Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1451/2022 21.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1970-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, evli, ünvan 3-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə J qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuana əldə edib bir qismini üzərində, qalanını isə yaşadığı mənzilində saxlamış, 08 aprel 2022-ci il tarixdə saat 13.00 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nın 34-cü PŞ-nin Xətai rayonu, S.Ə.ünvan 2nvanında yerləşən inzibati binasına gətidlmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, onun əynində olan gödəkçənin sol üst cibindən qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 2,994 qram olan qurudulmuş marixuana götürülmüş, həmçinin yaşadığı ünvan 3 ünvanında videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən axtarış və götürmə istintaq hərəkəti zamanı mənzilin yataq otağında olan dolabın içərisindən 02 (iki) ədəd ağ rəngli sintetik torbanın içərisindən külli miqdarda ayrı ayrılıqda çəkiləri 5005 qram və 5050 qram olmaqla ümumilikdə təmiz çəkisi 10057,994 qram (10 kq 57,994 qram) tərkiblərinə görə eyni olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o öz yaşadığı evin həyətində təmirçi işləmişdir. Saxlanıldığı gün səhər tezdən evində təmir işləri görürmüş. Oğlu da evdə imiş. Bu vaxt videokameradan baxıb görmüşdür ki, qapının ağzında 1 nəfər sahə inspektoru və 5-6 nəfər polis əməkdaşları var imiş. Oğlu qardaşıgilin həyətindən keçərək çıxıb getmişdir. Oğlu aşağı düşəndə polis əməkdaşları evinin hasarından tullanaraq evə hücum etmişlər, aşağı düşmək istəyəndə polis əməkdaşları onu saxlamış və avtomobilə mindirmişlər. Polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu döyərək təzyiq göstərmiş, qolunu qandallamışlar. Ağ sellofan paketi cibinə yerləşdirmişlər və onun olduğunu bildirmişlər, o isə həmin paketin onun olmadığını bildirmişdir və onlar yenidən onu döymüşlər ki, həmin paketi boynuna götürsün. Onlardan onu döyməmələrini xahiş etmiş və həmin paketi boynuna götürmüşdür. Bundan sonra yaşadığı evə getmişlər. Polis əməkdaşları evinə də paketlərdə narkotik vasitə gətirib dolabın içərisində qara rəngli çemodanı çıxarıb içərisinə qoyub dolabın altına yerləşdirmişlər və sonra videoçəkiliş etmişlər. Bundan sonra onu yenidən polis bölməsinə aparmışlar. Daha sonra müvvəqəti saxlama yerinə gətirmişlər, sonra isə təcridxanaya aparmışlar. 32 il imiş ki, hərdən narkotik vasitədən istifadə edirmiş. Narkotik vasitəni Diego adıyla tanınan Vüqar adlı şəxsdən alırmış, hazırda o da tutulmuşdur. Yaddaşı pozulduğu üçün Diegodan başqa kimlərdən narkotik vasitə aldığını xatırlamır, heç kəsə narkotik vasitə verməmiş, özü çox çətinliklə narkotik vasitəni əldə edirmiş. Heç kəslə bir yerdə narkotik vasitə çəkməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi və satışında şübhəli imiş. Bu barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və Şahid2 iştirak edirmiş. 08 aprel 2022-ci il tarixdə X5 rayonu, 9-cu Əhmədli küçəsi 4 saylı ünvanın yaxınlığında saxlamışlar və onu 34-cü Polis bölməsinə gətirmişlər. Polis bölməsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçının qərarı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir və onun evində 2 ədəd ağ rəngli torbada narkotik vasitə aşkar edilmişdir. Marixuananın çəkisi 10 kiloqram imiş. Təqsirləndirilən şəxs evindəki narkotik vasitənin də ona məxsus olduğunu bildirmişdir. Saxlanılarkən Namiq onlara müqavimət göstərməmiş və ona təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitə olmaması və eyni zamanda polis işçiləri tərəfindən təzyiqə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 32 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edirmiş, 3 gün əvvəl yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Əİİ adlı şəxsdən öz istifadəsi üçün şifahi qaydada qarşılıqlı razılaşmaya əsasən 10 kiloqram qurudulmuş marixuananı 10.000 (on min) manata borc olaraq almışdır. Həmin narkotik vasitə olan marixuananı öz istifadəsi üçün müəyyən qismini ayırıb üzərində gəzdirirmiş. Lakin qalan hissəsini isə yaşadığı evin yataq otağında tünd qəhvəyi rəngli dolabın içərisində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, onu 34-cü PŞ-nə dəvət etmişdirlər. Onlara heç bir müqavimət göstərmədən polis şöbəsinə getmişdir. 34-cü PŞ-də olan zaman üzərinə baxış keçirilərkən ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetın olub-olmaması soruşulmuşdur. Bu zaman əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol ust cibimdən bir ədəd şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik olan “marixuana” adlı narkotik maddəyə bənzər bükümü açaraq tərəziyə qoymuş və çəkisi müəyyən edildikdən sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə zərfə qoyularaq, imzalanmış və qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı Bakı şəhəri, ünvan 4 ünvnda yerləşən özünə məxsus fərdi yaşayış evinə gedərək könüllü olaraq yataq otağından tünd rəngli dolabın içərisində gizlətdiyi 02 ədəd ağ rəngli torbanın içərisində olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Cinayət işində olan 08 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında DİN-nin Xətai RPİnin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərtib etdiyi 08 aprel 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçəsinin sol üst cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş təbii ot tərkibli narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş kütlənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin narkotik maddəyə bənzər kütlənin narkotik maddə olan marixuana olmasını bildirmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkildi və narkotik vasitə olan marixuanaya bənzər kütlələrin çəkisi 3,27 qram oldu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən şəxsi istifadəsi üçün qarşılıqlı razılaşmaya əsasən borc olaraq 10000 (on min) manata aldığını bitdimişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 152 saylı möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı ünvan 5 ünvanında narkotik vasitənin olmasını bildirmişdir. Cinayət işində olan axtarış və götürmə aparılması haqqında DİN-nin Xətai RPİ-nin 34cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərtib etdiyi 08 aprel 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında olması ehtimal edilən narkotik vasitəni könüllü şəkildə təqdim etməsi üçün Təqsirləndirilən şəxs təhqiqatçı Asiman İmaməli tərəfindən təklif edildikdə Təqsirləndirilən şəxs yataq otağında olan tünd qəhvəyi rəngli dolabın alt hissəsində gizlətdiyi 02 ədəd ağ rəngli torbanın içərisində olan narkotik vasitə hesab olunan kütləni çıxarıb təqdim edərək həmin torbadakı narkotik vasitənin marixuana olduğunu, marixuananı 05 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı lakin adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı Əİİ adlı şəxsdən şəxsi istifadəsi üçün qarşılıqlı razılaşmaya əsasən borc olaraq 10000 (on min) manata aldığını bildimişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd ağ rəngli torbanın içərisində olan kütlənin narkotik vasitə olan marixuanaya bənzər kütlənin çəkisinin 10.000 qram olması müəyyən edildi. Həmin kütlə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-nin “Zərflər üçün” 152 saylı möhürlənərək götürülmüşdür. Axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işində olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 02 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin fayllardan 2022_04_08_14_15_İMG_1336 adla qeyd olunmuş fayla baxış keçirdikdə, faylın 10 dəqiqə 05 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməli özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq ona CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah oldunduğunu bildirdi. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkçənin sol üst cibindən içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş olan narkotik vasitə marixuanaya bənzər kütlələri çıxarıb təqdim edərək masanın üzərinə qoydu. Bundan sonra təhqiqatçı narkotik vasitələri haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Cavabında Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxsdən özünün istifadəsi üçün qarşılıqlı razılşamaya əsasən borc olaraq 10.000 (on min) manata Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığından götürdüyünü bildirdi. Daha sonra təqdim olunan narkotik vasitələrə bənzər kütlə elektron tərəzidə çəkildi, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlənin 3.27 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlavə əşya və ya predmet aşkar olunmadı. Bundan sonra masanın üzərinə qoyulan narkotik vasitələrə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürləndi. Təhqiqatçı tərəfindən narkotik vasitəni haradan əldə etməsi barədə yenidən sual verildikdə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Əlidən əldə etdiyini üzərində yalnız bunun olduğunu yaşadığı mənzildə də narkotik vasitə olduğunu üzərindəki narkotik vasitəni də oradan götürdüyünü, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı şəxsi axtarışın bitdiyini Təqsirləndirilən şəxs yaşadığı Xətai rayonu, 9-cu Əhmədli küçəsi ev 4 ünvanında axtarış keçiriləcəyini bildirmişdir. Diskə baxış keçirən zaman 2022_04_08_14_15JMG_1337 adlı faylın olması müəyyən edilmişdir. Həmin fayla baxış keçirdikdə, faylın 15 dəqiqə 51 saniyədən ibarət olduğu müəyyən olunur, videogörüntünün birinci saniyəsindən etibarən Xətai RPl-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməli özünü və iştirakçıları təqdim edərək, saxlanılan şəxs Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 3-də narkotik maddə saxlaması ehtimalı olduğundan həmin mənzilə baxış keçirəcəyini elan edir. Bundan sonra iştirakçılar həmin mənzilə daxil olur. Təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı onun evdə narkotik vasitə saxladığını bildirdiyini və həmin narkotik vasitələri harada saxladığını soruşur. Sonuncu yataq otağında olan tünd qəhvəyi rəngli dolabı işarə edib orada narkotik vasitə saxladığını bildirir. Dolabın alt saxlanc hissəsi açılan zaman orada 02 ədəd ağ rəngli torbanın olması aşkar olunur. Təhqiqatçı torbanın içərisində nə olması və onu haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs sual verir. Təqsirləndirilən şəxs cavabında 02 ədəd ağ rəngli torbaların içərində narkotik vasitə olmasını, onu üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, onunla aparmış olduğu danışıqlar nəticəsində 10000 (on min) borc qarşılığında Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında əldə etdiyini bildirir. Təhqiqatçı tərəfindən torbanın yuxarı hissəsi kəsilən zaman torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar olunur. Həmin 02 ədəd ağ rəngli torbalar elektron tərəzi vasitəsi ilə çəkilən zaman torbadakı kütlənin çəkisinin 10 kiloqram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı mənzildə bundan əlavə hər hansı qanunla qadağan edilmiş maddə və ya predmet saxlanılması barədə Təqsirləndirilən şəxs soruşur, sonuncu aşkar edilmiş kütlədən başqa mənzildə qadağan edilmiş maddə və ya predmet saxlamadığını bildirir. İştirakçılarla birlikdə mənzildə axtarış aparı İsa da başqa əşya və ya predmet aşkar olunmur. Daha sonra təhqiqatçı mənzilə baxışın başa çatdığını elan edir. Cinayət işində olan “Azerfon MMC”-dən daxil olmuş 25 may 2022-ci il tarixli 5596/22 nömrəli məkuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı narkotik vasitələrin dövriyyəsinə dair danışıqlar müəyyən edilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 09 aprel 2022-ci il tarixli 7/339 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükümdə bükümdə təmiz çəkisi-2,994 qram və ağ kağız üzərində “Niyazov A...” yazısı və ağ kağız üzərində “..Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 02(iki) ədəd ağ rəngli sintetik torbalardakı ayrı-ayrılıqda təmiz çəkiləri-5050qram; 5005 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 10057,994qramdır (10kq57,994qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanan ümumi təmiz çəkisi 10057,994 qram, tədqiqata sərf edildi 0,45 qram qalıq 10057,544 qram (ekspertiza tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat) Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsinin 07 may 2022-ci il tarixli 2304 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən tələb olunub, tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi Aqil Əşrəfovun 06 may 202-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindn fiziki zorakılığa məruz qalması öz təstiqinin tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 08 aprel 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan qalıq 10057,544 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93- 1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs aid olan ekspertiza xərci təşkil edən 78 (yetmiş səkkiz) manat ondan alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsini, mənzilə baxış keçirilməsi əks etdirən və "xxxx" MMC-dən alınmış ümumilikdə 03 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 aprel 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 78 (yetmiş səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan qalıq 10057,544 qram marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsini, mənzilə baxış keçirilməsini əks etdirən və "xxxx" MMC-dən alınmış ümumilikdə 03 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1451/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1451/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver