Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1456/2021 03.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi-X1, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4 Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əzizəli oğlunun iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Məhəmmədəli Şərifli küçəsi ev 84 B, mənzil 82 ünvanda yaşamış, əvvəllər məhkum olunmamış, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib satmaq məqsədi ilə ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə tanış olduğu istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş “Fərid” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs qazanc əldə etmək müqabilində “Fərid” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə-heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib sonuncunun tapşırığı ilə 27 mart 2021-ci il tarixdə “Ələt-Astara” yolunun Astara royonunun inzibati ərazisinə düşən hissəsində yolun kənarında istintaqa şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən qoyulmuş ümumi təmiz çəkisi 669,52 (altı yüz altmış doqquz tam, yüzdə əlli iki) qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 124,074 (bir yüz iyirmi dörd tam, mində yetmiş dörd) qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 2 ünvana daşımaqla orada saxlamışdır. 29 mart 2021-ci il tarixdə saat 17-30 radələrində “Fərid” adlı şəxsin tapşırığına əsasən isə yaşadığı evdə saxladığı narkotik vasitə heroindən iki ədəd və psixotrop maddə metamfetamindən bir ədəd şəffaf polietilen bükümə ayıraraq satmaq məqsədi ilə üzərində saxlamaqla yaşadığı mənzildən çıxaraq ünvan 3 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman, saat 17 radələrində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşlarının həyata keçirmiş olduqları əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən BNMİ-nin inzibati binasına aparılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı o zaman əynində olmuş göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,386 (dörd tam, mində üç yüz səksən altı) qram və 3,518 (üç tam, mində beş yüz on səkkiz) qram, ümumi təmiz çəkisi 7,904 (yeddi tam, mində doqquz yüz dörd) qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen bükümdə 4,639 (dörd tam, mində altı yüz otuz doqquz) qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin gün, yəni 29 mart 2021-ci il tarixdə saat 21-30 radələrində onun yaşadığı ünvan 5 ünvanda Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən baxış aparılan zaman mənzilin yataq otağında masanın üzərindəki parçadan olan əl çantasından içərisində bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 615 (altı yüz on beş) qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla haızrlanmış külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 46,616 (qırx altı tam, mində altı yüz on altı) qram tünd qəhvəyi rəngli bərkimiş vəziyyətdə maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 49,556 (qırx doqquz tam, mində beş yüz əlli altı) qram və 69,879 (altmış doqquz tam, mində səkkiz yüz yetmiş doqquz) qram, ümumi təmiz çəkisi 119,435 (bir yüz on doqquz tam, mində dörd yüz otuz beş) qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində heroinin və metamfetaminin izləri olan bir ədəd “200g x 0,01 g” markalı gümüşü rəngli elektron tərəzi aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Məhəmmədəli Şərifli küçəsi ev 84 B, mənzil 82-də tək yaşamış və heç bir yerdə işləməmişdir. Həmin iş üzrə həbs olunmazdan əvvəlki son 8-9 il ərzində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, tutulmamışdan bir neçə ay əvvəl narkotik vasitə satışı ilə məşğul olan, özünü ona “Fərid” kimi təqdim edən şəxslə tanış olmuş və həmin şəxsdən öz istifadəsi üçün narkotik vasitələr və psixotrop maddə almışdır. Belə ki, həmin şəxs telefon vasitəsilə ona narkotik vasitələrin yerini bildirmiş, o isə həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürdükdən sonra narkotik vasitənin pulunu həmin şəxsin telefon vasitəsilə şəklini göndərdiyi karta göndərmişdir. Sonuncu dəfə isə 29 mart 2021-ci il tarixdə axşam üstü o, Bakı şəhəri, «Qara Qarayev» metrostansiyasının yaxınlığında “Fərid” adlı şəxsin dediyi yerdən bir ədəd bükümdə yarım qram heroin götürmüşdür. Həmin heroinin pulunu 20 manat olmaqla əvvəlcədən həmin “Fərid” adlı şəxsin kartına ödəmişdir. O zaman onunla birlikdə iki nəfər narkotik aludəçisi olan tanışları da olmuşdur. Həmin yerdən narkotik vasitə olan heroini götürüb həmin şəxslərlə birlikdə küçə ilə getdikləri vaxt, əvvəllər tanımadığı polis əməkdaşları onları saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada onun üzərinə baxış keçirilən zaman onun üzərindən bir ədəd kiçik bükümdə təxminən yarım qram çəkidə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Lakin, polis əməkdaşları onun üzərindən iki ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamin aşkar etdiklərini sənədləşdirmişlər. O zaman tanımadığı polis əməkdaşları ona təsir və təzyiq göstərdiklərinə görə o, bu barədə tərtib etdikləri protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları onu yaşadığı ünvan 6 ünvanda yerləşən yaşadığı mənzilə apararaq baxış keçirmişlər. Yaşadığı mənzildən heç bir narkotik maddə aşkar edilməmişdir. Lakin, polis əməkdaşları onun yaşadığı mənzildən bir neçə bükümdə külli miqdarda heroin, həmçinin ayrı-ayrı bükümlərdə külli miqdarda psixotrop maddə metamfetamin aşkar etdikləri barədə protokol tərtib etmiş və ona təzyiq göstərdiklərinə görə o, həmin protokolu da imzalamışdır. Beləliklə, həmin gün polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində az miqdarda narkotik vasitə heroin olmuşdur. Yaşadığı evdə isə heç bir narkotik və ya psixotrop maddə olmamışdır. O, həmin narkotiki yalnız öz istifadəsi üçün əldə etmişdir. Onun özü heç vaxt hər-hansı bir narkotik vasitənin və yaxud psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Buna görə də özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli hesab etmir. Hadisə günü, yəni 29 mart 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada onun üzərinə baxış keçirilən zaman bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmişdir. Üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmışdır. Videoçəkiliş aparılmazdan əvvəl tanımadığı polis əməkdaşları ona hədə-qorxu gəldikləri və ona təzyiq göstərdiklərinə görə o, iki ədəd bükümdə olan heroinin və bir ədəd bükümdə olan metamfetaminin özünə məxsus olmasını bildirmişdir. Yaşadığı evə baxış keçirilən zaman evdə videoçəkiliş aparılmışdır. Orada da polis əməkdaşları ona təzyiq göstərdiklərinə görə videoçəkiliş zamanı yaşadığı evdə də heroin və metamfetamin aşkar edildiyini bildirmişdir. Bir daha bildirir ki, polis əməkdaşları onu 29 mart 2021-ci il tarixdə saxlayıb üzərinə baxış keçirilən zaman onun üzərindən yalnız yarım qram çəkidə olan öz istifadə üçün aldığı narkoik vasitə olan heroin aşkar edilmişdir. Yaşadığı evdən polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin və metamfetamindən onun xəbəri olamamış, həmin narkotik vasitə və pixotrop maddələr ona məxsus deyil. Belə hesab edir ki, həmin narkotik maddələri polis əməkdaşları özləri onun evinə qoyublar. Polis işçiləri onu saxlayan zaman onun yanında iki nəfər tanışı, yəni Ramin və Fuad adlı tanışları olmuşdur. Həmin şəxsləri o, ünvanlarını və telefon nömorələrini bilmir və onları narkotik vasitələrdən istifadə edən bir tanış kimi tanımışdır. Onları saxlayıb həmin polis idarəsinə aparan zaman həmin şəxslərin üzərində narkotik olmamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 31-33-cü vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2021-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «şübhəli şəxs İkin Nəzərov» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Məhkəmə baxışı zamanı nümayiş etdirilməklə bir ədəd DVD diskdə əks olunmuş videogörüntülərdə üzərinə şəxsi axtarış keçirilən şəxs onun özüdür. Həmin protokolda göstərildiyi kimi, 29 mart 2021-ci il tarixdə saat 18 radələrində o, ünvan 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman əvvəllər tanımadığı polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış və orada onun müdafiəçisi kimi iştirak edən vəkilin iştirakı ilə videoçəkiliş aparılaqla onun üzərinə baxış keçirilmişdir. Həmin protokolda qeyd edilməklə və həmçinin videogöruntulərdə əks olunmaqla onun üzərinə baxış keçirilən zaman polis əməkdaşlarının təklifindən sonra o zaman əynində olan cins şalvarının sağ yan cibindən iki bükümdə olan narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra isə şalvarının sol yan cibində saxladığı bir ədəd “Samsung” markalı mobil telefonu, cəmi iyirmi yeddi manat pulu və bir ədəd siqaret qutusunu da polis işçilərinə təqdim etmişdir. Həmin iki bükümdə olan heroin və bir bükümdə olan metamfetamin onun yanında elektron tərəzidə çəkilmiş, heroinin çəkisinin on qram, metamfetaminin çəkisi altı qram olduğu müəyyən olunmuşdur. Həmin narkotik maddələr onun yanında qablaşdırılıb möhürlənib götrülmüşdür. Həmin protokolun məzmununu tam təsdiq etmir. Onun üzərində o zaman cəmi bir bükümdə heroin olmuşdur. Belə hesab edir ki, onun üzərinə baxış keçirilməzdən əvvəl hansısa polis işçisi əlavə olaraq bir bükümdə olan heroini və bir bükümdə olan metamfetamini onun cibinə qoymuşdur. O zaman polis əməkdaşları ona təzyiq göstərdiklərinə görə o, həmin narkotiklərin özünə məxus olmasını bildirmişdir. Onun üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı olan “Fərid” adlı şəxsin vasitəsi ilə əldə etdiyini dediyi həmin protokolda düzgün yazılmışdır. Lakin, həmin narkotik maddələri qeyd etdiyi “Fərid” adlı şəxsin deyəcəyi ünvanlara çatdırmaq üçün əldə etdiyi və həmçinin Bakı şəhəri, Nizami rayonunda yaşadığı evdə də narkotik maddə saxladığını və onları təqdim edəcəyini videoçəkiliş zamanı desə də, bunları halhazırda təsdiq etmir. O zaman polis əməkdaşları qabaqcadan ona təziq göstərdiklərinə görə o, həmin sözləri demişdir. Əslində isə o, cəmi bir bükümdə olan heroini öz istifadəsi üçün almış və həmin narkotiki kimə çatdırmaq fikri olmamışdır. Yaşadığı evdə də narkotik maddələr saxlamamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 37-38-ci vərəqlərində olmaqla “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 29 mart 2021-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «şübhəli şəxs İkin Nəzərov» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Məhkəmə baxışı zamanı nümayiş etdirilmiş bir ədəd DVD diskdə əks olunmuş videogörüntülərdə yaşadığı mənzilə baxış keçirilən zaman izah verən şəxs onun özüdür. Həmin protokolda göstərildiyi kimi 29 mart 2021-ci tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsində onun üzərinə baxış keçirildikdən sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə onlar onun yaşadığı ünvan 9 ünvana getmişlər. Orada polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla yaşadığı evə baxış keçirilmişdir. Ora getməmişdən əvvəl tanımadığı polis işçiləri ona təzyiq göstərərək onların dediklərini bildirsə onu sərbət buraxılacağını vəd edərək, yaşadığı evdə narkotik maddələr saxladığını deməsini ondan tələb etmişlər. Buna görə də o, yaşadığı evə baxış keçirilən zaman evdə müxtəlif narkotik maddələri saxladığını bildirmişdir. Sonra isə evdə yataq otağında olan stolun üstündə olan paltar çantasının içərisində olan bir ədəd sellofan torbanı polis işçilərinə təqdim etmişdir. Həmin torba açılıb yoxlanıldıqda onun içində iki ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi olunmuşdur. Sonra isə həmin narkotik maddələr elektron tərəzidə çəkilərək qablaşdırılıb möhürlənmişdir. Həmin torbanın içərisindən narotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunduğunu təsdiq edir. Lakin, həmin narkotik maddələr onun özünə məxsus deyil və belə hesab edir ki, yaşadığı evə baxış keçirilməzdən əvvəl polis işçilərindən kimsə həmin maddələri gizlincə ona məxsus idman çantasının içərisinə qoymuşdur. Yaşadığı mənzildən aşkar olumuş həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Fərid” adlı şəxsin vasitəsi ilə əldə etdiyi və onların həmin şəxsin sonra deyəcəyi ünvana çatdırmalı olduğu barədə protokolda yazılanları təsdiq etmir. O zaman polis işçiləri ona təzyiq göstərdiklərinə görə o, həmin məzmunda izah vermişdir. Onun üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman onun müdafiəçisi qismində iştirak etmiş vəkilə polis işçiləri tərəfindən ona təzyiq göstərildiyi və məhz buna görə həmin narkotik maddələri ona məxsus olmasını bildiyi barədə bir söz deməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 91-95-ci vərəqlərində olmaqla onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında” 31 mart 2021-ci il tarixli protokol ona tanışdır. Həmin protokolun hər bir vərəqinin aşağısında və protokolun sonunda “Təqsirləndirilən şəxs” qeydləri qrafasındakı imzalar ona məxsusdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirildiyi və həmin protokol tərtib olunduğu vaxt müdafiəçisi iştirak etmiş və sonuncu da onunla birlikdə həmin protokolu imzalamışdır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən zaman öz ifadəsində göstərdiklərini, yəni həmin iş üzrə həbs olunmazdan təxminən iki-üç ay əvvəl öz istifadəsində olan mobil telefonun “Whatsapp” proqramında özünü İran islam Respublikasının vətəndaşı kimi təqdim eədən «Fərid» adlı şəxslə tanış olduğu, sonuncunun təklifindən sonra Bakı şəhərində həmin şəxsin ona göndərmiş olduğu heroinin və «şüşə» adı ilə tanınan metamfetaminin satışını Bakı şəhərində təşkil etməyə başladığı, bununla bağlı 2000-3000 manata yaxın pul qazandığı, sonuncu dəfə «Fərid» adlı şəxsin ona Ələt-Astara yolunun Astara rayonunun ərazisinə düşən yolun kənarında daşın altında heroin və metamfetamin gizlətdirdiyini, həmin maddələri oradan götürüb evinə aparmağını, lazım olduğu halda kimə satacağını, yaxud Bakı şəhərində gizlətməyini və həmin yerə pul qoyub götürəcəklərini ona tapşırdıdı, buna görə də 27 mart 2021-ci il tarixdə Ələt-Astara yolunun Astara rayonuna aid olan hissəsinə gedib yolun kənarında həmin şəxsin gizlətdirdiyi, içərisində heroin və metamfetamin olan polietilen torbanı götürüb yaşadığı ünvan 10 ünvana gətirdiyi, həmin torbada iki polietilen bağlamada heroin və iki polietilen bağlamada metamfetamin olduğunu gördüyü, heroini və metamfetamini «Fəridin» tapşırığından sonra tərəzidə bükümlərə bölüb onun dediyi ünvana aparıb gizlətməli olduğu, «Fərid»in göstərişindən sonra heroindən və metamfetamindən bükümlərə ayırıb «Qara Qarayev» metrosunun yaxınlığında gizlətməli olduğu və kimsə gəlib həmin maddələri onun qoyduğu yerdən götürməli olduğu, satışdan gələn puldan «Fərid»in ona verdiyi və dost tanışlarımın kart hesabına pul köçürürdüyü, yaxud «Fərid»in Bakı şəhərində qoydurtduğu yerlərdən özünə çatan pulu götürürdüyü, onun qazancının ancaq narkotik və psixotrop maddələrin satışından asılı olduğu, 29 mart 2021-ci il tarixdə saat təxminən 17-30 radəllərində yaşadığı evdən çıxıb piyada gedərkən ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşaraq vəsiqələrini göstərərək özlərinin Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı onun şübhəli olduğunu izah edib onu Baş Narkotİklərlə Mübarizə İdarəsinə apardıqları, onun hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edildiyi, sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirildiyi, üzərində qanunsuz əşya və maddə varsa onları təhvil verməsi ona təklif olunduqdan sonra o zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan iki ədəd polietilen bükümü və bir ədəd metamfetamin olan bir ədəd polietilen bükümü çıxarıb stolun üstünə qoyduğu, həmin maddələri Bakı şəhərində satışını təşkil etmək üçün İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Fərid» adlı şəxsin dediyi ünvandan, yəni Ələt-Astara rayonunda iki gün əvvəl götürdüyünü bildirdiyi, ondan aşkar olunaraq götürülmüş heroin və metamfetamin olan bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürləndiyi, bundan sonra polis əməkdaşlarına yaşadığı ünvan 14-də heroin və metamfetamin olduğunu bildirdiyi, daha sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə getdikləri və yaşadığı evə videoçəkiliş aparılmaqla baxış keçirildiyi, onun özü heroni və metamfetamini gizlətdiyi otağı göstərdiyi və orada əl çantasında olan heroin, metamfetamin bükümlərini və tərəzi olan polietilen torbanı polis əməkdaşına təhvil verdiyi, həmin maddələri «Fərid» adlı şəxsdən satmaq üçün aldığını, tərəzidən isə heroini və metamfetamini çəkən zaman istifadə etdiyini bildirdiyi barədə, həmin protokolda yazılanları tam təsdiq etmir. Yuxarıda göstərdiyi kimi, 29 mart 2021-ci il tarixdə pollis əməkdaşları tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığı zaman onun üzərində təxminən yarım qram çəkidə narkotik vasitə olan heroin olmuşdur. Yaşadığı mənzildə heç bir narkotik və ya psixotrop maddə saxlamamışdır. O zaman tanımadığı polis əməkdaşları ona təsir və təzyiq göstərdiklərinə görə üzərində və yaşadığı evdə narkotik maddələrin olduğunu bildirmişdir. Məhkəmədə verdiyi ifadəsi daha doğrudur və bunun nəzərə alınmasını xahiş edir. Bir daha bildirir ki, polis əməkdaşları tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığı zaman onun üzərində öz istifadəsi üçün cibində saxladığı təxminən yarım qram çəkidə heroin olmuşdur. Yaşadığı evdə isə heç bir narkotik və yaxud psixotrop maddə olmamışdır. Belə hesab edir ki, onu əsassız olaraq həbs etmək üçün polis əçməkdaşları külli miqdarda heroini və metamfetamini özləri onun yaşadığı evə atmışlar. Onun özü narkotik imstifadəçisidir. Lakin, heç vaxt hər-hansı bir narkortik vasitənin və yaxud psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Üzərində yarım qram çəkidə narkotik vasitə heroin saxladığına görə özünü təqsirli hesab edir. Buna görə də onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilib barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması o özünü qismən təqsirli bilsə də, ibtidai istintaq zamanı verdiyi mahiyyət etibarı ilə hadisənin baş vermə yeri, vaxtı, ardıcıllığı ilə bağlı işin hallarına uyğun qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinə dair protokollar və şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı və mənzilə baxış zamanı qeydə alınmış videogörüntüdə əks olunan hallar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və sonuncunu əməliyyat tədbiri keçirib onu yaxaladıqları vaxt ilk dəfə görmüşdür. Belə ki, 29 mart 2021-ci tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinə 1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 18-də qediyyatda olmaqla ünvan 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində onların dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumat barədə BNMİ-nin rəisinə 29 mart 2021-ci il tarixdə onun tərəfindən raportla məruzə olunmuşdur. Bundan sonra Baş idarə rəisinin təsdiqi ilə həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında müvafiq qərar təsdiq edildikdən sonra onun özü və BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə onlar Nizami rayonu ərazisində əməliyyat mövqeyi seçərək bir qədər kənardan müşahidə aparmışlar. Həmin gün saat təxminən 17-30 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın, yəni Nizami rayonu, M.Şərifli küçəsi, ev 84 B ünvanın yaxınlığında bir nəfər piyada hərəkətdə olan şəxsin öz xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətlərinə oxşar olduğunu görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini ona göstərərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra həmin şəxsin şəxsiyyətini müəyyən edərək onun əməliyyat məlumatında göstərilmiş Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı onun şübhəli olduğunu izah edib onu DİN-nİn Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Bu barədə rəsmi raportla Baş İdarəsi rəisinə məruzə etmiş və həmin faktla bağlı araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Nəcəf Aburşuya həvalə edilmişdir. Daha sonra təhqiqatçı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını təmin etmək üçün müdafiəçi dəvət edilmiş, daha sonra isə həmin müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və maddə varsa onları təhvil verməsi təklif olunmuş və sonuncu o zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd kiçik polietilen bükümlərini çıxarıb stolun üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs iki ədəd bükümdə heroin və bir ədəd bükümdə isə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər açılıb yoxlanıldıqda iki bükümdə narkotiki vasitə heroin və bir ədəd bükümdə isə metamfetamin olduğu müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bu kimi maddələrin Bakı şəhərində satışını təşkil etmək üçün İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Fərid» adlı şəxsin dediyi ünvandan, yəni Ələt-ünvan 13iqdarda heroin və metamfetamin götürdüyünü və həmin maddələrin qalan hissəsinin yaşadığı evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilərək qablaşdırmış formada iki bükümdə olan heroinin çəkisinin təxminən on qram, metafetaminin isə təxminən altı qram çəkidə olduğu müəyyən olundu. Sonra isə həmin maddələr bir ədəd zərfə qoyularaq möhürlənmiş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs həmin zərfin üzərində imza etmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar olunmuş az məbləğdə pul özünə qaytarılmış, üzərindən aşkar olunmuş bir ədəd, markasını xatırlamadığı mobil telefon isə təhqiqatçı tərəfindən götrülmüşdür. Bu barədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən prtotokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Bundan sonra təhqiqatçısı Nəcəf Aburşunun rəhbərliyi ilə onlar Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 14 ünvana getmişlər və orada videoçəkiliş aparılaqla mənzilə baxış keçirilmişdir. Mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı həmin evdə heroin və metamfetamin saxladığını bir daha etiraf edərək, həmin maddələri mənzilin yataq otağında saxladığını bildirmişdir. Sonra isə həmin yataq otağına daxil olaraq orada olan əl çantasının içərisindən bir ədəd polietilen torbanı götürüb onlara təqdim etmişdir. Həmin torba açılıb yoxlanıldıqda onun içərisində dörd ədəd iri sellofan bükümlərin və bir ədəd elektron tərəzinin olduğu müəyyən olunmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərdən iki ədəd bükümdə heroin və iki ədəd bükümdə isə metamfetamin olduğunu bildirmiş və həmin bükümlər açılıb yoxlanıldıqda onların içində qeyd edilən maddələrə oxşar maddələrin oldğuğu müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələri «Fərid» adlı şəxsin vasitəsi ilə əldə etdiyini və sonuncunun göstərişi ilə sonra ona dediyi yerdə gizlətməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilələk bir ədəd zərfə qablaşdırılıb möhürlənib götürülmüş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən həmin zərfin üzərində imza etmişdir. Onu da bildirmək istəyir ki, həmin maddələr elektron tərəzidə çəkilərək onların ümumi çəkisi o zaman müəyyən olunmuşdur. Onların çəkisini dəqiq xatırlamasa da, iki bükümdə olan heroinin çəkisinin qablaşdırılmış formada təxminən altı yüz qramdan yuxarı çəkidə, metamfetaminin isə təxminən yüz qramdan artıq çəkidə olduğu müəyyən olunmuşdur. Həmçinin elektron tərəzi də zərfə qoyularaq qablaşdırılıb möhürlənib götürülmüşdür. Bu barədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən prtotokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparlıdğı, orada olduğu müddət və o cümlədən üzərinə şəxsi axtarış keçirilən zaman, həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb orada onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik maddələr olmasını bildirərək o zaman əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə olan heroini və bir ədəd bükümdə olan metamfetamini özü təqdim etmişdir. Həmiçinin yaşadığı mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olan əl çantasının içərisindən bir ədəd polietilen torbanın içrəsində olan iki ədəd bükümdə olan heroini və həmçinin iki ədəd bükümdə olan metamfetamini özü təqdim etmişdir. Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşı olan «Fərid» adlı şəxsin vasitəsi ilə məhz satış məqsədi ilə, yəni həmin maddələri xırda hissələrə bölüb Bakı şəhərində «Fərid» adlı şəxsin ona dediyi yerlərə aparıb qoymalı olduğunu və yolla digər şəxslərə çatdırmalı olmasını etiraf etmişdir. Onlar tərəfindən həmin narkotik vasitə heroinin və həmçinin psixotrop maddə olan metamfetaminin və həmçinin «Fərid» adlı şəxsin şəxsiyyətinin müəyyən olunması üçün müvafiq əməliyyat tədbirirləri keçirilmiş, lakin halhazırki vaxta qədər müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparlıb orada sonuncunun üzərinə şəxsi axtırış keçirilən zaman və həmçinin onun yaşadığı mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü və sonuncunun müdafiəçisi də əvvəldən axıra kimi iştirak etmiş və bu kimi hərəkətlər tam olaraq videoçəkilişdə əks olunmuşdur. Bir daha bildirir ki, şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş və sonuncu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını onların və müdafiəçisinin iştirakı ilə özü etiraf etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran vətəndaşı olan «Fərid» adlı şəxsdən əldə etdiyini və həmçinin bu kimi maddələri yaşadığı evdə saxladığını onlar Təqsirləndirilən şəxs yaşadığı evə gedib orada baxış keçirilməzdən əvvəl, yəni onlar tərəfindən saxlanılıb Baş idarədə onun üzərinə şəxsi axtarış keçirilən zaman bildirmiş və bu videoçəkilişdə də öz əksini tapmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilə onlar hamısı birlikdə getmişlər və həmin vaxt evdə Təqsirləndirilən şəxs ailə üzvləri də olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, iş üzrə Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı yuxarıda qeyd edilən yerdə, vaxtda və şəraitdə onları tərəfindən saxlanılıb DİN-nin BNMİnə aparıldığı, bu barədə Baş idarə rəisinə məruzə edildikdən sonra BNMİ-nin TB-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən onların və həmçinin müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi, Təqsirləndirilən şəxs o zaman əynində olmuş cins şalvarın cibindən iki ədəd bükümdə heroin və bir ədəd bükümdə isə metamfetamini könüllü olaraq təqdim etdiyi, həmin maddələrin Bakı şəhərində satışını təşkil etmək üçün İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Fərid» adlı şəxsin ona bildirdiyi ünvandan, yəni Ələt-Astara yolunda gizlədilmiş yenrdən iki gün bundan əvvəl xeyli miqdarda heroin və metamfetamini götürərək Bakı şəhərinə yaşadığı ünvana gətirdiyini, həmin maddələrin qalan hissəsinin yaşadığı ünvanda saxladığını bildirdiyi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki bükümdə olan heroinin və bir bükümdə olan psixotrop maddə metafetaminin elektron tərəzidə çəkilərək qablaşdırılıb möhürlənib götürüldüyü, bu barədə tərtib olunmuş protokolun bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi tərəfindən heç bir etiraz bildirmədən imzalandğı, daha sonra təhqiqatçısı Nəcəf Aburşu tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 14 ünvanda yerləşən mənzilə videoçəkiliş aparılmaqla baxış keçirildiyi, mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı həmin evdə heroin və metamfetamin saxladığını etiraf edərək, mənzilin yataq otağında olan əl çantasının içərisindən bir ədəd polietilen torbanı götürüb onlara təqdim etdiyi, həmin torba açılıb yoxlanıldıqda onun içərisində dörd ədəd sellofan bükümləri olmaqla, həmin bükmlərin ikisinin içərisində narkotik vasitə olan heroinə oxşar maddənin, digər iki ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə oxşar maddənin olduğu müəyyən olunduğu, aşkar olunmuş həmin maddələrin elektron tərəzidə çəkilələk bir ədəd zərfə qablaşdırılıb möhürlənib götürüldüyü, bu barədə təhqiqatçı Nəcəf Aburşu tərəfindən tərtib olunmuş protokol onlara ucadan oxunduğu və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi heç bir etiraz bildirmədən həmin protokolu imzaladığını, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparldığı, orada üzərinə şəxsi axtarış keçirilən zaman və həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman şəxsən onun özü və yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilmdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, «Cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında” 30 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* nömrəli cinayət işi Bakı şəhəri, Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi A.S.Cəlilli tərəfindən 29 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və həmçinin yaşadığı ünvan 17 ünvandan ümumi təmiz çəkisi 669,52 qram külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 124,074 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi ilə əlaqədar toplanmış materiallara əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanıb icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (iş vər. 1-2). İş materiallarında olan 29 mart 2021-ci il tarixli paportdan görünür ki, həmin tarixdə DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə raportla məruzə edərək, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 18 ünvanında qeydiyyatda olmaqla, ünvan 9 ünvanında yaşayan Təqsirləndirilən şəxs qnaunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirildiyini və bununla əlaqədar həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun yaxalanması, narkotik vasitə, psixotrop maddə habelə prekursorlarının, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görməklə müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (iş vər. 5). “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 29 mart 2021-ci il tarixli qərardan görünür ki, BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunaraq yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməsi, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. (iş vər.6-7). “Şübhəli şəxsin tutulması haqqında“ 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə saat 19-30 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasında müdafiəçi Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Azərbaycan Respublikası C M-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 22). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik maddələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 29 mart 2021-ci il tarixdə, saat 17-30 radələrində ünvan 7 ünvanının yanında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Həmin tarixdə saat 20-00 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı N.A.Aburşu tərəfindən həmin idarənin əməkdaşları və həmçinin müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs o vaxt əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən iki bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin bənzər, bir bükümdə, kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynində olmuş həmin şalvarın sol yan cibindən bir ədəd, qara rəngli, “Samsung” markalı mobil telefon, 27 (iyirmi yeddi) AZN pul, bir ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Sonra həmin iki bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 10 (on) qram olduğu, bir bükümdə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisinin 6 qram (altı qram) olduğu müəyyən edilmişdir. Sonra həmin predmetlər bir ədəd ağ rəngli zərfə qoyularaq möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmaqla şübhəli şəxs, müdafiəçi tərəfimdən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün həmin bir ədəd mobil telefon götürülmüş, iyirmi yeddi AZN pul, bir ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmiin protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Fərid” adlı şəx asitəsi sonuncunun deyəcəyi ünvanlara çatdırmaq üçün üçüm əldə etdiyini, əlavə olaraq Bakı şəhəri Nizami rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı - narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. (iş vər. 31-33). “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21-30 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı N.A.Aburşu tərəfindən həmin idarənin əməkdaşları, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirməsi ilə əlaqədar, sonuncunun yaşadığı ünvan 9 ünvanda yeorləşən mənzilə baxış keçirilmiş və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut həmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin yataq otağında olan stolun üstündə qara rəngli paltar çantasında saxladığı, bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən iki ədəd bükümdə spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, iki ədəd bükümdə kristalşəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra isə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilərək onun ümumi çəkisinin 677 qram (altıyüz yetmiş yeddi qram) olduğu, həmçinin metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilərək ümumi çəkisinin 130 qram (yüz otuz qram) olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin maddələr bir ədəd ağ rəngli zərfə qoyularaq həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmaqla şübhəli şəxs, müdafiəçi tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və yataq otağında olan həmin stolun üzərindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Fərid” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Fərid” adlı şəxsin deyəcəyi ünvana çatdıracağını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, hər hansı fiziki və psixi probleminin olmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Həmin protolokola aparılmış videoçəkilişin əks olunduğu bir ədəd DVD əlavə olunmuşdur. (iş vər. 37-38). İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2021-ci il tarixli 6/1243 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.." yazısı olan kağız paketdəki 2 (iki) ədəd ayrı-ayrılıqda təmiz çəkisi 4,386 qram və 3,518 qram, ümumi təmiz çəkisi 7,904 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,639 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş..” yazısı olan paketdəki: 1 (bir) ədəd bükümdə təmiz çəkisi 615 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 46,616 qram tünd qəhvəyi rəngli bərkimiş vəziyyətdə maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 49,556 qram və 69,879 qram, ümumi təmiz çəkisi 119,435 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. bir ədəd “200g x 0,01 g” markalı gümüşü rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 669,52 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdəki qəhvəyi rəngli heroinlər yaşadığı mənzildən götürülmüş təmiz çəkisi 615 qram olan qəhvəyi rəngli heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, lakin yaşadığı mənzildən aşkar edilərək götürülmüş təmiz çəkisi 46,616 qram olan tünd qəhvəyi rəngli heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə onlardan fərqlidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 124,074 qramdır və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş elektron tərəzinin üzərindəki heroin və metamfetamin iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heorinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildirlər. Heroinin təmiz çəkiləri: 7,904 qram, 615 qram və 46,616, tədqiqata sərf edildi: ümumi 0,1 qram, 02, qram və 0,1 qram, qalıqlar 7,804 qram, 614,8 qram və 46,516 qram təşkil edir. "Metamfetaminin təmiz çəkiləri: ümumi 119,435 qram, 4,639 qram, tədqiqata sərf edildi: ümumi 0,2 qram, 0,1 qram, qalıqlar 119,235 qram və 4,539 qram təşkil edir. (iş vər. 46-52). “Baxış aparılması haqqında” 30 mart 2021-ci il protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, diskdə olan görüntülər həqiqətdir və reallığı əks etdirir, DVD disklərdə heç bir əlavə və montaj edilməmişdir. Üstünə aparılan şəxsi axtarış zamanı və yaşadığı mənzilə aparılan baxış zamanı videoçəkilişlə qeydə alınmış bütün görüntülər olduğu kimi təsvir olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 260.5-ci maddəsinə əsasən baxışın keçirilməsində “Canon” markalı printerdən istifadə olunmuşdur. Protokol iştirakçılara ucadan oxumuş, protokolun tərtib edilmə qaydasına və məzmununa dair əlavə və qeydlər daxil olunmadı və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmə" və "mənzilə baxış aparılması və götürmə” istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər olan iki “DVD” diskə “HP” markalı kompyuterdən istifadə etməklə baxış aparmışlar. Baxışa başlanmazdan əvvəl baxış iştirakçılarına onların Azərbaycan Respublikası CMP-nin 236-cı maddəsi ilə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 1-ci “DVD” diskdə şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmənin" gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə olan şəxs onun özüdür, Təqsirləndirilən şəxs bildirmişdir ki, iki-üç ay olar ki, istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramında tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi özünü ona tanıdan “Fərid” adlı şəxslə tanış olmuş və bu tanışlıqdan sonra Fərid təklifindən sonra Bakı şəhərində Fəridin ona göndərmiş olduğu heroini və şüşə kimi tanınan metamfetaminin satışını Bakı şəhərində təşkil etməyə başlamışdır. Həmin ərəfədə o 2000-3000 manata yaxın pul qazanmışdır. Sonuncu dəfə Fərid ona Ələt-Astara yolunun Astara rayonunun ərazisinə düşən yolun kənarında daşın altında heroin və metamfetamin gizlətdirdiyini, həmin bükümlərdə olan heroini və metamfetamini oradan götürüb evinə aparmağını, lazım olduğu halda kimə satacağını, yaxud Bakı şəhərində gizlətməyini və onun gizlətdiyi yerə pul qoyub götürəcəklərini ona tapşırmışdır. O da 27 mart 2021-ci il tarixdə saatı yadında qalmayan vaxtda Fəridin dediyi kimi Ələt-Astara yolunun Asatara rayonuna aid olan hissəsinə gedib yolun kənarında gizlətdirdiyi içərisində heroin və metamfetamin olan polietilen torbanı götürüb yaşadığı ünvan 10 ünvanda gətirmişdir. Torbada iki polietilen bağlamada heroin və iki polietilen bağlamada metamfetamin olduğunu görmüşdür. Heroinlərdən biri toz halında, digəri isə bərk formada idi. Heroini və metamfetamini Fəridin tapşırığından sonra tərəzidə bükümlərə bölüb Fəridin dediyi ünvana aparıb gizlətməli olmuşdur. Fəridin göstərişindən sonra heroindən və metamfetamindən bükümlərə ayırıb Qara Qarayev metrosunun yaxınlığında gizlətməli olmuşdur və kimsə gəlib heroin və metamfetamin olan bükümləri o qoyduğu yerdən götürməli idi. Daha sonra satışdan gələn puldan Fərid ona verdiyi kart hesabına pul köçürtməli idi. O evdə olan tərəzidə yadında qalmayan çəkidə heroini iki ədəd və metamfetamin olan bükümdən isə 1 ədəd bükümə ayırmışdır. Sonra heroin və metamfetamin olan torbanı evdə qara rəngli parça çantanın içərisində gizlətmişdir. O beləliklə də 29 mart 2021-ci il tarixdə saat təxminən 17:30 radəllərində yaşadığı ünvan 10 ünvandan çıxıb piyada gedərkən ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşıb vəsiqələrini göstərərək özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasıyla bağlı onun şübhəli olduğunu ona izah edib, onu özləri ilə Səbail rayonu, Abbaszadə küçəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Otaqlardan birində onun üstünə şəxsi axtarış aparılacağı izah edildikdən sonra idarəyə hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət etmişlər. Axtarış iştirakçılarına hüquq və vəzifələri izah edilmiş və sonra videokameradan istifadə edilməklə şəxsi axtarışa başlanmışıdır. Daha sonra ona izah edilmişdir ki, üzərində qanunsuz əşya və maddə varsa onları təhvil versin. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan iki ədəd polietilen bükümü və bir ədəd metamfetamin olan bir ədəd polietilen bükümü çıxarıb stolun üstünə qoymuşdur. Polis əməkdaşları ondan bükümlərdəkinin nə olduğunu və haradan əldə etdiyini soruşduqda o iki ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamin olduğunu və Bakı şəhərində satışını təşkil etmək üçün İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Fərid adlı şəxsin dediyi ünvandan, yəni Ələt-Astara rayonunda iki gün bundan əvvəl götürdüyünü demişdir. Bundan sonra üstünə axtarış davam etdirilmişdir, lakin üstündən qanunsuz başqa maddə və əşya aşkar olunmamışdır. Ondan aşkar olunaraq götürülmüş heroin və metamfetamin olan bükümlər zərfə qoyularaq qablaşdırılmışdır və möhürlənmişdir. Protokol tərtib edilmiş və protokolla tanış olduqdan sonra hər kəs imza etmişdir. 2-ci “DVD” diskə baxış zamanı məlum olmuşdur ki, 2-ci “DVD” diskdə şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı ünvan 21 ünvanda aparılmış “baxış və götürmənin” gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə olan şəxs onun özüdür və həmin vaxt onun razılığa əsasında yaşadığı ünvan 21 ünvanda baxış aparılmışdır. Baxış aparılan həmin mənzil onun yaşadığı mənzildir. Evində baxış aparılması məqsədilə o könüllü olaraq razılıq vermişdir və buna görə ərizə yazmışdır. Daha sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Baxışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri həmçinin baxışın aparılma səbəbi izah edilmişdir. Videoçəkilişdən isitfadə edilməklə baxışa başlanmış və o heroni və metamfetaminin gizlətdiyi otağı göstərmiş və həmin otağa daxil olub qara rəngli parçadan olan əl çantasından içərisində heroin, metamfetmin olan bükümləri və elektron tərəzi olan polietilen torbanı polis əməkdaşına təhvil vermişdir. Həmçinin torbada iki ədəd bükümdə heroin və iki ədəd bükümdə metamfetamin olduğunu və «Fərid»dən satmaq üçün aldığını, tərəzidən isə heroini və metamfetamini çəkən zaman istifadə etdiyini demişdir. Mənzildən aşkar olunaraq götürülmüş heroin və metamfetamin olan bükümlər, həmçinin tərəzi və mobil telefonu zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Protokol tərtib edilmiş və protokolla tanış olduqdan sonra bütün iştirakçılar protokola imza etmişlər. (iş vər. 66-76). “Baxış aparılması haqqında” 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, «Samsung Galaxy J6 markalı» “SM-J600F” telefon aparatına baxış keçirilçn zaman həmin mobil telefon aparatının sensor ekranlı android əməliyyat sistemli olmaqla smartfon tipli olduğu müəyyən edilmişdir. Mobil telefonun kilidli olduğundan telefonda olan kontaktları, daxil və xaric olan zəngləri, ismarıcları, mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Vatsapp” onlayn sosial mübadilə proqramını və digər sosial proqramları, həmçinin telefonda olan səs yazılarını, fotoşəkilləri, video və digər texniki məlumatları, bundan başqa iş üçün əhəmiyyət kəsb edən məlumatları əldə etmək mümkün olmamışdır. (iş vər. 77). “Təqsirləndirilən şəxs qimsində cəlb etmə haqqında” 31 mart 2021-ci il tarixli qərardan görünrü ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.41 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək müdafiəçisinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan edilmişdir. (iş vər. 81-82). Bakı şəhər Nizami rayon Məhkəməsinin 4(007)-70/2021 saylı 31.03.2021-ci il tarixli qərarı ilə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29.03.2021-ci il tarixdən hesbalanmışdır. (iş vər. 112-114). AR DİN BƏSİİ tərəfindən verilmiş 14.04.2021-ci il tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (iş vər. 119). Bakı şəhər Nizami rayon Məhkəməsinin 5(007)-138/2021 saylı 27 aprel 2021-ci il tarixli qərarından görünür ki, AR DİN BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 29 mart 2021-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (iş vər. 120-121). Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi polis polkovnik leytenantı Turab Paşayev tərəfindən həmin idarənin İstintaq şöbəsinin baş müstəntiqinə olan məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi “Fərid” adlı İİR vəəndaşını və qrupun digər üzvlərini tərflərindn həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən etmək mükün olmamışdır. (iş vər. 134). İş üzrə keçirilmiş məhkəmə kompüter -texniki ekspertizasının 8 may 2021-ci il tarixli 5/373 saylı rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J6” markalı “SM-J600F” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunmuş “Samsung Galaxy J6” markalı “SM-J600F” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrələrlə (parol-passwordl mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmamışdır. Tədqiq olunan “Samsung Galaxy J6” markalı “SM-J600F" modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, audio, foto, video və sairə) məlumatın olub-olmaması, eləcə də hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. (iş vər. 135-139). İş üzrə məhkəmə-narkoloji ekspertizasının 24.07.2021-ci İl tarixli 2062 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər. 139-140). “Sübutların qiymətləndirilməsi haqqında” 11 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 206, 234.4.2, 238 və 240-cı maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilməsi, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin könüllü surətdə təhvil verilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi Təqsirləndirilən şəxs şamil edilməməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən götürülmüş iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,386 qram və 3,518 qram, ümumi təmiz çəkisi 7,904 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf polietilen bükümdə 4,639 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvan 22 ünvanda baxış aparılan zaman mənzilin yataq otağında masanın üzərindəki parçadan olan əl çantasında olan polietilen torbadan götürülmüş 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 615 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 46,616 qram tünd qəhvəyi rəngli bərkimiş vəziyyətdə maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 2 ədəd şəffaf polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 49,556 qram və 69,879 qram, ümumi təmiz çəkisi 119,435 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində heroinin və metamfetaminin izləri olan bir ədəd “200g x 0,01 g” markalı gümüşü rəngli elektron tərəzi iş üzrə maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 669,12 qram olan narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 123,774 qram olan psixotrop maddə metamfetamin və “200g x 0,01 g” markalı gümüşü rəngli elektron tərəzi saxlanılması üçün Nizami RPi-nin maddi sübutarın saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk iş üzrə maddi sübut kimi tanınması və “DVD” diskin iş materiallarında əlavə edildiüi nəzərə alınması, 'Mənzilə baxış ve götürmə" istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan DVD diskin isə iş üzrə maddi sübut kimi tanınması və "DVD” diskin İş materiallarına əlavə edildiyi nəzərə alınması, 29.03.2021-ci iİ tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş və ona məxsus olan "Samsung Galaxy J6” markalı “SM- J600F" markalı mobil telefon aparatı iş üçün əhəmiyyət kəsb etmədiyindən maddi sübut klml tanınmaması və mobil telefon aparatı saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nln 234.4,1 və 234.4.3 maddələri ilə istintaq olunan ********* nömr\li cinayət işindən "Fərid" adlı İran İslam Respublikasının vətəndaşı və istintaqa məlum olmayan digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə yeni cinayət işi ayrılması, ********* nömərli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılaraq ayrılmış cinayət işinə əlavə edilməsi və “Fərid" adlı və istintaqa məlum olmayan digər şəxslərin əməllərinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır. (iş vər. 141-159). “Cinayət işindən cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 11 iyul 2021-ci il trilxi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-ccü maddələri ilə istintaq olunna ********* nömrəli cinayət işindən “Fərid” adlı İİR-nın vətəndaşı və istintaqa məlum olmayan digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni cinayət işi ayrılması, ********* nömrəli cinayət işindən zəruri səndələrin kseorosurətləri çxıarılaraq ayrılmış cinayət işinə əlavə edilmiş, “Fərid” adlı və istintaqa məlum olmayan digər çəxslərin əməllərinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərar alınmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. (iş vər. 161- 164). İş materiallarında olan 14 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin Növbətçi Hissəsinin rəisi, polis polkovnik-leytenantı Vahid Cəfərov həmin qəbzi Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 669,12 qram olan narkotik vasitə heroini, tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 123,774 qram olan psixotrop maddə metamfetamin və “200g*0,01g” markalı gümüşü rəngli elektron tərəzini, həmçinin “Samsung Galaxy J6” markalı “SM-J600F2 markalı mobil telefon aparatı Nizami RPİ-nin maddi sübutıarın saxlanılan kamerasında saxlanması üçün təhvil verilmişdir. (iş vər. 186). Məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş, və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması barədə” 29 mart 2021-ci il tarixli protokolda və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 29 mart 2021-ci il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadəsi tədqiq edilməklə, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, həmin protokolların əyani əks etdirildiyi DVD diskə köçürülməklə iş materiallarına əlavə edilmiş video görüntülər və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, yuxarıda qeyd edilən şəraitdə polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona qarşı zor tətbiq olunduğu, üzərindən 0,5 qram heroin aşkar edilməsi, mənzilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığı, və narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkarlanıb götürülmüş narkotik vasitələr və psixotrop maddələrin miqdarını, eləcə də mənzilindən bir ədəd elektron tərəzi aşkar edildiyini, mənzilindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni tərkibli olmalarının müəyyən edildiyini və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ifadəsində ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığı və özünümüdafiə xarakteri daşıdığı artıq tam təsdiqini tapmışdır ki, məhkəmə göstərilən halı və bununla yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununu və iş materiallarında olan digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri iş materialları ilə təsdiq olunmur və bu kimi ifadələri təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci 234.4.3 maddələri ilə təqsirli hesab etməyərək, onun narkotik vasitələrin satışı, daşınması ilə məşğul olmadığını bildirməsi barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri özünü müdafiə xarakteri daşımaqla, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci 234.4.3 maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdləri kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza ilə cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. İş üzrə maddi sübutlar,- Nizami RPİ-nin maddi sübutları saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 669,12 qram heroin, 123,774 qram metamfetamin və 1 ədəd “ 200g*0,01g” markalı gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsung Galaxy J6” markalı “SM-J600F2 markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2021-ci il tarixli protokolu və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 29 mart 2021-ci il tarixli protokolu əks etdirən videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar: Nizami RPİ-nin maddi sübutları saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 669,12 qram heroin, 123,774 qram metamfetamin və 1 ədəd “ 200g*0,01g” markalı gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Samsung Galaxy J6” markalı “SM-J600F2 markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2021-ci il tarixli protokolu və “Mənzilə baxış keçirilməsi və götürmə haqqında2 29 mart 2021-ci il tarixli protokolu əks etdirən videogörüntülərin əks olunduğu 2 ədəd DVD disk iş materiallaırnda saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Siyavuş Hacıyev
Məhkəmə qərarları › İş №1(101)-1456/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1456/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver