Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1457/2021 29.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orla təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu Xırmandalı kəndində pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsi ev 17-də yaşayan və barəsində həbs qətimkan tədbiri seçilərək, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, bir ədəd sellofan paketin içərisində ümumi təmiz çəkisi- 685,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə etməklə daşımış, 27 mart 2021-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X2 əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada üstünə baxış keçirilən zaman, onun əlində olan bir ədəd sellofan paketin içərisində 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 455,0 qram, 230,0 qram, ümumi təmiz çəkisi- 685,0 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilirək, ifadəsində göstərmişdir ki, o tutulmazdan 2 gün əvvəl, 24 aprel 2021-ci il tarixdə avtomobillə yol qəzası törətmişdi və buna görə də həmin vaxtlar Nizami rayon Polis İdarəsində barəsində araşdırma aparılırdı. Həmin polis idarəsinin əməkdaşı ondan alkoqolizlə əlaqədar sənəd hazırlayıb gətirməyini istəmişdi. O da 26 aprel 2021-ci ildə axşam saatlarında dostuyla birgə sənədi vermək üçün polis idarəsinə getdilər. Bu vaxt polis idarəsinin təqribən 6 əməkdaşı ona yaxınlaşdı və üzərində narkotik olduğunu bildirdilər. Həqiqətən də üzərində sol cibimdə təqribən 0,6-1 qram narkotik vasitə olan tiryək var idi. Həmin narkotik vasitəni, həmin vaxtlar taksi sürücü kimi işləyirdi və avtomobilinə əyləşmiş bir sərnişinim vermişdi. Daha sonra polis əməkdaşlarından xahiş etdi ki, yanındakı dostu taksi sürücüsüdür və onun narkotiklə heç bir əlaqəsi yoxdur, onu buraxsınlar. Onu buraxdılar. Sonra onu polis idarəsinin içərisinə apardılar və orada işgəncəyə məruz qaldı və bu barədə şikayət də etdi və 1 ay sonra onu ekspertizaya da aparsalar da, işgəncə izləri artıq getmişdi. Ona edilən təzyiqlərə dözə bilmədiyi üçün ona verdikləri sənədlərin hamısını imzaladı. Bundan sonra onlar məcbur etdilər ki, videoçəkiliş zamanı narkotik vasitəni iranlı bir şəxsdən 150 manata aldığını və onu Kapital Bankın yanından götürdüyünü desin və o da dedi. Onda tərəzi olmayıb. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o əvvəl Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində baş əməliyyat müvəkkili kimi işləyirdi. Hal-hazırda həmin polis idarəsinin İstintaq Şöbəsində müstəntiq kimi işləyir. Bakı şəhərində yaşayan «Nail» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumat daxil olmuşdu. Həmin əməliyat məlumatını yoxlamaq məqsədi ilə 27 mart 2021-ci il tarixdə o və həmkarı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdu. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində gecə vaxtı Nizami rayonu B.Nuriyev küçəsi ərazisində zahiri əlamətləri «Naiİ» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdilər və onu Nizami rayon Polis İdarəsinə dəvət etdilər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üstünə videoçəkiliş apanlmaqla baxış keçirməmişdən əvvəl ona təklif edildi ki, üstündə hər hansı qeyri-qanuni nə varsa, onları təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində saxladığı 1 ( bir) ədəd sellofan paketin içərisində olan 02 ədəd sellofan bükümündə olan kütləni və bir ədəd elektron tərəzini çıxardaraq təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi kütlə tiryəkdir, onu Nizami rayonu ərazisindən ünvanını və anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almış, daşıyaraq üstündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə tiryək bükümü və bir ədəd elektron tərəzi zərfə qablaşdırılaraq möhürlənib götürüldü. Müvafiq protokol tərtib olundu və həmin protokolu imzaladı, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olundu. Saxlanılan və üzərində baxış keçirilən zaman ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun verilən ittihamla təqsirli olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından, ifadəsini inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İbtidai istintaqda Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, o 2-3 ilə yaxındır ki, narkotik vasitə olan tiryəkin qəbulu ilə məşğul olurmuş. 27 mart 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxslə əlaqə saxlayaraq öncədən aralarında olan razılığa əsasən saat 03 radələrində ünvan 5 ünvanın qarşısında yaşıllıq sahədən sellofan paketin içində olan iki ədəd bükümdə 685 qram narkotik vasitə tiryəki götürüb həmin yerə 150 manat pul qoyaraq üzərində, yəni əlində saxlamış və həmin ərazidən bir qədər aralandıqdan sonra saat 03 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduğunu bildirərək, onu Nizami RPİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən ona hüquq-vəzifələri izah edilməklə video çəkiliş aparılacağı bildirilməklə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən o, üzərində saxladığı sellofan bükümündə olan narkotik vasitə tiryəki və bir ədəd tərəzini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan 2 ədəd sellofan bükümlərdəki kütlə tiryəkdir, onu Nizami rayonu ərazisindən ünvanını və anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almışdır. Bundan sonra ondan götürülmüş narkotik vasitə tiryəkin bükümləri zərfə qablaşdırılaraq DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cinayət işində olan 27 mart 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6/1200 saylı 27 mart 2021 -ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə iki ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi- 455,0 qram; 230,0 qram, ümumi təmiz çəkisi - 685.0 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir- biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf'-in siyahısına (Sİyahı İ) daxildir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər aşkar edildi. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tiryək ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: tiryəkin təmiz çəkisi 685 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 684,9 qram. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 2135 saylı 01.07.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Məcburi müalicəyə əks göstərişi yoxdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət iində olan Təqsirləndirilən şəxs narkotik vasitə tiryəkin aşkar edilib götürülməsi barədə 27 mart 2021-ci il tarixdə Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı Fəxri İsmayılov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əlində saxladığı 01 ədəd sellofan paketin içərisində olan 02 ədəd sellofan bükümün içərisində narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi olmaqla çıxardaraq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə tiryəkdir. Həmin narkotik vasitə tiryəki özü üçün istifadə etməkdən ötrü tanımadığı şəxsdən almışdır. Cinayət iində olan “DVD” diskə baxış keçirilməsi haqqında 01 may 2021 -ci il tarixli protokoldan görsənir ki, 27 mart 2021-ci il tarixdə saat 04:30 radələrində Nail Ahşovun ona edilmiş təklifə əsasən əlində saxladığı 01 ədəd sellofan paketin içərisində olan 02 ədəd sellofan bükümün içərisində narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi olmaqla çıxardaraq təqdim etməsi, sorğu zamanı Nail Ahşovun təqdim etdiyi maddə narkotik vasitə tiryək olmasını, həmin narkotik vasitəni özü üçün istifadə etməkdən ötrü əvvəllər tanımadığı şəxsdən almasını bildirməsi müşahidə olunur. Əlavə olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə olan narkotik vasitənin aşkar edildiyi şəxs özü, yəni Təqsirləndirilən şəxsdur. Məhkəmə təqsirləndirilən şəxs Alışov X3а cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən tюrədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işndə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısınının Xırmanlı kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.07.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 mart 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab etməsini, qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına qalıq çəkisi tədqiqatdan sonra 684,9 qram qalmış narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Nizami RPİ-nin maddi sübutların saxlanılması kamerasına qalıq çəkisi tədqiqatdan sonra olan 684,9 qram qalmış narkotik vasitə tiryək və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1457/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1457/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver