Məhkəmə qərarları › İş №1(101)-145/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-145/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-145/2025 11.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X46-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X41, X7, X20, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X11 Müdafiəsi üzrə İdarəsinin prokurorları, Dövlət ittihamçısı, X21, Zərərçəkmiş şəxs2, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, Müdafiəçi14, Müdafiəçi6, Müdafiəçi5, Müdafiəçi8, Müdafiəçi3, "Arbitrum" Vəkil bürosunun vəkili Müdafiəçi17, “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi16, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi11, “Fides” vəkil Bürosunun vəkili Müdafiəçi9, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi12, Bakı şəhəri 21 saylı Vəkil bürosunun vəkili X27, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi15 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1992-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 170.3, 274 və 278.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, usta, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi X149 2 ev 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 274, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs3, 31 avqust 2001-ci ildə Lənkəran rayonu Liman şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, İ.M.Seçenov adına X124 Tibb Universitetinin Bakı filialında 5-ci kurs tələbəsi, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ında yaşamış, hazırda hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 274, 28,277 və 278.2-ci maddələri ilər, Təqsirləndirilən şəxs4, xx xxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 274, 28,277 və 278.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs5, xx xxxxx 2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, işsiz, ünvan 8 ünvanında qeydiyyatda olmaqla və ünvan 9 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 274 və 278.2-ci maddələri ilə , Təqsirləndirilən şəxs6, xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olmamış, subay, orta təhsilli, işsiz, ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 274 və 278.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs7, 18 avqust 1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 11 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Bİnəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində fərdi evdə yaşayan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 278.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs8, xx xxxxxx 1997-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Dövlətyarlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu Rabitə Kollecinin yataqxanasında yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.1-1, 28,277 və 278.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs9,xx xxxxxx 2004-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs10,xx xxxx 2001-ci ildə Tərtər rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, zərgər işləyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Seyidimli kəndində qeydiyyatda olan və yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs11,27 avqust 1987-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, piano ustası işləyən, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olmaqla ünvan 13 ünvanında yaşayan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs12,xx xxxxxx 2003-cü il tarixdə Gədəbəy rayonundan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, Gədəbəy rayonu Zəhmətkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi Həsən Əliyev küçəsində fərdi evdə yaşamış hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs13,xx xxxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, ünvan 14 ünvanında qeydiyyatda olan və yaşayan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayında Şirvan şəhəri ərazisində olarkən “Telegram” ani mesajlaşma sistemində İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Axundzadə Ruhulla Höccət oğlu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6 və 28,277-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş X16 ilə danışaraq, sonuncuların vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq həmin xarici xüsusi xidmət orqanının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə onlarla əməkdaşlıq edə biləcək şəxslərin müəyyən edilməsi və əlaqələndirilməsi barədə tapşırıq almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Ruhulla Axundzadənin tapşırığı ilə dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə 2022-ci ilin iyul ayında “Telegram” ani mesajlaşma sistemində “Qisas” adlı gizli qrup yaratmış, həmin qrupda dini radikalizm zəminində and içərək “Keysan” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 aldığı tapşırıqların icrası istiqamətində fəaliyyət göstərərək Azərbaycan Respublikasında İran İslam Respublikasının xüsusi xidmət orqanlarının nəzarətində ola biləcək radikal dini kontingentin formalaşdırılması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində “Keysan” dini ləqəbi ilə 2022-2023-cü illər ərzində “Qisas 313”, “Zuhurxeber” adlı xəbər səhifələri, eləcə də “İslam Chat 313” adlı qrupu yaradaraq onların fəaliyyət göstərməsini 5 fevral 2023-cü il tarixədək təmin etmiş, həmin səhifə və qruplarda dini radikalizm zəminində özləri ilə eyni radikal dini ideyalara malik kontingenti formalaşdırmaqla İran xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb etməyə uyğun hesab etdiyi, barələrində şəxsi məlumatlar topladığı və daha sonra təhlükəsizliklərinin təmin edilməsi, eləcə də gizliliklərinin qorunması üçün Ruhulla Axundzadənin tapşırığı ilə özlərinə götürdükləri ləqəblərlə “Telegram” ani mesajlaşma sistemində qeydiyyatdan keçmiş şəxslər – “Əbu Zeynəb” ləqəbli Təqsirləndirilən şəxs2, “Hüseyn” ləqəbli Təqsirləndirilən şəxs3, “Sərdar” ləqəbli Təqsirləndirilən şəxs4, “Hüseyni” ləqəbli Təqsirləndirilən şəxs5, “Hizbullah” ləqəbli Təqsirləndirilən şəxs6, “Müntəzir” ləqəbli Təqsirləndirilən şəxs8, “Ya Hüseyn” ləqəbli Təqsirləndirilən şəxs7, “Ya Əli və X152” ləqəbli Təqsirləndirilən şəxs11, “Hüseynçi” ləqəbli Təqsirləndirilən şəxs12, “Əli aşiqi 313” ləqəbli Təqsirləndirilən şəxs10 və “Zalımın qorxusu məzlumun dayağı və Mücahid 313” ləqəbli Təqsirləndirilən şəxs9 2022-ci ilin iyul-dekabr ayları ərzində “Qisas”, “Hüseynçilər313” və “Müqavimətə davam” adlı gizli qruplara daxil edib fərdi tapşırıqların icrası üçün Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə ilə əlaqələndirərək, məxfi əməkdaşlığa cəlb edilmələrini təmin etməklə, qəsdən casusluq və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə formalarında dövlətə xəyanət etmiş, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən dini radikalizm zəminində törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 2022-ci ilin sentyabr ayında daha əvvəl “Telegram” ani mesajlaşma sistemində yaratdığı “İslamchat 313” qrupunda tanış olduğu yetkinlik yaşına çatmayan şəxs, xx xxxxx 2006-cı il təvüllüdlü Təqsirləndirilən şəxs13 yalan vədlər verməklə “Qisas yaxındır” şüarlı “Müqavimət məktəbi” adlı gənclərdən ibarət qapalı qrupun sonuncu tərəfindən yaradılmasına nail olmuşdur. Təqsirləndirilən şəxs13 öz növbəsində həmin qrupa 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək sosial şəbəkələrdə və təhsil aldığı orta məktəbdə əlaqəyə girdiyi şəxsləri, eləcə də Təqsirləndirilən şəxs1 daxil etmiş, sonuncu Təqsirləndirilən şəxs13lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında gənclər arasında radikal dini baxışların və “Hüseyniyyun” cinayətkar təşkilatının fəaliyyətinin həmin şəxslərə təbliğ edilməsi yolu ilə özləri ilə eyni radikal dini düşüncəyə malik gənc kontingentin formalaşdırılması, Azərbaycan Respublikası ərazisində zorakı yollarla “Kərimə”(dini) dövlətinin yaradılması istiqamətində fəaliyyət göstərməklə qəsdən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmiş, eləcə də yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayəti törətməyə cəlb etmişdir. Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Axundzadə Ruhulla Höccət oğlu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6 və 28,277-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş X16 ilə 2022-ci ilin aprel ayında “Telegram” ani mesajlaşma sistemində əlaqə saxlayıb danışmaqla, sonuncuların vasitəsilə qeyd edilən xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək həmin şəxslərdən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq bu xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə onlarla əməkdaşlıq edə biləcək şəxslərin müəyyən edilməsi və əlaqələndirilməsi, habelə dövlət xadiminin və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə, eləcə də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş X32 Yevlax şəhərində yaşadığı evdə gizli şəkildə axtarış keçirərək, orada olan maddi sübutları aşkarlayıb, həmin ünvandan götürməsi, habelə Bakı şəhəri ərazisində yerləşən hərbi təyinatlı obyektlərin fotoçəkilişlərinin aparılması barədə tapşırıqlar almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin iyul ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Əbu Zeynəb” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşmişdir. Bundan sonra, İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən Əlimürsəl Axundzadə və Ruhulla Axundzadə vasitəsilə verilən tapşırıqların icrası ilə əlaqədar, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 2022-ci ilin avqust-oktyabr ayları ərzində dövlət və ictimai xadimlər – Azərbaycan Respublikası vətəndaşları sabiq təhsil naziri Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri Zərərçəkmiş şəxs2 xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə qarşılıqlı sövdələşməyə uyğun olaraq sonuncuların yaşadıqları evlərin və fəaliyyət göstərdikləri təşkilatıların ünvanlarını, istifadələrində olan nəqliyyat vasitələrinin növü və qeydiyyat nişanını, iş saatlarını, eləcə də hərəkət marşrutlarını dəqiqləşdirməklə onların həyatına suiqəsd etməyə yönələn xüsusilə ağır cinayət hesab edilən dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə cinayətlərinin törədilməsinə hazırlıq hərəkətləri etmiş, 02 fevral 2023-cü ildə Təqsirləndirilən şəxs2 Dövlət Təhlükəsziliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 əvvəlcədən əldə edilmiş sövdələşməyə uyğun olaraq öz cinayətkar hərəkətlərini davam etdirərək, İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən Əlimürsəl Axundzadə və Ruhulla Axundzadə vasitəsilə verilən tapşırıqların icrası ilə əlaqədar, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 2022-ci ilin dekabr ayında dövlətə xəyanət cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş X43 İran xüsusi xidmət orqanlarının təqdim etdiyi və geniş hava məkanında hərəkət edən obyektlər, onların hərəkət trayektoriyaları barədə məlumatlar toplamaq üçün nəzərdə tutulan xüsusi qurğunu tapıb götürmək məqsədilə 2023-cü ilin yanvar ayında X97 şəhəri Natiq Zeynalov küçəsi 16 ünvanında yaşadığı evə gizli şəkildə daxil olaraq axtarış aparmış, eləcə də 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin ərazisinə yaxınlaşaraq orada olan zenit-raket kompleksinin, habelə digər radar-nəzarət qurğularının fotoçəkilişlərini aparıb Əlimürsəl Axundzadəyə “Telegram” ani mesajlaşma sistemi vasitəsi ilə göndərməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən casusluq və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə formalarında dövlətə xəyanət etmiş, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən dini radikalizm zəminində törətmişdir. Təqsirləndirilən şəxs3 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin avqust ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Hüseyn” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları - Axundzadə Ruhulla Höccət oğlu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6 və 28,277-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş X16 ilə “Telegram” ani mesajlaşma sistemində əlaqə saxlayaraq, sonuncuların vasitəsilə qeyd edilən xüsusi xidmət orqanları tərəfindən 2022-ci ilin avqust ayında məxfi əməkdaşlığa cəlb edilərək həmin şəxslərdən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq, bu xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə onlarla əməkdaşlıq edə biləcək şəxslərin müəyyən edilməsi və əlaqələndirilməsi, habelə dövlət xadiminin və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə, eləcə də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş X32 Yevlax şəhərində yaşadığı evdə gizli şəkildə axtarış keçirərək, orada olan maddi sübutları aşkarlayıb, həmin ünvandan götürməsi barədə tapşırıqlar almışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən Əlimürsəl Axundzadə və Ruhulla Axundzadə vasitəsilə verilən tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə 2022-ci ilin avqust-oktyabr ayları ərzində dövlət və ictimai xadimlər – Azərbaycan Respublikası vətəndaşları sabiq təhsil naziri Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri Zərərçəkmiş şəxs2 xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə qarşılıqlı sövdələşməyə uyğun olaraq sonuncuların yaşadıqları evlərin və fəaliyyət göstərdikləri təşkilatıların ünvanlarını, istifadələrində olan nəqliyyat vasitələrinin növü və qeydiyyat nişanını, iş saatlarını, eləcə də hərəkət marşrutlarını dəqiqləşdirməklə onların həyatına suiqəsd etməyə yönələn xüsusilə ağır cinayət hesab edilən dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə cinayətlərinin törədilməsinə hazırlıq hərəkətləri etmiş, 02 fevral 2023-cü ildə Təqsirləndirilən şəxs3 Dövlət Təhlükəsziliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs3 əvvəlcədən əldə edilmiş sövdələşməyə uyğun olaraq öz cinayətkar hərəkətlərini davam etdirərək, İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən Əlimürsəl Axundzadə və Ruhulla Axundzadə vasitəsilə verilən tapşırıqların icrası ilə əlaqədar, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə 2022-ci ilin dekabr ayında dövlətə xəyanət cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş X43 İran xüsusi xidmət orqanlarının təqdim etdiyi və geniş hava məkanında hərəkət edən obyektlər, onların hərəkət trayektoriyaları barədə məlumatlar toplamaq üçün nəzərdə tutulan xüsusi qurğunu tapıb götürmək məqsədilə 2023-cü ilin yanvar ayında X97 şəhəri Natiq Zeynalov küçəsi 16 ünvanında yaşadığı evə gizli şəkildə daxil olaraq axtarış aparmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən casusluq və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə formalarında dövlətə xəyanət etmiş, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən dini radikalizm zəminində törətmişdir. Təqsirləndirilən şəxs4 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin avqust ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Sərdar” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları - Axundzadə Ruhulla Höccət oğlu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6 və 28,277-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş X16 ilə “Telegram” ani mesajlaşma sistemində əlaqə saxlayaraq, sonuncuların vasitəsilə qeyd edilən xüsusi xidmət orqanları tərəfindən 2022-ci ilin avqust ayında məxfi əməkdaşlığa cəlb edilərək həmin şəxslərdən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq, bu xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə onlarla əməkdaşlıq edə biləcək şəxslərin müəyyən edilməsi və əlaqələndirilməsi, habelə dövlət xadiminin və ictimai xadimin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə, eləcə də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş X32 Yevlax şəhərində yaşadığı evdə gizli şəkildə axtarış keçirərək, orada olan maddi sübutları aşkarlayıb, həmin ünvandan götürməsi barədə tapşırıqlar almışdır. Bundan sonra Təqsirləndirilən şəxs4 İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən Əlimürsəl Axundzadə və Ruhulla Axundzadə vasitəsilə verilən tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 2022-ci ilin avqust-oktyabr ayları ərzində dövlət və ictimai xadimlər – Azərbaycan Respublikası vətəndaşları sabiq təhsil naziri Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri Zərərçəkmiş şəxs2 xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə qarşılıqlı sövdələşməyə uyğun olaraq sonuncuların yaşadıqları evlərin və fəaliyyət göstərdikləri təşkilatıların ünvanlarını, istifadələrində olan nəqliyyat vasitələrinin növü və qeydiyyat nişanını, iş saatlarını, eləcə də hərəkət marşrutlarını dəqiqləşdirməklə onların həyatına suiqəsd etməyə yönələn xüsusilə ağır cinayət hesab edilən dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə cinayətlərinin törədilməsinə hazırlıq hərəkətləri etmiş, 02 fevral 2023-cü ildə Təqsirləndirilən şəxs4 Dövlət Təhlükəsziliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs4 əvvəlcədən əldə edilmiş sövdələşməyə uyğun olaraq öz cinayətkar hərəkətlərini davam etdirərək, İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən Əlimürsəl Axundzadə və Ruhulla Axundzadə vasitəsilə verilən tapşırıqların icrası ilə əlaqədar, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 2022-ci ilin dekabr ayında dövlətə xəyanət cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş X43 İran xüsusi xidmət orqanlarının təqdim etdiyi və geniş hava məkanında hərəkət edən obyektlər, onların hərəkət trayektoriyaları barədə məlumatlar toplamaq üçün nəzərdə tutulan xüsusi qurğunu tapıb götürmək məqsədilə 2023-cü ilin yanvar ayında X97 şəhəri Natiq Zeynalov küçəsi 16 ünvanında yaşadığı evə gizli şəkildə daxil olaraq axtarış aparmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən casusluq və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə formalarında dövlətə xəyanət etmiş, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən dini radikalizm zəminində törətmişdir. Təqsirləndirilən şəxs5 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin avqust ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Hüseyni” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs5 İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları - Axundzadə Ruhulla Höccət oğlu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6 və 28,277-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş X16 ilə “Telegram” ani mesajlaşma sistemində əlaqə saxlayaraq, sonuncuların vasitəsilə qeyd edilən xüsusi xidmət orqanları tərəfindən 2022-ci ilin avqust ayında məxfi əməkdaşlığa cəlb edilməklə həmin şəxslərdən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq, bu xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə onlarla əməkdaşlıq edə biləcək şəxslərin müəyyən edilməsi və əlaqələndirilməsi, eləcə də Sumqayıt şəhərində olan hərbi obyektləri müəyyən edərək yerləşmə mövqelərinin “Telegram” ani mesajlaşma sistemində göndərilməsi tapşırıqlarını almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs5 aldığı tapşırıqların icrası istiqamətində fəaliyyət göstərərək İran İslam Respublikası xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Təqsirləndirilən şəxs1 “Telegram” ani mesajlaşma sistemində yaratdığı “Qisas” və “Hüseynçilər313” adlı qruplara 2022-ci ilin avqust-oktyabr ayları ərzində inzibatçı kimi sonuncu tərəfindən əlavə edilmiş, barəsində şəxsi məlumatlarını topladığı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs6 göstərilən qruplara daxil edilməklə xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilməsinin təmin edilməsi məqsədi ilə Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə ilə əlaqələndirmiş, eləcə də Əlimürsəl Axundzadə və Ruhulla Axundzadənin tapşırığı ilə 2022-ci ilin noyabr ayında Abşeron rayonunda yerləşən xüsusi təyinatlı hərbi hissənin yerləşdiyi ərazini müəyyən edərək onun yerləşmə mövqelərini sonuncuya “Telegram” ani mesajlaşma sistemi vasitəsi ilə göndərərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən casusluq və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək etmə formalarında dövlətə xəyanət etmiş, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən dini radikalizm zəminində törətmişdir. Təqsirləndirilən şəxs6 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin dekabr ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Hizbullah” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs6 İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları - Axundzadə Ruhulla Höccət oğlu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6 və 28,277-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş X8 vasitəsilə 2022-ci ilin dekabr ayında qeyd edilən xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək həmin şəxslərdən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq aldığı tapşırıqlarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasında göstərilən xüsusi xidmət orqanlarının nəzarətində ola biləcək radikal dini kontingentin formalaşdırılması istiqamətində fəaliyyət göstərərək “Telegram” ani mesajlaşma sistemində müxtəlif xəbər səhifələri və qrupların gizli idarə olunması, eləcə də Sumqayıt şəhərində dini əqidəyə malik şəxslərin müəyyən edilməsi və güdülməsi istiqamətində tapşırıqlar almışdır. Bundan sonra, Təqsirləndirilən şəxs6 xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Təqsirləndirilən şəxs1 Ruhulla Axundzadənin tapşırığı ilə “Telegram” ani mesajlaşma sistemində 2021-ci ildə yaratdığı “ZuhurXeber” adlı xəbər səhifəsinə və 2022-ci il avqust ayında yaratdığı “Hüseynçilər313” adlı gizli qrupuna sonuncu tərəfindən idarə olunması üçün həmin ani mesajlaşma sistemində özünün “Hizbullah” istifadəçi adı ilə 2022-ci ilin dekabr ayında inzibatçı kimi əlavə edilmiş, həmin tarixdən etibarən 14 mart 2023-cü il tarixədək olan dövr ərzində aldığı tapşırıqların icrası istiqamətində gizli fəaliyyət göstərərək həmin səhifə və qrupu idarə etmiş, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi, müdafiə qabiliyyəti və Azərbaycan Respublikasında ictimai təhlükəsizlik zərərinə yönələn məzmunda radikal dini paylaşımlar edərək özləri ilə eyni radikal dini ideyalara malik şəxslərin formalaşdırılması istiqamətində fəaliyyət göstərmiş, eləcə də Sumqayıt şəhərində müxtəlif dini əqidəyə malik şəxsləri güdərək onların toplaşdığı əraziləri və obyektləri müəyyən edib fotoçəkilişlərini aparmaqla yerləşmə mövqelərini Ruhulla Axundzadəyə “Telegram” ani mesajlaşma sistemi vasitəsi ilə göndərməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən casusluq formasında və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətini aparmaqda xarici dövlətə, təşkilata və onların nümayəndələrinə kömək edərək dövlətə xəyanət etmiş, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən dini radikalizm zəminində törətmişdir. Təqsirləndirilən şəxs7 İran İslam Respublikası xüsusi xidmət orqanlarının həmin ölkədə məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlu vasitəsilə verdikləri tapşırığa əsasən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin iyul ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Ya Hüseyn” dini ləqəbini götürmüş, Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşərək verilən tapşırığın icrası qaydasında Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs8 həmin qrupa əlavə olunmasını təmin etməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs7 külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,736 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qanunsuz olaraq əldə etmiş və əynindəki göy rəngli şalvarın sol yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs7 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 aprel 2023-cü il tarixdə saat 14:20 dəqiqədə ünvan 17 ünvanının yaxınlığında saxlanılmış və BMCMİ-nin inzibati binasında saat 16:10-da üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus göy rəngli şalvarın sol yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,736 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs8 İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin iyul ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Müntəzir” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs8 qəsdən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi üzrə fəaliyyətini davam etdirərək İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Ruhulla Axundzadə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6 və 28,277-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş X16 tərəfindən verilən tapşırığın icrası ilə əlaqədar 2022-ci ilin sentyabr - 2023-cü ilin yanvar ayları ərzində ictimai xadim – Azərbaycan Respublikası vətəndaşı "xxxx" MMC-nin (“Real TV” və “Real FM”) rəhbəri Zərərçəkmiş şəxs2 xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə sonuncunun həyatına sui-qəsd etmək niyyətilə Əlimürsəl Axundzadə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşərək odlu silahın əldə edilməsi və şəxsin ünvanının müəyyən edilməsinə yönələn hazırlıq hərəkətləri etmiş, 29 mart 2023-cü il tarixdə Daxili İşlər Nazirliyqinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs8 külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,267 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan Abşeron rayonu Qobu kəndi ərazisində qanunsuz olaraq əldə etmiş və əynindəki göy rəngli şalvarın sağ yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs8 Abşeron rayon polis şöbəsinin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayonunun Qobu kəndi ərazisində saxlanılmış və Abşeron rayon polis şöbəsinin inzibati binasında saat 20:50 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus göy rəngli şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,267 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs9 İran İslam Respublikası xüsusi xidmət orqanlarının həmin ölkədə məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlu vasitəsilə verdikləri tapşırığa əsasən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin avqust ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Zalımın qorxusu məzlumun dayağı və Mücahid 313” dini ləqəblərini götürmüş, Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sövdələşərək verilən tapşırığın icrası qaydasında Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs10 həmin qrupa əlavə olunmasını təmin etməklə, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6 və 28,277-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş X8 tapşırığı ilə “Whatsapp” ani mesajlaşma sistemində radikal dini ideyalara malik şəxslərin üzv olduğu “Haqqın səsi” qrupunda inzibatçı kimi 2023-cü ilin fevral ayınadək faəliyyət göstərməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs9 külli miqdarda, yəni ümumi təmiz çəkisi 12,245 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində qanunsuz olaraq əldə etmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs9 Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə saat 12:2N dəqiqədə Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində saxlanılmış və Biləsuvar rayon polis şöbəsinin inzibati binasında saat 13:2N dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus qara rəngli şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 12,245 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs10 İran İslam Respublikası xüsusi xidmət orqanlarının həmin ölkədə məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlu vasitəsilə verdikləri tapşırığa əsasən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin avqust ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Əli aşiqi 313” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs10 külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,207 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan Tərtər rayonu Seydimli kəndi ərazisindən qanunsuz olaraq əldə etmiş və əynindəki gödəkcənin sağ yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs10 Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən 29 mart 2023-cü il tarixdə saat 18:00 radələrində Tərtər rayonu Seydimli kəndi ərazisində saxlanılmış və Tərtər rayon polis şöbəsində saat 21:07 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus gödəkcənin sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,207 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs11 İran İslam Respublikası xüsusi xidmət orqanlarının həmin ölkədə məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlu vasitəsilə verdikləri tapşırığa əsasən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin iyul ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “X152 və Ya Əli” dini ləqəblərini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən törətmişdir. Təqsirləndirilən şəxs11 külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,111 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində qanunsuz olaraq əldə etmiş və əynindəki şalvarın sağ yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs11 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 aprel 2023-cü il tarixdə saat 09:40 dəqiqədə ünvan 18 ünvanında saxlanılmış və BMCMİ-nin inzibati binasında saat 11:30 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus göy rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,111 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs12 İran İslam Respublikası xüsusi xidmət orqanlarının həmin ölkədə məskunlaşan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.2, 28,214.2.3, 28,214.2.6, 28,277 və 278.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlu vasitəsilə verdikləri tapşırığa əsasən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 tərəfindən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin həyata keçirilməsi məqsədilə “Telegram” ani mesajlaşma sistemində yaradılmış “Qisas” adlı gizli qrupa 2022-ci ilin iyul ayında sonuncu tərəfindən daxil edilmiş, dini radikalizm zəminində and içərək “Hüseynçi” dini ləqəbini götürmüş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası ərazisində “Kərimə” (dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafına toplayaraq bu istiqamətdə fəaliyyət göstərmək, bu məqsədlə hakimiyyət nümayəndələrinə qarşı fiziki zorakılıq hərəkətləri, eləcə də iğtişaşlar təşkil etmək barədə Ruhulla Axundzadə və digərləri ilə sövdələşərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətləri qəsdən törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs12 külli miqdarda, yəni ümumi təmiz çəkisi 7,408 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq Abşeron rayonu Masazır kəndi ərazisində əldə etmiş və əynindəki şalvarın sol yan cibində saxlamışdır. Təqsirləndirilən şəxs12 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 aprel 2023-cü il tarixdə saat 16:1N dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Bakı-Sumqayıt şossesinin 8-ci kilometrliyində yerləşən “Toboil” yanacaqdoldurma məntəqəsinin qarşısında saxlanılmış və BMCMİ-nin inzibati binasında saat 18:10 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus göy rəngli cins şalvarın sol yan cibindən külli miqdarda, yəni ümumi təmiz çəkisi 7,408 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. 2021-ci ildən etibarən İran İslam Respublikasında məskunlaşan Azərbaycan Respublikası vətəndaşı Axundzadə Ruhulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 “Telegram” ani mesajlaşma sistemində yaratdığı radikal xəbər səhifələrində 2022-ci ilin sentyabr ayında tanış olduğu Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası ərazisində “Kərimə”(dini) dövlətinin yaradılması məqsədilə eyni dini əqidəyə malik şəxsləri ətrafında toplayıb bu istiqamətdə fəaliyyət göstərərək dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər etməyi tapşırmışdır. Təqsirləndirilən şəxs13 Təqsirləndirilən şəxs1 aldığı tapşırığın icrası ilə əlaqədar olaraq 2022-ci ilin sentyabr ayında “Telegram” ani mesajlaşma sistemində gənclərdən ibarət, “Qisas yaxındır” şüarlı “Müqavimət məktəbi” adlı qapalı qrupu yaratmış, həmin qrupa sosial şəbəkələrdə və təhsil aldığı orta məktəbdə əlaqəyə girdiyi şəxsləri, eləcə də Təqsirləndirilən şəxs1 daxil edərək sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halnda gənclər arasında radikal dini baxışların və “Hüseyniyyun” cinayətkar təşkilatının fəaliyyətinin həmin şəxslərə təbliğ edilməsi yolu ilə özləri ilə eyni radikal dini düşüncəyə malik gənc kontingentin formalaşdırılması, Azərbaycan Respublikası ərazisində zorakı yollarla “Kərimə”(dini) dövlətinin yaradılması istiqamətində fəaliyyət göstərməklə qəsdən dini radikalizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətmişdir. Təqsirləndirilən şəxs1 ifadələrində göstərdi ki, o elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3 və 274-cü maddələri ilə özünü təqsirli bilmir, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsi ilə qismən təqsirli bilir. Hadisə üzrə bildirmək istəyir ki, o, “Teleqram” mesajlaşma sistemində qrup yaratmış və dindarlarla birlikdə həmin qrupda iştirak etmişdir. Onların barəsində “Kərimə dövləti” qurduqlarını deyirlər. Əgər onu müsəlman olduğuna və ilahiyyata inandığına görə təqsirli bilirlərsə, o, demokratizmə inanmır. Hər yerdə, hətta çayxanalarda belə onların etdiyi əməl barəsində danışırlar. Dövlət Təhlükəsizlik Xidmətində ibtidai istintaq dövründə ailəsi ilə təhdid olunmuşdur. Dövlət Təhlükəsizlik Xidmətində ona Ruhulla Axundzadənin dediyi tağşırığını edib-etmədiyini soruşurdular. Onlar sadəcə müsəlman olaraq öz fikirlərini deyiblər. Təxminən bir il əvvəl “Teleqram” mesajlaşma sistemində yaradılan qrupda Azərbaycan Respublikasında “siyonizm” rejiminin məskən qurduğunu deyiblər. O, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs13 cinayətə cəlb etməmişdir. Deyilənə görə Ruhulla Axundzadə Azərbaycan Respublikasının vətəndaşıdır. İran İslam Respublikasında yaşayır və Azərbaycan Respublikası əleyhinə təbliğat aparır. O, dindarların döyülməsinə, zorlanmasına qarşı gəlmişdir. O, Mirşahin Ağayev barədə heç nə danışmamışdır. O yalnız sosial şəbəkədəki fəlaiyyəti ilə əlaqədar özünün təqsirli olduğunu düşünür. Ona DTX-də ibtidai istintaq dövründə işgəncə veriblər. Əvvəllər məhkum olunmamışdır. Vətən müharibəsində iştirak etməmişdir. “Teleqram” mesajlaşma sistemində yaradılan qrupda söhbətin məzmunu dindarların tutulmaları və onlara işgəncə verilmələri ilə bağlı idi. “Teleqram” mesajlaşma sistemində yaradılan qrupda Mirvasid Əliyevdən başqa bütün təqsirləndirilən şəxslər var idi. Hizbullah-ul Qaim ayədir. “Allahın firqəsi” mənasındadır. O, ibtidai istintaq zamanı deyilən bütün ifadələrini məcbur olunaraq vermişdir. “Keysan” adını özü qoymuşdur. “Keysan” ayıq-sayıq deməkdir. “Teleqram” mesajlaşma sistemində yaradılan qrupda “Kərimə” dövləti və haqsızlıqlardan söhbət gedirdi. Qrupun yaradıcısı o idi. Kimin dini inancları var idisə, onu da qrupa əlavə edirdi. Əliyev Mirvasid “Teleqram” mesajlaşma sistemində yaradılan qrupda yox idi. O, sosial şəbəkələr vasitəsilə Əliyev Mirvasidlə söhbət etmişdir. O, “Kərimə” dövlətinin yaradılmasını istəmişdir. O, insanları dinə dəvət etmək istəyirdi. Qrupda da iş materialları, iş bölgüsü barədə söhbətlər olub. Bu qədər insanın (təqsirləndirilən şəxslərin) haqqına girdiyinə görə özünü təqsirli sayır. Əl-mürsəlin dini təhsilinin olub-olmadığını bilmir. “Qisas” sözü Qurani-Kərimin ayəsində nəzərdə tutulub. Onlar qisası “siyonizm” rejimdən alacaqdılar. O, qisas dedikdə dövlət orqanlarında işləyən İsrail vətəndaşlarından qisas alınmasını nəzərdə tuturdu. Əgər bu dediyi dövlətin konstitusion quruluşuna ziddirsə, bəli bu əməli törətmişdir. O, Şirvan şəhərinin şəklini çəkməkdən imtina etmişdir. Qrupda paylaşılan paylaşımlar, sosial şəbəkələrdə danışılan dini söhbətlər olub. İlahi hakimiyyətin olacağı hər zaman gözlənilir. Onlar məktəb qrupunda Mirvasidlə tanış olublar. Qrupun adminliyi onda olub. O, Mirvasidə hər hansı hərəkəti etməsi üçün göstəriş verməmişdir. Təqsirləndirilən şəxs5 sosial şəbəkədə tanımışdır. Qrupun üzvləri arasında öncədən heç kimi tanımırdı. Bütün üzvləri sosial şəbəkədə tanımışdır. Qrup üzvlərindən başqa heç kim qrupda yazılanları görmürdü. Onları heç kim maliyyələşdirilməyib. Onlar qrupda sadəcə söhbət edirdilər. Təqsirləndirilən şəxs2 ərəb dilində oxuya bilirdi.İlahi hakimiyyət dedikdə dövlətə qarşı gəlmək üçün heç bir silahlı hazırlaşma nəzərdə tutulmurdu. Döyülməyim ilə bağlı heç bir hüquq mühafizə orqanına şikayət etməmişdir. O qorxduğu üçün heç kimə döyülməyi ilə bağlı məlumat verməmişdir. Onun DTX əməkdaşları ilə qərəzi yoxdur. O, çıxışlarında “Kərimə” dövləti ilə bağlı məlumat vermişdir. Quranı-Kərimdə ilahiyyat hakimiyyəti ilə bağlı ayət var. O, İlahi hakimiyyəti təbliğ etmişdir. O, sosial şəbəkələrdə ilahi hakimiyyətin təbliğinə qulaq asmışdır. O, İran İslam Respublikasında sadəcə bir dəfə olmuşdur. O, İran İslam Respublikasına ziyarətə getmişdi. Müqaviməti xristian və yəhudilərə qarşı göstərmək lazımdır. Onlarda hədəf yalnız “siyonizm” rejimi olub. “Keysan” ləqəbi onun üçün maraqlı idi deyə qrupa həmin ad ilə daxil olmuşdu. Təqsirləndirilən şəxs7 əvvəlcədən tanımamış, qrupda ləqəbi ilə tanımışdır. Təqsirləndirilən şəxs7la aralarında qrupda mübahisə yarandığına görə Elvin qrupdan çıxmışdı. Təqsirləndirilən şəxs7 qrupda aktivliyinin olub-olmaması barədə dəqiq məlumat verə bilmir Məhkəmədə elan oluub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, o, 1992-ci ildə Şirvan şəhərində anadan olmuşdur. 2015-ci ildən Şirvan şəhərində bərbər kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən namaz qılır. Əhli-şiə məhsəbindəndir. O, 2021-ci ildə “Telegram” mobil tətbiqində Ruhulla Axundzadə adlı şəxslə dini səhifə olan “Müqavvimət313” səhifəsində tanış olmuşdur. Ruhulla Axundzadənin dini radikal, dövlət əlehinə olan fikirləri onun diqqətini cəlb etmişdir. O, Rufullanın çıxışlarına, yazdığı yazılara meyillənib sonuncu ilə telegram mobil tətbiqində yazışmağa başlamışdır. Ruhulla Axundzadə Azərbaycan Respublikasının islam dövləti olmasını istədiyini demişdir. İslam dinini ləkələyənlərlə mübarizə aparmalı olduğunu demişdir. Bundan başqa Ruhulla Axundzadə İran İslam Respublikası xüsusi xidmət orqanları ilə əlaqəli olan “Hüseyniyyun” Azərbaycan Müqavimət Hərəkatı təşkilatının rəhbəri Tohid İbrahimbəylinin də qaynatasıdır. O, Tohid İbrahimbəylinin, X126 Azərbaycan əlehinə olan radikal çıxışlarından təsirlənib Ruhulla Axunzadə ilə sıx əlaqələr yaratmışdır. 2022-ci ilin yanvar ayından etibarən o, Ruhulla Axundzadə ilə Telegramda daha da sıx əlaqə saxlayaraq onunla əməkdaşlıq etməyə başlamışdır. O, həmin vaxtdan Rufullanın tapşırığı ilə Telegramda bir neçə səhifə və qrupları idarə etmişdir. Bunlar Qisas313, Zuhurxeber səhifələri və İslamchat 313 qrupu olmuşdur. Həmin səhifələrdə aktiv radikal dini ideyalara malik olan şəxsləri toplayaraq əvvəl İslamchat313 qrupuna daha sonra isə Ruhulla Axunzadənin təxminən 2022-ci ilin iyul ayında ona verdiyi tapşırıq əsasında Telegramda yaratdığı gizli “Qisas” qrupuna əlavə etmişdir. Radikal yönümlü şəxslərin toplanması və həmin şəxslərə tapşırıqlar verilməsi üçün “Qisas” qrupunu yaratmışdır. Qrupda həmçinin Rufullanın oğlu Əlimürsəl də olmuşdur. Onun həmin qruplarda ləqəbi “Keysan” olmuşdur. Bundan başqa o, “Hüseynçilər313” və Müqavimətə davam gizli qruplarını da Ruhulla Axundzadənin tapşırığı ilə açmışdır. Ümumiyyətlə onun Ruhulla Axundzadə tərəfindən verilən əsas vəzifəsi Azərbaycan Respublikasında İslam dövlətinin qurulmasında iştirak edəcək şəxsləri müəyyən edərək onları təşkilatlandırmaq olmuşdur. Ruhulla Axunzadə və oğlu X98 İslam Respublikasının dövlət orqanları ilə əlaqəli olan şəxslərdir və onların tapşırıqlarını yerinə yetirmişlər. O, Ruhulla Axundzadədən başqa X50, Orxan Məmmədov, Əkrəm Hacızadə, Rahim Şirvanlı kimi İranda olan və oranın dövlət orqanları ilə əlaqədə olan şəxslərlə də Telegramda danışmışdır. Lakin əsas fəaliyyəti Ruhulla Axundzadə ilə olmuşdur. O, Ruhulla Axundzadə və Əlimürsəl Axundzadənin tapşırğı ilə qrupa “Əbu Zeynəb” ləqəbli Təqsirləndirilən şəxs2, “Hüseyn” ləqəbli Təqsirləndirilən şəxs3, “Sərdar” ləqəbli, “Hüseyni” ləqəbli Təqsirləndirilən şəxs5, “Hizbullah” ləqəbli Təqsirləndirilən şəxs6, “Müntəzir” ləqəbli, “Ya Hüseyn” ləqəbli, “Ya Əli və X152” ləqəbli, “Hüseynçi” ləqəbli Təqsirləndirilən şəxs12, “Əli aşiqi 313” ləqəbli Təqsirləndirilən şəxs10, “Zalımın qorxusu məzlumun dayağı və Mücahid 313” ləqəbli Təqsirləndirilən şəxs9 Qisas qrupuna əlavə etmişdir. Onlar hər biri qrupa daxil olaraq Ruhulla Axundzadənin qarşısında Qurana and içərək İmam Zaman ağanın və Xomenei ağanın yoluna sadiq qalacaqlarına, Azərbaycan Respublikasında Kərimə dövlətinin, İslam dövlətinin qurulmasına, Azərbaycanda olan sionist rejimə qarşı mübarizə aparacaqlarına və tapşırıqları yerinə yetirəcəklərinə and içmişlər. Bəziləri yazılı və ya səsli qaydada and içsələr də, o və bir çoxu video görüntü ilə and içmişdir. Ruhulla Axundzadə məxfiçilik üçün adını dəyişməsini bildirmiş, o isə Keysan ləqəbini seçmişdir. Qrupda “Real TV”-nin baş redaktoru Zərərçəkmiş şəxs2 “imamhüseynova bacıları” ifadəsinə görə mübahisə yaranmışdır. O və digər radikal şəxslər həmin ifadəyə görə Mir Şahinin cəzalandırılmalı olduğunu fikirləşmişlər. O, şəxsən çox kəskin reaksiya verdiyi üçün Ruhulla Axunzadə ona şəxsidə yazmışdır ki, sən sakit ol və belə şeylərə baş qoşma. O isə düşünürmüşdür ki, dövlət orqanı və ya xalqın şəxsən özü tərəfindən hər hansı formada cəza, qınaq və ya digər növ məhdudlaşdırma tədbiri Mir Şahin barəsində görülməlidir. Bundan başqa Ruhulla Axundzadənin DTX tərəfindən səs yazısının “Youtube” portalında və xəbərlərdə verilməsindən sonra Ruhulla Axundzadə ona “qisas” qrupunu müvəqqəti bağlamağı tapşırmışdır. O da onun tapşırığı ilə qrupu bağlamışdır. 2022ci ilin noyabr ayında qrupu müvəqqəti bağlamışdır. Bundan sonra isə yenidən açmışdır. 2022-ci ilin sonunda isə Qisas qrupunun davamı kimi Ruhulla Axundzadənin tapşırığı ilə Müqavimətə davam qrupunu açmışdır. 2023-cü ilin yanvar ayında Əlimürsəl Axundzadə onunla danışığı zamanı göstərmişdir ki, Şirvan şəhər polis şöbəsinin şəkillərini çəkib ona göndərmək lazımdır. O isə Əlimürsəlin təklifinin problemli məsələ olduğunu düşünərək imtina etmişdir. Lakin 04 fevral 2023-cü il tarixdə Əlimürsəl ona fotoaparat tapmağı tapşırmış və həmin fotoaparatın şəklini onun həyat yoldaşının telegramına göndərmişdir. O isə həmin fotoaparatı tapmaqda yardım etməyi qəbul etmişdir. X23 göstərmişdir ki, bu fotoaparat onlara lazımlı əşyadır. Çünki bilmişdir ki, Əlimürsəl bu fotoaparatla şəkillər çəkməyi kimlərəsə tapşıracaqdır. Həyat yoldaşının bu məsələlərdən xəbəri yoxdur. Onun telegramından istifadə etdiyini bilsə də, nə üçün istifadə etdiyini və kimlə danışdığını bilmir. Bundan başqa O, 2022ci ilin sentyabr ayında Telegramda Seyyid daha sonra isə Dragon və Hüseyn aşiqi ləqəblərini götürmüş şəxslə tanış olmuşdur. O, Bakıda 11-ci sinifdə oxumuşdur. O, Seyyidlə danışdıqda sonuncunun da Azərbaycanda İslam dövlətinin qurulmasını istəməsini bilmişdir. Bundan sonra Seyyid ona Telegramda məktəblilərdən ibarət qrupu olduğunu, orada müqavimət səhifələrində olan təbliğatları apararaq onları hazırlaya biləcəyini demişdir. Bundan sonra o, Seyyidin qrupu ilə maraqlanmış və Seyyid onu da qrupa salmışdır. Onlar birlikdə qrupun adını dəyişib Müqavimət məktəbi, şüarını isə Qisas yaxındır qoymuşlar. O, 5 fevral 2023-cü il tarixdə tutulana qədər həmin qrup gizli qrup olaraq fəaliyyət gösətirmişdir. Onlar birlikdə qrupda Azərbaycanda kərimə dövlətinin qurulması ilə əlaqədar olaraq Hüseyniyyunun səhifəsindən və digər səhifələrdən paylaşımlar edib, uşaqların ideyalarını özümüzünkilərlə eyniləşdirməyə çalışmışlar. 05 fevral 2023-cü il tarixdə o, tutulmuş və həmin qrupun sonrakı taleyi barədə məlumatı olmamışdır. Bundan başqa ifadələrində Ruhulla Axundzadənin tapşırığı ilə yaradılmış gizli “Qisas” qrupuna əlavə edilərək məxfi əməkdaşlığa cəlb edilənlərdən birinin də “Hüseynçi” ləqəbi ilə “Telegram”da qeydiyyatdan keçmiş Yunus və ya Yunis adlı şəxs olduğunu bildirmişdir. Həmin şəxs Bakı şəhərində yaşayırmış və kompüter mühəndisliyi oxumuşdur. Hüseynçi ləqəbli şəxsin Bakının hansı ərazisində yaşaması və hansı universitetdə oxuması ilə bağlı dəqiq məlumatı yoxdur. Həmin şəxsin atası dünyasını dəyişmişdir. Həmçinin Hüseynçi ilə bağlı bildiyi məlumatlardan biri də o idi ki, beynində xəstəliyi olmuşdur. Tez-tez yıxılıb ürəyi getdiyini bildiyini Təqsirləndirilən şəxs1 bildirmişdir. Həmin şəxs Ruhulla Axundzadənin tapşırığı ilə bir neçə yerlərdə divarlara “X154” yazısı yazmışdır. Bir dəfə isə onunla danışığında kanalizasiya qapağının üzərinə İsrail dövlətinin bayrağını çəkdiyini demişdir. “Qisas” qrupunda gedən anti-Azərbaycan və anti-İsrail yönümlü təbliğatdan təsirlənərək bunu etmişdir. Hüseynçi Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə ilə əlaqədə olmuşdur və məxfi əməkdaşlığa cəlb edilmişdir. Lakin konkret hansı tapşırıqları yerinə yetirdiyini bilməmişdir. Təqsirləndirilən şəxs2 ifadələrində göstərdi ki, ona ittiham olunan AR Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü təqsirli bilmir. AR Cinayət Məcəlləsinin 28,277-ci maddəsinə əsasən qismən təqsirli bilir. Səbəbi isə Mirşahin Ağayev televiziya proqramında İmam Hüseyni təhqir edib, buna görə də kanalın qabağına gedib aksiya keçirərək buna etirazlarını bildirdilər. Növbəti həftə yenidən həmin hərəkət təkrarlandı, o da Mirşahin Ağayevə xəsarət yetirmək üçün onu izləyirdi, sadəcə edəcəyi hərəkəti tamamlaya bilmədi. Həmçinin Zərərçəkmiş şəxs1 da xəsarət yetirmək üçün izləmişdir. Qoşulduğu “Telegram” sosial şəbəkəsində olan qrupda edəcəyi hərəkətlər ilə bağlı söhbət olmayıb. İttihamda göstərilib ki, o, hərbi hissəyə daxil olub əməliyyat keçirmişdir, amma belə bir hadisə olmayıb. Dövlətə xəyanət etməmişdir, bu Vətən onların da vətənidir. Əvvəl məhkum olunmamışdır. Ailəli deyil, usta kimi işləyir. Dini təhsili yoxdur. İran İslam Respublikasında olmamışdır. Əvvəllər təqsirləndirilən şəxsləri tanımamışdır, sadəcə qrup yaradıldıqdan sonra bir-iki dəfə təqsirləndirilən şəxslər Etibarı və Hüseyni görmüşdür. “Telegram” sosial şəbəkəsində yaradılan “Qisas” qrupuna Ruhullah Axundzadəyə şəxsi hörməti olduğuna görə qoşulmuşdu. Həmin qrupa Ruhulla Axundzadənin məlumatı əsasında qoşulmuşdu. Qrupun adının “Qisas” olmasının səbəbi barədə marağı olmadığı üçün Ruhullah Axundzadəyə bu barədə sualı olmayıb. Onun dininə qarşı olan Zərərçəkmiş şəxs1 və Mirşahin Ağayevə qarşı qisası var idi. Şəxsən özü dövlətdə İslam Hakimiyyətinin tərəfdarıdır. Qrupa “Əbu Zeynəb” ləqəbi ilə daxil olmuşdur. “Müqavimətə davam” qrupunda da iştirak etmişdir, “Qisas” qrupu ləğv olunduqdan sonra yeni qrup yaradıldı və o da ona qoşuldu. “Qisas” qrupunda təxminən bir neçə ay iştirak etmiş, qrupdakı şəxsləri şifahi tanımışdır. Mirşahin Ağayevi izləməyi barədə nə qrupdakı şəxslərlə, nə də Ruhulla Axundzadə ilə danışmışdır. Mirşahin Ağayevi iş yerinin yaxınlığında izləmişdir, Mİrşahin işə öz avtomobili ilə deyil, həyat yoldaşının avtomobili ilə gəlib-gedirdi. Mirşahin Ağayevi iş yerinin ətrafında 1-2 ay izləmişdir, hər gün həyat yoldaşının avtomobili ilə gəldiyi üçün onu tək tuta bilməmişdir, Mirşahin Ağayevi tək tuta biləcəyi təqdirdə şəraitə əsasən xəsarət yetirəcəkdi. Tural Məmmədovu şəxsən tanımır, amma kim olduğunu bilir. Onun evində olan “Notebook”-a görə Yevlax rayonuna getmişdir, evdə “Notebook”-un olduğunu ona Əlimürsəl adlı şəxs demişdi. “Notebook”-da nə olduğunu bilmirdi, evdə “Notebook”-u tapa bilməmişdir. Zenit raket kompleksinin onunla heç bir əlaqəsi yoxdur. O, usta kimi işləyir, Quba rayonunda istirahət mərkəzi tikirdi, şəkillərini çəkib göndərir. Həmin Fotoaparatda zenit raket kompleksinin şəkillərinin olub-olmamasından xəbəri yoxdur. Fotoaparatı hansı məbləğə kirayə götürdüyünü xatırlamır. Fotoaparatı başqa şəxsə verməmişdir. Ruhullah Axundzadənin vasitəsilə onun oğlunu tanımışdır, daha sonra oğlunun xahişi ilə Yevlax rayonunda olan Tural Məmmədli adlı şəxsin evindən “Notebook”-u götürməyə getmişdir. Mirşahin Ağayevi izlədiyi zamanlar onda silah olmayıb. Zenit raket kompleksi ilə bağlı verilən ittihamı qəbul etmir, qardaşını günahsız yerə saxladıqlarına görə sənədləri imzalamışdır. Heç bir İran İslam Respublikasının vətəndaşı ilə əlaqəsi olmayıb. Havada uçan raketlərin fotoşəkillərinin çəkdiyi ilə bağlı yazılanlar doğru deyil. Hüseynlə telegram qrupunda tanış olmuşdur, bir-iki dəfə görüşmüşdülər. Hüseynlə birlikdə “Qisas” qrupunda olublar. Qrupda hər hansı müzakirələrə qoşulmamışdır, Hüseynin də qoşulduğunun şahidi olmamışdır. Hüseynin dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı çıxışı və ya ona dediyi sözü olmayıb. Mirşahin Ağayev və Zərərçəkmiş şəxs1 şəxsi fikri ilə izləmişdir, bununla bağlı heç kim ona göstəriş verməyib. Hüseyndən bir dəfə Zərərçəkmiş şəxs1 iş yerinin yaxınlığında oxuduğu üçün ona verdiyi eyni nömrəli avtomobili gördüyü təqdirdə ona məlumat verməsini xahiş etmişdi, lakin kim olduğunu deməmişdi. Lakin o, həmin avtomobili görməmişdi. Hüseyndən fotoaparat istəməmişdir. Sadəcə telefonunun ekranı yaxşı olmadığı üçün internetdən kirayətə fotoaparat verilən yerlərə baxmasını xahiş etmişdi, o da “İnstaram” sosial şəbəkəsində olduğunu, özləri ilə əlaqə saxlamaq lazım olduğunu demişdi. Yevlax rayonuna gedəndə Hüseyn yanında yol yoldaşı olub, lakin hansı məqsədlə getdiyini bilmirdi. Hüseyn yanında olarkən Yevlax rayonundan heç nə götürməmişdir. X79 izlədiyi ilə bağlı, ümumiyyətlə onun barəsində heç bir məlumat deməmişdir. Aksiyanı bu ölkədə yaşayan mömin kütlə ilə keçirtmişdir, təqsirləndirilən şəxsləri qrupda tanımışdır. Yevlax rayonuna bir dəfə getmişdir, həmin vaxtda yanında Hüseyn olub. Savalana Yevlax rayonuna gəlməyi təklif etdikdə oraları tanımadığını bildirərək gəlmədi. Savalanla bir dəfə görüşmüşdür, onunla heç hara getməmişdir. Kərimə dövlətinin yaradılması üçün heç bir cəhdi olmayıb, İslam Hakimiyyətinin qurulması üçün hazırlıq hərəkəti olub. Zərərçəkmiş şəxs1 və Mirşahin Ağayevlə bağlı fikirləri barədə nəinki Etibarın, heç kimsənin məlumatı olmayıb. Etibara həmin şəxsləri izləməsi üçün tapşırıq verməmişdir, sadəcə Hüseynə dediyi kimi avtomobil nömrəsi vermiş və həmin avtomobili görərsə, ona məlumat verməsi barədə xahiş etmişdir. Avtomobili görməsi ilə bağlı ona məlumat verməyib. Vətən hamının vətənidir, lakin dövlətlə düşüncələrində fərqliliklər olduğu təqdirdə dövlət onların deyil. Qrupa dini məsələlərlə bağlı söhbətlərin olacağına görə qoşulmuşdu. 313 rəqəmi Hədislərdə olub, “Mücahit 313”-ün onunla əlaqəsi olmayıb. Tutulmamışdan əvvəl təqsirləndirilən şəxslərdən Etibar və Hüseyni tanımışdır. Kərimə dövlətin qurulması ilə bağlı düşüncəsi olmayıb, lakin dövlətdə İslam Hakimiyyətinin qurulmasının tərəfdarı olmuşdur. İslam Hakimiyyətinin qurulması onun hər zaman fikrində olub. Zenit raket kompleksinin fotoşəkilini çəkməmişdir, ittihamda verilmiş ifadələri təzyiq altında imzalamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2022-ci ilin aprel ayında telegram platformasında “İslam Chat313” qrupunda Ruhulla Axundzadə adlı 67- 68 yaşlarında olan İran İslam Respublikasında yaşayan şəxslə tanış olmuşdur. Bundan sonra Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə ilə Telegramda tanış oldu. O, Ruhulla Axundzadə, eləcə də Əlimürsəl ilə eyni dini və siyasi ideyaları daşıdığı üçün onlarla əlaqələrini daha da genişləndirmişdir. Belə ki, Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə də onun kimi Azərbaycanın sionist qüvvələr tərəfindən idarə edildiyini, hazırki hakimiyyətin zalım hakimiyyət olduğunu və Azərbaycanda İslam qaydaları ilə idarə edilən Kərimə dövlətinin qurulmalı olduğunu bildirmişlər. Həmçinin Ruhulla Axundzadə və X63 xüsusi xidmət orqanları ilə əlaqəli olan Hüseynuyyun təşkilatının rəhbəri Tohid İbrahimbəyli ilə qohumdurlar. Ruhulla X13ynatasıdır. Bundan sonra 2022-ci ilin iyul ayında Telegramda Ruhulla Axundzadə “Qisas” adlı qrupun olduğunu və onu həmin qrupa daxil etmək istədiyini bildirmişdir. Qrupa daxil olmamışdan əvvəl Ruhulla Axundzadəyə artıq onun harada yaşadığı, nə işlədiyi barədə məlumatları demişdir. Bundan sonra onu “Keysan” ləqəbli İlham adlı şəxs Qisas qrupuna əlavə etmişdir. Qrup gizli qrup olmuşdur. Həmin qrupda o daxil olduqda təxminən 7-8 nəfər qrupda adam olmuşdur. Qrupun əsas məqsədi Azərbaycan Respublikasında İslam qanunları ilə idarə edilən dövlətin qurulması istiqamətində şəxslərin toplanması və bu istiqamətdə fəaliyyət göstərmək olmuşdur. Qrupa daxil olduqda and içərək göstərmişdir ki, Azərbaycanda “Kərimə” dini dövlətinin qurulması istiqamətində fəaliyyət göstərəcəyinə, Azərbaycanda olan Müaviyə və Yezid ünsürlərinə qarşı mübarizə aparacağına and içir. Bununla da o, Ruhulla Axundzadə tərəfiindən məxfi əməkdaşlığa cəlb edilmişdir. Ruhulla Axundzadə məxfiçilik üçün adını dəyişməsini bildirmiş, o isə Əbu Zeynəb ləqəbini seçmişdir. Ruhulla Axundzadə qrupda ağsaqqal olduğu üçün o, əsas danışıqlarını Əlimürsəl Axundzadə ilə aparmışdır. Bundan sonra “Qisas” adlı telegram qrupunda Azərbaycan Respublikasının vətəndaşları olan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə tanış olmuşdur. Beləliklə onların şəxsi söhbətləri olmağa başlamışdır. Təxminən 2022-ci ilin avqust ayında jurnalist Zərərçəkmiş şəxs2 “İmam Hüseynova bacıları” deməsi və “Əbəlfəz ağa”nı təhqir etməsi onda aqressiya yaratmışdır. Belə ki, bununla bağlı Əlimürsəl Axundzadə ilə söhbətlərində bunun doğru olmadığını, bu çıxışların cavabını verməli olduğunu bir birilərinə demişlər. Daha sonra Əlimürsəllə belə qənaətə gəlmişlər ki, Zərərçəkmiş şəxs2 xəbərdarlıq etmək üçün onun sağlamlığına xəsarət yetirmək lazımdır. Onlar Mirşahinin sağlamlığına odlu silah və ya soyuq silahla xələl yetirmək fikrinə gəlmişlər. Əlimürsəllə belə qənaətə gəlmişlər ki, Mir Şahinin sağlamlığına tüfəng və ya bıçaqla xəsarət yetirmək lazımdır. O, Zərərçəkmiş şəxs2 iş yerinin və evinin müəyyən edilməsi istiqamətində fəaliyyətə başlamışdır. Əvvəlcə google.com saytında Zərərçəkmiş şəxs2 iş yerini axtarmışdır. Daha sonra “Real tv” də işlədiyini, iş yerinin ünvanını müəyyən etmişdir. Daha sonra bu barədə Əlimürsəl Axundzadəyə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 də Zərərçəkmiş şəxs2 iş yerini axtarmasını demişdir. Təqsirləndirilən şəxs3 də bununla bağlı internetdə axtarış etmişdir. Hüseyn də internetdə axtarışından sonra ona Zərərçəkmiş şəxs2 iş yeri barədə məlumatları göndərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 iş yerinin qarşısına 2022-ci ilin sentyabr ayında 2 dəfə gedərək onun iş yerini müəyyən edərək onu güdmüşdür. Bundan sonra keçmiş təhsil naziri Zərərçəkmiş şəxs1 1998-2003-cü illərdə təhsil ocaqlarında hicabın yığışdırılması ilə bağlı fəaliyyətindən Əlimürsəllə danışmışdır. Onlar belə qərara gəlmişlər ki, bütün bu proseslər anti-islam təbliğatı Zərərçəkmiş şəxs1 tapşırıqlarına görə olmuşdur. Bu hərəkətlərinə görə xəbərdarlıq etmək üçün onun sağlamlığına xəsarət yetirmək qənaətinə gəlmişlər və sonuncunun sağlamlığına odlu silah və ya soyuq silahla xələl yetirmək fikrinə gəlmişlər. O, bu istiqamətdə Zərərçəkmiş şəxs1 iş və yaşayış yerini müəyyən etməyə başlamışdır. Əvvəlcə google.com saytında Zərərçəkmiş şəxs1 iş yerini axtarmışdır. O, Zərərçəkmiş şəxs1 hazırda işlədiyini bilməmişdir. Axtarış zamanı riyaziyyat və mexanika inistutunun direktoru olduğunu müəyyən etmişdir. Daha sonra iş yerinin olduğu ərazini müəyyən etdikdə telegramdan tanıyıb dostluq etdiyi Təqsirləndirilən şəxs3 yaşayış yerinə həmin ərazinin yaxın olduğunu görmüşdür. Bununla bağlı Hüseynə zəng etmiş və onunla danışmışdır. Hüseynə Zərərçəkmiş şəxs1 anti-islam təbliğatı apardığını, bununla bağlı cəzalanmalı olduğunu, ev və iş yerinin müəyyən edilməli olduğunu, bunun Əlimürsəlin tapşırığı olduğunu bildirmişdir. Telegram qrupundan Əlimürsəli Etibar və Hüseyn hər ikisi tanımışdır. Telegram qrupundan tanış olduqdan sonra o, Etibar və Hüseyn görüşüb tanış olmuşlar. Onun Hüseynə dedikləri əsasında 2022-ci ilin oktyabr ayında Hüseyn riyaziyyat və mexanika inistutunun yerləşdiyi BDU-nun yaxınlığına getmişdir. Orada 2 gün gözləsə də Zərərçəkmiş şəxs1 gəlişini müşahidə edə bilməmişdir. Bu prosesdə Təqsirləndirilən şəxs4 də onlara yaxından köməklik göstərmişdir. Belə ki, o, Etibara da Zərərçəkmiş şəxs1 anti-islam təbliğatı apardığını, bununla bağlı onun cəzalanmalı olduğunu, ev və iş yerinin müəyyən edilməli olduğunu, bunun Əlimürsəlin tapşırığı olduğunu bildirmişdir. Etibarla Hüseyn öz aralarında növbələşərək Zərərçəkmiş şəxs1 işə gəlməyini gözləmişlər. Təxminən onların Zərərçəkmiş şəxs1 güddüklərinin 3-cü günü imiş ki, Zərərçəkmiş şəxs1 işə gəlmişdir. AA seriyalı qara rəngli avtomobildə işə gəlmişdir. Bir neçə gün onlar Zərərçəkmiş şəxs1 iş yerində müşahidə etmişlər. O, usta işlədiyi üçün ora çox gedə bilməmişdir. Buna görə də Hüseyn və Etibar həmin əraziyə gedərək Zərərçəkmiş şəxs1 güdmüşdür. Daha sonra isə telefonla ona gördükləri barədə məlumatlar vermişdirlər. Bundan sonra onlar Əlimürsəllə telefonla danışıq zamanı ondan Zərərçəkmiş şəxs1la bağlı hansı işləri gördüklərini soruşmuşdur. O isə Əlimürsələ Zərərçəkmiş şəxs1 iş yerini müəyyən etdiklərini bildirmişdir. Bundan sonra Əlimürsəl ona göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təkcə işini yox, ev ünvanını da müəyyən etmək lazımdır. Onlar Zərərçəkmiş şəxs1 iş yeri, avtomobilinin seriya nömrəsi və işə gedib gəlmə vaxtlarını müəyyən etmişlər. Həmin məlumatları isə Əlimürsəl Axundzadəyə göndərmişlər. Bu tapşırıqlardan sonra 2023-cü ilin yanvar ayında Əlimürsəl ona göstərmişdir ki, Yevlax rayonunda bir ev var. Həmin evdə onlara aid olan kompüter vardır. Həmin kompüteri götürmək lazımdır. Əlimürsəl ona evin yerini və foto şəklini göndərmişdir. Həmin fotoşəkildə evin kənardan görünüşü əks olunmuşdur. Əlimürsəl göndərdiyi şəkildə evin çardağının pəncərəsi görünmüşdür. Əlimürsəl ona göstərmişdir ki, həmin pənəcərədən evə keçərək kompüteri götürmək lazımdır. O, Əlimürsəllə razılaşdıqdan sonra Yevlax rayonuna yol taksiləri ilə getmişdir. Həmin əraziyə onunla Qisas qrupundan tanıdığı Əli aşiqi 313 ləqəbli Savalan da getmişdir. Onunla Yevlaxdakı əraziyə gəlsə də həmin ərazidə olanlardan xəbərdar olmamışdır. O, Savalana heçbir məlumat verməmişdir. Bundan sonra göstərilən ərazini müəyyən edərək evi tapmışdır. Bundan sonra o, evin yerini müəyyən etdikdən sonra Əlimürsələ bu kompüterin kimə lazım olduğunu soruşmuş Əlimürsəl isə gülərək cavab verməmişdir. Lakin o, bunun Qisas qrupu ilə bağlı tapşırıq olduğunu və Hüseyniyyundan gələn tapşırıq olduğunu bilmişdir. Bundan 1 gün sonra Hüseyn və Etibarla birlikdə Yevlaxa yollanmışdır. Onlara kömək lazım olduğunu, Əlimürsəlin göndərdiyi ərazidəki evə daxil olunmalı olduğunu və həmin evdəki kompüterin götürülməli olduğunu bildirmişdir. Onlar birlikdə razılaşaraq Yevlaxa yollanmış, Yevlaxda göstərilən evə çatdıqda evin hasarından içəri daxil olmuşlar. Evin çardağına kənardan girmək mümkün olmadığı üçün evin zirzəmisinə girən qapnın qıfılını qırıb içəri daxil olmuşlar. Daha sonra evin döşəməsini 4 bucaqlı formada elektrikli mişarla kəsmişlər. Daha sonra isə həmin kəsikdən və Hüseyn içəri keçmişlər. Daha sonra o, evin çardağına qalxaraq əvvəlcədən Əlimürsəlin dediyi yerdə kompüteri axtarmışdır. Lakin artıq orda kompüter olmamışdır. Evin vəziyyətindən içəridə axtarış aparıldığı görünmüşdür. Bundan sonra onlar evdən çıxmış və o, Əlimürsələ həmin kompüterin evdə olmadığını bildirmişdir. Əlimürsəl onunla danışığında evin sahibinin polis tərəfindən tutulduğunu və həmin kompüterin polisin əlinə keçsə ev sahibi üçün pis olacağını bildirmişdir. Təxminən 25 yanvar 2023-cü il tarixdə Əlimürsəl ona “telegram” vasitəsilə koordinat göndərərək həmin əraziyə getməli olduğunu və orada yerləşən hərbi qurğuların fotoşəkillərini çəkməli olduğunu bildirmişdir. O, göstərdiyi əraziyə 31 yanvar 2023-cü il tarixdə taksi vasitəsilə getmişdir. Taksi sürücüsü onun yaşadığı ərazidən yəni, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X149 2 ev 1 ünvanından 1 məhəllə aşağıda yaşayan Həsən adlı şəxsdir. O, Həsənlə birlikdə həmin əraziyə getmişdir. Həsənin oraya niyə getməyilə bağlı məlumatı yoxdur. O, Həsənlə birlikdə ona göndərilmiş əraziyə yəni, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisinə getmişdir. Orada yerləşən hərbi hissənin uzaqdan foto şəkillərini çəkmişdir. O, bu zaman avtomobilin qabaq oturacağında əyləşmişdir. O, həmin hərbi hissədə yerləşən qurğuların şəkillərini çəkməyə başlamışdır. Həmin qurğuların nə olması barədə onun məlumatı yoxdur. Həsən ona maşında olanda sual vermişdir ki, bu ərazinin niyə şəkillərini çəkirsən. O, qurğuların şəklini çəkdiyini desə də ona başqa məlumat verməmişdir. Həsən ondan daha heçnə soruşmamışdır, Hətta soruşsa belə o, Həsənin sualından yayınacağını bildirmişdir. O, həmin şəkillərin kimə lazım olmasını Əlimürsəldən soruşduqda Əlimürsəl “biz bildiyimiz şəxslərə” cavabını vermişdir. Əlimürsəl ona həmin hərbi hissənin sionist hərbi hissəsi olduğunu demişdir. Bundan sonra Həsən onu şəhərə işə aparmışdır. Həsənə 50 AZN pul vermişdir. Axşam saat 23:00 radələrində o, fotoaparatın yaddaş kartında olan şəkilləri götürərək telegram vasitəsilə mobil telefonu ilə Əlimürsələ göndərmişdir. Ona fotoaparatı tapmaqda Təqsirləndirilən şəxs3 kömək etmiş, fotoşəkilləri İranda olan Əlimürsəl Axundzadəyə göndərdikdən sonra həmin şəkillərin nə olduğunu və niyə çəkdiyini Hüseynə bildirmişdir. Saat 23:45 radələrində qardaşı Fərhad Zeynalova zəng gəldi. Ona zəng edən şəxslər onun harada olduğunu soruşmuşlar bu zaman qardaşının üzündə yaranan qorxu ifadəsindən onun axtarıldığını başa düşmüş və evdən dərhal qaçmışdır. Bundan sonra qaçaraq Əmircan qəsəbəsi ərazisində yerləşən “Şor göl”ün yaxınlığında ona məxsus olan “LG” markalı mobil telefonu, onun içindəki ***-***-**-** saylı mobil nömrəni, şəkilləri çəkdiyim yaddaşı kartını, “bluetooth” qulaqcıqları və leo bankın kartını sındıraraq atmışdır. Bundan sonra qaçaraq Əmircan qəbirstanlığına gəlmişdir. Orada oturub nə etmək lazım olduğunu fikirləşmişdir. O, evdən çıxanda səs eşitmiş və başa düşmüşdür ki, evlərinə axtarışa gəlmişlər. Bir müddət qəbirstanlıqda gözlədikdən sonra taksiyə əyləşərək Hüseynin yaşadığı evin qarşısına getmişdir. Hüseyn Yasamal rayonunda 53 nömrəli məktəbin yanında yaşayır. O, səhər Hüseyn dərsə gedənədək onu gözləmişdir. X132 Tibb Universitetində tələbədir. Səhər Hüseyn dərsə getdikdə o, Hüseynə yaxınlaşmış və göstərmişdir ki, dünən gecə bu hadisələr baş vermişdir. Telefon və kartını sındırmışdır. Hüseynə Əlimürsəllə əlaqə saxlamasını və polisin evlərinə gəldiyini bildirməsini xahiş etmişdir. Hüseyn bundan sonra Əlimürsəllə danışaraq vəziyyəti bildirmişdir. X99 zəng edərək saat 14:00 radələrində Qara Qarayev metrosu yaxınlığında “Sevinc” kinoteatrının arxasında onu gözlədiyini bildirmişdir. X64 Etibarın Kapitalbank kartına pul göndərməli olduğunu və onun vəziyyətinin necə olduğunu bildirmişdir. Bundan sonra 14:00 radələrində Etibarla görüşmüş, Etibarın kartından Əlimürsəlin ona kömək üçün göndərdiyi 270 manat pulu çıxarmışdır. Daha sonra o, Etibarın evinə gəlmiş və Etibarın evində DTX əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs7 ifadələrində göstərdi ki, ittiham olunduğu maddələr ilə özünü təqsirli bilmir. 17 aprel 2023-cü il tarixdə günorta saat 14 radələrində evə gedərkən ağ rəngli Hyundai markalı avtomobildən enib qəflətən önünə keçən 4 nəfər mülki geyimli şəxs özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib ona zor tətbiq edərək başıma qara torba keçirərək avtomobilə mindirdilər. İdarədə üzərinə baxış keçirilsə də, heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadığına görə fiziki zor tətbiq edərək əleyhinə ifadə verməyi tələb etdilər. Vəkil iştirakı olmadan psixotrop maddə olan iki ədəd sellefon bükümdə olan bağlamanı təqdim etdilər. Videoçəkiliş zamanı isə həmin psixotrop maddənin ona məxsus olduğu barədə yalan ifadə verməyini tələb etdilər. AR CM 234.1-1-ci maddə ilə özünü təqsirli bilmir. Daha sonra qrupda kimləri tanıdığını soruşduqda heç kimi tanımadığını demişdir. Fiziki zor tətbiqi nəticəsində qrupda tanıdığı Elgün adlı şəxsin adını verdi ki, getdiyim məsciddə tanımışdır. Ona özləri tərəfindən yazılmış mətn təqdim olundu ki, çəkiliş zamanı bunu deməyi üçün əzbərləsin, o da məcbur olub yazılanları demişdir. Qrupa daxil olmamışdan əvvəl təqsirləndirilən şəxslərdən Elgünü tanımış, digər təqsirləndirilən şəxsləri tanımamışdır. Qrupdakı ləqəbi “Ya Hüseyn” olub. Qrupa daxil olarkən adı “İslam chat” idi. Ruhulla Axundzadəni tanımır, qrupda söhbəti olmayıb. Qrupda heç kimlə danışığı olmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona fiziki zor tətbiq edərək məcburən qrupda olan kiminsə adını verməyini istədilər, o da orada tək tanıdığı olan Elgünün adını vermişdi. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində narkotik vasitə ilə bağlı sual verilməyib, sadəcə narkotik vasitəni ona təqdim edib ona məxsus olduğunu təsdiq etmək üçün fiziki zor tətbiq edildi. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 5 gün və 8 gün saxlanılmışdır. Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra saxlanıldığından ailəsinin məlumatı olub. Dövlət tərəfindən təqdim olunan vəkilin yanında ona zor tətbiq edərək ona məxsus olmayan narkotik vasitənin ona aid olduğunu deməyini tələb etdilər. Vəkil onunla əlaqə saxlamayıb. “Ya Hüseyn” ləqəbini qrupa qoşulanda deyil, “Telegram” sosial şəbəkəsini yükləyən zamandan istifadə edir. Qrupda aktiv formada iştirak etməmişdir. Qrupda Ruhulla Axundzadəyə and içməmişdir. “Qisas” qrupunun üzvü olmuşdur. İstintaqda verdiyi ifadəni təzyiq altında imzalamış, həmin ifadə ona məxsus deyil. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs7 ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, o, 1993-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. O, 2011-ci ildən İslam dininin şiə təriqəti üzrə ibadət edir. O, əvvəllər İran İslam Respublikasının ali dini lideri Xomenei-ə təqlid etmişdir. Yəni Xomeneinin şəriət hökmlərini qəbul edib şəriətlə bağlı mövzularda qəbul etmişdir. “Telegram” ani mesajlaşma sistemində axtarış yerinə “İslam” yazaraq axtarışa vermiş və “İslamchat313” qrupuna daxil olmuşdur. Həmin qrupun admini “Keysan” ləqəbli İlham adlı şəxs olmuşdur. Bir müddət sonra Keysan ona şəxsidə yazaraq fikirlərini öyrənmişdir. Onun dini radikal baxışlarını görüb eyni düşüncələrə malik olduqlarını gördükdən sonra ona “Qisas” adlı gizli qrupun olduğunu demiş və 2022-ci ilin iyul ayında oraya əlavə etmişdir. Keysan göstərmişdir ki, qrupun rəhbərliyini Ruhulla Axundzadə həyata keçirir. Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə də qrupda olmuşdur. O, qrupa daxil olduqdan sonra Ruhulla Axundzadə onun şəxsi məlumatlarını ona şəxsidə yazaraq istəmişdir. O da ad soyad ata adını, təhsili, iş yeri, əsgərlikdə olmağı və 1 uşağının olmağı barədə məlumat vermişdir. Bundan sonra qrupda görüntülü danışıq olduqda bütün qrupda olanlara and içdirilmişdir. O da and içmişdir ki, şiəliyin yoluna, İmam Zaman ağanın və Xomenei ağanın hakimiyyətinə, Azərbaycanda Kərimə dövlətinin qurulmasına sadiq qalacaqdır. Ruhulla Axundzadənin tapşırığı ilə məxfiçiliyin qorunması üçün “Ya Hüseyn” dini ləqəbini götürmüşdür. Belə ki, o da qrupda olanlar kimi Azərbaycanda islam qanunları ilə idarə edilən dövlətin qurulmasını istəmişdir. O, Ruhulla Axundzadəyə anket məlumatlarını “WhatsApp” ani mesajlaşma sistemində göndərmişdir. Ruhulla həftədə bir dəfə qrup üzvləri ilə canlı danışqlar aparmış, hərkəsin mövqelərini öyrənmişdir. Qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyi, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulması, İran əlehinə danışan müxtəlif dövlət məmurlarınına qarşı sui-qəsdlərin edilməsindən Ruhulla Axundzadə danışmışdır. Ruhulla Axundzadə tapşırmışdır ki, müqavimətçi dindarlardan kim varsa qrupa əlavə edin. O da 2022-ci ilin iyun ayında Qafqaz Müsəlmanları idarəsinin qarşısında qoşulduğu etiraz aksiyasından tanıdığı Təqsirləndirilən şəxs8 “İslamchat313” qrupuna Keysan tərəfindən əlavə edilməsini təmin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs8 də onlarla eyni dini əqidəyə malik olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs8 “Qisas” qrupuna əlavə edilmişdir. Elgün Keysan tərəfindən qrupa əlavə edilmişdir. O, Qisas qrupu haqqında Elgünə heçnə deməmişdir, çünki Ruhulla Axundzadə qrupun məxfi olmasını onlara demişdir və qrupda olanları heçkəsə deməməyi tapşırmışdır. Qrupda Təqsirləndirilən şəxs8 də Kərimə dövlətinə and içmişdir. Lakin onun bundan sonrakı fəaliyyətindən xəbəri olmamışdır. O İş üzrə Təqsirləndirilən şəxs8 ictimai xadim Zərərçəkmiş şəxs2 həyatına suiqəsd edilməsi ilə bağlı hazırlıq hərəkətləri ilə əlaqədar məlumatsızdır. Bu barədə hər hansı fəaliyyət həyata keçirməmişdir. Bundan başqa O, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində psixotrop maddə aldığını və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş və 17 aprel 2023-cü il tarixdə DİN BMCMİ əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış zamanı psixotrop maddələri təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs11 ifadələrində göstərdi ki, ittiham olunduğu heç bir maddə ilə özünü təqsirli bilmir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərinə baxış keçirildi, lakin üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. “Qisas” və “Müqavimətə davam” qruplarında olmuşdur. Qrupda dini mövzular barədə danışmışdılar. İfadədə göstərilənlər doğru deyil, ifadə ona məxsus deyil. Xarici pasportu yoxdur, heç bir şəkillər çəkməmişdir. Məhkəmədə elan edilən ifadə ona məxsus deyil, zor tətbiqi nəticəsində imzalamışdır. Narkotik vasitə istifadəçisi deyil, ancaq idarədə ona narkotik vasitə verdilər ki, yoxlanışa gedən zaman qanından narkotik vasitə çıxsın. Təqsirləndirilən şəxs7 tanıyır, Suraxanı rayonunda Elvinlə görüşüb məscidə getmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs11 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 1987-ci ildə Abşeron rayonunda doğulmuşdur. O, bir neçə ildir ki, İslam dininin şiə təriqəti üzrə ibadət edir. Təxminən 5 ildir ki, İran İslam Respublikasının dini liderlərindən olan Sistaniyə təqlid etmişdir. Yəni onun şəriət hökmlərini qəbul edib şəriətlə bağlı mövzularda qəbul etmişdir. O “Telegram” mesajlaşma sisteminə təxminən 2022-ci ilin iyul-avqust aylarında daxil olmuşdur. Həmin zaman o “X100” və hazırda adlarını xatırlamadığı digər dini xəbərlər paylaşılan səhifələri izləmişdir. Həmin səhifələrdə paylaşılan xəbərlərdə o əsasən dini radikal mövqedə şərhlər yazmışdır. Təxminən elə həmin vaxtlarda “Telegram” ani mesajlaşma sistemində Keysan ləqəbli İlham adlı şəxs ona şəxsidə yazaraq fikirlərini öyrənmişdir. Onun dini radikal baxışlarını görüb eyni düşüncələrə malik olduqlarını gördükdən sonra onu 2022-ci ilin iyul ayında “Qisas” adlı gizli qrupa əlavə etmişdir. Keysan göstərmişdir ki, qrupun rəhbərliyini Ruhulla Axundzadə həyata keçirir. Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə də qrupda olmuşdur. O, qrupa daxil olduqdan sonra Ruhulla Axundzadə onun şəxsi məlumatlarını ona şəxsidə yazaraq istəmişdir. O da ona ad soyad ata adını, təhsili, iş yeri barədə məlumat vermişdir. Bundan sonra qrupda görüntülü danışıq olduqda bütün qrupda olanlara and içdirilmişdir. O da and içmişdir ki, şiəliyin yoluna, İmam Zaman ağanın və Xomenei ağanın hakimiyyətinə, Azərbaycanda Kərimə dövlətinin qurulmasına sadiq qalacaqdır. Belə ki, o da qrupda olanlar kimi Azərbaycanda islam qanunları ilə idarə edilən dövlətin qurulmasını istəmişdir. Ruhulla həftədə bir dəfə qrup üzvləri ilə canlı danışqlar aparmış, hərkəsin mövqelərini öyrənmişdir. Qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyi, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulması, İran əlehinə danışan müxtəlif dövlət məmurlarınına qarşı sui-qəsdlərin edilməsindən Ruhulla Axundzadə danışmışdır. Bundan başqa Ruhulla Axundzadənin qrupa atdığı səs yazılarında Azərbaycanda olan İran əlehinə danışan dövlət məmurlarının cəzalandırılmalı olduğu bir olaraq ayağa qalxıb Azərbaycanda Kərimə dövlətinin qurulmalı olduğu qeyd edilmişdir. Ruhulla Axundzadə tapşırmışdır ki, müqavimətçi dindarlardan kim varsa qrupa əlavə edin. Həmçinin İrana qarşı çıxış edən dövlət məmurlarının iş yeri, evi və digər məlumatları barədə kim nə bilirsə göndərməsini bildirmişdir. Qrupdan bir müddət sonra bəziləri tutulduğu üçün Ruhulla Axundzadə qrupu silmiş və aktiv olmamağl tapşırmışdır ki, onlar da tutulmasın. Qrupdakı ləqəbi “Ya Əli və X152” olmuşdur. Qisas qrupundan sonra qrupunda davamı kimi Keysan tərəfindən açılmış Müqavimətə davam qrupunda da olmuşdur. Bundan başqa Qisas qrupundan olan Təqsirləndirilən şəxs2 ilə 2 dəfə görüşmüşdür. 1-ci görüş Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən çay evində olmuşdur. Onlar dini mövzularda söhbət etdikdən sonra hakimiyyətin pis əllərdə olması, sionist rejimin ölkəni idarə etməsi, Rufullanın tapşırığı ilə çevriliş edərək dini dövlət qurulmasından danışmışlar. 2-ci görüş zamanı isə Nizami metrostansiyasının yaxınlığında olmuşdur. Orada Elgün adlı Qisas qrupunda Müntəzir ləqəbi ilə olan şəxs də olmuşdur. Bundan başqa qrupdan Təqsirləndirilən şəxs5 da tanıyır. Lakin onla şəxsi tanışlığı olmamışdır. Həmçinin Ruhulla Axundzadə qrup üzvlərinə ayrı-ayrılıqda tapşırıqlar vermişdir. Tapşırıqların məzmunu Bakı şəhərində ayrı-ayrı yerlərə gedərək şəkillər və videolar çəkmək olmuşdur. Belə ki məqsədi həmin yerləri partlatmaq olmuşdur. Lakin o, hər hansı ərazisinin şəklini çəkib Rufullaya göndərməmişdir. Bundan başqa O, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 50 manat müqabilində psixotrop maddə olan şüşə alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirmiş, 17 aprel 2023-cü il tarixdə DİN BMCMİ əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddələrin aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs12 ifadələrində göstərdi ki, ittiham olunduğu maddələrin heç biri ilə özünü təqsirli bilmir. Dini qrupda iştirak etmiş, lakin hakimiyyət əleyhinə heç bir yazı və ya fikri olmayıb. Sadəcə divara şüarlar yazmışdır, tarixlər çəkmişdir, bu da hansısa qaydaya etiraz etdiyinə görə idi. Dini ayinlərinin keçirilməsinə qadağa qoyulur, qara bayramda qara bayrağın çıxarılmasına icazə vermirlər, bunlara etiraz aksiyası üçün divara dini şüarlar yazmışdır. İlk daxil olduğu qrupun adı “İslam chat” idi, 2022-ci ilin iyun ayında daxil olmuşdu. Daha sonra “Qisas” qrupuna qoşulmuş, qrupun adının “Qisas” olması İslamı təhqir edənlərə qarşı idi, real həyatda dövlətə qarşı hər hansı qisas planları yox idi. Andiçmə sionist rejimə qarşı olma və İslama qarşı çıxanlara müqavimət göstərilməsi ilə bağlı idi. “İslam chat” qrupuna dinc şəkildə aksiya keçirilməsi fikri ilə daxil olmuşdu. Qrupda tarixi, dini mövzularla bağlı söhbətləri olub. Əməliyyatçılardan biri ona dövlət çevrilişi edəcəyini dedikdə elə bir fikrinin olmadığını dedikdə digər əməliyyatçı cibinə narkotik vasitə atmışdı. Qrupa “Keysan” ləqəbli şəxs tərəfindən daxil olmuşdu. Həmin şəxs ona qrupun linkini atmışdı, o da həmin link vasitəsilə qrupa daxil olmuşdu. “Qisas” qrupunda olmağının səbəbi məhz İslamın təhqiri ilə bağlı idi, həmin qrupda 2 ay olmuşdur. Qrupda aktiv fəaliyyəti kənardan müşahidə etmək olub. Qrupda olmağının cinayət olduğunu düşünmür. Ailəsi ilə təhdid edildiyinə görə narkotik vasitənin ona məxsus olduğunu təsdiq etməyə məcbur oldu. Yəqin ki, debat aparmaqla qisas alınacağı nəzərdə tutulmuşdu. Divara şüarlar yazdığına görə peşman deyil. Kərimə dövləti yaratmaq kimi fikri olmayıb. O, ifadələrinə əlavə olaraq göstərdi ki, Mənə başqa dini qrupda olarkən admin tərəfin link göndərilmişdi, mən də həmin link vasitəsi ilə İslam chat qrupuna keçid etmişdim. Mən hər hansı qrup yaratmamışam. İslam chat qrupunda tarixi mövzuda sorğu-sual olurdu, şəriət movzusunda danışırdılar. Hər hansı siyasi mövzuda söhbət olmamışdı. Qrupda ancaq İlhamın və Faiqin adını eşitmişdir. Canlı yayımlar olurdu, o 3-4 dəfə canlı yayımda olmuşdur. O, Quran oxuyurdu. O, əvvəl Teleqramda “Allahu Əkbər” adlı dini kanalda olmuşdur, orada hədislər paylaşılırdı, yazışma yox idi. Həmin kanalda Keysan ləqəbli şəxs tərəfindən “İslam chat” qrupunun linki atılmışdı, onunla şəxsi tanışlığı olmayıb. Məhərrəmlik ayında “Şiə” əqidəsinə görə, xüsusi mərasimlər keçirilir, bu mərasimlərə dövlət tərəfindən bəzi qadağalar qoyulurdu, o da buna etiraz olaraq divara şüar yazmışdır. O, ittiham aktına baxdı ki, guya bu qrupdan ona verilən tapşırıqdır, lakin bu barədə ona tapşırıq verilməyib, o öz şəxsi iradamlə bu şüarları yazıb paylaşmışdır. İttiham aktında ona Ruhulla Axundzadə tərəfindən əmr olunduğu göstərilir, halbuki o öz şəxsi iradasi ilə bu işi görmüşdür. İmam Hüseynin şəhadəti ilə bağlı Məhərrəmlik ayının ilk 10 günlüyündə qara bayraqlar qaldırılırdı. Əvvəllər də bu şeylər olub. Qara bayraqlar İmam Hüseynin şəhadətini qeyd etmək üçün qaldırılır. O tutulan vaxt Ruhulla Axundzadə ilə yazışma yox idi. Ruhulla Axundzadə xəbər kanallarında xəbərləri seçib onun telegram səhifəsinə göndərirdi, o onları silirdi. O, tutulanda da ancaq xəbərlər olub, yazışma olmayıb. İslam chat qrupunda olarkən canlı yayım açılmışdı, orada Quran oxumuşdur, həmin vaxt Ruhulla Axundzadə onunla maraqlanmışdı ki, dini təhsilin var ya yox ? 313 rəqəmi Məhəmməd peyğəmbərin Bədr savaşındakı 313 nəfəri ifadə edir. Məhəmməd peyğəmbərin dövründəki qalibiyyətə görə qrupun adında 313 rəqəmi olub. Hər hansı çevriliş əmri olmayıb. Onun çevriliş etmək niyyəti olmayıb. Əməliyyatçılar ona xidməti vəsiqə göstərildi və dini qruplaşma ilə bağlı onu həbs etdiklərini bildirdilər. Sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar, orada onu ailəsi ilə təhdid etdilər və cibinə narkotik vasitə qoydular. Bir nəfər arxasında dayanmışdı, bir nəfər də onunla söhbət edərək, bildirirdi ki, “sən dövlət çevrilişi edirdin ?”. Həmin vaxt arxadakı şəxs sol cibinə narkotik vasitə qoydu. O, İslam chat qrupuna tarixi, şəriət və s. mövzusunda yazışma üçün qoşulmuşdur. Əgər İslam chat qrupunda cihadla bağlı söhbət olsaydı, orada olmazdı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, təzyiq altında qəbul etmişdir. Qisas qrupu olub, lakin qrupun adını o qoymamışdır. Hazırda virtual aləmdə, sosial şəbəkələrdə islamı söyənlərin, Quranı yandıranların videoları paylaşılması həddindən artıq çoxalıb, islamafobiya ölkəmizə də gəlib çatıb. O da buna görə, virtual aləmdə qisas almaq fikri var idi ki, hər hansısa bəhs aparsın, onlara hər hansı formada etirazını bildirsin, kanallarını şikayət etsin, bloklasın, yəni bu məqsədləri olub. Erməni xəbər kanallarına baxan siyasi şərhçilər var, onda gərək, onları da CM-nin 274-cü maddəsi ilə məsuliyyətə cəlb eləmək lazımdır. İttiham aktında onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatda, onun dini dövlət yaratmaq üçün and içdiyi qeyd olunur, lakin efir kanallarının, İTV olsun, Xəzər TV olsun, paylaşdığı xəbər videosu var, həmin xəbərdə, onun heç bir təsir altında olmadan real and içmə videosu var. O həmin videoda demişdir ki, müqavimətdə olmağa və sionist rejimə qarşı olmağa and içir. Hansı sionist rejim!? Fələstində 29 mindən çox insanı öldürən rejim. O deməmişdir ki, Azərbaycanda sionist rejim var. Onun məqsədi sionist rejimlə mübarizəni virtual formada aparmaq idi, məsələn, sosial şəbəkələrdə Fələstinə dəstək göstərmək və ya dinc yolla olan aksiyalara getmək. O, universitet tələbəsi olmuşdur və ona dövlət çevrilişi ilə ittiham verilib. O əlinə pulemyot alıb dövlət çevrilişi edəcək idi!? Dövlət çevrilişi idisə hanı silah? Narkotik vasitə ilə dövlət çevrilişi edəcək idi? Odur ki, ittihamı qəbul etmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs12 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 2003-cü ildə Gədəbəy rayonunda doğulmuşdur. O, 2008-ci ildən İslam dininin şiə təriqəti üzrə ibadət edir. O əvvəllər İran İslam Respublikasının ali dini lideri Xomenei-ə təqlid etmişdir. Yəni onun şəriət hökmlərini qəbul edib şəriətlə bağlı mövzularda qəbul etmişdir. “Telegram” ani mesajlaşma sistemində “Allahuəkbər” xəbər səhifəsində olarkən Keysan ləqəbli İlham adlı şəxsin ona şəxsi yazışmada göndərdiyi linkə daxil olmuş və “İslamchat313” qrupuna həmin link vasitəsilə daxil olmuşdur. Həmin qrupun admini “Keysan” olmuşdur. Bir müddət sonra Keysan ona şəxsidə yazaraq fikirlərini öyrənmişdir. Onun dini radikal baxışlarını görüb eyni düşüncələrə malik olduqlarını gördükdən sonra onu 2022-ci lin avqust ayında “Qisas” adlı gizli qrupa əlavə etmişdir. İlham onu qrupa əlavə etməmişdən əvvəl Masazır qəsəbəsində onun “İslamchat” qrupunda dediyi tapşırığa uyğun olaraq divara “Ya Hüseyn” şüarı da yazmışdır. Bundan başqa Masazır ərazisində yerə İsrail bayrağını çəkmişdir. Daha sonra yazdığı şüarın və bayrağın şəklini Keysana göndərmişdir. Keysan göstərmişdir ki, qrupun rəhbərliyini Ruhulla Axundzadə həyata keçirir. Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə də qrupda olmuşdur. O qrupa daxil olduqdan sonra Ruhulla Axundzadə onun şəxsi məlumatlarını ona şəxsidə yazaraq istəmişdir. O da ad soyad ata adını, təhsili, iş yeri, əsgərlikdə olmağı barədə məlumat vermişdir. Bundan sonra qrupda görüntülü danışıq olduqda bütün qrupda olanlara and içdirilmişdir. O da and içmişdir ki, O bu yolda şəhid olana qədər şiəliyin yoluna, İmam Zaman ağanın və Xomenei ağanın hakimiyyətinə, Azərbaycanda Kərimə dövlətinin qurulmasına sadiq qalacaqdır. Belə ki, o da qrupda olanlar kimi Azərbaycanda islam qanunları ilə idarə edilən dövlətin qurulmasını istəmişdir. Ruhulla həftədə bir dəfə qrup üzvləri ilə canlı danışqlar aparmış, hərkəsin mövqelərini öyrənmişdir. Qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyi, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulması, İran əlehinə danışan müxtəlif dövlət məmurlarınına qarşı suiqəsdlərin edilməsindən Ruhulla Axundzadə danışmışdır. Bundan başqa Ruhulla Axundzadənin qrupa atdığı səs yazılarında Azərbaycanda olan İran əlehinə danışan dövlət məmurlarının cəzalandırılmalı olduğu, bir olaraq ayağa qalxıb Azərbaycanda Kərimə dövlətinin qurulmalı olduğu qeyd edilmişdir. O Qisas qrupunda dini mövzuda paylaşımlar edərək Quran oxumuşdur. Ruhulla Axundzadə tapşırmışdır ki, müqavimətçi dindarlardan kim var idisə qrupa əlavə edin. Bundan başqa Ruhulla Axundzadə ona ətrafımda olan vəhabilərin olduğu yerlər barədə məlumatlar almaq barədə tapşırıq vermişdir. Lakin o vəhabilərin toplandığı yer barədə məlumatlı olmadığından ona heçnə deməmişdir. Ruhulla Axundzadənin tapşırığı ilə məxfiçiliyin qorunması üçün “Hüseynçi” ləqəbini götürmüşdür. Bundan sonra 2022-ci ilin oktyabr ayında “Hüseynçilər313” daha sonra isə Müqavimətə davam adlı gizli qruplar yaradıldı və “Qisas” qrupu silinmişdir. O da “Hüseynçilər313” və Müqavimətə davam qruplarının üzvü olmuşdur. Həmin qrupda da yenə eyni şəxslər üzv idi. Həmin qrup bir növ Qisas qrupunun davam idi və yenə də Azərbaycandakı sionist rejimin devrilməsi və yerində Kərimə dövlətinin qurulması üzrə fəaliyyət gedirdi. Bundan başqa Abşeron rayonu Masazır kəndi ərazisində olarkən Məhəmməd adlı şəxsdən 100 manat müqabilində psixotrop maddə aldığını, 19 aprel 2023-cü il tarixdə DİN BMCMİ əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən həmin maddələrin aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ifadələrində göstərdi ki, ona ittiham olunan cinayətlə bağlı özünü təqsirli bilmir, sadəcə təsir altına düşdüyü üçün özünü qismən təqsirli bilir. Universitetin 5-ci kurs tələbəsi olan zaman Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmışdır. Təxminən 2022-ci ilin avqust ayının sonu və ya sentyabr ayının əvvəli “İnstagram” sosial şəbəkəsində Həsən adlı şəxs tanımışdı, o, bir dəfə ona “Telegram” sosial şəbəkəsində belə bir qrup olduğunu, qrupda olan şəxslərin dindarlar olduğunu deyib onun da qoşulmağını təklif etdi, o da razı oldu. Qrupda olan şəxslərdən sadəcə Təqsirləndirilən şəxs2 tanımışdır, bir dəfə də Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 yanında görmüşdür. 2022-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs2 həm onun yaşadığı ünvanın, həm də oxuduğu universitetin yaxınlığında yerləşən Riyaziyyat və Mexanika İnstitutu tərəflərdə bir avtomobil nömrəsi verərək həmin avtomobilin orada olub-olmamasına baxmağını xahiş etdi. Təqsirləndirilən şəxs2 vaxtı olmadığını bildirmişdi, həmçinin hansı səbəblə baxmağını dedikdə heç bir məlumat verməmişdi. Yenə də həmin gün avtomobilin orada olubolmamasına baxdıqda həmin avtomobili görmədi, bununla bağlı da Təqsirləndirilən şəxs2 məlumat verdi. 2023-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2 dostunun Yevlax rayonunda yaşadığını, polis tərəfindən saxlanıldığını və onun evində müəyyən sənədlər olduğunu və həmin sənədlərin ona çətinlik yaradacağı üçün onları götürməsini xahiş etdiyini bildirdi və onunla gəlməyi təklif etdi, o da razı oldu. Yevlax rayonuna getdilər, lakin Təqsirləndirilən şəxs2 evdə heç nə tapa bilmədiyinə görə geri qayıtdılar. 2023-cü ilin yanvar ayının sonunda Təqsirləndirilən şəxs2 ondan fotoaparat kiralayan yer bilib-bilmədiyini soruşdu, o da “İnstagram” sosial şəbəkəsində ola biləcəyini dedikdə Təqsirləndirilən şəxs2 əgər həmin sosial şəbəkədə fotoaparat kiralayan yer tapa bilsə ona göndərməyini xahiş etdi. Bir dəfə həmin sosial şəbəkədə fotoaparat kiralayan səhifə ilə rastlaşdıqda Təqsirləndirilən şəxs2 göndərmişdi. 01 fevral 2023-cü il tarixində işlədiyi aptekdə olarkən Dövlət Təhküləsizlik Xidmətinin əməkdaşları gəlib özlərini təqdim etdikdən sonra onu saxladılar. Ona verilən ittihamlarla özünü təqsirli bilmir. Dövləti üçün bir çox yararlı işlər görmüş və heç vaxt dövlətə xəyanət etməyi ağlından belə keçirməmiş və ya konstitusion quruluşu dəyişməklə bağlı heç bir cəhdim olmamışdır. Təqsirləndirilən şəxs2la “Qisas” qrupunda tanış olmuşdur. Həmin qrupa xüsusi yanaşması olmayıb, heç kimdən qisas almaq niyyəti də olmayıb, həmin qrupda dini məsələlərdən söhbət gedib. Təqsirləndirilən şəxs2la şəxsi danışığı zamanı 2022-ci ilin dekabr ayının ortalarında avtomobil nömrəsi verərək həmin avtomobilin dediyi ünvanda olubolmadığına baxmağını xahiş etmişdi. Həmin avtomobili görmədi və daha sonra dərsə getdi. Təqsirləndirilən şəxs2 kimin avtomobili olduğunu soruşsa da, heç bir məlumat vermədi. Avtomobilin nömrəsini xatırlamır. Təqsirləndirilən şəxs2 fotoaparatı işlədiyi yerlə bağlı kirayələmək istədiyini bildirmişdi. “İnstagram” sosial şəbəkəsində fotoaparat icarə verdiklərini gördükdə həmin səhifəni Təqsirləndirilən şəxs2 göndərmişdir. Yevlax rayonundakı evin qapısı bağlı olduğuna görə, evin altından daxil oldular. Həmin ev Təqsirləndirilən şəxs2 dostuna aid idi və onun razılığı ilə evə daxil olunmuşdu, evin kimə adi olduğu barədə məlumatı yox idi. Həmin şəxs polis tərəfindən saxlanılıdığına görə evin açarı onlarda yox idi. Mirşahin Ağayevi sosial şəbəkələrdən tanıyır. Mirşahin Ağayevi izləməmiş, onu izləməyi ilə bağlı Təqsirləndirilən şəxs2 ona məlumat verməmişdir. Yevlax rayonundakı evə daxil olmamışdır. Faiq Quba rayonunda işləməsi səbəbilə fotoaparat lazım olduğunu və fotoaparatı icarəyə götürmək istədiyini bildirmişdi. İnstagram sosial şəbəkəsində fotoaparat icarə verən yer gördükdə həmin səhifəni Təqsirləndirilən şəxs2 göndərdi. Zərərçəkmiş şəxs1 avtomobilini görmədi, həmin yerdə avtomobilin gəlməsini təxminən yarım saat gözləmişdi. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 hansı səbəblə izləməyi barədə məlumat verməmişdi. “Qisas” qrupunda bir-iki dəfə canlı yayımlara qoşulmuş, söhbətin nə olduğu dəqiq yadımda deyil, lakin dövlətə xəyanətlə bağlı və ya terror aktı ilə bağlı heç bir söhbət olmamışdır. Qrupda olduğu müddətdə heç kim nəyinsə müqabilində ona pul göndərməyib, lakin Təqsirləndirilən şəxs2 ondan bir dəfə kartına 500 manat atacaqlarını və həmin pulu onun kartına göndərməyini xahiş etdmişdi. İstintaqda verdiyi ifadəni təzyiq altında imzalamışdır, həmin ifadə ona məxsus deyil. Mirşahin Ağayevlə bağlı ona heç kim heç bir məlumat verməyib, onun da Mirşahin Ağayevə qarşı heç bir hərəkəti olmayıb. Zərərçəkmiş şəxs1la bağlı Təqsirləndirilən şəxs2 bir dəfə ona avtomobil nömrəsi demişdi ki, həmin avtomobili müəyyən ərazidə görüb-görmədiyi ilə bağlı ona məlumat versin. Lakin Təqsirləndirilən şəxs2 həmin avtomobilin kimə məxsus olduğunu, onu hansı məqsədlə izləmısi barədə heç bir məlumat verməmişdi, əgər belə bir məlumat versə idi, özü ona etiraz edərdi. Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə ilə də heç bir əlaqəsi olmayıb. Təqsirləndirilən şəxs2 dostunun polis tərəfindən saxlanıldığını, onun evində bəzi sənədlərin olduğunu və dostunun həmin sənədləri götürməsi barədə xahiş etdiyini bildirmişdi və onu da dəvət etdiyinə görə razılaşmışdı. Təqsirləndirilən şəxs2 Yevlax rayonunda olan evdən heç nə tapa bilməmişdi. Təqsirləndirilən şəxs2 işi ilə əlaqədar fotoaparat kirayə götürməyə yer axtardığını bildirdiyinə görə “İnstagram” sosial şəbəkəsində rastlaşdığı səhifəni Təqsirləndirilən şəxs2 göndərmişdi. Təqsirləndirilən şəxs2 kömək etməyinin səbəbidə bir neçə dəfə görüşüb bir yerdə yemək yemələri, ünsiyyətinin olması idi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərmişdir ki, İ.M.Seçenov adına X124 Tibb Universitetinin Bakı filialında 5-ci kurs tələbəsidir və hal-hazırda ünvan 20 ünvanında N nəfər otaq yoldaşları ilə kirayə yaşayır. “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə Həsən adlı şəxslə tanış olmuşdur. Belə ki, əvvəllər tanımadığı Həsən adlı şəxslə “instaqram” sosial şəbəkəsində üzün müddət dost kimi danışmışdır və Həsən onun etibarını qazanmışdır. Daha sonra ona teleqram tətbiqini yükləməyi və orada yaradılan “qisas” adlı qrupa daha sonra isə “hüseyçilər313” qrupına daxil olmağını istəmişdir. Həsən adlı şəxs ona həmin teleqram qrupında yaxşı qardaşların olduğunu və orada ancaq dindar mövzulardan söhbət getdiyini bildirmişdir. O da bu səbəbdən həmin qrupa daxil olmuşdur. Qrupda daxil olmamışdan qabaq Keysan ləqəbli İlham adlı şəxs ona yazaraq şəxsi məlumatlarını dəqiqləşdirmiş və həmin məlumatları Qisas qrupunun rəhbəri olan Ruhulla Axundzadəyə göndərəcəyini bildirmişdir. Daha sonra isə Keysan onu qrupa əlavə etmişdir. Qrupa üzv olan kimi həmin qrupın rəhbəri olan Ruhulla Axundzadə qrupdakı üzvlərdən ona “Hüseyn”-nin yolunda getməyi üçün Qurana and içməyini tələb etmişdir. O da and içərək qrupa üzv olmuşdur. Qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyi, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulmasından Ruhulla Axundzadə danışmışdır. Bundan başqa Ruhulla Axundzadənin qrupa atdığı səs yazılarında Azərbaycanda Kərimə dövlətinin qurulmalı olduğunu qeyd etmişdir. O da Azərbaycanda İslam qanunları ilə idarə edilən dövlətin qurulmasını istəmişdir. Ruhulla Axundzadə məxfiçilik üçün adını dəyişməsini bildirmiş, o isə Hüseyn ləqəbini seçmişdir. Həmin qrupu vasitəsi ilə ilk öncə Təqsirləndirilən şəxs2, daha sonra isə Təqsirləndirilən şəxs4 tanımışdır. Ruhulla Axundzadə Azərbaycan Müqavimət Hərəkətı olan “Hüseyniyyun” təşkilatının rəhbəri Tohid İbrahimbəylinin qayınatasıdır. Onun oğlu isə Əlimürsəl Axundzadədir. Əlimürsəl Axundzadə və Ruhulla Axundzadə İran Xüsusi Xidmət orqanları ilə əməkdaşlıq edir. Əlimürsəl Təqsirləndirilən şəxs2 vasitəsilə onlara yəni Etibarla ona tapşırıqlar vermişdir. Onlar da həmin tapşırıqları icra etmişlər. Təxminən 2022-ci il in oktyabr ayında həmin qrup vasitəsi ilə öyrənmişdir ki, məhkum Hacı Abgül azadlığa buraxılır və Əmircandakı cümə məscidinə gələcəkdir. O da həmin məscidə getmiş və orada ilk dəfə canlı olaraq Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Daha sonra isə Faiq onu Təqsirləndirilən şəxs4 ilə tanış etmişdir. Onlar Əmircan qəsəbəsi, Bülbülə küçəsində yerləşən çayxanada görüşmüşlər və onlar yaxından tanış olmuşlar. Bu görüşdən sonra mütəmadi olaraq onların görüşləri başlamışdır. Bundan sonra X51 aldığı tapşırıqları onlara verməyə başlamışdır. Təqsirləndirilən şəxs2 onlara 2022-ci ilin avqust sentyabr aylarında göstərmişdir ki, qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs2 izləmək istəyir. Səbəbin soruşduqda isə o bizə Mir Şahinin “İmamhüseynova bacıları ifadəsinə görə” nifrət etdiyini bildirmişdir. Mir Şahinin qorxutmaq üçün sağlamlığına zərər yetirmək istədiyini, bu tapşırığı Əlimürsəldən aldığını bildirmişdir. Daha sonra teleqram tətbiqi vasitəsi ilə Mir Şahinin idarə etdiyi avtomobil şəklini atmış və onda qalmasını demişdir. X133 izlədiyini və onun iş yerinin “Real TV”-də olmasını öyrəndiyini bildirmişdir. 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs2 onlara göstərmişdir ki, qisas almaq məqsədi ilə keçmiş Təhsil naziri Zərərçəkmiş şəxs1 izləmək istəyir. Səbəbin soruşduqda isə Etibarla ona Zərərçəkmiş şəxs1 nifrət etdiyini və ilk dəfə baş örtüyünü məktəblərdə məhz o qadağan etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 qorxutmaq üçün sağlamlığına zərər yetirmək istədiyini, bu tapşırığı Əlimürsəldən aldığını bildirmişdir. “Vikipediya” vasitəsi ilə Zərərçəkmiş şəxs1 İnformatika və Texnologiya universitetində dərs dediyini öyrənmişlər. Lakin gəlmə-getmə saatları məlum olmamışdır. 2022-ci ilin oktyabr ayında günün müxtəlif saatlarında Etibar ilə birlikdə İnformatika və Texnologiya universitetinin qarşısında gözləyərək Zərərçəkmiş şəxs1 gəliş-gediş saatların öyrənmək üçün dayanmışlar və onu güdmüşlər. Nəhayət öyrənmişlər ki, Zərərçəkmiş şəxs1 “Toyota” markalı, tam xatırlamadığı **-AA-*** qeydiyyat nişan nömrəli avtomobil ilə universitetə gəlir. Həmin avtomobilin şəklini çəkərək teleqram vasitəsi ilə Faiqə göndərmişdir. Gəlmə saatını təxminən həftə içi olaraq 1-ci, 2-ci və 5-ci günlər saat 10:00 radələrində olduğunu öyrənmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Yenidən görüş zamanı Faiq Etibarla ona əvvəllər tanıdığı “qardaşımız” kimi təqdim etdiyi lakin adını söyləmədiyi bir şəxsin Polis tərəfindən tutulduğunu və həmin şəxsin Yevlax şəhərində ki evində lazımı sənədlər olduğunu bildirmişdir. Qeyd olunan sənədlərin ələ keçirməyin çox vacib olduğunu vurğulamışdır. Belə ki, Faiq onlara həmin sənədlər həmin o şəxsə böyük problem yaradacağını bildirmişdir. İlk dəfə Faiq Yevlaxa teleqram qrupunda üzv olan Savalan adlı şəxslə birlikdə getmişdir. Lakin Savalan adlı şəxs Faiqi Yevlaxda düşürdərək yarı yolda qoymuşdur. Yenidən görüşən zaman Faiq ondan və Etibardan Yevlaxa getməyi və həmin sənədləri tapmağı istəmişdir. Bunun Əlimürsəlin tapşırığı olduğunu bildirmişdir. Onlar razılaşaraq 2023-cü ilin yanvar ayında tanımadıqları taksi vasitəsi ilə Yevlax şəhərində yola düşmüşlər. Taksi onları evin qabağında düşürmüşdür və orada gözləmişdir. Onlar nə qədər cəhd etsələr də evə daxil ola bilməmişlər və orada olan itlərin hürməsi nəticəsində Bakı şəhərinə qayıtmışlar. Həsən adlı taksi sürücüsü ilə Yevlax şəhərində yola düşmüşlər. Taksi onları evin qabağında düşürmüşdür və orada gözləmişdir. Evin hasarından içəriyə tullanmışlar. Daha sonra evin çardağına qalxmaq mümkün olmadığı üçün evin zirzəmisinə gedən qapını açmaq istəmiş, Lakin qapı qıfıllı olduğu üçün qapının qıfılını Etibar dəmir parçası ilə qırmışdır. Bundan sonra Etibar boyu uzun olduğu üçün evin zirzəmisinə daxil ola bilməmişdir. O və Faiq evin zirzəmisinə daxil olmuşlar. Bundan sonra Faiq elektrikli mişarla evin zirzəmisində taxta döşəməni 4 bucaqlı formada kəsmişdir. Daha sonra həmin yaranan dəlikdən Faiq evə qalxmış və o evə qalxmasına kömək etmişdir. Bundan sonra Faiq evin çardağına qalxaraq orada axtarış aparmışdır. Lakin istədiyi sənədləri tapa bilməmişdir. Bundan sonra onlar evdən çıxmış və Bakıya qayıtmışlar. 30 yanvar 2023-cü il tarixdə Faiq onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək təcili olaraq fotoaparat lazım olduğunu bildirmişdir. Onun şəxsi fotoaparatı olmadığından “instaqram” sosial şəbəkəsi vasitəsi ilə icarəsinin günü 28 manata olmaqla verilən fotoaparat səhifəsi tapmışdır. Həmin tapdığı telefon nömrəsini Faiqə göndərmişdir və Faiq əlaqə saxlayaraq həmin fotoaparatı götürmək məqsədi ilə həmin şəxslə görüşmüşdür. Daha sonra fotoaparatı götürdüyünü telefonla zəng edərək ona bildirmişdir. Faiqdən fotoaparatı hansı məqsədlə lazım olduğunu soruşduqda isə Faiq ona Kürdəxanıda İsrail dövlətinə məxsus hərbi bazanın olduğunu və həmin bazanın fotoşəkillərini çəkəcəyini bildirmişdir. Həmin gün Faiq tək Kürdəxanıya gedərək həmin orada yerləşən hərbi hissənin şəkillərini çəkmişdir. O, ümumiyyətlə Kürdəxanıya getməmişdir və həmin yerində harada yerləşdiyindən məlumatı yoxdur. Həmin günün axsam tərəfi teleqram qrupının rəhbəri olan Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə teleqram vasitəsi ilə onu yığaraq Faiqin polis tərəfindən axtarışda olduğunu və onun telefonunda nə varsa silməsini istədiyini bildirmişdir. Əlimürsəlin dediklərinə əhəmiyyət vermiyərək heç nəyi silməmişdir. Sadəcə olaraq telefon nömrəsini çıxarıb yola atmışdır. Daha sonra Əlimürsəl Faiqə verməyi üçün onun istifadəsində olan “Leo” Bank kartına 270 manat pul atmışdır. Həmin pulu isə o, X127 kartına göndərmişdir. Aldığı məlumata əsasən Etibar həmin pulu Neftçilər metro stansiyasının ətrafında görüşərək Faiqə vermişdir. Təqsirləndirilən şəxs5 ifadələrində göstərdi ki, ittiham olunduğu AR CM 274-cü maddəsi ilə özünü təqsirli bilmir, AR CM 278.3-cü maddəsi ilə isə qismən təqsirli bilir. Təqsirləndirilən şəxslərin heç birini tanımır, onlarla ədavət və düşmənçiliyi yoxdur. “Qisas” qrupuna 2022-ci ilin sonlarında, payız aylarında Ruhulla Axundzadə tərəfindən qoşulmuş, onu şəxsən tanımasa da, Telegram sosial şəbəkəsində olan xəbər saytlarında olan şərh hissəsindən tanımışdır. “Qisas” qrupunda da sadəcə dini mövzudan söhbətlər olub, dövlətə xəyanət və ya kimdənsə qisas almaqları ilə bağlı məlumat olmayıb. AR CM 278.3-cü maddəsi ilə isə qismən təqsirli bilməyinin səbəbi yaşadığı yerin yaxınlığında yerləşən hərbi bazanın fotoşəkilini çəkdiyinə görədir, lakin həmin məkan “Google Maps” proqramında da göstərilir, gizli bir yer deyil. Ruhulla Axundzadə Azərbaycan Respublikasında İsrail dövlətinin bazalarının olduğunu bildirdiyinə görə yaşadığı yerin yaxınlığında yerləşən hərbi bazada olub-olmadığını maraqlanmaq üçün şəklini atmışdı. AR CM 278.3-cü maddəsində göstərilən dövlətin konstitusion quruluşunu dəyişmək və digər hallarla bağlı özünü təqsirli bilmir. Sumqayıt şəhərində Yaşıl Dərə qəsəbəsində yaşayır, həmin yerin yaxınlığında hərbi hissə mövcuddur. Hərbi hissənin yaxınlığına gedib şəklini çəkməmişdir və ya həmin hərbi hissənin yanından avtomobil ilə keçməmişdir. “Google Maps” proqramında yaşadığı yerin yaxınlığında belə bir yer olduğunu görmüşdür. Qrupun adının qisas olmasının səbəbi Qurandan götürülmüş olan ayənin adı ilə bağlıdır. 2008-ci ildən bəridir ki, Yaşıl Dərə qəsəbəsində yaşayır. Həmin vaxta kimi həmin hərbi hissənin İsrail dövlətinə məxsus olması barədə məlumat eşitməmişdir. “Qisas” qrupunun Azərbaycan Respublikası ilə heç bir əlaqəsi olmayıb. Ona verilən ittihamlarla bağlı özünü təqsirli bilmir. “Qisas” adlı qrupa Ruhulla Axundzadə tərəfindən daxil edilmişdir. Təqsirləndirilən şəxslərdən heç birini tanımır. Hüseyniyyə təşkilatının Sefanın tərkibində olması barədə məlumatı yox idi. Ruhulla Axundzadənin dövlət quruluşunun dağıdılması, suverenliyinin pozulması ilə bağlı andiçməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs6 Seyran oğlunu tanımır. “Qisas” qrupunda dini söhbətləri olub. Dövlət hakimiyyətini devirmək və ya kiminsə həyatına suiqəsdlə bağlı hərəkətlərdə iştirak etməmişdir. Hüseynçilər qrupunda heç bir vəzifəsi olmayıb və heç bir maddi vəsait əldə etməmişdir. Ruhulla Axundzadə ilə ibadət etdikləri məscidlərin fotoşəkillərini çəkib göndərməyi ilə bağlı söhbəti olmayıb. “Qisas” qrupunda olan müzakirələrə qoşulurdu, həmin müzakirələri əsasən Ruhulla Axundzadə başladırdı. Kərimə dövləti Azərbaycan Respublikasının dövlət quruluşunun dəyişilməsi üçün deyildi, Kərimə dövləti ümumi dünyada İslam Hakimiyyətinin qurulması ilə bağlı idi. Qrupda hazırki vaxtda dövlət quruluşunun dəyişilərək Kərimə dövlətinin yaradılması ilə bağlı heç bir söhbət olmayıb. İstintaqda verdiyi ifadəni təzyiq altında imzalamışdır, həmin ifadə ona məxsus deyil. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı göstərmişdir ki, 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2014cü ildən namaz qılır. Əhli-şiə məshəbindəndir. O 2022-ci ildə “Telegram” mobil tətbiqində Ruhulla Axundzadə adlı şəxslə dini səhifələrdə olan dini radikal yönümlü paylaşımlarına görə tanış olmuşdur. Rufullanın dini radikal, dövlət əlehinə olan fikirləri onun diqqətini cəlb etmişdir. O Rufullanın çıxışlarına, yazdığı yazılara meyillənib telegram mobil tətbiqində yazışmağa başlamışdır. O, Ruhulla Axundzadə ilə tanış olmamışdan əvvəl “İslamChat313” qrupunun inzibatçısı olan “Keysan” ləqəbli İlham adlı, Şirvan şəhərində yaşayan və orada bərbər işləyən şəxslə danışmışdır. Belə ki, İlham onun dini səhifələrdə olan radikal yönümlü paylaşımlarını görərək ona yazmış və şəxsi məlumatlarını dəqiqləşdirmişdir. İlham ondan harada yaşadığını, təhsilini, nə işlədiyini və digər şəxsi məlumatlarını dəqiqləşdirmişdir. İlham onun məlumatlarını dəqiqləşdirdikdən bir müddət sonra onu “İslamChat313” adlı qrupa əlavə etmişdir. Həmin qrup gizli xarakter daşımışdır. Lakin bir növ “filtr” funksiyasını yerinə yetirmişdir. Bu qrupda daha radikal və konkret fikirli şəxsləri toplayaraq “Qisas” daha sonra isə “Hüseynçilər313” qruplarına əlavə etmişlər. O bu qruplarda inzibatçı təyin olunmuşdur. Ruhulla Axundzadənin “Hüseyniyyun” Azərbaycan Müqavimət Təşkilatına işlədiyini bilmişdir və bunu ona özü demişdir. “Hüseyniyyun” təşkilatı isə İİR xüsusi xidmət orqanı olan Sepahın tabeçiliyindədir. Hüseyniyyun təşkilatının rəhbəri Tohid İbrahimbəylidir. “Qisas” qrupu yaradıldıqdan sonra Ruhulla Axundzadənin rəhbərliyi ilə canlı yayım açıldı. Həmin qrup təxminən 2022-ci ilin avqust ayında yaradılmışdır. Canlı yayımda Ruhulla Axundzadə onlara Qurana and içdirmişdir ki, bu qrupda olan təxminən 15 nəfər şəxs qrupda olan bütün sirrləri qoruyacaq, Azərbaycanda “kərimə” – yəni İslam Dövlətinin qurulmasına xidmət edəcəkdir. Bununla da o, qrupda olan şəxsləri o da daxil olmaqla məxfi əməkdaşlığa cəlb etmişdir. Onunla birlikdə “Hüseyn”, “əbu Zeynəb”, “Sərdar”, “Keysan”, “Hizbullah”, Rufullanın oğlu Əlimürsəl Axundzadə, “Allahu Əkbər”, ərəbcə yazılmış “X152”, “Xomeyni Rəhbər”, ərəbcə yazılmış “Ya Əli”, “Əli Aşiqi 313” və ləqəbini xatırlamadığı N nəfər şəxs də and içmiş və məxfi əməkdaşlığa cəlb edilmişlər. Onun ləqəbi isə “Hüseyni” idi. Bundan sonra Ruhulla Axundzadə göstərmişdir ki, hər birinə şəxsən tapşırıqlar veriləcəkdir və onları mütləq icra etmək lazımdır. Qrupda bildirilmişdir ki, DTX-ni İsrail dövləti idarə edir. Azərbaycanı İsrail və onun sionist rejimi işğal etmişdir. Azərbaycanı azad edərək “kərimə“ dövləti yəni islam dövləti qurmaq lazımdır. O Ruhulla Axundzadə ilə 26 noyabr 2022-ci il tarixdə “telegram” mobil tətbiqində danışarkən ona göstərmişdir ki, DTX-nin Sumqayıt şəhərində yerləşən və İsraillə əlaqəsi olan hər hansı bir bazasının məlumatlarını əldə etmək lazımdır. O da 2021-ci ildə X112 DTX-nin bazasının yanından keçərkən soruşmuşdur ki, bura nədir. Dayısı da ona buranın DTX-nin bazası olduğunu demişdir. Dayısı polis serjantı olduğu üçün şəhər ərazisindəki yerləri yaxşı tanımışdır. O, həmin bazanın yerini o vaxtdan ağlında saxlamışdır. Həmin baza Sumqayıt şəhəri Ceyranbatan su anbarının yaxınlığında yerləşmişdir. O Ruhulla Axundzadənin ona verdiyi tapşırıq üzrə hərəkət edərək “Google map” proqramında həmin bazanın koordinatlarını, yerləşdiyi ərazini müəyyən edib Ruhulla Axundzadəyə göndərmişdir. Ruhulla Axundzadə ondan həmin bazanın şəklini çəkməyini istəsə də o yalnız koordinatlarını göndərməklə kifayətlənmişdir. Çünki DTX-nin bazası olduğu üçün tutulma ehtimaldan qorxmuşdur. Bundan başqa 2022-ci ilin dekabr ayında Ruhulla Axundzadə ona daha bir tapşırıq vermişdir ki, Sumqayıt şəhərində yerləşən “Vəhabi” təriqətinə mənsub şəxslərin getdiyi məscidlərin məlumatlarını və fotoşəkillərini ona göndərsin. O yenə də “Google map” proqramında həmin məscidlərin yerini müəyyən etmişdir. Həmin məscidlərdən biri Sumqayıtın Bakı şəhərinə tərəf olan girişinə yaxın, digər isə Corat qəsəbəsi ərazisində yerləşmişdir. O məscidlərin koordinatlarını və google.com saytında yerləşdirilmiş şəkillərini əldə edib “Qisas” qrupunda məxfi əməkdaşlığa cəlb edilmiş “Hizbullah” ləqəbli Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs6 göndərmişdir ki, Ruhulla Axundzadəyə göndərsin. Həmin tapşırıq Vüqara da Ruhulla Axundzadə tərəfindən verilmişdir və o da Vəhabi məscidləri barədə məlumat toplamışdır. Vüqar onunla danışdığı zaman bunları ona demişdir. “Hizbullah” ləqəbli Təqsirləndirilən şəxs6 “Qisas” və “Hüseynçilər313” qruplarına əlavə etməyi o, təklif etmişdir. Belə ki, Ruhulla Axundzadənin tapşırığına əsasən dini səhifələrdə radikal yönümlü şərhlər yazan şəxsləri müəyyən edib “Qisas” və “Hüseynçilər313” qruplarına əlavə etmək daha bir tapşırığı olmuşdur. O da Təqsirləndirilən şəxs6 müəyyən edib əlavə etmişdir. Daha doğrusu onun namizədliyini vermişdir. Onu isə qruplara Keysan əlavə etmişdir. Hətta Vüqara bir dəfə görüşərək oxuması üçün İran yönümlü dini məzmunlu kitab da vermişdir. Vüqar da onun qrupa əlavə etməyinə görə məxfi əməkdaşlığa cəlb edilərək Ruhulla Axundzadə tərəfindən tapşırıqlar almışdır. O, Vüqarın digər tapşırıqlarını bilməsə də Vəhabi məscidləri barədə məlumatları toplamaq barədə tapşırıq aldığını, məscidlərlə bağlı aldığı məlumatları Rufullaya göndərdiyini bilir. Təqsirləndirilən şəxs6 Ruhulla Axundzadənin tapşırıqlarını icra etməyə həvəsli olmuşdur. “Telegram” mobil tətbiqində “Qisas” və “Hüseynçilər313” qruplarında Ruhulla Axundzadənin tapşırığı ilə inzibatçı olaraq qrupun idarə edilməsi, orada xəbərlərin paylaşılması və digər işləri görmüşdür. 2022-ci ilin dekabr ayında Əlimürsəl Axundzadə “Qisas” qrupunda yazmışdır ki, qrupu bağlayın və burada olan bütün yazışmaları silin. Əlimürsəl DTX-nin əməllərinə görə onları həbs edə biləcəyindən qorxduğunu bildirmişdir. Ona görə də qruplar silinmiş və o da qrupdan çıxardılmışdır. Bundan sonra isə Müqavimətə Davam qrupu Keysan tərəfindən açılmış və onlar həmin qruplara salınmışlar. Hazırda da onun telefonunda Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə “Telegram” mobil tətbiqində dostluğunda vardır. Əməlinin dövlətə xəyanət olduğunu bilir. Əməlimdən peşmandır. Təqsirləndirilən şəxs6 Seyran oğlu ifadələrində göstərdi ki, təqsirləndirilən şəxslərdən heç birini tanımır. İttiham olunduğu AR CM 274 və 278.2-ci maddələri ilə özünü təqsirli bilmir. Ruhullah Axundzadə ilə Telegram vasitəsilə tanış oldu, daha sonra onu qrupa dəvət etdi və qrupda könüllü şəkildə onu admin etdi. Həmin qrupda dini məlumatları, dünyada baş verən hadisələri paylaşmışdır. “Qisas” qrupuna “Hizbullah” ləqəbi ilə daxil olmuşdu. Həmin qrupda nə qədər şəxs olduğunu dəqiq xatırlamır, 10 nəfərdən çox olmazdı. Kərimə dövlətinin yaradılmasının konkret bir vaxtı yox idi. “Hizbullah” ləqəbinin mənası “Allahın ordusu” deməkdir. Kərimə dövlətində İslam qayda-qanunları yaradılacaq idi. Tutulmamışdan 1 il əvvəldən bəri Kərimə dövlətinin yaradılması ilə bağlı ideologiyası formalaşdı. Qrupda olan şəxslərdən sadəcə Ruhullah Axundzadə ilə danışığı olub. Ruhullah Axundzadə hər hansı hərbi hissənin şəklini çəkməyi ilə bağlı ondan xahişi olmayıb. Ruhulla Axundzadə “Vahabi” təriqətində olan şəxslərin Azərbaycanda təxribat törətmək istədiklərini demişdi. Əvvəl AR CM 278.2-ci maddəsi ilə özünü qismən təqsirli bilirdi, lakin hazırki mərhələdə özünü heç bir maddə ilə təqsirli bilmir. Qrupda dünyada baş verən hadisələr haqqında paylaşımlar edirdi. Qrupda hər hansı sursat anbarların, taktiki əməliyyatların aparılması üçün məxfi obyektlər barədə fotoşəkillər paylaşmamışdır. Qrupda etdiyi paylaşımlara görə gələcəkdə yaratmaq istədiyi Kərimə dövlətində hər hansı vəzifə və ya hazırki dövrdə maliyyə dəstəyi olmayıb, könüllü etmişdir. Qrupda konkret olaraq Kərimə dövlətinin yaradılması barədə müzakirələr olmayıb. Hüseynin dövlətin konstitusion quruluşunun dəyişilməsi ilə bağlı fikir bildirməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs5 tərəfindən verilən kitabı iş yoldaşı vasitəsi ilə götürmüşdür, həmin kitab hədislərdən ibarət idi. Oxuduqdan sonra geri qaytarmışdır. İlkin ona məscidlərin və ya hərbi hissələrin fotoşəkillərini göndərməyib. Qrupun məqsədi Azərbaycanda Kərimə dövlətinin qurulması idi. Kərimə dövləti dindarların azad olması ilə qurulmalı idi, hansı üsul ilə azad olunacaqları barədə məlumatı yoxdur. Azərbaycanda yaşayan yəhudilərdən, İslama qarşı olan şəxslərdən qisas alınırdı. İttiham aktında olan ifadə ona məxsus deyil. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs6 Seyran oğlu ibtidai istintaq zamanı göstərmişdir ki, o, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2018-ci ildən namaz qılır. Əhli-şiə məhsəbindəndir. O, 2022-ci ildə “Telegram” mobil tətbiqində Ruhulla Axundzadə adlı şəxslə dini səhifələrdə olan dini radikal yönümlü paylaşımlarına görə tanış olmuşdur. Rufullanın dini radikal, dövlət əlehinə olan fikirləri onun diqqətini cəlb etmişdir. O Rufullanın çıxışlarına, yazdığı yazılara meyillənib onunla telegram mobil tətbiqində yazışmağa başlamışdır. O, Ruhulla Axundzadə ilə tanış olmamışdan əvvəl “Azeislamadoğru313” xəbər səhifəsinin inzibatçısı olan “Keysan” ləqəbli İlham adlı, Şirvan şəhərində yaşayan və orada bərbər işləyən şəxslə danışmışdır. Bundan sonra səhifənin adı dəyişərək “Zühurxəbər” olmuş və o da İlham tərəfindən həmin səhifənin admini olmuşdur. İlhamla tanışlığını isə belə olmuşdur ki, o, dini səhifələrdə olan radikal yönümlü paylaşımlarını görərək ona yazmış və şəxsi məlumatlarını dəqiqləşdirmişdir. Keysan ondan harada yaşadığını, təhsilini, nə işlədiyini və digər şəxsi məlumatlarını dəqiqləşdirmişdir. İlham onun məlumatlarını dəqiqləşdirdikdən bir müddət sonra onu “Zühurxəbər” adlı səhifəyə inzibatçı etmişdir. O, 2022-ci ilin avqust ayında əvvəlcə “Hüseynçilər313” daha sonra isə 2022-ci ilin dekabr ayında “Qisas” gizli qruplarının Keysan tərəfindən üzvü kimi qrupa əlavə edilmişdir. Lakin “Qisas” qrupu 2022-ci ilin dekabr ayında silinərək hamı qrupdan çıxarılmışdır. Bunun səbəbini Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə ona şəxsi yazışmada göstərmişdir ki, qrupu bağlayın və burada olan bütün yazışmaları silin, yoxsa DTX əməllərinizə görə sizi həbs edəcəkdir. Belə ki, Qisas qrupu Azərbaycan Respublikasında İslam dövlətinin qurulması məqsədilə Ruhulla Axundzadənin tapşırığı əsasında Keysan ləqəbli İlham tərəfindən yaradılmışdır. Qrupda o da daxil olmaqla hər kəs and içmişdir. And dini and olmaqla, qrupda olan danışıqları kənara çıxarmayacaqlarına, sirri qoruyacaqlarına və İslam dövlətinin qurulmasına sadiq qalacaqlarına aid olmuşdur. İslam dövləti kimi Azərbaycanda Kərimə dövlətinin qurulmasından söhbət getmişdir. Ruhulla Axundzadə qrupda olanlara məxfiçilik üçün ləqəb götürməklərini bildirmiş o isə Hizbullah ləqəbini götürmüşdür. Bundan bir müddət sonra qrup silinmişdir.Lakin o “Hüseynçilər313” gizli qrupunda hələ də qalmışdır. “Zühurxəbər” səhifəsi bir növ “filtr” funksiyasını yerinə yetirmişdir. Bu qrupda daha radikal və konkret fikirli şəxsləri toplayaraq “Qisas” daha sonra isə “Hüseynçilər313” qruplarına əlavə etmişdirlər. Bununla da Ruhulla Axundzadə onu məxfi əməkdaşlığa cəlb etmişdir. Bundan başqa o Ruhulla Axundzadənin İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın tərkibində olan “Hüseyniyyun” Azərbaycan Müqavimət Təşkilatına mənsub olduğunu, onlara xidmət etdiyini bilmişdir. Həmin təşkilatın rəhbəri Tohid İbrahimbəylidir. O “Keysan” ləqəbli İlham adlı şəxslə danışığında göstərmişdir ki, İranda olan şeyxlər Orxan Məmmədov, Vüsal İskəndərli və Tohid İbrahimbəyliyə xidmət etmək istəyir. İlham ona danışığında məqsədlərini ona açıqlayanda “Qisas” qrupunun yaratdığı bir video atmışdır. Həmin videoda Azərbaycanda olan vəhabi təriqətinə məxsus şəxslərə, sionistlərə, Şiə məzhəbinin düşmənlərinə qarşı silahlı mübarizə əks olunmuşdur. O bu videonu görüb o vaxt başa düşmüşdür ki, məqsədləri nədir. Onun “Telegram” mobil tətbiqində adı Hizbullah olmuşdur. Hətta bu ada görə ona Ruhulla yazaraq göstərmişdir ki, bu ləqəbi ilk dəfə sonuncu götürmüşdür. Bundan başqa “Zühurxəbər” adlı səhifəyə inzibatçı olub onu idarə etməyini Ruhulla Axundzadə tapşırmışdır. Bundan başqa həmçinin “Hüseynçilər313” gizli qrupunda da Ruhulla Axundzadənin tapşırığı ilə də inzibatçı olub qrupu idarə etmişdir. Həmin qrup və səhifələrdə fəaliyyət göstərməkdə məqsəd isə daha çox şəxsin məxfi əməkdaşlığa cəlb edilməsi olmuşdur. 2022-ci ilin dekabr ayında Ruhulla Axundzadə ona tapşırıq vermişdir ki, Sumqayıt şəhəri ərazisində olan vəhabi məscidlərinin şəklini və olduğu yeri müəyyən edib ona atsın. Sumqayıtda olan Ceyranbatan məscidi və Corat qəsəbəsində yerləşən Ceyhunxanım və Hacıəhməd məscidinin şəkillərini və koordinatlarını İlkin adlı “Hüseyni” ləqəbli Qisas və Hüseynçilər313 qruplarından tanıdığı şəxsdən alaraq Ruhulla Axundzadəyə göndərmişdir. Belə ki, Ruhulla Axundzadənin ona verdiyi tapşırıq üzrə İlkinlə danışaraq ona göstərmişdir ki, ona belə bir tapşırıq verilmişdir. İlkin də həmin koordinatları və şəkilləri ona göndərmişdir. O da topladığı bu məlumatları Ruhulla Axundzadəyə göndərmişdir. Bu şəkilləri və koordinatları göndərməkdə məqsədləri ölkədəki dini vəziyyətə nəzarət etmək olmuşdur. Dini qruplaşmalara nəzarət edərək daha çox şəxsin onların məqsədlərinə qoşulması olmuşdur. O, həmin Vəhabi və Sələfi əqidəsində olan şəxslərin harada toplaşmaları barədə məlumatları dəqiqləşdirmişdir. Belə ki, onları izləyib harada toplaşdıqlarını müəyyən etmişdir. Belə ki, vəhabilərə və sələfilərə aid olan Sumqayıt şəhərində yerləşən və onların toplaşdığı yerlərin kafelərin restoranların şəkillərini çəkməyi Ruhulla ona tapşırmışdır. O da Sumax və Pürrəngi adlı kafelərin foto şəkillərini çəkərək Ruhulla Axundzadəyə göndərmişdir. O, həmin kafelərin əvvəlcə “google.com” saytında axtarış edərək şəkillərini tapa biləcəyini yoxlamışdır. Həmin kafelər məhşur olduğu üçün şəkilləri çıxmış və şəkilləri “screenshot” vasitəsilə çəkərək Ruhulla Axundzadəyə göndərmişdir. Əgər “google.com” saytında şəkillər çıxmasaydı gedib şəkillərini çəkəcəyini bildirmişdir. Həmçinin həmin kafelərin ünvanlarını da Rufullaya göndərmişdir. Belə ki, Pürrəngi kafenin ünvanı ünvan 21dan başqa kafenin +**********39 nömrəsini də göndərmişdir. Həmçinin Sumax kafenin +**********44 nömrəsini də göndərmişdir. Bundan başqa Hüseynçilər313 qrupunda və Zühurxəbər səhifəsində şəxsən özü tərəfindən yazılmış mətnlər, hazırlamış videolar və digər yazılar paylaşmışdır. Ona Ruhulla Axundzadə göstərmişdir ki, qrupda inzibatçı kimi aktiv olsun və belə şeylər paylaşsın ki, daha çox şəxs onlarla işləməyə cəlb olunsun. Etdiyim bütün paylaşımlar və fəaliyyəti Azərbaycan Respublikasına İslam qanunları ilə idarə edilən Kərimə dövlətinin qurulmasına yönəlmişdir. Təqsirləndirilən şəxs8 ifadələrində göstərdi ki, ittiham olunduğu maddələrdən heç biri ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxslərdən Elvini bir dəfə məsciddə görmüşdür. “Qisas” qrupunda ləqəbi “Müntəzir” idi. İttihamda yazılıb ki, çevriliş etmək istə, lakin 13 nəfər ilə hakimiyyəti devirmək olmur, yəni bu, absurd fikirdir. Kərimə dövləti yaratmaq niyyəti də olmayıb. “Qisas” qrupuna 2022-ci ilin avqust ayında dini mövzularla bağlı Ruhullah Axundzadə tərəfindən qoşulmuşdur. “Qisas” qrupunda dini mövzular olub. X24 Ağayevi qorxutmaq istədiyini demişdi, o da silah tapa bilməyəcəyini bildirdi. Hər birini bu fikirdə cəmləşdirən Hz.Mehdi olub. Dini təhsili yoxdur. Təsadüfən bibisinin yoldaşı zəng edib “Qobu Park 1”-də ona ev düşdüyünü dedi, ora getdikdə N nəfər polis əməkdaşı tərəfindən saxlanıldı. Təsadüfən eşitdiyi məlumata əsasən Arzu Daşdəmirovun tapşırığı ilə gətirildiyimi deyirdilər. Sonradan öyrəndi ki, narkotik vasitənin istifadəsi ilə bağlı saxlanılmışdır. Polis əməkdaşları fotoşəkil çəkərkən narkotik vasitəni haradan tapdığını soruşduqda bir əli ilə yeri göstərərkən, digər əli ilə polisi göstərdi. 29 mart 2023-cü il tarixə saxlanılıb Bakı İstintaq Təcrdixanasına gətirildi, daha sonra 27 aprel 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb 8 gün orada saxlanıldı. 19 may 2023-cü il tarixdə isə Dövlət Təhlükəsizlik Xidmətinə aparıldı. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona fiziki zor tətbiq edilib. Bir dəfə silahla bağlı avqust aylarında tanışlarına yazmışdı, sonuncu dəfə isə ya 2022-ci ilin dekabr ayında, ya da 2023-cü ilin yanvar ayında marağlanmışdır. Silahları tanımır. Tutulmasa idi də, silahla Mirşahin Ağayevə xəsarət yetirmək niyyəti olmayacaq idi. Qrupda hakimiyyəti zorla devirmək və ya konstitusion quruluşu dəyişməklə bağlı söhbətlər olmayıb. Qrupdan əvvəl Elvinlə tanışlığı olub, məsciddə görüşmüşdür. Həmçinin Ruslanla metroda qarşılaşmışdır. Digərləri ilə tanışlığı olmayıb. Elvinlə sadəcə dini mövzularda tanışlığı var. Qrupda Təqsirləndirilən şəxs2 dövlət xadiminə sui-qəsdi ilə bağlı danışığından xəbəri yoxdur. Qrupda sədəcə Təqsirləndirilən şəxs2 dini mövzulardan danışırdı. X80 bağlı heç bir söhbət olmayıb. “Qisas” qrupunda Hüseynin iştirakı olaraq sadəcə “salam-sağol”-u olub. Asim adlı şəxs onun tanışıdır. Mirşahin Ağayevin danışığına görə onunla bağlı əsəbiliyi olub, onu qorxutmaq məqsədilə Asim adlı tanışdan silah almaq istəmiş, lakin daha sonra fikrindən yayınmışdır. Narkotik vasitə ilə əlaqəsi olmayıb, həmin narkotik vasitəni polis onun cibinə yerləşdirib. İbtidai istintaq zamanı verilən ifadəni təzyiq altında imzalamışdır, ona məxsus deyil. Musa Camalzadədən silah istəməmişdir, sadəcə Asim və Ruslandan istəmişdir. İstintaqda verdiyi ifadəni təzyiq altında imzalamışdır, həmin ifadə ona məxsus deyil. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs8 ibtidai istintaq zamanı göstərmişdir ki, 1997-ci ildə Füzuli rayonu Dövlətyarlı kəndində doğulmuşdur. 2020-ci ildən namaz qılır. Əhli-şiə məzhəbindəndir. O 2022-ci ilin iyun ayında Qafqaz Müsəlmanları İdarəsinin qarşısında Hacı Talehin aclıq aksiyası ilə bağlı 3 nəfər dindara zorakılıq edilməsi ilə bağlı aksiyaya gedib qoşulmuşdur. Orada Təqsirləndirilən şəxs7 adlı şəxslə tanış olmuşdur. Elvin də onun kimi dindar şəxs olmuşdur. Elvinlə tanışlıqdan sonra onu “İslamchat313” adlı qrupa dəvət etmişdir. O, həmin qrupa daxil olduqdan 1-2 saat sonra onu səhifədən çıxartmışlar. Bundan sonra o qrupun inzibatçısı “Keysan” ləqəbli İlham adlı Şirvan şəhərində yaşayan və orada bərbər işləyən şəxsə “Telegramda” şəxsidə yazmışdır. İlhamla danışanda ondan şübhə etməməsini etibarlı şəxs olduğunu bildirmişdir. O, həmin səhifələrin müqavimətçilərə məxsus olduğunu bilmişdir. Buna görə də göstərmişdir ki, o dövlət orqanlarına işləyən deyil ondan narahat olmasınlar. Daha sonra İlham onun şəklini və şəxsi məlumatlarını ondan istəmişdir. Onun həmin məlumatlarını Ruhulla Axundzadənin istədiyini bildirmişdir. O həmin səhifəyə Təqsirləndirilən şəxs7 tərəfindən dəvət edildiyini bildirmişdir. Bundan 2 gün sonra 2022-ci ilin iyul ayında İlham “Qisas” gizli qrupuna onu əlavə etmişdir. Orada qrupun inzibatçıları Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə olmuşdur. Ruhulla Axundzadə ona “Telegram”da şəxsidə yazaraq barəsində məlumatlar əldə etmişdir. O, bütün məlumatlarını ətraflı soruşmuşdur. O qrupdakı danışıqlarda görmüşdür ki, Ruhulla Axundzadə Hüseyniyyun Azərbaycan Müqavimət təşkilatının rəhbəri Tohid İbrahimbəylinin qohumu kimi tanınır. Onunla ilkin danışığından sonra Ruhulla Axundzadə onu və bir neçə qrup üzvünü Qurana əl basdıraraq görüntülü danışıqda and içdirmək istəmişdir. O da Azərbaycan Respublikasında Kərimə dövlətinin qurulmasına, hakimiyyəti devirməyə və yerində sionist rejimin qurulmasına sadiq qalacağına and içmişdir. Ruhulla təhlükəsizliyi üçün ona ləqəb götürməsini bildirmiş o isə Müntəzir ləqəbini götürmüşdür. Qrupda Azərbaycanda “kərimə” dini dövlətinin yaradılması, İmam zaman ağanın zühur etməsi, Xomeini ağaya rəğbət bəslənməsi, dini dövlətinin yaradılması, sionist rejimin Azərbaycandan çıxarılması, şiə məzhəbinə mənfi fikirlər bəsləyən və İranı tənqid edən dövlət adamlarına qarşı sui-qəsd edilməsi fikirləri müzakirə edilməyə başlanmışdır. Bunlardan ən önəmlisi “Real TV”-nin rəhbəri Zərərçəkmiş şəxs2 ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs2 televiziyadakı çıxışında “İmamhüseynova bacıları” ifadəsini işlətmiş və İmam Mehdini təhqir etmişdir. Bundan onlar Qisas qrupu olaraq çox hiddətlənmişlər. Qrupda üzvlər Mir Şahinin cəzalandırılması ilə bağlı danışdıqda o şəxsidə Əlimürsəl Axundzadəyə yazmışdır ki, əgər lazımdırsa o Mir Şahinlə bağlı bu işi görə bilər. O bu şeyi ona görə demişdir ki, Mir Şahin imam Hüseyni təhqir edərək onun bütün mənəvi hisslərinə və inancına toxunmuşdur. Onsuzda qrupda da Ruhulla Axundzadə tərəfindən Mir Şahinin cəzalandırılması ilə bağlı danışıq aparılmışdır. Amma kimin onu cəzalandıracağını bilmədiyindən o könüllü bu işi üstünə götürmüşdür. X153 bir göz dağı vermək olmuşdur. O, Əlimürsələ silah tapmağını demişdir. Əlimürsəl ona göstərmişdir ki, Mir Şahinin ev ünvanını öyrənib ona deyəcək və silah da ona tapacaqdır. Bir müddət sonra Əlimürsəl onunla əlaqə saxlayaraq silah tapa bilmədiyini və onun Mir Şahinin maşınına molotov kokteyli atmalı olduğunu bildirmişdir. O isə Əlimürsələ molotov kokteylinin nə olduğunu və necə hazırlandığını bilmədiyini demişdir. Əlimürsəllə danışığından sonra o özü silah axtarmaq üçün yaxınlarından soruşmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin qarşısındakı aksiyadan tanıdığı Asim adlı şəxsdən, Ruslan adlı dostundan və Musa Camalzadə adlı dostundan onlarda silah olub-olmaması barədə maraqlanmışdır. Asimin istifadəsində ***-***-**-** saylı, Musada ***-***-**-** və Ruslanda isə ***-***-**-** saylı nömrələr vardır. Asim Masallıdan olan şəxsdir. Musa Camalzadə isə həm 2016 həm də 2020-ci ildə döyüşlərdə iştirak etmişdir, Ağstafada hərbi xidmətdə olan maxedir. Ona görə də onlarda silah olma ehtimalını fikirləşib onlardan soruşmuşdur. Asim isə onunla yaxın olduğu üçün ondan soruşmuşdur. Onlarda silah olub-olmamasını bilmir. Onların Ruhulla Axundzadə və Qisas qrupu ilə əlaqəsi yoxdur. Həm də Qisas qrupunda olan söhbətlər gizli saxlandığı üçün silahı niyə axtardığını onlara deməmişdir. Lakin sonradan Əlimürsəllə aralarında gedən Mir Şahinin söhbəti silah tapılmadığı üçün qalmış və bundan sonra silahı axtarmamışdır. Bundan başqa Qisas qrupunda Təqsirləndirilən şəxs2, Keysan ləqəbli İlham, Hüseyni ləqəbli İlkin adlı Sumqayıtdan olan şəxs, Müntəzir ləqəbi ilə o, Ruhulla Axundzadə, Əlimürsəl Axundzadə, Xomneyi rəhbər, Ya Əli, Təqsirləndirilən şəxs7, Hüseyn adlı şəxs, Sərdar ləqəbli şəxs, Əli Aşiqi 313, Təqsirləndirilən şəxs11, Yusif Mirzə və digər şəxslər olmuşdur. Digərlərinin adını hazırda xatırlamır. Bundan başqa, Təqsirləndirilən şəxs8 göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə Abşeron rayonu Qobu kəndi ərazisində olarkən yolun kənarında kağıza bükülmüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülünü götürüb içinə baxdıqda içində şüşə adlanan psixotrop maddənin olduğu ehtimalını düşünərək özü ilə götürmüşdür. Bundan sonra 29 mart 2023-cü il tarixdə Qobu kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis şöbəsinə gətirilmiş və üzərindən həmin maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs4 ifadələrində göstərdi ki, ona ittiham olunan AR Cinayət Məcəlləsinin 274 və 278-ci maddələri ilə özünü təqsirli bilmir, AR Cinayət Məcəlləsinin 227, 228-ci maddələri ilə təqsirli bilir. Təqsirləndirilən şəxs2 ilə tanışlığı var idi, o ona avtomobil nömrəsi verdi və həmin avtomobilin nə vaxt gəlib-getməsi ilə bağlı ona məlumat verməyini xahiş etdi. Lakin Faiqin ona nə etmək istədiyi ilə bağlı məlumatı olmayıb. Hadisənin nə vaxt olduğunu xatırlamır, ancaq qış ayları idi. Avtomobili müəyyən etdi, Zərərçəkmiş şəxs1 avtomobili idi, lakin Faiq avtomobili gördüyü zaman nə edəcəyi ilə bağlı məlumat vermədiyi üçün o da bununla bağlı Faiqdən heç nə soruşmadı. Təqsirləndirilən şəxslərən Təqsirləndirilən şəxs2 sosial şəbəkədən tanımış, daha sonra görüşmüşdür. Sosial şəbəkədə ləqəbi “Sərdar” olub, mənası komandir idi. Qoşulduğu qrupun adı “Qisas” olub, həmin qrupda dini mövzulardan danışılıb. Digər qrup olan “Müqavimətə davam”-da işdə olduğu üçün çox iştirak edə bilməmişdi. Şirkətdə fəhlə işləmiş, taksi sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs1 izləməyi ilə bağlı heç kim ona göstəriş verməyib, sadəcə Faiq avtomobil nömrəsi verərək həmin avtomobilin nə vaxt gəlməsi barədə ona məlumat verməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 nazir olduğunu bilib, lakin Faiqin onu hansı səbəblə izlədiyini bilmirdi. Bir dəfə təxminən 40 dəqiqə həmin avtomobilin gəlməsini gözləmişdir, bir dəfə də təsadüfən həmin yerdən keçərkən avtomobili görmüşdür. Avtomobilin seriya nömrəsini bilmir. Təqsirləndirilən şəxs2 həmin avtomobili gördüyünü demiş, lakin qrupda deyil, şəxsən özünə məlumat vermişdir. Faiqə Zərərçəkmiş şəxs1 izləməsinin səbəbini soruşduqda heç bir məlumat verməmişdi. Ruhullah Axundzadəni sosial şəbəkələrdə tanımışdır, şəxsi tanışlığı olmayıb. Ruhullah Axundzadə qrupa qoşulub. Dini təhsili yoxdur. Faiq sadəcə bir dəfə ondan universitetin önündə avtomobilin nə vaxt gələcəyi barədə ona məlumat verməyini xahiş etdi, bir-birilərinə heç bir vədi olmayıb. Ona göstərilən təzyiqlərlə bağlı heç bir yerə məlumat verə bilməmişdir, həkim tərəfindən xəsarətlərinə krem çəkildikdən qısa müddət ərzində xəsarət izləri silindi, lakin həmin izlərin qeydə alınıb-alınmadığını bilmir. Təqsirləndirilən şəxs Hüseyni tanımır, Faiqin yanında görmüşdür, lakin tanış olmağa vaxt olmayıb. Yevlax rayonuna getməmişdir. Təqsirləndirilən şəxs5 tanımır. İstintaqda verdiyi ifadəni təzyiq altında imzalamışdır, həmin ifadə ona məxsus deyil. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı göstərmişdir ki, xx xxx 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O 2021-ci ilin yanvar ayından namaz qılır və həmin vaxtdan İslam dinini daha dərindən öyrənməyə başlamışdır. Təxminən 2022-ci ilin iyun ayında “Telegram” tətbiqində olan “X100”, “Giperssilka.ru” kanallarında paylaşılan xəbərlərdə şərh bildirmişdir. Elə həmin vaxt ona Təqsirləndirilən şəxs2 adlı şəxs yazaraq həmin “Telegram” kanallarını izlədiyini, yazdığı şərhlərdən dolayı bəyəndiyini bildirmişdir. Həmin zamandan o Təqsirləndirilən şəxs2la “Telegram” tətbiqində, bəzən isə “Whatsapp” tətbiqində danışmışdır. Faiqlə tanış olandan sonra “Telegram” tətbiqində “Qisas” adlı və “Hüseynçilər313” adlı qrupa daxil edilmişdir. Qrupa daxil edilməmişdən əvvəl Keysan ləqəbli şəxs ona yazaraq şəxsi məlumatlarını öyrənmiş və həmin məlumatları Ruhulla Axundzadəyə göndərəcəyini demişdir. Bundan sonra onu qrupa dəvət etmişdir. Keysan həmçinin İlham adlı Şirvanda bərbər işləyən şəxs olmuşdur. O, Ruhulla Axundzadəni Telegramda olan kanallardan tanıyır. “Qisas” adlı “Telegram” qrupunda Ruhulla həftədə bir dəfə qrup üzvləri ilə canlı danışqlar aparmışdır, hərkəsin mövqelərini öyrənmişdir. Qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyi, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulması, İran əlehinə danışan müxtəlif dövlət məmurlarınına qarşı sui-qəsdlərin edilməsindən Ruhulla Axundzadə danışmışdır. Bundan başqa Ruhulla Axundzadənin qrupa atdığı səs yazılarında Azərbaycanda olan İran əlehinə danışan dövlət məmurlarının cəzalandırılmalı olduğunu, bir olaraq ayağa qalxıb Azərbaycanda Kərimə dövlətinin qurulmalı olduğunu qeyd etmişdir. Qrupa girən hər kəs əvvəlcə and içmişdir. Andın məzmunu isə belə olmuşdur ki, qrupda olanları kənara çıxarmayacam, sirri qoruyacam və Azərbaycanda islam hakimiyyətinin qurulmasına sadiq qalacağam. Həmin zaman o “Qisas” adlı qrupda Əlimürsəl adlı şəxsi də tanımışdır. Həmin şəxsin bacısı “Hüseyniyyun” Azərbaycan Müqavimət Təşkilatının lideri Tohid İbrahimbəyli ilə evlidir. Ruhulla ilə Əlimürsəl Hüseyniyyun təşkilatının üzvləridir və İranın dövlət orqanları ilə əlaqəli şəxslərdir. Lakin Əlimürsəllə heç vaxt görüşməmişdir. Ruhulla Axundzadə məxfiçilik üçün adını dəyişməsini bildirmiş, o isə Sərdar ləqəbini seçmişdir. Təqsirləndirilən şəxs2 ilə 2022-ci ilin oktyabr-noyabr ayında Bakı şəhəri, Əmircan qəsəbəsində “Olimp” çay evində görüşmüşdür. Həmin görüş zamanı yalnız ikisi olmuşdur. Görüş zamanı ümumi dini məsələlərdən, hədislərdən, Qurani-Kərimdə olan ayələrdən danışmışlar. Bundan sonra isə o, Təqsirləndirilən şəxs2 və Hüseyn adlı şəxslə Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən “Olimp” çay evində görüşmüşlər. Görüşün təşəbbüsçüsü Təqsirləndirilən şəxs2 olmuşdur. Hüseynlə də həmin görüş zamanı tanış olmuşdur. Hüseyn İ.M.Seçenov adına X124 Tibb Universitetində tələbəsidir. Təxminən 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2la görüşən zaman o, jurnalist Mir Şahinin efirdə çıxışı zamanı İmam Hüseyni təhqir etməsi ilə əlaqədar ona qarşı nifrətinin artdığını və Mir Şahinə göz dağı vermək üçün cəzalandırmaq lazım olduğunu bildirmişdir. O də belə qərara gəlmişdir ki, Mir Şahini öldürmək hər bir müsəlmanın borcudur. Mir Şahinin cəzalandırılması istiqamətində hazır olmuş və Faiqlə danışmışdır. Lakin sonradan bu məsələdən səs çıxmamışdır. Lakin Qisas qrupunda bu mübahisə getmişdir. Bundan başqa Hüseyn də Faiqə internetdə Zərərçəkmiş şəxs2 iş yeri və evini axtararaq bildirmişdir. Faiq Zərərçəkmiş şəxs2 göz dağı verilməsi barədə Hüseynə də demişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs2la görüşən zaman keçmiş təhsil naziri vəzifəsində çalışmış Zərərçəkmiş şəxs1 istifadəsində olan maşınının dövlət qeydiyyat nömrəsini öyrənib deməyini ona tapşırmışdır. O, Zərərçəkmiş şəxs1 adını eşidən zaman dərhal Faiqdən onun maşınını dövlət qeydiyyat nömrəsini niyə öyrənməyini istədiyini soruşmuşdur. Faiq isə Zərərçəkmiş şəxs1 2003-2005-ci illərdə təhsil naziri olan zaman tədris müəssisələrində hicabın qadağan olunmasına dair qərar qəbul etməsinin düzgün olmadığını, bu səbəbdən onun maşının dövlət qeydiyyat nömrəsini öyrənməyini istədiyini və bunun “Allah yolunda” lazım olduğunu deyərək bunu etməyə ruhlandırmışdır. Faiq həmin tapşırığın Əlimürsəl Axundzadə tərəfindən verildiyini bildirmişdir. O isə Faiqin sözlərindən hicab qadağasına görə Zərərçəkmiş şəxs1 hücum təşkil edərək onu cəzalandıracağını və qatı dindar olduğuna görə həmin tapşırığın İran tərəfindən verildiyini anlamışdır. Lakin Faiq onu dini cəhətdən o qədər güclü motivasiya etmişdi ki, o Faiqə yox deyə bilməmişdir. Görüş zamanı Faiq ona Zərərçəkmiş şəxs1 Elmlər Akademiyası tərəfdə olacağını bildirmişdir. Görüşün səhərisi günü təxminən 2022-ci ilin noyabr ayında o səhər saatlarında “Elmlər Akademiyası” metrosu tərəfə gedərək özünə kənardakı şəxslərin diqqətinə düşməmək üçün uyğun yer seçmiş və keçmiş təhsil naziri Zərərçəkmiş şəxs1 gözləməyə başlamışdır. Elə həmin saatlarda bir ədəd qara rəngli “Toyota” markalı maşının gəldiyini görmüşdür. Maşının sürücü hissəsində bir nəfər ağ saçlı kişi oturmuşdur. Maşın arxa sağ tərəfində isə Zərərçəkmiş şəxs1 oturmuşdur. Onun başında papaq, üzərində isə palto olmuşdur. O maşına baxan kimi içərisində oturan şəxs - keçmiş təhsil naziri Zərərçəkmiş şəxs1 dərhal tanımışdır. Həmin maşının dövlət qeydiyyat nömrəsi uzun müddət keçdiyi üçün hazırda xatırlamır. Lakin həmin zaman o Təqsirləndirilən şəxs2 zəng edərək Zərərçəkmiş şəxs1 əyləşdiyi maşının dövlət qeydiyyat nömrəsini dərhal özünə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona növbəti gün yenə getməyini və Zərərçəkmiş şəxs1 işə gəlib-getmə vaxtlarını öyrənməyini, bunu da Əlimürsəllə danışdığını bildirmişdir. O də yenə də dini cəhətdən ruhlandığı üçün Faiqlə razılaşmış və yenə “Elmlər Akademiyası” metrostansiyası tərəfə səhəri gün günorta saatlarında getmişdir. Həmin zaman o Zərərçəkmiş şəxs1 işə gəldiyi və işdən getdiyi vaxtlarını dəqiq öyrənmiş və Təqsirləndirilən şəxs2 “Telegram” tətbiqi vasitəsilə bildirmişdir. Bu tapşırığı da yerinə yetirəndən sonra Faiq oə səhərisi günü Hüseynlə birlikdə görüşməyini və Zərərçəkmiş şəxs1 işə başqa hansı vaxtlarda gəlib-getməyini birlikdə müşahidə etməyi bildirmişdir. Faiq Zərərçəkmiş şəxs1 Qisas qrupundan tanıdığı Təqsirləndirilən şəxs3 ilə güdmüşdür. 2022-ci ilin oktyabr ayında “Elmlər Akademiyası” metrostansiyası tərəfdə Hüseynlə görüşmüşdür. Görüş zamanı Hüseyn ona keçmiş təhsil naziri Zərərçəkmiş şəxs1 məxsus maşının fotoşəkilini çəkdiyini və Faiqə göndərdiyini bildirmişdir. Bu məsələlərdən bir neçə gün sonra Faiq özü də ona “Telegram” mobil tətbiqi vasitəsilə Hüseynin Zərərçəkmiş şəxs1 maşının şəklini çəkərək göndərdiyini bildirmişdir. Hüseynlə görüş zamanı Zərərçəkmiş şəxs1 işə gəlmə və getmə vaxtları barədə Hüseyn Faiqlə “Telegram” tətbiqi vasitəsilə məlumat ötürmüşdür. Həmin məlumatı bəzən zənglə, bəzən isə mesaj vasitəsilə Hüseyn Faiqə ötürmüşdür. Orada Hüseynlə o təxminən 2-3 saat birlikdə Zərərçəkmiş şəxs1 müşahidə eləmək məqsədilə birlikdə “Elmlər Akademiyası” metrostansiyası tərəfdə gözləmişlər. Sonra Hüseyn təxminən saat 4 radələrində işə getmişdir. Bütün bu məsələlərdən sonra növbəti gün o, Hüseyn və Faiq “Elmlər Akademiyası” metrostansiyası tərəfdə yenidən görüşmüşlər. Adını xatırlamadığı restoranların birində üçü yemək yemişlər. Həmin zaman hesabı Faiq ödəmişdir. Ümumiyyətlə Faiqlə görüşən zaman həmişə hesabı özü ödəmişdir. Faiqin bu hərəkətləri də ona qarşı hörmət hissi yaratmışdır. Hətta onun istifadəsində olan bank kartına da pulu olmayan vaxtları 25-30 manat pul göndərmişdir. Birlikdə yemək yeyəndən sonra Faiq Zərərçəkmiş şəxs1 işi olan tərəfə getməyi və ora bir daha baxmaqlarını Hüseyn və ondan istəmişdir. Onlar da Faiqə yox deyə bilməmiş və onunla birlikdə Zərərçəkmiş şəxs1 işi olan tərəfə gedərək müşahidə aparmışlar. Bundan başqa, 2023-cü ilin yanvar ayında Faiq onla və Hüseynlə görüşərək Yevlax rayonuna getməli olduqlarını, orada gizli şəkildə bir evə girəcəklərini və kömək etməli olduqlarını, həmin evdən kompüter götürməli olduqlarını, bunu Əlimürsəlin tapşırdığını bildirmişdir. O da Faiqə bunu nə üçün etməli olduqlarını soruşanda, Faiq Allah üçün etməli olduqlarını və narahatlıq üçün heç bir əsas olmadığını, bu tapşırığın Qisas qrupu üzrə Ruhulla Axundzadədən gəldiyini bildirmişdir. O və Hüseyn də Faiqlə razılaşmışlar. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olan Orxan adlı tanışına zəng edərək Yevlax rayonuna hansı qiymətə apara biləcəyini soruşmuşdur. Orxan isə 95-100 manata Yevlax rayonuna aparacağını demişdir. Orxan şübhələnməsin və məlumatlı olmasın deyə o Faiq adlı tanışının Yevlaxda qohumu olduğunu və bir neçə əşya götürmək üçün getməklərini bildirmişdir. X140 rayonuna getməklərinin əsas səbəbini desəydi o əsla gəlməzdi və həmçinin Faiq də sərt şəkildə heç kimə bu barədə məlumat verməməyi tapşırmışdır. O da Faiqin dediklərinə əməl etmişdir. Təxminən 2023-cü ilin yanvar ayında axşam saatlarında o, Faiq, Hüseyn Orxan adlı tanışı ilə birlikdə Yevlax rayonuna yollanmışlar. Yevlax rayonuna çatan zaman Orxan onların hansı məqsədlə gəldiklərini anlamasın deyə gizli şəkildə girməli olduqları evdən kənarda maşını saxlatmışlar. Gecə saatlarında Hüseyn, Faiq və o gizli şəkildə girməli olduqları evə yaxınlaşmışlar. Birinci o Faiqə kömək etmiş və Faiq hasara qalxmışdır. Daha sonra Faiq Hüseynə kömək etmişdir ki, hasara qalxsın. Bundan sonra o son olaraq hasara qalxmış və onlar evin həyətinə daxil olmuşlar. Həyətdə qapısı qıfılla bağlı olan zirzəmiyə giriş olmuşdur. Faiq həmin qıfılı qırmağa cəhd etsə də, qıra bilməmiş, O həmin qıfılı özü qırmış və onlar üçü həmin zirzəmiyə daxil olmuşlar. Üçünün də həmin zirzəmiyə daxil olmasının əsas səbəbi ətrafdakıların onların həmin evə daxil olmasını görməməsi və şübhələnməməsi olmuşdur. Faiq biraz həmin zirzəmidən evin döşəməsini elektrikli alətlə kəsərək evə daxil olmağa çalışmış və daxil olmuşdur. Həmin kəsik balaca olduğu üçün evə Faiq daxil olmuşdur, arxasınca isə Hüseyn daxil olmuşdur. Kəsik balaca olduğu üçün ora o daxil ola bilməmişdir. Faiq evə gedərkən ev sahibinin polis tərəfindən tutulduğunu, Əlimürsəlin həmin evdə olan kompüteri götürülməzsə tutulan şəxsə ziyanı dəyə biləcəyini bildirmişdir. Faiqlə Hüseyn evi axtarsalar da kompüteri tapa bilməmiş və bundan sonra onlar evi tərk etmişlər. Təqsirləndirilən şəxs9 ifadələrində göstərdi ki, o, 29 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldı, şöbədə cibinə narkotik vasitə qoydular. Sonra Bakı İstintaq təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar, sonra onu Bakı İstintaq təcridxanasına geri qaytardılar, sonra isə Dövlət Təhlükəsizlik Xidmətinə apardılar və ona Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə ittiham elan etdilər. O, fəhlə işləyirdi. Sosial şəbəkələrdə dini qruplara qoşulurdu, qarşısına link çıxdı, həmin link vasitəsi ilə “Qisas” qrupuna qoşuldu, lakin sonra həmin qrupdan çıxdı. Onun vaxtı olmurdu, ancaq axşamlar yarım saat-1 saat qrupa girirdi, ancaq paylaşımları paylaşırdı. O, “Qisas” qrupunda olarkən Ruhulla Axundzadə ona zəng edərək bildirdi ki, qrupa dindar şəxsləri gətir, maariflənsinlər. O da qrupa Təqsirləndirilən şəxs10ı gətirdi. “Qisas” qrupunda neçə nəfər olduğunu bilmir. “Qisas” qrupunda “Keysan” ləqəbi yadında qalıb. Onun ləqəbi “Zalımın qorxusu, məzlumun dayağı” idi. O, Telegrama daxil olandan onun ləqəbi “Zalımın qorxusu, məzlumun dayağı” olub. O ümumiyyətlə dini qruplara qoşulurdu. “Qisas” qrupunda hədis və Quran ayələri paylaşılırdı. Qisasın mənasını bilmir. Qrupunun adı ona maraqlı deyildi, ona qrupda paylaşılanlar maraqlı idi. O həmin qrupda ancaq hədis və Quran ayələrinin paylaşıldığını görmüşdür. Həmin qrupa gündə bir dəfə daxil olurdu. Həmin qrupa hər gün daxil olmurdu, ancaq interneti olanda daxil olurdu. Savalanın qrupa hansı ləqəblə daxil olduğunu bilmir. Həmin qrupda danışmaq olmurdu. O ancaq qruplara daxil olmağı bilir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. “Kərimə dövləti”-nin nə olduğunu bilmir, xəbəri olmayıb, o ancaq “Qisas” qrupunda olmuşdur. Qisas sözünün mənasını bilmir. “Qisas” qrupu dini qrup olduğu üçün Savalanı ora cəlb etmişdir. O heç kimdən qisas almırdı. “Qisas” qrupunda “kərimə dövləti”-nin yaradılması, konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı söhbətlər olmayıb, əgər belə söhbətlər olsa idi, o həmin qrupda qalmazdı. O, interneti olmadığına və telefonunun yaddaşının dolmasına görə bir müddətdən sonra “Qisas” qrupundan çıxdı. “Qisas” qrupunda ancaq hədis və Quran ayələri paylaşılırdı, o da onları whatsappda paylaşırdı. O başqa dini qruplara da üzv olmuşdu, həmin qruplarda da hədis və Quran ayələri paylaşılırdı. O, and içməmişdir. “Qisas” qrupunda kiminsə and içdiyinin şahidi olmamışdir. “Qisas” qrupuna üzv olmağına görə ona pul verilməyib. Ehtiyacı olduğuna görə Ruhulla Axundzadədən 200 manat borc istəmişdir. Ruhulla Axundzadə pulu Savalanı cəlb etdiyinə görə verməyib. O, “Qisas”qrupuna daxil olandan sonra Ruhulla Axundzadənin həmin qrupun rəhbəri olduğunu bildi. O, Ruhulla Axundzadədən borc pul alanda “Qisas” qrupunun rəhbəri olduğunu bilmirdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs9 ibtidai istintaq zamanı göstərmişdir ki, 2004-cü ildə Biləsuvar rayonunda doğulmuşdur. Bildirmək istəyir ki, 2019-cu ildən namaz qılır. Əhli-şiə məshəbindəndir. 2022-ci ilin yayında Telegramda Ruhulla Axundzadə ilə tanış olmuşdur. O, İranda yaşayır. “Hüseyniyyun” Azərbaycan Müqavimət Hərəkatı Təşkilatının üzvü və həmin təşkilatın rəhbəri Tohid İbrahimbəylinin qaynatasıdır. O, Ruhulla ilə tanış olmamışdan əvvəl “Zuhuradoğru” kanalına daxil olub Telegramda dini xəbərləri izləmişdir. Bu zaman səhifədə olan linkə daxil olmaqla “Qisas313” kanalına daxil olmuşdur. Həmin kanalda olanda Ruhulla Axundzadə ona yazaraq kim olmağını soruşmuşdur. Onun anket məlumatlarını dəqiqləşdirmişdir. Bundan sonra onu “Keysan” ləqəbli İlham adlı şəxs 2022-ci ilin avqust ayında “Qisas” qrupuna əlavə etmişdir. İlham qrupun yaradıcısıdır. O, qrupa daxil olduqda orada əvvəlcə dini daha sonra isə siyasi xarakterli xəbərlərin və məlumatların paylaşıldığını görmüşdür. Ruhulla ona adını dəyişərək ləqəb seçməli olduğunu demişdir. O da “Zalımın qorxusu, məzlumun dayağı” ləqəbini özünə seçmişdir. Daha sonra isə Mücahid313 ləqəbini götürmüşdür. Ruhulla ona ləqəb seçməyi ona görə demişdir ki, öz adı və nömrəsi görünərsə onu “Qisas” qrupunda olduğu üçün həbs edə bilərlər. Qrupda əsasən Ruhulla Axundzadə və oğlu Əlimürsəl Axundzadə siyasi xarakterli xəbərlər paylaşaraq Azərbaycanda “Kərimə” dövlətinin qurulması üçün hazır olmalı olduqlarını demişdir. Kərimə dövlətinin qurulması üçün isə ətraflarına özləri ilə eyni dini əqidədə olan şəxsləri toplamalı olduqlarını bildirmişlər. O da həmin qaydada ətrafında olan dindar şəxslərdən qrupa salmaq istəmişdir. “WhatsApp” mobil tətbiqində admini olduğu və Əlimürsəl Axundzadənin tapşırığı ilə idarə etdiyi “Haqqın səsi” qrupundan Təqsirləndirilən şəxs10 anket məlumatlarını öyrənərək “Qisas” qrupuna əlavə etmək üçün Ruhulla Axundzadəyə göndərmişdir. O, razılıq verdikdən sonra Savalan “Əliaşiqi313” ləqəbi ilə Keysan tərəfindən “Qisas” qrupuna əlavə edilmişdir. Savalan qrupa daxil olaraq Azərbaycanda “Kərimə” dövlətinin qurulmasına xidmət edəcəyinə Rufullanın özünə and içmişdir və bu istiqamətdə fəaliyyətə başlamışdır. Bir müddət sonra onun imkanı olmadığı üçün telefonunu satmaq istəmişdir. Bunu Ruhulla eşitdikdə ona Rəşad adlı şəxsin nömrəsini verərək 200 manat ona göndərəcəyini demişdir. O da razılaşmışdır. Daha sonra ona ”Kapitalbank” kartına 200 manat pul göndərilmişdir. Daha sonra həmin pul köçürməsi ilə bağlı Ruhulla Axundzadə ilə yaranmış mübahisədən sonra onu qrupdan çıxarmışlar. Bundan başqa 29 mart 2023-cü il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində gəzərkən su kanalının kənarından şəffaf rəngli torbada bir ədə büküm tapmışdır. Həmin bükümün içinə baxdıqda onun narkotik vasitəyə bənzər maddə olduğunu görmüşdür və götürüb əynimdəki cins şalvarın sağ yan cibinə qoymuşdur. Bir müddət sonra Biləsuvar rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitələr olması şübhəsi ilə rayon şöbəsinə dəvət etmişlər. O şöbəyə daxil olduqda cibində olan narkotik vasitəyə bənzər maddələri çıxarıb stolun üstünə qoymuşdur. Bundan sonra həbs edilmişdir. Bundan başqa “Whatsapp”da Haqqın səsi qrupunu açmağı ona Əlimürsəl Axundzadə tapşırmışdır. Əlimürsəl ona dini-radikal qrup açaraq orada İranmeyilli təbliğatın aparılması, Azərbaycanda olan mövcud hakimiyyətin pislənməsi ilə bağlı tapşırıqlar vermişdir. O da həmin qrupu açaraq ora adam toplamışdır. Həmin adamları sosial şəbəkələrdən tapmışdır. Əlimürsəl həmin qrupdan onunla eyni ideyalara malik şəxsləri ətrafına toplayacağını bildirmişdir. Təqsirləndirilən şəxs13 ifadələrində göstərdi ki, o, təqsirləndirilən şəxslərdən heç birini tanımır. Özünü elan olunmuş ittiham üzrə təqsirli bilmir. O, həbs olunanda 17 yaşı var idi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuşdu. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onu evindən Dövlət Təhlükəsizlik Xidmətinə apardılar. O, məktəbli uşaqlarla qrup yaratmışdı, qrupun adı “Məktəbli” idi. Həmin qrupda dini videolar paylaşırdılar. Qrupda olan uşaqlar dindar idilər, maarifləndirmək məqsədi ilə başqa kanallardan dini videolar götürüb, qrupda paylaşırdı. Onun Telegramdakı profilinin adı “Hüseyn aşiqi” idi. O, sosial şəbəkələrdə müxtəlif dini qruplara üzv olmuşdur. Dini qruplara üzv olarkən 16 yaşı var idi. “Kərimə dövləti”-nin nə olduğunu dərk etmir. O həmin qruplara dini qruplar olduğu üçün üzv olmuşdur. Telegramdakı profilinin adı “Hüseyn aşiqi” idi. İmam Hüseyni sevdiyi üçün profilinin adı “Hüseyn aşiqi” idi. O, “Qisas” qrupunda olmamışdır. O, “İslamchat313” qrupunda olmuşdur. O, “İslamchat313” qrupunda heç kimi tanımırdı. O, “Kərimə dövlətinin” nə olduğunu bilmir. Onun hər hansı radikal hərəkəti olmayıb. İmtahana hazırlaşdığı üçün qrupda paylaşdıqlarını oxumadan paylaşırdı. Konstitusiyon quruluşdan xəbəri yoxdur. Onun konstitusiyon quruluşu dəyişmək fikri olmayıb. O, qrup rəhbərindən hər hansı tapşırıq almamışdır. Dövlət Təhlükəsizlik Xidmətində dindirilərkən ancaq müstəntiq və vəkil olub. Atası sonradan dindirilərkən iştirak edib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Keysan ləqəbli şəxslə internet vasitəsi ilə danışmışdır. Qrupda paylaşım olmuşdu ki, divarlara “X154” şüarı yazılmalıdır, o isə pulunun olmadığını bəhanə edib, yazmamışdır. Bu şüarı yazmaq üçün 1 manat 50 qəpik pul lazım idi. Şüar evlərinin, həyətlərinin divarlarına yazılmalı idi. O, şüarı yazmaqdan imtina etmişdir. O, “Müqavimət məktəbi” qrupunu yaradanda qrupun adı “Məktəbli” idi, qrupun adı sonradan dəyişdirilib, “Müqavimət məktəbi” olub. “Məktəbli” qrupunu “İslamchat313” qrupuna üzv olmamışdan əvvəl yaratmışdı. O, həbs olunmamışdan əvvəl Təqsirləndirilən şəxs1ı Keysan kimi tanıyırdı. Maariflənmək üçün dini qruplara üzv olmuşdur. Təqsirləndirilən şəxs1 “Məktəbli” qrupunun adını dəyişərək, “Müqavimət məktəbi” etmişdir. O heç nə etməmişdir, Təqsirləndirilən şəxs1 onu cinayət əməlinə cəlb etməyib. O, “Kərimə dövlətinin” yaradılması ilə bağlı heç bir fəaliyyət göstərməmişdir. Məktəblərində dindar uşaqlar var idi. “Məktəbli” qrupunun adı dəyişdirilən vaxt o, imtahana hazırlaşdığına görə, qrupun adının niyə dəyişdirilməsi ilə maraqlanmadı. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. O, həbs olunmamışdan 1 il əvvəl qrupa heç nə yazmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs13 ibtidai istintaq zamanı göstərmişdir ki, 2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. O,15 yaşından İslam dininin şiə qolu ilə maraqlanır. Sonda qərara gəlmişdir ki, şiə qolu daha düzgün islamı təbliğ edir. O,“Whatsapp” daha sonra isə “Telegram”da dini məzmunlu qrup və səhifələri izləməyə 2022-ci ilin əvvəllərindən başlamışdır. Həmin “Telegram”da olan dini kanallardan birində “İslamchat313” qrupunun linki paylaşılmışdır. Həmin linkə daxil olmaqla o “İslamchat313” qrupuna daxil olmuşdur. Qrupda daxil olduqdan sonra “Keysan” ləqəbli şəxslə tanış olmuşdur. Sonradan həmin şəxsin İlham adlı şəxs olduğunu öyrənmişdir. İlham ona İranda olduğunu demişdir. Onunla danışıq zamanı “İslamchat313” qrupunun inzibatçısı və yaradıcısı olduğunu bildirmişdir. Müqavimət yolunda, Azərbaycanda İslam qanunları ilə idarə edilən dövlətin qurulması yolunda fəaliyyət göstərdiyini göstərmişdir və onun da bu fəaliyyətdə iştirak etməyini istədiyini bildirmişdir. Çünki o Telegramda aktiv şəkildə şərhlər yazmışdır. Bundan sonra onunla danışığında divarlara şüarlar yazıb yaza bilməyəcəyini soruşmuşdur. O isə yaza biləcəyini demiş, lakin pulunun olmadığını qeyd etmişdir. İlham isə göstərmişdir ki, ona pul tapa bilər. Lakin sonradan pul göndərməmişdir. Bundan sonra “Keysan” 2022-ci ilin sentyabr ayında söhbətlərinin birində ona göstərmişdir ki, məktəblilərdən ibarət qrup aç və oraya dindar uşaqları topla. İlhamın məqsədi Azərbaycanda “Kərimə” yəni dini dövlətin qurulması olmuşdur. İlham istəmişdir ki, Azərbaycanda İslam qanunları ilə idarə edilən dövlətin qurulması üçün daha çox tərəfdaş toplasın. O da İlhamın bu tapşırığı əsasında Telegramda “Müqavimət məktəbi” adlı qrupu yaratmışdır. Həmin qrupa həmin vaxt oxuduğu 16 saylı texniki humanitar liseyin şagirdlərindən əvvəlcədən tanıdığı dindar uşaqları əlavə etmişdir. Şahid25, Şahid24 adlı məktəblərində oxuyan şagirdləri, eləcə də Telegramdan tanıdığı Əli adlı, “Hüseynchi_313”, “terefdarieli313”, “Hüseyn aşiqi”, “Səid Valiyeff”, “Əliyev Şiə”, “Muhəmməd”, “_dinimiz_313 Əli _ Əmirəlmöminin” ləqəbli, eləcə də Afiəddin Mirzəyev adlı şəxsləri də qrupa əlavə etmişdir. Həmin şəxsləri o qrupa Keysanın ona qrup açmaqla bağlı tapşırığına əsasən əlavə etmişdir. Qrupda Keysan və o əsasən paylaşımlar etmişlər. Həmin paylaşımlar İranda yaşayan Tohid İbrahimbəyinin, Orxan Məmmədovun, İraqda yaşayan Vüsal İsgəndərlinin və digərlərinin paylaşımları olmuşdur. Həmin paylaşımlarda Azərbaycanda “kərimə” dövlətinin yaradılması, sionist rejimin devrilməsi, Azərbaycan İsrail dostluğunun pislənməsi, İrana olan sevginin yaradılması öz əksini tapmışdır. Bu paylaşımları etməkdə məqsədi Azərbaycanda Kərimə yəni İslam dövlətinin qurulmasına kömək etməkdən ibarət olmuşdur və bu yolla ətrafına adamlar toplamışdır. Bundan başqa qrupda X126 Azərbaycanda Kərimə Dövlətinin qurulması ilə bağlı paylaşımını da paylaşmışdır. Bundan başqa Keysan “Hüseyniyyun” Azərbaycan Müqavimət Hərəkatının üzvü olduğunu ona demişdir. O özü də Sistani ağanı təqlid etmişdir. O, Axundzadə Ruhulla Höccət oğlu və X14 şəxsən tanımır. Onlarla hər hansı əlaqəsi olmamışdır. Lakin Ruhulla Axundzadəni “Youtube” platformasında yaydığı videolardan görmüşdür. O, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs12, X89, X44, X75, X90, X57 və X91 tanımır. Təqsirləndirilən şəxs1 isə ifadəsində qeyd etdiyi İlham adlı şəxsdir. Digərləri ilə hər hansı münasibəti yoxdur. Təqsirləndirilən şəxs10 ifadələrində göstərdi ki, özünü təqsirli bilmir. Fevral ayında onu əmisinin evində tutdular. O, əmisigilə qonaq getmişdi, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları soruşdular ki, “Təqsirləndirilən şəxs10 sənsən ?” Dedi ki, “bəli Təqsirləndirilən şəxs10 mənəm”. Ondan “Fan qrup”-da olmağını soruşdular, o isə dini qrupa qoşulduğunu bildirdi. X65 Xidmətinin əməkdaşları Tərtər rayonunun Seyidimli kəndində yerləşən evində axtarış apardılar və onu Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinə apardılar. Orada ona 2 dəfə dəyənəklə vurdular, o isə heç kimi tanımadığını bildirdi. Sonra qərar çıxardıb, icra nümayəndəsinin iştirakı ilə evini axtardılar, lakin heç nə tapmadılar. Telefonunu və 2 ədəd kitabını götürdülər və onu Bakı şəhərinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər, X65 Xidmətinə apardılar. O, X36 üzvü olmuş, dustaq ailələrinə kömək məqsədi ilə X52 hər ay 30-50 manat pul göndərmişdir. Qisas qrupuna dini qrup kimi, dini savadını artırmaq üçün qoşulmuşdur. Hicab aksiyalarına görə sosial şəbəkələrdə paylaşım etmiş, lakin dövlətə qarşı çevrilişə hazırlıq etməmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onu 3 gün tutub, sonra sübut tapmadıqları üçün azadlığa buraxıblar. 313 rəqəmi Məhəmməd peyğəmbərin Bədr savaşındakı ordusunun sayı olub, peyğəmbərimiz 313 nəfərlə 1000 nəfərə qalib gəlib. O ancaq Qisas qrupuna abunə olmuşdur. Müstəntiqə verdiyi ifadəni təsdiq edir. O saxlanılana qədər təqsirləndirilən şəxsərin heç birini tanımırdı. O, Yevlaxa getməmişdir. Saxlanılarkən üzərimdə narkotik vasitə yox idi. O özünü CM-nin 234.1- 1-ci maddəsi ilə təqsirli bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs10 ibtidai istintaq zamanı göstərmişdir ki, 2001-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 2017-ci ildən namaz qılır. Əhli-şiə məhsəbindəndir. “whatsapp”da Seyid Mahir adlı şəxsi dini qruplardan tanımışdır. Onunla danışıqları dini xarakter daşımışdır. Təxminən 2020-ci ildə “hicab məhbusları” qrupuna onu Seyid Mahir əlavə etmişdir. Həmin qrupda onun kimi bir çox şiə məzhəbinə aid olan şəxslər olmuşdur. Orada O, Məhərrəməli adlı şəxsi tanımışdır. O, Biləsuvarlı və bildiyinə görə Bakı şəhərində yaşamışdır. Məhərrəməli usta işləmişdir. Onların yaxın münasibətləri yaranmışdır. Bundan sonra onlar “whatsapp”da danışmağa başlamışlar. Onlar dinlə bağlı söhbətlər etmişlər. Bundan sonra o Məhərrəməli ilə cəmi bir dəfə 2022-ci ilik oktyabr ayında Hacı Abgül azadlığa çıxdıqda onu məsciddə namaz qılarkən görüşmüşdür. O, Bakıda yaşamadığı üçün hansı məscid olduğunu hazırda xatırlamır. Məhərrəməli ilə arasında Bakıda olarkən yalnız dini mövzulu söhbətlər olmuşdur. Bundan sonra Məhərrəməli ona göstərmişdir ki, telegram mobil tətbiqində “qisas” qrupuna onu daxil edəcəkdir. Onu qrupa “Keysan” ləqəbli İlham adlı Şirvanda bərbər işləyən şəxs əlavə etmişdir. Həmin qrupda olan hər bir şəxsi Qurana and içdirmişdirlər ki, dinə bağlı olacağıq, İslama bağlı olacağıq, sirr saxlayacağıq və verilən tapşırıqları yerinə yetirərək “Kərimə” dövləti yəni dini dövləti Azərbaycanda yaratmağa sadiq olacağıq. O, bu andı yazılı formada içərək Rufulla Axundzadəyə göndərmişdir. Rufulla Axundzadə qrupun izibatçısı və ağsaqqalı olmuşdur. O, “Hüseyniyyun” Azərbaycan Müqavimət Təşkilatının rəhbəri Tohid İbrahimbəylinin qaynatası və həmin təşkilatın üzvüdür. Rufulla Axundzadəyə o qrupa daxil olduqdan sonra şəxsiyyət vəsiqəsinin şəklini Məhərrəməli vasitəsilə göndərmişdir. Rufulla Axundzadə və Məhərrəmli, eləcə də Əlimürsəl Axunzadə ilə həmin qrupda tanış olmuşdur. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs2 da həmin qrupdan tanımışdır. O adını çəkdiyi şəxslərlə telegram mobil tətbiqində şəxsi yazışmalar həyata keçirmişdir. Onun ləqəbi “Əli-aşiqi313” olmuşdur. Ona ləqəb götürməyi və beləliklə gizli qalmağı, adını Telegramdan silməyi Rufulla Axundzadə tapşırmışdır. O demişdir ki, adın bilinsə səni həbs edərlər. Bundan sonra o qrupda fəaliyyətə başlamışdır. Onun fəaliyyəti dini və radikal, eləcə də siyasi paylaşımlar etməklə başlamışdır. Məqsədləri daha çox şəxsi özləri ilə eyni əqidəyə cəlb etmək olmuşdur. Bundan sonra o Azərbaycanda “Kərimə” dövlətinin qurulması üçün fəaliyyətə başlamışdır. Belə ki, Aşura günü və digər əlamətdar günlərdə insanların çoxluğundan istifadə edərək insanları ayağa qaldırmaqla iğtişaşlar törədib Azərbaycanda “Kərimə” dövləti qurmaq üçün ətraflarına onlarla eyni düşüncəli şəxslər toplamaq üçün fəaliyyət göstərmişlər. Təqsirləndirilən şəxs2 ona 2022ci ilin dekabr ayında zəng edərək Yevlax rayonuna gələcəyini bildirmişdir. O, əvvəlcə Tərtər rayonuna gəlmiş və onunla restoranda yemək yemiş daha sonra taksi ilə Yevlax rayonuna yola düşmüşlər. Orada bir həyət evinin yaxınlığında taksi saxlamışdır. Taksi Faiqin getdiyi evə yaxınlaşmamışdır. Onunla Faiq maşından düşüb evə tərəf getmişdir. O, həmin evin kimin olduğunu, oraya niyə gəldiklərini bilməmişdir. Faiq evin hasarından tullanıb içəri girmişdir. Daha sonra geri əliboş qayıtmışdır. O, Faiqdən bu evin kimin olduğunu, niyə gəldiklərini, orada nə axtardıqlarını soruşduqda ona demişdir ki, burada sənəd axtarır. Lakin evə girə bilmədiyini demiş və suallarını cavabsız qoymuşdur. Daha sonra Bakıya qayıtmışdır. Bundan başqa X5 Axundzadəyə 1000 manat pul da yollamışdır. Əlimürsəl ona göstərmişdir ki, ehtiyacı vardır. O da din qardaşı kimi pulu göndərmişdir. Bundan başqa bir dəfə də Faiqə 300 manat ehtiyacı olduğunu üçün göndərmişdir. Həmçinin X108 rəhbəri olduğu Müsəlman hərəkatı birliyinə hər ay pul köçürmüşdür. 30-50 manat arası hər ay köçürtmüşdür. Bundan başqa Məhərrəməli ona X126, Vüsal Astaralının, Tohid İbrahimbəylinin anası Südabə xanımın telefon nömrələrini ataraq əlaqə saxlamağı da məsləhət görmüşdür. Bundan başqa Tərtər rayonu Seydimli kəndində olarkən çayxana yaxınlığında 1 ədəd sellofan büküm görmüşdür. Həmin bükümü götürüb baxdıqda onun patı olduğunu başa düşmüşdür. Daha sonra onu qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Daha sonra 29 mart 2023-cü il tarixdə Tərtər rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmış və onu rayon şöbəsinə aparmışlar. Orada üzərinə keçirilən baxış zamanı üzərindən metamfetamin aşkar edilmişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tanımır, Zərərçəkmiş şəxs1 tanıyır. Belə bir hadisənin olmasından xəbəri var, məruz qaldığı təqibdən də xəbəri var, hətta dövlət xətti ilə təhlükəsizliyinin qorunması ilə bağlı təşkil olunmuş müdafiə qrupundan da xəbəri var, lakin nə üçün belə bir hadisə olduğunu, nə üçün ona sui-qəsd etmək niyyətinə düşdüklərini bilmir. Onun bütün bunlardan xəbəri var, proseslə tanışdır, bilir ki, çalışdığı şirkətin ərazisində müəyyən işlər görüblər, onun həm şəxsi, həm də xidməti avtomobilinin marşurutunu müəyyənləşdiriblər, onun maşınına molotov kokteyli atmaq istəyiblər. Dövlət qurumlarının müdaxiləsi olmasaydı, onun hansı aqibətin gözlədiyini bilir. DTX-nin İstintaq İdarəsində ifadə verməzdən əvvəl ona sui-qəsd hazırlığının olması ilə bağlı detallı şəkildə məlumatı olmayıb, lakin sosial şəbəkələrdə bəzi məlumatlar var idi, təhdidlə çıxış edənlər var idi, ən maraqlısı isə Youtube sosial platformasında İran İslam Respublikasının Ali liderinin adından bir nəfərin onun edam edilməyi ilə bağlı hökm çıxarması və həmin hökmün əsaslandırılması faktı var . O bu məlumatla tanış olandan sonra daha ehtiyyatla davranmağa başladı. Onun üçün dövlət maraqları, istənilən şəxsi maraqlardan həmişə üstün olub, söhbət fərd olaraq onun münasibətindən gedirsə, o, təqsirləndirilən şəxslərin hər birini bağışlamağa hazırdır, amma bir şərtlə ki, Allah onların “Bəsirət gözünü” açsın, onlar dövlətin, xalqın, millətin, bayrağın dəyərini öz düşüncələrindən uca tutmağı bacarsınlar. Təqsirləndirilən şəxslər gəncdirlər, hər bir şəxsin həyatında səhvlər ola bilər, o, 1989-cu ildən indiyədək, 36 il jurnalistika sahəsində fəaliyyət göstərir və bu fəaliyyəti Azərbaycanın dövlət və milli maraqlarını qorumağa yönəlib, o, vətəndaş olaraq, fərd olaraq onu qətlə yetirmək istəyən şəxsləri bağışlamağa hazırdır və onları bağışlayır. Zərərçəkmiş şəxs olaraq, ona dəymiş ziyanı mənəvi ziyan hesab etmək olar, çünki o, il yarım xüsusi mühafizə altında yaşamış və ona dəymiş ziyan həm də ailəsinin keçirdiyi hiss və həyacanla bağlıdır. O, təqsirləndirilən şəxsləri bağışlayır, lakin onlarla barışmır. O heç vaxt heç kəsin sifarişi ilə nəsə etmir, bu onun öz müəllif reportajıdır. “İmam Hüseynova bacıları” təhqir deyil, orada konkret olaraq, fraqment göstərilir, orada Hüseynova bacılarından söhbət gedir, o ora “İmam” sözünü əlavə etmiş və Xameini və Xomeynini nəzərdə tutmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 12 noyabr 1963-cü il tarixdə Yardımlı rayonunun Pirimber kəndində doğulmuşdur. Hazırda Real TV-nin direktorudur. O, hər gün, yəni 1-6-cı günlər səhər saat 08:30dan etibarən işdə olur. Saat 19-00-21-00da işdən çıxır. İş saatları vaxtında nahar fasiləsinə çıxmır. İstifadəsində “X144” markalı **-PB-*** qeydiyyat nişanlı və “Nissan Altima” markalı **-TV-*** qeydiyyat nişanlı qara rəngli avtomobili vardır. Cinayət işi üzrə təqsirləndirilən şəxslər – Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tanımır. Adı çəkilən şəxslərlə hər hansı bir münasibəti yoxdur. İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları - X33 və X17 vasitəsilə həmin xüsusi xidmət orqanları tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 2022-ci ilin avqust-oktyabr ayları ərzində onun xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə qarşılıqlı sövdələşməyə uyğun olaraq onun fəaliyyət göstərdiyi təşkilatın ünvanı, istifadənizdə olan nəqliyyat vasitəsinin növü və qeydiyyat nişanını, iş saatlarını, eləcə də hərəkət marşrutlarını dəqiqləşdirməklə onun həyatına sui-qəsd etməyə yönələn hərəkətləri etmələri barədə məlumatı olmamışdır. Qeyd edilən məsələ indi ona aydın olmuşdur. O, bu hadisədən çox təsirlənmişdir. Xidməti fəaliyyətilə əlaqədar, eləcə də iş saatlarından kənar vaxtlarda hər hansı bir şübhəli şəxslər tərəfindən güdülməyini hiss etməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 03 oktyabr 1946-ci il tarixdə Ermənistan SSR-nin İcevan rayonunun Göyərçin kəndində doğulmuşdur. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktorudur. O, hər gün, yəni 1-5-ci günlər səhər saat 10dan etibarən işdə olur. Saat 17-00 dəqiqədə işdən çıxır. İş saatları vaxtında nahar fasiləsinə çıxmır. İstifadəsində xidməti – “Toyota Camry” markalı **-AA-*** qeydiyyat nişanlı, şəxsi istifadəsində isə “Mersedes-Benz Sclass” markalı **-AD-*** qeydiyyat nişanlı qara rəngli avtomobili vardır. Cinayət işi üzrə təqsirləndirilən şəxslər – Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 tanımır. Adı çəkilən şəxslərlə hər hansı bir münasibəti yoxdur. İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları - X33 və X17 vasitəsilə həmin xüsusi xidmət orqanları tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 2022-ci ilin avqust-oktyabr ayları ərzində onun xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə qarşılıqlı sövdələşməyə uyğun olaraq onun fəaliyyət göstərdiyi təşkilatın ünvanı, istifadənizdə olan nəqliyyat vasitəsinin növü və qeydiyyat nişanını, iş saatlarını, eləcə də hərəkət marşrutlarını dəqiqləşdirməklə onun həyatına sui-qəsd etməyə yönələn hərəkətləri etmələri barədə məlumatı olmamışdır. Qeyd edilən məsələ indi ona aydın olmuşdur. O, bu hadisədən çox təsirlənmişdir. Xidməti fəaliyyətilə əlaqədar, eləcə də iş saatlarından kənar vaxtlarda hər hansı bir şübhəli şəxslər tərəfindən güdülməyini hiss etməmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. Faiq onun qonşusudur, o, taksi sürücüsü işləyir. Faiqi 2 dəfə Kürdəxanı qəsəbəsinə aparmışdır. Kürdəxanı qəsəbəsinə naviqator vasitəsi ilə getmişdilər. Faiqi usta kimi tanıyır. Faiqin narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı olmayıb, Faiq heç içki də içmirdi. DTX-da ona hara getməyi ilə bağlı suallar verdilər. Faiqin getdikləri yerdə kimdənsə nəsə almasını görməmişdir. Bunları DTX-da demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, 1990-cı ildə Bakı şəhərində doğulmuşdur. 31 yanvar 2023-cü il tarixdə yaşadığı məhlədən tanıdığı Təqsirləndirilən şəxs2 ona göstərmişdir ki, onu Kürdəxanı istiqamətində aparmağını istəyir. Bundan sonra ona zəng edərək Heydər Əliyev prospekti “Ağ çiçəyim” gül mağazasının qarşısında onu gözlədiyini bildirmişdir. O, bu zəngdən sonra istifadəsində olan Vaz 21011 markalı **-UC-*** nömrə nişanlı avtomobili ilə Faiqin olduğu yerə yollanmışdır. Faiqin dediyi ünvana çatdıqdan sonra Faiq əlində qara rəngli çanta ilə avtomobilə yaxınlaşıb avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Bundan sonra o, Kürdəxanı istiqamətində getməyi demişdir. Daha sonra mobil telefonunu çıxararaq Kürdəxanı istiqamətində getməli olduğu yeri xəritədə izləmişdir. Kürdəxanıya niyə getməklərini ona söyləməmişdir. Kürdəxanıya çatdıqda Faiq arxa oturacağın yan şüşəsini açmaq istəmiş, o isə həmin şüşənin açılmadığını bildirmişdir. Bundan sonra Faiq qabaq sərnişin oturacağına əyləşərək əlindəki qara çantada olan fotoaparatı çıxarmış və ətrafda olan hərbi hissənin şəkillərini çəkməyə başlamışdır. O, şəkilləri çəkməyə başlamadan öncə Şahid3 avtomobili yavaş sürətlə sürməyi tapşırmışdır. Bundan sonra Faiq ona Bakıxanov körpüsünün yaxınlığına sürməyi tapşırmışdır. Onlar həmin ərazidə olanda Faiq ona burada gözləməsini ola bilsin ki, yenidən getmək lazım olduğunu demişdir. Bundan sonra Faiq 40 dəqiqə sonra gələrək yenidən Kürdəxanıya getmək lazım olduğunu bildirmişdir. Onlar geri qayıtdıqdan sonra yenə də Faiq hərbi hissənin şəkillərini çəkməyə başlamışdır. Lakin o, Faiqdən soruşduqda hərbi hissəni çəkməsinin səbəbini deməmişdir. Daha sonra Faiqi Sabunçu keçidi adlanan yerdə düşürərək getmiş və Faiq ona 50 manat pul vermişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərin heç birini tanımır. O, 25 iyul 2022-ci il tarixdən Kürdəxanı qəsəbəsində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2023-cü ilin yanvar ayında buraxılış məntəqəsində patrul növbəsində olarkən “Vaz 21011” markalı avtomobildə olan şəxsin fotoapartı hərbi hissəyə tərəf yönəltdiyini gördü. Sonra bölük növbətçisinə məruzə etdi, bölük növbətçisi onlara tərəf yaxınlaşarkən avtomobili sürüb getdilər. Həmin şəxslər “Vaz 21011” markalı avtomobillə gəlmişdilər. Avtomobil əvvəlcə yolun kənarında idi, sonra postu dəyişən zaman avtomobilin pəncərəsinin açıq olduğunu və fotoaparatın obyektivinin çölə çıxdığını gördü. Sonra bölük növbətçisinə məruzə etdi, bölük növbətçisi onlara tərəf yaxınlaşarkən avtomobili sürüb getdilər. Həmin şəxsin hərbi hissənin şəklini çəkib-çəkmədiyini bilmir. Həmin maşını 3-cü dəfə idi ki, görürdülər. Həmin maşını 1 gün ərzində 3 dəfə gəlmişdi. Fotoaparatın obyektivinin hərbi hissə tərəfə yönəldiyini gördü, sonra məruzə etdi. Avtomobildə N nəfər var idi. Yoldan hərbi hissəyə məsafə N metr idi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid1 göstərmişdir ki, o, 10 may 2000-ci ildə Qusar rayonunda doğulmuşdur. 25 iyul 2022-ci il tarixdən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdədir. 30 yanvar 2023-cü il tarixdə saat 19:00-da buraxılış məntəqəsində patrul növbəsində olmuşdur. 31 yanvar 2023-cü il tarixdə saat 19:00-da növbədən çıxmalı olan zaman Çavuş Şahid2 bölük növbətçisi olmuşdur. O növbə çəkidiyi ərazi hərbi hissənin yola baxan hissəsinə düşür. Axşam saat 17:00 dəqiqədən 19:00 dəqiqəydək növbə saatları olmuşdur. 17:10 dəqiqədə buraxılış məntəqəsindən yola baxarkən boz rəngli nömrəsini hazırda xatırlamadığım “Toyota Prius” markalı avtomobilin sürücüsü buraxılış məntəqəsinə yaxınlaşmışdır. Həmin şəxs 30-35 yaşların, orta bədən quruluşlu, ortaboylu, qarabəniz şəxs olmuşdur. O, naxçıvan ləhcəsi ilə danışmaqla adını ona deməmişdir. Lakin göstərmişdir ki, iki nəfər şəxs hərbi hissənin şəkillərini çəkir. Həmin şəxs bu sözü deyəndən sonra avtomobilinə əyləşib çıxıb getmişdir. O, buraxılış məntəqəsindən ətrafı müşahidə etməyə başlayandan təxminən N dəqiqə sonra görmüşdür ki, hərbi hissənin qabağından ağ rəngli “Vaz 21011” markalı avtomobil asta sürətlə keçir. Avtomobilin qeydiyyat nişanı **-CU-*** olmuşdur. Avotomobilin içərisində iki nəfər şəxs olmuşdur. Həmin şəxslərin hər ikisi saqqallı olmuşdur. Avtomobil üzü Pirşağı kəndi istiqamətində hərəkət etmişdir. Avtomobildə olan şəxslər hərbi hissəyə və ona baxmışlar. Qısa müddətdən sonra onlar avtomobili geriyə qaytarıb yenidən onun qarşısından keçmiş, avtomobildə keçərkən sərnişin oturacağında əyləşən şəxs fotoaparatı ortaya qədər açıq olan pəncərədən çıxararaq hərbi hissənin fotoşəkillərini çəkməyə başlamışdır. Həmin vaxt onlar çox aşağı sürətlə hərəkət etmişdirlər. Şəkilləri çəkən şəxs saqqallı olmuşdur. Fotoaparat böyük həcmli olduğu üçün onun üzünü tam görə bilməmişdir. Həmin şəxs şəkilləri çəkdikdən sonra avtomobil sürətlə oradan uzaqlaşmışdır. O, dərhal bölük növbətçisi Şahid2 hadisə ilə bağlı məruzə etmişdir. Şahid2 qısa bir müddətdə buraxılış məntəqəsinə yaxınlaşmışdır. O, Şahid2 hadisəni ətraflı danışdıqdan sonra, o, buraxılış məntəqəsindən yola tərəf çıxmışdır. Bir neçə dəqiqə ətrafı müşahidə etdikdən sonra geri qayıtmışdır. Şahid2 yanında olarkən həmin avtomobil yenidən üzü Pirşağı istiqamətində surətlə hərəkət etmişdir. O, həmin vaxt avtomobili Şahid2 göstərmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid2 göstərmişdir ki, O, 18 mart 1993-cü ildə Bakı şəhərində doğulmuşdur. 2018-ci ildən N saylı hərbi hissədə Mühafizə manqa komandiri vəzifəsində xidmət edir. 30 yanvar 2023-cü il tarixdə saat 19:00-da bölük növbətçisi olmuşdur. 31 yanvar 2023-cü il tarixdə saat 19:00-da növbədən çıxma vaxtı olmuşdur. Həmin vaxt buraxıılış məntəqəsində əsgər Şahid1 növbədə olmuşdur. Axşam saat 17:20 dəqiqədə Əsgər Şahid1 daxili telefon vasitəsi ilə ona zəng edərək göstərmişdir ki, şübhəli avtomobildəki şəxslər hərbi hissənin şəkillərini çəkir. O, dərhal buraxılış məntəqəsinə yaxınlaşmışdır. Əsgər Şahid1 məruzə edərək göstərmişdir ki, saat 17:10 dəqiqədə buraxılış məntəqəsindən yola baxarkən boz rəngli nömrəsini hazırda xatırlamadığı “Toyota Prius” markalı avtomobilin sürücüsü buraxılış məntəqəsinə yaxınlaşmışdır. Əsgər Şahid1 sözlərinə görə həmin şəxs 30-35 yaşlarında, orta bədən quruluşlu, ortaboylu, qarabəniz şəxs olmuşdur. O, əsgərlə naxçıvan ləhcəsində danışmış, lakin adını deməmişdir. Həmin şəxsin sözlərinə görə iki nəfər şəxs hərbi hissənin şəkillərini çəkmişdir. Toyotanın sürücüsü bu sözü əsgərə dedikdən sonra avtomobilinə əyləşib çıxıb getmişdir. Əsgər Şahid1 buraxılış məntəqəsindən ətrafı müşahidə etməyə başlayandan təxminən N dəqiqə sonra hərbi hissənin qabağından ağ rəngli “Vaz 21011” markalı avtomobilin asta sürətlə hərəkət etdiyini görmüşdür. Onun sözlərinə görə avtomobilin qeydiyyat nişanı **-CU-*** olmuşdur. Avtomobilin içərisində iki nəfər saqqallı şəxsin olduğunu bildirdikdən sonra avtomobilin Pirşağı kəndi istiqamətində hərəkət etdiyini demişdir. Avtomobildə olan şəxslər əsgərə və hərbi hissəyə baxa-baxa keçmişlər. Bir müddətdən sonra onlar avtomobili geriyə qaytarıb yenidən əsgərin qarşısından keçmiş, həmin vaxt avtomobilin sərnişin oturacağında əyləşən şəxs fotoaparatı pəncərədən çıxararaq hərbi hissənin fotoşəkillərini çəkməyə başlamışdır. Əsgərin sözlərinə görə onlar həmin vaxt çox aşağı sürətlə hərəkət etmişdirlər. Şəkilləri çəkən şəxs də saqqallı olmuşdur. Fotoaparat böyük həcmli olduğu üçün əsgər həmin şəxsin üzünü görə bilməmişdir. Şahid1 sözlərinə görə həmin şəxs şəkilləri çəkdikdən sonra avtomobil sürətlə hərbi hissənin ətrafından uzaqlaşmışdır. Bundan sonra O, buraxılış məntəqəsindən yola tərəf çıxmışdır. Bir neçə dəqiqə ətrafı müşahidə etmişdir. Həmin vaxt ətrafda şübhəli bir şəxs və ya avtomobil olmamışdır. Yenidən buraxılış mənqəsinə yaxınlaşarkən əsgər Şahid1 göstərmişdir ki, şübhəli avtomobil üzü Məhəmmədi istiqamətində hərəkət edir. O, geri dönəndə avtomobilin təxminən saatda 50-60 km surətlə hərəkət etdiyini görmüşdür. Avtomobilin içərisində iki nəfər şəxs var olmuşdur. Onlar hər ikisi saqqallı olmuşdur. O, dərhal yola tərəf çıxmışdır ki, avtomobilin nömrəsini qeyd etsin. Lakin buna nail ola bilməmişdir. Buraxılış məntəqəsinə dönərkən görmüşdür ki, avtomobil böyük sürətlə üzü Pirşağı istiqamətində hərəkət edir. O, buraxılış məntəqəsində təxminən 10 dəqiqəyə kimi gözləmişdir. Həmin avtomobil yenidən hərbi hissəyə yaxınlaşmış və 2-ci buraxılış məntəqəsinin yaxınlığında saxlamışdır. Bu zaman o, hərbi hissə ərazindən 2-ci buraxılış məntəqəsinə qaçaraq çatmışdır ki, avtomobilin nömrəsini qeyd etsin. Həmin vaxt sərnişin oturacağında əyləşən saqqallı şəxs fotoaparatı çıxararaq bir neçə şəkil çəkmişdir. O, həmin şəxslərə çatmağa az qalmış onlar ərazidən uzaqlaşmışlar. Bundan sonra O, dərhal divizyonun qərargah rəisi Elçin Səmədova hadisə ilə bağlı məruzə etmişdir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs2 görmüşdür, digər təqsirləndirilən şəxsləri tanımır. O, fotoqraf işləyir. 2 il əvvəl may ayında N nəfər şəxs ondan Canon markalı fotoaparatı icarəyə götürdülər, səhəri gün fotoaparatı geri qaytardılar. Fotoaparatın icarəsinə görə 20 manat verdilər. Həmin şəxslərin biri uzun, biri isə balaca boy idi. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2 oxşayır. O, zəng edən adam fotoaparatı nə məqsədlə icarə götürmək istədiyini demədi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid4 02 fevral 2023-cü il tarixli izahatında və 13 oktyabr 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, O, 1996-cı il tarixdə Salyan rayonunda anadan olmuşdur. Hazırda fotoqraf işləyir. 2023-cü ilin əvvəllərində İnstagram sosial şəbəkəsində fotoaparatların kirayəsi ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə ********** saylı mobil nömrədən ona zəng gəlmişdir. Həmin şəxs fotoaparatların kirayəsi ilə maraqlandığını demişdir. Daha sonra göstərmişdir ki, Faiq adlı tanışı ona zəng edəcəkdir. Daha sonra ********** saylı mobil nömrədən ona zəng gəlmişdir. Özünü Faiq kimi təqdim edən şəxs fotoaparat kirayə götürmək istədiyini bildirmişdir. Onlar 28 Mall ticarət mərkəzinin qarşısında görüşmüş və ondan 25 manat müqabilində Canon 60D markalı fotoaparatını kirayə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Faiq ona zəng edərək fotoaparatı geri qaytarmışdır. Fotoaparatın yaddaşında olan şəkilləri silməsinə baxmayaraq yenə də ondan soruşmuşdur ki, bax gör yaddaşında nəsə qalıbmı. O, Faiqin yanında fotoaparatın yaddaşını formatlamışdır. Faiq yenə də fotoaparat kirayəsi ilə bağlı zəng edəcəyini deyib uzaqlaşmışdır. Daha sonra Faiqi görməmişdir. Faiqin yanında bir nəfər də olmuşdur ancaq onun kim olduğunu bilmir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs1 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. O, İlhamın Şirvan şəhərində işlədiyi bərbərxanasına saçını kəsdirmək üçün getmişdir. O, İlhamı öz toyuna çağırmışdı, İlham isə onu qızının 40 günlüyünə çağırmışdı. Bundan başqa İlham 1-2 Sabirabad rayonu Qaragüney kənd məscidinə gəlib-gedib. İl yarım əvvəl saçını kəsdirmək üçün İlhamın bərbərxanasına getdikdə, onunla danışdı, İlham onu Telegramda qrupa dəvət etdi, o, İlhamın dediklərindən, başa düşdü ki, problemli məsələdir, ona görə imtina etdi. İlham ona bildirdi ki, qrupa qoşulacaqsan, İrandan xəbər gələcək. İrandan nə xəbər gələcəyini bilmirdi. İlhamdan “Kərimə dövləti” ilə bağlı eşitmişdir. İlham onunla cəmi 1 dəfə söhbət edib. İlham qrupda dini söhbətlər olacağını bildirdi. O, avamlığına görə dövlət orqanlarına müraciət etmədi. O, tələsdiyinə görə, qrupa qoşulmaq barədə İlhamdan ətraflı məlumat almadı. İlham ona İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək barədə təklif etməyib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İlham ona bildirdi ki, İrandan xütbələr gəlsin, onları məscidində təbliğ et. O, İlhamın bu təklifini qəbul etmədi və bildirdi ki, o, QMİ tərəfindən verilən moizələri oxuyur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid5 göstərmişdir ki, O, 1995-ci il tarixdə Sabirabad rayonu Dadaşbəyli kəndində doğulmuşdur. Hazırda Sabirabad rayonu Qaragüney kəndinin dini ayinlərinin icraçısı vəzifəsində işləyir. O, 2018-ci ildə Sabirabad rayonu Qaragüney kəndinin dini ayinlərinin icraçısı vəzifəsinə QMİ tərəfindən təyin edilmişdir. O, iş üzrə Təqsirləndirilən şəxs1 2015-ci ildən tanıyır. O, İlhamın Şirvan şəhərində işlədiyi bərbərxanasında saçını kəsdirmək üçün getmişdir. İlhamla tanışlığı belə yaranmışdır. O, İlhamı öz toyuna çağırmışdır, İlham isə onu qızı Rüqəyyənin 40 günlüyünə çağırmışdır. Bundan başqa İlham 2015-ci ildən etibarən onun axundu olduğu Sabirabad rayonu Qaragüney kənd məscidinə gəlib getmişdir. Lakin onun axundu olduğu məscidə bir neçə dəfə müxtəlif illərdə gəlmişdir. Axırıncı dəfə o, 2022-ci ilin dekabr ayında saçını kəsdirmək üçün İlhamın bərbərxanasına getdikdə onunla danışmışdır. O, İlhamın həmişə İranmeyilli dini təbliğat apardığını eşitmişdir. Həmçinin İranmeyilli şəxsləri ətrafına yığmağa çalışdığını eşitmişdir. İlham 2022-ci ilin dekabr ayında ona təklif etmişdir ki, İranlılarla əlaqələndirsin və onların verdiyi moizələri məscidində təbliğ et. O, İlhamın bu təklifini qəbul etməmişdir və göstərmişdir ki, bu düzgün iş deyil. O, demişdir ki, O, dövlətin axundudur. O, QMİ tərəfindən verilən moizələri oxuyur. İlhamın verdiklərini oxuya bilməz. Bundan sonra İlhamla münasibətləri pozulmuşdur və danışmamışdır. O, İranlılarla əlaqələndirmək dedikdə məxfi əməkdaşlıq etməyini və İranın dövlət orqanlarına xidmət etməyini nəzərdə tutmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid6 göstərmişdir ki, O, 16 mart 1994-cü ildə Şirvan şəhərində doğulmuşdur. 2012-ci ilin yanvar ayından “Salyan Oil” neft şirkətində operator vəzifəsində işləyir. 2016-cı ildən İslam dinin Şiə məzhəbinə uyğun ibadət edir. 2022-ci ilin əvvəllərində yaşadığı ünvanın yaxınlığıda bərbər kimi fəaliyyət göstərən İlham adlı şəxslə tanış olmuşdur. İlham da onun kimi dindar şəxs olmuşdur və İslam dinin Şiə məzhəbinə uyğun ibadət etmişdir. Onunla tanışlıq münasibətləri yarandıqdan bir müddət sonra 2022-ci ilin avqust aylarında İlham ona “Telegram” sosial şəbəkəsində dini qrup olduğunu, orada dini söhbətlər edildiyini, onu da o qrupa qoşmaq istədiklərini bildirdi. O da dindar bir şəxs olduğu üçün dini qrupa qoşulmağa razılığını bildirdikdən sonra İlham istifadəsində olan “Redmi A11” markalı mobil telefonuna “Teleqram” sosial şəbəkəsi yazaraq ***-***-**-** saylı nömrəsilə hesab açmış və onu həmin qrupa üzv etmişdir. Qrupun adı “Qisas” olmuşdur. Qrupda təxminən 17-18 nəfər adam olmuşdur. Qrupda olanların hamısı “Teleqram” hesablarına dini ləqəblər qoymuşdur. İlham həmin ləqəbləri məxfilik üçün qoyulduğunu ona demişdir. Bu ona çox təəccüblü gəlmişdir ki, niyə adamlar öz adı ilə deyil məhz ləqəblə qrupda iştirak edirlər. Onlardan yalnız Təqsirləndirilən şəxs2 öz adı ilə iştirak etmişdir. İlhamın ləqəbi isə “Keysan” olmuşdur. Qrupun admini İlham olsa da İlham ona qrupun təşkilatçısının Rufulla Axundzadə olduğunu bildirmişdir. O, Rufulla Axundzadəni ancaq qrupda görmüşdür və onun qrupdakı danışıqlarını oxuduqda vətən xaini olduğunu anlamışdır. Əvvəlcə İlham ona Rufullanın adını deməmiş, həmçinin özü də ona “əmi” kimi müraciət etmişdir. Qrupa o, daxil olduqdan sonra qrupdakı yazışmaları görərək çox təəccüblənmişdir. Belə ki, ona dini qrup olduğu İlham tərəfindən deyilsə də həmin qrupda Azərbaycan Respublikasında Kərimə dövlətinin yaradılması, sionist rejimin devrilməsi, Azərbaycanda molla rejimin qurulmasından bunun üçün bəzi vəzifəli şəxslərə sui-qəsdlər təşkil edilməli olduğundan söhbətlər getmişdir. O, bu yazışmaları oxuduqda həyat yoldaşı Nuridə də yanında olmuşdur və onlar bu yazışmaları oxuduqda çox əsəbləşmiş və dərhal o qrupu tərk etmişdir. Çünki bu danışıqların bir mənalı olaraq vətənə xəyanət olduğunu görmüşlər. O, vətənpərvər bir şəxsdir. Onların bu danışıqları onu özündən çıxarmışdır. Ona qrupa daxil olan kimi and içmək barədə Rufulla tərəfindən deyildikdə o and içməkdən imtina etmiş və onunla mübahisə etmişdir. Bundan sonra növbəti gün o işə getdikdə İlham yolda yolunu kəsmiş və göstərmişdir ki, Rufulla Axundzadə onun qrupdan çıxmağına çox əsəbləşmişdir. O isə İlhama qışqıraraq göstərmişdir ki, bu nə qrupdur ki, salmısan. O, İlhama qrupda dini söhbətlərdən başqa söhbətlər olduğunu dedikdə İlham zarafatyana göstərmişdir ki, bu söhbətlər ancaq söhbətdir boş-boş şeylərdir fikir vermə. O isə İlhama əsəbləşmişdir ki, bunlar boş söhbət deyil, onu da qrupa salıb problem yaradacaq. Onun arvadı və uşağı olduğunu ona belə problem lazım olmadığını İlhama bildirmişdir. Hətta İlhama da qrupdan çıxmağı məsləhət görmüşdür. Qrup üzvlərindən heç kimlə şəxsi dostluğu olmamışdır. Onların çoxunu demək olar ki, tanımır. Onlardan yalnız İlhamı tanıyır, bir də qeyd etdiyi kimi Faiqin adı yazıldığı üçün görmüşdür. Qalan şəxsləri tanımamışdır. Bundan başqa qrupda olanlardan bir neçə nəfər də Rusiya nömrəsi ilə qoşulmuşdur. Həmçinin qrupda Rufulla Axundzadəni də görmüşdür. Lakin o qrupda demək olarki 1 gün qaldığı üçün başqa məlumatı olmamışdır. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs8 tanıyır, dostudur, digər təqsirləndirilən şəxsləri tanımır. 2 il əvvəl Elgün ondan silah istəmişdi, o isə ona bildirdi ki, silah yoxdur. Elgünün nəyə görə silah istəməsini bilmir. Elgün ondan tapança istədi. Elgün silahı telefon vasitəsi ilə istəyib. Elgün həmin zəngdən 9 ay sonra həbs olundu. 9 ay ərzində Elgünlə əlaqəsi olmayıb. Həmin müddət ərzində silah axtarmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid7 göstərmişdir ki, O, 1999-cu ildə Masallı şəhərində doğulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs8 2021-ci ildən Nizami metrosunun yaxınlığında yerləşən şiə məscidindən tanımışdır. Onunla birlikdə təxminən 2 il dostluq münasibətləri olmuşdur. O, 2021-ci ildə 6-7 ay müddətində İslam dininin şiə məzhəbi üzrə maraqlanmışdır. Hətta şiə namazı da qılmışdır. Lakin sonradan dindən uzaqlaşmışdır. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs8 ona zəng edərək silah axtardığını, mümkünsə tapança olmasını bildirmişdir. O, Elgünün bu sualından çox təəccüblənmişdir. Belə ki, Elgünün həmin silahı niyə axtardığını soruşduqda Elgün ona cavab verməmiş və silahı tapmağını bildirmişdir. O isə Elgünə silah satan və ya saxlayan heçkəsi tanımadığını, bu işi görə bilməyəcəyini bildirmişdir. Bundan sonra danışıq yarımçıq qalmışdır. O ən son Elgünün tutulması xəbərini eşitmişdir. Bundan başqa onun fəaliyyəti barədə məlumatı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid8 göstərmişdir ki, O, 2000-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs8 2022-ci ilin sentyabr ayında qardaşı X10 rayonunda keçirilmiş Antiterror əməliyyatlarında şəhid olduqdan sonra tanış tanımışdır. Belə ki, qardaşı Raminlə Elgün iş yoldaşı olmuşlar. Buna görə də Elgün onların Cəlilabaddakı evinə gedib gəlmişdir. Sentyabr ayında təxminən 10 gün müddətində Elgün gəlib onların yeni tikdiyi evlərində usta kimi kömək göstərməklə qalmışdır. 2023-cü ilin sentyabr ayında Elgün qardaşının yasında ondan silah tapıb-tapa bilməyəcəyini soruşmuşdur. O isə silah tapa bilməyəcəyini, silahı nə üçün istədiyini bildirmişdir. Elgün ona gülərək cavab vermişdir ki, bunun sənə aidiyyəti yoxdur. Bundan sonra 22 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs8 ona “Whatsappda” yazaraq onun üçün silah tapıb-tapa bilməyəcəyini soruşmuşdur. Elgün ona tapança almaq istədiyini bildirmişdir. O isə ona müəyyən məbləğlərdə silahların qiymətləri barədə yalan məlumat vermişdir. Belə ki, Elgün bundan qabaq da ondan silah maraqlandığı üçün artıq əsəblərini korlamışdır. Çünki O Elgünün silahı nə üçün axtardığını bilməmiş və Elgün də ona cavab da verməmişdir. O, Elgünün dindar olduğunu bilmişdir. Buna görə də Elgünün bu silahı axtarması onu şübhələndirmişdir. O, Elgünə heçvaxt silah və ya digər döyüş sürsatı tapıb verməmişdir. Lakin Elgün israrla silah axtarmışdır. Təqsirləndirilən şəxs8 telefonuna 20 may 2023-cü il tarixli baxış protokolunda: “Ruslan Ramin” adla telefonuna Təqsirləndirilən şəxs8 qeyd etdiyi +**********28 saylı mobil nömrənin sahibi ilə mesajlar müəyyən edilmişdir. 22 yanvar 2023-cü il tarixli danışıqda Təqsirləndirilən şəxs8 “Cəlilabadda ucuz qiymətə tapança satan yoxduki, 200-300 manata” deyə sual verərək Ruslandan silah maraqlanır. Ruslan isə cavabında “Neynirsən? Mən də axtarıram amma yoxdu, var idi cinayət olunmuş silahlar 300 manata mən də istəmədim, amma Bakıdan almaq olar” ifadələrini işlətmişdir. Təqsirləndirilən şəxs8 cavab olaraq “üstündə işi olmayan neçəyədi” sualını vermiş, Ruslan isə “bir nəfər var onunla sivyaza çıxacam, bahadı biraz, sənəd-sünədlə istəsən 1000 manata çıxacaq” deyə bildirir. Daha sonra Təqsirləndirilən şəxs8 “500-600 olsa üstündə iş olmayan almaq olar” deyə bildirir, Ruslan isə “bir nəfər var ona yazaram” deyə cavab verir, daha sonra Elgün “yox sənədi neynirəm gizlin” deyə cavab verir. Bu qeyd edilənlərlə bağlı verilmiş suala Şahid8 cavab olaraq göstərmişdir ki, O, Elgünün imkanının həmin məbləğlərə çatmayacağını bilmişdir. Buna görə elə demişdir ki, Elgünü başından eləsin. Belə ki, Elgün onu silah məsələsi ilə artıq bezdirmişdir. Elgün onun həmin vaxt hərbiçi olduğunu bilərək ondan israrla silah istəmişdir. Ona görə də yalnış informasiyalar verərək Elgünü başımdan eləmişdir. Danışıqda qeyd etdiyi məbləğləri isə yalan demişdir. Onların qiymətləri barədə məlumatı yoxdur. Şahid24 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs13 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. Mir Vasid onunla eyni məxtəbdə oxuyub. 2022-ci ilin sonu-2023-cü ilin əvvəlləri məktəbdə öz aralarında maarifləndirmək məqsədi ilə “Telegram” qrupu açmışdılar, sadəcə məktəbdə namaz qılan, dinə marağı olan uşaqlarla öz aralarında məlumat paylaşırdılar. Sonra həmin qrupa “Keysan” adlı bir nəfər qatıldı və bundan sonra söhbətlər siyasi xarakter daşımağa başladı. Bundan sonra o həmin qrupdan çıxdı. Daha sonra DTX-nın əməkdaşları onu çağırdılar, telefonu bir müddət onlarda qaldı. Bundan sonra o, avtoqəza keçirdi və yaddaşında biraz problemlər var. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. “Keysan” adlı şəxs dövlətin əlehinə danışırdı. Həmin qrupda “Kərimə dövləti” ilə bağlı söhbəti olmayıb. Həmin qrupda Azərbaycan Respublikasının Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı söhbət olmayıb. Həmin qrupda dini dövlətin yaradılması bağlı söhbətlərin olub-olmaması yadında deyil. Konstitusiya quruluşunun nə demək olduğunu bilmir. Mir Vasidin dövlət çevirilişi etməklə bağlı çağırış etməsi yadında deyil. O, qrupda dövlət çevirilişi etməklə bağlı çağırışların sadəcə şahidi olmuş, həmin müzakirələrdə iştirak etməmişdir. Həmin müzakirələri kimlərin yazması yadında deyil. 2023cü ilin oktyabr ayında avtoqəza keçirdiyinə görə, yaddaşında problem var. 2022-ci ilin noyabr ayında dindirilməyə çağırılmışdır. İbtidai istintaq zamanı ifadə verərkən valideyni yanında idi. İbtidai istintaq zamanı ifadəni oxumamışdır. Mir Vasidin dövlətin və hakimiyyətin əlehinə danışması yadında deyil. Qrupda kimin nə paylaşdığı yadında deyil. DTX-ya özü məlumat verməmişdi. Həmin qrupdan öz istəyi ilə ayrıldı. Mir Vasid və X114 dövlət orqanları ilə əlaqəsinin olmasını bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid24 göstərmişdir ki, O, 2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. O, 14 yaşından İslam dininin sünni və şiə qolu ilə maraqlanır. Sonda qərara gəlmişdir ki, şiə qolu daha düzgün islamı təbliğ edir. Keçən ilin sentyabr ayından məktəblərinin 11-ci sinfində oxuyan Təqsirləndirilən şəxs13 ilə tanış olmuşdur. Mir Vasid əslən Bakı şəhərindəndir. Bu ilin iyun ayında məktəbi bitirmişdir. Mir Vasid 2022-ci ilin noyabr ayında onu əvvəlcə “Whatsapp” daha sonra isə “Telegram”da “Müqavimət məktəbi” adlı qrupa əlavə etmişdir. O, qrupa əlavə etmədikdən qabaq həmin qrupun dini qrup olduğunu, orada dini məzmunlu söhbətlərin edildiyini bildirmişdir. O, 2023-cü ilinin təqribən yanvar fevral ayınadək həmin qrupda olmuşdur. O, Telegramda bir neçə kanal və qrupları izləmişdir. “Müqavimət məktəbi” adlı qrupu Mir Vasid yaratmışdır. Lakin sonradan qrupa “Keysan” ləqəbli şəxsi əlavə etmişdir. Həmin şəxs qrupda İranmeyilli siyasi hərbi xarakterli xəbərlər, videolar, şəkillər və digər məlumatlar paylaşmışdır. Eləcə də Mir Vasid həmin xarakterli paylaşımlar etmişdir. Həmin paylaşımlarda Vüsal İsgəndərli, Tohid İbrahimbəyli, Orxan Məmmədov və digər İran İslam Respublikasında olan şəxslərin dini məzmunlu, siyasi-hərbi məzmunlu fikirləri yer almışdır. Eləcə də Mir Vasid və Keysan Azərbaycanda “Kərimə” dövlətinin - yəni dini dövlətin yaradılması üçün təbliğatla məşğul olmuşdurlar. Həmin qrupu da Mir Vasid həmin məqsədlə yaratmışdır. Bir müddət qrupda olduqdan sonra “Keysan” və Mir Vasid qrupdakılara təkliflər etməyə başlamışlar. Onlar Keysanın danışıqlarından İran İslam Respublikasının dövlət orqanları ilə əlaqəsinin olduğunu görə bilmişlər. Keysan və Mir Vasid təklif etdilər ki, ətraflarında dindarları toplayaraq vəhdət təşkil etmək lazımdır ki, çevriliş edib “Kərimə” dövlətini Azərbaycanda qursunlar. Keysanın danışıqlarından təhlükəli adam olduğunu, bu işin yaxşı nəticələr verməyəcəyini hiss etmişdir. Bunlardan qorxaraq qrupu tərk etmişdir. Şahid25 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs13 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. Mir Vasidlə eyni məxtəbdə oxuyublar. Mir Vasidlə məktəbdə tanış olmuşdular. Sonra bir qrupdan xəbər tutdular, lakin qrupun adı yadında deyil. Həmin qrupda ilk vaxtlar dini mövzularda söhbətlər olurdu. Sonra “Keysan” adlı bir nəfərin ölkəmizə qarşı İranın təbliğatını apardığını və bu təbliğatı apararkən dini özünə alət etdiyini gördü və buna görə həmin qrupu tərk etdi. Bu hadisə 2023-cü ilin əvvəllərində baş verib. Həmçinin dini təbliğ edərkən onların Dövlətçilik prinsiplərinə qarşı “Kərimə dövlətinin” yaradılması istiqamətlərində təbliğatlar aparılırdı. “Kərimə dövləti” dedikdə, İslami qanunlara tabe olan dövlət nəzərdə tutulur. Konstitusiya quruluşu əlehinə birbaşa çağırışlar olmasa da, söhbət ölkəmizi “Kərimə dövlətinin” prinsiplərinə əsaslanan dövlətə çevirmək deologiyasından gedir, Burada söhbət psixologi təbliğatdan gedir. Onu həmin qrupa Mir Vasid dəvət edib. Mir Vasid ona həmin qrupun dini qrup olduğunu bildirdi. Onu həmin qrupa Mir Vasid əlavə etdi. Əvvəlcə qrupda dini söhbətlər olurdu, sonra mövzu siyasi mövzuya çevirildi. Onu həmin qrupa qoşulana kimi namaz qılmırdı. Dini bilikləri az olduğuna görə, İran meyilli təbliğatın qurbanı olmuşdur. İran meyilli təbliğat yəni, əsl dinin orada olması, düzgün dövlətçıliyin orada olması. X159 və “Keysan” adlı şəxs paylaşım edirdi. X163 ideologiyasını təbliğ edirdi. Ən yaxşı dövlətin hansı olması barədə qrupda sorğu keçirilməyib. “Telegram” qrupunun adı yadında deyil. “Whatsapp” qrupunun adı yadında deyil. “Telegram” qrupunun 10-20 arası üzvü var idi. “Telegram” qrupunda canlı açılmırdı. Qrupa “Keysan” adlı şəx qoşulandan sonra söhbətlər siyasi xarakter daşımağa başladı. X159 admin idi. O, Mir Vasidi məlumatlı şəxs kimi tanıyırdı. Mir Vasid həm dini, həm də dünya görüşü barədə məlumatlı şəxs kimi tanıyırdı. Qrupdan öz istəyi ilə çıxdı. İbtidai istintaq zamanı Anarla fərqli günlərdə ifadə veriblər. Mir Vasid açıq şəkildə dövlət əlehinə çağırış etməmişdir, lakin sətiraltı çağırış etmişdir. 2 il müddət keçdiyinə görə, yazışmalar yadında deyil. Qrupa “Keysan” adlı şəx qoşulandan sonra söhbətlər siyasi xarakter daşımağa başladı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid25 göstərmişdir ki, O, 2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. O, 13 yaşından İslam dininin sünni və şiə qolu ilə maraqlanmışdır. Sonda qərara gəlmişdir ki, şiə qolu daha düzgün islamı təbliğ edir. Keçən ilin noyabr ayında sinif yoldaşı Şahid24 vasitəsilə məktəblərinin 11-ci sinfində oxuyan Təqsirləndirilən şəxs13 ilə tanış olmuşdur. Mir Vasid əslən Bakı şəhərindəndir. Bu ilin iyun ayında məktəbi bitirmişdir. Mir Vasid 2022-ci ilin noyabr ayında onu əvvəlcə “Whatsapp” daha sonra isə “Telegram”da “Müqavimət məktəbi” adlı qrupa əlavə etmişdir. O, qrupa əlavə etmədikdən qabaq həmin qrupun dini qrup olduğunu, orada dini məzmunlu söhbətlərin edildiyini bildirmişdir. O, 2023-cü ilin fevral ayınadək həmin qrupda olmuşdur. Belə ki, anası Qanuni nümayəndə3 onun dinlə maraqlandığını gördükdə onu bu mövzuda nəzarətda saxlamağa başlamışdır. Həmin qrupdan da o anasının təkidi ilə çıxmışdır. Bundan başqa Telegramda radikal dini xəbər kanalları və qruplarından da onu anası çıxarmışdır. Belə ki, o Telegramda bir neçə kanal və qrupları izləmişdir. “Müqavimət məktəbi” adlı qrupu Mir Vasid yaratmışdır. Lakin sonradan qrupa “Keysan” ləqəbli şəxsi əlavə etmişdir. Həmin şəxs qrupda İranmeyilli siyasi hərbi xarakterli xəbərlər, videolar, şəkillər və digər məlumatlar paylaşmışdır. Eləcə də Mir Vasid həmin xarakterli paylaşımlar etmişdir. Həmin paylaşımlarda X145, X103, Vüsal İsgəndərli və digər İran İslam Respublikasında olan şəxslərin dini məzmunlu, siyasi-hərbi məzmunlu fikirləri yer almışdır. Eləcə də Mir Vasid və Keysan Azərbaycanda “Kərimə” dövlətinin - yəni dini dövlətin yaradılması üçün təbliğatla məşğul olmuşdur. Həmin qrupu da Mir Vasid həmin məqsədlə yaratmışdır. Bir müddət qrupda olduqdan sonra “Keysan” və Mir Vasid qrupdakılara təkliflər etməyə başlamışlar. Onlar Keysanın danışıqlarından İran İslam Respublikasının dövlət orqanları ilə əlaqəsinin olduğunu görə bilmişlər. İlham və Mir Vasid təklif etmişlər ki, ətraflarında dindarları toplayaraq vəhdət təşkil etmək lazımdır ki, “Kərimə” dövləti Azərbaycanda qurulsun. Keysanın danışıqlarından o təhlükəli adam olduğunu, bu işin yaxşı nəticələr verməyəcəyini hiss etmişdir. Daha sonra isə anası telefonunda bu danışıqları görüb onun qrupdan çıxmağını tələb etmişdir. O da qrupdan çıxmışdır. Bundan başqa bildirmək istəyirəm ki, “Telegram” mobil tətbiqində Vüsal İsgəndərlinin kanalını izləyir. Lakin onunla hər hansı əlaqəsi danışığı olmamışdır. X156 hələ də əlaqəsi qalmaqdadır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid9 göstərmişdir ki, O, 1999-cu il tarixdə Sabirabad rayonu Bulduq kəndində doğulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs1 həyat yoldaşıdır. Onlar 2016-cı ildən tanışdırlar. 2019-cu ildə ailə həyatı qurmuşlar. İlhamın dindar şiə olduğunu həmişə bilmişdir. Şahid9 06 fevral 2023-cü il tarixli baxış protokolunda onun Təqsirləndirilən şəxs1 “dəhşət insansan, bu İranı, Xamneyini çox isdədiyin qədər onları fikirləşdiyin qədər onlar üçün çalışdığın qədər nə məni Rüqəyyəni nə isdəmirsən nə də fikirləşmirsən” məzmunlu mesajın müəyyən edilməsi ilə bağlı göstərmişdir ki, həmin mesajı o yazmışdır. Çünki İlham evdə olanda yanında olanda o qədər telefonda, telefovizorda, internetdə Xomenei və onun tərəftarlarına baxıb onları izləyirmiş ki, ailəsinə uşağına vaxt ayırmamışdır. O da əsəbləşib belə yazmışdır. Şahid X110 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs7 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra onun tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olundu. Həmin qərarın icrası ilə əlaqədar olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradıldı. Bundan sonra Təqsirləndirilən şəxs7 Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsində olması müəyyən edildi. Saat 13-14 radələrində küçədə Təqsirləndirilən şəxs7 oxşar şəxs müəyyən edildi, həmin şəxsə yaxınlaşdıqda özünü Təqsirləndirilən şəxs7 kimi təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs7 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat olmasını bildirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış edilərək, DİN BMCMİ-nin inzibati binasına gətirildi. Onun hüquq və vəzifələri izah edildi və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olundu. Bundan sonra Təqsirləndirilən şəxs7 üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs7 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində metamfetamin olduğunu bildirməklə şalvarının cibindən 02 ədəd bükümü və digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etdi. 02 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlandı. Daha sonra Təqsirləndirilən şəxs7 yaşadığı evə baxış keçirildi, lakin qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar olunmadı. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı idi. Elvini saxlayarkən qərarla tanış etmişdilər. Elvini saxlayarkən onun görsənən nahiyələrində xəsarət yox idi. Elvini saxlayarkən üzərini yoxlamadılar. Elvini saat 14 radələrində saxladılar. Şəxsi axtarış aparılarkən iştirak etmişdir. Şəxsi axtarış aparılanadək Elvinə qandal vurulmayıb. Elvinə vəkillə konfidensial söhbət edib. Şəxs saxlanılarkən təhqiqatçı onun ailəsinə saxlanıldığı barədə məlumat verir. Elvinin alın nahiyəsində xəsarət olmasından xəbəri yoxdur. Təqsirləndirilən şəxsə hər hansı zor tətbiq olunmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid X110 göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs7 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa Şahid11 və Şahid12 Məmmədəli oğlu daxil edilmişdir. Bundan sonra həmin gün 14:00 radələrində Təqsirləndirilən şəxs7 Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsində olması müəyyən edilmişdir. Bunun üçün qrup üzvləri həmin ünvana getmişdir. Saat 14:20 radələrində küçədə Təqsirləndirilən şəxs7 oxşar şəxs müəyyən edilmiş, həmin şəxsə yaxınlaşdıqda özünü Təqsirləndirilən şəxs7 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs7 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə onlarda məlumat olmasını bildirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış edilərək DİN BMCMİ-nin inzibati binasına gətirilmişdir. Onun hüquq və vəzifələri izah edilmiş və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra DİN BMCMİ-nin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs7 üzərində şəxsi axtarış aparılmışdır. Müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs7 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində metamfetamin olduğunu bildirməklə şalvarının cibindən 02 ədəd bükümü və digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etmişdir. 02 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlandı. Şahid11 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs7 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradıldı. Bundan sonra Təqsirləndirilən şəxs7 Bakı şəhəri, Nəsimi rayonu Cavadxan küçəsində olması müəyyən edildi. Saat 13-14 radələrində küçədə Təqsirləndirilən şəxs7 oxşar şəxs müəyyən edildi, həmin şəxsə yaxınlaşdıqda özünü Təqsirləndirilən şəxs7 kimi təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs7 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə onlarda məlumat olmasını bildirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış edilərək DİN BMCMİ-nin inzibati binasına gətirildi. Onun hüquq və vəzifələri izah edildi və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olundu. Bundan sonra Təqsirləndirilən şəxs7 üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs7 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində metamfetamin olduğunu bildirməklə şalvarının cibindən 02 ədəd bükümü və digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etdi. Həmin bükümlər açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkar olundu. Elvini saxlayarkən ona qandal vurmadılar. Elvinin görsənən nahiyələrində xəsarət olmayıb. Vəkil ilə görüşənədək, Elvinin yanında olmuşdur. Elvin vəkillə konfidensial söhbət edib. Vəkillə konfidensial söhbət edərkən Elvinin əlində qandal yox idi. Elvini saxlayarkən üzərini yoxlamamışdılar. Şəxsi axtarış zamanı Elvinin üzərindən narkotik vasitə aşkar olundu. Elvinə idarədə xəsarət yetirməyiblər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid11 və Kazımov X62 Əmrə Həsən oğlu ilə analoji ifadələr vermişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid X58 göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə Biləsuvar rayonu Ağalı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs9 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, məlumatı alan kimi həmin şəxsin ifşa olunmasından ötrü ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra həmin gün o, Biləsuvar RPŞ-nin Post patrul xidməti bölüyünün komandiri Şahid14, həmin bölüyün tağım komandiri Şahid15 daxil edildilər. 29 mart 2023-cü il tarixdə saat 12:20 radələrində Təqsirləndirilən şəxs9 Biləsuvar rayonu Ağalıkənd kəndi ərazisində saxlayıb üzərində psixotrop maddə hesab olunan metamfetamini saxlamaqla şübhəli olması barədə onlarda məlumat olmasını bildirdikdən sonra Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs9 üzərində şəxsi axtarış keçirilməsi üçün məntərəfindən raportla şöbə rəhbərliyinə müraciət etdim. Həmin raport şöbə rəhbərliyi tərəfindən icra olunması üçün PŞ-nin Təhqiqat bölməsinə yazılmışdır. X82 tərəfindən Təqsirləndirilən şəxs9 barəsində şübhəli şəxs qismində qərar çıxarılmışdır. Onun hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi X77 iştirakı ilə Təqsirləndirilən şəxs9 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs9 üzərində şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs9 həmin narkotik vasitənin özünə aid olması və Ağalıkənd kəndi ərazisində su kanalının yanından tapdığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər maddələr tərəzidə çəkilmiş və çəkisi təxminən 14,18 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün zərflə qablaşdırılmışdır. Bundan başqa ekspertiza rəyi zamanı narkotik vasitənin 12,245 qram olması lakin şəxsi axtarış zamanı nəyə görə 14,18 qram olması ilə bağlı müstəntiqin sualına cavab olaraq göstərmişdir ki, həmin vaxt narkotik vasitə büküldüyü sellofanla birlikdə çəkildiyi üçün həmin çəkidə olmuşdur. Şahid14 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. 29 mart 2023-cü il tarixdə Biləsuvar rayonu Ağalı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs9 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat qrupu yaradıldı. Bundan sonra Təqsirləndirilən şəxs9 Ağalıkənd kəndi ərazisində olması müəyyən edildi və onlar həmin ünvana getdilər. Saat 12 radələrində Təqsirləndirilən şəxs9 saxladılar və Biləsuvar rayon polis şöbəsinə gətirdilər. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs9 üzərində videoçəkilişlə şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs9 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, 02 ədəd büküm heroinə bənzər maddələri masanın üzərinə qoymaqla təqdim etdi. 02 ədəd sellofan büküm açıldıqda içərisində heroin bənzər maddələr aşkarlandı. Təqsirləndirilən şəxs9 həmin heroinə bənzər maddələri tapdığını bildirdi. Məhərrəməlinin üzərindən heroin aşkar edildi. Məhərrəməli narkotik vasitəni tapdığını bildirdi. Məhərrəməli saxlanılarkən tək idi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid15 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs9 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat qrupu yaradıldı. Bundan sonra Təqsirləndirilən şəxs9 Ağalıkənd kəndi ərazisində olması müəyyən edildi və onlar həmin ünvana getdilər. Təqsirləndirilən şəxs9 saxladılar və Biləsuvar rayon polis şöbəsinə gətirdilər. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs9 üzərində videoçəkilişlə şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs9 üzərindən heroinə bənzər maddələr aşkar olundu. Məhərrəməli saxlanılarkən tək idi. Məhərrəməlinin üzərindən 14 qram heroin aşkar edildi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid14 və Talıblı X35 İbrahim Taleh oğlu ilə analoji ifadələr vermişlər. Şahid16 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə adını dəqiq xatırlamadığı şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin şəxsin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradıldı və həmin şəxsi Abşeron rayonu Qobu kəndi ərazisində saxlayıb üzərində psixotrop maddə hesab olunan metamfetamini saxlamaqla şübhəli olması barədə məlumat olmasını və barəsində olan qərarı təqdim etdikdən sonra, həmin şəxsi Abşeron rayon polis idarəsinə gətirdilər. Bundan sonra şəxsi axtarış zamanı şəxsin üzərində üzərindən 01 ədəd bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər maddə aşkar edildi. Saxladıqları şəxs təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs12 oxşayırdı. Saat neçədə saxladıqları yadında deyil. Saxladıqları şəxs tək idi. Təqsirləndirilən şəxs12 saxlayan zaman onlar iki nəfər idilər. Onlar Abşeron rayon Polis idarəsində işləyir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs12 üzdən tanış gəlir. Şəxsi Abşeron PB-nə aparmışdılar. Əməliyatda Şahid17 da iştirak edib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Saxlayarkən Elgünün əlinə qandal vurmadılar. Elgünü bölməyə gətirəndən yarım saat sonra şəxsi axtarış keçirildi. Saxlayarkən Elgünün üzərini axtarmamışdılar. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid16 göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Abşeron rayon polis idarəsinə Təqsirləndirilən şəxs8 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin ifşa olunmasından ötrü ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra həmin gün əməliyyat qrupu yaradılmış və o, Abşeron RPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid17 daxil edilmişlər. 29 mart 2023-cü il tarixdə saat 19:05də Təqsirləndirilən şəxs8 Abşeron rayonu Qobu kəndi ərazisində saxlayıb üzərində psixotrop maddə hesab olunan metamfetamini saxlamaqla şübhəli olması barədə onlarda məlumat olmasını və barəsində olan qərarı təqdim etdikdən sonra Abşeron rayon polis idarəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs8 üzərində şəxsi axtarış keçirilməsi üçün onun hüquq və vəzifələri izah edilmiş və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs8 üzərində şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər maddə şüşə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs8 həmin narkotik vasitənin özünə aid olması və Qobu kəndi ərazisində tapdığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Şahid17 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. Dəqiq xatırlamadığı tarixdə 2023-cü ildə Abşeron rayon polis idarəsinə Təqsirləndirilən şəxs8 üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin şəxsin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradıldı və həmin şəxsi Abşeron rayonu Qobu kəndi ərazisində saxlayıb Abşeron rayon polis idarəsinə gətirdilər. Bundan sonra şəxsi axtarış zamanı şəxsin üzərindən narkotik vasitə aşkar edildi. Təqsirləndirilən şəxs8 zor tətbiq olunmayıb. Elgünü Şahid16 və o saxladılar. Əməliyyat məlumatı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə idi. Hansı növ narkotik vasitə olması yadında deyil. Elgün hadisə yerinə aparılmayıb. Narkotik vasitənin çəkisini xatırlamır. Elgünü yaz aylarında saxlayıblar. Elgünü mart-aprel ayında saxladılar. Şəxsi axtarış aparılarkən iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid17 Şahid16 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid18 göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Tərtər rayon polis şöbəsinə Tərtər rayonu Seydimli kənd sakini Təqsirləndirilən şəxs10 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat müvəkkili Şahid19 əməliyyat məlumatı daxil olmuşdur. Şahid19 məlumatı alan kimi həmin şəxsin ifşa olunmasından ötrü ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra həmin gün o, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid20, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid19 daxil edilmişlər. 29 mart 2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs10 Tərtər rayonu Seydimli kəndi ərazisində saxlanmış və üzərində psixotrop maddə hesab olunan metamfetamini saxlamaqla şübhəli olması barədə onlarda məlumat olmasını bildirdikdən sonra Tərtər rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs10 üzərində şəxsi axtarış keçirilməsi üçün raportla şöbə rəhbərliyinə müraciət edilmiş, həmin raport şöbə rəhbərliyi tərəfindən icra olunması üçün PŞ-nin Təhqiqat bölməsinə yazılmışdır. X4 tərəfindən Təqsirləndirilən şəxs10 barəsində şübhəli şəxs qismində qərar çıxarılmışdır. Onun hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi X59 iştirakı ilə Təqsirləndirilən şəxs10 üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs10 üzərində gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs10 həmin psixotrop maddənin özünə aid olması və yaşadığı kənd ərazisində çayxana yanında yerdən tapdığını bildirmişdir. Həmin psixotrop maddəyə bənzər maddələr tərəzidə çəkilmiş və çəkisi təxminən 5,41 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün zərflə qablaşdırılmışdır. Şahid19 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. 29 mart 2023-cü il tarixdə Tərtər rayon polis şöbəsinə Tərtər rayonu Seydimli kənd sakini Təqsirləndirilən şəxs10 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. 29 mart 2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs10 Tərtər rayonu Seydimli kəndi ərazisində saxladılar və üzərində psixotrop maddə metamfetamin saxlamaqda şübhəli olması barədə bildirdikdən sonra Tərtər rayon polis şöbəsinə gətirdilər. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs10 barəsində videoçəkilişlə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs10 üzərində gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə metamfetaminə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs10 həmin psixotrop maddənin özünə aid olması və yaşadığı kənd ərazisində çayxana yanında yerdən tapdığını bildirdi. Həmin psixotrop maddəyə bənzər maddələr tərəzidə çəkilmiş və çəkisi təxminən 5,41 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün zərflə qablaşdırılmışdır. Savalan barədə şifahi məlumat daxil olmuşdu. Savalanı Seydimli kəndi ərazisində saxlamışdılar. Əməliyyatda 3 nəfər iştirak ediblər. Savalanı saxlayarkən üzərinə baxış keçirmədilər. Savalanın üzərindən 1 büküm metamfetamin aşkar edildi. Savalanı kəndin içində saxlamışdılar. Savalanı saat 18 radələrində saxladılar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid20 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs10 tanıyır, qonşusudur, digər təqsirləndirilən şəxsləri tanımır. 29 mart 2023-cü il tarixdə Tərtər rayon polis şöbəsinə Tərtər rayonu Seydimli kənd sakini Təqsirləndirilən şəxs10 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. 29 mart 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs10 Tərtər rayonu Seydimli kəndi ərazisində saxlayıb Tərtər rayon polis şöbəsinə gətirdilər. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs10 barəsində videoçəkilişlə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs10 üzərindən 5,41 qram metamfetaminə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs10 həmin psixotrop maddənin özünə aid olması və yaşadığı kənd ərazisində çayxana yanında yerdən tapdığını bildirdi. Bundan sonra həmin narkotik vasitə ekspertizaya təqdim edilməsi üçün zərflə qablaşdırıldı. Savalanı Seydimli kəndi ərazisində saxlamışdılar. Savalan saxlanılarkən tək idi. Savalanı saxlayarkən üzərinə baxış keçirmədilər. Əməliyyatda Şahid18, Şahid19 və o iştirak etmişik. Savalanın üzərinə baxış keçirilərkən iştirak etmişdir. Həmin maddənin metamfetamin olması ekspertizadan sonra bilindi. Təhqiqatçı tərəfindən narkotik vasitə qablaşdırıldı. Təhqiqatçı narkotik vasitənin çəkisini ölçdü. Savalanın sağ cibindən metamfetamin aşkar olundu. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid19 və Şahid20 analoji ifadələr verərək Şahid18 ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Şahid21 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs11 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra Şahid23 tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olundu. Həmin qərarın icrası ilə əlaqədar olaraq Rüstəmin rəhbərliyi altında əməliyyat qrupu yaradıldı. Bundan sonra Təqsirləndirilən şəxs11 ünvan 24 ünvana getdilər. Saat 9-10 radələrində küçədə Təqsirləndirilən şəxs11 oxşar şəxs müəyyən edildi, həmin şəxsə yaxınlaşdıqda özünü Təqsirləndirilən şəxs11 olaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs11 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat olmasını bildirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış edilərək, DİN BMCMİ-nin inzibati binasına gətirildi. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs11 üzərində videoçəkilişlə şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs11 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində metamfetamin olduğunu bildirməklə şalvarının cibindən 02 ədəd bükümü və digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etdi. 02 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlandı. Təqsirləndirilən şəxs11 həmin metmafetaminə bənzər maddələri Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində 50 manata tanımadığı şəxsdən aldığını bildirdi. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid21 göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs11 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra Şahid23 tərəfindən əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa o, əməliyyat müvəkkilləri Şahid23 və Şahid22 daxil edilmişdir. Bundan sonra həmin gün 09:30 radələrində Təqsirləndirilən şəxs11 Bakı şəhəri, Xətai rayonu İ.İsmayılov küçəsi 58 ünvanında olması müəyyən edilmişdir. Bunun üçün qrup üzvləri həmin ünvana getmişdir. Həmin saatda küçədə Təqsirləndirilən şəxs11 oxşar şəxs müəyyən edilmiş, həmin şəxsə yaxınlaşdıqda özünü Təqsirləndirilən şəxs11 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs11 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə onlarda məlumat olmasını bildirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış edilərək DİN BMCMİ-nin inzibati binasına gətirilmişdir. Onun hüquq və vəzifələri izah edilmiş və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra DİN BMCMİ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs11 üzərində şəxsi axtarış aparılmışdır. Müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs11 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində metamfetamin olduğunu bildirməklə şalvarının cibindən 02 ədəd bükümü və digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etmişdir. 02 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlandı. Təqsirləndirilən şəxs11 həmin metmafetaminə bənzər maddələri Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində 50 manata tanımadığı şəxsdən aldığını bildirdi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid22 analoji ifadələr verərək Şahid21 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid21 istintaqa verdiyi 22 aprel 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs12 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Qrupa o, əməliyyat müvəkkili Şahid11 və baş əməliyyat müvəkkili Şahid23 daxil edilmişdir. Bundan sonra həmin gün 16:15 radələrində Təqsirləndirilən şəxs12 Bakı-Sumqayıt şossesinin 8-ci kilometrliyində yerləşən Toboil yanacaqdoldurma məntəqəsinin qarşısında olması müəyyən edilmişdir. Bunun üçün qrup üzvləri həmin ünvana getmişdir. Təqsirləndirilən şəxs12 oxşar şəxs müəyyən edilmiş, həmin şəxsə yaxınlaşdıqda özünü Təqsirləndirilən şəxs12 kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs12 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə onlarda məlumat olmasını bildirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış edilərək DİN BMCMİ-nin inzibati binasına gətirilmişdir. Onun hüquq və vəzifələri izah edilmiş və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra DİN BMCMİ-nin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs12 üzərində şəxsi axtarış aparılmışdır. Müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs12 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində patı olduğunu bildirməklə şalvarının sol yan cibindən 02 ədəd bükümü və digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etmişdir. 02 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlandı. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid11 analoji ifadələr verərək Şahid21 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid23 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxsləri əvvəldən tanımır. 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs11 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra tərəfindən əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olundu. Həmin qərarın icrası ilə əlaqədar olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradıldı. Bundan sonra Təqsirləndirilən şəxs11 Bakı şəhəri, Xətai rayonu İ.İsmayılov küçəsi 58 ünvanında olması müəyyən edildi. Saat 09-10 radələrində küçədə Təqsirləndirilən şəxs11 oxşar şəxs müəyyən edildi, həmin şəxsə yaxınlaşdıqda özünü Təqsirləndirilən şəxs11 olaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs11 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat olmasını bildirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış edilərək, DİN BMCMİ-nin inzibati binasına gətirildi. Onun hüquq və vəzifələri izah edildi və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olundu. Bundan sonra Təqsirləndirilən şəxs11 üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs11 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində metamfetamin olduğunu bildirməklə şalvarının cibindən 02 ədəd bükümü və digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etdi. 02 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkarlandı. Təqsirləndirilən şəxs11 həmin metmafetaminə bənzər maddələri Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində 50 manata tanımadığı şəxsdən aldığını bildirdi. Bundan əlavə, 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs12 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul olundu. Həmin qərarın icrası ilə əlaqədar olaraq rəhbərliyi altında əməliyyat qrupu yaradıldı. Bundan sonra Təqsirləndirilən şəxs12 Bakı-Sumqayıt şossesinin 8-ci kilometrliyində yerləşən “Toboil” yanacaqdoldurma məntəqəsinin qarşısında olması müəyyən edildi. Saat 16 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs12 oxşar şəxs müəyyən edildi, həmin şəxsə yaxınlaşdıqda özünü Təqsirləndirilən şəxs12 kimi təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs12 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat olmasını bildirdikdən sonra barəsində qəbul edilmiş qərarla tanış edilərək, DİN BMCMİ-nin inzibati binasına gətirildi. Onun hüquq və vəzifələri izah edildi və hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olundu. Bundan sonra Təqsirləndirilən şəxs12 üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs12 qanunla dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildikdə o, üzərində metamfetamin olduğunu bildirməklə şalvarının cibindən 02 ədəd bükümü və digər əşyalarını masanın üzərinə qoymaqla təqdim etdi. 02 ədəd sellofan büküm açıldıqda içərisində metamfetaminə bənzər maddələr aşkar olundu. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid23 analoji ifadələr verərək Şahid21 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış haqqında 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki: Telefonun yaddaşında fotoşəkillər, mobil proqramlar, sosial şəbəkələr və digər fayllar vardır. Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********4 saylı Rusiya mobil operatoruna məxsus nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Keysan” olaraq qeyd edilmişdir. Yaradılmış hesabın istifadəçi adı “Telegram” ani mesajlaşma sistemində “Keysan313hz” olaraq qeyd edilmişdir. Status bölməsində isə “Huseyn(e) Huseyn(e) şuarimiz şehadet iftixarmiz” sözləri yazılmışdır. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Təqsirləndirilən şəxs1 Telegramda izlədiyi səhifə və qruplara baxış zamanı bir çox şiəradikal yönümlü dini, eləcə də hərbi-siyasi səhifə və qruplar aşkar edildi. Baxış zamanı “Kərimə dövlət” səhifəsi müəyyən edildi. Təqsirləndirilən şəxs1 tərəfindən izlənilən həmin səhifədə İran İslam Respublikasında məskunlaşmış “Hüseyniyyun” cinayətkar təşkilatının üzvləri Tohid İbrahimbəyli, Orxan Məmmədov və digər şəxslərin Azərbaycan Respublikasında konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn çağırışları, apardıqları təbliğat və digər radikal yönümlü paylaşımlar öz əksini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 İran xüsusi xidmət orqanları ilə əlaqəli olan Vüsal İskəndərlinin səhifəsini izlədiyi müəyyən edildi. Həmin səhifədə Vüsal İskəndərlinin anti- Azərbaycan təbliğatı aparması aşkar görünür. Həmçinin “Virtual Müqavimət” səhifəsini izlədiyi müəyyən edildi. Həmin səhifədə edilən paylaşımlarda İran yönümlü təbliğat aparılır və Azərbaycandakı mövcud hakimiyyət pislənir, eləcə də “Vilayət-fəqih” ideyaları dəstəklənir. “Vilayəti-fəqih” deyildikdə isə dini rəhbər tərəfindən idarə edilən dövlət nəzərdə tutulur. Bundan başqa Azərbaycanda İslam Hakimiyyətinin qurulması dəstəklənir. Bundan başqa Telegramda “Qisas313” səhifəsi müəyyən edildi. Həmin səhifədə Təqsirləndirilən şəxs1 inzibatçı olduğu müəyyən edildi. Səhifənin şüarı kimi “Müqavimətlə Qələbəyə doğru” sözləri qeyd edilmişdir. Burada Müqavimət dedikdə “Hüseyniyyun” Azərbaycan islam Müqaviməti Təşkilatından bəhs edilir. Səhifəyə daxil olaraq edilən paylaşımlara baxış keçirdikdə səhifədə anti-Azərbaycan yönümlü paylaşımların, İran meyilli təbliğatın aparılması, hakimiyyət nümayəndələrinə qarşı silahlı müqavimətə çağıran və şiə-radikal yönümlü paylaşımların edilməsi müəyyən edilmişdir. Bundan başqa Telegramda “İslamchat313” qrupu müəyyən edildi. Həmin qrupda Təqsirləndirilən şəxs1 inzibatçı və qrupun yaradıcısı olduğu müəyyən edildi. Qrupun şüarı kimi “Azərbaycan İslam Hakimiyyəti ilə izzət tapacaqdır” sözləri qeyd edilmişdir. Qrupun gizli olması və 6N nəfər üzvünün olması müəyyən edildi. Həmin qrupda yenə də paylaşımlara baxış keçirdikdə qrupda anti-Azərbaycan yönümlü paylaşımların edilməsi və şiə-radikal yönümlü paylaşımların edilməsi, eləcə də Azərbaycanda İslam hakimiyyətinin qurulmasına dair paylaşımların edilməsi müəyyən edilmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 başqa İranın xüsusi xidmət orqanları ilə əlaqəli olan və hazırda orada yaşayan Əkrəm Hacızadə və Vüsal İsgəndərlinin qrupda inzibatçı olmaları müəyyən edildi. Eləcə də Təqsirləndirilən şəxs1 bir neçə iş üzrə əhəmiyyət kəsb edən səs yazısı müəyyən edildi. Bundan başqa Telegramda “Zuhurxeber” səhifəsi müyyən edildi. Həmin səhifədə Təqsirləndirilən şəxs1 inzibatçı olduğu müəyyən edildi. Səhifənin şüarı kimi “Azərbaycan İslam Hakimiyyəti ilə izzət tapacaqdır” sözləri qeyd edilmişdir. Səhifəni 265 nəfər şəxsin izlədiyi müəyyən edildi. Səhifədə olan paylaşımlara baxış keçirdikdə anti-Azərbaycan yönümlü paylaşımların edilməsi və şiə-radikal yönümlü paylaşımların edilməsi, eləcə də Azərbaycanda İslam hakimiyyətinin qurulmasına dair paylaşımların edilməsi müəyyən edilmişdir. Bundan başqa Telegramda “Hüseynçilər313” qrupu müəyyən edildi. Həmin qrupda Təqsirləndirilən şəxs1 inzibatçı və qrupun yaradıcısı olduğu müəyyən edildi. Qrupun şüarı kimi “İslam İnqilabına doğru” sözləri qeyd edilmişdir. Qrupun gizli olması və 2N nəfər üzvünün olması müəyyən edildi. Qrupda iş üzrə Təqsirləndirilən şəxs3 “Hüseyn” adı ilə iştirak etməsi müəyyən edildi. Qrupda “Hizbullah”, “Əli aşiqi313”, “Hüseyni”, “Talış”, “Hüseynçi” ləqəbli, eləcə də Ali Axundzadə və Rufulla Axundzadə adlı şəxslərin iştirak etdiyi müəyyən edildi. “Hizbullah”, Ali Axundzadə və Rufulla Axundzadənin qrupda inzibatçı olması müəyyən edildi. Paylaşımlardan görünür ki, “Hizbullah” ləqəbli şəxsin etdiyi 03 yanvar 2023-cü il tarixli paylaşımda “Vilayəti-fəqih” ideyaları təbliğ edilir. Bundan başqa “Hizbullah”-ın həmin tarixli başqa bir paylaşımında göndərilən paylaşımın “Kərimə dövlət” səhifəsindən edildiyi müəyyən edilmişdir. Bundan başqa qrupa “Hüseyni” ləqəbli şəxsin həmin tarixdə “Youtube” platformasından keçid göndərməsi müəyyən edildi. Eləcə də “Əli aşiqi313” ləqəbli şəxsin yazışmaları müəyyən edilmişdir. “Hizbullah” ləqəbli şəxsin qrupda etdiyi paylaşımlarda İran meyilli radikal dindar təbliğatı həyata keçirdiyi müəyyən edilmişdir. Bundan başqa Rufulla Axundzadə və Ali Axundzadənin paylaşımlarında anti-Azərbaycan təbliğatı aparılmaqla mövcud hakimiyyətin dəyişməli olması qeyd edilir. Bundan başqa “Hizbullah” ləqəbli şəxsin 02 yanvar 2023-cü il tarixli paylaşımında “Kərimədövlət” həştəqinin olması müəyyən edilmişdir. 02 yanvar 2023-cü il tarixdə Rufulla Axundzadənin qrupda etdiyi “X83 Etiraflar” paylaşımını Təqsirləndirilən şəxs1 rəhbəri olduğu “Zuhurxeber” səhifəsindən paylaşdığı müəyyən edildi. Həmin tarixdə X37-mayor Salami tərəfindən deyilən ifadələri paylaşmaqla “Sepah” həştəqi etməsi müəyyən edildi. Həmin tarixdə X28-fəqih ideyalarını dəstəkləyən paylaşım etməsi müəyyən edildi. Qeyd edilən sonuncu paylaşımı “Hüseyni” ləqəbli şəxs də etmişdir. Bundan başqa 02 yanvar 2023-cü il tarixdə ölkə prezidenti barədə “İlham Kürdiyev” deyə səslənən və “Sən artıq Azərbaycanın gələcək aqibətinin hökmünü verdin, qaldı o hökmün icrasına və sizlərin bu hökmdən sonrakı aqibətinizin həyata keçməsinə” sözləri qeyd edilən paylaşımı müəyyən edildi. Həmin paylaşım “cihad313” Telegram səhifəsindən götürülmüşdür. Həmin tarixdə Rufulla Axundzadə qrupda Azərbaycanda “soinizmin” və “pantürkizmin” milli kimliyi təhrif etməsi barədə paylaşım etmişdir. Həmin paylaşımı “Hizbullah” ləqəbli şəxs də etmişdir. Bundan başqa Rufulla Axundzadə 01 yanvar 2023-cü il tarixdə etdiyi paylaşımda Azərbaycan-İsrail-İran dövlətlərarası əlaqələrində düşmənçilik salmağa çalışmışdlr. Həmin tarixdə “Hizbullah” ləqəbli şəxsin etdiyi paylaşımda “Xaqlımızı siyonist dostluğuna sürükləyən Əliyev rejimi nə istəyir? Yəhud protokollarına baxış” başlığı müəyyən edildi. 01 yanvar 2023-cü il tarixdə “Hizbullah” ləqəbli şəxsin İranın xüsusi xidmət orqanı olan X66 Korpusunun təlimləri ilə bağlı paylaşım etməsi və həmin paylaşımda “sionist və onların nökərlərinin sonuna az qalıb” şüarının yer alması müəyyən edildi. Rufulla Axundzadənin 01 yanvar 2023-cü il tarixli paylaşımında “Kərimə Dövlət” yazılması müəyyən edildi. Bundan başqa Rufulla Axundzadənin 30 yanvar 2022-ci il tarixli paylaşımında İslam höküməti, Kərimə dövləti və Müqavimət Cəbhəsi sözlərini qeyd etməsi müəyyən edildi. 28 dekabr 2022-ci il tarixli “Hüseyni” ləqəbli şəxsin paylaşımı “DTX başçısı X73 qorxusu” başlığı ilə başlayır. Paylaşımda təşkilatın cənab prezident İlham Əliyevin ən böyük qorxusu olduğu qeyd edilmiş və mövcud hakimiyyətin fəaliyyəti pislənmişdir. Bundan başqa “Hizbullah” ləqəbli şəxs 27 dekabr 2022-ci il tarixli paylaşımında Azərbaycanda İslam İnqilabının zərurəti və sionist Əliyev rejiminin çirkin planları başlığı yer almışdır. 26 dekabr 2022-ci il tarixdə “Hizbullah” ləqəbli şəxs Qarabağda 44 günlük müharibədə əldə edilmiş Azərbaycan Respublikasının uğurunu kölgələməyə çalışmış və hakimiyyətin dəyişməli olduğunu qeyd etmiş, paylaşımın sonunda Kərimə Dövlət qeyd edilmişdir. Bundan başqa həmin tarixdə "Əli aşiqi313" ləqəbli şəxsin X146, X128, Fəramiz Abbasov, X104 və Mövsüm Səmədov kimi radikal dindar şəxsləri dəstəkləyən paylaşımı müəyyən edildi. 12 dekabr 2022-ci il tarixdə "Əli aşiqi313" ləqəbli şəxsin Azərbaycanda Kərimə Dövlətinin yaradılmasını dəstəkləyən paylaşımı müəyyən edildi. 10 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycanın İranın tərkib hissəsi olmasını qeyd etməsi və İranın bunu deməyə haqqı olduğunu bildirməsi, eləcə də “qrupun gizli qrup olması və öhdəmizə düşən hər şeyi edib işlər görməliyik” ifadələrini işlətməsi müəyyən edildi. Həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycanda İslam Hakimiyyətinin qurulması, zülmün həddən artıq olması, hərkəsin hakimiyyətə qarşı ayağa qalxmalı olması barədə səs yazısı müəyyən edildi. Həmin səs yazısına cavab olaraq "Əli aşiqi313" ləqəbli şəxs “hə qardaşı, nə qədər səbr edəcəyik” cavabını vermişdir. Bundan başqa həmin qrupda çoxsaylı İran meyilli, radikal-şiə yönümlü, anti-Azərbaycan fəaliyyətini dəstəkləyən paylaşımlar müəyyən edildi. Telegrama baxış davam etdirildikdə “Müqavimət məktəbi” adlı gizli qrup müəyyən edildi. Həmin qrupda “Seyyid” ləqəbli şəxsin qrupun yaradıcısı olduğu və Təqsirləndirilən şəxs1 inzibatçı olduğu müəyyən edildi. Qrupda bundan başqa “terefdarieli313” ləqəbli +**********32 mobil nömrəsinin sahibi olan şəxs, Şahid24, Afiəddin Mirzəyev adlı şəxslər də vardır. Qrupun “Qisas yaxındır” şüarlı olması müəyyən edildi. Qrupun ümumilikdə 10 üzvü müəyyən edildi. Qrupda aparılan yazışmaların məzmunundan görünür ki, qrupda olan şəxslər məktəblilər və gənclərdən ibarətdir. 03 yanvar 2023-cü il tarixdə qrupda “Seyyid” ləqəbli şəxs tərəfindən mövcud hakimiyyəti pisləyən paylaşım edilmişdir. 02 yanvar 2023-cü il tarixdə Seyyidin Azərbaycanda Kərimə dövlətinin qurulmasını dəstəkləyən paylaşımı müəyyən edildi. Bundan başqa həmin tarixdə Seyyidin bir çox İranyönümlü paylaşımları müəyyən edildi. Bundan başqa 02 yanvar 2023-cü il tarixdə ölkə prezidenti barədə “İlham Kürdiyev” deyə səslənən və “Sən artıq Azərbaycanın gələcək aqibətinin hökmünü verdin, qaldı o hökmün icrasına və sizlərin bu hökmdən sonrakı aqibətinizin həyata keçməsinə” sözləri qeyd edilən paylaşımı müəyyən edildi. Həmin paylaşım “cihad313” Telegram səhifəsindən götürülmüşdür. 01 yanvar 2023-cü il tarixdə Seyyid ləqəbli şəxsin etdiyi paylaşımda “Xalqımızı siyonist dostluğuna sürükləyən Əliyev rejimi nə istəyir? Yəhud protokollarına baxış” başlığı müəyyən edildi. 01 yanvar 2023-cü il tarixdə Seyyid ləqəbli şəxsin ölkə prezidentinin ailə üzvlərinin şəklini paylaşaraq tənqid etməsi və sonda Kərimə dövlət yazısını qeyd etməsi müəyyən edilmişdir. Bundan başqa həmin tarixdə Seyyid etdiyi paylaşımda “Biz və Bizə qoşulacaq hər bir mücahidlə birlikdə söz veririk ki, Azərbaycanı bu alçaq və şərəfsiz hakimiyyətdən xilas edəcəyik. Ümid edirik ki, bu ana çox qalmayıb” ifadələri işlənmiş, sonda isə “Hüseyniyyun” və “Kərimə Dövləti” həştəqləri qeyd edilmişdir. 30 dekabr 2022-ci il tarixdə Seyyidin etdiyi paylaşımda ölkə prezidenti İlham Əliyev və Ermənistan Respublikasının prezidenti X116 nökəri adlandırılmış və hər ikisinin Nato qoşunlarını Qarabağa gətirmək istəmələri qeyd edilmişdir. Həmin ifadələr İran xüsusi xidmət orqanları ilə əlaqəli olan Orxan Məmmədov tərəfindən işlədilmiş və X25 səhifəsindən götürülmüşdür. Həmin tarixdə Seyyidin etdiyi digər paylaşımda İranın xüsusi xidmət orqanı olan X66 Korpusunun təlimləri ilə bağlı danışılması və Vilayəti-fəqih qalasına qarşı yönələn təhdidlərə cavab olaraq həmin təlimlərin keçirildiyi qeyd edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 qrupda “Əliyev rejiminin xalq üzərində İslam cəbhəsinə qarşı düşmənçilik strategiyası” başlıqlı paylaşımı müəyyən edildi. 29 dekabr 2023cü il tarixdə Seyyidin etdiyi paylaşımda ölkə rəhbərliyinin Qarabağda həyata keçirdiyi siyasət pislənmiş və Xankəndi Xocalının Azərbaycana verilməyəcəyi qeyd edilmiş, sonda Kərimə Dövlət ifadəsi qeyd edilmişdir. Bundan başqa 28 dekabr 2022-ci il tarixdə Seyyid İranda məskunlaşmaqla oranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Orxan Məmmədovun “Youtube” platformasından keçidlərini paylaşmışdır. Həmin tarixdə Seyyid etdiyi paylaşımda ölkə rəhbəri X84 3 min nəfəri qırğına verdiyini, Qarabağda hələ də “Artsax” bayrağının dalğalandığını bildirmiş, ölkə rəhbərinin apardığı siyasəti pisləməklə hakimiyyətə qarşı narazı kütlənin formalaşmasına çalışmışdır. Bundan başqa X157 Respublikasında Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatının rəhbəri və Azərbaycanda Kərimə Dövlətinin qurulması ideyasını dəstəkləyən Bəxtiyar Bayramovun videosunu 27 dekabr 2022-ci il tarixdə qrupda paylaşmışdır. Seyyid 26 dekabr 2022-ci il tarixli paylaşımında Qarabağla bağlı xalqın aldadıldığını qeyd etmiş və Kərimə Dövlət ifadəsini işlətmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən İranın xüsusi xidmət orqanı olan Sepahla bağlı paylaşım edilmişdir. Bundan başqa həmin tarixdə Təqsirləndirilən şəxs1 Vahid Ümmət Azərbaycan Ruhanilər X54 ilə bağlı paylaşımını qrupa göndərmişdir. Həmin paylaşımda İslam Hakimiyyəti, Kərimə dövləti və müqavimət sözləri qeyd edilmişdir. 25 dekabr 2022-ci il tarixdə Seyyid Azərbaycan mediasını yalançı adlandırmaqla İrandakı iğtişaşlarla bağlı köhnə kadrların paylaşıldığını qeyd edir. 24 dekabr 2023-cü il tarixdə Seyyid “Hüseyniyyun” Azərbaycan İslam Müqavimət Təşkilatının səhifəsini paylaşmışdır. Həmin paylaşımda kərimə dövləti, hüseyniyyun, yeni dünya düzəni və müqavimət kimi sözlərdən istifadə edilmişdir. 23 dekabr 2022-ci il tarixdə Seyyid ölkə başçısına qarşı narazıçılığın yaradılması fonunda etdiyi paylaşımda ölkə rəhbərini “İlham Kürdiyev” adlandırmaqla qrupda hakimiyyətə qarşı narazıçılıq kompaniyası yürütmüşdür. Telegramda baxış davam etdirildikdə “Rahim Şirvanlı” adlı gizli qrup müəyyən edildi. Qrupa baxış keçirdikdə qrupun yaradıcısı “Keysan” ləqəbli Təqsirləndirilən şəxs1 olması müəyyən edildi. Bundan başqa digər yaradıcısı kimi “Rahim Ustad” ləqəbli İran İslam Respublikasında yaşayan və oranın xüsusi xidmət orqanları ilə əlaqəli olan Rahim Şirvanlının olması müəyyən edildi. Bundan başqa qrupda “Əbu Zeynəb”, “Hizbullah” ləqəbli şəxslərin də olması müəyyən edildi. Qrupun ümumi məzmununa baxış keçirildikdə 30 dekabr 2022-ci il tarixdə Əbu Zeynəb ləqəbli şəxsin İslam höküməti, Kərimə dövləti və Müqavimət cəbhəsi başlıqlı paylaşımı müəyyən edildi. Bundan başqa 21 dekabr 2022-ci il tarixdə Əbu Zeynəb ləqəbli şəxsin “İrana hürən saray mollalarıba və Yezid rejimə ürəkdən gələn sözlər” başlıqlı paylaşımı müəyyən edildi. Bundan başqa 19 dekabr 2022-ci il tarixdə Rahim Şirvanlının Azərbaycan Respublikası Milli Məclisi önündə keçirilmiş aksiya ilə bağlı paylaşımı müəyyən edildi. Həmin paylaşıma “Əbu Zeynəb” ləqəbli şəxs “Müharibə ssenarisinin yoxlanış nümayişi idi. Sonda da özləri milli məclisə hücum edib aksiyanı bu adla dağıtdılar. Canavarların hiyləsinə aldanmış quzulardı” ifadələrini işlətmişdir. Bundan başqa 08 dekabr 2022-ci il tarixdə “Əbu Zeynəb” ləqəbli şəxs tərəfindən “Azərbaycan qurbanlıq qoyun kimi İranın qabağına atılacaq” başlıqlı paylaşım edilmişdir. Telegramda baxış davam etdirildikdə “Muqavimete_ davam” adlı gizli qrup müəyyən edildi. Həmin qrupda olan danışıqları müəyyən etmək mümkün olmasa da 16 nəfər üzvü müəyyən edildi. Həmin qrupda Hüseyni, Əli aşiqi313, Əbu Zeynəb, Hizbullah, Hüseynçi, Ali Axundzade, Sərdar, Hüseyn, Ya Ali, Müntəzir ləqəbli şəxslər müəyyən edildi. Qrupun yaradıcısı kimi Təqsirləndirilən şəxs1, inzibatçıları isə Əbu Zeynəb və Ali Axundzade adlı şəxslər müəyyən edildi. Qrupun mövcud fəaliyyət tarixindən görünür ki, 03 yanvar 2023-cü il tarixədək adları qeyd edilən üzvləri ilə birlikdə qrup mövcud olmuşdur. Telegramda olan danışıqlara baxış keçirən zaman “Sərdar” ləqəbli iş üzrə Təqsirləndirilən şəxs4 ilə danışıqlar aşkar edildi. 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ondan müqavimətçi qohumunun olub-olmamasını soruşur. Sərda isə dayısıoğlunun şərəfsiz hakimiyyət əlehinə olduğunu bildirir. Bundan başqa 26 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 27 noyabr 15:00-da canlı yayım olacağını və qoşulmalı olduğunu qeyd edir. 20 dekabr 2022-ci il tarixdə Sərdardan “məsələlər haqqında nə fikirləşdiyini, necə zərbə endirə biləcəklərini” soruşur. Sərdar isə cavabında “İnşallah iş görürəm” deyə cavab verir. Daha sonra Sərdardan “yaşadığı ərazidə baza və ya fabrik olduğunu” soruşur. Sərdar isə cavabında “yenədə nəsə bir fikir varsa problem yoxdur” cavabını verir və Vəhabilərin yığışdığı yer olduğunu qeyd edir. Bundan başqa Sərdar “biqeyrət məmurlar olduğunu və araşdırdığını”, eləcə də Qarayevdə vəhabilərin binada yaşadıqlarını və binanın altında olan obyektdə yığışdıqlarını qeyd edir. Telegramda olan danışıqlara baxış keçirən zaman “Hüseyn” ləqəbli iş üzrə Təqsirləndirilən şəxs3 ilə danışıqlar aşkar edildi. Təqsirləndirilən şəxs1lə 26-27 noyabr 2022ci il tarixli danışığında Təqsirləndirilən şəxs3 “Hüseynçilər313” gizli qrupuna bir nəfər şəxsi dəvət etdiyini, etibar edilən şəxs olduğunu qeyd edir. İlham isə etibarlı şəxsdirsə “Muqavimete_ davam” qrupuna əlavə etməyi məsləhət görür. Həmçinin Hüseyn “Hüseynçilər313” gizli qrupunun dəvətini ona göndərməyini İlhamdan xahiş edir. Telegramda olan danışıqlara baxış keçirən zaman “Muntezir” ləqəbli şəxslə danışıqları müəyyən edildi. İlham ona 26 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 27 noyabr 15:00-da canlı yayım olacağını və ora qoşulmalı olduğunu bildirir. Müntezir isə qoşulacağını qeyd edir. Muntezir ləqəbli şəxslə son danışıq 22 dekabr 2022-ci il tarixə təsadüf edir. Telegramda olan danışıqlara baxış keçirən zaman “Hizbullah” ləqəbli şəxslə danışıqları müəyyən edildi. 26 noyabr 2022-ci il tarixli danışıqda Hizbullah X126 tapşırığına əsasən mütaliəni artırdığını qeyd edir. 3-4 ay qabaq bölməyə çağırıldıqdan sonra Orxan Məmmədovla bu barədə danışıdığını qeyd edir. 27 noyabr 2022-ci il tarixli danışıqda X19 mesaj yazdığını İlham qeyd edir. Bundan başqa İlham bildirir ki, Rufulla əmi səni maraqlanır “karinavat” edəcək deyəsən. Hizbullah isə cavabında Allah qorusun böyüyümüzdür deyə cavab verir. 28 noyabr 2022-ci il tarixli mesajında Hizbullah müqavimətçi şeyxlərə xidmətçi ola biləcəyini qeyd edir. Bundan sonra 07 dekabr 2022-ci il tarixli danışığında Təqsirləndirilən şəxs1 Hizbullahı “Aze İslama doğru 313” səhifəsində inzibatçı edəcəyini qeyd edir. 08 dekabr 2022-ci il tarixdə Hizbullahı indi admin edəcəyini deyir və Rufulla əmi ilə Orxan Məmmədovun qrupa nəzarət etdiyini deyir. Hizbullah isə cavabında xidmət etmək istədiyini qeyd edir. 16 dekabr 2022-ci il tarixdə Hizbullah Təqsirləndirilən şəxs1 “tam olaraq məsələ nədir” sualını verir. Cavabında isə Təqsirləndirilən şəxs1 məsələnin bu olduğunu qeyd edərək video göndərir. Həmin videodan görünür ki, “Qisas313” səhifəsində hazırlanmış videoda “Azərbaycanda olan vəhabi və sionistlər qüvvələr, xalqın və ümmətin daxili düşmənləri tezliklə sizinlə görüşəcəyik, bizi gözləyin, zillət bizdən uzaqdır, biz “Qisas 313 qisas alanlarıq” ifadələri qeyd edilmişdir. Həmin videoda isə arxa fonda silahlı şəxslərin döyüşə hazır olmaları təsvir edilmişdir. Təqsirləndirilən şəxs1 göndərdiyi videoya Hizbullah “aydındır” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 diqqətli şəkildə etibarlı qardaşlarla hazır olmaq lazımdır ifadələrini qeyd etmişdir. Hizbullah isə “Allaha təvəkkül və əhlibeytə təvəssül. Allah yardımçımız olsun” ifadələrini qeyd etmişdir. Telegramda olan danışıqlara baxış keçirən zaman “Hüseynçi” ləqəbli şəxslə danışıqlar müəyyən edildi. 23 noyabr 2022-ci il tarixli danışıqda Təqsirləndirilən şəxs1 divarlara aksiya zamanı onun da yazı yazıb-yazmadığını soruşur. Hüseynçi isə cavabında bəli qardaşım deyə cavab verir və polis duran tərəfi səhərigün sildiklərini, digər yazıları isə bu yaxında sildiklərini qeyd edir. Həmin tarixdə Hüseynçi lukların üzərinə İsrail dövlətinin bayrağını təsvir etməyi istədiyini qeyd edir və təhqir edir. İlham isə hələki lazım olmadığını lazım olduqda ya Əli ya Əmi ya da özünün deyəcəyini bildirir. Bundan başqa 24 noyabr 2022ci il tarixli danışıqda Əlimürsəllə danışıb-danışmadığını soruşur və Əlimürsəlin onun yazmasını gözlədiyini bildirir. İlham ona 26 noyabr 2022-ci il tarixdə canlı yayım olacağını və ora qoşulmalı olduğunu bildirir. 26 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Hüseynçiyə Əlimürsələ yazmasını tapşırır o isə əvəzində “oldu qardaşım” deyə cavab verir. Telegramda olan danışıqlara baxış keçirən zaman “Ali Axundzade” adı ilə qeydiyyatdan keçmiş X6 Əlimürsəl Rufulla oğlu ilə danışıqlar müəyyən edildi. 24 noyabr 2022-ci il tarixdə Yusif adlı “Hüseynçi” ləqəbli şəxsin Əlimürsələ yazacağını qeyd edir. Mobil proqramistliyi həmin şəxsin öyrəndiyini bildirir. Həmçinin Hizbullah barədə ona danışır, Sumqayıtda yaşadığını adının Vüqar olduğunu qeyd edir. 26 noyabr 2022-ci il tarixdə keçən danışıqda X74 Nazirliyində olan adamı soruşur və İlham həmin şəxsin “axran” olduğunu qeyd edir. X67 nazirliyindən və ya hərbi hissələrdən tanıdığı adamın olub-olmadığını soruşur. İlham isə maraqlandığını tapanda xəbər edəcəyini bildirir. Həmin tarixdə Əlimürsəl İlhamdan “Roma” ləqəbli Rabitə Nazirliyində işləyən şəxsin onlar üçün nə edə biləcəyini soruşur. İlham isə “Roma” ləqəbli şəxsin ona göndərdiyi dini məzmunlu mesajı Əlimürsələ göndərir. Bundan başqa həmin tarixdə Roma adlı şəxsin pulu olmadığı və qızının ad gününə hədiyyə almaq istədiyini qeyd etdiyi mesajı Əlimürsələ göndərir. Həmçinin Təqsirləndirilən şəxs1 həmin tarixdə mesaj göndərərək xəbər səhifələrində dini müdafiə edənləri siyahıya aldığını və bir yerə yığmağa çalışdığını qeyd edir. Bundan başqa Bakı məktəblərindən 10a yaxın uşaqlar tapdığını qeyd edir. Həmin tarixdəki danışığında Təqsirləndirilən şəxs1 Əlimürsələ Roma adlı şəxsin gizli sənədlər olan hissəyə girə bilmədiyini, lakin neçə gündür ki, DTX-nin serverləri nəzarətə götürmək istədiyini dediyini bildirmişdir. Həmçinin Əlimürsələ bildirir ki, “Roma adlı şəxsə tapşıraq içəridən bizə adam tapsın, Mir Şahinin verlişi gedə gedə verlişi kəsək”. 29 noyabr 2022-ci il tarixli danışıqda İlham və Əlimürsəl Məhərrəməli və Savalan adlı şəxlərdən danışırlar. Əlimürsəl Savalanın avam uşaq olduğunu ancaq pis uşaq olmadığını, Məhərrəməli ilə dost olduğunu qeyd edir. 03 dekabr 2022-ci il tarixdə İlham Əlimürsələ kəndin axundu ilə danışıdığını, onun əvvəllər sünni olduğunu, daha sonra şiə olduğunu, evinin həyətində məscid olduğunu, moizə verilərsə oxuya biləcəyini, QMİ-nin axundu olsa da rəhbərçi olduğunu qeyd edir. Bundan başqa həmin şəxsin QMİ-dən xəbərlər də deyə biləcəyini deyərək həmin şəxsi məxfi əməkdaşlığa cəlb etməyə çalışır. Bundan başqa 20 dekabr 2022ci il tarixdə “Hüseyni” ləqəbli şəxsin göndərdiyi xüsusi hərbi təyinatlı obyektin peyk şəkillərini Əlimürsələ göndərir. Mesajdan görününür ki, həmin şəkillər “Hüseyni” ləqəbli şəxsdən yönləndirilmişdir. Şəkillərlə bağlı İlham “Sumqayıtda DTX bazasıdır” sözlərini qeyd etmişdir. Bundan başqa Telegrama baxış keçirərkən “Sadə bir bendə sadə bir bendə” ləqəbli şəxslə Təqsirləndirilən şəxs1 danışıqları müəyyən edildi. 17 noyabr 2022-ci il tarixli danışıq zamanı Təqsirləndirilən şəxs1 həmin şəxsin olduğu qrupun üzvü olmaq istədiyini bildirir. Həmin şəxs isə başqa bir qardaşa onu qrupa qoşması üçün tapşırdığını deyir. Bundan sonra həmin şəxs Təqsirləndirilən şəxs1 bildirir ki, “Biz Allahın izniylə Allaha görə yığışanlarıq X136”. Təqsirləndirilən şəxs1 isə cavabında “elədirsə qrupa məni də əlavə edərsiz nəsə xidmətim dəyər” ifadələrini işlətmişdir. Bundan sonra danışıqlarında “Sadə bir bendə sadə bir bendə” ləqəbli şəxs onların qruplarının “WhatsApp”da fəaliyyət göstərdiyini “Telegram”da olmadığını bildirir. İlham isə cavabında təhlükəsizlik üçün whatsapp istifadə etmədiyini bildirir. Həmçinin 21 noyabr 2022-ci il tarixli danışıq zamanı İlham Şıxalıyev həmin şəxsə “Silahlı müqavimət Azərbaycanda olmalıdır” mesajını yazmışdır. Cavabında isə “Sadə bir bendə sadə bir bendə” ləqəbli şəxs “bunu Azərbaycanda heç kəs istəməsə də mən isdəyirəm, çünki əxlaq, əsəb qalmayıb və hər qeyrətli kişinin qapısına dirənib” ifadələrini işlətmişdir. Cavab olaraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, “əhsən sizin qrup nə qədər iş görəndir? Yəni nəqədər etibarlıdır?” ifadələrini işlətmişdir. Bundan başqa Telegrama baxış keçirərkən “Mücahid 313” ləqəbli şəxslə Təqsirləndirilən şəxs1 danışıqları müəyyən edildi. 21 dekabr 2022-ci il tarixdə olan danışıqda Mücahid 313 “Qurana and içəsən və daha sonra and içməyinə rəğmən kollektivi aldadasan. Kollektiv cəhənnəmə. Bəlkə də atandan da yaşda böyük kişini aldadasan. Bu müqavimətdən və Quran andından uzaq olduğu bildirilir. Bu cür hərəkət edən insanlar öz doğma qardaşımız belə olsa etibarsız insanlardır. Budurmu sizin qrupda olan söhbət?” ifadələrini işlətmişdir. Təqsirləndirilən şəxs1 isə cavab olaraq göndərdiyi səs yazısında göstərmişdir ki, “söhbəti mən sənin özünlə etmişəm. Bilirsənki mənə nə deyilir mən onu deyirəm. Özümdən söz qoşub deməmişəm. Əmi mənə dedi ki, uşaqlarnan əlaqəsi kəsilsin. Kollektivdə belə bir hərəkət edən başqa hərəkət eliyə bilər. Ona görə mən də belə bir mesaj yazdım ki, qardaşlar hamısı ayıq olsun bilsinlər ki, sənlə əlaqə saxlanılmasın. Özün də bilirsən ki, mən sənlə başqa cür danışmalıydım. Əmi bizim dəyərli ağsaqqallarımızdandır. Ona görə də belə yazıldı. Soruşdum maraqlandım sənlə ki, nədi məsələ. Ondan sonra sənə dedim ki, əmi ilə danış. O başqa cür fikirləşir. Qaldı ki, bizim qrupda olan söhbət, bizim qrupda olmusan görmüsən bizim qrupda nə söhbətlər gedir”. Bundan başqa Telegrama baxış keçirərkən “Əli aşiqi 313” ləqəbli şəxslə Təqsirləndirilən şəxs1 danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirilərkən müəyyən edildi ki, 26 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 27 noyabr 15:00-da canlı yayım olacağını və qoşulmalı olduğunu qeyd edir. Bundan başqa 27 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1lə “Əli aşiqi 313” ləqəbli şəxs arasında gedən danışıqlarda Müsəlman hərəkatı birliyindən söhbət getdiyi, Təqsirləndirilən şəxs1 Müsəlman hərəkatı birliyində tanışının çox olduğu, MHB aid olan səhifədə edilən paylaşımın həqiqətən hərəkatın üzvləri tərəfindən edilib-edilmədiyini yoxlamaq istədiyi müəyyən edilmişdir. Telegrama baxış zamanı “Atam” adı ilə Təqsirləndirilən şəxs1 telefonuna qeyd etdiyi +**********12 nömrəli mobil nömrənin istifadəçisi müəyyən edildi. Baxışdan görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı Müşviqə adlı qadınla Təqsirləndirilən şəxs1 arasında danışıqlar aparılmışdır. Həmin danışıqda Təqsirləndirilən şəxs1 həyat yoldaşının “dəhşət insansan, bu İranı, Xamneyini çox isdədiyin qədər onları fikirləşdiyin qədər onlar üçün çalışdığın qədər nə məni Rüqəyyəni nə isdəmirsən nə də fikirləşmirsən” ifadələrini işlətdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 isə “Müşviqə qanımı qaraltma mənim başımı xarab eləmə” cavabını vermişdir. Telegrama baxış zamanı “Ruhullah Axundzadə” adı ilə Təqsirləndirilən şəxs1 telefonuna qeyd etdiyi +**********72 saylı İran İslam Respublikasının mobil operatoruna məxsus mobil nömrənin istifadəçisi müəyyən edildi. Həmin şəxs İran İslam Respublikasında olmaqla Azərbaycan Respublikasına qarşı kəşfiyyat-təxribat fəaliyyəti həyata keçirən X22r. Danışıqlara baxış keçirildikdə X68 Şıxaliyevə Azərbaycanda Kərimə Dövlətinin qurulmasını dəstəkləyən, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna qarşı yönəlmiş dini radikal və siyasi-hərbi məzmunlu paylaşımları və danışıqları müəyyən edildi. 27 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “qardaşlara indi xəbər edəcəyəm” mesajı müəyyən edildi. Həmin tarixdə Təqsirləndirilən şəxs1 Rufulla Axundzadəyə “hə əmican mən dedim hizbullahı ki, əmi ilə söhbət elə, inşallah biz də maraqlanacağıq uşağı, mən tanımıram tam dəqiq, əlamdar da pis uşağa oxşamır, Rusiyada bazarda işləyir deyəsən belə demişdi mənə, onu da maraqlana bilməmişik həqiqətdə belə insan var ya yox” mesajlarını göndərmişdir. 28 noyabr 2022-ci il tarixdə X68 Şıxaliyevə “Müqavimət sizi dizə çökdürəcək Nardaranı unutmamışıq” başlıqlı paylaşım göndərməsi müəyyən edildi. Həmçinin 29 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Azərbaycan İranın daxili işidir, Talış İrandan himayət istəyir” başlıqlı paylaşım göndərmişdir. Eləcə də 08 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Əliyevlər qarşısında 2 seçim, böyük fitnələr zamanı Hüseyniyyunun Azərbaycana Nicat verməsi” başlıqlı paylaşım göndərmişdir. 13 deakbr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Azərbaycanda İslam hakim olacaq” başlıqlı paylaşım göndərmişdir. 19 dekabr 2022-ci il tarixdə Rufulla Axundzadə “Hüseyniyyun” Azərbaycan X30 paylaşımını göndərmişdir. 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “***-***-**-** emi bu Məhərrəməlinin nömrəsidir uşaqlardan tapdım” mesajını göndərmişdir. 28 dekabr 2022-ci il tarixdə Rufulla Axundzadənin göndərdiyi paylaşım “DTX başçısı X73 qorxusu” başlığı ilə başlayır. Paylaşımda təşkilatın İlham Əliyevin ən böyük qorxusu olduğu qeyd edilmiş və mövcud hakimiyyətin fəaliyyəti pislənmişdir. Bundan başqa İslamchat313 qrupunda qrupun məxfi olması və qrup üzvlərinə Təqsirləndirilən şəxs1 ehtiyyatlı olmalarını tapşırması, eləcə də DTX tərəfindən şəxsi məlumatlarının qadın adı ilə Telegrama girmiş şəxslər tərəfindən əldə edilə bilməsi barədə xəbərdarlığı əks etdirən səs yazısı müəyyən edilmişdir. 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun yaddaşında fotoşəkillər, mobil proqramlar, sosial şəbəkələr və digər fayllar vardır. Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********36 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Huseyn” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Telegramda olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs3 Telegramda X100, ZuhurXeber, Cihad, Yağlı Xəbər, Virtual Müqavimət, Haqqın səsi, Modafeani Haram, Sionizm Caps, Azərbaycan İslam İnqilabına doğru, Sürü Psixologiyası, Yəmənin səsi, Müqavimət əhli 313, Fələstinin səsi, 1979 Revolution, Huseyniyyun Azərbaycan İslam Müqaviməti Təşkilatı, Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı, Əkrəm Hacızadə, Hüseynçilər Ləbbekə ya X137, Alaviyyun Azərbaycan, X117 Risalələri, X164 Xamenei, Ayətullah Xamenei, Kərimə Dövlət, Xəbərlər 313, Zühur Ordusu, Fatemeyyun, Vüsal İskəndərli, kimi radikal-şiə yönümlü hərbi-siyasi xarakterli səhifələri izləməsi müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs3 “Hüseynçilər313” gizli qrupunun üzvü olması müəyyən edildi. Həmin qrupa baxış keçirilərkən qrupun yaradıcısının “Keysan” ləqəbli şəxs olması müəyyən edildi. Bundan başqa qrupda Rufulla Axundzadə, Əlimürsəl Axundzadə, Huseynçi ləqəbli şəxs Xacan brat, Əbu Zeynəb, Aqalar brat, Şirxan qardaş, İslam, Ramal Piriyev kimi şəxslərin olması müəyyən edildi. Hüseynçilər313 qrupuna baxış keçirdikdə orada əsasən Rufulla Axundzadə, Əlimürsəl Axundzadə, Əbu Zeynəb və digərlərinin Azərbaycan Respublikasında olan mövcud hakimiyyəti pisləyən və sionist rejim olmasını təblig edən, Azərbaycanda İslam qaydaları ilə idarə edilən dövlətin qurulmasına çağıran və insanların dövlətə qarşı ayağa qalxmasına çağıran Hüseyniyyun təşkilatına mənsub olan səhifələrdən çoxsaylı paylaşımlar edilmişdir. Danışıqlara baxış zamanı “Etibar qardaş” adı ilə qeyd edilmiş Təqsirləndirilən şəxs4 ilə danışıqlar müəyyən edildi. 1 fevral 2023-cü il tarixli danışıqlarda Etibarın telefonu ilə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə danışması müəyyən edildi. Danışıqların məzumunundan Faiqin Etibargildə gizlənməsi və hüquq mühafizə orqanlarından gizlənməsi müəyyən edildi. Təqsirləndirilən şəxs2 öz ailəsinə söz çatdırmaq istəməsi müəyyən edildi, belə ki, ailə üzvləri ondan imtina ərizəsi yazsın. Bundan sonra Təqsirləndirilən şəxs3 narahat olması və Etibargilə getmək istəməsi müəyyən edildi. Əlimürsəl Axundzadənin günortadan sonra onunla danışıb-danışmamasını Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 soruşur. Hüseyn isə cavabında danışmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs2 qalmağa yer axtarması müəyyən edildi. Daha sonra Sərdar ləqəbi ilə Etibar yazaraq “vatsapında çalış heçnə paylaşma” ifadələrini işlətmişdir. Danışıqlara baxış zamanı “Haydari-karrar Axır-zamani” adı ilə qeyd edilmiş şəxslə danışıqlar müəyyən edildi. Danışıqlara baxış zamanı 20 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 həmin şəxsə “Hüseynçilər313” qrupuna dəvət mesajını göndərməsi müəyyən edildi. 13 dekabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs3 göndərdiyi səs yazısında “bu dediyim adamlar ki, qardaşım sənə qrup ki atmışdım orda Əlimürsəldi bir də Ruhulla əmidi Əlimürsəlin atası. Onlar tam yüzdə yüz güvəniləsi adamlardı. Ruhullah əmini tanımamış olmazsan, Hacı Mövsümlə biryerdə olmuş adamdı.İllərdə bu işlərin içində olan adamdı. 9-10 il hicab üstündə həbsdə olub. Birbaşa Hüseyniyyunla əlaqədə olan insanlardı. Ona görə mən sənə Əlimürsəlin telefonunu atdım dedim bunla danış.” Danışıqlara baxış zamanı Keysan ləqəbli şəxslə və Əlimürsəl Axundzadə ilə əlaqəsi tapılsa da danışıqlar silindiyindən baxış keçirmək mümkün olmadı. Danışıqlara baxış zamanı Ruhullah Axundzadə adı ilə qeyd edilmiş X33 ilə çoxsaylı danışıqlar müəyyən edildi. Belə ki, X85 Hüseynzadəyə çoxsaylı radikal-şiə yönümlü, hərbisiyasi xarakterli paylaşımları uzun müddət göndərmişdir. Həmin danışıqlara baxış zamanı Təqsirləndirilən şəxs3 şəxs hüquq mühafizə orqanları tərəfindən tutulana qədər əlaqəsinin olduğu müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs3 Telegram ani mesajlaşma sistemində izlədiyi Hüseyniyyun təşkilatının səhifəsində təşkilatın İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam Respublikası Keşikçiləri Korpusu (Sepah) ilə əlaqəli olmasını təsdiq edən hallar müəyyən edilmişdir. 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********20 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Sərdar” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Telegramda olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs4 Telegramda X100, Virtual Müqavimət, X151, Huseyniyyun Azərbaycan İslam Müqaviməti Təşkilatı, Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı, Orxan Məmmədov, Zühur Ordusu, kimi radikal-şiə yönümlü hərbi-siyasi xarakterli səhifələri izləməsi müəyyən edildi. Danışıqlara baxış zamanı “Huseyn” adı ilə qeyd edilmiş Təqsirləndirilən şəxs3 ilə danışıqları müəyyən edildi. Danışıqlara baxış zamanı Təqsirləndirilən şəxs3 mobil telefonuna baxış zamanı müəyyən edilən danışıqlar aşkar edildi. 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs5 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********58 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Huseyni” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Telegramda olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs5 Telegramda X100, Cihad, Virtual Müqavimət, Azərbaycan İslam İnqilabına doğru, Modafeani Haram, Zühura Hazırlıq, Yağlı Xəbər, Hüseyniyyun Azərbaycan İslam Müqavimət Təşkilatı, Orxan Məmmədov, Əkrəm Hacızadə, Zühur ordusu, Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı, Sürü Psixologiyası, Kərimə Dövlət, Zühura Doğru, Rahim Şirvanlı və Vüsal İskəndərli kimi İran xüsusi xidmət orqanlarının nəzarətində olan və Azərbaycan Respublikasında hakimiyyətin ələ keçirilməsi, Azərbaycanda Kərimə dini dövlətinin qurulmasına yönələn fəaliyyətlə məşğul olan təşkilatların səhifələrini izlədiyi müəyyən edildi. Bundan başqa X38, Əlimürsəl Axundzadə və Vüqar adı ilə qeyd etdiyi Rufulla Axundzadənin əlaqəsi olmuş şəxslə əlaqəsinin olması müəyyən edildi. Lakin həmin danışıqları 24 saat silinmə parametrində olduğu üçün silinmişdir. 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs6 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********22 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Hizbullah” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Telegramda olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs6 Telegramda ZuhurXeber, X100, Cihad, Yağlı Xəbər, Qisas313, X151, Virtual Müqavimət, Haqqın səsi, Sionizm Caps, Azərbaycan İslam İnqilabına doğru, Sürü Psixologiyası, Yəmənin səsi, Müqavimət əhli 313, Hüseyni TV, Fələstinin səsi, 1979 Revolution, Huseyniyyun Azərbaycan İslam Müqaviməti Təşkilatı, Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı, Əkrəm Hacızadə, Orxan Məmmədov, X164 Xamenei, Kərimə Dövləti, Zühur Ordusu, Abgül Süleymanov, Vüsal İskəndərli, Vəhabilərə Cavab kimi radikal-şiə yönümlü hərbi-siyasi xarakterli səhifələri izləməsi müəyyən edildi. Danışıqlara baxış zamanı Ağsaqqal adı ilə qeyd edilmiş X33 ilə çoxsaylı danışıqlar müəyyən edildi. Belə ki, X105 Mədətova çoxsaylı radikal-şiə yönümlü, hərbi-siyasi xarakterli paylaşımları uzun müddət göndərmişdir. Bundan başqa Huseyni ləqəbli Təqsirləndirilən şəxs5, “Eziz Qardaş” adı ilə qeyd etdiyi iş üzrə Təqsirləndirilən şəxs2 və Əlimürsəl Axundzadə ilə əlaqəsi müəyyən edildi. Lakin danışıqlar silindiyindən baxış keçirmək mümkün olmadı. Telegramın şəxsi mesajlar hissəsində yaddaşa yazılmış çoxsaylı radikal-dini, hərbisiyasi xarakterli olmaqla Azərbaycanda Kərimə Dövlətinin yaradılmasına, İran rejiminin dəstəklənməsinə, Azərbaycanda Sionist rejimin olmasına və digər radikal yönümlü çağırışlara bəraət qazandıran paylaşımların saxlandığı müəyyən edildi. Bundan başqa telefonun şəkillər olan bölməsinə daxil olduqda Sumqayıt şəhərində fəaliyyət göstərən “vəhabi” və “sələfi” dini inancına ibadət edən şəxslərin toplaşdıqları ərazilərin şəkilləri müəyyən edildi. 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs8 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********36 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Müntezir” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Telegramda olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs8 Telegramda X100 səhifəsi və Şiyə Tövhidi səhifəsini izləməsi müəyyən edildi. Bundan başqa “Ruhullah əmi”, “Vusal İskəndərli”, “Elvin Momun inqilab 2”, “İlkin Hüseynçi” adlı şəxslərlə əlaqəsinin olduğu müəyyən edildi. Həmin şəxslərlə danışıqlara baxış zamanı Ruhullah əmi adı ilə qeyd edilmiş X33 ilə çoxsaylı danışıqlar müəyyən edildi. Belə ki, X106 Ağayevə çoxsaylı radikal-şiə yönümlü, hərbi-siyasi xarakterli paylaşımları uzun müddət göndərmişdir. Həmin danışıqlara baxış zamanı Təqsirləndirilən şəxs8lə şəxs hüquq mühafizə orqanları tərəfindən tutulana qədər əlaqəsinin olduğu müəyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs8 arxivlədiyi danışıqlar yerində “deleted account” yazılmış hazırda silinmiş, lakin iş üzrə Təqsirləndirilən şəxs1 aid olmuş Keysan profili ilə danışıqlar müəyyən edildi. 24 iyul 2022-ci il tarixli danışıqlarında Təqsirləndirilən şəxs8 özünün güvənilən şəxs olduğunu, qrupda ondan şübhə edilməməli olduğunu, Elvindən yəni iş üzrə Təqsirləndirilən şəxs7 soruşulsa onun barədə dəqiq məlumat verəcəyini bildirir. Həmçinin həmin tarixli danışığında mömin tanışları olduğunu onlarla meydanlara çıxdıqlarını bildirir və Təqsirləndirilən şəxs1 isə ona ətrafında nə qədər adam olduğunu soruşduqda Təqsirləndirilən şəxs8 adamlar toplaya biləcəyini deyir. 25 iyul 2022-ci il tarixdə “Tiktok” sosial şəbəkəsindən “by.murad313” adlı istifadəçini tanıyıb-tanımadığını Təqsirləndirilən şəxs1 soruşur və gizli qruplarının olduğunu qeyd edir. Həmin qrupun Hüseyniyyuna xidmət göstərdiyini və istəyirsə onu da əlavə edə biləcəyini bildirir. Təqsirləndirilən şəxs8 isə problem olmadığını qeyd edərək razılıq verir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs8 ləqəb seçməsini, adı ilə qrupa girməməli olduğunu qeyd edir. Elgün isə “Müntezir” ləqəbini seçir. Həmçinin Təqsirləndirilən şəxs1 qrupun sonunun “ya şəhadət ya da həbs olduğunu” Təqsirləndirilən şəxs8 bildirir, sonuncu isə razılıq verir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 adını dəyişməsini və onu qrupa salacağını qeyd edir. Daha sonra isə mesaj yazaraq qrupa əlavə etdiyini bildirir. Təqsirləndirilən şəxs1 bundan sonra qrupu qrupdakılardan başqa heçkəsin bilmədiyini qeyd edir. Bundan sonra Təqsirləndirilən şəxs8 bildirir ki, “elə məsələlər varki danışmağa icazəm yoxdu, senin və sizin sirriniz sirrimdi” ifadələrini işlətmiş, Təqsirləndirilən şəxs1 onu “İslamchat” qrupuna kimin dəvət etdiyini soruşduqda Elvinin dəvət etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs8 bildirir ki, “mən görürəm ki, bu işlərin başında duranlar hamısı bir yerdədirlər, hərkəsin məqsədi birdir, sadəcə bir birlərindən agah deyillər”. Bundan sonra Təqsirləndirilən şəxs1 “Ruhullah əmini yəqin tanıyırsan” deyə bildirmiş, Təqsirləndirilən şəxs8 isə onu indi qrupda gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs1 isə and içmə olacağını qeyd edir. Təqsirləndirilən şəxs8 həmçinin göstərmişdir ki, necə biri olduğunu sözdə yox əməldə göstərəcəkdir, qardaşının da özü kimi dindar olduğunu işdən çıxdığını və zalım rejimin əmək haqqısını almaq istəmədiyini bildirmişdir. Ətrafının çox olduğunu adam toplaya biləcəyini qeyd edir. İlham isə cavabında etibar etdiklərini qrupa əlavə edə biləcəyini bildirir. 26 iyul 2022-ci il tarixli danışıqda Təqsirləndirilən şəxs1 diqqətli olmasını, hər insanın yanında danışmamasını, bu qrupu heçkəsin bilməməsini, əvvəlcə adamlarla söhbət etməli olduğunu, daha sonra onlar razılıq versələr bu barədə deməyi tapşırır. Daha sonra Təqsirləndirilən şəxs8 Rufulla Axundzadə ilə danışdığını, gözəl insan olduğunu qeyd edir. 26 iyul 2022-ci il tarixdə “Tiktok” sosial şəbəkəsində Samir.astara.313 adlı şəxsi tapdığını Təqsirləndirilən şəxs8 bildirir və nömrəsini verə biləcəyini qeyd edir. İlham isə nömrəsini verməsini bildirir. 28 iyul 2022-ci il tarixdə qrupda 15:00da canlı yayım olacağından danışılır. 28 oktyabr 2022-ci il tarixli danışıqda Təqsirləndirilən şəxs1 Qisasdan bir qardaşa 1200 manat pul lazım olduğunu, ehtiyacı olduğunu qeyd edir. Elgün isə pulu olmadığını bildirir. 01 noyabr 2022-ci il tarixli danışıqda isə Təqsirləndirilən şəxs1 qrupun Rufulla Axundzadənin məsləhəti ilə müvəqqəti silindiyini yenidən açılacağını qeyd edir. Ümumi danışıqlar 21 yanvar 2023-cü il tarixədək davam edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs8 arasında olan danışıqlardakı gizli qrup dedikdə “Qisas” qrupu nəzərdə tutulur. Belə ki, telefonun şəkil və videolar olan bölməsinə baxış keçirdikdə Təqsirləndirilən şəxs8 Qisas qrupunun canlı yayımlarını və and içmə mərasimlərini özündə əks etdirən videoqeydiyyatları müəyyən edilmişdir. Həmin videolara baxış zamanı 28 iyul 2022-ci il tarixdə iş üzrə “Ya Əli” ləqəbi ilə Təqsirləndirilən şəxs11, Rufulla Axundzadənin, “Talış” ləqəbli şəxsin, “Yusuf Mirzə” adı ilə Təqsirləndirilən şəxs12, “Elvin mömun inqilab” adı ilə Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs2, “Keysan” ləqəbli qrupun qurucusu və inzibatçısı Təqsirləndirilən şəxs1 Azərbaycanda olan sionist rejimə qarşı mübarizə apararaq müqavimət yolundan dönməyəcəklərinə and içmələri müəyyən edilmişdir. Müqavimət dedikdə isə “Hüseyniyyun” Azərbaycan İslam Müqaviməti təşkilatından söhbət gedir. Təqsirləndirilən şəxs8 danışıqda yanında Quran olmadığını axşam evə getdikdə nəyə desələr and içəcəyini, onun əsas məqsədinin İslama xeyir vermək olduğunu qeyd etmişdir. Rufulla Axundzadə isə Quran əlində olmasa da Qurana and içməyinin kifayət edəcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs8 dini mövzuda çıxış edərək ürəkdən Allaha and içdiyini bildirir. Daha sonra Rufulla Axundzadə çıxış edərək Azərbaycan Respublikasındakı hakimiyyəti “Zübeyir” hakimiyyəti ilə müqayisə edərək tək fərqin indi alçaqlığın daha çox olması kimi göstərmişdir. Azərbaycan Respublikası hökumətini “Yezid hakimiyyəti” adlandırmışdır. Digər 42 dəqiqəlik videoda çoxsaylı hakimiyyət əleyhinə çağırışlar edilir və qruplaşaraq aksiyaların etirazların keçirilməsindən danışılır. Bundan başqa qrup üzvlərinin müxtəlif fikirlər səsləndirərək “Məhərrəmlik” məclislərinin qadağalarının aradan qaldırılmamasına ciddi etirazlar bildirilmişdir. Sionist rejimin Azərbaycanda olması, pantürklük ideologiyasının pislənməsi müəyyən edilmişdir. X86 Tayyib Ərdoğan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasəti tənqid edilərək hakimiyyətə qarşı qruplaşmanın formalaşdırılması həyata keçirilmişdir. Bundan başqa eyni mövzularda müxtəlif danışıqlar aparılmışdır. 04 sentyabr 2022-ci il tarixli video görüntüdə Rufulla Axundzadənin qrup üzvlərinin bir yerə yığışmasını təşkil etməyə çalışması və qrup üzvlərinin hamısının and içməsi qeyd edilir. 07 sentyabr 2022-ci il tarixli videoda Rufulla Axundzadə qrup üzvlərinə “Azərbaycanın ki, sifarişli kanalları ki var, istəyir bloger olsun, istəyir Youtubeda olsun, onların hamısını blok edirsiniz! İmkan vermirsiniz! Qulaq asın paylaşın” deyərək tapşırıq vermişdir. Digər bir videolarda isə qrupdakı ümumi söhbətlər öz əksini tapmışdır. 09 oktyabr 2022-ci il tarixli videoda “Zalımın qorxusu məzlumun dayağı” ləqəbli iş üzrə Təqsirləndirilən şəxs9lə Təqsirləndirilən şəxs8 görüşəcəyini bildirir. Rufulla Axundzadə isə “görüşmələrini istədiyini lakin ehtiyyatlı olmalı olduqlarını, videoya, monitora düşməmələrini” qeyd edir. Ümumilikdə Qisas qrupu ilə bağlı videolarda “Əlinin eşqi bizim yol göstərənimizdir”, “Xamenei Rəhbər”, “Talış” ləqəbli şəxslər, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Rufulla Axundzadə, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs11, Əlimürsəl Axundzadə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 müəyyən edilmişdir. Bundan başqa telefonun “whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda “Müntəzir” ləqəbi ilə +**********12 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs8 qeydiyyatdan keçildiyi müəyyən edildi. Danışıqlara baxış zamanı “Ruslan Ramin” adla telefona Təqsirləndirilən şəxs8 qeyd etdiyi +**********28 saylı mobil nömrənin sahibi ilə mesajlar müəyyən edildi. 22 yanvar 2023-cü il tarixli danışıqda Təqsirləndirilən şəxs8 “Cəlilabadda ucuz qiymətə tapança satan yoxduki, 200-300 manata” deyə sual verərək Ruslandan silah maraqlanır. Ruslan isə cavabında “Neynirsən? Mən də axtarıram amma yoxdu, var idi cinayət olunmuş silahlar 300 manata mən də istəmədim, amma Bakıdan almaq olar” ifadələrini işlətmişdir. Təqsirləndirilən şəxs8 cavab olaraq “üstündə işi olmayan neçəyədi” sualını vermiş, Ruslan isə “bir nəfər var onunla sivyaza çıxacam, bahadı biraz, sənəd-sünədlə istəsən 1000 manata çıxacaq” deyə bildirir. Daha sonra Təqsirləndirilən şəxs8 “500-600 olsa üstündə iş olmayan almaq olar” deyə bildirir, Ruslan isə “bir nəfər var ona yazaram” deyə cavab verir, daha sonra Elgün “yox sənədi neynirəm gizlin” deyə cavab verir. Bundan başqa danışıqlara baxış zamanı Təqsirləndirilən şəxs2la aralarında olan söhbətlərdə “Şahid6” Şirvan şəhərindən olan şəxsin Qisas qrupuna 1 saatlıq girib çıxması müəyyən edildi. 05 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs9 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “Whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda danışıqlara baxış keçirən zaman Təqsirləndirilən şəxs9 “Haqqın səsi” qrupunda inzibatçı olması müəyyən edildi. Həmin qrupda +7 980 367-34-97, +98 912 *** **** saylı, +98 937 *** **** saylı, +7 980 ***-**-** saylı, +98 914 *** **** saylı, +98 919 *** **** saylı, +98 910 *** **** saylı, +98 903 *** **** saylı, +98914 ******* saylı, X161 adla qeydiyyatdan keçmiş +98 933 *** **** saylı, Amina Hussainava adı ilə qeydiyyatdan keçmiş +98 992 *** **** saylı, Azər adı ilə qeydiyyatdan keçmiş +98 990 *** **** saylı, X160 adı ilə qeydiyyatdan keçmiş +90 531 *** ** ** saylı, Qara Mos. Ərmorka adı ilə qeydiyyatdan keçmiş +7 906 ***-**-** saylı, ERDEM HASAN adı ilə qeydiyyatdan keçmiş +90 506 *** ** ** saylı, Heydar Mosenn adı ilə qeydiyyatdan keçmiş +98 914 *** **** saylı, Muhəmməd Hüseynzadə adı ilə qeydiyyatdan keçmiş +98 930 *** **** saylı, Mehrdad Kahzadi adı ilə qeydiyyatdan keçmiş +98 921 *** **** saylı, Ruslan Dzhafarov adı ilə qeydiyyatdan keçmiş +7 926 ***-**-** saylı, X118 Qızı adı ilə qeydiyyatdan keçmiş +7 967 ***- **-** saylı, Qasan Masallinskiy adı ilə qeydiyyatdan keçmiş +7 924 ***-**-** saylı, Aqalar Qamidov adı ilə qeydiyyatdan keçmiş +380 98 *** **** saylı, Ali Axundzadə adı ilə qeydiyyatdan keçmiş +98 905 *** **** saylı, Ali Xudadov adı ilə qeydiyyatdan keçmiş +995 *** ** ** 47 saylı, Alican Alak adı ilə qeydiyyatdan keçmiş +90 507 *** ** ** saylı, Anar Salaev adı ilə qeydiyyatdan keçmiş +7 914 ***-**-** saylı, Mutlu Özgün adı ilə qeydiyyatdan keçmiş +90 506 *** ** ** saylı, Şirxan Bayramov adı ilə qeydiyyatdan keçmiş +98 903 *** **** saylı, Yusif Aliyev adı ilə qeydiyyatdan keçmiş +995 *** ** ** 53 saylı, X138 Oqlı adı ilə qeydiyyatdan keçmiş +7 927 ***-**-** saylı, Glğçin Aliev adı ilə qeydiyyatdan keçmiş +7 912 ***-**-** saylı mobil nömrələrin istifadəçiləri müəyyən edildi. Bundan başqa qrupda Hosein adlı +98 914 *** **** saylı mobil nömrənin istifadəçisi, həmçinin "Mazhabi Shia" və "İslamchat olaq 313" whatsapp qruplarının idarəçisi olan şəxs, eləcə də +994 50 445 24 78, +98 905 096 9879, +994 70 *** ** ** saylı mobil nömrələrin istifadəçisi, xx.xx.2003-cü il tarixdə Lerik rayonunda doğulmuş, X60, xx.xx.1947-ci il tarixdə Şəmkir rayonu Abbaslı kəndində doğulmuş X92, xx.xx.2004-cü il tarixdə Tərtər rayonu Seydimli kəndində doğulmuş X93 müəyyən edilmişdir. 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs13 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********56 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Hüseyn aşiqi” və “Dragon” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Telegramda olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs13 Telegramda X100, Yağlı Xəbər, Virtual Müqavimət, Haqqın səsi, Azərbaycan İslam İnqilabına doğru, AR-rad, Yəmənin səsi, Müqavimət əhli 313, Hüseyni TV, Fələstinin səsi, 1979 Revolution, Huseyniyyun Azərbaycan İslam Müqaviməti Təşkilatı, Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı, Əkrəm Hacızadə, Əliviyyun Azərbaycan, Orxan Məmmədov, X164 Xamenei, Ayətullah Xamenei, Kərimə Dövlət, Zühur Ordusu kimi radikal-şiə yönümlü hərbi-siyasi xarakterli səhifələri izləməsi müəyyən edildi. Danışıqlara baxış zamanı “silinen hesap” adı ilə qeyd edilmiş iş üzrə Təqsirləndirilən şəxs1 ilə çoxsaylı danışıqlar müəyyən edildi. 01 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs13 yazaraq “islamchat313” qrupunun admini olmasını bildirməsi müəyyən edildi. Həmin tarixdə İran xüsusi xidmət orqanlarının himayəsində olan “Hüseyniyyun” Azərbaycan X30 rəhbəri Tohid İbrahimbəylinin paylaşımını Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs13 göndərməsi müəyyən edildi. 02 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs13 qrupdan aktiv olduğu üçün çıxarmasını bildirməsi, bunu təhlükəsizliyi üçün etdiyini bildirməsi müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs1 fəaliyyətini daha da genişləndirməsini istədiyini bildirmiş, Təqsirləndirilən şəxs13 isə “sevinərəm, İnşallah ki mən də inqilab üçün, müqavimət üçün nəsə etmiş olsam” ifadələri ilə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 “şəhadət ruhiyyəsi bizlər üçün çox böyük bir hiss olmalıdır” dedikdə Təqsirləndirilən şəxs13 “əlbəttə qabaqda iki yol var əsmaül Hüsna ya şəhadət ya zəfər, ikisi də qalibiyyətdir” ifadələrini işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs13 “fəaliyyətimi necə genişləndirmək istəyirsiniz” sualını vermiş, Təqsirləndirilən şəxs1 isə “ilk sizi daha yaxın tanımaq, daha sonra böyüklər özləri qərar verəcək” ifadələrini qeyd etmişdir. 07 avqust 2022-ci il tarixli danışıqda Təqsirləndirilən şəxs13 “Mən Hüseyniyyuna qoşulmaq istəyirəm, necə qoşulmaq olar? Özüm Seyyidəm and ola cəddimə heçkimin adamı deyiləm ki, aranıza sızmaq istəyim. 16 yaşım var. İki ildir ki, ancaq müqavimət kanallarına baxıram. Özüm qrup da açmışam, orda da ancaq müqavimətə aid paylaşımlar paylaşıram. Sizi tanımamışdan əvvəl açmışam qrupu” mesajını yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 onun Bakıda yaşayıbyaşamadığını, divarlara şüarlar yazıb-yaza bilməyəcəyini soruşmuşdur. Mir Vasidə “Ərbil ibrət olsun, israil rədd olsun!” şüarını yazmağı tapşırmışdır. Yazdığı şüarları isə şəklini çəkib ona göndərməyini, sonradan isə telefonundan silməyini Təqsirləndirilən şəxs13 tapşırmışdır. Təqsirləndirilən şəxs13 Telegramına baxış zamanı “Müqavimət Məktəbi” adlı qrup müəyyən edildi. Qrupun şüarı “Qisas yaxındır” olaraq qeyd edilmişdir. Qrupun yaradıcısı olaraq “Dragon” ləqəbi ilə Təqsirləndirilən şəxs13dir. Qrupun digər üzvlərinin adları Təqsirləndirilən şəxs1 telefonuna 06 fevral 2023-cü il tarixli baxış protokolunda qeyd edilmişdir. Qrupun daxilində Təqsirləndirilən şəxs13 etdiyi paylaşımlara baxış zamanı 29 yanvar 2023-cü il tarixli paylaşımında “Azərbaycana rəhbərlik edən xoşqeyrət xain rejimin kökü kəsilməyincə Azərbaycan xalqı bir gün görməyəcək” ifadələri işlədilmişdir. Həmin tarixli digər bir paylaşımında ölkə prezidenti “sionist nökəri İlham kürdiyev” adlandırılmaqla “bu satqın hakimiyyətin təbliğatlarına uyanlar balaları evlərinə tabutlarda gələndə və evləri başlarına uçanda anlayacaqlar necə böyük qələt etdiklərini” ifadələri işlənmişdir. 23 yanvar 2023-cü il tarixli paylaşımında “yaşıl paltarlıların hər biri İran Sepahının komandir və zabitləridir. Təbii fəalkət zamanı Azərbaycanda hansısa məmur Sepah komandirləri kimi xalqa belə xidmət etməz” ifadələrini işlətmişdir. Həmin tarixdə “Kərimə dövlət” səhifəsindən Təqsirləndirilən şəxs1 etdiyi paylaşımda Azərbaycan polisi Fələstində müsəlman qadınları döyən İsrail əsgərləri ilə müqayisə edilərək pislənməyə çalışılmışdır. 22 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən Atatürkün İslamı təhqir etməsini əsaslandırmağa çalışan paylaşımlar edilməklə türkçülük ideologiyasının qrupda olmamasına çalışmışdır. Eyni məzmunlu paylaşımları Təqsirləndirilən şəxs13 də etmişdir. 20 yanvar 2023-cü il tarixli Təqsirləndirilən şəxs13 paylaşımında “Hüseyniyyun və Kərimə Dövlət” həştəqləri qoyularaq təbliğatları aparılmış və bu sözlər qeyd edilmişdir: “Hüseynçilər yurdu olan Azərbaycanda mütləq Kərimə Dövləti qrurulacaq, qələbə sionistlərdən və təkfirçilərdən qurtulacaq olan Azərbaycan xalqının olacaq. Biz Müqavimət cəbhəsi olaraq sizə söz veririk”. 18 yanvar 2023-cü il tarixli danışıqdan “Keysan” ləqəbli Təqsirləndirilən şəxs1 qrupa əlavə etdiyi şəxsin etibarsız olması müəyyən edilmiş, həmçinin qrupun gizli olması Təqsirləndirilən şəxs13 tərəfindən vurğulanmışdır. 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs13 “DTX başçısı X73 qorxusu” başlıqlı paylaşım etməsi müəyyən edildi. 08 yanvar tarixində qrup üzvləri arasında gedən mübahisədə Təqsirləndirilən şəxs13 İranın tərəfini saxlamaqla onu “İslamın qalası” adlandırmışdır. Həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs13 İran İslam Respublikasında olmaqla kəşfiyyat-təxribat fəaliyyətləri ilə məşğul olan Orxan Məmmədovun çıxışlarına qulaq asılmalı olduğunu qrup üzvlərinə məsləhət görür. Həmin tarixdə etdiyi paylaşımında “yəhudi İlham üçün vuruşma” həştəqi yazılmış və Azərbaycan ordusunda xidmətdən çəkinmək təbliğ edilmişdir. 02 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs13 etdiyi paylaşımda ulu öndər X87 alim ilə müqayisəsi verilmiş və islam qaydaları ilə idarə edilən dövlətin üstünlüyü nümayiş etdirilmiş, eləcə də kərimə dövləti həştəqi paylaşıma yazılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs1 etdiyi paylaşımda “Cənab Kürdiyev, sizin planlarınızı alt-üst edəcək planlar da var. Sən artıq, Azərbaycanın gələcək hökmünü verdin. Qaldı o hökmün icrasına və sizlərin bu hökmdən sonrakı aqibətinizin həyata keçməsinə” ifadələri əks olunmuşdur. 01 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs13 paylaşımında “Hüseyniyyun və Kərimə Dövlət” həştəqləri qoyularaq təbliğatları aparılmış və bu sözlər qeyd edilmişdir: “Biz və bizə qoşulacaq olan hər bir mücahidlə birlikdə söz veririk ki, Azərbaycanı bu alçaq və şərəfsiz hakimiyyətdən xilas edəcəyik. Ümid edirik ki, bu ana çox qalmayıb”. 21 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Qisas313” səhifəsinə dəvət linki paylaşması müəyyən edildi. 20 dekabr 2022-ci il tarixli paylaşımda Təqsirləndirilən şəxs1 Hüseyniyyunun gizli qruplarının çıx olduğunu, hər birinin Azərbaycanda islam inqilabı üçün böyük işlər gördüyünü, qrupa üzvlərinin məktəbli kimi formalaşıb öz səviyyələrində böyük işlər görməklərini istədiyini bildirmişdir. Bundan başqa onları tanıyacağını və qrupa adamlar əlavə edəcəyini bildirmişdir. Həmçinin həmin tarixdə Hüseyniyyunun səhifəsində Kərimə dövləti ilə bağlı olan paylaşımı qrupa göndərmişdir. Göstərilən hallardan başqa çoxsaylı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs13 tərəfindən edilən anti-Azərbaycan yönümlü, Azərbaycanda olan hakimiyyətin sionist rejim olduğunu təbliğ edən, hakimiyyətin devrilməsi və İslam dininin qanunları ilə idarə edilən dövlət qurulmasını təbliğ edən paylaşımlar edilmişdir. 04 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs10 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********09 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Əliaşiqi313” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Telegramda olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs10 Telegramda X164 Xamenei, Virtual Müqavimət, Cihad qrupu və səhifəsi, Zuhurxeber səhifəsi, İslamchat313 qrupu, Müqavimət əhli 313 səhifəsi, X100 səhifəsi, Yağlı xəbər səhifəsi, Qisas313 səhifəsi, “Hüseyniyyun” Azərbaycan X30 səhifəsi, Zühur ordusu səhifəsi müəyyən edilmişdir. Bundan başqa Əbu Zeynəb və Keysan ləqəbli şəxs, “Ruhullah əmi” və “Ali Axundzade” Məhərrəməli adlı şəxslərlə danışıqlar müəyyən edildi. Əbu Zeynəb ləqəbli iş üzrə Təqsirləndirilən şəxs2la danışıqlara baxış keçirildikdə 19 yanvar 2023-cü il tarixdə Əlimürsəl Axundzadə ilə Təqsirləndirilən şəxs2 əlaqəsini təsdiq edən danışıqlar müəyyən edildi. Həmin danışıqlarda Əlimürsəl Axundzadənin müvəqqəti olaraq pul borcu istəməsi ilə əlaqədar səs yazısını Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs10 göndərmişdir. Həmçinin danışıqlarda Təqsirləndirilən şəxs10 və Təqsirləndirilən şəxs2 İrana getmək istədikləri görünür. Bundan başqa 19 yanvar 2023-cü il tarixli danışıqda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs10 ilə getdikləri işlə bağlı Əlimürsəl Axundzadənin pul göndərməsindən danışır. Bundan başqa Təqsirləndirilən şəxs2 Və Təqsirləndirilən şəxs10 Rufulla Axundzadə və Əlimürsəl Axundzadə ilə əlaqələrini təsdiq edən danışıqları müəyyən edildi. Təqsirləndirilən şəxs10 “Ruhullah əmi” adı ilə telefona qeyd etdiyi +**********72 saylı mobil nömrənin sahibi olan X33 ilə danışıqları müəyyən edildi. 23 noyabr 2022-ci il tarixdə X12 bağlı paylaşımı göndərməsi müəyyən edildi. 24 noyabr 2022-ci il tarixdə Rufullanın göndərdiyi paylaşımda Azərbaycan hakimiyyəti sionist nökəri adlandırılmış, Azərbaycan hakimiyyəti pislənmiş və İran dəstəklənmişdir. 25 noyabr 2022-ci il tarixli paylaşımda Hüseyniyyunun tarixçəsindən danışılır. 28 noyabr 2022-ci il tarixli Rufulla Axundzadənin göndərdiyi paylaşımda “Müqavimət sizi dizə çökdürəcək! Nardaranı unutmamışıq” başlığı qeyd edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs10 “söhbətlərin axırı nətər olacaq əmi, avam camaat nə qədər yatacaq” mesajı yazması müəyyən edildi. 01 dekabr 2022-ci il tarixdə Rufulla Axundzadəyə yazdığı mesajında “Əmi mənim vəzifəm nədir, mən nətər xidmət göstərə bilərəm” sözləri yazılmışdır. 08 dekabr 2022-ci il tarixdə Rufulla Axundzadənin göndərdiyi paylaşımda “Əliyevlərin qarşısında olan 2 seçim Böyük fitnələr zamanı Hüseyniyyunun Azərbaycana Nicat verməsi” ifadələri qeyd edilmişdir. 19 dekabr 2022-ci il tarixli Rufulla Axundzadənin göndərdiyi paylaşımda kərimə dövləti, hüseyniyyun, müqavimət, yeni dünya düzəni ifadələri yer almışdır. 20 dekabr 2022-ci il tarixli danışıq zamanı X29 barədə danışaraq onun Qurana and içdiyini, lakin münafiqlik etdiyini bildirir. 24 dekabr 2022-ci il tarixdə Rufulla Axundzadə göndərdiyi paylaşımında Azərbaycanda silahlı müqavimət dəstəklənmişdir. Həmin tarixdə göndərdiyi digər paylaşımda Kərimə dövlətinin Azərbaycanda qurulmasının səbəbləri göstərilməyə çalışılmışdır. 25 dekabr 2022-ci il tarixdə isə Rufulla Axundzadənin göndərdiyi paylaşımda Azərbaycanda mövcud olan hakimiyyət pislənmiş və hakimiyyətə qarşı təbliğat aparılmışdır. Həmin paylaşım Kərimə dövlət səhifəsindən göndərilmişdir. 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs12 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Telefonun “Telegram” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********12 saylı nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Huseyn Huseyni” olaraq qeyd edilmişdir. Bundan sonra “Telegram” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Telegramda olan danışıqlara baxış keçirən zamanı Təqsirləndirilən şəxs12 Telegramda X100, Cihad, Yağlı Xəbər, Qisas313, Müqavimət əhli 313, Zühur ordusu, Məhbus Məktubu kimi radikal-şiə yönümlü hərbi-siyasi xarakterli səhifələri izləməsi müəyyən edildi. Danışıqlara baxış zamanı Ruhullah Axundzadə adı ilə qeyd edilmiş X33 ilə çoxsaylı danışıqlar müəyyən edildi. Belə ki, X107 Mirzəyevə çoxsaylı radikal-şiə yönümlü, hərbi-siyasi xarakterli paylaşımları uzun müddət göndərmişdir. 04 aprel 2023-cü il tarixli danışıqda Rufulla Axundzadənin əvvəllər ona Təqsirləndirilən şəxs12 göndərdiyi tərcümeyi-halını yenidən göndərməsini istəməsi müəyyən edildi. Yusif isə cavab olaraq “Mən Təqsirləndirilən şəxs12 2003-cü il fevral ayının 15-i Gədəbəy rayonunda dünyaya gəlmişəm. Hal hazırda Bakıda yaşayıram və Bakı Mühəndislik Universitetində Komputer Mühəndisliyi təhsili alıram. Ailədə 5 nəfərik. Atam və Anam işləyir. 2 bacım var. Subayam” deyə mesaj göndərmişdir. Həmin danışıqlara baxış zamanı Təqsirləndirilən şəxs12 şəxs hüquq mühafizə orqanları tərəfindən tutulana qədər əlaqəsinin olduğu müəyyən edildi. 232990009 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs olmuş və daha sonra 18 iyul 2023-cü il tarixdə barəsində başqa cinayət işi ayrılmış X61 telefonuna 19 may 2023-cü il tarixli baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Telefonun “WhatsApp” ani mesajlaşma sisteminə daxil olduqda parametrlər bölməsində telefona +**********31 mobil nömrə vasitəsilə ani mesajlaşma sisteminin yazıldığı müəyyən edildi. Qeydiyyatdan keçirilən profilin adı “Ezemetli Rehberim” olaraq qeyd edilmişdir. Bundan sonra “WhatsApp” ani mesajlaşma sistemində olan danışıqlara baxış başlandı. Arif Cümşüdovun mobil telefonuna “Ruhullah Emim” olaraq qeyd etdiyi +**********72 saylı İran İslam Respublikasının mobil operatoruna məxsus mobil nömrənin sahibi olan iş üzrə təqsirləndirilən şəxs X33 ilə “WhatsApp” ani mesajlaşma sistemində danışıqları müəyyən edildi. Danışıqlara baxış keçirdikdə 11 oktyabr 2022-ci il tarixdə Rufulla Axundzadə “Mən bir qrup açmışam “Qisas” qrupu 18 nəfər “boyeviklər”(döyüşçülər) yetişdirirəm, onlara dini and içdirmişəm. Uşaqlardan biri Biləsuvarlıdı istəyir Tərtərli balasını qrupa dəvət eləsin. Mən də demişəm ki, axtarış eliyin görün kimdi filan. Çünki qrupda heçkim başqa söhbət eliyə bilmir. Mən onları hazırlayıram. İnşallah onları hazırlayıram Azərbaycanda islam dövlətinin qurulmasında fəaliyyətləri olacaq. Necə lazımdı quruculuq ərəfəsində “Boyeviklər” yatişdirirəm, tapşırıqlar verirəm ki, nə etməlidirlər, bədənlərini, şüurlarını və imanlarını möhkəmləndirsinlər. Bu uşağı maraqlan bir dənə mənə cavab ver görüm bu uşağı qrupa götürə bilərəm ya yox. Belə pis uşağa oxşamır. Görürəm belə nurani uşağa oxşuyur. Öhdəsindən gələ biləcək-bilməyəcək onu bilmirəm. Mənə lazımdır ki, adamlarım hər bir bölgədən olsun, hər yerdən olsun. ..... Yetişdirim 7N nəfər alınmasa 40 nəfər yetişdirim tapşırıqlar verəcəm onlara. O vaxt ki, mənim xəbərim olur burda (İran İslam Respublikasını nəzərdə tutur) çox şeydən ki, hansı vaxt desəm o işləri görsünlər. Özdə məndə fərdidir. Hər birinə fərdi tapşırıq verirəm. Avtobioqrafiyalarını öyrənirəm.” İfadələrini işlətmişdir. 01 avqust 2023-cü il tarixdə iş üzrə Şahid25 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki: Ağ rəngli Redmi markalı telefonun Telegram ani mesajlaşma sisteminə daxil olduqda orada “terefdarieli313” adı ilə +**********32 saylı mobil nömrə ilə qeydiyyatdan keçildiyi müəyyən edildi. Telefonda olan danışıqlara baxış zamanı Mir Vasid adı ilə telefona yazılmış +**********56 saylı mobil nömrənin istifadəçisi müəyyən edildi. Bundan başqa telefona baxış zamanı Dragon ləqəbi ilə qeydiyyatda keçmiş şəxslə danışıqlar müəyyən edildi. Həmin şəxslə 16 dekabr 2022-ci il tarixli danışıqda Şahid25 “sən ona bəssən məncə çünki Anarla mən burda sən orda bilib üstümüzə düşəcəklər, özümü belə durduq yerdə yandırmaq istəmirəm “ ifadələrini işlətdiyi, Dragon ləqəbli şəxsin “danışanda əslində İrandan danışmaq tam lazım deyil , altdan-altdan demək lazımdır. Həm də Türkiyənin elədiyi xainliyi, günahları demək bəs edir.” İfadələrini işlətməsi müəyyən edildi. 18 dekabr 2022-ci il tarixıi danışıqda Şahid25 Anar adlı tanışının ona ehtiyyat etməsini bildirdiyini, düz dediyini, “Tohid demişkən cihadımız silahımızdı” ifadələrini işlətdiyi müəyyən edildi. Burada Tohid dedikdə “Hüseyniyyun” X30 rəhbəri Tohid İbrahimbəyli nəzərdə tutulur. HəBuna cavab olaraq “Dragon” ləqəbli şəxsin “səni internetdə nəsə yazırsan deyə tutası deyillər” ifadəsini işlətməsi müəyyən edildi. Həmin danışıqda Şahid25 “adımı dəyişdim ki, təhlükəsiz olsun,” ifadələrini işlətməsi və təhqir formasında onları heçkəsin diqqətə almayacağını bildirməsi müəyyən edildi. Cavabında isə Dragon ləqəbli şəxs “hə çünki fikirləşirlər ki, özü üçün boş boş yazır” deyə bildirmişdir. Bundan sonra Dragon ləqəbli şəxsin “whatsapp” ani mesajlaşma sistemində qrupda yazanda heçkəsin ona heçnə demədiyini, neçə ay qrupu işlətdiyini bildirməsi müəyyən edildi. Cavab olaraq Şahid25 isə “amma bura yaxşıdı ki birbaşa qrupa yönləndirmək də olur nömrəni gizlətmək də” ifadələrini işlətməsi müəyyən edildi. Həmin tarixli danışıqda Şahid25 “nə yaxşı ki, Anarı da, səni də , qrup əhlini də ümumi olaraq tanımışam” ifadələrini işlətməsi, Dragonun isə “ nə yaxşı ki, sizin kimi müqavimətçi qardaşları tanımaq mənə nəsib olub” ifadələrini bildirməsi müəyyən edildi. Bundan başqa 1 yanvar 2023-cü il tarixli danışıqda Şahid25 1 nəfər sünni məzhəbindən olan şəxsi şiə məzhəbinə gətirməyə çalışması, dayısıoğlunun şiə olduğunu bildirməsi, əvvəllər iran meyilli olması lakin Şahid25 səyləri nəticəsində Xomeyninin kəlamını sosial şəbəkədə bəyənməsini bildirməsi müəyyən edildi. Dragon ləqəbli şəxsin isə Şahid25 sünni məzhəbindən şiə məzhəbinə gətirdiyi şəxs “üzərində işləməyi” tapşırması müəyyən edildi. Həmin şəxslə 22 yanvar 2023-cü il tarixli danışıqda Şahid25 Hüseyniyyun və Kərimə dövlətindən danışdığı müəyyən edildi. Dragon ləqəbi ilə qeydiyyatdan keçən şəxsin isə qrupda Cənab Rafizi adı ilə olan şəxsin “ziddi-vilayətçi, Xamenei ağaya qarşı olması” qeyd edilmişdir. 31 oktyabr 2023-cü il tarixdə “Youtube” sosial platformasına baxış zamanı müəyyən edilmişdir ki: Youtube sosial platformasına daxil olmaqla orada axtarış yerinə “Mir Şahin və imam” yazılmaqla axtarış elan edildi. Bundan sonra “Zehram TV” kanalında Zərərçəkmiş şəxs2 İmam Abbas və İmam Hüseyn barəsində çıxışı müəyyən edildi. Videoda Zərərçəkmiş şəxs2 “bir əlində Paşinyanın o biri əlində Həzrəti Abbasın qolu Azərbaycan üzərinə gəlir İran, yoxsa İmam Hüseynova bacıları öz məharətlərini hələ göstərəcək” ifadələrini işlətməsi müəyyən edildi. 23 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs2 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 23 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs3 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 24 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs11 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı şəxsi mülahizələrinə əsaslanaraq müdafiə mövqeyindən çıxış etməklə qeyri-müəyyən cavablar vermişdir. 24 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs7 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 24 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs4 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 25 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs5 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 25 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs10 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 25 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs8 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı qismən etiraf ifadəsi verərək qeyri-müəyyən cavablar vermişdir. 25 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs9 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 26 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs6 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 26 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs13 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı qismən etiraf ifadəsi verərək qeyri-müəyyən cavablar vermişdir. 27 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs1 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 27 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs12 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi vermişdir. 03 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********36 saylı mobil nömrə, Təqsirləndirilən şəxs4 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********20 saylı mobil nömrə, Təqsirləndirilən şəxs1 məxsus “Samsung A 40” markalı mobil telefon, Təqsirləndirilən şəxs5 məxsus “Huawei” markalı mobil telefon və ona quraşdırılmış +**********58 saylı mobil nömrə, Təqsirləndirilən şəxs6 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********22 saylı mobil nömrə, Təqsirləndirilən şəxs8 məxsus “Poco” markalı mobil telefon və ona quraşdırılmış +**********36 saylı mobil nömrə, Təqsirləndirilən şəxs9 məxsus “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs10 məxsus “Redmi Note 9” markalı mobil telefon və ona quraşdırılmış +**********09 saylı mobil nömrə, Təqsirləndirilən şəxs12 məxsus “Huawei” markalı mobil telefon və ona quraşdırılmış +**********12 saylı mobil nömrə, Təqsirləndirilən şəxs13 məxsus “Honor” markalı mobil telefon və ona quraşdırılmış +**********56 saylı mobil nömrə, eləcə də iş üzrə Şahid25 məxsus Redmi markalı mobil telefon və ona quraşdırılmış +**********32 saylı mobil nömrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 02 fevral 2023-cü il tarixli DTX Hərbi əks-kəşfiyyat baş idarəsindən daxil olan əməliyyat məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin foto-video çəkilişlərini aparmış, həmin tapşırığı İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən X3 almış, eləcə də həmin çəkilişləri aparmaq üçün fotoaparatı Şahid4 kirayə olaraq əldə etmişdir. Bundan başqa Telegram ani mesajlaşma sistemində “Hüseynçilər 313” qrupunda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, bundan sonra onlar Əlimürsəl Axundzadə tərəfindən İİR-nı sərt tənqid etmiş Zərərçəkmiş şəxs2 və “hicab” qadağasını təhsil müəssisələrində tətbiq etmiş Zərərçəkmiş şəxs1 odlu silahla sui-qəsdin təşkil edilməsi istiqamətində tapşırıqlar almışlar. Həmin tapşırıqların icrası istiqamətində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 iş yerinin qarşısına bir neçə dəfə getməklə onun hərəkət marşurutu və iş qrafikini müəyyən etməklə onu güdmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs1 iş yeri - AMEA-nın nəznində fəaliyyət göstərən Riyaziyyat və Mexanika inistutunun qarşısına gedərək sonuncunun xidməti maşını və dövlət qeydiyyat nömrəsini müəyyən etmişlər. Bundan başqa Əlimürsəl Axundzadənin atası X18 İİR-da yaşaması, Azərbaycan hökumətinə qarşı sərt mövqedə olması, iranyönümlü dövlət quruluşunun tərəfdarı olması, İİR xüsusi xidmət orqanları ilə sıx əlaqədə olması, Onun İranda yaşayan və oranın xüsusi xidmət orqanları ilə əlaqədə olan Vüsal İsgəndərli, Tohid İbrahimbəyli, İsgəndər Hüseynovla əlaqədə olması, eləcə də ƏN Penitensiar Xidmətin Qobustan həbsxanasında saxlanılan Taleh Bağırzadə ilə əlaqələri müəyyən edilmişdir. Bundan başqa X39 İsgəndərli ilə sıx əlaqələri müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə DTX əməkdaşları tərəfindən saxlanılaraq AR CM 274-cü maddəsi ilə həbs edilmiş X97 rayonunda olan evində gizli formada axtarış keçirmişlər. Belə ki, Tural Məmmədov evində İran XXO tərəfindən təqdim edilmiş xüsusi texniki vasitəsilə Yevlax aeroportunda dislokasiya olunmuş AR MN HHQ-ə məxsus pilotsuz uçuş aparatlarına nəzarət etmişdir. Əlimürsəl Axundzadə tərəfindən İİR XXO-nun tapşırığına əsasən Tural Məmmədovun həbsindən sonra xüsusi texniki avadanlığın DTX tərəfindən aşkarlanıbaşkarlanmadığını yoxlamaq məqsədilə Təqsirləndirilən şəxs2 Yevlax şəhərinə göndərmişdir. Tapşırığın icrası ilə əlaqədar olaraq ilk dəfə 2022-ci ilin dekabr aylarında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs10 ilə daha sonra isə 2023-cü ilin yanvar ayında 3 dəfə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə həmin evə axtarış keçirmək üçün getmişlər. Sonuncu dəfə gedişdə evə daxil olmağa nail olmuş Tural Məmmədova aid olan şəxsi əşyaları götürmüşlər. 14 aprel 2023-cü il tarixli DTX Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, X33 və X1 İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda olan şəxslərdir, eləcə də Əlimürsəl Axundzadə “Höcətullah” ləqəbi ilə İİR İİMK-nın hərbi təlimlərinə cəlb edilmişdir. 17 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs7 həmin tarixdə DİN BMCMİ-nin inzibati binasina gətirilmiş, protokolda qeyd edilən polis əməkdaşlarının iştirakı ilə video qeydiyyat aparılmaqla şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və 02 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs7 video çəkilişdə əməllərini etiraf etmiş, psixotrop maddəyə bənzər maddələrlə bağlı satış məqsədi olmadığını, yalnız daşıyaraq üzərində saxladığını qeyd etmişdir. Videoqeydiyyat aparılan şəxsi axtarış DVD diskə yazılmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin aşkar edilmiş psixotrop maddəyə bənzər maddələrlə bağlı 17 aprel 2023-cü il tarixdə məhkəmə-kimyəvi ekspetizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 18 aprel 2023-cü il tarixli 6/2256 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiyaza təqdim edilmiş 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,093 qram və 5,643 qram, ümumi təmiz çəkisi 9,736 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddələr maddi sübut kimi tanınaraq 18 may 2023-cü il tarixdə DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. 25 aprel 2023-cü il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, İran İslam Respublikasında yaşayan X33 və X9 Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə”(dini) dövlətinin qurulması, ictimai və vəfizəli şəxslərə qarşı sui-qəsdlərin təşkil edilməsi məqsədilə dəstələr təşkil etmək üçün Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10 və X34 “Qisas” teleqram qrupuna üzv seçməklə təlimatlandırmaları, onları təsir dairəsində saxlamaq üçün davamlı virtual görüşlər keçirmələri və dini inanclarından istifadə etməklə göstərilən məqsədlərə dönmədən əməl edəcəklərinə dair Qurani-Kərim kitabına and içmələrini təmin etmələri, qrup üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırmaları müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 179/MEŞ nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs7 alın nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi. 18 aprel 2023-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 1463/K nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs7 qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs9 həmin tarixdə Biləsuvar rayon polis şöbəsinin inzibati binasina gətirilmiş, protokolda qeyd edilən polis əməkdaşlarının iştirakı ilə video qeydiyyat aparılmaqla şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və 01 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Məhərrəmli Musayev video çəkilişdə əməllərini etiraf etmiş, narkotik vasitəyə bənzər maddələrlə bağlı satış məqsədi olmadığını, yalnız daşıyaraq üzərində saxladığını qeyd etmişdir. Videoqeydiyyat aparılan şəxsi axtarış DVD diskə yazılmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin aşkar edilmiş narkotik vsitəyə bənzər maddələrlə bağlı 29 mart 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspetizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Mərkəzi X26 Regional bölməsinin 30 mart 2023cü il tarixli 19/373 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiyaza təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 12,245 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin narkotik vasitə maddi sübut kimi tanınaraq 18 may 2023-cü il tarixdə DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. 06 may 2023-cü il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, İran İslam Respublikasında yaşayan X33 və X9 Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə”(dini) dövlətinin qurulması, ictimai və vəfizəli şəxslərə qarşı sui-qəsdlərin təşkil edilməsi məqsədilə dəstələr təşkil etmək üçün Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10 və X34 “Qisas” teleqram qrupuna üzv seçməklə təlimatlandırmaları, onları təsir dairəsində saxlamaq üçün davamlı virtual görüşlər keçirmələri və dini inanclarından istifadə etməklə göstərilən məqsədlərə dönmədən əməl edəcəklərinə dair Qurani-Kərim kitabına and içmələrini təmin etmələri, qrup üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırmaları müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 142 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs9 hər hansı bir xəsarət aşkar edilməmişdir. Səhiyyə Nazirliyi Məhkəmə X15 xx.xx.2023-cü il tarixli 998 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs9 ona istinad edilən əməllər barəsində anlaqlı hesab edilməlidir. 06 may 2023-cü il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs10 arasında keçirilmiş üzləşdirilmə protokolundan görünür ki, hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.2-ci maddəsi üzrə əməllərini etiraf etmişlər. 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs8 həmin tarixdə Abşeron rayon polis idarəsinin inzibati binasina gətirilmiş, protokolda qeyd edilən polis əməkdaşlarının iştirakı ilə video qeydiyyat aparılmaqla şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs8 video çəkilişdə əməllərini etiraf etmiş, psixotrop maddəyə bənzər maddələrlə bağlı satış məqsədi olmadığını, yalnız daşıyaraq üzərində saxladığını qeyd etmişdir. Videoqeydiyyat aparılan şəxsi axtarış DVD diskə yazılmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Aşkar edilmiş psixotrop maddəyə bənzər maddələrlə bağlı 29 mart 2023-cü il tarixdə məhkəmə-kimyəvi ekspetizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 30 mart 2023-cü il tarixli 6/1849 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiyaza təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 5,267 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə maddi sübut kimi tanınaraq 18 may 2023cü il tarixdə DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. 29 aprel 2023-cü il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, İran İslam Respublikasında yaşayan X33 və X9 Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə”(dini) dövlətinin qurulması, ictimai və vəfizəli şəxslərə qarşı sui-qəsdlərin təşkil edilməsi məqsədilə dəstələr təşkil etmək üçün Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10 və X34 “Qisas” teleqram qrupuna üzv seçməklə təlimatlandırmaları, onları təsir dairəsində saxlamaq üçün davamlı virtual görüşlər keçirmələri və dini inanclarından istifadə etməklə göstərilən məqsədlərə dönmədən əməl edəcəklərinə dair Qurani-Kərim kitabına and içmələrini təmin etmələri, qrup üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırmaları müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 621 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs8 hər hansı bir xəsarət aşkar edilməmişdir. Səhiyyə Nazirliyi Məhkəmə X15 xx.xx.2023-cü il tarixli 2847 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs8 ona istinad edilən əməllər barəsində anlaqlı hesab edilməlidir. 29 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs7 arasında keçirilmiş üzləşdirilmə protokolundan görünür ki, hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.2-ci maddəsi üzrə əməllərini etiraf etmişlər. 25 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs8 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə əməllərini etiraf etmişdir. 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs10 həmin tarixdə Tərtər rayon polis şöbəsinin inzibati binasina gətirilmiş, protokolda qeyd edilən polis əməkdaşlarının iştirakı ilə video qeydiyyat aparılmaqla şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və 01 ədəd bükümdə psixotrop maddəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs10 video çəkilişdə əməllərini etiraf etmiş, psixotrop maddəyə bənzər maddələrlə bağlı satış məqsədi olmadığını, yalnız daşıyaraq üzərində saxladığını qeyd etmişdir. Fotoçəkilişi və Videoqeydiyyat aparılan şəxsi axtarış DVD diskə yazılmaqla və şəkillər cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin aşkar edilmiş psixotrop maddəyə bənzər maddələrlə bağlı 29 mart 2023-cü il tarixdə məhkəmə fiziki-kimyəvi ekspetizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Mərkəzi X55 Regional bölməsinin 30 mart 2023-cü il tarixli 16/377 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiyaza təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 5,207 qram olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddə maddi sübut kimi tanınaraq 18 may 2023-cü il tarixdə DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. 03 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs10 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə əməllərini etiraf etmişdir. 17 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs11 həmin tarixdə DİN BMCMİ-nin inzibati binasina gətirilmiş, protokolda qeyd edilən polis əməkdaşlarının iştirakı ilə video qeydiyyat aparılmaqla şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və 02 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs11 video çəkilişdə əməllərini etiraf etmiş, psixotrop maddəyə bənzər maddələrlə bağlı satış məqsədi olmadığını, yalnız daşıyaraq üzərində saxladığını qeyd etmişdir. Videoqeydiyyat aparılan şəxsi axtarış DVD diskə yazılmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin aşkar edilmiş psixotrop maddəyə bənzər maddələrlə bağlı 17 aprel 2023-cü il tarixdə məhkəmə-kimyəvi ekspetizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 17 aprel 2023-cü il tarixli 6/2253 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiyaza təqdim edilmiş 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,846 qram və 4,265 qram, ümumi təmiz çəkisi 8,111 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddələr maddi sübut kimi tanınaraq 18 may 2023-cü il tarixdə DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. 24 aprel 2023-cü il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, İran İslam Respublikasında yaşayan X33 və X9 Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə”(dini) dövlətinin qurulması, ictimai və vəfizəli şəxslərə qarşı sui-qəsdlərin təşkil edilməsi məqsədilə dəstələr təşkil etmək üçün Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10 və X34 “Qisas” teleqram qrupuna üzv seçməklə təlimatlandırmaları, onları təsir dairəsində saxlamaq üçün davamlı virtual görüşlər keçirmələri və dini inanclarından istifadə etməklə göstərilən məqsədlərə dönmədən əməl edəcəklərinə dair Qurani-Kərim kitabına and içmələrini təmin etmələri, qrup üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırmaları müəyyən edilmişdir. 18 aprel 2023-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 1462/K nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs11 qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 180/MEŞ nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs11 sol bazunun sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi. 29 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs11 arasında keçirilmiş üzləşdirilmə protokolundan görünür ki, hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.2-ci maddəsi üzrə əməllərini etiraf etmişlər. 19 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs12 həmin tarixdə DİN BMCMİ-nin inzibati binasina gətirilmiş, protokolda qeyd edilən polis əməkdaşlarının iştirakı ilə video qeydiyyat aparılmaqla şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və 02 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs12 video çəkilişdə əməllərini etiraf etmiş, psixotrop maddəyə bənzər maddələrlə bağlı satış məqsədi olmadığını, yalnız daşıyaraq üzərində saxladığını qeyd etmişdir. Videoqeydiyyat aparılan şəxsi axtarış DVD diskə yazılmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin aşkar edilmiş psixotrop maddəyə bənzər maddələrlə bağlı 19 aprel 2023-cü il tarixdə məhkəmə-kimyəvi ekspetizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 20 aprel 2023-cü il tarixli 6/2341 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiyaza təqdim edilmiş 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,925 qram və 4,483 qram, ümumi təmiz çəkisi 7,408 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddələr maddi sübut kimi tanınaraq 18 may 2023-cü il tarixdə DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. 06 may 2023-cü il tarixli əməliyyat tapşırığının cavabından görünür ki, İran İslam Respublikasında yaşayan X33 və X9 Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə”(dini) dövlətinin qurulması, ictimai və vəfizəli şəxslərə qarşı sui-qəsdlərin təşkil edilməsi məqsədilə dəstələr təşkil etmək üçün Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs10 və X34 “Qisas” teleqram qrupuna üzv seçməklə təlimatlandırmaları, onları təsir dairəsində saxlamaq üçün davamlı virtual görüşlər keçirmələri və dini inanclarından istifadə etməklə göstərilən məqsədlərə dönmədən əməl edəcəklərinə dair Qurani-Kərim kitabına and içmələrini təmin etmələri, qrup üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırmaları müəyyən edilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə X15 xx.xx.2023-cü il tarixli 2848 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs12 ona istinad edilən əməllər barəsində anlaqlı hesab edilməlidir. Məhkəmənin hüquqi qiymətləndirməsi: İstintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini: Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.3, 274 və 278.2, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 274, 28,277 və 278.2, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 274, 28,277 və 278.2, Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 274, 28,277 və 278.2, Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 274 və 278.2, Təqsirləndirilən şəxs6 Cinayət Məcəlləsinin 274 və 278.2, Təqsirləndirilən şəxs7 Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs8 Cinayət Məcəlləsinin 234.1-1, 28,277 və 278.2, Təqsirləndirilən şəxs9 Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs10 Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs11 Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs12 Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs13 Cinayət Məcəlləsinin 278.2-ci maddələri ilə tövsif etmişdir. X70 məhkəmədə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmədiyini, dövlətə xəyanət etmədiyini, lakin dövlətin konstitusion quruluşunu dəyişərək “Kərimə” dövləti qurmaq istədiklərini, o bu məqsədlərinə nail olmaq üçün “Qisas” qrupunda “Keysan” ləqəbi ilə fəaliyyət göstərdiyini, bütün bunların İran İslam Respublikasında yaşayan və Azərbaycan Respublikası əleyhinə təbliğat aparan Ruhulla Axundzadə və başqa şəxsin tapşırıqları əsasında həyata keçirildiyini göstərərək ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətdiyini və inkar etdiyi ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini də faktiki olaraq təsdiq etdi. Təqsirləndirilən şəxs2 məhkəmədə dövlətə xəyanət etmədiyini, lakin dövlət və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq hərəkətləri törətməkdə özünü qismən təqsirli bildiyini bəyan edib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onlara xəsarət yetirmək üçün onları izlədiklərini, İran İslam Respublikasında yaşayan və Azərbaycan Respublikası əleyhinə təbliğat aparan Ruhulla Axundzadə və başqa şəxsin tapşırıqları ilə “Qisas”, “Müqavimətə davam” qruplarında fəaliyyət göstərdiyini və məqsədlərinin Azərbaycanda “Kərimə” adlı dövlət yaratmaq olduğunu təsdiq edib, faktiki olaraq ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs7 məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, polis əməkdaşları tərəfindən saxlanıldığını, ona zor tətbiq olunduğunu, üzərinə iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin qoyulduğunu, həmin maddələrin ona aid olmadığını, ondan öz əleyhinə ifadə verməyi tələb etdiklərini, təzyiq altında ifadə verib “Qisas” qrupunun üzvlərindən Elgünü tanıdığını bildirdiyini, “Qisas” qrupuna qoşulmamışdan əvvəl “Telegram” sosial şəbəkəsində “Ya Hüseyn” ləqəbi ilə fəaliyyət göstərdiyini bildirdiyi ifadələrini polis əməkdaşlarına deyil ibtidai istintaqı aparan Təhlükəsizlik Orqanının müstəntiqinə verdiyi, onun təqsirləndirildiyi iş üzrə işin faktiki hallarına uyğun ifadələrini təsdiq etmişdir. O həmin ifadələrində “Qisas” qrupunda İran İslam Respublikasında yaşayan və Azərbaycan Respublikası əleyhinə fəaliyyət göstərən Ruhulla Axundzadə və başqa şəxsin rəhbərliyi və tapşırıqlarının icrası ilə əlaqədar fəaliyyət göstərdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs11 məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadığını, özünün “Qisas” və “Müqavimətə davam” qruplarına üzv olduğunu göstərmişdir. Məhkəmədə elan olunmuş ifadələrində təqsirləndirildiyi əməllərin onun tərəfindən törədilməsini təsdiq edən ifadələr vermiş və məhkəmə də onun ibtidai istintaq zamanı verdiyi ifadələrini işin faktiki hallarına uyğun ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs12 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq o, ifadələrində işin faktiki hallarna uyğun ibtidai istintaq zamanı verdiyi ifadələrini faktiki olaraq təsdiq etdi. Təqsirləndirilən şəxs3 məhkəmədə özünü təqsirli bilməyib verdiyi ifadələrində, ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsi, prosesi və mərhələləri barəsində ifadələr verib, öz ifadələri ilə ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən törədilməsini və bunu təsdiq edən ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdi. Təqsirləndirilən şəxs5 özünü dövlətə xəyanət etməkdə təqsirli bilməyib, Cinayət Məcəlləsinin 278.2-ci maddəsi ilə qismən təqsirli bilib işin faktiki hallarına uyğun ifadələr verib faktiki olaraq təqsirləndirildiyi əməllərin törədilməsi hallarını və özünün ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdi. Təqsirləndirilən şəxs6 Seyran oğlu ona elan olunmuş ittihamda nəzərdə tutulan əməllərin törədilməsində özünü təqsirli bilməyib, ittihamda nəzərdə tutulan cinayət əməllərinin törədilməsi halları barəsində ətraflı ifadələr verib, cinayətlərin törədilməsini və həmin halları təsdiq edən ibtidai istintaq zamanı verdiyi ifadələrini də faktiki olaraq təsdiq etdi. Təqsirləndirilən şəxs8 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib, həmin cinayət əməllərinin mahiyyətinə dair faktiki etirafedici ifadələr verib, öz ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdi. Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib öz ifadələri ilə faktiki olaraq ittihamda nəzərdə tutulan əməllərin törədilməsini və ibtidai istintaq zamanı verdiyi ittihamı təsdiq edən ifadələrini təsdiq etdi. Təqsirləndirilən şəxs10 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib öz ifadələri ilə faktiki olaraq ittihamda nəzərdə tutulan əməllərin törədilməsini və ibtidai istintaq zamanı verdiyi ittihamı təsdiq edən ifadələrini təsdiq etdi. Təqsirləndirilən şəxs9 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib öz ifadələri ilə faktiki olaraq ittihamda nəzərdə tutulan əməllərin törədilməsini və ibtidai istintaq zamanı verdiyi ittihamı təsdiq edən ifadələrini təsdiq etdi. Təqsirləndirilən şəxs13 özünü təqsirli bilməyib ifadələrində ittiham olumduğu cinayət əməlinin törədilməsi halları və nəticələri barəsində ifadələr verib, həm təqsirləndirildiyi əməllərin onun tərəfindən törədilməsini, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdi. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alıb təqsirləndirilən şəxslərin məhkəmədə işin faktiki hallarına və ibtidai istintaq zamanı verdiyi ifadələrinə uyğun hissələrini həqiqətə uyğun, ifadələrinin digər hissələrini isə özlərinin müdafiələrinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti məhkəmədə elan olunub araşdırılmış və öz təsdiqini tapmış, hökmün təsviri hissəsində qeyd olunan 06 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs5 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 14 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs6 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs8 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 05 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs9 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 01 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs13 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 04 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs10 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs12 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 01 avqust 2023-cü il tarixdə iş üzrə Şahid25 mobil telefonuna baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, 31 oktyabr 2023-cü il tarixdə “Youtube” sosial platformasına baxış zamanı müəyyən edilmiş məlumatların əks olunduğu protokol, həmçinin 23 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs2 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 23 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs3 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 24 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs11 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı şəxsi mülahizələrinə əsaslanaraq müdafiə mövqeyindən çıxış etməklə qeyri-müəyyən cavablar versə də təkzibolunmaz sübutlarla tam ifşa edilməsi, 24 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs7 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 24 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs4 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 25 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs5 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 25 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs10 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 25 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs8 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı qismən etiraf ifadəsi verərək qeyri-müəyyən cavablar vermiş, bununla da müdafiə mövqeyindən çıxış etməklə şəxsi mülahizələrinə əsaslanmış, lakin ona qarşı olan birbaşa sübutlar vasitəsilə tam ifşa edilməsi, 25 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs9 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 26 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs6 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 26 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs13 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı qismən etiraf ifadəsi verərək qeyrimüəyyən cavablar vermiş, bununla da müdafiə mövqeyindən çıxış etməklə şəxsi mülahizələrinə əsaslanmış, lakin ona qarşı olan birbaşa sübutlar vasitəsilə tam ifşa edilməsi, 27 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs1 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 27 oktyabr 2023-cü il tarixli dindirilməsi zamanı Təqsirləndirilən şəxs12 mobil telefonlara baxış zamanı müəyyən edilmiş hallarla bağlı etiraf ifadəsi verməsi, 02 fevral 2023-cü il tarixli DTX Hərbi əks-kəşfiyyat baş idarəsindən daxil olan əməliyyat məlumatı, 14 aprel 2023-cü il tarixli DTX Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş əməliyyat tapşırığının cavabı, 17 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunu, 25 aprel 2023-cü il tarixli əməliyyat tapşırığının cavabı, 18 aprel 2023-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 1463/K nömrəli rəyi, 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunu, 06 may 2023-cü il tarixli əməliyyat tapşırığının cavabı, 06 may 2023-cü il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs10 arasında keçirilmiş üzləşdirilmə zamanı hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.2-ci maddəsi üzrə əməllərini etiraf etmələri, 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunu, 29 aprel 2023-cü il tarixli əməliyyat tapşırığının cavabı, 29 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs7 arasında keçirilmiş üzləşdirilmə zamanı, hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.2-ci maddəsi üzrə əməllərini etiraf etmələri, 25 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs8 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə əməllərini etiraf etməsi, 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunu, 03 aprel 2023-cü il tarixli ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs10 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə əməllərini etiraf etməsi, 17 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunu, 24 aprel 2023-cü il tarixli əməliyyat tapşırığının cavabı, 18 aprel 2023-cü il tarixli Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 1462/K nömrəli rəyi, 29 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs11 arasında keçirilmiş üzləşdirilmə zamanıı hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.2-ci maddəsi üzrə əməllərini etiraf etmələri, 19 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun məzmunu, 06 may 2023-cü il tarixli əməliyyat tapşırığının cavabı və işin faktiki halları baxımından da əsaslıdır. Təqsirləndirilən şəxs1 məhkəmədə ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3 və 274-cü maddələri ilə özünü təqsirli bilmədiyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.2-ci maddəsi ilə qismən təqsirli bildiyini göstərib “Telegram” mesajlaşma sistemində qrup yaradıb dindarlarla birlikdə həmin qrupda iştirak etdiyini, müsəlman olduğuna və ilahiyyata inandığına görə təqsirli bilirlərsə, o, demokratizmə inanmadığını, Dövlət Təhlükəsizlik Xidmətində ibtidai istintaq dövründə ailəsi ilə təhdid olunduğunu, Azərbaycan Respublikasında “siyonizm” rejiminin məskən qurduğunu deyildiyini, özünün yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs13 cinayətə cəlb etmədiyini, Ruhulla Axundzadənin Azərbaycan Respublikasının vətəndaşı olub İran İslam Respublikasında yaşadığını, Azərbaycan Respublikası əleyhinə təbliğat apardığını, Mirşahin Ağayev barədə heç nə danışmadığını, özünü yalnız sosial şəbəkədəki fəlaiyyəti ilə əlaqədar təqsirli olduğunu düşündüyünü, ibtidai istintaq zamanı deyilən bütün ifadələrini məcbur olunaraq verdiyini, “Keysan” adını özü götürdüyünü, mənası ayıq-sayıq olmasını demək oldğunu, Teleqram” mesajlaşma sistemində yaradılan qrupda “Kərimə” dövləti yaratmaq və haqsızlıqlardan söhbət getdiyini, Qrupun yaradıcısı özünün olduğunu, kimin dini inancları var idisə, onu da qrupa əlavə etdiyini, Təqsirləndirilən şəxs13 oğlu ilə sosial şəbəkələr vasitəsilə söhbət etdiyini, özünün və Mir Vasidin “Kərimə” dövlətinin yaradılmasını istədiklərini, qrupda da iş bölgüsü barədə söhbətlər olduğunu, bu qədər təqsirləndirilən şəxslərin haqqına girdiyinə görə özünü təqsirli saydığını, yaratdığı qrupun adının «Qisas» olduğunu, “Qisas” sözünün Qurani-Kərimin ayəsində nəzərdə tutulduğunu, onlar qisası “siyonizm” rejimdən almağı planlaşdırdıqlarını, qisas dedikdə dövlət orqanlarında işləyən İsrail vətəndaşlarından qisas alınmasını nəzərdə tutduqlarını, əgər bu dediyi dövlətin konstitusion quruluşuna ziddirsə, bəli bu əməli törətməsini təsdiq etdiyini, Şirvan şəhərinin şəklini çəkməkdən imtina etdiyini, İlahi hakimiyyətin olacağının hər zaman gözlənildiyini, özünün məktəb qrupunda Mir Vasidlə tanış olduğunu, qrupun adminliyinin onda olduğunu, Mir Vasidə hər hansı hərəkəti etməsi üçün göstəriş vermədiyini, qrupun bütün üzvlərini sosial şəbəkədə tanıdığını, çıxışlarında “Kərimə” dövləti ilə bağlı məlumat verdiyini, özünün İlahi hakimiyyəti təbliğ etdiyini göstərdiyi halda o, ibtidai istintaq zamanı ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ildə “Telegram” mobil tətbiqində Ruhulla Axundzadə adlı şəxslə dini səhifə olan “Müqavvimət 313” səhifəsində tanış olduğunu və Ruhulla Axundzadənin dini radikal, dövlət əlehinə olan fikirləri onun diqqətini cəlb etdiyini, o, Rufullanın çıxışlarına, yazdığı yazılara meyillənib sonuncu ilə telegram mobil tətbiqində yazışmağa başladığını, Ruhulla Axundzadə Azərbaycan Respublikasının islam dövləti olmasını istədiyini dediyini, İslam dinini ləkələyənlərlə mübarizə aparmalı olduğunu dediyini, bundan başqa Ruhulla Axundzadə İran İslam Respublikası xüsusi xidmət orqanları ilə əlaqəli olan “Hüseyniyyun” Azərbaycan Müqavimət Hərəkatı təşkilatının rəhbəri Tohid İbrahimbəylinin də qaynatası olduğunu, o, Tohid İbrahimbəylinin, X126 Azərbaycan əlehinə olan radikal çıxışlarından təsirlənib Ruhulla Axunzadə ilə sıx əlaqələr yaratdığını, 2022-ci ilin yanvar ayından etibarən o, Ruhulla Axundzadə ilə Telegramda daha da sıx əlaqə saxlayaraq onunla əməkdaşlıq etməyə başladığını, o, həmin vaxtdan Rufullanın tapşırığı ilə Telegramda bir neçə səhifə və qrupları idarə etdiyini, bunların Qisas 313, Zuhurxeber səhifələri və İslamchat 313 qrupu olduğunu, həmin səhifələrdə aktiv radikal dini ideyalara malik olan şəxsləri toplayaraq əvvəl İslamchat313 qrupuna daha sonra isə Ruhulla Axunzadənin təxminən 2022-ci ilin iyul ayında ona verdiyi tapşırıq əsasında Telegramda yaratdığı gizli “Qisas” qrupuna əlavə etdiyini, radikal yönümlü şəxslərin toplanması və həmin şəxslərə tapşırıqlar verilməsi üçün “Qisas” qrupunu yaratdığını, qrupda həmçinin Rufullanın oğlu Əlimürsəl də olduğunu, onun həmin qruplarda ləqəbi “Keysan” olduğunu, bundan başqa o, “Hüseynçilər313” və Müqavimətə davam gizli qruplarını da Ruhulla Axundzadənin tapşırığı ilə açdığını, ümumiyyətlə onun Ruhulla Axundzadə tərəfindən verilən əsas vəzifəsi Azərbaycan Respublikasında İslam dövlətinin qurulmasında iştirak edəcək şəxsləri müəyyən edərək onları təşkilatlandırmaq olduğunu, Ruhulla Axundzadə və oğlu X98 İslam Respublikasının dövlət orqanları ilə əlaqəli olan şəxslər olduğunu və onların tapşırıqlarını yerinə yetirdiklərini, o, Ruhulla Axundzadədən başqa X50, Orxan Məmmədov, Əkrəm Hacızadə, Rahim Şirvanlı kimi İranda olan və oranın dövlət orqanları ilə əlaqədə olan şəxslərlə də Telegramda danışdığını, lakin əsas fəaliyyəti Ruhulla Axundzadə ilə olduğunu, o, Ruhulla Axundzadə və Əlimürsəl Axundzadənin tapşırğı ilə qrupa “Əbu Zeynəb” ləqəbli Təqsirləndirilən şəxs2, “Hüseyn” ləqəbli Təqsirləndirilən şəxs3, “Sərdar” ləqəbli, “Hüseyni” ləqəbli Təqsirləndirilən şəxs5, “Hizbullah” ləqəbli Təqsirləndirilən şəxs6, “Müntəzir” ləqəbli, “Ya Hüseyn” ləqəbli, “Ya Əli və X152” ləqəbli, “Hüseynçi” ləqəbli Təqsirləndirilən şəxs12, “Əli aşiqi 313” ləqəbli Təqsirləndirilən şəxs10, “Zalımın qorxusu məzlumun dayağı və Mücahid 313” ləqəbli Təqsirləndirilən şəxs9 Qisas qrupuna əlavə etdiyini, onlar hər biri qrupa daxil olaraq Ruhulla Axundzadənin qarşısında Qurana and içərək İmam Zaman ağanın və Xomenei ağanın yoluna sadiq qalacaqlarına, Azərbaycan Respublikasında Kərimə dövlətinin, İslam dövlətinin qurulmasına, Azərbaycanda olan sionist rejimə qarşı mübarizə aparacaqlarına və tapşırıqları yerinə yetirəcəklərinə and içdiklərini, bəziləri yazılı və ya səsli qaydada and içsələr də, o və bir çoxu video görüntü ilə and içdiyini, Ruhulla Axundzadə məxfiçilik üçün adını dəyişməsini bildirdiyini, o isə Keysan ləqəbini seçdiyini, qrupda “Real TV”-nin baş redaktoru Zərərçəkmiş şəxs2 “imamhüseynova bacıları” ifadəsinə görə mübahisə yarandığını, o və digər radikal şəxslər həmin ifadəyə görə Mir Şahinin cəzalandırılmalı olduğunu fikirləşdiklərini, o, şəxsən çox kəskin reaksiya verdiyi üçün Ruhulla Axunzadə ona şəxsidə “sən sakit ol və belə şeylərə baş qoşma” yazdığını, o isə dövlət orqanı və ya xalqın şəxsən özü tərəfindən hər hansı formada cəza, qınaq və ya digər növ məhdudlaşdırma tədbiri Mir Şahin barəsində görülməli olduğunu düşündüyünü, bundan başqa Ruhulla Axundzadənin DTX tərəfindən səs yazısının “Youtube” portalında və xəbərlərdə verilməsindən sonra Ruhulla Axundzadə ona “qisas” qrupunu müvəqqəti bağlamağı tapşırdığını, o da onun tapşırığı ilə qrupu bağladığını, 2022-ci ilin noyabr ayında qrupu müvəqqəti bağladığını, bundan sonra isə yenidən açdığını, 2022-ci ilin sonunda isə Qisas qrupunun davamı kimi Ruhulla Axundzadənin tapşırığı ilə Müqavimətə davam qrupunu açdığını, 2023-cü ilin yanvar ayında Əlimürsəl Axundzadə onunla danışığı zamanı Şirvan şəhər polis şöbəsinin şəkillərini çəkib ona göndərmək lazım olduğunu göstərdiyini, o isə Əlimürsəlin təklifinin problemli məsələ olduğunu düşünərək imtina etdiyini, lakin 04 fevral 2023-cü il tarixdə Əlimürsəl ona fotoaparat tapmağı tapşırdığını və həmin fotoaparatın şəklini onun həyat yoldaşının telegramına göndərdiyini, o isə həmin fotoaparatı tapmaqda yardım etməyi qəbul etdiyini, X23 bu fotoaparat onlara lazımlı əşya olduğunu göstərdiyini, çünki Əlimürsəlin bu fotoaparatla şəkillər çəkməyi kimlərəsə tapşıracağını bildiyini, həyat yoldaşının bu məsələlərdən xəbəri olmadığını, onun telegramından istifadə etdiyini bilsə də, nə üçün istifadə etdiyini və kimlə danışdığını bilmədiyini, bundan başqa o, 2022-ci ilin sentyabr ayında Telegramda Seyyid daha sonra isə Dragon və Hüseyn aşiqi ləqəblərini götürmüş şəxslə tanış olduğunu, onun Bakıda 11-ci sinifdə oxuduğunu, o, Seyyidlə danışdıqda sonuncunun da Azərbaycanda İslam dövlətinin qurulmasını istəməsini bildiyini, bundan sonra Seyyid ona Telegramda məktəblilərdən ibarət qrupu olduğunu, orada müqavimət səhifələrində olan təbliğatları apararaq onları hazırlaya biləcəyini dediyini, bundan sonra o, Seyyidin qrupu ilə maraqlanmış və Seyyid onu da qrupa saldığını, onlar birlikdə qrupun adını dəyişib Müqavimət məktəbi, şüarını isə Qisas yaxındır qoyduqlarını, o, 5 fevral 2023-cü il tarixdə tutulana qədər həmin qrup gizli qrup olaraq fəaliyyət göstərdiyini, onlar birlikdə qrupda Azərbaycanda kərimə dövlətinin qurulması ilə əlaqədar olaraq Hüseyniyyunun səhifəsindən və digər səhifələrdən paylaşımlar edib, uşaqların ideyalarını özümüzünkilərlə eyniləşdirməyə çalışdıqlarını, 05 fevral 2023-cü il tarixdə o, tutulmuş və həmin qrupun sonrakı taleyi barədə məlumatı olmadığını, bundan başqa ifadələrində Ruhulla Axundzadənin tapşırığı ilə yaradılmış gizli “Qisas” qrupuna əlavə edilərək məxfi əməkdaşlığa cəlb edilənlərdən birinin də “Hüseynçi” ləqəbi ilə “Telegram”da qeydiyyatdan keçmiş Yunus və ya Yunis adlı şəxs olduğunu, həmin şəxs Bakı şəhərində yaşayırmış və kompüter mühəndisliyi oxuduğunu, Hüseynçi ləqəbli şəxsin Bakının hansı ərazisində yaşaması və hansı universitetdə oxuması ilə bağlı dəqiq məlumatı olmadığını, həmin şəxsin atasının dünyasını dəyişdiyini, həmçinin Hüseynçi ilə bağlı bildiyi məlumatlardan biri də o idi ki, beynində xəstəliyi olduğunu, tez-tez yıxılıb ürəyi getdiyini, həmin şəxs Ruhulla Axundzadənin tapşırığı ilə bir neçə yerlərdə divarlara “X154” yazısı yazdığını, bir dəfə isə onunla danışığında kanalizasiya qapağının üzərinə İsrail dövlətinin bayrağını çəkdiyini deməsini, “Qisas” qrupunda gedən anti-Azərbaycan və anti-İsrail yönümlü təbliğatdan təsirlənərək bunu etdiyini, Hüseynçi Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə ilə əlaqədə olduğunu və məxfi əməkdaşlığa cəlb edildiyini, lakin konkret hansı tapşırıqları yerinə yetirdiyini bilmədiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ittiham olunan AR Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü təqsirli bilmədiyini, AR Cinayət Məcəlləsinin 28,277-ci maddəsinə əsasən qismən təqsirli bildiyini, səbəbi isə Mirşahin Ağayev televiziya proqramında İmam Hüseyni təhqir etməsi olduğunu, Mirşahin Ağayevə xəsarət yetirmək üçün onu izlədiyini, sadəcə edəcəyi hərəkəti tamamlaya bilmədiyini, həmçinin Zərərçəkmiş şəxs1 da xəsarət yetirmək üçün onu izlədiyini, dövlətə xəyanət etmədiyini, əvvəllər təqsirləndirilən şəxsləri tanımadığını, sadəcə qrup yaradıldıqdan sonra bir-iki dəfə təqsirləndirilən şəxslər Etibarı və Hüseyni gördüyünü, “Telegram” sosial şəbəkəsində yaradılan “Qisas” qrupuna Ruhullah Axundzadəyə şəxsi hörməti olduğuna görə qoşulduğunu, həmin qrupa Ruhulla Axundzadənin tapşırığı əsasında qoşulduğunu, qrupun adının “Qisas” olmasının səbəbi barədə marağı olmadığı üçün Ruhullah Axundzadəyə bu barədə sualı olmadığını, onun dininə qarşı olan Zərərçəkmiş şəxs1 və Mirşahin Ağayevə qarşı qisası olduğunu, şəxsən özü dövlətində İslam Hakimiyyətinin tərəfdarı olduğunu, qrupa “Əbu Zeynəb” ləqəbi ilə daxil olduğunu, “Müqavimətə davam” qrupunda da iştirak etdiyini, “Qisas” qrupu ləğv olunduqdan sonra yeni qrup yaradıldığını, özünün də həmin qrupa qoşulduğunu, “Qisas” qrupunda təxminən bir neçə ay iştirak etdiyini, qrupdakı şəxsləri şifahi tanıdığını, Mirşahin Ağayevi izləməyi barədə nə qrupdakı şəxslərlə, nə də Ruhulla Axundzadə ilə danışmadığını, Mirşahin Ağayevi iş yerinin yaxınlığında izlədiyini, Mirşahin işə öz avtomobili ilə deyil, həyat yoldaşının avtomobili ilə gəlib-getdiyini, Mirşahin Ağayevi iş yerinin ətrafında bir-iki ay müddətində izlədiyini, hər gün həyat yoldaşının avtomobili ilə gəldiyi üçün onu tək tuta bilmədiyini, Mirşahin Ağayevi tək tuta biləcəyi təqdirdə şəraitə əsasən ona xəsarət yetirməyi planlaşdırdığını, Tural Məmmədovu şəxsən tanımadığını, amma onun kim olduğunu bildiyini, onun evində olan “Notebook”-a görə Yevlax rayonuna getdiyini, evdə “Notebook”-un olduğunu ona Əlimürsəl adlı şəxs dediyini, özünün “Notebook”-da nə olduğunu bilmədiyini, evdə “Notebook”-u tapa bilmədiyini, Zenit raket kompleksinin onunla heç bir əlaqəsi olmadığını, fotoaparatda zenit raket kompleksinin şəkillərinin olub-olmamasından xəbəri olmadığını, fotoaparatı hansı məbləğə kirayə götürdüyünü xatırlamadığını, fotoaparatı başqa şəxsə vermədiyini, Ruhullah Axundzadənin vasitəsilə onun oğlunu tanıdığını, daha sonra onun oğlunun xahişi ilə Yevlax rayonunda olan Tural Məmmədli adlı şəxsin evindən “Notebook”-u götürməyə getdiyini, havada uçan raketlərin fotoşəkillərinin çəkdiyi ilə bağlı yazılanların doğru olmadığını, Hüseynlə telegram qrupunda tanış olub onunla bir-iki dəfə görüşdüklərini, Hüseynlə birlikdə “Qisas” qrupunda olduqlarını, qrupda hər hansı müzakirələrə qoşulmadığını, Hüseynin də qoşulduğunun şahidi olmadığını, Hüseynin dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı çıxışı və ya ona dediyi sözü olmadığını, Hüseyndən bir dəfə Zərərçəkmiş şəxs1 iş yerinin yaxınlığında oxuduğu üçün ona verdiyi eyni nömrəli avtomobili gördüyü təqdirdə ona məlumat verməsini xahiş etdiyini, lakin kim olduğunu ona demədiyini, Hüseyndən fotoaparat istəmədiyini, sadəcə telefonunun ekranı yaxşı olmadığı üçün internetdən kirayətə fotoaparat verilən yerlərə baxmasını xahiş etdiyini, o da “İnstaram” sosial şəbəkəsində olduğunu, özləri ilə əlaqə saxlamaq lazım olduğunu dediyini, Yevlax rayonuna gedəndə Hüseyn yanında yol yoldaşı olub, lakin hansı məqsədlə getdiyini bilmədiyini, Hüseyn yanında olarkən Yevlax rayonundan heç nə götürmədiyini, X79 izlədiyi ilə bağlı, ümumiyyətlə onun barəsində heç bir məlumat demədiyini, aksiyanı bu ölkədə yaşayan mömin kütlə ilə keçirtdiyini, təqsirləndirilən şəxsləri qrupda tanıdığını, Yevlax rayonuna bir dəfə Hüseynlə getdiyini, Savalana Yevlax rayonuna gəlməyi təklif etdikdə oraları tanımadığını bildirərək gəlmədiyini, Savalanla bir dəfə görüşdüyünü, onunla heç hara getmədiyini, Kərimə dövlətinin yaradılması üçün heç bir cəhd etmədiklərini, İslam Hakimiyyətinin qurulması üçün hazırlıq hərəkəti olduğunu, Zərərçəkmiş şəxs1 və Mirşahin Ağayevlə bağlı fikirləri barədə heç kimsənin məlumatı olmadığını, Etibara həmin şəxsləri izləməsi üçün tapşırıq vermədiyini, sadəcə Hüseynə dediyi kimi ona da avtomobil nömrəsi verdiyini, həmin avtomobili görərsə, ona məlumat verməsi barədə xahiş etdiyini, lakin avtomobili görməsi ilə bağlı ona məlumat vermədiyini, vətən hamının vətəni olduğunu, lakin dövlətlə düşüncələrində fərqliliklər olduğu təqdirdə dövlət onların olmadığını, Kərimə dövlətin qurulması ilə bağlı düşüncəsi olmadığını, lakin dövlətdə İslam Hakimiyyətinin qurulmasının tərəfdarı olduğunu göstərdiyi halda o, ibtidai istintaq ifadələrində 2022-ci ilin aprel ayında telegram platformasında “İslam Chat 313” qrupunda Ruhulla Axundzadə adlı 67-68 yaşlarında olan İran İslam Respublikasında yaşayan şəxslə, Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə ilə Telegramda tanış olduğunu, Ruhulla Axundzadə, Əlimürsəl ilə eyni dini və siyasi ideyaları daşıdığı üçün onlarla əlaqələrini daha da genişləndirdiyini, Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə də onun kimi Azərbaycanın sionist qüvvələr tərəfindən idarə edildiyini, hazırki hakimiyyətin zalım hakimiyyət olduğunu və Azərbaycanda İslam qaydaları ilə idarə edilən Kərimə dövlətinin qurulmalı olduğunu bildirdiklərini, Ruhulla Axundzadənin və X31 xüsusi xidmət orqanları ilə əlaqəli olan Hüseynuyyun təşkilatının rəhbəri Tohid İbrahimbəyli ilə qohum olduqlarını, Ruhulla X2ynatası olduğunu, 2022-ci ilin iyul ayında Telegramda Ruhulla Axundzadə “Qisas” adlı qrupun olduğunu və onu həmin qrupa daxil etmək istədiyini bildirdiyini, Ruhulla Axundzadəyə özünün harada yaşadığı, nə işlədiyi barədə məlumatları verdiyini, bundan sonra onu “Keysan” ləqəbli İlham adlı şəxsin onu Qisas qrupuna qəbul etdiyini, qrupun gizli qrup olduğunu, o, qrupa daxil olduqda təxminən 7-8 nəfər qrupda adam olduğunu, qrupun əsas məqsədi Azərbaycan Respublikasında İslam qanunları ilə idarə edilən dövlətin qurulması istiqamətində şəxslərin toplanması və bu istiqamətdə fəaliyyət göstərmək olduğunu, qrupa daxil olarkən Azərbaycanda “Kərimə” dini dövlətinin qurulması istiqamətində fəaliyyət göstərəcəyinə, Azərbaycanda olan Müaviyə və Yezid ünsürlərinə qarşı mübarizə aparacağına and içdiyini, bununla da o, Ruhulla Axundzadə tərəfiindən məxfi əməkdaşlığa cəlb edildiyini, Ruhulla Axundzadə məxfiçilik üçün adını dəyişməsini ona bildirdiyini, özünün Əbu Zeynəb ləqəbini seçdiyini, Ruhulla Axundzadə qrupda ağsaqqal olduğu üçün özünün əsas danışıqlarını Əlimürsəl Axundzadə ilə apardığını, bundan sonra “Qisas” adlı telegram qrupunda Azərbaycan Respublikasının vətəndaşları olan Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə tanış olduğunu, təxminən 2022-ci ilin avqust ayında jurnalist Zərərçəkmiş şəxs2 “İmam Hüseynova bacıları” deməsi və “Əbəlfəz ağa”nı təhqir etməsi onda aqressiya yaratdığını, bununla bağlı Əlimürsəl Axundzadə ilə söhbətlərində bunun doğru olmadığını, bu çıxışların cavabını verməli olduğunu bir birilərinə dediklərini, sonra X130 Ağayevə xəbərdarlıq etmək üçün onun sağlamlığına xəsarət yetirmək qərarına gəldiklərini, Mirşahinin sağlamlığına odlu silah və ya soyuq silahla xələl yetirmək fikrinə gəldiklərini, Mir Şahinin sağlamlığına tüfəng və ya bıçaqla xəsarət yetirmək lazım olduğu qənəaətinə gəldiklərini, özünün Zərərçəkmiş şəxs2 iş yerinin və evinin müəyyən edilməsi istiqamətində fəaliyyətə başladığını, əvvəlcə “google.com” saytında Zərərçəkmiş şəxs2 iş yerini axtardıqlarını, daha sonra “Real tv” də işlədiyini, iş yerinin ünvanını müəyyən etdiklərini, daha sonra bu barədə Əlimürsəl Axundzadəyə məlumat verdiklərini, bundan sonra Təqsirləndirilən şəxs3 də Zərərçəkmiş şəxs2 iş yerini axtarmasını deməsini, Təqsirləndirilən şəxs3 də bununla bağlı internetdə axtarış etdiyini, Hüseyn də internetdə axtarışından sonra ona Zərərçəkmiş şəxs2 iş yeri barədə məlumatları ona göndərdiyini, bundan sonra özünün Zərərçəkmiş şəxs2 iş yerinin qarşısına 2022-ci ilin sentyabr ayında iki dəfə gedərək onun iş yerini müəyyən edərək onu güddüklərini, bundan sonra keçmiş təhsil naziri Zərərçəkmiş şəxs1 1998-2003-cü illərdə təhsil ocaqlarında hicabın yığışdırılması ilə bağlı fəaliyyətindən Əlimürsəllə danışdığını, bütün bu proseslər anti-islam təbliğatı Zərərçəkmiş şəxs1 tapşırıqlarına görə olduğu qənaətinə gəlb onun bu hərəkətlərinə görə xəbərdarlıq etmək üçün onun sağlamlığına xəsarət yetirmək qərarına gəlib sonuncunun sağlamlığına odlu silah və ya soyuq silahla xələl yetirmək fikrinə gəldiklərini, ozünün Zərərçəkmiş şəxs1 iş və yaşayış yerini müəyyən etməyə başladığını, əvvəlcə “google.com” saytında Zərərçəkmiş şəxs1 iş yerini axtardığını, özünün Zərərçəkmiş şəxs1 hazırda işlədiyini bilmədiyini, axtarış zamanı onun riyaziyyat və mexanika inistutunun direktoru olduğunu müəyyən etdiyini, bundan sonra Zərərçəkmiş şəxs1 iş yerinin olduğu ərazini müəyyən etdikdə telegramdan tanıyıb dostluq etdiyi Təqsirləndirilən şəxs3 yaşayış yerinə həmin ərazinin yaxın olduğunu gördüyünü, bununla bağlı Hüseynə zəng edib onunla danışdığını, Hüseynə Zərərçəkmiş şəxs1 anti-islam təbliğatı apardığını, bununla bağlı cəzalanmalı olduğunu, ev və iş yerinin müəyyən edilməli olduğunu, bunun Əlimürsəlin tapşırığı olduğunu bildirdiyini, telegram qrupundan Hüseynin Əlimürsəli və Etibarı tanıdığını, teleqramda tanış olduqdan sonra o, Etibar və Hüseyn görüşüb tanış olduqlarını, onun Hüseynə dedikləri əsasında 2022-ci ilin oktyabr ayında Hüseyn riyaziyyat və mexanika inistutunun yerləşdiyi BDU-nun yaxınlığına getdiyini, orada 2 gün gözləsə də Zərərçəkmiş şəxs1 gəlişini müşahidə edə bilmədiyini, bu prosesdə Təqsirləndirilən şəxs4 də onlara yaxından köməklik göstərdiyini, o, Etibara da Zərərçəkmiş şəxs1 anti-islam təbliğatı apardığını, bununla bağlı onun cəzalanmalı olduğunu, ev və iş yerinin müəyyən edilməli olduğunu, bunun Əlimürsəlin tapşırığı olduğunu bildirdiyini, Etibarla Hüseyn öz aralarında növbələşərək Zərərçəkmiş şəxs1 işə gəlməyini gözlədiklərini, onların Zərərçəkmiş şəxs1 güddüklərinin 3-cü günü Zərərçəkmiş şəxs1 işə gəldiklərini gördüklərini, onun AA seriyalı qara rəngli avtomobildə işə gəldiyini, bir neçə gün onlar Zərərçəkmiş şəxs1 iş yerində müşahidə etdiklərini, özünün usta işlədiyi üçün ora çox gedə bilmədiyini, Hüseyn və Etibar həmin əraziyə gedərək Zərərçəkmiş şəxs1 güddüklərini, sonra isə telefonla ona gördükləri barədə məlumatlar verdiklərini, bundan sonra onlar Əlimürsəllə telefonla danışıq zamanı Zərərçəkmiş şəxs1 iş yerini müəyyən etdiklərini bildirdiklərini, bundan sonra Əlimürsəl ona Zərərçəkmiş şəxs1 təkcə işini yox, ev ünvanını da müəyyən etmək lazım oldğunu deməsini, onların da Zərərçəkmiş şəxs1 iş yeri, avtomobilinin seriya nömrəsi və işə gedib gəlmə vaxtlarını müəyyən edib məlumatları isə Əlimürsəl Axundzadəyə göndərdiklərini, bu tapşırıqları icra etdikdən sonra 2023-cü ilin yanvar ayında Əlimürsəl ona Yevlax rayonunda bir evdə onlara aid olan kompüter olduğunu, həmin kompüteri götürmək lazım olduğunu deyib, ona evin yerini və foto şəklini göndərdiyiyni, fotoşəkildə evin kənardan görünüşü əks olunduğunu, Əlimürsəl göndərdiyi şəkildə evin çardağının pəncərəsi göründüyünü, Əlimürsəlin ona həmin pənəcərədən evə keçərək kompüteri götürmək lazım oldğunu dediyini, özünün də Əlimürsəllə razılaşdıqdan sonra Yevlax rayonuna yol taksiləri ilə getdiyini, onunla Qisas qrupundan tanıdığı Əli aşiqi 313 ləqəbli Savalan da getdiyini, göstərilən ərazini müəyyən edərək evi tapdığını, evin yerini müəyyən etdikdən sonra Əlimürsələ bu kompüterin kimə lazım olduğunu soruşmuş Əlimürsəl isə gülərək cavab vermədiyini, lakin o, bunun Qisas qrupu ilə bağlı tapşırıq olduğunu və Hüseyniyyundan gələn tapşırıq olduğunu bildiyini, Yevlaxda göstərilən evə çatdıqda evin hasarından içəri daxil olduqlarını, evin çardağına kənardan girmək mümkün olmadığı üçün evin zirzəmisinə girən qapının qıfılını qırıb içəri daxil olduqlarını, evin döşəməsini dörd bucaqlı formada elektrikli mişarla kəsib həmin kəsikdən içəri keçdiklərini, sonra o, evin çardağına qalxaraq əvvəlcədən Əlimürsəlin dediyi yerdə kompüteri axtardıqlarını, orda kompüter olmadığını, evin vəziyyətindən içəridə axtarış aparıldığı gördüklərini, sonra evdən çıxıb Əlimürsələ zəng edib kompüterin evdə olmadığını bildirdiklərini, Əlimürsəl onunla danışığında evin sahibinin polis tərəfindən tutulduğunu və həmin kompüterin polisin əlinə keçsə ev sahibi üçün pis olacağını bildirdiyini, təxminən 25 yanvar 2023-cü il tarixdə Əlimürsəl ona “telegram” vasitəsilə koordinat göndərərək həmin əraziyə getməli olduğunu və orada yerləşən hərbi qurğuların fotoşəkillərini çəkməli olduğunu bildirdiyini, özünün də 31 yanvar 2023-cü il tarixdə taksi ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində hərbi hissənin, hərbi hissədə yerləşən qurğuların şəkillərini çəkdiyini, o, həmin şəkillərin kimə lazım olmasını Əlimürsəldən soruşduqda Əlimürsəl “biz bildiyimiz şəxslərə” cavabını verdiyini, Əlimürsəl ona həmin hərbi hissənin sionist hərbi hissəsi olduğunu dediyini, axşam saat 23:00 radələrində o, fotoaparatın yaddaş kartında olan şəkilləri götürərək telegram vasitəsilə mobil telefonu ilə Əlimürsələ göndərdiyini, ona fotoaparatı tapmaqda Təqsirləndirilən şəxs3 kömək etdiyini, fotoşəkilləri İranda olan Əlimürsəl Axundzadəyə göndərdikdən sonra həmin şəkillərin nə olduğunu və niyə çəkdiyini Hüseynə bildirdiyini, saat 23:45 radələrində qardaşı Fərhad Zeynalova zəng gəldiyini, zəng edən şəxsin onun harada olduğunu soruşduqlarını, bu zaman qardaşının üzündə yaranan qorxu ifadəsindən onun axtarıldığını başa düşüb evdən dərhal qaçdığını, Əmircan qəsəbəsi ərazisində yerləşən “Şor göl”ün yaxınlığında ona məxsus olan “LG” markalı mobil telefonu, onun içindəki ***-***-**-** saylı mobil nömrəni, şəkilləri çəkdiyi yaddaşı kartını, “bluetooth” qulaqcıqları və leo bankın kartını sındıraraq atıb oradan da qaçaraq Əmircan qəbirstanlığına gəldiyini, bir müddət qəbirstanlıqda gözlədikdən sonra taksiyə əyləşərək Hüseynin yaşadığı evin qarşısına getdiyini, Hüseynin Yasamal rayonunda 53 nömrəli məktəbin yanında yaşadığını, özünün də səhər Hüseyn dərsə gedənədək onu gözlədiyini, səhər Hüseyn dərsə getdikdə o, Hüseynə yaxınlaşıb hadisəni ona danışdığını, telefon və kartını sındırdığını, Hüseynə Əlimürsəllə əlaqə saxlayıb polisin evlərinə gəldiyi barəsində ona məlumat verməyi xahiş etdiyini, Hüseynin bundan sonra Əlimürsəllə danışaraq vəziyyəti bildirdiyini, Hüseynin Etibara zəng edərək saat 14:00 radələrində Qara Qarayev metrosu yaxınlığında “Sevinc” kinoteatrının arxasında onu gözlədiyini bildirdiyini, X69 Kapitalbank kartına pul göndərməli olduğunu və onun vəziyyətinin necə olacağını soruşduğunu, bundan sonra 14:00 radələrində Etibarla görüşüb, Etibarın kartından Əlimürsəlin ona kömək üçün göndərdiyi 270 manat pulu çıxardığını, sonra özünün Etibarın evinə gəldiyini, Etibarın evində DTX əməkdaşları tərəfindən saxlanıldığını təsdiq etmişdir. Təqsirləndirilən şəxs7 ifadələrində məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib 17 aprel 2023-cü il tarixdə günorta saat 14 radələrində evə gedərkən ağ rəngli Hyundai markalı avtomobildən enib qəflətən önünə keçən dörd nəfər mülki geyimli şəxsin özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edib ona zor tətbiq edərək başına qara torba keçirərək avtomobilə mindirdiklərini, idarədə üzərinə baxış keçirilsə də heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadığına görə ona fiziki zor tətbiq edərək öz əleyhinə ifadə verməyi tələb etdiklərini, vəkilin iştirakı olmadan psixotrop maddə olan iki ədəd sellefon bükümdə olan bağlamanı ona təqdim etdiklərini, videoçəkiliş zamanı isə həmin psixotrop maddənin ona məxsus olduğu barədə yalan ifadə verməyini tələb etdiklərini, sonra ondan qrupda kimləri tanıdığını soruşduqda heç kimi tanımadığını dediyini, fiziki zor tətbiqi nəticəsində qrupda tanıdığı Elgün adlı şəxsin adını verib, onu getdiyi məsciddən tanıdığını deməsini, özləri tərəfindən yazılmış mətni ona təqdim edib çəkiliş zamanı bunu deməyi üçün əzbərlə dediklərini, özünün də məcbur olub yazılanları deməsini, qrupa daxil olmamışdan əvvəl təqsirləndirilən şəxslərdən Elgünü tanıdığını, digər təqsirləndirilən şəxsləri tanımadığını, qrupdakı ləqəbi “Ya Hüseyn” olduğunu, qrupa daxil olarkən qrupun adının “İslam chat” olduğunu, Ruhulla Axundzadəni tanımadığını, qrupda söhbəti olmadığını, heç kimlə danışığı olmadığını, “Ya Hüseyn” ləqəbini qrupa qoşulanda deyil, “Telegram” sosial şəbəkəsini yükləyən zamandan istifadə etdiyiyni, qrupda aktiv formada iştirak etmədiyini, qrupda Ruhulla Axundzadəyə and içmədiyini, özünün “Qisas” qrupunun üzvü olduğunu göstərdiyi halda ibtidai istintaq zamanı ifadələrində 2011-ci ildən İslam dininin şiə təriqəti üzrə ibadət etdiyini, əvvəllər İran İslam Respublikasının ali dini lideri Xomenei-ə təqlid etdiyini, yəni Xomeneinin şəriət hökmlərini qəbul edib şəriətlə bağlı mövzuları da qəbul etdiyini, “Telegram” ani mesajlaşma sistemində axtarış yerinə “İslam” yazaraq axtarışa verdikdə “İslamchat313” qrupuna daxil olduğunu, qrupun admini “Keysan” ləqəbli İlham adlı şəxs olduğunu, bir müddət sonra Keysan ona şəxsi də yazaraq fikirlərini öyrəndiyini, onun dini radikal baxışlarını görüb eyni düşüncələrə malik olduqlarını gördükdən sonra ona “Qisas” adlı gizli qrupun olduğunu dediyini, özünün də 2022-ci ilin iyul ayında oraya qəbul edildiyini, Keysanın sözlərinə görə qrupun rəhbərliyini Ruhulla Axundzadə həyata keçirdiyini, Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə də qrupda olduğunu, qrupa daxil olduqdan sonra Ruhulla Axundzadənin ondan onun şəxsi məlumatlarını ona şəxsidə yazaraq göndərməsini istəməsini, özünün də ad soyad, ata adını, təhsili, iş yeri, əsgərlikdə olmağı və bir uşağının olmağı barədə ona məlumat verdiyini, bundan sonra qrupda görüntülü danışıq olduqda bütün qrupda olanlara and içdirdiklərini, özünün də şiəliyin yoluna, İmam Zaman ağanın və Xomenei ağanın hakimiyyətinə, Azərbaycanda Kərimə dövlətinin qurulmasına sadiq qalacağına and içməsini, Ruhulla Axundzadənin tapşırığı ilə məxfiçiliyin qorunması üçün “Ya Hüseyn” dini ləqəbini götürməsini, qrupda olanlar digərləri kimi kimi Azərbaycanda islam qanunları ilə idarə edilən dövlətin qurulmasını istədiyini, Ruhulla həftədə bir dəfə qrup üzvləri ilə canlı danışqlar apardığını, bu zaman o, qrupda olan hər kəsin mövqeyini öyrəndiyini, qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyini, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulması, İran əlehinə danışan müxtəlif dövlət məmurlarınına qarşı suiqəsdlərin edilməsinə dair Ruhulla Axundzadə ilə danışıqların aparılmasını, Ruhulla Axundzadənin, müqavimətçi dindarlardan kim varsa qrupa əlavə edilməsi barəsində tapşırıq verilməsini, özünün də 2022-ci ilin iyun ayında Qafqaz Müsəlmanları idarəsinin qarşısında qoşulduğu etiraz aksiyasından tanıdığı Təqsirləndirilən şəxs8 “İslamchat313” qrupuna Keysan tərəfindən əlavə edilməsini təmin etdiyini, Təqsirləndirilən şəxs8 də onlarla eyni dini əqidəyə malik olduğunu, sonra Təqsirləndirilən şəxs8 “Qisas” qrupuna əlavə edildiyini, Elgünün Keysan tərəfindən qrupa əlavə edildiyini, qrupda Təqsirləndirilən şəxs8 də Kərimə dövlətinə and içdiyini, iş üzrə Təqsirləndirilən şəxs8 ictimai xadim Zərərçəkmiş şəxs2 həyatına sui-qəsd edilməsi ilə bağlı hazırlıq hərəkətləri ilə əlaqədar məlumatsız olduğunu, özünün Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində psixotrop maddə aldığını və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 17 aprel 2023-cü il tarixdə DİN BMCMİ əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış zamanı psixotrop maddələri təqdim etdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs11 ifadələrində özünü ona elan olunmuş ittihamda təqsirli bilməyib onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb üzərinə baxış keçirildiyini, lakin üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadığını, “Qisas” və “Müqavimətə davam” qruplarında olduğunu, qrupda dini mövzular barədə danışdıqlarını, heç bir şəkil çəkmədiyini, məhkəmədə elan edilən ifadənin ona məxsus olmadığını, ona təqdim olunan ifadələri ona tətbiq olunan zorakılıq nəticəsində imzaladığını, narkotik vasitə istifadəçisi olmadığını, ancaq idarədə ona narkotik vasitə verdiklərini, bu səbəbədən də yoxlanışa gedən zaman qanından narkotik vasitə çıxdığını, qrupun üzvülərindən Təqsirləndirilən şəxs7 tanıdığını, Suraxanı rayonunda Elvinlə görüşüb məscidə getdiyini göstərdiyi halda ibtidai istintaq zamanı ifadələrində bir neçə ildir ki, İslam dininin şiə təriqəti üzrə ibadət etdiyini, təxminən beş ildir ki, İran İslam Respublikasının dini liderlərindən olan Sistaniyə təqlid etdiyini, onun şəriət hökmlərini qəbul etdiyini, “Telegram” mesajlaşma sisteminə təxminən 2022-ci ilin iyul-avqust aylarında daxil olduğunu, “X100” və hazırda adlarını xatırlamadığı digər dini xəbərlər paylaşılan səhifələri izlədiyini, həmin səhifələrdə paylaşılan xəbərlərdə əsasən dini radikal mövqedə şərhlər yazdığını, təxminən elə həmin vaxtlarda “Telegram” ani mesajlaşma sistemində Keysan ləqəbli İlham adlı şəxs ona şəxsidə yazaraq fikirlərini öyrəndiyini, onun dini radikal baxışlarını görüb eyni düşüncələrə malik olduqlarını gördükdən sonra onu 2022-ci ilin iyul ayında “Qisas” adlı gizli qrupa qəbul etdiyini, Keysanın ona qrupa rəhbərliyi Ruhulla Axundzadə həyata keçirdiyini deməsini, Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə də qrupda olduğunu, qrupa daxil olduqdan sonra Ruhulla Axundzadə onun şəxsi məlumatlarını ona şəxsidə yazaraq istədiyini, özünün də ona ona ad soyad, ata adını, təhsili, iş yeri barədə məlumat verdiyini, sonra qrupda görüntülü danışıq olduqda bütün qrupda olanlara and içdirdiklərini, özünün də şiəliyin yoluna, İmam Zaman ağanın və Xomenei ağanın hakimiyyətinə, Azərbaycanda Kərimə dövlətinin qurulmasına sadiq qalacağına and içdiyini, o da qrupda olanlar kimi Azərbaycanda islam qanunları ilə idarə edilən dövlətin qurulmasını istədiyini, Ruhulla həftədə bir dəfə qrup üzvləri ilə canlı danışqlar apardığını, hərkəsin mövqelərini öyrəndiyini, qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyini, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulması, İran əlehinə danışan müxtəlif dövlət məmurlarınına qarşı sui-qəsdlərin edilməsindən Ruhulla Axundzadənin danışdığını, Ruhulla Axundzadənin qrupa atdığı səs yazılarında Azərbaycanda olan İran əlehinə danışan dövlət məmurlarının cəzalandırılmalı olduğunu, bir olaraq ayağa qalxıb Azərbaycanda Kərimə dövlətinin qurulmalı olduğu qeyd edildiyini, müqavimətçi dindarlardan kim varsa qrupa əlavə etməyi tapşırdığını, İrana qarşı çıxış edən dövlət məmurlarının iş yeri, evi və digər məlumatları barədə kim nə bilirsə ona göndərməyi tapşırdığını, bir müddət sonra bəziləri tutulduğu üçün Ruhulla Axundzadənin qrupu sildiyini, aktiv olmamağı tapşırdığını, özünün qrupdakı ləqəbinin “Ya Əli və X152” olduğunu, Qisas qrupundan sonra qrupunda davamı kimi Keysan tərəfindən açılmış “Müqavimətə davam” qrupunda da olduğunu, bundan başqa Qisas qrupundan olan Təqsirləndirilən şəxs2 ilə iki dəfə görüşdüyünü, birinci görüş Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən çay evində olduğunu, dini mövzularda söhbət etdikdən sonra hakimiyyətin pis əllərdə olması, sionist rejimin ölkəni idarə etməsi, Rufullanın tapşırığı ilə çevriliş edərək dini dövlət qurulmasından danışdıqlarını, 2-ci görüşün isə Nizami metrostansiyasının yaxınlığında oldunu, orada Elgün adlı Qisas qrupunda Müntəzir ləqəbi ilə olan şəxs də olduğunu, bundan başqa qrupda Təqsirləndirilən şəxs5 da tanıdığnı, lakin onunla şəxsi tanışlığının olmadığını, həmçinin Ruhulla Axundzadənin qrup üzvlərinə ayrıayrılıqda tapşırıqlar verdiyini, tapşırıqların məzmunu Bakı şəhərində ayrı-ayrı yerlərə gedərək şəkillər və videolar çəkmək olduğunu, məqsədin isə həmin yerləri partlatmaq olduğunu, lakin özünün hər hansı ərazisinin şəklini çəkib Rufullaya göndərmədiyini, bundan başqa özünün Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 50 manat müqabilində psixotrop maddə olan şüşə alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyiyni, 17 aprel 2023-cü il tarixdə DİN BMCMİ əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddələrin aşkar edildiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs12 məhkəmədə ona elan olunmuş ittihamda nəzərdə tutulan əməlləri törətməkdə özünü təqsirli bilməyib dini qrupda iştirak etdiyini, lakin hakimiyyət əleyhinə heç bir yazı və ya fikri olmadığnı, sadəcə divara şüarlar yazdığını, bunun da hansısa qaydaya etiraz etdiyinə görə olduğunu, Azərbaycanda Dini ayinlərinin keçirilməsinə qadağa qoyulduğunu, qara bayramda qara bayrağın çıxarılmasına icazə verilmədiyini, bunlara etiraz aksiyası üçün divara dini şüarlar yazdığını, ilk daxil olduğu qrupun adının “İslam chat” olduğunu, 2022-ci ilin iyun ayında daxil olduğunu, daha sonra “Qisas” qrupuna qoşulduğunu, qrupun adının “Qisas” olması İslamı təhqir edənlərə qarşı olduğnu, real həyatda dövlətə qarşı hər hansı qisas planları olmadığını, andiçmə sionist rejimə qarşı olma və İslama qarşı çıxanlara müqavimət göstərilməsi ilə bağlı olduğunu, “İslam chat” qrupuna dinc şəkildə aksiya keçirilməsi fikri ilə daxil olduğunu, qrupda tarixi, dini mövzularla bağlı söhbətləri olduğunu, əməliyyatçılardan biri ona dövlət çevrilişi edəcəyini dedikdə elə bir fikrinin olmadığını bildirdikdə digər əməliyyatçının onun cibinə narkotik vasitə atdığını, Qrupa “Keysan” ləqəbli şəxs tərəfindən daxil olduğunu, həmin şəxs ona qrupun linkini atdığını, özünün link vasitəsilə qrupa daxil olduğunu, “Qisas” qrupunda olmağının səbəbi məhz İslamın təhqiri ilə bağlı olduğunu, həmin qrupda iki ay olduğunu, qrupda aktiv fəaliyyəti qrupun fəaliyyətin kənardan müşahidə etmək olmasını, qrupda olmağının cinayət olduğunu düşünmədiyini, ailəsi ilə təhdid edildiyinə görə narkotik vasitənin ona məxsus olduğunu təsdiq etməyə məcbur olduğunu, qrupda debat aparmaqla qisas alınacağı nəzərdə tutulduğunu, Divara şüarlar yazdığına görə peşman olmadığını, «Kərimə» dövləti yaratmaq kimi fikri olmadığını, ona başqa dini qrupda olarkən admin tərəfin link göndərildiyini, özünün də həmin link vasitəsi ilə İslam chat qrupuna keçid etdiyini, hər hansı qrup yaratmadığını, İslam chat qrupunda tarixi mövzuda sorğu-sual, şəriət movzusunda danışıqlar oldluğunu, hər hansı siyasi mövzuda söhbət olmadığını, qrupda ancaq İlhamın və Faiqin adını eşitdiyini, canlı yayımlar olduğunu, özünün də üç –dörd dəfə canlı yayımda olduğunu, özünün Quran oxuduğunu, əvvəl Teleqramda “Allahu Əkbər” adlı dini kanalda olduğunu, orada hədisləri paylaşdığını, yazışma olmadığını, həmin kanalda Keysan ləqəbli şəxs tərəfindən “İslam chat” qrupunun linki atıldığını, onunla şəxsi tanışlığı olmadığını, Məhərrəmlik ayında “Şiə” əqidəsinə görə, xüsusi mərasimlər keçirildiyini, bu mərasimlərə dövlət tərəfindən bəzi qadağalar qoyulduğunu, özünün də buna etiraz olaraq divara şüar yazdığını, ittiham aktına baxdığı zaman, guya bu qrupdan ona verilən tapşırıq verildiyini göstərildiyi, lakin ona tapşırıq verilmədiyini, onun özünün iradasi ilə bu şüarları yazıb paylaşdığını, ittiham aktında ona Ruhulla Axundzadə tərəfindən əmr olunduğu göstərildiyini, halbuki onun öz şəxsi iradasi ilə bu işi gördüyünü, İmam Hüseynin şəhadəti ilə bağlı Məhərrəmlik ayının ilk 10 günlüyündə qara bayraqlar qaldırıldığını, əvvəllər də bu şeylər olduğunu, Qara bayraqlar İmam Hüseynin şəhadətini qeyd etmək üçün qaldırıldığını, özünün tutulan vaxt Ruhulla Axundzadə ilə yazışması olmadığını, Ruhulla Axundzadə xəbər kanallarında xəbərləri seçib onun telegram səhifəsinə göndərib sonra onları sildiyini, «İslam chat» qrupunda olarkən canlı yayım açıldığını, orada Quran oxuduğunu, həmin vaxt Ruhulla Axundzadə onunla maraqlanıb ondan dini təhsilinin olub-olmadığını soruşduğunu, «313» rəqəmi Məhəmməd peyğəmbərin Bədr savaşındakı 313 nəfəri ifadə etdiyini, Məhəmməd peyğəmbərin dövründəki qalibiyyətə görə qrupun adında «313» rəqəmi olduğunu, hər hansı çevriliş əmri olmadığını, onun çevriliş etmək niyyətinin olmadığını, əməliyyatçıların ona xidməti vəsiqə göstərib dini qruplaşma ilə bağlı onu həbs etdiklərini bildirdiklərini, sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb orada onu ailəsi ilə təhdid edib cibinə narkotik vasitə qoyduqlarını, bir nəfərin onun arxasında dayandığını, bir nəfərin də onunla söhbət etdiyini, “sən dövlət çevrilişi edirdin?” deyə soruşduğunu, həmin vaxt arxadakı şəxs sol cibinə narkotik vasitə qoyduğunu, İslam chat qrupuna tarixi, şəriət və s. mövzusunda yazışma üçün qoşulduğunu, əgər İslam chat qrupunda cihadla bağlı söhbət olsaydı, orada etmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini, təzyiq altında həmin ifadələri verdiyini, «Qisas» qrupunun adınının özünün qoymadığını, hazırda virtual aləmdə, sosial şəbəkələrdə islamı söyənlərin, Quranı yandıranların videoları paylaşılması həddindən artıq çoxaldığını, islamafobiyanın ölkəmizə də gəlib çatdığını, özünün də buna görə, virtual aləmdə qisas almaq fikri olduğunu, hər hansısa bəhs aparmağı, onlara hər hansı formada etirazını bildirmək istədiyini, kanallarını şikayət etməyi, bloklamaq kimi məqsədinin olduğunu, erməni xəbər kanallarına baxan siyasi şərhçilər olduğunu, onda onları da CM-nin 274-cü maddəsi ilə məsuliyyətə cəlb eləmək lazım olduğunu, ittiham aktında onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatda, onun dini dövlət yaratmaq üçün and içdiyi qeyd olunduğunu, lakin efir kanallarının, İTV olsun, Xəzər TV olsun, paylaşdığı xəbər videosu var, həmin xəbərdə, onun heç bir təsir altında olmadan real and içmə videosu olduğunu, özünün həmin videoda müqavimətdə olmağa və sionist rejimə qarşı olmağa and içdiyini deməsini, hansı sionist rejim!? Fələstində 29 mindən çox insanı öldürən rejimi nəzərdə tutduğunu, özünün Azərbaycanda sionist rejim olduğunu, onun məqsədi sionist rejimlə mübarizəni virtual formada aparmaq olduğunu, sosial şəbəkələrdə Fələstinə dəstək göstərmək və ya dinc yolla olan aksiyalara getmək olduğunu, özünün universitet tələbəsi olduğunu, ona dövlət çevrilişi ilə ittiham verildiyini, lakin ittihamı qəbul etmədiyini göstərdiyi halda məhkəmədə elan olunub araşdırılmış ifadələrində o, özünün 2008-ci ildən İslam dininin şiə təriqəti üzrə ibadət etdiyini, əvvəllər İran İslam Respublikasının ali dini lideri Xomenei-ə təqlid etdiyini, qəni onun şəriət hökmlərini qəbul edib şəriətlə bağlı mövzularda qəbul etdiyini, “Telegram” ani mesajlaşma sistemində “Allahuəkbər” xəbər səhifəsində olarkən Keysan ləqəbli İlham adlı şəxsin ona şəxsi yazışmada göndərdiyi linkə, “İslamchat313” qrupuna həmin link vasitəsilə daxil olduğunu, qrupun admininin “Keysan” olduğunu, Keysan ona şəxsidə yazaraq fikirlərini öyrəndiyini, onun dini radikal baxışlarını görüb eyni düşüncələrə malik olduqlarını gördükdən sonra onu 2022-ci lin avqust ayında “Qisas” adlı gizli qrupa əlavə etdiyiyni, İlham onu qrupa əlavə etməmişdən əvvəl Masazır qəsəbəsində onun “İslamchat” qrupunda dediyi tapşırığa uyğun olaraq divara “Ya Hüseyn” şüarı da yazdığını, bundan başqa Masazır ərazisində yerə İsrail bayrağını çəkdiyini, sonra yazdığı şüarın və bayrağın şəklini Keysana göndərdiyini, Keysanının qrupun rəhbərliyini Ruhulla Axundzadə həyata keçirdiyini deməsini, Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadənin də qrupda olduğunu, özü qrupa daxil olduqdan sonra Ruhulla Axundzadə onun şəxsi məlumatlarını ona şəxsidə yazaraq istədiyini, özünün də soyad ata adını, təhsili, iş yeri, əsgərlikdə olmağı barədə məlumat verdiyini, bundan sonra qrupda görüntülü danışıq olduqda bütün qrupda olanlara and içdirildiyini, bu yolda şəhid olana qədər şiəliyin yoluna, İmam Zaman ağanın və Xomenei ağanın hakimiyyətinə, Azərbaycanda Kərimə dövlətinin qurulmasına sadiq qalacağını bildirdiyini, özünün qrupda olanlar kimi Azərbaycanda islam qanunları ilə idarə edilən dövlətin qurulmasını istədiyini, Ruhullanın həftədə bir dəfə qrup üzvləri ilə canlı danışəqlar apardığını, hər kəsin mövqelərini öyrəndiyini, qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyi, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulması, İran əlehinə danışan müxtəlif dövlət məmurlarına qarşı sui-qəsdlərin edilməsindən danışdığını, bundan başqa Ruhulla Axundzadənin qrupa atdığı səs yazılarında Azərbaycanda olan İran əlehinə danışan dövlət məmurlarının cəzalandırılmalı olduğu, bir olaraq ayağa qalxıb Azərbaycanda Kərimə dövlətinin qurulmalı olduğu qeyd etdiyini, özünün Qisas qrupunda dini mövzuda paylaşımlar edərək Quran oxuduğunu, Ruhulla Axundzadənin müqavimətçi dindarlardan kim var idisə qrupa əlavə etməyi tapşırdırdığını, bundan başqa Ruhulla Axundzadənin ona ətrafında olan vəhabilərin olduğu yerlər barədə məlumatlar almaq barədə tapşırıq verdiyini, lakin özünün vəhabilərin toplandığı yer barədə məlumatlı olmadığından ona heçnə demədiyini, Ruhulla Axundzadənin tapşırığı ilə məxfiçiliyin qorunması üçün özünə “Hüseynçi” ləqəbini götürdüyünü, bundan sonra 2022-ci ilin oktyabr ayında “Hüseynçilər313” daha sonra isə “Müqavimətə davam” adlı gizli qruplar yaradıldığını, “Qisas” qrupunın silindiyini, özünün də “Hüseynçilər313” və “Müqavimətə davam” qruplarının üzvü olduğunu, həmin qrupda da yenə eyni şəxslərin üzv olduqlarını, həmin qrupun bir növ Qisas qrupunun davam olduğunu, yenə də Azərbaycandakı sionist rejimin devrilməsi və yerində Kərimə dövlətinin qurulması üzrə fəaliyyət getdiyini, bundan başqa Abşeron rayonu Masazır kəndi ərazisində olarkən Məhəmməd adlı şəxsdən 100 manat müqabilində psixotrop maddə aldığını, 19 aprel 2023-cü il tarixdə DİN BMCMİ əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən həmin maddələrin aşkar edildiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilmədiyini bildirib sadəcə təsir altına düşdüyü üçün özünü qismən təqsirli bildiyini, universitetin 5-ci kurs tələbəsi olan zaman Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığını, təxminən 2022-ci ilin avqust ayının sonu və ya sentyabr ayının əvvəli “İnstagram” sosial şəbəkəsində Həsən adlı şəxsi tanıdığını, bir dəfə ona “Telegram” sosial şəbəkəsində belə bir qrup olduğunu, qrupda olan şəxslərin dindarlar olduğunu deyib onun da qoşulmağını təklif etdiyini, özünün də razı olduğunu, qrupda olan şəxslərdən sadəcə Təqsirləndirilən şəxs2 tanıdığını, bir dəfə də Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 yanında gördüyünü, 2022-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs2 həm onun yaşadığı ünvanın, həm də oxuduğu universitetin yaxınlığında yerləşən Riyaziyyat və Mexanika İnstitutu tərəflərdə bir avtomobil nömrəsi verərək həmin avtomobilin orada olub-olmamasına baxmağını xahiş etdiyini, Təqsirləndirilən şəxs2 vaxtı olmadığını bildirdiyini, həmçinin hansı səbəblə baxmağını dedikdə ona heç bir məlumat vermədiyini, həmin gün avtomobilin orada olub-olmamasına baxdıqda həmin avtomobili görmədiyini, bununla bağlı da Təqsirləndirilən şəxs2 məlumat verdiyini, 2023-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs2 dostunun Yevlax rayonunda yaşadığını, polis tərəfindən saxlanıldığını və onun evində müəyyən sənədlər olduğunu və həmin sənədlərin ona çətinlik yaradacağı üçün onları götürməsini xahiş etdiyini və onunla gəlməyi təklif etdiyini, özünün də razı olub Yevlax rayonununa getdiyini, lakin Təqsirləndirilən şəxs2 evdə heç nə tapa bilmədiyinə görə geri qayıtdıqlarını, 2023-cü ilin yanvar ayının sonunda Təqsirləndirilən şəxs2 ondan fotoaparat icarəyə verən yer bilib-bilmədiyini soruşduğunu, özünün də “İnstagram” sosial şəbəkəsində ola biləcəyini dedikdə Təqsirləndirilən şəxs2 ona əgər həmin sosial şəbəkədə fotoaparat icarəyə verən yer tapa bilsə ona göndərməyini xahiş etdiyini, həmin sosial şəbəkədə fotoaparat kiralayan səhifə ilə rastlaşdıqda Təqsirləndirilən şəxs2 göndərdiyini, 01 fevral 2023-cü il tarixində işlədiyi aptekdə olarkən Dövlət Təhküləsizlik Xidmətinin əməkdaşları gəlib özlərini təqdim etdikdən sonra onu saxladıqlarını, özünün dövləti üçün bir çox yararlı işlər gördüyünü, heç vaxt dövlətə xəyanət etməyi ağlından belə keçirmədiyini və ya konstitusion quruluşu dəyişməklə bağlı heç bir cəhdinin olmadığını, Təqsirləndirilən şəxs2la “Qisas” qrupunda tanış olduğunu, həmin qrupa xüsusi yanaşması olmadığını, heç kimdən qisas almaq niyyəti də olmadığını, həmin qrupda dini məsələlərdən söhbət getdiyini, Təqsirləndirilən şəxs2la şəxsi danışığı zamanı 2022-ci ilin dekabr ayının ortalarında avtomobil nömrəsi verərək həmin avtomobilin dediyi ünvanda olub-olmadığına baxmağını xahiş etdiyini, həmin avtomobili görmədiyini və daha sonra dərsə getdini, Təqsirləndirilən şəxs2 kimin avtomobili olduğunu soruşsa da, ona heç bir məlumat vermədiyini, avtomobilin nömrəsini xatırlamadığını, Təqsirləndirilən şəxs2 fotoaparatı işlədiyi yerlə bağlı icarəyə götürmək istədiyini bildirdiyini, Yevlax rayonundakı evin qapısı bağlı olduğuna görə, evin altından daxil olduqlarını, həmin ev Təqsirləndirilən şəxs2 dostunun aid olduğunu, onun razılığı ilə evə daxil olunduğunu, evin kimə aid olduğu barədə məlumatı olmadığını, həmin şəxs polis tərəfindən saxlanılıdığına görə evin açarı onlarda olmadığını, Mirşahin Ağayevi sosial şəbəkələrdən tanıdığını, Mirşahin Ağayevi izləmədiyini, onu izləməyi ilə bağlı Təqsirləndirilən şəxs2 ona məlumat vermədiyini, özünün Yevlax rayonundakı evə daxil olmadığını, Faiqin Quba rayonunda işləməsi səbəbilə fotoaparat lazım olduğunu və fotoaparatı icarəyə götürmək istədiyini bildirdiyini, “İnstagram” sosial şəbəkəsində fotoaparat icarə verən yer gördükdə həmin səhifəni Təqsirləndirilən şəxs2 göndərdiyini, Zərərçəkmiş şəxs1 avtomobilini görmədiyini, həmin yerdə avtomobilin gəlməsini təxminən yarım saat gözlədiyini, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 hansı səbəblə izləməyi barədə məlumat vermədiyini, “Qisas” qrupunda bir-iki dəfə canlı yayımlara qoşulduğunu, söhbətin nə olduğu dəqiq yadında olmadığını, lakin dövlətə xəyanətlə bağlı və ya terror aktı ilə bağlı heç bir söhbət olmadığını, qrupda olduğu müddətdə heç kim nəyinsə müqabilində ona pul göndərmədiyini, lakin Təqsirləndirilən şəxs2 ondan bir dəfə kartına 500 manat atacaqlarını və həmin pulu onun kartına göndərməyini xahiş etdiyini, istintaqda verdiyi ifadəni təzyiq altında imzaladığını, həmin ifadənin ona məxsus olmadığını, Mirşahin Ağayevlə bağlı ona heç kim heç bir məlumat verilmədiyini, onun da Mirşahin Ağayevə qarşı heç bir hərəkəti olmadığını, Zərərçəkmiş şəxs1la bağlı Təqsirləndirilən şəxs2 ona bir dəfə ona avtomobil nömrəsi müəyyən ərazidə görüb-görmədiyi ilə bağlı ona məlumat verməyi tapşırdığını, lakin Təqsirləndirilən şəxs2 həmin avtomobilin kimə məxsus olduğunu, onu hansı məqsədlə izləmısi barədə heç bir məlumat vermədiyini, əgər belə bir məlumat versə idi, özü ona etiraz edə bildiyini, Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə ilə də heç bir əlaqəsi olmadığını, Təqsirləndirilən şəxs2 dostunun polis tərəfindən saxlanıldığını, onun evində bəzi sənədlərin olduğunu və dostunun həmin sənədləri götürməsi barədə xahiş etdiyini bildirib onu da ora getməyə dəvət etdiyinə görə onunla razılaşdığını, Təqsirləndirilən şəxs2 Yevlax rayonunda olan evdən heç nə tapa bilmədiyini, Təqsirləndirilən şəxs2 kömək etməyinin səbəbi bir neçə dəfə görüşüb onunla bir yerdə yemək yemələri, ünsiyyətinin olması göstərdiyi halda məhkmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı M.Seçenov adına X124 Tibb Universitetinin Bakı filialında 5-ci kurs tələbəsi olduğunu, hal-hazırda ünvan 20 ünvanında N nəfər otaq yoldaşları ilə kirayə yaşadığını, “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə Həsən adlı şəxslə tanış olduğunu, əvvəllər tanımadığı Həsən adlı şəxslə “instaqram” sosial şəbəkəsində üzün müddət dost kimi danışdığını, Həsənin onun etibarını qazandığını, daha sonra ona teleqram tətbiqini yükləməyi və orada yaradılan “qisas” adlı qrupa daha sonra isə “hüseyçilər313” qrupına daxil olmağını istədiyiyni, Həsən adlı şəxsin ona həmin teleqram qrupında yaxşı qardaşların olduğunu və orada ancaq dindar mövzulardan söhbət getdiyini bildirdiyiyni, özünün də bu səbəbdən həmin qrupa daxil olduğunu, qrupa daxil olmamışdan qabaq Keysan ləqəbli İlham adlı şəxsin ona yazaraq şəxsi məlumatlarını dəqiqləşdirdiyini, həmin məlumatları Qisas qrupunun rəhbəri olan Ruhulla Axundzadəyə göndərəcəyini bildirdiyini, sonra isə Keysanın onu qrupa əlavə etdiyini, qrupa üzv olan kimi həmin qrupın rəhbəri olan Ruhulla Axundzadə qrupdakı üzvlərdən ondan “Hüseyn”-nin yolunda getməyi üçün Qurana and içməyini tələb etdiyini, özünün də and içərək qrupa üzv olduğunu, qrupda Ruhulla Axundzadə Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyi, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulmasından danışdığını, bundan başqa Ruhulla Axundzadənin qrupa atdığı səs yazılarında Azərbaycanda Kərimə dövlətinin qurulmalı olduğunu bildirməsini, onun özününün də Azərbaycanda İslam qanunları ilə idarə edilən dövlətin qurulmasını istədiyini, Ruhulla Axundzadə məxfiçilik üçün ona adını dəyişməsini bildirdiyini, onun də özünə Hüseyn ləqəbini seçməsini, həmin qrupu vasitəsi ilə ilk öncə Təqsirləndirilən şəxs2, daha sonra isə Təqsirləndirilən şəxs4 tanıdığını, Ruhulla Axundzadə Azərbaycan Müqavimət Hərəkətı olan “Hüseyniyyun” təşkilatının rəhbəri Tohid İbrahimbəylinin qayınatası olduğunu, onun oğlu isə Əlimürsəl Axundzadə olduğnu, Əlimürsəl Axundzadə və Ruhulla Axundzadənin İran Xüsusi Xidmət orqanları ilə əməkdaşlıq etdiklərini, Əlimürsəlin Təqsirləndirilən şəxs2 vasitəsilə onlara, yəni Etibarla ona tapşırıqlar verdiyini, onlar da həmin tapşırıqları icra etdiklərini, təxminən 2022-ci il in oktyabr ayında həmin qrup vasitəsi ilə məhkum Hacı Abgül azadlığa buraxıldığını, Əmircandakı cümə məscidinə gələcəyini öyrənib, özünün də həmin məscidə getdiyini, orada ilk dəfə canlı olaraq Təqsirləndirilən şəxs2la tanış olduğunu, sonra isə Faiqin onu Təqsirləndirilən şəxs4 ilə tanış etdiyini, onların Əmircan qəsəbəsində, Bülbülə küçəsində yerləşən çayxanada görüşdüklərini, onlarda yaxından tanış olduqlarını, bu görüşdən sonra mütəmadi olaraq onların görüşləri başladığını, bundan sonra X51 aldığı tapşırıqları onlara verməyə başladığını, Təqsirləndirilən şəxs2 onlara 2022-ci ilin avqust sentyabr aylarında qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs2 izləmək istədiyiyni dediyini, səbəbin soruşduqda isə onlara Mir Şahinin “İmamhüseynova bacıları ifadəsinə görə” nifrət etdiyini bildirdiyini, Mir Şahinin qorxutmaq üçün sağlamlığına zərər yetirmək istədiyini, bu tapşırığı Əlimürsəldən aldığını bildirdiyini, sonra isə teleqram tətbiqi vasitəsi ilə Mir Şahinin idarə etdiyi avtomobil şəklini ona atdığını, onda qalmasını dediyini, X133 izlədiyini və onun iş yerinin “Real TV”-də olmasını öyrəndiyini bildirdiyini, 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs2 onlara qisas almaq məqsədi ilə keçmiş Təhsil naziri Zərərçəkmiş şəxs1 izləmək istdiyiyni bildirdiyini, ondan bunun səbəbini soruşduqda isə Etibarla ona Zərərçəkmiş şəxs1 nifrət etdiyini və ilk dəfə baş örtüyünü məktəblərdə məhz onun qadağan etdiyini bildirdiyini, Zərərçəkmiş şəxs1 qorxutmaq üçün sağlamlığına zərər yetirmək istədiyini, bu tapşırığı Əlimürsəldən aldığını bildirdiyini, “Vikipediya” vasitəsi ilə Zərərçəkmiş şəxs1 İnformatika və Texnologiya universitetində dərs dediyini öyrəndiyini, lakin gəlmə-getmə saatları məlum olduğunu, 2022-ci ilin oktyabr ayında günün müxtəlif saatlarında Etibar ilə birlikdə İnformatika və Texnologiya universitetinin qarşısında gözləyərək Zərərçəkmiş şəxs1 gəliş-gediş saatların öyrənmək üçün dayandığını, nəhayət Zərərçəkmiş şəxs1 “Toyota” markalı, tam xatırlamadığı **-AA-*** qeydiyyat nişan nömrəli avtomobil ilə universitetə gəldiyiyni öyrəndiyini, həmin avtomobilin şəklini çəkərək teleqram vasitəsi ilə Faiqə göndərdiyiyni, gəlmə saatını təxminən həftə içi olaraq 1-ci, 2-ci və 5-ci günlər saat 10:00 radələrində olduğunu öyrəndiyini, bu barədə Təqsirləndirilən şəxs2 məlumat verdiyini, yenidən görüş zamanı Faiqin Etibarla ona əvvəllər tanıdığı “qardaşımız” kimi təqdim etdiyi, lakin adını söyləmədiyi bir şəxsin Polis tərəfindən tutulduğunu və həmin şəxsin Yevlax şəhərində ki evində lazımı sənədlər olduğunu bildirib qeyd olunan sənədlərin ələ keçirməyin çox vacib olduğunu vurğuladığını, Faiqin onlara həmin sənədlər həmin o şəxsə böyük problem yaradacağını bildirdiyini, ilk dəfə Faiqin Yevlaxa teleqram qrupunda üzv olan Savalan adlı şəxslə birlikdə getdiyini, lakin Savalan adlı şəxsin Faiqi Yevlaxda düşürdərək yarı yolda qoyduğunu, Yenidən görüşən zaman Faiq ondan və Etibardan Yevlaxa getməyi və həmin sənədləri tapmağı istədiyini, ona bunun Əlimürsəlin tapşırığı olduğunu bildirdiyini, onların da razılaşaraq 2023-cü ilin yanvar ayında tanımadıqları taksi vasitəsi ilə Yevlax şəhərində yola getdiklərini, nə qədər cəhd etsələr də evə daxil ola bilmədiklərini, orada olan itlərin hürməsi nəticəsində Bakı şəhərinə qayıtdıqlarını, Həsən adlı taksi sürücüsü ilə Yevlax şəhərində yola düşdüklərini, taksi onları evin qabağında düşürdüyünü, özlərinin də orada onları gözlədiyini, evin hasarından içəriyə tullandıqlarını, daha sonra evin çardağına qalxmaq mümkün olmadığı üçün evin zirzəmisinə gedən qapını açmaq istədiklərini, lakin qapı qıfıllı olduğu üçün qapının qıfılını Etibarın dəmir parçası ilə qırdığını, bundan sonra Etibarin boyu uzun olduğu üçün evin zirzəmisinə daxil ola bilmədiyini, özünün və Faiqin evin zirzəmisinə daxil olduqlarını, bundan sonra Faiqin elektrik mişarla evin zirzəmisində taxta döşəməni 4 bucaqlı formada kəsib sonra həmin yaranan dəlikdən Faiqlə evə qalxıb Faiqin evin çardağına qalxaraq orada axtarış apardığını, lakin istədiyi sənədləri tapa bilmədiyini, bundan sonra onların evdən çıxıb Bakıya qayıtdıqlarını, 30 yanvar 2023-cü il tarixdə Faiq onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək təcili olaraq fotoaparat lazım olduğunu bildirdiyini, onun şəxsi fotoaparatı olmadığından “instaqram” sosial şəbəkəsi vasitəsi ilə icarəsinin günü 28 manata olmaqla verilən fotoaparat səhifəsi tapdığını, tapdığı telefon nömrəsini Faiqə göndərdiyini, Faiq əlaqə saxlayaraq həmin fotoaparatı götürmək məqsədi ilə həmin şəxslə görüşdüyünü, sonra isə fotoaparatı götürdüyünü telefonla zəng edərək ona bildirdiyini, Faiqdən fotoaparatı hansı məqsədlə lazım olduğunu soruşduqda isə Faiq ona Kürdəxanıda İsrail dövlətinə məxsus hərbi bazanın olduğunu və həmin bazanın fotoşəkillərini çəkəcəyini bildirməsini, həmin gün Faiq tək Kürdəxanıya gedərək həmin orada yerləşən hərbi hissənin şəkillərini çəkdiyini, özünün ümumiyyətlə Kürdəxanıya getmədiyini, həmin yerin də harada yerləşdiyindən məlumatı olmadığını, həmin günün axsam tərəfi teleqram qrupının rəhbəri olan Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadə teleqram vasitəsi ilə onu yığaraq Faiqin polis tərəfindən axtarışda olduğunu və onun telefonunda nə varsa silməsini tapşırdığını, Əlimürsəlin dediklərinə əhəmiyyət vermiyərək heç nəyi silmədiyini, sadəcə olaraq telefon nömrəsini çıxarıb yola atdığını, daha sonra Əlimürsəl Faiqə verməyi üçün onun istifadəsində olan “Leo” Bank kartına 270 manat pul atdığını, həmin pulu isə o, X127 kartına göndərdiyini, aldığı məlumata əsasən Etibarın həmin pulu Neftçilər metro stansiyasının ətrafında görüşərək Faiqə verdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs5 ifadələrində özünü AR CM 274-cü maddəsi ilə özünü təqsirli bilmədiyini, həmin məcəllənin 278.2-cü maddəsi ilə isə qismən təqsirli bildiyini bəyan edib təqsirləndirilən şəxslərin heç birini tanımadığını, onlarla ədavət olmadğını, “Qisas” qrupuna 2022-ci ilin sonlarında, payız aylarında Ruhulla Axundzadə tərəfindən qoşulduğunu, onu şəxsən tanımasa da, Telegram sosial şəbəkəsində olan xəbər saytlarında olan şərh hissəsindən tanıdığını, “Qisas” qrupunda da sadəcə dini mövzudan söhbətlər olduğunu, dövlətə xəyanət və ya kimdənsə qisas almaqları ilə bağlı məlumat olmadığını, AR CM 278.2cü maddəsi ilə isə qismən təqsirli bilməyinin səbəbi yaşadığı yerin yaxınlığında yerləşən hərbi bazanın fotoşəkilini çəkdiyinə görə olmasını, lakin həmin məkan “Google Maps” proqramında da göstərildiyini, gizli bir yer olmadığını, Ruhulla Axundzadə Azərbaycan Respublikasında İsrail dövlətinin bazalarının olduğunu bildirdiyinə görə yaşadığı yerin yaxınlığında yerləşən hərbi bazaının olub-olmadığını maraqlanmaq üçün şəklini atdığını, AR CM 278.2-cü maddəsində göstərilən dövlətin konstitusion quruluşunu dəyişmək və digər hallarla bağlı özünü təqsirli bilmədiyini, Sumqayıt şəhərində Yaşıl Dərə qəsəbəsində yaşadığını, həmin yerin yaxınlığında hərbi hissə mövcud olduğunu, hərbi hissənin yaxınlığına gedib şəklini çəkmədiyini, həmin hərbi hissənin yanından avtomobil ilə keçmədiyini, “Google Maps” proqramında yaşadığı yerin yaxınlığında belə bir yer olduğunu gördüyünü, qrupun adının «qisas» olmasının səbəbinin Qurandan götürülmüş olan ayənin adı ilə bağlı olduğunu, 2008-ci ildən bəri Yaşıl Dərə qəsəbəsində yaşadığını, həmin vaxta kimi həmin hərbi hissənin İsrail dövlətinə məxsus olması barədə məlumatı eşitmədiyini, “Qisas” qrupunun Azərbaycan Respublikası ilə heç bir əlaqəsi olmadığını, “Qisas” adlı qrupa Ruhulla Axundzadə tərəfindən daxil edildiyini, «Hüseyniyyə» təşkilatının “SEPAH”-ın tərkibində olması barədə məlumatı olmadığını, Ruhulla Axundzadənin dövlət quruluşunun dağıdılması, suverenliyinin pozulması ilə bağlı andiçməsində iştirak etmədiyini, Təqsirləndirilən şəxs6 Seyran oğlunu tanımadığını, “Qisas” qrupunda dini söhbətləri olduğunu, dövlət hakimiyyətini devirmək və ya kiminsə həyatına sui-qəsdlə bağlı hərəkətlərdə iştirak etmədiyini, Hüseynçilər qrupunda heç bir vəzifəsi olmadığını, heç bir maddi vəsait əldə etmədiyini, Ruhulla Axundzadə ilə ibadət etdikləri məscidlərin fotoşəkillərini çəkib göndərməyi ilə bağlı söhbəti olmadığını, “Qisas” qrupunda olan müzakirələrə qoşulduğunu, həmin müzakirələri əsasən Ruhulla Axundzadə başlatdığını, «Kərimə» dövləti Azərbaycan Respublikasının dövlət quruluşunun dəyişilməsi üçün olmadığını, «Kərimə» dövləti ümumi dünyada İslam Hakimiyyətinin qurulması ilə bağlı olduğunu, qrupda hazırki vaxtda dövlət quruluşunun dəyişilərək «Kərimə» dövlətinin yaradılması ilə bağlı heç bir söhbətinin olmadığını, istintaqda verdiyi ifadəni təzyiq altında imzaladığını, həmin ifadənin ona məxsus olmadığını, məhkəmədə verdiyi ifadəni təsdiq etdiyi halda məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı 2014-cü ildən namaz qıldığını, əhli-şiə məshəbindən olduğunu, 2022-ci ildə “Telegram” mobil tətbiqində Ruhulla Axundzadə adlı şəxslə dini səhifələrdə olan dini radikal yönümlü paylaşımlarına görə tanış olduğunu, Rufullanın dini radikal, dövlət əlehinə olan fikirləri onun diqqətini cəlb etdiyini, Rufullanın çıxışlarına, yazdığı yazılara meyillənib telegram mobil tətbiqində yazışmağa başladığını, Ruhulla Axundzadə ilə tanış olmamışdan əvvəl “İslamChat313” qrupunun inzibatçısı olan “Keysan” ləqəbli İlham adlı, Şirvan şəhərində yaşayan və orada bərbər işləyən şəxslə danışdığını, İlhamın onun dini səhifələrdə olan radikal yönümlü paylaşımlarını görərək ona yazıb onun şəxsi məlumatlarını dəqiqləşdirdiyini, ondan onun harada yaşadığını, təhsilini, nə işlədiyini və digər şəxsi məlumatlarını dəqiqləşdirdiyini, İlhamın onun məlumatlarını dəqiqləşdirdikdən bir müddət sonra onu “İslamChat313” adlı qrupa əlavə etdiyini, həmin qrup gizli xarakter daşıdığını, lakin bir növ “filtr” funksiyasını yerinə yetirdiyini, qrupda daha radikal və konkret fikirli şəxsləri toplayaraq “Qisas” daha sonra isə “Hüseynçilər313” qruplarına əlavə etdiklərini, bu qruplarda inzibatçı təyin olunduğunu, Ruhulla Axundzadənin “Hüseyniyyun” Azərbaycan Müqavimət Təşkilatına işlədiyini bildiyini, bunu ona onun özü deməsini, “Hüseyniyyun” təşkilatı isə İİR xüsusi xidmət orqanı olan Sepahın tabeçiliyində olduğunu, Hüseyniyyun təşkilatının rəhbəri Tohid İbrahimbəyli olduğunu, “Qisas” qrupu yaradıldıqdan sonra Ruhulla Axundzadənin rəhbərliyi ilə canlı yayım açıldığını, həmin qrupun təxminən 2022-ci ilin avqust ayında yaradıldığını, canlı yayımda Ruhulla Axundzadənin onlara Qurana qrupda olan təxminən 15 nəfər şəxs qrupda olan bütün sirrləri qoruyacaqlarına, Azərbaycanda “kərimə” – yəni İslam Dövlətinin qurulmasına xidmət edəcəklərinə and içdiklərini, bununla da o, qrupda olan şəxslərlə o da daxil olmaqla məxfi əməkdaşlığa cəlb edildiyini, Onunla birlikdə “Hüseyn”, “əbu Zeynəb”, “Sərdar”, “Keysan”, “Hizbullah”, Rufullanın oğlu Əlimürsəl Axundzadə, “Allahu Əkbər”, ərəbcə yazılmış “X152”, “Xomeyni Rəhbər”, ərəbcə yazılmış “Ya Əli”, “Əli Aşiqi 313” və ləqəbini xatırlamadığı N nəfər şəxs də and içib məxfi əməkdaşlığa cəlb edildiklərini, onun ləqəbinin “Hüseyni” olduğunu, bundan sonra Ruhulla Axundzadənin hər birinə şəxsən tapşırıqlar veriləcəyin bildirib, onları mütləq icra etmək lazım olduğunu deməsini, qrupda DTX-ni İsrail dövləti idarə edildiyini bildirməsini, Azərbaycanı İsrail və onun sionist rejimi işğal etdiyini, Azərbaycanı azad edərək “kərimə“ dövləti yəni islam dövləti qurmaq lazım olduğunu deməsini, özünün Ruhulla Axundzadə ilə 26 noyabr 2022-ci il tarixdə “telegram” mobil tətbiqində danışarkən ona DTX-nin Sumqayıt şəhərində yerləşən və İsraillə əlaqəsi olan hər hansı bir bazasının məlumatlarını əldə etmək lazım olduğunu deməsini, özünün də 2021-ci ildə X112 DTX-nin bazasının yanından keçərkən ondan həmin yerin nə olduğunu soruşduğunu, dayısının da ona oranın DTX-nin bazası olduğunu deməsini, dayısı polis serjantı olduğu üçün şəhər ərazisindəki yerləri yaxşı tanıdığını, özünün də həmin bazanın yerini o vaxtdan ağlında saxladığını, həmin bazanın Sumqayıt şəhəri Ceyranbatan su anbarının yaxınlığında yerləşdiyini, onun Ruhulla Axundzadənin ona verdiyi tapşırıq üzrə hərəkət edərək “Google map” proqramında həmin bazanın koordinatlarını, yerləşdiyi ərazini müəyyən edib Ruhulla Axundzadəyə göndərdiyini, Ruhulla Axundzadə ondan həmin bazanın şəklini çəkməyini istəsə də özünün yalnız koordinatlarını göndərməklə kifayətləndiyini, DTXnin bazası olduğu üçün tutulma ehtimaldan qorxub bunu edə bilmədiyini, bundan başqa 2022-ci ilin dekabr ayında Ruhulla Axundzadə Sumqayıt şəhərində yerləşən “Vəhabi” təriqətinə mənsub şəxslərin getdiyi məscidlərin məlumatlarını və fotoşəkillərini ona göndərmək barədə ona daha bir tapşırıq verdiyini, özünün yenə də “Google map” proqramında həmin məscidlərin yerini müəyyən etdiyini, həmin məscidlərdən birinin Sumqayıtın Bakı şəhərinə tərəf olan girişinə yaxın, digər isə Corat qəsəbəsi ərazisində yerləşdiyiyni, məscidlərin koordinatlarını və google.com saytında yerləşdirilmiş şəkillərini əldə edib Ruhulla Axundzadəyə göndərmək üçün “Qisas” qrupunda məxfi əməkdaşlığa cəlb edilmiş “Hizbullah” ləqəbli Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs6 göndərdiyini, həmin tapşırıq Vüqara da Ruhulla Axundzadə tərəfindən verildiyini, onun da Vəhabi məscidləri barədə məlumat topladığını, Vüqarın onunla danışdığı zaman bunları ona deməsini, “Hizbullah” ləqəbli Təqsirləndirilən şəxs6 “Qisas” və “Hüseynçilər313” qruplarına əlavə etməyi özünün təklif etdiyini, o, Ruhulla Axundzadənin tapşırığına əsasən dini səhifələrdə radikal yönümlü şərhlər yazan şəxsləri müəyyən edib “Qisas” və “Hüseynçilər313” qruplarına əlavə etmək daha bir tapşırığı olduğunu, özünün də Təqsirləndirilən şəxs6 müəyyən edib əlavə etdiyini, daha doğrusu onun namizədliyini verdiyini, onu isə qruplara Keysanın əlavə etdiyini, hətta Vüqara bir dəfə görüşərək oxuması üçün İran yönümlü dini məzmunlu kitab da verdiyini, Vüqar da onun qrupa əlavə etməyinə görə məxfi əməkdaşlığa cəlb edilərək Ruhulla Axundzadə tərəfindən tapşırıqlar aldığını, o, Vüqarın digər tapşırıqlarını bilməsə də Vəhabi məscidləri barədə məlumatları toplamaq barədə tapşırıq aldığını, məscidlərlə bağlı aldığı məlumatları Rufullaya göndərdiyini bildiyiyni, Təqsirləndirilən şəxs6 Ruhulla Axundzadənin tapşırıqlarını icra etməyə həvəsli olduğunu, “Telegram” mobil tətbiqində “Qisas” və “Hüseynçilər313” qruplarında Ruhulla Axundzadənin tapşırığı ilə inzibatçı olaraq qrupun idarə edilməsi, orada xəbərlərin paylaşılması və digər işləri gördüyünü, 2022-ci ilin dekabr ayında Əlimürsəl Axundzadə “Qisas” qrupunda qrupu bağlayın və burada olan bütün yazışmaları silmək barədə göstəriş verdiyini, Əlimürsəlin DTX-nin əməllərinə görə onları həbs edə biləcəyindən qorxduğunu bildirdiyini, ona görə də qrupların silindiyini, onun da qrupdan çıxardıldığını, bundan sonra isə “Müqavimətə Davam” qrupu Keysan tərəfindən açıldığını, onların həmin qruplara salındıqlarını, hazırda da onun telefonunda Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə “Telegram” mobil tətbiqində dostluğunda olmasını, əməlinin dövlətə xəyanət olduğunu bildiyini, əməlindən peşman olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs6 Seyran oğlu ifadələrində məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslərdən heç birini tanımadığını, İttiham olunduğu AR CM 274 və 278.2-ci maddələri ilə özünü təqsirli bilmədiyini, Ruhullah Axundzadə ilə Telegram vasitəsilə tanış olduğunu, daha sonra onu qrupa dəvət etdiyini, qrupda könüllü şəkildə onu admin etdiyini, qrupda dini məlumatları, dünyada baş verən hadisələri paylaşdığını, “Qisas” qrupuna “Hizbullah” ləqəbi ilə daxil olduğunu, həmin qrupda nə qədər şəxs olduğunu dəqiq xatırlamadığını, on nəfərdən çox olmadığını, «Kərimə» dövlətinin yaradılmasının konkret bir vaxtı olmadğını, “Hizbullah” ləqəbinin mənası “Allahın ordusu” demək olduğunu, «Kərimə» dövlətində İslam qayda-qanunları yaradılmalı olduğunu, tutulmamışdan bir il əvvəldən bəri Kərimə dövlətinin yaradılması ilə bağlı ideologiyası formalaşdığını, qrupda olan şəxslərdən sadəcə Ruhullah Axundzadə ilə danışığı olduğunu, Ruhullah Axundzadə hər hansı hərbi hissənin şəklini çəkməyi ilə bağlı ondan xahişi olmadığını, Ruhulla Axundzadə “Vahabi” təriqətində olan şəxslərin Azərbaycanda təxribat törətmək istədiklərini dediyini, əvvəl AR CM 278.2-ci maddəsi ilə özünü qismən təqsirli bildiyini, lakin hazırki mərhələdə özünü heç bir maddə ilə təqsirli bilmədiyini, qrupda dünyada baş verən hadisələr haqqında paylaşımlar etdiyini, qrupda hər hansı sursat anbarların, taktiki əməliyyatların aparılması üçün məxfi obyektlər barədə fotoşəkillər paylaşmadığını, qrupda etdiyi paylaşımlara görə gələcəkdə yaratmaq istədiyi «Kərimə» dövlətində hər hansı vəzifə və ya hazırki dövrdə maliyyə dəstəyi olmadığını, qrupda konkret olaraq «Kərimə» dövlətinin yaradılması barədə müzakirələr olmadığını, Hüseynin dövlətin konstitusion quruluşunun dəyişilməsi ilə bağlı fikir bildirməsinin şahidi olmadığını, Təqsirləndirilən şəxs5 tərəfindən verilən kitabı iş yoldaşı vasitəsi ilə götürdüyünü, həmin kitabın hədislərdən ibarət olduğunu, oxuduqdan sonra geri qaytardığını, İlkinin ona məscidlərin və ya hərbi hissələrin fotoşəkillərini göndərmədiyini, qrupun məqsədi Azərbaycanda Kərimə dövlətinin qurulması olduğunu, «Kərimə» dövləti dindarların azad olması ilə qurulmalı olduğunu, hansı üsul ilə azad olunacaqları barədə məlumatı olmadığını, Azərbaycanda yaşayan yəhudilərdən, İslama qarşı olan şəxslərdən qisas alındığnı, ittiham aktında olan ifadə ona məxsus olmadığnı, məhkəmədə verdiyi ifadələrini təsdiq etdiyini göstərdiyi halda məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs6 Seyran oğlu ibtidai istintaq zamanı 2018-ci ildən namaz qıldığını, əhli-şiə məhsəbindən olduğunu, 2022-ci ildə “Telegram” mobil tətbiqində Ruhulla Axundzadə adlı şəxslə dini səhifələrdə olan dini radikal yönümlü paylaşımlarına görə tanış olub Rufullanın dini radikal, dövlət əlehinə olan fikirləri onun diqqətini cəlb etdiyiyni, Rufullanın çıxışlarına, yazdığı yazılara meyillənib onunla telegram mobil tətbiqində yazışmağa başladığını, Ruhulla Axundzadə ilə tanış olmamışdan əvvəl “Azeislamadoğru313” xəbər səhifəsinin inzibatçısı olan “Keysan” ləqəbli İlham adlı, Şirvan şəhərində yaşayan və orada bərbər işləyən şəxslə danışdığını, sonra səhifənin adı dəyişərək “Zühurxəbər” olduğunu, o da İlham tərəfindən həmin səhifənin admini olduğunu, İlhamla dini səhifələrdə olan radikal yönümlü paylaşımlarını görərək ona yazdığını və şəxsi məlumatlarını dəqiqləşdirdiyini, Keysanın ondan harada yaşadığını, təhsilini, nə işlədiyini və digər şəxsi məlumatlarını dəqiqləşdirdiyini, İlhamın onun məlumatlarını dəqiqləşdirdikdən bir müddət sonra onu “Zühurxəbər” adlı səhifəyə inzibatçı etdiyini, 2022-ci ilin avqust ayında əvvəlcə “Hüseynçilər313” daha sonra isə 2022-ci ilin dekabr ayında “Qisas” gizli qruplarının Keysan tərəfindən üzvü kimi qrupa əlavə edildiyini, lakin “Qisas” qrupunun 2022-ci ilin dekabr ayında silinərək hamının qrupdan çıxarıldığını, bunun səbəbini Ruhulla Axundzadənin oğlu Əlimürsəl Axundzadənin ona şəxsi yazışmada qrupu bağlayıb və burada olan bütün yazışmaları silmək barədə tapşırdığını, yoxsa DTX əməllərinizə görə sizi həbs edəcəyi barədə xəbərdar etdiyini, Qisas qrupu Azərbaycan Respublikasında İslam dövlətinin qurulması məqsədilə Ruhulla Axundzadənin tapşırığı əsasında Keysan ləqəbli İlham tərəfindən yaradıldığını, qrupda o da daxil olmaqla hər kəs and içdiyiyni, and dini and olmaqla, qrupda olan danışıqları kənara çıxarmayacaqlarına, sirri qoruyacaqlarına və İslam dövlətinin qurulmasına sadiq qalacaqlarına aid olduğunu, İslam dövləti kimi Azərbaycanda «Kərimə» dövlətinin qurulmasından söhbət getdiyini, Ruhulla Axundzadənin qrupda olanlara məxfiçilik üçün ləqəb götürməklərini bildirdiyini, özünün də Hizbullah ləqəbini götürdüyünü, bundan bir müddət sonra qrupn silindiyini, lakin o “Hüseynçilər313” gizli qrupunda hələ də qaldığını, “Zühurxəbər” səhifəsi bir növ “filtr” funksiyasını yerinə yetirdiyini, bu qrupda daha radikal və konkret fikirli şəxsləri toplayaraq “Qisas” daha sonra isə “Hüseynçilər313” qruplarına əlavə etdiklərini, bununla da Ruhulla Axundzadə onu məxfi əməkdaşlığa cəlb etdiyini, onun Ruhulla Axundzadənin İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepahın tərkibində olan “Hüseyniyyun” Azərbaycan Müqavimət Təşkilatına mənsub olduğunu, onlara xidmət etdiyini bildiyini, həmin təşkilatın rəhbəri Tohid İbrahimbəyli olduğunu, özünün “Keysan” ləqəbli İlham adlı şəxslə danışığında ona İranda olan şeyxlər Orxan Məmmədova, Vüsal İskəndərliyə və Tohid İbrahimbəyliyə xidmət etmək istədiyini, İlhamın ona danışığında məqsədlərini ona açıqlayanda “Qisas” qrupunun yaratdığı bir video atdığını, həmin videoda Azərbaycanda olan vəhabi təriqətinə məxsus şəxslərə, sionistlərə, Şiə məzhəbinin düşmənlərinə qarşı silahlı mübarizə əks olunduğunu, özünün də bu videonu görüb o vaxt məqsədlərinin nə olduğunu başa düşdüyünü, onun “Telegram” mobil tətbiqində adı Hizbullah olduğunu, hətta bu ada görə ona Ruhullanın yazaraq bu ləqəbi ilk dəfə sonuncu götürdüyünü yazdığını, bundan başqa ona “Zühurxəbər” adlı səhifəyə inzibatçı olub onu idarə etməyini Ruhulla Axundzadənin tapşırdığını, bundan başqa həmçinin “Hüseynçilər313” gizli qrupunda da Ruhulla Axundzadənin tapşırığı ilə də inzibatçı olub qrupu idarə etdiyini, həmin qrup və səhifələrdə fəaliyyət göstərməkdə məqsədinin daha çox şəxsin məxfi əməkdaşlığa cəlb edilməsi olduğunu, 2022-ci ilin dekabr ayında Ruhulla Axundzadə ona Sumqayıt şəhəri ərazisində olan vəhabi məscidlərinin şəklini və olduğu yeri müəyyən edib ona atmaq barədə tapşırıq verməsini, Sumqayıtda olan Ceyranbatan məscidi və Corat qəsəbəsində yerləşən Ceyhunxanım və Hacıəhməd məscidinin şəkillərini və koordinatlarını İlkin adlı “Hüseyni” ləqəbli Qisas və Hüseynçilər313 qruplarından tanıdığı şəxsdən alaraq Ruhulla Axundzadəyə göndərdiyini, Ruhulla Axundzadənin ona verdiyi tapşırıq üzrə İlkinlə danışaraq ona belə bir tapşırıq verildiyini tapşırdığını, İlkin də həmin koordinatları və şəkilləri ona göndərdiyini, özünün də topladığı bu məlumatları Ruhulla Axundzadəyə göndərdiyini, bu şəkilləri və koordinatları göndərməkdə məqsədləri ölkədəki dini vəziyyətə nəzarət etmək olduğunu, dini qruplaşmalara nəzarət edərək daha çox şəxsin onların məqsədlərinə qoşulması olduğunu, özünün həmin Vəhabi və Sələfi əqidəsində olan şəxslərin harada toplaşmaları barədə məlumatları dəqiqləşdirdiyini, onları izləyib harada toplaşdıqlarını müəyyən etdiyini, vəhabilərə və sələfilərə aid olan Sumqayıt şəhərində yerləşən və onların toplaşdığı yerlərin kafelərin restoranların şəkillərini çəkməyi Ruhullanın ona tapşırdıqlarını, özünün Sumax və Pürrəngi adlı kafelərin foto şəkillərini çəkərək Ruhulla Axundzadəyə göndərdiyini, özünün həmin kafelərin əvvəlcə “google.com” saytında axtarış edərək şəkillərini tapa biləcəyini yoxladığını, həmin kafelər məhşur olduğu üçün şəkilləri çıxmış və şəkilləri “screenshot” vasitəsilə çəkərək Ruhulla Axundzadəyə göndərdiyini, “google.com” saytında şəkillər çıxmasaydı gedib şəkillərini çəkməli olduğunu, həmçinin həmin kafelərin ünvanlarını da Rufullaya göndərdiyini, Pürrəngi kafenin ünvanını ünvan 25undan başqa kafenin +**********39 nömrəsini də göndərdiyini, həmçinin Sumax kafenin +**********44 nömrəsini də göndərdiyini, bundan başqa Hüseynçilər313 qrupunda və Zühurxəbər səhifəsində şəxsən özü tərəfindən yazılmış mətnlər, hazırlamış videolar və digər yazıları paylaşdığını, qrupda inzibatçı kimi aktiv olmağı, daha çox şəxs onlarla işləməyə cəlb olunmaq barədə ona göstərişi Ruhulla Axundzadənin verdiyini, etdiyi bütün paylaşımları və fəaliyyəti Azərbaycan Respublikasına İslam qanunları ilə idarə edilən «Kərimə» dövlətinin qurulmasına yönəldiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs8 ifadələrində ittiham olunduğu maddələrdən heç biri ilə özünü təqsirli bilmədiyini, təqsirləndirilən şəxslərdən Elvini bir dəfə məsciddə gördüyünü, “Qisas” qrupunda ləqəbi “Müntəzir” olduğunu, ittihamda onların çevriliş etmək istədikləri göstərildiyini, lakin on üç nəfər ilə hakimiyyəti devirmək olmadığını, «Kərimə» dövləti yaratmaq niyyəti də olmadığını, “Qisas” qrupuna 2022-ci ilin avqust ayında dini mövzularla bağlı Ruhullah Axundzadə tərəfindən qoşulduğunu, “Qisas” qrupunda dini mövzular olduğunu, X24 Ağayevi qorxutmaq istədiyini dediyini, o da silah tapa bilməyəcəyini bildirdiyini, hər birini bu fikirdə cəmləşdirən Hz.Mehdi olduğunu, dini təhsili olmadığını, təsadüfən bibisinin yoldaşı zəng edib “Qobu Park 1”-də ona ev düşdüyünü dediyini, ora getdikdə iki nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, təsadüfən eşitdiyi məlumata əsasən Arzu Daşdəmirovun tapşırığı ilə gətirildiyini dediklərini, sonradan özünün narkotik vasitənin istifadəsi ilə bağlı saxlanıldığını öyrəndiyini, polis əməkdaşları fotoşəkil çəkərkən narkotik vasitəni haradan tapdığını soruşduqda bir əli ilə yeri göstərərkən, digər əli ilə polisi göstərdiyini, 19 may 2023-cü il tarixdə isə Dövlət Təhlükəsizlik Xidmətinə aparıldığını, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona fiziki zor tətbiq edildiyini, bir dəfə silahla bağlı avqust aylarında tanışlarına yazdığını, sonuncu dəfə isə ya 2022-ci ilin dekabr ayında, ya da 2023-cü ilin yanvar ayında marağlandığını, tutulmasa idi də, silahla Mirşahin Ağayevə xəsarət yetirmək niyyəti olmadığını, qrupda hakimiyyəti zorla devirmək və ya konstitusion quruluşu dəyişməklə bağlı söhbətlər olmadığını, qrupdan əvvəl Elvinlə tanışlığı olduğunu, məsciddə görüşdüklərini, həmçinin Ruslanla metroda qarşılaşdığını, digərləri ilə tanışlığı olmadığını, qrupda Təqsirləndirilən şəxs2 dövlət xadiminə sui-qəsdi ilə bağlı danışığından xəbəri olmadığını, qrupda sədəcə Təqsirləndirilən şəxs2 dini mövzulardan danışdığını, X80 bağlı heç bir söhbət olmadığını, “Qisas” qrupunda Hüseynin iştirakı olaraq sadəcə “salam-sağol”-u olduğunu, Asim adlı şəxs onun tanışı olduğunu, Mirşahin Ağayevin danışığına görə onunla bağlı əsəbiliyi olduğunu, onu qorxutmaq məqsədilə Asim adlı tanışdan silah almaq istədiyini, lakin daha sonra fikrindən yayındığını, narkotik vasitə ilə əlaqəsi olmadığını, həmin narkotik vasitəni polis onun cibinə yerləşdirdiyini, ibtidai istintaq zamanı verilən ifadələrini təzyiq altında imzaladığını, Musa Camalzadədən silah istəmədiyini, sadəcə Asim və Ruslandan istədiyiyni, məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini göstərdiyi halda məhkəmədə elan olunub araşdırılmış ifadələrində o, ibtidai istintaq zamanı 2020-ci ildən namaz qıldığını, əhli-şiə məzhəbində olduğunu, 2022-ci ilin iyun ayında Qafqaz Müsəlmanları İdarəsinin qarşısında Hacı Talehin aclıq aksiyası ilə bağlı 3 nəfər dindara zorakılıq edilməsi ilə bağlı aksiyaya gedib qoşulduğunu, orada Təqsirləndirilən şəxs7 adlı şəxslə tanış olduğunu, Elvininin də onun kimi dindar şəxs olduğunu, Elvinlə tanışlıqdan sonra onu “İslamchat313” adlı qrupa dəvət etdiklərini, həmin qrupa daxil olduqdan 1-2 saat sonra onu səhifədən çıxartdıqlarını, bundan sonra özünün qrupun inzibatçısı “Keysan” ləqəbli İlham adlı Şirvan şəhərində yaşayan və orada bərbər işləyən şəxsə “Telegramda” şəxsidə yazışdığını, İlhamla danışanda ondan şübhə etməməsini etibarlı şəxs olduğunu bildirdiyini, həmin səhifələrin müqavimətçilərə məxsus olduğunu bildiyini, buna görə də ona dövlət orqanlarına işləyən olmadığını, ondan narahat olmamağı deməsini, daha sonra İlhamın onun şəklini və şəxsi məlumatlarını ondan istədiyini, ona həmin məlumatlarını Ruhulla Axundzadənin istədiyini bildirdiyini, ona özününü həmin səhifəyə Təqsirləndirilən şəxs7 tərəfindən dəvət edildiyini bildirdiyini, bundan 2 gün sonra 2022-ci ilin iyul ayında İlhamın onu “Qisas” gizli qrupuna əlavə etdiyini, orada qrupun inzibatçıları Ruhulla Axundzadə və Əlimürsəl Axundzadə olduğunu, Ruhulla Axundzadənin ona “Telegram”da şəxsidə yazaraq barəsində məlumatlar əldə etdiyini, ondan bütün məlumatlarını ətraflı soruşduğunu, özün qrupdakı danışıqlarda Ruhulla Axundzadə Hüseyniyyun Azərbaycan Müqavimət təşkilatının rəhbəri Tohid İbrahimbəylinin qohumu kimi tanıdığını, onunla ilkin danışığından sonra Ruhulla Axundzadənin onu və bir neçə qrup üzvünü Qurana əl basdıraraq görüntülü danışıqda and içdirmək istədiyini, özünün də Azərbaycan Respublikasında Kərimə dövlətinin qurulmasına, hakimiyyəti devirməyə və yerində sionist rejimin qurulmasına sadiq qalacağına and içdiyini, Ruhulla təhlükəsizliyi üçün ona ləqəb götürməsini bildirdiyini, özünün də “Müntəzir” ləqəbini götürdüyünü, qrupda Azərbaycanda “kərimə” dini dövlətinin yaradılması, İmam zaman ağanın zühur etməsi, Xomeini ağaya rəğbət bəslənməsi, dini dövlətinin yaradılması, sionist rejimin Azərbaycandan çıxarılması, şiə məzhəbinə mənfi fikirlər bəsləyən və İranı tənqid edən dövlət adamlarına qarşı sui-qəsd edilməsi fikirləri müzakirə edilməyə başlandığını, bunlardan ən önəmlisi “Real TV”-nin rəhbəri Zərərçəkmiş şəxs2 ilə bağlı olduğunu, Zərərçəkmiş şəxs2 televiziyadakı çıxışında “İmamhüseynova bacıları” ifadəsini işlədib, İmam Mehdini təhqir etdiyini, bundan onların «Qisas» qrupu olaraq çox hiddətləndiklərini, qrupda üzvlər Mir Şahinin cəzalandırılması ilə bağlı danışdıqda özünün şəxsidə Əlimürsəl Axundzadəyə, əgər lazımdırsa o Mir Şahinlə bağlı bu işi görə bildiyini yazdığını, bunu deməyə səbəb Mir Şahin imam Hüseyni təhqir edərək onun bütün mənəvi hisslərinə və inancına toxunması olduğunu, onsuz da qrupda da Ruhulla Axundzadə tərəfindən Mir Şahinin cəzalandırılması ilə bağlı danışıq aparıldığını, amma kimin onu cəzalandıracağını bilmədiyindən özünün könüllü bu işi üstünə götürdüyünü, X153 bir göz dağı vermək olduğunu, özünün Əlimürsələ silah tapmağını dediyini, Əlimürsəlin ona Mir Şahinin ev ünvanını öyrənib ona deyəcəyini və silahı da ona tapacaqlarını dediyini, bir müddət sonra Əlimürsəlin onunla əlaqə saxlayaraq silah tapa bilmədiyini və onun Mir Şahinin maşınına molotov kokteyli atmalı olduğunu bildirdiyini, özünün də Əlimürsələ molotov kokteylinin nə olduğunu və necə hazırlandığını bilmədiyini deməsini, Əlimürsəllə danışığından sonra özünün silah axtarmaq üçün yaxınlarından soruşduğunu, Qafqaz Müsəlmanları İdarəsinin qarşısındakı aksiyadan tanıdığı Asim adlı şəxsdən, Ruslan adlı dostundan və Musa Camalzadə adlı dostundan onlarda silah olub-olmaması barədə maraqlandığını, Asimin istifadəsində ***-***-**-** saylı, Musada ***-***-**-** və Ruslanda isə ***-***-**-** saylı nömrələr olduğunu, Asimin Masallıdan olimasını, Musa Camalzadənin isə həm 2016 həm də 2020-ci ildə döyüşlərdə iştirak etdiyini, Ağstafada hərbi xidmətdə olan maxe olduğunu, ona görə də onlarda silah olma ehtimalını fikirləşib onlardan soruşduğunu, Asim isə onunla yaxın olduğu üçün ondan soruşduğunu, onlarda silah olub-olmamasını bilmədiyini, onların Ruhulla Axundzadə və Qisas qrupu ilə əlaqəsi olmadığını, həm də Qisas qrupunda olan söhbətlərin gizli saxlandığı üçün silahı niyə axtardığını onlara demədiyini, lakin sonradan Əlimürsəllə aralarında gedən Mir Şahinin söhbəti silah tapılmadığı üçün qaldığını, bundan sonra silah axtarmadığını, bundan başqa Qisas qrupunda Təqsirləndirilən şəxs2, Keysan ləqəbli İlham, Hüseyni ləqəbli İlkin adlı Sumqayıtdan olan şəxs, Müntəzir ləqəbi ilə o, Ruhulla Axundzadə, Əlimürsəl Axundzadə, Xomneyi rəhbər, Ya Əli, Təqsirləndirilən şəxs7, Hüseyn adlı şəxs, Sərdar ləqəbli şəxs, Əli Aşiqi 313, Təqsirləndirilən şəxs11, Yusif Mirzə və digər şəxslərin olduğunu, digərlərinin adını hazırda xatırlamadığını, özü 28 mart 2023-cü il tarixdə Abşeron rayonu Qobu kəndi ərazisində olarkən yolun kənarında kağıza bükülmüş halda bükülü olduğunu gördüyünü, həmin bükülünü götürüb içinə baxdıqda içində şüşə adlanan psixotrop maddənin olduğu ehtimalını düşünərək özü ilə götürdüyünü, 29 mart 2023-cü il tarixdə Qobu kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis şöbəsinə gətirildiyiyni və orada üzərindən həmin maddələrin aşkar edildiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs4 iona ona AR Cinayət Məcəlləsinin 274 və 278-ci maddələri ilə özünü təqsirli bilmədiyini, AR Cinayət Məcəlləsinin 28, 277-ci maddələri ilə təqsirli bildiyini, Təqsirləndirilən şəxs2 ilə tanışlığı olduğunu, onun ona avtomobil nömrəsi verib həmin avtomobilin nə vaxt gəlib-getməsi ilə bağlı ona məlumat verməyini xahiş etdiyini, lakin Faiqin ona nə etmək istədiyi ilə bağlı məlumatı olmadığını, hadisənin nə vaxt olduğunu xatırlamadığını, ancaq qış ayları olduğunu, özünün avtomobili müəyyən etdiyini, avtomobilin Zərərçəkmiş şəxs1 avtomobili olduğunu, lakin Faiq avtomobili gördüyü zaman nə edəcəyi ilə bağlı məlumat vermədiyi üçün o da bununla bağlı Faiqdən heç nə soruşmadığını, təqsirləndirilən şəxslərən Təqsirləndirilən şəxs2 sosial şəbəkədən tanıdığını, daha sonra onunla görüşdüklərini, sosial şəbəkədə ləqəbi “Sərdar” olduğunu, mənası komandir olduğunu, qoşulduğu qrupun adı “Qisas” olduğunu, həmin qrupda dini mövzulardan danışıldığını, digər qrup olan “Müqavimətə davam”-da işdə olduğu üçün çox iştirak edə bilmədiyini, şirkətdə fəhlə, taksi sürücüsü işlədiyini, Zərərçəkmiş şəxs1 izləməyi ilə bağlı heç kimin ona göstəriş vermədiyini, sadəcə Faiqin avtomobil nömrəsini verərək həmin avtomobilin nə vaxt gəlməsi barədə ona məlumat verməyini xahiş etdiyiyni, Zərərçəkmiş şəxs1 nazir olduğunu bildiyini, lakin Faiqin onu hansı səbəblə izlədiyini bilmədiyini, bir dəfə təxminən 40 dəqiqə həmin avtomobilin gəlməsini gözlədiyini, bir dəfə də təsadüfən həmin yerdən keçərkən avtomobili gördüyünü, avtomobilin seriya nömrəsini bilmədiyini, Təqsirləndirilən şəxs2 həmin avtomobili gördüyünü dediyini, lakin qrupda deyil, şəxsən özünə məlumat verdiyini, Faiqə Zərərçəkmiş şəxs1 izləməsinin səbəbini soruşduqda heç bir məlumat vermədiyini, Ruhullah Axundzadəni sosial şəbəkələrdə tanıdığını, onunla şəxsi tanışlığı olmadığını, Ruhullah Axundzadənin qrupa qoşulduğunu, özünün dini təhsili olmadğını, Faiq sadəcə bir dəfə ondan universitetin önündə avtomobilin nə vaxt gələcəyi barədə ona məlumat verməyini xahiş etdiyini, bir-birilərinə heç bir vədi olmadığını, ona göstərilən təzyiqlərlə bağlı heç bir yerə məlumat verə bilmədiyini, həkim tərəfindən xəsarətlərinə krem çəkildikdən qısa müddət ərzində xəsarət izləri silindiyini, lakin həmin izlərin qeydə alınıb-alınmadığını bilmədiyini, təqsirləndirilən şəxs Hüseyni tanımadığını, Faiqin yanında gördüyünü, lakin tanış olmağa vaxt olmadığını, Yevlax rayonuna getmədiyini, Təqsirləndirilən şəxs5 tanımadığını, istintaqda verdiyi ifadəni təzyiq altında imzaladığını, həmin ifadənin ona məxsus olmadığını göstərdiyi halda məhkəmədə elan olunub araşdırılmış ifadələrində 2021-ci ilin yanvar ayından namaz qıldığını, həmin vaxtdan İslam dinini daha dərindən öyrənməyə başladığını, təxminən 2022-ci ilin iyun ayında “Telegram” tətbiqində olan “X100”, “Giperssilka.ru” kanallarında paylaşılan xəbərlərdə şərh bildirdiyini, elə həmin vaxt ona Təqsirləndirilən şəxs2 adlı şəxs yazaraq həmin “Telegram” kanallarını izlədiyini, yazdığı şərhlərdən dolayı bəyəndiyini bildirdiyini, həmin zamandan özünün Təqsirləndirilən şəxs2la “Telegram” tətbiqində, bəzən isə “Whatsapp” tətbiqində danışdığını, Faiqlə tanış olandan sonra “Telegram” tətbiqində “Qisas” adlı və “Hüseynçilər313” adlı qrupa daxil edildiyini, qrupa daxil edilməmişdən əvvəl «Keysan» ləqəbli şəxsin ona yazaraq şəxsi məlumatlarını öyrəndiyini, həmin məlumatları Ruhulla Axundzadəyə göndərəcəyini dediyini, bundan sonra onu qrupa dəvət etdiyini, Keysanın İlham adlı Şirvanda bərbər işləyən şəxs olduğunu, Ruhulla Axundzadəni telegramda olan kanallardan tanıdığını, “Qisas” adlı “Telegram” qrupunda Ruhullanın həftədə bir dəfə qrup üzvləri ilə canlı danışqlar apardığını, hər kəsin mövqelərini öyrəndiyini, qrupda Azərbaycanın sionist rejim tərəfindən idarə edildiyini, həmin sionist rejimin devrilərək ədalətli dini qaydalarla idarə edilən hökumətin qurulması, İran əlehinə danışan müxtəlif dövlət məmurlarınına qarşı sui-qəsdlərin edilməsindən danışdığını, bundan başqa Ruhulla Axundzadənin qrupa atdığı səs yazılarında Azərbaycanda olan İran əlehinə danışan dövlət məmurlarının cəzalandırılmalı olduğunu, bir olaraq ayağa qalxıb Azərbaycanda Kərimə dövlətinin qurulmalı olduğunu qeyd etdiyini, qrupa girən hər kəsin əvvəlcə and içdiyiyni, andın məzmununun qrupda olanları kənara çıxarmayacağını, sirri qoruyacağını, Azərbaycanda islam hakimiyyətinin qurulmasına sadiq qalacağına ibarət olmasını, özünün “Qisas” adlı qrupda Əlimürsəl adlı şəxsi də tanıdığını, həmin şəxsin bacısı “Hüseyniyyun” Azərbaycan Müqavimət Təşkilatının lideri Tohid İbrahimbəyli ilə evli olduğunu, Ruhulla ilə Əlimürsəinl Hüseyniyyun təşkilatının üzvləri olduqlarını, İranın dövlət orqanları ilə əlaqəli şəxslər olmasını, lakin Əlimürsəllə heç vaxt görüşmədiyini, Ruhulla Axundzadə məxfiçilik üçün adını ona dəyişməsini bildirdiyini, özünün isə Sərdar ləqəbini seçdiyini, Təqsirləndirilən şəxs2 ilə 2022-ci ilin oktyabr-noyabr ayında Bakı şəhəri, Əmircan qəsəbəsində “Olimp” çay evində görüşdüyünü, həmin görüş zamanı yalnız ikisi olduqlarını, görüş zamanı ümumi dini məsələlərdən, hədislərdən, Qurani-Kərimdə olan ayələrdən danışdıqlarını, bundan sonra isə özünün Təqsirləndirilən şəxs2 və Hüseyn adlı şəxslə Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən “Olimp” çay evində görüşdüklərini, Görüşün təşəbbüsçüsü Təqsirləndirilən şəxs2 olduğunu, Hüseynlə də həmin görüş zamanı tanış olduğunu, Hüseynin İ.M.Seçenov adına X124 Tibb Universitetində tələbəsi olduğunu, təxminən 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs2la görüşən zaman o, jurnalist Mir Şahinin efirdə çıxışı zamanı İmam Hüseyni təhqir etməsi ilə əlaqədar ona qarşı nifrətinin artdığını və Mir Şahinə göz dağı vermək üçün cəzalandırmaq lazım olduğunu bildirdiyini, Mir Şahini öldürmək hər bir müsəlmanın borcu olduğu qənəaətinə gəldiyini, Mir Şahinin cəzalandırılması istiqamətində hazır olub Faiqlə danışdığını, lakin sonradan bu məsələdən səs çıxmadığını, lakin Qisas qrupunda bu mübahisənin getdiyini, bundan başqa Hüseyn də Faiqə internetdə Zərərçəkmiş şəxs2 iş yeri və evini axtararaq bildirdiyini, Faiq Zərərçəkmiş şəxs2 göz dağı verilməsi barədə Hüseynə də dediyiyni, təxminən 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs2la görüşən zaman keçmiş təhsil naziri vəzifəsində çalışmış Zərərçəkmiş şəxs1 istifadəsində olan maşınının dövlət qeydiyyat nömrəsini öyrənib deməyini ona tapşırdığını, özünün Zərərçəkmiş şəxs1 adını eşidən zaman dərhal Faiqdən onun maşınını dövlət qeydiyyat nömrəsini niyə öyrənməyini istədiyini soruşduğunu, Faiqin isə Zərərçəkmiş şəxs1 2003-2005-ci illərdə təhsil naziri olan zaman tədris müəssisələrində hicabın qadağan olunmasına dair qərar qəbul etməsinin düzgün olmadığını, bu səbəbdən onun maşının dövlət qeydiyyat nömrəsini öyrənməyini istədiyini və bunun “Allah yolunda” lazım olduğunu deyərək bunu etməyə ruhlandırdığını, Faiqin həmin tapşırığın Əlimürsəl Axundzadə tərəfindən verildiyini bildirdiyini, özünün isə Faiqin sözlərindən hicab qadağasına görə Zərərçəkmiş şəxs1 hücum təşkil edərək onu cəzalandıracağını və qatı dindar olduğuna görə həmin tapşırığın İran tərəfindən verildiyini anladığını, lakin Faiq onu dini cəhətdən o qədər güclü motivasiya etmişdi ki, o Faiqə yox deyə bilmədiyini, görüş zamanı Faiq onun Zərərçəkmiş şəxs1 Elmlər Akademiyası tərəfdə olacağını bildirdiyini, görüşün səhərisi günü təxminən 2022-ci ilin noyabr ayında özünün səhər saatlarında “Elmlər Akademiyası” metrosu tərəfə gedərək özünə kənardakı şəxslərin diqqətinə düşməmək üçün uyğun yer seçib və keçmiş təhsil naziri Zərərçəkmiş şəxs1 gözləməyə başladığını, elə həmin saatlarda bir ədəd qara rəngli “Toyota” markalı maşının gəldiyini, maşının sürücü hissəsində bir nəfər ağ saçlı kişi oturduğunu, maşının arxa sağ tərəfində isə Zərərçəkmiş şəxs1 oturduğunu, onun başında papaq, üzərində isə palto olduğunu, maşına baxan kimi içərisində oturan şəxs keçmiş təhsil naziri Zərərçəkmiş şəxs1 dərhal tanıdığını, həmin maşının dövlət qeydiyyat nömrəsi uzun müddət keçdiyi üçün hazırda xatırlamadığını, lakin həmin zaman o, Təqsirləndirilən şəxs2 zəng edərək Zərərçəkmiş şəxs1 əyləşdiyi maşının dövlət qeydiyyat nömrəsini dərhal özünə bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs2 ona növbəti gün yenə getməyini və Zərərçəkmiş şəxs1 işə gəlib-getmə vaxtlarını öyrənməyini, bunu da Əlimürsəllə danışdığını bildirdiyini, özünün də yenə də dini cəhətdən ruhlandığı üçün Faiqlə razılaşıb yenə “Elmlər Akademiyası” metrostansiyası tərəfə səhəri gün günorta saatlarında getdiyini, həmin zaman o Zərərçəkmiş şəxs1 işə gəldiyi və işdən getdiyi vaxtlarını dəqiq öyrənib Təqsirləndirilən şəxs2 “Telegram” tətbiqi vasitəsilə bildirdiyini, bu tapşırığı da yerinə yetirəndən sonra Faiq oə səhərisi günü Hüseynlə birlikdə görüşməyini və Zərərçəkmiş şəxs1 işə başqa hansı vaxtlarda gəlib-getməyini birlikdə müşahidə etməyi bildirdiyini, Faiq Zərərçəkmiş şəxs1 Qisas qrupundan tanıdığı Təqsirləndirilən şəxs3 ilə güddüyünü, 2022-ci ilin oktyabr ayında “Elmlər Akademiyası” metrostansiyası tərəfdə Hüseynlə görüşdüyünü, görüş zamanı Hüseynin ona keçmiş təhsil naziri Zərərçəkmiş şəxs1 məxsus maşının fotoşəkilini çəkdiyini və Faiqə göndərdiyini bildirdiyini, bu məsələlərdən bir neçə gün sonra Faiq özü də ona “Telegram” mobil tətbiqi vasitəsilə Hüseynin Zərərçəkmiş şəxs1 maşının şəklini çəkərək göndərdiyini bildirdiyini, Hüseynlə görüş zamanı Zərərçəkmiş şəxs1 işə gəlmə və getmə vaxtları barədə Hüseyn Faiqlə “Telegram” tətbiqi vasitəsilə məlumat ötürdüyünü, həmin məlumatı bəzən zənglə, bəzən isə mesaj vasitəsilə Hüseyn Faiqə ötürdüyünü, oada Hüseynlə özünün təxminən 2-3 saat birlikdə Zərərçəkmiş şəxs1 müşahidə eləmək məqsədilə birlikdə “Elmlər Akademiyası” metrostansiyası tərəfdə gözlədiklərini, sonra Hüseynin təxminən saat 4 radələrində işə getdiyini, bütün bu məsələlərdən sonra növbəti gün o, Hüseyn və Faiq “Elmlər Akademiyası” metrostansiyası tərəfdə yenidən görüşdüklərini, adını xatırlamadığı restoranların birində üçü yemək yediklərini, hesabı Faiqin ödədiyiyni, ümumiyyətlə Faiqlə görüşən zaman həmişə hesabı onun özü ödədiyini, Faiqin bu hərəkətlərinin də ona qarşı hörmət hissi yaratdığını, hətta onun istifadəsində olan bank kartına da pulu olmayan vaxtları 25-30 manat pul göndərdiyini, birlikdə yemək yeyəndən sonra Faiq Zərərçəkmiş şəxs1 işi olan tərəfə getməyi və ora bir daha baxmaqlarını Hüseyn və ondan istədiyini, onlar da Faiqə yox deyə bilmədiyini, onunla birlikdə Zərərçəkmiş şəxs1 işi olan tərəfə gedərək müşahidə apardıqlarını, bundan başqa, 2023-cü ilin yanvar ayında Faiq onla və Hüseynlə görüşərək Yevlax rayonuna getməli olduqlarını, orada gizli şəkildə bir evə girəcəklərini və kömək etməli olduqlarını, həmin evdən kompüter götürməli olduqlarını, bunu Əlimürsəlin tapşırdığını bildirdiyini, özünün də Faiqdən bunu nə üçün etməli olduqlarını soruşanda, Faiq Allah üçün etməli olduqlarını və narahatlıq üçün heç bir əsas olmadığını, bu tapşırığın Qisas qrupu üzrə Ruhulla Axundzadədən gəldiyini bildirdiyini, özünün və Hüseynin də Faiqlə razılaşdıqlarını, bundan sonra taksi fəaliyyəti ilə məşğul olan Orxan adlı tanışına zəng edərək Yevlax rayonuna hansı qiymətə apara biləcəyini soruşduğunu, Orxanın 95-100 manata Yevlax rayonuna aparacağını dediyini, Orxan şübhələnməsin və məlumatlı olmasın deyə Faiq adlı tanışının Yevlaxda qohumu olduğunu və bir neçə əşya götürmək üçün getməklərini bildirdiyini, X140 rayonuna getməklərinin əsas səbəbini desəydi o əsla gəlməzdi və həmçinin Faiq də sərt şəkildə heç kimə bu barədə məlumat verməməyi tapşırdığını, özünün də Faiqin dediklərinə əməl etdiyini, təxminən 2023-cü ilin yanvar ayında axşam saatlarında o, Faiq, Hüseyn Orxan adlı tanışı ilə birlikdə Yevlax rayonuna çatanda Orxan onların hansı məqsədlə gəldiklərini anlamasın deyə gizli şəkildə girməli olduqları evdən kənarda maşını saxlatdıqlarını, gecə saatlarında Hüseyn, Faiq və özünün gizli şəkildə girməli olduqları evə yaxınlaşdıqlarını, birinci özünün Faiqə kömək etdiyini və Faiqin hasara qalxdığını, daha sonra Faiq Hüseynə hasara qalxmağa kömək etdiyini, son olaraq özünün hasara qalxdığını, sonra evin həyətinə daxil olduqlarını, həyətdə qapısı qıfılla bağlı olan zirzəmiyə giriş olduğunu, Faiqin həmin qıfılı qırmağa cəhd etsə də, qıra bilmədiyini, özünün həmin qıfılı qırıb üçünün də həmin zirzəmiyə daxil olduğunu, üçünün də həmin zirzəmiyə daxil olmasının əsas səbəbi ətrafdakıların onların həmin evə daxil olmasını görməməsi və şübhələnməməsi olduğunu, Faiq biraz həmin zirzəmidən evin döşəməsini elektrikli alətlə kəsərək evə daxil olmağa çalışmış və daxil olduqlarını, həmin kəsik balaca olduğu üçün evə Faiqin daxil olduğunu, onun arxasınca isə Hüseyn daxil olduğunu, özünün ora daxil ola bilmədiyini, Faiq evə gedərkən ev sahibinin polis tərəfindən tutulduğunu, Əlimürsəlin həmin evdə olan kompüteri götürülməzsə tutulan şəxsə ziyanı dəyə biləcəyini bildirdiyini, Faiqlə Hüseyn evi axtarsalar da kompüteri tapa bilmədiklərini və bundan sonra onlar evi tərk etdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs9 ifadələrində, 29 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını, şöbədə onun cibinə narkotik vasitə qoyulduğunu, X65 Xidmətinə aparıldıqlarını, ona Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə ittiham elan edildiyini, “Qisas” qrupunda olduğunu, sonra həmin qrupdan çıxdığını, “Qisas” qrupunda olarkən Ruhulla Axundzadənin ona zəng edərək, qrupa dindar şəxsləri gətir, maariflənsinlər deməsini, onun da qrupa Təqsirləndirilən şəxs10ı gətirdiyini, “Qisas” qrupunda neçə nəfər olduğunu bilmədiyini, “Qisas” qrupunda “Keysan” ləqəbi şəxsin olduğu yadında qaldığını, özünün ləqəbinin “Zalımın qorxusu, məzlumun dayağı” olduğu Qrupunun adı ona maraqlı deyildi, ona qrupda paylaşılanlar maraqlı olmadğını, həmin qrupda ancaq hədis və Quran ayələrinin paylaşıldığını gördüyünü, qrupa gündə bir dəfə daxil olduğunu, İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, “Kərimə dövləti”-nin nə olduğunu bilmədiyini, xəbəri olmayıb, o ancaq “Qisas” qrupunda olduğunu, “Qisas” qrupunda “Kərimə dövləti”-nin yaradılması, konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı söhbətlər olmadığını, əgər belə söhbətlər olsa idi, özünün həmin qrupda qala bilmədiyini, interneti olmadığına və telefonunun yaddaşının dolmasına görə bir müddətdən sonra “Qisas” qrupundan çıxdığını, “Qisas” qrupunda kiminsə and içdiyinin şahidi olmadığını, “Qisas” qrupuna üzv olmağına görə ona pul verilmədiyini, Ehtiyacı olduğuna görə Ruhulla Axundzadədən 200 manat borc istədiyini, Ruhulla Axundzadənin həmin pulu ona Savalanı cəlb etdiyinə görə vermədiyini, “Qisas” qrupuna daxil olandan sonra Ruhulla Axundzadənin həmin qrupun rəhbəri olduğunu bildiyini göstərdiyi halda məhkəmədə elan olunub araşdırılmış ifadələrində o, 2019-cu ildən namaz qıldığını, Əhli-şiə məshəbində olduğunu, 2022-ci ilin yayında Telegramda Ruhulla Axundzadə ilə tanış olduğunu, onun İranda yaşadığını “Hüseyniyyun” Azərbaycan Müqavimət Hərəkatı Təşkilatının üzvü və həmin təşkilatın rəhbəri Tohid İbrahimbəylinin qaynatası olduğunu, özünün Ruhulla ilə tanış olmamışdan əvvəl “Zuhuradoğru” kanalına daxil olub Telegramda dini xəbərləri izlədiyiyni, səhifədə olan linkə daxil olmaqla “Qisas313” kanalına daxil olduğunu, həmin kanalda olanda Ruhulla Axundzadənin ona yazaraq kim olmağını soruşduğunu, onun anket məlumatlarını dəqiqləşdirdiyiyni, bundan sonra onu “Keysan” ləqəbli İlham adlı şəxsin 2022-ci ilin avqust ayında onu “Qisas” qrupuna əlavə etdiyini, İlhamın qrupun yaradıcısı olduğunu, özünün qrupa daxil olduqda orada əvvəlcə dini ,daha sonra isə siyasi xarakterli xəbərlərin və məlumatların paylaşıldığını gördüyünü, Ruhullanın ona adını dəyişərək ləqəb seçməli olduğunu dediyiyni, özünün də “Zalımın qorxusu, məzlumun dayağı” ləqəbini seçdiyini, sonra isə «Mücahid 313» ləqəbini götürdüyünü, Ruhullanın ona ləqəb seçməyi təklif etdini, onun öz adı və nömrəsi görünərsə onu “Qisas” qrupunda olduğu üçün həbs edə bildiklərinin deməsi olduğunu, qrupda əsasən Ruhulla Axundzadə və oğlu Əlimürsəl Axundzadənin siyasi xarakterli xəbərlər paylaşaraq Azərbaycanda “Kərimə” dövlətinin qurulması üçün hazır olmalı olduqlarını deməsini, Kərimə dövlətinin qurulması üçün isə ətraflarına özləri ilə eyni dini əqidədə olan şəxsləri toplamalı olduqlarını bildirməsini, özünün də həmin qaydada ətrafında olan dindar şəxslərdən qrupa salmaq istədiyini, “WhatsApp” mobil tətbiqində admini olduğu və Əlimürsəl Axundzadənin tapşırığı ilə idarə etdiyi “Haqqın səsi” qrupundan Təqsirləndirilən şəxs10 anket məlumatlarını öyrənərək “Qisas” qrupuna əlavə etmək üçün Ruhulla Axundzadəyə göndərdiyiyni, özünün razılıq verdikdən sonra Savalanın “Əliaşiqi313” ləqəbi ilə Keysan tərəfindən “Qisas” qrupuna əlavə edildiyiyni, Savalanın qrupa daxil olaraq Azərbaycanda “Kərimə” dövlətinin qurulmasına xidmət edəcəyinə Rufullanın özünə and içib bu istiqamətdə fəaliyyətə başladığını, bir müddət sonra onun imkanı olmadığı üçün telefonunu satmaq istədiyiyni, bunu Ruhulla eşitdikdə ona Rəşad adlı şəxsin nömrəsini verərək 200 manat ona göndərəcəyini deyib onun ”Kapitalbank” kartına 200 manat pul göndərildiyini, həmin pul köçürməsi ilə bağlı Ruhulla Axundzadə ilə yaranmış mübahisədən sonra onu qrupdan çıxarıldığını, bndan başqa 29 mart 2023-cü il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində gəzərkən su kanalının kənarından şəffaf rəngli torbada bir ədə büküm tapdığını, həmin bükümün içinə baxdıqda onun narkotik vasitəyə bənzər maddə olduğunu gördüyünü, əynimdəki cins şalvarın sağ yan cibinə qoyduğunu, bir müddət sonra Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitələr olması şübhəsi ilə rayon şöbəsinə dəvət edildiyiyni, şöbəyə daxil olduqda cibində olan narkotik vasitəyə bənzər maddələri çıxarıb stolun üstünə qoyduğunu, bundan sonra həbs edildiyini, ona “Whatsapp”da Haqqın səsi qrupunu açmağı ona Əlimürsəl Axundzadənin tapşırdığını, Əlimürsəl ona dini-radikal qrup açaraq orada İranmeyilli təbliğatın aparılması, Azərbaycanda olan mövcud hakimiyyətin pislənməsi ilə bağlı tapşırıqlar verdiyiyni, özünün də həmin qrupu açaraq ora adam topladığını, həmin adamları sosial şəbəkələrdən tanıdığını, Əlimürsəlin ona həmin qrupdan onunla eyni ideyalara malik şəxsləri ətrafına toplayacağını tapşırdığını təsdiq etmişdir. Təqsirləndirilən şəxs13 ifadələrində şəxslərdən heç birini tanımadığını, özünü elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini, həbs olunanda 17 yaşı olduğunu, məktəbli uşaqlarla qrup yaratdığını, qrupun adının “Məktəbli” olduğunu, qrupda dini videolar paylaşdıqlarını, qrupda olan uşaqların dindar olduqlarını, onları maarifləndirmək məqsədi ilə başqa kanallardan dini videolar götürüb, qrupda paylaşdığını, onun Telegramdakı profilinin adı “Hüseyn aşiqi” olduğunu, özünün sosial şəbəkələrdə müxtəlif dini qruplara üzv olduğunu, dini qruplara üzv olarkən on atı yaşı tamam olduğunu, “Kərimə dövləti”-nin nə olduğunu dərk etmədiyini, özünün həmin qruplara dini qruplar olduğu üçün üzv olduğunu, Telegramdakı profilinin adı “Hüseyn aşiqi” olduğunu, İmam Hüseyni sevdiyi üçün profilinin adı “Hüseyn aşiqi” olduğunu, “Qisas” qrupunda olmadığını, “İslamchat313” qrupunda olduğunu, “İslamchat313” qrupunda heç kimi tanımadığını, hər hansı radikal hərəkəti olmadığını, imtahana hazırlaşdığı üçün qrupda paylaşdıqlarını oxumadan paylaşdığını, onun konstitusiyon quruluşu dəyişmək fikri olmadığını, qrup rəhbərindən hər hansı tapşırıq almadığını, Dövlət Təhlükəsizlik Xidmətində dindirilərkən ancaq müstəntiq və vəkil olduğnu, istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini, Keysan ləqəbli şəxslə internet vasitəsi ilə danışdığını, qrupda divarlara “X154” şüarı yazılmalı olması barəsində paylaşım olduğunu, o isə pulunun olmadığını bəhanə edib, yazmadığını, bu şüarı yazmaq üçün manat 50 qəpik pul lazım olduğunu, şüar evlərinin, həyətlərinin divarlarına yazılmalı olduğunu, özünün “Müqavimət məktəbi” qrupunu yaradanda qrupun adının “Məktəbli” olduğunu, qrupun adının sonradan dəyişdirildiyini, “Müqavimət məktəbi” olduğunu, Təqsirləndirilən şəxs1 “Məktəbli” qrupunun adını dəyişərək, “Müqavimət məktəbi” etdiyiyni, “Məktəbli” qrupunu “İslamchat313” qrupuna üzv olmamışdan əvvəl yaratdığını, həbs olunmamışdan əvvəl Təqsirləndirilən şəxs1ı Keysan kimi tanıdığını, heç nə etmədiyini, Təqsirləndirilən şəxs1 onu cinayətkar fəaliyyətə əməlinə cəlb etmədiyini, özü “Kərimə dövlətinin” yaradılması ilə bağlı heç bir fəaliyyət göstərmədiyini, Təqsirləndirilən şəxs2 əvvəllər tanımadığını göstərdiyi halda, məhkəmədə elan olunub araşdırılmış ifadələrində o, 2006-cı il tarixdə Bakı şəhərində doğulduğunu, 15 yaşından İslam dininin şiə qolu ilə maraqlandığını, sonda şiə qolunun daha düzgün islamı təbliğ etdiyi qənaətinə gəlib “Whatsapp” daha sonra isə “Telegram”da dini məzmunlu qrup və səhifələri izləməyə 2022-ci ilin əvvəllərindən başladığını, “Telegram”da olan dini kanallardan birində “İslamchat313” qrupunun linkinə daxil olmaqla o “İslamchat313” qrupuna daxil olduğunu, Qrupda daxil olduqdan sonra “Keysan” ləqəbli şəxslə tanış olduğunu, sonradan həmin şəxsin adının İlham adlı şəxs olduğunu öyrəndiyini, İlhamın ona İranda olduğunu deməsini, onunla danışıq zamanı “İslamchat313” qrupunun inzibatçısı və yaradıcısı olduğunu bildirdiyini, müqavimət yolunda, Azərbaycanda İslam qanunları ilə idarə edilən dövlətin qurulması yolunda fəaliyyət göstərdiyini deyib onun da bu fəaliyyətdə iştirak etməyini istədiyini bildirdiyini, buna səbəb özünün Telegramda aktiv şəkildə şərhlər yazmasının olduğunu, bundan sonra onunla danışığında divarlara şüarlar yazıb yaza bilməyəcəyini soruşduğunu, özünün yaza biləcəyini dediyini, lakin pulunun olmadığını qeyd etdiyini, İlhamın isə ona pul tapa bildiyini deməsini, lakin sonradan pul göndərmədiyini, bundan sonra “Keysan” 2022-ci ilin sentyabr ayında söhbətlərinin birində ona məktəblilərdən ibarət qrup açıb və oraya dindar uşaqları toplamağı tapşırdığını, İlhamın məqsədi Azərbaycanda “Kərimə” yəni dini dövlətin qurulması olduğunu, İlhamın Azərbaycanda İslam qanunları ilə idarə edilən dövlətin qurulması üçün daha çox tərəfdaş toplamaq olduğunu, özünün də İlhamın bu tapşırığı əsasında Telegramda “Müqavimət məktəbi” adlı qrupu yaratdığını, həmin qrupa həmin vaxt oxuduğu 16 saylı texniki humanitar liseyin şagirdlərindən əvvəlcədən tanıdığı dindar uşaqları əlavə etdiyini, Şahid25, Şahid24 adlı məktəblərdə oxuyan şagirdləri, eləcə də Telegramdan tanıdığı Əli adlı, “Hüseynchi_313”, “terefdarieli313”, “Hüseyn aşiqi”, “Səid Valiyeff”, “Əliyev Şiə”, “Muhəmməd”, “_dinimiz_313 Əli _ Əmirəlmöminin” ləqəbli, eləcə də Afiəddin Mirzəyev adlı şəxsləri də qrupa əlavə etdiyini, həmin şəxsləri qrupa Keysanın ona qrup açmaqla bağlı tapşırığına əsasən əlavə etdiyini, qrupda Keysanın və özünün paylaşımlar etdiklərini, həmin paylaşımların İranda yaşayan Tohid İbrahimbəyinin, Orxan Məmmədovun, İraqda yaşayan Vüsal İsgəndərlinin və digərlərinin paylaşımları olduğunu, paylaşımlarda Azərbaycanda “kərimə” dövlətinin yaradılması, sionist rejimin devrilməsi, Azərbaycan İsrail dostluğunun pislənməsi, İrana olan sevginin yaradılması öz əksini tapdığını, paylaşımları etməkdə məqsədi Azərbaycanda Kərimə, yəni İslam dövlətinin qurulmasına kömək etməkdən ibarət olduğunu, bu yolla ətrafına adamlar topladığını, bundan başqa qrupda X126 Azərbaycanda Kərimə Dövlətinin qurulması ilə bağlı paylaşımlar etdiyini, bundan başqa Keysan “Hüseyniyyun” Azərbaycan Müqavimət Hərəkatının üzvü olduğunu ona dediyini, özünün də Sistani ağanı təqlid etdiyini, Axundzadə Ruhulla Höccət oğlunu və X14 şəxsən tanımadığını, onlarla hər hansı əlaqəsi olmadığını, lakin Ruhulla Axundzadəni “Youtube” platformasında yaydığı videolardan gördüyünü təsdiq etmişdir. Təqsirləndirilən şəxs10 ifadələrində özünü təqsirli bilməyib fevral ayında əmisinin evində tutdulduğunu, özünün X36 üzvü olduğunu, dustaq ailələrinə kömək məqsədi ilə X52 hər ay 30-50 manat pul göndərmişdir. «Qisas» qrupuna dini qrup kimi, dini savadını artırmaq üçün qoşulduğunu, Hicab aksiyalarına görə sosial şəbəkələrdə paylaşım etdiyiyni, lakin dövlətə qarşı çevrilişə hazırlıq etmədiyiyni, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının onu üç gün tutub, sonra sübut tapmadıqları üçün azadlığa buraxdıqlarını, 313 rəqəmi Məhəmməd peyğəmbərin Bədr savaşındakı ordusunun sayı olduğunu, peyğəmbərimiz 313 nəfərlə 1000 nəfərə qalib gəldiyiyni, özünün ancaq Qisas qrupuna abunə olduğunu, müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini, saxlanılana qədər təqsirləndirilən şəxslərdən heç birini tanımadığını, Yevlaxa getmədiyiyni, saxlanılarkən üzərində narkotik vasitə olmadığını, özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilmədyini göstərdiyi halda, məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı 2017-ci ildən namaz qıldığını, əhli-şiə məhsəbində olduğunu, “whatsapp”da Seyid Mahir adlı şəxsi dini qruplardan tanıdığını, onunla danışıqları dini xarakter daşıdığını, təxminən 2020-ci ildə “hicab məhbusları” qrupuna onu Seyid Mahir əlavə etdiyiyni, həmin qrupda onun kimi bir çox şiə məzhəbinə aid olan şəxslər olduğunu, orada o, Məhərrəməli adı ilə tanındığını, onun Biləsuvarlı və bildiyinə görə Bakı şəhərində yaşadığını, Məhərrəməlinin usta işlədiyiyni, onların yaxın münasibətləri yarandığını, bundan sonra onlar “whatsapp”da danışmağa başladıqlarını, onlar dinlə bağlı söhbətlər etdiklərini, bundan sonra onun Məhərrəməli ilə cəmi bir dəfə 2022-ci ilik oktyabr ayında Hacı Abgül azadlığa çıxdıqda onu məsciddə namaz qılarkən gördüyünü, özünün Bakıda yaşamadığı üçün hansı məscid olduğunu hazırda xatırlamadığını, Məhərrəməli ilə arasında Bakıda olarkən yalnız dini mövzulu söhbətlər olduğunu, bundan sonra Məhərrəməlinin ona telegram mobil tətbiqində “qisas” qrupuna onu daxil edəcəyini deməsini, onu qrupa “Keysan” ləqəbli İlham adlı Şirvanda bərbər işləyən şəxs əlavə etdiyiyni, həmin qrupda olan hər bir şəxsi dinə bağlı olacağları, İslama bağlı olacağları, sirr saxlayacağıq və verilən tapşırıqları yerinə yetirməuk barədə onları Qurana and içdirdiklərini, “Kərimə” dövləti, yəni dini dövləti Azərbaycanda yaratmağa sadiq olacağlarını, özünün də bu andı yazılı formada içərək Rufulla Axundzadəyə göndərdiyini, Rufulla Axundzadə qrupun izibatçısı və ağsaqqalı, “Hüseyniyyun” Azərbaycan Müqavimət Təşkilatının rəhbəri Tohid İbrahimbəylinin qaynatası və həmin təşkilatın üzvü olduğunu, o qrupa daxil olduqdan sonra Rufulla Axundzadəyə şəxsiyyət vəsiqəsinin şəklini Məhərrəməli vasitəsilə göndərdiyini, Rufulla Axundzadə və eləcə də Əlimürsəl Axunzadə ilə həmin qrupda tanış olduğunu, həmçinin iş üzrə Təqsirləndirilən şəxs2 da həmin qrupdan tanıdığını, o, adını çəkdiyi şəxslərlə telegram mobil tətbiqində şəxsi yazışmalar həyata keçirdiyini, onun ləqəbinin “Əli-aşiqi313” olduğunu, ona ləqəb götürməyi və beləliklə gizli qalmağı, adını Telegramdan silməyi Rufulla Axundzadə tapşırdığını, onun “adın bilinsə səni həbs edərlər” dediyini, bundan sonra o qrupda fəaliyyətə başladığını, onun fəaliyyəti dini və radikal, eləcə də siyasi paylaşımlar etməklə başladığını, məqsədləri daha çox şəxsi özləri ilə eyni əqidəyə cəlb etmək olduğunu, bundan sonra o Azərbaycanda “Kərimə” dövlətinin qurulması üçün fəaliyyətə başladığını, belə ki, Aşura günü və digər əlamətdar günlərdə insanların çoxluğundan istifadə edərək insanları ayağa qaldırmaqla iğtişaşlar törədib Azərbaycanda “Kərimə” dövləti qurmaq üçün ətraflarına onlarla eyni düşüncəli şəxslər toplamaq üçün fəaliyyət göstərdiyini, Təqsirləndirilən şəxs2 ona 2022-ci ilin dekabr ayında zəng edərək Yevlax rayonuna gələcəyini bildirdiyini, o, əvvəlcə Tərtər rayonuna gəldiyini və onunla restoranda yemək yeyib daha sonra taksi ilə Yevlax rayonuna yola düşdüyünü, orada bir həyət evinin yaxınlığında taksi saxladığını, taksinin Faiqin getdiyi evə yaxınlaşmadığını, onunla Faiq maşından düşüb evə tərəf getdiyini, o, həmin evin kimin olduğunu, oraya niyə gəldiklərini bilmədiyini, Faiqin evin hasarından tullanıb içəri girdiyini, daha sonra geri əliboş qayıtdığını, o, Faiqdən bu evin kimin olduğunu, niyə gəldiklərini, orada nə axtardıqlarını soruşduqda ona burada sənəd axtardıqlarını dediyini, lakin evə girə bilmədiyini deyib və suallarını cavabsız qoyduğunu, daha sonra Bakıya qayıtdığını, bundan başqa X5 Axundzadəyə 1000 manat pul da yolladığını, Əlimürsəlin ona ehtiyacı olduğunu dediyini, o da din qardaşı kimi pulu göndərmdiyini, bundan başqa bir dəfə də Faiqə 300 manat ehtiyacı olduğunu üçün göndərdiyini, həmçinin X108 rəhbəri olduğu Müsəlman hərəkatı birliyinə hər ay 30-50 manat arası pul köçürtdüyünü, bundan başqa Məhərrəməli ona X126, Vüsal Astaralının, Tohid İbrahimbəylinin anası Südabə xanımın telefon nömrələrini ataraq əlaqə saxlamağı da məsləhət gördüyünü, bundan başqa Tərtər rayonu Seydimli kəndində olarkən çayxana yaxınlığında 1 ədəd sellofan büküm gördüyünü, həmin bükümü götürüb baxdıqda onun patı olduğunu başa düşdüyünü, daha sonra onu qara rəngli gödəkcənin sağ yan cibinə qoyduğunu, daha sonra 29 mart 2023-cü il tarixdə Tərtər rayon polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşıb və onu rayon şöbəsinə apardıqlarını, orada üzərinə keçirilən baxış zamanı üzərindən metamfetamin aşkar edildiyini təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs8 üzərindən psixotrop maddə aşkar olunması ilə bağlı olan hissədə verdiyi ifadələri həm onun ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunub araşdırılmış ifadələri, həm də həmin epizodla bağlı məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə tam təkzib olundu. Bu səbəbdən də məhkəmə, onun məhkəmədə narkotik vasitələrin ona aid olmaması hissəsində verdiyi ifadələrini də həqiqətə uyğun olmayan, öz müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs7 üzərindən psixotrop maddə aşkar olunması ilə bağlı olan hissədə verdiyi ifadələri həm onun ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunub araşdırılmış ifadələri, həm də həmin epizodla bağlı məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə tam təkzib olundu. Bu səbəbdən də məhkəmə, onun məhkəmədə narkotik vasitələrin ona aid olmaması hissəsində ifadələrini də həqiqətə uyğun olmayan, öz müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs9 üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı olan hissədə verdiyi ifadələri həm onun ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunub araşdırılmış ifadələri, həm də həmin epizodla bağlı məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə tam təkzib olundu. Bu səbəbdən də məhkəmə, onun məhkəmədə narkotik vasitələrin ona aid olmaması hissəsində ifadələrini də həqiqətə uyğun olmayan, öz müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs10 üzərindən psixotrop maddə aşkar olunması ilə bağlı olan hissədə verdiyi ifadələri həm onun ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunub araşdırılmış ifadələri, həm də həmin epizodla bağlı məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə tam təkzib olundu. Bu səbəbdən də məhkəmə, onun məhkəmədə narkotik vasitələrin ona aid olmaması hissəsində ifadələrini də həqiqətə uyğun olmayan, öz müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs11 üzərindən psixotrop maddə aşkar olunması ilə bağlı olan hissədə verdiyi ifadələri həm onun ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunub araşdırılmış ifadələri, həm də həmin epizodla bağlı məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə tam təkzib olundu. Bu səbəbdən də məhkəmə, onun məhkəmədə narkotik vasitələrin ona aid olmaması hissəsində ifadələrini də həqiqətə uyğun olmayan, öz müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs12 üzərindən psixotrop maddə aşkar olunması ilə bağlı olan hissədə verdiyi ifadələri həm onun ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunub araşdırılmış ifadələri, həm də həmin epizodla bağlı məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə tam təkzib olundu. Bu səbəbdən də məhkəmə, onun məhkəmədə narkotik vasitələrin ona aid olmaması hissəsində ifadələrini də həqiqətə uyğun olmayan, öz müdafiəsinə yönəlmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrinin onların ibtidai istintaq zamanı verdiyi ifadələrinə uyğun hissəsini həqiqətə uyğun, digər hissələrini isə müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı onlara zor, psixi və fiziki təsirlər göstərilməsi barəsindəki ifadələrini də həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Çünki həmin ifadələri təsdiq edən sübutlar müəyyən olunmadı, belə təsirə məruz qalmalarını iddia edən təqsirləndirilən şəxslərin özləri də belə sübut təqdim etmədilər. Məhkəmədə Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 180/MEŞ nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs11 sol bazunun sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi. Məhkəmədə elan olunub araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs11 sol bazunun sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Məhkəmədə həmin xəsarətlərin əmələ gəlmə formasını və mənşəyini müəyyən etmək mümkün olmadı. Çünki təqsirləndirilən şəxsin üzərində olan həmin xəsarətlərin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra yetirilməsini təsdiq edən sübut müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs11 sol bazunun sıyrığı xəsarətinin saxlanıldıqdan sonra deyil başqa vaxtlarda cinayət işinə aidiyyatı olmayan şəraitdə yaranması qənaətinə gəlir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs1 əməllərinin Cinayət Məcəlləsinin 170.3, 274 və 278.2, Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 274, 28,277 və 278.2, Təqsirləndirilən şəxs3 əməllərinin Cinayət Məcəlləsinin 274, 28,277 və 278.2, Təqsirləndirilən şəxs4 əməllərinin Cinayət Məcəlləsinin 274, 28,277 və 278.2, Təqsirləndirilən şəxs5 əməllərinin Cinayət Məcəlləsinin 274 və 278.2, Təqsirləndirilən şəxs6 əməllərinin Cinayət Məcəlləsinin 274 və 278.2, Təqsirləndirilən şəxs7 əməllərinin Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs8 əməllərinin Cinayət Məcəlləsinin 234.1-1, 28,277 və 278.2, Təqsirləndirilən şəxs9 əməllərinin Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs10 əməllərinin Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs11 əməllərinin Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs12 əməllərinin Cinayət Məcəlləsinin 234.1-1 və 278.2, Təqsirləndirilən şəxs13 əməllərinin isə Cinayət Məcəlləsinin 278.2-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 təqsirləndirildikləri əməlləri qəsdən törətdikləri qənaətinə gəlib onların təqsirli bilinib bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə iş üzrə ibtidai istintaq zamanı məhkəmə ekspertilarının keçirilməsinə 473.40 ( dörd yüz yetmiş üç manat qırx qəpik) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və məhkəmə xərci kimi bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə məhkəmədə təqsirləndirilən şəxslərə göstərdiyi 120 (yüz iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi5 ödənilməsi üçün 1210 (min iki yüz on) manat vəsait, göstərdiyi 120 (yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi7 ödənilməsi üçün 1320 (min üç yüz iyirmi) manat vəsait, göstərdiyi 160 (yüz altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi6 ödənilməsi üçün 1760 (min yeddi yüz altmış) manat vəsait, göstərdiyi 110 (yüz on) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi8 ödənilməsi üçün 1210 (min iki yüz on) manat vəsait, göstərdiyi 120 (yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 1320 (min üç yüz iyirmi) manat vəsait, göstərdiyi 110 (yüz on) saat hüquqi yardıma görə “Arbitrum” Vəkil bürosunun vəkili Müdafiəçi17 ödənilməsi üçün 1210 (min iki yüz on) manat vəsait, göstərdiyi 130 (yüz otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi14 ödənilməsi üçün 1430 (min dörd yüz otuz) manat vəsaitin Azərbaycan Respublikası Vəkillər X40 və Tədris Mərkəzinin hesabına ödənilməsini və təqsirləndirilən şəslərin həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DTX-nin İstintaq baş idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs7 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 9,736 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs9 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 12,245 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs8 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 5,267 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs10 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 5,207 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs11 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 8,111 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs12 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 7,408 qram olan psixotrop maddə metamfetaminin məhv edilməsini, cinayət işinin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3ə məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********36 saylı mobil nömrə, Təqsirləndirilən şəxs4 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********20 saylı mobil nömrə, Təqsirləndirilən şəxs1 məxsus “Samsung A40” markal mobil telefon, Təqsirləndirilən şəxs5 məxsus “Huawei” markal mobil telefon və ona quraşdırılmış +**********58 saylı mobil nömrə, Təqsirləndirilən şəxs6 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********22 saaylı mobil nömrə, Təqsirləndirilən şəxs8 məxsus “Poco” markalı mobil telefon və ona quraşdırılmış +**********36 saylı mobil nömrə, Təqsirləndirilən şəxs9 məxsus “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs10 məxsus “Redmi note 9” markalı mobil telefon və ona quraşdırılmış +**********09 saylı mobil nömrə, Təqsirləndirilən şəxs12 məxsus “Huawei” markalı mobil telefon və ona quraşdırılmış +**********12 saylı mobil nömrə, Təqsirləndirilən şəxs13 məxsus “Honor” markalı mobil telefon və ona quraşdırılmış +**********56 saylı mobil nömrənin müvafiq olaraq təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılmasını, Şahid25 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********32 saylı mobil nömrənin isə Şahid25 özünə qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 məhkumluqları yoxdur. Məhkəmədə təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirən hallar kimi Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması, Təqsirləndirilən şəxs7 himayəsində bir azyaşlı uşağının olması, Təqsirləndirilən şəxs11 himayəsində bir azyaşlı uşağının olması, Təqsirləndirilən şəxs13 cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi müəyyən olundu. Məhkəmədə təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hallar kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 təqsirli bilindikləri cinayət əməllərini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətmələri, bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayətin törədilməsində xüsusilə fəal iştirak etmələri müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin ictimai təhlükəlilik dərəcələrini, xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11 və Təqsirləndirilən şəxs12 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onların təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs13 törətdiyi cinayət əməlini qəsdən törətməsini, həmin cinayət əməlinin xüsusilə ağır cinayət olduğunu, onun cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsinə baxmayaraq, cinayətkar fəaliyyəti zamanı özünü böyüklər kimi aparıb və cinayətkar fəaliyyət zamanı qrupda fəal iştirak etməsini və onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi müəyyən olundu. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə tələblərinə əsasən təyin cəza təyin edilməsini, hazırda onun yetkinlik yaşına çatdığını nəzərə alıb ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını əsaslı sayır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 02 fevral 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs1 05 fevral 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs5 13 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs6 14 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs10 29 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs11 17 aprel 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs7 18 aprel 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs12 19 aprel 2023-cü il tarixdən və Təqsirləndirilən şəxs13 01 avqust 2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmaları müəyyən olundu. Məhkəmə təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddəti təyin edilmiş cəzaların çəkilməsinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslərin cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış 19 aprel 2023-cü il tarixli Səhiyyə Nazirliyi Respublika X88 Hüquqi Şəxsinin 2309 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs7 psixostimulyatorlardan istifadə halları olmuşdur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 12 aprel 2023-cü il tarixli Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasının 423 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs9 psixi və fiziki asıllılıq olmadan narkotik vasitələrdən istifadə halları olmuşdur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 11 oktyabr 2023-cü il tarixli Səhiyyə Nazirliyi Respublika X88 Hüquqi Şəxsinin 6429 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs8 Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 28 aprel 2023-cü il tarixli Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 737 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs10 psixotrop maddələrdən istifadə halları olmuşdur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış 19 aprel 2023-cü il tarixli Səhiyyə Nazirliyi Respublika X88 Hüquqi Şəxsinin 2335 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs11 psixostimulyatorları qəbulu nəticəsində yaranan Asıllılıq sindiromu aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs11 narkomaniyadan məcburi müalicə təyin olunmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış 11 oktyabr 2023-cü il tarixli Səhiyyə Nazirliyi Respublika X88 Hüquqi Şəxsinin 6425 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs12 Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onların həmin əməllərin törədilməsində rollarını, onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs11 və Təqsirləndirilən şəxs13 məsuliyyətlərini yüngülləşdirən halların olmasını, onların hər birirnin məsuliyyətini ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 274 və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 05 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 274, 28,277 və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 28,277-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 274, 28,277 və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 28,277-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 274, 28,277 və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 28,277-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 274 və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs5 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 274 və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs6 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası CM-nin 234.1-1 və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs7 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs7 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası CM-nin 234.1-1, 28,277 və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 28,277-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs8 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs8 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs8 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs9 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs9 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs10 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs10 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs10 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs11 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs11 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs11 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs11 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs11 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs12 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci və 278.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs12 ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs12 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs12 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası CM-nin 278.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs13 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs13 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 01 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 473.40 ( dörd yüz yetmiş üç manat qırx qəpik) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ təqsirləndirilən şəxslərdən bərabər hissələrlə tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi5 ödənilməsi üçün 1210 (min iki yüz on) manat vəsait, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi7 ödənilməsi üçün 1320 (min üç yüz iyirmi) manat vəsait, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi6 ödənilməsi üçün 1760 (min yeddi yüz altmış) manat vəsait, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi8 ödənilməsi üçün 1210 (min iki yüz on) manat vəsait, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 1320 (min üç yüz iyirmi) manat vəsait, “Arbitrum” Vəkil bürosunun vəkili Müdafiəçi17 ödənilməsi üçün 1210 (min iki yüz on) manat vəsait, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi14 ödənilməsi üçün 1430 (min dörd yüz otuz) manat vəsait Azərbaycan Respublikası Vəkillər X40 və Tədris Mərkəzinin hesabına ödənilsin və təqsirləndirilən şəxslər həmin ödəmələrdən azad olunsunlar. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DTX-nin İstintaq baş idarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs7 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 9,736 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs9 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 12,245 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs8 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 5,267 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs10 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 5,207 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs11 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 8,111 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs12 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 7,408 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3ə məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********36 saylı mobil nömrə, Təqsirləndirilən şəxs4 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********20 saylı mobil nömrə, Təqsirləndirilən şəxs1 məxsus “Samsung A40” markal mobil telefon, Təqsirləndirilən şəxs5 məxsus “Huawei” markal mobil telefon və ona quraşdırılmış +**********58 saylı mobil nömrə, Təqsirləndirilən şəxs6 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********22 saaylı mobil nömrə, Təqsirləndirilən şəxs8 məxsus “Poco” markalı mobil telefon və ona quraşdırılmış +**********36 saylı mobil nömrə, Təqsirləndirilən şəxs9 məxsus “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs10 məxsus “Redmi note 9” markalı mobil telefon və ona quraşdırılmış +**********09 saylı mobil nömrə, Təqsirləndirilən şəxs12 məxsus “Huawei” markalı mobil telefon və ona quraşdırılmış +**********12 saylı mobil nömrə, Təqsirləndirilən şəxs13 məxsus “Honor” markalı mobil telefon və ona quraşdırılmış +**********56 saylı mobil nömrə müvafiq olaraq təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın. Şahid25 məxsus “Redmi” markalı mobil telefon və ona quraşdırılmış +**********32 saylı mobil nömrə Şahid25 özünə qaytarılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12 və Təqsirləndirilən şəxs13 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar