Məhkəmə qərarları › İş №1(101)-1456/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1456/2025

15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1456/2025 15.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X3 ibarət tərkibdə, Qasımova Sevinc Mayıl qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə verəcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, qrup üzvləri arasında əldə olunmuş ümumi razılığa əsasən 2025-ci ilin fevral ayında xatırlamadığı tarixdə qrupun üzvü “Əli” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qoyduğu bir ədəd sellofan bağlamada təmiz çəkisi 175,186 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş külli miqdarda narkotik vasitə heroin və bir ədəd sellofan bağlamada təmiz çəkisi 291,688 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İİ) daxil olan külli miqdarda psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 14:25-də Yasamal rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nərticəsində ünvan 3 ünvanda küçədə saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 175,186 qram həmin narkotik vasitə heroin və bir ədəd sellofan bağlamada təmiz çəkisi 291,688 qram həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən Yasamal rayonunun ərazisində olarkən saxlanılmışdır. Tutulduqdan sonra Yasamal Rayon Polis İdarəsinə aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmet olmamışdır. Narkotik vasitə olan heroindən istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Metamfetamini isə ilk dəfə polis idarəsində görmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir göstərilməmişdir. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda anası ilə birlikdə yaşayır. Subaydır, heç bir yerdə işləmir. Küçələrdə dəmir yığıb satmaqla məşğul olur. Təxminən 3-4 il müddətdir ki, el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin və “patı” kimi tanınan psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 14:25 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində olan zaman mülki geyimdə özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra bildiyi üç nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsinin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı ilə ona video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olubolmamağı soruşulmuşdur. Həmin vaxt o, əlindəki içərisində bir ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamin olan qara rəngli sellofan torba və özünə məxsus bir ədəd üzərində ***-***-**-** saylı GSM nömrə olan “Redmi” markalı mobil telefonunu masanın üzərinə qoymuşdur. Təqdim etdiyi sellofan torba açıldıqda içərisindən iki ay əvvəl, yəni 2025-ci ilin fevral ayında xatırlamadığı tarixdə İran İslam Respublikası vətəndaşı “Əli” adlı tanışının Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qoyduğu xatırlamadığı yerdən götürdüyü bir ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamin aşkar edilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, təqdim etdiyi əşyalardan başqa üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Bundan sonra onun təqdim etdiyi bir ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamin və mobil telefonu içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni iki ay əvvəl, yəni 2025-ci ilin fevral ayında xatırlamadığı tarixdə İran İslam Respublikası vətəndaşı “Əli” adlı tanışının qoyduğu xatırlamadığı yerdən götürdüyünü və Əlinin deyəcəyi ünvanlara qoyacağı müqabilində ona gördüyü işin əvəzində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin verəcəyini bildirmişdir. Etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin X1 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs 3 aprel 2025-ci ildə, saat 14:30 radələrində Yasamal rayonunun ərazisində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə aparılmışdır. Əməliyyat tədbirində bölmənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirak etmişlər. Saxlanılarkən o, tək olmuşdur. Saxlanılarkən şəxsə fiziki təzyiq göstərilməmişdir. İdarədə vəkilin iştirakı ilə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı 2 ədəd qara sellofana bükülmüş heroin və metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs istifadəçi olduğunu söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin X2 əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə 3 aprel 2025-ci ildə Şahid1 məlumat daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Qrupun digər üzvü Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs 3 aprel 2025-ci il tarixdə Yasamal rayonunun ərazisində saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. İdarədə vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı 2 ədəd qara sellofana bükülmüş heroin və metamfetamin aşkar olunmuşdur. Şəxsə qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 03 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə idarəyə məlumat daxil olmuşdur. Bununla bağlı dərhal əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri o, Şahid1 və Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs ünvan 5 ünvanının qarşısında saxlamışlar. Daha sonra narkotik vasitələrin istifadəsində, daşınmasında və satışında şübhəli bildikləri üçün Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinə aparmışlar. Xidməti otaqda vəkilin iştirakı ilə çəkiliş aparılmış və üzərində olan qara sellofandan iki büküm yəni, dediyinə görə biri heroin, digəri isə metamfetamin olan narkotik vasitələr aşkar olunmuşdur. Narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 aprel 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadə etməsində əsaslı şübhələr olan Təqsirləndirilən şəxs Yasamal rayonu, A.Ağayev 18 ünvanının qarşısında saat 14:25 radələrində saxlanılaraq 14:40 radələrində Yasamal Rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, i/v 09). “Şübhəli şəxsin tutulması haqqında” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 20). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 aprel 2025-ci il tarixli protokola aid olan 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu “şəxsi axtarış və götürmə aparılması haqqında” qərarla tanış edilmiş, daha sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən son Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan paketin içərisindən 02 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamaları və sol əlində saxladığı mobil telefonu masanın üzərinə qoymuşdur. Təqdim olunan bağlamalar açılıb baxılan zaman bir ədəd bağlamanın içərisində qəhvəyi rəngli maddə olması, digərinin içərisində isə ağ rəngli kristalşəkilli maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin “kakos” adlanan narkotik vasitə olduğunu, ağ rəngli kristalşəkilli maddənin “patı” adlanan psixotrop maddə olduğunu, həmin maddələri “Əli” adlı İran vətəndaşından əldə etdiyini, həmin şəxslə “whatsapp” proqramı ilə özünə məxsus ***-***- **-** saylı mobil nömrə ilə əlaqə saxladığını, həmin şəxsin “whatsapp” vasitəsilə narkotik vasitələrin qoyulduğu yeri ona göndərdiyini və bu formada gedib götürdüyünü bildirmişdir. Üzərindən aşkar olunan bağlamaları da bu formada təxminən 2 ay bundan əvvəl əldə etdiyini və həmin İranlı şəxsin dediyi ünvana qoymaq üçün apardığını bildirmişdir. Əldə etdiyi maddələrə görə hər hansı ödəniş etmədiyini, əvəzində İranlı şəxsin ona da həmin maddələrdən özü üçün götürməyə icazə verdiyini bildirmişdir.(cild 1, i/v 31-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2025-ci il tarixli, 6/1265 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Şübhəli şəxs (imza) Abdulgəlimov...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 291,688 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 175,186 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,0 manat təşkil edir (cild 1, i/v 39-45). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, i/v 58). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-277/2025 nömrəli, 05 aprel 2025ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 78- 82). Əşyaya baxış keçirilməsi haqqında 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd mobil telefon Redmi markalı olmaqla **********01465, **********01473 imeli kodludur. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil telefon ona məxsusdur. Telefonda ***-***-**-** saylı mobil nömrəni işlədir.”Əli” adlı şəxslə Wotsapp ani mesajlaşma proqramında danışdığını, onun +**********99 saylı mobil nömrəsini telefonda “Ali” adı ilə qeyd etdiyini, “Əli” adlı şəxslə aralarında olan danışıqları sildiyini bildirmişdir. Bundan sonra telefonun qalereya bölməsində iş üçün əhəmiyyət kəsb edən fotoşəkil, video aşkar edilməmiş, telefonun Wotsapp, Tiktok bölmələrinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, sms və s. məlumatlar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs “Əli” adlı şəxslə aralarında narkotik vasitə və psixotrop maddə alış-verişi ilə bağlı danışıqlar aparıldığını, onunla bağlı bütün məlumatları sildiyini bildirmişdir(cild 1, i/v 85-86). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilib. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76 maddəsinə əsasən 02 ay 18 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad olunub. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilib. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında AR MM-nin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 01 il 02 ay hissəsi 6 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilib (cild 1, i/v 117-119). 15 may 2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı sim, ***-***-**-** saylı cin mobil nömrələrinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, SMS-lərin siyahısı, abunəçilərə dair məlumatların götürülməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarına əsasən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli BKC/LGL-5008/25 nömrəli məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamış, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 8878 nömrəli məktubda ***-***-**-** saylı mobil nömrənin müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi, bu səbəbdən xx.xx.2025-xx.xx.2025-ci il müddətində istifadəsinin aşkar edilməməsi qeyd edilmiş, məktuba əlavə edilmiş bir ədəd diskə isə tərəfimdən baxış keçirilmiş, baxış zamanı qeyd edilən müddət ərzində müxtəlif mobil nömrələr arasında telefon danışıqları aparması müəyyən olunmuş, diskdə “517747946_SMS.txt”, “**********46.txt”, “abuneciler.xlsx” və “antenna.xlsx” adlı fayllar aşkar edilmiş, həmin fayllara baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: - “517747946 SMS.txt” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 17:28:43-dən xx.xx.2025-ci il tarixdə saat 15:12:23-dək olan zaman intervalında müxtəlif mobil nömrələr arasında mesajlar aparılması müşahidə olunsa da, həmin faylda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi; - “**********46.txt” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 00:03:43-dən xx.xx.2025-ci il tarixdə saat 14:02:14-dək olan zaman intervalmda müxtəlif mobil nömrələr arasında telefon danışıqları aparılması müşahidə olunsa da, həmin faylda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi; - “abuneciler.xlsx” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs anası X4ma məxsus olması, həmçinin həmin mobil nömrə ilə danışıqlar aparılan mobil nömrələrin sahiblərinin anket məlumatları müşahidə olunsa da, həmin faylda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilmədi; - “antenna.xlsx” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrənin sonuncunun polis əməkdaşları tərəfindən saxlanıldığı xx.xx.2025ci il tarixdə saat 14:25-dən bir neçə dəqiqə əvvəl, yəni xx.xx.2025-ci il tarixdə saat 14:02də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən “Altes Plaza”nın yaxınlığını koordinatında, yəni Yasamal rayonu ərazisində yerləşən anten dairəsində olması müşahidə olunmuşdur (cild 1, i/v 138-139). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin xx.xx.2025-ci il tarixli 3136 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 147-148). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 1842 saylı komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v 155-156). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bağlamada təmiz çəkisi 175,186 qram narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada təmiz çəkisi 291,688 qram psixotrop maddə metamfetamin, bir ədəd “Redmi” markalı mobil telefon, bir ədəd DVD disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 175,086 qram narkotik vasitə heroin, 291,588 qram psixotrop maddə metamfetamin, bir ədəd “Redmi” markalı mobil telefon saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş və bir ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i/v 158-166). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi xaric edilməli, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə ilk əvvəl Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddə verəcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, qrup üzvləri arasında əldə olunmuş ümumi razılığa əsasən 2025-ci ilin fevral ayında xatırlamadığı tarixdə qrupun üzvü “Əli” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qoyduğu bir ədəd sellofan bağlamada təmiz çəkisi 175,186 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd sellofan bağlamada təmiz çəkisi 291,688 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımasına dair ittiham elan olunsa da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmin “Əli” adlı şəxslə məhz narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etməsini, narkotik vasitələrin satışı ilə əlaqədar əvvəlcədən əlbir olmasını və buna dair razılıqlarının olmasını təsdiq edə biləcək hər hansı sübutu iş materiallarına əlavə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, əməlin belə tövsif edilməsi üçün iki və ya daha çox şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması məqsədilə əvvəlcədən sövdələşmələri, törətdikləri əməl üzrə müəyyən nəticələrin əldə olunması niyyətilə birgə hərəkətlər etmələri müəyyən edilməli, cinayətin törədilməsində iki və ya daha çox şəxsin qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində iştirak etmələri müəyyən edilməlidir. Yalnız mötəbər sübutlarla bu hallar müəyyən edildikdə, hətta qabaqcadan əlbir olmuş qrupa və ya mütəşəkkil dəstəyə daxil olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri bu və ya digər səbəblərdən mümkün olmadıqda, qrupun və ya mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərmiş bir şəxs də CM-in 234.4.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Belə ki, Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən "cinayətin təkrar törədilməsi”, "qabaqcadan əlbir olan bir qrup şəxs” və "mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Narkotik vasitə və ya psixotrop maddə ilə əlaqədar qanunsuz hərəkətlər satış məqsədi olmadan, lakin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əməlin CM-in 234.4.1-ci maddəsində göstərilən əlamət üzrə tövsif edilməsi istisna olunsa da, CMin 61.1.3-cü maddəsi həmin xüsusatın (cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını tələb edir. Hazırki işin hallarını tədqiq edərək məhkəmə hesab edir ki, şəxsiyyəti naməlum olan İran İslam Respublikasının vətəndaşının şəxsiyyəti müəyyən edilərək ifadəsinin alınmadığı, onunla təqsirləndirilən şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin satışına dair qabaqcadan razılıqlarının olmasını təsdiq edən hər hansı yazışmanın, telefon danışığının və ya digər sübutun olmadığı halda sadəcə təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşının göndərdiyi həmin narkotik vasitələrdən və psixotrop maddələrdən ona şəxsi istifadəsi üçün verəcəyi müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlməsini göstərməsinə istinad edərək onun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə ittiham elan edərkən həm də ona məxsus mobil telefonun kontaktlar bölməsində İran İslam Respublikasının mobil operatoruna məxsus olan +**********99 saylı mobil nömrənin “Ali” adı ilə qeyd edilməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, həmin mobil nömrənin təqsirləndirilən şəxsə məxsus mobil telefonun kontaktlar bölməsində aşkar edilməsi onun İran İslam Respublikasının vətəndaşı olan “Əli” adlı şəxslə məhz narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı razılığının olmasına, onlar arasında bununla bağlı qabaqcadan əlbirliyin olmasına dəlalət edən hər hansı xüsusata rast gəlinməmişdir ki, bu da mobil nömrənin kontaktlar bölməsində aşkar edilməsi əsasında şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham verilməsini istisna edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və həmin maddə ilə verilmiş ittiham ehtimallara və formal mülahizələrə əsaslandığından həmin maddə ittihamdan xaric edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində qanunsuz predmet olmadığını, narkotik vasitə olan heroindən istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını və metamfetamini ilk dəfə polis idarəsində gördüyünü bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikasının CM-in 234.4.3-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə- beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetamin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 aprel 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 03 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 175,086 qram narkotik vasitə heroin və 291,588 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 03 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 175,086 qram narkotik vasitə heroin və 291,588 qram psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 81,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar