Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1454/2023 11.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 50, mənzil 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 34,485 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 yanvar 2023-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsi fərdi evin qarşısında olan zaman saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülüdə təmiz çəkisi 34,485 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, qətiyyən narkotik vasitədən istifadə etməmişdir. Onun üzərindən narkotik vasitə aşkarlanmamışdır. Belə ki, Vüsal, Sənan, Nahid adlı 3 polis əməkdaşı narkotik vasitəni üzərinə qoymuşlar. O güya gödəkçənin sağ cibindən narkotik vasitəni çıxarıb özü təqdim etmişdir. Lakin onun üzərində narkotik olmamışdır. Ona qarşı fiziki təzyiq olmamış, lakin psixoloji təzyiqlər olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, yaşadığı evin yaxınlığında, 100 metr aşağıda paralel küçədə təxminən saat 15:30-16:00 aralığında saxlanılmışdır. 3 nəfər polis əməkdaşı arxadan onu qucaqlayaraq başına maska keçirib, vəsiqəni göstərərək onu maşına oturtmuşlar. Kurtkanın sol tərəfindən döş cibində olan telefonu götürmüşlər. Başqa nə olmasını soruşanda pul, siqaret, zajiqalka olduğunu demiş, polis əməkdaşı onlara baxıb yerinə qoymuşlar. Sonra polis əməkdaşı telefonu ilə zəng edərək “götürmüşük, bizlədi, telefonu üstündədir, gəlirik” kimi sözlər işlətmişlər. Polis Bölməsində əməliyyat rəisinin otağında təxminən 1 saat yarım, 2 saat oturmuş, lakin ona müdafiəçi təqdim olunmamış, nə də narkotiklə bağlı sual verilməmişdir. Ondan sadəcə “sən nə etmisən?, kimə nə demisən?, kimin bostanına daş atmısan?, Taleh Bağırzadəyə maliyyə yardımı göstərmisən? İranda olmusan?” kimi suallar verilmişdir. O da bildirmişdir ki, uzun müddətli sosial yardım alır, «Azərsayt»da yarım ştat işləyir, onu özünə yardım edən lazımdır. Sonra üzərində nə varsa, masanın üzərinə qoymağı demişlər. O, telefon, pul, siqareti masanın üzərinə qoymuş və üzərinə baxış keçiriləndən sonra hal şahidləri gəlmişlər. Videoçəkiliş olmamış, 2 hal şahidi var imiş, onların cümlə qurmağa savadları, ağılları belə yox imiş. Onun heç vaxt “İnstagram” sosial şəbəkəsində profili olmamışdır. Mənzilindən aşkar olunan maddi sübutlarla əlaqəsi yoxdur. Hansı sənədə imza atmışsa həmin sənədə baxmağa imkan verilməmişdir. Polis əməkdaşları bildirmişlər ki, əgər narkotik vasitə isitifadəçisi deyilsə onsuzda ekspertiza zamanı narkotik vasitə istifadəçisi olmadığı müəyyən olunacaq. Həmçinin bildirmişlər ki, onu buraxacaqlar və onunla birlikdə oturub çay içəcəklər. O da inanaraq sənədlərə etiraz etmədən imza çəkmişdir. Elan olunmuş cinayət işinin 29-cu vərəqəsində olan ərizə və ərizədə olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis Bölməsində polislər özləri onun narkotik vasitə istifadəçisinə oxşamadığını müəyyən edərək, bildirmişlər ki, əgər narkotik vasitə istifadəçisi deyilsə ekspertiza zamanı narkotik vasitə istifadəçisi olmadığı müəyyən olunacaq və bundan sonra onu buraxacaqlar. O da protokola etiraz etmədən imza çəkmişdir. Elan olunmuş cinayət işinin 30-cu vərəqəsində olan şəxsi axtarış və götürmə haqqında protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. Polis Bölməsində polislər özləri onun narkotik vasitə istifadəçisinə oxşamadığını müəyyən edərək, bildirmişlər ki, əgər narkotik vasitə istifadəçisi deyilsə ekspertiza zamanı narkotik vasitə istifadəçisi olmadığı müəyyən olunacaq və bundan sonra onu buraxacaqlar. O da protokola etiraz etmədən imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu izahatı və cari məhkəmə baxışında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan olunmuş, izahatın sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 32-33-cü vərəqələrində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... təqribən hadisədən bir ay əvvəl İnstagram sosial şəbəkəsində ona İran İslam Respublikasının vətəndaşı olan Miri adlı şəxs yazaraq narkotik vasitələrin satışı ilə məşğul olmağını təklif etmiş və o, bu təkliflə razılaşmışdır… Hadisədən 2 gün qabaq axşam saatlarında Miri ona yazaraq Nizami rayonunda, «Qəbələ» restoranının yanında ona narkotik vasitə heroin göndərməsini, həmin yerin fotoşəklini ataraq oradan götürməyini bildirmişdir. O, həmin yerə axşam saatlarında gedərək, zibil qutusunun kənarında qara rəngli sellofana bükülmüş maddəni götürərək satış məqsədilə üzərində saxlamış və 31 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və Sabunçu rayonu 12-ci Polis şöbəsinə gətirilmişdir…Polis şöbəsində əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd bükümü polislərə təqdim etmiş… İnstagramda Miri ilə olan bütün yazışma və informasiyasını silmişdir…» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. Polis Bölməsində polislər özləri onun narkotik vasitə istifadəçisinə oxşamadığını müəyyən edərək, bildirm işlər ki, əgər narkotik vasitə istifadəçisi deyilsə ekspertiza zamanı narkotik vasitə istifadəçisi olmadığı müəyyən olunacaq və bundan sonra onu buraxacaqlar. O da protokola etiraz etmədən imza çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixində əri Təqsirləndirilən şəxs evdən çörək alması üçün marketə getmiş sonra qayıtmamışdır. Sonra ona məlum olmuşdur ki, həyat yoldaşını polis işçiləri saxlamışdır. Bir nəfər polis əməkdaşı onu təhdid edərək dəfələrlə bildirmişdir ki, bu barədə kiməsə desə, 102 xidmətinə zəng etsə, qohumlarına desə həyat yoldaşının başı bəlaya girəcək. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yaşadıqları evə gəlmişlər. Həmin vaxt evdə tək olmuşdur. Sabunçu RPİ-nin 12-PB-nin 5 nəfər polis əməkdaşları məhkəmə qərarı ilə evlərinə gəlib və onun gözü qarşısında üzəri fars dilində yazılmış bir neçə ədəd müxtəlif uzunluqlarda olan qara rəngli parçalar, kağıza çap olunmuş saqqallı kişi şəkilləri evlərinə qoyulmuşdur. Həmin əşyaları uşaqların yataq otağındakı dolaba polis əməkdaşları qoymuşdur. Seyid heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci ilin yanvar ayının sonları qərəzsiz mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edərək üzərində saxlayaraq daşıması, satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onlar tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibi o, və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibarət olmuşdur. 31 yanvar 2023-cü il tarixdə o, Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsinə getmişlər. Həmin gün saat 16:00 radələrində qeyd olunan küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək 12-ci polis şöbəsinin əməkdaşları olduqlarını demişlər, satış məqsədi ilə narkotik vasitə əldə edərək üzərində saxlayaraq daşıması barədə məlumatlı olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs 12-ci polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs onu dəvət etdiklərinə görə etiraz etməyərək onlarla birlikdə 12-ci polis şöbəsinə gəlməyə razılaşmışdır. Bundan sonra, onlar şöbənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb bir nəfər şübhəli şəxsin onlar tərəfindən şöbəyə gətirildiyini, bu barədə növbətçi vəkillə əlaqə saxlayıb məlumat verməsini bildirmişlər. Daha sonra, həmin şəxsi Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra, şəxsi axtarışın keçirilməsi üçün hal şahidlərinin iştirakları zəruri olduğuna görə o, 12-ci polis şöbəsinin inzibati binasından çıxaraq şöbənin ətrafında bir nəfər şəxsə yaxınlaşmış, bu barədə bildirmiş, həmin şəxs hal şahidi kimi iştirak etməyə razılıq vermişdir. Bundan sonra, o, digər ikinci şəxsə yaxınlaşaraq və həmin şəxsə də, keçiriləcək şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmək lazım olduğunu deyərək 12-ci polis şöbəsinə dəvət etmişdir. Həmin şəxs də onunla razılaşmışdır. Şöbədə müəyyən edilmişdir ki, həmin şəxslər Şahid5 və Şahid4dur. Həmin şəxslər onunla təhqiqatçının xidməti otağına daxil olmuşlar. Otaqda həmin iki nəfər hal şahidi, o, və polis baş leytenantı Şahid1 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən göy rəngli «Samsung» markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs mobil telefonun həmçinin, təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan kütlənin ona məxsus olduğunu, içərisində narkotik vasitə heroin olduğunu və İran vətəndaşının tapşırığına əsasən təxminən 2 gün bundan əvvəl Nizami rayonunda Qəbələ restoranının yanında yolun qırağından satış məqəsədi ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, usta kimi fəaliyyət göstərib fərdi əməklə məşğul olur. O, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar bir dəfə görmüşdür. Belə ki, 31 yanvar 2023-cü il tarixdə piyada Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarının qarşısından keçərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis şöbəsinin əməkdaşları olduqlarını deyərək, 12ci polis şöbəsinin inzibati binasında bir nəfər şübhəli şəxsin üzərinə keçiriləcək şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, polis əməkdaşlarına razılıq vermişdir. Onlar birlikdə 12-ci polis şöbəsinin inzibati binasına gedərək, orada xidməti otaqlardan birində 2 nəfər polis əməkdaşını və Təqsirləndirilən şəxs görmüşdür. Xidməti otaqda təhqiqatçı sonradan adını bildiyi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün şöbəyə gətirilməsini, onun iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. O, buna heç bir etiraz etməmişdir. Bundan sonra, qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə olan kütləni çıxararaq masanın üzərinə qoyaraq, bildirmişdir ki, təqdim etdiyi bir ədəd qara rəngli sellofan bükülüdə olan kütlənin içərisində narkotik vasitə heroindir, təxminən 2 gün bundan əvvəl İran vətəndaşının tapşırığına əsasən Nizami rayonunda «Qəbələ» restoranının yanında yolun kənarından götürmüşdür. Həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış, həmin zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş axtarış və götürmə zamanı iştirak etmiş digər hal şahidi Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsi nömrəsiz evdə axtarış keçirilməsi barədə Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarına əsasən 04 fevral 2023-cü il tarixdə axtarış keçirilmişdir. Axtarış zamanı o, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X4, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsinə getmişlər. Həmin evdə axtarışın keçirilməsi üçün hal şahidlərinin iştirakları zəruri olduğuna görə əməliyyat müvəkkili Şahid1 yanında iki nəfər şəxslə gəlmişdir. Müəyyən edilmişdir ki, həmin şəxslər Şahid7 və Şahid6dur. Həmin şəxslərə Sabunçu Rayon Məhkəməsinin axtarış keçirilməsi barədə qərarı göstərilmiş, etirazlarının olmadığını bildirmişlər. Bundan sonra onlar həmin evə daxil olmuşlar. Evə daxil olarkən evdə Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid8 olmuşdur. Şahid8 axtarış və götürmə keçirilməsi barədə qərar göstərilmiş, Şahid8 etirazının olmadığını bildirmişdir. Orada olan iştirakçılar tərəfindən evdə axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı yataq otağında yerləşən dolabların içərisində 04 ədəd CD disk, 01 ədəd Fləşskart yaddaş kartı, üzərində din xadimlərinə aid fotoşəkillər olan 16 ədəd A4 formatında vərəq, 14 ədəd dini bayraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, 04 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində saat təxminən 14:45 radələrində olarkən bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxs ona xidməti vəsiqəsini göstərərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili olduğunu, adının Habil olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı ona bir nəfər şəxsin yaşadığı evdən məhkəmənin qərarı ilə axtarış keçiriləyini və hal şahidi qismində iştirak etməyini təklif etmişdir. O da etirazını bildirməmişdir. Bundan sonra həmin polis əməkdaşı yanlarından keçən bir nəfər şəxsə yaxınlaşmış və eyni qaydada hal şahidi qismində iştirakını həmin şəxsə də, təklif etmiş, həmin şəxs də etiraz etməmişdir. Bundan sonra onlar Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsi nömrəsiz evin qarşısına getmişlər. Həmin evin qarşısına çatarakən orada mülki geyimdə digər polis əməkdaşı Şahid3, X7 olmuşdur. X7 evdə axtarış keçirilməsi barədə Sabunçu rayon məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarını ona və digər hal şahidi adı sonradan ona məlum olan Şahid6 göstərmişdir. Həmin qərarın məzmununda Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsi nömrəsiz evdə axtarış və götürmə keçirilməsinə icazə verilməsi göstərilmişdir. Bundan sonra onlar həmin evə daxil olmuşlar. Evə daxil olarkən evdə bir nəfər Xəyalə adında qadında olmuşdur. Xəyalə adlı qadın Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən həmin axtarış və götürmə keçirilməsi barədə qərar Xəyalə adlı qadına göstərilmişdir. Həmin qadında etirazı olmadığını bildirmişdir. Orada olan iştirakçılar tərəfindən evdə axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı yataq otağında yerləşən dolabın içərisində 04 ədəd CD disk, 01 ədəd Fləşkart yaddaş kartı, üzərində din xadimlərinə aid fotoşəkillər olan 16 ədəd A4 formatında vərəq, 14 ədəd dini bayraq aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o, və iştirakçılar həmin protokolu imzalamışlar. Lakin Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid8 tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək şahidlər Şahid3, Şahid1 və Şahid7 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 31 yanvar 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 31 yanvar 2023cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, müdafiəçisinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə «Heroin» olduğunu, təxminən hadisədən 2 gün bundan əvvəl İran Respublikasının vətəndaşının tapşırığına əsasən Nizami rayonunda «Qəbələ» restoranının yanında yolun qırağında götürdüyünü, həmin maddələri satış məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 47-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 31 yanvar 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 38-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli, 6/617 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzaları olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 34,485 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 69-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid4, Şahid1, Şahid2 və Şahid5 məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanına verdiyləri ifadələri bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs ifşa etmişlər. Buna görə də, məhkəmə həmin üzləşdirmə protokollarını sübut növü kimi qəbul edir. Cinayət işinin 226-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 16 may 2023-cü il tarixli 230050/63 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroinin əldə etmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 227-232-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin "xxxx" MMCdən götürülmüş telefon danışıqları məlumatları qeyd edilən 01 ədəd DVD diskə aparılmış baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs sms məlumatlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Anten dairəsinə baxış zaman Sabunçu rayonu ərazisində olması, həmçinin 31.01,2023-cü il tarixdə də, Bakı şəhəri, Sabunçu rayonu ərazisində olması göstərilmişdir. Cinayət işinin 242-255-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ibtidai istintaqı aparan müstəntiqin 19 may 2023-cü il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə təmiz çəkisi 34,485 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatət verərək iş üzrə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə zamanı iştirak etmiş hal şahidləri: Şahid5 və Şahid4 məhkumluqlarının olub-olmamaları barədə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə, həmçinin hal şahidi qismində hər hansı cinayət işində iştirak edib-etməmələri barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə və Sabunçu Rayon Məhkəməsinə sorğular göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası həmin vəsatətləri təmin edərək aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 05 sentyabr 2023-cü il tarixli 22/2-127487 saylı məktubdan və məktuba əlavə edilmiş tələbnamələrdən müəyyən olunur ki, Şahid4 məhkum olunmamış, lakin iş üzrə iştirak etmiş digər hal şahidi Şahid5 Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə 5 dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, halhazırda Xətai Rayon Polis İdarəsi və Nizami Rayon Polis X2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.1-ci maddələri ilə istintaq araşdırılması gedir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 3-6-7\2-469 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsininin elektron qeydiyat sisteminə əsasən Şahid4 1(008)-304/2017 və 1(008)-219/2018 nömrəli cinayət işlərində hal şahidi qismində iştirak etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli 333/2023 saylı məktubundan görünür ki, Şahid5 1(007)-73/2020 və 1(007)-77/2020 saylı cinayət işlərində hal şahidi qismində iştirak etmişdir. Şahid5 hal şahidi kimi iştirak etdiyi 02 mart 2020-ci il tarixli 1(007)-73/2020 və 12 avqust 2020-ci il tarixli 1(007)-77/2020 hökmlərin kserosurətləri cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, qətiyyən narkotik vasitələri əldə etməmiş, özündə saxlamamış və daşımamışdır. Onun üzərindən narkotik vasitə aşkarlanmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə təhqiqat orqanına verdiyi izahatından fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən narkotik vasitə olan “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 138-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 fevral 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 148-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2023-cü il tarixli, 577 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostumulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 150-152-ci vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 fevral 2023-cü il tarixli, 250 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 17-ci vərəqəsində olan 31 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 103-105-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(008)-83/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 34.385 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 34.385 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1454/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1454/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver