Məhkəmə qərarları › İş №1(101)-1456/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1456/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1456/2022 25.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Əsədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 1544,123 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqov küçəsi, nömrəsiz fərdi yaşayış evinə gətirib saxlamış, daha sonra həmin narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini - təmiz çəkisi 509,123 qramını yaşadığı mənzilin qonaq otağındakı dolabın üstünə qoyaraq saxlamış, qalan hissəsini - təmiz çəkisi 1035 qramını baş etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üstünə sellofana bükülmüş vəziyyətdə yerləşdirərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dəniz kənarına qədər daşımış və 10 may 2022-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz kənarı sahildə olan zaman inzibati ərazidə xidmət aparan Azərbaycan Respublikası DİN-in X11 Alayının 8-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman arxa oturacağın üstündə olan 1 ədəd qırmızı rəngli polietilen torbanın içərisində satış məqsədi ilə əldə edib saxlayaraq daşıdığı, təmiz çəkisi 1035 qram külli miqdarda qurudulmuş marixuana və həmin gün yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqov küçəsi, nömrəsiz fərdi yaşayış evinin yataq otağında olan dolabın üstündə saxladığı 1 ədəd göy rəngli polietilen torbanın içərisində təmiz çəkisi 480 qram və həmin bağlamada 1 ədəd sellofan torbanın içərisində 8 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,661 qram, 3,545 qram, 3,919 qram, 3,907 qram, 3,929 qram, 3,152 qram, 3,088 qram və 3,922 qram olmaqla ümumilikdə 1544,123 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan quruduluş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Əsədli kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Nərimanov rayonu ərazisində anası, həyat yoldaşı, 2012ci il təvəllüdlü oğlu və 2014-cü il təvəllüdlü qızları ilə birlikdə kirayə yaşamışdır. 2021-ci ilin noyabr ayının 2-də Sabirabad rayonunda olan zaman “Padarçöl ərazisi” adlanan yerdə çöl heyvanı olan “porsux” axtararkən su kanalının yanında təxminən 40 ədəd çətənə kolu olmasını aşkar etmiş, həmin çətənə kollarını gördükdən sonra onları yığmaq marağı yarandığı üçün həmin kolları kötüyündən çıxarıb özünə məxsus olan “Volkswagen Passat” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə yığmış və Sabirabad rayonu, Əsədli kəndində yerləşən özünə məxsus pay torpaq sahəsinə apararaq orada qayçı ilə həmin kollan təmizləyib balonlara yığıb gizlətmiş, lakin bu barədə heç kimə məlumat verməmişdir. Məqsədi həmin narkotik vasitə hesab olunan marixuanadan istifadə etmək olmuşdur. Özü narkotik vasitə aludəçisi olmasa da, ara-sıra marixuanadan istifadə etdiyi üçün bir neçə dəfə həmin marixuanadan istifadə etmiş, lakin xoşuna gəlməmişdir. 5 may 2022-ci il tarixdə yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə gələn zaman balonlara yığdığı təxminən 1500 qram qurudulmuş marixuananı sellofan torbaya və 8 ədəd kibrit qutularına yığmış, sonradan aldığı elektron tərəzini və həmin marixuananı “Wolksvagen Passat” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşınının yük hissəsinə qoyaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində kirayə yaşadığı evə gətirmişdir. Narkotik vasitəni Bakıya gətirməkdə məqsədi onu satmaq olmuş, lakin sata bilmədiyindən sonradan tullamaq qərarına gəlmişdir. Həmin narkotik vasitəni yaşadığı evdə yataq otağında dolabın üstündə gizlətmişdir. Həmin narkotik vasitənin təsiri zəif olduğuna görə xoşuna gəlməmişdir. 10 may 2022-ci il tarixdə tutulmamışdan bir gün əvvəl “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu Zülfiyyə ilə görüşüb dəniz kənarına getmək qərarına gəlmiş, həmin vaxt yaşadığı evdə saxladığı marixuananın bir qismini özü ilə götürmüşdür ki, dənizə atsın, evdən çıxan zaman marixuananın bir qismini yəni, təxminən 1000 qramını sellofan torbanın içərisinə qoyaraq özü ilə götürüb maşınının arxa oturacağının üzərinə qoymuş və Zülfiyyə ilə Sabunçu rayonu Zabrat yolunun üstündə olan DYPŞ-nin qarşısında görüşmüşdür. Sonuncu birlikdə Pirşağı qəsəbəsi, dəniz kənarına gedərək maşında oturub söhbət etmişlər, bu zaman təxminən saat 20 radələrində 2 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim edib onlardan şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etmələrini xahiş etmişlər. Həmin vaxt maşınında təxminən 1 kq narkotik vasitə hesab edilən marixuana olduğundan özünü şübhəli aparıb polislərdən tez aralanmağa çalışmış və bu məqsədlə maşına əyləşərək avtomaşını sürüb getmək istəyən zaman polis əməkdaşları buna imkan verməyib onu və Zülfiyyəni Sabunçu rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, sonra müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılacağı, avtomobilinə baxış keçiriləcəyi bildirilmiş, həmin vaxt ərizə ilə müraciət edərək üzərinə və avtmobilimə baxış keçirilərkən vəkilinin iştirak etməməsini xahiş etmişdir. Çünki vəkilinin onu yaxşı müdafiə etməsi üçün maşınındakı narkotik vasitə olan marixuananın aşkar olunmasını görməsini istəməmiş, sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşker edilməmişdir. Daha sonra etibarnamə əsasında idarə etdiyi “Wolksvagen Passat” markalı avtomaşınına baxış keçirilmiş, bu zaman arxa oturacağın üzərinə qoyduğu içərisində narkotik vasitə marixuana olan sellofan paket aşkar edilmiş, sorğu zamanı səmimi olaraq etiraf edib həmin paketin içərisində olan ot kütləsinin narkotik vasitə olan marixuana olmasını və özünə məxsus olmasını, həmin marixuananın bir hissəsini də Nərimanov rayonunda kirayə yaşadığı evdə gizlətdiyini bildirmişdir. Bundan sonra razılığı ilə polis əməkdaşları kirayə yaşadığı ünvana baxış keçirmiş, həmin vaxt yataq otağındakı dolabın üstündə saxladığı paketin içərisində olan marixuananı və elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuananı Bakı şəhərinə tullamaq üçün gətirmiş, həmin marixuanadan bir-iki dəfə özü istifadə etmiş, lakin təsiri zəif olduğu üçün xoşuna gəlməmişdir. Buna görə də onu tullamaq qərarına gəlmişdir. Sabirabad rayonu, “Padarçöl” ərazisindən aşkar etdiyi çətənə bitkilərini o əkməmiş, həmin çətənə bitkilərinin kim tərəfindən əkilməsi barədə məlumatı yoxdur. Çətənə bitkilərini aşkar etdiyi ərazi gəlişigedişi olmayan, nəzarətsiz ərazi olmuşdur. Şahid5 onun avtomobilində narkotik vasitə olan qurudulmuş marixuana olmasından məlumatı olmamışdır. Marixuananı yalnız şəxsi istifadəsdi üçün qurutmuş, heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 may 2022-ci il tarixdə saat təxminən 20 radələrində iş yoldaşı, polis serjantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PŞ-nin inzibati ərazisində dislokasiya üzrə xidməti avtopatrulla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz kənarında xidmət apararkən boz rəngli “Volkswagen Passat” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının içərisində 2 nəfər şəxsin olduğunu görmüş, həmin vaxt xidməti avtopatrulla dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən sükan arxasında əyləşmiş cavan oğlan onları görən zaman əlində olan politelin paketi arxa oturacağın üzərinə atmış və özünü şübhəli aparmağa başlamışdır. Həmin şəxsin hərəkətləri onlarda maraq doğurduğu üçün nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşıb özlərini təqdim edib sürücüdən və qabaq oturacaqda əyləşərək sonradan maşından düşüb sahilə tərəf gedən qadının şəxsiyyətini təsdiq edən sənədini təqdim etmələrini xahiş etmişlər. Bu zaman hər iki şəxs üzərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığını bildirmişlər. Bundan sonra sürücünün özünü şübhəli aparmasına görə avtomobilində qanunla qadağan olunan əşya və ya predmet gizlətməsindən şübhələndikləri üçün hər iki şəxsi Sabunçu RPİ-nin inzibati binasına gətirmişlər. Polis idarəsində tərəflərindən şübhəli şəxs kimi gətirilmiş şəxslərdən birinin xx.xx.1989-cu il təvəllüdlü Sabirabad rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs olması, digərinin isə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Şahid5 olması müəyyən edildi. RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Faiq İsayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməsə də, idarə etdiyi avtomaşının salonunda arxa oturacağın üzərindən 1 ədəd sellofana bükülmüş kütlə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün özünə məxsus olmasını və içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra avtomaşının salonundan aşkar edilmiş sellofanın içərisindəki kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmiş, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı avtomaşınından aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananın bir qismini də kirayədə yaşadığı Baki şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə küçəsində yerləşən fərdi yaşayış evində gizlətməsini bildirmişdir. Beləliklə, təhqiqatçı Faiq İsayev, iş yoldaşı polis serjantı Şahid1 və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs qeyd etdiyi ünvana getmişlər, mənzilə baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan dolabın üzərində gizlətdiyi içərisində 8 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananı və həmin paketin içərisində açıq vəziyyətdə olan marixuananı könüllü olaraq təqdim etmişdir. Daha sonra bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalara təsdiq olunmuşdur. Təqsirləndirilən şəxsə ərazi üzrə ümumi yoxlamanı həyata keçirdikləri üçün yaxınlaşmışlar. Təqsirləndirilən şəxs 2 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onu və yanındakı şəxsi polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxsin avtomobili də onlar tərəfindən polis idarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs özü xidməti avtomobillə polis idarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığını özü etiraf etmişdir. Şəxsi axtarış və evə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə gizlətdiyi marixuanaları onlara könüllü təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1 və Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 145-147 və 159-161). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 4, massiv 4də qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, yeni sahədə yaşayır. Uzun illərdir, asma xəstəliyindən əziyyət çəkir, bununla bağlı “Tik-Tok” sosial şəbəkəsində asma xəstəliyini müalicə edən xüsusi aparatla şəkil çəkdirərək paylaşım etmiş və “Tik-tok” izləyicilərindən biri, əvvəllər tanımadığı, sonradan adının Elçin olduğunu bildiyi şəxs şəxsi direktinə “Allah şəfa versin” və sair kimi sözlər yazmaqla onunla tanış olmuş, söhbət zamanı ona asma xəstəliyindən qurtulmaq üçün təmiz havada çox olmaq və tez-tez dənizkənarı təmiz havaya çıxmaq lazım olması barədə məsləhətlər vermiş, sonra Elçinlə bir neçə gün bu mövzuda söhbət etmişdir. 10 may 2022-ci il tarixdə Elçin yenidən “Tik-tok” səhifəsinə yazaraq nə işlə məşğul olduğunu soruşduqda ona Zabrat qəsəbəsində yaşadığı evdə olduğunu bildirmiş, həmin vaxt söhbət əsnasında Elçin ona “imkan varsa görüşək, söhbət edək” kimi mesaj yazmış, özünə aptekdən dərman almalı olduğu üçün Elçinə “aptekə gedəcəm, gəl Sabunçu rayon DYPŞ-nin qarşısında görüşüb söhbət edək” demiş, həmin gün saat təxminən 17 radələrində Elçinlə dediyi yerdə görüşərək ona məxsus olan markasını sonradan bildiyi boz rəngli “Volkswagen Passat” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmiş və onlar söhbət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən dənizin sahilinə getmiş, dəniz kənarında olan zaman evdə akvariumda balıq saxladığı üçün maşından düşərək yerdən balıqqulağı yığmağa başlamış, bu zaman Elçin maşında əyləşərək telefonla oynamış, həmin vaxt PPX-nin işçiləri onlara yaxınlaşıb Elçinlə söhbət etmiş və Elçinin hansısa hərəkətindən şübhələnərək onları Sabunçu RPİ-nə gətirmiş, polis idarəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində barəsində tutma qərarı qəbul edilmiş və videoçəkilişlə xanım polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, baxış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, lakin “Tik-tok” sosial şəbəkəsində tanış olduğu Elçin adlı şəxsin avtomaşınından narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Elçinlə heç bir yaxın münasibəti olmamış, Elçinin narkotik vasitə istifadəçisi və ya satışı ilə məşğul olmasını bilməmiş, ümumiyyətlə, aralarında bu barədə söhbət olmamış, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Elçinin idarə etdiyi avtomaşında arxa oturacağın üstündə narkotik vasitənin olmasından məlumatı olmamış, bu barədə sonradan, yəni polis idarəsində bilmiş, Təqsirləndirilən şəxs birinci dəfə görmüş, onu normal insan kimi qəbul etmiş və tanımış, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir (cild 1, iş vərəqə 131-133). Cinayət işinin materiallarında olan “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təhqiqatçı Faiq İsayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, idarə etdiyi “Volkswagen Passat” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif etmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdyi “Volkswagen Passat” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində göy rəngli sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş və qeyd olunmuş avtomobildə arxa oturacağının üzərində saxladığı göy rəngli üzərində “Red Blu” və “King Size” yazısı olan, digər hissəsi qırmızı rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torbanın içərisinə baxış keçirilərkən ot halında narkotik vasitə olan marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün Sabirabad rayonunda tanımadığı şəxsdən aldığını və aşkar olunmuş narkotik vasitənin bir hissəsinin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, nömrəsiz evdə olduğunu bildirmişdir. Baxış zamanı avtomobilin digər hissəsindən başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdyi “Volkswagen Passat” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərindən aşkar edilərək götürülmüş, göy rəngli üzərində “Red Blu” və “King Size” yazısı olan, digər hissəsi qırmızı rəngli sellofan torba qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Həmin baxışın və götürmə prosesinin videogörüntüsünün əks olunduğu 1 ədəd CD disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 33-34). Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, nömrəsiz evə baxış keçirilərkən təhqiqatçı Faiq İsayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, mənzilində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif emişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan paltar dolabının üzərində göy rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan marixuana olmasını bildirmiş və könüllü olaraq dolabın üzərində saxladığı göy rəngli sellofan torbanı təqdim etmiş, həmin torbaya baxış keçirildikdə içərisində narkotik vasitə olan marixuanaya bənzər ot kütləsi, 8 ədəd kibrit qutusunda ayrıayrılıqda narkotik vasitə olan marixuanaya bənzər ot kütləsi və 1 ədəd elektron tərəzi olması aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs mənzilindən aşkar olunaraq götürülmüş göy rəngli sellofan torbanın içərisində olan ot kütləsinin narkotik vasitə olan marixuana olmasını və Sabirabad rayonundan tanımadığı şəxsdən aldığını, kibrit qutusunda olan narkotik vasitəni isə satmaq məqsədilə qablaşdırdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, nömrəsiz evin mənzilindəki yataq otağındakı paltar dolabının üzərindən aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə olan marixuanaya bənzər ot kütlələri və 1 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Həmin baxışın və götürmə prosesinin videogörüntüsünün əks olunduğu 1 ədəd CD disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 36-37). Cinayət işinin materiallarında olan “videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 10 may 2022-ci il tarixdə saat 22:30-da qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış avtomobil şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus “Volkswagen Passat” markalı **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobildir. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Faiq İsayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, idarə etdiyi “Volkswagen Passat” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif etmişdir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdyi “Volkswagen Passat” markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində göy rəngli sellofanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş və qeyd olunmuş avtomobildə arxa oturacağının üzərində saxladığı göy rəngli üzərində “Red Blu” və “King Size” yazısı olan, digər hissəsi qırmızı rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torbanın içərisinə baxış keçirilərkən ot halında narkotik vasitə olan marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, şəxsi istifadəsi üçün Sabirabad rayonunda tanımadığı şəxsdən aldığını və aşkar olunmuş narkotik vasitələrin bir hissəsinin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, nömrəsiz evdə olduğunu bildirmişdir. Baxış zamanı avtomobilin digər hissəsindən başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdyi “Volkswagen Passat” markalı, **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərindən aşkar edilərək götürülmüş, göy rəngli üzərində “Red Blu” və “King Size” yazısı olan, digər hissəsi qırmızı rəngli sellofan torba qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 154). Cinayət işinin materiallarında olan “videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 11 may 2022-ci il tarixdə saat 00:30-da qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, nömrəsiz evin otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Faiq İsayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, mənzilində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif etmişdir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan paltar dolabının üzərində göy rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan marixuana olmasını bildirmiş və könüllü olaraq dolabın üzərində olan göy rəngli sellofan torbanı təqdim etmiş, həmin torbaya baxış keçirildikdə içərisində sellofanda və 8 ədəd kibrit qutusunda ayrıayrılıqda narkotik vasitə olan marixuanaya bənzər ot kütləsi və 1 ədəd elektron tərəzi olması aşkar edilmişdir. Sorğu zamam şübhəli şəxs mənzilindən aşkar olunaraq götürülmüş göy rəngli sellofan torbanın içərisində olan ot kütləsinin narkotik vasitə olan marixuana olmasını və Sabirabad rayonundan tanımadığı şəxsdən aldığını, kibrit qutusunda olan narkotik vasitəni isə satmaq məqsədilə qablaşdırdığını bildirmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən başqa bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, nömrəsiz evin mənzilindəki yataq otağındakı paltar dolabının üzərindən aşkar edilərək götürülmüş, içərisində narkotik vasitə olan marixuanaya bənzər ot kütlələri və 1 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmamışdır. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 155). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəmə-Kimyəvi Ekspertizasının 11 may 2022-ci il tarixli 7/467 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi...” yazılar və imzalar olan qırmızı rəngli polietilen bağlamadakı 1 ədəd qırmızı rəngli polietilen torbada təmiz çəkisi 1035 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazılar və imzalar olan 1 ədəd göy rəngli polietilen bağlamadakı təmiz çəkisi 480 qram, həmin bağlamada 1 ədəd seliefon torbanın içərisində 8 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,661 qram, 3,545 qram, 3,919 qram, 3,907 qram, 3,929 qram, 3,152 qram, 3,088 qram və 3,922 qram olan bitki mənşəlli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 1544,123 qramdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş 1 ədəd qırmızı rəngli bağlamada, yaşadığı ünvandan götürülmüş 1 ədəd göy rəngli bağlamada və 4 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə öz aralarında eynidir, qalan dörd ədəd kibrit qutusunda olan marixuanalardan fərqlənir. Təqdim edilmiş həmin göy rəngli bağlamadakı 1 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri və izləri yoxdur (Qeyd: marixuananın ümumi təmiz çəkisi 1544,123 qram, tədqiqata istifadə olundu 0,05 qram, qalıq 1543, 623 qram, cild 1, iş vərəqə 67-69). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18 may 2022 il tarixli 2580 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 171-172). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, tədqiqatdan sonra qalıq çəkisi 1543,623 qram olan marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs avtomobilinə və fərdi yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 173-187). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 140-141). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 165-170). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 15). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 12 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 116-118). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 may 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş tədqiqatdan sonra qalıq çəkisi 1543,623 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs avtomobilinə və fərdi yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş tədqiqatdan sonra qalıq çəkisi 1543,623 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs avtomobilinə və fərdi yaşayış evinə baxış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar