Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1450/2024 08.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X10 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 hüquqi varisi və mülki iddiaçı – X3, Zərərçəkmiş şəxs4 hüquqi varisi – X14, Zərərçəkmiş şəxs3 hüquqi varisi və mülki iddiaçı X5 nümayəndəsi - “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, tutulana qədər faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş halda yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan bir nəfər şəxsin az ağır xəsarət almasına, üç nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 20:10 radələrində narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş halda etibarnamə əsasında idarə etdiyi «Lada 21725» markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolu ilə Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməli kimi tələblərinə əməl etməli olduğu halda və Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və azğın, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 km surətdən çox olmayan surətlə hərəkət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla ehtiyatsızlıqdan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən «İnci Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı yolda hərəkət etdiyi istiqamətdə yolun sol zolağında dayanmış vəziyyətdə olan istintaqa məlum olmayan avtomobillə toqquşmamaq üçün idarə etdiyi «Lada 21725» markalı **-NT-*** dövlət nömrə nişanlı avtomobilli yolun sağ tərəfinə manevr etdirib dayanmış avtomobili sağ tərəfindən ötüb keçmək istəyərkən eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes Benz E 200» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin ön sağ tərəfindən vuraraq toqquşmaqla hər iki avtomobil idarə etməni itirib yolun əks istiqamətinə keçib Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes Benz E 200» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsindən qarşı istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və sağ hissəsi ilə dəyərək toqquşmaqla «Toyota Prius» markalı **-EY- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadı ilə eyni istiqamətdə hərəkətdə olan Şahid idarə etdiyi «VAZ 21144» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısına dəyərək toqquşması nəticəsində «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 baş-beyin silkələnməsi, sol bud, sol qamış sümüklərinin yerini dəyişən qapalı sınıqları, üst dodaq, sol said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, hər iki gözyuvasıətraf nahiyənin dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına, «Mercedes Benz E 200» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 ikitərəfli hemotoraks (sol və sağ döş boşluğuna sərbəst qanın yığılması), hər iki ağciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli lllİl-lV-V-Vİ-Vİİ, sağ tərəfli ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə plevrada cırılmalar, sağ bazu sümüyünün qapalı sınığı, sağ kürək nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs2 hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölümünə, «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs3 baş beyin maddəsinin əzilməsi, alın sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı, burun, sol almacıq və çənə sümüklərinin yerini dəyişən qapalı sınıqları, sağ mil-bilək oynağının, sağ tərəfli ll-lll, sol tərəfli ll-lll-İV qabırğaların yerini dəyişməyən qapalı, sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları, alın, sol qaşüstü və sağ baldır nahiyələrinin əzilmişcırılmış yaraları, hər iki baldır nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs3 hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində ölümünə, «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 baş beyin maddəsinin əzilməsi və yumşaq qişalarına qansızma, alın sümüyünün basılmış-qəlpəli, açıq sınığı, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması), ağciyərlərin kontuziyası, qaraciyərin və köndələn çənbər bağırsağın əzilmiş yaraları, çənə və sağ mil sümüklərinin qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası, hər iki diz oynağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs4 hadisə zamanı almış olduğu xəsarətlərdən həmin günü müalicə aldığı xəstəxanada ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının ortalarında bir dəfə qurudulmuş marixuana olan narkotik vasitə istifadə etmişdir. 2017-ci ildən avtomobil idarə edir. “B” kateqoriyalı sürücülük vəsiqəsi var. O, hadisə baş verənə qədər “Lada 21725” markalı, **- NT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 14 oktyabr 2023-cü il tarixdə, saat 20:10 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “Lada 21725” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Əjdər Məlikov küçəsində yerləşən “İnci Oil” Yanacaq Doldurma məntəqəsinin yaxınlığındakı yolda yolun sağ zolağı ilə saatda 40-50 km/saat sürətlə hərəkətdə olarkən ondan arxada yolun sol zolağı ilə yüksək sürətlə hərəkətdə olan “Mercedes Benz” markalı **-FS-*** dövlət qeydiyat nişanlı avtomobil qarşısında onun hərəkət zolağında avtomobil dayandığını görərək həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobillə yolun sol zolağından sağ zolağına manevr edərək onun idarə etdiyi avtomobili ötüb keçmək istəyərkən onun avtomobilinin ön sağ tərəfindən vuraraq toqquşması nəticəsində onun idarə etdiyi avtomobil və “Mercedes Benz” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirərək yolun əks istiqamətinə çıxmışlar. Bu zaman yolun əks tərəfindən öz yolu ilə hərəkətdə olan “Toyota Prius” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində əks yola çıxan “Mercedes Benz” markalı avtomobillə toqquşmuşdur. Hadisədən sonra ətrafa tanımadığı şəxslər yığılmış, hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişdir. Ona sonradan məlum olmuşdur ki, hadisə yerində iki nəfər, bir nəfər isə xəstəxanaya aparılarkən ölmüşdür. O, hadisə zamanı xəsarət almamış və yanında sərnişin olmamışdır. Baş vermiş hadisə ilə bağlı peşmandır, belə hadisənin olmasını istəməzmiş. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs bildirmişdir ki, onun getdiyi yol iki zolaqdan ibarət olmuşdur. O sağ zolaqla hərəkət edirmiş. “Mercedes Benz” markalı avtomobil arxadan yüksək sürətlə gəlirmiş. O, qarşısına başqa avtomobil çıxdığı üçün onun qarşısına manevr etmişdir. O, “Mercedes Benz” markalı avtomobili arxada olan zaman görmürmüş. Onun avtomobili Mercedes markalı avtomobillə toqquşmamışdır. “Mercedes Benz” markalı avtomobilin qabaq tərəfi onun avtomobilinin qabaq sağ qanadına dəymiş və onun avtomobilini fırlatmışdır. O, 2023-cü ilin sentyabr ayının ortalarında marixuana istifadə etmişdir. Hadisə baş verən zaman o ayıq olmuşdur. O narkotik vasitə istifadəçisi deyil, məclis zamanı bir dəfə istifadə etmişdir. Narkotik vasitə istifadə etdikdən sonra həmin maddə sidikdə uzun müddət qalır. Bu səbəbdən analiz zamanı narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. O sükanı düz tutub, əyləci sıxmış, lakin xeyri olmamışdır. Çünki “Mercedes Benz” markalı avtomobilin sürəti yüksək olmuş, həmçinin həcmcə böyük və ağır olmuşdur. O, hadisə nəticəsində xəsarət almamışdır. O, hadisədən sonra avtomobildən düşdükdən sonra xeyli insan hadisə yerinə yığışmış və zərəçəkmiş şəxslərə kömək etmişlər. “Mercedes Benz” markalı avtomobil onun avtomobilinə dəydikdən sonra o əyləci sıxmışdır. Hadisədən sonra o həyəcan keçirmişdir. Hadisə yerinə yığışan insanlar təcili tibbi yardım çağırmışdır. “Mercedes Benz” markalı avtomobil onun avtomobilinə toxunmamışdan əvvəl fırlanmış, daha sonra “Mercedes Benz” markalı avtomobilin qabaq tərəfi onun avtomobilinin qabaq tərəfindən dəymişdir. Hadisədən əvvəl “Mercedes Benz” markalı avtomobili birinci çox uzaqda görmüşdür. Baş vermiş hadisədə özünü təqsirli bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs inkaredici ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, axşam saat 09 radələrində evdə oturub Teymuru gözləyirmişlər. O, Teymura zəng vurmuş, lakin ona zəng çatmamışdır. Bununla bağlı “102” zəng-xidmətinə müraciət etmişdir. Gecə saat 01:30-da 83 yaşlı qaynanası ilə birgə Teymuru axtarıb tapmışlar. Teymuru axtaranda onlara Teymurun sağ olduğunu və xəstəxanda olduğunu bildirmişlər, lakin xəstəxanaya gedəndə artıq çox gec olmuşdur. Yol-nəqliyyat hadisəsi axşam saat 20:30-da baş vermişdir. Polislər Teymurun iş yerinə getmişlər. Məlum olmuşdur ki, Teymur saat 20:00-da işdən çıxmışdır. Məlum hadisə evə 100 metr yaxınlıqda baş vermişdir. O özü 12 yaşından yetimçiliklə böyümüş, indi isə onun 6 yaşlı uşağı yetim qalmışdır. Yoldaşı ibadət edən insan olmuşdur. Təqsirləndirilən şəxs yoldaşının idarə etdiyi maşını arxadan vurmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X3 bildirdi ki, onda olan məlumata görə Ruslan ötüb keçmək istəyərkən Teymurun maşınını sağ tərəfdən vuraraq yolun kənarına atmışdır. Baldızı qaynanasına zəng edərək maşının cərimə meydançasında olduğunu, Teymurun isə saxlanıldığını bildirmişdir. Qaynanası ilə gecə saat 01:30-da taksi ilə xəstəxanaya getmişlər. Ruslan və ailəsi tərəfindən onlara dəymiş ziyanla bağlı heç bir ödəniş olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Tərəfindən verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 hüquqi varisi və mülki iddiaçı X5 nümayəndəsi “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, cinayət işinin materiallarında hadisənin baş vermə görüntüləri öz əksini tapır. Faciəvi hadisə baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsində 03 ailə başçısı itirilmiş, 1 nəfər şəxs də ağır xəsarət almışdır. Təqsirləndirilən şəxs təqsiri ibtidai istintaq zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən tərəflərə dəymiş ziyan ödənilməmişdir. Nümayəndəsi olduğu zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 təqsirləndirilən şəxsdən şikayətçidir, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə cəza verilməsini istəyir və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs3 hüquqi varisi və mülki iddiaçı X5 nümayəndəsi “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, hadisə sürət həddinin aşılması ilə bağlı törədilmişdir. İttiham aktında baş vermiş hadisə dolğun şəkildə ifadə olunmuşdur. Ruslanın yaxın qohumları şikayətin geri götürülməsi üçün qarşı tərəfə təsir göstərmək istəmişlər. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 hüquqi varisi X14 ifadə verərək bildirmişdir ki, o, hadisənin üstündən 01 (bir) gün vaxt keçdikdən sonra bilmişdir. Ona zəng edərək yol-nəqliyyat hadisəsi baş verdiyini bildirmişlər. Onda olan məlumata görə qardaşı öz yolu ilə gedirmiş. Ruslanın maşını ona dəymişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs4 hüquqi varisi X14 bildirmişdir ki, Təqsirləndirilən şəxs sərxoş halda avtomobil idarə etdiyini ibtidai istintaq zamanı öyrənmişdir. Ona qardaşının dəfni ilə bağlı hər hansı köməklik edilməmişdir. Qardaşı evli olmuş və 3 uşağı vardır. Qardaşının rəsmi nikahı olmadığı üçün hüquqi varis qismində o tanınmışdır. Təqsirləndirilən şəxsla barışmamış, ondan şikayətçidir və ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, həmin gün onlar avtomobil ilə Nardarandan çıxmışlar. 10 dəqiqə sonra hər tərəf qaranlıq olmuşdur. Oyananda başının üstündə tanımadığı adamları görmüşdür. Həmin şəxslər ona qəza baş verdiyini, ayağının çıxdığını və tərpənməməsini bildirmişlər. Daha sonra təcili tibbi yardım gəlmiş və onu Sabunçu xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, əyləşdiyi maşında ondan başqa sürücü və bir cavan oğlan olmuşdur. O spirtli içki qəbul etməmişdir. Hadisənin necə baş verdiyini görməmişdir. Əyləşdiyi avtomobilin yol qaydalarını pozduğunun şahidi olmamışdır. Əməliyyatları ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş olunmamasına baxmayaraq, ondan şikayətçi deyil və barışmışdır. O avtomobildə arxada sağ tərəfdə əyləşmişdir. Hadisə zamanı huşu özündə olmuş, lakin ətrafı yaxşı görə bilməmişdir. Yanında əyləşmiş oğlanın rəhmətə getməsindən sonradan xəbəri olmuşdur. Zərərçəkmiş şəxs3 hüquqi varisi və mülki iddiaçı X11 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib, mülki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, axşam vaxtı Kürdəxanıdan üzü Zabrat istiqamətində yolun sağ hissəsi ilə hərəkət edirmiş. Yolun əks tərəfində “Mercedes” markalı “dördgöz” adlanan avtomobil Təqsirləndirilən şəxs avtomobilinə dəymiş, daha sonra Mercedes markalı avtomobil onların yoluna çıxmışdır. Təqsirləndirilən şəxs avtomobilinin hansı sürətlə hərəkət etdiyini görə bilməmişdir. Onun yanından gələn Prius markalı avtomobil onun yoluna çıxan “Mercedes” markalı avtomobillə toqquşaraq zərbəni öz üzərinə götürmüşdür. Onun avtomobilinə dəymiş zərbə nəticəsində avtomobili yolun kənarına düşmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid bildirmişdir ki, “Prius” markalı avtomobil “Mercedes”lə toqquşandan sonra onun avtomobili “Priusun” arxasına dəymişdir. O, “Lada” markalı avtomobilin əks tərəfdən yüksək sürətlə gəldiyini görmüşdür. O avtomobilində tək olmuş və xəsarət almamışdır. Hadisə yerində “Prius” markalı avtomobilin sürücüsünün yerdə can verdiyini, kənarda isə bir xanımı oturduğu görmüşdür. “Mercedes” markalı avtomobildə kimlərin olduğunu görməmişdir. Onun avtomobilinə hadisə nəticəsində ziyan dəymişdir. Ziyanla bağlı mülki iddia verməmişdir. “Mercedes” markalı avtomobil onların yola çıxdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilinin sürətli şəkildə keçdiyini görmüşdür. “Mercedes” markalı avtomobil onların yoluna sürüşərək gəlirmiş. O, Təqsirləndirilən şəxs avtomobilini öz avtomobilindən düşdükdən sonra arxada saxladığını görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respubikası CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli Sabunçu RPİ-nin məsul növbətçisinin raportundan görünür ki, 14 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə ünvan 1 ünvanın qarşısında «Lada 21725» markalı **-NT-*** qeydiyyat nişanlı, «Mercedes Benz E 200» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı, «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı və «VAZ 21144» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində «Mercedes Benz E 200» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2, «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtombildə olan sərnişin Zərərçəkmiş şəxs3 hadisə yerində ölməsinə, «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 xəsarətlə X15 daxil olmasına dair məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 4) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsdən verilmiş 15 oktyabr 2023-cü il tarixli 1\5358 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:35-də tibbi müayinədən keçirilmiş Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə halı müəyyən edilmişdir. (cild 1, iş vərəqə 17) Şübhəli şəxsin tutulması haqqında 15 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə şübhəli şəxs kimi tutulmuşdur. (cild 1, iş vərəqə 25,33) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 17 oktyabr 2023-cü il tarixli Hüseynov Russlan feyruz oğlunun cinayət işi üzrə əməli Azərbaycan respublikası CM-nin 263.3-cü maddəsindən həmin Məcəllənin 263-1.4-cü maddəsinə tövsif edilmiş və o təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 74-76) Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 79-80) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 95-98) Hüquqi varis qismində tanınmaq haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X14 yol nəqliyyat qəzası nəticəsində ölmüş qardaşı Zərərçəkmiş şəxs4 hüquqi varisi kimi tanınmışdır. (cild 1, iş vərəqə 124-125) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 129) Hüquqi varis qismində tanınmaq haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X11 yol nəqliyyat qəzası nəticəsində ölmüş əri Zərərçəkmiş şəxs3 hüquqi varisi kimi tanınmışdır. (cild 1, iş vərəqə 137-138) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 142) Zərərçəkmiş şəxsin hquqi varisinin nümayəndəsi qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi kimi tanınmışdır. (cild 1, iş vərəqə 151) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Moskova şəhəri Perovski Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 171- 172) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 175) Məhkəmə tibbi ekspertizasının 27 dekabr 2023-cü il tarixli 3161 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 baş-beyin silkələnməsi, sol bud, sol qamış sümüklərinin yerini dəyişən qapalı sınıqları, üst dodaq, sol said və sağ baldır nahiyələrinin əzilmiş yaraları, hər iki gözyuvasıətrafı nahiyənin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 183- 185) Məhkəmə tibbi ekspertizasının 15 oktyabr 2023-cü il tarixli 277 saylı rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs4 meyitində baş beyin maddəsinin əzilməsi və yumşaq qişalarına qansızma, alın sümüyünün basılmış-qəlpəli, açıq sınığı, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması), ağciyərlərin kontuziyası, qaraciyərin və köndələn çənbər bağırsağın əzilmiş yaraları, çənə və sağ mil sümüklərinin qapalı sınıqları, alın nahiyəsinin əzilmiş yarası, hər iki diz oynağı nahiyəsinin sıyrıqları xəsarətləri olmuşdur. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs4 xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il tarixdə saat 20:45) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb alın sümüyünün açıq-qəlpəli sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə saat 23:30-da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs4 adına X16 tərtib olunan xəstəlik tarixində onun xəstəxanaya daxil olarkən sərxoşluğu barədə hər hansı bir qeydiyyat yoxdur. (cild 1, iş vərəqə 186-191) Məhkəmə tibbi ekspertizasının 15 oktyabr 2023-cü il tarixli 276 saylı rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində ikitərəfli hemotoraks (sol və sağ döş boşluğuna sərbəst qanın yığılması), hər iki ağciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli lllll-İV-V-Vİ-Vİİ, sağ tərəfli ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə plevrada cırılmalar, sağ bazu sümüyünün qapalı sınığı, sağ kürək nahiyəsinin sıyrıqları xəsarətləri olmuşdur. Xəsarətlər həyati olub Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb çoxsaylı qabırğaların sınıqları ilə əlaqədar ağciyərlərin zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti mərhumun ölümündən 6-8 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur türşüsü törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 192-196) Məhkəmə tibbi ekspertizasının 15 oktyabr 2023-cü il tarixli 275 saylı rəyi ilə müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs3 meyitində baş beyin maddəsinin əzilməsi, alın sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı, burun, sol almacıq və çənə sümüklərinin yerini dəyişən qapalı sınıqları, sağ mil-bilək oynağının, sağ tərəfli ll-lll, sol tərəfli ll-lll-İV qabırğaların yerini dəyişməyən qapalı, sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları, alın, sol qaşüstü və sağ baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki baldır nahiyəsinin sıyrıqları xəsarətləri olmuşdur. Xəsarətlər həyati olub Zərərçəkmiş şəxs3 ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb alın sümüyünün kəllə əsasına keçən açıq qəlpəli sınığı ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti mərhumun ölümündən 4-6 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur türşüsü törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 197-201) Məhkəmə narkoloji ekspertizasının 13 noyabr 2023-cü il tarixli 7356 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 202-203) Yol nəqliyyat hadisəsinin görüntülərini əks etdirən DVD diskinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video müşahidə kamerası Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində olan avtomobil yolunu görüntüləyir, görüntüyə baxılarkən həmin yolda «Lada 21725» markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil və «Mercedes Benz» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmaqla öz hərəkət istiqamətindən çıxaraq «Mercedes Benz» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı istiqamətdə hərəkətdə olan «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilini vuraraq toqquşur. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 216) İfadənin yerində yoxlanılması haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması üçün Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsi yerləşən <<İnci Oil>> yanacaq doldurma məntəqəsinin yaxınlığındakı avtomobil yoluna gəlindi. Təqsirləndirilən şəxs həmin yolun Pirşağı qəsəbəsi istiqamətini göstərərək bildirdi ki, 14 oktyabr 2023-cü il tarixdə saat 20:10 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «Lada 21725 markalı **-NT-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsi yerləşən <<İnci Oil>> yanacaq doldurma məntəqəsinin yaxınlığındakı yolda yolun sol zolağı ilə saatda 70-80 km surətlə hərəkətdə olarkən yolun sağ zolağı ilə hərəkətdə olan <<Mercedes Benz>> markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sağ tərəfdən ötmə əməliyyatı edib idarə etdiyi «Lada 21725» markalı **- NT-*** dövlət nömrə nişanlı avtomobili ötüb keçmək istəyərkən qarşıda yolun sol zolğında dayanmış vəziyyətdə olan nəməlum markalı nəməlum dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmamaq üçün Təqsirləndirilən şəxs idarə etdiyi «Lada 21725» markalı **-NT-*** dövlət nömrə nişanlı avtomobilli və adı sonradan ona məlum olan mərhum Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes Benz» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ tərəfinə manevr etdirib dayanmış avtomobili keçdikdən sonra toqquşmaqla idarə etməni itirib yolun əks istiqamətnə keçib mərhum Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes Benz» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsindən qarşı istiqamətdə hərəkətdə olan adı sonradan ona məlum olan mərhum Zərərçəkmiş şəxs4 idarə etdiyi «Toyota Prius» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və sağ hissəsi ilə dəyərək toqquşmuşdur. Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsi yerləşən <<İnci Oil>> yanacaq doldurma məntəqəsinin yaxınlığındakı avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkət üçün təhlükə yaranan anda Təqsirləndirilən şəxs idarə etmiş olduğu «Lada 21725» markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda dayanmış avtomobili keçdikdən 3,5 metr sonra «Mercedes Benz» markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolun sağ zolağında toqquşaraq yolun əks istiqamətinə çıxmışdır. (cild 1, iş vərəqə 223-227) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay uzadılmışdır. (cild 1, iş vərəqə 237) Azərbaycan Respublikası DİN BDYPİ-dən edilmiş 19 yanvar 2024-cü il tarixli 3-13- 16/2-9457/2024 saylı sorğudan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1983cü il təv. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AE 960776 nömrəli və xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 Mürəvvət oğluna xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AF 019085 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. xx.xx.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. (cild 1, iş vərəqə 243) Hüquqi varis qismində tanınmaq haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, X4 yol nəqliyyat qəzası nəticəsində ölmüş əri Zərərçəkmiş şəxs2 hüquqi varisi kimi tanınmışdır. (cild 1, iş vərəqə 254-255) Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 259) Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 08 fevral 2024-cü il tarixli 3-16-16/2- 8/153 saylı rəyi ilə müəyyən edilmişdir ki: 1.İstintaq tərəfindən göstərilən şəraitdə “Mercedes Benz E 220” markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü T.Zərərçəkmiş şəxs2 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.Zərərçəkmiş şəxs2 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 80-90 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Lada 21725” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 70-80 km surətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.
3. İstintaq tərəfindən göstərilən şəraitdə “Toyota Prius” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texiniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs4 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat surətdən artıq, yəni 100 km surətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 4.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara “VAZ 21144" markalı ** XP *** dövlət qediyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. (cild 2, iş vərəqə 1-6) Sübutların qiymətləndirilməsi haqqında 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan ediləcək ittihamın məzmununa Yol hərəkəti haqqında Azərbaycan Respublikası Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndində göstərilən - hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və azğın, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli sözləri daxil edilmiş və ittihamda öz əksini tapmış, 14 oktyabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin görüntüləri əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum olmadığından barələrində cinayət təqibinin başlanması rədd olunmuş, əməllərində inzibati hüquqpozma olmuş olsa da hadisə zamanı almış olduğu xəsarətlərdən öldüklərindən inzibati məsuliyyətə cəlb olunmalarına xitam verilmiş, Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum olmadığından barəsində cinayət təqibinin başlanması rədd olunmuşdur. (cild 2, iş vərəqə 13-21) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 24-26) AA3677106 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş Mira adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (cild 2, iş vərəqə 40) AA5172750 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş Feyruz adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (cild 1, iş vərəqə 41) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və X9 haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçiləri ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçiləri ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirmişlər, müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi istiqamətində müxtəlif vəsatətlər vermişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutları və irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş və bu pozuntu ehtiyatsızlıqdan 3 (üç) şəxsin ölümünə və 1 (bir) nəfər şəxsin xəsarət almasına səbəb olmuşdur. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 20:10 radələrində narkotik vasitədən istifadə edilməsi nəticəsində sərxoş halda etibarnamə əsasında idarə etdiyi «Lada 21725» markalı **-NT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı-Pirşağı avtomobil yolu ilə Kürdəxanı qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 çoxlu sayda müxtəlif bədən xəsarətləri almışlar, həmin xəsarətlər isə bilavasitə hər üç şəxsin ölümünə səbəb olmuş, həmçinin, bir nəfər Zərərçəkmiş şəxs1 da sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət hadisəsində təqsiri onda ifadə olunmuşdur ki, cinayət hadisəsinə səbəb onun tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Əjdər Məlikov küçəsində yerləşən «İnci Oil» yanacaq doldurma məntəqəsinin yaxınlığındakı yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 5-ci hissəsinin və Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, o, sürücü kimi hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevri təhlükəsiz etməli, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməli kimi tələblərinə əməl etməli olduğu olduğu halda, həmçinin, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və azğın, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 km surətdən çox olmayan surətlə hərəkət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin yol-hərəkəti qaydalarını pozmaqla qeyd olunan yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa, məhkəmə istintaqında təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, onun baş vermiş hadisədə heç bir təqsiri yoxdur. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi dəlil ilə razılaşmayaraq qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 08 fevral 2024cü il tarixli 3-16-16/2-8/153 saylı rəyi ilə müdafiə tərəfinin iddia etdiyi halların işin faktiki hallarına uyğun olmaması təsdiq olunmuşdur. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış və təhrif olunmuş məlumatları məhkəməyə bildirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq bu ifadəni mötəbər sübut kimi qəbul etmir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək ittihamı bütövlükdə mübahisələndirdiyi hisslərdə verdiyi ifadələrini iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələri, ekspert rəyləri, ifadənin yerində yoxlanılması haqqında protokol, hadisə yerinə baxış protokolu, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Bununla da Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. O, həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs əməli başa çatmış cinayətdir. Onun əməlini cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Qeyd edilənləri, törədilmiş cinayətin xarakterini və nəticəsini, cinayət nəticəsində ölmüş şəxslərin sayını və ailə vəziyyətlərini, nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı yuxarıda göstərilən hallar nəzərə alınmaqla əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, ona əlavə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.4-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 15 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olmaması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxslərin hüquqi varisləri X3 və X11 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. X3 mülki iddia ərizəsində cinayət hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq həyat yoldaşı Zərərçəkmiş şəxs2 itirməyə görə, həmçinin, yetkinlik yaşına çatmayan övladının qəyyumu olaraq 60000 (altmış min) manat, cinayət hadisəsi nəticəsində ailələrinə dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat, ailə başçısını itirməyə görə 08 noyabr 2017-ci il təvəllüdlü övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. X3 iddia tələbini onunla əsaslandırmışdır ki, heç yerdə işləmir. Mərhum həyat yoldaşı ilə birgə nikahlarından az yaşlı uşağı vardır. Uşaq onun himayəsindədir. Uşağı necə böyüdəcəyini bilmir. Çünki evin maddi problemlərini həlli ilə mərhum yoldaşı məşğul olmuşdur. Yoldaşı yol nəqliyyat hadisəsinə qədər sağlam, həyatsevər, ailəcanlı biri olmuşdur. Evin yeganə çörək gətirəni olmuşdur. Onun sağlığında maddi cəhətdən problemləri olmamışdır. Cavabdehin (təqsirləndirilən şəxsin) hərəkətinin nəticəsi olaraq o və uşağına mənəvi zərər də dəymişdir. Əvvəl hiss etmədiyi “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi duyğulatr yaranmışdır. Bundan başqa real imkansızlıq nəticəsində həyatlarının bir daha əvvəlki kimi olmayacağından fiziki və ya psixoloji ağrılarının da olmasını qeyd edir. Cinayət əməli nəticəsində mülki iddiaçı kimi onun üçün mənəvi sarsıntı və iztirablara səbəb olan maddi və mənəvi zərər dəymişdir. Buna görə də mülki iddiaçı kimi mülki cavabdehdən ona dəymiş maddi və mənəvi zərərin əvəzində pul ödənilməsini tələb edir. Həmçinin, Zərərçəkmiş şəxs3 hüquqi varisi X11 mülki iddia ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində 50000 (əlli min) manat mənəvi zərər, yas məclisləri və dəfn xərclərinə görə 20000 (iyirmi min) manat maddi ziyan, zərərçəkmiş şəxsin itirilmiş bir illik qazancı ümumi olaraq 30000 (otuz min) manat olmaqla ümumlikdə 100000 (yüz min) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. X11 iddia tələbini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs3 ali təhsilli, ailəli, iki övlad atası və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində şöbə rəisi vəzifəsində çalışmışdır. Ailənin bütün xərcləri onun tərəfindən qarşılanmışdır. Hazırda orta məktəbdə oxuyan iki övladı atalarını ani və vaxtsız itirdiklərinə görə gərgin stress yaşayırlar və bu onların da həyatına pis təsir etməkdədir. O mərhum Zərərçəkmiş şəxs3 hüquqi varisi olaraq onun ölümünə səbəb olan bu qəzanın təqsirkarının ailələrinə vurmuş olduğu maddi və mənəvi ziyanın mülki cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində şöbə rəisi vəzifəsində işləməklə aylıq 2500 əmək haqqı alırmış və ailənin təminatı mərhumun üzrində olmuşdur. Bu gün övladlarının təhsil haqqı, yaşayış xərcləri ataları sağ olacağı təqdirdə onun tərəfindən qarşılanacaqdı. Hazırda bu barədə sıxıntıları var. Həyat yoldaşının vaxtsız dünyasını dəyişməsi səbəbilə hələ də özünə gələ bilmir və əmək fəaliyyəti qənaətbəxş halda deyil. Keçirmiş olduqları bu güclü stress və gərginlik hazırki iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin nəticəsində meydana çıxmışdır. İnsan dünyasını dəyişəndə yas məclisinin təşkili, qəbir yeri və baş daşı xərcləri ailənin üzərinə düşür. Bu xərclərin məbləği sübuta ehtiyacı olmayan aksiomadır. Qeyd olunan xərcləri rəsmiləşdirmək də hazırki gündə mümkün deyildir. Eyni zamanda baş vermiş hadisənin şokunda bu xərclərin rəsmi hissəsini əldə edə bilməmişlər. Ümumlikdə yas məclisi, qəbir yeri və qəbir daşının hazırlanması xərclərinə görə 20000 (iyirmi min) məbləğində xərc çəkmişlər. Bu dövrdə təqsirləndirilən şəxsin yaxınları qeyd olunan xərclərə hər hansı bir şəkildə yardım etməmişlər. Eyni zamanda ailənin bütün xərcləri mərhum əri Zərərçəkmiş şəxs3 tərəfindən qarşılanırmış və əsas əmək haqqısı və əmək haqqısına bərabər tutulan digər əlavələri ilə birlikdə aylıq qazancı 2500 manat olmuşdur. Uşaqlarının təminatı olaraq atalarının gəlirlərinin bir illik ümumi məbləğinin cəmi olaraq 30 000 manat məbləğində maddi ziyanın da qarşı tərəfdən tutularaq, ona ödənilməlidir. Eyni zamanda keçirdiyi bu güclü stress səbəbindən bütün səhhəti korlanmışdır. Ailə başçısının, ömür-gün yoldaşının, uşaqlarının atasını anidən belə faciəvi şəkildə itirmiş qadına dəymiş mənəvi ziyanı məbləğlə ölçmək mümkünsüzdür. Onun həyatı məhv olmuşdur. Bütün bu proseslərin səbəbkarı təqsirkar şəxs, mülki cavabdehdir. Ona görə də hesab mənəvi zərərin real özünü ifadə etməsə də, bu acını onlara yaşatdığına görə qarşı tərəf də mülki məsuliyyətini hiss etməsi üçün 50 000 manat məbləğində mənəvi zərər mülki cavabdehdən tutularaq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən mülki cavabdeh tərəfindən ona 50 000 (əlli min) manat maddi ziyan vurulmuşdur. Qeyd olunanlarla yanaşı mülki cavabdehin hərəkətləri nəticəsində ona 50 000 (əli min) manat mənəvi zərər vurulmuşdur. Ona görə də, mülki cavabdehdən ümumilikdə 100 000 (yüz min) manat tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd olunan mülki iddialar ilə bağlı zəruri araşdırma aparıb bu qənaətə gəlir ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri X3 və X5 mülki iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Qeyd olunan Qərarda göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, zərərçəkəkmiş şəxslərin yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmələri nəticəsində mərhum Zərərçəkmiş şəxs2 arvadı X3 və mərhum Zərərçəkmiş şəxs3 arvadı X5 mənəvi sarsıntı keçirmələri, mənəvi zərərə məruz qalmaları istisnasızdır. Ona görə məhkəmə mənəvi zərər tələbini əsaslı hesab edir. Lakin, məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərəkən zərərçəkmiş şəxslərin ehtiyatsızlıqla törədilən cinayət nəticəsində vəfat etmələrini, məhkəmə qərarının icra edilməli sənəd olması səbəbindən təqsirləndirilən şəxsin ödəmə qabiliyyətini, zərərçəkən şəxslərin hüquqi varislərinin gələcəkdə digər mülki tələblər irəli sürmək imkanının saxlanmasını nəzərə alaraq mənəvi zərərin məbləğini 10000 (on min) manat məbləğində müəyyən edilməsini ağlabatan məbləğ hesab edir. Ona görə məhkəmə zərərçəkmiş şəxslərin hüquqi varislərinin mənəvi zərər tələblərini əsaslı hesab edir və qeyd edir ki, həmin hissədə Aytən Məmmədtağıyevanın iddia tələbi təmin edilməli, Vüsalə Rəhimovanın iddia tələbi isə qismən təmin edilməlidir. Bundan başqa iddiaçı Vüsalə Rəhimova eyni zamanda tələbində zərərçəkənin vəfat etməsi ilə bağlı dəfn xərcləri, hüzr mərasimlərinin keçirilməsi ilə bağlı xərclərin və zərərçəkmişin itiriilmiş bir illik qazancının tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, zərərçəkənin vəfat etməsi ilə bağlı dəfn və hüzr mərasimlərinin keçirilməsi ilə əlaqədar müəyyən xərclər çəkilməsi istisnasızdır. Lakin, iddiaçı həmin xərclərə və zərərçəkmişin itiriilmiş bir illik qazancına dair kifayət qədər aydın sübutlar təqdim etməmişdir. Həmçinin mülki iddiaçı Aytən Məmmədtağıyeva tələbində Zərərçəkmiş şəxs2 itirməyə görə, həmçinin, yetkinlik yaşına çatmayan övladının qəyyumu olduğuna görə və ailə başçısını itirməyə görə 08 noyabr 2017-ci il təvəllüdlü övladının yetkinlik yaşına çatanadək saxlanması üçün pul tutulmasını tələb edir. Bununla bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, qeyd edilən tələblərlə bağlı obyektiv qərar qəbul edilməsini təmin etmək üçün uzun sürən araşdırma aparılmasına zərurət yarandığından qeyd olunan tələblər baxılmamış saxlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixlə qərarının 72-ci bəndində deyilir ki, mülki iddia tələbləri ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak və maddi sübut müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X5 iddia tələbi “dəfn və hüzr mərasimlərinin keçirilməsi ilə bağlı vurulmuş zərərin və itirilmiş illik qazancın tutulması” hissəsində baxılmamış saxlanılsın. X5 maddi və mənəvi ziyanın tutulması ilə bağlı tələbi qismən təmin edilsin. Mənəvi zərərə görə 10000 (on min) manat Təqsirləndirilən şəxs tutularaq X6 verilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 iddia tələbi Zərərçəkmiş şəxs2 itirməyə görə, həmçinin yetkinlik yaşına çatmayan övladının qəyyumu olaraq xeyrinə pul tutulması və ailə başçısını itirməyə görə 08 noyabr 2017-ci il təvəllüdlü övladının yetkinik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat tutulması” hissəsində baxılmamış saxlanılsın. X1 mənəvi ziyanın tutulması ilə bağlı tələbi təmin edilsin. Mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq X2 ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim Fəxri Məmmədov
Hakimlər Anar Sadıqov
Mahirə Kərimova