Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1451/2023 11.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 2003-cü il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 94 ünvanda yaşamış, 27 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş və zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında piyada hərəkətdə olan zaman həmin ünvanda dayanmış, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs sonuncuya baxmasını ona irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu yerə yıxıb döyərək sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsinə əsəbləşərək qisas almaq məqsədilə üzərində olan zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı, deşici-kəsici xassəyə malik qatlanmayan, soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının sağ yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qarnın sol yarısının 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sağ qalça tini nahiyəsinin 1 ədəd kəsilmiş yarası, təpə nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol budun 2 ədəd kəsilmiş yaralarından ibarət xəsarətlər yetirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən 01 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik olan ümumi təyinatlı qatlanmayan ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 27 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Nizami RPİ-nin 24-cü Polis Söbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 94 ünvanında baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməkdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami RPİ-yə gətirilərək orada üzərinə keçirilmiş baxış zamanı əynində olan şalvarın sağ cibindən həmin 01 ədəd soyuq silah hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik olan ümumi təyinatlı qatlanmayan ov bıçağı aşkar edilərək ondan götürülmüşür. Qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma və soyuq silah hesab edilən bir ədəd bıçağı əldə edib gəzdirmə cinayətlərini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdir ki, 26 yanvar 2023-cü il tarixdə, saat 18:40 radələrində bərbərdən çıxıb evə gedərkən, metronun «Neftçilər» stansiyasının «Mc.Donalds» mağazaları tərəfdən çıxışda olarkən sonradan, yəni cinayət işinin ibtidai istintaqı zamanı adını öyrənib bildiyi, hazırda baxılan iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs üzünü ona tutub nə üçün tərs-tərs baxdığını soruşduqda o, sonuncuya yaxınlaşaraq ona «hardan bilirsən ki, sənə baxıram» sualını vermiş və özünün qulağında olan qulaqcığı çıxardan zaman Zərərçəkmiş şəxs onun arxasına keçərək qucaqlayıb fənd işlədərək onu yerə yıxmışdır. Həmin vaxt kiminsə onu arxadan vurduğunu hiss etmişdir. Həmin vaxt üzərində olan, 1 il yarım əvvəl adı yadında qalmayan internet səyifəsindən aldığı və istintaqa təqdim etdiyi, maddi sübut kimi tanınan bıcağı belindən, sonra isə qabından çıxartdıqda, Azərin yanında olan 2 nəfər şəxsin bir istiqamətdə, Azərin isə başqa istiqamətdə qaçdığını görmüşdür. O, sonuncunun, yəni Azərin arxasınca bir qədər getmiş, lakin çatmadıqdan sonra bıcağı qabına yerləşdirib belinə keçirərək oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Zərərçəkmiş şəxs bıcaqlamamış, ona bıcaqla heç bir xəsarət yetirməmişdir. Onun bıcaq gəzdirməkdən xoşu gəldiyi üçün onu alıb belində gəzdirmişdir. Bıcağı çıxartmaqda məqsədi Azəri və onun yanında olan 2 nəfəri qorxutmaq olmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı ətrafda tanımadığı şəxslər olsa da, heç kəs müdaxilə etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 26 yanvar 2023-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı evdən çıxıb tanışı Emildən 100 manat borca pul almaq üçün sonuncunun işlədiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə, onun iş yerinə getmişdir. Emil saat 18 radələrində işdən çıxdıqdan sonra orada birlikdə olan tanışı Fuad və Emillə birlikdə evlərinə getmək üçün metronun “Neftçilər” stansiyasının yanına gəlmişlər. Saat 18:30 radələrində metronun “Neftçilər” stansiyasının çıxışında yerləşən “Mc. Donalds” kafesinin qarşısında dayanıb siqaret çəkərkən, sonradan adını öyrənib bildiyi, baxılan iş üzrə Təqsirləndirilən şəxs onların yanlarından keçərkən onlara tərs-tərs baxdığı üçün o, Allahverdiyə öz iradını bildirib, nə üçün onlara belə baxdığını soruşmuşdur. Allahverdi getdiyi yoldan geri qayıtmış, ona yaxınlaşıb burnunu onun burnuna dirəyib “Bu nə danışıqdı ə?” sözünü demişdir. Həmin vaxt o, Allahverdinin onu vuracağını başa düşərək o, sonuncunu qucaqlayıb “bedro” fəndi işlədərək onu yerə yıxmış, ona sillə və yumruq zərbələri endirməyə başlamışdır. Həmin vaxt onun dostları Emil və Fuad onları biribirlərindən aralaşdırmaq üçün dartmış, onların hər ikisi ayağa durmuş, lakin həmin vaxt özünün əynində olan gödəkçə başına keçdiyi üçün ətrafı görə bilməmişdir. Elə həmin vaxt bədəninin müxtəlif nahiyyələrinə bıçaq zərbələrinin dəydiyini hiss edib, bir təhər, yəni çox çətinliklə gödəkçəsini əynindən çıxarıb ataraq oradan qaçaraq uzaqlaşmaq istəmişdir. Həmin vaxt Allahverdinin də onun dalımca qaçdığını görmüş, lakin sonuncu onun ardınca çox qaçmadan geri qayıtmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, onlar hadisə yerindən uzaqlaşdıqdan sonra o, dostları ilə yenidən birləşib, bədənində olan yaraları sarımaq üçün aptekdən bint və yod alaraq “Gəncliyə” getmişlər. Orada yaralarını sarıyıb Sumqayıt şəhərinə nişanlısıgilə gedmişdir. Sumqayıt şəhərində nişanlısının anası Kəmalə onun xəsarət aldığını görüb, onu Sumqayıt şəhər xəstəxanasına aparmış, orada onun yaraları təmizlənib, tikilmişdir. Hadisədən sonra arptıq nişanlısı Leyla ilə toyları olmuş, ailə qurmuşlar. İstər həyat yoldaşı və istərsə də qananası Kəmalə ilə çox yaxşı münasibətləri vardır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisədə başqa heç kim iştirak etməmiş, Allahverdi ilə ikisi dalaşmış, onun dostları isə onları ayırmışdır. Dava-dalaş mübahisə ilə birlikdə 5-10 dəqiqə davam etmiş, hadisənin şahidi tanımadığı şəxslər olmuşdur. Allahverdinin başqa şəxs tərəfindən vurulduğunu o, görməmiş, dostları onları ayırmağa çalışmış, Allahverdi isə kənar şəxs tərəfindən vurulduğunu başa düşmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, o, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin gəncliyini nəzərə alıb onunla barışmış, bu barədə ərizəsini də istintaq orqanına vermiş, ona qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs özünün və onun yaxın qohumlarının ona qarşı etinasız münasibətini, onun müalicəsi ilə bağlı bütün xərcləri ödəmədiklərini nəzərə alıb barışıq barədə fikrindən daşınmış və bunu məhkəmənin nəzərə almasını xahiş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 oğu ifadəsində göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs son 5 ildə tanımış, onunla qonşu yaşayır. O özü Sabunçu rayonu, Bakıxanov qəsəbəsində günəmuz olaraq traktor sürməklə çörək pulu qazanır. 26 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Azər dostu və qonşusu olan Fuadla birlikdə Bakıxanov qəsəbəsinə onun yanına gəlmişlər. İşini bitirdikdən sonra müdüri Ramin saat 18:30 radələrində onları metronun «Neftçilər» stransiyasının yaxınlığna gətirmiş, avtomobildən düşdükdən sonra dostları Azər və Fuadla metronunun «Mc. Donalds» tərəfindən olan çıxışından çöldə dayanaraq siqret çəkmək qərarına gəlmişlər. Siqaret çəkən zaman adını sonradan öyrənib bildiyi, baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərə baxarkən sonuncu ona «nəyə baxırsn?» sözlərini dedikdən sonra Allahverdi əsəbi halda Azərin üzərinə gəlmiş və qarşı qarşıya dayanmışdır. Allahverdi Azəri vurmaq istədikdə sonuncu onun arxasına keçərək fənd işlətməklə yerə yıxmış, Allahverdi isə belində tiyəsinin qabı qara rəngdə olan bıcağı çıxardaraq bir neçə dəfə Azərin bədəninin müxtəlif nahiyələrinə - ayağına, qarnına vurmuşdur. Allahverdi bıcaq çıxartdığından o, onları aralamağa qorxduğundan kənarlaşmış, Allahverdini vurmamışdır. Hadisə təqribən 5 dəqiqə davam etmiş, ətrafa insanlar toplaşmamışlar. O, Fuadla həmin vəziyyətdən qorxub kənara çəkilərkən Azər də ayağa durub yolu keçərək qaçmağa başlamışdır. Az sonra onlar yenidən Azərlə görüşmüş, birlikdə aptekə gedib bint alıb sonuncunun yaralarını sarımışlar. Bundan sonra Azər Sumqayıt şəhərinə getmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 məhkəmədə şahid qismində dindirilmiş tanışı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iştirakı təmin olunmamış Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində qızları Leyla və Səma ilə birlikdə yaşayır, Leyla zərər çəkmiş Zərərçəkmiş şəxs nişanlıdır. 26 yanvar 2023-cü il tarixdə övladları ilə birlikdə evində olarkən, saat 23 radələrində Azər onun evinə gəlmiş, onun qan içində olduğunu görüb təlaşlanaraq nə baş verdiyini soruşmuş, sonuncu Bakı şəhərində mübahisə nəticəsində tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Azərin vəziyyətnin yaxşı olmadığını başa düşüb onu Sumqayıt şəhər xəstəxanasının təcili tibbi-yardım xəstəxanasına aparmışdır. Xəstəxanada Azəri müayinə edib əməliyyata salan vaxt zəng edib hadisə barədə Azərin anası Elvinaya da məlumat vermşdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid2 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və daha sonra məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (iş vərəqə: 54-56). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid1 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və daha sonra məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (iş vərəqə: 57-59). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, şahid Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və daha sonra məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (iş vərəqə: 154-156). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş üzrə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkəti protokolundan görünür ki, sonuncu ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğu yerləri əyani şəkildə göstərmiş və nəticədə tədqiq olunan həmin protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 126-127). Məhkəmə baxışı zamanı, həmçinin tədqiq olunan «şəxsin tanınmaya təqdim edilməsi haqqında» istintaq hərəkəti protokolundan görünür ki, iş üzrə Şahid2 tanınmaya təqdim edilmiş dörd nəfər şəxsdən 2 nömrəsi ilə işarələnmiş, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin 26 yanvar 2023-cü il tarixdə, saat 18:40 radələrində iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs bıçaqla vuran şəxs olduğunu göstərərək təsdiq etmişdir (iş vərəqə: 26-29). Daha sonra, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olun keçirilmiş «əşyanın tanınmaya təqdim edilməsi haqqında» istintaq hərəkəti protokoludan görünür ki, iş üzrə Şahid2 tanınmaya təqdim edilmiş dörd ədəd bıçaqdan sağdan sola doğru 2-ci bıçağı göstərərək Təqsirləndirilən şəxs həmin bıçaqla zərər çəkmiş Zərərçəkmiş şəxs vurduğunu göstərərək təsdiq etmişdir (iş vərəqə: 30-31). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 28 mart 2023-cü il tarixli, 234 nömrəli rəyindən görünür ki, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının sağ yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası, qarnın sol yarısının 1 ədəd daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yarası, sağ qalça tini nahiyəsinin 1 ədəd kəsilmiş yarası, təpə nahiyəsinin 1 ədəd deşilmiş- kəsilmiş yarası, sol budun 2 ədəd kəsilmiş yaraları olmuşdur. Qeyd olunan kəsilmiş və deşilmiş-kəsilmiş yaralar iti kənarlı deşici kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Tədqiq olunan həmin rəylə müəyyən edildi ki, qarnın ön divarının sağ yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə hər biri ayrı ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: 128-131). İş üzrə təyin edilmiş məhkəmə-psixatrik ekspertizasının 18 fevral 2023-cü il tarixli, 447 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs qeyd oğlu olunan cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Təqsirləndirilən şəxs öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəkliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri alma düşmür, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixoloji tərəfi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli-intellektual imkanlarında gerilik əlamətləri yaranmamış, öz hərəkətlərini ölçüb- biçmək iqtidarında olmuşdur, onun əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, tənqidə və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır (iş vərəqə: 128-131). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə- bioloji və trosoloji ekspertizasının 04 aprel 2023-cü il tarixli, 58/MTKŞ-2023 nömrəli rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin, qısaqol maykanın və qolsuz maykanın hər birinin ön səthinin sağ yarısının aşağı hissəsində iki ədəd dəlib-keçən zədə müəyyən edilmişdir. Həmin zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir. Tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus paltarların (uzunqol köynək və iki ədəd mayka) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus paltarların (uzunqol köynək və iki ədəd mayka) üzərində olan deşilmişkəsilmiş zədələr, təqdim edilmiş bıçağın tiyəsinin müxtəlif dərinlikdə batması nəticəsində törənə bilər. Bundan başqa, tədqiq olunan həmin rəydən daha sonra görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus paltarların (uzunqol köynək və iki ədəd mayka) üzərində olan deşilmiş-kəsilmiş zədələrlə onun bədəni üzərində olan xəsarətlərdən qarnının ön divarının sağ yarısında olan bir ədəd və sağ qalça tini nahiyyəsində olan bir ədəd yara yerləşməsinə görə üst-üstə düşürlər. Zərərçəkmiş şəxs qarnının ön divarının sol yarısında olan bir ədəd yaraya uyğun, paltarlar üzərində zədə aşkar edilmədi, buda xəsarətlərin yetirilmə şəraiti, əmələgəlmə mexanizmi və paltarların hərəkətli olması ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər başın təpə və sol bud nahiyyələrində yerləşir. Bundan başqa, tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabının üzərində zədə aşkar olunmamışdır. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, tədqiqat üçün təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanmayan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: 137-143). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-bioloji və trosoloji ekspertizasının 02 mart 2023-cü il tarixli, 80/-2023 MTKŞ nömrəli rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə A beta (11). 1.Ekspertizaya təqdim edilmiş qısaqol mayka, alt maykası, ayaqqabı üzərində olan ləkələrdədə A beta (11) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (11) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmamışdır. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş köynək üzərində gözlə görünən qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (iş vərəqə: 144-149). Məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanına aid müvafiq qərarla müəyyən edildi ki, iş üzrə hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd uzunqol köynək, 01 (bir) ədəd qısaqol mayka və 01 (bir) ədəd qolsuz mayka, həmçinin iş üzrə cinayətin aləti olmuş Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) bıçaq maddi sübut kimi tanınmış və həmin maddi sübutlar axlanmasından ötrü Bakı şəhəri, Nizami RPİ-də maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir(iş vərəqə: 159-165). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi və qanunsuz olaraq soyuq silah hesab edilən bıçağı əldə edib gəzdirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci və 228.4-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadələrində zərər çəkmiş şəxsi bıçaqla vurmaması və təqsirsizliyi barədə göstərdikləri məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur və məhkəmə bu dəlilləri təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 120-121). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinin ibtidai istintaqı mərhələsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. Lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs özünün və onun yaxın qohumlarının ona qarşı etinasız münasibətini, onun müalicəsi ilə bağlı bütün xərcləri ödəmədiklərini nəzərə alıb barışıq barədə fikrindən daşındığını bildirmiş və bunu məhkəmənin nəzərə almasını xahiş etmişdir. Daha sonra məhkəmə çıxışları mərhələsində çıxış edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə təkrarən barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını qeyd etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir (iş materialları). Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, onun sonuncuya qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi zərərin ödənildiyini, Azərbaycan Respublikası CM-nin 59.1.12ci və 59.1.13-cü maddəsinə, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmadığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, yüngülləşdirici hallar olduqda cəza təyinetmənin, cinayətlərin məcmusu qaydasında cəza təyin etmənin prinsiplərini nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Həmçinin həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Müəyyən edildiyi kimi, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 27 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2023-cü il tarixdə Nizami rayon Məhkəməsinin müvafiq qərarına əsasən barəsində 04 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və bundan sonra məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməli və onun cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, 27 yanvar 2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə Bakı şəhəri, Nizami RPİ-də maddi sübutların saxlanılması kamerasında saxlanılan maddi sübutlara dair məsələ hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunmalıdır: - hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd uzunqol köynək, 01 (bir) ədəd qısaqol mayka və 01 (bir) ədəd qolsuz mayka təyinatını itirdiyindən məhv edilməli; - iş üzrə cinayətin aləti olmaqla soyuq silah hesab olunan, deşici-kəsici xassəyə malik, zavod üsulu ilə hazırlanmış bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərcləri müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayt Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 27 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə Bakı şəhəri, Nizami RPİ-də maddi sübutların saxlanılması kamerasında saxlanılan maddi sübutlara dair məsələ hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd uzunqol köynək, 01 (bir) ədəd qısaqol mayka və 01 (bir) ədəd qolsuz mayka təyinatını itirdiyindən məhv edilsin; - iş üzrə cinayətin aləti olmaqla soyuq silah hesab olunan, deşici-kəsici xassəyə malik, zavod üsulu ilə hazırlanmış bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır, ekspertiza xərcləri müəyyən edilməmişdir. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1451/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1451/2023
11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver