Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-146/2025 25.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X14 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Azərbaycan və rus dilləri üzrə tərcüməçi-mütəxəssislər – X28, X11 və X4, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 6 yanvar 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 aprel 2025-ci il tarixdə, saat 17:30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs tamah niyyəti ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək qeyrisinin narkotik vasitəni ona çatdırmaq və alıcılara çatdırmaq rollarını aralarında bölüşərək razılaşdıqdan sonra qeyrisinin ona göndərəcəyi ünvana külli miqdarda olmaqla 1320,8 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq aparıb qoyacağı müqabilində narkotik vasitə heroin əldə edəcəyi ilə bağlı 24 iyul 2023-cü il tarixdə qabaqcadan razılıq əldə etmiş, həmin tarixdə, saat 19:30 radələrində 1(bir) ədəd qara rəngli sellofan torbada külli miqdarda olmaqla təmiz çəkisi 1320,8 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qoyulduğu ünvan 2 ünvanda gizlədilmiş yerdən götürüb əldə edərək üzərində saxlamaqla daşımış, həmin vaxt qeyd olunan ünvanda Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin (bundan sonra mətndə - Nərimanov RPİ-nin CAŞ) əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 1(bir) ədəd kağız paketin içərisində olan qara rəngli sellofan torbadan külli miqdarda olmaqla təmiz çəkisi 1320,8 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisidir. O, polis əməkdaşları tərəfindən saxlanılmazdan bir qədər öncə Şahid3 ilə birgə “X35” yaxın yerləşən “McDonald’s” restoranından yemək alaraq piyada “X31” yaxınlığındakı tağların yanında yerləşən mağazanın və vəkil bürosunun önünə doğru addımlamağa başlamışdır. Belə ki, “McDonald’s” restoranında olarkən Vasif adlı narkotacir ona “konum” göndərmiş, o da Şahid3 ilə birgə məhz sözügedən “konuma” əsasən getməyə başlamışdır. Onlar həmin ünvana çatan zaman Şahid3 taksi sifariş etmiş, o isə sonuncudan onu gözləməsini xahiş edərək Şahid3 bir qədər uzaqlaşıb sanitar qovşağa daxil olmuş, Şahid3 da onu taksidə gözləməyə başlamışdır. O həmin sanitar qovşaqdan çıxdıqdan dərhal sonra beş-altı nəfər polis əməkdaşı onu saxlayıb sillələmiş, habelə arxa hissəsinə təpiklə zərbələr endirərək xidməti avtomobillə Nərimanov RPİ-yə aparmışdır. Həmin vaxt polis əməkdaşları Şahid3 da onunla birgə saxlayaraq xidməti avtomobillə Nərimanov RPİ-yə aparmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman Vasif adlı narkotacirdən hələ narkotik vasitəni əldə edə bilmədiyindən həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Ona qarşı fiziki zorakılıq göstərən polis əməkdaşlarının arasında səhv etmirsə, Bəylər və Vüqar adlı polis əməkdaşları da olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməsinə baxmayaraq, bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri olmamışdır. Polis əməkdaşları onu Nərimanov RPİ-yə gətirdikdən sonra Bəylər adlı polis əməkdaşı qarşısına narkotik vasitə qoyaraq ondan həmin narkotik vasitəni boynuna almasını tələb etmiş, o isə Bəylər adlı polis əməkdaşına həmin narkotik vasitəni boynuna almayacağını bildirdiyi üçün Bəylər və adını dəqiq xatırlamadığı Vüqar adlı polis əməkdaşları tərəfindən döyülmüşdür. O, döyülərkən Bəylər adlı polis əməkdaşı ona qarşısındakı narkotik vasitənin ona məxsus olmasını boynuna almayacağı təqdirdə ümumi çəkisi altı kiloqram olan narkotik vasitəni onun boynuna qoyub Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparacağını bildirmişdir. Həmin vaxt o, narkotik vasitələr qəbul edə bilməməsi ilə əlaqədar abstinent sindromu səbəbilə çox pis vəziyyətdə olmuşdur. Daha sonra o, Şahid3 sərbəst buraxılması və abstinent sindromundan çıxmaq üçün Bəylər adlı polis əməkdaşının bildirdiyi narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə razılıq vermişdir. Bundan sonra Bəylər adlı polis əməkdaşı abstinent sindromundan çıxmağı üçün ona bir qədər narkotik vasitə vermiş, o da təkbaşına saxlanıldığı otaqda həmin narkotik vasitəni qəbul etmişdir. Daha sonra o, Bəylər adlı polis əməkdaşının tapşırığı ilə videoçəkiliş zamanı sonuncunun öncədən vermiş olduğu torbadakı narkotik vasitə olan heroinin ona məxsus olduğunu bildirmişdir. O, Nərimanov RPİ-də xidməti otaqların birində ümumilikdə on saat müddətində təkbaşına saxlanılmışdır.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrini Şahid3 sərbəst buraxılması və abstinent sindromundan çıxmaq məqsədilə imza atdığından təsdiq etmir. O, Şahid3 ilə birlikdə, adətən, narkotik vasitə olan heroindən istifadə etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılan gün onların hər ikisində metamfetamin olduğundan metamfetamin qəbul etmişlər. Vasif adlı narkotacir Bakı şəhəri Nərimanov rayonunda onun dəqiq bilmədiyi ünvanda yaşayır. O, Vasif adlı narkotacirin əlaqə nömrəsini bilmiş, lakin polis əməkdaşları ondan bu barədə heç nə soruşmadığından o da heç nə bildirməmiş, o cümlədən qondarma ittiham əsasında həbs ediləcəyini anladığından boşuna Vasif adlı narkotaciri polis əməkdaşlarına “satmaq” istəməmişdir. O, Vasif adlı narkotacirlə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə yaratmış, sonuncudan aldığı narkotik vasitələrin ödənişlərini isə daim əlbəəl vermişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı gün də Vasif adlı narkotacirlə narkotik vasitə alışı üçün əlaqə yaradaraq ondan 10 manat müqabilində bir istifadəlik, yəni ümumi çəkisi bir “çet” olan narkotik vasitə heroin sifariş vermişdir. Ümumi çəkisi bir “çet” olan narkotik vasitənin rəqəmlə olan ümumi çəkisi yüz milliqram təşkil edir. O, Vasif adlı narkotacirdən alacağı narkotik vasitəni sonuncudan əlbəəl olaraq sanitar qovşağın qarşısında götürməli olmuş, lakin orada polis əməkdaşları tərəfindən saxlanıldığından həmin narkotik vasitəni götürə bilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman Şahid3 taksidə əyləşmiş vəziyyətdə olmuşdur. Polis əməkdaşları ona boynuna götürməsi üçün narkotik vasitəni sanitar qovşağın qarşısında deyil, Nərimanov RPİ-də vermişdir. O, ibtidai araşdırmanın ilkin mərhələsində iştirak etmiş vəkili polis əməkdaşları tərəfindən saxlanılan gün cəmi bir dəfə, axşam saatlarında üzərinə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı görmüş, həmin videoçəkiliş zamanı sözügedən vəkil onun yanında olmuşdur. O, vəkilə polis əməkdaşlarının hüquqa zidd əməlləri barədə heç nə deməmiş, sonuncu da bu barədə ondan heç nə soruşmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman sonunculara Şahid3 heç bir günahının olmadığını, eləcə də Nigarı saxlamamalarını xahiş etsə də, polislər Şahid3 da tutmuşlar. Şahid3 onun Vasif adlı narkotacirdən narkotik vasitə almalı olduğunu bilməmişdir. O, ibtidai istintaq zamanı müqavilə üzrə işə qoşulmuş vəkilinə (Müdafiəçi) qondarma ittihamı Şahid3 sərbəst buraxılması üçün boynuna götürdüyünü bildirmişdir. O, polis əməkdaşları tərəfindən döyülməsi barədə işə mahiyyəti üzrə baxılan məhkəmə iclasınadək müqavilə üzrə vəkilindən başqa heç kəsə məlumat verməmiş, bu barədə prokurorluq orqanlarında araşdırma aparılmamışdır.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Şahid3 ilə birlikdə “McDonald’s” restoranından ayrıldıqdan sonra sanitar qovşağa təxminən on-on beş dəqiqədən sonra çatmışdır. O, polis əməkdaşları tərəfindən 24 iyul 2023-cü il tarixdə, təxminən saat 13:30-14:00 radələrində saxlanılmışdır. İbtidai istintaq zamanı ilkin vermiş olduğu ifadələr və üzərinə şəxsi axtarışın keçirilməsi ilə bağlı olan videoçəkiliş zamanı yanında tərcüməçi olmamışdır. Polis əməkdaşları tərəfindən onun üzərinə axtarış saat 14:30-15:00 radələrində keçirilmiş, lakin şəxsi axtarışla bağlı videoçəkiliş saat 14:30-15:00 radələrindən bir neçə saat sonra aparılmışdır. O, ibtidai istintaq orqanına cəmi üç dəfə ifadə vermiş, həmin üç ifadələrindən yalnız sonuncusu həqiqəti əks etdirir. O, polis əməkdaşları tərəfindən saxlanılan gün metamfetamin qəbul etdikdən sonra Şahid3 ilə görüşmüş, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, həmin gün evində Şahid3 ilə birlikdə narkotik vasitə qəbul etməmişdir. İbtidai istintaq orqanına vermiş olduğu ifadəsində qeyd edilən Tofiq adlı şəxs real həyatda mövcud deyil, həmin şəxsi özündən uydurmuşdur. Nərimanov RPİ-də Şahid3 üzərində şəxsi axtarış zamanı narkotik vasitə qəbul etmək üçün nəzərdə tutulmuş olan kiçik ölçülü bir ədəd “truboçka” aşkar edilmiş və o, Şahid3 narkotik vasitə yandıraraq tüstüsünü ağciyərlərə çəkmək üçün nəzərdə tutulmuş olan kiçik ölçülü bir ədəd “truboçka”ya sahib olduğunu bilmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman narkotik sərxoşluğu vəziyyətində olmuşdur. O, Cavid adlı şəxsi tanımır, onun mobil telefonunda Cavid adlı şəxsin əlaqə nömrəsi heç vaxt qeyd edilməmiş, habelə həmin şəxslə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə heç vaxt əlaqə yaratmamışdır.
5. Davam edən məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı (bax 5 fevral 2024, 19 fevral 2024, 11 mart 2024, 20 may 2024, 1 iyul 2024 və 26 fevral 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclas protokollarına) verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşı Şahid5 tərəfindən ona qarşı fiziki təzyiq göstərilmiş, eləcə də Nərimanov RPİ-də Bəylər adlı polis əməkdaşının ona verdiyi narkotik vasitəni qəbul edə bilməyi üçün Şahid5 digər polis əməkdaşlarına ona şpris gətirmələrini əmr etmiş, o da həmin narkotik vasitəni damarına şprislə vurmuşdur. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 tərəfindən ona qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 onun saxlanılmasında iştirak etməklə ona qarşı fiziki zorakılıq edərək döymüş, həmin vaxt digər polis əməkdaşları da bunun şahidi olmuşdur. Şahid3 onun polis əməkdaşları tərəfindən döyülməsini görməmiş, habelə Nigarın da polis əməkdaşları tərəfindən döyülməsi və söyülməsinin şahidi olmamışdır. Polis əməkdaşları xidməti otaqda onun üzərinə bir neçə dəfə şəxsi axtarış həyata keçirmiş, həmin axtarışlar videoçəkilişsiz olsa da, növbəti şəxsi axtarış videoçəkiliş vasitəsilə olmuşdur. O, polis əməkdaşları tərəfindən üzərinə keçirilmiş şəxsi axtarışda qadın polis əməkdaşı Sevinc Hacıyevanın iştirak edibetməməsini xatırlamır. Polis əməkdaşları onun və Şahid3 üzərinə eyni anda və eyni xidməti otaqda şəxsi axtarış həyata keçirməmiş, onların üzərinə ayrı-ayrı xidməti otaqlarda və ayrı-ayrı vaxtlarda şəxsi axtarış həyata keçirilmişdir. Onun istifadəsində ***- ***-**-** mobil telefon nömrəsi olmuşdur. Şahid3 onunla birlikdə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin bütün məsuliyyəti müstəntiqin sözünə əsasən öz üzərinə götürdüyündən Şahid3 sonradan buraxılmışdır. O, tərcüməçi Camal Bədəlovu ibtidai istintaq dövründə bir dəfə polis idarəsində görmüş, şəxsi axtarış və digər prosessual hərəkətlərdə tərcüməçi iştirak etməmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 25 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində və 26 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 4-5 ildir heroin və metamfetamini iyləyərək istifadə edir. Narkotik vasitə qəbul etmək üçün “İnstagram” sosial şəbəkəsində narkotik almaq üçün profillərlə əlaqə saxlamışdır. Təxminən bir il əvvəl “İnstagram” sosial şəbəkəsində “Cavid” adı ilə qeydiyyatdan keçmiş İran İslam Respublikası vətəndaşı ilə tanış olaraq həmin şəxsə “mal” almaq istədiyini bildirmiş, sonuncudan bir il müddətində öz şəxsi istifadəsi üçün bir neçə dəfə narkotik vasitə almışdır. Adəti olaraq narkotik vasitə lazım olduqda “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə özünə məxsus istifadəsində olan 051 *** ** ** “Azercell” GSM nömrəsindən Cavid adlı şəxsin istifadə etdiyi hazırda xatırlamadığı İran Respublikasına aid olan nömrəyə yazıb və ya zəng vurub bildirmişdir. Cavid narkotik vasitəni satmaq məqsədilə aldığı narkotik miqdarına görə pulunu köçürmək üçün müxtəlif banklara məxsus plastik kartın nömrəsini göndərmiş, o da ödəmə terminalından həmin karta narkotikin alış qiymətinin pulunu köçürdükdən sonra ödəniş qəbzinin şəklini Cavid adlı şəxsə göndərmişdir. Cavid adlı şəxs satdığı narkotikin yerləşdirdiyi yerin konumunu “Whatsapp” sosial şəbəkə vasitəsi ilə onun nömrəsinə göndərdikdən sonra həmin yerə gedib narkotik vasitəni yerləşdirdiyi yerdən götürüb sonra hissə-hissə istifadə etmişdir. 2023-cü ilin iyul ayının əvvəlləri dəqiq xatırlamadığı tarixdə Cavid adlı şəxslə danışıq zamanı sonuncu ona narkotik satışında kuryer kimi kömək edərək narkotiki yerləşdiyi yerdən götürüb satacağı adama çatdırmaq üçün başqa yerə aparıb yerləşdirməkdə köməklik edərsə, qarşılığında ona istifadə etmək üçün pulsuz narkotik vasitə verməyi təklif etmişdir. O, Cavidin təklifini rədd edərək onun etdiyi təklifə heç vaxt razılıq verməyəcəyini bildirmiş və bundan sonra onunla əlaqə saxlamamışdır. 24 iyul 2023-cü il tarixdə səhər vaxtlarında tanışı və dostluq münasibətində olduğu, habelə mütəmadi olaraq görüşüb birlikdə narkotik vasitə istifadə etdiyi X33 ilə görüşmüşdür. Həmin gün Nigarla birlikdə tanışı Tofiqin yaşadığı “Sahil” metrostansiyasının yaxınlığında yerləşən ünvanını dəqiq xatırlamadığı evə getmiş, Tofiqin evində özündən başqa heç kim olmamışdır. Evə gəldikdən sonra o, Nigarla özlərində olan narkotik vasitə heroini çəkmə yolu ilə istifadə etmiş, tanışı Tofiq isə həmin vaxt onlarla birlikdə narkotik vasitədən istifadə etməmişdir. Qeyd olunan evdə olduğu müddətdə günorta vaxtlarında dəqiq xatırmadığı saatda İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Cavid adlı şəxs ona zəng etmiş, danışıq zamanı yenidən ona narkotik vasitə satışında kuryer kimi köməklik etməsini və qarşılığında ona istifadə etmək üçün pulsuz narkotik vasitə verəcəyini təklif etmişdir. Həmin vaxt narkotik vasitə almağa pulu olmadığından, eləcə də narkotik vasitə istifadəsinə ehtiyacı olduğundan Cavidi aldadıb onun təklifini qəbul edərək narkotik vasitəni əldə etdikdən sonra onunla əlaqəsini kəsməyi və sonra həmin narkotik vasitəni istifadə etməyi düşünmüşdür. Bu məqsədlə o, Cavidə təklifini qəbul etdiyini bildirmiş, sonuncu isə ona “əgər təklifimlə razısansa, Nərimanov metrostansiyasının yaxınlığına get və orada olanda mənimlə əlaqə saxla. Sənə göndəriləcək narkotikin yerləşdiyi yerin konumunu göndərəcəm. Narkotiki yerləşdirilmiş yerdən götürüb sonra dediyi yerə aparıb qoyduqdan sonra qarşılığında sənə pulsuz istifadə etmək üçün 30 qram narkotik vasitə heroin verəcəm” demişdir. O, Cavidin dediklərini dinləyib razılaşaraq Nərimanov metrostansiyasının yaxınlığına gedib onunla əlaqə saxlayacağını bildirmişdir. Cavid ona aparıb çatdırmalı olduğu narkotik vasitənin 130 qram olduğunu demişdir. O, Cavidlə bu barədə danışarkən yanında olan tanışı Nigar aralarında olan danışığı eşitdiyindən sonuncuya Cavidi aldadaraq narkotiki ələ keçirdikdən sonra onunla əlaqəni kəsmək barədə olan niyyətini bildirmişdir. Həmin vaxt tanışı Tofiq evin digər otağında olduğu üçün onun Cavidlə qeyd olunan danışığını eşitməmiş, o da Tofiqə bu barədə nəsə bildirmədiyi üçün sonuncunun bu haqda heç bir məlumatı olmamışdır. Bundan sonra o, Nərimanov metrostansiyasının yaxınlığına getmək üçün Tofiqin evindən çıxmaq istəyərkən tanışı Nigar yoldaşlıq etmək məqsədilə onunla birlikdə getməyi təklif etdikdə o, Nigar yanında olarsa, heç kimin onun narkotik vasitə əldə etməsi ilə bağlı şübhə etməyəcəyini düşünmüşdür. Buna görə də Nigarın təklifi ilə razılaşaraq onunla birlikdə evdən çıxıb Nərimanov metrostansiyasının yaxınlığına gəlmiş, həmin yerdə yerləşən “McDonalds” adlanan yeməkxanaya gəlib yemək sifariş etmişdir. Həmin yerdə olan vaxt o, Cavidlə əlaqə saxlayıb ona Nərimanov metrostansiyasının yaxınlığında olduğunu bildirmiş, Cavid “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onun nömrəsinə narkotik vasitəni yerləşdirdiyi yerin konumunu atıb narkotiki həmin yerdən götürdükdən sonra onunla əlaqə saxlayaraq həmin narkotiki hara aparıb yerləşdirəcəyini deyəcəyini bildirmişdir. Cavid ona bükümün içərisində 1 kiloqramdan artıq narkotik vasitə heroin olduğunu, həmin heroini dediyi yerə çatdırdıqdan sonra qarşılığında ona 30 qram heroin verəcəyini bildirmiş, o da sonuncu ilə razılaşıb istifadəsində olan “Samsung” markalı mobil telefon aparatında Cavidin göndərdiyi konumu açmaq istəmiş, lakin həmin “konumun” açılması mümkün olmamışdır. Buna görə o həmin “konumu” açmaq məqsədilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yanında olan tanışı Nigarın istifadəsindəki 055 *** ** ** “Bakcell” mobil telefon nömrəsinə göndərərək onun istifadəsində olan “İphone” markalı mobil telefon aparatında həmin yerin yerləşdiyi konumu açmışdır. Bundan sonra o, yerləşdirilmiş narkotik vasitəni götürdükdən sonra içərisinə qoymaq üçün yeməkxanadan qəhvəyi rəngli kağız materialından olan paket götürüb cibinə qoymuşdur. Bir az keçmiş həmin yeməkxanadan çıxıb tanışı Nigarla birlikdə piyada Cavid adlı şəxs tərəfindən göndərilmiş konumda göstərilən yerə, yəni Nərimanov rayonu X54 küçəsi 9 saylı ünvana gəlmişdir. Həmin yerə gəldikdən sonra o, Nigarla birlikdə narkotik vasitə olan bağlamanın kimsə tərəfindən həyətdəki ağacın yanına yerləşdirildiyini görmüşdür. O, bağlamanı gördükdən sonra taksi maşını çağırıb bağlamanı həmin yerdən götürüb dərhal taksi maşınına əyləşərək qeyd olunan yerdən aralaşmağı düşünmüşdür. O bu barədə tanışı Nigara deyərək ona olduqları ünvana taksi maşınının gəlməsini sifariş etməsini bildirmiş, Nigar taksi maşını sifariş etdikdən az müddət sonra markasına və nömrəsinə diqqət yetirmədiyi taksi maşını qeyd etdiyi ünvana gəlmişdir. Taksi maşını gəldikdən sonra Nigara özünün narkotik vasitəni yerləşdirilmiş yerdən götürənə kimi onun kənarda taksi maşınının içərisində onu gözləməsini demişdir. Bundan sonra Nigar taksi maşınının arxa oturacağına əyləşmiş, o, Nigardan aralaşıb yaşayış evlərinin həyətinə girib narkotik vasitəni ağacın altından götürüb üstündə gətirdiyi qəhvəyi rəngli kağız materialından olan paketin içərisinə qoymuş və həmin yerdən aralaşıb kənarda olan taksi maşınına doğru gedərkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ona və tanışı Nigara onlarla birlikdə həmin idarəyə getmələrini təklif etmişlər. Polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən onlara narkotik vasitələrin qanunsuz istifadəsində şübələndiklərini izah etməklə hər ikisinin üzərində şübhəli şəxs qismində şəxsi axtarış və götürmə aparılacağı ətraflı izah edilmişdir. Xidməti otaqda polis əməkdaşları onunla tanışı Nigarın hüquqlarını qorumaq üçün vəkil dəvət edərək onlara hüquq və vəzifələri izah olunmuşdur. Polis əməkdaşları onlara üzərilərində olan qeyri-qanuni əşyaları könüllü təhvil vermələrini bildirmiş, həmin vaxt o, əlində olan qəhvəyi rəngli kağız materialından olan paketi masanın üzərinə qoymuş, daha sonra sağ yan cibindən bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefonunu çıxararaq masanın üzərinə qoyaraq üzərində başqa hər hansı əşyanın olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmiş, baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi paketin içərisinə baxış keçirmiş və içərisindən bir ədəd qara rəngli sellofan paketə bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Həmin bükümün içərisində nə olması barədə soruşulduqda o həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitə heroini tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin narkotik vasitəni Bakı şəhəri Nərimanov rayonu ərazisindən götürərək başqa bir ünvana aparıb qarşılığında İran İslam Respublikası vətəndaşının ona vəd etdiyi narkotik vasitə heroini əldə edəcəyini bildirmişdir. Bundan sonra tanışı Şahid3 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 əvvəlcə çiynindən asdığı bir ədəd qara rəngli dəri qadın çantasını masanın üzərinə qoyaraq üzərində başqa hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra X15 adlı qadın polis nəfəri qadın tanışı Şahid3 üzərinə şəxsi axtarış və baxış keçirərək başqa heç bir əşyanın aşkar edilmədiyini bildirmişdir. Bundan sonra Şahid3 təqdim etdiyi qara rəngli dəri çantanın içərisinə baxış keçirilmiş və içərisindən Şahid3 məxsus şəxsiyyətini təsdiq edən sənəd, bir ədəd bir manatlıq pul əskinası, qırmızı rəngli güzgüsü olan daraq, narkotik vasitə heroini çəkmə yolu ilə istifadə etdiyi metal boru və bir ədəd 4098 5844 7806 9808 "xxxx" ASC məxsus olan “Leobank” plastik kartı aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş, protokol imzalarla təsdiq edilmişdir. O və tanışı Nigarın üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti vəkilllərin iştirakı ilə videoçəkilişlə aparılmaqla keçirilmişdir. O, tanışı Nigarla polis əməkdaşları tərəfindən saxlanılarkən onlara qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Ondan aşkar olunmuş narkotik vasitəni özünü İran Respublikasının vətəndaşı kimi təqdim edən Cavid adlı şəxsdən aralarında olan razılığa əsasən Nərimanov rayonu ərazisində qeyd olunan ünvanda yerləşdirdikdən sonra o, narkotik vasitəni həmin yerdən götürüb aralaşmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanmışdır. O, Cavid adlı şəxsi aldadaraq guya sonuncunun ona verəcəyi pulsuz 30 qram çəkidə narkotik vasitənin qarşılığında narkotik satışında kuryer kimi köməklik edərək bir yerdən götürüb başqa dediyi yerə aparılmasına razılıq vermişdir. Lakin hazırda ifadəsində qeyd etdiyi kimi onun həmin narkotikin satışında köməklik edərək Cavid tərəfindən yerləşdirilmiş yerdən götürüb başqa deyilən hansısa yerə aparıb yerləşdirmək niyyəti olmamışdır. Onun niyyəti Cavidi aldadaraq narkotik vasitənin yerləşdirildiyi yeri öyrənib həmin yerə gedib götürüb əldə etdikdən sonra Cavidlə əlaqəni kəsib sonra narkotik vasitəni hissə-hissə özü üçün istifadə etmək olmuşdur. Tanışı Nigar ona yoldaşlıq etmək üçün yanında həmin yerə gəlmişdir. Həmin yerə gələrkən onun Nigarla arasında narkotik vasitəni götürdükdən sonra harasa aparıb yerləşdirmək, kiməsə satmaq və ya pay verməklə bağlı heç bir danışıq və ya razılaşma olmamışdır. Lakin tanışı Nigar Tofiqin evində olarkən onun Cavidlə danışığını eşitmiş və ona niyyəti barədə bildirmişdir. Buna görə Nigar onunla birlikdə narkotikin yerləşdirdiyi yerə gələrkən onun həmin yerdə narkotik vasitə olması və kim tərəfindən yerləşdirilməsi barədə məlumatı olmuş, bu barədə özü ona bildirmişdir. O, narkotik vasitələrdən istifadə etsə də, heç vaxt kiməsə narkotik vasitə satmamış, pay verməmiş, habelə belə niyyəti olmamışdır (bax Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 101-103; 142-145;).
7. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələsində məhkəmə icraatı zamanı da onun hüquqlarını müqavilə əsasında müdafiə etmiş Müdafiəçi iştirakı ilə 1 noyabr 2023 və 6 noyabr 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində məhkəməyədək icraat zamanı 25 iyul 2023 və 26 iyul 2023-cü il tarixli verdiyi ifadələri ilə qismən eyni məzmunlu, məhkəmə baxışı zamanı isə verdiyi ifadəsi ilə kəskin ziddiyyətli ifadələr verərək göstərmişdir ki, polis əməkdaşları “konum” olduğu yerə yerləşdirilmiş bağlamanı onun iştirakı ilə açdıqda içərisində 1 kiloqramdan çox narkotik vasitə heroinin olduğunu görmüş və həmin çəkidə narkotik vasitəni istifadə etmək üçün üstündə saxladığını desə də, polislərin ona inanmayacağını anladığından, habelə polislərin artıq sorğusu olmaması üçün yalandan guya Cavidlə danışıb onun narkotik satışında kuryer kimi iştirak etməyə razılıq verib narkotik vasitəni əldə etdikdən sonra Cavidlə əlaqəni kəsərək həmin narkotik vasitəni ələ keçirmək məqsədi olduğunu demişdir. Lakin əslində Cavidlə arasında olan razılığa görə sonuncu “konum” atılmış yerə o istifadə etməsi üçün az miqdarda narkotik vasitə yerləşdirməli olmuşdur. Cavidin hansı səbəbdən onu aldadaraq qeyd olunan yerdə külli miqdarda narkotik vasitəni yerləşdirməsinin səbəbini bilmir. Polis əməkdaşlarına yaşadığı evdə istifadə etdiyini dedikdə polislərin evini axtaracaqlarına və ailə üzvlərinin narahat olacağını düşünüb yalandan guya Tofiq adlı şəxsin evində istifadə etdiklərini demişdir. Onun Tofiq adlı tanışı yoxdur və qeyd etdiyi kimi narkotik vasitəni yaşadığı evdə istifadə etmişlər. O, polis əməkdaşları tərəfindən saxlanılarkən sonuncular tərəfindən onlara qarşı heç bir fiziki zor tətbiq edilməmişdir (Cild 2, i.v. 63-67; 127-130;).
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, istifadəsi və üzərilərində gəzdirmələri barədə Nərimanov RPİ-yə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və onların əməllərinin ifşa olunması üçün 24 iyul 2023-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və CAŞ-nin kiçik inspektorları polis serjantları Şahid1 və Şahid2, təhqiqatçı polis baş leytenantı X3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik isə CAŞ-nin rəisi polis polkovnik-leytenantı X25 həvalə edilmişdir. 24 iyul 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı saat 19:30 radələrində Nərimanov rayonu A.M.Cümə küçəsi 9 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmişlər. Həmin şəxslər polis idarəsinə gətirilərkən hər hansı etirazları olmamış, birlikdə polis şöbəsinə gəldikdən sonra həmin şəxsləri növbətçi hissəyə təqdim etmiş və daha sonra həmin şəxslər barəsində qanuna müvafiq tədbir görülməsi barədə raportla məruzə etmişdir. Polis idarəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs və Şahid3 hüquqlarını qorumaq üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dəvət edilmiş müdafiəçilər Təqsirləndirilən şəxs və Şahid3 təqdim edildikdə sonuncular müdafiəçilərə etirazlarının olmadığını, onlar tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və sonuncu etiraz etməmişdir. Polis idarəsinin xidməti otağında videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əlində olan qəhvəyi rəngli kağız materialında olan paketi masanın üzərinə qoymuşdur. Daha sonra sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuş, onun üzərində şəxsi axtarış keçirilmiş, lakin əlavə olaraq qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi paketin içərisinə baxış keçirilmiş və oradan bir ədəd qara rəngli sellofan paketə bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxış keçirilmiş və qəhvəyi rəngli tozşəkilli spesifik iyə malik maddə aşkar edilmişdir. Həmin bükümün içərisində olan maddə barədə Təqsirləndirilən şəxs sorğu-sual edildikdə sonuncu həmin maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini, əldə etdiyi narkotik vasitəni qoyulduğu yerdən digər bir yerə aparacağını və əvəzində həmin şəxsdən özü üçün ona vəd edilmiş narkotik vasitə heroini əldə edəcəyini bildirmişdir. Bundan sonra Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, Şahid3 çiynindən asdığı bir ədəd qara rəngli dəridən olan əl çantasını stolun üstünə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Daha sonra polis nəfəri X15 tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş, lakin Şahid3 üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Şahid3 dəridən olan əl çantasına baxış keçirildikdə oradan bir ədəd bir manatlıq əskinas, qırmızı rəngli güzgü, bir ədəd daraq, “Unibanka” məxsus “Leobank” plastik kartı, bir ədəd “İphone” markalı mobil telefon, bir ədəd metal borucuq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə və Şahid3 aşkar edilmiş metal borucuq qablaşdırılaraq möhürlənmiş və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra düzgün yazıldığı iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.
11. Şahid5 verilmiş suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış üç nəfərdən ibarət əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Nərimanov rayonu X54 küçəsi ev 9 ünvanının yaxınlığında, “X53” mehmanxanasının arxa hissəsində təxminən saat 19:30 radələrində park yolunda gəzən vəziyyətdə Təqsirləndirilən şəxs yanındakı Şahid3 ilə birlikdə saxlanılaraq Nərimanov RPİ-yə gətirilmişdir. Şahid3 üzərindən narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əlindəki kağız metarialdan olan torbanın içərisindən aşkar edilmiş olan narkotik vasitə olan heroinin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, habelə polis qurumuna gətirilərkən ona qarşı tərəflərindən hər hansı fiziki təzyiq göstərilməmiş, sonuncu saxlanılarkən narkotik vasitənin təsiri altında, yəni narkotik sərxoşluğu vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs Nərimanov RPİ-yə “AP” dövlət qeydiyyat nişanlı iki mülki minik avtomobili ilə aparılmış, avtomobillərdən birini özü idarə etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşarkən narkotik vasitə olan heroin sonuncunun əlində olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları yolun əks tərəfində villalar və qarajlar, “Kəpənəklər” parkının sağ tərəfində beşmərtəbəli və doqquzmərtəbəli binalar, “Kəpənəklər” parkının sol tərəfində dörd-beş villa yerləşir, hündürmərtəbəli binalar isə beşmərtəbəli və doqquzmərtəbəli binaları, habelə villaları keçdikdən sonra gəlir, oradan “X43” aydın görünmür. O, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə sanitar qovşağın, yəni ayaqyolunun olubolmamasını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən şəxsin məhz əməliyyat məlumatında qeyd edilən Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bilmiş, lakin onu Nərimanov RPİ-nin növbətçi hissəsinə təhvil verərkən şəxsiyyəti bir daha dəqiqləşdirildiyindən Təqsirləndirilən şəxs əməliyyat məlumatında qeyd edilən şəxs olduğu tam şəkildə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl onun barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. O, Təqsirləndirilən şəxs qarşı fiziki təzyiq göstərməmiş, habelə kiməsə onun üçün şpris gətirməsini əmr etməmişdir. Təqsirləndirilən şəxs guya özünün beş-altı nəfər polis əməkdaşı tərəfindən sanitar qovşaqda saxlanılaraq sillələnərək Nərimanov RPİ-yə gətirilməsi, həmin vaxt Şahid3 taksidə əyləşmiş olması, idarədə onun narkotik “lomkasından” çıxması üçün Bəylər adlı polis əməkdaşı tərəfindən narkotik vasitə verilməsi və sözügedən narkotik vasitəni idarədə qəbul etməsi barədə dedikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən az müddət sonra üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı özü də iştirak etmişdir.
12. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru polis kiçik serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid5 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxsla Şahid3 birgə addımlayarkən müşahidə etmiş və onlara yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxsla Şahid3 tərəflərindən saxlanılarkən müəyyən qədər narkotik vasitənin təsiri altında olmaları hiss olunmuşdur. Təqsirləndirilən şəxsla Şahid3 Nərimanov RPİ-yə “AP” seriyalı xidməti avtomobillə aparılmış, həmin vaxt sonuncular sözügedən avtomobilə könüllü şəkildə əyləşmiş, həmçinin onları Post-Patrul Xidmətinə məxsus olan bir ədəd xidməti minik avtomobili də müşahidə etmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən həmin anda şəxsi axtarışa məruz qalmamış, onun üzərinə təhqiqatçının otağında olmaqla, cəmi bir dəfə şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs sanitar qovşaqdan çıxan zaman və ya Şahid3 taksidə əyləşən zaman saxlanılmamışdır. Yaradılmış əməliyyat qrupunda Bəylər adlı polis əməkdaşı iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs abstinent vəziyyətdə olması ilə əlaqədar hər hans polis əməkdaşı tərəfindən ona şəxsi istifadə məqsədilə narkotik vasitə verilməsi, eləcə də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təpik və sillə ilə vurulması kimi halların olmadığını bildirmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru polis kiçik serjantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və şahidlər Şahid5 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sonuncu verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş predmetin narkotik vasitə heroin olduğunu, həmin heroini tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını, İran vətəndaşının tapşırığı əsasında sonuncunun öncədən bildirmiş olduğu yerə qoymalı olduğunu və bu əməlinin qarşılığında sözügedən İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəçisi üçün ödənişsiz narkotik vasitə əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tərəflərindən ona qarşı heç bir fiziki təzyiq göstərilməmiş, habelə onlara qarşı hər hansı fiziki müqavimət göstərilməmişdir.
14. Məhkəmədə şahid qismində dindirilmiş Post-Patrul Xidmətinin polis baş serjantı polis nəfəri Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edərək əlavə olaraq göstərdi ki, polis əməkdaşları istər Nərimanov RPİ-yə, istərsə də Nərimanov RPİ-nin 18-ci PB-yə şübhəli şəxs qismində qadın gətirdikləri zaman adətən qadın polis əməkdaşı olaraq həmin qadınlara münasibətdə prosessual hərəkətlərdə iştirak edir. O, Şahid3 üzərinə şəxsi axtarışı özü həyata keçirmiş, lakin hazırda həmin axtarışın nəticəsində Şahid3 üzərindən nələrin aşkar edilməsini dəqiq xatırlamır.
15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşu olmaqla aralarında dostluq münsibəti olmuşdur. 24 iyul 2023-cü il tarixdə Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxsla görüşüb “McDonald's” restoranına getmişlər. Həmin gün Təqsirləndirilən şəxs “lomkada” olması ilə bağlı ağrıları olmuş və sonuncu özünü pis hiss etdiyindən ondan 10 manat borca pul istəmiş və o, Təqsirləndirilən şəxs 10 manat borc pul vermişdir. Belə ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bilmiş, özü də nə vaxtsa narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs 10 manat pul verdikdən sonra Yusifin kiminləsə görüşməsi ilə əlaqədar onlar “X43” tərəfə istiqamətlənmişlər. Yusif narkotik vasitələr əldə etmək üçün ondan ayrıldıqdan sonra o, şəhərin mərkəzi tərəfinə getmək üçün “Uber” tətbiqi vasitəsilə taksi sifariş vermiş, taksiyə əyləşdiyi zaman Yusif də sifariş etdiyi taksinin yanına yaxınlaşmış, bu zaman təxminən 5 nəfər polis əməkdaşları gələrək Yusifi və onu saxlamışlar. Polis əməkdaşları onları 17-ci Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təzyiq göstərilməmişdir. Şöbədə olarkən Təqsirləndirilən şəxs da orada görmüş, sonuncu ona fiziki təzyiqə məruz qaldığını və başından zərbə aldığını bildirmişdir. Polis əməkdaşları onların üstünü yoxlamış, ondan qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Yusifin üzərindən polis əməkdaşlarının ona verdiyi narkotik vasitə aşkar edilmişdir. Belə ki, Yusif sifariş etdiyi taksiyə yaxınlaşan zaman Yusifin əlində heç nə olmamışdır. Lakin polis şöbəsində Yusifin üzərindən böyük büküm aşkar edilmiş, həmin bükümün içərisində narkotik vasitə olduğu bildirilmişdir. Lakin Təqsirləndirilən şəxs polis şöbəsində üzərindən aşkar edilmiş həmin narkotik vasitə ilə bağlı nə deməsini xatırlamır.
16. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə davam edərək göstərdi ki, saxlanıldıqları gün “McDonald's” restoranında saat neçədə olduqlarını və saat neçədə tərk etdiklərini dəqiq xatırlamır, lakin günün işıqlı vaxtı olmasını xatırlayır. “McDonald's” restoranında hesabı kart vasitəsi ilə o ödəmiş, lakin həmin çek onda qalmamışdır. Polis əməkdaşları onları təxminən saat 14:00-16:00 radələrində saxlamışlar. Həmin gün Yusif ona bir ünvanın “konumunu” göndərmiş, həmin ünvan “X35” yaxın olmuşdur. Yusif orada bir şəxslə görüşüb narkotik vasitə almalı olmuşdur. Yusifin görüşəcəyi adamı şəxsən tanımasa da, Yusifin narkotik vasitə almaqla bağlı həmin şəxslə görüşəcəyini bilmişdir. Yusifin həmin şəxsdən narkotik vasitə alıb-almadığını bilmir. Həmin ünvan Yusifin telefonunda olmuş, lakin Yusifin telefonunda proqram açmadığından Yusif ünvana daxil olmaq üçün həmin ünvanı onun mobil telefonuna göndərmişdir. Polis əməkdaşları onu saxlayan zaman taksidə olmuşdur. Yusifin ondan ayrıldıqdan sonra getdiyi yeri görməmişdir. Yusif ondan ayrıldıqdan təxminən 7 dəqiqə sonra sifariş etdiyi taksi yaxınlaşmışdır. Polis şöbəsində onların üzərində şəxsi axtarış həyata keçirilən zaman yanlarında tərcüməçi iştirak etməmişdir. Yusif ona şəxsi istifadəsi üçün narkotik vasitə təklif etməmişdir. O, taksiyə oturduqdan sonra Yusif taksiyə yaxınlaşmışdır. Yusif sifariş etdiyi taksiyə yaxınlaşan zaman onun əlində heç nə olmamışdır. Lakin polis şöbəsində Yusifin üzərindən böyük büküm aşkar edilmiş, daha sonra həmin bükümün içində narkotik vasitə olduğu bildirilmişdir.
17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı müdafiəçisinin, o cümlədən onun məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə əsasında hüquqlarını müdafiə etdiyi müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələri elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində göstərmişdir ki, xeyli müddətdir narkotik vasitə olan heroini və metamfetamini iyləyərək və çəkərək qəbul edir. Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır, onunla dostluq münasibətindədir və bununla yanaşı mütəmadi görüşüb birlikdə narkotik vasitə istifadə edirlər. 24 iyul 2023-cü il tarixdə səhər vaxtlarında tanışı və dostluq münasibətində olduğu Yusiflə şəhərdə görüşmüşdür. Həmin gün Yusiflə birlikdə sonuncuda olan az miqdarda narkotik vastə heroini birlikdə istifadə etmək məqsədilə Yusifin yaşadığı evə gəlmişdir. Həmin vaxt evdə kimsə olmamış, evə gəldikdən sonra o və Yusif az miqdarda narkotik vasitə heroini çəkmə yolu ilə istifadə etmişlər. Bundan sonra qərara gəlmişlər ki, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “McDonalds” yeməkxanasına gedib orada yemək yesinlər və buna görə Yusiflə onun yaşadığı evdən çıxıb qeyd olunan yeməkxanaya gəlmişlər. Həmin vaxt Yusifin üstündə pul olmadığından yeməkxanada yediyi yeməyin pulunu özü ödəmişdir. Yeməkxanada olarkən Yusifin mobil telefonuna kimsə “konum” göndərmiş, lakin həmin “konum” Yusifin telefonunda açmadığı üçün Yusif həmin “konumu” onun mobil telefonuna göndərmişdir. Yusif ona demişdir ki, həmin “konumu” onun hansısa tanışı göndərib və yeməkxanadan sonra həmin “konumda” olan yerə gedib şəxsi işi ilə bağlı həmin tanışı ilə görüşüb söhbət edəcəkdir. Yusif ona demişdir ki, birlikdə həmin yerə getsinlər, sonuncu tanışı ilə görüşüb söhbət etdikdən sonra oradan yaşadığı evə gedərlər. O, Yusifin təklifi ilə razı olmuş və sonra birlikdə yeməkxanadan çıxmışlar. Yeməkxanadan çıxarkən Yusif özü ilə qəhvəyi rəngli kağız materialından olan paket götürmüş, lakin həmin paketi nə üçün götürdüyünü ona deməmiş və ondan bunu soruşmamışdır. Yeməkxanadan çıxdıqdan sonra birlikdə piyada Yusifin tanımadığı tanışının göndərdiyi “konumda” göstərilən yerə, yəni Nərimanov rayonu X54 küçəsi 9 saylı ünvana gəlmişlər. Həmin yerə gəldikdən sonra Yusif ona tanışı ilə şəxsi işi olduğu üçün təklikdə görüşməli olduğunu bildirib tanışı ilə görüşüb söhbət edənə kimi onu kənarda küçədə gözləməsini xahiş etmişdir. O, sonuncunun təklifi ilə razılaşmış, lakin Yusifin tanışı ilə görüşüb gələnə kimi yaşadığı evə getmək üçün taksi sifariş etməyi düşünmüşdür. Buna görə o, Yusifə demişdir ki, “sən gələnə kimi mən taksi sifariş edib səni taksi maşınında gözləyirəm və gələndən sonra yol üstü səni evdə düşürərəm”. Yusif ona razılıq verib ondan aralaşıb həmin yerdə olan yaşayış evlərinin arasına girmiş, onun hara getdiyini görməmişdir. Həmin vaxt onun sifariş etdiyi markasına və nömrəsinə diqqət yetirmədiyi taksi maşını olduğu yerə gəlmiş və o həmin maşının arxa oturacağına əyləşib Yusifi gözləmişdir. Bir az keçmiş Yusif əlində yeməkxanadan götürdüyü paketlə girdiyi məhlələrin arasından çıxıb olduğu taksi maşınına tərəf gəlib yaxınlaşaraq maşına əyləşmək istəyərkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib Yusifə onlarla birlikdə həmin idarəyə getməyini demişlər. Onun maşında Yusifi gözlədiyini və onunla birlikdə olduğunu görüb polislər ona da birlikdə getməyi demişlər və sonra onlar polis əməkdaşları ilə Nərimanov RPİ-nin inzibati binasına gəlmişlər. Polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən onlara narkotik vasitələrin qanunsuz istifadəsində şübhələndiklərini izah etməklə hər ikisinin üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Xidməti otaqda polis əməkdaşları onun və tanışı Yusifin hüquqlarını qorumaq üçün vəkil dəvət etmiş və onlara hüquq və vəzifələri izah olunmuşdur. Polis əməkdaşları onlara üzərində olan qeyri qanuni əşyaları könüllü təhvil verməyi bildirmişlər. Həmin vaxt Yusif əlindəki qəhvəyi rəngli kağız materialdan olan paketi masanın üzərinə qoymuşdur. Daha sonra Yusif sağ yan cibindən bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefonunu çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa hər hansısa bir əşyanın olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları Yusifin üzərinə baxış keçirmiş və baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları Yusifin əlində olan və təqdim etdiyi paketin içərisinə baxış keçirmiş və içərisindən bir ədəd qara rəngli sellofan paketə bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxış keçirilmiş və həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Həmin bükümün içərisində nə olması barədə soruşulduqda Yusif bildirmişdir ki, həmin bükümü adını Cavid kimi bildiyi İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Bundan sonra polis əməkdaşları ona təklif etmişlər ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra əvvəlcə çiynindən asdığı bir ədəd qara rəngli dəri qadın çantasını masanın üzərinə qoymuş və bildirmişdir ki, üzərində başqa hər hansısa bir əşya yoxdur. Bundan sonra həmin yerdə olan qadın polis nəfəri adını Şahid4 kimi bildiyi qadın onun üzərinə şəxsi axtarış və baxış keçirərək başqa heç bir əşyanın aşkar edilmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi qara rəngli dəri çantanın içərisinə baxış keçirilmiş və içərisindən ona məxsus şəxsiyyətini təsdiq edən sənəd, bir ədəd bir manatlıq pul əskinası, qırmızı rəngli güzgüsü olan daraq, narkotik vasitə heroini çəkmə yolu ilə istifadə etdiyi metal boru və bir ədəd istifadə etdiyi 4098 5844 7806 9808 nömrəli "xxxx" ASC-yə məxsus olan “Leobank” plastik kart aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş və və imzalarla protokol təsdiq edilmişdir. Tanışı Yusiflə yeməkxanadan çıxıb onun tanışının göndərdiyi “konuma” əsasən piyada Nərimanov rayonu X54 küçəsi 9 saylı ünvana gedərkən Yusif onu aldadaraq guya həmin yerdə tanışının yaşadığını və şəxsi işi ilə əlaqədar görüşüb söhbət edəcəyini demişdir. Həmin vaxt tanışı Yusifin həmin yerə narkotik vasitə götürmək üçün getməyi barədə məlumatı olmamışdır, Yusif ona bu barədə deməmiş, polis idarəsində polislər tərəfindən Yusifin əlində olan paket açıldıqda və polislər onu sorğu-sual etdikdə ona məlum olmuşdur ki, Yusif həmin yerə narkotik vasitə götürmək üçün gəlmiş və həmin yerə gələrkən onu aldadaraq guya tanışı ilə şəxsi işi olduğu üçün görüşmək üçün getdiyini demişdir. Yusifi kənarda gözlədiyi üçün sonuncunun narkotik vasitəni haradan götürdüyünü görə bilməmişdir. Yusifə yoldaşlıq etmək üçün həmin yerə onun yanında getmiş, Yusifin kiminləsə əlaqə saxladığını, narkotik vasitə götürmək üçün həmin yerə gəldiyini əvvəlcədən bilməmiş, narkotik vasitəni ona göndərmiş şəxsi tanımır, barəsində heç bir məlumatı yoxdur (Cild 1, i.v. 104-106; 124-127; Cild 2, i.v. 60-63; 137-138;)
18. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin fizikikimyəvi ekspertizalar şöbəsinin baş eksperti kiçik ədliyyə müşaviri X12 ifadəsində göstərdi ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində 1988-ci ildən etibarən ekspert kimi işləməklə narkotik vasitələrlə əlaqədar olaraq isə 2003-cü ildən etibarən ekspert kimi rəy verməyə başlamışdır. Onun təcrübəsində heroinin ekspertizaya bir neçə formada təqdim edilə bilməsi halları olmuşdur. Belə ki, onun təcrübəsində adətən ekspertiza mərkəzinə iki formada heroin təqdim edilmiş, onlardan narkomanlar arasında Əfqanıstandan gəlmə heroin kimi deyilən kristal formada olan və son illər ərzində isə jarqon dildə kakos adlanan qəhvəyi rəngli əsasən toz şəklində olan heroinlər olmuşdur. Heroin əvvəllər berj rəngdə, açıq qəhvəyi rəngdə olsa da, son illərdə isə kakos adlanan heroin qəhvəyi rəngdə olur. Hazırda ekspertizaya təqdim edilən heroinlər kustar üsulla tiryəkdən hazırlanır. Heroin isti şəraitdə və polietilen paketdə saxlanıldığı halda yumşaq vəziyyətə düşə bilər. Heroinin yumşaq formadan isə kristal formaya düşməsi üçün nə qədər vaxta ehtiyacın olması barədə heç nə deyə bilmir. Heroin yumşaq vəziyyətdən toz şəklinə açıq vəziyyətdə saxlanıldığı zaman 3-4 günə keçə bilər. Heroin qapalı formada, polietilen torbada saxlanıldığı zaman maye şəklinə düşə bilər. Ekspertizaya təqdim edilən heroin adətən toz şəklində olur. Heroin açıq vəziyyətdə saxlandığı halda toz şəklinə düşə bilər, lakin həmin hadisə baş verməyə də bilər. Heroin toz şəkilli vəziyyətdə, qapalı və isti şəraitdə saxlanıldığı halda o, həmin vəziyyətdən maye şəklində olan vəziyyətə keçə bilər. Həmin hadisənin əksi də ola bilər. 70-80 dərəcə temperaturda heroinin kimyəvi tərkibi dəyişmir. Heroinin kimyəvi tərkibində 170 dərəcədən sonra dəyişiklik ola bilər. 60-80 dərəcə temperaturda heroin toz şəkilli vəziyyətə düşə bilər.
19. Verilən suallara cavab olaraq Z.B.Məmmədova ifadəsinə əlavə edərək göstərdi ki, 24 iyul 2023-cü il tarixli şəxsi axtarış barədə videogörüntülərdə görünən kütləni maye vəziyyətdə deyil, yumşaq vəziyyətdə olması kimi qəbul edə bilərik. Ekspertizaya həmin vəziyyətdə, yəni yumşaq və ya toz şəkilli vəziyyətdə heroin təqdim edilir. Metodikaya əsasən həmin heroin ekspertizaya təqdim edildiyi vəziyyətdən onlar onu hemogen vəziyyətə gətirməli, yəni ekspert onu qarışdırmalıdır. Yəni heroin nəm vəziyyətdə, yumşaq vəziyyətdə olduğu təqdirdə bu qeyri-mümkündür. Buna görə də müxtəlif yerlərdən, üst təbəqədən, alt təbəqədən, sağdan və soldan müxtəlif nümunələr götürülür. Videoçəkilişdən göründüyü kimi, heroin nəmdir və onun üzərində tədqiqat aparmaq mümkündür, lakin bu zaman səhvə yol verilə bilər. Buna görə də həmin kütlədən təxminən 5-6 qram nümunələr götürülərək xüsusi cihaz vasitəsilə 2-3 saat müddətində qurudulur və tozşəkilli vəziyyətə salınır. Adətən onlar bütün kütləni qurutmalı olsa da, lakin vaxt azlığı ilə əlaqədar bütün kütləni qurutmurlar. Kütlələr 100 kq olduqda belə həmin kütlənin hamısı ekspertiza mərkəzinə təqdim edilir və həmin kütlə ekspertlər tərəfindən açılaraq onun müxtəlif yerlərindən nümunələr götürülür. Tozşəkilli olanda kütlə qarışdırılmaqla onun müxtəlif yerlərindən nümunələr götürülür.
20. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Azərbaycan, gürcü, ingilis və rus dilləri üzrə tərcüməçi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs həyata keçirdiyi tərcümə işi ilə bağlı tanımış, onunla ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs işi ilə bağlı onu polis şöbəsinə konkret olaraq kimin dəvət etdiyini xatırlamır. Adətən ona zəng edilərək kiminsə saxlanıldığını və tərcüməçiyə ehtiyac olduğu bildirilir. Dəqiq xatırlamasa da, hazırkı iş üzrə axşam saatlarında təhqiqatçı onu dəvət etmişdir. Xatırladığına görə, hazırkı iş üzrə müdafiəçilərin iştirakı ilə üzləşdirmə istintaq hərəkətində də iştirak etmişdir. Prosessual hərəkətlərin müvəqqəti saxlama yerində aparılmasını xatırlayır. Adətən o, nə vaxt dəvət edilirsə, eləcə də hansı istintaq və prosessual hərəkətdə iştirakı tələb edilirsə, həmin hərəkətlərdə də iştirak edir. Nərimanov RPİ-nin Mirsənan adlı təhqiqatçısını tanıyır.
21. Verilən suallara cavab olaraq C.T.Bədəlov ifadəsinə əlavə edərək göstərdi ki, hazırkı cinayət işində onun imzası olan bütün sənədlər öz iştirakı ilə tərtib olunmuş və təqsirləndirilən şəxsə tərcümə edilməklə elan edilmişdir. İş üzrə şəxsi axtarışda hansı səbəbdən iştirak etməməsini dəqiq xatırlamır. Hesab edir ki, şəxsi axtarış keçirələrkən təhqiqatçı onun iştirakını zəruri hesab etməyərək dəvət etmədiyindən həmin istintaq hərəkətində iştirak etməmişdir. 26 iyul 2023-cü il tarixdə prosessual sənədlər tərtib edilərkən tərcüməçi qismində şəxsən iştirak etmiş, həmin sənədlərə imza edərək təqsirləndirilən şəxsə tərcümə etmiş, sonradan həmin tarixli hər hansı sənədi imzalaması halı olmamışdır. Bir daha qeyd edir ki, hazırkı cinayət işi materiallarında olan və ona təqdim edilmiş iştirak etdiyi bütün istintaq və prosessual sənədlərdəki bütün imzalar ona məxsus olmaqla imzaladığı bütün istintaq və prosessual hərəkətlərdə şəxsən iştirak etmişdir.
22. Müdafiə tərəfinin vəsatəti əsasında müstəntiq X29 məhkəmə iclasına dəvət olunmuş və o, izahat verərək göstərdi ki, hazırkı iş üzrə ibtidai istintaq onun tərəfindən həyata keçirilmiş, Təqsirləndirilən şəxs barəsində prosessual hərəkətlər aparılarkən müdafiəçi və tərcüməçinin iştirakı tam təmin edilmişdir. İbtidai istintaqın sonrakı gedişində müdafiəçi E.İmanzadə də şəxsən iştirak etmiş, sonuncu cinayət işinə müdafiəçi qismində qoşulduqdan sonra ibtidai istintaq yekunlaşanadək heç bir etirazı daxil olmamış, bütün vəsatətləri tərəfindən baxılıb müvafiq qərarlar qəbul edilmiş, tərcüməçi bütün proseslərdə iştirak etmişdir. Hansısa proses iştirakçısının mobil telefonun anten məlumatlarının istintaq hərəkətləri ilə üst-üstə düşməməsi halları ola bilər. Belə ki, mobil telefonu həmin vaxtı üzərində olmaya bilər. Anten məlumatlarının müxtəlifliyi prosessual hərəkətlərin onun iştirakı olmadan keçirilməsinə dəlalət etmir. O, təqsirləndirilən şəxslərlə adətən müvəqqəti saxlama yerində istintaq hərəkətlərini yerinə yetirir, həmin vaxt həm tərcüməçi, həm də müdafiəçi iştirak edir. Ola bilər ki, hansısa istintaq hərəkəti yerinə yetirilərkən müvəqqəti saxlama yerinə daxil olanların sayı çox olduğundan müvəqqəti saxlama yerinin qeydiyyatçısı onun və ya istintaq hərəkətində iştirak edən digər şəxslərin oraya daxil olmasını yadından çıxaraq qeydə almasın. Həmin qeydiyyatçının qeyd edib-etməməsi onun təqsiri deyil və istintaq hərəkətinin iştirakçılarının orada olmamasını deməyə əsas vermir. Qeydiyyatçı tərəfindən giriş-çıxış saatlarının qeyd edilməməsi istintaq və porosessual hərəkətləri orada aparmamasına deməyə əsas vermir. İstintaq materiallarının surəti müdafiəçiyə veriləndə tərcüməçinin imzasının olmaması qeyri-mümkündür. Həmin sənədlərdə hansısa proses iştirakçısının imzası olmadan verilməsi mümkün deyil. 26 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarda bütün imzalar olmuşdur. Həmin sənədlər tərcüməçi və müdafiəçinin iştirakı ilə tərtib edilmiş və həmin vaxt imzalanmışdır. Ona müdafiəçi E.İManzadə tərəfindən təqdim edilmiş sənədlər isə həmin qərarın surətidir. O, müdafiəçiyə imzası olmayan həmin sənədin verilməsini xatırlamır. O, cinayət işi materialları ilə tanış etmə zamanı bütün sənədlərin surətini müdafiəçiyə vermişdir. Müdafiəçi hansısa sənədə baxaraq tərcüməçinin iştirak etmədiyini deməmişdir. Hansısa sənədi tərtib edərkən kiminsə imzasını unuda bilər, lakin həmin sənəd tərtib edilərkən imzası olan şəxsin orada olmaması qeyri mümkündür. Təqsirləndirilən şəxs özü azərbaycanlı olmaqla ibtidai istintaq zamanı da Azərbaycan dilində sərbəst danışmışdır. Buna baxmayaraq orta məktəbi rus dilində bitirdiyi üçün tərcüməçidən istifadə etmək hüququ təmin edilmişdir.
23. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
24. “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 24 iyul 2023-cü il tarixdə, saat 19:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-yə gətirilib orada üzərilərinə şəxsi axtarış və baxış keçirilərkən Təqsirləndirilən şəxs əlindəki kağız paketin içərisindəki bükümdən təmiz çəkisi 1320,8 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən 25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
25. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 24 iyul 2023cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid5 tərəfindən ünvan 12 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və ünvan 13 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid3 narkotik vasitələri əldə etmələri, saxlamaları və üzərilərində gəzdirmələri ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs və Şahid3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Nərimanov RPİ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Arzu Heydərov tərəfindən təsdiq edilməklə Nərimanov RPİ-nin CAŞnin rəisi polis polkovnik-leytetantı X17 rəhbərliyi ilə həmin şöbənin baş əməliyyat müvəkkili Şahid5, kiçik inspektorları polis kiçik serjantları Şahid1 və Şahid2, təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı X1 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid3 24 iyul 2023cü il tarixdə, saat 19:30-da Bakı şəhəri Nərimanov rayonu X54 küçəsi 9 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-yə gətirilmişdir (Cild 1, i.v. 3-10;).
26. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 5(005)- 1243/2023 saylı qərarından görünür ki, Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid5 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Arzu Heydərov tərəfindən təsdiq edilmiş 24 iyul 2023cü il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 211-213;).
27. “Şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Məmmədov X21 RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X26 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmiş və bu barədə 24 iyul 2023-cü il tarixdə, saat 20:25-dən 20:35-dək protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 iyul 2023-cü il tarixdə, saat 19:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 28-29; 32- 33;).
28. “Şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid3 Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X18 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmiş və bu barədə 24 iyul 2023-cü il tarixdə, saat 20:55-dən 21:05-dək protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şahid3 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 24 iyul 2023-cü il tarixdə, saat 19:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 59-60; 63-64;).
29. “Şəxsi axtarış və götürmə haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçilər X36, X34 və tərcüməçi X8 iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid3 elan edilmiş müvafiq qərarlar əsasında həmin gün Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən həmin idarənin CAŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid5, həmin şöbənin kiçik inspektorları polis kiçik serjantları Şahid1 və Şahid2, həmin şöbənin kiçik inspektoru polis baş serjantı X9, Post Patrul Xidməti Bölüyünün polis nəfəri polis baş serjantı Şahid4 və müdafiəçilərin iştirakı ilə Nərimanov RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs və Şahid3 üzərində həmin tarixdə, saat 21:30-dan saat 21:45-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və Şahid3 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən onlara özlərini təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs və Şahid3 özləri barədə məlumat verdikdən sonra onlara təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək əvvəlcə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli kağız materialda olan paketi, daha sonra isə sağ yan cibindən bir ədəd qızılı rəngli “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyub üzərində başqa hər hansısa əşyanın olmamasını bildirmişdir. Bundan sonra əvvəlcə onun üzərinə baxış keçirilmiş və başqa heç bir əşya aşkar edilməmişdir. Daha sonra X19 təqdim etdiyi paketin içərisinə baxış keçirilmiş, baxış zamanı oradan bir ədəd qara rəngli sellofan paketə bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik maddə olması aşkar edilmişdir. Həmin bükümün içərisində nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan metamfetamin və heroin olduğunu, habelə həmin narkotik vasitə heroini tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, o cümlədən həmin narkotik vasitəni Bakı şəhəri Nərimanov rayonu ərazisindən götürərək başqa bir ünvana aparmağının qarşılığında İran İslam Respublikası vətəndaşının ona vəd etdiyi narkotik vasitə heroini əldə etməli olmuşdur. Daha sonra şübhəli şəxs Şahid3 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid3 əvvəlcə çiynindən asdığı bir ədəd qara rəngli dəri qadın çantasını masanın üzərinə qoyaraq üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis nəfəri polis baş serjantı Şahid4 onun üzərinə şəxsi axtarış və baxış keçirilməsi xahiş edilmişdir. Şahid4 onun üzərinə şəxsi axtarış və baxış keçirərək başqa heç bir əşyanın aşkar edilmədiyini bildirmişdir. Bundan sonra Şahid3 təqdim etdim etdiyi qara rəngli dəri çantanın içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və oradan Şahid3 məxsus şəxsiyyətini təsdiq edən sənəd, bir ədəd bir manatlıq pul əskinası, qırmızı rəngli güzgüsü olan daraq, bir ədəd 4098 5844 7806 9808 "xxxx" ASC məxsus olan “Leobank” plastik kartı, bir ədəd “İphone” markalı mobil telefon və bir ədəd metal boru aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülüb qablaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti otaq şəraitində, süni işıqlandırma şəraitində aparılmış, bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş və düzgünlüyü imzalarla təsdiq edilmişdir. Protokolda şəxsi axtarış və götürmə istinaq hərəkətinin Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı X20 tərəfindən “İphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılması qeyd olunmuşdur (Cild 1, i.v. 44-45; 75-76; 79-80;).
30. “Şəxsi axtarış və götürmə haqqında” 24 iyul 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı 1 (bir) ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 15 dəqiqə 54 saniyə olan həmin videogörüntüyə müstəntiq H.T.Nuriyev tərəfindən təqsirləndirilən şəxslər və onların müqavilə əsasında müdafiəçiləri, o cümlədən Təqsirləndirilən şəxs məhkəmədə icraatı zamanı hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçisi Müdafiəçi, habelə tərcüməçinin iştirakı ilə baxış keçirilməsinə dair 25 oktyabr 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs və Şahid3 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər videogörüntüdə öz əksini tapmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara Azərbaycan dilində rahat şəkildə cavab verərək özünü sərbəst olaraq tam ifadə edə bilməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda videogörüntüdən Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki və sair təzyiqlərin, eləcə də bədəninin görünməyən hissələrində hər hansı xəsarətinin olub-olmaması barədə müdafiəçi tərəfindən verilmiş suallara sərbəst və fəal şəkildə cavab verərək heç bir təzyiqə məruz qalmadığını bildirməsi müəyyən olunmuşdur. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən tanışı Şahid3 ilə birlikdə 24 iyul 2023-cü il tarixdə, saat 19:30 radələrində ünvan 2 ünvanda gizlədilmiş yerdən bir ədəd qara rəngli sellofan paketdə narkotik vasitə heroini götürüb oradan uzaqlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı bir ədəd kağız paketin içərisində olan qara rəngli sellofan paketdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmçinin baxışda iştirak edən Şahid3 da Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq etmişdir(Cild 2, i.v. 40-41;).
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 6/4000 saylı, 25 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №44” dairəvi möhür əksi və “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 1320,8 qram (1 kq 320,8qr) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Heroinin təmiz çəkisi – 1320,8 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq çəkisi –1320,6 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 89-93;).
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının” 6/4001 saylı, 25 iyul 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №44” dairəvi möhür əksi”, şübhəli şəxs Şahid3 akar edilmiş..” yazısı və imzalar olan zərfdəki bir ədəd metal borunun içərisində narkotik vasitə olan – heroinin izləri vardır. İz şəklində olduğundan heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 96-98;).
33. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X7 tərəfindən aidiyyəti üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və cinayət işi həmin şöbənin müstəntiqi polis mayoru X29 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 107; 109;).
34. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (Cild 1, i.v. 113-114;).
35. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 iyul 2023-cü il tarixli qərarlardan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrlə onlara ittiham elan edilmişdir (Cild 1, i.v. 116-117;134- 135;).
36. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 4(005)- 1126/2023 və 4(005)-1127/2023 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 hər birinin barəsində əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 4(005)-1127/2023 saylı qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs Şahid3 qapalı məhkəmə iclasında müdafiəçisi və tərcüməçinin iştirakı ilə özünü təqsirli bilməyərək ifadəsində Təqsirləndirilən şəxs ilə birlikdə olduqları vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını, Yusifin narkotik vasitəni götürmək üçün həmin ünvana getdiyini bildiyini, özünün də onun yanında getdiyini, həmin ünvanı İran İslam Respublikası vətəndaşı tərəfindən telefonuna göndərildiyini, saxlanılarkən hər hansı şiddət və təzyiqə məruz qalmadığını bildirərək məhkəmədən barəsində verilmiş təqdimat və vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 161-166; 176-180;).
37. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 11 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğu olmayan şəxslərdir (Cild 1, i.v. 214-217;).
38. Nərimanov RPİ-nin CAŞ-nin rəisi polis polkovnik-leytenantı Vüqar Cavadzadənin 19 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilsə də, Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı daxil olmamışdır (Cild 1, i.v. 218;).
39. “Müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli müvafiq qərarlar, order və bununla əlaqədar prosessual sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər ibtidai araşdırmanın ilkin mərhələsində onların hüquqlarını müdafiə etmiş müdafiəçilərdən müqavilə əsasında müdafiəçilərinin olması ilə əlaqədar imtina etmiş, həmin imtina istintaq orqanı tərəfindən qəbul edilərək Təqsirləndirilən şəxs müqavilə əsasında hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şahid3 isə müqavilə əsasında hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X37 təqdim edilərək onlar işə buraxılmışlar (Cild 2, i.v.1-10;)
40. Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, o, 3 saylı Bakı Peşə liseyinin “Kompüter üzrə operator” ixtisası üzrə İİİ kursu bitirmiş, həmin müddət ərzində o, müsbət xarakterizə olunmuşdur (Cild 2, i.v. 13;).
41. Müdafiəçi tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş “054527 nömrəli diploma yekun qiymətlər üçün əlavədən” görünür ki, Təqsirləndirilən şəxs ana dili olan rus dili fənnindən 3(kafi) qiyməti almasına baxmayaraq, Azərbaycan dili fənnindən 4(yaxşı) qiyməti almışdır (Cild 2, i.v.16;).
42. “Mobil telefona baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona müstəntiq H.Nuriyev tərəfindən təqsirləndirilən şəxslər və onların müqavilə əsasında müdafiəçiləri, o cümlədən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçisi Müdafiəçi, habelə tərcüməçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı telefonun yaddaşına nəzər saldıqda orada mobil telefona giriş-çıxış nömrələrinin yaddaş hissəsi, SMS hissəsi olduğu müəyyən edilmişdir. Mobil telefonda “Whatsapp” proqram təminatı müəyyən edilmiş, telefonda olan mobil nömrələrin yaddaş siyahısına baxış zamanı orada “J@avid” adı ilə qeydiyyatdan keçmiş +98 301 *** **** nömrəsi, “patı kola ma40 Out” loqosu qeyd olunmuş İran İslam Respublikasına aid mobil nömrə müəyyən edilmiş, mobil telefonun içərisində iş üçün əhəmiyyət kəsb edən şəxslərə məxsus digər mobil nömrələr aşkar edilməmişdir. Həmçinin mobil telefonun SMS hissəsinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən yazılar aşkar edilməmişdir. Mobil telefonun “Whatsapp” proqram təminatı hissəsində “J@avid” adı ilə qeydiyyatdan keçmiş şəxslə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM mobil nömrəsinə 24 iyul 2023-cü il tarixdə saat 18:20-də, saat 18:22-də və saat 18:41 dəqiqədə audiozənglərin gəldiyi, eyni zamanda qeyd olunan mobil nömrənin “Whatsapp” hissəsinə mesajların da gəldiyi, lakin mobil telefona yüklənmiş xüsusi proqrama əsasən gəlmiş mesajların 24 saat ərzində silindiyi müəyyən edilmiş, bu səbəbdən mesajların mətnlərini müəyyən etmək mümkün olmamışdır. Mobil telefona baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, “J@avid” adı ilə qeydiyyatdan keçmiş şəxs onun “Cavid” kimi tanıdığı şəxsin mobil nömrəsidir və 24 iyul 2023-cü il tarixdə həmin mobil nömrədən ona gəlmiş zəng və “konuma” əsasən narkotik vasitə heroini qoyulduğu ünvan 2 ünvanda gizlədilmiş yerdən götürmüşdür (Cild 2, i.v. 42-45;).
43. “Üzləşdirmə” 4 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında hər ikisinin müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçilərinin və tərcüməçinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi təqsirləndirilən şəxs qismində 1 noyabr 2023-cü il tarixli ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər (Cild 2, i.v. 68-73;).
44. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 24 oktyabr 2023-cü il tarixli, 6968 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şahid3 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 2, i.v. 77-78;).
45. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 24 oktyabr 2023-cü il tarixli, 6969 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 4 ildir narkotik vasitə olan heorini inyeksiya yolu ilə damara vurmaqla, psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. (Cild 2, i.v. 79-80;).
46. “Ambulator məhkəmə-psixiatrik ekspertizasının” 24 oktyabr 2023-cü il tarixli, 2975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, “ona ittiham olunan əməl barədə soruşduqda narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir.” (Cild 2, i.v.81-82;)
47. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, icraata hissəvi xitam verilməsi və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi və onun həbsdən azad edilməsi haqqında” 6 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 Azərbayvan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə sonuncu barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilməsi, Şahid3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirən şəxs qismində cəlb edilməsi barədə 24 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsi, habelə Şahid3 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Eyni zamanda, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamın yenidən elan edilməsi, təmiz çəkisi 1380,8 qram olan narkotik vasitə heroin, bir ədəd içərisində narkotik vasitə heroinin izləri olan metal boru, bir ədəd “Samsung” markalı mobil telefon və 24 iyul 2023-cü il tarixli şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatlarından sonra narkotik vasitə heroinin qalıq qalmış 1320,6 qram hissəsi və 1(bir) ədəd “Samsung” markalı mobil telefonun saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi, 1(bir) ədəd DVD diskin isə iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu külli miqdarda narkotik vasitələri əldə etdiyi şəxsiyyəti istitnaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Cavid” adlı şəxsin müəyyən edilməsi məqsədilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır (Cild 2, i.v. 92- 114;).
48. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 6 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir (Cild 2, i.v. 115-116;).
49. “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” 7 noyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün onun qabaqcadan əlbir olduğu və narkotik vasitə heroini əldə etdiyi tanışı, şəxsiyyəti istintaqa məlum olmayan “Cavid” adlı şəxsin müəyyən edilməsi məqsədilə icraatında olan cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işinin ayrılaraq istintaqı aparılır (Cild 2, i.v. 139- 140;).
50. “İstintaq materialları ilə təqsirləndirilən şəxsi tanış etmək haqqında” 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və tərcüməçi C.Bədələdovun iştirakı ilə iş materialları ilə tanış olaraq, müdafiəçisi ilə ayrıayrılıqda öz əlyazmaları ilə həmin protokolda əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair (İttihamla razı olmaması, “İnstagram” sosial şəbəkəsindən tanış olduğu Cavid adlı şəxsdən şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə sifariş etdiyini, lakin telefonuna göndərilmiş konumu və mesaj əsasında ünvan 2 ünvanda gizlədilmiş yerdən götürdüyü narkotik maddənin külli miqdarda olduğunu, ona göndərilmiş narkotik vasitənin külli miqdarda olmasından xəbərsiz olduğunu bildirərək əməlinin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün narkotik vasitələri əldə etmə, saxlama və daşıma kimi tövsif edilməsini xahiş edir) xahişlə əlaqədar qeydlər aparmışlar (Cild 2; i.v.147;)
51. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq H.T.Nuriyev tərəfindən 21 noyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 22 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.151-163;).
52. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
53. Məmmədov X21 RPİ-nin müvəqqəti saxlama yerinə daxil olarkən tibbi baxışdan keçirilməsinə dair “Tutulmuş şəxsin tibbi kitabçası” müvafiq şəxsi işə baxış zamanı əldə edilərək iş materiallarına əlavə edilmiş və həmin sənədə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 24 iyul 2023-cü il tarixdə, saat 23:00-da müvəqqəti saxlama yerinə gətirilərək təhvil verilmişdir. Onun üzərində hər hansı xəsarət və ya xəsarət izləri olmasına dair tibbi kitabçada qeydin aparılması müəyyən edilməmişdir (Cild 4;).
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 7613/2024 saylı məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxanaya gətirilərək tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12 və 14-cü bəndlərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını və obyektiv müayinə zamanı şikayətinin olmadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı ... sağ qasıqda postinyeksiya yara izləri aşkar olunmuşdur (Cild 4;).
55. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin sorğusu əsasında Nərimanov RPİdən əldə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 müvəqqəti saxlama yerində olarkən tibbi müayinədən keçirilərkən Təqsirləndirilən şəxs halsızlıqdan şikayətlənmiş və bu barədə qeyd edilən kitabda 317 nömrə altında qeydiyyat aparılmışdır (Cild 4;).
56. Müdafiə tərəfinin vəsatəti əsasında müvafiq məhkəmə qərarı ilə əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumatlardan görünür ki, Şahid3 istifadəsində olmuş ***-***- **-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi arasında 24 iyul 2024-cü il tarixdə, saat 12:33-də danışıq olmuş, həmin vaxt sonuncu Xəqani küçəsi 10 ünvanında olmuşdur. Daha sonra onların arasında hamin tarixdə, saat 18:22, 18:24 və 18:26-da danışıqlar olmuş, həmin vaxt Y.N.X42, Orucaliyev küçəsi yaxınlığındakı ərazilərdə olmuşdur (Cild 4;).
57. Müdafiə tərəfinin verdiyi vəsatətlə əlaqədar məhkəmənin sorğusu əsasında Nərimanov RPİ-dən daxil olmuş “MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı” kitabındakı məlumatlara məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin kitabda aparılmış qeydlər natamam olmaqla formal xarakter daşımışdır (Cild 4;).
58. Müdafiə tərəfinin vəsatəti əsasında müvafiq məhkəmə qərarı ilə əldə edilmiş C.T.Bədəlovun istifadəsində olması bildirilən ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairə məlumatlarına məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, qeyd edilən mobil telefon əsasən internetdən istifadə ilə bağlı aktiv olmuşdur. Baxış zamanı həmin mobil telefonun sutka ərzində mütəmadi aktiv olmaqla istifadə edilməsi müəyyən edilmişdir ki, bu hal həmin mobil telefondan bir neçə şəxsin istifadə etməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, 24 iyul 2023-cü il tarixdə, saat 01:31-dən başlamaqla həmin gün ərzində sonuncu dəfə saat 21:40-dan etibarən 2 saatdan artıq müddətdə mobil telefonun aktiv istifadədə olması müəyyən edilmişdir. Başqa sözlə, həmin gün ərzində mobil telefon təxminən 22 saat ərzində istifadə olunmuşdur ki, bu hal bir şəxs tərəfindən fiziki cəhətdən bir mobil telefondan istifadə edilməsini mümkünsüz edir. Eyni halların məhkəmə tərəfindən həmin mobil telefonla bağlı əldə edilmiş 23 və 25-28 iyul 2023-cü il tarixlərdə olan anten məlumatlarında da olması müəyyən edilmişdir (Cild 4;).
59. Müdafiə tərəfinin vəsatəti əsasında müvafiq məhkəmə qərarı ilə əldə edilmiş vəkil E.Q.Tağıyevin istifadəsində olması bildirilən ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairə məlumatlarına məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, müdafiəçi E.Q.Tağıyevin mobil telefonu hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxsla müvafiq istintaq və prosessual hərəkətlər keçirildiyi zaman aralığında məhz istintaq orqanının yerləşdiyi ərazi hüdudları daxilində olmuşdur (Cild 4;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
60. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
62. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
63. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
64. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir.
65. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
66. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroininin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
67. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 1320,8 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 8805 dəfədən, külli miqdarından isə təxminən 660 dəfədən artıq olması, narkotik vasitə əldə etmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olaraq tapşırılan yerlərdən götürdüyü narkotik vasitələri ona bildirilmiş ünvanlara qoyması ilə (kuryerliklə məşğul olması) bağlı məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri, o cümlədən çoxsaylı şahid ifadələri, mobil telefonuna baxış zamanı onun əlbir olduğu Cavid adlı şəxslə hadisədən əvvəl mütəmadi səsli danışıqlarının olmasının müəyyən edilməsi və digər mötəbər sübutlarla onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
68. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
69. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.
71. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin və ya psixotrop maddənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
72. Məhkəmə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaması, öz şəxsi istifadəsi məqsədilə narkotik vasitə götürməyə getməsinə baxmayaraq, həmin narkotik vasitəni götürə bilmədən polis əməkdaşları tərəfindən saxlanılması, habelə onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları, eləcə Bəylər və Vüqar adlı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmədiyi halda, daha çox miqdarda narkotik vasitə ilə sənədləşdiriləcəyi ilə bağlı hədə-qorxu gəlinməsi, nəticədə ona məxsus olmayan narkotik vasitəni boynuna götürməyə məcbur edilməsi, saxlanılarkən abstinent vəziyyətdə olduğundan Şahid5 göstərişi ilə Bəylər adlı polis əməkdaşı tərəfindən ona qəbul etməsi üçün şpris və narkotik vasitə verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı videoçəkilişin bir neçə dəfə aparılması, narkotik vasitə almağa pulu olmadığından Cavid adlı şəxsin göndərəcəyi narkotik vasitələri guya onun bildirdiyi yerə qoyacağına dair aldatmaq istəməsi, həqiqətdə isə həmin narkotik vasitəni öz istifadəsi üçün götürməyi planlaşdırması ilə bağlı məhkəməyədək icraat zamanı verdiyi ifadələri, habelə məhkəmə icraatı zamanı ümumiyyətlə Cavid adlı şəxsi tanımaması, sonuncunun mobil telefon nömrəsinin onda olmaması, onunla hər hansı formada əlaqə saxlamaması ilə bağlı ifadəsində göstərdiyi kəskin ziddiyyətli xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə xüsusilə vurğulamaqla qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı zamanı ziddiyyətli ifadələr verməklə obyektiv həqiqətin müəyyən edilməsində maraqlı olmamışdır. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs həm dövlət hesabına təyin edilmiş, həm də məhkəmə icraatı zamanı da onun hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçilərinin iştirakı verdiyi ifadələrində tamamilə fərqli və ziddiyyətli ifadələr verməklə ümumiyyətlə polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı təsir və ya təzyiqə məruz qalmadığını, narkotik vasitə götürməkdə məqsədinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cavid adlı şəxsi aldatmaqla pulsuz narkotik vasitə əldə etmək olduğunu bildirsə də, məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqə məruz qaldığını, Cavid adlı şəxsi ümumiyyətlə tanımadığını, əldə etdiyi narkotik vasitələri Vüsal adlı narkotacirdən aldığını, narkotik vasitə almaq məqsədilə əraziyə getməsinə baxmayaraq, həmin narkotik vasitəni götürə bilmədən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə baxışı üzrə məhkəmə iclaslarında onun və Şahid3 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin ayrı-ayrı vaxtlarda və yerlərdə keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadələrində olan çoxsaylı ziddiyyətlər onun həmin ifadələrinə təndiqi yanaşılmalı olması qənaətinə gəlməyə kifayət qədər əsas verməklə yanaşı, məhkəmə hesab edir ki, iş üzrə tədqiq edilmiş digər mötəbər sübutlarla ona istinad edilən cinayət əməllərinin törədilməsi tam sübuta yetirilir.
73. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
74. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
75. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X5rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
76. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat zamanı istər Təqsirləndirilən şəxs, istərsə də, Şahid3 müdafiəçilərinin, eləcə də məhkəməyədək icraatın sonrakı mərhələsində müqavilə əsasında iştirak edən müdafiəçiləri (Təqsirləndirilən şəxs həmin müdafiəçisi məhkəmə icraatında da müqavilə əsasında iştirak etmişdir) ilə birlikdə onlara qarşı hər hansı şəxs tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən və sonradan hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmalarını bildirməmiş, ittihamda qeyd edilən tutulma vaxtı, yeri və şəraitini mübahisələndirməmiş, həmçinin Təqsirləndirilən şəxs ittihamda qeyd edilən predmeti götürərək “McDonald”s” restoranına məxsus kağız paketin içərisinə qoyaraq üzərində saxlamaqla daşımasını inkar etməmiş, hətta müqavilə əsasında müdafiəçilərinin iştirakı və videoçəkilişlə həyata keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmin ifadəsini bir daha təkrar etmiş, eləcə də Şahid3 Təqsirləndirilən şəxs ittihamda qeyd edilən predmeti götürərək kağız paketinin içərisinə qoyaraq daşımasını təsdiq etməklə yalnız həmin narkotik vasitənin satış məqsədi ilə deyil, şəxsi istifadə etmək məqsədi ilə əldə edildiyini bildirmişlər (bax hökmün 6-7; 17; 29-30; 42-43; 46 və 50-ci bəndlərinə). Lakin məhkəmə icraatı mərhələsində müdafiə tərəfi müdafiə taktikasını dəyişərək Təqsirləndirilən şəxs tutulma yeri, vaxtı və şəraitini mübahisələndirməyə cəhd etmiş, eləcə də, Təqsirləndirilən şəxs tamamilə ziddiyyətli ifadələr vermiş, ümumiyyətlə hər hansı qanunsuz predmeti götürmədiyini, fiziki və psixi zorakılığa və hədə-qorxuya məruz qaldığını, guya Azərbaycan dilində ümumiyyətlə başa düşmədiyini və danışa bilmədiyini bildirərək ibtidai araşdırma orqanı tərəfindən toplanılmış bütün sübutları mübahisələndirmişdir.
77. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 6-7, 29-30, 36, 43 və 50-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, o cümlədən məhkəməyədək icraat zamanı da hüquqlarını müdafiə etmiş müqavilə üzrə müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılmış üzləşdirmə istintaq hərəkəti keçirilərkən, eləcə də məhkəmə icraatı zamanı da hüquqlarını müdafiə etmiş müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən, habelə məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi və sonradan həmin qətimkan tədbirinin uzadılması məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən məhkəməyədək icraat zamanı saxlanıldığı zaman və ya ondan sonrakı dövrdə hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, ittihamda göstərilən vaxtda, yerdə və şəraitdə saxlanılmasını mübahisələndirməmiş, müvafiq ekspert rəyi ilə külli miqdarda narkotik vasitə heroin olması müəyyən edilmiş kütləni götürməməsini heç vaxt mübahisələndirməmiş, həmçinin hökmün 29-30, 36, 43 və 53-55-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Y.N.Məmmədoun Şahid3 ilə birlikdə saxlanılarkən və üzərilərində şəxsi axtarış və götürmə, dindirmə və üzləşdirmə istintaq hərəkətləri keçirilərkən, hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə Azərbaycan dilini bilməməsi, həmin dildə pis danışması və yaxşı başa düşməməsini bildirməsinə baxmayaraq, müdafiə tərəfinin həmin iddiası hökmün 29-30 və 41-ci bəndlərində qeyd edilmiş sübutlarla tam inkar edilir. Belə ki, hökmün 41-ci bəndində göstərilmiş, müdafiə tərəfinin özünün təqdim etdiyi və Təqsirləndirilən şəxs hansı dili necə bilməsini təsdiq edə biləcək yeganə obyektiv sübutla da, sonuncunun nəinki Azərbaycan dilini kifayət qədər yaxşı bilməsi, hətta Azərbaycan dilini ana dili olan rus dilindən də yaxşı bilməsi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edilən halı nəzərə alaraq, Təqsirləndirilən şəxs istər məhkəməyədək icraatın sonrakı mərhələsində, istərsə də məhkəmə icraatı zamanı etnik rus olmaqla Azərbaycan dilində bilməməsinə dair iddiasını ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaq və cəzalanmaqdan yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi qəbul edir. O da nəzərə alınmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs orta təhsilini rus dilində almasını nəzərə alaraq, ədalət mühakiməsinin maraqları naminə araşdırmanın ilkin mərhələsindən müvafiq tərcüməçi ilə təmin etmişdir. Məhkəmə hesab edir ki, təhqiqatçı tərəfindən ilkin prosessual sənədlərdə tərcüməçinin iştirakının təmin edilməsinə baxmayaraq, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da tərcüməçinin iştirakının təmin edilməsi daha məqsədəmüvafiq olardı. Məhkəmə kollegiyası həmin halın təhqiqatçının öz xidməti vəzifəsinə kifayət qədər vicdanlı yanaşmamasına dəlalət edən hal kimi qiymətləndirir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, hökmün 29-cu bəndində göstərilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müəyyən edilmiş halların mötəbərliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla da kifayət qədər öz təsdiqini tapır. Belə ki, hökmün 30-cu bəndində qeyd edildiyi kimi həmin istintaq hərəkətinə əlavə edilmiş 1(bir) ədəd diskdəki videogörüntüyə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və onun hazırkı məhkəmə icraatı zamanı da hüquqlarını müqavilə əsasında müdafiə etmiş müdafiəçisi Müdafiəçi, eləcə də Şahid3 və sonuncunun müqavilə üzrə müdafiəçisinin iştirakı ilə baxış keçirilərkən də iştirakçılar tərəfindən həmin görüntülərin mötəbərliliyi ilə bağlı hər hansı etiraz daxil olmamışdır.
78. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hökmün 42 və 56-cı bəndlərində göstərilmiş sübutlarla təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonla tutulmazdan əvvəl əlbir olduğu Cavid adlı İran İslam Respublikası vətəndaşı olduğunu bildirdiyi şəxslə 24 iyul 2023-cü il tarixdə, saat 18:41-də vatsap vasitəsi ilə, ondan az əvvəl isə onunla dostluq münasibətində olmaqla birgə olan Şahid3 istifadəsində olmuş mobil telefonla GSM zəngləri edərək danışması müəyyən edilmişdir. Başqa sözlə, müdafiə tərəfinin iddia etdiyi kimi guya Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə təxminən saat 14-16 radələrindən etibarən saxlanılaraq polis şöbəsinə aparılmasına dair iddia mötəbərliliyinə heç bir şübhə olmayan sübutlarla tam inkar edilir.
79. Bundan başqa, məhkəmə kollegiyası müdafiə tərəfinin Təqsirləndirilən şəxs prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə aşkar edilmiş və sonradan müvafiq ekspertiza rəyinə əsasən narkotik vasitə heroin olması müəyyən edilmiş kütlənin kimyəvi xüsusiyyətlərini mübahisələndirməsinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, müdafiə tərəfi məhkəmə istintaqı zamanı təkidlə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişdə maye şəklində olmasını, ekspert rəyinə əsasən isə toz şəkilli maddə olmasının qeyd edilməsini vurğulayaraq həmin predmetlərin fərqli olmasını bildirmişdir. Bununla əlaqədar müdafiə tərəfinin vəsatəti ilə müvafiq ekspert rəyini vermiş ekspert məhkəmə iclasına dəvət edilərək tərəflərin iştirakı ilə dindirilmiş və müdafiə tərəfinin iddiasının tam inkar edilməsi müəyyən edilmişdir (bax hökmün 18-19 və 31-ci bəndlərinə). Ekspert ifadəsində metodikaya uyğun olaraq təqdim edilmiş predmetin qablaşdırılmasının tam açılaraq müvafiq kütlədən lazımi nümunələr götürülməklə rəyin tərtib edildiyini, eləcə də, məhkəmə iclasında onun iştirakı ilə baxış keçirilmiş maddənin maye halında deyil məhz yumşaq formada olması kimi qəbul edilə biləcəyini vurğulamışdır.
80. Bundan əlavə, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə məhkəmənin sorğusu əsasında əldə edilmiş Nərimanov RPİ-dən daxil olmuş “MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı” kitabındakı məlumatların (bax hökmün 57-ci bəndinə) sübut kimi qiymətləndirilməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, həmin kitabdan çıxarışa məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən qeyd edilən kitabda aparılmış qeydlərin natamam olmaqla formal xarakter daşıması müəyyən edilmişdir. Belə olan halda, həmin kitabdakı məlumatların mötəbərliliyinə kifayət qədər şübhələr olduğundan ittihamın sübuta yetirilməsində istifadə edilməsi yolverilməzdir. Eləcə də, kitabdakı məlumatların natamamlığı həmin sübutdan müdafiə tərəfinin də lehinə olan sübut kimi istifadə edilməsini mümkünsüz edir.
81. Bundan başqa, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə məhkəmənin qərarı əsasında əldə edilmiş məhkəməyədək icraat zamanı tərcüməçi qismində iştirak etmiş C.T.Bədəlovun istifadəsində olması iddia edilən mobil telefon nömrəsi ilə bağlı olan məlumatların sağlam məntiqə uyğun olmamaqla ittihamın sübuta yetirilməsində və ya inkar edilməsində sübut kimi istifadəsinin yolverilməz olması qənaətinə gəlir. Belə ki, hökmün 58-ci bəndində də göstərildiyi kimi qeyd edilən mobil telefon nömrəsindən bir fiziki şəxsin istifadə etməsi ağlabatan olmamaqla təbiətin qanunlarına açıq-aşkar zidd olduğundan həmin məlumatların sübut kimi istifadəsinin mümkün olmaması nəzərə alınmalıdır.
82. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkəti, ekspert rəyləri, digər istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
83. Bununla yanaşı cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə ibtidai araşdırma zamanı bir sıra kobud qanun pozuntularına yol verilmişdir.
84. Belə ki, CPM-in 124.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.
85. CPM-in 125.2-ci maddəsinin tələbinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda və müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
86. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinin tələbinə görə cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçılarına deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur.
87. Belə ki, müdafiə tərəfi 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla tərcüməçinin iştirakı olmadan istintaq hərəkətlərinin keçirilməsini və onun təqsirləndirilən şəxs qismində dindirilməsini iddia etmişdir. Müdafiə tərəfi qeyd edilən halı ibtidai istintaq dövründə müstəntiq tərəfindən müdafiəçiyə təqdim edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 iyul 2023-cü il tarixli qərarın surəti ilə əsaslandırmışdır. Belə ki, müdafiə tərəfinin iddia etdiyi kimi müstəntiq tərəfindən müdafiəçiyə təqdim edilmiş qərarın surətindən görünür ki, həmin qərarda istintaq hərəkəti zamanı iştirak etməsi qeyd edilmiş tərcüməçi Camal Bədəlovdan başqa digər şəxslərin imzası vardır. Halbuki, hökmün 35-ci bəndində göstərilmiş eyni qərarın tərcüməçi qismində iştirak etmiş Camal Bədəlov tərəfindən də imzalanması müəyyən edilmişdir. Bu isə qeyd edilən istintaq hərəkəti zamanı tərcüməçinin iştirak edib-etməməsinə dair haqlı şübhələrin yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır.
88. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
89. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə həmin məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
90. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 35-ci bəndində qeyd edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 iyul 2023-cü il tarixli qərar cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən və mötəbərliliyinə şübhələr olduğundan həmin sənəd sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz və aradan qaldırılması mümkün olmayan şübhəyə görə həmin qərarın bütövlükdə sübut kimi qiymətləndirilməsi yolverilməzdir.
91. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
92. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
93. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
94. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər mötəbər sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.
95. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
96. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
97. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
98. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
99. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
100. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
101. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
102. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
103. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, təhsil adığı müəssisədən müsbət xarakterizə olunmasını, məhkəməyədək icraat zamanı özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
104. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
105. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
106. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
107. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
108. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
109. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
110. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 24 iyul 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 22 noyabr 2023-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
111. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2023-cü il tarixdən hesablanmalıdır.
112. Məhkəmə hökmün 45-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
113. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
114. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nərimanov RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1320,6 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd içərisində narkotik vasitə heroin izləri olan metal boru məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılmalı və iş materiallarına əlavə edilmiş 5 (beş) disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
115. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
116. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
117. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
118. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
119. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
120. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1320,6 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd içərisində narkotik vasitə heroin izləri olan metal boru məhv edilsin, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə onun ailə üzvlərinə və ya digər qohumlarına qaytarılsın və 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.