Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1453/2021 14.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2010 və 2011-ci il təvəllüdlü azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonunun Quzanlı qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi, ev 5, mənzil 118-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən «Əlirza» adlı şəxslə və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddənin əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə “Əlirza” adlı şəxsin tapşırığına əsasən istifadəsində olan mobil telefondakı WhatsApp ani mesajlaşma tətbiqi vasitəsi ilə sonuncu ilə əlaqə yaradaraq Əlirza adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan şəxslə (şəxslərlə) göndərərək həmin tətbiq vasitəsi ilə paylaşdığı lakin istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 36,718 qram narkotik vasitə heroini və külli miqdarda 3,895 qram psixotrop maddə metamfetamini əldə edib yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev mənzil 118 ünvanına daşımaqla həmin narkotik vasitənin 32,623 qramını evin qonaq otağında masanın altında sellofan torbanın içərisində, heroinin 4,095 qramını isə üzərində saxlamış, 17 mart 2021-ci il tarixdə saat 16 radələrində Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı yaşadığı evin qarşısında saxlanılaraq BNMİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,095 qram, əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşayış evinə baxış zamanı isə evin qonaq otağındakı masanın altında bir ədəd sellofan torbaya yerləşdirilmiş 33 ədəd şəffaf polietilen bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 1,803 qram, 1,360 qram, 2,934 qram,1,876 qram, 2,768 qram, 1,825 qram, 1,843 qram, 0,937 qram, 0,923 qram, 0,893 qram, 0,783 qram, 0,877 qram, 2,996 qram, 0,393 qram, 0,831 qram, 0,920 qram, 0,905 qram, 0,388 qram, 0,377 qram, 0,957 qram, 0,403 qram, 0,367 qram, 0,376 qram, 0,454 qram, 0,374 qram, 0,429 qram, 0, 420 qram, 0,774 qram, 0,425 qram, 0,443 qram, 0,292 qram, 0,455 qram, 0,822 qram olmaqla cəmi 32,623 qram, ümumi təmiz çəkisi 36,718 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 11 ədəd polietilen bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,378 qram, 0,348 qram, 0,329 qram, 0,364 qram,0,340 qram, 0,348 qram, 0,378 qram, 0, 332 qram, 0,354 qram, 0,332 qram, 0,392 qram olmaqla cəmi ümumi təmiz çəkisi 3,895 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalıqları olan bir ədəd “600g x 0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. Narkotik vasitə olan heroini təsadüf yerlərdən və adamlardan əldə edirdi. Bu minvalla 2021-ci ilin əvvəllərində onun kimi narkotik maddə aludəçisi olan Natiqə adlı qadınla tanış olmuşdur. Natiqədə həmişə heroin olurdu, Natiqə ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamış, bunun müqabilində Natiqə onu narkotik vasitələrəl təmin edirdi. O, Natiqə ilə sonuncunun yaşadığı Bakı şəhəri, Bakıxınov qəsəbəsi, «Akkord» yaşayış kompleksində olan mənzilində görüşürdü. Hgmin mənzillə üz-bəüz olan və Natiqəyə məxsus olan digər mənzildə isə ailəsi yaşayırdı. 2021-ci ilin mart ayının 7-də Natiqə ona məxsus mobil telefonuna zəng vuraraq bildirmişdir ki, onunla görüşmək istəyir. O da həmin həmin vaxtı uşağı hazırlıqdan götürüb Natiqənin evinə gəlmişdir. Həmin vaxtı Natiqədən kontur almaq üçün pul istədikdə Natiqə ona kart verərək pulu oradan çıxarmasını bildirmişdir. Həmin vaxtı Natiqə ona bir bükümdə verərək bunu Emin adlı şəxsə çatdırmasını bildirmişdir. O həmin bükümü götürməyərək Natiqənin üstünə atmışdır. Çünki həmin bükümdə narkotik maddə olmasından şübhələnmişdir, belə ki, Natiqə onun yanında narkotik vasitəyə bənzər maddələri tərəzidə bölüb bükümlərə ayırmışdır. O pul çıxartmaq üçün həyətə düşdükdə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitə daşımasında və saxlamasında şübhəli bildiklərini, üzərinə baxış keçirilməsi üçün onlarla polis idarəsinə getməli olmasını bildirmişlər. O etiraz etmədən polislərlə avtomaşına minmiş və maşında polislər üzərinə baxış keçirmiş, lakin heç bir şey aşkar etməmişlər. Sonra polislər onunla birlikdə Bakıxanov qəsəbəsi Aygün sitinin yaxınlığında yerləşən hündürmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən Natiqənin evinə qalxmağı təklif etmişlər. O da onlarla birlikdə Natiqənin evinə qalxmışdır. Qapını döydükdə Natiqə qapını açmamışdır. Sonradan yanında olan adını Azər kimi bildiyi polis əməkdaşı Natiqəyə zəng vurduqdan sonra Natiqə qapını açmış və o polis əməkdaşları ilə birlikdə mənzilə girmişdir. Polis əməkdaşları mənzilə baxdıqda mənzilin mətbəxində qaz sobasının içərisindən salafan torbanı aşkar etmişlər. Torbanın içərisində narkotik vasiətəyə oxşar maddələr olmuşdur. Polislər Natiqədən rəsmiləşdirməyə adam verməsini tələb etmişlər. Bundan sonra o, Natiqə ilə polis əməkdaşları Natiqənin dediyi yerə, Sumqayıt şəhərinə getmişlər. Lakin orada Natiqə heç kimi təqdim edə bilməmişdir. Bundan sonra polislər onları yaşadıqları ünvana gətirmişlər. 16 mart 2021-ci il tarixdə övladının ad günü olmuş və buna görə evdə yığıncaq olduğundan qaynı Orxan Məhərrəmov da onlara qonaq gəlmişdir. 16 mart 2021-ci il tarixdə saat 20 radələrində Natiqənin tanışı Rəcəb evinə gələrək Natiqənin tapşırığı ilə Sulutəpə qəsəbəsinə getməli olduqlarını bildirmişdir. O Natiqəyə məxsus Kia markalı avtomaşınla Rəcəblə birlikdə Sulutəpə qəsəbəsinə getmişdir. Sulutəpə qəsəbəsində yol kənarında Rəcəb avtomaşından düşüb, təxminən 3 dəqiqədən sonra əlində sellofan torba ilə qayıdaraq maşına minmişdır. O Rəcəbdən əlində olan salafan torbada nə olmasını soruşmamış, Rəcəb özü də ona bir söz deməmişdir. O Rəcəblə birlikdə Natiqənin mənzilinə gəlmişdir.Həmin vaxt mənzildə Natiqə Rəcəbin gətirdiyi torbada olan bütöv bükümdə olan narkotik vasitəyə oxşar maddəni xırdaxırda bükümlərə ayırmışdır. Həmin vaxtı Rəcəb də Natiqəyə köməklik etmişdir. O bundan sonra yaşadığı üzbəüz olan mənziliə keçmişdir. Övladının ad günü evdə davam etmiş və həmin vaxtı içki qəbul edərək yatmışdır. Səhəri günü səhər tezdən oğlu onu oyadaraq bildirdi ki, Natiqə mənzilin qapısını döyür. O qapını açdıqda mülki geyimdə olan şəxslər mənzilə daxil olaraq ona silah saxlamasını bildirmişlər. Həqiqətən onun yararsız bir tapançası var idi. Həmin tapançanı Sabunçu rayonu ərazisində yerdən tapmışdır. Tapançanın yararsız olduğunu bildirərək onu polislərə təqdim etmiş, polislər evə baxacaqlarını bildirmiş və evin qonaq otağından jurnal masasının altından salafan torba aşkar etmişlər. O aşkar olunmuş salafan torbanın ona məxsus olmamasını bildirsə də onlar onu və qaynı Orxanı aşkar etdikləri torba və tapança ilə birlikdə Baş Narkotiklər Mübarizə Baş İdarəsinə aparmışlar. Həmin idarədə qaynı ilə bağlı olaraq ona təzyiq göstərib onların tərtib etdikləri sənədlərə imza etməsini bildirmişlər və onların dediyi məzmunda izahat verməyə məcbur etmişlər. Onun üzərində narkotik maddə olmamış və yaşadığı evdə aşkar olunmuş narkotik vasitədən məlumatı olmamışdır. Həmin salafanda olan narkotik maddəni o Natiqənin evində görmüşdür. Onunla bağlı əməliyyat tədbirlərini polis əməkdaşları axşam saatlarında rəsmiləşdirmə aparmışlar, axşam saat 6-da Narkotiklərlə Mübarizə Baş İdarəsində cibinə narkotik qoyularaq şalvarının bel nahiyəsinə şarik atan silah yerləşdirilərək çəkiliş aparılmışdır. Bundan sonra ona təzyiq göstərilərək video kamera çəklişində ifadə verməyi məcbur etmişlər. Razı olmadığı təqdirdə qaynı Orxana problem yaradacaqlarını bildirmişlər. Həmin günü saat 22 radəələrində eyni qayda ilə yaşadığı Bakı şəhəri Bakıxanov qəsəbəsi “Akkord” yaşayış kompleksində olan mənzilində axtarış və götürmə hərəkətləri video kamera vasitəsi ilə çəkiliş aparmışlar. O yalnız bədənində ağrılar olduğu üçün narkotik maddə heroin qəbul edir və buna görə də özünü təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün idarə rəisinin adına 17 mart 2021-ci il tarixdə raport yazmışdır. İdarə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 17 mart 2021-ci il tarixdə qərar verilməklə idarə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında o idarənin əməkdaşları ilə birlikdə 17 mart 2021-ci il tarixdə saat 16 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 5 saylı binanın yaxınlığında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saxlamış və Azərbaycan Respublikası DİNnin BNMİ-nə gətirmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan boz rəngli şalvarının sağ yan cibindən içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı “Samsunq” markalı mobil telefon, 14 manat pul, bir ədəd açar və şalvarının bel hissəsindən bir ədəd odlu silaha bənzər tapança və həmin tapançaya aid daraq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş tapançanı Sabunçu rayonu ərazisindən yerdən tapdığını və yararsız halda olmaqla istifadə etmədiyini bildirmişdir. Həmin tapnça qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman bükümün içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 5 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, baxışa dair protokol tərtib edilmiş və həmin protokol Təqsirləndirilən şəxs və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu, həmin maddəni adını «Əlirza» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə sonuncunun deyəcəyi ünvana çatdırmaq üçün əldə etdiyini və əlavə olaraq yaşadığı Bakı şəhəri Sabunçu rayonunda yerləşən mənzilində narkotik maddə saxladığını, mənzildə saxladığı narkotik maddəni təqdim edə biləcəyini, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxslə bərabər yaşadığı ünvana baxış keçirilməyə getmişlər. Orada Təqsirləndirilən şəxs evin qonaq otağında olan stolun altında saxladığı bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin qara rəngli sellofan torbaya baxış keçirilərkən torbanın içərisində bir ədəd elektron tərəzi, içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olan 33 ədəd büküm, içərisində kristalşəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 11 ədəd büküm aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid1 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, rəhbərliyin qərarı və əmri əsasında yaradılmış əməliyyat qrupunda o da iştirak etmişdir. 17 mart 2021-ci il tarixdə saat 16 radələrində Şahid1lə birlikdə Təqsirləndirilən şəxs ola biləcək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 5 saylı binanın yaxınlığına gedərək zahiri əlamətlərinə görə küçə ilə piyada gedən Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək özlərini təqdim etmiş və ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Azərbaycan Respublikası DİN-nin BNMİ-nə dəvət etişlər. Təqsirləndirilən şəxs oğlu buna etiraz etmədən onlarla birlikdə idarəyə gəlmiş və Polis idarəsində Təqsirləndirilən şəxs təhqiqatçı Nəcəf Aburşuya təhvil vermişlər. Sonuncu tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilərək video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Vüsala üzərində olan əşyaları masanın üzərinə qoymağı təklif etmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü, “Samsunq” markalı mobil telefon, 14 manat pul, bir ədəd açar və şalvarının bel hissəsindən bir ədəd odlu silaha bənzər tapança və həmin tapançaya aid daraq təqdim etmişdir. Büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş tapançanı Sabunçu rayonu ərazisindən yerdən tapdığını və yararsız halda olmaqla istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzi ilə çəkilmiş və çəkisinin 5 qram olması müəyyən edilmiş, həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, baxışa dair protokol tərtib edilmiş və həmin protokol Təqsirləndirilən şəxs və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, heroini adını «Əlirza» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə sonuncunun deyəcəyi ünvana çatdırmaq üçün əldə etmiş, Natiqə adlı qadının adını çəkməmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonunda yerləşən mənzilində də narkotik maddə saxladığını, onu təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı, müdafiəçi və əməliyyat qrupun üzvləri Təqsirləndirilən şəxslə bərabər onun yaşadığı ünvana baxış keçirilməyə getmişlər. Orada Təqsirləndirilən şəxs evin qonaq otağında olan stolun altında saxladığı bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin qara rəngli sellofan torbaya baxış keçirilərkən torbanın içərisində bir ədəd elektron tərəzi, içərisində 33 ədəd büküm açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə və içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olan 11 ədəd büküm aşkar edilərək götürülmüşdür. Bütün bu proses videoçəkiliş aparılmaqla keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Akkord” yaşayış kompleksində olan mənzildə yaşayır. 16 mart 2021-ci il tarixdə Vüsalgilə onların uşağının ad günü olmuş, həmin ad günündə o da iştirak etmiş, gecəni orada qalmış, 17 mart 2021-ci il tarixdə günorta vaxtları isə qapı döyülmüş, Vüsalın oğlu qapını açdıqda polis əməkdaşları mənzilə daxil olmuşlar. Onların qarşısına çıxan Vüsala isə onun yaşadığı evdə narkotik vasitə saxlamasına dair şübhələri olduğunu bildirmişlər. Vüsal da etiraf etmişdir ki, qonaq otağında dairəvi masanın altında narkotik vasitələr saxlayır. Bundan sonra Vüsal özü könüllü polis əməkdaşlarını qonaq otağına dəvət edərək masanın altında saxladığı bükümü polis əməkdaşlarına təqdim etmişdir. Onun Natiqə adlı qadın barəsində məlumatı yoxdur, kənar şəxsin Vüsalgild qaldıığı iki gün ərzində Vüsala hər hansı bir əşya verməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin BNMİ-nin rəisinə ünvanlanan 17.03.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış mqsdi ilə əldə edərək Bak şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BNMİ-nin rəisinə ünvanlanan 17.03.2021ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdə, saat 16:00 radələrində ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərl Mübarizə İdarəsinin inzimbat binasınə gətrilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 mart 2021-ci il tarixli protokodan müəyyən olunur ki, 17 mart 2021-ci il tarixdə, saat 16 radələrində ünvan 4 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə 4,095 qram çəkidə narkotik vasitə heroin aşkar olunuraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına video çəkilişdən istifadə olunmaqla keçirilmiş, baxış zamanı 32,623 qram çəkidə 33 ədəd bükümdə narkotik vasitə heroin və 3,095 qram çəkidə 11 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunuraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 17.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 19.03.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2021-ci il tarixli, 6\1105 saylı rəyindən müəyyən olunur ki,Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,095 qram qəhvəyi rəngli toşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” yazısı olan paketdəki- 33 (otuz üç) ədəd bükümdə ümumi təmiz çəkisi 32,623 qram qəhvəyi tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; -11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 3,895 qram ağ rəngli kristallardan ibraət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - bir ədəd “600g x 0,01g” markalı elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 36, 718 qramdır və həmin heroinlər kimyəvi komponent və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş elektron tərəzinin üzərindəki heroin və metamfetamin iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildirlər . Məhkəmədə elan edilib araşdırılmış məhkəmə narkoloji ekspertizasının 05.04.2021-ci il tarixli, 954 №-li rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına dair məlumata baxış keçirilməsi haqqında” 20.06.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə müxtəlif nömrələrdən nrkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müxtəlif məzmununda SMS mətnləri göndərilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 08.07.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkiləri 4,045 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaşayış evinə baxış zamanı götürülmüş 32,423 qram çəkidə 33 ədəd bükümdə bir ədəd sellofan torbaya yerləşdirilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq 3,785 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd “600g x 0,01g” markalı elektron tərəzi Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəki apelyasiya məhkəməsinin hərbi kollegiyasının 25.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdam rayon İcra və Probasiya şöbəsinin 153241 saylı, 13.12.2021-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs verilmiş cəza müddəti 14.10.2020-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər-onlar cəzasını çəkib qurtаrdıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, təqsirləndirilən şəxsə məxsus telefonda olan SMS yazışmalarının məzmunundan və eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin ümumi təmiz çəkisi 36,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3,895 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 17 mart 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 4,045 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 32,423 qram çəkidə 33 ədəd bükümdə bir ədəd sellofan torbaya yerləşdirilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq 3,785 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 188 (yüz səksən skkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Təqsirləndirilən şəxs üçün 240 (iki yüz qırx) manat pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra çəkisi 4,045 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 32,423 qram çəkidə 33 ədəd bükümdə bir ədəd sellofan torbaya yerləşdirilmiş kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 11 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq 3,785 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 188 (yüz səksən skkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 (iki yüz qırx) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1453/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1453/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver