Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1459/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - Qanuni nümayəndə iştirakı ilə, xx xxx 1997-ci ildə Tərtər rayonu, Qaynaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Qaynaq Ərazi Dairəsinin Qaynaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Alatava-2 qəsəbəsi 94 ünvanında yaşamış, cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan, barəsində xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi növündə təhlükəsizlik tədbiri tətbiq edilmiş, məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 yerləşdirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə nəzərdə tutulmuş əməlləri anlaqsız vəziyyətdə törətməsinə dair cinayət işinə 17 aprel 2024-cü il tarixdə, saat 9:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya” xroniki psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə olmasına görə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər (terror aktı) törətməyə hazırlıq görmüşdür.
2. Belə ki, o, əziyyət çəkdiyi “Paranoid şizofreniya” xroniki psixi xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə olmasına görə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər (terror aktı) törətmək məqsədi ilə hazırlıq hərəkətləri görərək 1 (bir) ədəd bıçaq əldə etmiş, eləcə də kustar üsulla 1(bir) ədəd taxta dəyənək hazırlamış və qabaqcadan planlaşdırdığı kimi taksi ilə 3 noyabr 2023-cü il tarixdə, saat 12:10 radələrində ünvan 3, “Hyatt Tower”də yerləşən İsrail Dövlətinin Azərbaycan Respublikasında Səfirliyinin yaxınlığına gəlib, terorr hücumunu başlamaq üçün Səfirliyə doğru piyada hərəkət edərkən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən zərərsizləşdirilərək iradəsindən asılı olmayaraq teror aktını baş çatdıra bilməmişdir.
İşin halları və dəlilləri:
3. Məhkəmə baxışı zamanı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs psixi sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır.
4. Məhkəməyədək icraat zamanı barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə cinayət törətməsi müəyyən edilməzdən əvvəl 3 noyabr 2023-cü il tarixdə şübhəli şəxs və 4 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, 2015-ci ilin noyabr ayından 2017-ci ilin yanvar ayınadək olan müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində əsgər kimi pulemyotçu vəzifəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ilin əvvəllərində Bakı şəhərinə gəlmiş və ilin sonuna qədər fərdi qaydada evlərin təmiri ilə bağlı usta kimi işləmişdir. 2017-ci ilin sonlarında Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərinə işlə bağlı getmiş və təxminən 7 ay orada yaşamışdır. Bundan sonra 2018-ci ilin sonlarında yenidən Azərbaycana qayıdaraq Tərtər rayonuna getmişdir. Təxminən 15 yaşından etibarən İslam dininin şiə təriqətinə etiqad etmiş, lakin 2021-ci ildən ibadətini İslam dininin “Əhli-Sünnə” məzhəbinə uyğun şəkildə davam etdirmişdir. “Əhli-Sünnə” məzhəbinə uyğun ibadətinə başladıqdan sonra mütəmadi olaraq Quran kitabını oxuyub və “Youtube” sosial platformasında “Abu Hanzala” ləqəbli Halis Bayancukun dini mövzularda dərslərini dinləmişdir. Radikal dini baxışlarına görə Tərtər rayonunda yaşadığı müddətdə dəfələrlə Tərtər Rayon Polis Şöbəsi tərəfindən saxlanılaraq ona xəbərdarlıq olunmuşdur. Belə ki, 5 fevral 2021-ci ildə Tərtər rayon İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyevin heykəlinə dəmir “balyoz” vasitəsilə hücum edərək heykələ zərər yetirmişdir. Həmin hadisədən sonra yerli polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman o, əməli törətməkdə məqsədinin dövlətə olan nifrətini göstərmək olduğunu qeyd etmişdir. Əməli törədərkən psixi pozuntu yaşadığına görə o, 1 saylı Respublika Psixiatriya müalicə mərkəzinə yerləşdirilmiş və orada 1 ay müalicə almışdır. Müalicəsini bitirdikdən sonra Tərtər rayonuna qayıdaraq 18 mart 2021-ci ildə Tərtər rayonunun axundu olan Sadiq adlı şəxsin “Xəzər” markalı avtomobilinə taxta dəyənəklə hücum edərək zərər yetirmişdir. Həmin hadisə ilə bağlı o, polis tərəfindən saxlanılaraq X3 yerləşdirilmişdir. O, ümumi olaraq dövlət, onun rəhbəri və axundunu dini əqidəsinə görə kafir kimi gördüyündən bu hadisələri törətmişdir. Rayonda törətdiyi əməllərdən sonra yerli əhali tərəfindən onun ailəsinə Tərtər rayonunda təzyiqlər olmuş, buna görə anası Qanuni nümayəndə və qardaşı Taleh Hüseyinzadə ilə birlikdə Bakı şəhərinə köçmüşdür. O, mərhum Hacı Şahinin “Məşədi Dadaş” məscidində çıxışı zamanı sonuncuya qarşı səsləndirdiyi tənqidedici fikirlərinə görə o və ailəsi Abşeron rayonu Saray qəsəbəsində müvəqqəti kirayə yaşadıqları evdən ev sahibi tərəfindən çıxarılmışdır. Bundan sonra o və ailəsi ünvan 2 ünvanına köçmüşdür. Son zamanlar İsrail və “Həmas” arasında baş verən hadisələrdə günahsız insanların öldürülməsinə xeyli qəzəblənmiş və silahlı münaqişənin baş verdiyi bölgəyə getmək imkanının olmaması ilə əlaqədar yaşadığı ölkənin ərazisində radikal dini baxışları ilə cihad etmək qərarına gəlmişdir. Onun bu qənaətə gəlməyində heç bir kənar şəxslərin təsiri olmamışdır. Belə ki, Fələstinin Qəzza bölgəsində baş verən hadisələrlə bağlı öz etiraz fikirlərini usta kimi işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsi yaxınlığında yerləşən Vaqif adlı şəxsin evində birlikdə işlədiyi Ceyhun, Vüsal, Vüqar, Elviz və Abuzər adlı şəxslərə bildirmişdir. Orada çalışan usta və fəhlələr onun fikrini bildikdə ona öz işilə məşğul olmasını bildirmişlər. O, İsrail Dövlətinin Azərbaycan Respublikasında yerləşən səfirliyinə hücumu qumbara, avtomat və ya tapança tipli odlu silahlar vasitəsilə həyata keçirtmək istəmişdir. Silahları tapmaq üçün isə sosial şəbəkələrin kriminal həyat tərzini təbliğ edən səhifələrinə müraciət edərək müəyyən axtarışlar aparmış, lakin həmin səhifələrin adlarını xatırlamır. O, internet vasitəsilə kriminal həyat tərzini təbliğ edən səhifələrə müraciət etsə də, bu istiqamətdə heç bir müsbət nəticə əldə etməmişdir. O, X8 hücum etmək məqsədilə odlu silah tapa bilmədiyi üçün silah qismində bıçaq və taxta dəyənəkdən istifadə etmək qərarına gəlmişdir. Taxta dəyənəyi o, 2023-cü ilin yay aylarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində işlədiyi Rövşən adlı şəxsin evindən istifadəsiz qaldığı üçün götürmüş, bıçağı isə həmin vaxt Abşeron rayonunun, Hökməli qəsəbəsində yerləşən məzarlıqdan tapmışdır. O, 3 noyabr 2023-cü il tarixdə səhər saatlarında qarşısına qoyduğu məqsədinə, yəni X8 hücum etmək üçün hazırlaşmışdır. Həmin gün o özü ilə taxta dəyənəyi götürüb və üzərinə “X30 və Muhammədən Rəsulullah” sözlərini qələmlə yazmışdır. Bundan sonra əvvəlcədən qəbiristanlıqdan tapıb itilədiyi bıçağı və “Rapira” markallı ülgücü götürüb gödəkçəsinin ciblərinə qoymuşdur. Taxta dəyənəyi heç kim şübhələnməsin deyə divar kağızı qutusunun içinə yerləşdirmişdir. Bundan sonra o, evdən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Şamaxinka” tərəfə gedərək orada olan qab-qacaq dükanından bir ədəd bıçaq almış, lakin istifadəsi çətin olduğu üçün onu üzərində götürməmişdir. Bundan sonra o, üzdən tanıdığı ancaq adını bilmədiyi fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərən şəxslə birlikdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşdiyi ünvan 3 ünvana gəlmişdir. O öz məqsədi barədə sürücüyə heç nə deməmiş, sadəcə olaraq sürücüyə həmin ərazidə təmir işləri ilə bağlı yaşayış sahəsi olduğu üçün getdiyini bildirmişdir. O, niyyəti barədə sürücüyə heç bir məlumat verməmişdir. Ətrafda şübhə çəkməmək üçün sürücüdən avtomobili bir qədər aralıda saxlamasını xahiş etmiş və avtomobil dayandıqdan sonra qutunun içində olan taxta dəyənəklə və cibində olan beş barmaq ölçüsündəki bıçaq və üzərində olan “Rapira” markalı ülgüclə birlikdə X8 doğru hərəkət etməyə başlamışdır. X11 çatmağa 5 metr məsafə qalmış artıq üstündə götürdüyü bıçağı, ülgücü və qutudakı taxtanı çıxarıb səfirlikdə çalışan şəxslərə xəsarət yetirib öldürəcəyi və xidməti maşınları yararsız hala salmağı planlaşdırmış, lakin İsrail Səfirliyinin inzibati binasına 50 metr qalmış Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılmışdır. O, saxlanılmayacağı təqdirdə X5 giriş hissəsinə yaxınlaşaraq yəhudi millətinə və yəhudilik dininə olan nifrətini və dini düşmənçiliyinə görə qarşısına çıxacaq istənilən şəxsi öldürəcək və orada çalışan şəxslərin sağlamlıqlarına müxtəlif zərər vuraraq eyni zamanda oradakı səfirliyə məxsus xidməti avtomobilləri yararsız hala salacaqdı. O, 4 aprel 2023-cü ildə İsrail səfirliyi qarşısında əlində Quran kitabı ilə ucadan dini şüar səsləndirdiyinə görə ərazi aidiyyəti üzrə rayon polis şöbəsinin əməkdaşı tərəfindən saxlanılmışdır. O, Rusiya Federasiyasının Dağıstan Respublikasında 7 ay olmuş, o cümlədən cümə günləri Bakı şəhərində yerləşən “Təzə Pir”, “Məşədi Dadaş”, “İlahiyyat” məscidlərinə gedərək orada xütbə deyən imamı rüsvay etmiş, xarici ölkədə hər hansı silahlı qruplaşmanın tərkibində olmamış, mobil telefon istifadə etməmiş, etdiyi əmələ görə ona heç kim kömək etməmiş, eyni zamanda hər hansı xarici xüsusi xidmət orqanından tapşırıq almamış, Azərbaycan Respublikasında dini təriqətlə bağlı hansısa qruplaşmaların üzvü omamış, heç bir psixi və ya başqa formada uşaq vaxtı travması olmamış, sosial şəbəkələrdən yalnız “Tik-tok” sosial şəbəkəsində qeydiyyatdan keçərək müxtəlif hərflərdən ibarət profildən istifadə etmiş, 2018-ci ildən 2020-ci ilin sonuna qədər Rusiya Federasiyasının Dağıstan Respublikasında olarkən müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. Törətdiyi əmələ görə peşman deyil və əksinə məqsədinə nail olmadan terror aktı törədə bilmədiyi üçün peşmandır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v) 51-53; 65-68;).
5. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində göstərmişdir ki, 2 noyabr 2023-cü il tarixdə, səhər saatlarında evdən çıxmış, bir manatlıq fərdi qaydada fəaliyyət göstərən taksi ilə Dövlət Statistika Komitəsinin yaxınlığındakı adını bilmədiyi küçəyə gələrək taksidən enmiş, daha sonra piyada düşdüyü yerdən uzaqlaşaraq İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin ünvanına tərəf hərəkət etmişdir. O, diqqət cəlb etməmək üçün yolda taksi fəaliyyəti göstərən qızılı rəngli “Toyota Prius” markalı avtomobilə yaxınlaşmışdır. Həmin taksi sürücüsünü tanımamış və sonuncu sadəcə olaraq yolun kənarında dayanmışdır. O, avtomobilə əyləşmiş və sürücüdən İzmir küçəsi ilə sürməsini xahiş etmişdir. Həmin zaman taksi ilə İsrail Dövlətin səfirliyinin qarşısından keçərək “İST petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yolda düşmüşdür. İzmir küçəsindən keçməkdə məqsədi İsrail Səfirliyinin olduğu ərazini tam dəqiq müşahidə etmək olmuşdur. 3 noyabr 2023-cü il tarixdə, yəni sabahı günü X5 inzibati binasına hücum edərək orada terror aktını törətməyi planlaşdırmışdır. X5 Bakı şəhərində yerləşdiyi ünvanı mobil telefonundan internet vasitəsilə müəyyən etmişdir. Belə ki, o, ilk dəfə 2023-cü ilin aprel ayında X5 inzibati binasının qarşısına gedərək əlində Qurani-Kərim kitabı ilə orada dini şüarlar səsləndirmiş və yəhudi millətinə qarşı öz nifrətini bildirmişdir. Həmin tarixdə ora getməsinə səbəb İsrail dövlətinin hərbi qulluqçuları tərəfindən Qüds şəhərində yerləşən Məscidi-Qüdsə hücum etmələri ilə bağlı olmuşdur. Həmin vaxt Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış, sorğu-sualdan sonra o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müalicə üçün göndərilmişdir. 2 noyabr 2023-cü il tarixdə o, səhər saatlarında X5 qarşısından qızılı rəngli “Toyota Prius” markalı taksi ilə keçdikdən sonra Tbilisi prospektində “İst Petrol” yaxınlığında enərək avtobus dayanacağına yaxınlaşmışdır. Orada yenidən X5 qarşısından keçmək məqsədilə 65 saylı marşrut avtobusuna minmiş, lakin avtobus başqa istimqamətdə getdiyi üçün o, artıq Nizami metrostansiyası qarşısında düşüb və orada dayanan tanımadığı ağ rəngli “Ravon” markalı taksi avtomobilinə əyləşmişdir. O, taksi sürücüsünə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsinə aparmasını xahiş etmiş, bundan sonra taksi avtomobilinə əyləşib və yenidən İsrail səfirliyinin qarşısından keçərək səfirliyin inzibati binasını müşahidə etmişdir. Səfirliyin qarşısından keçdikdən sonra avtomobildən düşərək piyada avtobus dayanacağına gedib oradan evə qayıtmışdır. 2 noyabr 2023-cü il tarixdə, səhər saatlarında İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin qarşısından keçməkdə məqsədi səfirliyin inzibati binasını tam müşahidə edərək növbəti günü, yəni 3 noyabr 2023-cü il tarixdə səfirliyə hücüm edərək orada xidmət edən hər bir şəxsi öldürərək səfirliyin əmlakına ciddi zərər vermək olmuşdur (Cild 1, i.v. 132-134;)
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, övladı Təqsirləndirilən şəxs 2020-ci ildən İslam dininin “Əhli-Sünnə” məzhəbinə etiqad edərək davamlı olaraq namaz qılmayan evdə və ətrafdakı qohumlara kafir deyərək dava salmışdır. Təqsirləndirilən şəxs daim ölkənin rəhbər vəzifəli şəxslərinə dini qanunlara uyğun ölkəni idarə etmədikləri üçün qəzəblənmiş və Azərbaycanda İslam dininin qaydaqanunları olmadığı üçün hamını kafir adlandırmışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında Tərtər rayonunda X31 Əliyevin heykəlinə qarşı hörmətsizlik etmiş və etdiyi əmələ görə o, Tərtər Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs ilə ilkin sorğu-sual nəticəsində onun psixi pozuntusunun olduğunu müəyyən etmişlər. Belə ki, Təqsirləndirilən şəxs özünün “Həzrəti Mehdi” olması barədə və digər bu kimi fikirləri ilə əlaqədar Mehdinin psixi xəstə olması qənaətinə gələrək onun razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir. Təqsirləndirilən şəxs bir ay orada müalicə aldıqdan sonra yenidən Tərtər rayonuna qayıtmış, lakin təxminən 10 gün sonra dini baxışlarına görə Tərtər rayonunun axundu Sadiq Cəfərovun avtomobilinə zərər yetirmişdir. Həmin hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhər Psixiatriya Xəstəxanasına müalicə məqsədilə göndərilmişdir. Həmin xətəxanada iki ay stasionar müalicə almışdır. Təxminən 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs kəskin şizofreniya xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədar sonuncuya 2-ci dərəcəli əlillik verilmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2023-cü ilin sentyabr ayında ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən yaşayış sahəsinin təmiri ilə bağlı işlərə başlamışdır. Həmin vaxtdan təmirlə əlaqədar müxtəlif usta və fəhlələr evində işləmişdir. Evində qısa müddət işləmiş fəhlələrdən biri Təqsirləndirilən şəxs digər ustalarla söhbət zamanı Azərbaycan Respublikasında yaşayan hər bir kəsin kafir olduğunu, onlarla mübarizə aparmağın vacib olduğunu dediyini eşitmişdir. Sonradan Təqsirləndirilən şəxs öz xahişi əsasında işdən sonra Bakı şəhəri “Şamaxinka” adlanan əraziyə apararkən sonuncu söhbət zamanı hamının kafir olduğunu, kafirlərlə mübarizə aparmaq üçün qumbara və müxtəlif növ odlu silahlar əldə etmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs nə üçün qumbara və silah axtardığını soruşduqda Mehdi Qəzza bölgəsində baş verən hadisələrə və Yəhudi millətinin müsəlmanları qırdığına görə onlardan qisas alacağını söyləmişdir. Təqsirləndirilən şəxs qisas məqsədilə törədəcəyi əməli hansı tarixdə və necə edəcəyini bildirməmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu evində beton tökmə işlərində köməyə ehtiyac olduğu üçün evində işləyən Vüsal adlı ustanın yanında gəlmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hər zaman olduğu kimi 3 noyabr 2023-cü ildə taksi fəaliyyəti ilə əlaqədar Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə Alatava yolunda ağ rəngli “VAZ 2107” markalı “**-RO-***" dövlət qeydiyyat nişanlı avtomobilində oturub müştəri gözləyərkən əvvəllər həmin ərazidə üzünü bir dəfə gördüyü şəxsən tanımadığı saqqallı cavan bir oğlan avtomobilin ön oturacağına əyləşərək usta olduğunu söyləmiş və evindən yük götürərək Bakı şəhəri, İzmir prospektinə gedəcəyini demişdir. Bundan sonra Bakı şəhəri, Yeni Yasamal, 2-ci Alatavaya gedən yolda yerləşən Mehdinin evinə getmişlər. Təqsirləndirilən şəxs evdən uzun qutu götürüb və avtomobilin yük hissəsinə yerləşdirəndən sonra yola düşmüşlər. Yolda olarkən söhbət əsnasında o, Təqsirləndirilən şəxs onu ünvana çatdırdıqdan sonra “İlahiyyat” məscidinə cümə namazına gedəcəyini bildirmişdir. Bu zaman Mehdi cavab olaraq bildirmişdir ki, heç bir məscidə getmir, çünki bura “darul küfrdür” (əhalisinin əksəriyyəti kafir olan). Mehdinin qəzəbli danışması, ölkəni küfr əhli (kafir əhli) saymasına görə Mehdinin radikal təkfirçi əqidəsində olması barədə qənaətə gəlmişdir. Mehdinin bildirdiyi kimi Bakı şəhəri, Tbilisi prospektindən üzü “Hyatt Regency” hotelinə doğru gedərkən Mehdi ondan əks istiqamətə qayıtmağını istəmişdir. O, geri qayıdıb avtomobili saxlamaq istəyəndə Mehdi israrla avtomobili bir qədər irəlidə saxlamasını tələb etmişdir. Daha sonra o, avtomobili bir qədər irəlidə saxlamışdır. Təqsirləndirilən şəxs avtomobildən düşərkən yaxında olan binaların birində usta işlədiyini bildirmişdir. Avtomobildən düşdükdən sonra yük hissəsini açmış və Mehdi qutunu götürdükdən sonra ona 6 manat məbləğində yol haqqı ödəmişdir. O, avtomobilə əyləşərək bir qədər uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs bir neçə nəfər mülki geyimli şəxslər tərəfindən saxlanılaraq yerə yıxıldığını və dəfələrlə “Allahu Əkbər” deyə qışqırdığını eşitmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Teyyub oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Vaqif adlı şəxsə məxsus Xırdalan dairəsi adlanan əraziyə yaxın yerləşən həyət evində 2023-cü ilin oktyabr ayının sonundan usta kimi işləmişdir. Təxminən 2023-cü ilin fevral ayında Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Aqua Park” istirahət mərkəzində təmir apararkən tanış olduğu və birgə işlədiyi Mehdi adlı fəhləni də sonuncu iş yerinə dəvət etmişdir. Əvvəllər Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq təmir işi olacağı təqdirdə ona xəbər etməsini xahiş etmişdir. O, Mehdiyə Vaqif adlı şəxsin evində işin olduğunu bildirdikdən bir neçə gün sonra Mehdi orada işə başlamışdır. Mehdinin namaz vaxtı çatanda işini dayandıraraq İslam dininin sünni məzhəbinə uyğun ibadət etdiyini görmüşdür. İş prosesində etdikləri fasilələr zamanı söhbət əsnasında Təqsirləndirilən şəxs dəfələrlə yəhudi millətinə nifrət etdiyini vurğulamışdır. Eyni zamanda, Mehdi ruhi xəstə olduğunu, bununla əlaqədar iki dəfə müvafiq müalicə müəssisələrində müalicə aldığını söyləmişdir. Təqsirləndirilən şəxs ətrafında olan ustaları “müşrik” adlandırmış, anası namaz qılmadığına görə onun da kafir olduğunu və vəfat etmiş atasının da kafir olduğuna görə sonuncuya rəhmət düşmədiyini bildirmişdir. O, Mehdinin danışıqlarını ciddi qəbul etməmiş və ona çox danışmağa imkan verməmiş, eyni zamanda işini görməsini tələb etmişdir. Digər ustalar da Mehdinin danışıqlarına məhəl qoymayaraq iş prosesini pozmamasını ondan tələb etmişlər. Mehdi iki gün işlədikdən sonra bir daha tikintiyə gəlməmiş, buna görə də sonuncunu bir daha görməmişdir. Onun Təqsirləndirilən şəxs İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə hücum edərək terror aktı törədəcəyi barədə məlumatı olmamışdır. Mehdi ona sadəcə Qəzza bölgəsində baş verən hadisələrə görə qəzəblənərək yəhudi millətinə qarşı öz nifrətindən danışmışdır.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni və Şahid3la oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, o, Vaqifin evində santexnik işlərini görmüşdür. Mehdi təxminən 2-3 gün onlarla birlikdə həmin evdə fəhlə kimi işləmişdir. Mehdi təxminən iki gün işlədikdən sonra bir daha tikintiyə gəlməmiş və onu bir daha görməmişdir. Mehdinin hərəkətlərindən ruhi xəstə olmasını düşündüklərindən onun söylədiklərini ciddiyə almamışlar.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7, Şahid5 və Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu, şahidlər Şahid1, Şahid3 və Şahid4 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncuların ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər.
14. Məhkəmə, iş üzrə dindirilmiş qanuni nümayəndənin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” 3 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin (bundan sonra mətndə - DTX İBİ) idarə rəis müavini, ədliyyə polkovnik-leytenantı S.Ə.Abdullayev tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs terror aktı törətməyə hazırlıq faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə cinayət işi başlanılaraq DTX İBİ-nin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə baş leytenantı Ü.R.Cahangirlinin rəhbərliyi ilə həmin İdarənin mühüm işlər üzrə baş müstəntiqi Əsgər Hacıyev və müstəntiqi Həsən Quliyevdən ibarət istintaq qrupu yaradılmışdır (Cild 1, i.v. 1-2).
16. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 3 noyabr 2023-cü il tarixli qərardan görünür ki, DTX İBİ-nin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə baş leytenantı Ülvi Cahangirli tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə başlanmış cinayət işi icraata qəbul edilməklə istintaq qrupunun üzvləri - mühüm işlər üzrə baş müstəntiq Əsgər Hacıyev və müstəntiq Həsən Quliyevlə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.3).
17. DTX-nin Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim olunmuş materiallardan görünür ki, Təqsirləndirilən şəxs İsrail-Həmas qarşıdurması fonunda radikallaşması, hadisələrə nifrət hissi ilə yanaşaraq anti-İsrail əhval ruhiyyəsinin təsiri altında tək nəfərlik qisas tədbiri görməsi niyyətində olması barədə məlumat daxil olmuş, sözügedən şəxs bunun üçün odlu silah axtarsa da, istəyi baş tutmamış, hücumu kəsici və küt alətlə reallaşdırmağı qərarlaşdırmışdır. Təqsirləndirilən şəxs hücumu reallaşdırmaq üçün hazırlıq işləri görmüş, bu məqsədlə səfirliyin vizual müşahidəsini aparmış, bıçaq və küt alət (taxta dəyənək) əldə etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs səfirliyə hücum niyyətini qətiləşdirdiyi müəyyən edilmiş, o bu məqsədlə 3 noyabr 2023-cü il tarixdə, saat 12:10 radələrində taksi ilə səfirliyin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsinə gəlmiş, avtomobildən düşərək İsrailin Azərbaycandakı səfirliyinə hücum etmək istəyərkən saxlanılmış, üzərindən 1 ədəd bıçaq və 1 ədəd taxta dəyənək aşkarlanaraq götürülmüşdür. O, izahatında səfirliyə hücum niyyətini etiraf etmişdir. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, cinayətə hazırlıq prosesi və terror hücumu cəhdi sənədləşdirilmişdir (Cild 1, i.v. 8).
18. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1 noyabr 2023-cü il tarixli, 5(009)- 4993/2023 saylı “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında 6 (altı) ay ərzində texniki vasitə istifadə etməklə telefon danışıqlarına qulaq asılması, poçt, teleqraf və digər göndərişlərinin yoxlanılması texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiya çıxarılması, binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə və ya torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinin müəyyən edilməsi, insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin aparılması qərara alınmışdır (Cild 1, i.v.4-9;).
19. DTX-nin Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təqsirləndirilən şəxs müşahidəsinə dair 2 noyabr 2023-cü il tarixli materialdan görünür ki, Təqsirləndirilən şəxs piyada hərəkət edərək saat 10:48-də Bakı şəhəri, Nərimanov prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsinə gəlib, yoldan keçən qızılı rəngli, “Toyota Prius” markalı Az **-OV-*** nömrəli taksi avtomobilinə əyləşmişdir. O, taksidə İzmir küçəsi ilə asta sürətlə hərəkət edərək İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin qarşısından keçib, saat 11:10-da Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindəki avtobus dayanacağına gəlib taksidən düşmüşdür. Saat 11:20-də Təqsirləndirilən şəxs 65 nömrəli marşrut avtobusuna əyləşib saat 11:30-da Şıxəli Qurbanov və Füzuli küçələrinin kəsişməsinə gələrək avtobusdan düşmüşdür. O, piyada hərəkət edərək metronun Nizami stansiyasının qarşısına gəlib, ağ rəngli, “Ravon” markalı, Az **-PX-*** nömrəli taksi avtomobilinə əyləşmişdir. Müşahidə olunan, taksidə yoluna davam edərək saat 11:37-də yenidən İzmir küçəsi ilə İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin qarşısından keçib saat 11:40-da İzmir küçəsi ilə Tbilisi prospektinin kəsişməsinə gəlmişdir. Obyekt taksidən düşüb ətrafa və İzmir küçəsinə nəzər yetirdikdən sonra piyada ərazidən uzaqlaşmışdır (Cild 1, i.v. 20).
20. 3 noyabr 2023-cü il tarixli “Baxış” protokolundan görünür ki, həmin tarixdə, saat 11:50-dən 12:15-dək hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində keçirilmiş baxış zamanı sonuncunun əlində tutduğu divar kağızlarının saxlanılması üçün nəzərdə tutulmuş qutuda tikinti materialları dükanından aldığı taxta dəyənək (üzərində ərəb dilində yazılmış Allah və Məhəmməd sözləri yazılmışdır), qara rəngli gödəkçənin içəri sağ cibindən orta ölçülü tutacağı qara rəngdə olan 21 sm uzunluğunda bıçaq, bir ədəd “Rapira” markalı ülgüc, bir ədəd diş təmizləyici, 5 manat pul və iki ədəd resept aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Baxış prosesində “Sony” markalı fotoaparatdan və rəqəmsal videokameradan istifadə edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtib olunmasına dair heç bir əlavə və qeyd daxil olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 22-25).
21. “Tutulma haqqında” 3 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq Ülvi Cahangirli tərəfindən həmin tarixdə, saat 16:30-da müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 44-45).
22. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 4 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham müdafiəçisi X6 iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 57-64).
23. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 4(009)-773/2023 saylı, 4 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 3 noyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs oğu törətdiyi əməldən peşman olmadığını bildirərək vəsatətin təmin olunmamasını xahiş etmişdir (Cild 1, i.v. 78-82).
24. “Baxış keçirilməsi barədə” 13 noyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxışa təqdim olunan 1 (bir) ədəd uzunsov karton qutunun uzunluğu 108 sm, hündürlüyü 27 sm, eni isə 18 sm təşkil edir. Qutunun hər iki enli tərəfində 5,8 sm ölçülü hərflərlə “MERCURY”, həmin yazının altında isə 2,2 sm ölçülü hərflərlə “TESORO” yazıları vardır. Qutunun hər iki ensiz tərəfində “QTY:6 ROLLS”, “L:10m” W:106cm yazıları qeyd olunmuşdur. Kartonun içərisindən cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal yoxdur. Baxışa təqdim olunan 1 (bir) ədəd taxta dəyənək 88 sm uzunluğundadır. Taxtanın bir üzünə “X28” digər tərəfinə isə “Muhammedun Rəsulullah” sözləri yazılmışdır. Bundan başqa taxta dəyənəyin üzərində hər hansı qanabənzər iz və ya ləkə aşkar olunmamışdır. Baxışa təqdim olunan 1 (bir) ədəd bıçaq qatlanan bıçaqdır. Bıçağın dəstəyi qara rəngli metala bənzər materialdır. Dəstəyin uzunluq ölçüsü 12 sm, bıçağın tiyəsi ucu sivridir və üstündə “X23” sözləri həkk olunmuş eyni zamanda uzunluğu 9 sm ölçüdədir. 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus AA ******* saylı şəxsiyyət vəsiqəsidir. Şəxsin doğum tarixi xx xxx 1997-ci ildir. Vəsiqə 10 iyul 2033-cu ilədək etibarlıdır. Baxışa təqdim olunan 1 (bir) ədəd resept - 24 iyul 2023-cü il tarixli xəstə Təqsirləndirilən şəxs, həkim Səriyyə Tarıverdiyevaya tərəfindən əlyazma iiə latın qrafikasında “Cyclodol 2 mg, Depakin Chron 300mg, Klonazepam 2 mg dərman adları yazılmışdır və Azərbaycan Respublikası Psixiatriya Xəstəxanası Publik hüquqi şəxs möhürü mövcuddur. Baxışa təqdim olunan 1 (bir) ədəd resept - Bakı Səhiyyə Mərkəzi 1 nömrəli Dəri-Zöhrəvi dispanseri sözləri qeyd olunmuş, həkim lobarant Şəmsiyyə Tofiq qızı tərəfindən - Təqsirləndirilən şəxs verilmiş laboratoriya analiz cavab kağızıdır. 5 (beş) ədəd 1 manatlıq pul əskinasların üzərində A61228709, D 35145950, A 38079851 və B 64391070 saylı kodlar vardır. 1 (ədəd) ülgücün üzərinə “Rapira və supertsal” sözləri qeyd olunmuşdur. Protokolda baxış keçirilən əşyaların fotoşəkillərinin “Sony” markalı rəqəmsal fotoaparatla çəkilərək “Epson” markalı rəngli printerdən çıxarılıb protokola əlavə edilməsi qeyd edilmişdir (Cild 1, i.v. 119-126).
25. 13 noyabr 2023-cü il tarixli “Baxış” protokolundan görünür ki, müstəntiq Əsgər Hacıyev tərəfindən DTX-nin V baş idarəsindən 9-3831 saylı məktubla daxil olmuş 1 ədəd DVD diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, videonun ilk saniyələrindən Təqsirləndirilən şəxs Huseyin oğlu 2 noyabr 2023-cü il tarixdə, 10:48-də Bakı şəhəri, Nərimanov prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsinə gələrək oradan qızılı rəngli “Toyota Prius” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə əyləşir. O, İzmir küçəsi ilə asta sürətlə hərəkət edərək İsrail dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin qarşısından keçib Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindəki avtobus dayanacağına gəlir. O, taksidən düşüb “İst" petrol yanacaq doldurma məntəqəsinə tərəf irəliləyir. Bundan sonra videonun sonunda Təqsirləndirilən şəxs Bakı şəhəri, İzmir küçəsindəki “dayanma və durma” yol nəqliyyat nişanının yanında ağ rəngli “Ravon" markalı taksi avtomobildən enərək hərəkət edir (Cild 1, i.v.130).
26. Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon İcra Hakimiyyətinin qarşısında yerləşən X31 Əliyevin büstünə zədə vurmaq istəyərkən qarşısı alınmış, bir neçə müddətdən sonra cümə məscidinin axunduna məxsus xidməti maşına ciddi xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs şəhər ərazisində mənfi davranışı ilə həmişə seçilmişdir (Cild 1, i.v. 156-157).
27. Tərtər RİH-in başçısının Qaynaq kəndi İƏD üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası xx xxxxxx 1974-cü il təvəllüdlü Qanuni nümayəndə, qardaşları 20 iyul 1999-cu il təvəllüdlü X9 və 3 dekabr 2000-ci il təvəllüdlü X7, bacıları 28 may 1995-ci il təvəllüdlü X4 və X1 ibarətdir (Cild 1, i.v. 158).
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X25 tərəfindən təqdim olunmuş 17 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (Cild 1, i.v.159).
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixiatriya Xəstəxanası tərəfindən təqdim olunmuş 18 noyabr 2023-cü il tarixli məktubdan və xəstəliklə bağlı materiallardan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdən 8 may 2023-cü il tarixədək, 1 iyun 2021-ci il tarixdən 5 iyul 2023-cü il tarixədək, 18 sentyabr 2021-ci il tarixdən 20 sentyabr 2023-cü il tarixədək qeyd edilən xəstəxanada “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə stasionar müalicədə olmuşdur (Cild 1, i.v. 160-192).
30. DTX Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edimiş 14 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında aparılmış araşdırmalar zamanı onun əvvəllər Suriya ərazisində qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibinə qoşulmaq istəsə də, maddi və digər şəxsi problemləri olduğu üçün istəyini reallaşdıra bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs son zamanlar İsrail- Həmas arasında baş verən silahlı münaqişələrdə də iştirak etmək üçün cəhd etmiş, cəhdi baş tutmadıqdan sonra Azərbaycan Respublikası ərazisində terror-təxribat fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Ötən müddət ərzində aparılmış araşdırmalar zamanı Təqsirləndirilən şəxs xarici xüsusi xidmət orqanları ilə mümkün əlaqələrinə dair məlumatlar daxil olmamışdır (Cild 1, i.v. 201).
31. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X21 21 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci ildən “Şizofreniya paranoid forma” diaqnozu ilə Tərtər Rayon Mərkəzi X10 Şəxsinin poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanır. 8 oktyabr 2023-cü il tarixdən “Ağciyər inkiltrativ BK(-) mənfi vərəmi” diaqnozu ilə ftiziatrik kabinetdə dispanser qeydiyyatındadır (Cild 1, i.v. 202).
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X25 tərəfindən təqdim olunmuş 18 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə dəfələrlə qeyd olunan xəstəxanada müalicədə olmuşdur. Sonuncu dəfə 6 aprel 2023-cü il tarixdə xəstəxanaya qəbul olmuş, 24 may 2023-cü il tarixdə xəstəxanadan evə yazılmışdır (Cild 1, i.v. 203).
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” PHŞ-nin məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2023-cü il tarixli, 4027/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir(Cild 1, i.v. 208-213).
34. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, X12 müraciəti əsasında Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından sonuncunun barəsində cinayət işinin başlanması rədd edilmişdir (Cild 1. i.v. 216-219).
35. Tərtər Rayon Məhkəməsinin 3(061)-72/2023 saylı, 14 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın 1 misli, yəni 1870 (iki min səkkiz yüz yetmiş) manat məbləğində inzibati cərimə edilmişdir (Cild 1, i.v. 220-221).
36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X25 tərəfindən təqdim olunmuş 5 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə 26 may 2015-ci il tarixdən 27 may 2015-ci il tarixdə qeyd edilən xəstəxanada stasionar müayinədə olmuşdur. Təqsirləndirilən şəxs təkrar Tərtər Rayon Məhkəməsinin 5 fevral 2021-ci il tarixli, 184-2932-1221 saylı qərarına əsasən qeyd olunan xəstəxanaya qeyri-könüllü yerləşdirilmişdir. 5 mart 2021-ci il tarixdə anasının ərizəsi əsasında qənaətbəxş vəziyyətdə xəstəxanadan evə yazılmışdır. Təqsirləndirilən şəxs “Kəskin polimorf psixotik pozuntu” diaqnozu qoyulmuşdur (Cild 1, i.v.222).
37. Tərtər Rayon Məhkəməsinin 5 fevral 2021-ci il tarixli, 2(061)-470/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeyri-könüllü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi qət edilmişdir (Cild 1, i.v.224-225).
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 6 dekabr 2023-cü il tarixli, 3/1948 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir – soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd ağac parçası – kustar üsulla yonulub hazırlanmış ağac predmetidir, gövdəsində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, üzərində hər hansı odlu və ya soyuq silahın konstruksiyasına, iş prinsipinə uyğunlaşdırılmış detal, mexanizm və s. yoxdur – soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 75 (yetmiş beş) manatdır (Cild 1, i.v. 235-238).
39. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2023cü il tarixli, 7822 saylı rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitələrdən istifadənin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 244-246).
40. “Maddi sübut kimi tanımaq haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 3 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən üzərində aşkar olunaraq götürülmüş 1 ədəd “MERCURY” sözü qeyd olunan karton qutu, 1 ədəd bıçaq, 1 ədəd üzərində “X29 Muhamədun Rəsulullah sözləri qeyd edilmiş taxta dəyənək və 1 ədəd “Rapira” markalı ülgüc iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına verilmişdir (Cild 1, i.v. 253-254).
41. “Maddi sübut kimi tanımaq haqqında” 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd V-348/23 saylı DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (Cİld 1. i.v. 269).
42. “Sübutların qiymətləndirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi və cəmiyyət üçün təhlükəli olaraq qalması müəyyən edildiyindən, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərar qəbul edilməsi qərara alınmışdır (Cild 1, i.v. 275-281;).
43. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 28 dekabr 2023-cü il tarixli 201 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xroniki psixi xəstəliyi müəyyən edilir. Həmin psixi xəstəlik Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməzdən əvvəl yaranmışdır Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində kəskinləşmə mərhələsi olmuşdur. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi xəstəlik hal-hazırda da kəskinləşmə mərhələsindədir və onda psixotik vəziyyət müşahidə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Hüseyn oğlu hal-hazırda “Paranoid şizofreniya” xroniki psixi xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən Təqsirləndirilən şəxs bərəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarının təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Paranoid şizofreniya” xroniki psixi xəstəliyinin gedişində kəskinləşmə mərhələsi olduğundan psixotik vəziyyət nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən anlaqsız vəziyyətdə olmuşdur. Bu səbəbdən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür (Cild 1, i.v. 283-290).
44. “Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanılması qərara alınmış, həmin qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 291-292).
45. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 4(009)- 17/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xüsusi tibb müəssisəsinə (psixi stasionarına) yerləşdirilməsi qərara alınmışdır (cild 1,i.v. 304-306).
46. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 4(009)- 18/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir (Cild 1, i.v. 307-308).
47. “Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında” 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə anlaqsız vəziyyətdə cinayət törətmiş və psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatda iştirak edə bilməyən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində onun anası Qanuni nümayəndə tanınmışdır (Cild 1, i.v. 309-310).
48. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 4(009)- 33/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X22 saxlanılan Təqsirləndirilən şəxs “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Stasionar şöbəsinə yerləşdirilməsi qərar alınmışdır (Cild 1, i.v. 327-331).
49. “Təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının” 12 fevral 2024-cü il tarixli, 18 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət olduğundan o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından halhazıradək öz əməllərinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək, yaxud onu idarə edə bilmək iqtidarında, yəni anlaqlı olub-olmadığı müəyyən edilə bilməz. Belə ki, məhkəmə psixiatriyası üzrə elmi ədəbiyyatda və müvafiq metodik tövsiyələrdə verilən məlumata əsasən, “anlaqsızlıq” termini konkret zaman kəsiyinə, bir qayda olaraq cinayət hadisəsinin törədildiyi vaxta münasibətdə işlədilə bilər. 2023-cü ilin yanvar ayından halhazıradək olan müddət isə kifayət qədər uzun zaman kəsiyini əhatə edir. Hal-hazırkı cinayət işi M.H.Hüseynzadənin 3 noyabr 2023-cü il tarixdə törətdiyi cinayət əməlinə aid olduğundan həmin zaman üçün şəxsin anlaqlı olub-olmaması müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs verdiyi anamnestik məlumatlardan və tibbi sənədlərin təhlilindən onun təxminən 2021-ci ildən psixi xəstəlikdən əziyyət çəkdiyini ehtimal etmək olur. Sualın bu hissəsinə dəqiq və ətraflı cavabı şəxsin əvvəllər müalicə olunduğu və ya qeydiyyatda olduğu tibb müəssisələrindən (stasionar və ya ambulator xəstənin tibbi kartasından), eyni zamanda xəstə yaxınlarının anamnestik məlumatlarından əldə etmək olar. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai , təhlükəliyini dərk etmək, habelə onlan idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət davam etdiyindən hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükəli şəxs hesab olunur. Bu səbəbdən onun intensiv və daimi müşahidə altında stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası Qanunun tələbinə görə özü və ətrafdakılar üçün təhlükəli olan şəxs yubadılmadan müalicəyə cəlb edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür (Cild 1, i.v.333-339).
50. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında müstəntiq Ülvi Cahangirli tərəfindən 16 fevral 2024-cü il tarixdə tərtib edilmiş qərar 19 fevral 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.343-351).
51. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X21 baş direktoru tərəfindən 6 mart 2024-cü il və 5 aprel 2024-cü il tarixli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onun məhkəmə iclasında iştirak etməsinə imkan vermir (Cild 2;)
Əməlin tövsifi və digər hüquqi məsələlər:
52. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
53. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
55. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
56. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
57. “Terrorçuluğa qarşı mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir.
58. CM-in 214.1-ci maddəsi terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
59. CM-in 214.2.3 və 214.2.6-cı maddələrinə əsasən həmin Məcəllənin 214.1-ci maddəsində nəzərdə tutulmuş əməllər odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
60. CM-in 28.1-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur.
61. Məhkəmə, qeyd edilən cinayət əməlinin tövsifi ilə bağlı qeyd edir ki, şərh olunan cinayət eyni vaxtda bir neçə obyektə qəsd edir. Bunlara ictimai təhlükəsizlik, hakimiyyət orqanlarının və beynəlxalq təşkilatların normal fəaliyyəti, habelə insanların həyatı və sağlamlığı, həmçinin mülkiyyət münasibətləri aiddir. Terrorçuluğun obyektiv cəhətini təşkil edən hərəkətləri iki qrupa ayırmaq olar: a) insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərin (teror aktı) edilməsi; b) belə hərəkətlərin edilməsi ilə hədələmə. Terrorçuluq kəsik tərkibli cinayət olduğuna görə, o, CM-in 214.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlər (hədə istisna olmaqla) törədildiyi və bu hərəkətlərin adamların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına, habelə başqa ictimai təhlükəli nəticələrin baş verməsinə real təhlükə yaratdığı andan başa çatmış hesab edilir. CM-in 214.1-ci maddəsində qeyd olunan ictimai təhlükəli nəticələrin baş verməsi təhlükənin nə dərəcədə real olması ümumi təhlükəli əməllərin törədilmə yeri, vaxtı, şəraiti, üsulu haqqında mövcud olan iş materiallarına, ekspert rəylərinə və cinayətkar qəsdin mexanizminə digər kənar, çox zaman təsadüfi olan halların göstərdiyi təsirə əsasən müəyyən olunur. Terrorçuluq subyektiv cəhətdən birabaşa qəsdlə törədilir. Təqsirkar şəxs öz əməlini ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və bunları arzu edir. Burada ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul etməsinə təsir göstərmək məqsədi terrorçuluq cinayətinin subyektiv cəgətinin zəruri əlamətidir. Terrorçuluq cinayətinin subyekti bu cinayəti törədənədək 14 yaşı tamam olmuş istənilən anlaqlı fiziki şəxs ola bilər.
62. CM-də nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, məhkəmə ekspertiza rəyləri və iş üzrə olan digər dəlillərin məcmusu ilə tam sübuta yetirilir.
63. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutların məcmusu, o cümlədən çoxsaylı şahidlərin ifadələri, ekspertiza rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xroniki psixi xəstəliyindən əziyyət çəkməklə cinayət əməlini törətdiyi zaman anlaqsız vəziyyətdə CM-in 28,214.2.3 və 28.214.2.6-cı maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməlləri törətmişdir və paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət davam etdiyindən hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükəli şəxs hesab olunur, bu səbəbdən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac vardır.
64. CM-in 21.1-ci maddəsinə görə ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə görə anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
65. CM-in 93.1-1-ci maddəsinin tələbinə görə şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə (maddə 93.1-1.1); cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə (maddə 93.1-1.2); cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə (maddə 93.1-1.3) təyin edilir. Həmin Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 97.4-cü maddəsinin tələbinə əsasən öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər.
66. CM-in 95-ci maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi (maddə 95.0.1); ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə (maddə 95.0.2); ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə (maddə 95.0.3); ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə (maddə 95.0.4) tədbirləri təyin edə bilər.
67. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli, 8 nömrəli qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tətbiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir.
68. Qərarın 67-ci bəndində qeyd edilmiş qərarın 16-cı bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, ibtidai araşdırma orqanı tərəfindən anlaqsız vəziyyətdə cinayət törətməsi və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması hesab edilmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair məsələyə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən belə şəxsin həm cinayət törədərkən, həm də bundan sonra öz əməlinin (hərəkət və ya hərəkətsizliyini) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməsi və ya həmin əməli idarə edə bilməsi aşkar edildikdə, məhkəmə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair icraata xitam verilməsi haqqında qərar qəbul edir.
69. Məhkəmə, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, ittiham olunan əmələ görə anlaqsız hesab edilərək CM-in 21.1-ci maddəsinin təsiri altına düşdüyünü, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertiza rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində CM-in 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir.
70. CPM-in 470-ci maddəsinin tələbinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı, vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir.
71. “Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə keçirilmiş Birinci Konqresində qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydalarında” müəyyən edilir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir (82-ci qayda).
72. Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri (BMTnin Baş Assambleyasının 17 dekabr 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir) nəzərdə tutur ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir (20-ci prinsip).
73. Məhkəmə, göstərilən konstitusion və beynəlxalq normaları, habelə CPM-in göstərilən maddələrini rəhbər tututaraq və işin hallarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 28,214.2.3 və 28,214.6-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olan cinayət əməllərini törətmiş hesab edilməli, həmin əməlləri anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməli, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X22 yerləşdirilməsi nəzərə alınmalı, qətimkan tədbirinin əvəzinə seçilmiş xüsusi tibbi müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri isə Təqsirləndirilən şəxs hazırkı vəziyyəti nəzərə alınaraq qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
74. Bu hissədə qərar icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X24 həvalə edilməlidir.
75. Məhkəmə yekun qərar çıxararkən “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır.
76. CPM-in 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır.
77. Qərarın 39, 43 və 49-cu bəndlərində göstərilmiş məhkəmə psixiatrik ekspertizasının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-in 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür.
78. CM-in 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
79. CM-in 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır.
80. Həmin məcəllənin 93.1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır.
81. CM-in 94-cü maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində məqsəd, həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir.
82. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
83. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə, habelə yuxarıda şərh olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiartiya Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli 201 saylı və 12 fevral 2024-cü il tarixli 18 saylı rəylərinə əsasən məhkəmə hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, “Paranoid şizofneniya” xroniki psixi xəstəliyində psixotik vəziyyət davam etdiyinə görə Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona hazırda cəza təyin edilməsi və cəzanın icrasını mümkün deyil.
84. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
85. CPM-in 348.2.1-ci maddəsinin tələbinə görə, əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır.
86. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
87. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
88. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
89. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla DTX-nin İBİ-də maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd “MERCURY” sözü qeyd olunan karton qutu, 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd üzərində “X29 Muhamədun Rəsulullah” sözləri qeyd taxta dəyənək və 1 (bir) ədəd “Rapira” markalı ülgüc məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
90. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir.
91. CPM-in 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Həmin Məcəllənin 197.2-ci maddəsində göstərilir ki, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Bu mənada, məhkəmə cinayət işi üzrə ekspertiza xərcinin dövlət büdcəsi vəsaiti hesabından ödənilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci 74(yetmiş dörd) manatın tutulmasından azad edilməli və həmin məbləğin dövlət büdcəsi vəsaiti hesabından ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.
92. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyindən 74 (yetmiş dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərcinin ödənilməsindən azad edilməlidir.
93. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
94. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
95. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8 noyabr 2012-ci il tarixli qərarı baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
96. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 348 və 477 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,214.2.3 və 28,214.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası” X27 həvalə edilsin. Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyindən 74 (yetmiş dörd) manat məbləğində ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd “MERCURY” sözü qeyd olunan karton qutu, 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd üzərində sözləri qeyd taxta dəyənək və 1 (bir) ədəd “Rapira” markalı ülgüc məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Qərardan elan olunduğu, qərarın surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.