan zənglərə, zənglərin qeydə alındığı antenlərə dair məlumatlardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 16 mart 2020-ci il tarixdə saat 12:59-da Şahid1 istifadəsində olmuş ***-******* saylı nömrəyə zəng etmiş və 12 saniyə danışmışdır. Daha sonra o, saat 13:00da Zərərçəkmiş şəxs1 yaşadığı evdə olmuş ***-***-**-** sayılı nömrəyə zəng etmiş və 56 saniyə danışmışdır. Qeyd olunan danışıqlar zamanı Təqsirləndirilən şəxs2 telefonunun anteni Nərimanov rayonu Keşlə qəsəbəsinin ərazisini göstərir. Həmin gün saat 18:56-dan etibarən Təqsirləndirilən şəxs2 telefonunun anteni Lökbatan qəsəbəsinin ərazisini göstərir. 16 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Lökbatan qəsəbəsində Sədərək Ticarət Mərkəzinin yaxınlığında olduğu zaman onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-******* saylı mobil nömrədən zəng olunaraq saat 19:14-də 90 saniyə, 19:20-də 19 saniyə, 19:22-də isə 9 saniyə danışıq qeydə alınmışdır. Daha sonra onlar arasında yenidən danışıq Təqsirləndirilən şəxs1 zəngi əsasında saat 22:21-də 13 saniyə, saat 22:43-də isə 10 saniyə qeydə alınmışdır. Həmin vaxt isə Təqsirləndirilən şəxs2 telefonunun nömrəsi Yasamal rayonunda Əsəd Əhmədov küçəsi və Məmməd Arif küçələrində qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrə ilə birdə 17 mart 2020-ci il tarixdə saat 12:46-da atasına məxsus ***-******* saylı nömrə ilə Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisindən danışmışdır. Məktubun məzmunundan görünür ki, ***-***-**-** saylı mobil nömrədə 1 yanvar 2020-ci il tarixdən 1 iyul 2020-ci il tarixədək olan müddət ərzində internet xidmətindən istifadə olunmamışdır (cild 10, iş vərəqə 4-6). Cinayət işinin materiallarında olan 15 noyabr 2022-ci il tarixli “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-******* saylı mobil nömrəyə daxil olan və çıxan SMS-lərə dair məlumatlara əsasən həmin nömrənin Zərərçəkmiş şəxs1 məxsus olması müəyyən edilmişdir. Həmin nömrəyə daxil olan və çıxan zənglərdən görünür ki, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamışdır. 16-17 mart 2020-ci il tarixdə həmin nömrəyə daxil olmuş və çıxan zənglərdən görünür ki, 16 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 səhər saatlarında etibarən dəfələrlə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı nömrəyə, Şahid1 məxsus ***-***-**-** saylı nömrəyə və ***- ***-**-** saylı nömrəyə zəng etmiş, lakin balansında kifayət qədər məbləğ olmadığından danışıq baş tutmamışdır. Saat 14:10 və 14:21-də 077-377-00- 55 saylı nömrədən ona geri zəng olunmuş, 28 və 22 saniyə danışıq qeydə alınmışdır. Saat 14:53-də ona ***-***-**-** saylı nömrədən zəng olunmuş və 20 saniyə danışıq qeydə alınmışdır. Həmin gün saat 16:35, 17:29 və 17:31-də Zərərçəkmiş şəxs1 məxsus ***-******* saylı mobil nömrəyə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055- ***-**-** saylı mobil nömrədən zəng gəlmiş və müvafiq olaraq 43,37,19 saniyə danışıq qeydə alınmışdır. Saat 19:48, 21:00, 23:17, 23:41, 23:54, 00:15 və 00:22-də isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 məxsus 070-218- 88-74 saylı nömrədən zəng olunmuş və müxtəlif müddətə danışıq qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 sonuncu danışığı isə 17 mart 2020-ci il tarixə saat 00:40-da bacısı Şahid1 məxsus ***-***-**-** saylı nömrə ilə 44 saniyə olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə olan danışıqlar aşağıdakı cədvəl formasındadır: Zəng edən: Zəng olunan: Tarix: Vaxt: ANTEN: ***-***-**-** ***-***-**-** 2020/03/16 28 Bakı şəhəri, Qaradağ rayonu, 14:10 Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 22 Bakı şəhəri, Qaradağ rayonu, 14:21 Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 20 Bakı şəhəri, Qaradağ rayonu, Zərərçəkmiş 14:53 Lökbatan qəsəbəsi, Nizami şəxs1 küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 43 Bakı şəhəri, Qaradağ rayonu, Təqsirləndirilən 16:35 Lökbatan qəsəbəsi, Nizami şəxs2 küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 37 Bakı şəhəri, Qaradağ rayonu, 17:29 Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 19 Bakı şəhəri, Qaradağ rayonu, 17:31 Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 33 Bakı şəhəri, Qaradağ rayonu, Təqsirləndirilən 19:48 Lökbatan qəsəbəsi, Nizami şəxs1 küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 33 Bakı şəhəri, Qaradağ rayonu, 21:00 Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 38 Bakı şəhəri, Qaradağ rayonu, 23:17 Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 31 Bakı şəhəri, Qaradağ rayonu, 23:41 Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/16 21 Bakı şəhəri, Qaradağ rayonu, 23:54 Lökbatan qəsəbəsi, Nizami küçəsi 5A ***-***-**-** ***-***-**-** 2020/03/17 25 Yasamal rayonu, Şərifzadə 00:15 küçəsi ***-***-**-** ***-***-**-** 2020/03/17 21 Yasamal rayonu, Şərifzadə 00:22 küçəsi ***-***-**-** ***-***-**-** 2020/03/17 44 Bakı şəhəri, Qaradağ rayonu, Şahid1 00:40 Lökbatan qəsəbəsi, Sədərək Ticaret Merkezi Anten məlumatlarından da göründüyü kimi Zərərçəkmiş şəxs1 16 mart 2020-ci il tarixdə saat 23:54-ə qədər Qaradağ rayonu Lökbatan qəsəbəsində, bundan sonra 17 mart 2020-ci il tarixdə saat 00:13-dən 00:29-a qədər Yasamal rayonu Şərifzadə küçəsi, saat 00:39-dan 00:40-a qədər isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticaret Mərkəzinin yaxınlığında olmuşdur. Saat 00:40-dan sonra isə onun telefonunda heç bir zəng, SMS və anten məlumatı qeydə alınmamış, nömrə həmin tarixdən hazıradək istifadə olunmamışdır. ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan SMS-lərə dair məlumatlardan görünür ki, həmin nömrə Təqsirləndirilən şəxs1 məxsusdur. Təqsirləndirilən şəxs1 daxil olan və çıxan zənglərdən görünür ki, 16 mart 2020-ci il tarixdə saat 19:14-də o Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrəyə 3 dəfə zəng etmişdir. Daha sonra o saat 19:48-də və 21:00-da Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Saat 21:21-də yenidən Təqsirləndirilən şəxs2 zəng etmiş və 12 saniyə danışmışdır. Saat 22:43-də yenidən Təqsirləndirilən şəxs2 zəng etmiş və 10 saniyə danışmışdır. Saat 23:17-də yenidən Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və 37 saniyə danışmışdır. Bundan sonra saat 23:41-dən 00:22-dək yenidən Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və 4 dəfə danışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrə ilə yalnız 16 mart 2020-ci il tarixdən 17 mart 2020-ci il tarixə keçən gecə yalnız saat 00:30-da ***-***- **-** saylı mobil nömrə ilə danışmışdır. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə olan danışıqlar aşağıdakı cədvəl formasındadır: Zəng edən: Zəng olunan: Tarix: Vaxt ANTEN: ***-***-**-** ***-***-**-** 2020/03/16 90 Qaradağ rayonu, Lökbatan Təqsirləndirilən Təqsirləndirilən 19:14 qəsəbəsi ***-***-**-** ***-***-**-** 2020/03/16 19 Qaradağ rayonu, Lökbatan 19:20 qəsəbəsi ***-***-**-** ***-***-**-** 2020/03/16 9 Səbail rayonu, Badamdar 19:22 qəsəbəsi ***-***-**-** ***-***-**-** 2020/03/16 132 Binəqədi rayonu, Biləcəri Zərərçəkmiş 19:48 qəsəbəsi şəxs1 ***-***-**-** ***-***-**-** 2020/03/16 33 Binəqədi rayonu, Mir Cəlal 21:00 küçəsi ***-***-**-** ***-***-**-** 2020/03/16 12 Yasamal rayonu, Yeni Yasamal 22:21 ***-***-**-** ***-***-**-** 2020/03/16 10 Yasamal rayonu, Yeni Yasamal 22:43 ***-***-**-** ***-***-**-** 2020/03/16 37 Yasamal rayonu, Yeni Yasamal 23:17 ***-***-**-** ***-***-**-** 2020/03/16 31 Yasamal rayonu, Şərifzadə 23:41 küçəsi ***-***-**-** ***-***-**-** 2020/03/16 21 Yasamal rayonu, Şərifzadə 23:54 küçəsi ***-***-**-** ***-***-**-** 2020/03/17 25 Yasamal rayonu, Şərifzadə 00:15 küçəsi ***-***-**-** ***-***-**-** 2020/03/17 21 Yasamal rayonu, Şərifzadə 00:22 küçəsi ***-***-**-** ***-***-**-** 2020/03/17 Yasamal rayonu, Şərifzadə 00:30 küçəsi Bundan sonra, Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrənin anteni saat 01:22-də Qaradağ rayonu Buta qəsəbəsi, saat 01:25-də Qaradağ rayonu Qızıldaş qəsəbəsi, saat 01:33-də Qaradağ rayonu Güzdək qəsəbəsi, saat 01:49-da Abşeron rayonu Pirəkeşkül qəsəbəsi, saat 02:27-də Şamaxı rayonu Göylər kəndi, saat 02:29-da Qobustan şəhəri, saat 03:12-də Şamaxı rayonu Çuxuryurd kəndi, saat 03:23-dən 10:00dək İsmayıllı rayonu Tircan kəndi, saat 10:00-dan etibarən Abşeron rayonu Pirəkeşkül qəsəbəsi, Şamaxı Şosesi, Bakı şəhəri Xocasən qəsəbəsi, saat 11:06-dan isə yenidən Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisini göstərmişdir (cild 13, iş vərəqə 121-146). Cinayət işinin materiallarında olan Azərbaycası Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 7 iyun 2022-ci il tarixli, **********978500 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı ünvan 11 malik direktoru Şahid16, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 2********) hüquqi ünvanı ünvan 12sına malik direktoru X51r (cild 8, iş vərəqə 90). Cinayət işinin materiallarında olan 24 noyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin müraciəti əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən (1 saylı Xəzinədarlıq İdarəsi) təqsirləndirilən şəxs Şahid16 rəhbəri olduğu "xxxx" MMC-nin "xxxx" ASC-nin Yasamal rayonu ərazisində fəaliyyət göstərən 2 saylı şöbəsindəki bank hesabına 31223 AZN məbləğində olan pul vəsaiti köçürülmüşdür (cild 7, iş vərəqə 199). Cinayət işinin materiallarında olan 15 fevral 2022-ci il tarixli "xxxx" ASC-nin məktubundan görünür ki, "xxxx" MM-nin hesabına xx.xx.2021-ci il tarixdə daxil olan 31223 AZN (otuz bir min iki yüz iyirmi üç manat) məbləği Şahid16 tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Xətai filialına Təqsirləndirilən şəxs1 hesabına köçürülmüşdür. Həmin məktuba köçürməyə dair ödəniş tapşırığının sürəti əlavə edilmişdir (cild 7, iş vərəqə 39-40). Cinayət işinin materiallarında olan 26 avqust 2022-ci il tarixli "xxxx" ASC-nin məktubundan və hesabdan çıxarışlardan görünür ki, 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 hesabına xx.xx.2021-ci il tarixli 20 21 saylı müqaviləyə əsasən xidmət haqqı olaraq 31192 manat məbləğində pul köçürülmüş və həmin gün 31121 manat məbləğ hesabdan çıxarılmışdır. 26 noyabr 2022-ci il tarixdə saat 11:50:22-də kartın hesabına xx.xx.2021-ci il tarixli 20 21 saylı müqaviləyə əsasən xidmət haqqı olaraq 31192 manat pul köçürülmüşdür. Saat 12:00-da həmin məbləğdən 70 manat digər kart hesabına köçürülmüş, saat 12:20:13-də isə 31121 manat pul "xxxx" ASC-nin Bakı şəhəri, Xətai filialındakı kassadan çıxarılaraq nağdlaşdırılmışdır (cild 9, iş vərəqə 50, 52, 69, 85 və 94). Cinayət işinin materiallarında olan 8 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 28 mart 2020-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş yanmış paltarların kül qalıqları, kənarları yanaraq kömürləşmiş, üzərində “Dolce Qabana” yazısı olan göy rəngli cins şalvarın 6 ədəd qalıq parça hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli uzunqol sviterin 3 ədəd qalıq parça hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli maykanın 1 ədəd qalıq parça hissəsi, kənarları yanaraq kömürləşmiş içərisi tüklü, boz rəngli uzunqol gödəkcənin 4 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli corabın 2 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş yan tərəflərində ağ rəngli 3 ədəd zolağı olan idman şalvarının 3 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş üzərində ağ qara zolaqları olan, sarımtıl qısaqol maykanın 3 parça qalıq hissəsi, kənarları yanaraq kömürləşmiş üzərində "Underwear” yazısı olan qara rəngli tumanın 1 parça qalıq hissəsi, 1 ədəd üzərində "Elsil" yazısı olan və sarı rəngli kağız parçasına bükülmüş sabun, 1 ədəd qara rəngli uc hissəsi yanaraq kömürləşmiş ayaqqabı ipinin hissəsi, 1 qutu "Rapira" lezva, 1 ədəd "Calven Claine" bel kəmərinin başlığı, 1 ədəd qara rangli qatma, 1 ədəd düymə, 3 ədəd kol budağı və 2 ədəd odun parçası, meyitin olduğu yerdən götürülmüş qurumuş torpaq kütləsi, 28 mart 2020-ci il tarixdə meyitə baxış zamanı meyitin başın təpə və ənsə nahiyəsindən götürülmüş tüklər, skeletin üst çənəsində 3 ədəd metal keramika taxma dişlər, Zərərçəkmiş şəxs1 məxsus sümüklər maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 14, iş vərəqə 5-113). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 16 iyun 2023-cü il tarixli məktubundan və tibbi kitabçaların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 1 iyun 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və tibbi müayinə zamanı sağ gözaltı nahiyədə bənövşəyi rəngli qançır, sol qarın nahiyəsində və sol said nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 1 iyun 2022ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar olunmamış, sol said, sol bazu nahiyəsində postinyeksion trofik yaralar müşahidə olunmuşdur (cild 15). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Daxili İşlər Nazirliyinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X24” X43 1 iyun 2022-ci il tarixli 1095 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarət - sağ göz qapaqları və gözaltı nahiyənin qançırı bərk-küt əşyanın təsirindən müayinədən 7-9 gün əvvəl əmələ gəlmiş, qərarda göstərilən 28 may 2022-ci il tarixdə əmələ gəlməsi istisna olunur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur (cild 10, iş vərəqə 18-20). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid məlumat axtarış sistemindən götürülmüş məlumatlardan və Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 5, iş vərəqə 200-207 və cild 7, iş vərəqə 184). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 32.4,120.2.5, 178.2.1, 178.2.4 və 245-ci, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6 və 245-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ogluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işin materiallarında olan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan tam olaraq ödənildiyindən onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (cild 8, iş vərəqə 4, cild 15). Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirildiyi cinayət əməli nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs1 cinayəti başqa cinayəti gizlətmək məqsədi ilə törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 5 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 7, iş vərəqə 91). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin 7 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 7, iş vərəqə 167-169). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 8, iş vərəqə 9-16). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 5 mart 2022-ci il tarixdən 20 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 31 may 2022-ci il tarixdə tutulmuşdur (cild 4, iş vərəqə 136). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmışdır (cild 5, iş vərəqə 15-20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 iyun 2022-ci il tarixdən hesablanmışdır (cild 5, iş vərəqə 22-27). Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.5-ci maddələrinin tələblərinə əsasən “az ağır” və “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.5-ci maddələrinin tələblərinə əsasən “az ağır” və “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 1 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 378 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 189 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 28 mart 2020-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş yanmış paltarların kül qalıqları, kənarları yanaraq kömürləşmiş, üzərində “Dolce Qabana” yazısı olan göy rəngli cins şalvarın 6 ədəd qalıq parça hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli uzunqol sviterin 3 ədəd qalıq parça hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli maykanın 1 ədəd qalıq parça hissəsi, kənarları yanaraq kömürləşmiş içərisi tüklü, boz rəngli uzunqol gödəkçənin 4 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli corabın 2 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş yan tərəflərində ağ rəngli 3 ədəd zolağı olan idman şalvarının 3 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş üzərində ağ qara zolaqları olan, sarımtıl qısaqol maykanın 3 parça qalıq hissəsi, kənarları yanaraq kömürləşmiş üzərində "Underwear” yazısı olan qara rəngli tumanın 1 parça qalıq hissəsi, 1 ədəd üzərində "Elsil" yazısı olan və sarı rəngli kağız parçasına bükülmüş sabun, 1 ədəd qara rəngli uc hissəsi yanaraq kömürləşmiş ayaqqabı ipinin hissəsi, 1 qutu "Rapira" lezva, 1 ədəd "Calven Claine" bel kəmərinin başlığı, 1 ədəd qara rangli qatma, 1 ədəd düymə, 3 ədəd kol budağı və 2 ədəd odun parçası, meyitin olduğu yerdən götürülmüş qurumuş torpaq kütləsi, 28 mart 2020-ci il tarixdə meyitə baxış zamanı meyitin başın təpə və ənsə nahiyəsindən götürülmüş tüklər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan skeletin üst çənəsində 3 ədəd metal keramika taxma dişlər və Zərərçəkmiş şəxs1 məxsus sümüklər hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 32.4,120.2.5, 178.2.1, 178.2.4 və 245-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6 və 32.4,120.2.5-ci maddələri ilə 17 (on yeddi) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-ci maddələri ilə 2 (iki) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 5 mart 2022-ci il tarixdən 20 may 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 17 (on yeddi) il 9 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6 və 245-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5 və 120.2.6-cı maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 378 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 189 manat tutularaq dövlət nəfinəkeçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 28 mart 2020-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş yanmış paltarların kül qalıqları, kənarları yanaraq kömürləşmiş, üzərində “Dolce Qabana” yazısı olan göy rəngli cins şalvarın 6 ədəd qalıq parça hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli uzunqol sviterin 3 ədəd qalıq parça hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli maykanın 1 ədəd qalıq parça hissəsi, kənarları yanaraq kömürləşmiş içərisi tüklü, boz rəngli uzunqol gödəkçənin 4 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş qara rəngli corabın 2 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş yan tərəflərində ağ rəngli 3 ədəd zolağı olan idman şalvarının 3 parça qalıq hissələri, kənarları yanaraq kömürləşmiş üzərində ağ qara zolaqları olan, sarımtıl qısaqol maykanın 3 parça qalıq hissəsi, kənarları yanaraq kömürləşmiş üzərində "Underwear” yazısı olan qara rəngli tumanın 1 parça qalıq hissəsi, 1 ədəd üzərində "Elsil" yazısı olan və sarı rəngli kağız parçasına bükülmüş sabun, 1 ədəd qara rəngli uc hissəsi yanaraq kömürləşmiş ayaqqabı ipinin hissəsi, 1 qutu "Rapira" lezva, 1 ədəd "Calven Claine" bel kəmərinin başlığı, 1 ədəd qara rangli qatma, 1 ədəd düymə, 3 ədəd kol budağı və 2 ədəd odun parçası, meyitin olduğu yerdən götürülmüş qurumuş torpaq kütləsi, 28 mart 2020-ci il tarixdə meyitə baxış zamanı meyitin başın təpə və ənsə nahiyəsindən götürülmüş tüklər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan skeletin üst çənəsində 3 ədəd metal keramika taxma dişlər və Zərərçəkmiş şəxs1 məxsus sümüklər hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar