Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1460/2023 09.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1982-ci il tarixdə Füzuli rayonu, Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, 03 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 09 il müddətdən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli hökmü üzrə CM-nin 213.2.2-ci maddəsindən CM-nin 213.1-ci maddəsinə tövsif edilərək, qəti cəza müddəti dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qərarı ilə cəzası 08 il 06 ay müəyyən edilmiş, 30 noyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 01 yanvar 2023-cü il tarixdə istifadəsində olan "xxxx" MMC-yə məxsus olan +994 50 *** ** ** mobil telefon nömrəsi quraşdırılmış “Samsung” markalı mobil telefonda olan “Whatsapp” mobil tətbiqi proqramından istifadə edərək İran İslam Respublikasının mobil operatoruna məxsus olan +98 903 *** ** ** və +98 914 *** ** ** mobil nömrələrin istifadəçisi ilə əlaqə saxlayıb satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması və satışının təşkil edilməsi barədə şəxsiyyəti naməlum İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti naməlum “Məhəmməd” adlı şəxs və qeyriləri ilə naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 27.005 qram çəkidə narkotik vasitə həşiş qətranını Salyan rayonunun inzibati ərazisində iki ədəd qara rəngli torbanın içərisində 28 ədəd bükümdə olmaqla gizlədib həmin yerin fotoşəklini və koordinatlarını Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərdikdən sonra sonuncu həmin gün axşam saatlarında cinayətkar qrupun İran İslam Respublikasında olan üzvü “Məhəmməd” adlı şəxsin təlimatı və göstərişləri əsasında həmin yerə gedərək külli miqdarda 27.005 qram çəkidə narkotik vasitə həşiş qətranını qoyulduğu yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 yanvar 2023cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 22:45-də Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu, Avtonəqliyyat Baş Gömrük İdarəsinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək 02 yanvar 2023-cü il tarixdə saat 00:05-dən etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 27005 qram çəkidə narkotik vasitə həşiş qətranı sağ əlində olan iki ədəd qara rəngli polietilen torbadan 28 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir və narkotik vasitənin yalnız marixuana növündən istifadə edir. O, vərəm xəstəsidir. O, ailəli deyil. Onun övladı yoxdur. Onun üzərində tapılan 27 kilo narkotik vasitə onun özünə məxsusdur. İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Məhəmməd” adlı şəxslə tanış olmuşdur. Onunla mobil telefonda “whatsapp” proqram təminatı vasitəsilə əlaqə saxlamışdır. “Məhəmməd” adlı şəxs ona göndərdəcəyi narkotik vasitələri gedib götürüb onun dediyi ünvanlara çatdırmasını, bunun əvəzində isə ona pul verəcəyini bildirmişdir. Xeyli müddət onunla danışdıqdan sonra Məhəmmədlə razılaşmışdır. 01 yanvar 2023-cü il tarixdə o göndərəcəyi narkotik vasitə olan həşiş qətranını gedib Salyan rayonundan götürüb onun dediyi ünvana aparmağını bildirmişdir. Onunla razılaşmış və yaşadığı Füzuli rayonundan çıxıb tanımadığı yol maşını, yəni, taksi ilə Salyan rayonuna getmişdir. Oraya çatdıqda artıq hava qaralmış, saat təxminən 19 radələri olarmış. Orada avtomobildən düşmüş və yol kənarına getmişdir. Orada “Məhəmməd” adlı şəxsin göndərdiyi 2 ədəd qara rəngli torbada olan narkotik vasitəni götürmüşdür. Həmin torbaları əli ilə yol kənarına çıxarmışdır. “Məhəmməd” adlı şəxslə əlaqə saxladıqda həmin narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Meyvəli” ticarət mərkəzinin yaxınlığına gətirib orada deyəcəyi bir şəxsə təhvil verməyini bildirmişdir. Vasitəçi qismində çıxış etdiyi üçün narkotik vasitəyə nə qədər pul ödəndiyini bilmir. O, həmin narkotik vasitəni özü üçün yox, başqa şəxs üçün almışdır. Həmin axşam Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda polis əməkdaşları onu saxlamışlar. Onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. O da əlində olan polietilen torbalarla birlikdə baş idarəyə gəlmişdir. Orada müdafiəçi ilə təmin olunmuş və sonra o torbaları təqdim etmişdir. Həşişin ümumilikdə çəkisi 27 kq olmuşdur. Sonra aşkar olunmuş həmin torbalar polis əməkdaşları tərəfindən götürülmüşdür. O, 27 kilo narkotik vasitəni maşın vasitəsilə daşımış, onu maşından düşürdükdən sonra həmin narkotik vasitə hələdə maşında imiş. İbtidai istintaq zamanı o müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əldə etdiyi məlumat barədə raportla rəhbərliyə müraciət etmiş və daha sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa özü və işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid2 daxil edilmiş, qrupa rəhbərlik isə tərəfindən həyata keçirilmişdir. 01 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu, Avtonəqliyyat Baş gömrük İdarəsinin yaxınlığında olması müəyyən edilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qrup üzvü tərəfindən təlimatlandırıldıqdan sonra qeyd olunan həmin yerə getmişlər. Həmin tarixdə saat 22:45-də qeyd etdiyi ünvanın qarşısında Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini müəyyən etmişlər, həmin şəxs əlində iki qara rəngli torba daşıyırmış. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Baş İdarəyə gəlmişdir. Polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Polis İdarəsində şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı iki ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbalara baxış zamanı içərisindən ümumilikdə 28 ədəd bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə həşiş qətranına bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər ümumilikdə bağlama ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 27 kq 530 qram olması müəyyən edilmişdir. Bundan əlavə şəxsi axtarış zamanı üzərindən bir ədəd “Samsung” markah mobil telefon, 16 manat pul, şəxsiyyət vəsiqəsi və bir ədəd plastik bank kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsdən Salyan rayonu ərazisində 1 gün əvvəl əvvəlcədən təyin olunmuş yerdən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, buna görə Məhəmməd adlı şəxsin ona 5000 manat pul verəcəyi barədə vəd verdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu fadə verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 01 yanvar 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 01 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 5(002)-1/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 01 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 01 yanvar 2023-cü il tarixli, Ə4-008-23 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlində olan iki ədəd qara rəngli polietilen torbanın içərisindən 28 (iyirmi səkkiz) ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan həşişə bənzər kütləni, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 16 manat pulu, plastik bank kartı, şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə olan həşişə bənzər kütlə, “Samsung” markalı mobil telefon, plastik bank kartı, şəxsiyyət vəsiqəsi götürülmüş, 16 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 46-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 yanvar 2023-cü il tarixli 7/03 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış birinci sintetik torbada 14 (on dörd) ədəd falqa paketlərin içərisində şəffaf sellofan bükülüdə ümumi çəkisi 13000 qram və ikinci sintetik torbada 14 (on dörd) ədəd falqa paketlərin içərisində şəffaf sellofan bükülüdə ümumi çəkisi 14005 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Ümumi çəkisi 27005 qramdır (27 kq 5,0 qram). Cinayət işinin 83-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 yanvar 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilən mobil telefonda olan “Whatsapp” mobil tətbiqində +98 914 *** ** ** nömrəli abunəçi ilə danışıqlar müəyyən edilmişdir. Həmin danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, +98 914 *** ** ** nömrəli abunəçi tərəfindən yazışmalara 24 saat ərzində avtomatik silinməyə qoyulmuşdur. Yazışmaya baxış zamanı görünür ki, qeyd olunan abunəçidən xəritə üzərində işarələnmiş məkan, daha sonra fotoşəkillər göndərilmişdir. Həmin şəkillərdə yol kənarında olan nişan və onun alt hissəsinə ox işarələnmiş şəkildir. Həmçinin həmin yerə qoyulmuş iki ədəd qara rəngli torbanın şəkli əks olunmuşdur. Daha sonra həmin abunəçidən saat 19:37-də “Salyannan Bakiya çıxanda plakatın altında iki dene qara sumkadı allah xeyruvu versun” mesajı göndərilmişdir. Saat 19:45-də yenə də “Çıxdın qaqa” mesajı göndərilmişdir. Təqsirləndirilən şəxs saat 19:45 də “he” cavabı göndərmişdir. Qeyd olunan abunəçidən saat 19:46-da daxil olmuş “Neçə dəqiqəlik yolun var ora” sualına isə Təqsirləndirilən şəxs “5” yazaraq cavab göndərmişdir. Saat 20:07-də həmin abunəçidən “Qaqa ne oldu götürdün” sualına Təqsirləndirilən şəxs yol kənarında olan nişanın fotoşəklini göndərmiş və daha sonra saat 20:08-də səsli ismarıc göndərərək “Qaqa mən burdayam plakatın altında heçnə yoxdu, qara sellofan da yoxdu” deyə bildirmişdir. Abunəçi isə “Necə yəni heçnə yoxdu elə şey ola bilər” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs isə “Qaqa ona denən mən Salyannan çıxış var ha, körpüyə çatmamış 100 metr aralıda olan plakatın altındadı da eyni şəkildə gördüyüm, onun altında isə heç nə yoxdu” deyə cavab göndərmişdir. Həmin şəxs yenidən Təqsirləndirilən şəxs işarələnmiş fotoşəkil və “plakatın sağ tərəfinə baxsın görəcək” deyə mesaj göndərmişdir. Həmçinin ona xəritə üzərində məkan fotoşəkli də göndərmişdir. Təqsirləndirilən şəxs saat 20:02-də “çatmışam qaqa” deyə səsli ismarıc göndərmişdir. Daha sonra isə “Qaqa sən elə bilirsən bura Salyandı, mən bilirsən hara gəlib çıxmışam, düz Xələc yoluna”. Bundan sonra Təqsirləndirilən şəxs saat 21:16-da səsli ismarıc göndərərək “Həmin plakata 60 metr yolum qalıb, yarımtikilidə börümdədir. Oldu narahat olma götürüm səni yığacam”. Saat 22:43-də isə Təqsirləndirilən şəxs “Meyvəlinin qabağındayam sən hardasan? ” deyə səsli ismarıc göndərmişdir. Bundan başqa “whatsapp” mobil tətbiqində “Mamed” adı ilə qeydə alınmış +98 903 *** ** ** nömrəsi ilə yazışmaların olması müəyyən edilmişdir. Həmin yazışmada da “Mamed” adlı şəxs tərəfindən 24 saatlıq avtomatik silinmə olması qeydə alınmışdır, “saat 21:22də Təqsirləndirilən şəxs “Taksini çağırdım gəlsin çıxıram” deyə səsli ismarıc göndərmişdir. Həmin şəxs isə saat 21:23-də “Götürdün, bir dənə mənə hə yox denən” deyə səsli ismarıc göndərmişdir. Saat 21:23-də Təqsirləndirilən şəxs “Bu nə bükümdü ə bu qoyub, buna baxanda elə bilinir bu nədi” Saat 21:25-də isə “Qaqa gedəcəyim ünvanı mənə at tez, sürücünün yanında mən danışa bilməyəcəm” deyə səsli ismarıc göndərmişdir. Cinayət işinin 143-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 aprel 2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 146-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 aprel 2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 154-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 aprel 2023-cü il tarixli bank məlumatları barədə sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”-a məxsus “4169 7385 9167 6402” nömrəli plastik kart vasitəsilə aparılmış əməliyyatları özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 192-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X3 15 may 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbule dilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi materiallarından sonuncunun narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə təhqiqat dövründə 02 yanvar 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətini özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış başlanılmazdən əvvəl Təqsirləndirilən şəxs üzərində paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində olan iki ədəd qara rəngli polietilen torbanın içərisindən 28 (iyirmi səkkiz) ədəd bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə olan həşişə bənzər kütləni, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 16 manat pulu, plastik bank kartı, şəxsiyyət vəsiqəsini təqdim eir. Aşkar olunmuş narkotik vasitə olan həşişə bənzər kütlə, “Samsung” markalı mobil telefon, plastik bank kartı, şəxsiyyət vəsiqəsi götürülür, 16 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üzərində tapılan 27 kilo narkotik vasitə onun özünə məxsusdur, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Məhəmməd” adlı şəxslə danışaraq, həmin şəxsin ona göndərdəcəyi narkotik vasitələri gedib götürüb onun dediyi ünvanlara çatdırması, bunun əvəzində isə ona pul verməsi barədə razılaşmışlar. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı etirafedici ifadələrini, araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı rəylə müraciət edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə verilmiş ittihamdan imtina edərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, dövlət ittihamçısının rəyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “həşiş qətranı”nın 0,4 qramı şəxsi istehlak miqdarından artıq, 40 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 126-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216.1, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək, 03 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 06 il müddətdən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2014-cü il tarixli qərarı ilə 29 yanvar 2014-cü il tarixli hökm dəyişdirilərək, cəzası 04 il 06 aya endirilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, 03 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 08 il müddətdən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, 03 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 09 il müddətdən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli hökmü üzrə CM-nin 213.2.2-ci maddəsindən CM-nin 213.1-ci maddəsinə tövsif edilərək, qəti cəza müddəti dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qərarı ilə cəzası 08 il 06 ay müəyyən edilmiş, 30 noyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 ildən artıq olmayan əməllər – az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 124-cü vərəqəsində olan Füzuli RİHB-nın Bəhmənli kənd ərazi nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 129-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 27 yanvar 2023-cü il tarixli, 1054 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 176-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 03 mart 2023-cü il tarixli 1252 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji disoanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs oğluna ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 01 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 19-cu vərəqəsində olan 01 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 101-106-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 yanvar 2023-cü il tarixli, 4(005)-3/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 27003,6 qram narkotik vasitə həşiş qətranı məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd "Samsung" markalı mobil smartfon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD markalı diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 27003,6 qram narkotik vasitə həşiş qətranı məhv edilsin. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd "Samsung" markalı mobil smartfon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. 02 ədəd DVD markalı diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1460/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1460/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver