Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1451/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X9 və Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, Cəlilabad rayonu, Komanlı ərazi dairəsi, Böyük Bəcirəvan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə, 05 avqust 1993-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Böyük Bəcirəvan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 bacısı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs əvvəlcədən «cinsi azlıq (lezbiyanlıq)» olaraq aralarında baş vermiş intim münasibət zamanı qeydə alınmış video görüntülərin olmasına inandırıb həmin intim videoları sosial şəbəkələrdə yayacaqları, eləcə də yaxınlarına göndərəcəkləri ilə barəsində rüsvayedici məlumatları yayacaqları hədəsi ilə hədə-qorxu gələrək sonuncudan pul tələb etdikdən sonra, Zərərçəkmiş şəxs barəsində rüsvayedici videgörüntülərin yayılacağından qorxaraq, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə Məscid yolu küçəsində yerləşən «AL» marketdə quraşdırılmış «Milliön» ödəmə terminaldan övladı X8 vasitəsi ilə Təqsirləndirilən şəxs1 təqdim etdiyi bank hesabına 2020-ci ilin dekabr ayında 2000 manat, 10 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən marketlərdən birində quraşdırılmış «e-manat» ödəmə terminalından övladı X8 vasitəsi ilə həmin bank hesabına 2000 manat və 11 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən marketlərdən birində quraşdırılmış «e-manat» ödəmə terminalından övladı X8 vasitəsi ilə həmin bank hesabına 2000 manat pul göndərmiş, bununla da vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat pulunu, yəni xeyli miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs3 bacısı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən «cinsi azlıq (lezbiyanlıq)» olaraq aralarında baş vermiş intim münasibət zamanı qeydə alınmış video görüntülərin olmasına inandırıb həmin intim videoları sosial şəbəkələrdə yayacaqları, eləcə də yaxınlarına göndərəcəkləri ilə barəsində rüsvayedici məlumatları yayacaqları hədəsi ilə hədə-qorxu gələrək sonuncudan pul tələb etdikdən sonra, Zərərçəkmiş şəxs barəsində rüsvayedici videgörüntülərin yayılacağından qorxaraq, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə Məscid yolu küçəsində yerləşən «AL» marketdə quraşdırılmış «Milliön» ödəmə terminaldan övladı X8 vasitəsi ilə Təqsirləndirilən şəxs1 təqdim etdiyi bank hesabına 2020-ci ilin dekabr ayında 2000 manat, 10 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən marketlərdən birində quraşdırılmış «e-manat» ödəmə terminalından övladı X8 vasitəsi ilə həmin bank hesabına 2000 manat və 11 yanvar 2021c'ı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən marketlərdən birində quraşdırılmış «e-manat» ödəmə terminalından övladı X8 vasitəsi ilə həmin bank hesabına 2000 manat pul göndərmiş, bununla da vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat pulunu, yəni xeyli miqdarda əmlakını hədəqorxu ilə ələ keçirmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən «cinsi azlıq (lezbiyanlıq)» olaraq aralarında baş vermiş intim münasibət zamanı qeydə alınmış video görüntülərin olmasına inandırıb həmin intim videoları sosial şəbəkələrdə yayacaqları, eləcə də yaxınlarına göndərəcəkləri ilə barəsində rüsvayedici məlumatları yayacaqları hədəsi ilə hədə-qorxu gələrək sonuncudan pul tələb etdikdən sonra, Zərərçəkmiş şəxs barəsində rüsvayedici videgörüntülərin yayılacağından qorxaraq, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə Məscid yolu küçəsində yerləşən «AL» marketdə quraşdırılmış «Milliön» ödəmə terminaldan övladı X8 vasitəsi ilə Təqsirləndirilən şəxs1 təqdim etdiyi bank hesabına 2020-ci ilin dekabr ayında 2000 manat, 10 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən marketlərdən birində quraşdırılmış «e-manat» ödəmə terminalından övladı X8 vasitəsi ilə həmin bank hesabına 2000 manat və 11 yanvar 2021 -ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsində yerləşən marketlərdən birində quraşdırılmış «e-manat» ödəmə terminalından övladı X8 vasitəsi ilə həmin bank hesabına 2000 manat pul göndərmiş, bununla da vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs ünıumilikdə 6000 manat pulunu, yəni xeylİ miqdarda əmlakını hədə-qorxu ilə ələ keçirmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə qismən təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2-3 ildir Zərərçəkmiş şəxs tanıyır. 2020-ci ilin avqust ayında Leylaya zəng edərək yaşadığı evi təmir etdiyinə görə təmizlik işlərinə kömək etmək üçün onu Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metrostansiyası yaxınlığında yerləşən kirayə yaşadığı evə dəvət etmişdir. Leyla həmin evə gəlib təmizlik işlərində ona köməklik etdikdən sonra onun təklifi ilə onlar birlikdə intim münasibətdə olmuşlar. Hətta bundan başqa da bir neçə dəfə Leyla ilə öz razılıqları ilə birlikdə intim münasibətdə olmuşlar. Ona pul lazım olduğundan, o, bir neçə dəfə Leyladan borc pul almışdır. Leyla da həmişə onun istədiyi məbləğdə pulu ona vermişdir. O heç vaxt Leylanı şantaj etməmiş və ondan şantaj yolu ilə heç bir məbləğdə pul tələb etməmişdir. Aldığı borc pulları da qısa müddətdə ona qaytaracağına söz vermişdir. Ola bilər ki, içkili olan zaman Leyla qeyd etdiklərini demişdir. Yəni ki, Leylaya intim münasibətlərinin bacısı Aygün tərəfindən video görüntü vasitəsi İlə qeydə alındığını demiş və bunun yayılmaması üçün Leyladan pul tələb etmişdir. Belə ki, o içkili olarkən özündə olmur. O Gülnara Leylaya zəng etməsini bildirməmişdir. Eləcə də Gülnarın Leylaya zəng edib-etməməsini bilmir. Bacısı Aygünün bu işlərdən heç bir xəbəri yoxdur. Eləcə də Aygün tərəfindən hər hansı bir görüntü qeydə alınmamışdır. Etdiyi bu hərəkətlərə görə peşmançılıq hissi keçirir. Leylanın pul göndərdiyi ona məxsus həmin hesab nömrəsini o özü Leylaya vermişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bacısıdır. Zərərçəkmiş şəxs ilə bacısı Zeynəb arasında hər hansı bir intim münasibətin olmasından xəbərsiz olmuşdur. Eləcə də, o, Leyla ilə Zeynəb arasında hər hansı bir intim münasibətin olmasını görməmiş və belə bir görüntünü qeydə almamışdır. Zeynəbin onun adından istifadə edib Leyladan pul tələb etməsindən də xəbərsiz olmuşdur. Lakin o Leylanı bacısı Zeynəbin rəfiqəsi kimi tanıdığından və bacısının isə «lezbiyanka» olmasından şübhələndiyindən Leylaya ondan ayrılmağı bildirmişdir. Çünki Leylanın ailəli olduğunu və Zeynəbin onun üçün problem yaradacağını bilmişdir. Leylaya heç vaxt hədə- qorxu gəlməmiş və ondan hədə-qorxu ilə heç bir məbləğdə pul tələb etməmişdir. Sadəcə olaraq Zeynəbin Leylaya verdiyi ona məxsus 02 ədəd «Samsung» markalı mobil telefonu ona qaytarmağını istəmişdir. Belə ki, Zeynəb ondan xəbərsiz həmin telefonların özünə məxsus olduğunu bildirib Leylaya vermişdir. O da Leylaya zəng edib həmin telefonların ona məxsus olduğunu bildirib ona qaytarmağını istəmişdir. Lakin o Leylanı heç vaxt hədələməiş, Leyladan hədə-qorxu ilə heç vaxt pulu tələb etməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. Belə ki, Zeynəb də onun kimi «cinsi azlıq» nümayəndəsidir və onunla normal münasibətləri olub. Zərərçəkmiş şəxs ilə Zeynəb arasında intim münasibətin olmasını bilmişdir. Belə ki, bunu ona Zeynəb özü bildirmişdir. X13 həmin görüntülərlə hədələyib ondan pul tələb etməsini və Leylanın həmin məbləğdə pulu, yəni 2000 manatı Zeynəbin hesab nömrəsinə göndərməsini bilmişdir. 2021-ci ilin yanvar ayında Zeynəb Leylanın nömrəsini ona verib bildirmişdir ki, o Leylaya zəng edib ona Zeynəbin polislər tərəfindən tutulduğunu və onu həbsdən azad etdirmək üçün 4000 manat pul lazım olduğunu desin. Eyni zamanda Leyla pulu ödəməkdən boyun qaçıracağı halda onu həmin video görüntülərlə hədələsin. Bundan sonra o Leylaya zəng edərək Zeynəbin bacısını döydüyünə görə polislər tərəfindən saxlanıldığını və onu azad etmək üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Leyla pulu olmadığını dediyindən ona pul göndərmədiyi təqdirdə Zeynəblə olan intim videogörüntüsünü ailəsinə göstərəcəyini və sosial şəbəkələrdə yayacağını bildirmişdir. Eyni zamanda Leylaya bildirmişdir ki, əgər həmin məbləğdə pulu göndərməsə polislərə deyəcək ki, Aygünü Zeynəblə birlikdə o da döyüb. Leyladan Zeynəbin hesabına 4000 manat pul göndərməyini tələb etdiyinə görə Leyla 2 dəfəyə həmin məbləği Zeynəbin bank hesabına göndərmişdir. Belə ki, Leyla əvvəlcə 2000 manatı, səhəri gün isə 2000 manatı Zeynəbin təqdim etdiyi hesab nömrəsinə göndərmişdir. Həmin pulu Zeynəbin kartından çıxarıb Zeynəb ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa o Leyladan heç vaxt pul tələb etməmişdir. Əməlindən səmimi peşmandır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə 3 il əvvəl sosial şəbəkə vasitəsi ilə tanış olmuş, rəfiqə kimi aralarında normal münasibətləri olmuş və ailəvi gediş-gəlişləri də olmuşdur. Zeynəb əvvəllər Bakı şəhəri, Nizami rayonu, «Nefçilər» metrostansiyası yaxınlığında kirayə yaşayırmış və o həmin mənzilə onun yanına gedib-gəlmişdir. Sonra isə Zeynəb həmin mənzildən çıxaraq, həmin ərazidə olan digər mənzilə köçmüşdür. 2020-ci ilin avqust ayında Zeynəb ona zəng edərək yaşadığı evi təmir etdiyinə görə təmizlik işlərinə kömək etmək üçün onu həmin evə dəvət etmişdir. O Zeynəbə təmizlik işlərində kömək etdikdən sonra Zeynəb ona soyunmağı və onunla seksual xarakterli hərəkətlər etməyi təklif etmişdir. O Zeynəbin təklifi ilə razılaşdığından öz xoşu ilə əynini soyunaraq Zeynəblə seksual xarakterli hərəkətlər etmişdir. O Zeynəbin «lezbiyanka», yəni qadınla seksual xarakterli hərəkətlərlə məşğul olduğunu əvvəldən bilmişdir. Bundan təxminən bir neçə gün sonra Zeynəb ona zəng edərək polisdə işinin olduğunu və bu məqsədlə ona 2000 manat borc pul verməyini bildirmişdir. O da Zeynəblə tanış olduğundan və ona inandığından 2000 manat pulu Zeynəbin təqdim etdiyi hal- hazırda yadında qalmayan bank kartına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılmış «e-manat» ödəmə terminalı vasitəsi ilə yükləmiş və Zeynəb həmin pulu borc kimi ondan aldığını və yaxın zamanda qaytaracağını bildirmişdir. 2020-ci ilin dekabr ayınadək Zeynəblə münasibətləri normal olmuşdur. 2020-ci ilin avqust ayından 2020-ci ilin dekabr ayınadək olan müddət ərzində Zeynəb, eləcə də bacısı Aygün ondan müxtəlif bəhanələrlə ümumilikdə 8000 manat pul almışdır. O Zeynəbdən borcunu geri istədikdə Zenyəb imkanının olmadığını və 2021-ci ilin aprel- may ayında ona olan borcunu tam ödəyəcəyini bildirmişdir. Son vaxtlar Zeynəb ondan borc istəsə də, o Zeynəbə pul verə bilməmişdir. Elə buna görə də Zeynəb ondan hədə-qorxu ilə pul tələb etməyə başlamışdır. Belə ki, 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsilə ona zəng edərək bildirmişdir ki, yaşadığı evdə onunla 2020-ci ilin avqust ayında seksual xarakterli hərəkətlər edərək intim münasibətdə olarkən bacısı Aygün onları mobil telefonla çəkib. Ona görə də, həmin görüntüləri telefondan sildirmək üçün 2000 manat Aygünə pul göndərməyi tələb etmişdir. Eyni zamanda Aygün də ona onda qeyd olunan görüntülərin olduğunu və pulu göndərmədiyi təqdirdə həmin görüntüləri ailə üzvlərinə göndərəcəyi və sosial şəbəkələrdə yayacağı ilə hədələmişdir. O da ailəsi bilməsin və rüsvay olmasın deyə, «Beynəlxalq Bank»dan 2000 manat kredit götürüb həmin 2000 manat pulu oğlu Xalidin vasitəsilə Zeynəbin təqdim etdiyi «KapitalBank» kartına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən «Al market»də quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə göndərmişdir. Bundan sonra, 2021 -ci ilin yanvar ayında özünü Zeynəbin rəfiqəsi kimi təqdim edən Gülnar adlı şəxs ***- ***-**-** saylı mobil nömrə ilə ona zəng edərək Zeynəbin bacısını döydüyünə görə polislər tərəfindən saxlanıldığını və onu azad etmək üçün 4000 manat lazım olduğunu bildirmişdir. Pul göndərmədiyi təqdirdə Zeynəblə olan intim videogörüntüsünü ailəsinə göstərəcəyini və sosial şəbəkələrdə yayacağını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, əgər həmin məbləğdə pulu göndərməsə polislərə deyəcək ki, Aygünü Zeynəblə birlikdə o da döymüşdür. Gülnar da onu şantaj edərək Zeynəbin hesabına 4000 manat pul göndərməyini tələb etdiyinə görə yenə də, hissə-hissə həmin hesaba həmin məbləği göndərmişdir. Belə ki, o məcbur olub həmin gün bazar günü olduğundan və banklar işləmədiyindən tanışı Tacirə adlı qadından 2000 manat borc pul alaraq 10 yanvar 2021-ci il tarixdə oğlu Xalidin vasitəsilə Zeynəbin təqdim etdiyi «KapitalBank» kartına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılmış «emanat» ödəmə terminalı vasitəsilə həmin 2000 manat pulu göndərmişdir. Səhəri gün, yəni 11 yanvar 2021-ci il tarixdə «Beynəlxalq Bank»dan 6000 manat kredit götürüb, həmin pulun 2000 manatını banka əvvəlcədən olan borcuna ödəmiş, 2000 manatını isə borc aldığı Tacirəyə qaytarmışdır. 2000 manat pulu isə 11 yanvar 2021-ci il tarixdə oğlu Xalidin vasitəsilə Zeynəbin təqdim etdiyi «KapitalBank» kartına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılmış «e-manat» ödəmə terminalı vasitəsilə göndərmişdir. Bundan əlavə polisə müraciət etməmişdən təxminən 3-4 gün öncə Zeynəbin bacısı Aygün ona zəng edərək bildirmişdir ki, Zeynəbdən aldığı 02 ədəd «Samsung» markalı mobil telefonlar onundur və həmin telefonları ona qaytarmağını bildirmişdir. Lakin həmin 02 ədəd «Samsung» markalı mobil telefonlardan birini 350 manata, birini isə 100 manata Zeynəbdən öz pulu ilə almışdır. Qeyd olunan həmin videogörüntüləri görməmişdir. Belə ki, o Zeynəbə dəfələrlə həmin görüntüləri ona göndərməsini bildirsə də, o həmin görüntüləri ona göndərməkdən imtina etmişdir. Odur ki, həmin video görüntülərin mövcudluğu barəsində hər hansı bir məlumatı yoxdur. Zeynəblə intim münasibətdə olub qurtardıqdan sonra digər otaqdan Aygünün çıxdığını görmüşdür. Lakin Aygünün həmin vaxt onların intim münasibətlərindən xəbərinin olub-olmadığını, eləcə də həmin münasibəti video görüntü vasitəsi ilə qeydə alıb-almadığını bilmir. Oğlu Xalidin onunla Zeynəb arasında intim münasibətin olmasından və Zeynəbin həmin məbləğlərdə pulu ondan nə məqsədlə almasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş 6.000 manat pul ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Onlarla barışmış və onları bağışlyır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş yetkinlik yaşına çatmayan X5 ifadəsinin yerində yoxlanılması barədə 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Zİrə qəsəbəsində yerləşən «AL» marketə quraşdırılmış «Milliön» ödəmə terminalını göstərərək nömrəsi yadında qalmayan Təqsirləndirilən şəxs1 adına olan «KapitalBank» kartına 2020-ci ilin dekabr ayının axırlarında 2000 manat pulu həmin terminal vasitəsi ilə və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən adı olmayan marketdəki «e- manat» ödəmə terminalını göstərərək, 10 yanvar 2021 -ci il tarixdə 2000 manat pulu və 11 yanvar 2021-ci il tarixdə 2000 manat pulu nömrəsi yadında qalmayan Təqsirləndirilən şəxs1 adına olan «KapitalBank» kartına həmin ödəmə terminalı vasitəsi ilə göndərdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 29 may 2021-ci il tarixli könüllü təqdimetmə və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona yazılmış mesajların və ödəmə qəbzinin fotoşəkilləri, bankdan götürdüyü kreditlərin kağızları, eləcə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ona «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə göndərilmiş səs yazıları olan 01 ədəd disk götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd diskə 29 may 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin diskdə aşağıdakı səs yazıları aşkar olunmuşdur: «Aygün» adlı fayldakı səs yazısının məzmunu: «Məndə qəşəng bir video var, video var Leyiiya denən, bir...bizə gəldiyi günü çəkilmiş videodu. Gətirib onu qoyacam ərinin qabağına görsün arvadı hansı yuvanın quşudu.» Həmin səs yazısı 10 saniyə davam etmişdir. «Gülnar 1» adlı fayldakı səs yazısının məzmunu: «Hə Leyla hə, Zeynəb də indi bizim tərəfimizə keçəcək, onnan sora görüm neyniyəsisən. Sən məə heç nə eliyə bilmiyəceysən e, sen başa düşmürsən. Men sənin başıva açacağım oyunu mən bilirəm. Gör sənin başıva nə oyunnar açacam. Adıvı yadınnan çıxartmasan mən Gülnar olmaram. Mən sakit dayanıram, gözdüyürəm görüm siz belə hərəkət eləmək istiyirdiz də, ay polisdən gələciydiz, nə bilim neyniyeciydiz, gözdüyürəm, sakitcə gözdüyürəm, nömrələrimi bağlamamışam bir şey eləməmişəm, sakitcə gözdüyürem. Amma mən hərəkətə keçirəm, innən sora siz özünüzü qoruyun. Yaxşı?!» Həmin səs yazısı 41 saniyə davam etmişdir. «Gülnar 2» adlı fayldakı səs yazısının məzmunu: «Həə Leyla, iş yerivə zəng elədim bu gün, İnşallah gələcəm də. İndi bir nəfər var pul gözdüyürəm, pul gətirsin taksi puluna görə, gətirsin gələcəm iş yerivə qəşəng videonu qoyaram müdriyyətin qabağına qoyum səncə, yoxsa baş həkimin, hansı daha məsləhətdi?!» Həmin səs yazısı 21 saniyə davam etmişdir. «Zeynəb 1» adlı fayldakı səs yazısının məzmunu: «Mənim ona prosta yazığım gəlirdi varyoxuna ləhnət, həər şeyi də ərinin qabağına qoyacam. Qoymasam lişni mənim varyoxuma ləhnət. Axşama kimi kef eləsin. Qoy bi dənə Aygün işdən çıxsın.» Həmin səs yazısı 14 saniyə davam etmişdir. «Zeynəb 2» adlı fayldakı səs yazısının məzmunu: «Qardaş, get ver də, demirsən polisə, atıb də, mənim kartıma atmıyıb pul, çeki subnı elə saxla, get ver polisə. Get ver polisdən yuxarıya, ürəyin nə istiyir elə də. Belə də ki, mənim kartımdadı, pul məndədi, qaytarmıram. Başqa sözün var?» Həmin səs yazısı 20 saniyə davam etmişdir. «Zeynəb 3» adlı fayldakı səs yazısının məzmunu: «İndi şəxsən o vidyonı o qaynı var e, İlham, ba indi o vidyonı onun nömrəsi mənim böyük bacımda var, tanış eləmişdi guya bacımı ona sıramax istiyirdi, ba indi o vidyonu mən atacam ona, elə ba bi dənə elə o bəsdi.» Həmin səs yazısı 15 saniyə davam etmişdir. «Zeynəb 4» adlı fayldakı səs yazısının məzmunu:«Bi dəfə Ella, Aygün, Günay qabağdangəlmişdiy elədi ona, evivə gedirəm, polisnən evivə gedirəm. Allah haqqı onun əri şalvarına batırdı ya, mən də dedim ki, qoy bu səni polisə vermir, mən gedirəm də, deyirəm ki, məni verib, mənnən prinspi var, bunun evinə girir, ailəsini dağıtmağa. Soruş ... soruş də. Allah qoysa mən hamısını üzünə deyəcəm ona.» Həmin səs yazısı 25 saniyə davam etmişdir, «Zeynəb 5» adlı fayldakı səs yazısının məzmunu: «Elə çox qanun-qanun deyirsən, 102-ə verirsən məni?! Gəlsin tutsun məni, çağırsın məni bölmiyə. Sənin polisinin əlində sübutu olmıyınca sənin polisin məni bölmiyə çağıra bilməz. Belə də ki, qardaş, polisə yox, get ver Daxili İşlər Nazirliyinə. Sən narahat oİmaa, ala, sən səhf saldın e, adamıvı. Çağırmadın məni görüşə?! Gələrdin də, axı bilirdin Zeynəb səni, səni ömürrüy bədbaxteliyəcəy». Həmin səs yazısı 40 saniyə davam etmişdir. Qeyd olunan səs yazılarının kimə məxsus olması və s. xüsusatların müəyyən olunması ilə bağlı iş üzrə təyin olunmuş məhkəmə-fonoskopik ekspertizasının 21 iyun 2021-c ii tarixli, 4/704 nömrəli rəyindən görünür ki:
1. Ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli diskdə aşkar olunan səs yazıları müqayisəli tədqiqat üçün yararlıdır.
2. Ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli diskdə aşkar olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən idarətdir.
3. Ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli diskdə aşkar olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «G1» kimi işarə olunmuş diktorun səsi və ntiqi - Təqsirləndirilən şəxs3, «Q2» kimi işarə olunmuş diktorun səsi və ntiqi - Təqsirləndirilən şəxs2, «Q3» kimi işarə olunmuş diktorun səsi və ntiqi - Təqsirləndirilən şəxs1 məxsusdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq həmin ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx"dan götürülmüş bank məlumatlarına 21 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx"ın 17 iyun 2021 -ci İl tarixli, 157000/2-3061 saylı məktubu ilə Xəzər RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş 41 vərəqdən ibarət bank məlumatlarına baxış keçirilərkən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs X2 və Təqsirləndirilən şəxs2 adına hesablardan çıxarışların olması müəyyən olunmuşdur. Həmin çıxarışlara baxış zamanı Təqsirləndirilən şəxs1 adına olan 416974******7743 nömrəli karta 10 yanvar 2021-ci il tarixdə «e-manat» ödəmə terminalı vasitəsi ilə 2000 manat pulun və 11 yanvar 2021-ci il tarixdə «e-manat» ödəmə terminalı vasitəsi ilə 2000 manat pulun mədaxil (online mədaxil) edilməsi aşkar olunmuşdur. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə 28 may 2021-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-nin 10037 saylı, 19 may 2021-ci il tarixli məktubu ilə Xəzər RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs adına ***-***-**-** saylı mobil nömrələrin, Təqsirləndirilən şəxs2 adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saytı mobil nömrələrin olması aşkar olunsa da, həmin diskdə istintaq üçün əhəmiyyətli hər hansı bir danışıq və yazışma aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə 24 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-nin BKC/LGL- 10318/21 saylı, 16 iyun 2021-ci il tarixli məktubu ilə Xəzər RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 adına ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrin, Təqsirləndirilən şəxs1 adına isə ***-***-**-** saylı mobil nömrənin olması aşkar olunsa da, həmin diskdə istintaq üçün əhəmiyyətli hər hansı bir danışıq və yazışma aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə 28 iyun 2021-ci il tarixli baxış protokofundan görünür ki, "xxxx" MMC-nin AZF/LGL- 18545/21 saylı, 18 iyun 2021-ci il tarixli məktubu ilə Xəzər RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən Zərərçəkmiş şəxs adına ***-***-**-**, ***-***-**-** ***-***-**-**, ***-***-**-** saylı mobil nömrənin, Təqsirləndirilən şəxs1 adına olan ***-***-**- **, ***-***-**-** və ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin, Təqsirləndirilən şəxs3 adına ***-***-**-** və ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin, Təqsirləndirilən şəxs2 adına ***-***-**-** saylı mobil nömrənin olması aşkar olunsa da, həmin diskdə istintaq üçün əhəmiyyətli hər hansı bir danışıq və yazışma aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş 02 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları- Təqsirləndirilən şəxs1 ilə aralarında baş vermiş intim münasibətin Təqsirləndirilən şəxs3 tərəfindən telefonla videogörüntü şəklində qeyd alınmasını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona bildirməsini, həmin video görüntüləri - rüsvayedici məlumatları sosial şəbəkələrdə yayacaqları, eləcə də yaxınlarına göndərəcəkləri ilə hədə-qorxu gəlib pul tələb etmələrini, buna görə məcbur olub həmin tələbi yerinə yetirməsini onların üzlərinə deyərək bir daha təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş 05 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini sonuncunun üzünə deyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Həmçinin təqsirləndirilən şəxslər Zenəb İsayeva və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclasında özlərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə qismən təqsirli bilsələr də, məhkəmə hesab edir ki, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam etiraf etməmələri özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verdiyi ifadələrə tənqidi yanaşır və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı - 30 iyul 2017-ci il təvəllüdlü X12 və Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağı - 13 avqust 2013-ci il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətmiş əmələ görə peşiman olmasını, qadın və subay olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu maddi ziyanı tam ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, qadın və subay olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu maddi ziyanı tam ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətmiş əmələ görə peşiman olmasını, qadın və subay olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu maddi ziyanı tam ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, 01 aprel 2021ci il tarixdən 26 oktyabr 2021-ci il tarixinə qədər həbsdə olduğu 06 ay 26 gün ona təyin edilməli olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, 01 aprel 2021-ci il tarixdən 03 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02gün, habelə 05 may 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək həbsə saxlanıldığı 05 ay 21 gün, cəmi 05 ay 23 gün ona təyin edilməli olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində göstərilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci maddəsinin şərh edilməsinə dair” 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsində qeyd olunan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində olan 30 iyul 2017-ci il təvəllüdlü X6 və Təqsirləndirilən şəxs3 himayəsində olan 13 avqust 2013-ci il təvəllüdlü X1 gələcək talelərini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79cu maddəsinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalarının icrası himayələrindəki azyaşlı uşaqlarının on dörd yaşına çatanadək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təxirə salınmasında məhkəmənin əsas məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, onları qoruyub saxlamaq, azyaşlı uşaqları zəruri valideyn qayğısından məhrum etməmək və onların tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə təqsirləndirilən şəxslərin şəxsiyyətini, azyaşlı uşaqlarına zəruri şəraiti təmin etmək imkanlarını, onların tərbiyəsinə olan münasibətlərini də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, ibtidai istintaq və məhkəmə baxışı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 01 aprel 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək olan müddət - 06 ay 26 gün ona təyin edilməli olan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq qəti cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamınının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, habelə cəzasını yüngülləşdirən halları nəzərə alıb, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında öz davranışı ilə onu cinayət törətməyə sövq etmiş antisosial meylliliyin dərin olmadığına, onun cəmiyyət üçün təhlükə yaratmadığına və onun artıq islah yolunda olduğuna inam yaratmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Odur ki, məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməli, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, onlar dərhal məhkəmə iclasında həbsdən azad olunmalı və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona yazılmış mesajların və ödəmə qəbzinin fotoşəkilləri, bankdan götürdüyü kreditlərin kağızları, eləcə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ona «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə göndərilmiş səs yazıları olan 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, müqayisəli tədqiqat üçün götürülmüş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 səs yazısı olan 01 ədəd disk, «KapitalBank»dan götürülmüş bank məlumatları əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizasi ilə əlaqədar Təqsirləndirilən şəxs1 66.68 ( altmış altı manat altmış səkkiz qəpik), Təqsirləndirilən şəxs3 66.66 ( altmış altı manat altmış altı qəpik) və Təqsirləndirilən şəxs2 66.66 ( altmış altı manat altmış altı qəpik) olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 qızının ibtidai istintaq və məhkəmə baxışı zamanı 01 aprel 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 06 ay 26 gün müddət ona təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 (dörd ) il 11 (on bir ) ay 04 ( dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 qızının azyaşlı oğlu – 30 iyul 2017-ci il təvəllüdlü X12 on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs1 qızına təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. O, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 qızının ibtidai istintaq zamanı 01 aprel 2021-ci il tarixdən 03 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, habelə ibtidai istintaq və məhkəmə baxışı zamanı 05 may 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 21 (iyirmi bir) gün olmaqla, cəmi 05 (beş) ay 23 (iyirmi üç) gün müddət ona təyin olunmuş 05 ( beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs3 qızının azyaşlı qızı – 13 avqust 2013-ci il təvəllüdlü X3 on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs3 qızına təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. O, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə baxışı zamanı 01 aprel 2021-ci il tarixdən 26 oktyabr 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 06 ay 26 gün müddət ona təyin edilmiş 05 ( beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 04 ( dörd ) il 11 (on bir ) ay 04 ( dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. O, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Suraxanı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona yazılmış mesajların və ödəmə qəbzinin fotoşəkilləri, bankdan götürdüyü kreditlərin kağızları, eləcə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən ona «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə göndərilmiş səs yazıları olan 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, müqayisəli tədqiqat üçün götürülmüş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 səs yazısı olan 01 ədəd disk, "xxxx" ASCdən götürülmüş bank məlumatları əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs1 66.68 ( altmış altı manat altmış səkkiz qəpik), Təqsirləndirilən şəxs3 66.66 ( altmış altı manat altmış altı qəpik) və Təqsirləndirilən şəxs2 66.66 ( altmış altı manat altmış altı qəpik) olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.