Məhkəmə qərarları › İş №1(101)-1460/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1460/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1460/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2000-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Neftçala rayonu, Bankə qəsəbəsi, N.Nərimanov küçəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yaşamış, 08 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1683/2023 saylı, 09 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 08 dekabr 2023-cü il tarixdə, saat 10:47-də Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllənin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 13:20-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 5,488 (beş tam mində dörd yüz səksən səkkiz) qram çəkidə ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə həbs olunmazdan əvvəl “Daewoo” markalı, **-KS-*** minik markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, ailə üzvlərinin də köməyi ilə dolanışığını təmin etmişdir. 08 dekabr 2023-cü il tarixdə, səhər saat 08:00 radələrində dostu Şahid2la “İnşaatçılar” metrosu ərazisində “Paşa Şığorta”ya getmək üçün görüşmüşdür. “Paşa Şığorta”da ona lazım olan sənədin X16 gəlmədiyini dediklərindən, o, X18 idarəsinə getmiş, orada isə sənədi “Paşa Şığorta”ya göndərdiklərini bildirmişlər. Şahid2la birlikdə yenidən “Paşa Şığorta”ya qayıdarkən Yol Patrul Xidmətinin inspektoru idarə etdiyi “Daewoo” markalı, **-KS-*** minik markalı avtomobilini saxlamışdır. Sonuncu ona avtomobilin arxa şüşəsinə şəkil yapışdırmasını irad bildirmiş, bundan sonra o, şəkli çıxarmaq üçün maşının arxa tərəfinə keçmiş, elə bu zaman kimsə onun başını maşına vurmuşdur. Mülki geyimdə olan və özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər qoluna qandal vuraraq onu dostu Şahid2la birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, idarə etdiyi avtomobilin açarları ondan alınmış, avtomobili idarənin inzibati binasının həyətinə gətirilmişdir. Burada videoçəkilişdən daha əvvəl avtamobilinə baxış keçirilmiş və ona məxsus olan bir sıra əşyalar götürülmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olarkən dostu Hüseyni başqa bir otağa aparmışlar, saat 10:30 radələrində onun üzərində şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları ona qarşı fiziki güc tətbiq etmiş, döymüş, eləcə də bir dişini qırmışdır. Polis əməkdaşı olan şəxs seyfdən “kakos” kimi tanıdığı narkotik vasitəni götürərək ona “bu sənindir” demiş, o, sonuncuya ona “kakos” deyil, marixuana verməyini istədikdə həmin polis əməkdaşı ona “zakazla deyil, nəşəmiz qurtarıb” deyə cavab vermiş, həmçinin bildirmişdir ki, o, ittihamı qəbul etməlidir, 3 il “yatıb” çıxacaq. Bundan sonra videoçəkilişin keçiriləcəyi otağa aparılmış, bu zaman vəkili də orada olmuşdur. Məruz qaldığı fiziki təsirlərin nəticəsində polis əməkdaşları tərəfindən ona videoçəkilişdən əvvəlcə təqdim olunmuş psixotrop maddənin özünə məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olmuşdur. Şübhəli şəxs qismində saxlanıldığı müddətdə ona hüquqları izah edilməmiş, ailə üzvlərinə xəbər verməsinə şərait yaradılmamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Bakı İstintaq Təcridxanasına daxil olan zaman üzərində xəsarətlər olmuş, lakin bu xəsarətlərin polis əməkdaşları tərəfindən yetirildiyini bildirməmişdir. Bundan başqa əsəbləri zəif olduğundan qoluna ülgüclə xəsarətlər yetirmişdir. Polis əməkdaşları dostu Hüseyni döyməsələr də, sorğu-sual etmişlər. Döyülməsi barədə heç bir səlahiyyətli orqana şikayət etməmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Şahid qismində tanınmış əməliyyat müvəkkillərindən biri onun saxlanılmasında ümumiyyətlə iştirak etməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verməmişdir və orada yazılanları təsdiq etmir. Təqsirləndirilən şəxs 2 ilə yaxın müddətdir ki, tanıyır və aralarında dostluq münasibətləri var. Hadisənin baş verdiyi gün İlkinlə əvvəlcə sığortaya, oradan isə DYP idarəsinə getmişlər. Yolda hərəkətdə olan zaman YPX inspektoru İlkinə “saxla” əmri verdiyindən İlkin avtomobili saxlamış və onlar maşından düşmüşlər. İnspektor maşının arxasına vurulmuş kağızı sökməyi tələb etmiş və bu zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış, üzərilərini yoxlayıb İlkinin qoluna qandan vurmuş və onları İlkinin avtomobilinə mindirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin binasına aparmışlar. Üzərilərində axtarış həyata keçirilmiş, bu zaman onun üzərində açar, müəyyən miqdarda pul və mobil telefon, İlkin üzərində isə pul, avtomobilin açarı və mobil telefon aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onlara müxtəlif adlar sadalayaraq, sonuncuların kim olduqlarını soruşmuş və onlar isə adları çəkilən şəxsləri tanımadıqlarını bildirmişlər. Poliş əməkdaşları İlkinlə onu ayrı-ayrı otaqlarda aparmışlar, elə bu səbəbdən də o, polis əməkdaşları tərəfindən İlkin üzərinə psixotrop maddə qoyulmasından xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş həyata keçirilərkən o da orada olmuş, sonuncu cibindən çıxararaq bir ədəd bükümdə olan psixotrop maddəni təqdim etmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, özü heç bir narkotik vasitədən istifadə etmir, həmçinin İlkinin narkotik vasitələrdən istifadə etməsinin və ya satışını həyata keçirməsinin şahidi olmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmayıb, İlkinə qarşı da hər hansı şəkildə təzyiq göstərilməsini görməyib. Hadisənin baş verdiyi gün idarədə saxlanılmış, növbəti gün telefonuna baxış keçirilmiş, ona təqdim edilən sənədləri imzalamış, bundan sonra sərbəst buraxılmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı onun adından tərtib olunmuş ifadəni oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri X9, X4 və X12 daxil edilmişlər. 08 dekabr 2023-cü il tarixdə saat 10:47 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllənin yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün polis əməkdaşları birlikdə həmin ünvana getmiş, həmin saatda eyni ünvanda “Daewoo” markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu və yanında başqa bir tanışının olduğunu müşahidə etmiş, həmin vaxtı onlara yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərin də özlərini təqdim etməklərini xahiş etmiş, həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid2 olduqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu tanışı Şahid2la birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo” markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobillə Baş İdarəyə gəlmiş, baş idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, tanışı Şahid2 üzərində isə baxış aparılmağa başlanılmışdır. Şəxsi axtarış və baxış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, şalvarın digər ciblərindən 01 ədəd mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, idarə etdiyi avtomobilin açarını və müəyyən məbləğdə pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində ağ rəngli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanılan gün yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üzərində daşıdığını, əvvəllər də narkotik vasitə olan “nəşədən” istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon, ona məxsus olan şəxsiyyət vəsiqəsi götürülmüş, müəyyən məbləğdə pul və idarə etdiyi avtomobilin açarı isə onun özünə geri qaytarılmışdır. Bundan sonra Şahid2 üzərində baxış keçirilməyə başlanılmış, əvvəlcə Şahid2 təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Şahid2 üzərində heç bir qanunla qadağan olunmuş əşyanın olmadığını bildirərək əynində olan cins şalvarın cibindən “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və daha sonra sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Şəxsi axtarış, baxış və götürmənin həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo” markalı, 99-KS- 679 qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmış, bundan sonra avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulduqda o, qanunsuz heç bir əşyanın olmadığını bildirmişdir. Baxış zamanı avtomobildən 01 ədəd Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi, 01 ədəd hərbi bilet, avtomobilin qeydiyyat şəhadətnaməsi və 01 ədəd etibarnamə aşkar edilmiş və təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı avtomobildən qanunla qadağan olunmuş əşya aşkar edilməmiş, daha sonra baxış və götürülmənin həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı fiziki güc tətbiq edilməmişdir. Əməliyyat məlumatı ona daxil olmuşdur, məlumatda təqsirləndirilən şəxsin üzərində narkotik vasitəni gəzdirməsi və satışı ilə məşğul olması qeyd edilmişdir. İlkinin narkotik vasitəni harada saxlaması və kimə satması barədə hər hansı məlumat olmayıb, həmçinin sonuncunun narkotik vasitələri satması təsdiq olunmayıb. Təqsirləndirilən şəxsi saxlayan zaman yerində baxış keçirtməməsi şəraiti səbəb ola bilərdi. Sonuncunu idarəyə öz avtomobili ilə gətirmiş, şəxsi tutduqdan sonra qoluna qandal vurmamışlar. Cinayət işinin ibtidai istintaq materiallarında olan şahidlər BMCMİ-nin əməliyyat müvəkkilləri X9, X4 və X6 ifadələrinin məzmunundan görünür ki, sonuncular Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparılması ilə bağlı videogorüntünün və onun əsasında tərtib edilmiş protokolun sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, polis idarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış videogörüntülərə baxdıqda müşahidə olunur ki, İlkinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti hayata keçirilərkən kobud hüquq pozuntularına yol verilmişdir. Belə ki, onunla birgə saxlanılan şəxs (təhqiqatçı nitqində deyir: saxlanılan şəxs Şahid2...) tanışı Şahid2 üzərində şəxsi axtarış həyata keçirilmir və yalnız Hüseynin təqdim etdiyi əşyalarla kifayətlənirlər. Əgər Şahid2 saxlanılan şəxs deyə müraciət edilirsə, o zaman tək Təqsirləndirilən şəxs deyil, Şahid2 da müdafiəçi ilə təmin edilməli idi və onların üzərinə baxış bir yerdə deyil ayrı-ayrılıqda olmalı idi. Bundan başqa, videoya baxış keçirilən zaman görünür ki, təhqiqatçı Təqsirləndirilən şəxs onun üzərində xəsarət olub-olmamasını soruşur, İlkin isə cavabında bildirir ki, qolunda xəsarəti vardır. Bu zaman təhqiqatçı tərəfindən ona həmin xəsarəti göstərməsi təklif edilir. İlkin üzərindəki gödəkçəni və köynəyini çıxarır. Halbuki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 246.4-cü maddəsinin tələblərinə əsasən, şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. İlkin isə paltarlarını çıxararkən videoçəkiliş aparılan otaqda təhqiqatçı, 4 nəfər əməliyyatçı və müdafiəçi olmaqla bərabər, videoçəkilişin aparılması da davam etdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətinin əks olunduğu DVD diskə baxış keçirilərkən müəyyən olunur ki, təhqiqatçı Natiq Əzimov Təqsirləndirilən şəxs üzərində hər hansı xəsarətin olub-olmadığını soruşmuş, bu sualdan sonra sonuncu qolunda xəsarət olduğunu bildirmiş, bu zaman təhqiqatçı Natiq Əzimov təqsirləndirilən şəxsə həmin xəsarəti göstərilməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindəki gödəkçəni və əynində olan köynəyin sol qolunu çıxararaq qolunda olan xəsarətləri göstərmişdir, bu zaman onun qara rəngli alt geyimi üzərində olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin aparılması ilə bağlı videogorüntünün və onun əsasında tərtib edilmiş protokolun sübutlar siyahısından çıxarılması üçün heç bir əsas yoxdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 08 dekabr 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü, əynində olan şalvarın sağ arxa cibindən 01 ədəd mobil telefonu, şalvarın sol yan cibindən 01 ədəd avtomobil açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini və 10 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik olmasını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman oradan ağ rəngli, kristalşəkilli, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin büküm bir ədəd içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanılan gün yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, əvvəllər də “nəşə”dən istifadə etdiyini, həmçinin üzərində psixotrop maddə olmasından Şahid2 məlumatının olmadığını, həmçinin idarə etdiyi avtomobildə narkotik saxlamadığını və baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxslə birlikdə saxlanılmış Şahid2 üzərinə baxış keçirilən zaman üzərində narkotik vasitələr və ya psixotrop maddələr varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitə və ya psixotrop maddənin olmadığını bildirərək əynində olan cins şalvarın sol arxa cibindən 01 ədəd mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra mobil telefon onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs tanışı olduğunu, üzərindən aşkar edilmiş maddədən məlumatının olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 08 dekabr 2023-cü il tarixli 6/6318 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan ağ rəngli kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 5,488 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X10 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2023-cü il tarixli 8151 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 09 dekabr 2023-cü il tarixli 4558/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən psixotrop maddə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin külli miqdarda olmasına diqqət çəkmişdir. Halbuki Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Bundan başqa ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” qərarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsini və şahidlərin ifadələrini də sübut növü kimi qiymətləndirilmişdir. Halbuki şahidlər X9, X4 və X12 ibtidai istintaq zamanı, Şahid1 isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən vermiş olduqları ifadələrdə Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir xüsusat bildirməmişlər. Bundan əlavə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə - metamfetamini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddənin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (psixotrop maddənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən döyülməsi, bu səbəbdən etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X10 daxil olmuş 09 dekabr 2023-cü il tarixli, 1732 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmazdan bir neçə saat əvvəl ülgüc ilə sol qolunu kəsdiyini, 2-3 gün əvvəl isə maşını düzəldən zaman sağ əlindən və hər iki baldırından xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazunun və sol saidin kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən üayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd man xəsarətlərin xarakterini və lokalizasiyasının nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni ülgücün kəsici kənarının təsirindən törənə bilərdilər; bədənin əl çatan nahiyələrində yerləşdiklərindən şəxsin özü tərəfindən yetirilmələri inkar edilmir. Sağ əlin və hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasının nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən, zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə törənə bilərdi. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsində əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bildirsə də, cinayət işinin materiallarında olan 4558/K saylı 28 dekabr 2023-cü il tarixli maddi sübutların ekspertizasına dair rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, 08 dekabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanının yaxınlığında yol ilə piyada hərəkət edən zaman yerdə 01 ədəd büküm gördüyünü, marağını çəkdiyi üçün onu götürərərk içərisinə baxdığını və “patı”olduğunu görmüş, gələcəkdə istifadə etmək məqsədi ilə götürərək şalvarının sağ yan cibinə qoyaraq daşımışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitə olan “nəşə”dən istifadə etmiş, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, şəxsi istifadəsi üçün üzərində daşımışdır. Əlavə olaraq bildirmişdir ki, saxlanılan zaman tanışı Şahid2 da onunla birlikdə olmuş, lakin Hüseynin “patı”nın onun üzərində olmasından heç bir məlumatı yox olmamışdır, onlar uzun müddətdir bir-biril’rini görmədikləri üçün görüşmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs hadisə ilə bağlı onu bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə təxminən saat 10:45 radələrində Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, 501 -ci məhəllənin yaxınlığında tanışı Şahid2 ilə birlikdə idarə etdiyi “Daewoo” markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında olan zaman onlara mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onlardan özlərini təqdim etməklərini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “patı” vardır. Bundan sonra polis əməkdaşları onu tanışı Şahid2la birlikdə baş polis idarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, tanışı Şahid2 üzərinə isə baxış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibində “patı”olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarın sol yan cibindən 01 ədəd avtomobilinin açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini və 10 manat pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində içərisində ağ rəngli, spesifik iyə malik olmayan, kristal formada olan “patı” aşkarlanmış, daha sonra “patı” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün 01 ədəd “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş, 10 manat pul və avtomobil açarı ona qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, Bundan sonra onunla birlikdə saxlanılmış Şahid2 üzərinə baxış keçirilən zaman o üzərində heç bir narkotik vasitə və ya psixotrop maddənin olmadığını bildirərək əynində olan cins şalvarın sol arxa cibindən “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və daha sonra həmin mobil telefon onun özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo” markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bununla bnağlı ərizə yazmış, bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə avtomobilinə baxış keçirilməyə başlanılmış, baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilirmişdir. Baxış zamanı ondan avtomobildə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulduqda o, qanunsuz heç bir əşyanın olmadığını bildirmişdir. Baxış zamanı avtomobildən 01 ədəd ona məxsus sürücülük vəsiqəsi, 01 ədəd hərbi bilet, avtomobilin qeydiyyat şəhadətnaməsi və 01 ədəd etibarnamə aşkar edilmiş və polis əməkdaşı tərəfindən götürülmüşdür. Baxış zamanı avtomobildən digər əşya aşkar edilməmişdir. Bundan başqa məhkəmə Şahid2 məhkəmə iclasında vermiş olduğu ifadəyə tənqidi yanaşaraq hesab edir ki, sonuncunun bu ifadəsi Təqsirləndirilən şəxs müdafiə xarakterlidir. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, 08 dekabr 2023-cü il tarixdə təxminən saat 10:45 radələrində o, Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllənin yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə onun idarə etdiyi “Daewoo” markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobilin yaxınlığında olan zaman onlara mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili'İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onlardan özlərini təqdim etməklərini xahiş etmiş, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun tanışı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində “patı”var. Lakin Şahid2 Təqsirləndirilən şəxs üzərində “patı” olmasından tam olaraq məlumatsız olmuşdur. Onların görüşməkdə əsas məqsədi uzun müddətdir ki, bir-birilərini görməməkləri olmuşdur. Bundan sonra polis əməkdaşları onu tanışı Təqsirləndirilən şəxslə birlikdə baş polis idarəsinə dəvət etmiş, onlar buna etiraz etməyib polis əməkdaşları ilə İlkinin avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində İlkin müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, Şahid2 üzərinə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı İlkin cibində “patı” olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarın sağ arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarın sol yan cibindən 01 ədəd avtomobilinin açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini və 10 manat pulu çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş, təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində içərisində ağ rəngli, spesifik iyə malik olmayan, kristal formada olan “patı” aşkarlanmış, bundan sonra “patı” polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün 01 ədəd “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən götürülmüş, 10 manat pul və avtomobil açarı İlkinə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Şahid2 üzərinə baxış keçirilən zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddənin olmadığını bildirərək əynində olan cins şalvarın sol arxa cibindən “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və daha sonra ona geri qaytarılmışdır. Həmçinin cinayət işinin materiallarında olan “Üzləşdirmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs onunla birlikdə saxlanılmış Şahid2 ilə üzləşdirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs və Şahid2 istintaqa verdiyi ifadələri bir daha təsdiq etmişlər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Neftçala rayonu, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi hər hansı şikayət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallardan və ağırlaşdıran hər hansı hallardan hər hansı birini müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 dekabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,438 qram təşkil edən psixotrop maddə - metamfetamin məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan qalıq çəkisi 5,438 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar