Məhkəmə qərarları › İş №1(101)-1458/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1458/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1458/2024 03.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1987-ci ildə tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, işsiz, vətəndaşlığı olmayan, Xaçmaz rayonu, Yalama kəndində qeydiyyatda olub daimi yaşayış yeri Azərbaycan Respublikası olan, hazırda Bakı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında və dini düşmənçilik zəminində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 05 may 2015-ci il tarixdə X7 ilə birlikdə gizliliyi (konspirativliyi) təmin etmək üçün əvvəlcə Azərbaycan Respublikasını Rusiya Federasiyası istiqamətində quru yolu ilə tərk edib həmin ölkənin Krasnodar şəhərindən hava yolu ilə Türkiyə Respublikasına, həmin ölkənin Şanlıurfa vilayətindən isə şəxsiyyətləri ibtidai istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının Tel-Abyad şəhərinə keçərək, həmin ölkənin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilat) tabeçiliyində olan “Tel-Abyad camaatı” adlı sabit silahlı qrupa qoşulmuş və 2015-ci ilin may ayından 2016-cı ilin oktyabr ayınadək X16, X7 və həmin qruplaşmanın üzvləri olan digər Azərbaycan Respublikası vətəndaşları ilə birlikdə “Kalaşnikov” və “Makarov” markalı odlu silahlardan istifadə etməklə Suriya Ərəb Respublikasının Tel-Abyad və Rakka şəhərlərində hərbi təlimlərdə və silahlı münaqişələrdə iştirak etmiş, həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ittihamın mahiyyətinin ona aydın olduğunu bildirib özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib ifadələrində göstərdi ki, 2015-ci ildə Suriya Ərəb Respublikasına getməyinin səbəbi yaşamaq olub. Suriyaya Türkiyə Respublikasının Qaziantep şəhərindən keçmişdir. Suriyaya getdiyi zaman silahlı qrup tərəfindən tutulub üç ay saxlanılmışdır. Tutulmağının da səbəbi hərbçi olmağı olub. Üç aydan sonra orada yaşayan bəzi azərbaycanlıların ona zamin durması nəticəsində buraxılmışdır. Orada da haqsızlıqları görüb Suriyadan çıxmaq qərarına gəlib 2016-cı ildə Türkiyə Respublikasının nəzarətində olan Azay şəhərində fəaliyyət göstərən X21 təslim olmuşdur. Həmin qruplarda da yeddi ay əsir olmuşdur. 21 iyul 2019-cu il tarixdə Suriyanın yeni qurulmuş müvəqqəti hökuməti tərəfindən tutulmuşdur və indiyə kimi azadlığa buraxılmamışdır. Daha sonra kampa təslim olunmuşdur. 2023-cü ilin avqust ayında jandarma tərəfindən Türkiyə Respublikasına gətirilib oradan da Azərbaycan Respublikasına deport olunmuşdur. Azərbaycan vətəndaşlığı olmaya-olmaya hansı səbəblə Azərbaycan Respublikasına deport olunma səbəbini bilmir. 06 avqust 2023-cü il tarixdə o, Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə gətirilib orda da üç gün saxlanılıb sonra da Dövlət Təhlükəsizlik Xidmətinə təhvil verilmişdir. Türkiyədən Azərbaycana deport olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə iş kitapçası təhvil verilmişdi. Vəkili ilə əlaqə saxladıqdan sonra məhkumluğu haqqında sənədlər müstəntiqə verilib. O, Türkiyə Respublikasında “İŞİD” ilə əlaqədar saxlanılsaydı orada onun məhkəməsi olub barəsində hökm verilərdi. O, Suriyanın müharibə olan bölgəsinə getməmişdir. Onu Qaziantep şəhərindən Suriyanın Tələbiyyat şəhərinə türklərin özləri aparırdılar. Tələbiyyat şəhəri “İŞİD”-in nəzarəti altında idi. Həmin şəhərə girən kimi xüsusi təyinatda hərbçi olduğu üçün o, “İŞİD” tərəfindən müxbirliklə ittiham olunaraq tutmuşdur. O, iki-üç dəfə Suriyadan çıxmaq üçün cəhd etsə də, “İŞİD” tərəfindən saxlanılmışdır. O, orada işləməmişdir. Ora gələn mühacirlərə pul verib onların evində gizlin şəkildə yaşamışdır. O, doqquz ay Suriyada gizli şəkildə yaşamışdır, lakin heç bir döyüşdə iştirak etməmişdir. Suriyada onu cəsusluqla əlaqədar tutmuşdular, lakin ona maddə ilə ittiham elan olunmamışdı. Ona zamin durulduğu üçün buraxılmışdır. Heç bir silahlı birləşmədə iştirak etməmişdir, bununla da bağlı heç bir sübut yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərədə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli, törətdiyi əməlindən peşman olduğunu bildirərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 2005-2007-ci illərdə müddətli həqiqi hərbi xidmət zamanı, eləcə də 2010-2012-ci illərdə müddətdən artıq hərbi xidməti zamanı daxili qoşunların “Şahin” xüsusi təyinatlı qüvvələrində xidmət etmiş və həmin dövrlərdə “AK” markalı avtomat, “Makarov” konstruksiyalı tapança, “Qumbaraatan” və digər silah-sursatdan istifadə qaydalarını mənimsəmişdir. O, 2014-cü ildən “cihad” etmək üçün həmin ildə Suriya Ərəb Respublikasına gedərək “İŞlD”ə qoşulmuş həmyerlisi 01 fevral 1988-ci il təvəllüdlü Fərid Ağayevin təsiri ilə “əhli-sünnə” (vəhhabi) məzhəbinə uyğun dini həyat tərzi keçirməyə başlamışdır. Bundan sonra o, 05 may 2015-ci il tarixdə həmin vaxt “İŞİD”in tərkibində olan X11 dəvəti ilə tanışı 18 iyul 1990-cı il təvəllüdlü X7 ilə birlikdə Suriya Ərəb Respublikasına - Fərid Ağayevin yanına getmək məqsədilə sonuncunun bildirdiyi hərəkət marşrutu üzrə “konspirativliyi”- yəni gizliliyi təmin etmək üçün əvvəlcə Azərbaycan Respublikasını quru yolu ilə Rusiya Federasiyası istiqamətində tərk etmiş, həmin ölkənin Krasnodar şəhərindən hava yolu ilə Türkiyə Respublikasının Antalya şəhərinə gedib orada yerləşən otellərin birində üç gün qaldıqdan sonra oradan X17 Ərəb Respublikasına gediş marşrutunun növbəti mərhələsini dəqiqləşdirmək üçün “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə qurmuş, bu zaman Fərid Ağayev onların çeçen miliyyətli bir nəfər bələdçi ilə İstanbul şəhərində “Atatürk” Hava Limanında görüşmələri üçün həmin şəxsin istifadəsində olan avtomobilin fotoşəkilini “WhatsApp” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Bundan sonra o, X1ra bildirdiyi hərəkət marşrutu üzrə hava yolu ilə İstanbul şəhərinə “Atatürk” Hava Limanına getmiş, axşam saatlarında təyyarədən endikdən sonra Hava Limanının ərazisində həmin avtomobili tanıyaraq ona yaxınlaşmışlar. Təxminən 45-47 yaşlarında olan çeçen milliyyətli həmin şəxs onları qarşılayaraq İstanbul şəhərində yerləşən mənzilə gecəni keçirmək üçün aparmış, burada onlar əlavə 7 (yeddi) nəfər şəxsin də olduğunu görmüşlər. Növbəti gün səhər saatlarında həmin çeçen milliyyətli şəxs onları türk milliyyətindən olan digər şəxsə təhvil vermiş, həmin türk milliyyətindən olan şəxs isə onları dövlət qeydiyyat nişanı məlum olmayan “FİAT” markalı mikroavtobusla 14 saat yol getdikdən sonra axşam saatlarında Türkiyənin “Şanlıurfa” ərazisinə gətirib burada ərəb milliyyətindən olan başqa bir bələdçiyə təhvil vermişdir. Ərəb milliyyətindən olan həmin şəxsin evində bir gecə qaldıqdan sonra səhər saatlarında onun bələdçiliyi ilə o, və X12 Respublikasının Suriya Ərəb Respublikası ilə sərhəddini xeyli sayda şəxsdən ibarət qrup halında qaçaq yolla keçmişlər. Bundan sonra onlar əvvəlcə Suriya Ərəb Respublikasının “Tel-Abyad” getmiş, burada şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən onların mobil telefonları və passportları götürüldükdən qadınlar və uşaqları kişilərdən ayırıb başqa istiqamətə aparılmışlar. O, Qədir İskəndərovu isə İslam Dövlətinə (“İŞİD”) mənsub olduqlarını bildirən şəxslər həmin vaxt Suriya Ərəb Respublikasının “İŞİD”in nəzarəti altında olan Rakka şəhərinə aparmışlar. O, 2015-ci ilin may ayından 2016-cı ilin oktyabr ayına qədər həmin vaxt “İŞlD”in nəzarəti altında olan Suriya Ərəb Respublikasının Tel-Abyad və Rakka şəhərlərində olmuşdur. Təqsirləndirilən şəxs “İŞİD”in nəzarətində olan ərazilərdə olduğu müddətdə istifadəsində “Kalaşnikov” markalı avtomat və “Makarov” konstruksiyalı tapança tipli odlu silahların olmuşdur. Həmin müddətdə “İŞlD”in apardığı silahlı münaqişələrdə Fərid Ağayevin və Qədir İskəndərovun həlak olduqlarını bilmişdir. O, “İŞİD” adlı silahlı qrupun öz nəzarətində olan ərazilərdə yaşayan şəxsləri məcburi qaydada silahlı münaqişələrə cəlb etdiyini, iştirak etmək istəməyənləri isə “xəvaric” (dindən xaric olunmuş) elan edərək edam etdiyini və özünün bütün bunlara dözməyərək 2016-cı oktyabr ayında gizli olaraq “İŞlD”in nəzarətində olan əraziləri tərk edərək Suriya Ərəb Respublikasının digər şəhərlərinə doğru qaçmışdır. Bu zaman Suriya Ərəb Respublikasının Əzaz şəhərinin yaxınlığında “X23”na tabe olan silahlı birləşmələr onu “İŞlD”ə mənsubiyyət səbəbiylə əsir götürmüş və 2016-cı ilin sonlarından 2017-ci ilin may ayınadək Əzaz şəhərində əsir saxlamışdır. 2017-ci ilin may ayında o, saxlanıldığı yerdə olan şəxsiyyəti ibtidai istintaqa məlum olmayan “Abu Ömər” dini ləqəbli şəxsin vasitəsilə əslən azərbaycanlı olan “Abdullah” dini ləqəbli şəxslə əlaqə qurmuş, sonuncu onun “X18” “X19 Paşa” adlı qolu vasitəsilə sərbəst buraxılmasına nail olmuşdur. Bundan sonra “X23”nun “X19 Paşa” adlı qolu onu öz aralarına qəbul etmiş və sonuncu 2017-ci ilin may ayından etibarən onların yanında “Əl-Bab” şəhərində yaşamağa başlamışdır. “X19 Paşa” adlı silahlı birləşmə bir müddət Təqsirləndirilən şəxs “İŞİD”ə keçmiş mənsubiyyəti ilə bağlı ehtiyat etsələr də sonradan o, onların rəğbətini qazanmış və 2018-ci ilin mart ayında o, şəxsiyyəti məlum olmayan “Abdullah” dini ləqəbli həmin şəxsin vasitəçiliyi ilə həmin vaxt İdlib şəhərində yaşayan əslən Rusiya Federasiyasından və milliyətcə kumık olan Saniyat adlı qadınla dini nikaha daxil olmuşdur. Bundan bir neçə ay sonra “X23”nun “X19 Paşa” adlı qolu tərəfindən o, yeni qurduğu ailəsi ilə birgə məskunlaşmaq üçün Afrin şəhərinə yerləşdirilmiş və şəxsi təhlükəsizliyi baxımından orada türk silahlı qüvvələri tərəfindən saxlanacağı təqdirdə “İŞİD”ə keçmiş mənsubiyyəti ilə bağlı heç bir şey deməməsi barədə təlimatlandırılmışdır. O da ailəsi ilə birgə Afrin şəhərində bir neçə ay qaldıqdan sonra Türkiyə xüsusi xidmət orqanı olan “MİT” əməkdaşları olduğunu düşündüyü şəxslər tərəfindən ailəsi ilə birgə yaşadığı evdən ünvanını dəqiq bilmədiyi yerə aparılmış, burada keçirilən sorğusu zamanı o, əvvəlcə “İŞİD”ə keçmiş mənsubiyyətini inkar etmiş, buna baxmayaraq həmin şəxslər bu barədə məlumatlı olduqlarını ona dedikdə, Təqsirləndirilən şəxs əlacsız qalıb etiraf etmişdir. Təqsirləndirilən şəxs bundan sonra sərbəst buraxılmış və əvvəlcə geri Afrin şəhərinə qayıtmış, bu şəhərdə artıq insanların bir hissəsinə onun “İŞlD”ə mənsubiyyəti ilə bağlı saxlanılması məlum olduğu üçün orada çox qala bilməyib ailəsi ilə birlikdə 2019-cu ilin yanvar ayında əvvəllər olduğu Suriya Ərəb Respublikasının “Əl-Bab” şəhərinə qayıtmışdır. O, “Əl-Bab” şəhərində ailəsinin maddi təminatını qarşılamaq məqsədilə qazanc əldə etmək üçün bir neçə ay müxtəlif işlərlə məşğul olmuş, 2019cu ilin iyul ayında isə o, yaşadığı ərazilərdə, yəni Suriya Ərəb Respublikasının şimal hissəsində həmin dövlətin qanuni höküməti hesab olunan Bəşər Əsəd” hökümətinə müxalif qüvvələr tərəfindən qurulmuş “qondarma” Müvəqqəti Hökümətin polis qüvvələri tərəfindən tutularaq 3 (üç) il müddətinə həmin ərazidə yerləşən cəza evində saxlanılmışdır. Bundan sonra isə o, 2022ci ilin yanvar ayından etibarən Müvəqqəti Hökümətinin nəzarətində olan Amerna adlı ərazidə deportasiya edilməsi planlaşdırılan şəxslərlə birlikdə saxlanılmağa başlanılmış, orada əslən azərbaycanlı olan Şahid1 ilə tanış olmuş və sonuncu ilə bir neçə ay bir yerdə saxlanıldığı müddətdə ona özünün “İŞİD”da olması, eləcə də həmin vaxtlar şahidi olduğu hadisələr barədə danışmışdır. 2023-cü ilin avqust ayının 7-də isə o, Azərbaycan Respublikasına deportasiya edilmişdir. Şahid1 ifadələrində göstərdi ki, o ,Təqsirləndirilən şəxslə Suriyada tanış olmuşdur. O özü xeyriyyə təşkilatı vasitəsi ilə Türkiyə Respublikasından Suriyaya getmişdir. Suriyada onun sənədlərlə əlaqədar problem yaranmışdır, sənədlərini itirmişdir, bununla bağlı o, Türk komutanlığına müraciət etmişdir. Onlar da onu “Amerna” adlı Miqrasiya Kampına etap etmişlər. Vasif onların Azərbaycanlı olduğlarını bildiyinə görə orada onları qarşılamışdır. Orada başqa millətlərdən ibarət şəxslər də var idi. Təqsirləndirilən şəxs bir ildən çoxdur ki, həmin kampda qaldığını bildirdi və sənədlərin prosesinin uzun çəkməsi səbəbilə Azərbaycana geri qayıtmaqlarının bir-iki il çəkə biləcəyini dedi. Bundan əlavə Vasif oradakı yaşayış qaydaları ilə əlaqədar həm onlara məlumat verirdi, həm də köməklik edirdi. Həmçinin Vasif özünün Suriyaya gəlməsini, daha sonra orada baş verənlərdən, Suriyada iki-üç il həbsdə qaldığını, həbsdə Türkiyə Respublikasının nəzarəti altında olmasından danışırdı. Vasif həmin həbsdə cəzasını çəkdikdən sonra “Amerna” kampına etap olunmuşdu, burada isə öz ölkələrinə departasiya olunmalı olan şəxslər saxlanılırdı. Həmin kampda qırx nəfərə yaxın azərbaycanlı qadın və uşaq da var idi. Kampda həbs sistemi yox idi, orada hərənin öz konteyneri var idi, lakin məhdud ərazi idi. Türkiyənin Miqrasiya İdarəsinin işçisi onların anket məlumatlarını götürdükdən sonra onların sənədlərinin tapılması üçün Azərbaycana sorğu göndərildi. Sorğunun cavabı əsasında o, 13 iyul 2023-cü il tarixdə Türkiyə Respublikasının xətti ilə Azərbaycan Respublikasına gətirilmişdir. Gətirilməmişdən qabaq onu Ankarada Azərbaycan Səfirliyinə aparıb orada ona şəxsiyyət vəsiqəsi əvəzinə müəyyən forma verərək X15 Bakıya gətirilmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunmuş ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, 2023-cü ilin may ayının 9-da Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ilə həmsöhbət olan zaman Təqsirləndirilən şəxs ona əvvəllər Azərbaycanda xüsusi təyinatlı qüvvələrdə işlədiyini, sonradan Suriya Ərəb Respublikasına Fərid Ağayev adlı dostunun yanına “cihad” üçün gəldiyini və “İŞİD”ə qoşularaq onun tərkibində Suriya Ərəb Respublikası ərazisində “Aeroport” yaxınlığında baş vermiş döyüşdə iştirak etdiyini, habelə həmin döyüşdə bütün döyüş yoldaşlarının “Əsəd qüvvələri” tərəfindən öldürüldüyü özünün isə gecəni gözləyib “radsiya” ilə silahdaşlarıyla əlaqə saxlayaraq gizlincə qaçaraq yenə “İŞİD”dakı yoldaşlarının yanına qayıtdığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 həmin döyüşdə əslən azərbaycanlı talış milliyyətindən olan dostunun onun qollarında canını tapşırmasından təsirlənib sonradan “İŞİD”dan qaçdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasında “Rakka” şəhərində olan zaman həmin şəhərin “İŞİD”dan geri alınması üçün aparılmış bombardman zamanı həlak olmamaq üçün oradan qaçdığını da Şahid1 söyləmişdir. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, onunla ədavəti yoxdur. 2015-ci ilin may ayında Təqsirləndirilən şəxs evdən çıxıb getdikdən bir neçə gün sonra zəng edib Suriyada olduğunu demişdi. Vasif Suriyaya getdiyi gündən keçən ilin avqust ayına kimi həbsdə olmuşdur. Onunla Vasif həmişə həbsxanadan danışıb. Bir müddət Suriyanın adını bilmədiyi şəhərində marketdə işləyirdi, oradan da ona zəng etmişdir. O, Vasifin atası olaraq onun döyüşlərdə iştirak etdiyini düşünmür, onu X9, Fərid Ağayev məcbur edib aparıblar. Vasif Suriya Respublikasına getdikdən sonra sənədi omadığına görə geri qayıda bilmirdi. Təqsirləndirilən şəxs Suriya Respublikasına 2015-ci ilin may ayının əvvəlləri getmişdi. Onun Suriyanın hansı şəhərində tutuduğunu bilmir, lakin Təqsirləndirilən şəxs aralıqlarla üç il Türkiyə Respublikasında həbsdə olmuşdur. Oğlu Təqsirləndirilən şəxs Suriyaya getdiyi gündən peşman olub oradan qaçıb Azərbaycana qayıtmağa çalışıb. Heç bir döyüşlərdə iştirak etməyib, ora getdiyindən əziyyət çəkib. Özü də dəfələrlə Vasifin Azərbaycana gətirilməsi üçün dövlət orqanlarına müraciət etmişdir. Xahiş edir ki, bu hallar nəzərə alınsın. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunmuş ifadələrində iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadələrindç göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2005-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətdə X10 Muxtar Respublikası ərazisində dislokasiya olunmuş xüsusi təyinatlı qüvvələrinin tərkibində olmuş, bundan sonra 2010-2012-ci illərdə Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) olaraq xidmət etmişdir. Təqsirləndirilən şəxs 2012-ci ildə xidmət ayrıldıqdan sonra dini radikal, dini fanatik ideyalara meyl etməyə başlamış, bu səbəbdən onunla bir çox mübahisələri olmuş və Şahid2 X26 Respublikasına orada baş verən müharibədə iştirak etmək istəyini duyub bu barədə hüquq-mühafizə orqanlarına onun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün müraciət etmişdir. Xaçmaz rayonu Yalama kəndində tam orta məktəbdə təhsili zamanı Təqsirləndirilən şəxs sinif yoldaşı olmuş X16 təxminən 2014-cü ilin yay aylarında Suriya Ərəb Respublikası ərazisində “İŞİD” adlı silahlı qruplaşmanın tərkibində “cihad” etmək niyyəti ilə Azərbaycan Respublikası ərazisini tərk edərək Suriya Ərəb Respublikasına getmişdir. Bundan sonra 2015-ci ilin may ayının əvvələrində özünün və arvadı Şahid3 bütün xəbərdarlıqlarına baxmayaraq X11 dəvəti ilə oğlu Təqsirləndirilən şəxs qabaqcadan onlara heç bir məlumat verməyərək Rusiya Federasiyasının Mahaçqala şəhərinə getmək bəhanəsiylə onları aldadıb dostu X7 ilə birlikdə Azərbaycan Respublikasını tərk etmişdir. Bundan təxminən bir neçə ay sonra o, və arvadı Şahid3 Qədir İskəndərovla “SKYPE” tətbiqi vasitəsilə əlaqə saxlayan zaman sonuncu Təqsirləndirilən şəxs çağırmış və söhbət zamanı onların Suriya Ərəb Respublikasının “Tel- Abyad” şəhərində olduqlarını öyrənmişlər. Bundan sonra o və arvadı Şahid3 oğulları Təqsirləndirilən şəxslə vaxt tapan kimi “WhatsApp” mobil tətbiqi ilə əlaqə saxlamağa başlamışlar. Onların yaşadıqları Xaçmaz rayonu Yalama kəndindən Suriya Ərəb Respublikasına dini radikal fikirlərlə “cihad” məqsədilə bir çox şəxsin getmişdir. Həmin həmin şəxslərdən X16 və X7 orada baş verən silahlı münaqişələrdə həlak olması barədə Təqsirləndirilən şəxs məlumat almışdır. Bundan başqa Xaçmaz rayonu, Yalama kəndindən olan adını xatırlamadığı şəxs ona Fərid Ağayevin cənazəsi başında Təqsirləndirilən şəxs dua etdiyi səhnəni əks etdirən video görüntüləri göstərmişdir. Təqsirləndirilən şəxs 2015-ci ilin may ayından etibarən 2016-cı ilin oktyabr-noyabr aylarına qədər “İŞlD”in nəzarəti altında olan ərazilərdə yaşamışdır. 2016-cı ilin oktyabr-noyabr aylarında Vasif “WhatsApp” mobil tətbiqi ilə əlaqə zamanı “İŞİD” nəzarətində olan əraziləri gizlincə qaçaraq tərk etməsi barədə məlumat vermişdi. Təqsirləndirilən şəxs “vəhhabi” təriqətinə uyğun dindar həyat tərzi keçirən dostları tərəfindən “Ömər” dini ləqəbi ilə çağırılırdı. Suriya Ərəb Respublikasına gedərkən ailə üzvlərini özü ilə aparmaq niyyətinin olmamışdır. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur, onunla ədavəti yoxdur. Vasif dostunun dəvəti ilə 2015-ci ildə Suriyaya getmişdir. Vasifə verilən ittiham Suriyada döyüşlərdə iştirak etdiyinə görə verilməsi qeyd olunsa da bu düz deyil. Vasif Suriyaya ailəsi ilə birlikdə yaşamaq üçün getmişdi. Vasif orada vəziyyətin yaxşı olmadığını gördükdən sonra geri qayıtmaq istəmişdir, lakin sənədləri olmadığına görə Azərbaycana gələ bilməmişdir, məcbur olub oradan qaçıb könüllü təslim olaraq sənədlərin düzəlməsi ilə məşğul olan təşkilata müraciət etmişdir. Orada onu doqquz ay həbsdə saxladıqdan sonra sərbəst buraxmışlar. Doqquz ildir ki, Vasif Suriyadan onunla əlaqə saxlayırdı. 2019-cu ilə qədər “Əl-Bab” şəhərində idman zalında işləmişdir. 13 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs sənədləri olmadığına görə polislər tərəfindən saxlanılmışdı və “Çobanbəy” Məhkəməsi tərəfindən üç il həbs edilmişdi. Təqsirləndirilən şəxs Suriyada döyüşlərdə iştirak etməmişdir, 2015-ci ildə ora getdikdən sonra sənədləri olmadığına görə altı ay orada qalmağa məcbur oldu, daha sonra isə orada məhkum edildi. Orada həbs olunduğu müddəti qərar çıxarılan zaman nəzərə almağı xahiş edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunmuş ifadələrində iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadələrində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs təxminən 2005-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətdə X10 Muxtar Respublikası ərazisində dislokasiya olunmuş xüsusi təyinatlı qüvvələrinin tərkibində olmuş, bundan sonra Bakı şəhəri ərazisində neft şirkətində mühafizəçi işləmişdir. Bundan başqa təxminən 2010-2012-ci illərdə Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) olaraq xidmət etmişdir. Təqsirləndirilən şəxs 2007-ci ildə müddətli həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra dini radikal, dini fanatik ideyalara meyl etməyə başlamışdır. Bu səbəbdən onunla aralarında bir çox mübahisələri olmuş və əri Şahid2 atası olaraq X26 Respublikasına orada baş verən silahlı münaqişədə iştirak etmək istəyini duyub bu barədə hüquq-mühafizə orqanlarına onun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün müraciət etmişdir. Xaçmaz rayonu Yalama kəndində tam orta məktəbdə təhsili zamanı Təqsirləndirilən şəxs sinif yoldaşı olmuş X16 təxminən 2014-cü ilin yay aylarında Suriya Ərəb Respublikası ərazisində “İŞİD” adlı silahlı qruplaşmanın tərkibində “cihad” etmək niyyəti ilə Azərbaycan Respublikası ərazisini tərk edərək Suriya Ərəb Respublikasına getmiş, 2015-ci ilin may ayının əvvələrində isə əri Şahid2 və özünün bütün xəbərdarlıqlarına baxmayaraq X11 dəvəti ilə oğlu Təqsirləndirilən şəxs qabaqcadan onlara heç bir məlumat verməyərək Rusiya Federasiyasının Mahaçqala şəhərinə getmək bəhanəsiylə onları aldadıb dostu X7 ilə birlikdə Azərbaycan Respublikasını tərk etmişdir. Bundan təxminən bir neçə ay sonra əri Şahid2 və özü Qədir İskəndərovla “SKYPE” tətbiqi vasitəsilə əlaqə saxlayan zaman sonuncu Təqsirləndirilən şəxs çağırmış və bu zaman o, söhbət zamanı onların Suriya Ərəb Respublikasının əvvəlcə “Tel-Abyad”, sonralar isə “Rakka” şəhərində olduqlarını öyrənmişdir. Bundan sonra Şahid3 və Şahid2 Təqsirləndirilən şəxslə vaxt tapan kimi “WhatsApp” mobil tətbiqi ilə əlaqə saxlamışlar. Xaçmaz rayonu Yalama kəndindən Suriya Ərəb Respublikasına dini radikal fikirlərlə “cihad” məqsədilə bir çox şəxs getmişdir.Həmin şəxslərdən X16 və X7 orada baş verən silahlı münaqişələrdə həlak olduğunu eşitmişdir. Belə ki, bu barədə o, oğlu Təqsirləndirilən şəxs məlumat almışdır. Bundan başqa Xaçmaz rayonu, Yalama kəndindən olan hazırda adını xatırlamadığı şəxs ona Fərid Ağayevin cənazəsi başında Təqsirləndirilən şəxs dua etdiyi səhnəni əks etdirən video görüntüləri göstərmişdir. Təqsirləndirilən şəxs 2015-ci ilin may ayından etibarən 2016-cı ilin payız aylarına qədər “İŞİD”in nəzarəti altında olan ərazilərdə yaşamışdır, sonralar oğlu Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi ilə əlaqə zamanı onları 2016-cı ilin təxminən payız aylarında “İŞİD” nəzarətində olan əraziləri gizlincə qaçaraq tərk etməsi barədə onları məlumatlandırmışdır. Vasif “İŞlD”in nəzarətində olan ərazilərdə yaşayan zaman ona orada onunla birlikdə olan şəxslərin məcburi döyüşlərə aparıldığını dediyiyni, özü də bundan çox narahat olmuşdur. Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının Rakka şəhərində “İŞİD”in tərkibində olan zaman arvadı Şahid5 ona Təqsirləndirilən şəxs ondan hallallıq istəməsi ilə bağlı müraciətlərini çatdırmışdır. Bu zaman o, Təqsirləndirilən şəxs məcburi döyüşlərə aparıldığını anlamışdır və özünü çox pis hiss etmişdir. Təqsirləndirilən şəxs “İŞlD”dan qaçdıqdan sonra bir müddət “X23” adlı silahlı birləşmə tərəfindən əsir götürülmüş, təxminən bir neçə ay sonra isə sərbəst buraxılmışdır. X25 Respublikasının “Əl- Bab” şəhərində olarkən Suriya müxalifəti tərəfindən həmin ölkədə qurulmuş Müvəqqəti Hökümətin polis qüvvələri tərəfindən tutulmuşdur, Çobanbəy Məhkəməsində “İŞİD” mənsubiyyəti ilə bağlı ittiham edilərək 3 (üç) il müddətinə həmin ərazidə saxlanılmışdır. X25 Respublikasında “İŞlD”in nəzarətində olan ərazilərdə olarkən oğlu dostları tərəfindən “Ömər” dini ləqəbi ilə çağırılmışdır, 2015-ci ilin may ayının əvvələrində Azərbaycan Respublikasını tərk edərkən özü ilə Suriya Ərəb Respublikasına ailə üzvlərindən heç kimi aparmaq istəməmişdir. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qohumudur, onunla ədavəti yoxdur. O, təxminən 2016-cı il tarixdə Təqsirləndirilən şəxs Suriya Respublikasına getdiyini eşitmişdir, lakin hansı səbəblə və hansı şəhərinə getdiyini bilmir. Vasifin orada nə işlə məğul olduğunu soruşmamışdır. Vasif ondan borc pul istəyib. Vasifin hansı məbləğdə borc pul istədiyini xatırlamır. O,Vasifin istədiyi pulu Türkiyə Respublikasına göndərmişdir. Vasifin neçə il Suriyada qaldığını bilmir. Vasifə qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulan əməllərin Vasif tərəfindən törədilməsi barəsində məlumatı yoxdur. Onun özü Suriya Respublikasına getməmişdir. O, Vasiflə telefonla danışan zaman Vasifdən Suriya Respublikasından nə vaxt qayıdacağını soruşmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunmuş ifadələrində iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, uşaqlıq yaşlarımdan Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, o, Xaçmaz rayonunun Xanoba kəndində, Təqsirləndirilən şəxs isə həmin kənddən təxminən cəmi 3 (üç) kilometr məsafədə yerləşən Yalama kəndində yaşamışdır. Təqsirləndirilən şəxs əvvəllər daxili qoşunlarda xüsusi təyinatlı qüvvələrin tərkibində həm müddətli həqiqi hərbi xidmət zamanı, daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Təqsirləndirilən şəxs təxminən 2008-ci ildə onunla ilə qohumluq münasibətlərində olan Şahid5 ilə evlənmiş və bu nikahdan onların üç övladı dünyaya gəlmişdir. Bu səbəblə onların arasında qohumluq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs uşaqlıq illərində dindar həyat tərzi keçirən şəxs olmamış, dostu və həmkəndlisi, eləcə də sinif yoldaşı hazırda isə eşitdiyinə görə həlak olmuş X11 təsiri ilə ibadətə başlamışdır. Fərid Ağayev təxminən 2014-cü ilin yay aylarında indiki Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində həmin vaxt “xilafət” elan etmiş “İŞİD” adlı terror təşkilatının tərkibində “cihad”da iştirak etmək məqsədilə Azərbaycan Respublikasını tərk etmişdir. Bundan sonra o, öz qohumları, eləcə də, Təqsirləndirilən şəxs özü ilə söhbətləri zamanı sonuncunun radikal dini fikirlər səsləndirdiyini eşitmiş və bu səbəblə onunla yaxın münasibət qurmaqdan çəkinməyə başlamışdır. O, Təqsirləndirilən şəxs ailə üzvlərindən, eləcə də, özündən Fərid Ağayevlə X26 Respublikasında “İŞİD” adlı terror qruplaşmasının tərkibində olarkən tez-tez əlaqə saxladığını eşitmişdir. 2015-ci ilin may ayının 5də qabaqcadan heç kimə məlumat vermədən Təqsirləndirilən şəxs həmkəndlisi X7 ilə birlikdə Fərid Ağayevin dəvəti ilə sonuncunun yanına, əvvəlcə quru yolla Rusiya Federasiyasına oradan isə hava yolu ilə Türkiyə Respublikasına gedərək həmin ölkənin ərazisindən isə qaçaq yolla Suriya Ərəb Respublikasının ərazisinə keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs bu hərəkət marşrutunu ona sonralar onunla Suriyadan “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayan zaman özü bildirmişdir. Xaçmaz rayonu Yalama kəndindən Suriyaya “cihad”a xeyli şəxsin getmişdir. Onların çoxu, o cümlədən, Təqsirləndirilən şəxslə birlikdə olmuş Fərid Ağayev və Qədir İskəndərovun da həmin silahlı münaqişələrdə həlak olduğlarını Yalama sakinlərindən eşitmişdir. O, hazırda kimliyini xatırlamadığı Yalama sakininin mobil telefonunda Fərid Ağayevin tikə-tikə olmuş, üzərinə yaşıl parça salınmış meyiti, eləcə də Təqsirləndirilən şəxs sonuncunun meyiti üzərində dua etdiyi videogörüntüləri izləmişdir. O, Təqsirləndirilən şəxs 2016-cı ilin yay aylarında ona “WhatsApp” mobil tətbiqi vasitəsilə zəng edərək pula ehtiyacının olduğunu deyib Türkiyə Respublikasına məxsus bank kartının şəklini göndərib ondan təxminən ümumilikdə 300 (üç yüz) dollar məbləğində pul vəsaitini həmin hesaba göndərməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona əslən dağıstanlı bir nəfər şəxsin həmin pul vəsaitini gətirib verəcəyini deyib ondan həmin pul vəsaitini şəklini göndərdiyi bank hesabına göndərməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs tanımadığı tanışından təxminən 300 (üç yüz) dollar məbləğində pul vəsaitini Xanoba kəndi ərazisində təhvil alıb hazırda məlumatlarını xatırlamadığı həmin bank hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ona pul göndərməsini xahiş edən zaman sonuncunun Türkiyə Respublikasında olduğunu düşünmüşdür. X26 Respublikasında olduğunu bilsəydi, heç vaxt ona pul göndərilməsində vasitəçilik etməzdi. O, Təqsirləndirilən şəxs tanışları ilə ünsiyyət zamanı onu “Ömər” dini ləqəbi ilə çağırmalarını xahiş etdiyini və onun Suriyada yenidən dini nikaha daxil olduğunu eşitmişdir. Məhkəmədə elan olunmuş ifadələrində iş üzrə şahid qismində videoçəkiliş aparılmaqla dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə toy mərasimlərinin birində tanış olmuş, bundan sonra onlar nikaha daxil olmuşlar. Təqsirləndirilən şəxslə birgə nikah dövründə onların 2012, 2014 və 2015-ci illərdə iki qız və bir oğlan övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında daxili qoşunların tərkibində xüsusi təyinatlı hərbi qüvvələrdə işləyən zaman bütün növ silah-sursatdan istifadəni mənimsəmişdir. Təqsirləndirilən şəxs maddi vəziyyətinin aşağı olması ilə əlaqədar olaraq 2010cu ildə həmin hərbi xidmətdən Azərbaycan dövlətinin və dövlət qulluqçularının “tağut” adlandıraraq ayrıldı. 2014-cü ildə Təqsirləndirilən şəxs dostu X20 Ərəb Respublikasının Rakka şəhərinə “cihad”a getməsi ilə əlaqədar sonuncu Təqsirləndirilən şəxslə sıx-sıx “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamağa başlamışdı. Bundan sonra Təqsirləndirilən şəxs dinlə, “cihad’la bağlı, o cümlədən radikal dini birləşməyə qoşulacağı ilə bağlı ona danışmağa başlamış, sonuncu da bundan ehtiyat edərək qayınatası Şahid2 Təqsirləndirilən şəxs ona “cihad”dan, Suriyadan danışması barədə məlumat vermişdir. O, X22 Şeydayevlə “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayan zaman “qardaşlarımız cihad edir, siz niyə ordasız gəlin” deyərək onu dəvət etdiyini eşitmişdir. O da bu qayınatasına bildirdikdən sonra sonuncu bunun qarşısını almaq üçün Təqsirləndirilən şəxs xarici pasportuna ölkədən çıxışa məhdudiyyət qoydurdu. Vasifin təxminən 1 (bir) il onun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin qüvvədə oldu. Bu müddətdə onunla Təqsirləndirilən şəxslə evdə aralarında mütəmadi olaraq sözsöhbətləri olmuşdur, hətta Təqsirləndirilən şəxs Fərid Ağayevin yanına Suriya Ərəb Respublikasının Rakka şəhərinə “cihad”a getmək istədiyini, lakin ona icazə verilmədiyini əsas gətirərək ona şiddət tətbiq etmişdir. Bu hadisələrdən bir müddət sonra Təqsirləndirilən şəxs onları aldadaraq Suriyaya getməyəcəyini söylədi, o da buna inanıb onun ölkədən çıxışına məhdudiyyətin götürülməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2015-ci ilin may ayının 5-də həmyerlisi Qədir adlı oğlanla birlikdə evdən Rusiyaya getmək adıyla getdi, lakin daha sonra onun sorağı Suriya Ərəb Respublikasının Rakka şəhərindən gəldi. Belə ki, Təqsirləndirilən şəxs onlara Suriya Ərəb Respublikasına “cihad”a getdiyini və döyüşlərdə iştirak etdiyini demişdi, hətta onlara göndərdiyi bəzi videolarda Azərbaycanda böyüdüyü Yalama ərazisini alacağını bildirmişdir. Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə “İŞlD”in tərkibində birbaşa iştirak etmişdir, “cihad” etmişdir, bu faktı təsdiq edən video və foto görüntülər göndərmişdir. Məhkəmədə elan olunub araşdırılmış 14 avqust 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin ibtidai istintaqa verdiyi ifadələrində qeyd etdiyi Şahid1 adlı şəxs olduğunu, sonuncu ilə “Amerna” müvəqqəti saxlama yerində tanış olduğunu bildirmişdir. Fotocədvəldə 4 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxxx 1983-cü ildə Gəncə şəhərində doğulmuş Şahid1 fotoşəklidir. Məhkəmədə elan olunub araşdırılmış 30 avqust 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı şahid qismində dindirilmiş Şahid1 ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi tanıyaraq, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, sonuncu ilə “Amerna” müvəqqəti saxlama yerində tanış olduğunu bildirmişdir. Fotocədvəldəki 4 sayı ilə qeyd olunmuş fotoşəkil hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs - xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Təqsirləndirilən şəxs fotoşəklidir. Məhkəmədə elan olunub araşdırılmış 14 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 ibtidai istintaqa verdiyi əvvəlki ifadəsini iş üzrə Təqsirləndirilən şəxs yanında təsdiq etmişdir, Təqsirləndirilən şəxs isə Şahid1 ifadəsini qismən təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs adına verilmiş “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhədkeçmə barədə tələbnamədən və 07 avqust 2023-cü il tarixdə “AA0260255” nömrəli qayıdış şəhadətnaməsindən görünür ki, o, 05 may 2015-ci il tarixdə özünə məxsus “P5353716” nömrəli ümumvətəndaş pasportu ilə Azərbaycan Respublikasını Rusiya Federasiyası istiqamətində tərk etmiş və 07 avqust 2023-cü il tarixdə “AA0260255” nömrəli qayıdış şəhadətnaməsi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına geri qayıtmışdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 30 avqust 2023cü il tarixli 2458 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2023-cü il tarixli 326/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində odlu silah və sursatla yetirilməyə xarakterik xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Şahid5 istintaqa təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində «İŞlD»in bayrağı, eləcə də üzərində gəzdirdiyi odlu silahla çəkilmiş foto və videogörüntünlərin olduğu 01 ədəd “Verbatim” markalı DVD-R disklə bağlı təyin edilərək keçirilmiş 27 sentyabr 2023-cü il tarixli 3-16- 16/2-3/1382 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “CD-R” tipli diskdə əks olunmuş “İMG-20230820-WA0010” adlı fotoşəkil və “VİD- 20230820-WA0005” adlı videogörüntülərdən çəkilmiş fotoşəkillərdə kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, “DVD-R” tipli diskdə əks olunmuş “İMG- 20230820-WA0010 adlı fotoşəkil və “VİD-20230820-WA0005” adlı videogörüntülərdən çəkilmiş fotoşəkillərdə və təqdim edilmiş “tədqiqat üçün nümunələr” adlı qovluğun daxilindəki fotoşəkillərdə və “VİD-20230821-WA0010” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Şahid5 istintaqa təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində «İŞİD»in bayrağı, eləcə də üzərində gəzdirdiyi odlu silahla çəkilmiş foto və videogörüntünlərin olduğu 01 ədəd “Verbatim” markalı DVD-R disklə bağlı təyin edilərək keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-4/1464 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı DVD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli videofonoqramda kadrlararası və kadrdaxili montaj əlamətləri, eləcə də audioaxının videoaxına sintezi və həmin diskdəki tədqiqatı tələb olunan mübahisəli elektron fotoşəkildə də montaj əlamətləri müəyyən olunmamışdır. Məhkəmədə elan olunub araşdırılmış 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-3/1436 nömrəli məhkəmə-portret ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdə olan “Tədqiqat predmeti” adlı qovluğun daxilində olan, əlində avtomata bənzər predmetlə əks olunmuş fotoşəkildə kişi cinsli şəxsin xarici görünüşünün müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin tam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Qismən əks olunmuş element və əlamətlərin məcmusu eyniləşdirmə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir. Tədqiqata təqdim edilmiş “DVD-R tipli diskdə olan “Tədqiqat predmeti" adlı qovluğun daxilindəki fotoşəkildə əlində avtomata bənzər predmetlə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri müqayisəli material qismində təqdim edilmiş “Tədqiqat üçün nümunələr” adlı qovluğun daxilindəki fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş “DVD-R” tipli diskdə olan “Tədqiqat predmeti” adlı qovluğun daxilində olan, əlində avtomata bənzər predmetlə əks olunmuş fotoşəkildə və müqayisəli material kimi təqdim edilmiş “DVD-R” tipli diskdə olan “Tədqiqat üçün nümunələr” adlı qovluğun daxilindəki fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna olunmur. Məhkəmədə elan olunub araşdırılmış 29 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/2060 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “DVD-R” tipli diskdə əks olunmuş “A1” adlı videogörüntüdən çəkilmiş fotoşəkillərdə olan kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eynliləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, “DVD-R” tipli diskdə əks olunmuş “A1” adlı videogörüntüdən çəkilmiş fotoşəkillərdə və təqdim edilmiş “tədqiqat üçün nümunələr” adlı qovluğun daxilindəki fotoşəkillərdə və “20231123_113645” adlı videogörüntüdən çıxarılmış fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Məhkəmənin hüquqi qiymətləndirməsi: İstintaq orqanı yuxarıda təsvir etdiyi sübutlar əsasında Təqsirləndirilən şəxs hüquqa zidd əməllərini başqa şəxslərlə birlikdə cinayətkar birlik (təşkilat) halında Azərbaycan Respublikasının hüdudlarından kənarda ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan, sabit silahlı qrupun tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında və dini düşmənçilik zəminində təlimlərdə və silahlı münaqişələrdə iştirak etmək həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan əməl kimi qiymətləndiririb onun bu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan əməlləri törətmədiyini, Suriya Respublikasına döyüşlərdə iştirak etmək üçün deyil, yaşamaq üçün getdiyini, orada olduğu dövr ərzində döyüşlərdə iştirak etmədiyini, sənədlərini itirdiyi üçün Azərbaycana qayıda bilmədiyini, törətdiyi əməllərinə görə Suriya Ərəb Respublikası ərazisində qurulmuş Müvəqqəti Hökümət tərəfindən məhkum olunduğunu göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası vətəndaş olmadığını, on ildən artıq müddətdə Azərbaycanda yaşamadığını, onun ittiham olunduğu maddələrin dispozisiyasında nəzərdə tutulan əməlin subyektinin Azərbaycan Respublikası vətəndaşı və ya vətəndaşlığı olmayan, lakin Azərbaycan Respublikasında daimi yaşayış yeri olan şəxs olduğunu, törətdiyi əməllərə görə xarici ölkə ərazisində məhkum olunub cəzasını çəkdiyini bildirib, Təqsirləndirilən şəxs həmin maddənin subyekti olmadığını göstərdilər. Məhkəmədə həmin hal araşdırılarkən müəyyən olundu ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 2015-ci ilin may ayının 5-də Azərbaycan Respublikasını tərk edərək Suriya Ərəb Respublikası, eləcə də, İraq Respublikası ərazisində “İŞİD” və “Cəbrət ən-Nusra” adlı cinayət birliklərin tərkibinə daxil olması, beləliklə Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi müəyyən edilərək, vətəndaşlığının itirilməsi qət olunmuşdur. Məhkəmədə elan olunmuş cinayət işinin materiallarına əlavə olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti Yalama Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli 485 nömrəli arayışdan və xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs bir müddət Xaçmaz rayonunun Yalama İƏD-nin Yalama kəndində yaşamış, Təqsirləndirilən şəxs dini radikal qurumlara qoşulmuş, Suriya Ərəb Respublikasına getmiş və bir daha geri qayıtmamış, deyilənlərə görə o, Suriya Ərəb Respublikasında “İŞİD” terror təşkilatının üzvlərindən olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özü və iş üzrə şahid qismində dindirilmiş valideynləri Təqsirləndirilən şəxs son yaşayış yerinin Xaçmaz raylonun Yalama kəndi olduğunu, onun üç azyaşlı uşağının da həmin kənddə yaşadıqlarını, Təqsirləndirilən şəxs də Suriyadan həmin kəndə qaytarıb gətirtməyə cəhd etdiklərini göstərdilər. Məhkəmədə Təqsirləndirilən şəxs ölkə sərhədlərindən kənarda daimi yaşayış yerinin olmadığı müəyyən olundu. Çünki şəxsin xarici ölkələrdə qanuna zidd təşkil edilmiş silahlı münaqişələrdə iştirak etmək üçün həmin ərazilərə qanunsuz miqrasiya edib bu əməllərə görə tutulub xarici dövlətlərdə qanunsuz birləşmələrin və ya başqa dövlətin miqrasiya xidmətinin məcburi nəzarəti altında saxlanılması ümumi anlamda qəbul olunan daimi yaşayış yeri kimi qəbul olunması yol verilməzdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yeri Azərbaycan Respublikasıdır. Onun ittiham olunduğu əməllər bu ölkənin- Azərbaycan Respublikasının qanunları ilə tənzim olunmalıdır. İstintaq orqanı da haqlı olaraq onun əməllərini Azərbaycan Respublikasının cinayət qanun ilə tövsif etmişdir. Məhkəmədə onun bu iddiaları araşdırılarkən əsaslı şübhələrlə müşahidə olundu. Çünki məhkəmədə elan olunmuş cinayət işinin materilallarında onun xarici dövlətdə məhkum olunmasına aid materiallar əlavə olunması aşkar olunsa da həmin materiallara əlavə olunmuş məhkəmə qərarının Beynəlxalq hüquqa uyğun və Beynəlxalq hüququn subyekti olan dövlət tərəfindən deyil silahlı münaqişələrin iştirakçısı olan silahlı birləşmənin məhkəmə adı altında fəaliyyət göstərən “qurum”-u tərəfindən çıxarılması müəyyən olunmuşdur. Yəni o, ümumi anlamda nəzərdə tutulan dövlət hakimiyyətini təmsil edən məhkəmə və ya məhkəmə hakimiyyətini həyata keçirməyə dövlət tərəfindən səlahiyyətləndirilmiş dövlət orqanı tərəfindən deyil, qanunsuz olaraq fəaliyyət göstərən qurum tərəfindən cəzalandırılmışdır. Bu cəza məhkəmə qaydasında nəzərdə tutulan cəza deyil, ondan qisas almaq məqsədi tutan cəza olmuşdur. Qisas isə cəza ola bilməz. Məhkəmənin qənaətinə görə həmin qərara istinad edilməsi yol verilməzdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasında törətdiyi əməllərə görə məhkum olunmamışdır. Məhkəmə, onun iddialarının digər hissəsinin də istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlarla, o cümlədən də, onun özünün ibtidai istintaq zamanı verdiyi ittihamda göstərilən halları təsdiq edən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin faktiki halları ilə təkzib olunduğu qənaətinə gəlir və Suriya Ərəb Respublikasında ona elan olunmuş ittihamda nəzərdə tutulan qaydada döyüşlərdə iştirak etməsi sübuta yetirildiyini əsaslı sayır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə, qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 283-1.3cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinməsini əsaslı sayır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə xərcləri aşağıdakı kimidir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 17 oktyabr 2023-cü il tarixdə 3-39-9/1-3562/23 nömrəli məktubla daxil olmuş 04 oktyabr 2023- cü il tarixli 3- 16-16/2-4/1464 nömrəli ekspert rəyinə görə ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 24 oktyabr 2023-cü il tarixdə 3-39-9/1-3673/23 nömrəli məktubla daxil olmuş 10 oktyabr 2023- cü il tarixli 3- 16-16/2-3/1436 nömrəli ekspert rəyinə görə ekspertiza tədqiqatının dəyəri 320 (üç yüz iyirmi) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 24 oktyabr 2023-cü il tarixdə 3-39-9/1-3674/23 nömrəli məktubla daxil olmuş 27 sentyabr 2023-cü il tarixli 3-16-16/2-3/1382 nömrəli ekspert rəyinə görə ekspertiza tədqiqatının dəyəri 320 (üç yüz iyirmi) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 15 yanvar 2024-cü il tarixdə 3-39-9/1-101/24 nömrəli məktubla daxil olmuş 29 dekabr 2023-cü il tarixli 3- 16-16/2-3/2060 nömrəli ekspert rəyinə görə ekspertiza tədqiqatının dəyəri 320 (üç yüz iyirmi) manatdır; Yuxarıda sadalanan ekspertiza xərcləri ümumilikdə 1110 (min yüz on) manat təşkil edir. Məhkəmə həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 01 azyaşlı və 02 yetkinlik yaşına çatmayan övladlarının olması, əvvəllər məhkum olunmaması, ibtidai istintaq zamanı ittiham olunduğu əməllərin törədilməsinin səbəbləri, şəraiti, nəticələri barəsində ətraflı ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 avqust 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 218.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 12.1, 218.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 1110 (min yüz on) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar