Məhkəmə qərarları › İş №1(101)-146/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-146/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-146/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X6 və X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X9 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1985-cı ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd etmiş, dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, arvadı Şahid2 dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sevgili olub ona xəyanət etdiklərini öyrəndikdən sonra qısqanıb ailə münasibətlərinin pozulmasına Zərərçəkmiş şəxs səbəbkar olmasını düşünərək şəxsi münasibətlərin pozulması zəminində ondan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib istintaqa məlum olmayan vaxtda və mənbədən bıçaq əldə edib üzərində gəzdirmiş, 28 avqust 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs onların yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi istiqamətindən çıxıb piyada ünvan 3 ünvanına doğru hərəkət etdiyini görərək qəflətən arxadan Zərərçəkmiş şəxs yaxınlaşıb, sonuncunun onunla əlbəyaxa olub aktiv müqavimət göstərməsinə baxmayaraq qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd, ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, ümumilikdə 3 ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs fəal müqavimət göstərdiyindən, qışqırıq səsinə ətrafda şəxslərin toplaşdığını görüb, onun almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdırdığını zənn edib hadisə yerindən qaçdığından, habelə sonuncunun vaxtında Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bundan sonra o, 28 avqust 2020-ci il tarixdə törətmiş olduğu cinayət hadisəsi ilə bağlı barəsində axtarış elan olunduğuna görə cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasına getmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün 15 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 1-ci sərhəd zastavasının 16-cı sahəsindən İran İslam Respublikası istiqamətində keçmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci və 318.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə deyil, həmin Məcəllənin 129-cu maddəsi özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxs Arzunu 2017-ci ildən tanımış, onlar birlikdə işləmişlər. Onların münasibətləri ilk vaxtlar yaxşı olmuşdur. O, 2005-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Ailəli olduğu müddətdə arvadı ilə münasibəti yaxşı olmuş, aralarında mübahisələr olsa da, heç vaxt Elmiraya əl qaldırmamışdır. X17 ilə olan münasibətini öyrəndikdən sonra da münasibətlərinin yaxşı olması üçün çalışmışdır. O, 2020-ci ilin mart ayında Elmira ilə Arzu arasında olan münasibəti öyrənmişdir. Onun Elmira ilə Arzunun münasibətlərini öyrənməyi belə olmuşdur ki, Elmira bir gün onu məcburən yuxudan oyadıb bəhanə ilə evdən çıxartmışdır. Evdən çıxanda o, Arzunu və əvvəlcədən tanıdığı Xəzər rayon Polis İdarəsində çalışan Həsən adlı şəxsi görmüşdür. Həmin şəxslər onu maşınla polis bölməsinə aparmışlar. Polis bölməsində ona barəsində şikayət daxil olduğunu bildirmişlər. Daha sonra da onun 20 sutka azadlığını məhdudlaşdırmışlar. Bundan sonra onda şübhə yaranmış və Elmiranın telefonunu aparıb proqram yazdırmış və Arzu ilə olan danışıqlarını öyrənmişdir. Bundan sonra Elmira atasının evinə getmiş, onunla Arzu arasında isə telefonla sözlü mübahisə olmuşdur. O, dəfələrlə Arzunu danışmaq üçün çağırsa da, Arzu hər dəfə müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. O, daha sonra psixiatrik xəstəxanada 1 ay müalicə almış və oradan çıxandan sonra kirayə ev tutmuş, Elmira və uşaqlarla birlikdə həmin evdə yaşamağa başlamışdır. Arzu onunla görüşməkdən boyun qaçırdığına görə o, sonuncunun nə vaxtsa kirayədə qaldığı evə gələcəyini düşünmüşdür. Buna görə də o, evi güdməyə başlamışdır. Hadisənin baş verdiyi gün kirayədə qaldıqları evdən Arzunun çıxdığını görmüş, buna görə də o, əsəbiləşmiş və Arzunu izləməyə başlamışdır. Arzu izləndiyini bilib arxaya baxmış, Arzudan nə üçün buraya gəldiyini soruşmuş, lakin Arzu ona cavab verməmişdir. O da əsəbiləşib Arzunun üzünə yumruq vurmuşdur. Daha sonra onlar əlbəyaxa olmuşlar. Arzu onu vurduğuna və Arzuya gücü çatmadığına görə o, yerə basdırılmış dəmir parçasını götürüb Arzunu ayaqüztə olan zaman bir neçə dəfə vurmuşdur. Arzu yerə yıxılan zaman qolunu qaldırmış və o, Arzunun sol qolunun altından qan axdığını görmüşdür. Bunu gördükdən sonra daha Arzunu vurmamış və hadisə yerindən getmişdir. Onun məqsədi Arzunu öldürmək olmamış, sadəcə Arzunu evlərinin yaxınlığında görüb əsəbiləşmişdir. Arzu ondan güclü olduğuna və onun Arzuya gücü çatmadığına görə yerdən tapdığı, ağacın dibinə basdırılmış əşya ilə Arzunu vurmuşdur ki, ondan aralansın. Mübahisə vaxtı onların yanlarında kimsə olmamış və mübahisələri 2-3 dəqiqə davam etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, hadisəyə qədər Arzu telefonla olan danışıqlarında Elmira ilə arasında olan münasibəti qəbul etməmiş və belə bir şey olmadığını bildirmişdir. O, Arzunu evinin yaxınlığında gördükdən sonra Arzunun onu aldatdığını düşünüb əsəbiləşmişdir. O, Arzudan ilk dəfə bura nə üçün gəldiyini soruşmuş, daha sonra isə cavab vermədiyinə görə əsəbiləşib onu yumruqla vurmuşdur. O, dəmir parçasını yıxılandan sonra götürmüşdür. O, yıxılan an Arzuya zərbə vurmamış, lakin buna imkanı olmuşdur. Arzu ilə onu ayıran kimsə olmamışdır. Həmin vaxt onun üzərində bıçaq olmamışdır. O, cinayət məsuliyyətindən yayınmaq üçün ölkəni tərk etmək istəmiş, İrana sərhədin Yardımlı rayonundan olan hissəsindən keçmişdir. Ona ölkə sərhədini qanunsuz olaraq keçməkdə əvvəllər tanışı olan İran İslam Respublikası vətəndaşı kömək etmişdir. X21 Respublikasında ölkə sərhədini qanunsuz olaraq keçməklə əlaqədar Rizə şəhərində sanksiya vermişlər, Germi şəhərində isə məhkəmə keçirilmiş və ona 6 ay cəza kəsilmişdir. O, cinayətini qəbul etdiyinə görə bu müddət 4 ay 15 gün olmuş və o, bu müddət ərzində orada həbsdə olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Onlar Azər adlı ortaq dostları vasitəsilə tanış olmuşlar. Daha sonra onunla Təqsirləndirilən şəxs arasında iş münasibətləri yaranmışdır. İşlərlə bağlı isə zaman-zaman onların bir-birilərinə borcları olmuşdur. 2019-cu ilin əvvəllərində onların aralarlında borc məsələlərinə görə konfliktləri olmuş, bu da onların münasibətlərinin soyumasına gətirib çıxarmış və onlar iş münasibətlərini sonlandırmışlar. Təqsirləndirilən şəxs ona 52000 manat borcu yaranmışdır. O, Tahirdən borcunu tələb etdikdə Tahir ondan gizlənməyə və telefonlarına cavab verməməyə başlamışdır. O, Vüqar adlı tanışı ilə birlikdə Tahirin yaşadığı evi tapmış və onun evinə getmişlər. Tahirin evinin önündə onu gözləmiş və Tahir evdən çıxanda ona yaxınlaşmışlar. Onlar birlikdə çayxanaya gedib bu barədə söhbət etmişlər və Tahir ona söz vermişdir ki, borcunu ödəyəcəkdir. Daha sonra Tahir yenə borcu ödəməmək üçün ondan gizlənməyə başlamışdır. Bu müddət ərzində isə Tahir həyat yoldaşı Elmiranın nömrəsi ilə onunla əlaqə saxlamışdır. Bu nömrə onun Tahirlə əlaqə saxlaya biləcəyi yeganə nömrə olduğuna görə o, hər dəfə bu nömrəyə yazmışdır. Bir gün yenə o, Tahirdən borcunu tələb etdikdə Tahir onu bıçaqla hədələmiş və pulu verməyəcəyini demişdir. O, Tahir barəsində məlumat almaq üçün Tahirin əvvəllər onunla əlaqə saxladığı və həyat yoldaşına aid olan nömrə vasitəsilə Elmira ilə əlaqə saxlamışdır. Onun Elmira ilə əlaqə saxlamağına səbəb Tahirin ona olan borclarının aqibətini bilmək istəməyi olmuşdur. O, Elmira ilə yazışdıqca onların aralarında dostluq münasibəti yaranmışdır. Daha sonra Tahir onların əlaqə saxladıqlarını və dost olduqlarını bilib bu münasibəti başqa mənada qəbul etmişdir. Onunla Elmira arasında yalnız dostluq münasibətləri olmuşdur. Hadisənin baş verdiyi gün Tahirin atası Şahid1 Nərimanov rayon Polis İdarəsində guya onun saxta sənədlə onlara ev satmağı barədə şikayət etmişdir. O, bunu bildikdən sonra Tahirə zəng edib ondan şikayətini geri çəkməsini tələb etmişdir. Daha sonra Tahirlə yenə əlaqə saxlamaq istəsə də Tahir telefonu götürməmişdir. Belə olan halda o, Tahirin evinə getmişdir. O, Tahirin evinə getməzdən əvvəl sahə müvəkkilinə zəng edib bu barədə məlumat vermiş, lakin sahə müvəkkili ərazidə olmadığına görə o, tək getmişdir. Evə çatdıqda Tahirin həyat yoldaşı qapının arxasından ona Tahirin evdə olmadığını demişdir. O da evdən aralanıb maşınına tərəf gedəndə arxadan kimsə “səni vurur” deyə qışqırdığını eşitmişdir. O arxaya dönən kimi Tahir əlindəki bıçaqla onu sol qolundan vurmuşdur. O, Tahirə müqavimət göstərmişdir. Onlar yerə yıxılmışlar. Səslərinə görə küçəyə camaat yığışmışdır. İnsanlar onları ayağa qaldırıb aralamağa çalışanda Tahir yenidən onun sinəsinin sol nahiyəsinə 2 dəfə zərbə vurmuşdur. Daha sonra Tahir hadisə yerindən qaçmışdır. O, 102 Xidmətinə zəng etmiş və hadisə yerinə polis, təcili tibbi yardım maşını gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, Tahirin onu qısqanclıq zəminində vurduğunu düşünür. O, heç vaxt Elmira və Tahirlə birlikdə oturub borc məsələsini müzakirə etməmişdir. O, Tahirlə olan mübahisələrinin məhkəməyə qədər gedib çıxmaması üçün Tahirlə görüşüb münasibətləri danışıq yolu ilə nizama salmaq istəmişdir. Onun Elmira ilə 2019-cu ildən əlaqəsi olmuş, 2 dəfə görüşmüşlər. Elmira ilə görüşləri zamanı Tahirin ona olan borcları barədə danışmışlar. Elmira ondan Tahirin borcları ödəməsinə görə vaxt verməyini xahiş etmişdir. Hadisədən öncə Tahirlə onun arasında Elmira ilə bağlı hər hansı bir söhbət olmamışdır. Hadisə vaxtı Tahirin əlindəki bıçağın tutacağı boz rəngdə olmuşdur. Onların səslərinə adamlar küçəyə çıxmışlar. Şərait imkan versəydi Tahir onu öldürə bildərdi. Ətrafda insanların olması və onun Tahirə müqavimət göstərməyi buna imkan verməmişdir. Tahir sonuncu dəfə onu vurandan sonra əlindəki bıçaqla qaçıb getmişdir. Tahir onu vuranda o, ayaqüstə olmuşdur. O, təqsirləndirilən şəxslə barışmamış və Tahir ona dəyən zərəri ödəməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxslə 2005-ci ildə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2006-cı il təvəllüdlü oğlu Nicat Əliyev və 2009-cu il təvəllüdlü qızı Zəhra Əliyeva dünyaya gəlmişdir. Ailəli olduqları müddətdə onun Tahirlə münasibəti normal olmuş, hər bir ailədə olduğu kimi onların aralarında da arabir mübahisə, söz-söhbət olsa da sonradan hər şey qaydasına düşmüşdür. Tahir tikinti sahəsində çalışmış, beton satışı ilə məşğul olmuşdur. O, heç vaxt Tahirin işlərinə qarışmamış və kiminlə işləməsindən xəbəri olmamışdır. Onların ailə üzvlərinin də münasibəti normal olmuş, ailələr arasında ədavət, inciklik olmamışdır. Tahir həbsdə olmuş və 2016-cı ildə Tahir həbsdən çıxandan sonra onlar Q.Qarayev prospektində kirayəyə ev tutub yaşamağa başlamışlar. Tahirin başqa şəxslərə borcu olmuş, lakin o, heç vaxt Tahirin işlərinə qarışmadığı üçün kimə borcunun olduğunu, borcun hansı səbəbdən yarandığını bilməmişdir. Tahir təxminən 2017-ci ildə dövlət sərhədini qanunsuz keçdiyi üçün həbs edilərək, 4 ay azadlıqdan məhrum edilmişdir. Həmin müddətdə o, atasıgilin evinə köçüb uşaqları ilə birlikdə orada yaşamışdır. 4 aydan sonra Tahir həbsdən çıxmış və onlar Zabrat qəsəbəsində atasıgilin evinin yaxınlığında kirayəyə ev tutub yaşamağa başlamışlar. Həmin müddətdə, yəni 2018-ci ildən 2019-cu ilin sonlarına qədər onların qapısına daim borc sahibləri gəlib Tahir ilə maraqlanmış, onu axtarmışlar. Bu səbəbdən də Tahir mobil telefon nömrələrini tez-tez dəyişmişdir. Tahir bəzən onun telefonu ilə tanımadığı şəxslərə zəng vurmuşdur. Bu səbəbdən də həmin şəxslər Tahiri tapa bilmədikdə onu yığıb, Tahirin harada olduğunu soruşmuşlar. O, Tahirin ümumilikdə nə qədər borcunun olduğunu bilmir. O, Tahirdən borcunun olduğu şəxslərin kim olduqlarını, nə üçün onlara borclu olduğunu soruşsa da, Tahir daim heç kimə borcunun olmadığını demişdir. Zərərçəkmiş şəxs təxminən 2018-ci ilin sonlarında Tahir ikinci dəfə həbsdən çıxandan sonra tanımışdır. Bildiyinə görə, onlar bir yerdə işləmişlər. Tahir həmişə Arzunu tərifləmiş, haqqında xoş sözlər işlətmiş, Arzunun ona daim köməkliyinin dəydiyini bildirmişdir. Buna baxmayaraq Arzunun onların evinə gediş-gəlişi olmamışdır. Tahir tez-tez ona məxsus olan ***-***-**-** nömrəli telefonla Arzuya da zəng vurub danışdığı üçün Arzu onun telefon nömrəsini bilmişdir. Buna görə də Arzu özü də tez-tez ona zəng vurub Tahir ilə maraqlanmışdır. Təxminən 2019-cu ilin dəqiq yadında qalmayan tarixində Tahirin borclu olduğu şəxslərin tez-tez onların qapıya gəlib narahat etmələri səbəbindən Arzuya zəng vurub xahiş etmişdir ki, həmin şəxslərlə danışıb Tahirə borclarını qaytarması üçün vaxt versinlər. Tahir isə dəfələrlə ona deməyinə baxmayaraq bu məsələyə də laqeyd yanaşmış, heç kimə borcunun olmadığını demişdir. O da buna görə məcbur qalıb Arzudan kömək istəmişdir. Həmin vaxtdan etibarən Arzu ilə aralarında əvvəlcə dostluq münasibəti yaranmışdır. O, tez-tez Arzuya zəng vurub məsləhət almış, kimsə onu yığıb narahat etdikdə Arzuya bildirmiş, onun məsləhəti ilə hərəkət edtmişdir. Tahirin özünün də Arzu ilə telefon əlaqəsinin olmasından xəbəri olmuşdur. Danışıqlar zamanı öyrənmişdir ki, Tahirin Arzuya da borcu olmuş, lakin dəqiq olaraq hansı məbləğdə olduğunu bilmir. Tədricən Arzu ilə münasibətləri daha da yaxınlaşmış və Arzudan xoşu gəlməyə, bir-birilərini çox istəməyə başlamışlar. O, bu müddət ərzində Arzu ilə bir-iki dəfə görüşüb çay içsə də, heç vaxt aralarında intim münasibət olmamış, Arzu ona qarşı hər hansı bir əxlaqsız təklif etməmişdir. 2020-ci ilin fevral-mart aylarında Tahir narkotik vasitədən istifadə etdiyi üçün 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Tahir tutulandan sonra evdə gedən söhbətlərdən eşitmişdir ki, guya Tahiri Arzu həbs etdirmişdir. Lakin danışıq zamanı Arzu bunu boynuna almamışdır. Tahir həbsdən çıxandan sonra qaynatası X18 tutdurmaq istəmişlər. Buna görə də ondan telefonu istəmişlər ki, onlaraın danışıqlarına baxıb şikayət etmək üçün dəlil etsinlər. Ondan telefonunu istəyib yoxlatdırdıqdan sonra Arzu ilə arasında olan bütün danışıqlar ifşa olunmuşdur. Qaynatası onun evdə çəkdiyi şəkillərini, sms-lərini atasına, qardaşına göstərmişdir. Bu söhbətlər ona pis təsir etdiyi üçün iki dəfə özünü zəhərləmişdir. Çünki Arzu ilə aralarında olan danışıqların aşkar olunması səbəbindən ailəsinin yanında pərt olmuşdur. Bundan sonra o, təxminən 4 ay atası evində qalmışdır. Həmin müddətdə Arzu ilə əlaqəsi olmamışdır. Tahir özü də onunla əlaqə saxlamamışdır. Təxminən 2020-ci ilin yay aylarında Tahir ona zəng vurub ayrı yaşaya bilmədiyini, onunla barışmaq istədiyini bildirmiş, onu bağışlamağını istəmişdir. O da uşaqlarının xətrinə bu dəfə də Tahiri bağışlamışdır. Bundan sonra Zabrat qəsəbəsində ünvanını dəqiq bilmədiyi evdə yenidən kirayədə yaşamağa başlamışlar. Ayrı yaşadıqları müddətdə də arabir Arzu ilə telefonla sms vasitəsi ilə yazışmış, əlaqə saxlamışlar. Lakin tədricən başa düşmüşdür ki, Arzunun məqsədi onu sevmək deyil, Tahiri tapmaqda bir vasitə kimi ondan istifadə etmək olmuşdur. Tahir onun Arzu ilə münasibət saxlamağını bilsə də, bu müddət ərzində bununla bağlı onunla dalaşmamış, onu vurmamışdır. Onlar barışandan sonra isə ümumiyyətlə bu məzmunda aralarında söhbət olmamışdır. Tahirin bu məsələdən xəbərdar olmasından sonra Arzu ilə görüşübgörüşmədiyini bilmir. 28 avqust 2020-ci il tarixdə o, bütün günü evdə olmuşdur. Tahir özü də səhər saatlarında evdən çıxıb harasa getmiş, gün ərzində Tahirin harada olmasından xəbəri olmamışdır. Həmin gün o, Arzu ilə dəfələrlə telefonla danışmışdır. Arzu Tahiri axtarmış, tez-tez Tahirin evə gəlib-gəlməməsi ilə maraqlanmışdır. Hətta evlərinin ünvanı da ondan öyrənmişdir. Təxminən günorta saatlarında onların evinin qapısı döyülmüş, o, qapıya yaxınlaşanda gələn şəxsin Arzu olduğunu görmüşdür. Buna görə də qapını açmamış və Tahirin evdə olmadığını bildirmişdir. Arzu ona inanmamış, bir müddət küçədə gözləsə də, Tahirin gəlmədiyini görüb çıxıb getmişdir. Təxminən 15-20 dəqiqədən sonra Arzu özünə məxsus telefondan ona zəng vurub Tahirin onu bıçaqla vurması barədə məlumat vermişdir. Lakin hadisənin dəqiq olaraq necə və hansı şəraitdə baş verməsi barədə bir söz deməmişdir. Elə bu zaman evin qapısı açılmış və Tahir içəri daxil olaraq Arzunu bıçaqladığını bildirib onunla getməyini tələb etmişdir. O, qorxusundan hara gedəcəklərini soruşmamış və tez evdən çıxmışdır. Bundan sonra onlar birlikdə atasıgilin evlərinə tərəf gedib qızı Zəhranı küçədən götürüb, qızını Tahirin atasıgilin evinə aparmışlar. Yenə də Zəhranı küçədən evə yola saldıqları üçün heç kimlə görüşməmişlər. Yolda Tahir atası Əşrəflə görüşüb ondan pul almış və qaçacağını bildirmişdir. Həmin gün gecə saat 01 radələrinə qədər Tahirin dostu Rövşən adlı şəxsin tanımadığı ünvanda yerləşən evində qalmışlar. Tahirin onun özünə də nəsə edəcəyindən bərk qorxmuşdur. Elə həmin gün onlar birlikdə yol maşını ilə Ağstafa rayonuna gedib, ünvanını bilmədiyi evdə gecələmişlər. Bir gecə orada qaldıqdan sonra Bakı şəhərinə qayıdıb Yasamal rayonunda kirayə evdə yaşamışlar. Tahir bütün günü evdə olmuş, heç yerə çıxmamışdır. Lakin hər gecə atası ilə görüşüb ondan pul almışdır. Tahir istəmişdir ki, qanunsuz yolla başqa ölkəyə qaçsın. Hətta onun özünü də aparmaq istəmişdir. Lakin o, buna razı olmamış, uşaqlarsız qala bilməyəcəyini demişdir. Sonradan Tahirdən xahiş etmişdir ki, polisə gedib sağ qalmağı barədə məlumat versin. Tahir də buna razılıq verdiyi üçün onu Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin yaxınlığında düşürüb çıxıb getmişdir. O, bölmədə olan zaman Tahirin hara qaçmasından xəbərinin olmadığını bildirmişdir. Sonradan Tahirlə əlaqəsi olmamış, onun necə və hansı qaydada dövlət sərhədini keçməsindən xəbəri olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Arzu ilə Tahirin münasibəti çox da yaxın olmamışdır. Arzu onların evinə gələndə onunla tanış olmaq üçün cəhd göstərməmişdir. Tahir onun nömrəsi ilə onun adından Arzu ilə yazışan zaman Arzu ilə olan münasibətlərini hiss etmiş, o, Tahirə Arzunun ona qarşı olan münasibəti barədə danışmışdır. Tahir Arzu ilə olan münasibətini bilən zaman Arzuya nə isə edəcəyi ilə bağlı bir şey deməmişdir. Tahir Arzunu vurduqdan sonra evə əlində bıçaqla gəlmişdir. Həmin bıçaq 10-12 santimetr uzunluğunda, kəsici olmayan alət olmuşdur. O, həmin bıçağı əvvəl görməmiş, lakin bıçaq daha çox suvenirə bənzəmişdir. Bıçağın üzərində qan izi görməmişdir. Daha sonra onlar evdən çıxıb gedəndə Tahir bıçağı evin yaxınlığında olan gölə atmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxs Tahirin atasıdır. Tahirlə zərərçəkmiş şəxs Arzu arasında 2017-ci ildən iş münasibətləri olmuş, Arzu ucuz qiymətə Xırdalan ərazisində evlər satmışdır. Tahirin əlində 15000 manat pul olmuş və özünə ev almaq istəmişdir. O, Arzuya ev üçün 10000 manat vermiş, Arzu isə ona tikintinin sənədlərini vermiş, kupçanı verməmiş və qalan pulu Arzu tələb etmişdir. O, Arzuya zəng vurub görüşüb pulu vermək üçün danışmış, lakin Arzu gəlməmişdir. Daha sonra məlum olmuşdur ki, Arzunu dələduzluğa görə saxlamışlar. Daha sonra Arzunun ona verdiyi sənədlərin saxta olduğu məlum olmuşdur. Arzu dələduz olmuş və barəsində 15-20 nəfər tərəfindən şikayət edilmişdir. O, Arzudan şikayətçi olmamış, lakin onun barəsində çox şikayətçi olduğuna görə Arzu bir müddət təcridxanada saxlanılmışdır. Arzu təcridxanadan çıxdıqdan sonra onlara problemlər yaratmağa başlamışdır. 27 fevral 2020-ci ildə gəlini Elmira həyat yoldaşına zəng edib bildirmişdir ki, o, gözəllik salonuna getmək istəyir, lakin Tahir icazə vermir. O, Tahirə zəng vurub yanına çağırmışdır. Tahirin yaşadığı evin qarşısında Arzu və Xəzər rayonu Polis İdarəsində işləyən Həsən adlı polis Tahirin bayıra çıxmasını gözləmiş, Tahir bayıra çıxan kimi Tahiri Arzu və Həsən maşına mindirib Xəzər rayon Polis İdarəsinə aparmışlar. Tahir ona zəng edib bildirmişdir ki, Arzu onu tutdurmuşdur. O, daha sonra Tahirə dəfələrlə zəng etmiş, lakin Tahir telefonu açmamış və o, 102 Xidmətinə zəng edib bu barədə məlumat vermişdir. 20 dəqiqə sonra ona zəng edib bildirmişlər ki, Tahir Xəzər rayon Polis İdarəsindədir. Tahir 20 gündən sonra həbsdən çıxdıqdan sonra ona Elmiradan şübhələndiyini bildirmişdir. Tahir Elmiranı güdmüş və onu Arzunun maşınına minərkən görmüşdür. Bundan sonra Tahir Elmiranın telefonunu əlindən alıb Arzu ilə olan yazışmalarını çıxartmışdır. Yazışmalardan görünmüşdür ki, Elmira ilə Arzu arasında sevgililik münasibəti olmuş və onlar Tahiri tutdurmaq istəmişlər. Hətta onlar rahat əlaqə saxlamaq üçün evə narkotik vasitə qoyaraq Tahiri tutdurmaq planları belə olmuşdur. Bu hadisə Tahirə pis təsir etdiyinə görə o, 1 ay müddətində 2 saylı xəstəxanada müalicə almışdır. Həmin müddət ərzində Elmira atasının evində yaşamışdır. Tahir xəstəxanadan çıxdıqdan sonra Elmiranın atası onlara Zabratda ev kirayələmiş və ona demişdir ki, qızı artıq dindardır və belə işlərlə məşğul olmur. Elmira yenə də Tahirdən gizlin telefon işlətmiş və Tahirin hər hərəkəti barədə Arzuya məlumat vermişdir. Tahir işdə olan vaxt Elmira Arzuya zəng edib evin ünvanı barədə məlumat vermişdir. Hadisənin baş verdiyi gün Tahir ona zəng edib bildirmişdir ki, Arzunu vurmuşdur. O, Tahirdən hadisənin necə olduğunu soruşduqda Tahir evə qayıdarkən evin yaxınlığında Arzunu gördüyünü və onu vurduğunu bildirmişdir. Daha sonra o, Tahirlə əlaqə saxlaya bilməmişdir. Tahir tutulandan sonra ondan hadisənin necə baş verdiyini soruşanda Tahir, Arzu ilə dalaşdığını və gücü çatmadığı üçün yerdən ağacın dibinə basdırılmış dəmir parçasını götürüb Arzunu vurduğunu bildirmişdir. Daha sonra insanlar onları aralamağa çalışmışlar. Tahir isə hadisə yerindən qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxs Tahirin qayınatasıdır. Tahirin həyat yoldaşı Elmira onun dörd uşağından üçüncüsüdür. X19 2015-ci ildə evlənmişlər. O, Tahirin tam olaraq nə işlə məşğul olduğunu bilmir, lakin eşitdiyinə görə qaynaqçı işləmişdir. O, Arzunu hadisə gününə qədər görməmişdir. Hadisə baş verən gün oğlu Mais ona zəng vurub Tahirin kimisə vurduğunu bildirmişdir. O, bunu öyrəndikdən sonra Tahirə zəng vurmuş və Tahir ona bildirmişdir ki, evin qarşısında Arzu ilə qarşılaşmış və sonuncu ilə dalaşmışlar. Tahirin Arzuya gücü çatmadığına görə Tahir dəmir parçası ilə Arzunu vurmuşdur. O, Tahirlə danışdıqdan sonra hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda Arzu hələ də orada olmuş və onu görən kimi təhqir etmişdir. Arzu onu tanımış, lakin o, Arzunu ilk dəfə görmüşdür. Arzu 2-3 nəfərlə Tahiri döyüb videosunu onlara göndərmişdir. Hadisə baş verməmişdən əvvəl Arzu Tahirin evinə gəlib qızına “uşaqlarınızı oğurlayacaqlar, sizi narkotiklə şərləyəcəklər” deyib qorxutmuş və əxlaqsız təkliflər etmişdir. Arzu Tahirin bu vəziyyətə gəlməsinin səbəbkarıdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Tahirin ailəsində münaqişə yaradan şəxs Arzu olmuşdur. Qızı Elmira hər şeyi Arzunun qorxusundan etmiş, Arzu qızını istismar etmişdir. Ailə daxilində mübahisələr baş verməmişdən əvvəl Tahir Zabratda yaşamağa başlamışdır. Elmira onlara Arzu ilə arasında münasibət olduğunu deməmişdir. Qızında hadisələrdən sonra psixoloji problemlər yaranmışdır. X13 uzaq olmasını, ondan boşanmalı olduğunu yazmışdır. Elmira iki dəfə sirkə içməklə intihara cəhd etmiş və məktubunda bildirmişdir ki, əgər onun başına iş gəlsə səbəbkarı Zərərçəkmiş şəxsdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Tahir onun bacısının həyat yoldaşıdır. O, Tahirin nə işlə məşğul olduğunu bilməsə də, ailəsinə qarşı yaxşı olduğunu bilmişdir. Bugünkü vəziyyətə görə Zərərçəkmiş şəxs günahkardır. Hadisədən əvvəl Tahirin atası Əşrəf ona zəng edib Elmira ilə Arzu arasında yazışmaların olduğunu bildirmişdir. O, işdə olan zaman Tahir ona zəng edib Arzunu vurduğunu demişdir. Tahir ona evə getməyini və Elmira və uşaqları götürməyini demişdir. Tahir onunla bacısı barəsində nalayiq dillə danışmışdır. Daha sonra o, atasına zəng edib atasına Tahirin ona dediklərini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, hadisə baş verdiyi gündən 1 ay əvvəl Əşrəf ona Arzu ilə Elmiranın yazışmalarını göndərmiş, o, Elmiradan bu yazışmaları soruşduqda Elmira hər dəfə fərqli cavablar vermişdir. O, hadisə yerinə getməmişdir. Tahirin dediyinə görə o, Arzunu namus məsələsinə görə vurmuşdur. Arzu Elmiraya sataşmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəşəbəsi, Ruhulla Axundov küçəsində yerləşən 192 saylı orta məktəbin qarşısında küçənin əks tərəfində yerləşən fərdi yaşayış evinin həyətinin darvazasının qarşısında yerləşir. Hadisə yerinə yaxınlaşanda sağ tərəfdə üzəri suvanmamış mişar daşı ilə hündür hasarın yerləşdiyi, hasarın aşağı tərəfində yerdən təxminən 40-50 sm hündürlükdə divar boyu qaz borusunun çəkildiyi görünür. Həmin hasarın yanında küçə tərəfdə iri gövdəli tut ağacı vardır. Hasarın qurtaracağında öndə eyni həyətə açılan iki ədəd - biri naxışları olmayan yaşıl rəngli, sol tərəfdə isə üzərində naxışları olan boz və yaşıl-göyümtül rənglə rənglənmiş digər dəmir darvaza vardır. Həmin darvazaların arxasında həyətdə damı azbest şiferlə bağlanmış birmərtəbəli ev görünür. Bu evdən sağ və sol tərəfdə damı qırmızı rəngli müasir dam örtükləri ilə örtülmüş evlər görünür. Həyətin darvazası ilə üzbəüz qalanda sol tərəfdə qonşuluqda yerləşən fərdi yaşayış evinin yerləşdiyi görünür. Bu evin həyəti mişar daşı ilə hasara alınmış, hasar suvanmamışdır. Həmin hasardan həyətə təxminən 1x2 metr ölçüdə ağ rəngli dəmir qapı vardır. Sağ tərəfdə hasarın dibində olan iri gövdəli tut ağacından sol tərəfdə bu ağacdan sol tərəfə ağacdan təxminən 5-6 metr məsafədə yerdə bir-birilərinə yaxın məsafələrdə qana bənzər iri və kiçik ölçülü ləkələr görünür. Qana bənzər ləkələr götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqi 4-8). İşdə olan və məhkəmədə tədqiq edilmiş götürmə və baxış aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş maykaya baxış zamanı müəyyən edilmişdir ki, mayka qolsuzdur, ağ rəngli qarışıq materialdandır, arxa səthinin yuxarıdakı səthində “anit” sözü yazılıb, uzunluğu 71 sm, çiyinləri arasında məsafə 14 sm-dir. Zədələr: 1) maykanın ön səthində solda çiyinlik tikişindən 27 sm aşağıda uzunluğu 1,9 sm olan dəlib-keçən; 2) birinci zədədən 4,5 sm solda və bir qədər aşağıda uzunluğu 1,0 sm olan dəlib-keçən zədələrdir. Köynəyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, onun ön səthinin orta yuxarı hissəsində zəncirbəndlə bağlanan yarığı vardır, boyunluq hissəsinin daxili səthinə fabrik etiket tikilmiş, üzərində “lord piana” sözləri oxunur. 1) köynəyin ön səthində solda, sol çiyin tikişindən 34 sm aşağıda uzunluğu 2 sm olan dəlib-keçən; 2) birinci zədədən 6,5 sm solda uzunluğu 1,5 sm olan dəlib keçən; 3) köynəyin sol qolunun arxa səthində, qolun sərbəst kənarından 2,5 sm yuxarıda uzunluğu 2,2 sm olan dəlib-keçən zədələrin olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 12-13). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş hadisə yerinin tərtib olunmuş sxemindən görünür ki, hadisə yeri olan ünvan 6 ünvanın qarşısında hərəkət hissəsi ilə yolun qırağının arasında 20x15 sm ölçülü qırmızı rəngli qanabənzər iz, həmin izdən 50 sm aralıda yerdə paralel damcı-qırmızı rəngli qanabənzər iz aşkar olunmuşdur. Həmin yerdən 2 metr aralıda quru otların arasında eynək aşkar olunmuş, həmin eynəyin bir gözlüyü eynəyin yanında qalıbdır. Baxış zamanı bir ədəd qara gözlüklü eynək götürülmüşdür (cild 1, iş vərəqi 148-151). İşdə olan və məhkəmədə tədqiq edilmiş götürmə və baxış aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs üzərində olan “İphone” markalı mobil telefon aparatına baxış keçirilən zaman onun bir ədəd sim kart yeri olan ön tərəfi qara rəngli, yanları və arxa tərəfi qızılı rəngdə olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məxsus “İphone” markalı mobil telefon aparatına baxış keçirildikdən sonra götürülmüş və qablaşdırılmışdır (cild 1, iş vərəqi 163-164). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1348 saylı rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd, döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd, cəmi üç ədəd kəsilmiş-deşilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə: döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd cəmi iki ədəd kəsilmiş-deşilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.

2. Döş qəfəsində olan yaralarda yara kanallarının istiqaməti əsasən öndən-arxaya doğrudur. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur.

3. Xəsarətləri alarkən Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş (ayaq üstü, oturaq və s.) vəziyyətlərində ola bilərdi (cild 1, iş vərəqi 176-180). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik tədqiqinə dair xx.xx.2020-ci il tarixli, 496-MTKŞ/2020 №-li rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthində solda 02 (iki) ədəd, köynəyin ön səthində solda 02 (iki) ədəd və köynəyin sol qolunun arxa səthində 01 (bir) ədəd dəlib-keçən deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə ülgücü, iti ucu və qabırğaları özlərini çox biruzə verməyən küpü olan deşici-kəsici alətlə (alətlərlə) zərbənin təsirindən törənmişdir. - A.B.Agalarova məxsus paltarlarda (mayka və köynək) aşkar edilmiş deşilmişkəsilmiş zədələrin eyni bir alətlə, o cümlədən, eyni xüsusiyyətə malik hər hansı bir bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. - А.В.Ağalarova məxsus paltarlarda (mayka və köynək) aşkar edilmiş deşilmişkəsilmiş zədələrin xətti ölçülərini nəzərə alaraq güman etmək olar ki, alətin tiyəsinin eni batma səviyyəsində ümumilikdə 1,5-1,9 sm-dən az olmamışdır. - Zərərçəkmiş şəxs məxsus paltarlarda (mayka və köynək) aşkar edilmiş deşilmişkəsilmiş zədələrə görə o, zədələri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, zədə nahiyələri isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur.

2. Ekspertizaya təqdim edilmiş maddi sübutlarda - Zərərçəkmiş şəxs məxsus mayka və köynək üzərində məhkəmə-bioloji tədqiqat zamanı (773/2020- MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirmək olar: Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön səthində solda və sağda və köynəyin sol qolunda olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı, sonra isə materialına fıziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər (cild 1, iş vərəqi 240-242). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tədqiqat üçün qan nümunəsinin götürülməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs sol qolunun vena damarından 5 ml-lik tibbi iynə vasitəsilə 2,5 ml qan plastik şprisə doldurulmuş, tibbi iynənin qapağı ilə qapadılmış təhvil verildikdən sonra həmin qapanmış vəziyyətdə olan 5 ml-lik plastik şpris qablaşdırılaraq üzərinə zərflər üçün möhür vurulmuşdur (cild 1, iş vərəqi 229-230). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-bioloji tədqiqinə dair xx.xx.2020-ci il tarixli, 773/2020- MTBŞ nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A/H/İİ/-dir.

2. Ekspertizaya təqdim edilmiş 03 ədəd pambıq topaları, Zərərçəkmiş şəxs məxsus kofta və mayka üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu qan ləkədə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri ABO sistemi üzrə A/H/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 244-248). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kompyuter-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 5/607 nömrəli rəyindən görünür ki: 1.Təqdim edilmiş bir ədəd həssas (sensorlu ekran) təzyiqlə çalışan “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “İpone” markalı “A 1429” modelli “**********35420” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 1.1.Tədqiq olunan “İpone” markalı “A 1429” modelli mobil smartfonun proqram təminatında olan İMEİ kodla arxa tərəfindəki markalanma göstəricisindəki İMEİ kod fərqlidir.

2. Tədqiq olunan “İpone” markalı “A1429” modelli mobil smartfonun “Menu” hissəsinə daxil olmaq üçün “4545” mühafizə (parol-pasport) şifrələri tədqiq edilmişdir.

3. Tədqiq olunan “İpone” markalı “A 1429” modelli mobil smartfonun yaddaşında mövcud olan və mobil smartfonun yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax DVD-R diskə).

4. Tədqiq olunan “İpone” markalı “A1429” modelli mobil smartfonun yaddaşında halhazırda “İnstagram”, “Odnoklassniki" və digər sosial şəbəkələrə aid proqram təminatları və həmin proqram təminatları vasitəsi ilə aparılmış məlumat mübadilələri müəyyən olunmadı. 4.1.Tədqiq olunan “İpone” markalı “A 1429” modelli mobil smartfonun yaddaşında hal-hazırda “Facebook” sosial şəbəkəsinə aid proqram təminatı mövcuddur, lakin həmin proqram təminatında qeydiyyatdan keçmiş aktiv profil səhifəsi müəyyən olunmadı.

5. Tədqiq olunan “İpone" markalı “A1429” modelli mobil smartfonun “İnternet” ə çıxış üçün texniki imkanları mövcuddur. Aparılmış tədqiqatın dəyəri 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 197-201). İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin xx.xx.2020-ci il tarixli, 07-14474-1220 saylı məktubundan görünür ki, 28 avqust 2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən 192 nömrəli orta məktəbin qarşısında 1985-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan, əvəllər Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs, 1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Baki şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 38, mənzil 4-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əlində olan bıçaqla sonuncunun döş qəfəsinə və sol bazunun arxa səthinə kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan bədən xəsarətləri yetirmiş, həyat yoldaşı - 1986-ci il təvəllüdlü Şahid2 ilə birlikdə "Saipa" markalı, **-PX-*** dövlət nömrə nişanlı taksi ilə Sabunçu rayonu, Məhəmmədi dairəsi yaxınlığında düşərək dövlət nömrə nişanı məlum olmayan London taksisinə əyləşərək Abşeron rayonu Yanardağ istiqamətində getmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olumuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər Zərərçəkmiş şəxs Bəkirzadə oğlu ilə iş birliyi qurmuş, bir müddətdən sonra iş birliyi pozularaq Təqsirləndirilən şəxs sonuncuya 45000 (qırx beş min) manat pul borcu yaranmışdır. Zərərçəkmiş şəxs pulunu almaq üçün dəfələrlə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, həmin müddət ərzində Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 arasında isti münasibətlər yaranmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs həyat yoldaşının mobil telefonuna baxarkən Şahid2 ilə Zərərçəkmiş şəxs danışdığını, eləcə də görüşdüyünü bilmiş və bu səbəbdən aralarında dəfələrlə mübahisə baş vermişdir (cild 1,iş vərəqi 169-170). İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 5/2067 nömrəli məktubundan görünür ki, əldə edilmiş əməliyyat məlumatına görə həmin ilin oktyabr ayının əvvəllərində Cəlilabad rayonu ərazisindən dövlət sərhədini pozan, biri Şərur rayon sakini xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmaqla 3 nəfər AR vətəndaşı İİR Nizam-İntizam Qüvvələri tərəfindən saxlanılaraq Germi şəhər həbsxanasına aparılmışlar. İstintaq zamanı verdikləri ifadələrdə Bakı şəhəri Sabunçu rayonunda 1 nəfər şəxsə soyuq silahla ağır bədən xəsarətləri yetirdikləri üçün məsuliyyətdən yayınmaq məqsədilə İİR ərazisininə keçdiklərini bildirmişlər (cild 1, iş vərəqi 254).

İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, 16/39 nömrəli məktuba əlavə edilmiş raportdan və təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 10:15-dən 10:45-dək İran İslam Respublikasının təşəbbüsü ilə 75/4 №-li sərhəd nişanın yanında Azərbaycan Respublikası “Biləsuvar” məntəqəsi üzrə Sərhəd Nümayəndəliyi və İran İslam Respublikasinin “Aslandüz” sərhəd məntəqəsi üzrə Sərhəd Komissarlığı arasında köməkçilər səviyyəsində keçirilən görüş təyin olunan vaxtda 75/4 №-li sərhəd nişanı yanında Azərbaycan Respublikası “Biləsuvar” məntəqəsi ilə İİR “Aslandüz” məntəqəsi üzrə Sərhəd Nümayandəliyi “Biləsuvar” sərhəd keçid məntəqəsində rəsmi qaydada salamlaşdıqdan sonra görüş iştirakçıları İran İslam Respublikası ərazisinə dəvət olunmuşlar. Burada öz deməsinə görə xx.xx.2020-ci il tarixdə AR-İİR istiqamətdə dövlət sərhədini pozmuş və İİR-in Germi şəhərində saxlanılan xx.xx.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs və üzərində olan 2 ədəd sim kart nömrə, həmçinin şəxsi əşyaları ilə birlikdə “Aslandüz” məntəqəsi üzrə sərhəd komissarının köməkçisindən akt ilə təhvil alınmışdır (cild 2, iş vərəqi 8-10). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vasitəsi ilə diplomatik kanallarla əldə edilmiş İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 15177/1/1017 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ölkəyə icazəsiz keçməsi ilə əlaqədar **********500450 nömrəli iş açılmış və Arşaq qəsəbəsinin məhkəməsi həmin işə baxaraq **********501155 nömrəli xx.xx.2020-ci il tarixli qətnamə ilə onun məhkumluğunu qət etmiş və ona saxlanıldığı müddət də daxil 181 gün həbs və əlavə cəza olaraq həbs müddəti bitdikdən sonra ölkədən deportasiya olunması cəzası çıxarmışdır. Həbsxanada saxlanılmış müttəhim cəzasının azaldılmasını xahiş etmiş və həmin məhkəmə onun həbs müddətinin dördə birini azaldaraq ona cəza olaraq saxlanıldığı müddət də daxil 136 gün həbsə endirmişdir. Bu nəticə hökmlərin icrası orqanına göndərilmişdir. Habelə müşahidə olunur ki, **********500557 nömrəli xx.xx.2021-ci il tarixli iclas protokoluna əsasən Arşaq qəsəbəsi Məhkəməsinin Hökmlərin İcrası Şöbəsi müttəhimi məzuniyyətə göndərməklə və həbs müddəti bitməklə həbsxanadan buraxılmış və əlavə cəzanın (ölkədən diportasiya) icrası üçün xx.xx.2021-ci il tarixində polis məmurlarına təhvil verilmiş və Biləsuvar rayon Məhkəməsi tərəfindən iclas protokolu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası dövlətinin Biləsuvar bölgəsində sərhəd məmurlarına təhvil verilmişdir (cild 4, iş vərəqi 110-118). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 18:01 radələrində asta qaçışla kirayə yaşadığı evə tərəf gedir, saat 18:07-də həmin ünvana qaynatası Şahid3 gəlir, bir qədər orada dayanıb telefonla danışdıqdan sonra həmin yeri saat 18:17-də tərk edir, saat 18:33-də isə həmin ünvana Tahirin qaynı Şahid4 və polis əməkdaşları gəlirlər (cild 2, iş vərəqi 100-101). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş diskdən görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 1(bir) ədəd SD-R diskin yaddaşında olan məlumatlara baxış keçirmək üçün disk “HP” markalı kompyuterin prossesoruna yerləşdirildikdan sonra ekranda görünən qovluq açıldıqdan daxil olan və çıxan zənglər, abunçilərlə bağlı məlumatları əks etdirən faylların olması müəyyən olundu. Şahid2 istifadəsində olan ***-***- **-** nömrəli telefon nömrəsi xx.xx.2012-ci il tarixdən dekativdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumat olan faylı açdıqda müəyyən edildi ki, bu müddət ərzində onunla Zərərçəkmiş şəxs məxsus ***-***-**-**, ***-***-**-** nömrələri ilə arasında heç bir danışıq qeydə alınmamışdır. Hadisə baş verən günü, yəni xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs əsas danışıqları atası Şahid1 məxsus ***-***-**-**, dostu Vüqara aid ***-***-**-**, qaynı Şahid4 məxsus ***-***-**-**, qaynatası Şahid3 məxsus ***-***-**-** nömrəli mobil telefonlarla olmuşdur. Hadisə baş verən ərəfədə, yəni saat 18 radələrində qaynı Maisə məxsus ***-***-**-** nömrəli, qaynatası Müslümə məxsus ***-***-**-** nömrəli, hadisədən sonra isə atası Əşrəfin istifadəsində olan ***-***-**-** nömrəli və bacanağı Tahir Abbasovun istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışıqları qeydə alınmışdır. Məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə daxil olan və çıxan sms mətnləri, anten məlumatlar aşkar edilmədi. Onun əsas sms yazışmaları ***-***-**-** telefon nömrəsi ilə olmuş, həmin şəxs verdiyi borc pulu Tahirdən istəmişdir. ***- ***-**-** telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatda olan faylı açdıqda müəyyən edildi ki, bu müddət ərzində onunla zərərçəkmış şəxs Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəsi ilə arasında yalnız bir dəfə xx.xx.2020-ci il tarixdə danışıq qeydə alınmış, hadisə baş verən günü heç bir danışıq qeydə alınmamışdır. Həmin gün əsas danışığı günorta saatlarına qədər atası Şahid1 məxsus ***-***-**-** nömrəsi ilə olmuşdur. Məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərindən görünür ki, onun əsas sms yazışmaları ***-***-**-** telefon nömrəsi ilə olmuş, həmin şəxs verdiyi borc pulu Tahirdən istəmişdir. "xxxx" MMC-dən daxil olmuş 1 ədəd diskin yaddaşında olan məlumatlarda iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir (cild 2, iş vərəqi 220-222). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş diskdən görünür ki, cinayət işinin materiallarına ǝlavə olunmuş 1 (bir) ədəd SD-R diskin yaddaşında olan məlumatlara baxış keçirmək üçün disk ”HP” markalı kompyuterin prossesoruna yerləşdirildikdən sonra ekranda görünən qovluq açıldıqda daxil olan və çıxan zənglər, abunçilərlə bağlı məlumatları əks etdirən faylların olması müəyyən olundu. Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumat olan faylı açdıqda müəyyən edildi ki, bu müddət ərzində onunla Təqsirləndirilən şəxsun istifadəsində olmuş 050-631-64 85 nömrǝli telefonla arasında yalnız bir dəfə xx.xx.2020-ci il tarixdə danışıq olmuş, sonradan heç bir danışıq qeydə alınmamışdır. Zərərçəkmiş şəxsla Şahid2 arasında istər əvvəlki tarixlərdə, istərsə də, hadisə baş verən günü, yəni xx.xx.2020-ci il tarixdə dəfələrlə danışıq olmuş, sonuncu danışıq həmin gün saat 17:43-də qeydə alınmışdır. Həqiqətən də hadisə baş verən günü Zərərçəkmiş şəxsla polis əməkdaşı Rəfael Məmmədov arasında istər hadisədən əvvəl, istərsə də hadisədən sonra danışıq qeydə alınmışdır. Məlumatlarda Zərərçəkmiş şəxs istifadəsində olmuş telefona nömrəsinə daxil olan və çıxan sms mətnlərindən görünür ki, onun əsas danışıqları X10 ilə olmuş, danışıqlar zamanı tez-tez bir-birləri ilə hal-əhval tutur, Arzu Elmiraya onsuz qala bilmədiyini, onun üçün hər şey edəcəyini bildirir. Zərərçəkmiş şəxs Bəkirzadə oğlunun istifadəsində olmuş telefon nömrəsinin anten məlumatlarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17-dən saat 18:03-ə qədər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi 1B antenanın, saat 18:12-dən etibarən isə müalicə olunduğu 3 saylı ŞKX-nin yerləşdiyi Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi 5 antenin əhatə dairəsində olmuşdur. Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatda olan faylı açdıqda müəyyən edildi ki, bu müddət ərzində onunla Zərərçəkmiş şəxs məxsus ***-***-**-** nömrəsi ilə arasında istər əvvəllər, istərsə də hadisə baş verən günü dəfələrlə telefon, sms danışıqları qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə sonuncu danışıq 17:43-də qeydə alınmaqla Zərərçəkmiş şəxsla olmuşdur. Sms danışıqlarının məzmunundan görünür ki, son zamanlar Şahid2 Arzunun ona gec-gec yazmasından gileylənir, hətta Arzuya ad gününü gec təbrik etdiyi üçün üzrxahlıq edib canının içi olduğunu bildirir. Şahid2 istifadəsində olmuş telefon nömrəsinin anten məlumatlarından görünür ki, xx.xx.2020-ci il tarixdə bütün günü Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi 1B anteninin əhatə dairəsində olmuşdur. "xxxx" MMCdən daxil olmuş 1 ədəd diskin yaddaşında olan məlumatlarda iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməməmişdir (cild 2, iş vərəqi 225-227).

İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş diskdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumat olan faylı açdıqda müəyyən edildi ki, bu müddət ərzində onunla Təqsirləndirilən şəxs arasında danışıq olmuş, hadisə baş verən günü yəni xx.xx.2020-ci il tarixdə yalnız GPRS xidmətindən istifadə edilmişdir. Məlumatlarda Zərərçəkmiş şəxs istifadəsində olmuş telefona nömrəsinə daxil olan və çıxan sms mətnlərindən görünür ki, onun əsas danışıqları Şahid2 ilə olmuş, sonuncu yazışma xx.xx.2020-ci il tarixdə qeydə almışdır. Danışıqlarının məzmunundan görünür ki, Şahid2 Zərərçəkmiş şəxs ad günü münasibəti ilə təbrik edərək əzizləyir, sonrakı danışıqlar isə Arzunun arvadının bu münasibətdən xəbər tutub ondan boşanmaq istəməsi ilə bağlıdır. Zərərçəkmiş şəxs istifadəsində olmuş telefon nömrəsinin anten məlumatlarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:30-dan saat 18:37-ə qədər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 saylı binanın damı antenin əhatə dairəsində olmuşdur. "xxxx" MMC-dən daxil olmuş 1 ədəd diskin yaddaşında olan məlumatlarda iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir (cild 3, iş vərəqi 28-29). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini Zərərçəkmiş şəxs üzünə qarşı bildirib onun yalan danışdığını, hadisə vaxtı əlində bıçaq olmadığını, qabaqcadan özü ilə bıçaq gətirmədiyini, mübahisə zamanı Arzuya birinci dəfə yumruq zərbəsi vurduğunu, bundan sonra əlbəyaxa olub yerə yıxıldıqlarını, ona gücünün çatmadığını görüb yerdə olan dəmir parçası ilə bədən nahiyəsinə bir neçə zərbə endirdiyini bildirmişdir. Hadisə vaxtı onları heç kim ayırmamış, Arzuya zərbələr vurandan sonra onun yerə yıxıldığını görüb növbəti zərbələri vurmağa imkanı olsa da, vurmayıb çıxıb getmişdir. Mübahisə Arzunun onun arvadı Elmira ilə münasibətdə olması səbəbindən baş vermiş, hadisə vaxtı əsəbi olduğu üçün zərbələri Arzunun ürək nahiyəsinə məqsədli şəkildə yetirməmişdir. Zərərçəkmiş şəxs isə ifadəsində göstərdiklərini təsdiq edərək Tahirin onu dəmir parçası ilə deyil, bıçaqla öldürmək məqsədi ilə vurduğunu, hadisə vaxtı ətrafda olan şəxslərdən kimsə araya girib onları ayırdıqlarını, buna görə də ona daha çox bıçaq zərbəsi vurmağa imkanı olmadığını, əks halda Tahirin onu öldürəcəyini demişdir (cild 3, iş vərəqi 106-110). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs onu bıçaq zərbələri ilə vurduğu yeri, necə vurmasını hadisə yerində əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti protokollaşdırılmış, fotoşəkillər çəkilərək istintaq materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 140-145). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 xx.xx.2020-ci il tarixli, 1/1145 nömrəli məktubundan görünür ki, ünvan 8 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilk dəfə Psixi Sağlamlıq Mərkəzinin göndərişinə əsasən xx.xx.2016-ci il tarixdə Bakı şəhəri 2 nömrəli X5 stasionar müayinə və müalicəyə qəbul olmuşdur. xx.xx.2016-ci il tarixdə Həkim Psixiatr Komissiyasından keçmiş və "Şizofreniya paranoid forma" diaqnozu təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə xəstə Təqsirləndirilən şəxs evə yazılmışdır. Təkrarən, Təqsirləndirilən şəxs TTYS-nın göndərişinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri 2 nömrəli X4 stasionar müalicədə olmuşdur. Diaqnoz: "Şizofreniya paranoid forma" (cild 1, iş vərəqi 186). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2020-ci il tarixli, 6010 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 195). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 Kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixində “Şizofreniya paranoid forma” diaqnozu müəyyən edilmişdir (cild 2, iş vərəqi 93). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 Kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-cı il tarixində “Şizofreniya paranoid forma” diaqnozu müəyyən edilmişdir (cild 2, iş vərəqi 94). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 423 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs zahirən bir qədər gərgindir. Yoxlanılan şəxs kontakta həvəssiz girir, verilən suallara əsasən qısa, formal cavablar verir. Nitqi bir qədər ləngdir, az ifadəlidir. Əhval-ruhiyəsi enmişdir. İntellektual səviyyəsi aldığı təhsilə, yaşına uyğundur. Əvvəllər psixiatrik xəstəxanada müalicələrdə olmasının səbəbləri barədə ötəri, həvəssiz cavablar verir. Zahirən öz hiss və həyəcanlarında qapalı olması biruzə verir. Ona ittiham olunan əməl barədə soruşarkən narazı və əsəbi tərzdə aşağıdakıları bildirir: “Ailə məsələsidir, etdiyimə peşiman deyiləm”. Bu barədə təkrar soruşduqda əsəbi reaksiya verərək aşağıdakıları bildirdi: “mən bu barədə fikirlərimi bildirmişəm, indidə siz mənim hislərimlə oynayırsız”. Keçirilən ekspertizanın məqsədini formal dərk edir, lakin onun nəticələrini öz xeyrinə həll etməyə maraq göstərmir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əvvəllər “Şizofreniya paranoid forma” diaqnozu ilə psixiatrik xəstəxanada iki dəfə stasionar müalicədə olmasını nəzərə alaraq ona ittiham olunan əməl dövründə anlaqlı olub-olmamasını müəyyən etmək üçün ambulator şəraitdə bir qədər çətinlik törətdiyi üçün uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (cild 2, iş vərəqi 179-181). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks stasionar məhkəməpsixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 40 N-li rəyinin məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməllərini törədərkən şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkmişdir. Şizofreniya xroniki prosessual psixi patologiyadır. Həmin xəstəliyin gedişində psixotik epizod (kəskin mərhələ), sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti yaxşılaşma mərhələsi) ayırd edilir. Təqsirləndirilən şəxs aşkarlanan “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəliyin gedişində remissiya mərhələsi müəyyən olunur. Buna görə həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisələrini törədən zaman şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkməsinə baxmayaraq həmin patologiyanın gedişində remissiya mərhələsi olmuşdur. Buna görə aşkar olunan xroniki psixi xəstəlik öz ifadə dərəcəsinə görə Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisələrini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, həmçinin onlara cavab vermək və rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlləri barəsində anlaqlı hesab edilməlidir. Onun qeyd edilən əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin, Təqsirləndirilən şəxs hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Yeganə olaraq onu əlavə edə bilərik ki, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə getmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs müalicəyə ehtiyacının olmadığı, həmin şəxs barəsində tibbi xarakterli məcburi təbirlərin tətbiq olunmasına zərurət yaranmadığı birinci sual cavablandırılarkən artıq qeyd edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs qarşı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, xəstəliyinin xroniki gedişə malik olması, anamnezində suisid cəhdinin qeydə alınması, öz hərəkətlərinə tənqidi münasibətinin tam həcmdə olmaması təsəvürünü yaratması, əhvali-ruhiyyəsinin aşağı olması səbəbindən həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törətdikdən sonra da “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkir. Hazırda həmin xəstəliyin gedişində remissiya vəziyyəti olduğu, hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı, həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yaranmadığı əvvəlki suallar cavablandırılarkən artıq qeyd edilmişdir. Hal-hazırkı psixi vəziyyətinə görə onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyri-əlverişli şəraitə düşmə (istintaq təcridxanasında, yaxud cəzaçəkmə müəssisəsində fasiləsiz şəkildə xeyli müddət ərzində saxlanılmağa məcbur olma) zəminində neqativ təbiətli psixogen amillərin davamlı təsiri nəticəsində Təqsirləndirilən şəxs psixi vəziyyətində yenidən kəskinləşmə yarana bilməsi, xüsusən suisidal fikirlərini reallaşdırmağa cəhd etməsi istisna olunmur. Məhz buna görə həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti hazırda onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman şüur və fəaliyyətinə təsir göstərə biləcək psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qəzəblilik, aqressivlik, implusivlik, intiqam hissi yaranmış, həmin emosional vəziyyət onun davranışını istiqamətləndirmişdir. Belə qənaətə gəlinir ki, onun psixi-emosional sferasında yuxarıda qeyd edilən halların yaranması situasiya (həyat yoldaşı Elmiranın ona xəyanət etməsi, onların sevgi mesajlarının şahidi olması, bu səbəbdən daha əvvəl Elmira ilə mübahisə etməsinə baxmayaraq, onun Arzu adlı şəxslə münasibətinin davam etməsi, hadisə günü onların evdə görüşdüyünü bilməsi və s.) ilə şərtləşmişdir.

Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (cild 3, iş vərəqi 31-39). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1447 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, iş vərəqi 135- 136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 38 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyinə düçar olmuşdur. Halhazırda da Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmak va onlan idarə etmək iqtidanında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayet hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas əlamətlər aşkar olunur. Buna baxmayaraq Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan paranoid şizofreniya xəstəliyinin kəskinləşməməsi, suisid cəhdlərinin təkrarlanmaması, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir (cild 4, iş vərəqi 156-163). İşdə olan zərərçəkmiş şəxs qismində haqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 152). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 xx.xx.2020-ci il tarixli, 1/1146 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 №-li KPX-na müraciət etməmişdir (cild 1, iş vərəqi 184). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X14 xx.xx.2020-ci il tarixli, 2722 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs BŞNMdə qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 185). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2020-ci il tarixli, xx/xx-8526 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs qeyd edilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 204).

İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2020-ci il tarixli, 16008 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 206). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2020-ci il tarixli, xx/xx-8525 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 205). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X14 xx.xx.2020-ci il tarixli, 2721 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur (cild 1, iş vərəqi 187). İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(003)- 277/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilmişdir (cild 1, iş vərəqi 193-194). İşdə olan qərarlardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə kapitanı Nicat Acalov tərəfindən Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə ittiham elan edilmiş, 06 fevral 2021-ci il tarixdə tarixdə cinayət işi aidiyyəti üzrə Sabunçu rayon prokurorluğuna göndərilmiş, xx.xx.2021-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş və həmin prokurorluğun müstəntiqi Kamran Sadıqov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə olan cinayət işi ilə bir icraatda birləşdirilmişdir (cild 2, iş vərəqi 156, 175-177). İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Lənkəran Hərbi prokurorluğunun xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 19/04c-21 №-li araşdırma materialı üzrə qanunsuz yolla İran İslam Respublikasına keçmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonu Göytəpə şəhərinda yerləşən sərhəd dəstəsinə təhvil verildiyi andan xx.xx.2021-ci il tarixədək həmin hərbi hissədə xidmət edən Anar Ağalarov adlı hərbi qulluqçunun rəhbərliyi ilə bir qrup şəxs tərəfindən döyülməsi barədə ərizədə qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığından və həmin xüsusatlara dair cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 2, iş vərəqi 239-244). İşdə olan Nərimanov rayonu 55 saylı MKİS-nin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır, 2006-cı il təvəllüdlü Nicat adlı, 2009-cu il təvəllüdlü Zəhra adlı qızı vardır, MKİS-ə barəsində şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 251-252). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən nümunələr, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək, bir ədəd mayka iş üzrə maddi sübut kimi kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 3, iş vərəqi 157-189, 244). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci və 318.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə deyil, xəsarət yetirmək məqsədilə vurması barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək belə hesab edir ki, törədilmiş cinayətin halları, o cümlədən Təqsirləndirilən şəxs hadisə yerinə özü ilə bıçaq gətirməsi, zərərçəkmiş şəxsə yetirilən xəsarətlərin lokalizasiyası, yəni həmin xəsarətlərin birinin həyat üçün təhlükəli olan nahiyəyə yetirilməklə daxilə nüfuz edən xəsarətin əmələ gəlməsinə səbəb olması, zərbələrin sayı, digər şəxslərin zərərçəkmiş şəxslə onu aralamaları, habelə zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə çatdırılaraq ixtisaslı tibbi yardım almaqla həyatının xilas olunması belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd edilən xəsarətləri yetirərkən niyyəti məhz onu həyatdan məhrum etmək olmuş, etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu etmişdir. Lakin yuxarıda qeyd edilən səbəblər təqsirləndirilən şəxsi öz iradəsindən asılı olmayaraq niyyətini başa çatdırmaqdan məhrum etmişdir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan edilmiş ittihama gəlincə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikasını vahid sərhəd ayırır. Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan məhz həmin sərhədi qanunsuz olaraq keçmişdir, yəni həmin hərəkəti ilə təqsirləndirilən şəxs bir cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vasitəsilə əldə etdiyi rəsmi sənədlərdən görünür ki, dövlət sərhədini 15 sentyabr 2020-ci il tarixdə qanunsuz keçməyə görə Təqsirləndirilən şəxs İran məhkəməsi tərəfindən 181 gün həbs cəzasına və həbs müddəti bitdikdən sonra ölkədən deportasiya olunması əlavə cəzaya məhkum olunmuş, həmin əsas cəzanı çəkərkən onun xahişinə əsasən təyin edilmiş həbs müddətinin dördə biri məhkəmə tərəfindən azaldaraq 136 günə endirilmiş, təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan tərəfinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Həmin Məcəllənin 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməyə görə artıq məhkum edilmiş və cəzasını çəkmişdir, ona görə də həmin əmələ görə onun təkrar məhkum edilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına görə yolverilməzdir. Bu səbəblərdən Təqsirləndirilən şəxs barəsində bu iş çərçivəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli yazılı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan onun tərəfindən ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 4, iş vərəqi 121). Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışıqdan imtina edir, təqsirləndirilən şəxsdən şikayətçidir (cild 4, iş vərəqi 164). Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə təqdim etdiyi Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 4, iş vərəqi 176). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(005)-186/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrinə əsasən əmlakı müsadirə olunmamaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 204.1-ci maddəsinə əsasən isə əmlakı müsadirə olunmamaqla 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(103)- 797/2011 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs haqqındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2011-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs aid hissəsi dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, ,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum məhrum etmə cəzası 3000 manat cərimə cəzası ilə əvəz edilmiş, Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən bu cəza ilə birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası qəti olaraq 05 (beş) 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 68.2 maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunması qərara alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(073)-115/2017 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 29,318.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 3000 (üç min) manat cərimə cəzası Azərbaycan Respublikasının Cinayat Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilmiş və üzərində qəti olaraq 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. 01 noyabr 2017-ci ildə cəzasının sonu ildə azad edilmişdir (cild 1, iş vərəqi 218-220; cild 3, iş vərəqi 61-66, 67-76, 77-85). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 211/312730 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oglu haqqındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs ogluna Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177 2.2, 177.2.3-cũ maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 3000 (üç min) manat cərimə cəzası ilə əvəz edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu cəza ilə birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan mahrum etmə cəzasının və 3000 (üç min) manat cərimə cəzası kimi müəyyən edilməsi, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(103)-797/2011 saylı qərarı Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilməklə məhkum Təqsirləndirilən şəxs şöbədə qeydiyyata götürülmüşdür. Bundan sonra Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(073)-115/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs oglu Azərbaycan Respublikası CM-nin 318.1 və 29,318.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-797/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 3000 (üç min) manat cərimə cəzası CMnin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilmiş və üzərində qəti olaraq 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəfindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(073)-115/2017 saylı hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə məbləği tam ödənilmiş, məhkum xx.xx.2018-ci il tarixdə şöbənin qeydiyyatdan çıxarılmışdır (cild 4, iş vərəqi 132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaları çəkib qurtardığı vaxtdan iki ildən çox vaxt keçdiyinə görə, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız əməlinin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, anlaqlığı istisna etməyən psixi pozuntusunun olmasını Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qəsdən adam öldürməyə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhd etdiyinə görə həmin maddə ilə ona təyin ediləcək cəzanın müddəti həmin maddədə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il Qərarının 9-cu bəndinin 3-cü abzasında qeyd olunub ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlandığı, tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi ilə əlaqədar saxlandığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 29 avqust 2020-ci il tarixdə qərar çıxarılmış, onun olduğu yer müəyyən edilmədiyinə görə həmin gün barəsində axtarış elan edilmiş, 04 yanvar 2021-ci il tarixdə İran sərhədçiləri tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş, 04 yanvar 2021-ci il tarixdə inzibati qaydada tutulmuş, 18 yanvar 2021-ci ildə Bakı şəhəri Sabunçu rayon prokurorluğuna təhvil verilmiş, 18 yanvar 2021-ci ildə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci madəsilə ittiham elan olunmuş və eyni gündə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 yanvar 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 128-131, cild 2, iş vərəqi, 8-14, 23, 63-67, 190-193, 254-257; cild 3, iş vərəqi 130-133). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun inzibati qaydada tutulduğu 04 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən nümunələr, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək, bir ədəd mayka təyinatını itirdiyindən məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.6-cı və 43.1.2-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən nümunələr, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək, bir ədəd mayka məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar