Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1458/2023 18.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oglu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,382 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, 09 fevral 2023-cü il tarixdə həmin psixotrop maddə metamfetaminin 1,107 qram çəkidə olan hissəsini Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 68B ünvanında tanışı Şahid1 20 manat pul müqabilində satmış, 13 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Nizami Rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb ünvan 3 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən onun satdığı 1,107 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq o, 14 fevral 2023-cü il tarixdə, saat 12:30 radələrində Nizami Rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən ünvan 5 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb ünvan 3 ünvanında yerləşən Nizami Rayon Polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,473 qram, 0,410 qram və 0,392 qram, ümumi təmiz çəkisi 1,275 qram miqdarda ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş itiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yox, 234.1-ci maddəsi ilə təqsirli bilir. O, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitə olan “heroin”-i yaşadığı ərazidə “Malik” adlı şəxsdən alırmış. “Malik” adlı şəxsdən “heroin”-in 1 qramını 40 manata alırmış. O, narkotik vasitədən çəkmək yolu ilə istifadə edir. Lakin, o, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Belə ki, 14 fevral 2023-cü il tarixdə Nizami rayonu, M.Şərifli küçəsində yaşadığı ünvanın yaxınlığında olan zaman iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər və polis idarəsinə dəvət etmişlər. Polis əməkdaşları ona fiziki təzyiq göstərərək narkotik vasitəni üzərinə qoymuşlar. O, ilk dəfə tutulduğu üçün hüquqlarını bilmirmiş, buna görə də protokola imza çəkmişdir. Onu döyən polis əməkdaşlarının adları yadında deyil, lakin onlar şahid qismində məhkəmədə ifadə verməyə gələn zaman o onları görüb hansının onu döydüyünü deyə biləcək. O, edilən fiziki təzyiqlə bağlı heç bir orqana müraciət etməmişdir. Aldığı xəsarətlərlə bağlı başında şiş yaranmışdır. İstintaq Təcidxanasında başında yaranan şişlə bağlı heçnə soruşulmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq zamanı ifadəsini təzyiq altında verdiyindən ifadəsini təsdiq etmir. Şahid1 onun dostu deyil. Onunla heç bir əlaqəsi yoxdur. Şahid1 40 yaşında o isə 21 yaşındadır. İstintaq zamanı imzaladığı izahatı polis əməkdaşları ona oxutdurmuşdur. Həmin izahatda da X1 adı çəkilirmiş. O, Şahid1 psixotrop maddə olan metamfetamin verməmişdir. O, edilən fiziki təzyiqlə bağlı heç bir orqana müraciət etməmiş, o, bağlı qapı arxasından müraciət edə bilməmiş, həmçinin müraciəti hara necə edəcəyini də bilmirmiş. İttham aktında qeyd olunur ki, Nəcəfqulu onunla futbol oynayanda tanış olmuşdur. 40 yaşında Şahid1 1 il əvvəl onla necə futbol oynaya bilərmiş. Elan olunmuş cinayət işinin 82-83-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, protokolu oxumadan imzalamışdır. Elan olunmuş cinayət işinin 101-102-ci vərəqələrində olan üzləşdirmə barədə protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza ona məxsusdur. O, protokolu oxumadan imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 84-85-ci vərəqələrində olan izahatında, 98-99 və 114-116-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... İnstagram sosial şəbəkəsində Tohid adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirmiş. Təxminən 2 ay əvvəl Tohid adlı şəxsin verdiyi hal-hazırda xatırlamadığı kart hesabına 5 qram psixotrop maddə metamfetamin almaq üçün 100 manat pul köçürmüşdür. Bundan sonra Tohid adlı şəxs həmin psixotrop maddəni kimliyini bilmədiyi şəxs tərəfindən Zabrat qəsəbəsində halhazırda xatırlamadığı yerə qoymuşdur. Bu üsulla narkotik vasitə və ya psixotrop maddə almağa öz aralarında “zaklatka” deyirlər. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün almışdır. 9 fevral 2023-cü il tarixdə əvvəldən tanıdığı Nəcəfqulu adlı şəxs ona zəng edərək psixotrop maddə metamfetaminə ehiyacı olduğunu bildirmişdir. Metamfetamin olduğunu demiş və istədiyi təqdirdə 20 manat müqabilində ona sata biləcəyini demiş, Nəcəfqulu onunla razılaşıb 9 fevral 2023-cü il tarixdə günorta saatlarında yaşadığı, ünvan 8 ünvanının yaxınlığında görüşmüşlər və İran vətəndaşı olan Tohid adlı şəxsdən aldığı metamfetaminin bir hissəsini 20 manat müqabilində Nəcəfquluya satmışdır. Nəcəfquluya satdığı metamfetamindən 5-6 manat gəlir əldə etmişdir. Qalan metamfetamini isə arada istifadə etmək üçün öz üzərində saxlamışdır. Şahid1 3-4 ildir ki, tanıyır. Onunla normal münasibəti var. 14 fevral 2023-cü il tarixdə Nizami rayonu, M.Şərifli küçəsində yaşadığı ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər və narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək şübhəli şəxs qismində polis idarəsinə dəvət etmişlər. Həmin vaxt üzərində psixotrop maddə metamfetamin olduğundan şübhə bildirməmək üçün dərhal onların dəvətini qəbul edərək onlarla birlikdə polis idarəsinə getmişdir. Həmin vaxt üzərindəki metamfetamini atmaq istəsə də bunun mümkün olmayacağını gördüyü üçün fikrindən daşınmışdır. Polis idarəsində olarkən xidməti otaqlann birində olan zaman hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, polis əməkdaşı tərəfindən üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 03 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin bükümdəki maddələrin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. ...Həmin psixotrop maddənin bir qismini satmaq üçün, bir qismini isə şəxsi istifadəsi üçün almışdır. Şahid1 ümumilikdə 1 dəfə 09 fevral 2023-cü il tarixdə 20 manat müqabilində bir büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin satmışdır. Nəcəfquludan başqa heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar ona məxsusdur. O, izahatı və protokolları oxumadan imzalamışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2-3 ildir narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni işlədiyi restorandakı maaşıyla alır. Lakin restoran rəhbərliyi onun narkotik vasitə istifadəçisi olmağını bilmir. O, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Çünki o narkotik vasitəni Təqsirləndirilən şəxs almamışdır. 13 fevral 2023-cü il tarixdə günorta Nizami rayonunda iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra onu polisə dəvət etmişlər. O, Polis Bölməsinə dəvət olunan zaman şalvarının cibində narkotik vasitə olduğunu bilmirmiş. Polis Bölməsində onun cibində narkotik vasitə olması bilinmişdir. O, cibində olan narkotik vasitəni Zabrat qəsəbəsində “Şəmi” adlı şəxsdən almışdır. O, təzyiq altında olduğundan narkotik vasitəni Təqsirləndirilən şəxs almağına dair ifadə vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, Rəşadla birlikdə həbs olunmamışdır. O, Rəşadın niyə həbs olunduğunu bilmir. Ondan neçə müddət sonra Rəşadın həbs olunmasını bilmir. İstintaq zamanı Rəşadla aralarında üzləşdirmə olmuş, orada ona sual verilməmişdir. Polis əməkdaşları demişdir ki, narkotiki aldığı şəxsin adını deyərkən kimin adını istəyirsə desin. O da Rəşad adlı şəxsdən narkotik vasitə aldığını demişdir. Onun barəsində də istintaq gedir, lakin hələ işə məhkəmə qaydasında baxılmamışdır. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Heç bir xəstəliyi yoxdur, ailəlidir, 35 yaşı var. Onun cinayət işi üzrə müstəntiq Qalib müəllimdir. O, həbs olunmamışdır. O, Polis Bölməsinə çağırılanda üzərində narkotik vasitə yox imiş. Polis Bölməsində cibindən narkotik vasitə çıxmışdır. Rəşadın soyadını bilmir. Təqsirləndirilən şəxs tanıyır. Q.Qarayevdə bir prospektdə yaşamışlar. Ona ifadə verən zaman Rəşadın şəklini göstərməmişlər. Rəşaddan əvvəl hansısa cinayət işində şahid qismində ifadə verməmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 22-ci vərəqəsində olan izahatında, 35-36 və 101-102-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «... 1 il əvvəl Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən stadionda fudbol oyununda olarkən orada Rəşad adlı şəxslə tanış olmuş, həmin vaxtdan Rəşadın narkotik vasitələrdən istifadə etdiyini və tüfeyli həyat tərzi keçirdiyini anlamışdır. Tutulmamışdan 1 həftə əvvəl narkotikə olan tələbatını ödəmək üçün Rəşadın mobil nömrəsinə zəng edib ondan öz şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin istəmişdir. Rəşad ona metamfetamin verə biləcəyini deyib Nizami rayonunda yerləşən “Nizami ATS”in qarşısına gəlməsini və gələrkən də 20 manat pul gətirməyi bildirmişdir. Onunla razılaşaraq həmin yerə gəlib Rəşada 20 manat verdikdən sonra bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini ondan almışdır. Həmin vaxt Rəşaddan ilk dəfə metamfetamin almışdır. ...bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, imzalar ona məxsusdur. İzahatı və protokolu oxumadan imzalamışdır. O, öz cinayət işi üzrə də ifadə verərkən narkotik vasitəni “Rəşad” adlı şəxsdən aldığını demişdir. Məhkəmə iclasında şahid qismində Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili işləyir. 13 fevral 2023-cü il tarixdə Nəcəfqulu adlı şəxsin Nizami rayonu, Ş.Mirzəyev küçəsində üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. 13 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində əməliyyat qrupunun üzvü, əməliyyat müvəkkili, polis leytenantı Şahid3la birlikdə ünvan 9 ünvanın qarşısında məlumatda bildirilən əlamətlərə görə Nəcəfqulu adlı şəxslə rastlaşaraq onu Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin Şahid1 olması müəyyən olunmuş, Şahid1 hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə onun üzərinə baxış zamanı Şahid1 əynindəki cins şalvarının cibindən 1 ədəd bükümü çıxarıb təqdim edib içərisində metamfetamin olduğunu və həmin metamfetamini 9 fevral 2023-cü ildə «Nizami ATS»-in yaxınlığında tanımadığı Rəşad adlı şəxsdən 20 manata aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Əməliyyat-axtarış tədbirlərini davam edərək, 14 fevral 2023-cü ildə saat 12:30 radələrində ünvan 10 ünvanın qarşısında özlərini təqdim edərək Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirmişlər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd şəffaf bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılıb baxıldıqda içərisində ağ rəngli kristal şəkilli maddələr olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, həmin maddələr narkotik vasitədir və özü etiraf etmişdir ki, 9 fevral 2023-cü ildə «Nizami ATS»-in yaxınlığında Nəcəfquluya 20 manata o, özü satmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Şahid1 özü Rəşad adlı şəxs haqqında məlumat vermişdir. Onun verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Şahid1 Rəşad adlı şəxsin yaşadığı ünvanı demiş, onlar da həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Şəxsi axtarış zamanı vəkil iştirak etmişdir. Şahid1 narkotik vasitəni 3 gün ərzində hansı səbəblə üzərində saxladığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid3 13 fevral 2023-cü il tarixli təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, “Nəcəfqulu” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması, əldə etməsi və saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyevin 13 fevral 2023-cü il tarixli, 3-13- 52/Ə87/2023 nömrəli Əmrindən görünür ki, “Nəcəfqulu” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, əldə etməsi və saxlamasına dair etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin X3 əməliyyat müvəkkili, polis leytenantı Şahid3 13 fevral 2023-cü il tarixli raportundan görünür ki, 13 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 56 ünvanının qarşısında narkotik maddələrin və psixotrop təsirli dərmanların qanunsuz dövriyyəsində və istifadəsində şübhəli bilinən Şahid1 saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, Şahid1 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 21-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun kserosurətindən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi teklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, şəffaf sellofana bükülmüş içində ağ rəngli, spesifik iyə malik, kristal halında olan maddəni çıxarıb, narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. Şahid1 bildirmişdir ki, həmin maddəni əvvəllər tanımadığı "Rəşad" adlı şəxsdən özünün istifadəsi üçün Bakı şəhəri, Nizami rayonu, "Nizami ATS” adlanan yerin yaxınlığında, 20 manat müqabilində, təxminən 1 həftə bundan əvvəl əldə etmişdir. Şahid1 götürülmüş 01 ədəd bükümdə, şəffaf sellofana bükülmüş maddə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 25-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 6/894 nömrəli ekspert rəyinin kserosurətinddən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №162" möhür əksi və "Şahid1 üzərindən aşkar olunan maddə..." və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,107 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 47-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Qalib Kərimlinin 15 fevral 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərarından görünür ki, Şahid1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 50-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Qalib Kərimlinin 15 fevral 2023-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirdiyinə görə xx.xx.2023-cü il tarixli HK-1/104 nömrəli material Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə icraatda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işinin 55-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyevin 14 fevral 2023-cü il tarixli, 3-13- 52/Ə88/2023 nömrəli Əmrindən görünür ki, “Rəşad” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 56-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 13 fevral 2023cü il tarixli təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, “Rəşad” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması, əldə etməsi və saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 60-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 5(007)-101/2023 №-li qərarından görünür ki, Nizami RPİ-nin X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli qərarın qanuni hesab edilməsi qərara alınmışdır. Cinayət işinin 61-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin X2 əməliyyat müvəkkili, polis kapitanı Şahid2 14 fevral 2023-cü il tarixli raportundan görünür ki, 14 fevral 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli 80 ünvanının qarşısında narkotik maddələrin və psixotrop təsirli dərmanların qanunsuz dövriyyəsində və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 fevral 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 3 ədəd şəffaf polietilen bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin ayrılıqda içərisinə baxış keçirildikdə hər birində kristal halında maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümlərdəki maddələrin metamfetamin olduğunu, onları İİR vətəndaşından bir qismini şəxsi istifadəsi, bir qismini isə satıb maddi qazanc əldə etmək üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 90-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 6/901 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №162" dairəvi möhür əksi və "Təqsirləndirilən şəxsimza, İştirak etdilər:- iki imza, Qablaşdırıldı: E.Hacıyev-imza..." və s. yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 03 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri-0,473 qram, 0,410 qram, 0,392 qram, ümumi təmiz çəkisi-1,275 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 101-102-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 istintaq dövründə ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq edərək, bir daha bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1,107 qram psixotrop maddə metamfetamini 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 20 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs də Şahid1 dediklərinin doğru olduğunu bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir aşya va ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Bükümlər açılır və bükümlərin içərisində ağ rəngli kristal maddə olduğu görünür. Təqsirləndirilən şəxs taqdim etdiyi bükümün içərisindəki maddənin metamfetamin olduğunu, İran vətəndaşından şəxsən özünün istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs Nəcəf adlı şəxsə 1 büküm narkotik vasitəni 20 manata satdığını, 5-6 manat qazanc əldə etdiyini bildirir. Bükümlərdəki maddələr zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işinin 144-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş 24 fevral 2023-cü il tarixli, 087- 52/2-7377/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 155-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 15 mart 2023-cü il tarixli, 6/1058 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Şahid1 üzərindən aşkar olunan maddə...” qeydli zərfdəki 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin kütləsi ilə “Təqsirləndirilən şəxs...” qeydli zərfdəki 03 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 191-192-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis baş mayoru Xəlil Atakişiyevin 24 may 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinini ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işnin ayrılması və ibtidai istintaqının aparılması qərara alınmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, onda narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən təzyiq olunduğu üçün fərqli ifadə vermiş, onda narkotik vasitə olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Nizami RPİ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olubolmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasındn daxil olmuş məktubdan və məktuba əlavə edilmiş tibb kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman, müayinə zamanı sonuncunun bədən səthində hər hansı yeni xəsarət izi aşkar edilməmiş, sonuncu xəsarət almadığını bildirmişdir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 1(101)-1458/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş – ***-***-**-** mobil telefon nömrəsi ilə 01 yanvar 2023-cü il tarixindən 13 fevral 2023-cü il tarixinə kimi olan müddət ərzində aparılan SMS mətnlərinin açıqlamaları və zənglər haqqında məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə bağlı, "xxxx" MMC-dən 04 avqust 2023-cü il tarixli, BKC/LGL-10037/23 saylı məktubla daxil olmuş CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı aşağıdakı məzmunda telefon danışıqlarının olması müəyyən edilmişdir: -xx.xx.2023-cü ildə saat 20:59:39-a ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “Qaqawim mehledeyemde birden qadan alaram 5diy pati alinar” məzmunlu mesaj; -xx.xx.2023-cü ildə saat 22:09:55-də ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “Qaqaw 10 manat pulum var bir dene yari k goture bilerem 15de sabah saat 2 3 arasi catdiraram” məzmunlu mesaj; -xx.xx.2023-cü ildə saat 23:01:16-da ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə “Qaqa mene cet ayirda nolar” məzmunlu mesaj. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rəşaddan narkotik vasitə almadığını, şəxsi axtarış zamanı ümumiyyətlə üzərində narkotik olub-olmamasını xatırlamadığını bildirmişdir. Cinayət işinin 188-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis baş mayoru Xəlil Atakişiyevin 24 may 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işininin ayrılması haqqında qərarından görünür ki, Şahid1 barəsində qanuna müvafiq qərar qəbul edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işinin ayrılması və ibtidai istintaqının aparılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq 02 avqust 2023-cü il tarixli, 230080102-1221 saylı məktubla daxil olmuş, Şahid1 barəsində istintaqı aparılan cinayət işi üzrə Şahid1 15 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsi protokolundan görünür ki, sonuncu istintaq zamanı verdiyi ifadəsində şəxsi axtarış zamanı üzərindən çıxan narkotik vasitəni Təqsirləndirilən şəxs 20 manat müqabilində aldığını bildirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 1(007)- 457/2023 saylı hökmünə əsasən, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Şahid1 09 fevral 2023-cü tarixdə Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev 68B ünvanın qarşısında Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat pul müqabilində 01 ədəd bükümdə təmiz çəkisi 1.107 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı üçün məhkum olunmuşdur. Həmin hökmdən görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsində bir daha göstərmişdir ki, şəxsi axtarış zamanı üzərindən çıxan narkotik vasitəni Rəşaddan 20 manat müqabilində almışdır. Göründüyü kimi, Şahid1 məhkəmə iclasında verdiyi inkaredici ifadəsi, əvvəldən tanıdığı və münasibətinin olduğu Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün əvvəlcədən planlaşdırılmış formada verilmiş ifadədir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə daxil olan SMS məlumatlarını, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 mart 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 162-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 28 aprel 2023-cü il tarixli 2491 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 14 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 62-ci vərəqəsində olan 14 fevral 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 122-126-cı vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 4(007)-82/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,035 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhküm edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,035 qram psixotrop maddə metamfetamin məhv edilsin. 02 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1458/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1458/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver