Məhkəmə qərarları › İş №1(101)-1454/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1454/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1454/2025 08.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Füzuli rayonu, Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Seyidəhmədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi evdə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında internet sosial şəbəkəsinin “İnstagram” səhifəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının ona göndərəcəyi ünvana külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını satış məqsədi ilə qanunsuz olaraq aparıb qoyacağının müqabilində narkotik vasitələr əldə edəcəyi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, 10 yanvar 2025-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında İran Respublikasının vətəndaşı tərəfindən ünvan 1 ünvanda yerləşdirilmiş 01 ədəd üzərində “Moonstar” yazısı olan sellofan paketin içərisində 02 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda 950 qram və 1190 qram, ümumi təmiz çəkisi 2140 qram olan külli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd ağ rəngli kağıza bükülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş texniki cəhətdan saz və atəş üçün yararlı, 9 mm kalibrli, Makarov konstruksiyalı, PM modelli odlu silah olan tapançanı, 08 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla təyinatı üzrə istifadə və atəş üçün yararlı, döyüş sursatı olan «Makarov» və «Steçkin» konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı odlu silahın- tapançanın komplekt hissəsi olan darağı qanunsuz olaraq satış məqsədi ilə əldə edib, həmin tarixdə qeyd olunan ünvanda istifadəsində olan “Donq Fenq” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin ön qabaq sürücü tərəfdən döşəməsində saxlayaraq daşımış, həmin tarixdə saat 20:43 radələrində Nərimanov rayon Polis İdarəsinin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saxlanılaraq, orada avtomobilə videoçəkilişdən istifadə etməklə keçirilən baxış zamanı həmin 02 ədəd qara rəngli polietilen bağlamada ayrı- ayrılıqda 950 qram və 1190 qram, ümumi 2140 qram çəkidə külli miqdarda bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd ağ rəngli kağıza bükülmüş 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 08 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov və Steçkin konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş tapançaların komplekt hissəsi - daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və şəxsi istifadəsi üçün kart vasitəsilə köçürmə edərək ondan 40 və ya 80 manat müqabilində 05, 10 qram narkotik vasitə əldə etmişdir. Bəzi hallarda məbləği köçürməsinə baxmayaraq qarşı tərəf narkotik vasitələri göndərməmişdir. Qarşı tərəfdən ona narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməkdaşlıq təklifi gəlsə də, o, bundan imtina etmişdir. Tutulduğu gün şəxsi istifadəsi üçün 05 qram narkotik vasitə götürmək üçün getmişdir. Göndərilən ünvana yaxınlaşmış, yaşıl rəngli aptek sellofanını götürüb avtomobilə əyləşmişdir. Polis əməkdaşları onun idarə etdiyi avtomobilə yaxınlaşmış və onun əllərinə qandal vuraraq yerdə sürümüşlər. Bu zaman səsküyə qonşular çıxmışdı. Polis əməkdaları onu avtomobilə mindirərkən məhəllədə bir nəfər şəxs səsini qaldırdığı üçün onu da avtomobilə mindirmişlər. Daha sonra polis əməkdaşları həmin şəxsi avtomobildən düşürtmüşlər, lakin onun telefonunu əlindən alaraq onun adından başqa şəxsə mesajlar yazmağa başlamışlar. Yazışmada saat 20:54 göstərirdi. Mesaja baxdıqda “02 kq nəşəni və tapançanı apar Sumqayıta qoy” sözləri yazılmışdır. Üzərindən aşkar edilmiş silah ona məxsus olmamışdır. Xankəndində mina axtaran işləmiş və o zamanlar şəxsi silahı olmuşdur. Üzərindən aşkar edilmiş silahın üstündəki kodlar pozulmuş, lakin qapağın altındakı və ya darağın içindəki koddan müəyyən oluna bilər ki, silah ona yox başqa zabitə məxsus olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı təzyiq altında ifadə vermişdir. Dindirilərkən müdafiəçisi yanında olmamışdır. İran İslam Respublikası vətəndaşı ilə telefonla əlaqə saxlamış, ondan 4-5 dəfə narkotik vasitə almışdır. İran İslam Respublikasının vətəndaşına pulu özünə məxsus olan 4169 7388 ******** nömrəli kart vasitəsilə göndərmişdir. Axırıncı dəfə 05 qram marixuana almaq üçün ödəniş etmişdir. Narkotik vasitələri götürməyə tək getməmiş, yanında 2 nəfər də olmuşdur. Həmin şəxslərdən biri Nəriman adlı şəxs olmuş, digərinin isə adını xatırlamır. Narkotik vasitələri götürəcəyindən həmin şəxslərin məlumatı olmamışdır. Ona qarşı təzyiq olduğu üçün, o, bütün sənədləri oxumadan imzalamışdır. İran İslam Respublikasının vətəndaşı ilə olan yazışmalarını telefonunda saxlamamış, hamısını silmişdir. 05 qram narkotik vasitəni götürmək üçün İran İslam Respublikasının vətəndaşının göndərdiyi ünvana getmiş, orada gözlədiyindən daha çox narkotik vasitə olduğunu gördükdən sonra isə həyəcanlanaraq onları da götürmüşdür. Tutulan zaman videoçəkiliş aparılmamışdır. Polis əməkdaşları sonradan onun avtomobilinə göy rəngli sellofan qoymuşlar. Polis əməkdaşı tərəfindən fiziki təzyiqə məruz qalmış, lakin gözlə görünən aşkar yerlərdə xəsarəti olmamışdır. Fiziki təzyiqə məruz qalması ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 09 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin Nərimanov rayonu ərazisində narkotikin vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bunula bağlı raportla rəhbərliyə məlumat verildikdən sonra 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən 10 yanvar 2025-ci il tarixdə təxminən axşam saat 21:00 radələrində Rasim Muxtarov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, lakin o, üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa oturacağında iki nəfər şəxs əyləşmişdir. Həmin şəxslər sellofan paketin içərisində nə olduğundan məlumatlarının olmamasını bildirmişlər. Təqsirləndirilən şəxs könüllü olaraq avtomobilin ön oturacağında öz ayağının altında olan sellofanı təqdim etmiş və narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından aldığını etiraf etmişdir. Polis əməkdaşları videoçəkiliş vasitəsilə sellofana baxış keçirmiş, baxış zamanı 02 bükümün içində narkotik vasitə olan marixuana və 01 ədəd kağıza bükülmüş “Makarov” markalı silahı aşkar edilmişdir. Aşkar olunmuş əşyalar qablaşdırıb, bölməyə gətirilmiş və təhqiqatçıya təhvil verilmişdir. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlara daxil olan məlumat həm narkotik vasitələrin dövriyyəsi ilə bağlı, həm də qanunsuz silah daşınması ilə bağlı olmuşdur. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs özü könüllü olaraq ayağının altında olan sellofanı təqdim etmişdir. Silah və narkotik vasitələr sellofanın içində olmuşdur. Əməliyyatda Ozal adlı polis əməkdaşı olmamışdır. Ozal adlı polis əməkdaşı bölmənin növbətçi hissəsində işləyir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmişdir. Polis əməkdaşları tərəfindən də Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 Rəfail oğlu ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 10 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daxil olmuş məlumat narkotik vasitələrin qanunsuz dövriyyəsi və odlu silah gəzdirilməsi ilə bağlı olmuşdur. Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin ərazidə Cəlili izləyərkən onun idarə etdiyi avtomobildən çıxdığını və bir neçə dəqiqə sonra əlində bağlama ilə avtomobilə tərəf qayıtdığını müşahidə etmişlər. Təqsirləndirilən şəxs avtomobillə uzaqlaşmaq istəyərkən polis əməkdaşları avtomobilin qarşısını kəsmişlər. Cəlil könüllü olaraq göy rəngdə sellofanın içində 02 ədəd qara bükümdə olan narkotik vasitələri və ağ rəngli kağıza bükülmüş silahı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra videoçəkiliş baş tutmuş və həmin əşyalar qablaşdırılaraq bölməyə aparılmışdır. Şahid4 Rəfail oğlu verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyatda 4 polis əməkdaşı iştirak etmişdir. Ozal adlı polis əməkdaşı orada olmamışdır. Cəlilə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs başqa avtomobildə iki nəfər də olmuşdur. Avtomobildən iki ədəd bağlama aşkar olunmuşdur. Cəlil verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının dediyi konumlara qoyacağı təqdirdə bunun qarşılığında ondan pul alacaq. Bağlamalar açılan zaman birində silah, digərində isə qurudulmuş ot kütləsi olmuşdur. Cəlil narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini etiraf etmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən yanında Məmməd və Nəriman adlı şəxslər də olmuşdur. Ona daxil olmuş məlumat həm narkotik vasitələrin qanunsuz dövriyyəsi, həm də qanunsuz silah gəzdirmə barədə olmuşdur. Əməliyyat qrupunda Ozal adlı əməkdaş olmamışdır. Həmin şəxs bölmədə növbətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmişdir. Polis əməkdaşları tərəfindən də Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Cəlil gələn qonaqlarını qarşılamaq üçün ondan avtomobilini istəmişdir. O da avtomobilini Cəlilə vermiş, lakin daha sonra onunla əlaqə saxlaya bilməmişdir. Onun bu hadisədən təxminən iki-üç gün sonra xəbəri olmuşdur. Cəlilin narkotik vasitələrədən istifadə etməsindən xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 da şahidlər Şahid2, Şahid4 Rəfail oğlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Cəlili Nəriman vasitəsilə tanımışdır. Hadisə günü işdən çıxdıqdan sonra Nəriman ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Nəriman Cəlilin idarə etdiyi avtomobillə gələrək onu Malakan bağından götürmüşdür. O, 20 yanvar dairəsində avtomobildən düşmək istədikdə Cəlil İnqilab küçəsində 5 dəqiqəlik işi olduğunu demiş, o da Cəlillə razılaşaraq onlarla birgə “milyonerlər məhəlləsi” adlanan yerə getmişdir. Cəlil avtomobildən enmiş və qısa müddət ərzində yenidən avtomobilə qayıtmışdır. Şahid7 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cəlil avtomobilə qayıdan zaman əlində sellofan olmuş və həmin sellofanı ayağının altına atmışdır. Həmin sellfonanın içərisində narkotik vasitə olduğunu polis bölməsində bilmişdir. Cəlilin üzərində silah olubolmadığını bilməmişdir. Nəriman və Cəlil ön oturacaqda, o isə arxa oturacaqda əyləşmişdir. Polis Bölməsinə ayrı-ayrı avtomobillərdə gəlmişlər. Onlar 16-cı Polis Bölməsində səhərə qədər qalmış və daha sonra müvəqqəti saxlama yerinə göndərilmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir tanıyır, onunla şəhərdə təsadüfən tanış olmuş, arabir telefon vasitəsi ilə əlaqə saxlamışlar. 10 yanvar 2025-ci il tarixdə saat təxminən 19:10-da şəhərdə olarkən tanışı Cəlil ona zəng vurub bidirmişdir ki, o, maşınla şəhərdədir və yaşadığı evə getmək üçün maşına benzin tökməyə pulu yoxdur. O, Cəlilə bildirmişdir ki, şəhərdə görüşsünlər və ona benzin tökmək üçün 10 manat pul verə bilər. Cəlil onunla razılaşmış və sonra görüşmək üçün idarə etdiyi gümüşü rəngli «Donq Fenq» markalı, **-BE-*** nömrəli maşınla şəhərdə olduğu yerə gəlmişdir. Cəlilin idarə etdiyi maşında onun sözü ilə arxa oturacaqda əyləşmiş və benzin tökmək üçün sonuncuya 10 manat pul vermişdir. Cəlillə maşında söhbət edərkən tanışı Şahid7 ona zəng vurub görüşüb şəhərdə bir yerdə oturub çay içməyi təklif etmişdir. O, Məmmədə demişdir ki, o, «İçəri Şəhər» metrostansiyasının qarşısına gəlib orada gözləsin və maşınla gəlib onu həmin yerdən götürəcəkdir. Məmməd onun təklifi ilə razı olmuş və sonra Cəlilə demişdir ki, idarə etdiyi maşınla tanışı Məmmədi qeyd olunan yerdən götürüb sonra onları 20 Yanvar metrostansiyasının yaxınlığında düşürsün. Cəlil onun təklifi ilə razı olmuş və sonra sonuncunun idarə etdiyi maşınla saat təxminən 19:50-də «İçəri Şəhər» metrostansiyasının qarşısına gəlmiş və orada tanışı Məmməd maşına sürücünün arxasındakı oturacağa əyləşmişdir. Məmmədi tanışı Cəlillə tanış etmiş və sonra Məmmədlə danışıb razılığa gəlmişdir ki, 20 yanvar metrostansiyasının yaxınlığında maşından düşüb həmin ərazidə yerləşən kafelərdən birində oturub çay içsinlər və sonra hər kəs öz evinə getsin. Buna görə maşını idarə edən tanışı Cəlilə xahiş etmişdir ki, razılaşdığı kimi onları 20 Yanvar metrostansiyasının yaxınlığında düşürsün. Həmin vaxt Cəlil istifadəsində olan mobil telefon vasitəsi ilə kimləsə yazışmış və ona demişdir ki, onun İnqilab küçəsində 2 dəqiqəlik işi vardır və xahiş etmişdir ki, həmin işini görüb sonra onları istədiyi yerə düşürsün. Onlar sonuncunun sözünə etiraz etməmiş və sonra Cəlil maşını idarə etmiş və ünvan 1 ünvanın qarşısına gəlmişlər. Saat təxminən 20.42-də qeyd olunan yerə gəldikdən sonra Cəlil maşını saxlayıb onlara demişdir ki, işini görüb gəlir. Sonra Cəlil maşından düşüb təxminən 10 saniyə müddətində maşının arxa tərəfində olan yerə gedib əlində 1 ədəd sellofan torba ilə maşına tərəf qayıtmışdır. Cəlil əlindəki torbanı sürücü tərəfdən ayaq altına qoymuş və həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışdır. Diqqət yetirmişdir ki, həmin şəxslər çəkiliş aparırlar və Cəlilə yaxınlaşdıqdan sonra özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt o və Məmməd avtomobildən yerə düşməmiş, lakin maşının ətrafında baş verənləri görmüş və danışılanları eşitmişlər. Əvvəl polis əməkdaşları Cəlilin üzərində axtarış aparmış və onun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları içərisində olduğu «Dong Feng» markalı **-BE-*** nömrəli maşına axtarış aparan zaman bir az əvvəl Cəlilin avtomobilin sürücü tərəfdən ayaq altına qoyduğu sellofan torbanı aşkar edib götürdükdən sonra içərisinə baxış keçirmişlər. Baxış zamanı qeyd olunan torbanın içərisindən iki sellofan bağlamada narkotik vasitə marixuana və bir kağız bağlamada tapança silahını aşkar etmişlər. Polis əməkdaşları Cəlildən qeyd olunan əşyaların kimə məxsus olduğunu soruşduqda, polis əməkdaşlarına bildirmişdir ki, həmin əşyaları İranlı kimi tanıdığı şəxslə aralarında olan razılığa görə bir nəfərə çatdırmaq üçün həmin yerdən götürüb maşında ayaq altına qoymuşdur. Bundan sonra polis əməkdaşları aşkar olunmuş narkotik vasitələri, tapança silahını qablaşdırmış və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürmüşlər. Həmin vaxt o və Məmməd polis əməkdaşlarının sorğularına cavab olaraq sellofan paketin içərisində nə olduğunu bilmədiyi və heç bir əlaqələrinin olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları Cəlili, onu və Məmmədi Nərimanov rayon Polis idarəsinin 16-cı Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində xidməti otaqlardan birində onun, Məmmədin, Cəlilin hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin iştirakı ilə aşkar olunmuş və götürülmüş narkotik vasitələrə və tapança silahına videoçəkiliş aparmaqla baxış keçirmiş və bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən oxunduqdan sonra doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Sonra Cəlil polis əməkdaşları tərəfindən tutulmuşdur. Göstərmişdir ki, ifadəsində qeyd etdiyi kimi Cəlilə benzin tökmək üçün pul vermək məqsədilə onunla görüşüb idarə etdiyi maşına əyləşmiş və sonra tanışı Məmmədi şəhərdən götürüb onları 20 Yanvar metrostansiyasına düşürməyi xahiş etmişdir. Aralarında olan danışığa görə Cəlil onu və Məmmədi «20 Yanvar» metrostansiyasının yaxınlığında düşürməli olmuş və onlardan aralaşmalı olmuşdur. Lakin Cəlil xahiş etmişdir ki, yolüstü onun İnqilab küçəsində iki dəqiqəlik işi var, həmin yerə dəyib işini görüb sonra onları düşürsün. Onlar da sonuncunun sözünə etiraz etməmiş, həmin vaxt X6 küçəsinə hansı məqsədlə getdiyini, maşını saxladıqdan sonra götürüb gətirdiyi sellofan torbanın içərisində nə olduğunu, həmin torbanı Cəlilin hansı məqsədlə götürüb maşında ayaq altına qoyduğunu və torbanın kimə məxsus olması barədə onun və Məmmədin heç bir məlumatı olmamışdır, Cəlil bu barədə nəsə deməmiş, sonradan polis əməkdaşları torbaya baxış keçirdikdə məlum olmuşdur ki, həmin torbanın içərisində narkotik vasitə və tapança silahı vardır. Həmin vaxta kimi onun və Məmmədin Cəlilin həmin yerə sellofan torba götürmək üçün gəldiyini və götürdüyü torbanın içərisində nə olacağı barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş: Əməliyyat-axtarəş tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün və idarə etdiyi avtomaşının yoxlanılmasına dair 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə, saat 20:43 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılmış, həmin şəxsin saxlanılan zaman idarə etdiyi avtomaşında, paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan onun idarə etdiyi **- BE-*** dövlət nömrə nişanlı boz rəngli sedan avtomobil həmin yerdə yoxlanılmış, yoxlama zamanı avtomobilin qabaq ayaq altında 01 ədəd göy rəngli sellofan torba aşkar olunmuşdur. Həmin torbanın içərisində spesifik qoxuya malik, yaşıl rəngli, ot şəkilli kütlə olan qara rəngli sellofana bükülərək yapışqan lentlər bağlanmış 02 ədəd bağlama və ağ rəngli kağıza bükülmüş, üzərində yazısı pozulmuş, “Makarov” markalı 01 ədəd tapança aşkar olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs əynindəki açıq rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “Kapital” Banka məxsus kart, 01 ədəd usb naqil, 7 manat pul, qara rəngli gödəkcəsinin sağ yan cibindən tütün çəkilməsində istifadə olunan kağıq və 01 ədəd idarə etdiyi nəqliyyat vasitəsinin qara rəngli açarı təqdim etmişdir. Sonra həmin bükümlər və 01 ədəd “Makarov” tapançası olan göy rəngli sellofan torba qablaşdırılaraq götürülmüşdür (cild 1, i/v 11-12). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 33). “Şübhəli şəxsin üzərinə, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, təqdim edilmiş əşyaya baxış və götürülmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının bel kəmər hissəsindən bir ədəd üzərində ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən “Redmi 12” markalı mobil telefonu çıxarıb təqdim etmiş, axtarış zamanı əməliyyat müvəkkili Şahid1 bir ədəd göy rəngli üzərində «Moonstar» yazısı olan sellofan paketini təqdim etmiş, həmin paketin içərisində Təqsirləndirilən şəxs məxsus iki ədəd qara sellofana bükülmüş bağlamalar və bir ədəd ağ kağıza bükülmüş bağlama aşkar olunmuşdur. Qara sellofana bükülmüş 02 ədəd bağlamalar açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, bir ədəd rəngli zərfin içərisində tapança silahı aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş kütlələr və tapança, həmçinin bir ədəd Redmi 12 markalı mobil telefon sübut əhəmiyyətli olduğu üçün götürülüb qablaşdırılmışdır (cild 1, i/v 37-38). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2025-ci il tarixli 3-16-16-2-7/52 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...» yazılar və imzalar olan qara rəngli poletilen bağlamadakı 02 ədəd qara rəngli poletilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 950 qram; 1190 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 2140 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,0 manat təşkil edir (cild 1, i/v 54-57). Azərbaycan Respublikası Daxili X2 İdarəsinin 11 yanvar 2025-ci il tarixli 25/31 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizimlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov və Steçkin konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır (cild 1, i/v 59-65). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-29/2025 nömrəli, 12 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 111- 116). “Mobil telefona baxış keçirilməsi haqqında” 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, +98 914 *** **** saylı GSM mobil nömrənin “Whatsapp” bölümündən ***-***-**- ** saylı GSM mobil nömrənin “Whatsapp” bölümünə 10 yanvar 2025-ci il tarixdə saat 19:40-da zəng daxil olduğu, 19:59-da “nə oldu qaqa”, saat 20:06-da “ay qardaş 2 kilo nəşədir, bir dənə xırda tapança, başına dönüm, tez onu yetir Sumqayıta, mən o barədə danışmışam, bildin də nə deyirəm” səs yazısı, saat 20:08-də “2 kilo otdur, 1 dene tapança üreim onu apar Sumqayıta ünvan konum ele ver mene”, saat 20:10- da “qaqa mənə bir cavab ver” sözləri yazılmış mesajlar daxil olduğu aşkar edilmişdir (cild 1, i/v 154). Rabitə kanalından alınmış məlumatlara baxış keçirilməsi haqqında 12 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat və ya sms müəyyən edilməmişdir (cild 1, i/v 159). Rabitə kanalından alınmış məlumatlara baxış keçirilməsi haqqında 12 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat və ya sms müəyyən edilməmişdir (cild 1, i/v 160). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin 18 aprel 2025-ci il tarixli, 2194 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 184-185). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 21 aprel 2025-ci il tarixli, 1229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 187-189). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 aprel 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 233-234). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-570/2025 nömrəli, 09 may 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 iyul 2025-ci il tarixədək uzadılmışdır (cild 2, i/v 28-32). “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 228.1, və 234.4.3-cü maddələrindən CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuş və ona yenidən ittiham elan olunmuşdur. Cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən, götürülmüş təmiz çəkisi 2140 qram qurudulmuş marixuana, bir ədəd Redmi 12 markalı mobil telefon, 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 08 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov və Steçkin konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş tapançaların komplekt hissəsi-darağı və 1 ədəd DVD disk sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması, təhiqata sərf edildikdən sonra qalıq qalmış 2139,6 qram marixuana, 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 05 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov və Steçkin konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş tapançaların komplekt hissəsi-darağı və 1 ədəd “Redmi 12” markalı mobil telefon saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi və 01 diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 2, i/v 34- 56). 18 noyabr 2025-ci il tarixdə 03 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçməsi ilə bağlı tibbi kartın 12-ci bəndinə əsasən müəyyən olunur ki, şəxs həbs olunmadan əvvəl hər hansı zədə və bədən xəsarəti almadığını bildirmişdir (cild 02, i/v 108-114). Nərimanov RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Redmi 12” markalı mobil telefona müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında baxış keçirilmiş və mobil telefonda olan “Whatsap” tətbiqinin müddətinin bitməsi səbəbindən işlək vəziyyətdə olmaması ilə əlaqədar həmin tətbiq üzərindən aparılan danışıqlara, göndərilən və daxil olan mesajlara, həmçinin səs yazılarına baxılması mümkün olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddəlırində nəzərdə tutulan əməllərin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin isə məhkəmə istintaqı zamanı verdikləri ifadələri, digər Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiq olduğunu bildirsə də, məhkəmənin sorğusuna əsasən 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 01 noyabr 2025-ci il tarixli, 3-16-20-10/3-700 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına daxil olan zaman zədə almadığını bildirmişdir. Bundan savayı, iş materiallarında olan 11 yanvar 2025-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilən zaman müstəntiq tərəfindən polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış aparılarkən hər hansı psixi və yaxud fiziki zor tətbiq edilməsinə dair ona ünvanlanmış suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ötən uzun müddət ərzində ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmiş, bununla bağlı nə müstəntiqə, nə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair irəli sürülmüş vəsatətə baxılan zaman məhkəmə iclasına sədrlik edən hakimə hər hansı söz deməmişdir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, əksinə heç bir sübuta əsaslanmayan və iş materialları ilə öz təsdiqini tapmayan dəlillərə istinad olunduğunu nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Qeyd olunanlara yanaşı məhkəmə həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsini təzyiq altında qalıb imzaladığını qeyd etsə də, Təqsirləndirilən şəxs həm “şübhəli şəxs qismində dindirilməsi” protokolundan həm də “təqsirləndirilən şəxs qismində dindirilməsi” protokolundan görünür ki, o, müstəntiqin ifadənizə başqa əlavə və düzəlişiniz varmı sualına ifadəmi oxudum, əlavəm yoxdur, düzdür və imzamla təsdiq edirəm cavabını bildirmişdir ki, bu da onun ifadəsininin müstəntiq tərəfindən yazılmasına və o da təzyiq altında qalaraq imzalamasına dair dəlilinin də özünümüdafiə naminə irəli sürülmüş dəlil olmasının göstəricisidir. Bundan əlavə məhkəmə həmçinin təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildə narkotik vasitələrin və tapancanın olmadığını, aşkar olunmuş həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən oraya qoyulduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini də işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün və idarə etdiyi avtomaşının yoxlanılması prosesini əks etdirən videodiskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 10 yanvar 2025-ci il tarixdə saat 20.43-də Təqsirləndirilən şəxs idarə etdiyi boz rəngli «Dong fenq» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Nərimanov rayon, Rasim Muxtar 52 ünvanının yaxınlığında saxlanılmışdır. Ona hüquq və vəzifələri, tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, sonra Təqsirləndirilən şəxs üstünü axtarmağa başlanılmışdır. Axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Dong Feng» markalı **-BE-*** nömrəli maşının sürücü tərəfdən qapısı açılıb baxdıqda orada göy rəngli üzərində «Moonstar» yazısı olan sellofan paketi aşkar edilib götürülmüş, həmin paketi açıb içərisinə baxış keçirildikdə torbanın içərisindən iki ədəd qara sellofana bükülmüş bağlamalar və bir ədəd ağ kağıza bükülmüş bağlama aşkar olunmuşdur. Qara sellofana bükülmüş 02 ədəd bağlamalar açıldıqda içərisində tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, digər bükülü bağlama açıldıqda isə içərisindən tapança silahı aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əşyaların kimə məxsus olduğunu soruşduqda, bildirir ki, həmin əşyaları o, İranlı kimi bildiyi şəxslə aralarında olan razılığa görə bir nəfərə çatdırmaq üçün həmin yerdən götürüb maşında ayaq altına qoymuşdur. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr və tapança silahı zərflərə qoyularaq qablaşdırılır və möhürlənir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuana (kannabis) qurudulmuş halda 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 10 yanvar 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 10 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 2139,6 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd 9 mm kalibrli “Makarov” konstruksiyalı “PM” modelli tapança, eksperimental atəşdən sonra 05 ədəd 9x18 mm kalibrli olmaqla “Makarov” və “Steçkin” konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş tapançaların darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Redmi 12” markalı smartfon tipli mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılmalıdır. Digər maddi sübut – Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 10 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə 2139,6 qram qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd 9 mm kalibrli “Makarov” konstruksiyalı “PM” modelli tapança, eksperimental atəşdən sonra 05 ədəd 9x18 mm kalibrli olmaqla “Makarov” və “Steçkin” konstruksiyalı tapançaların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş tapança darağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut – Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Redmi 12” markalı smartfon tipli mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar