Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-146/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - X6, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə, 8 may 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2017-ci il tarixli yekun qərarına əsasən ona təyin edilmiş cəzanın dəyişdirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirərək onları toplamaqla kultivasiya etmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, hazırlamış və daşımışdır. belə ki, o, əvvəllər törətdiyi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2017-ci il tarixli yekun qərarına əsasən ona təyin edilmiş cəzanın dəyişdirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmasına və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı bir ədəd həbdə 0,04 qram olmaqla, ümumilikdə 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan 28 ədəd narkotik vasitə metadon həbləri və 1,138 qramdan artıq çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə etmiş, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi, ev 47 ünvanına daşıyaraq yaşadığı evdə saxlamış, həmin çətənə (kannabis) toxumlarının bir hissəsini qeyd olunan ünvanda yerləşən yaşadığı fərdi yaşayış evinin arxa tərəfindəki həyətyanı torpaq sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əkib 8 avqust 2019-cu il tarixədək olan müddət ərzində ümumilikdə xeyli miqdarda 5 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirmiş, onların hissələrini toplamaqla kultivasiya etmiş və həmin çətənə (kannabis) bitkilərindən yetişmiş hissəsinin yarpaqlarını toplayıb qurudaraq satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla 1,726 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etmiş, gələcəkdə satışını həyata keçirməsi üçün ayrı-ayrı hissələrə böldüyü bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,421 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,305 qram olmaqla, bir ədəd salfet kağızı bükümündə 1,138 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını, narkotik vasitələrin satışında miqdarını çəkmək üçün istifadə etdiyi bir ədəd elektron tərəzini yaşadığı evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağındakı masanın üzərində, ümumilikdə təsiredici maddəsinin miqdarı 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan bir ədəd konvalyutda 10 ədəd və ağ rəngli salfet bükümdə 18 ədəd olmaqla, cəmi 28 ədəd narkotik vasitə metadon həblərini qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində gizli şəkildə quraşdırılmış dəmir seyfin içərisində, bir ədəd sellofan bükümdə külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroini isə evin yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsində gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən 8 avqust 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi 47 ünvanının qarşısında saxlanıldıqdan sonra onun yaşadığı evə və həyətyanı torpaq sahəsinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağındakı masanın üzərindən bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,421 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,305 qram olmaqla, ümumilikdə 1,726 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd salfet kağızı bükümündə 1,138 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumları, bir ədəd elektron tərəzi, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin izləri olan iki ədəd pensilin şüşəsi və bir ədəd qırıq ampula, bir ədəd gümüşü rəngli kağız bükümdə tütün hissəcikləri ilə yanaşı tərkibində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana hissəcikləri olan 0,103 qram ümumi təmiz çəkidə qarışıq kütlə, qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində gizli şəkildə quraşdırılmış dəmir seyfin içərisindən ümumilikdə təsiredici maddəsinin miqdarı 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan bir ədəd konvalyutda 10 ədəd və ağ rəngli salfet bükümdə 18 ədəd olmaqla, cəmi 28 ədəd narkotik vasitə metadon həbləri, yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümdə külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroin və evin arxa tərəfində olan həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi aqrotexniki qaydada qulluq olunmuş yaş vəziyyətdə ümumi təmiz çəkisi 5.460 qram olan xeyli miqdarda 5 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, həmin Məcəllənin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki o, narkotik vasitə hesab edilən heroin və marixuanadan 12 il istifadə etmiş, səhhətində problemlər olduğu üçün həmin narkotik vasitələrin ağrılarını aradan qaldırmış, 8 avqust 2019-cu il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanında evində yatarkən mülki geyimli polis əməkdaşları onun icazəsi olmadan evinin həyətinə basqın etmiş, evinə daxil olmuşlar, bundan sonra polis əməkdaşları onu əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmiş, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə kollarını yetişdirilməsində, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməkdə, qəbulunda və onların satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirmiş, polis əməkdaşları dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş əşyaları təqdim etməyi təklif etmiş, o, polis əməkdaşlarına üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya maddə olmadığını bildirmiş, üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmiş, sorğu zamanı polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitələrin olduğunu, evin arxa tərəfində çətənə kollarını yetişdirdiyini bildirmiş, həmin narkotik vasitələri və çətənə kollarını təqdim edə biləcəyini demiş, polis əməkdaşları onun yaşadığıı ünvan 3 ünvanda yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini demişlər, o, evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməyərək müvafiq ərizə yazmış, polis əməkdaşları və hal şahidləri ilə birlikdə yaşadığı evə daxil olmuşlar, baxış zamanı evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağında olan masanın üzərində olan bir ədəd kiçik ölçülü elektron tərəzini, qəndqabının içərisindəki ot kütləsini, siqaretin gümüşü kağızından olan iki ədəd bükümü, iki ədəd penisilin şüşəsini və salfetə bükülmüş bir ədəd qırıq ampulanı, salfetə bükülmüş çətənə toxumlarını göstərərək həmin əşyaların və maddələrin özünə məxsus olduğunu bildirmiş, elektron tərəzi ilə narkotik vasitələrin çəkisini müəyyən edərək onları dozalara bölərək istifadə etdiyini, qəndqabının və siqaretin gümüşü kağızında olan iki ədəd bükümün içərisindəki ot kütləsinin qurudulmuş marixuana olmasını, onları öz istifadəsi üçün saxladığını, onları evinin arxa tərəfindəki həyətyanı sahədə yetişdirdiyini, çətənə kollarının yarpaqlarını qurutmaqla əldə etdiyini, salfetin içində olan toxumların çətənə bitkisinin toxumları olduğunu bildirmiş, həmin toxumları qurudulmuş marixuanadan əldə etmiş, həmin toxumlardan beş ədədini bu ilin aprel ayında yaşadığı evin arxa tərəfindəki həyətyanı sahədə əkmiş, onlara mütəmadi qulluq edərək beş ədəd çətənə kolunu yetişdirmiş, masanın üzərində aşkar edilərək götürülmüş penisilin şüşələrində və qırıq ampulada olmuş narkotik vasitələrdən özü üçün istifadə etmiş, sonra qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində quraşdırılmış dəmir seyfi göstərmiş, onu açaraq içərisində pul kütləsinin, bir ədəd konvalyutda üzərində «Metadone M40» yazısı olan qəhvəyi rəngli 10 ədəd həbin, ağ rəngli salfet bükümündə olan 18 ədəd qəhvəyi rəngli üzərində «Metadone M40» yazısı olan həbin, bir ədəd konvalyut kəsiyində üzərində «Gritromiüin 100» yazısı olan 11 ədəd həbin, bir ədəd konvalyutda üzərində «Furasimid 40 mq» yazısı olan 5 ədəd həbin olduğunu, həmin həblərin özünə məxsus olduğunu, onlardan üzərində «Metadone M40» yazısı olan həblərin narkotik vasitə olduğunu bildirmiş, «Metadon M40» həblərini təxminən bir ay bundan əvvəl «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında salfetə bükülmüş vəziyyətdə yerdən tapmış, bükümün içərisində otuzdan çox həb olmuş, həblərin bir hissəsindən istifadə etmiş, qalan həbləri heç kimin görməməsi üçün seyfə qoymuş, qonaq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmiş, aşkar edilmiş pul vəsaitləri hal şahidlərinin, özünün və iştirakçıların gözü qarşısında sayılmış, məbləğin 33.000 (otuz üç min manat) olması müəyyən edilmiş, həmin pul ailəsinin pulu olmuş, Bakının «Sovetski» adlanan ərazisində ata mülkü olmuş, tikinti işləri ilə əlaqədar həmin ərazidə yaşayan əhalinin köçürülməsi prosesi başlayanda orada olan yaşayış evinə görə onlara kompensasiya ödənilmiş, 33.000 manat pul ödənilmiş kompensasiyanın bir hissəsi olmuş, daha sonra evin yataq otağına baxış keçirilmiş, yataq otağında aparılan baxış zamanı otaqda olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümə baxılarkən içərisindəkinin narkotik vasitə heroinə oxşar olduğu müəyyən edilmiş, həmin narkotik vasitə ona məxsus olmamış, evində çarpayının döşəyinin altından bükümün necə aşkar olunduğunu bilməmiş, yataq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmiş, yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələr özünə məxsus olmuş, onları öz istifadəsi üçün evində saxlamış, onları satmaq niyyəti olmamış, polis əməkdaşlarına yaşadığı evin arxa tərəfində olan həyətyanı sahəsində beş ədəd çətənə kolunu göstərərək həmin kolları qurudulmuş marixuana əldə etmək üçün yetişdirdiyini bildirmiş, həmin kollara mütəxəssis tərəfindən baxış keçirildikdən sonra, kollar polis əməkdaşları tərəfindən çıxarılaraq götürülmüş, həmin çətənə kollarını öz istifadəsi üçün yetişdirmiş, ailə üzvlərini evində narkotik vasitə saxladığını və evinin arxa həyətində çətənə kollarını yetişdirdiyini bilməmiş, çətənə kollarını adi bitki kimi qəbul etmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək təjqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən on iki ildir ki, narkotik vasitə hesab edilən heroin və marixuanadan istifadə edir. Belə ki, səhhətində problemlər olduğu üçün həmin narkotik vasitələr ağrılarını aradan qaldırır. 08 avqust 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında olarkən mülki geyimdə olan bir neçə şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onu əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edib yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə kollarını yetişdirilməsində, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməkdə, qəbulunda və onların satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərində olan dövriyyəsi qanunla qadağan olunmuş əşyaları təqdim etməyi təklif etmişlər. Polis əməkdaşlarına bildirmişdir ki, üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya maddə yoxdur. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitələrin olduğunu, evin arxa tərəfində isə çətənə kollarını yetişdirdiyini bildirib, həmin narkotik vasitələri və çətənə kollarını təqdim edə biləcəyini demişdir. Polis əməkdaşları yaşadığı ünvan 5 ünvanda yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini demişlər. Evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməyərək müvafiq ərizə də yazmışdır. Polis əməkdaşları və hal şahidləri ilə birlikdə yaşadığı evə getmişdir. Baxış zamanı evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağında olan masanın üzərində olan bir ədəd kiçik ölçülü elektron tərəzini, qəndqabının içərisindəki ot kütləsini, siqaretin gümüşü kağızından olan iki ədəd bükümü, iki ədəd penisilin şüşəsini və salfetə bükülmüş bir ədəd qırıq ampulanı, salfetə bükülmüş çətənə toxumlarını göstərərək həmin əşyaların və maddələrin özünə məxsus oldğunu bildirmişdir. Belə ki, elektron tərəzi ilə narkotik vasitələrin çəkisini müəyyən edərək onları dozalara bölmüş və istifadə etmiş, qəndqabının və siqaretin gümüşü kağızından olan iki ədəd bükümün içərisindəki ot kütləsi qurudulmuş marixuanadır – onları öz istifadəsi üçün saxlamış və onları evinin arxa tərəfindəki həyətyanı sahədə yetişdirdiyi çətənə kollarının yarpaqlarını qurutmaqla əldə etmiş, salfetin içində olan toxumlar çətənə bitkisinin toxumlarıdır. Həmin toxumları qurudulmuş marixuanadan əldə etmişdir. Həmin toxumlardan beş ədədini 2019-cu ilin aprel ayında yaşadığı evin arxa tərəfindəki həyətyanı sahədə əkmiş və onlara mütəmadi qulluq edərək beş ədəd çətənə kolunu yetişdirmişdir. Masanın üzərində aşkar edilərək götürülmüş penisilin şüşələrində və qırıq ampulada olmuş narkotik vasitələrdən isə özü üçün istifadə etmişdir. Sonra qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində quraşdırılmış dəmir seyfi göstərib onu açaraq içərisində pul kütləsinin, bir ədəd konvalyutda üzərində «Metadone M40» yazısı olan qəhvəyi rəngli 10 ədəd həbin, ağ rəngli salfet bükümündə olan 18 ədəd qəhvəyi rəngli üzərində «Metadone M40» yazısı olan həbin, bir ədəd konvalyut kəsiyində üzərində «Gritromiüin 100» yazısı olan 11 ədəd həbin, bir ədəd konvalyutda üzərində «Furasimid 40 mq» yazısı olan 5 ədəd həbin olduğunu, həmin həblərin özünə məxsus olduğunu, onlardan üzərində «Metadone M40» yazısı olan həblərin narkotik vasitə olduğunu bildirmişdir. «Metadon M40» həblərini təxminən bir ay bundan əvvəl «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında salfetə bükülmüş vəziyyətdə yerdən tapmışdır. Bükümün içərisində otuzdan çox həb olmuşdur. Həblərin bir hissəsindən istifadə etmiş, qalan həbləri isə seyfə qoymuşdur ki, heç kim onları görməsin. Qonaq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmişdir. Aşkar edilmiş pul kütləsi hal şahidlərinin, özünün və iştirakçıların gözü qarşısında sayılmış, məbləğin 33000 (otuz üç min manat) olması müəyyən edilmişdir. Həmin pul ailəsinin puludur. Belə ki, Bakının «Sovetski» adlanan ərazisində ata mülkü olmuş, tikinti işləri ilə əlaqədar həmin ərazidə yaşayan əhalinin köçürülməsi prosesi başlayanda orada olan yaşayış evinə görə onlara kompensasiya ödənilmiş, 33000 manat pul da ödənilmiş kompensasiyanın bir hissəsidir. Daha sonra evin yataq otağına baxış keçirilmişdir. Yataq otağına baxış zamanı otaqda olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim edərək həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Həmin heroini öz istifadəsi üçün tutulmamışdan təxminən 20 gün əvvəl «Neftçilər» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 1000 manata almışdır. Heroinin bir hissəsindən istifadə etmiş, qalan hissəsini isə döşəyinin altında gizlətmişdir ki, ailə üzvləri onu görməsinlər və lazım olanda həmin heroindən özü üçün istifadə etsin. Yataq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmişdir. Daha sonra evin digər yataq otağına, mətbəxinə, həyətdə olan sanitar qovşağına və köməkçi tikililərə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, oradan dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Baxış zamanı yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələr, elektron tərəzi, iki ədəd penisilin şüşəsi, bir ədəd qırıq ampula, salfetə bükülmüş toxumlar, həblər və 33000 manat pul müvafiq qaydada qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələr özünə məxsusdur, onları öz istifadəsi üçün evində saxlamış, onları satmaq niyyəti olmamışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Daha sonra polis əməkdaşlarına yaşadığı evin arxa tərəfində olan həyətyanı sahəsində beş ədəd çətənə kolunu göstərərək həmin kolları qurudulmuş marixuana əldə etmək üçün yetişdirdiyini bildirmişdir. Həmin kollara mütəxəssis tərəfindən baxış keçirildikdən sonra, kollar polis əməkdaşları tərəfindən çıxarılaraq götürülmüşdür. Həmin çətənə kollarını da öz istifadəsi üçün yetişdirmişdir. Ailə üzvləri evində narkotik vasitə saxladığını və evinin arxa həyətində çətənə kollarını yetişdirdiyini bilməmişlər və çətənə kollarını adi bitki kimi qəbul etmişlər. Bir qədər sonra onu Xətai Rayon Polis İdarəsinin 34cü PŞ-nin inzibati binasına gətirmişlər. Şöbədə dövlət hesabına ona vəkil təqdim edilmiş və şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş və həmin protokola imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Əhmədli metrostansiyasının yaxınlığında olarkən biri mülki, digəri polis geyimində olmaqla 2 nəfər polis əməkdaşları ona yaxınlaşmış, ona hal şahidi qismində bir evə baxmağı təklif etmişlər, o, razılığını bildirmiş, ondan başqa daha bir nəfər hal şahidi olmuş, polis əməkdaşları ilə birlikdə kənd Əhmədliyə getmişlər, orada bir evə daxil olmuşlar, evdə olduqları vaxt polis əməkdaşları Mürvəti evə gətirmiş, Mürvətə polis əməkdaşları tərəfindən hər hansı sənədin, qərarın təqdim edilməsini, onun özünün Mürvətə hal şahidi qismində təqdim edilib-edilməməsi yadında qalmamış, evdə axtarış aparılmış, evin qonaq otağında masanın üzərində şüşə formalı maddə, tərəzi kimi bir əşya olmuş, evdən dərman formalı maddələr, Mürvətə məxsus pul, qabın içərisindən kiçik otabənzər kütlə aşkar edilmiş, evdən başqa heç bir maddə aşkar edilməmiş, Mürvət heç bir polis əməkdaşına müqavimət göstərməmiş, o ilk gördüyü vaxt Mürvətin qolunda qandal olmamış, deyəsən polis bölməsinə aparıldığı vaxt Mürvətin əlinə qandal taxılmış, evə daxil olunarkən evin mükiyyətçiləri tərəfindən hər hansı sənədin tərtib edilib-edilməməsi yadında qalmamış, evin həyətinin arxa tərəfindən kollar aşkar edilmiş, bütün bunlar barədə protokol tərtib edilmiş, protokol ona oxunmuşdur. İş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 8 avqust 2019-cu il tarixdə saat 17 radələrində 34-cü PŞ-nin yaxınlığında yerləşən marketdən özünə enerji içkisi almış, marketdən çıxan zaman mülki geyimdə olan iki nəfər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib 34-cü PŞnin əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən edilib ifşa olunması məqsədilə Xətai rayonu ərazisində keçiriləcək tədbirdə iştirak etməyi xahiş etmişlər, tədbirdə iştirak etməyə razılıq vermiş, daha bir nəfər hal şahidi qismində dəvət olunmuş, 34-cü PŞ-də hal şahidinin hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları ilə birlikdə Xətai rayonu, Balaxan Süleymanov küçəsi 47 saylı ünvana yollanmışlar, polis əməkdaşlarından başqa bir aqronom gəlmiş, bir qədər avtomobildə əyləşəndən sonra saat 18 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxs adlı şəxsi saxlayıb onu və digər hal şahidini Təqsirləndirilən şəxs saxlanıldığı yerə dəvət etmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs onun saxlanılma səbəbini izah etdikdən sonra tədbirin keçirilməsi ilə bağlı bir qərarla tanış etmiş, sonra polis əməkdaşları onu və digər hal şahidini Təqsirləndirilən şəxs təqdim etmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində və ya yaşadığı evdə dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya maddənin olub-olmamasını soruşmuş, olduğu halda həmin əşyaları və maddələri təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya maddənin olmadığını bildirmiş, sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin olduğunu, evin arxa tərəfində isə həyətyanı torpaq sahəsində çətənə kollarını yetişdirdiyini bildirib, həmin narkotik vasitələri və çətənə kollarını təqdim edə biləcəyini bildirmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmiş, bununla bağlı sonuncudan etirazının olub-olmadığını soruşmuşlar, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyindən polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvana daxil olmuş, digər hal şahidi və polis əməkdaşları ilə birlikdə həmin ünvana daxil olmuş, evə baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağındakı masanın üzərində olan bir ədəd kiçik ölçülü elektron tərəzini, qəndqabının içərisindəki ot kütləsini, siqaretin gümüşü kağızından olan iki ədəd bükümü, iki ədəd penisilin şüşəsini və salfetə bükülmüş bir ədəd qırıq ampulanı, salfetə bükülmüş toxumları göstərərək həmin əşyaların və maddələrin özünə məxsus olduğunu, elektron tərəzi ilə narkotik vasitələrin çəkisini müəyyən edərək onları dozalara böldüyünü, qəndqabının içərisindəki və siqaretin gümüşü kağızından olan iki ədəd bükümün içərisindəki ot kütləsinin qurudulmuş marixuana olduğunu, salfetin içində olan toxumların çətənə bitkisinin toxumları olduğunu, penisilin şüşələrində və qırıq ampulada olmuş narkotik vasitələrdən özü üçün istifadə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində quraşdırılmış dəmir seyfi göstərib açaraq həmin seyfin içərisində pul kütləsinin, təxminən 30 ədəd narkotik vasitə hesab edilən «Metadon» adlı həblərin və adlarını xatırlamadığı dərman vasitələrinin olduğunu, həmin narkotik vasitələrin və dərman vasitələrinin özünə məxsus olduğunu bildirmiş, qonaq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmiş, aşkar edilmiş pul kütləsi sayılmış, məbləğin 33000 (otuz üç min) manat olması müəyyən edilmiş, evin yataq otağına baxış keçirilmiş, yataq otağına baxış zamanı Təqsirləndirilən şəxs otaqda olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində çəkisi təxminən 50 qram olan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə görmüş, yataq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmiş, evin digər yataq otağına, mətbəxinə, həyətdə olan sanitar qovşağına və köməkçi tikililərə baxış keçirilmiş, oradan dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar edilməmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş maddələr, elektron tərəzi, iki ədəd penisilin şüşəsi, bir ədəd qırıq ampula, salfetə bükülmüş toxumlar, həblər və 33000 manat pul polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində olan həyətyanı torpaq sahəsində beş ədəd çətənə kolunu göstərərək həmin kolları qurudulmuş marixuana əldə etmək üçün yetişdirdiyini bildirmiş, həmin kollara mütəxəssis tərəfindən baxış keçirildikdən sonra kollar çıxarılaraq müvafiq qaydada qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüş, baxış bitdikdən sonra polis əməkdaşları ilə birlikdə 34-cü PŞ-ə gəlmiş, keçirilmiş tədbirlə bağlı şöbədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, həmin protokola imza etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, polis əməkdaşlarının xahişi ilə hal şahid iqsmində iştirak etmiş, Mürvət Əbdülmanafovun evinə getmişlər, ilk dəfə Mürvəti sonuncunun evində görmüş, evə daxil olarkən polis əməkdaşlarının evdə axtarış aparıması üçün hər hansı sənəd təqdim etmələrini görməmiş, Mürvətdən evində axtarış aparılması üçün polis əməkdaşları tərəfindən icazə alınıbalınmamasını xatırlamır, Mürvətin evində axtarışın keçrilməsində iştirak etməmiş, Mürvətin evinin həyətyanı sahəsində əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin aşkar edilməsini görmüş, evdə stolun üzərində həbləri görmüş, Mürvət həmin həblərin və masanın üzərindəki başqa əşyaların ona məxsus olduğunu bildirmiş, hadisə 2 il qabaq baş verdiyindən axtarışda baş verənləri tam xatırlamır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin rəis müavini Şahid6 Balaqədəş oğlu ifadə verərək göstərmişdir ki, 34-cü PŞ-ə və NMB-yə daxil olmuş əməliyyat məlumatlarında ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə kollarını yetişdirməsi, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi, qəbulu və onların satışı ilə məşğul olması göstərilmiş, həmin məlumatlarla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bu barədə qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərara əsasən əməliyyat qrupu yaradılmış və keçiriləcək tədbirdə iştirak etmək üçün hal şahidləri Şahid1 və Şahid2 dəvət olunmuş, Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsinə əsasən onların hüquq və vəzifələri izah olunmaqla tədbir barədə məlumat verilmiş, həmçinin, mütəxəssis qismində aqronom dəvət edilmiş, mütəxəssisə hüquq və vəzifələri izah olunmaqla tədbir barədə məlumat verilmiş, 8 avqust 2019-cu il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 5 ünvana yollanmışlar, saat 17:50 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvanın qarşısında dayandığını görmüş, onu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərmiş, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü 8 may 1973-cü ildə ünvan 6 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, həmin şəxsə yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə kollarını yetişdirməsi, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi, qəbulu və onların satışı ilə məşğul olması barədə şöbəyə məlumatın daxil olduğunu bildirmiş, Təqsirləndirilən şəxs qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarla tanış edərək ona hal şahidlərini təqdim etmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində və ya yaşadığı evdə dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya maddənin olub-olmamasını soruşmuş, olduğu halda həmin əşyaları və maddələri təqdim etməsini təklif etmişlər, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya maddənin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmiş, ardınca Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələrin olduğunu, evin arxa tərəfində isə həyətyanı torpaq sahəsində çətənə kollarını yetişdirdiyini bildirmiş, həmin narkotik vasitələri və çətənə kollarını təqdim edə biləcəyini demiş, belə olan halda Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmiş, bununla bağlı etirazının olub-olmaması barədə sorğu etmişlər, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazını bildirmədiyindən əməliyyat qrupunun üzvləri hal şahidləri və mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi, ev 47 ünvanına daxil olmuşlar. Evə baxış zamanı Təqsirləndirilən şəxs evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağındakı masanın üzərində olan bir ədəd kiçik ölçülü elektron tərəzini, qəndqabının içərisindəki ot kütləsini, siqaretin gümüşü kağızından olan iki ədəd bükümü, iki ədəd penisilin şüşəsini və salfetə bükülmüş bir ədəd qırıq ampulanı, salfetə bükülmüş toxumları göstərərək həmin əşyaların və maddələrin özünə məxsus olduğunu, elektron tərəzi ilə narkotik vasitələrin çəkisini müəyyən edərək onları dozalara böldüyünü, qəndqabının içərisindəki və siqaretin gümüşü kağızından olan iki ədəd bükümün içərisindəki ot kütləsinin qurudulmuş marixuana olmasını, salfetin içində olan toxumların çətənə bitkisinin toxumları olmasını, penisilin şüşələrində və qırıq ampulada olmuş narkotik vasitələrdən özü üçün istifadə etdiyini. Daha sonra Təqsirləndirilən şəxs qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində quraşdırılmış dəmir seyfi göstərib açaraq içərisində pul kütləsinin, bir ədəd konvalyutda üzərində «Metadone M40» yazısı olan qəhvəyi rəngli 10 ədəd həbin, ağ rəngli salfet bükümündə olan üzərində «Metadone M40» yazısı olan qəhvəyi rəngli 18 ədəd həbin, bir ədəd konvalyut kəsiyində üzərində «Gritromiüin 100» yazısı olan 11 ədəd həbin, bir ədəd konvalyutda üzərində «Furasimid 40 mq» yazısı olan 5 ədəd həbin olduğunu, həmin həblərin özünə məxsus olduğunu, onlardan üzərində «Metadone M40» yazısı olan həblərin narkotik vasitə olduğunu bildirmiş, qonaq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmiş, aşkar edilmiş pul kütləsi hal şahidlərinin və iştirakçıların gözü qarşısında sayılmış, məbləğin 33000 (otuz üç min) manat olması müəyyən edilmiş, daha sonra evin yataq otağına baxış keçirilmiş, yataq otağına baxış zamanı Təqsirləndirilən şəxs otaqda olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümü təqdim edərək həmin bükümün içərisində çəkisi təxminən 50 qram olan narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, həmin büküm açıldıqda içərisində heroinə oxşar qəhvəyi rəngli maddə aşkar edilmiş, yataq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar edilməmiş, evin digər yataq otağına, mətbəxinə, həyətdə olan sanitar qovşağına və köməkçi tikililərə baxış keçirilmiş, oradan dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar edilməmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrə oxşar maddələr, elektron tərəzi, iki ədəd penisilin şüşəsi, bir ədəd qırıq ampula, salfetə bükülmüş toxumlar, həblər və 33000 manat pul müvafiq qaydada qablaşdırılaraq DİN-in 152 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid7 və Şahid5 Şahid6 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. İş üzrə məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, atası Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, atasında ağrılar olduğu üçün arabir adlarını bilmədiyi dərmanlardan istifadə etmiş, o, həmin dərmanların narkotik vasitə olubolmadığını bilməmiş, qardaşı və anası bu haqda heç nə bilməmiş, atasının həmin dərman vasitələrini kimdən aldığını bilməmiş, atasının yaşadıqları evin həyətyanı torpaq sahəsində yetişdirdiyi kolların narkotik təbiətli çətənə bitkilərinin olduğunu bilməmiş, həmin kolları adi bitki kimi qəbul etmiş, atasının evdə narkotik vasitə saxladığını və yaşadıqları evin həyətində əkilib-becərilməsi qadağan olunmuş çətənə kollarını yetişdirməsini polis əməkdaşları yaşadıqları evə və evin həyətyanı torpaq sahəsinə baxış keçirdəndən sonra bilmiş, polis əməkdaşları tərəfindən yaşadıqları evdən aşkar edilərək götürülmüş 33000 manat pul ailəsinə məxsus olmuş, Bakının «Sovetski» adlanan ərazisində baba mülkü olmuş, tikinti işləri ilə əlaqədar həmin ərazidə yaşayan əhalinin köçürülməsi prosesi başlayanda orada olan yaşayış evinə görə atasına və atasının bacı-qardaşlarına 28849 manat məbləğində kompensasiya ödənilmiş, həmin məbləğ 33000 manat pulun bir hissəsidir. Yerdə qalan təxminən 4000 manat pul özünə və qardaşı Utaridə məxsus olmuş, həmin pulları işləyərək özləri qazanmışlar, atasının bacıları və qardaşları imkanlı olduğu üçün 28849 manat puldan atasının xeyrinə imtina etmişlər, atası 33000 manat pula böyük qardaşı Utaridə hazırda yaşadıqları evin həyətində ev tikdirib sonuncunu evləndirmək istəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan edilərək elan edilmiş Şahid8 Şahid9 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 8 avqust 2019-cu il tarixli 20373 №-li ekspert rəyinə əsasən təqdim olunmuş 1 №-li zərfdə, içərisində 1 ədəd konvalyutda üzərində “Furasimid 40 mq” yazısı olan 5 ədəd həb, 1 ədəd konvalyut kəsiyində üzərində “Gritromiüin 100” yazısı olan 11 ədəd həb narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrə aid deyil və qadağan olunmuş siyahılara daxil deyillər; 1 ədəd konvalyutda üzərində “Metadone M40” yazısı olan qəhvəyi rəngli 10 ədəd həb, ağ rəngli salfet bükümündə 18 ədəd qəhvəyi rəngli üzərində “Metadone M40” yazısı olan, ümumi 28 ədəd həblər metadondur; təsiredici maddəsinin miqdarı 1 ədəd həbdə 0,04 mq, ümumi 28 ədədtə 1,12 qram müəyyən edildi; “Metadon” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”nın Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir; №-2 zərfdə içərisində 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə təmiz çəkisi 50,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir; iki ədəd penisilin şüşəsində və 1 ədəd qırıq ampulada qəhvəyi rəngli maddə izləri narkotik vasitə olan heroinin izləridir (1-ci cild iş vərəqi 53-58). İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə 8 avqust 2019-cu il tarixli 20374 №-li ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 2 ədəd gümüşü kağıza bükülmüş, 1 ədəd ağ salfetə bükülmüş narkotik vasitələr və 1 ədəd ağ salfetə bükülmüş içərisində bitki toxumları olan maddi sübutlar” yazılar və imzalar olan kağız paketdə 4 ədəd bükümlər (2 ədəd salfet kağızı, 2 ədəd gümüşü rəngli kağız bükümlər): bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi -1, 421 qram, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi - 0,305 qram, ümumi təmiz çəkisi - 1,726 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır; həmin marixuanalar tərkiblərinə görə eynidirlər; həmin kağız paketdə bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi - 1,138 qram bitki toxumları əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil; təqdim olunmuş kağız paketdə bir ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi - 0,103 qram qarışıq kütlənin tərkibində tütün hissəcikləri ilə yanaşı cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri vardır; cüzi miqdar olduğu üçün çəkisi müəyyən edilmədi və onunla müqayisəli tədqiqat aparılmadı; tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilərkən həyətindən aqrotexniki qaydada qulluq olunmuş 5 ədəd narkotik tərkibli bitki kolları” yazılar və imzalar olan bir ədəd baş hissələri ağ rəngli sintetik torbalardan orta hissəsi göy rəngli polietilen torbadan ibarət üzəri skotçla bağlanmış bağlamada olan yaş vəziyyətdə, ümumi sayı 5 (beş) ədəd, ümumi təmiz çəkisi 5460,0 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir; aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur (1-ci cild iş vərəqi 59-62). İşdə olan əlavə məhkəmə-bioloji ekspertizası üzrə 16 sentyabr 2019-cu il tarixli 22916 №-li ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş marixuanalarla 5 (beş) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər (1-ci cild iş vərəqi 147-149). İşdə olan əlavə məhkəmə-narkoloji ekspertizası üzrə 11 sentyabr 2019-cu il tarixli 2147 №-li ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur; lakin, hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 145-146). İşdə olan 11 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin məlumatların götürülməsi barədə 15 avqust 2019cu il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) 222-54-57 saylı mobil nömrənin 1 may 2019-cu il tarixdən 8 avqust 2019-cu il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin nömrənin abunəçisi haqqında məlumatlar, 1 may 2019-cu il tarixdən 8 avqust 2019-cu il tarixədək (070) 222-54-57 saylı mobil nömrəyə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, 1 may 2019-cu il tarixdən 8 avqust 2019-cu il tarixədək (070) 222-54-57 saylı mobil nömrəyə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar bir ədəd CD diskdə təqdim edilmiş, məlumatlara baxış keçirilmiş və həmin məlumatların Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmiş, belə ki, Təqsirləndirilən şəxs istifadə etdiyi (070) 222-54- 57 saylı nömrəyə daxil olmuş və həmin nömrədən göndərilmiş SMS-lərdə aşağıdakı ifadələrə rast gəlinir: “qurban olum patinin (müst. : “pati”, “partpres”, “şüşə” – narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin metamfetaminin adlandırılması üçün istifadə etdiyi sözlər) birin götürüm, Lalənin canına and olsun ki, səhər gələn kimi verəcəm”, “Murvət 5 dənə düzəlt də 1 dənəni duzəltmə bu uşaq verəcəy mənə onsuzda”, “Səhərə gədər sərhəddə idim, duranda iran nömrəmə zəng vur, mən gedirəm evə, adamı bu gün yolla...mənim adamlarım Bakıdadılar. “Salam əziz qardaş. Mənim mallarım bakıdadı. İstəsən adamı yolla, istəməsən başqa adama verərəm, sağol”, Təqsirləndirilən şəxs istifadə etdiyi (070) 222-54-57 saylı nömrədən çıxmış SMS: “şeyin pulu oldu 300”, İran mobil nömrəsindən Təqsirləndirilən şəxs göndərilmiş SMS: “Salam əziz qardaş necesen. Mən sənə zəng vururam cavab vermədin. Mal siz tərəfdədir. Bir nəfər var istəyir. İcazə versən bu reys ona verim. Sənə yenə göndərərəm Ramin” (1-ci cild iş vərəqi 183- 184). İşdə olan 8 avqust 2019-cu il tarixdə əməliyyat-axtarış tədbrinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi 47 ünvanının qarşısında saxlanıldıqdan sonra onun yaşadığı evə və həyətyanı torpaq sahəsinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağındakı masanın üzərindən bir ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,421 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,305 qram olmaqla, ümumilikdə 1,726 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd salfet kağızı bükümündə 1,138 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumları, bir ədəd elektron tərəzi, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin izləri olan iki ədəd pensilin şüşəsi və bir ədəd qırıq ampula, bir ədəd gümüşü rəngli kağız bükümdə tütün hissəcikləri ilə yanaşı tərkibində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana hissəcikləri olan 0,103 qram ümumi təmiz çəkidə qarışıq kütlə, qonaq otağında pəncərə tərəfdə divarın dərinliyində gizli şəkildə quraşdırılmış dəmir seyfin içərisindən ümumilikdə təsiredici maddəsinin miqdarı 1,12 qram təşkil edən, üzərində “Metadone M40” yazısı olan bir ədəd konvalyutda 10 ədəd və ağ rəngli salfet bükümdə 18 ədəd olmaqla, cəmi 28 ədəd narkotik vasitə metadon həbləri, yataq otağında olan çarpayıdakı döşəyin alt hissəsindən bir ədəd sellofan bükümdə külli miqdarda 50 qram çəkidə narkotik vasitə heroin və evin arxa tərəfində olan həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi aqrotexniki qaydada qulluq olunmuş yaş vəziyyətdə ümumi təmiz çəkisi 5.460 qram olan xeyli miqdarda 5 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 17-27). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsidən alınmış 24 avqust 2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2017-ci il tarixli yekun qərarına əsasən ona təyin edilmiş cəzanın dəyişdirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına artırılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (1-ci cild iş vərəqi 113-114). Cinayətlərin təsnifatına görə Mürvət Əbdülmanafovun məhkum olduğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Mürvət Abdulmanafovun məhkumluğu 28 dekabr 2019-cu il tarixdə ödənilməli olduğu halda, Mürvət Abdulmanafov hazırki iş üzrə cinayət əməlini 08 avqust 2019-cu il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş 2 il müddət keçməmişdir. Odur ki, X3 Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs Mürvət Abdulmanafov əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Mürvət Abdulmanafovun cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 3 il müddətə, azadlıqdan məhrum etmə cəzasının yarısından -1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan şübhəli şəxsin tutulması haqqında 8 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 avqust 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 41-42, 69-70). İşdə olan Xətai Rayon Məhkəməsinin 10 avqust 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 8 avqust 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 86-88). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirərək onları toplamaqla kultivasiya etməsi, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, hazırlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mürvət Əbdülmanafovun məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 50 qram olduğundan külli miqdar təşkil edir. İşdə olan Xətai RPİ-nin 34-cü polis bölməsinin müavini Şahid6 tərtib etdiyi və Xətai RPİ-nin 34-cü polis şöbəsinin rəisinə ünvanladığı 08 avqust 2019-cu il tarixli raportda X1 yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə kollarını yetişdirməsi, qanunsuz olaraq satışı məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etməsi vəsatışı ilə məşğul olması barədə məlumatın daxil olması göstərilmiş, qeyd edilənlər, o cümlədən raportda əməliyyat tədbirinin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olması barədə konkret bildirilməsi, Mürvət Əbdülmanafov yaşadığı evə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində evindən aşkar edilmiş narkotik vasitələrin, o cümələdən 50 qram heroinin özünə məxsus olduğunu bildirməsi, evdən aşkar edilmiş qurudulmuş marixuana iki ayrı-ayrı bükümlərə, aşkar edilmiş 10 ədəd narkotik vasitə metadon həbləri konvalyutda saxlanılmaqla, qalan 18 ədəd həb ayrıca salfet bükümünə yığılmış, narkotik vasitələrin çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən elektron tərəzi aşkar edilməsi, cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə 11 sentyabr 2019-cu il tarixli 2147 №-li ekspert rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmaması, Mürvət Əbdülmanafovun əvvəllər narkotik vasitələrlə bağlı məhkum olunması, Mürvət Əbdülmanafov tərəfindən istifadəsində olan (070) 222-54-57 saylı mobil nömrəyə 1 may 2019-cu il tarixdən 8 avqust 2019-cu il tarixədək daxil olması və çıxmış zənglərə dair məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışıilə məşğul olmasını təsdiq edən SMS yazışmalarının aparılması müəyyən edilməsi, ibtidai istnitaq və məhkəmə zamanı dindirilən şahidlərin Mürvət Əbdülmanaofvun evindən küll miqdarda narkotik vasitə heroinin aşkar edilməsini təsdiq etmələri təqsirləndirilən şəxs Mürvət Əbdülmanafovun evindən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini təsdiq edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək, CM-in 237.1-ci maddəsiinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-in 237.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs X1 cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə X2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzər tutulan cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzər tutulan cəzasını ağırlaşdıran halın olmasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı 8 avqust 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası X2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzər tutulan cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran halın olmasını, və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qimən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 08 avuqst 2019-cu il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan əlavə məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2019-cu il tarixli 2147 №-li ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur; lakin, hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 145-146). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması məqsədi ilə Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspert tədqiqatlardan sonra qalıq çəkisi 49,95 qram narkotik vasitə olan heroin, 25 ədəd “metadone M40” həbi, ümumi çəkisi 1, 686 qram olan qurudulmuş marixuana, çəkisi 1,118 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, ümumi çəkisi 5.459,9 qram olan 5 ədəd çətənə bitkisi, içərisində narkotik vasitə heroinin izləri olan iki ədəd pensilin şüşəsi və bir ədəd qırıq ampula və bir ədəd kiçik ölçülü elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə 8 avqust 2019-cu il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə tədqiqatın dəyəri 93,40 (doxsan üç manat, qırx qəpik) manat, 8 avqust 2019-cu il tarixli məhkəmə bioloji ekspertiza üzrə tədqiqatın dəyəri 66,46 (altmış altı manat, qırx altı qəpik) manat, 16 sentyabr 2019-cu il tarixli məhkəmə bioloji ekspertiza üzrə tədqiqatın dəyəri 66,46 (altmış altı manat, qırx altı qəpik) manat, cəmi 226,32 (iki yüz iyirmi altı manat, otuz iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 8 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Xətai RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş tədqiqatlardan sonra qalıq çəkisi 49,95 qram narkotik vasitə olan heroin, 25 ədəd “metadone M40” həbi, ümumi çəkisi 1,686 qram olan qurudulmuş marixuana, çəkisi 1,118 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları, ümumi çəkisi 5.459,9 qram olan 5 ədəd çətənə bitkisi, içərisində narkotik vasitə heroinin izləri olan iki ədəd pensilin şüşəsi və bir ədəd qırıq ampula və bir ədəd kiçik ölçülü elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə tədqiqatın dəyəri - 93,40 (doxsan üç manat, qırx qəpik) manat, məhkəmə-bioloji ekspertizası üzrə tədqiqatın dəyəri - 66,46 (altmış altı manat, qırx altı qəpik) manat, məhkəmə-bioloji ekspertizası üzrə tədqiqatın dəyəri - 66,46 (altmış altı manat, qırx altı qəpik) manat, cəmi 226,32 (iki yüz iyirmi altı manat, otuz iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-146/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-146/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver