Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1453/2024 05.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yerləşən inzibati binada qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,387 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 04 avqust 2023-cü il tarixdə saat 10:05-də ünvan 2 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığı üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis Şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən 01 ədəd bükümdə təmiz çəkisi külli miqdar - 2,387 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,902 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 01 noyabr 2023-cü il tarixdə saat 09:45-də ünvan 2 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığı üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin Polis Şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,902 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, atası ilə bir yerdə yaşayır, kafel-metlax ustası kimi işləyir. Hər iki epizodda onun günahı olmamışdır. Avqust ayında baş verən hadisə ilə əlaqədar cinayət işi ilə bağlı onun ayağına qandal vurulmuşdur. Belə ki, 04 avqust 2023-cü il tarixdə səhər saat 09:00 radələrində yaşadığı ünvanda olarkən iki maşın gəlib bibisi oğlunu, sonra isə onu tutub polisə aparmışlar. Onları iki gün polisdə saxlamışlar. 01 noyabr 2023-cü il tarixdə yenə onun ayağında qandal olduğu halda polislər onu tutub aparmışlar. Onun üstü əvvəlcədən yoxlanılmış, amma heç nə aşkar olunmamışdır. Polis əməkdaşları özlərinə məxsus narkotik vasitəni masanın üzərinə qoyub hədə-qorxu gələrək boynuna almağını tələb etmişlər. Ona həm də fiziki təzyiq olunmuşdur. O, bu günə qədər polis əməkdaşlarının ona qarşı belə qərəzli olmalarının səbəbini izah edə bilmir. O, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir, amma sonradan heç nə etməmişdir. Hər iki epizoddan xəbəri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, həmin ifadə ilə razı deyildir, o ifadəni təzyiq altında vermişdir. Polislər təzyiq edib ona “özünə hörmət elə, boynuna götür” demişlər. O da bu şərtlərlə məcbur olub boynuna götürmüşdür. Onu müvəqqəti saxlama yerinə aparanda yoxlamamışlar. 2023-cü ilin avqust ayında tutularkən analiz götürüləndə qanında heroin çıxmışdır, başqa heç nə çıxmamışdır. Müdafiəçisi çəkiliş vaxtı orada olmuşdur, amma ondan əvvəl iştirak etməmişdir. Müdafiəçi ilə bağlı ərizə verməmişdir. Müdafiəçiyə də narkotikin ona məxsus olmadığını, ona təzyiq edildiyini bildirmişdir. Ona fiziki təzyiq edilməsi, döyülməyi ilə bağlı heç yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 8-9 aydır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri əsasən tanımadığı şəxslərdən alır. 04 avqust 2023-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi tələbatı üçün 10 manata bir ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin gün saat 10:05 radələrində yaşadığı Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 190 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra ona özünü təqdim etməyini təklif etmişlər. O da özü haqqında məlumatları bildirdikdən sonra polis əməkdaşları özünü narkotik vasitənin təsiri altında olan şəxs kimi şübhəli apardığını bildirmişlər. O da səmimi olaraq üzərində narkotik maddə olduğunu demiş və polis əməkdaşları onu Şöbəyə aparmışlar. 20-ci Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra müdafiəçisinin iştirakı olmadan üzərinə baxış və axtarış keçirilməsinə icazə vermiş və bunu ərizə ilə təsdiq etmişdir. Ona üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. Təklifdən sonra o, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra ondan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan təqdim etdiyi bir ədəd bükümün içərisində nə olduğu soruşulmuş, o da həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu demiş və haradan, nə vaxt, necə aldığını izah etmişdir. Daha sonra həmin heroin zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı tərəfindən imzalanaraq götürülmüşdür. Bundan başqa, 01 noyabr 2023-cü il tarixdə səhər saatlarında yenə də “Papanin” adalan yerdə tanımadığı şəxsdən öz şəxsi tələbatı üçün 15 manata bir bükümdə narkotik vasitə olan heroin almış, onun az hissəsini istifadə etsə də, qalan hissəsini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 01 noyabr 2023-cü il tarixdə saat 09:45 radələrində yaşadığı ünvan 4 ünvanın qarşı tərəfində olarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərinin polis kimi təqdim etdikdən sonra, ondan özünü təqdim etməyini tələb etmiş, o da özü haqqında məlumatlarını bildirmişdir. Sonra ona özünü şübhəli apardığı bildirilmiş, o da səmimi olaraq üzərində narkotik maddə olduğunu demiş və polislər onu Şöbəyə aparmışlar. 20-ci Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Ona müdafiəçisinin iştirakı ilə üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O da əynindəki şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o da hər hansı bir əşya olmadığını bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd bükümün içərisindəki kütlənin nə olduğu soruşulmuş, o da həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu demişdir. Daha sonra qeyd edilən maddə zərfə qoyularaq üzəri möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanaraq götürülmüşdür (cild 1, iş vərəqə 260-263). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 04 avqust 2023-cü il tarixdə saat 10:05 radələrində əməliyyat müvəkkili Şahid2lə birlikdə inzibati ərazidə xidmət apardıqları zaman Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 190 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxsin gözlərinin axmasından, həyəcanlanmasından və yayınmağa cəhd etməsindən onun narkotik vasitənin təsiri altında olduğunu başa düşmüşlər və buna görə də həmin şəxsi Şöbəyə dəvət etmişlər. Şəxs etiraz etməyərək onlarla birlikdə Şöbəyə getmişdir. Şöbədə şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Nicat ilkin olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə “kakos” adlanan narkotik vasitə heroin olduğunu, onu 04 avqust 2023-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq olmamış, qanunazidd münasibət göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman olan zahiri görünüşü ilə indi məhkəmədə gördüyü faktiki vəziyyət arasında xeyli fərq vardır. Belə ki, Nicat indi daha sağlam, daha yaxşı görünür. İbtidai istintaq zamanı verdiyi ifadəni tam təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 01 noyabr 2023-cü il tarixdə saat 09:45 radələrində əməliyyat müvəkkili Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apardığı zaman Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 190 ünvanının qarşısında bir nəfər şəxsin səndələyə-səndələyə getdiyini müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunu 20-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən eidlmiş, sonra üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs səmimi olaraq narkotik vasitə qəbul etdiyini etiraf etmiş və əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə “kakos” adlanan narkotik vasitə heroin olduğunu və onu 01 noyabr 2023-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq ekspertiza təqdidqatına göndərilmişdir. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı təsir, təzyiq, qanunazidd davranış göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin digər əməkdaşı Şahid3 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının qabaq sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, bükümü 04 avqust 2023-cü il tarixdə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 133-136, 146). Məhkəmə-kimyəvi ekspertizasının 04 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4172 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs» yazısı, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,387 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,337 qram təşkil etmişdir (cild 1, iş vərəqə 141- 145). Şəxsi axtarış və götürmə aparılması haqqında 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında, ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının qabaq sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroin olduğunu, bükümü 01 noyabr 2023-cü il tarixdə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 42-45). Məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/5849 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №188” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə; imza Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,902 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,852 qram təşkil etmişdir (cild 1, iş vərəqə 50- 54). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 avqust 2023-cü il tarixli 5270 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 194-195). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 04 sentyabr 2023-cü il tarixli 11196 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 205). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 2558 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi anda xroniki psixi, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 206-208). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 211). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs hər iki epizod üzrə günahının olmaması, üzərində narkotik vasitə olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs saxlanarkən ona polis əməkdaşları tərəfindən qanunazidd davranış göstərilməsi, döyülməsi və təsir göstərilməsi ilə bağlı məhkəmədə bildirdiyi hallar hər hansı dəlillə təsdiqini tapmadı. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin heç bir halda təsdiqini tapmayan göstərdiyi fikirləri onun müdafiə mövqeyindən irəli gələn mülahizələri kimi qiymətləndirir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin əvvəlinin 04 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 106-107, 176-181). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,852 qram və 2,337 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılmaldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmi 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 51, 142, 288). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 0,852 qram və 2,337 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1453/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1453/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver