Məhkəmə qərarları › İş №1(101)-1452/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1452/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1452/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 25 fevral 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinin 2ci hissəsinin 1,2,5,6-cı bəndləri, 220-2.1-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 noyabr 2006-cı ildə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, Cəbrayıl rayonu, Çapand kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitə ilə psixotrop maddəni əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 14 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,713 qram, 0,560 qram, 0,944 qram, 0,955 qram, 1,043 qram, 0,849 qram, 0,791 qram, 2,019 qram, 0,617 qram, 0,871 qram, 0,769 qram, 0,923 qram, 0,896 qram, 0,917 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 12,907 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 05 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,354 qram, 0,286 qram, 0,415 qram, 0,957 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 2,206 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 14 mart 2021-ci il tarixdə saat 17 radələrində Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən 04 nömrəli yataqxananın qarşısında saxlanılaraq 13-cü polis bölməsinə aparılmış, orada üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofanın içindən 14 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,713 qram, 0,560 qram, 0,944 qram, 0,955 qram, 1,043 qram, 0,849 qram, 0,791 qram, 2,019 qram, 0,617 qram, 0,871 qram, 0,769 qram, 0,923 qram, 0,896 qram, 0,917 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 12,907 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 05 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram, 0,354 qram, 0,286 qram, 0,415 qram, 0,957 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 2,206 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək polis əməkdaşları tərəfindən protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü narkotik vasitə qəbul edir və özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 14 mart 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşadığı evin yaxınlığında olan zibil qutularının yanında sellofan büküm görmüş, həmin büküm ona maraqlı gəldiyindən həmin bükümü götürüb üzərində saxlamışdır. Həmin gün saat 17 radələrində o, yaşadığı evin qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edib onlarla birlikdə polis idarəsinin 13-cü polis bölməsinə getməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və onlarla birlikdə polis bölməsinə getmişdir. Orada ona videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü təqdim etməyi təklif etmişlər. O, könüllü olaraq əynində olan gödəkçənin cibindən zibilliyin yanından tapdığı sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərisində beş ədəd bükümlə yanaşı on dörd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. On dörd ədəd bükümə baxış keçirilən zaman içərisində sonradan ona məlum olan narkotik vasitə olan heroin və beş ədəd bükümə baxış keçirilən zaman içərisində metamfetamin olması aşkar olunmuşdur. Narkotik vasitələr qablaşdırılmışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitələr elektron tərəzidə çəkilmiş və zərfə qoyulmaqla qablaşdırılıb, möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin protokulu o da imzalamışdır. O, heç vaxt narkotik vasitə satmamış və üzərində həmin narkotik vasitəni satış məqsədi ilə gəzdirməmişdir. Yerdən götürdüyü bağalamada narkotik vasitənin olmasını bilməmişdir. Etdiyi əmələ görə peşman olmuşdur. O, tapdığı bükümü yerdən götürməli deyilmiş. O, bükümü tapandan sonra açıb baxmamışdır. Polis bölməsində bilmişdir ki,bükümdə olan narkoik vasitədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin NMB-də əməliyyat müvəkkili işləyir. Sabunçu RPİ-nin 13-cü polis bölməsinin xidməti ərazisində Bakıxanov qəsəbə sakini Surac adlı şəxsin narkotik vasitə olan heroinlə psixotrop maddə olan metafetamini əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 14 mart 2021-ci il tarixdə Sabunçu RPİ-nin NQMB-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, o, Şahid1lə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsinə getmişlər. Surac adətən həmin küçədə yerləşən 04/A nömrəli evin qarşısında piyada gəzmişdir. Həmin gün saat 17 radələrində Suracın yenidən həmin küçədə dayandığını görüb onlar mülki paltarda Suraca yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi, satması və istifadə etməsi barədə şübhəli olduğunu bildirib birlikdə Sabunçu RPİ-nin 13-cü polis bölməsinə getməyi təklif etmişlər. Surac etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təqdim olunduqdan sonra Suraca üzərində videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirilmiş və Suracın üzərinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Suraca üzərində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sol yan cibindən bir ədəd şəffaf selofanın içərisində olan beş ədəd bükümlə yanaşı on dörd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. On dörd ədəd bükümə baxış keçirilən zaman qəhvəyi rəngli və spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, beş ədəd bükümə baxış keçirilən zaman isə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddələr narkotik vasitə olan heroinlə psixotrop maddə olan metamfetamindir. Bundan başqa təqsirləndirilən şəxsin üzərindən 1 ədəd «Samsung» markalı mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələr elektron tərəzidə çəkilərək qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və protokol təqsirləndirilən şəxs tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinlə psixotrop maddə olan metamfetamini 14 mart 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsindəki yaşadığı evin yaxınlığında yerləşən zibil qutularının yanında bir ədəd şəffaf sellofanın içərisində tapdığını və maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək şahid X2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 14 mart 2021-ci il tarixli raportundan görünür ki, qərəzsiz və etibarlı mənbədən “Surac” adlı şəxsin üzərində narkotik maddə olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan “Surac” adlı şəxsin Bakıxanov qəsəbəsi ərazisində mütəmadi olaraq qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması qəbulu barədə daxil olmuş məlumatı araşdırmaq üçün əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 14 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq barəsində keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməmiş və müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2021-ci il tarixli şəxsin üzərinə axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibində olan bir ədəd şəffaf sellofanın içərisindən 5 ədəd şəffaf sellofana bükülmüş kristal şəklində olan psixotrop maddəyə bənzər maddə, 14 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddəni təqdim edərək həmin bükümdə olan maddələrin narkotik maddələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri 14.03.2021-ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 2 ünvanının yaxınlığında yerləşən zibil qutularının yanında şəffaf sellofanın içərisində tapdığını və maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 5 ədəd şəffaf sellofana bükülmüş kristal şəklində olan psixotrop maddəyə bənzər maddə, 14 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddələr kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs üzərindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı halalrının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 15 mart 2021-ci il tarixli, 799 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sidikdə MET (+) müsbət aşkar edilmişdir. Cinayət işinin 41-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2021-ci il tarixli, 6/1055 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan kağız zərfdəki, -14 (on dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 12,907 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -5 (beş) ədəd bükümdə ümumi təmiz çəkisi 2,206 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. Cinayət işinin 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 may 2021-ci il tarixli telefon zəngləri üzrə aparılmış əməliyyatlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, məhkəmə iclasında cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilən zaman aşağıdakı məzmunda sms mətni müəyyən edilmişdir: 09-03-2021-ci ildə saat 20:57:42-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “adamba menü nese gotre bilersen ...balalarmızın cana capalatıram yerimde sene mene goturde agrıdan cıxan kimi” “agrıdan cıxım cıxıb isdeyeceme Allah haqı sene olan borcumun hamsını bu gun baglatacan” Cinayət işinin 147-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən daxil olmuş 03 iyul 2021-ci il tarixli, 482073-0721 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 155-156-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 09 iyul 2021-ci il tarixli cinayət işinin materiallarından yeni cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinlə psixotrop maddə metamfetaminin əldə edildiyi mənbəni müəyyən etmək üçün ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq edilərək araşdırılmış 14 mart 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılması zamanı qeydə alınmış CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin cibindən bir ədəd mobil telefon və şəxsiyyət vəsiqəsini, daha sonra gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs narkotik maddə olduğunu, onları 14.03.2021-ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 2 ünvanının yaxınlığında yerləşən zibil qutularının yanında şəffaf sellofanın içərisində tapdığını və maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını bildirmişdir. Həmin bükümlərə baxış keçirdikdə sellofnın içərisində 5 ədəd kristalşəkilli maddə olan büküm və 14 ədəd qəhvəyi rəngdə maddə olan büküm olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman hər hansı bir əşya ya sənəd aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılıb, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almış, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, onun özününn qismən etirafı ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi.Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 25 fevral 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,5,6-cı bəndləri, 220-2.1-ci maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 noyabr 2006-cı ildə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2006-cı il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan arayışdan və 89-91-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı - 01 dekabr 2007-ci il təvəllüdlü X5, 24 yanvar 2009-cu il təvəllüdlü X3 və 17 dekabr 2010-cu il təvəllüdlü X6 vardır. Cinayət işinin 131-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 may 2021-ci il tarixli 1434 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayısində üç azyaşlı uşağının olmasını onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən X8 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 24-cü vərəqəsində olan 14 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 38-ci vərəqəsində olan 15 mart 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin növünün müəyyən edilməsi ilə bağlı məhkəmə-kimyəvi ekspertizasının rəyi əldə edilmədiyimdən Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmişdir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 14 mart 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 78-81-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 4(008)-170/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,627 qram narkotik vasitə olan heroin və 2,056 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,627 qram narkotik vasitə olan heroin və 2,056 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar