Məhkəmə qərarları › İş №1(101)-146/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-146/2020

04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-146/2020 04.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğırCinayətlərMəhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər MahmudovİlhamAğaoğluvəQəniyevFaiqƏsədoğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x4, dövlət ittihamçısı AbdinovSabirMəzlumağaoğlu, müdafiəçilərVasifovƏlisahibŞüküroğlu,Müdafiəçi1, Zərərçəkmiş şəxsAsrarovna vəonunnümayəndəsiVəliyevRuslanArifoğlu, tərcüməçi Cəfərova AliyəSabir qızının iştirakları ilə, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdərov küçəsi ev 34-də qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.6, 144-2.3-cümaddələriilə xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 16-da qeydiyatda olmaqla yaşayanTəqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.6, 144-2.3-cümaddələriilə təqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığmı məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmə barədə Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Ukrayna Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs maddi və sosial təminatının aşağı olmasmdan sui istifadə edərək Təqsirləndirilən şəxs1 ona özünün yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 3/31 nömrəli sahəyə gedəcəyi halda ona normal iş və yaşayış şəraiti yaradacağını vəd edib, eləcə də onun və övladlarının maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə edib onu istismar edilməsi məqsədi ilə 1997-ci ilin yay aylarında yaşadığı həmin ünvana gətirmiş, həmin vaxtdan etibarən qardaşı Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan otaqda qapalı halda saxlayıb fərdi təsərrüfatındakı donuzlara gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlayacağını qadağan edib, olduğu yeri icazəsiz tərk edəcəyi halda ona hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyi ilə hədə-qorxu gəlib psixi təsir göstərərək qorxu hissi yaratmış, mütəmadi olaraq əl zərbələri və yad cisimlərlə Zərərçəkmiş şəxs döyərək müxtəlif vaxtlarda zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa Zərərçəkmiş şəxs azadlığını 2010-cu ilin aprel-may aylarınadək olan müddət ərzində məhdudlaşdırıb onu fərdi təsərrüfatında olan donuzlara gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur etmiş, nəticədə Zərərçəkmiş şəxs digər ağır nəticələrə səbəb olmuş psixi fəaliyyəti pozulmuşdur. Təqsirləndirilən şəxs2 hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmə barədə qardaşı Təqsirləndirilən şəxs1 həyatyani sahəsində qardaşı Təqsirləndirilən şəxs1 tərəfindən aldadılarq məcburi əməyə cəlb edilmiş Zərərçəkmiş şəxs maddi və sosial təminatının aşağı olmasından qardaşı ilə həmrəy olub sui istifadə edərək qardaşının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 3/31 nömrəli sahədə Zərərçəkmiş şəxs heç bir normal şərait yaratmadıqları halda onu istismar etmək məqsədi ilə 1997-ci ilin yay aylarından qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs qardaşının yaşadığı evin həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan otaqda qapalı halda saxlayıb fərdi təsərrüfatında olan donuzlara gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı işlərə cəlb edərək daimi onu qorxu hissi altında saxlamaqla işlətmiş və nəticədə uzunmüddətli psixi təsir göstərərək qorxu hissi yaratmış və qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa Zərərçəkmiş şəxs azadlığını 2010-cu ilin aprel-may aylarınadək olan müddət ərzində məhdudlaşdırıb uzunmüddətli əziyyət verməklə Zərərçəkmiş şəxs sağlamlığının pozulmasına gətirib çıxaran psixi fəaliyyətinin pozulmasna gətirib çıxarmışdır. Təqsirləndirilən şəxs1, məhkəmə iclasında, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Sahib onun qardaşıdır və ondan 3 yaş kiçikdir, 1986-cı il tarixdə Zirə qəsəbəsinə köçmüş, həmin vaxtdan qeydiyyatda olduğu ünvanda yaşayır, 1996-cı ilin sonlarında evinin yaxınlığında 24 sot torpaq sahəsini almış, orada donuz saxlamağa başlamışdır və donuzları saxlamaq üçün tövlə tikmişdir. 1998-ci ildə bir qadının uşaqları ilə birlikdə Albalı qəsəbəsində evsiz qaldığını, donuzlara baxa biləcəyini ona demişlər. Əvvəllər tanımadığı Zərərçəkmiş şəxs və uşaqlarını fermaya gətirmiş, Venera ilə fermada qalıb donuzlara baxacağı və aylıq ona pul verəcəyi barədə razılaşmışdır. Venera uşaqları ilə ayrı otaqda yaşamağa başlamışdır. Qardaşı Sahib də ona işlərində köməklik etmişdir. Bəzən işi ilə bağlı evdə olmamış, Sahib bəzən uşaqları evinə apararaq bir müddət saxlamışdır, fermaya gələndə həmçinin özü ilə yemək və paltar da gətirmişdir. Veneranın və uşaqlarının sənədlərini itməməsi üçün özündə saxlamışdır. Vadimin heç bir sənədi olmamışdır. Bir il sonra Yaroslav fermadan çıxıb getmiş, sonra bacısını da özü ilə aparmış, bundan sonra Valentin də fermadan qaçmışdır. 2002-ci ildə Veneranın psixi problemləri olduğu və Vadim nadinc olduğu üçün Sahib Vadimi öz evinə aparmışdır. Venera fermada tək qalmış, 2002-ci ildə Sahib zəng edib bildirmişdir ki, Vadim evdən qaçıb, evə gəlsə xəbər etsin, özləri də Vadimi axtarırlar. Veneranın yanına gedərək qapını bağlamamasını, Vadimin qaçdığını bildirmiş, lakin Vadim gəlib çıxmamışdır. Sahib uşaq evlərini də axtarmağa başlamış, lakin Vadimi tapmamışdır. 1 həftə Vadimi axtarmış, Venera Vadim barədə maraqlanmamış və axtarmamışdır. O və Sahib heç kimi məcburi işlətməmiş, Veneranın uşaqları özləri sərbəst şəkildə çıxıb getmişlər, Fermadan qaçmamışlar. Veneranın uşaqları ilə daim əlaqəsi olub, bir-birinin yanına gedib-gəliblər. Vadim itkin düşəndən sonra onun barəsində heç bir məlumatı olmamış, Sahib və ailə üzvləri hər zaman Veneranın uşaqlarına qarşı yaxşı münasibət saxlamışlar. Venera onun yanından çıxıb getdikdən sonra da onlar münasibət saxlamış, onun oğlunun toy məclisində də Veneranın oğlanları iştirak etmişlər hətta o Veneranın oğlunun həbsdə olduğu vaxt türməyə onu ziyarətə getmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1995-ci ildə qardaşı Əhmədlə Zirə qəsəbəsində torpaq sahəsi götürüb orada donuz saxlamağa başlamışlar, 1998-ci ildə Əhməd donuzlara baxmaq üçün fermaya Zərərçəkmiş şəxs gətirmiş, Venera uşaqları ilə birlikdə qardaşının fermasında qalaraq donuzlara baxmağa başlamışdır. O da imkan olanda qardaşına işlərində köməklik etmiş, həmçinin Yaroslav, Məryam və Vadimi gəzməkləri üçün öz evinə aparmışdır. Bağa gedəndə həyat yoldaşı Tamara da Veneranı görmüş, lakin Venera və oğlu Valentin heç vaxt evə gəlməmişlər. Tamara uşaqlara qarşı daha sərt olmuş və uşaqlar hər zaman Tamaradan qorxmuşlar. Veneranın uşaqlarını evə gətirəndə Tamara narazılıq etmiş, onun isə uşaqlara yazığı gəldiyi üçün evinə gətirib saxlamışdır. 1999-cu ilin aprel ayında işdən evə yorğun gəlmiş, həmin ərəfədə Vadim evdə qalmış, evə gəldikdən sonra yemək yeyib yatmışdır. Səhər saat 9 radələrində Tamara onu oyadaraq Vadimin evdən qaçıb getdiyini bildirmiş, ona evin darvazasını göstərmiş, darvazanın qapısı bir qədər açıq olmuşdur. Darvazanın qapısı çətinliklə açılıb bağlandığından həmin vaxt Vadimin tək qapını açıb qaçıb getməsi mümkün ola bilməzdi. Vadimin gəlmədiyini görüb növbəti gün Veneranın yanına getmiş, Vadimin qaçdığını bildirmişdir. Venera Vadimin heç bir sənədi olmadığı üçün polisə müraciət etmədiyini demiş, bundan sonra polisə müraciət etməmişlər. Təqsirləndirilən şəxs Sahib Bababayev həmçinin ifadəsində göstrəmişdir ki, o, heç vaxt Veneranı və ya onun ailəsini incitməmiş, o hər zaman onlara hörmət etmiş bu günə kimidə onlarla münasibətləri var. Qardaşının Veneranı və ya onun uşaqlarını incitməsindən xəbəri olmayıb və məlumatı yoxdur. Belə bir şeyin olduğunu bilsəydi heç vaxt buna imkan verməzdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədətədqiqedilmişdigərprotokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1993-cü ildə övladları x2, Şahid3, Şahid2, Şahid1 ilə Kiyev şəhərində dəmir yol vağzalına övladları ilə gedərkən, Kiyev dəmir yol vağzalında təsadüfən iki nəfər azərbaycanlı, əslən Şamaxıdan olan şəxslərlə tanış olmuş, ona təklif etmişlər ki, Şamaxı rayonunda istixanada işləyb, özünü və ailəsini dolandırır. 23 yanvar 1993-cü ildə Bakı dəmir yol vağzalında düşmüş, onları heç kim qarşılamamış, orada bir neçə gün küçədə gecələmiş, bir nəfər ona yaxınlaşıb dayısı Yusif adlı şəxsin Zığ kəndi deyilən yerdə heyvandarlıq fermasında işləyib aiəsini dolandırmağını təklif etmişdir. Başına bir çox hadisələr gəldikdən sonra bir fermaya gəlmişdir, orada Əhməd onları gördükdən sonra təklif etmişdir ki, donuzçuluq fermasına işləməyə gəlsin, onlar üçün orada yaxşı şərait qurar. Çarəsizlikdən razılıq vermiş, 1997-ci ilin yayında Əhməd özü bildirdiyinə görə qardaşına məxsus «Niva» markalı avtomobillə onları həmin fermadan götürüb Zirədə yerləşən fermasına aparmış, fermanın sahəsi çox geniş olmuş, arxası çöllük, qarşı tərəfində isə elektrik stansiyası yerləşmiş, fermanın divarları 3 metr, hətta bəlkə də daha çox hündürlükdə olmuş, ferma darvaza ilə örtülü, açarlar isə yalnız Əhməddə olmuşdur. İlk vaxtlar Əhməd onları nisbətən şəraitli, soba ilə təchiz olunmuş otaqda yerləşdirmiş, yeməklərini vermiş, məvacib isə verməmişdir. Sonradan Əhməd azyaşlı övladlarını da işə cəlb etmiş, etiraz etmək istəsə də Əhməd qaldıqları halda iş görməli olduqlarını bildirmiş, əks halda onları incidəcəyi ilə hədələmişdir. Sonradan Əhməd qaldıqları otaqdan onları çıxarmış, bildirmişdir ki, donuzlar olan tövlədə qalacaqlar. Bundan sonra Əhmədin davranışı dəyişmiş, yemək bəzən verməmiş, həftələrlə ac qalmış, Əhməd onu tez-tez döymüşdür. Əhməd vəhşicəsinə onları döymüş, oğlu Valentinin başına vurmaqdan Valentin görmə qabiliyyətini də az qala itirmiş, hazırda da Valentin zəif görür. Əhmədin qardaşı Sahib də arabir fermaya gəlmiş, 1998-ci ilin qış aylarında Sahib və Əhməd bildirmişlər ki, yaxşılıq etmək istəyirlər, buna görə həmin vaxt 5 yaşlı oğlu Vadimi Sahibin yaşadığı Bakı şəhərində, 8-ci kilometr adlanan ərazidə olan mənzilə aparacaqlar. Qorxusundan etiraz edə bilməmiş, Sahib Vadimi öz evlərinə aparmış, bundan sonra o, bir daha Vadimi görməmişdir. Bir həftə sonra Əhməd fermaya gələrək demişdir ki, Vadim Sahibin evindən qaçıb. Nə etsə də Əhmədgil Vadimi tapmamışlar, bildirmişlər ki, itkin düşüb. 1998-ci ilin yay aylarında Sahib oğlu Yaroslav və qızı Marinanı da öz evlərinə aparmış, qorxudan etiraz edə bilməmişdir. Bir qədər sonra Əhməd bildirmişdir ki, Yaroslav və Marina Sahibin evindən xəbərsiz qaçıblar. Bu bir qədər şübhə yaratmış, 10 gün sonra Sahibin oğlanları Mahmud və x3 tapıb Əhmədin fermasına gətirmiş, övladlarından nə üçün qaçdıqlarını soruşduqda bildirmişlər ki, Sahib onları vəhşi kimi döyüb, əzab verib, buna görə də Sahibin əlindən qaçıb yaxa qurtarmaq istəmişlər. Bir il sonra Yaroslav ondan və Əhməddən xəbərsiz fermadan qaçmış, bundan sonra Yaroslavı uzun müddət görməmişdir. 2010-cu ilin aprel-may aylarında Yaroslav fermaya gəlmiş, məlum olmuşdur ki, həbsxanadan çıxıb, artıq böyüyüb. Həmin vaxt Əhməd Yaroslavı fermada qarşılamış, aralarında bir qədər söhbət olmuş, Yaroslav təkidlə onu fermadan buraxmağı Əhmədə bildirmiş, Əhməd isə qeyd etmişdir ki, tanış polis dostları var, Yaroslavı yenidən tutdura bilər, şikayət edəcəkləri halda başına oyun açar. Həmin vaxt Yaroslav Əhmədin hədələrinə dözməyib dalaşmış, Əhməd vəziyyətin belə olduğunu görüb onu fermadan buraxmışdır. Bundan sonra, Yaroslavla birlikdə Dübəndidə yaşamağa başlamışdır. Əhmədin qorxusu hələ də onu rahat buraxmamış, buna görə də polisə şikayət etməkdən qorxmuşdur. Əhməd bildirmişdir ki, fermasına tez-tez polis əməkdaşları gəlirlər, hamısı xətrini çox istəyirlər, artıq hərəkət etsə, şikayət etsə özünü, oğlunu tutacaqlar. 2014-cü ilin sentyabr ayında televiziya verilişi olan «Səni Axtarıram» verilişinə müraciət edib Özbəkistanda yaşayan qardaşlarını axtarmış, kömək istəmişdir. Həmin verilişdən ona cavab gəlmişdir ki, qardaşları və anası Özbəkistandan tapıblar, onu gözləyirlər, lakin o, pasportu olmadığı üçün gedə bilməmişdir. Verilişdə xatırlamadığı şəxsə Əhmədin başına gətirdikləri barədə danışmış, həmin şəxs məsləhət görmüşdür ki, İnsan Alverinə qarşı Mübarizə İdarəsinə getsin, orada dərdinə çarə tapacaqlar. Əhməddən qorxduğu üçün, bundan çəkinmiş, oğlu Yaroslav bu barədə maraqlanmış və bildirmişdir ki, ora təhlükəsiz yerdir, təhlükəsizliyini də təmin edəcəklər. Bundan sonra həmin idarəyə ərizə ilə müraciət etmişlər. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, artıq Əhməd və Sahiblə barışmışlar, onlara qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ukrayna Respublikasında doğulmuş, 1993-cü ildə valideynləri ayrıldıqları üçün, həm də anası iş tapa bilmədiyi üçün Azərbaycana gəlmişlər. Həmin vaxtlar baş verənləri dərk etmək qabiliyyəti olmadığı üçün heç bir şey xatırlamır. Anası ilə birlikdə Bakı şəhərində bilmədiyi ünvanlarda müxtəlif ferma və istilikxanalarda qalmış, anası işləyib onları dolandırmışdır. 1997-ci ildə Zirə qəsəbəsində yerləşən Əhməd adlı şəxsə məxsus donuzçuluq fermasına gəlmiş, həmin vaxt 7 yaşı olmuşdur. Onları Əhməd öz avtomobili ilə həmin fermaya anası, üç qardaşı ilə birlikdə gətirmişdir. Sonradan Əhməd onlara zülm etməyə başlamış, anası da etiraz edəndə Əhməd gözlərinin qarşısında anasını döymüşdür. Qaldıqları yer əvvəllər dar bir otaq olmuş, anasına sığınıb yatmış, sonradan Əhməd onları fermada olan donuzlar saxlanılan tövləyə yerləşdirmiş, anası Əhmədə etiraz edə bilməmişdir. x7 tez-tez döyüb halsız vəziyyətə salmışdır. Əhmədin qardaşı Sahib teztez fermaya gəlmiş, məlum olmayan iş dalınca fermadan çıxıb getmişdir. Əhmədi Sahib əvəz edirmiş, Sahib də bəzən onları döymüşdür. 1998-ci ilin qış aylarında kiçik qardaşı Vadim müəmmalı şəkildə itmiş, Sahib Vadimi fermadan öz evinə aparmış, anası bildirmişdir ki, Vadim evdən qaçıb, bir daha da geri qayıtmayıb. 1998-ci ilin yay aylarında Sahib anasına bildirmişdir ki, onu və qardaşı Yaroslavı özü yaşadığı 8-ci kilometr adlanan ərazidəki evinə aparacaq, orada işlərində köməklik edəcəklər. Anası etiraz edə bilməmiş, çünki Əhmədin qorxusundan səsini çıxarda bilmirdi. Yaroslav bir gün gecə saatlarında onu da götürüb Sahibin evindən qaçmış, soraqlaşaraq Zirəyə dəniz qırağına gəlmişlər, həmin ərəfələrdə Əhməd iki oğlu – Ramin və Mahmudla onları axtarmış, tapdıqdan sonra Əhməd onları döyə-döyə yenidən fermaya anasının yanına gətirmişdir, 2004-cü ilin sonunda qardaşı Valentin, sonra da o, fermadan qaçmışlar, Zirədə yaşayan İlahə adlı qadının yanında qalmışlar. İlahə onlara yazığı gəldiyi üçün evində saxlamış, yemək vermiş, 2010-cu ilin qış aylarında Yaroslav arxalarıyca gəlmişdi, anası da götürüb sahiblik edəcəyini bildirmiş, ona məlum olmuşdur ki, Yaroslav Əhmədlə dava edib. 2015-ci ilin yay aylarında Yaroslav bildirmişdir ki, insan alveri idarəsində onlara köməklik edə bilərlər, buna görə də həmin idarəyə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və iş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Şahid3 və Şahid1 tanıyır, Yaroslavl 13-14 yaşlarından, Marinanı isə 9-10 yaşmdan tanıyır, 1998-ci ildən sonuncular nənəsi Tamam xanımın yanında yaşamağa başlamış, uşaqlığı onlarla birlikdə keçmiş, 1998-ci ildə nənəsi yaşadığı Bakı şəhəri, Zirə qəsəbəsi, Zirə bağları adlanan yerdə yaşamış, həmin ərəflərdə də Yaroslav Zirədən qonşusu olan Əhməd adlı şəxsin yanından qaçıb nənəsinə sığınmış, nənəsinin yazığı gəldiyi üçün Yaroslavl himayəyə götürüb saxlamış, Yaroslav həmin vaxt Əhməddən çox qorxmuş, nənəsi dediyinə görə Əhməd Yaroslavl çox pis döymüş, işgəncə vermiş, Yaroslav da bu səbəbdən Əhmədgildən qaçıb nənəsinin yanına gəlmişdir. Yaroslav gəldikdən 2 ay sonra Yaroslavın kiçik bacısı Marina da nənəsinin yanına qaçıb gəlmiş, Marina birinci dəfə gələndə döyülmüş vəziyyətdə olmuş, yəni üzərində döymə əlamətləri açıq-aşkar bilinmiş, nənəsinin yazığı gəldiyi, küçədə qalmağını istəmədiyi üçün Marinanı da öz himayəsinə götürmüşdür. Bir neçə dəfə Əhməd Marina və Yaroslavın arxasınca nənəsi qaldığı evə gəlib öz fermasına aparmaq istəmiş, lakin nənəsi buna imkan verməmiş, bildirmişdir ki, uşaqları bir daha yanına buraxmayacaq. Əhməd də nənəsinə hədə-qorxu gəlmiş, lakin nənəsi bundan qorxmadığını bildirmişdir. Marina nənəsinin yanına gəldikdən 7-8 ay sonra anası Venera da Əhmədin əlindən qurtulub yaşadıqları yerə gəlmiş, həmin vaxt Venera Marina və Yaroslavn doğum haqqında şəhadətnamələrini də gətirmiş, nənəsinə vermiş və xahiş etmişdir ki, özündə saxlasm, Əhmədə verməsin, çünki uşaqlarına görə, Əhmədin övladlarının başına oyun açacağından çox qorxur. Nənəsi razılıq verib Marina və Yaroslavın doğum haqqmda şəhadətnamələrini götürüb özündə saxlamış, Venera nənəsinə sığınıb yaşamaq istəmiş, lakin Əhməd nənəsinin yanına gəlmiş və zorla Veneranı öz fermasına qayıtmağa məcbur etmişdir. Həmin hadisə yadında qalmadığı üçün Veneranm hansı səbəbdən Əhmədin fermasına qayıtmasını xatırlamır. Lakin nənəsi Yaroslav və Marinanı heç bir halda Əhmədə verməyəcəyini bildirmiş, Venera Əhmədin fermasına qayıtdıqdan sonra nənəsi uşaqların ikisinə də baxa bilmədiyi üçün Marinanı qonşuluqda yaşayan Məqsəd adlı şəxsin yanına göndərmişdir ki, Məqsəd qayğısına qalsm. 2005-ci ildə Yaroslav ailə həyatı qurmuş və nənəsi qaldığı yerdən köçmüş, bundan sonra ona məlum olmuşdur ki, Yaroslav həmin ildə oğurluq üstündə tutulmuşdur. Əhmədin oğlanları Ramin və Mahmudu uşaq yaşlarından tanıyır, ilk vaxtlar Əhmədi bir qonşu kimi tanımış, Əhmədin ferması ilə nənəsi qalan yerin arasında məsafə çox uzun olmuş, ayaqla təxminən 30-40 dəqiqəlik yol olmuş, Yaroslav və Marinanın ona danışdıqlarından belə başa düşmüşdür ki, Əhməd çox qəddar insandır, Marina və Yaroslav uşaq olmaqlarına baxmayaraq sonunculara zülm verib, istəmədikləri işləri görməyə vadar edib, hətta vəhşicəsinə döymüşdür. 2015-ci ilin yay aylarında Yaroslav, qardaş və bacıları, anası x1rşı Mübarizə İdarəsinə şikayət ərizəsi yazdıqlarını bilmiş, o, nə üçün əvvəlcədən həmin idarəyə şikayət etmədiklərini soruşduqda həmin idarə barəsində məlumatları olmadıqlarını bildirmişlər. O, birinci dəfə həmin idarə barəsində məhz Yaroslav oraya şikayət etdikdən sonra eşitmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19 noyabr 2018-ci il tarixli 29169 nömrəli rəyindən görünür ki, "Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə daha çox introvertə (insanın psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) yaxındır. Zərərçəkmiş şəxs sinir sisteminin tipi ləng olmaqla, davranışında müvazinətliliyi üzə çıxır. Zərərçəkmiş şəxs həssas olmaqla, onun insanlara etimadı itmiş, o, hal-hazırda baş verənləri unudub, sakit həyat tərzi keçirmək arzusundadır. Zərərçəkmiş şəxs qarşılaşdığı şəraitdə psixoloji (psixi) təsir göstərilmişdir." Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi təcrübi və tədris birliyinin 19 fevral 2019-cu il tarixli 70 nömrəli rəyindən görünür ki, Pariyenko (Kuliyeva) Venera Asrarovnada başın tüklü hissəsinin əzilmiş yara izi olan çapıq toxumaları müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt (küt kənarlı) əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, əmələ gəlmə müddəti müayinə vaxtından 1,5 ildən artıq müddətə uyğun gəlirlər və qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri mümkündür. Qeyd olunan xəsarətlər dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Pariyenko (Kuliyeva) Venera Asrarovnada müəyyən edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir." Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ittihamolunduqlarıcinayətəməli məhkəməistintaqızamanıtamsübutayetirilmişdir. Aparılmış istintaq zamanı toplanmış mötəbər sübutlarla kifayət qədər təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur edərək digər ağır nəticələrə səbəb olan məcburi əmək cinayətini törətmişlər. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə ittiham olunduqları maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən həmin vaxt qüvvədə olan cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 09 may 2013-cü il tarixədək qüvvədə olmuş 144-2.2.6 və 144-2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikasının 09 may 2013-cü il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 144-2.2.6-cı maddəsinə əsasən, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə məcburi əmək cinayətinin tərkibini yaradır. Azərbaycan Respublikasının 09 may 2013-cü il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 144-2.3-cü maddəsi bu Məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının CM-nin 144-2.3-cü maddəsi həmin Məcəllənin 144-2.2.6-cı maddəsini əhatə edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli olduğundan və Azərbaycan Respublikası CM-nin 144-2.3-cü maddəsi ilə əhatə olunduğundan, yalnız həmin maddə ilə tövsif edilməlidir. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 09 may 2013-cü il tarixədək qüvvədə olmuş 144-2.2.6 və 144-2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 144-2.2.6-cı maddəsi ittihamdan xaric olunmalı və həmin iş üzrə hər iki təqsirləndirilən şəxslərin əməlləri yalnız Azərbaycan Respublikası CM-nin 09 may 2013-cü il tarixədək qüvvədə olmuş 144-2.3-cü maddəsi ilə tövsüf edilməlidir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsinimüzakirəedərəkhesabedirki, Təqsirləndirilən şəxs1 vəBabayevSahibMahmudoğlununəməlləriAzərbaycan Respublikasının 09 may 2013-cü il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 144-2.3cü maddəsiilətövsifedilməli və onlar, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdırlar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələriüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AzərbaycanRespublikasının 59-cu maddəsinəəsasənTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşlıolmaları, xəstəolmaları, zərərçəkmiş şəxslə barışıq əldə etmələri və zərərçəkmişin onlardan şikayət və tələbinin olmaması, zərərçəkmişşəxsədəymişziyanınödənilməsionlarıncəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş onların cəzalarını ağırlaşdıran halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, törədilmiş cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılmasını, yaşlı vəxəstəolmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və zərərçəkmişin onlardan şikayət və tələbinin olmamasını, zərərçəkmişşəxsədəymişziyanınödənilməsininəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onların cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onların, yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə məhkəmə məsrəfləri 120 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bərabər bölünərək 60 manat Təqsirləndirilən şəxs1 və 60 manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının 09 may 2013-cü il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 144-2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1davranışına nəzarət yaşayış yeri üzrə Xəzər rayon probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının 09 may 2013-cü il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 144-2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs2 təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmqanuniqüvvəsinialanadəkdəyişdirilmədənsaxlanılsın. Təqsirləndirilən şəxs2davranışına nəzarət yaşayış yeri üzrə Xəzər rayon probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfləri 60 (altmış) manat Təqsirləndirilən şəxs1 və 60 (altmış) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən, elanolunduğuandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayətvəyaprotestverilmədikdə, hökm həmin müddətin başaçatdığıvaxtdansonrakıgünqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar