Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1459/2021 03.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X12 ooğlu, müdafiəçi, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu Hovsan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,674 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 4,528 qram külli miqdar təşkil edən kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, saxlayaraq daşımış, Cəfər Mayilov narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu üçün 27 mart 2021- ci il tarixdə, saat 12:00-da Bakı şəhər, Xəzər RPİ-nin 1-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılaraq 1ci PŞ-nin inzibati binasının xidməti otağına gətirilərək müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq videoçəkiliş aparılmaqla həmin gün saat 13:20-də üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən 01 bükümdə təmiz çəkisi 0,674 qram kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil olan narkotik vasitə heroin, daha sonra həmin gün saat 14:00-da yaşadığı ünvana baxış keçirən zaman evin yataq otağındakı stolun üzərində olan qara rəngli qutunun içərisindən, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil edilən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,528 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin əvvəllərindən narkotik vasitələrin “kakos” adlanan heroin növündən və psixotrop maddələrin isə “şüşə” və ya «patı» adlanan metamfetamin növündən istifadə edir. Narkotik vasitələrin heroini iyləmə, metamfetamini falqaya səpib qızdıraraq isidib müxtəlif kağızlara bükərək çəkmək yolu ilə qəbul edir. 26 mart 2021-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Suraxanı rayonu Hovsan qəsəbəsinə getmiş, qəsəbənin xatırlamadığı yerində olan zaman əvvəllər tanımadığı və hər hansı bir münasibəti olmadığı şəxsdən 30 manata ayı-ayrı bükümlərdə 1 qram heroin və 1 qram metamftamin alıb evinə qayıtmış, orada elektron tərəzidə aldığı heroini və metamfetamini çəkərək metafetaminin 1 qram və metamfetaminin 4 qram yarım olduğunu bilmişdir. Həmin heroinin bir hissəsini evinin arxa hissəsində istifadə etmişdir. 27 mart 2021-ci il tarixdə saat 12 radələrində isə heroinin qalan hissəsini götürüb evinin qarşısına çıxan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxıınlaşıb özlərinin Xəzər rayon polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşları olduqlarını təqədim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiklərin bildirmişlər və buna görə də, üzərinə baxış keçirilməsi üçün onu 1-ci polis şöəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis məkdaşları ilə 1-ci polis şöbəsinə getmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan və hansı məqsədlə əldə etməsini, başqa bir yerdə narkotik vasitə olub-olmadığını soruşduqda isə yaşadığı evdə də “şüşə” (patı) adlanan psixotrop maddə metamfetamin olduğunu və üzərindən aşkar edilmiş heroini həmin metamfetmaini 26 mart 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi və ehtiyac olarsa yaxın tanışlarına pay vermək üçün ümumilikdə 30 manata alaraq əldə etdiyini bildirmişdir. Daha sonra isə polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığına dair ərizə vermiş və bundan sonra yaşadığı getmişlər. Həmin gün saat 14-də özünün və vəkilinin iştirakı ilə polis əməkdaşları yaşadığı evə baxış aparmışlar. Bu zaman əvvəlcə polis əməkdaşları tərəfindən ona bir daha hüquq və vəzifələri izah edilərək evdə olan metamfetamini könüllü olaraq, təqdim etməsi təklif olunduqda o, polis əməkdaşları ilə birlikdə evə daxil olaraq, yataq otağındakı stolun üzərində olan qara rəngli qutunun içərisində olan metamfetamini və heroini çəkmək üçün istifadə etdiyi elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, baş əməliyyat müvəkkili olduğu Bakı şəhəri Xəzər rayon polis İdarəsinin 1-ci Polis Şöbəsinini xidməti ərazisinə aid olan ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə polis şöbəsinin rəisinə 27 mart 2021-ci il tarixdə raportla müraciət edərək razılıq aldıqdan sonra onun tərəfindən göstərilən həmin şəxsin ifşa olunması məqsədi ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması haqqında müvafiq qərar qəbul edilmişdir. Həmin tarixdə şöbə rəsinin müvafiq əmrinə əsasən özü və şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Fikrət Yuniszadədən ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Sonra isə nəzərdə tutulan tədbirlər planına əsasən onlar 27 mart 2021-ci il tarixdə saat 12 radələrində Cəfər Mayilovu yaşadığı evin qarşısında saxlayaraq əvvəlcə özlərini təqdim edib, Cəfər Mayilova narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək bu şübhələrin yoxlanılması üçün onu polis şöbəsinə dəvət etmişlər. Cəfər Mayilov heç bir etiraz etmədən onlarla birlikdə 1-ci PŞ-nə gəldikdən sonra onun üzərinə video çəkilişlə şəxsi axtarış aparılmışdır. Baxış zamanı Cəfər Mayılov şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb içindəki ağ rəngli sellofana bükülü vəziyyətdə olan tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddəni təqdim edərək bildirmişdir ki, həmin maddə «kakos» adlanan narkotik vasitə heroindir və ona məxsusdur. Həmin heroini 26 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün almış və üzərində gəzdirir. X17 sorğu zamanı həmçinin bildirmişdi ki, yaşadığı evin yataq otağında da narktik vasitə vardır. Ona görə də tədbirin davamı olaraq Cəfər Mayilovun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evin yataq otağındakı masanın üzərindəki qara rəngli qutunun içində olan 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli dənəvari şəksilli kristallik maddə və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş X6 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə kimyəvi ekspertizasının 28 mart 2021-ci il tarixli 6/1211 saylı rəyindən göstərilmişdir ki, Cəfər Mayilovun evindən aşkar edilib götürülmüş 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,528 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərindən aşkar edilib götürülmüş kibrit qutusunda 1 ədəd bükümdə təmiz çəkisi 0,674 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərni tərkibində saxlayan və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən asililiq sndromu (nrkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,674 qram olmuş, ekspertiza tədqiqtatından sonra 0,614 qram qalığı qalan narkotik vasitə heroin, ilkin təmiz çəkisi 4,528 qram olmuş, ekspertiza tədqiqatından sonra 4,428 qram qalığı qalmış psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi, onun üzərində şəxsi axtarış aparılması, yaşadığı evinə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş 2 ədəd CD disklər iş üzrə maddi subut kimi tanınmış, CD disklər cinayət işinə əlavə olunaraq digərləri saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsində görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 27 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,674 qram olmuş, ekspertiza tədqiqtatından sonra 0,614 qram qalığı qalan narkotik vasitə heroin, ilkin təmiz çəkisi 4,528 qram olmuş, ekspertiza tədqiqatından sonra 4,428 qram qalığı qalmış psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, yaşadığı evinə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat, ibtidai istintaq zamanı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 08 saylı vəkil bürosunun vəkili X9 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat, ibtidai istintaq zamanı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 08 saylı vəkil bürosunun vəkili X9 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis İdarəsində saxlanılan 0,614 qram narkotik vasitə heroin, 4,428 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1459/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1459/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver