Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1458/2021 19.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X8 və X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri X25 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Emil oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1950-ci il tarixdə Göyçay rayonunun Alpaud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və həmin cəmiyyətin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Yeni Saray qəsəbəsində yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CinayətMəcəlləsinin 311.3.2-ci, 193-1.2.2-ci, 193-1.2.3-cü və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasının əvvəli 04 fevral 2021-ci il tarixdən hesablanmaqla 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzanın 8 (səkkiz) ay 14 (on dörd) gününü çəkmiş, azadlıqdan məhrum etmə cəzasının 7 (yeddi) il 9 (doqquz) ay 16 (on altı) günü çəkilməmiş qalan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində təkrar istəyərək təkrar almış, cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirib cinayət yolu ilə əldə edilmiş pul vəsaitini təkrar leqallaşdırmış, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində 02.11.2010-cu il tarixdə ********** VÖEN-lə qeydiyyatdan keçirilməklə təsis edilmiş və hüquqi ünvanı ünvan 3 il tarixdən direktoru, 15.05.2014-cü il tarixdən isə eyni zamanda 100 faiz təsis payı ilə təsisçisi olmaqla, həmin cəmiyyətin 02.11.2010-cu il tarixdə qeydiyyata alınmış Nizamnaməsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin “c” bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni işə qəbul olunması üçün müraciət etmiş Bakı şəhər sakini Şahid1 rəhbərlik etdiyi Cəmiyyətdə fakt araşdırıcı vəzifəsinə işə götürəcəyi müqabilində, özü və rəhbərlik etdiyi Cəmiyyət üçün birbaşa yolla şəxsən maddi nemət olan pulu Şahid1 rüşvət qismində istəyərək almaq məqsədilə törədəcəyi həmin cinayət əməlini pərdələmək, cinayət yolu ilə əldə edildiyini bilə-bilə qeyd olunan məbləğin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, dolayısı ilə almış olduğu rüşvəti guya ianə adı altında rəsmiləşdirmək məqsədilə Cəmiyyətin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində təsdiq olunmuş nizamnaməsində göstərilmədiyi halda 500 manat məbləğində maddi neməti Cəmiyyətin kassasına köçürəcəyi halda onu işə götürəcəyini qeyd edib Şahid1 ilə 2019-cu ilin oktyabr ayında ünvan 4 ünvanda yerləşən ofisdə xidməti otağında görüşərkən, Şahid1 qeyd olunan vaxtda və yerdə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə şəxsən rüşvət qismində istəyib sövdələşdikdən sonra 2019-cu ilin oktyabr ayında cinayətdən xəbərsiz qardaşı Şahid5 vasitəsi ilə işlədiyi ofisdə qeyd olunan pul vəsaitini Şahid1 almış, bundan sonra aldığı rüşvətin qarşılığında 1 noyabr 2019-cu il tarixdə qəbul etdiyi 142 saylı əmrlə Şahid1 rəhbərlik etdiyi cəmiyyətdə Bakı ərazi Regional nümayəndəliyi üzrə fakt araşdırıcı vəzifəsinə təyin etməklə ümumilikdə 500 manat məbləğində maddi nemət olan pul vəsaitini xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində şəxsən istəyərək qeyrisi vasitəsilə almış, həmin əməli ilə öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə, yəni rüşvət almaqla əldə etdiyini bilə-bilə qeyd olunan 500 manat pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə guya Şahid1 tərəfindən rəhbərlik etdiyi Cəmiyyətə yardım (ianə) adı ilə ödənilməsinə nail olmaqla, yəni maliyyə əməliyyatları həyata keçirmək yolu ilə pul vəsaitlərini leqallaşdırmışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrar vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni işə qəbul olunması üçün müraciət etmiş Abşeron rayon sakini Şahid2 rəhbərlik etdiyi Cəmiyyətdə fakt araşdırıcı vəzifəsinə işə götürəcəyi müqabilində, özü və rəhbərlik etdiyi Cəmiyyət üçün birbaşa yolla şəxsən maddi nemət olan pulu Şahid2 rüşvət qismində istəyərək almaq məqsədilə törədəcəyi həmin cinayət əməlini pərdələmək, cinayət yolu ilə əldə edildiyini bilə-bilə qeyd olunan məbləğin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, dolayısı ilə almış olduğu rüşvəti guya ianə adı altında rəsmiləşdirmək məqsədilə Cəmiyyətin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində təsdiq olunmuş nizamnaməsində göstərilmədiyi halda 500 manat məbləğində maddi neməti Cəmiyyətin kassasına köçürəcəyi halda onu işə götürəcəyini qeyd edib sonuncu ilə 2019-cu ilin oktyabr ayında ünvan 4 ünvanda yerləşən ofisdə xidməti otağında görüşərkən, Şahid2 qeyd olunan tarixdə və yerdə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində şəxsən istəyib sövdələşdikdən sonra 1 noyabr 2019-cu il tarixdə qəbul etdiyi 141 saylı əmrlə Şahid2 rəhbərlik etdiyi cəmiyyətdə Bakı ərazi Regional nümayəndəliyi üzrə baş fakt araşdırıcı vəzifəsinə təyin etmiş və 2019-cu ilin dekabr ayında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar sonuncudan cinayətdən xəbərsiz qardaşı Şahid5 vasitəsi ilə işlədiyi ofisdə ümumilikdə 500 manat məbləğində maddi nemət olan pul vəsaitini rüşvət qismində təkrar almış, həmin əməli ilə öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə, yəni rüşvət almaqla əldə etdiyini bilə-bilə qeyd olunan 500 manat pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə guya Şahid2 tərəfindən rəhbərlik etdiyi Cəmiyyətə yardım (ianə) adı ilə ödənilməsinə nail olmaqla, yəni maliyyə əməliyyatları həyata keçirmək yolu ilə pul vəsaitlərini təkrar leqallaşdırmışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrar vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni işə qəbul olunması üçün müraciət etmiş Bakı şəhər sakini Şahid3 rəhbərlik etdiyi Cəmiyyətdə fakt araşdırıcı vəzifəsinə işə götürəcəyi müqabilində özü və rəhbərlik etdiyi Cəmiyyət üçün birbaşa yolla şəxsən maddi nemət olan pulu Şahid3 rüşvət qismində istəyərək almaq məqsədilə törədəcəyi həmin cinayət əməlini pərdələmək, cinayət yolu ilə əldə edildiyini bilə-bilə qeyd olunan məbləğin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, dolayısı ilə almış olduğu rüşvəti guya ianə adı altında rəsmiləşdirmək məqsədilə Cəmiyyətin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində təsdiq olunmuş nizamnaməsində göstərilmədiyi halda 500 manat məbləğində maddi nemətin Cəmiyyətin kassasına köçürüləcəyi halda onu işə götürəcəyini qeyd edib, sonuncu ilə 20.12.2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən ofisdə xidməti otağında görüşərkən, Şahid3 qeyd olunan tarixdə və yerdə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində şəxsən istəyib sövdələşdikdən sonra, həmin tarixdə işlədiyi ofisdə qeyd olunan pul vəsaitini almış, bundan sonra aldığı rüşvətin qarşılığında sınaq müddətini keçdikdən sonra 08 may 2020-ci il tarixdə qəbul etdiyi 35 saylı əmrlə Şahid3 rəhbərlik etdiyi cəmiyyətdə Bakı ərazi Regional nümayəndəliyi üzrə fakt araşdırcı vəzifəsinə təyin etməklə ümumilikdə 500 manat məbləğində maddi nemət olan pul vəsaitini xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə şəxsən rüşvət qismində təkrar istəyərək almış, daha sonra cinayət əməlini davam etdirərək öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini bilə-bilə qeyd olunan pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə guya Şahid3 tərəfindən rəhbərlik etdiyi Cəmiyyətə yardım (ianə) adı ilə ödəmə edilməsi kimi tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədi, yəni "xxxx" MMC-yə 500 manat pul ödənilməsi barədə 20 dekabr 2019-cu il tarixli GİF/2 № 044294 Seriya №-li qəbzi ünvan 4 ünvanında yerləşən qeyd olunan ofisdə tərtib edib baş mühasib və rəhbər kimi imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı törətməklə maliyyə əməliyyatları həyata keçirilməsi yolu ilə təkrar pul vəsaitlərini leqallaşdırmış, daha sonra cinayətkar əməlini davam etdirərək eyni niyyətlə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid3 həmin MMC-də mühasib vəzifəsinə təyin etməyə görə 8 iyul 2020-ci il tarixdə öz xidməti otağında sonuncudan birbaşa yolla özü üçün maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini təkrar rüşvət qismində istəyib almaqla, Şahid3 08.07.2020-ci il tarixli 45 nömrəli əmrlə "xxxx" MMC-nin mühasibi vəzifəsinə təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin həm təisiçisi, həm də direktoru olmuş və nizamnaməyə uyğun olaraq işləmişdir. MMC 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçərək yaradılmış, 2012-ci ilin yanvar ayından isə o, MMC-də direktor kimi işləmişdir. Həmin vaxt cəmiyyətin təsisiçisi Fəzail Orucov olmuş, 2014-cü ilin mayında Fəzail Rusiyaya getdiyi üçün cəmiyyəti ona satmış, həmin Cəmiyyətin 100 % paylarını alıb təsisçi olmaqla həmin vaxtdan Cəmiyyətin həm təsisçisi, həm də baş direktoru olmuşdur. Cəmiyyətin Bakı şəhərində, həmçinin Şəki, Göyçay, Xaçmaz, Lənkəran və Qəbələ rayonlarında regional nümayəndəlikləri olmuşdur. Həmin nümayəndəliklərin əməkdaşlarını o, direktor kimi əmək müqaviləsi bağlamaqla əmrlə işə qəbul etmişdir. Cəmiyyətin mərkəzi ofisi Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, bina 30/14, 3-cü mərtəbə, 4-cü otaqda yerləşmişdir. Cəmiyyətin əsasnaməsinə uyğun olaraq MMC əməkdaşlarının xüsusi işçi geyimi, hər bir əməkdaşın xidməti vəsiqəsi olmuşdur. Cəmiyyətin əsas məqsədi vətəndaşlara hüquq və vəzifələrinin həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olmuşdur. Bu məqsədlə cəmiyyətin əməkdaşları sahibkarların, istehsalçıların fəaliyyəti ilə bağlı araşdırma aparmış, obyektdə səliqə-sahman yaradılması, nöqsanların aradan qaldırılması haqqında məsləhətlər vermiş və bunun üçün də xidmət haqqı almışlar. MMC-nin əməkdaşları sahibkarlıq subyektlərinə müqavilə əsasında ödənişli xidmət göstərmişlər. Bəzən isə sahibkarlıq obyekti ödəniş çox olduğuna görə bir il müddətinə müqavilə bağlamaq istəməmiş, lakin 3 ay müddətində ona xidmət göstərmələrinə razılıq verib daha az ödəniş etmişlər. Belə olan halda regional şöbələrin əməkdaşları rəsmi qəbz yazıb təqdim etmişlər, toplanmış pul vəsaitləri cəmiyyətin kassasına mədaxil edilmişdir. Hər ayın axırında yığılan xidmət haqqlarını işçilər hesabat əsasında idarəyə təhvil vermişdir. Qardaşı Çingiz təqaüddə olduğu üçün arada idarəyə gəlib ona köməklik etmiş, Çingiz idarənin işçisi olmamışdır. Sadəcə ona idarədə köməklik etmiş, pullar və qəbzlər yığıldıqdan sonra işçilərin bankda olan hesablarına maaş və lazımi dövlət rüsumları, o cümlədən icarə haqqı ödənilmiş, mühasib vəzifəsini də özü icra etmişdir. 2017-2018-ci illərdə əsasnaməyə uyğun olaraq işə qəbul olunan işçilərin 500 manat məbləğində cəmiyyətin hesabına ianə haqqı ödəməsini tələb etmişdir. Bu zaman əsas məqsəd o olmuşdur ki, işçi işə götürüləndə bir-iki ay ərzində heç bir xidmət haqqı toplaya bilməmiş, cəmiyyət də həmin ianə haqqına görə işçinin vergisini, sosial haqqını və gündəlik benzin, yemək pulunu ödəmişdir. Həmin ianə haqqları Cəmiyyətin “X21” ASC-nin “Əcəmi” filialında adına olan bank hesabına köçürülmüşdür. Bu barədə işçiyə qəbz verilmiş, ianə haqqı işə girmək istəyən işçinin razılığı ilə ödənilmişdir. Əgər işçi ianə haqqını ödəməzsə, onların ilk əmək haqqlarını, vergi və sosial ödənişlərini cəmiyyət ödəməli olmuşdur. Cəmiyyət isə özü-özünü maliyyələşdirən təşkilat olduğu üçün buna maddi imkanı çatmamış, ona görə də işə girən işçilər cəmiyyətə ianə haqqı ödəmişlər. Bəzi hallarda isə şəxslərin maddi imkanı olmadığı halda onlar ianə haqqı ödəməmiş, bəzən də işçilər ianə haqqını hissə-hissə ödəyib qəbzlərini almışlar. Təqsirləndirilən şəxs ifadəsinə görə, Şahid3 dayısı Azər Binnətova görə tanımış, belə ki, Azər onun yanında hüquq şöbəsinin müdiri işləmişdir. Arzu həqiqətən Cəmiyyətə könüllü olaraq 500 manat ianə haqqı köçürmüş, buna görə də Şahid3 qəbz vermiş, lakin Şahid1 və Şahid2 Cəmiyyətə pul köçürmələrini xatırlamır, pul köçürüblərsə belə, onlara da qəbz verilmiş və həmin pul da onların özlərinə xərclənmiş, yəni onlara iş forması tikilmiş və sınaq müddətində həmin şəxslərə xərclənmişdir. Şahid3 Cəmiyyətdə mühasib vəzifəsinə sonuncunun qohumu Azər Bünyatovun xahişi ilə təyin etmişdir, buna görə o, heç kəsdən, o cümlədən Şahid3 pul almamışdır. 2020-ci ilin sentyabr ayında o, Arzu barədə polisə şikayət etmiş, buna görə də, Arzu ondan qisas almaq qərarına gəlib ona şər atmışdır. Özü kimi digər iki qadını da öyrədib istintaq vaxtı üzünə qoymuşdur. Halbuki, birinci dəfə barəsində aparılmış cinayət işi üzrə 31 nəfər şikayətçi olmuş, həmin şəxslərin də hamısı məhkəmə vaxtı ərizə verib şikayətlərini geri göiürmüşlər. Buna baxmayaraq, həmin iş üzrə məhkəmə ona 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2019-cu ilin oktyabr ayından 7-8 ay ərzində "xxxx" MMC-də baş fakt araşdırıcı vəzifəsində çalışmışdır. Həmin dövrdə digər MMC əməkdaşları kimi onun da xüsusi geyim forması və xidməti vəsiqəsi olmuşdur. Cəmiyyətin əsas funksiyası sahibkarlara hüquqi yardım göstərməkdən ibarət olmuşdur. O, MMC-yə iş üçün müraciət edərkən Təqsirləndirilən şəxs qəbulunda olmuş, sonuncu, həmin vaxt işə qəbul üçün əvvəlcədən 500 manat ianə haqqı ödəməli olduğunu, işdən çıxarkən isə həmin pulu geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ona deməsinə görə, həmin 500 manat iş forması tikdirmək üçün lazım olmuş, o da, Təqsirləndirilən şəxsla razılaşmışdır. İşə qəbul olunduqdan 1 ay sonra 500 manat pulu Təqsirləndirilən şəxs qardaşı Çingizə vermiş, sonuncu da, bir neçə gündən sonra ona həmin pulun ödənilməsinə dair qəbz vermişdir. Sonradan o, həmin qəbzi itirmişdir. Təqsirləndirilən şəxs həmin pula iş forması tikdirəcəyini deməsinə baxmayaraq, iş formasını sonradan özü tikdirmişdir. İşdən çıxarkən isə Təqsirləndirilən şəxs onun pulunu geri qaytarmamış, o da, pulunu geri istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019-cu il dekabr ayında o, iş üçün 3-cü mkr. bazarının yanında yerləşən “City Mall” ticarət mərkəzindəki "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs müraciət etmişdir. Sonuncu, ona əsasnaməyə uyğun olaraq MMC-nin əməkdaşlarının xüsusi geyim forması, hər bir əməkdaşın xidməti vəsiqəsi olduğunu, cəmiyyətin əsas məqsədinin vətəndaşlara hüquq və vəzifələrini həyata keçirməyə köməklik etmək olduğunu, bu məqsədlə cəmiyyətin əməkdaşlarının sahibkarların, istehsalçıların fəaliyyəti ilə bağlı araşdırma apardığını, qanunsuzluq faktlar, nöqsanlar aşkar etdiklə dövlət qurumlarına, məsələn, Vergilər Nazirliyinə, X13 Agentliyinə məlumat verdiklərini, qanunvericilik çərçivəsində sahibkarlıq obyektlərinə müqavilə əsasında xidmət göstərdiklərini, xidmət göstərilməsinin ödənişli əsaslarla həyata keçirildiyini bildirmişdir. O, işləmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ona 500 manat ianə haqqı ödəməli olduğunu demişdir. Aralarında razılıq olduğundan 500 manat pulu şəxsən Təqsirləndirilən şəxs otağında sonuncuya vermiş, Təqsirləndirilən şəxs da ona kassa mədaxil orderinin qəbzini vermişdir. Sonra Təqsirləndirilən şəxs onu digər otaqda olan qardaşı Şahid5 baş mühasib, Dövlət Biyabani adlı qadını isə kadrlar şöbəsinin müdiri kimi təqdim etmiş, onun işə qəbul olunması ilə bağlı sənədləri hazırlanmağı tapşırmışdır. 2020-ci ilin yanvar ayının 6-dan araşdırıcı stajor kimi fəaliyyətə başlamış, əmri həmin ilin may ayında verilmiş, səyyar iş prosesi ürəyincə olmadığına görə Təqsirləndirilən şəxs müraciət edərək MMC-də idarə daxilində ona iş verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yaxın günlərdə yeni ştat açılacağını və onu mühasib vəzifəsinə keçirəcəyini bildirmişdir. O, Zeynala mühasib işləyə bilməcəyini, mühasib işindən heç bir anlayışı olmadığını demiş, sonuncu isə, ona narahat olmamağı, bir nəfərin ona işi öyrədəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mühasib vəzifəsinə təyin edilməyi üçün ondan 2.000 manat pul istəmişdir. O, mühasibin əmək haqqının nə qədər olacağını soruşduqda, Təqsirləndirilən şəxs mühasib kimi ayda 1.000 manat əmək haqqı alacağını demiş, o da, verilən təkliflə razılaşmışdır. 2020-ci ilin iyul ayında əmək müqaviləsi bağlanan gün Təqsirləndirilən şəxs xidməti otağında şəxsən onun özünə 2.000 manat pul vermiş və əmək müqaviləsi bağlanaraq MMC-nin mühasibi vəzifəsinə təyin edilmişdir. Daha sonra Alidə adlı xanım ona mühasiblik işini öyrətməyə başlamış, avqust ayında isə ona bildirmişdir ki, MMC tərəfindən işçilərə görə sosial ödənişlər edilməsə, mühasib kimi məsuliyyət onun üzərində qalacaqdır. Buna görə də o, avqust ayında Təqsirləndirilən şəxs işçilərin sosial ödənişlərini ödəməsini təklif etmiş, Təqsirləndirilən şəxs da ona ödəyəcəyini desə də, heç bir ödəniş etməmişdir. Bundan sonra o, məsuliyyətin öz üzərində qalacağını görüb işdən çıxmaq qərarına gəlmiş, bu barədə ərizə yazıb Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs MMC-də qeyri-rəsmi mühasibatlıq işlərini yerinə yetirən qardaşı Şahid5 “Koronavirus infeksiyası” ilə əlaqədar dövlət tərəfindən verilmiş 5400 manat məbləğində pulu 16 nəfər işçi arasında bölərək, hər birinin əmək haqqı kartına köçürdükdən sonra həmin pulların müəyyən hissəsini işçilərdən nağd şəkildə geri almış, o, Şahid5 hərəkətinin qanunsuz olduğunu görüb buna etiraz etmiş və həmin vaxt işdən çıxmağı ilə bağlı ərizə yazsa da, Təqsirləndirilən şəxs onu işdən azad etməmişdir. Oktyabr ayında o, işçilərin sosial ödənişlərinin ödənməsini yenidən Təqsirləndirilən şəxs demiş, sonuncu da, həmin pulun özünə məxsus olduğunu bildirərək ona sənədləri imzalamağı, əks halda onu pul oğurluğu ilə şərləyib tutduracağını demişdir. O da, 01 noyabr 2020-ci ildə MMC-də işçilərin “vatsap” qrupuna səs ataraq, işçilərə sosial ödənişlərin yalnız 2020-ci ilin iyul ayında ödənildiyini, digər aylarda isə ödənilmədiyini bildirmiş və 2020-ci ilin oktyabr ayının 22-dən sonra işə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, "xxxx" MMC 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçərək yaradılmışdır. O, rəsmi olaraq həmin cəmiyyətdə işləməsə də, arabir ofisə gedib qardaşı Təqsirləndirilən şəxs köməklik etmişdir. Cəmiyyətin Bakı, Şəki, Göyçay, Xaçmaz, Lənkəran və Qəbələdə regional nümayəndəlikləri olmuşdur. Cəmiyyətin əsas məqsədi vətəndaşlara hüquq və vəzifələrinin həyata keçirilməsində köməklik göstərmək olmuşdur. Cəmiyyət sahibkarlıq obyektlərinə müqavilə əsasında ödənişli xidmət göstərmişdir. Bəzən də elə olmuşdur ki, sahibkarlar ödəniş çox olduğuna görə bir il müddətə müqavilə bağlamaq istəməmiş, lakin 3 ay müddətində ona xidmət göstərmələrinə razılıq verib daha az ödəniş etmişlər. Belə hallarda əməkdaşlaı qəbz yazıb təqdim etmiş və pul vəsaitləri cəmiyyətin kassasına mədaxil edilmişdir. O da, cəmiyyətin ofisində qardaşı Təqsirləndirilən şəxs köməklik etmiş, işçilər yığdığı pulları ona, Dövlət xanıma və ya Zeynal müəllimin özünə təhvil vermişlər. Hər ayın axırlarında işçilər yığılan xidmət haqqlarını hesabat əsasında idarəyə təhvil vermiş, pullar və qəbzlər yığıldıqdan sonra işçilərin bankda olan hesablarına maaş və lazımi dövlət rüsumları, o cümlədən icarə haqqı ödənilmişdir. "xxxx" MMC-də işə qəbul olunan zaman heç kim hər hansı məbləğdə pul, o cümlədən ianə haqqı ödəməmiş, bəzi hallarda işçilər işə girən zaman Cəmiyyətə kömək məqsədi ilə ianə haqqı kimi pul ödəmişdir. O, Şahid1 və Şahid2 ona pul verməsini xatırlamır. Arzu Əsədova isə ümumiyyətlə yalan danışır, o da, nə işə girərkən ianə haqqı kimi, nə də sonradan mühasib vəzifəsinə təyin olunarkən nə ona, nə də qardaşı Zeynala pul verməmişdir. Arzu bu cür ifadələri ilə onu, əsasən də qardaşı Zeynalı şərləyir. X66 Zeynalı tutdurduqdan sonra özü həmin MMC-ni adına keçirmiş, hazırda həmin MMC-ni Arzu işlədir. əgər sonuncular ona pul veriblərsə belə, həmin pul cəmiyyətə kömək məqsədi ilə verilib və buna görə də onlara rəsmi qaydada Zeynal müəllim tərəfindən qəbz verilib. Heç bir halda Ulduz və Xanım ona başqa məqsədlə pul verməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2012-ci ilin yanvar ayından "xxxx" MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. Cəmiyyətin Bakı, Şəki, Göyçay, Xaçmaz, Lənkəran və Qəbələdə regional nümayəndəlikləri olmuş, nümayəndəliyə əməkdaşlar cəmiyyətin direktoru Təqsirləndirilən şəxs əmri əsasında işə qəbul edilmişlər. Əsasnaməyə uyğun olaraq, MMC əməkdaşlarının xüsusi işçi geyimi, hər bir əməkdaşın xidməti vəsiqəsi olmuşdur. Cəmiyyətin əsas məqsədi vətəndaşlara hüquq və vəzifələrinin həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olmuşdur. Fəaliyyətləri dövlət orqanları ilə əməkdaşlığa əsaslanmış və sahibkarlıq obyektlərinə müqavilə əsasında ödənişli xidmət göstərmişlər. Özü "xxxx" MMC-də işə qəbul olunan zaman heç kimə hər hansı məbləğdə pul, o cümlədən ianə haqqı ödəməmişdir. Bəzi hallarda işçilər işə girən zaman Cəmiyyətə kömək məqsədi ilə ianə haqqı kimi pul ödəmiş, lakin həmin pullar da ödəniş edən şəxsin özünə müəyyən məqsədlər üçün xərclənmişdir. Maddi imkanı olmayan işçilər ianə haqqı ödəməmişlər, bəzi hallarda işçilər Zeynal müəllimin göstərişi əsasında pul ona verilmiş, o da, mədaxil qəbzi yazıb pulla birlikdə qəbzi Zeynal müəllimə təhvil vermişdir. Arzu Əsədovanın, Şahid1 və Şahid2 Zeynal müəllimə hər hansı məqsədlə pul vermələrinin şahidi olmamışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, o, 2019-cu ilin aprel ayında iş tapmaq məqsədilə "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxsla görüşmüş, sonuncuya Cəmiyyətdə işləmək istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs ona işə qəbul edilərkən 500 manat ianə haqqı ödəməli olduğunu, işdən azad edildiyi halda həmin pulun geri qaytarılacağını demiş, o da, Təqsirləndirilən şəxsla razılaşmışdır. O, iş üçün geyim forması tikdirib işə çıxmağa hazır olduqdan sonra Təqsirləndirilən şəxs ondan 500 manat pulu istəmiş, o da, 500 manat pulu Təqsirləndirilən şəxs yanında qardaşı Şahid5 vermişdir. Çingiz ona kassa mədaxil orderinin qəbzini vermiş, 1 ay sonra isə fakt araşdırıcı kimi işə başlamışdır. Onun işi sahibkarlara hüquqi xidmət göstərməkdən ibarət olmuş, buna görə müqavilə əsasında sahibkarlardan göstərilən xidmətə görə 5-20 manat arası qəbzlə pul alınmışdır. Həmin pulun 40 faizi nağd şəkildə fakt araşdırıcıya, 60 faizi isə Təqsirləndirilən şəxs verilmişdir. 2020-ci ilin avqust ayından o, əmək haqqını plastik kartı vasitəsi ilə almışdır. Sonradan Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış, sonuncu, ondan aldığı 500 manata görə verilən qəbzi ondan, həm də digər işçilərdən geri yığmışdır. Həmin ilin noyabr ayında Zeynal ondan xidməti vəsiqəsini almış və işdən azad edildiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs işə daxil olarkən verdiyi 500 manatı geri tələb etdikdə, sonuncu, onun pulunu qaytarmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs işə götürdüyü hər bir şəxsdən «ianə haqqı» adı ilə pul almış, elə şəxslər olmuşdur ki, vəzifələrini dəyişmək üçün onlardan 1000-2000 manat pul almışdır (cild 2, iş vərəqi 219-221). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 01 noyabr 2019-cu il tarixli 141 №-li və 142 №-li əmrlərin surətlərindən görünür ki, Şahid2 və Şahid1 01 noyabr 2019-cu il tarixdə "xxxx" MMC-nin Bakı ərazi Regional nümayəndəliyi üzrə baş fakt araşdırıcı və fakt araşdırıcı vəzifələrinə təyin edilmişlər (cild 2, iş vərəqi 53, 57). İş materiallarına əlavə edilmiş 08 may 2020-ci il tarixli 35 №-li əmrin surətindən görünürki, Şahid3 08.05.2020-ci il tarixdə "xxxx" MMC-nin Bakı ərazi Regional nümayəndəliyi üzrə fakt araşdırıcı vəzifəsinə təyin edilmişdir (cild 2, iş vərəqi 46). Cinayət işinə əlavə edilmiş 08 iyul 2020-ci il tarixli 45 №-li əmrin surətindən görünür ki, Şahid3 08.07.2020-ci il tarixdə "xxxx" MMC-nin Bakı ərazi Regional nümayəndəliyi üzrə fakt araşdırıcı vəzifəsindən azad edilərək həmin MMC-nin mühasibi vəzifəsinə təyin edilmişdir (cild 2, iş vərəqi 45). İş materiallarına əlavə edilmiş 20 dekabr 2019-cu il tarixli GİF/2 № 044294 Seriya №-li kassa mədaxil orderindən görünür ki, 20.12.2020-ci il tarixdə Şahid3 Cəmiyyətə kömək məqsədi ilə 500 manat məbləğində ianə haqqı kimi pul ödəmişdir (cild 2, iş vərəqi 16). Cinayət işinə əlavə edilmiş 17.01.2012-ci il tarixli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 28). "xxxx" MMC-nin nizamnaməsinin surətindən görünür ki, həmin Cəmiyyət 02.11.2010-cu il tarixdə qeydiyyata alınmış və təsisçisi Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 25-27). Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 1(101)-207/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də işləmiş X19, X26, X6, X14, X9, X27, X10, X28, X2, X38, X15, X39, X29, X16, X40, X11, X52, X12, X3, X20, X30, X31, X32, X7, X17, X33, X18, X34, X4, X41 və X1 ianə adı altında təkrarən rüşvət istəyib alması, cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən istifadə etməklə maliyyə əməliyyatları həyata keçirib cinayət yolu ilə əldə edilmiş pul vəsaitini təkrarən leqallaşdırması və vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməsinə görə Azərbaycan Respublikası CM-nin 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə təqsirlini bilinərək məhkum edilmişdir (cild 2, iş vərəqi 101-151). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 248). İbtidai istintaq orqanının 23 iyun 2021-ci il tarixli qərarı ilə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə, "xxxx" MMC-də işə düzəlmək üçün ödədikləri pul məbləği müqabilində Şahid3 adına tərtib olunmuş mədaxil qəbzi, eləcə də Şahid3, Şahid1 və Şahid2 işə qəbul olunmaları barədə əmrlərin surətləri, o cümlədən Şahid3 mühasib vəzifəsinə təyin edilməsi ilə bağlı əmrin surəti iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir cild 2, iş vərəqi 152- 166). Məhkəmə iclasında Təqsirləndirilən şəxs işə düzəlmək üçün müraciət etmiş şəxslərdən pul almadığını, "xxxx" MMC-yə işə düzəlmiş şəxslərin pulu cəmiyyətə kömək məqsədi ilə ianə haqqı kimi ödədiklərini, həmin pulların qəbul olunmuş işçinin vergisinə, sosial ödənişlərinə, yemək və benzin xərclərinə ödəndiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxsin həmin mövqeyini məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 313-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza nəzərdə tutulduğundan ona əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin ahıl yaşda olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.2, 193- 1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmə əsasən azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 04 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 16-cı bəndində məhkəmələrə tövsiyyə olunur ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən, məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddələri ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən çox ola bilməz. Qeyd olunan Qərarda həmçinin izah olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti, sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla, axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə görə, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan əsas və əlavə cəzalar Cinayət Məcəlləsinin 66.3, 66.4 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin ediləcək əsas və əlavə cəzalara qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti cəzalar təyin olunmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı 19 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - "xxxx" MMC-də işə düzəlmək üçün ödədikləri pul məbləği müqabilində Şahid3 adına tərtib olunmuş mədaxil qəbzi, eləcə də Şahid3, Şahid1 və Şahid2 işə qəbul olunmaları barədə əmrlərin surətləri, o cümlədən Şahid3 mühasib vəzifəsinə təyin edilməsi ilə bağlı əmrin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə olunması təklif edilən pul və ya digər əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 311.3.2, 193-1.2.2, 193-1.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Zeynal Məmmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) il 9 (doqquz) ay 16 (on altı) günü hazırkı hökm üzrə təyin olunmuş əsas və əlavə cəzalara qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, kommersiya müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutlar - "xxxx" MMC-də işə düzəlmək üçün ödədikləri pul məbləği müqabilində Şahid3 adına tərtib olunmuş mədaxil qəbzinin, Şahid3, Şahid1, Şahid2 işə qəbul olunmaları barədə əmrlərin surətlərinin, Şahid3 mühasib vəzifəsinə təyin edilməsi ilə bağlı əmrin surətinin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə olunması təklif edilən pul və ya digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1458/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1458/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver