Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1451/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X10 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 oktyabr 1987-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 93-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana yaşayış sahəsi, nömrəsiz evdə müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, 18 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində naməlum şəraitdə 250 manat müqabilində külli miqdarda ümumi təmiz çəkisi 8,802 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 4,465 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 10,75 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana yaşayış massivində yerləşən “Pətək” marketin qarşısına qədər daşımış, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən xidməti ərazidə gəzinti zamanı özünü şübhəli apardığı üçün 18 oktyabr 2023-cü il tarixdə, saat 15:00-da həmin ünvanda saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, 18 oktyabr 2023-cü il tarixdə, saat 16:45-də Polis Şöbəsində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan torbada dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,461 qram, 2,559 qram, 3,451 qram, 0,331 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 8,802 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,465 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 10,75 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satışını həyata keçirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikasının vətəndaşı Şaiq adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 18 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində naməlum şəraitdə 250 manat müqabilində külli miqdarda ümumi təmiz çəkisi 8,802 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 4,465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 10,75 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Sovxoz Ramana yaşayış massivində yerləşən Pətək marketin qarşısına qədər daşımış, Bakı şəhəri Sabunçu RPİ-nin X2 əməkdaşları tərəfindən xidməti ərazidə gəzinti zamanı özünü şübhəli apardığı üçün 18 oktyabr 2023-cü il tarixdə saat 15:00-da həmin ünvanda saxlanılaraq Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə gətirilmiş, 18 oktyabr 2023-cü il tarixdə saat 16:45 dəqiqədə polis şöbəsində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan torbada dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,461 qram, 2,559 qram, 3,451 qram, 0,331 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 8,802 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,465 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 10,75 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, himayəsində iki yetkinlik yaşına çatmamış oğlu var və oğlanları Ağdaş şəhərində anası Cəmilənin yanında yaşayırlar. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, kafelərdə ofisiant işləyərək gündəlik 10-15 manat pul qazanmışdır. Təxminən 5 il əvvəl qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu şəxs tərəfindən narkotik vasitələrdən istifadə etməyə öyrədilmişdir. Əsasən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. 5 ildir ki, “Şaiq” adlı iranlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq pul müqabilində ondan narkotik vasitə və psixotrop maddə alır. Atası ağır vəziyyətdə olduğundan rayona getməyə hazırlaşmış, ona görə də rayonda istifadə etməsi üçün narkotik vasitə almaq istəmişdir. “Şaiq”lə əlaqə saxlayaraq 250 manat müqabilində 9 qram “kola”, 1 qram “patı” almaq istədiyini bildirmiş, bu məqsədlə pul ödəyərək pulun ödənilməsi barədə qəbzi “Şaiq”ə göndərmişdir. “Şaiq”lə heç vaxt görüşməmiş, yalnız telefonla əlaqə saxlamışdır. 18 oktyabr 2023-cü il tarixdə gecə saatlarında o, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana, X7 “Pətək” marketin yanında dayanaraq “Şaiq”dən narkotik vasitəni götürəcəyi yer barədə məlumat gözləmiş, bu zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış və polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu saxlayan zaman “Şaiq” zəng etmiş, narkotik vasitəni Balaxanı ərazisinə qoyduğunu demişdir. Polis əməkdaşları onunla birlikdə gecə saat 02 radələrində Balaxanı ərazisinə gedərək narkotik vasitəni götürərək kirayədə yaşadığı evə gəlmişlər. Həmin vaxt qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, onunla bir yerdə yaşayan şəxs də kirayədə qaldığı evdə olmuş və o, əməliyyat olunduğundan yataq şəraitində olmuşdur. Həmin oğlan da narkotik vasitə istifadəçisi olmuşdur. Evdə polis əməkdaşları axtarış zamanı həmin oğlana məxsus marixuana aşkar edərək götürmüşlər. Gecə bölmədə qalmış, səhər videoçəkiliş aparılmışdır. Çəkilişdən əvvəl polis əməkdaşları ona “bunlar mənim üstümdə olub, günorta saatlarında Pətək marketin qabağında şübhəli şəxs kimi saxlanılmışam” deməsini tapşırmış, müdafiəçidən imtina etsə işinin yüngül olacağını dediklərindən çəkilişdə müdafiəçinin iştirakını istəməmişdir. Çəkiliş zamanı polis əməkdaşlarının dediklərini təkrar etmişdir. Heroini və metamfetamini “Şaiq”dən pul müqabilində alsa da marixuana ona məxsus olmamışdır. Üzərindən aşkar edilmiş kartları uşaqları küçədən tapmış, telefon nömrəsi tanışının adına olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin arada narkotik istifadə edən tanıdığı şəxslərlə bir-birlərinə pulsuz narkotik vasitə verməsi halları olmuşdur. “Şaiq”dən 250 manat müqabilində 10 qram narkotik vasitəni almaqda məqsədi rayonda olan zaman özünün istifadə etməsi olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanan zaman narkotik vasitədən istifadə edə bilmədiyi üçün bədənində ağrılar olmuşdur. Telefonunda aşkar edilmiş fotoşəkillər “Şaiq”dən aldığı narkotik vasitələrlə bağlı olmuşdur. SMS yazışmaları ilə bağlı isə heç nə deyə bilmir. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləyən zaman 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsində xidmət aparmışlar. Saat təxminən 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Sovxoz Ramana” yaşayış massivində yerləşən “Pətək” marketin qarşısında bir nəfər qadının şübhəli hərəkətlər etdiyi görüb ona yaxınlaşmış, şəxsiyyətini sonradan müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs harada yaşadığını soruşmuşlar. Təqsirləndirilən şəxs harada yaşadığını deməmiş və özünü daha da şübhəli aparıb onlardan yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs hərəkətlərindən onun narkotik vasitə istifadəçisi olmasından şübhələndikləri üçün onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində X11 tərəfindən sənədləşmə işləri aparılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilmiş, vəkil dəvət edilmişdir. Sənədləşmə işlərindən sonra təhqiqatçının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd mobil telefon, iki ədəd bank kartı və bir ədəd şəxsiyyət vəsiqəsi, həmin gödəkçənin sağ yan cibindən isə bir ədəd ağ rəngli sellofan torba çıxarıb təqdim etmişdir. Axtarışda iştirak edən polis nəfəri Şahid3 Təqsirləndirilən şəxs üzərini yoxlamış, üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. X11 ağ rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf rəngli və bir ədəd qara rəngli büküm çıxarmış, şəffaf rəngli bükümü açmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər quru ot kütləsinin olduğu müəyyən edilmişdir. Sonra qara rəngli büküm açılmış, həmin bükümün içərisində isə beş ədəd sellofan bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən bir-bir açılmış və dörd ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə isə ağ rəngli, kristalik formada psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçi olduğunu, maddələri istifadə etmək üçün özünə aldığını, bağlamada olan maddələrin “patı”, heroin və “nəşə” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mobil telefonun və şəxsiyyət vəsiqəsinin özünə məxsus olduğunu, bank kartlarını isə yerdən tapdığını bildirmişdir. Narkotik maddəni haradan əldə etməsi barədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri 18 oktyabr 2023-cü il tarixdə, gecə saat 02 radələrində “Şaiq” adlı iranlıdan “whatsapp”la danışıb aldığını, maddələri Balaxanı qəsəbəsindən götürdüyünü, maddələrin müqabilində Şaiqə kart vasitəsi ilə 250 manat pul ödədiyini bildirmişdir. X11 Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasiətələri qablaşdırmış, möhürləmişdir. O və digər iştirakçılar zərfin üzərini, həmçinin tərtib edilmiş protokolu imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini, metamfetamini və qurudulmuş marixuananı haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə onlara məlumat daxil olmamışdır. Onlar ərazidə xidmət aparan zaman təsadüfən Məhəbbət Qiliyeva ilə rastlaşmışlar. Onlarda “Aygün” adlı bir xanımla bağlı əməliyyat məlumatı olmuş, həmin əməliyyat məlumatı ilə bağlı isə tədbir keçirməmişlər. Onlar Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü ildə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Sovxoz Ramana” yaşayış massivində yerləşən “Pətək” marketin qarşısında saxlamışlar, onunla bərabər Balaxanı qəsəbəsinə getməmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 18 oktyabr 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində olarkən göstəriş əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getmiş, şöbədə olarkən əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 bir nəfər qadını, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində saxlayıb gətirdiklərini və onun üzərində baxış zamanı iştirak etməli olduğunu bilmişdir. Şəxsi axtarışda o, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirak etmişlər. X11 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və əşya olduğu halda təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan gödəkçənin sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartı, həmin gödəkçənin sağ yan cibindən isə bir ədəd ağ rəngli sellofan torba çıxarıb təqdim etmişdir. O, Təqsirləndirilən şəxs üzərini yoxlamış, sonuncunun üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. X11 ağ rəngli sellofan torbanın içərisindən bir ədəd qara rəngli və bir ədəd şəffaf rəngli büküm çıxarmışdır. X11 şəffaf rəngli bükümü açmış, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər quru ot kütləsinin, açılan qara rəngli bükümün içərisində is beş ədəd sellofan bükümlərin olduğu müəyyən edilmişdir. X11 bükümləri bir-bir açmış və dörd ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə isə ağ rəngli, kristalik formada psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bağlamada olan maddələrin “patı”, “kokos” və “nəşə” olduğunu, narkotik maddələri istifadə etmək üçün özünə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri 18 oktyabr 2023cü il tarixdə, gecə saat 02 radələrində “Şaiq” adlı iranlıdan 250 manata aldığını, “Şaiq”lə “whatsapp” vasitəsi ilə əlaqə saxladığını, maddələri Balaxanı qəsəbəsindən götürdüyünü bildirmişdir. X11 Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri ağ rəngli kağız zərfdə qablaşdırmış və möhürləmişdir. O və digər iştirakçılar zərfin üzərini, həmçinin təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu imzalamışlar. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya mənəvi, psixoloji təsirin olmasına şahid olmamışdır. Təqsirləndirilən şəxs narkotik maddə ilə bağlı bədənində ağrıların olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə ezam olunmuş təhqiqatçı X15 tərəfindən tərtib olunmuş, Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 18 oktyabr 2023cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00-da Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sabunçu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana yaşayış massivində yerləşən “Pətək” marketin yanında saxlanılaraq PŞ-nə gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan torbanı və həmin gödəkçəsinin sol yan cibindən 01 ədəd bənövşəyi rəngli, “Samsung” markalı mobil telefon aparatını, özünə məxsus olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi, “Kapital bank”-a məxsus olan 4169-7388-8790- 7008 və 4169-7388-7649-3317 nömrəli “Birbank” kartlarını çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılarkən içərisindən 01 ədəd qara rəngli izolentə yapışdırılmış büküm və 01 ədəd ağ rəngli sellofan büküm aşkar edilmişdir. Qara rəngli izolentə yapışdırılmış büküm açılarkən içərisində 04 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddələr, 01 ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristalşəkilli maddələr, digər ayrıca olan 01 ədəd ağ rəngli sellofan bükümün içərisində isə yaşıl rəngli tozşəkilli maddələr olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq şübhəli şəxs həmin maddələrin “nəşə”, “kakos” və “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı İran İslam Respublikasının vətəndaşından ümumilikdə 250 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və maddə aşkar edilməmişdir. Aşkar olunmuş ümumilikdə 06 ədəd bükümdə olan maddələr bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 159 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı mobil telefon aparatı, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi və 02 ədəd bank kartları da götürülmüşdür. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə saat 16:45-də başlanmış, 16:55-də başa çatmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı “Sony” markalı videokameradan istifadə olunmaqla videoçəkiliş aparılmışdır. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır (cild 1, i/v 25-26) - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş və maddi sübut kimi tanınmış CD diskə baxış keçirilmiş və baxış zamanı 18 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5630 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №159” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 04 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,461 qram, 2,559 qram, 3,451 qram, 0,331 qram, ümumi təmiz çəkiləri 8,802 qram olan qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,465 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi - 8,802 qram olmuş, cəmi 0,2 qram tədqiqata sərf edilmiş, 8,602 qram qalıq qalmışdır. Metamfetaminin təmiz çəkisi - 4,465 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 4,415 qram qalıq qalmışdır (cild 1, i/v 35-37)ş - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1454 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazılar və imzalar olan kağız paketdə 1 ədəd ağ rəngli sellofan bükülüdə təmiz çəkisi - 10,75 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuana 1 obyekt olduğu üçün onunla müqayisəli tədqiqat aparılmamışdır. Marixuananın təmiz çəkisi - 10,75 qram olmuş, 0,02 qram tədqiqata sərf edilmiş, 10,73 qram qalıq qalmışdır (cild 1, i/v 41-42). - xx.xx.2023-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış dörd ədəd bükümdə ümumi təmiz çəkiləri 8,802 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 10,75 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, heroinin 0,2 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 8,602 qramı, metamfetaminin 0,5 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,415 qramı və qurudulmuş marixuananın 0,02 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 10,73 qramı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 №72” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (cild 1, i/v 52-53). - 26 oktyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən 18 oktyabr 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş «Samsung Galaxy A21S» markalı mobil telefona baxış keçirilmişdir. Qeyd edilən telefonun “Qalereya” bölməsinə daxil olduqda orada şəkillərdən dörd ədəd fotoşəkillərdə elektron tərəzinin və tərəzinin üstündə bükümlərin olduğu müəyyən edilmişdir. Birinci fotoşəkildə elektron tərəzinin, tərəzinin üstündə iki ədəd qara rəngli bükümün, elektron tərəzinin 9,52 qram göstərdiyi müəyyən edilmişdir. İkinci fotoşəkildə elektron tərəzinin, tərəzinin üstündə iki ədəd qara rəngli bükümün, elektron tərəzinin 8,62 qram göstərdiyi, elektron tərəzinin yanında bir ədəd bükümün olduğu müəyyən edilmişdir. Üçüncü fotoşəkildə elektron tərəzinin, tərəzinin üstündə bir ədəd ağ rəngli bükümün, elektron tərəzinin 0,38 qram göstərdiyi müəyyən edilmişdir. Dördüncü fotoşəkildə insan barmaqlarının arasında bir ədəd ağ rəngli bükümün olduğu müəyyən edilmişdir. Telefonun daxilində ***-***-**-** saylı nömrə vardır. Telefonun “Whatsapp” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı məzmununda yazışmalar aparılmışdır. Bundan başqa telefonun “Whatsapp” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şaiq adlı şəxsin istifadə etdiyi +98 914 779 02 saylı telefon nömrəsi arasında 2023-cü ilin oktyabr ayında, həmin tarixdən əvvəlki dövrlərdə “Whatsapp” zənglərinin edilərək danışıq aparıldığı müəyyən edilmişdir. Bundan başqa telefonda iş üçün hansı bir sübut əhəmiyyəti təşkil edəcək məlumat aşkar olunmamışdır (cild 1, i/v 97). - 27 noyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 5(008)-948/2023 nömrəli qərarı əsasında telefon məlumatlarını özündə əks etdirən "xxxx" Telekom MMCdən 16 noyabr 2023-cü il tarixli, ZF/LGL-15350/23 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskə kompyuterdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı CD diskdə: SMS_Tarixcesi_**********4302_709212140”, SMS_Tarixcesi_**********4304_709 12140”, Zenglerin_Detallasmasi_**********3522 709212140_4” və Zənglerin_Mexsusluq_Tarixceleri **********5058 709212140_NAR_4” adlı dörd ədəd qovluğun olduğu müəyyən edilmişdir. “SMS_Tarixcesi **********4302 709212140” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 20 aprel 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrıayrı şəxslərə məxsus telefon nömrəsi ilə apardığı sms yazışması barədə məlumatlar təsbit edilmişdir. Həmin qovluqda aşağıdakı məzmunda sms aşkar edilmişdir: xx-xx-2023-cü il tarixdə saat 12:08:52-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Mahabat nolub cavab vermsan siz tarafdyam 25 azn pul var”; xx-xx-2023-cü il tarixdə saat 14:52:43-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “aygun sep var mende birde qolbağ sirgada var isteyirsen getirim”; xx-xx-2023-cü il tarixdə saat 01:07:27-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Baci duzeldi 30 vallah”; xx-xx-2023-cü il tarixdə saat 21:39:49-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “50 mana t var menem pervin”; xx-xx-2023-cü il tarixdə saat 22:58:30-da ***-***-**-** saylı nömrədən ***-***-**-** aylı nömrəyə “aygun telfonu ac sozumu deyim sene allahaqqi ele elemeki gelim ferhad gile. Bilirsen niye ona goreki niye gore meni qehbe kimi taniyasan sen ama halbuki”, “olarnan bir yerde xeberi olub bile bile sene nese torba tiken oglanin arvadini ves azərbaycan .... gor ne dedim. prosdu akwine zeng catmirdi deye mene”, “ dediki qaqaw kanalin varsa 25 manatim var goturey bir yerde eliyey mende ozume gore ozumde eliyeceydim deyene dedim heri kanal var yoxsa men hardan bilim”, “tek bir rebbim şahidimki menim xeberim variydisa onun pulu yoxdu isdiyersen innen soram mennen gotuw isdenersenfe goruwmersen canin”; xx-xx-2023-cü il tarixdə saat 22:44:23-də ***-***-**-** saylı nömrədən 099-***-***-**-** saylı nömrəyə “Bu hereketve gore menem maqa qutarmsam mala o gunden senden berk incidim ama seni ele tanimamsdm bilirsən isdesem seni getrer mene ala ama lenet şeytan”; xx-xx-2023-cü il tarixdə saat 23:53:41-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “salam ayka nece sen1 kamaz torpağ lazimdir varindi gozdiyim ya yox mene savab ver bilim belke men olan yere yaxinsan”; xx-xx-2023-cü il tarixdə saat 05:38:03-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “MENEM PERVİN YOLDAYAM GELEM TEMANİ DEYİSMİSEN GUCU NECEDİ?; xx-xx-2023-cü il tarixdə saat 07:15:31-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “4 QRAM KOLA YARİM QRAM AĞARTİ SENE AND VEREM ALLAHA CEKİLERİ DUZ ELE O GUN GEDENDEN ANCAQ QİZDİRMA BAS AĞRİSİ HELE BİR QRAMİ QALİB VERE BİLMEDİM 220 MANAT PULDU”; xx-xx-2023-cü il tarixdə saat 07:24:25-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “qaqa 20 YANVARA ÇATİRAM İNDİ MİNİREM TAKSİYE RAHATİN YANİNA”; xx-xx-2023-cü il tarixdə saat 01:15:24-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Aygün hardasan gel 1 qr goturmek istiyen var”; xx-xx-2023-cü il tarixdə saat 01:53:10-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Ay omrum pəncərədən zaddan tulliya bilmersen”, “Vezyetim çox pisdi senol”; xx-xx-2023-cü il tarixdə saat 12:58:29-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Burdayam”; xx-xx-2023-cü il tarixdə saat 13:11:07-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Rasimdi petek marketin qabaqinda”; xx-xx-2023-cü il tarixdə saat 15:26:55-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “menem rasim aptekin qabaqindayam tel yoxdu”; xx-xx-2023-cü il tarixdə saat 01:48:33-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Rasimdi aygun ac bidene gelmey isdiyirdim 2 d goturecem”; xx-xx-2023-cü il tarixdə saat 01:48:33-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Rasimdi aygun ac bidene gelmey isdiyirdim 2 d goturecem” məzmununda sms göndərilmişdir. “SMS_Tarixcesi **********4304 709212140” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 06 may 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə apardığı sms yazışması barədə məlumatlar təsbit edilmişdir. Həmin qovluqda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilmədi. “Zenglerin_Detallasmasi **********3522 709212140_4” adlı qovluğa baxış keçirildi. Baxış zamanı həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 20 aprel 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində ayrı-ayrı şəxslərə məxsus telefon nömrəsi ilə danışıq, sms yazışması apardığı və əhatə-anten dairəsi barədə məlumatlar təsbit edilmişdir. “Zenglerin_Mexsusluq_Tarixceleri **********5058 709212140_NAR_4” adlı qovluğa baxış keçirilmiş və baxış zamanı həmin qovluqda Təqsirləndirilən şəxs istifadə etdiyi ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə 20 aprel 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində danışıq, sms yazışması apardığı ayrı-ayrı səxslərə məxsus telefon nömrəsi və həmin şəxslərin anket məlumatları qeyd edilmişdir. ***-***-**-** saylı telefon nömrəsi X4, ***-***-**-** saylı telefon nömrəsi X8 adına, ***-***-**-** saylı telefon nömrəsi X5, ***-***-**-** saylı telefon nömrəsi X6 və ***-***-**-** saylı telefon nömrəsi X1 adına qeyd edilmişdir. Qeyd olunan mətnləri özündə əks etdirən səhifələr printer vasitəsi ilə çap edilərək protokola əlavə edilmişdir (cild 1, i/v 112-127). - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 49/4-1618-1114 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs 8,802 qram heroini, 4,465 qram metamfetamini və 10,75 qram qurudulmuş marixuananı aldığını bildirdiyi Şaiq adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini, narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin şəxsiyyətlərini, həmçinin onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı yazışma aparmış ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmiş şəxslərin şəxsiyyətini, X8 adına olan ***-***-**-**, X5 adına olan ***-***-**-**, X6 adına olan ***-***-**-** və X3 adına olan ***-***-**-** saylı nömrələri kimin istifadə etməsini müəyyən etmək mümkün olmamışdır (cild 1, i/v 139). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 X18 X9 11 dekabr 2023-cü il tarixli, 8128 nömrəli ekspert rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 140-141). - 18 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 4(008)-796/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 4(008)-85/2024 nömrəli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-85/2024 nömrəli qərarı ilə həbsdə saxlanılmasının müddəti 20 gün müddətinə uzadılmışdır (cild 1, i/v 13, 14, 78-83, 208-213). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 108-109). - 07 fevral 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin videoçəkilişini özündə əks etdirən bir ədəd CD disk, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 5(008)-948/2023 saylı qərarı əsasında telefon məlumatlarını özündə əks etdirən "xxxx" Telekom MMC-dən 16 noyabr 2023-cü il tarixli AZF/LGL- 15350/23 nömrəli məktubla göndərilmiş bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İstintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A21S” markalı bir ədəd mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Maddi sübutların saxlanılma otağına təhvil verilmişdir (cild 1, i/v 144-156). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə” siyahılara, həmçinin 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə, qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə şəxsi istehlak miqdarından artıq miqdarda (təmiz halda qramlarla), 500 qram olduqda isə külli niqdarda narkotik vasitə, metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində naməlum şəraitdə 250 manat müqabilində külli miqdarda ümumi təmiz çəkisi 8,802 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 4,465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 10,75 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə CM-nin 234.4.1-ci, külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin yaranması üçün dörd şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddənin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - bu əməlllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməlidir. - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Hazırki iş üzrə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda, həmçininşəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddələr – heroini, qurudulmuş marixuananı, metamfetamini üzərində daşımaqla saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilsə də, bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsini, narkotik vasitəni kimlərdən, necə və haradan alması, həmçinin kimlərlə əlbir olaraq törədilməsini sübut edən hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə har hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamış, iddia edilən “Şaiq” adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyəti ilə bağlı konkret hallar müəyyən edilməmişdir. Bu səbəbdən ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın irəli sürülməsi əsassız olmuşdur. Eyni zamanda, cinayət işinin materialları ilə cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi də müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunmamış, iş materiallarına əlavə edilməmiş, müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, sadəcə olaraq Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitəni satış məqsədi ilə əldə edərərək üzərində daşıdığı qeyd edilməklə kifayətlənilmişdir. Göründüyü kimi işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışına dair qabaqcadan razılıq əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut olmamış və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinə əsasən irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.1-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız üç şərt – narkotik vasitənin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və üzərində daşıması), belə əməlləri satış məqsədilə törətməsi və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli olması müəyyən olunmur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi çıxarılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıması və saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılmış sms yazışmaları, həmin telefon aparatında aşkar edilmiş fotoşəkillər və işin digər materialları ilə tam sübuta yetirilir. Hazırki cinayət işinin araşdırılması zamanı təqsirləndirilən şəxsə məxsus olan telefon nömrəsi ilə aparılmış mesajların mətnlərində müxtəlif növlərdən olan narkotik vasitələrin və psixotrop maddələrin ondan ödənişlə alınması aşkar görünür. Bundan əlavə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin, psixotrop maddə olan metamfetaminin külli miqdarda, narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından artıq olması, müxtəlif bükümlərdə olması narkotik vasitələrin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi ilə bağlı təqdim edilmiş anten məlumatlarından göründüyü kimi o, xx.xx.2023-cü il tarixdə saat 08:54 radələrindən saat 11:01 radələrinədək mobil telefondan istifadə etmiş və həmin zaman olduğu anten dairəsi GBBK5859D/GBBK5859MECHET/ “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X23”/ Sabunchu/(40.41.9xx/xx.96571) ünvan üzrə qeydə alınmışdır. Bu hal Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq gecəni polis şöbəsində olması ilə bağlı verdiyi ifadəsini təkzib edir. Məhkəmə Təqsirləndirilən şəxs 250 manata aldığı müxtəlif növ narkotik maddələri özünün istifadəsi üçün əldə etdiyini, narkotik maddə olan marixuananın ona məxsus olmaması, aldığı narkotik maddələri heç kimə satmaq niyyətinin olmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla, həmçinin şahid ifadələri ilə təkzib edildiyini nəzərə alır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu maddəsinə istinad etməklə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 2 yetkinlik yaşına çatmamış uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 8,602 qram narkotik vasitə heroin, bir ədəd bükümdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,415 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 10,73 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut hesab edilmiş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş təqsirləndirilən şəxsə məxsus bir ədəd “Samsung Galaxy A21S” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1451/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 19 (on doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 114 (yüz on dörd) məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 8,602 qram narkotik vasitə heroin, bir ədəd bükümdə olan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 4,415 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 10,73 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilmiş və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş bir ədəd “Samsung Galaxy A21S” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 114 (yüz on dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1451/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1451/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver