Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1450/2022 17.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X15 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Arbitrium” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X6 iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qarağac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz evdə faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlurn olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,326 qram, 0,257 qram, 0,125 qram ümumi təmiz çəkisi 0,708 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd bükümdə təmiz çəkisi 2,510 qram təşkil edən psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə təmiz çəkisi 24,633 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə və yaşadığı evdə saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 17:15 dəqiqədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasma gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol cibində saxladığı 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,326 qram, 0,257 qram, 0,125 qram ümumi təmiz çəkisi 0,708 qram təşkil edən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər, 1 ədəd bükümdə təmiz çəkisi 2,510 qram təşkil edən psixotrop maddə metamfetamin götürülmüş və həmin əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış aparılan zaman həmin evdəki Təqsirləndirilən şəxs məxsus yataq otağındakı döşəyin altından 1 ədəd bükümdə təmiz çəkisi 24,633 qram təşkil edən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, ailəli olmaqla, himayəsində iki övladı var. Hazırki iş üzrə tutulmamışdan əvvəl o, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz evdə yaşamışdır. Təxminən 1 il müddət olar ki, narkotik vasitə olan heroin və psixtorop maddələrdən istifadə edir. O, istifadə etdiyi narkotik vasitə və psixotrop maddələri müxtəlif vaxtlarda adlarını hazırda xatırlamadığı şəxslərdən almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, ibtidai istintaq zamanı polis əməkdaşlarının təziqi altında həqiqətə uyğun olmayan məzmunda ifadələr vermişdi. O, 06 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yaşadığı evin yaxınlığında olduğu vaxt mülki geyimli şəxslər ona yaxınlaşaıaq özlərini polis əməkdaşları kimi təqdim edərək, onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər, o da polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə Suraxanı polis bölməsinə getmişdir. Həmin vaxt üzərində şəxsi istifadə üçün saxladığı bir ədəd bükümdə 0,5 qram narkotik vasitə olan heroin olmuşdur. Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildiyi zaman o, polis əməkdaşları tərəfindən döyülmüş və işgəncələrə məruz qalmışdır. Həmin vaxt polis əməkdaşları ona bir neçə bükümdə narkotik vasitə və psixotrop maddə verərək, videoçəkiliş aparılacaq zaman bükümlərin ona aid olduğunu etiraf etməsini tələb etmişlər, o da təziq altında olduğuna görə onlarla razılaşmışdır. Bundan sonra polis bölməsinin inzibati otaqların birində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sol cibində saxlayaraq daşıdığı üç büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini cibimdən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi dörd ədəd büküm kütlənin nə olduğunu ondaq soruşmuş o da təqdim etdiyi üç büküm kütlənin narkotik vasitə olan heroin, bir büküm kütlənin isə psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığı bildirmişdir. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massvivində yerləşən nömrəsi olmayan fərdi yaşayış evində axtarış keçirilmişlər. Həmin vaxt da o polis əməkdaşları tərəfindən anası Əhmədova Mətanət və həyat yoldaşının gözü qarşısında döyülmüş və işgəncələrə məruz qalmışdır. Axtarış keçirilildiyi zaman evin ona məxsus yataq otağında olan yatağın üstündəki döşəyin altında polis əməkdaşları tərəfindən qoyulmuş 1 ədəd ağ şəffaf polietilen bükümdə narkotik vasitə heroini və bir ədəd elektoron tərəzi aşkar olunmuşdur. Həmin narkotik vasitə və elektron tərəzi ona məxsus deyil. Elan edilməklə ona təqdim olunmuş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 11 may 2022-ci il tarixli protokol ona tanışdır, xx.xx.2021ci il tarixdə ona məxsus 055 535 95 50 nömrəsindən 070 886 52 42 saylı mobil nömrəyə “X22 X35 X17 X27 X44 X23 Acım”, 14 sentyabr 2021-ci il tarixdə və 06 oktyabr 2021-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 077 966 4400 saylı mobil nömrəyə “X43 Deyirəm mene X8 Günorta sahat 5 kimi X42 Qaracılıqdı”, Yetim 1 X30 X36 Super Olar” 18 noyabr 2021-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 077 311 44 52 saylı mobil nömrəyə “X31 X32 X18 Bidene Qardaslıq eləda X37 Verda Mene”, 01 fevral 2022-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 070 556 17 35 “Əmi mənburdayam 28 manat puldu denenbirazda imkan varsa daş versind”, 24 mart 2022-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 070 307 06 02 saylı mobil nömrəyə “Qaqa sen canın gör 30 verirse 1 dene götürümda”, 28 mart 2022-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 070 260 26 09 saylı mobil nömrəyə “qaqam qardasımsan dası öyrən gör birde qiymeyini”, 03 aprel 2022-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 077 394 85 55 saylı mobil nömrəyə “Mən bütov gün lom” məzmunlu smslərin yazıldığının müəyyən edilməsi ona aydındır. Sadalanan smslərin məzmunundan narkotik vasitə və psixotrop maddələrin satışının və müxtəlif ərazilərə çatdırılması ilə bağlı söhbətlərin aparılması ona aydındır. Lakin bildirir ki, qeyd olunan məzmunda smsləri onun yazdığını və ya ona yazıldığını xatırlamır. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və himayəsində iki övladıın olmasını nəzərə alıb barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 il müddət olar ki, narkotik vasitə olan heroin və psixtorop maddələrdən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almış, 06 aprel 2022-ci il tarixdə saat təxminən 17:15 dəqiqədə yaşadığı evin yaxınlığında, yəni, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirmiş üzərinə şəxsi axtanş və götürmə aparlıması zərurəti ilə bağlı Suraxam Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış onlar ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gəlmiş. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfındən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarının sol cibində saxlayaraq daşıdığı üç büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini cibimdən çıxardaraq polis əməkdaşlarma təqdim etmiş. Polis əməkdaşları təqdim etdiyi dörd ədəd büküm kütlənin nə olduğunu ondaq soruşmuş o, təqdim etdiyi üç büküm kütlənin narkotik vasitə olan heroin, bir büküm kütlənin isə psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığı bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərində saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfındən imzalarla təsdiq edilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o polis əməkdaşlarma bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən başqa yaşadığı evdədə narkotik vasitə vardır və buna görə də yaşadığı evdə axtarış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə yazmış. Bundan sonra polis əməkdaşları və müadafıəçinin iştirakı videoçəkiliş vasitəsilə ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən nömrəsi olmayan fərdi yaşayış evində axtarış keçirilmiş. Axtarış keçirilən zaman evin ona məxsus yataq otağmda olan yatacağın üstündəki döşəyin altında saxladığı 1 ədəd ağ şəffaf polietilen bükümdə narkotik vasitə heroini və bir ədəd elektoron tərəzini polis əməkdaşlarma təqdim etmiş. Yaşadığı evdə axtarış keçirilmiş, axtarşı keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 01, iş vər. 56-58, 70-73). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hazırda Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirindən əvvəl tanımamıdır. 06 aprel 2022-ci il tarixdə Samil, adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə 30-cu Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotık vasitələrin dövriyyəsi ilə məşğul olmasına görə və onun ifşa edilməsi məqsədi ilə sonuncunun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Bundan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış həmin qrupun üzvü Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşı Şahid1 təyin olunmuşdur. Həmin gün daxil olmuş məlumat əsasında onlar Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etdikdən sonra həmin şəxsin də özünü təqdim etməsini xahiş etdikdə, sonuncu özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına getmişdir. Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılaqla şəxsi axtarış keçirilməsinə başlanılmış və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol cibində saxladığı dörd ədəd bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdıyi üç ədəd bükümdə narkotik vasitə olan heroin, bir bükümdə isə psixotrop maddə metamfetamindir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu və üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri bir neçə gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağlar yaşayış massivindəki nömrəsiz fərdi yaşayış evinə baxış və axtarış keçirilmiş və axtarış zamanı evin Təqsirləndirilən şəxs məxsus yataq otağındakı yorğanın və döşəyin altına qoyduğu ağ rəngli şəffaf rəngli sellofana bükülmüş büküm və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evində keçirilmiş axtarış zamanı Samilin anası da iştirak etmiş və həmin vaxt oğlunun narkotik vasitə və psixotrop maddələrin istifadəsi satışı ilə məşğul olduğunu bildirmişdir. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşı Şahid1 Miqadir oğlu digər Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 17.15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 20). “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarmın sol cibində saxladığı 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,326 qram, 0,257 qram, 0,125 qram ümumi təmiz çəkisi 0,708 qram təşkil edən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər, 01 ədəd bükümdə təmiz çəkisi 2,510 qrarn təşkil edən psixotrop maddə metamfetamin götürülmüş, həmin əməliyyat-axtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videogörüntüləri əks etdirən DVD disk və heroin iş üzrə maddi sübut kimi tanınmışdır (cild 01, iş vərəqə 31-32). İşdə olan Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisinə ünvanladığı ərizədən görünür ki, Əhmədov X4 rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin rəisinə müraciət edərək polis əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 35. 95). “Baxış keçirmə haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirildikdə evin yataq otağında Təqsirləndirilən şəxs yatdığı döşəyin və yorğanın ortasında qoyduğu ağ rəngli şəffaf sellofana bükülmüş büküm və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin kütlə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 01, iş vər. 38, 96). Məhkəmə-kimyəvi ekspertizası üzrə 07 aprel 2022-ci il tarixli, 6/1914 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd zərfdəki 04 ədəd bükümdə ayrı- ayrıhqda təmiz çəkisi 24,633 qram, 0,326 qram, 0,257 qram, 0,125 qram ümumi təmiz çəkisi 25,341 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 2,510 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd arxasında «500 g x 0.1 g» yazısı qeyd olunmuş qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir (cild 01, iş vər. 42-47). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 64-65). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-211/2022 saylı, 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqə 79-83). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vərəqə 112). Cinayət işinin materiallarına əlavə olunmuş X16 və X5 məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsigələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmamış övladı vardır (cild 01, iş vər. 132- 133). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan smsmlər olan DVD diskə baxış keçirilmişdir. DVD diskdə olan məlumatların məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus 055 535 95 50 nömrəsindən 070 886 52 42 saylı mobil nömrəyə “X22 X35 X17 X27 X44 X23 Acım”, 14 sentyabr 2021-ci il tarixdə və 06 oktyabr 2021-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 077 966 4400 saylı mobil nömrəyə “X43 Deyirəm mene X8 Günorta sahat 5 kimi X42 Qaracılıqdı”, Yetim 1 X30 X36 Super Olar” 18 noyabr 2021-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 077 311 44 52 saylı mobil nömrəyə “X31 X32 X18 Bidene Qardaslıq eləda X37 Verda Mene”, 01 fevral 2022-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 070 556 17 35 “Əmi mənburdayam 28 manat puldu denenbirazda imkan varsa daş versind”, 24 mart 2022-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 070 307 06 02 saylı mobil nömrəyə “Qaqa sen canın gör 30 verirse 1 dene götürümda”, 28 mart 2022-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 070 260 26 09 saylı mobil nömrəyə “qaqam qardasımsan dası öyrən gör birde qiymeyini”, 03 aprel 2022-ci il tarixdə 055 535 95 50 saylı mobil nömrədən 077 394 85 55 saylı mobil nömrəyə “Mən bütov gün lom” məzmununda SMS mətnlərinin yazılması müəyyən edilmişdir (cild 01, iş vərəqə 140- 146). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan smsmlər olan DVD diskə baxış keçirilmişdir. DVD diskdə olan məlumatların məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə 077 316 59 69 sayı mobil nömrəyə “Şahin eşidirsen gör tezbazar isdiyen varsa 30 versin”, 12 mart 2022-ci il tarixdə 077 566 84 85 saylı mobil nömrədən 070 862 63 68 saylı mobil nömrəyə “Xalaoğlu gelmiyesense xeber ele görüm kimnənsə bir iki tüsdü tapa b”, “Gələ bilmirsənsə lap hara gedirsən gəlim ancaq məni belə qoyma”, 30 mart 2022-ci il tarixdə 070 862 63 68 saylı mobil nömrədən 055 910 29 30 saylı mobil nömrəyə “Yetim onan danıs denen 7 kola 3 das salamat mal olsun da gör neciyə emrlegelir”, 30 mart 2022-ci il tarixdə 070 862 63 68 saylı mobil nömrəyə “Qaqaş bir seyün yoxdu biraz vəziyyətdən çıxmağa”, 03 aprel 2022-ci il tarixdə 070 862 63 68 saylı mobil nömrədən 077 366 38 36 saylı mobil nömrəyə “Yarı varımdı”, 02 aprel 2022-ci il tarixdə 070 814 18 17 saylı mobil nömrədən 070 862 63 68 saylı mobil nömrəyə “Das yaddan çıxmasın. Tez eyLe, yoxsa 15 es manat elden sıxacaq ?”, 02 aprel 2022-ci il tarixdə 070 814 18 17 saylı mobil nömrədən 070 862 63 68 saylı mobil nömrəyə “ Atas vaxt et, X40.X19 Bütöv Varınd”, 02 aprel 2022-ci il tarixdə 070 814 18 17 saylı mobil nömrədən 070 862 63 68 saylı mobil nömrəyə “X34 X24 hal X20 X38 Menem, Sense Xan. Patı vermisen içindeki daşları götürüb, Atxodu vermisen Mene Orda cemisi 2 ki Narmal das var”, 04 aprel 2022-ci il tarixdə 070 814 18 17 saylı mobil nömrədən 070 862 63 68 saylı mobil nömrəyə “Qaqas EmanetLeri X39 Paçqası Tap. X41 X25 X26, Nense Pulu, Vaxt itirmeden”, “Atas 2 dene koku getir gelende ?”, “Ancaq Torpaq 2 ki Dene Bütöv” məzmununda SMS mətnlərinin yazılması müəyyən edilmişdir (cild 01, iş vərəqə 150-158). Azərbaycan Respublikası Səhiyyə Naziıiiyi Respublika Narkoloji X21 Şəxsin Ambulator X2 Komissiyasının verdiyi xx.xx.2022-ci il tarixli, 3453 saylı rəydən görünür ki, X1 «opioidlərin» qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 165-166). Ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 hüquqi şəxsin verdiyi 936 saylı 16 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. X3 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılhq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 01, iş vərəqə 167-169). “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır (cild 01, iş vərəqə 180-181). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi haqqında” 06 aprel 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və yaxud başqa narkotik vasitəni satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi və ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmamış övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs və yaşadığı evədn aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 2,410 qram psixotrop maddə metamfetamin və 25,141 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş iki ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il 06 (altı) azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs və yaşadığı evədn aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 2,410 qram psixotrop maddə metamfetamin və 25,141 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş iki ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlətin büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1450/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1450/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver