Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1452/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il islah işləri cəzasına məhkum edilmiş, 30 may 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli amnistiya qərarının 1.4-cü bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə naməlum “Baba” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılaşmaya əsasən, satışını həyata keçirmək üçün “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən: 2,911 qram çəkidə narkotik vasitə heroini və 1,773 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda, yerdə və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Pirallahı rayonu, “Socar”-ın X1 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 2,911 qram çəkidə narkotik vasitə heroin, 1,773 qram çəkidə psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan 02 ədəd qalın metal borucuq və plastik metal borucuq, psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd nazik metal borucuq əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd plastik qabın içərisindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 13 ildir ki, “Socar” şirkətində dalğıc işləyir, 15 gün işdə, 15 gün evdə olur. O,qabağlar narkotik vasitədən istifadə etmişdir. Hadisədən bir müddət əvvəl o, uşaq üçün mağazadan maşın oyuncağı alırmış. Həmin oyuncağa batareya qoymaq üçün şurup var imiş. Həmin oyuncağa batareya qoymaq üçün o, maşınından bıçaq götürmüşdür. Oyuncağı bıçaqla açan zaman polis əməkdaşları bunu görüb ona yaxınlaşmışlar. Polis əməkdaşları hərbiçi olub-olmadığını soruşmuşlar. O, hərbiçi olmadığını dedikdə bıçaq gəzdirmək olmaz demişlər. O, izah etmişdir ki, şurupu oyuncağa vurmaq üçün bıçağı maşından götürmüşdür. Onu Xəzər Rayon Polis Bölməsinə aparmışlar və saat ikidə onu buraxmışlar. Xəzər Rayon Polis Bölməsində sahə inspektoru ondan 5.000 manat pul istəmişdir. 1 ay ərzində hər gün sahə inspektoru və onu saxlayan polis əməkdaşı istədiyi 5.000 manat pula görə yaşadığı evə hər gün gedib-gəlirmişlər. O bildirirmiş ki, bir uşaq oyuncağı məsələsinə görə həm də imkanı olmadığına görə 5.000 manat pul verə bilməyəcək. Sahə inspektoru ona zəng edib niyə pul vermədiyini, əks halda onu işdən tutub aparacaqlarını demişlər. O da qorxmamış və bildirmişdir ki, iş yerinə gəlib onu apararlar. 18 fevral 2023cü il tarixdə o işdə olarkən dostu zəng edib polis əməkdaşlarının gəldiyini və onu çağırdıqlarını demişdir. 7-8 nəfər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və ondan pul istəyən həmin sahə inspektoru gəlmişdir. Sahə inspektoru bildirmişdir ki, o çağırışlarına getməyərək ona hörmətsizlik edir. Sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar və 5 gün orda saxlanılmışdır. 5 gün ərzində polis əməkdaşları onu döymüşlər. İki ədəd konfet boyda narkotik vasitəni boynuna götürməyini, atasıyla danışdıqlarını, atası gələndə onunla söhbət edəcəklərini və narahat olmamağını demişlər. Lakin, o, həmin narkotik vasitəni boynuna götürmək istəməmişdir. Bu zaman polis əməkdaşları bildirmişlər ki, əgər narkotk vasitəni boynuna götürməsə əxlaqsız qadın gətirib ona nəsə etdiyini deyəcəklər. Axırda məcbur qalıb protokola, ifadələrə imza çəkmiş, necə başa salmışlarsa o formada da hər şeyi etmişdir. Onda narkotik vasitə olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, istintaq zamanı 1 dəfə ifadə vermiş, ifadəsini təsdiq etmir. O, heç “Baba” adlı şəxs tanımır. Hadisədən əvvəl heç kimlə konfilikti olmamışdır. Narkotik vasitədən mütəmadi istifadə etməmişdir. O, həmin vaxtlarda “20 Yanvar” ərazisi tərəfdə olmamışdır. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 3 nəfər polis əməkdaşı tərəfindən döyülmüşdür. Döyülmə ilə bağlı heç bir orqana müraciət etməmişdir. İstintaq Təcridxanasına daxil olarkən bədənində, qolunda, ayaqlarında göyərti var imiş. Lakin, o, qorxub həkimlərə iş yerində yıxıldığını demişdir. Çünki polis əməkdaşları bunu deməməyini tapşırmışlar. Elan olunmuş cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, protokolu təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 39-40-cı vərəqələrində olan izahatında, 55-58, 75-78-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... 1 ildir ki, “kakos” və “patıdan” istifadə edir. Aldığı malları “WhatsApp” sosial ünsiyyət proqramı vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan adını “Nasir” kimi bildiyi şəxsdən almış, qeyd etmişdir ki, o, “Nasir”i 7-8 aydır ki, tanıyır. Sonuncu dəfə isə 3-4 gün əvvəl onunla mesajlaşaraq "mal’ istədiyini bildirmiş və “Nasir” ona 20 Yanvar metrostansiyasının yaxınlığından həmin “mal”ı götürə biləcəyini bildirmiş və o həmin ünvana gedərək onları götürmüşdür. Axrıncı dəfə o malı 105 manata ondan almışdır. Hadisə ilə bağlı onu bildirmişdir ki, həmin günü, yəni 18 fevral 2023-cü il tarixdə o Bakı şəhəri, Pirallahı rayonu, “Azneft” İstehsalat Birliyinin 1 saylı sahəsinin Pirallahı Rayon məntəqəsinin qarşısında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında’’ qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “kakos” və “şüşə” vardır. Bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmiş, o buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o üzərində “kakos”, “patı” və borucuqlar olduğunu bildirib, ilk növbədə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd plastik qabı, bir ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bir ədəd ədəd plastik qab iştirakçıların şahidliyi ilə açıldıqda iki ədəd sellofan büküm və üç ədəd borucuq aşkar edilmiş, qabın içərisində olan birinci sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroin aşkarlanmış, daha sonra aşkar edilmiş ikinci sellofan büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli "patı” müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş “kakos”, “patı” və üç ədəd borucuq polis əməkdaşı tərəfindən qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, izahatı və protokolları təzyiq altında imzalamışdır. Elan olunmuş cinayət işinin 93-97-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 4(005)-222/2023 №-li qərarında olan ifadəsinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, özünü təqsirli bilmiş, qorxmuşdur ki, düzünü desin. O, ***-***-**-**, ***-***-**-** mobil nömrələrindən istifadə edir. O, narkotik vasitə satmamışdır. Ola bilər ki, telefonda belə danışıq və yazışmalar olmuşdur. Elan olunmuş cinayət işinin 203-204-cü vərəqələrində olan təqsirləndirilən şəxs və onun müdafiəçisini cinayət işi materialları ilə tanış etmə haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 daxil edilmişlər. 18 fevral 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Pirallahı rayonu, “Azneft” İstehsalat Birliyinin 1 saylı sahəsinin Pirallahı Rayon Məntəqəsinin qarşısında olacağı müəyyən edilmiş və ona oxşar şəxsə yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşaraq, özünü təqdim etməsini xahiş etmişlər, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” və “şüşə” olduğunu deyib, əynində olan gödəkçənin cibindən 01 ədəd plastik qabı, 02 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd plastik qab açıldıqda qabın içərisində 02 ədəd sellofan büküm və 03 ədəd borucuq aşkar edilmiş, qabın içərisində birinci sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmiş, aşkar edilmiş digər büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə aşkarlanmışdır. Həmin əşyalar qablaşdırılaraq, protokolla götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılan zaman tək imiş. Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə saat 13:00 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə nə qədər vaxta gətirildiyini deyə bilməz. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriləndə avtomobilin arxa oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs yanında Şahid1 və Şahid2 əyləşmiş, o, avtomobili idarə edirmiş. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriləndə qolları qandallanmamışdır. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən şəxs qeydiyyata düşür. Daha sonra təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə üçün təhqiqatçının otağına aparılır. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra uzun müddət orada olmasını dəqiq deyə bilməz. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində uzun müddət olmasının səbəbi müdafiəçinin gecikməsi olar. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müdafiəçinin nə vaxt gəldiyini deyə bilməz. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərarı qəbul etmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyat məlumatı raportla rəhbərliyə məruzə olunmuş və tədbir keçirilmişdir. Əməliyyat tədbiri əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərara uyğun həyata keçirilməlidir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə şərait olmadığından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə başqa şəxslərin olması ehtimalı, müdafiəçisinin olmaması kimi hallar onlara Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirməyə vadar etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə başqa şəxslər yox imiş. Lakin Təqsirləndirilən şəxs saxlanıldığı yerdə əlverişsiz şərait olduğundan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Aşkar olunan narkotik vasitənin çəkisi ekspertiza tərəfindən müəyyən olunur. Aşkar olunan narkotik vasitəni videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə video görüntülərində də göründüyü kimi tərəzi vasitəsilə çəkilməyib qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Aşkar olunan narkotik vasitə 02 ədəd büküm olmaqla 01 ədəd plastik qabın içində imiş. Narkotik vasitələrin özünün nəyə büküldüyünü xatırlamır. 02 ədəd bükümün içində olan narkotik vasitələr videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı təhqiqatçı vasitəsilə açılmışdır. Təhqiqatçı bir-bir 02 ədəd bükümün içini açaraq birində şəffaf rəngli maddənin, digərində qəhvəyi rəngli maddənin olduğunu göstərmiş, sonra həmin 02 ədəd büküm zərfin içərisinə qoyularaq möhürlənmişdir. 02 ədəd bükümün içində olan narkotik vasitələrin tamlığının pozulmaması üçün başqa hər hansı sellofana qoyulmayıb öz sellofanlarının içində qalmışlar. O, Asif Hüseynov adlı polis əməkdaşını tanımır və Asif Hüseynov adlı polis əməkdaşı ilə əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs saxlanıldığı yerin onun iş yeri olduğunu bilmirmiş. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və ya təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş sahə inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs xidmət etdiyi inzibati ərazidən tanıyır. Təqsirləndirilən şəxs Pirallahı rayonunda yaşayır. Onun əvvəllər Təqsirləndirilən şəxsla heç bir ünsiyyəti olmamışdır. Təxminən yanvar ayında o xidmətdə olarkən marketə daxil olmuşdur. Marketdə kasssanın yanında dayanan vətəndaşın əlində bıçaq olduğunu görmüşdür. Bu onlara maraqlı gəlmiş və vətəndaşa yaxınlaşıb özlərini təqdim edib Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində raportla məruzə edilmiş və bıçaq aidiyyəti üzrə təhvil verilmişdir. O, sahə inspektorudur, araşdırmanı müstəntiq aparır. Vətəndaşı aidiyyəti üzrə Polis İdarəsinə təhvil verdikdən sonra onunla heç bir ünsiyyəti olmamışdır. Müstəntiq Təqsirləndirilən şəxs axtardığına görə ərazi sakini olduğu üçün onlar Təqsirləndirilən şəxs mənzilinə getmişlər. Anası qapını açıb oğlunun evdə olmadığını demişdir. Təqsirləndirilən şəxs tapmaq üçün başqa heç yerə getməmişlər, onlar sadəcə mənzilə getmişlər. Əvvəllər Təqsirləndirilən şəxsla bağlı hər hansı qanunsuz məlumatlar, şikayətlər olmamış, çox vaxt Təqsirləndirilən şəxs həmin ünvanda olmurmuş, başqa yerdə qalırmış. Təqsirləndirilən şəxs onun xidmətdə olduğu inzibati ərazidə yaşadığından o Elxanın anasını, qardaşını da tanıyır. O, Təqsirləndirilən şəxs Polis İdarəsinə apardıqdan sonra axtarmış, çünki müstəntiq onun qaldığı yeri tapa bilmirmiş, o, isə Elxanın yaşadığı yer üzrə sahə inspektoru olaraq vəzifəsini icra edib müstəntiqə evi göstərmiş, o, sadəcə müstəntiqin göstərişini icra etmişdir. Lakin sonrakı hadisələrdən xəbərsizdir. O, qətiyyən Təqsirləndirilən şəxs 5.000 manat pul istəməmişdir. Onun yanında digər əməliyyatçı olmuşdur. O, həmin gün yanında olan digər əməliyyatçının adını xatırlamır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 18 fevral 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 18 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 5(005)-310/2023 saylı qərarına əsasən, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 18 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 5(094)- 20/2023 saylı qərarına əsasən, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 18 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 18 fevral 2023-cü il tarixli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstündə “kakos” adı ilə tanıdığı narkotik vasitə və metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd plastik qabı, gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “İphone” markalı mobil telefonu və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 2 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim edilmiş 01 ədəd plastik qaba baxış keçirildikdə qabın içərisində 02 ədəd sellofan büküm və 03 ədəd borucuq olması, bükümlərdən birinin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə, digərində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri 2-3 gün əvvəl Nasir adlı İİR vətəndaşından ümumilikdə 105 manata aldığını, aşkar edilmiş borucuqları həmin maddələri istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar edilmiş bir ədəd plastik qab və içərisindəki bükümlər, 03 ədəd borucuq, 02 ədəd mobil telefon qablaşdırılaraq götürülmüş, iki manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 41-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2023-cü il tarixli 6/117 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №6” möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 1,773 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,911 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Plastik qabda, qalın metal borucuqda psixotrop maddə metamfetaminin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə heroin və metamfetamin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’’-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 101-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X2 21 fevral 2023-cü il tarixli, maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, 03 ədəd üzərində metamfetamin izləri olan metal borucuq maddi sübut kimi tanınmışdır. Cinayət işinin 149-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd "İphone” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonun “SMS’ lər bölümündə aşağıdakı məzmunda sms yazışmaları aşkar edilmişdir: -***-***-**-** (Ediqar) - 09 fevral 2023-cü il - “Qapa kola lazimd pulu ile. Duz qo eliyersen?qaqa”; -***-***-**-** (Pervane Qara) - 11 fevral 2023-cü il - "Elxan nolar cox xaiw eliirem mene 1 cet kola hazir elede Namik moi denqi krutit lomkadadi.sene pati verecem, catiram uje gozlemeimde goturub aparim ki onan pulumu goturum. Pojalosta”; -***-***-**-** (Zaur Pristin) - 2 fevral 2023-cü il - “Elxan veziyat x.... varindi nese agridayam senol mne bir cavab verda’’; -***-***-**-** (Ramil Fazil) - 27 dekabr 2022-ci il - "Tema yaxşıdı qaqam? Yoxsa o donure zəif maldandı. Yayılıb bütün bakıya”; -***-***-**-** (Asim Bocmun) - 28 noyabr 2022-ci il - "Elxan qardawmsa. Verin menim malmi belim axryir”; -***-***-**-** (Namik Vadalaz) - 31 may 2022-ci il - "Men iydim qardawimsan mesaji gorursense cavab verde agriyiram nese belke var sende”; -***-***-**-** - 10 avqust 2022-ci il - “Biraz kola verda aqriniramda biraz verda axrinci”. Həmçinin, Təqsirləndirilən şəxs məxsus bir ədəd "İphone” markalı mobil telefonun “Whatsapp” bölümünə baxış keçirilən zaman İran İslam Respublikasına məxsus Baba adı ilə qeyd edilmiş +98 903 *** **** nömrəsi və +98 930 *** **** nömrəsi ilə çoxlu danışıqların olduğu müəyyən edilmişdir: “...qardaş 50 dənə götürsən aşağısı 8-dən verərəm sənə qramı 8 manata düşər özü də gülü Biləcəriyə atırlar...”; “...salam qardaş necəsən nə ar nə yox vesait lazim olsa narahat olma zakazını ver bağlatdırım...”; “...Vesait ne qeder götürəcəksənsə onu da mənə tez denənə adam çıxır burdan bağlatdırım...'’; “.. mənim gözüm üstə sən hara desən mən ora atdıraram..” və sair. Cinayət işinin 119-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 07 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin, psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 173-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X2 17 may 2023cü il tarixli cinayət işi materiallarından başqa material ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin, psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən ayrıca material ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edildiyi göstərilən 01 ədəd mobil telefon, metal borucuqlar, narkotik vasitə və psixotrop maddə sorğu əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən götürülmüş, müdafiəçiyə təqdim olunmuş və məhkəmə iclasında həmin maddi sübutlara baxış keçirilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən döyüldüyü üçün yazılmış bütün ifadələrə imza çəkmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1,773 qram olan psixotrop maddə metamfetamin şəxsi istelak miqdarından 11,82 dəfə çox, 2,911 qram olan narkotik vasitə heroin isə şəxsi istehlak miqdarından 19,4 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs üzərində külli miqdarda, yəni təmiz çəkisi 1,773 qram olan psixotrop maddə metamfetamini və 2,911 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa, cinayət işinin 157-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 03 mart 2023-cü il tarixli, 791\K saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Cinayət işinin 160-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 fevral 2023-cü il tarixli 954 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yarann asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, cinayət işinin 149-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd "İphone” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonun “SMS’ lər bölümündə narkotik vasitələr və psixotrop maddələrin alışı və satışı ilə bağlı çoxsaylı mesaj mətnləri mövcuddur. Qeyd etmək lazımdır ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması ilə əlaqədar müvafiq araşdırmalar aparılmış və təqsirləndirilən şəxsin həmin dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin 163-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 15 mart 2023-cü il tarixli, 78/MEŞ saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerinə 21 iyun 2023-cü il tarixli sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 07 avqust 2023-cü il tarixli, 3-16-17/38/2-5345/2023 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Hüseynov X4 Təcridxanasına daxil olan zaman sonuncunun bel nahiyəsində və sol diz oynağının ön səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 07 avqust 2023-cü il tarixli, 3-13-6/2-9249/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən bədəni üzərində xəsarət izlərinin olmadığı müəyyən edilmişdir. Məhkəmə kolleqiyası, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs mobil telefonunda olan SMS mətnlərini, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki,«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il islah işləri cəzasına məhkum edilmiş, 30 may 2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli amnistiya qərarının 1.4-cü bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 157-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin 03 mart 2023-cü il tarixli, 791\K saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Cinayət işinin 160-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 fevral 2023-cü il tarixli 954 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yarann asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 11 mart 2023-cü il tarixli, 3192 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 115-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Pirallahı rayon MKTB-nin 153 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Pirallahı rayon MKTB-nin 153 saylı MKİS-dən verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı -xx.xx.2015-ci il təvəllüdlü X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 18 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan 18 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 93-97-ci vərəqələrində olan Bakı Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 4(005)-222/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,811 qram narkotik vasitə heroin, 1,673 qram psixotrop maddə metamfetamin, 03 ədəd metal borucuq məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,811 qram narkotik vasitə heroin, 1,673 qram psixotrop maddə metamfetamin, 03 ədəd metal borucuq məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 01 ədəd “İphone” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1452/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1452/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver