Məhkəmə qərarları › İş №1(101)-1460/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1460/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1460/2022 20.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Mahmudlu-3 kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Məhəmməd” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 11 mart 2022-ci il tarixdə sonuncunun tapşırığı ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 1945,29 qram narkotik vasitə heroini, külli miqdarda, 123,607 qram psixotrop maddə metamfetamini, 25 ədəd qəhvəyi rəngli dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 1 qram olan narkotik vasitə metadon həblərini satış məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddəni ayrı-ayrı bükümlərə ayıraraq, bir hissəsini üzərində, qalan hissəsini isə evində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 mart 2022-ci il tarixdə saat 20:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 71 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən bir ədəd şəffaf sellofan bükümdə 50,290 qram çəkidə, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə 3,607 qram çəkidə, külli miqdarda ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 23 radələrində yaşadığı ünvan 5 ünvanına keçirilmiş baxış zamanı mənzilin qonaq otağında televizor dolabının alt hissəsində qara rəngli sellofan torbada üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən bir ədəd şəffaf sellofan bükümdə, 1895 qram çəkidə külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə 120 qram çəkidə, külli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 25 ədəd qəhvəyi rəngli dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 1 qram olan narkotik vasitə metadon həbləri və üzərindən narkotik vasitə heroin izləri olan 02 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, 12 mart 2022-ci il tarixdə saat 20:45 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 71 ünvanının qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sol yan iç cibindən 1 (bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, əynində olan şalvarın sol yan cibindən 2 (iki) ədəd açar, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd ona məxsus şəxsiyyət vəsiqəsi, 100 (yüz) manat pul və 1 (bir) ədəd plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı və 1 (bir) ədəd mənə məxsus şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 2 (iki) ədəd açar və 100 (yüz) manat pul isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında “Məhəmməd” adlı şəxsin ona 1000 manat pul göndərəcəyini, “Məhəmməd” adlı şəxsi bir ay olar ki, tanıdığını, özü narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, həmçinin Nizami rayonunda yaşadığı mənzilin narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə qonaq otağında dolabın gözündən 1 (bir) ədəd bükümdə heroin, 1 (bir) ədəd bükümdə metamfetamin, 25 (iyirmi beş) ədəd narkotik vasitə olan metadon həbləri və 2 (iki) ǝdǝd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və 2 (iki) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli, sellofan torbaya qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri bir gün bundan əvvəl İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında “Məhəmməd” adlı şəxsin ona 1000 manat pul göndərəcəyini, “Məhəmməd” adlı şəxsi bir ay olar ki, tanıdığını, özü narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ona verilən ittihamdakı narkotiklərin çəkisi ilə razı deyildir. Belə ki, o, hesab edir ki, ondan aşkar olunmuş narkotik vasitələrin çəkisi daha az olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 12 mart 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Ramil adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 20 radələrində əməliyyat qrupunun üzvü Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ünvan 6 ünvana gəldikdə həmin yerdə xarici əlamətləri “Ramil” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasında şübhəli şəxs kimi tərəflərindən saxlanılaraq Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmişdir. 24-cü Polis şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 1 ədəd mobil telefon, şalvarın cibindən 2 ədəd açar, şəxsiyyət vəsiqəsi, 100 manat pul və 1 ədəd bank kartı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələri bir gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan "Məhəmməd" adlı şəxsin vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Məhəmməd” adlı şəxsin ona 750 manat pul göndərəcəyini, həmin şəxsi 1 aya yaxındır ki, tanıdığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmçinin yaşadığı mənzildə narkotik maddə olduğunu, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyulub qablaşdırılmışdır və möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Bundan başqa əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında onun yaşadığı ünvan 7 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzildə qonaq otağında dolabın gözündən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 25 ədəd qəhvəyi rəngli, dairəvi formalı metadona bənzər həbləri və 2 ədəd elektron tǝrǝzini təqdim edərək stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri bir gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, həmin elektron tərəzilərdən narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr və elektron tərəzilər zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilərək imzalanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli rapotun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1983-cü ildə Füzuli rayonu, Mahmudlu-3 kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Mahmudlu-3 kəndində qeydiyyatda olan və ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1983-cü ildə Füzuli rayonu, Mahmudlu-3 kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Mahmudlu-3 kəndində qeydiyyatda olan və ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 12 mart 2022-ci il tarixdə, saat 20:45 dəqiqədə ünvan 9 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan iç cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, əynində olan şalvarın sol yan cibindən 2 (iki) ədəd açar, həmin şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 100 (yüz) manat pul və 1 (bir) ədəd üzərində 4098 5844 5856 8001 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 51,4 (əlli bir tam onda dörd) qram, metamfetaminə bənzər kütlənin çəkisi 4,1 (dörd tam onda bir) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 2 (iki) ədəd açar və 100 (yüz) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Məhəmməd” adlı şəxsin ona 750 manat pul göndərəcəyini, “Məhəmməd” adlı şəxsi 1 (bir) ay olar ki, tanıdığını, özü narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, həmçinin Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 29-30). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilin qonaq otağında dolabın gözündən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 25 (iyirmi beş) ədəd bükümdə narkotik vasitə olan metadon həblərinə bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 129 (yüz iyirmi doqquz) qram olmuşdur. Daha sonra həmin kütlələr və 2 (iki) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli, sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl İran İslam Respublikası vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsi ilə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Məhəmməd” adlı şəxsin ona 750 manat pul göndərəcəyini, “Məhəmməd” adlı şəxsi 1 (bir) ay olar ki, tanıdığını, özü narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxsla yaşayan X3 ona verilən suallara cavab olaraq yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, Təqsirləndirilən şəxs ona yaşadıqları mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir (cild 1, iş vərəqi 36-37). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1446 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada olan: - üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 50,290 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,607 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bir ədəd bağlamada təmiz çəkisi 1895,0 qram olan qəhvəyi rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 120,0 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş ümumi sayı 25 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 1,0 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izlər vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər iki ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 45-49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götrürməni özündə əks etdirən DVD diskə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, 12 mart 2022-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov xidməti otaqda Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götrürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilmiş, sonuncu buna etiraz etmədiyini bildirmiş, iştirakçıların hüquqları izah edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni və 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, əynində olan şalvarın sol yan cibindən 2 ədəd açar, həmin şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 100 manat pul və 1 ədəd bank kartı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələri bir gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında “Məhəmməd” adlı şəxsin ona 750 manat pul göndərəcəyini, həmin şəxsi 1 aya yaxındır ki tanıdığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, həmçinin yaşadığı mənzildə narkotik maddə olduğunu, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxışı özündə əks etdirən DVD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, 12 mart 2022-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 8 ünvanındakı evinə keçiriləcək baxış və götürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilmiş, sonuncu buna etiraz etmədiyini bildirmiş, iştirakçıların hüquqları izah edilmişdir. Bundan sonra Nizami rayonu, Qara Qarayev prospekti, ev 71, mənzil 13 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzildə qonaq otağında dolabın gözündən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni, 1 ədəd bükümdə аğ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 25 ədəd qəhvəyi rəngli, dairəvi formalı metadona bənzər həbləri və 2 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri bir gün əvvəl İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsin vasitəsilə Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, həmin elektron tərəzilərdən narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır (cild 1, iş vərəqi 91). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(007)-145/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 12 mart 2022-ci il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 93). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, 5775 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqi 122). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2314 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124- 125). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakcell MMC-də daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatlar əks olunmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 22:21:03-də ***-***-**-** nömrəsindən “Qaqas gotur temani qalsin sende mende bir tema tapim evde atama deyim cixim sen gotursen yaxsi olar yada sene desin zaklatka elesin ama yaxin yerde ki tez qayim”, xx.xx.2022-ci il tarixdə saat 22:31:37-də ***-***-**-** nömrəsindən “Eziz qardashim sene qurban olaram alindira bilsen menim qardashim telfonum qalsin pulu verib goturerem halim cox pisdi sen mene gore oz adinan agiz ac qa”, xx.xx.2022-ci il tarixdə saat 18:52:40-da ***- ***-**-** nömrəsindən “Ramin salam hardasa yuraya tema aliriq rayona yola saliriq pati kola lazimdi 70 manat pul var 3 gunde vaxt almisam tul menim basima ki sene nece povud verirem karoci 55 manatliq pati kola ver imkan varsa qram yarim kola lazimdi 05 pari orda ele bilki 03 kola artiq verirsen 15 manat da cix borca”, xx.xx.2022-ci il tarixdə saat 22:08:40da ***-***-**-** nömrəsindən “Ramin zeng elede mene tema var deyim sene 20 manatliq pati kola vere bilersen”, xx.xx.2022-ci il tarixdə saat 13:29:35-də ***-***-**-** nömrəsindən “Karta 20 manat qoyuram qaqas sen Allah denen pati narmalni qoysun”, xx.xx.2022-ci il tarix saat 13:31:17-da ***-***-**-** nömrəsindən “Qaqas utandigmnan sms yaziram uzum yoxdu. Beyaq aldigim kagizda olani itirdim deli olmusam elimde 100% tulamisam. Ramin nolar imkan varsa ozuvun payinnan 1 das verersen agridan cixim hereket eliyim. Ramin qardasim imkan varsa komek ele.” məzmunlu mesajların yazılması müəyyən edilmişdir (cild 1, iş vərəqi 130-147). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı, ***-***-**-** saylı nömrə altında işləyən mobil telefonda olan “Whatsapp” proqramında onun müxtəlif şəxslərlə narkotik məzmunlu yazışmaları olduğu müəyyən edilmişdir. Belə ki, mobil telefonda olan “Whatsapp” proqramına baxış keçirdikdə mesajlar bölümündə ***-***-**-** saylı mobil nömrədən 12 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə narkotikin dövriyyəsinə dair məzmunlu müxtəlif mesajlar, səsli mesajlar göndərilmiş və eynilə ***-***-**-** oğlundan da həmin şəxsin mobil nömrəsinə narkotik vasitələrin alışı və satışı ilə bağlı mesajlar, səsli mesajlar getmişdir. “Dayı irsi” adı ilə qeydiyyatdan keçmiş +98-939-142-1252 saylı mobil nömrədən 09 mart 2022-ci il tarixdən 13 mart 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə müxtəlif çəkilərdə narkotik vasitələrlə, psixotrop maddələr və narkotik tərkibli dərman olan metadonla bağlı mesajlar, səsli mesajlar göndərilmiş eyni ilə Təqsirləndirilən şəxs da həmin şəxsin mobil nömrəsinə narkotik barədə mesajlar, səsli mesajlar getmişdir. Mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, ***-***-**-** saylı mobil nömrə ilə işləyən “Samsung” markalı mobil telefon ona məxsusdur, həmin mobil telefonda olan “Whatsap” proqramında olan narkotik məzmunlu yazışmalar ona məxsusdur və narkotik alqı-satqısı ilə bağlı mesajlar olmuşdur (cild 1, iş vərəqi 148-152). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 50,290 qram heroin, təmiz çəkisi 3,607 qram psixotrop maddə metamfetamin, yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 1895,0 qram narkotik vasitə heroin, təmiz çəkisi 120,0 qram psixotrop maddə metamfetamin, 25 ədəd metadon həbləri, 02 ədəd elektron tərəzi, həmçinin şəxsi axtarış və götürmə, mənzilə baxış aparılması istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL8453/22 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, 3 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1945,190 qram ümumi qalığı, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 123,507 qram ümumi qalığı, ekspertiza tədqiqatından sonra metadon həblərinin 20 ədəd qalığı və 02 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 153- 166, 175). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından naməlum mənbəyə dair Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 153-166). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmin Qanuna əsasən metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ondan daha az narkotik vasitə aşkar edilməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini təsdiq edən sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələr məhz ittiham aktında göstərilən vasitələrin miqdar və çəkisinə tamamilə uyğundur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(011)-101/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 1(011)-135/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 7(010)-494/2019 saylı qərarı ilə 7 (yeddi) ay 18 (on səkkiz) gün cəza çəkməkdən şərti olaraq vaxtından azad edilməsi barədə qərarı üzrə çəkilməmiş 4 (dörd) ay 11 (on bir) gün hissəsi ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanışmış, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınmış və 18 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 106-108, 109-118). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə hökmlərin məcmusu üzrə təyin edilmiş cəzadan azad edildiyi gündən iki ildən az vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, əvvəllər törətdiyi az ağır cinayətə görə onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdikdən sonra məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyi səbəbindən onun əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halların olmadığını, cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-139/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 mart 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 81-85, 193- 197). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 12 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1945,190 qram qalığı, ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 123,507 qram qalığı, ekspertiza tədqiqatından sonra metadon həblərinin 20 ədəd qalığı, 02 ədəd elektron tərəzi məhv edilməli, həmçinin iş üzrə şəxsi axtarış və götürmə və baxış aparılması istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL8453/22 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1945,190 qram qalığı, psixotrop maddə metamfetaminin 123,507 qram qalığı, metadon həblərinin 20 ədəd qalığı və 02 ədəd elektron tərəzi məhv edilsin. Digər maddi sübutlar - iş üzrə şəxsi axtarış və götürmə, həmçinin mənzilə baxış aparılması istintaq hərəkətlərini özündə əks etdirən iki ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar