Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1455/2025 13.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic küçəsi, dalan 1, ev 5də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Maraqlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özlərini nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onu X1 Dubay şəhərindən Azərbaycan Respublikasına elektronika avadanlıqları idxal edib Bakı şəhərində sataraq qazanc əldə etmək üçün 70000 (yetmiş min) manat məbləğində sərmayəyə ehtiyacları olduğuna inandırıb həmin vəsaiti onlara verəcəyi təqdirdə 3 (üç) həftə müddətində X1 Dubay şəhərindən Azərbaycan Respublikasına elektronika avadanlıqları, o cümlədən “İphone” markalı müxtəlif modelli mobil telefonlar, “Airpods” markalı qulaqcıqlar, videomüşahidə sistemləri, internet “Wi-Fi” şəbəkəsində istifadə olunan “Unifi” cihazları idxal edib sataraq qeyd olunan məbləği tam həcmdə geri qaytarmaq şərti ilə onun üçün 13000 (on üç min) manat məbləğində qazanc təşkil edəcəklərinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 23 noyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “La Terracce” restoranında əvvəlcə 20000 (iyirmi min) manat pulunu, 2023-cü ilin noyabr ayının sonlarında həmin restoranda 18000 (on səkkiz min) manat pulunu, 09 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 172 ünvanında yerləşən “Bravo Hipermarket” mağazasının qarşısında 20000 (iyirmi min) manat pulunu, 13 dekabr 2023-cü il tarixdə isə ünvan 1 ünvanında yerləşən “La Terracce” restoranında 12000 (on iki min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 70000 (yetmiş min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Maraqlı şəxsı 2012-ci ildən tanımışdır. Elmar ona təklif etmişdir ki, iş qurmaq üçün o sərmayə qoyacaq şəxsləri gətirsin və həmin şəxslərə müəyyən faiz verməklə birlikdə işləsinlər. 2023-cü ilin fevral ayına, Yəni Elmarın toy müddətinə qədər Elmar öz şəxsi işlərini görmüş, borclarını vermişdir. May-iyun aylarında İtaliyaya getmişdir. İş görülən müddətdə Elmar ancaq istirahət etmiş, şirkət hesabına heç bir iş görməmişdir. 2023-cü ilin sentyabr ayında Elmar Azərbaycana qayıdanda yeni investorlar tapıb işləri qaydasına qoyacağını demişdir. Həmin ərəfədə Elmar onu Afiyəddinlə tanış etmişdir. Elmarın Afiyyəddinlə 1 ay danışıq müddətindən sonra Afiyəddin müəyyən şəxsləri cəlb edəcəyini bildirmişdir. Daha sonra onlara məbləğlər verilməli olmuş, həmin məbləğlərə müəyyən faizlər qaytarılmaqla işlər görülməli olmuşdur. Sentyabra qədər Elmar və Afiyəddin pulları hissə-hissə toplamaqla şəxslərə qazanc vermişlər. Bu vaxt Elmin, Xəyal, Kamaldan pullar yığılmış, sentyabrdan dekabra qədər 216000 manata yaxın məbləğ toplanmışdır. Xəyal hissəli şəkildə noyabrdan dekabra qədər 70000 manat pul vermişdir. 216000 manatdan 130000 manata qədər hissə Elmar tərəfindən mənimsənilmişdir. Elmar özünə Binəqədi rayonundan ev almışdır. O, Elmara işlərin görülməli olduğunu deyəndə Elmarın atası Eldar ona “arxayın ol, işi gör, mən müəyyən məbləğ cəlb edəcəm” demişdir. O, şəxslərə pullarının qaytarılacağını demişdir. 2024-cü ildə şəxslər pullarını istəmişlər. O, bunu Elmara demiş, Elmar da qaytara bilmədiyini və “nə bacarırsan, özün et” demişdir. Xəyalın 70000 manatının 40000 manatı Elmar, 30000 manatı onun tərəfindən götürülmüşdür. Xəyal pulu verəndə Xəyala işin gedib-getməməsi maraqlı olmamış, pulu verib qazancını istəmişdir. Elmin və Afiyəddin ondan pullarını istəyəndə o X5 130000 manat pulu mənimsədiyini bildirmişdir. Onun, pul götürdüklərinə münasibətdə borcları bağlanılmışdır. Sonra Elmar, o və pulu verən şəxslərlə hoteldə görüşmüşlər. O, hoteldə pulların böyük hissəsinin Elmar tərəfindən götürüldüyünü bildirmişdir. Lakin şəxslər pulun hər bir halda qayıtmalı olduğunu demişlər. 2-ci gün GM hoteldə Elmin, Xəyal, Kamran və borclu yox, hədə-qorxu üçün gələn şəxslər olmuşlar. O, borcu qaytara bilməyəcəyini demiş və həmin şəxslər onun atasının yanına getmişlər. Atası pulu kim götürübsə, onun da qaytaracağını demişdir. Elmar şəxslərə işləri onun etdiyini demişdir. Atasına hədəqorxu edilmiş, buna görə də atası evi Elmin, Afiyəddin, Xəyal və Kamalın borcu ödənsin deyə adlarına keçirməyi təklif etmişdir. Elmin böyük kimi qabağa çıxaraq “ Mən evi götürürəm, Afiyəddin, Xəyal və Kamalın borcu bağlanılır. Bu yaxşılığı edə bilərəm ki, siz əziyyətlə bu evi almısınız, mən evi özümdə saxlayım ki, camaat sussun, borcları qaytarılmasa, satıb verim” demişdir. Evi Elminin adına keçirməzdən bir müddət əvvəl Elmar qaçmaq istəmiş, lakin polis tərəfindən sərhəddə tutumuşdur. Elmar əmisinin evini Elminin adına keçirmək istəməmiş, amma məcbur olub keçirmişdir. Ev Elminin adına keçirildikdən sonra hər 3 şəxs polisdə şikayətlərinin olmdığını bildirmişlər. Şəxslər onlara müəyyən güc strukturlarının adını çəkməklə hədə-qorxu gəlmişlər. Hədə-qorxu birbaşa Elmin tərəfindən gəlmişdir. 2024-cü ilin fevral ayından mart ayına qədər heç bir təzyiq göstərilməmişdir. Sonradan onun xəbəri olmuşdur ki, Elmin makler gətirib evi satmaq istəmişdir. Onun atası ilə Elmin evi 180000 manata razılaşmışlar. Elmin evi satanda öz pulunu götürmüş, müəyyən şəxslərin borcunu bağlamış, Xəyala pul çatmamışdır. Bu səbəbdən Xəyal yenidən şikayət etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rüfətin və Elmarın xarici ölkələrdən elektronika avadanlıqları gətirib Azərbaycanda satmaqları barədə məlumatı uzun müddət tanıdığı dostu vasitəsilə əldə etmişdir. Həmin dotundan bu şəxslərlə onu görüşdürməsini, ona da məlumat vermələrini istəmişdir. Məqsədi onun da sərmayə qoyması və həm digər şəxlərin, həm də onun qazanc əldə etməsi olmuşdur. 2023-cü ilin noyabr ayında Rüfət və Elmarla “La Terrace”-də görüşmüş, Elmarı daha əvvəldən tanımış, Rüfətlə görüş vaxtı tanış olmuşdur. İşi ona izah etməyə başlamışlar və ona xarici ölkələrdən mobil telefonlar, “airpods” tipli məhsullar və digər elektron cihazlar gətirib ən ucuz qiymətə satdıqlarını bildirmişlər. Şirkətləri ilə bağlı bank hesabı, gömrüklə bağlı bir neçə sənəd göstərmişlər. Lakin xaricdən avadanlıq gətirmələri ilə bağlı sənəd göstərməmişlər. Çünki öz bizneslərinin məxfiliyini qoruduqlarını bildirmişlər. İşi əsas izah edən və hər detalını bilən Rüfət olmuş, Elmar isə daxildəki ofis işləri ilə məşğul olduğunu iddia etmişdir. O, bir ay ərzində Rüfətlə Elmara 4 dəfə olmaqla ümumilikdə 70000 manat pul vermişdir. Lakin bununla bağlı müqavilə imzalamamışlar. Ona görə ki, uzun müddət bu işi gördüklərini demişlər və onun çevrəsində olan dostlarından da pul alımışlar. O, həmin vaxt bunu rəsmi şəkildə görmək istədiyini, öz adına şirkət açacağını demiş və şifahi razılaşmışlar. Pulu verməsi ilə bağlı səs yazıları olmuş və həmin səs yazılarını istintaqa təqdim etmişdir. Hətta onda bir neçə nəfərə elektron cihazlar gətirmələri ilə bağlı, “siz də pul qoyun, sizə də elektron cihazlar gətirim” tipli çıxışları olan video da olmuşdur. O, hər dəfə pul verəndə hər iki şəxsin iştirakı olmuşdur. Bir dəfə Rüfət ondan pulu Bravo-dan götürmüş, pulun böyük bir hissəsini Əhməd Rəcəbli ünvanında vermiş, həmin pulun müqabilində malların alınması vəd verilmiş, yəni sərmayə qoyduğu 70000 manat qarşılığında ona 83000 manat geri qaytarılması vəd edilmiş və bu proses 1 ay ərzində yekunlaşmalı olmuşdur. Rüfət və Elmar ona 4 həftəyə avadanlıqları gömrükdən təhvil alacaqlarını, 1 həftəyə satacaqlarını, avadanlıqları almaq istəyən müştərilərin sifarişləri qabaqcadan verdiklərini demişlər. 20000 manat verəndə ona avadanlıqları hardan alacaqlarını deməsələr belə, neçəyə başa gəldiyini demişlər. Artıq başqa şirkətin də sifariş verdiyini və nəticədə həm onun, həm özlərinin qazanacaqlarını demişlər. O, bununla bağlı sənədləri, asan imzanı istəmiş, amma verməmişlər. Birinci dəfə verdiyi məbləğin nə qədər olduğunu xatırlamamış, lakin pulu əlbəəl Rüfətə vermişdir. O, həmin pul vəsaitininin bir hissəsini kredit götürərək vermiş, buna görə də bir ay müddət bitdikdən sonra pulunun nə yerdə olduğunu soruşmuşdur. Bundan sonra həmin şəxslər malların gömrükdə qalması, pulun əllərində olması, lakin blokda olması kimi bəhanələr etmişlər. Gömrükdə problem olduğunu deyəndən bir ay sonra artıq bankda problem olduğunu demişlər və göstərmək üçün videoqeyd atmışlar. Amma o həmin videoya inanmamış, özlərinin də həmin problemi düzəldə biləcəyini demiş, buna görə də Rüfətlə Elmarın yanında onun özünün həmin problemə baxmasını istəmiş, lakin problemi göstərməmişlər. Sonra ƏDV depozitdə də pullarının olması ilə bağlı məlumat atmışlar, amma nəticəsi olmamışdır. Şəriklər, yəni Rüfət və Elmar sonuncunun Dubaya getməsi, orda Rüfətlə Elmara aid külli miqdarda pul ilə onların pulunun qaytarılması qərarına gəlmişlər. Onun mühasib kimi təcrübəsi olduğu üçün özü şəxsən hesaba baxıb hesabda pul olduğunu və çıxarmaqda çətinlik çəkdiklərini görmüş, bununla bağlı kömək etməsini təklif etdikdə Rüfət sözlə müqavimət göstərərək etiraz etmişdir. Zərərçəkmişlərdən biri şikayət etmiş, nəticədə bunların hərəsi həmin zərərçəkmişə bir ev vermişlər. Onlara da söz vermişlər ki, pulu maksimum may və iyun aylarına qədər hissə-hissə qaytaracaqlar. Bu səbəbdən onlar gözləmişlər. Bundan sonra o Rüfətlə görüşəndə ona pulun çatmadığını və şikayət edəcəyini bildirmişdir. 2,3 ay sonra Rüfət Kamal adlı bir ortaq dostları ilə ona çatması üçün 1500 manat pul göndərmişdir. Elmar və Rüfət barəsində polisə müraciət etdikdən sonra Rüfət onunla görüşmək istəmiş, o isə sadəcə pul verəcəyi halda Rüfətlə görüşəcəyini bildirmişdir. Rüfət və Elmar dostları Elmin, Kamal, Afiyəddin adlı dostlarını da aldadaraq pullarını almışlar. Elminin verdiyi pulun məbləği 200000 manat civarı olmuşdur. Elmin bu məbləği almaq üçün polis orqanlarına şikayət etmişdir. Rüfət və Elmar Elminə ev verdikdən sonra Elmin şikayətini geri çəkmişdir. O, Rüfətlə və ailə üzvləri ilə Elminə verdikləri evin satılması və ona pul qaytarılması barədə söhbət açmamışdır. Elminlə aralarında olan söhbətin ona aidiyyəti olmamışdır. Rüfətlə görüşməyə gedəndə Kamalı da öz yanında aparmış, Rüfətdən onun pulunu nə vaxt verəcəklərini soruşanda narahat olmamasını, şikayətlərini geri götürdükdən sonra pulu qaytaracaqlarını bildirmişdir. Hadisədən sonra bir Rüfət və Elmar söhbət etmişlər. Elmarla Rüfət öz aralarında mübahisə etmişlər. Rüfətlə də, Elmarla da ayrıca görüşəndə ona qazancı ilə bərabər pulu verəcəklərini demişlər. O da qazancın lazım olmadığını, pulunu vermələrini demişdir. Ona anbar göstərməmişlər. Lakin bir ofisləri olmuş, ordan həm anbar kimi həm də ofis kimi istifadə etdiklərini bildirmişlər. O, həmin ofisdə olmuş, lakin həmin müddətdə heç bir elektron cihaz, həmçinin başqa adam görməmişdir. Onunla birlikdə digər 8-10 nəfər zərərçəkmiş şəxslər Rüfətlə adını xatırlamadığı hoteldə görüşmüşlər və pullarının geri qaytarılması barədə danışmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Elmarla 18 illik yaxın dost münasibəti olmuşdur. Rüfətlə əvvəllər şəxsi tanışlığı olmamış, Elmar Rüfəti onunla tanış etmiş və şərik olduqlarını bildirmişdir. Elmar əvvəllər İtaliyada yaşamış, iş qurmaq üçün Azərbaycana gəlmiş və bu hadisələrdən sonra yenidən İtaliyaya qayıtmışdır. Rüfət barəsində Azərbaycana mobil telefonlar gətirilib satmasını və işgüzar adam olmasını eşitmişdir. O, Rüfət və Elmarla görüşəndə Rüfət ona 1.6 milyonluq tender qazandıqlarını demişdir. Rüfətlə Elmar qazandıqları tenderlə bağlı pul lazım olduğunu və xaricdən elektron cihazlar alıb gətirməli olduqlarını demişlər. Bu səbəblə də X7 mobil telefonlar gətirib satmaqları üçün ilk dəfə 65000 manat, daha sonra 35000 manat və 40000 manat məbləğində pul vermişdir. Həmin pulları Rüfətlə Elmar ikisi bir yerdə olanda vermişdir. O, pulları Elmarla olan uzun müddətli dost münasibətlərinə inandığı üçün vermiş və əməllərindən xəbərsiz olmuşdur. Həmçinin digər zərərçəkmiş şəxslərlə onun bir birlərinin pul verdiklərindən də xəbərləri olmamışdır. İlk dəfə 65000 manat pulu Elmara dostu olduğu üçün borc vermiş qarşılığında qazanc istəməmişdir. Digər pulların qarşılığında X9 mobil telefon və digər elektron cihazlar alaraq Azərbaycana karqo vasitəsi ilə gətirəcəklərini və burda satdıqdan sonra qazancdan ona da verəcəklərini bildirmişlər. Lakin nə qazanc nə də öz verdiyi pulu ona qaytarmamışlar. Daha sonra ona məlum olmuşdur ki, Rüfətlə Elmar tək ondan yox onun 8 dostundan da pul almışlar. O və onun 8 nəfər dostu Elmarla Rüfəti hotelə dəvət etmişlər ki, aldıqları pullar barədə açıqlama versinlər. Pulun ödənilməsinin vaxtı çatanda Rüfətlə Elmar müxtəlif bəhanələr gətirmişlər. O, pulunu ala bilmədiyi üçün polisə şikayət etmiş və Rüfətlə Elmar borcun qarşılığında ona iki ev vermişlər. Həmin evlərdən birini 77000 manata, digərini 147000 manata satmışdır. Onun ziyanından 20000 manat qalsa da onlarla barışmış və şikayətini geri götürmüşdür. Ona verilən evlərin Xəyala aidiyyatı olmamış və o Xəyala pul verməli olmamışdır. O, Xəyalın Rüfətə pul verməsinin şahidi olmamışdır. Lakin Rüfət hoteldə olanda etiraf etmişdir ki, Xəyaldan 71000 manat pul alıblar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Elmar Çindən və Dubaydan kamera, mobil telefon, airpods və digər elektron cihazlar gətirib sataraq qazanc əldə etməyi vəd etmişdir. Bir müddət qazanc olmuşdur. Müəyyən müddətdən sonra Elmar onu və digər pul qoyan şəxsləri Rüfətlə tanış etmiş və şəriki olduğunu demişdir. Bundan sonra pulu Rüfətlə Elmarın hər ikisinə vermişlər. Xəyal da həmçinin Rüfətə 70000 manat vermiş Rüfət də söz vermişdir ki, xaricdən elektron cihazlar gətirəcək. Xəyalın Rüfətə verdiyi pullardan hansı məbləğini onun yanında verdiyini dəqiq xatırlamamışdır. Bu hadisə 2 il əvvəl, 2023-cü ildə yay vaxtı baş vermişdir. Bir müddət sonra müəyyən olunmuşdur ki, ümumiyyətlə belə bir iş olmamışdır. Onlardan xaricdən mal gətimək adı ilə pul almışlar və həmin pullar geri qayıtmamışdır. X10 çağırıb pullar barəsində söhbət etmişlər. Həmin vaxt Rüfətlə Elmar daxil olmaqla 11 nəfər olmuşlar. Görüşün keçirilməsi kimin təşəbbüsü olduğunu xatırlamamışdır. Rüfət yaxud Elmar borc qarşılığında Elminə ev vermişlər. Elminin borcu ödəndikdən sonra Elmar İtaliyaya qaçmışdır. Həmin vaxt Xəyalın yox Elminin borcu qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Fevralın biri Elmar ona çayxanada görüşmək məqsədilə zəng etmişdir. O, tez-tez gəlib getdikləri üçün iş yerində görüşməyi təklif etmişdir. Belə ki, Elmarla birlikdə 5-6 nəfər iş yerinə gəlmişlər. Nə baş verdiyini soruşanda aralarında əvvəllər tanımadığı Elmin adlı şəxs Rüfətin həmin şəxslərə borcunun olduğunu və həmin borcu ödəməli olduqlarını demişdir. Rüfətin nəyə borcunun olduğunu soruşanda hədə-qorxu gəlməyə başlamışlar. Aralarından polisə zəng edən də olmuşdur. Həmin vaxt Rüfət orada olmamışdır. Daha sonra borcun müqabilində evi verməli olduğunu demişlər. O isə həmin şəxslərə evi verməli olmadığını, bu məsələni Rüfətlə aydınlaşdırmalı olduğunu demişdir. O, Rüfətə zəng etmiş, ancaq zəng çatmamışdır. Həmin şəxslər kimləsə əlaqə saxladıqdan sonra Rüfəti maşınla gətirmişlər. Rüfətə borcunun olub-olmadığını soruşduqda borcunun olduğunu demişdir. Rüfətə axşam bu məsələni aydınlaşdıracaqlarını dedikdə həmin şəxslər Rüfətin həmin şəxslərlə gedəcəyini demişlər. Axşam Elmar ona zəng edərək evi verməli olduqlarını demiş və hədə qorxu gəlmişdir. Yenidən iş yerinə gəldiklərində məsələni araşdırmağa imkan vermələrini bildirmişdir. Həmin vaxt Rüfəti hələ də buraxmamış, girov kimi götürmüşlər. Bir qədər sonra Nərimanov Rayon Polis İdarəsindən oğlu Muradı çağırmışlar. Axşamlar Elmar zəng edərək bildirmişdir ki, bu işin içində Muradın da adı çəkilir və Murad Rüfətlə əlbir olaraq dələduzluq etmişlər. Elmar Muradı həbs edəcəklərini, ordan çıxa bilməyəcəyini bildirmişdir. Polis bölməsinə getmək üçün vəkillə danışmışlar. Bundan sonra bu işdə Muradın adı hallanmamışdır. X4 bölməyə çağırmış, o da bu məsələ ilə bağlı heç nədən xəbəri olmadığını demişdir. Rüfətin borcunu soruşduqda isə 216000 manat olduğunu öyrənmişdir. 216000 manat məbləğin yarısı Rüfətin, yarısı isə Elmarın adına düşmüşdür. O, evi satmaq üçün ona vaxt verməsini xahiş etmiş, axşam Afiyəddin zəng edərək görüşmək istədiyini bildirmiş və saat 23:00-00:00 arası iş yerinə gəlmişdir. Bir müddət sonra Elmin, Elminin bacısının yoldaşı və Afiyəddin gələrək evi niyə satmaq istədiyini soruşmuşlar. Tender götürdüklərini, bu tender əsasında iş apardıqlarını, faizə pullar əldə etdiklərini demişlər. Həmin adamlara evləri girov kimi aldıqlarını göstərməli olduqlarını bildirmişlər. Elmin işi qurduqdan sonra evi qaytardıqlarını da qeyd etmişlər. Tender bağladıqlarını, atasının plazasında bu iş üçün xüsusi otaq ayrıldığını, qardaşının müdir, Kamalın mühasib olacağını, özünün işi aparacağını, Afiyəddinin isə alış-veriş işlərinə baxacağını demişdir. Habelə bu məsələnin həllinin ******* manatlıq tender olduğunu bildirərək evi, sadəcə, öz adlarına olduğunu göstərmək məqsədilə istədiklərini, sonra isə geri verəcəklərini demişlər. O, isə Elmingilə evi satdıqdan sonra pullarını qaytaracaqlarını bildirmişdir. Elmingil evi satmasına razı olmamışlar. Elmar hər axşam zəng edərək Elmingili yaxşı tanımadığını, ara sakitləşdikdən sonra tenderlə məsələnin həll olunacağını və evi qaytaracaqlarını demişdir. Elmin ona hər gün Kamala zəng edib bu məsələ haqqında informasiya əldə etməli olduğunu bildirmiş, həmçinin işin davam etdiyini və tenderin yaxın günlərdə təsdiqlənəcəyini qeyd etmişdir. Kamala zəng edib məsələ ilə bağlı maraqlandığında iş üçün armatur aldıqlarını, alver etdiklərini bildirmiş, o isə əvvəllər Kamalgildən kompüter məsələləri ilə əlaqədar iş görəcəkləri barədə ona məlumat verdiklərini demişdir. Kamal onun bilmədiyi başqa işlərin də olduğunu demişdir. Aprel ayında zəng edərək evi satmaq istədiklərini bildirsələr də, evi, sadəcə, girov qoyduğunu, satılmasına razılıq vermədiyini demişdir. Tender məsələsi də ləğv olunmuşdur. İşin gedişatında başqa məsələlər də ortaya çıxmışdır. Məsələn, iş görülməsi məqsədilə Elminə 17000 manat pul köçürülsə də, pulu verməmiş, Rüfətin adında qalmışdır. Gedişatdan görmüşdür ki, pul heç Rüfətdə deyil, Elmingildə imiş. Bir müddət keçdikdən sonra Kamal zəng edərək pulunu istəmişdir. Bu ərəfədə artıq evi satmışlar. O isə Kamala 180000 manat məbləğində evi, əlavə olaraq 10000 manat, 20000 manat məbləğində pul vasaitlərini, habelə Rüfətin asan imzasını, telefonunu, notebookunu götürdüyünü demişdir. Əvəzində Kamal həmin pulların başqalarına çatdığından Kamalgilin əldə etmədiyini bildirmişdir. Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1-2) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 11-13) Zərərçəkmiş şəxs 2023-cü ilin noyabr-dekabr aylarında Dubaydan elektronika avadanlıqları almaq üçün Elmar və Rüfət adlı şəxslərə 70,000 (yetmiş min) manat məbləğinda pul vermiş, lakin Elmar və Rüfət vədlərinə əməl etməmişlər. Zərərçəkmiş şəxs pulu Əhməd Rəcəbli küçəsində vermişdir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, (cild 1, iş vərəqə 65) Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 186-187) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 205-207) Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 241-244) ********* nömrəli cinayət işinin materiallarından Maraqlı şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Maraqlı şəxs və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 70000 manat məbləğində ziyanın 35000 manatı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxslə barışmış , heç bir şikayət və tələbi olmamışdır. Mülki iddiasının geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində göstərilən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini yüngülləşdirən hal olaraq müəyyən etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində göstərilən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini yüngülləşdirən hal olaraq müəyyən etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” plenum qərarında göstərilmişdir ki, başqa şəxslər haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa, hökmdə həmin şəxslərin soyadları göstərilmədən, cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə törədildiyi qeyd edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı ona elan edilmiş ittihamı qismən qəbul etmişdir. Lakin məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, baxış keçirilməsi haqqında protokollara və digər sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir. Eyni zamanda o, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə mülki iddia geri qaytarılmalıdır. İş üzrə ekspert xərci, maddi sübut, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 01(bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia geri qaytarılsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov
Məhkəmə qərarları › İş №1(101)-1455/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1455/2025
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver