Məhkəmə qərarları › İş №1(101)-1461/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1461/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1461/2024 18.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X33, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X24, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla 2 yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsində mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs mənfəət əldə etmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan münasibətdə olduğu ayrı-ayrı şəxslərin adlarına müxtəlif müəssisələr təsis edilməsinə və fiziki şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyatdan keçirilib müvafiq olaraq VÖEN almasına nail olmaqla, eləcə də fərdi qaydada mühasibatlıq fəaliyyəti ilə əlaqədar xidmət göstərdiyi ayrı-ayrı fiziki və hüquqi şəxslərə, o cümlədən cinayətdən xəbərsiz X11 adına xx.xx.2015-ci il tarixdə qeydiyyatda alınmış VÖEN **********1 olan "xxxx" MMC, cinayətdən xəbərsiz Şahid13 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış VÖEN ********** olan "xxxx" MMC, xx.xx.2018-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC və xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış VÖEN ********** olan "xxxx" MMC, cinayətdən xəbərsiz Şahid8 adına xx.xx.2018-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC, xx.xx.2019-cu il tarixdə cinayətdən xəbərsiz Pakistan İslam Respublikasının vətəndaşı X75 Muhammad Nawazın adına qeydiyyatda alınmış VÖEN ********** olan “X114 Management” MMC, cinayətdən xəbərsiz arvadı Şahid1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC, xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC və xx.xx.2020-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC, cinayətdən xəbərsiz X17 adına xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC, cinayətdən xəbərsiz Şahid6 adına xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC, cinayətdən xəbərsiz X25 adına xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan “X107” MMC, cinayətdən xəbərsiz Pakistan İslam Respublikasının vətəndaşı Qayyum Abdulun adına xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan “X109” MMC və həmin tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan “X112” MMC, cinayətdən xəbərsiz Şahid3 adına xx.xx.2021ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC və həmin tarixdə qeydiyyata alınmış VÖEN ********** olan "xxxx" MMC, cinayətdən xəbərsiz X39 adına xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan “X91” MMC (əvvəlki adı: X92 MMC), cinayətdən xəbərsiz X6 adına xx.xx.2021 -ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC (əvvəlki adı: X92 MMC), cinayətdən xəbərsiz X26 adına xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC, cinayətdən xəbərsiz Şahid10 adına xx.xx.2022-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan "xxxx" MMC, eləcə də xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınmış VÖEN ********** olan fiziki şəxs cinayətdən xəbərsiz Şahid2 olmaqla ümumilikdə 20 əsas məqsədi qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olmayan şirkətlərin təsis edilməsinə, eləcə də fərdi qaydada mühasibatlıq fəaliyyəti göstərməsi ilə əlaqədar olaraq ASAN imzası onda olan şirkətlərdə əməliyyatlar aparmasına və bir fiziki şəxsin qeydiyyata alınmasına nail olmaqla, həmin vergi ödəyicilərinə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayına kimi faktiki rəhbərlik edib qeyd olunan dövr ərzində pul vəsaitlərinin nağdlaşdırılmasında köməklik göstərilməsi üçün özünə müraciət edən ayrı-ayrı şirkətlərin, müəssisələrin rəsmi və faktiki rəhbərləri ilə nağdlaşdırılacaq pul vəsaitinin bank xərcləri və sadələşdirilmiş vergi tutulmaları nəzərə alınmaqla müvafiq olaraq 2-5 faizinin qazanc kimi özünə götürülməsi barədə razılığa əsasən, faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək və başqa əməliyyatları pərdələmək məqsədilə təsis edilmiş şirkətlərin adına Kapital Bank ASC və digər banklarda açılmasına nail olduğu bank hesablarını özünün rekvizitləri kimi təqdim etməsi ilə sifarişçi qismində çıxış edən şirkətlərin, müəssisələrin bank hesablarından müxtəlif məbləğdə, o cümlədən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən “X112” MMC-nin bank hesabına köçürülmüş 8.700 (səkkiz min yeddi yüz) manat pul vəsaitinin 2 faizi olmaqla 174 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-nin bank hesabına “Bakı şəhəri Təcili və X32 Stansiyası” PHŞ tərəfindən 134.757,18 manat, Yevlax RMX PHŞ tərəfindən 59.172,4 manat olmaqla ümumilikdə kömçürülmüş 193.929,58 (bir yüz doxsan üç min doqquz yüz iyirmi doqquz manat əlli səkkiz qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 3.879 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC tərəfindən “X112” MMC-nin bank hesabına köçürülmüş 69.859,25 (altmış doqquz min səkkiz yüz əlli doqquz manat iyirmi beş qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 2.096 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC tərəfindən “X112” MMC-nin bank hesabına 25.265,10 manat, Basilica MMC-nin bank hesabına 99.519,22 manat, X109 MMC-nin bank hesabına 82.593,45 manat olmaqla ümumilikdə köçürülmüş 207.377,77 (iki yüz yeddi min üç yüz yetmiş yeddi manat yetmiş yeddi qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 6.222 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC tərəfindən “X112” MMC-nin bank hesabına 37.124,62 manat, “X109” MMC-nin bank hesabına 97.244,66 manat, "xxxx" MMC-nin bank hesabına 14.006,60 manat və "xxxx" MMC-nin bank hesabına 1.320 manat olmaqla ümumilikdə köçürülmüş 149.695,88 (bir yüz qırx doqquz min altı yüz doğsan beş manat səksən səkkiz qəpik) manat pul vəsaitinin 5 faizi olmaqla 7.485 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC tərəfindən “X112” MMC-nin bank hesabına köçürülmüş 48.770,53 (qırx səkkiz min yeddi yüz yetmiş manat əlli üç qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 1.464 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "X57" MMC tərəfindən “X109” MMC-nin bank hesabına 4.000 manat, "xxxx" MMC-nin bank hesabına 2.000 manat olmaqla ümumilikdə köçürülmüş 6.000 (altı min) manat pul vəsaitinin 2 faizi olmaqla 120 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdək X107 MMC-nin bank hesabına X22 MMC tərəfindən 61.085,85 manat, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən 50.400 manat, Piramida Reklam MMC tərəfindən 3.000 manat olmaqla ümumilikdə köçürülmüş 114.485,85 manat pul vəsaitinin 2 faizi olmaqla 2.290 manat, fiziki şəxs X18 tərəfindən köçürülmüş 97.000 manat pul vəsaitinin 3 faizi olmaqla 2.910 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək ZV Group MMC tərəfindən Şahid1 bank hesabına 24.664,56 (iyirmi dörd min altı yüz altmış dörd manat əlli altı qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 494 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Turan Reklam MMC tərəfindən Şahid1 bank hesabına köçürülmüş 58.710 (əlli səkkiz min yeddi yüz on) manat pul vəsaitinin 5 faizi olmaqla 2.936 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək VR Holding MMC tərəfindən Şahid1 bank hesabına köçürülmüş 15.886 manat pul vəsaitinin 2 faizi olmaqla 318 manat, Arcreat MMC-nin bank hesabına köçürülmüş 4.879,75 manat pul vəsaitinin 3 faizi olmaqla 147 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Basilica MMC-nin bank hesabına OFFİCEPRO MMC tərəfindən 23.583 manat, LİBRA-E MMC tərəfindən 16.500 manat olmaqla ümumilikdə köçürülmüş 40.083 (qırx min səksən üç) manat pul vəsaitinin 2 faizi olmaqla 802 manat, xx.xx.2021-ci il tarixində Şəki MRX PHŞ tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 35.319,86 (otuz beş min üç yüz on doqquz manat səksən altı qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 707 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMCdən "X112" MMC-nin bank hesabına 19.586 manat, "xxxx" MMC-nin bank hesabına 3.150 manat, UV forma MMC-nin bank hesabına 5.192 manat olmaqla ümumilikdə köçürülmüş 27.928 manat pul vəsaitinin 2 faizi olmaqla 559 manat, fiziki şəxs Şahid2 bank hesabına köçürülmüş 28.842 manat pul vəsaitinin 3 faizi olmaqla 866 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X13 "xxxx" MMC-nin bank hesabına köçürülmüş 29.000 (iyirmi doqquz min) manat pul vəsaitinin 3 faizi olmaqla 870 manat, xx.xx.2021-ci il tarixədən xx.xx.2022-ci il tarixədək “X79” MMC-dən "xxxx" MMC-nin bank hesabına 12.750 manat, "xxxx" MMC-nin bank hesabına 8.000 manat olmaqla ümumilikdə köçürülmüş 20.750 (iyirmi min yeddi yüz əlli) manat pul vəsaitinin 2 faizi olmaqla 415 manat, xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən "xxxx" MMC-nin bank hesabına 7.598 manat, CREATİQUE” MMCnin bank hesabına 4.000 manat, “X107 MMC- nin bank hesabına 3.480 manat, X112 MMC-nin hesabına 1.000 manat, Reserve MMC-nin bank hesabına 18.485 manat, TİM COMPANY MMC-nin bank hesabına 4.995 manat olmaqla köçürülmüş 39.558 manat pul vəsaitinin 2 faizi olmaqla 792 manat, X109 MMC-nin bank hesabına 4.992 manat, Basilica MMC-nin bank hesabına 4.995 manat olmaqla ümumilikdə köçürülmüş 9.987 manat pul vəsaitinin 3 faizi olmaqla 300 manat, xx.xx.2021-ci il tarixədən 17.01,2022-ci il tarixədək "xxxx" MMC-dən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 49.035 manat pul vəsaitinin 3 faizi olmaqla 1.472 manat, X91 MMC-nin bank hesabına 14.110 manat, Şahid2 bank hesabına 15.790 manat olmaqla köçürülmüş 29.900 pul vəsaitinin 2 faizi olmaqla 598 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 105.270 manat, “ARTCREAT“ MMC-nin bank hesabına 17.000 manat olmaqla ümumilikdə köçürülmüş 122.270 (bir yüz iyirmi iki min iki yüz yetmiş) manat pul vəsaitinin 3 faizi olmaqla 3.669 manat, xx.xx.2021-ci il tarixədə Tim Company MMC-nin bank hesabına Daxili İşlər Nazirliyinin Mətbəəsi tərəfindən köçürülmüş 4.952,25 (dörd min doqquz yüz əlli iki manat iyirmi beş qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 100 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-dən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 15.100 manat pul vəsaitini 3 faizi olmaqla 453 manat, xx.xx.2021-ci il tarixdən 07.01,2022-ci il tarixədək Accent Group MMC tərəfindən Şahid1 bank hesabına köçürülmüş 19.203 (on doqquz min iki yüz üç) manat pul vəsaitinin 2 faizi olmaqla 385 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-dən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 9.961 (iyirmi doqquz min) manat pul vəsaitinin 2 faizi olmaqla 200 manat, xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən "xxxx" MMC-nin bank hesabına 1.400 manat, “X107 MMC-nin bank hesabına 4.710 manat olmaqla ümumilikdə köçürülmüş 6.110 (altı min yüz on) manat pul vəsaitinin 2 faizi olmaqla 123 manat, xx.xx.2021-ci il tarixdən 21,02.2022-ci il tarixdək Stabil-E MMC tərəfindən tərəfindən X114 MANAGEMENT MMCnin bank hesabına 41.491 manat, Şahid6 bank hesabına 62.393,93 manat olmaqla köçürülmüş 103.884,93 (bir yüz üç min səkkiz yüz səksən dörd manat doğsan üç qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 3.117 manat, xx.xx.2021-ci il tarixdə GENERAL SERVİCES AND CO MMC-nin bank hesabına Promo Plus MMC tərəfindən köçürülmüş 500 (beş yüz) manat pul vəsaitinin 2 faizi olmaqla 10 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək K.Y.Fərəcova adına X51 İnstitutu PHŞ tərəfindən "xxxx" MMC-nin bank hesabına 133.971,3 manat və "xxxx" MMC-nin bank hesabına 43.103,05 manat olmaqla ümumilikdə köçürülmüş 177.074,35 (bir yüz yetmiş yeddi min yetmiş dörd manat otuz beş qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 3.542 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək LİKE PRİNT MMC-nin bank hesabına ART COMPANY MMC tərəfindənm 9.007 manat, X65 İnsititutu tərəfindən 995 manat, Qusar RMX PHŞ tərəfindən 38.902,75 manat olmaqla ümumilikdə köçürülmüş 48.904,75 (qırx səkkiz min doqquz yüz dörd manat yetmiş beş qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 1.468 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək RESERVE MMC-nin bank hesabına Naftalan Kommunal Təsərrüfat Birliyi tərəfindən köçürülmüş 38.957 (otuz səkkiz min doqqu yüz əlli yeddi) manat pul vəsaitinin 2 faizi olmaqla 780 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X52 idarəsi tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 8.500 (səkkiz kin beş yüz) manat pul vəsaitinin 2 faizi olmaqla 170 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "X110" MMC-dən "X109" MMC-nin bank hesabına köçürülmüş 108.898,05 manat pul vəsaitinin 3 faizi olmaqla 3.267 manat, "xxxx" MMC-nin bank hesabına köçürülmüş 25.237,56 manat pul vəsaitinin 2 faizi olmaqla 505 manat, xx.xx.2021-ci il tarixədən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-dən "xxxx" MMCnin bank hesabına 47.000 manat, “X107 MMC-nin bank hesabına 10.000 manat, RESERVE BAKU MMC-nin bank hesabına 5.500 manat, STERİL MMC-nin bank hesabına 15.500 manat, UV FORMA MMC-nin bank hesabına 12.000 manat, “X92 “ MMC-nin bank hesabına 3.500 manat, X103 MMC- nin bank hesabına 13.000 manat olmaqla ümumilikdə köçürülmüş 106.500 manat pul vəsaitinin 2 faizi olmaqla 2.130 manat, “ARTCREAT “MMC-nin bank hesabına 7.000 manat, fiziki şəxs Şahid2 bank hesabına 15.000 manat olmaqla köçürülmüş ümumilikdə 22.000 manat pul vəsaitinin 3 faizi olmaqla 660 manat, xx.xx.2021-ci il tarixdək X71 MMC tərəfindən Şahid1 bank hesabına köçürülmüş 4.792 (dörd min yeddi yüz doğsan iki) manat pul vəsaitinin 2.5 faizi olmaqla 120 manat, xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək GRAND MEDİA MMC-dən "xxxx" MMC-nin bank hesabına 22.500 manat, “X107” MMC-nin bank hesabına 6.000 manat olmaqla ümumilikdə köçürülmüş 28.500 (iyirmi səkkiz min beş yüz) manat pul vəsaitinin 2 faizi olmaqla 570 manat, xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək Hidrogeoloji Meliorasiya Xidmətindən "xxxx" MMC-nin bank hesabına 3.609 manat, “X112” MMC-nin bank hesabına 3.114,39 manat, Basilica MMC-nin bank hesbaına 900 manat olmaqla ümumilikdə köçürülmüş 7.623,39 (yeddi min altı yüz iyirmi üç manat otuz doqquz qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 153 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-dən "X109" MMC-nin bank hesabına 20.309,80 manat, "X112" MMC-nin bank hesabına 140.018,91 manat, "xxxx" MMC-nin bank hesabına 20.550,38 manat, fiziki şəxs Şahid2 bank hesabına 13.680 olmaqla ümumilikdə köçürülmüş 194.559,09 (bir yüz doğsan dörd manat beş yüz əlli doqquz manat doqquz qəpik) manat pul vəsaitinin 5 faizi olmaqla 9.728 manat, xx.xx.2021-ci il tarixdə Naftalan şəhər 1 nömrəli İƏD üzrə nümayəndəlikdən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 7.800 (yeddi min səkkiz yüz) manat pul vəsaitinin 2 faizi olmaqla 156 manat, xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək Naftalan şəhər icra hakimiyyətindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 13.030 (on üç min otuz) manat pul vəsaitinin 2 faizi olmaqla 261 manat, xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-dən "xxxx" MMCnin bank hesabına 16.030 manat, X112 MMC-nin bank hesabına 74.697,15 manat, GENERAL SERVİCES AND CO MMC- nin bank hesabına 38.547 manat və RESERVE MMC-nin bank hesabına 16.000 manat olmaqla ümumilikdə köçürülmüş 145.274,15 manat pul vəsaitinin 2 faizi olmaqla 2.906 manat, X109 MMC-nin bank hesabına köçürülmüş 15.640 manat pul vəsaitinin 3 faizi olmaqla 470 manat, BASİLİCA MMC-nin bank hesabına köçürülmüş 15.950 manat pul vəsaitinin 2.5 faizi olmaqla 399 manat, xx.xx.2021-ci il tarixində Goranboy MRX PHŞ tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 2.947 (iki min doqquz yüz qırx yeddi) manat 2 faizi olmaqla 59 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X21 PHŞ tərəfindən “X109” MMC-nin bank hesabına köçürülmüş 25.345 manat pul vəsaitinin 5 faizi olmaqla 1.268 manat, Reserve MMC-nin bank hesabına köçürülmüş 36.316,50 manat pul vəsaitinin 2 faizi olmaqla 727 manat, xx.xx.2021-ci il tarixdək CHAP ART MMC tərəfindən tərəfindən UV Forma (LİFE ENTERPRİSES GROUP MMC) MMC-nin bank hesabına köçürülmüş 390 (üç yüz doğsan) manat pul vəsaitinin 2 faizi olmaqla 8 manat, xx.xx.2021-ci il tarixdə Qazax RMX PHŞ tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 47.929,40 (qırx yeddi min doqquz yüz iyirmi doqquz manat qırx qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 959 manat, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən “X112” MMC-nin bank hesabına 45.345,58 manat və Basilica MMC-nin bank hesabına 26.000 manat olmaqla ümumilikdə köçürülmüş 71.345,58 (yetmiş bir min üç yüz qırx beş manat əlli səkkiz qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 2.141 manat, xx.xx.2022-ci il tarixdə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən "xxxx" MMC-nin bank hesabın köçürülmüş 1.800 (bir min səkkiz yüz) manat pul vəsaitinin 2 faizi olmaqla 36 manat, xx.xx.2022-ci il tarixdə X31 X116 tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 25.000 (iyirmi beş min) manat pul vəsaitinin 2 faizi olmaqla 500 manat, xx.xx.2022-ci il tarixdə SİMPLEX QSC tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 71.406,9 (yetmiş bir min dörd yüz altı manat doğsan qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 2.143 manat, xx.xx.2022-ci il tarixdə “Tikinti- Quraşdırma Az NY TŞS" QSC tərəfindən Şahid2 bank hesabına köçürülmüş 3.231,12 (üç min iki yüz otuz bir manat on iki qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 97 manat, xx.xx.2022-ci il tarixdə Azərbaycan Texniki Universiteti tərəfindən tərəfindən UV Forma MMC (LİFE ENTERPRİSES GROUP MMC) bank hesabına 2.946 manat və fiziki şəxs Şahid6 bank hesabına 4.991,20 manat olmaqla köçürülmüş 7.937,20 (yeddi min doqquz yüz otuz yeddi manat iyirmi qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 239 manat, xx.xx.2022-ci il tarixdə Depo MMC tərəfindən Şahid2 bank hesabına köçürülmüş 40.000 (qırx min) manat pul vəsaitinin 3 faizi olmaqla 1.200 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X113 MMC tərəfindən X91 MMC-nin bank hesabına köçürülmüş 59.718,75 (əlli doqquz min yeddi yüz on səkkiz manat yetmiş beş qəpik) manat pul vəsaitinin 3 faizi olmaqla 1.792 manat, xx.xx.2022-ci il tarixdə X69 PHŞ tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 246.063,04 (iki yüz qırx altmı min altmış üç manat dörd qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 4.922 manat, xx.xx.2022-ci il tarixdə Tovuz Hemodialez və Diaqnoztika mərkəzi tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 4.900 (dörd min doqquz yüz) manat pul vəsaitinin 2 faizi olmaqla 98 manat, xx.xx.2022-ci il tarixədək “UV Forma“ MMC-nin bank hesabına ART COMPANY MMC tərəfindən köçürülmüş 22.000 manat pul vəsaitinin 2 faizi olmaqla 440 manat, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək UV Forma MMC-nin (LİFE ENTERPRİSES GROUP MMC) bank hesabına X58 tərəfindən 74.610 manat, HSEAZ MMC tərəfindən 1.000 manat, Master Tools MMC tərəfindən 10.107 manat olmaqla ümumilikdə köçürülmüş 85.717 (səksən beş min yeddi yüz on yeddi) manat pul vəsaitinin 2 faizi olmaqla 1.715 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Təhsil İnsititutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən “X91” MMC-nin bank hesabına 56.647,80 manat, X92 MMC-nin bank hesabına 9.674,96 manat olmaqla ümumilikdə köçürülmüş 66.322,76 (altmış altı min üç yüz iyirmi iki manat yetmiş altı qəpik) manat pul vəsaitinin 2 faizi olmaqla 1.327 manat, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhhiyə Nazirliyi Təcili və X70 Yardım Stansiyası PHŞ tərəfindən Artcreat MMC-nin bank hesabına köçürülmüş 14.941 (on dörd min doqquz yüz qırx bir) manat pul vəsaitinin 3 faizi olmaqla 449 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Artcreat MMC-nin bank hesabına X59 tərəfindən 17.850 manat, Gülüstan Sarayı tərəfindən 1.001 manat, AGRO-LAND-AZ QSC tərəfindən 76846,9 manat olmaqla ümumilikdə 95.697,90 manat pul vəsaitinin 3 faizi olmaqla 2.871 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Xırdalan şəhər bələdiyyəsi tərəfindən “X107 MMC-nin bank hesabına köçürülmüş 2.165.79 manat pul vəsaitinin 2 faizi olmaqla 44 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ELCORE DİSTRİBUTİON MMC tərəfindən X103 MMCnin bank hesabına 38.000 manat, T-PRİNT MMC-nin bank hesabına 162.000 manat, Reserve Baku MMC-nin bank hesabına 100.000 manat olmaqla ümumilikdə köçürülmüş 300.000 (üç yüz min) manat pul vəsaitinin 2 faizi olmaqla 6.000 manat olmaqla, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin aprel ayınadək olan müddətdə göstərilən 20 hüquqi şəxs və iki nəfər fiziki şəxsin Bakı şəhərində müxtəlif banklarda olan bank hesablarına 41 hüquqi şəxs tərəfindən 2.534.891,62 manat, 4 fiziki şəxs tərəfindən 218.460 manat və 24 dövlət müəssisəsi tərəfindən 1.039.406,87 manat olmaqla ümumilikdə 3.792.758,49 manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olub, razılaşmalarına əsasən sifarişçi qismində çıxış edən fiziki və hüquqi şəxslərə heç bir mal-material satmadığı, reklam, çap və digər xidmətlər göstərilmədiyi halda köçürülmüş pul vəsaitlərinin təyinatında mal-materialın satışı, reklam, çap və digər xidmətlər göstərməsinə dair elektron qaimələr tərtib etməklə həmin məbləğin 2-5 faizi olmaqla ümumilikdə 102.293 manat məbləğində pul vəsatini özündə saxlayıb qalan vəsaiti sifarişçi qismində çıxış edən fiziki və hüquqi şəxslərə faktiki özünün idarəçiliyində olmaqla cinayətdən xəbərsiz arvadı Şahid1 adına xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamenti tərəfindən qeydiyyata alınmış VÖEN ********** əsasında sonuncunun razılığı ilə fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla danışıq kartlarının Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində alqı-satışını həyata keçirməsi nəticəsində əldə etdiyi nağd pul vəsaiti hesabına qeyd edilən dövr ərzində Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda verməklə ümumilikdə 102.293 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda gəlir qismində əldə etməklə yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla əldə etdiyi qeyd edilən məbləğdə pul vəsaitinin cinayət yolu ilə əldə olunduğunu bilə-bilə əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə pul vəsaitlərindən istifadə etməklə faktiki olaraq yuxarıda qeyd olunan şirkətlərə və fiziki şəxslərə heç bir mal- material satmadığı, reklam, çap və digər xidmətlər göstərilmədiyi halda köçürülmüş pul vəsaitlərinin təyinatında mal-materialın satışı, reklam, çap və digər xidmətlər göstərməsinə dair elektron qaimələr tərtib etməklə pul vəsaitlərinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 20 hüquqi şəxs və iki nəfər fiziki şəxsin Bakı şəhərində müxtəlif banklarda olan bank hesablarına 41 hüquqi şəxs tərəfindən 2.534.891,62 manat, 4 fiziki şəxs tərəfindən 218.460 manat və 24 dövlət müəssisəsi tərəfindən 1.039.406,87 manat olmaqla küçürülmüş ümumilikdə 3.792.758,49 manat məbləğində pul vəsatini qeyd edilən dövrdə Bakı şəhəri ərazisində mobil bankçılıq proqram təminatı vasitəsi ilə cinayətdən xəbərsiz arvadı Şahid1 "xxxx" ASC-də olan AZ31RBTA******************** və "xxxx" ASCdə olan AZ73PAHA41040AZNSC********** bank hesablarına köçürməklə sonucuya məxsus həmin hesablardan qeyd edilən dövrdə Bakı şəhəri ərazisində eyni qaydada danışıq kartların alışı üçün pul vəsaitlərini "xxxx" MMC, Shopstore MMC, Mobillion MMCnin bank hesabına köçürərək ümumilikdə yalançı sahibkarlıq cinayəti nəticəsində əldə etdiyi 102.293 (bir yüz iki min iki yüz doxsan üç) manat məbləğində maliyyə əməliyyatları aparıb qeyd edilən pul vəsaitinin həqiqi mənbəyini gizlətməklə vahid niyyətlə xeyli miqdarda pul vəsaitini leqallaşdırmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1 və 193-1.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hər şey ittiham aktında yazıldığı kimidir və ittiham aktında yazılanları təsdiq edir. Bununla yanaşı, bildirmişdir ki, Cinayət Məcəlləsinin 193.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş, bundan əlavə də, vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etmişdir (ümumilikdə 204586 manat). Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla bəraətverici əsaslar olmadan xitam verilməsini, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə isə səhhətinin, ailə vəziyyətinin nəzərə alınmaqla ədalətli cəza təyin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, 2021-2022-ci illərdə həyat yoldaşı Şahid1 adına tədbirlərin təşkil edilməsi fəaliyyəti ilə məşğul olan “X10” MMC və "xxxx" MMC, eləcə də təmizlik və dezinfeksiya işlərin görülməsini həyata keçirən "xxxx" MMC və "xxxx" MMC-ni təsis etmişdir. Tanışı Şahid19 fiziki şəxs kimi “Azərcell” və “Bakcell” mobil operatorlarından danışıq kartlarının alınıb satışını həyata keçirmişdir. Səyavuş ona gördüyü iş barədə danışmış, ağlına batdığı üçün həyat yoldaşı Şahid1 adına olan ABC Content MMC-dən və Shopstore MMC-dən Azərcel və Bakcell mobil operatorlarına aid danışıq kartlarının alqısatışını etmişdir. Səyavuşun köməkliyi ilə danışıq kartlarını Azərbaycanın bölgələrində satmışdır. Danışıq kartlarının satışından əldə etdiyi pul vəsaitini həyat yoldaşının Paşa Bank ASC və Rabitəbank ASC-də olan bank hesablarına, daha sonra həmin pul vəsaitləri ABC Content MMC və Shopstore MMC-lərin hesablarına köçürülmüşdür. Pulunu nağdlaşdırdığı fiziki və hüquqi şəxslər həmin pul vəsaitlərinin 2-3 faizini ona vermişdir. Həmin fiziki və hüquqi şəxslərin Şahid1 bank hesabına köçürdükləri məbləğləri danışıq kartlarının təyinatı olaraq rəsmiləşdirilmişdir. Həmin fiziki və hüquqi şəxslərə danışıq kartları faktiki olaraq satılmamışdır. Nağdlaşdırdığı pul vəsaitləri üzrə vergi və digər ödənişlər çıxdıqdan sonra müəyyən faizlərdə pulu özünə götürüb qalan pulu digər şəxslərə vermişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, 2019-cu il tarixdən hal-hazırkı vaxtadək Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsində mühasib işləməklə yanaşı fərdi qaydada mühasib fəaliyyəti ilə də məşğul olur. Arvadı Şahid1 adına 2018-ci ildə Dövlət Vergi Xidmətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınaraq VÖEN almış, fiziki şəxs kimi Aysel vergidən qeydiyyatdan keçsə də sonuncu heç bir işlə məşğul olmamış, faktiki rəhbərliyi özü həyata keçirmişdir. Bundan başqa 2021-2022-ci illərdə Şahid1 adına tədbirlərin təşkil edilməsi fəaliyyəti ilə məşğul olan “X10” MMC və "xxxx" MMC, eləcə də təmizlik və dezinfeksiya işlərin görülməsini həyata keçirən "xxxx" MMC və "xxxx" MMC təsis edilmişdir. Həmçinin arvadı Ayselin direktoru olduğu "xxxx" MMC-də təmizlik və təchizat işlərinin görülməsini həyata keçirmişdir. Müxtəlif şirkətlərin açılmasının səbəbi bir şirkətin dövriyyəsi 200.000 manatı keçdikdən sonra ƏDV ödəyicisinə düşməsi olmuş, belə olan halda fəaliyyət göstərmək sərfəli olmadığına görə müxtəlif adlarda şirkətlər təsis edilmişdir. Tanışı Şahid19 fiziki şəxs kimi “Azərcell” və “Bakcell” mobil operatorlarından danışıq kartlarının alıb satışını həyata keçirmişdir. Səyavuş ona gördüyü iş barədə danışmış, ağlına batdığı üçün arvadı Şahid1 adına olan VÖEN əsasında ABC Content MMC-dən və Shopstore MMC-dən Azərcel və Bakcell mobil operatorlarına aid danışıq kartlarının alqı-satışını həyata keçirməyə başlamışdır. Səyavuşun köməkliyi və sonuncunun tanışlarının vasitəsi ilə danışıq kartlarının Azərbaycanın bölgələrində satışını həyata keçirmiş, danışıq kartlarının satışından əldə edilmiş pul vəsaiti Şahid1 Paşa Bank ASC və Rabitəbank ASC-də olan bank hesablarına banklarda hesabın möhkəmləndirilməsi və ya təsisçi tərəfindən mədaxil təyinatı ilə mədaxil olunmuş, daha sonra həmin pul vəsaitləri ABC Content MMC və Shopstore MMC-lərin hesablarına köçürülmüşdür. ƏDV ödəyicisi olmayan şirkət və ya fiziki şəxslər bank hesablarından ayda 15.000 manatdan, ƏDV ödəyicisi olanlar isə ayda 30.000 manatdan artıq məbləğdə pul vəsaitini nağdlaşdırma bilmədiklərinə görə 2021-ci ilin noyabr ayından 2022-ci ilin təxminən aprel ayına kimi olan qısa müddət ərzində ona müraciət edən fiziki və hüquqi şəxslərin hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdıra bilmədikdə, həmin hüquqi və fiziki şəxslər ümumi tanışlar vasitəsi ilə ona müraciət etmiş, o, danışıq kartlarının satışından əldə edilmiş pul vəsaitlərindən nağd qaydada həmin fiziki və hüquqi şəxslərə vermiş, fiziki və hüquqi şəxslərin hesabında olan pul vəsaitlərini isə ya birbaşa, ya da kı başqa şirkətlər vasitəsi ilə arvadı Şahid1 bank hesabına köçürmə yolu ilə köçürüb, bundan sonra həmin pulla da "xxxx" MMC-dən və "xxxx" MMC-dən yenidən danışıq kartları alıb satışını həyata keçirmişdir. Pulu nağdlaşdırdığı fiziki və hüquqi şəxslər həmin pul vəsaitlərinin 2-3 faizini ona vermişlər. O, həmin fiziki və hüquqi şəxslərin Şahid1 bank hesabına köçürdükləri məbləğləri danışıq kartlarının təyinatı olaraq rəsmiləşdirmiş, lakin həmin fiziki və hüquqi şəxslərə danışıq kartları faktiki olaraq satılmamışdır. O, nağdlaşdırdığı pul vəsaitlərini danışıq kartlarının satışından əldə etdiyi pul hesabına nağdlaşdırmış, həmçinin real gördüyü işləri də həmin pul hesabına görmüşdür. Nağdlaşdırdığı pulun 2-3 faizini özünə götürmüş, qalan pulu Bakı şəhərinin xatırlamadığı müxtəlif ünvanlarında qeyd etdiyi şəxslərə vermişdir. "xxxx" MMC-ni Elməddin Köçərliyevin adına təsis etmiş, lakin həmin MMC-nin faktiki rəhbəri özü olmaqla ASAN imza da özündə olmuşdur. "xxxx" MMC-nin hesabına "X110" MMC tərəfindən 25.237,56 manat köçürülmüş pul vəsaitini nağdlaşdırmış, nağdlaşdırdığı pulun iki faizini götürüb, qalan pulu həmin MMC-nin rəhbəri Şahid11 vermişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş 15.100 manat pul vəsaitini nağdlaşdırıb 2-3 faizini özünə götürüb qalan pulu Zaura vermişdir. “Kompika" MMC tərəfindən köçürülmüş 3.150 manat, 1 Nömrəli sahə İnzibati Ərazi Dairəsi Nümayəndəliyi tərəfindən köçürülmüş 7.800 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 12.750 manat, C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən köçürülmüş 7.598 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 47.000 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 16.030 manat, Naftalan şəhər icra hakimiyyəti tərəfindən köçürülmüş 13.030 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən köçürülmüş 1.400 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 22.500 manat, Hidrogeoloji Meliorasiya Xidməti tərəfindən köçürülmüş 3.609 manat, Goranboy RMX PHŞ tərəfindən köçürülmüş 2.947 manat, X52 idarəsi tərəfindən köçürülmüş 8.500 manat, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən köçürülmüş 1.800 manat, “X31 X116” tərəfindən köçürülmüş 25.000 manat pul vəsaitini də nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pul vəsaitini isə Şahid6 vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 20.550,38 manat pul vəsaitini nağdlaşdırıb 5 faizini özünə götürüb qalan pulu MMC-nin rəhbəri Ramazana vermişdir. X40 tərəfindən köçürülmüş 29.000 manat pulu nağdlaşdırıb 2-3 faizini özünə götürüb qalan pulu Zaura vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 9.961 manat pulla bağlı bildirmişdir ki, MMC Azər Əliyevin adına olmuş, həmin MMC-nin gördüyü işlərin bir qismi ona aid olmuşdur. Köçürülmüş qeyd olunan məbləğdə pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu Azərə vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 34.835 manat pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürmüş, qalan pulu isə MMC-nin rəhbəri Vüqara vermişdir. "xxxx" QSC tərəfindən köçürülmüş 71.406,90 manat pul vəsaitini nağdlaşdırmış, pulun 3 faizini özünə götürmüş, lakin konkret olaraq pulu nağdlaşdırıb kimə verdiyini dəqiq xatırlamamışdır. "xxxx" MMC tərəfindən köçürülmüş 105.270 manat pul vəsaitini nağdlaşdırıb 3 faizini özünə götürmüş, qalan pulu MMC-nin rəhbəri Sevda Hacıyevaya vermişdir. Nağdlaşdırdığı pul vəsaitləri üzrə vergi və digər ödənişlər çıxdıqdan sonra yuxarıda qeyd etdiyi faizlərdə pulu özünə götürüb qalan pulu qeyd etdiyi şəxslərə vermişdir. Qeyd olunan fiziki və hüquqi şəxslər nağdlaşdırdığı məbləğdə pul vəsaitlərini həmin hüquqi və fiziki şəxslərin hesablarından "xxxx" MMC-nin hesabına köçürmüşdür. Profitplus MMC-nin hesabına köçürülmüş pulun 492.619 manat məbləğini arvadı Şahid1, 33.686 manat məbləğində pul vəsaitini isə Ceyhun Məmmədovun hesabına köçürmüşdür. Arvadı Ayselin hesabına köçürülmüş pul vəsaitlərini danışıq kartlarının alışı üçün "xxxx" MMC və "xxxx" MMC-nin hesabına köçürmüşdür. O, "xxxx" MMC və "xxxx" MMC-dən danışıq kartları aldığı kimi Ceyhun Məmmədovdan da danışıq kartları almış, aldığı danışıq kartlarının pulunu ödəmək üçün "xxxx" MMC-nin hesabından 33.686 manat pul vəsaitini Ceyhun Məmmədovun hesabına ödəmişdir. Mərkəzi Bank tərəfindən "xxxx" MMC-yə pul köçürülməmiş, ola bilsin Bank çıxarışında düzgün qeyd edilməmiş, qeyd olunan 14.200 manat pul vəsaiti BST MMC tərəfindən näğdılaşdırmaq üçün köçürülmüşdür. O, da həmin pulu nağdlaşdırıb 2 faizini özünə götürmüş, qalan pulu isə MMC-nin rəhbəri Vüqara vermişdir. Bundan başqa bildirmişdir ki, “X112” MMC-ni Pakistan İslam Respublikasının vətəndaşının adına rəsmiləşdirmiş, lakin faktiki sahibi özü olmaqla ASAN imza da özündə olmuşdur. Həmin MMC-nin faktiki rəhbəri özü olmuşdur. “X112” MMC-nin bank hesabına "xxxx" MMC tərəfindən köçürülmüş 19.586 manat pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Şahid6 vermişdir. “Like Print" MMC-ni Şahid6 adına, “Reserve" MMC-ni Şahid13 adına, "xxxx" MMC-ni arvadı Şahid1 adına rəsmiləşdirmiş, lakin həmin MMC-lərin faktiki sahibi özü olmaqla MMC-lərin ASAN imzaları da onda olmuşdur. Qeyd olunan MMC-lərin adından Tural Qarayev dövlət satınalmalarında, tender və katirovka sorğusunda iştirak edərək qalib gəlmişdir. Şəki RMX PHŞ tərəfindən “Like Print" MMC-nin hesabına köçürülmüş 32.359,50 manat, Qazax RMX PHŞ tərəfindən “Reserve" MMC-nin hesabına köçürülmüş 47.929,40 manat, Bakı şəhəri Təcili tibbi yardım stansiyası tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 133.445 manat pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürmüş, qalan pulu isə Tural Qarayevə vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 37.124,62 manat, “RM Corporate" MMC tərəfindən köçürülmüş 140.018,91 manat pul vəaitini nağdlaşdırıb 5 faizini özünə götürmüş, qalan pulu isə Ramazana vermişdir. C.Cabbarlı adına Gənclər Kitabxanası tərəfindən köçürülmüş 1.000 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 74.697,15 manat, “X5” tərəfindən köçürülmüş 3.114,39 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 8.700 manat pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürmüş, qalan pulu isə Şahid6 vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 45.345,58 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 48.770,53 manat, “Uzay-E MMC” tərəfindən köçürülmüş 95.124,35 manat pulu nağdlaşdırıb 2 faizini özünə götürmüş, qalan pulu isə Elgizə vermişdir. Qeyd olunan fiziki və hüquqi şəxslər nağdlaşdırdığı məbləğdə pul vəsaitlərini “X112” MMC-nin bank hesabına köçürmüş, o, da həmin pulun 549.473 manat məbləğini arvadı X19, 25.460 manat məbləğində pul vəsaiti X34, 1.948 manat məbləğində pul vəsaiti Ceyhun Məmmədovun, 81.671 manat məbləğində pul vəsaitini Malik Miriyevin, 31.611 manat məbləğində pul vəsaitini X7 hesabına köçürmüşdür. Arvadı Ayselin hesabına köçürülmüş pul vəsaitlərini danışıq kartlarının alışı üçün "xxxx" MMC və Shopstore MMC-nin hesabına köçürmüşdür. "xxxx" MMC və Shopstore MMC-dən danışıq kartları aldığı kimi X27, Ceyhun Məmmədovdan, Malik Miriyevdən və X4 danışıq kartları almış, aldığı danışıq kartlarının pulunu ödəmək üçün “X112” MMC-nin hesabından 25.460 manat məbləğində pul vəsaitini X34, 1.948 manat məbləğində pul vəsaitini Ceyhun Məmmədovun, 81.671 manat məbləğində pul vəsaitini Malik Miriyevin, 31.611 manat məbləğində pul vəsaitini X7 hesabına köçürmüşdür. Bundan başqa bildirmişdir ki, “X109” MMC-ni hazırda adını xatırlamadığı xarici ölkə vətəndaşının adına rəsmiləşdirmiş, lakin faktiki sahibi özü olmaqla ASAN imzası da özündə olmuşdur. "xxxx" MMC-yə pul köçürmüş "xxxx" MMC və "xxxx" MMC-də faktiki olaraq özünə məxsus olmaqla ASAN imzası özündə olmuşdur. "xxxx" MMC tərəfindən “X109" MMC-nin bank hesabına köçürülmüş 4.000 manat pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürmüş, C.Cabbarli adına Gender kitabxanası tərəfindən Basilica MMC-nin bank hesabına köçürülmüş 4.989,4 manat, “X109” MMC-nin bank hesabına köçürülmüş 4.992 manat, "xxxx" MMC tərəfindən “X109” MMC-nin bank hesabına köçürülmüş 15.640 manat pul vəsaitini nağdlaşdıraraq həmin pul vəsaitlərinin 3 faizini özünə götürüb qalan pulu isə Şahid6 vermişdir. K.Y.Fərəcova adına Elmi Tədqiqat və Pediatriya İnstitutu PHŞ tərəfindən Like Print MMC-nin bank hesabına köçürülmüş 43.103,05 manat pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu isə Tural Qarayevə vermişdir. Qeyd olunan PHŞ tərəfindən Like Print MMC-nin hesabına köçürülmüş 43.103,05 manat pulun 36.604,7 manatını “X109” MMC-nin, 6.488 manatını isə arvadı Şahid1 bank hesabına köçürmüşdür. “X110” MMC tərəfindən köçürülmüş 108.898,05 manat pul vəsaitini nağdlaşdırıb pulun üç faizini özünə götürmüş, qalan pulu isə Şahid11 vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 97.244,66 manat və "xxxx" MMC tərəfindən köçürülmüş 20.309,80 manat pul vəsaitini nağdlaşdırıb beş faizini özünə götürmüş, qalan pulu isə Ramazana vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 82.593,45 manat pul vəsaitini nağdlaşdırıb 3 faizini özünə götürmüş, qalan pulu isə Elgizə vermişdir. Qeyd olunan hüquqi şəxslər nağdlaşdırılması üçün pul vəsaitlərini hesablarından “X109” MMC-nin hesabına köçürmüş, o, da həmin pulun 1.000 manatını "X54" MMC-nin hesabına, 289.708 manatını arvadı Şahid1 hesabına, 9.770 manatını X34 hesabına, 124.707 manatını Ceyhun Məmmədovun hesabına, 1.000 manatını Malik Miriyevin hesabına köçürmüşdür. Şahid1, X60, Ceyhun Məmmədov və Malik Miriyevin hesabına köçürdüyü pulları yuxarıda qeyd etdiyi kimi danışıq kartlarının alışı üçün köçürmüşdür. "xxxx" MMC X108 Xəstəxanası tərəfindən keçirilmiş katirovka sorğusunda iştirak etmiş və həmin xəstəxana tərəfindən "xxxx" MMC-nin hesabına 25.345 manat pul köçürülmüşdür. Həmin pulla bağlı bildirmişdir ki, MMC-nin adından katirovka sorğusunda Ramazan iştirak edərək qalib gəlmişdir. O, həmin pulu nağdlaşdırıb 5 faizini özünə götürüb qalan pulu Ramazana vermişdir. Bundan başqa bildirmişdir ki, ailəvi tanışı olan Şahid2 da adına VÖEN açaraq faktiki olaraq özü həmin VÖEN-i işlətmiş, ASAN imzası onda olmuş, həmin VÖEN-lə əlaqədar aparılan əməliyyatlardan Şahid2 məlumatı olmamışdır. Şahid2 bank hesabına pul köçürmüş bir neçə şirkətlərin faktiki rəhbəri özü olmaqla həmin əməliyyatları özü həyata keçirmişdir. X96 MMC və Reserve MMC faktiki olaraq özünə məxsus olmuşdur. Şahid2 bank hesabına X96 MMC tərəfindən köçürülmüş ümumilikdə 70.637,20 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaitinin 14.110 manatı BST MMC tərəfindən nağdlaşdırmaq üçün X96 MMC-yə köçmüş, həmin pulu nağdlaşdırıb BST MMC-nin rəhbəri Vüqara vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixində 56.648,8 manat pul vəsaiti Təhsil Texnologiyası Mərkəzi tərəfindən X96 MMC-nin hesabına köçmüşdür. Həmin pul vəsaitinin də 56.527,2 manatını Şahid2 hesabına köçürmüş, həmin pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Şahid16 vermişdir. Şahid2 bank hesabına Reserve MMC tərəfindən xx.xx.2022-ci il tarixində köçürülmüş 246.063,04 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaiti Azərbaycan X69 PHŞ tərəfindən faktiki rəhbəri olduğu Reserve MMC hesabına köçürülmüş, həmin pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu Tural Qarayevə həmin müəssisəyə lazımi malların alınması üçün vermişdir. Şahid2 bank hesabına Depo MMC tərəfindən köçürülmüş 40.000 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 28.842 manat və "xxxx" MMC tərəfindən köçürülmüş 15.000 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, pul vəsaitlərini nağdlaşdırıb, 3 faizini özünə götürüb qalan pulu isə Hikmətə vermişdir. “RM CORPORATE" MMC tərəfindən köçürülmüş 13.680 manat pul vəsaitini nağdlaşdırıb, 5 faizini özünə götürüb qalan pulu Ramazana vermişdir. “Tikinti Quraşdırma AZ NY tərəfindən köçürülmüş 3.231,12 manat və "xxxx" MMC tərəfindən köçürülmüş 16.236,10 manat pulu nağdlaşdırıb 3 faizini özünə götürmüş, qalan pulu isə Şahid6 vermişdir. Mərkəzi Bank tərəfindən onun bank hesabına pul köçürülməmişdir. Ola bilsin ki, bank hesabında yalnışlıq olmuşdur. Qeyd olunan 15.790 manat pul vəsaiti BST MMC tərəfindən nağdlaşdırmaq üçün köçürülmüşdür. Həmin pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürmüş, qalan pulu isə həmin MMC-nin rəhbəri olan Vüqara vermişdir. Qeyd olunan hüquqi şəxslər nağdlaşdırdığı məbləğdə pul vəsaitlərini hesablarından Şahid2 hesabına köçürmüş, o, da həmin puldan Şahid1 hesabına 340.861 manat, Ceyhun Məmmədovun hesabına 116.624 manat pulu danışıq kartlarının alışı üçün köçürmüşdür. "xxxx" MMC-nin hesabına 4.676 manat pulu isə hansı təyinatla köçürdüyünü dəqiq xatırlamır. Bundan başqa bildirmişdir ki, qeyd olunan fiziki və hüquqi şəxslər arvadı Şahid1 Paşa Bank ASCdə olan bank hesabına köçürdükləri pulun böyük əksəriyyətini nağdlaşdırmaq üçün köçürmüşdürlər. O, həmin fiziki və hüquqi şəxslərin sahiblərinə danışıq kartlarının alışından əldə etdiyi nağd pulu vermiş, pulun 2-3 faizini özünə götürüb qalan pulu həmin hüquqi və fiziki şəxslərə vermişdir. “X114 Management” MMC tərəfindən köçürülmüş 139.639 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaiti xx.xx.2021-ci il tarixdə STABİL-E MMC tərəfindən 41.491 manat pul nağdlaşdırmaq üçün faktiki olaraq ona məxsus olan X114 Management MMC-nin hesabına köçürülmüş, həmin pul vəsaitini nağdlaşdırıb, 3 faizini özünə götürüb qalan pulu isə Şahid6 vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 14.560 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin MMC-ni Şahid6 adına rəsmiləşdirsə də, MMC-nin faktiki rəhbəri özü olmaqla ASAN imzası özündə olmuşdur. MMC onun adına olsa da Tural Qarayev həmin MMC vasitəsi ilə katirovka sorğusunda iştirak etmiş, eləcə də müqavilə bağlamışdır. Tovuz Diaqnostik və Hemodialez Mərkəzi ilə bağlanılmış müqaviləyə əsasən Bicaart MMC-nin hesabına həmin Mərkəz tərəfindən köçürülmüş 4.900 manat pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürüb qalan məbləği Tural Qarayevə, “X79" MMC tərəfindən Bicaart MMC-nin hesabına köçürülmüş 1.000 manat pul vəsaitini nağdlaşdıraraq 2 faizini özünə götürdükdən sonra qalan pulu vəsaitini Şahid6 vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 6.534 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pulun 2.534 manatı Bank VTB tərəfindən, 4000 manat pul vəsaiti isə C.Cabbarli adına Gender kitabxanası tərəfindən MMC-nin bank hesabına köçmüşdür. Kitabxanadan köçmüş 4000 manat pulu nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu isə Şahid6 vermişdir. Creatique MMC-nin hesabına köçmüş qeyd olunan məbləğlərdəki pul vəsaitlərini danışıq kartlarının satışından əldə edilmiş nağd pul hesabına nağdlaşdırmış, həmçinin həmin pullar hesabına reklam və çap işlərini gördüyündən Creatique MMC-nin hesabına köçürülmüş qeyd olunan məbləğlərdəki pul vəsaitlərini arvadı Şahid1 Paşa Bank ASC-də olan hesabına köçürməklə danışıq kartları almışdır. “X107” MMC tərəfindən köçürülmüş 303.321 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaitinin 97.000 manatı X18 tərəfindən nağdlaşdırmaq üçün faktiki ona məxsus olan X107 MMC-nin hesabına köçürülmüş, həmin pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu isə Etibara vermişdir. X14 MMC tərəfindən köçürülmüş 20.000 manat, C.Cabbarli-Gencler kitabxanasi tərəfindən köçürülmüş 3.980 və Piramida Reklam MMC tərəfindən köçürülmüş 3.000 manat pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu isə Şahid6 vermişdir. Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən köçürülmüş 50.400 manat və 3.009 manat pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürmüş, qalan pulu isə Turan Reklam MMC-nin direktoru olan Şahid16 vermişdir. Şahid16 pul vəsaitini öz şirkətinin hesabına köçürməməsinin səbəbi şirkətin ƏDV ödəyicisi olmaması üçün dövriyyəsini çox göstərmək olmaması olmuşdur. “X22” MMC tərəfindən köçürülmüş 61.086 manat pul vəsaitini nağdlaşdırıb 3 faizini özünə götürüb qalan pulu Şahid6 vermişdir. Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixində köçürülmüş 150 manat pul vəsaitinin təyinatı barədə məlumatı olmamışdır. X71 MMC tərəfindən köçürülmüş 4.792 manat pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu isə Pərvizə vermişdir. Şahid6 tərəfindən köçürülmüş 37.218 manat və İmperiya Reklam və Təchizat MMC tərəfindən köçürülmüş 465 manat pul vəsaitini nağdlaşdırıb 3 faizini özünə götürmüş, qalan pulu isə sonuncuya vermişdir. Reserve Baku MMC tərəfindən köçürülmüş ümumilikdə 8.485 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaiti Caetano Distribution MMC tərəfindən nağdlaşdırmaq üçün faktiki olaraq ona məxsus olan Reserve Baku MMC-nin hesabına köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu isə Hikmətə vermişdir. Steril MMC tərəfindən köçürülmüş 15.466 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaiti Caetano Distribution MMC tərəfindən nağdlaşdırmaq üçün faktiki ona məxsus olan Steril MMC-nin hesabına köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu Hikmətə vermişdir. Trade PLUS MMC tərəfindən köçürülmüş 249 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, TradePlus MMC arvadı Ayselin adına olmuş, konkret həmin pulun təyinatını xatırlamır. Turan Reklam MMC tərəfindən köçürülmüş 34.280 manat pul vəsaitini nağdlaşdırıb 3 faizini özünə götürüb qalan pulu Elçinə vermişdir. UV Forma MMC tərəfindən köçürülmüş 97.570 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, Şahid1 istər Paşa Bank ASC-də olan istərsə də Reabitəbank ASC-də olan bank hesabına ümumilikdə 205.986 manat pul vəsaiti daxil olmuş, həmin pulun 1.009 manatı Premium Təchizat tərəfindən nağdlaşdırmaq üçün köçürülmüş, o, da nağdlaşdırıb 5 faizini özünə götürüb qalan pulu Ramazana qaytarmışdır. Xatırlamadığı məbləğdə pul vəsaiti X113 MMC tərəfindən, 999 manat pul vəsaiti Hseaz MMC tərəfindən nağdlaşdırmaq üçün köçürülmüş, o, da həmin pulu nağdlaşdırıb 3 faizini özünə götürüb qalan pulu Etibara vermişdir. 11.982 manat pul vəsaiti Caetano Distribution MMC tərəfindən nağdlaşdırmaq üçün köçürülmüş, o, da həmin pulu nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Şahid6 vermişdir. 21.967 manat pul vəsaiti Art Company MMC tərəfindən nağdlaşdırmaq üçün köçürülmüş, o, da həmin pulu nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Şahid11 vermişdir. Xatırlamadığı məbləğdə pul vəsaiti X58 tərəfindən, 10.091 manat pul vəsaiti Master Tools MMC tərəfindən və 5.184 manat pul vəsaiti Kompika MMC tərəfindən nağdlaşdırmaq üçün köçürülmüş, o, da həmin pulu nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Şahid6 vermişdir. Accent Group MMC tərəfindən köçürülmüş 19.203 manat pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu isə Şahid11 vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 57.395 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin MMC-yə özünə məxsus olan digər şirkətdən yəni Reserve Baku MMC-dən 97.000 manat pul köçmüşdür. Reserve Baku MMC-yə isə Elcore distribution MMC tərəfindən nağdlaşdırmaq üçün 100.000 manat pul vəsaiti köçürülmüş, o, da həmin pulu nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu Tural Qarayevə vermişdir. Həmin 100.000 manat pulun 97.000 manatını "xxxx" MMC-yə köçürüb, həmin MMC-dən də 56.860 manatını Şahid1 hesabına, 39.990 manatını isə Ceyhun Məmmədovun hesabına köçürmüşdür. "xxxx" MMC tərəfindən köçürülmüş 246.144 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pulun 23.586 manatı Officepro MMC tərəfindən, 16.500 manatı Libra- E MMC tərəfindən nağdlaşdırmaq üçün Basılıca MMC-yə köçürülmüş, həmin pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu isə Fizuliyə vermişdir. UZAY-E MMC tərəfindən ümumilikdə 95.019 manat, EDİSON MMC tərəfindən 26.000 manat pul nağdlaşdırmaq üçün ona məxsus olan Basılıca MMC-nin hesabına köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu isə Elgizə vermişdir. Basılıca MMC-nin bank hesabına X5 tərəfindən köçürülmüş 898 və E.G.E. Otomotiv MMC tərəfindən köçürülmüş 15.950 pul vəsaitini nağdlaşdırıb, 2.5 faizini özünə götürüb qalan pulu isə Şahid6 vermişdir. Promo Plus MMC tərəfindən köçürülmüş 500 manat, E.G.E. Otomotiv MMC tərəfindən köçürülmüş 38.502 manat tərəfindən nağdlaşdırmaq üçün ona məxsus olan General Services And Co MMC-nin hesabına köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu Şahid6 vermişdir. Like Print MMC tərəfindən köçürülmüş 60.039 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, Şəki MRX PHŞ tərəfindən həmin MMC-yə 35.319,86 manat pul köçürülmüş, həmin pulu nağdlaşdırıb 2-3 faizini özünə götürüb qalan pulu Tural Qarayevə vermişdir. Həmin pulun 32.359,5 manatını LifeTimeGroup MMC vasitəsi ilə, 2.955 manatını isə birbaşa Şahid1 hesabına köçürmüşdür. LİKE PRİNT MMC-yə ART COMPANY MMC tərəfindən köçürülmüş 9.007 manat pulu nağdlaşdırıb 3 faizini özünə götürüb qalan pulu Şahid11 vermişdir. Qusar RMX PHŞ tərəfindən LİKE PRİNT MMC-yə köçürülmüş 38.902 manat pulu da nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu Tural Qarayevə vermişdir. Baytarliq ET İnstitutu (Nizami) tərəfindən LİKE PRİNT MMC-yə köçürülmüş 993 manat pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu Şahid6 vermişdir. LikePrint MMC-nin hesabına Fərəcova adına Elmi Tədqiqat və pediatriya İnstitutu tərəfindən köçürülmüş 43.103 manat pulu nağdlaşdırıb iki faizini özünə götürüb, qalan pulu Tural Qarayevə vermişdir. Həmin pulun 36.604 manatını LifeTime Servis MMC vasitəsi ilə qalan məbləği isə birbaşa Şahid1 hesabına köçürmüşdür. Reserve MMC tərəfindən Şahid1 bank hesabına köçürülmüş 239.650 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, C.Cabbarli- Gencler kitabxanasi ümumilikdə 14.535 manat, Naftalan şəhər kommunal Təsərrüfat istehsalat birliyi ümumilikdə 41.767 manat, E.G.E. Otomotiv MMC 16.000 manat pulu nağdlaşdırmaq üçün ona məxsus olan Reserve MMC-nin hesabına köçürmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu Hikmətə vermişdir. K.Y.Fərəcova adına X51 İnstitutu PHŞ 133.971 manat, X108 Xəstəxanası 36.261 manat pul vəsaitini Reserve MMC-nin bank hesabına köçürmüş, o, həmin pul vəsaitini nağdlaşdırıb, 2 faizini özünə götürüb qalan pulu isə malların alınması üçün Qarayev Turala vermişdir. Timcompany MMC tərəfindən Şahid1 bank hesabına köçürülmüş 20.012 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pulun 4.952 manatı Daxili İşlər Nazirliyinin Mətbəəsi tərəfindən, 4.995 manatı Cəfər Cabbarlı adına Gənclər Kitabxanası tərəfindən ona məxsus olan Timcompany MMC-nin hesabına nağdlaşdırmaq üçün köçürülmüş, o, da pulu nağdlaşdırıb Şahid6 vermişdir. Bundan başqa Milli Gimnastika Arenas MMC tərəfindən təmizlik işi və xidmətlərinin göstərilməsi üçün ona məxsus olan Timcompany MMC-nin hesabına müxtəlif məbləğlərdə pullar köçürülmüş, danışıq kartlarının satışından əldə etdiyi nağd pul hesabına həmin işləri görüb qeyd olunan pu vəsaitlərini Şahid1 hesabına köçürmüşdür. VR Holding MMC tərəfindən Şahid1 bank hesabına köçürülmüş 15.851 manat pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Himətə vermişdir. ZV GROUP MMC tərəfindən köçürülmüş 21.461 manat pul vəsaitini nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Zaura vermişdir. Multiservices AND CO. MMC tərəfindən Şahid1 bank hesabına köçürülmüş 167.264 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin MMC sonuncunun adına olsa da, MMC-nin faktiki rəhbəri özü olmuşdur. Qeyd olunan pul vəsaiti Milli Gimnastika Arenası MMC, X111 klubundan, X3 Mərkəzindən, Yevlax RMX PHŞ-dən daxil olmuş pul vəsaitləri olmuşdur. Yevlax MRX PHŞ tərəfindən keçirilən katirovka sorğusunda onun şirkəti adından Tural Qarayev iştirak etmişdir. Ona görə də Yevlax RMX PHŞ tərəfindən köçürülmüş pulu nağdlaşdırıb 2 faizini özünə götürmüş, qalan pulu isə bir hissəsini Aysel X28 hesabına, bir hissəsini isə danışıq kartlarının satışı ilə əlaqədar Ceyhun Məmmədovun hesabına köçürmüşdür. Şahid2 tərəfindən köçürülmüş 176.992 manat, X112 MMC tərəfindən köçürülmüş 549.473 manat, Life Time Services MMC tərəfindən köçürülmüş 289.708 manat və Profitplus MMC tərəfindən köçürülmüş 492.619 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, yuxarıda qeyd etdiyi pul vəsaitləri həmin MMClərə və fiziki şəxsin hesablarına köçürüldükdən sonra həmin pul vəsaitlərini danışıq kartlarının alışı üçün Şahid1 köçürmüşür. X43 tərəfindən köçürülmüş 50.629 manatpul vəsaiti danışıq kartlarının satışı ilə bağlı hesaba köçürülmüş pul vəsait olmuşdur. Ceyhun Məmmədov tərəfindən 5.000 manat pul vəsaiti və X36 tərəfindən köçürülmüş 17.985,3 manat pul vəsaiti danışıq kartlarının satışına görə Ayselə xidmət haqqı olaraq ödəmişdir. Ceyhunun özünü tanımamış, sonuncunun adından, eləcə də Malik Miriyevin adından Səyavuş kontur satışını həyata keçirmişdir. Mobillion MMC tərəfindən 75.200 manat pul vəsaiti geri qaytarılmış pul vəsaiti olmuşdur. Şahid5 tərəfindən köçürülmüş 459.615 manat, X61 tərəfindən köçürülmüş 623.414 manat, Shopstore MMC tərəfindən köçürülmüş 9.240,43 manat pul vəsaiti danışıq kartlarının satışı ilə əlaqədar olaraq hesaba köçürülmüşdür. Şahid1 Paşa bank ASC-də olan bank hesabına köçmüş pul vəsaitindən 4.260.874 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin, 116.756 manatını “X107 MMCnin, 120 manatını Ceyhun Məmmədovun, 470,30 manatını Malik Miriyevin, 75.200 manatını Mobillion MMC-nin, 167.095 manatını Shopstore MMC-nin hesabına köçürmüşdür. "xxxx" MMC, Shopstore MMC və Mobillion MMC-nin hesablarına pullar danışıq kartlarının alışı üçün köçürülmüşdür. “X107” MMC-yə köçürdüyü məbləğ isə ləğv edilmiş qaiməyə görə köçürülmüşdür. ABC Content MMC tərəfindən köçürülmüş 77.803 manat pul vəsaiti danışıq kartlarının satışına görə xidmət haqqı olaraq köçürülmüşdür. Bundan başqa bildirmişdir ki, qeyd olunan fiziki və hüquqi şəxslər arvadı Şahid1 Rabitə Bank ASC-də olan bank hesabına köçürdükləri pulun böyük əksəriyyətini nağdlaşdırmaq üçün köçürmüşdürlər. “X92” MMC-nin hesabına 18.000 manat pul Turan Reklam MMC tərəfindən, 6.665 manatı isə Təhsil Texnologiyalar Mərkəzi MMC tərəfindən nağdlaşdırmaq üçün köçürülmüş, o, da pulu nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Şahid16 vermiş, 3.500 manat pul Caetano Distribution MMC tərəfindən nağdlaşdırmaq üçün köçürülmüş, o, da pulu nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Hikmətə vermişdir. "xxxx" MMC tərəfindən Şahid1 Rabitəbank ASC-də olan bank hesabına köçürülmüş 97.443 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin MMC ona məxsus olmaqla faktiki rəhbəri özüdür. "xxxx" MMC-nin hesabına Caetano Distribution MMC tərəfindən köçürülmüş 7.000 manat, VR Holding tərəfindən köçürülmüş 4.879 manat, X59 tərəfindən köçürülmüş 17.850 manat pul vəsaitini nağdlaşdırıb 3 faizini özünə götürüb qalan pulu Hikmətə vermiş, Təcili və X32 stansiyasından daxil olmuş 14.941 manat pulu nağdlaşdırıb 3 faizini özünə götürüb qalan pulu Tural Qarayevə vermiş, VivAlab MMC-dən daxil olmuş 17.000 manat pulu nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Sevda Hacıyevaya vermişdir. "xxxx" MMC tərəfindən Şahid1 Rabitə Bank ASCdə olan bank hesabına köçürülmüş 28.762 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin MMC-nin faktiki rəhbəri özü olmuş, MMC-yə 9.000 manat pul vəsaiti Bakı elektrik Sazlama MMC tərəfindən nağdlaşdırmaq üçün köçürülmüş, o, da həmin pulu nağdlaşdırıb 2 faizini özünə götürüb qalan pulu Şahid6 vermişdir. Şahid6 tərəfindən Şahid1 Rabitə Bank ASCdə olan bank hesabına köçürülmüş 30.212 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaiti Stabil-E MMC tərəfindən Şahid6 hesabına köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürmüş, qalan pulu isə Şahid6 vermişdir. Şahid2 hesabına Premium Təchizat MMC tərəfindən 13.365 manat pul vəsaiti nağdlaşdırılması üçün köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb beş faizini özünə götürüb qalan pulu Ramazana vermiş, Kompika MMC tərəfindən 16.987 manat pul vəsaiti nağdlaşdırılması üçün Şahid2 hesabına köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu Hikmətə vermişdir. X102 MMC tərəfindən köçürülmüş 51.335 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaitinin 412 manatı real işlərin görülməsi üçün “X115 Events” MMC tərəfindən X103 MMC-ə köçürülmüşdür. 12.980 manat pul vəsaiti Caetano Distribution MMC tərəfindən nağdlaşdırmaq üçün X102 MMC-yə köçürülmüş, o, da həmin pulu nağdlaşdırıb iki faizini özünə götürüb qalan pul vəsaitini Şahid6 vermişdir. 38.000 manat pul vəsaiti Elcore Distribution MMC tərəfindən X103 MMC-yə köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu Tural Qarayevə vermişdir. T-Print MMC tərəfindən köçürülmüş 161.800 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaiti Elcore Distribution MMC tərəfindən T- Print MMC-yə köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu isə Tural Qarayevə vermişdir. Turan Reklam MMC tərəfindən Şahid1 Rabitə Bank ASC-də olan bank hesabına köçürülmüş 24.430 manat pul vəsaiti nağdlaşdırmaq üçün köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu isə Şahid16 vermişdir. VR Holding MMC tərəfindən köçürülmüş 35 manat pul vəsaitini nağdlaşdırıb Şahid6 vermişdir. ZV Group MMC tərəfindən köçürülmüş 3.166 manat pul vəsaiti ilə bağlı bildirmişdir ki, həmin pul vəsaiti ZV Group MMC-yə Vüqar Qardaşov tərəfindən köçürülmüş, o, da həmin pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu Zaura vermişdir. Şahid1 bank hesabına köçürülmüş pul vəsaitlərinin 80.000 manatını danışıq kartlarının satışı üçün Shopstore MMC-nin, 1.588.372 manatını ABC Content MMC-nin hesabına köçürmüşdür. "xxxx" MMC-nin hesabına köçürülmüş 47.878 manat pul vəsaiti səhvən köçürülmüş pul vəsaiti olduğu üçün geri qaytarılmış pul vəsaiti olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Əlavə olaraq bildirmək istəyir ki, o, həmin ərəfədə təchizat işlərini görmüş, dövlət və özəl müəssisələrə hər-hansı mal-material lazım olduqda ümumi ortaq tanışlar vasitəsi ilə ona müraciət edilirmiş, o isə lazım olan malları Sədərək ticarət mərkəzindən və digər ticarət mərkəzlərindən nağd qaydada alıb həmin dövlət və özəl müəssisələrə verirmiş, Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Like Print MMC şirkətini Təqsirləndirilən şəxs yaradıb. O, isə həmin şirkətdə direktor olmuşdur. Əmək müqaviləsi olsa da, o şirkətdə heç bir işlə məşğul olmamışdır. Şirkətin bank hesabına daxil olan və çıxan pul vəsaitlərindən məlumatı olmamışdır, şirkətin ASAN imzası Rəşadda olmuşdur. Rəşadla ortaq tanışlar vasitəsilə tanış olmuşdur. Direktoru olduğu həmin şirkətdə onun heç bir qazancı olmamışdır. İbtidai araşdırma zamanı Şahid6 ifadəsində göstərmişdir ki, o, mühasibatlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs da mühasib kimi tanımış, aralarında normal münasibət olmuşdur. Onun öz adına VÖEN olmaqla fiziki şəxs kimi fəaliyyət göstərmiş, eləcə də Təqsirləndirilən şəxs onun adına Like Print MMC şirkətini yaratmış, lakin şirkəti faktiki olaraq Rəşad İdarə etmiş, şirkətin bank hesabına daxil olan və çıxan pul vəsaitləri barədə məlumatı olmamış, şirkətin ASAN imzası Rəşadda olmuşdur. O, mühasibatlıqla yanaşı təchizat işlərini də görmüş, dövlət və özəl müəssisələrə hər-hansı mal-material lazım olduqda ümumi ortaq tanışlar vasitəsi ilə ona müraciət olunmuş, o, da lazım olan malları Sədərək ticarət mərkəzindən və digər ticarət mərkəzlərindən nağd qaydada alıb həmin dövlət və özəl müəssisələrə vermişdir. Lakin vergi hesabatı verilən zaman alınan malların alındığı yerlər göstərilməli olduğundan o, rəsmi olaraq heç bir yerdən mal ala bilmədiyinə görə mal materialın alışını və görülən işləri rəsmiləşdirmək istəmişdir. Rəşad söhbət əsnasında pulu nağdlaşdıra biləcəyini, pul köçən şirkətlərə isə mal-materialın alışına və göstərilən xidmətlərə dair elektron qaimə verə biləcəyini demişdir. Rəşad nağdlaşdırdığı pulun qarşılığında həmin pul vəsasitinin köçürmədə vergi və komissiya xərclərini çıxdıqdan sonra məbləğin iki faizini özünə götürmüş, qalan pulu isə ona vermişdir. Ona görə də iş danışdığı özəl və dövlət müəssisələri pulu köçürməmişdən əvvəl Rəşaddan hansı müəssisəyə köçürməsini soruşmuş, sonuncu ona hansı hüquqi və ya fiziki şəxsin bank hesabına köçürmək lazım olduğunu dedikdən sonra həmin şirkətin və ya fiziki şəxsin hesabına pul vəsaiti köçürülmüşdür. Həmin pul vəsaiti nağdlaşdırıldıqdan sonra nağd şəkildə sədərək və digər ticarət mərkəzlərindən mal-material almış və ya reklam və çap işlərini fərdi qaydada fəaliyyət göstərən müxtəlif mətbəələrdə hazırladıb, həmin mətbəələrə xidmət haqqı vermişdir. Rəşadın dediyi şirkətlərə və fiziki şəxslərə köçürdüyü pulların qarşılığında həmin fiziki və hüquqi şəxslər ona və pul köçürmüş şirkət və fiziki şəxslərə hər-hansı xidmət göstərməmiş, mal-material almamışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs faktiki rəhbəri olduğu Profitplus MMC-nin bank hesabına "xxxx" MMC tərəfindən köçürülmüş 3.150 manat, 1 Nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən köçürülmüş 7.800 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 12.750 manat, C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən köçürülmüş 7.598 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 47.000, "xxxx" MMC tərəfindən köçürülmüş 16.030 manat, Naftalan şəhər icra hakimiyyəti tərəfindən köçürülmüş 13.030 manat, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən köçürülmüş 1.400 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 22.500 manat, Hidrogeoloji Meliorasiya Xidməti tərəfindən köçürülmüş 3.609 manat, “Goranboy RMX” PHŞ tərəfindən 2.947 manat, X52 idarəsi tərəfindən 8.500 manat, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 1.800 manat, “X31 X116” tərəfindən 25.000 manat pulu nağdlaşdırılıb ona verilmiş, o, da pul vəsaitlərinin qarşılığında qeyd olunan özəl və dövlət müsəssisələrinə real olaraq işlər görmüşdür. Həmin pul vəsaitlərini Profitplus MMC-nin bank hesabına köçürməyi Rəşad ona bildirmişdir. Qeyd olunan dövlət və özəl müəssisələrlə görüləcək işlər və alınacaq mallar barədə danışıb razılaşdıqdan sonra həmin dövlət və özəl müəssisələr pulları Profitplus MMC-nin bank hesabına köçürmüş, Rəşad həmin pulu nağdlaşdırıb iki faizini özünə götürdükdən sonra qalan pulu ona vermişdir. “Kompika" MMC tərəfindən köçürülmüş 3.150 manat pulun qarşılığında həmin MMC-yə rəngli printerlərin boyalarını alıb MMC-nin əməkdaşı olan Ülvi adlı şəxsə vermiş, Naftalan şəhər 1 Nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən köçürülmüş 7.800 manat pulun qarşılığında Sədərək ticarət mərkəzindən məişət texnikaları alıb İlkin adlı şəxsə vermiş, "xxxx" MMC tərəfindən köçürülmüş 12.750 manat pulun qarşılığında "xxxx" bazarından elektrik əşyalarını alıb həmin MMC-nin işçisi Şamilə vermiş, C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən köçürülmüş 7.598 manat pulun qarşılığında fərdi qaydada mətbəə fəaliyyəti ilə məşğul olan yerlərdə mətbəədə çap işlərini görüb kitabxananın işçisi Elman adlı şəxsə vermiş, "xxxx" MMC tərəfindən köçürülmüş 47.000 manat pulun qarşılığında reklam, çap və promo işlərini görmüş, lakin kimə təhvil verdiyimi dəqiq xatırlamır. "xxxx" MMC tərəfindən köçürülmüş 16.030 manat pulun qarşılığında Sədərək ticarət mərkəzindən və Babək prospektində yerləşən maşın bazarından maşın ehtiyat hissələrini alıb qeyd olunan MMC-nin rəhbərinə vermiş, Naftalan şəhər icra hakimiyyəti tərəfindən köçürülmüş 13.030 manat pulun qarşılığında komyuter avadanlıqları alıb İcra hakimiyyətinin işçisi kimi bildiyi Elman adlı şəxsə vermiş, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən köçürülmüş 1.400 manat pulun qarşılığında 1C mühasibatlıq proqramını satmış, həmin proqramı Zaur adlı işçiyə vermiş, "xxxx" MMC tərəfindən köçürülmüş 22.500 manat pulun qarşılığında reklam və çap işləri görüb Fərman adlı işçiyə vermiş, Hidrogeoloji Meliorasiya Xidməti tərəfindən köçmüş 3.609 manat pulun qarşılığında çap işlərini | görmüş, lakin kimə təhvil verdiyini xatırlamır, “Goranboy RMX” PHŞ tərəfindən köçürülmüş 2.947 manat pulun qarşılığında sənədlərin tikilməsi və cildlənməsi işini görüb Kamil adlı işçiyə təhvil vermiş, X52 idarəsi tərəfindən köçürülmüş 8.500 manat pulun qarşılığında qaz xəttinin çəkilməsi, sayğac alınması işini görüb, Aqil adlı işçiyə təhvil vermiş, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən köçürülmüş 1.800 manat pulun qarşılığında əşyaların üzərinə çap işlərini görmüş, lakin işi kimə təhvil verdiyini dəqiq xatırlamır, “X31 X116” tərəfindən köçürülmüş 25.000 manat pulun qarşılığında əşyaların üzərinə çap işlərini görmüş, lakin işi kimə təhvil verdiyini dəqiq xatırlamır. Qeyd olunan işləri Rəşad vasitəsi ilə nağdlaşdırdığı pulla görmüş, gördüyü işə görə özünə qazanc əldə etmişdir. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs faktiki rəhbəri özü olan X109 MMC-nin bank hesabına, Basilica MMC tərəfindən köçürülmüş 4.989,4 manat pul vəsaiti C.Cabbarli Gender kitabxanası tərəfindən nağdlaşdırmaq üçün Rəşada məxsus olan Basilica MMC-nin hesabına köçürülmüş, sonuncu da qeyd olunan pul vəsaitini eləcə də, "xxxx" MMC tərəfindən köçürülmüş 4.000 manat, C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən köçürülmüş 4.992 manat və "xxxx" MMC tərəfindən köçürülmüş 15.640 manat pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürmüş, qalan pulu isə ona vermiş, o, da qeyd olunan müəssisələrə yuxarıda göstərdiyi işləri görmüş və malmaterial alınaraq qeyd etdiyi şəxslərə vermişdir. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs faktiki rəhbəri özü olan X112 MMC-nin bank hesabına C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən 1.000 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 74.697,15 manat, “X5” tərəfindən köçürülmüş 3.114,39 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 8.700 manat pul vəsaitini nağdlaşdırıb iki faizini özünə götürmüş, qalan pulu isə ona vermiş, o, da qeyd olunan müəssisələrə yuxarıda göstərdiyi işləri görmüş və malmaterial alınaraq qeyd etdiyi şəxslərə vermişdir. "xxxx" MMC tərəfindən köçürülmüş 8.700 manat pul vəsaiti qarşılığında daşınma xidmətinin göstərilməsini təşkil etmiş və işi MMCnin işçisi kimi bildiyi Orxan adlı şəxsə təhvil vermişdir. Təqsirləndirilən şəxs faktiki rəhbəri özü olmaqla özü tərəfindən idarə olunan fiziki şəxs Şahid2 bank hesabına Depo MMC tərəfindən köçürülmüş 40.000 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 28.842 manat və "xxxx" MMC tərəfindən köçürülmüş 15.000 manat, “Tikinti Quraşdırma AZ NY” tərəfindən köçürülmüş 3.231,12 manat, "xxxx" MMC tərəfindən köçürülmüş 16.236,10 manat pul vəsaitini nağdlaşdırıb, 3 faizini özünə götürüb qalan pulu isə ona vermiş, qeyd olunan müəssisələrə yuxarıda göstərdiyi işlər görülmüş və mal-material alınaraq qeyd etdiyi şəxslərə vermişdir. Həmin mal-materialı və xidmətləri də Rəşad vasitəsi ilə nağdlaşdırdığı pul hesabına görmüşdür. Depo MMC tərəfindən köçürülmüş pulun qarşılığında reklam və çap işlərini görüb, işi Elşad adlı şəxsə təhvil vermişdir. Tikinti Quraşdırma AZ NY tərəfindən köçürülmüş 3.231,12 manat pulun qarşılığında plastik qapı pəncərə üçün malmaterial alıb vermiş, lakin kimə təhvil verdiyini dəqiq xatırlamır. "xxxx" MMC tərəfindən köçürülmüş 16.236,10 manat pulun qarşılığında çap işləri görüb Etibara təhvil vermişdir. X114 Management MMC hesabına Stabil-E MMC tərəfindən köçürülmüş 41.491 manat pulun qarşılığında maşın hissələrini alıb MMC-nin Anar adlı işçisinə vermiş, “Bakı Elektrik Sazlama'' MMC tərəfindən köçürülmüş 1.000 manat pulun qarşılığında yuxarıda qeyd etdiyi xidməti göstərmişdir. C.Cabbarli Gender kitabxanası tərəfindən "xxxx" MMC-nin bank hesabına köçürülmüş 4.000 manat pulla bağlı da yuxarıda göstərdiyi xidməti göstərmişdir. Caetano Distribution MMC-tərəfindən köçürülmüş pul vəsaitlərinin qarşılığında reklam və çap işlərini görmüş, lakin işi kimə təhvi verdiyini dəqiq xatırlamır. Onun bank hesabından köçürülmüş 67.430 manat pulun qarşılığında hansısa xatırlamadığı hüquqi və fiziki şəxsə reklam və çap işləri görmüşdür. Master Tools MMC tərəfindən köçürülmüş 10.091 manat pulun qarşılığında reklam çap işləri görüb xatırlamadığı işçiyə təhvil vermiş, Kompika MMC tərəfindən köçürülmüş 5.184 manat, VR Holding MMC tərəfindən köçürülmüş 15.851 manat pul vəsaiti ilə əlaqədar yuxarıda qeyd etdiyi eyni işləri görmüşdür. Caetano Distribution MMC tərəfindən Reserve Baku MMC-nin hesabına köçürülmüş 8.485 manat, Steril MMC-nin hesabına köçürülmüş 15.466 manat pul, "xxxx" MMC-nin hesabına Hidrogeoloji Meliorasiya Xidməti tərəfindən köçürülmüş 898 manat, E.G.E. Otomotiv MMC tərəfindən köçürülmüş 15.950 manat pul vəsaitinin qarşılığında da yuxarıda qeyd etdiyi eyni işləri görmüş, General Services And Co MMC-nin bank hesabına Promo Plus MMC tərəfindən köçürülmüş 500 manat pul vəsaiti ilə bağlı reklam və çap işləri görüb Əli adlı işçiyə təhvil vermişdir. E.G.E. Otomotiv MMC tərəfindən General Services And Co MMC-nin bank hesabına köçürülmüş 38.502 manat pulun qarşılığında yuxarıda qeyd etdiyi işləri görmüş, Reserve MMC-nin bank hesabına C.Cabbarli-Gencler kitabxanası tərəfindən köçürülmüş ümumilikdə 14.535 manat, Naftalan şəhər kommunal Təsərrüfat istehsalat birliyi tərəfindən köçürülmüş 41.767 manat, E.G.E. Otomotiv MMC tərəfindən köçürülmüş 16.000 manat, Timcompany MMC-nin bank hesabına Daxili İşlər Nazirliyinin Mətbəəsi tərəfindən köçürülmüş 4.952 manat pulun qarşılığında qeyd etdiyi eyni işləri görmüş, “Artcreat“ MMC-nin bank hesabına VR Holdingdən daxil olan 4.879 manat pulun qarşılığında çap işləri görüb Fuada təhvil vermiş, X29 daxil olmuş 17.850 manat pulun qarşılığında reklam və çap işlərini görüb Afaqın özünə təhvil vermiş, "xxxx" MMC-nin bank hesabına Bakı elektrik Sazlama MMC tərəfindən köçürülmüş 9.000 manat, X103 MMC-nin bank hesabına Caetano Distribution MMC tərəfindən köçürülmüş 12.980 manat pul vəsaitlərinin qarşılığında yuxarıda qeyd etdiyi eyni işləri görmüşdür. Qeyd olunan işləri Rəşad vasitəsi ilə nağdlaşdırdığı pul hesabına görmüş, iş gördüyü müəssisələr pul vəsaitlərini Rəşadın qeyd etdiyi şirkət və fiziki şəxslərə köçürmüş, sonuncu da həmin fiziki və hüquqi şəxslərin bank hesablarını ona vermiş, o, da bank hesablarını həmin müəssisələrə vermiş və qeyd olunan pul vəsaitləri bu qayda üzrə köçürülmüşdür. Rəşad da həmin pul vəsaitlərini nağdlaşdırıb iki faizini özünə götürüb qalan pulu ona vermişdir. O, da həmin pulla qeyd olunan fiziki və hüquqi şəxslərə mal-material almış, reklam, çap və digər işləri görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, onun adına əri tərəfindən açılan şirkətlərlə bağlı məlumatı olmuşdur. Həmin şirkətlər əri tərəfindən açılıb və idarə olunub. Onun köçürülən pul vəsaitləri ilə bağlı hər hansı məlumatı olmayıb. Həmçinin danışıq kartları da əri tərəfindən alınıb-satılıb. Onun adına şirkətlər açmasında zərurətin nə olmasını bilmir, ona maraqlı olmadığı üçün bu barədə ərindən nubarədə heç nə soruşmamışdır. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsində mühasib işləməklə yanaşı fərdi qaydada mühasibatlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2018-ci ildə Dövlət Vergi Xidmətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınaraq VÖEN almış, lakin həmin VÖEN əsasında hər-hansı fəaliyyət növü ilə məşğul olmamış, əri Təqsirləndirilən şəxs fəaliyyət göstərmişdir, lakin konkret olaraq hansı fəaliyyət növü ilə məşğul olmasından dəqiq məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2020-2021-ci illər ərzində onun adına "xxxx" MMC və "xxxx" MMC təsis etmiş, "xxxx" MMC-nin direktoru vəzifəsində rəsmiləşdirilmiş, MMC-lərin ASAN imzaları əri Təqsirləndirilən şəxs olmuş və Təqsirləndirilən şəxs tərəfindən faktiki olaraq idarə edilmişdir. Qeyd olunan fiziki və hüquqi şəxslərin adlarına açılmış Bank hesablarına köçürülən pul vəsaitləri barədə məlumatı olmamış, eləcə də həmin pul vəsaitlərinin təyinatından məlumatı olmamış, sadəcə əri Təqsirləndirilən şəxs danışıq kartlarının satışını həyata keçirtdiyini bilmiş, lakin kimdən danışıq kartları alması, kimə satmasından məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Əlavə olaraq da, bildirmişdir ki, Rəşad onun adına şirkət açmış və bütün fəaliyyəti də, Rəşad özü yerinə yetirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, şirkətin açılmasını Rəşad ona təklif etmişdir. Lakin onun adına şirkət açılması müqabilində ona hər hansı məbləğdə pul verilməyib. Rəşadın həmin şirkətdə hansı fəaliyyətlə məşqul olmacağını bilməmişdir. Şirkətin açılması, hansı fəaliyyətlə məşqul olacağı ilə bağlı Rəşada heç bir sual verməmişdir. İbtidai araşdırma zamanı Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, idman zalında tanımış, aralarında düşmənçilik və ədavətləri olmamış, əksinə dostluq münasibətləri olmuşdur. Xatırlamadığı tarixdə Rəşad onun adına şirkət açmaq istədiyini bildirərək köməklik göstərməyini xahiş etmiş, aralarında olan dostluq münasibətinə görə razılaşmış və xatırlamadığı tarixdə onun adına Creatique MMC təsis edilmiş, sənədləşmə ilə bağlı bütün işləri Rəşad görmüşdür. Özü şirkətin açılması ilə bağlı VÖEN və ASAN imza almağa getmiş, ASAN imzanı alıb Rəşada vermiş, lakin həmin şirkətin faktiki rəhbəri Rəşad özü olmuşdur. O, həmin şirkətlə bağlı heç bir fəaliyyət göstərməmiş, adına şirkət açılması qarşılığında Rəşad ona pul təklif etməmiş, pul verməmişdir. Həmçinin bildirmişdir ki, "xxxx" MMC-nin adına bank hesabının açılmasında iştirak etmiş, şirkət onun adına rəsmiləşdirilsə də faktiki olaraq həmin şirkəti idarə etməmiş və heç bir fəaliyyətində iştirak etməmişdir. Buna gör də adına rəsmiləşdirilmiş, lakin faktiki Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" MMC-nin bank hesabına Bank VTB ASCdən köçürülmüş 2.534,4 manat, C.Cabbarlı adına kitabxanadan köçürülmüş 4.000 manat pul vəsaitindən, eləcə də həmin pul vəsaitlərinin Şahid1 bank hesabına köçürülməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Rəşadla başqa şəxslər vasitəsi ilə tanış olmuşdur. Rəşad onun adına şirkət açmış və özü idarə etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, şirkətin açılmasını Rəşad müəllim özü ona təklif etmişdir və məqsədi iş görmək olmuşdur. Şirkətin asan imzası Rəşad müəllimin özündə olmuşdur. Rəşadla çox adam iş görürdüyü üçün o, da Rəşada etibar eləmişdir. Şirkət cəmi 20 gün fəaliyyət göstərmiş, 20 gündən sonra fəaliyyəti dayandırılmışdır. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, mühasib kimi tanımış, aralarında düşmənçilik və ədavətləri olmamışdır. 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun adına şirkət açmağı təklif etmiş, o, da razılaşmışdır. xx.xx.2021-ci il tarixdə onun adına rəsmi olaraq Profitplus MMC təsis edilmiş, sənədləşmə ilə bağlı bütün işləri Rəşad görmüş, şirkətin açılması ilə bağlı VÖEN və ASAN imza almağa özü getmişdir. Lakin həmin şirkətin faktiki rəhbəri Rəşad olmuş, həmin şirkətlə bağlı heç bir fəaliyyət göstərməmiş, şirkətin ASAN imzası da Rəşadda olmuşdur. Rəşadla münasibətləri olduğundan adına şirkət açılmasına razılıq vermiş, bunun qarşılığında Rəşad ona pul təklif etməyib, pul verməmişdir. Təxminən bir iki ay sonra Rəşaddan şirkəti işlədib işlətmədiyini soruşmuş, sonuncu şirkəti başqa şəxsin adına keçirtdiyini demiş, lakin hansı qaydada keçirdiyini, kimin adına keçirdiyini, sonradan şirkəti bağlayıb bağlamadığını bilməmişdir. Həmçinin bildirmişdir ki, onun adına rəsmiləşdirilmiş "xxxx" MMC-nin bank hesabına "X110" MMC tərəfindən 25.237,56 manat, "xxxx" MMC tərəfindən 15.100 manat, "xxxx" MMC tərəfindən 9.402 manat, "xxxx" MMC tərəfindən 3.150 manat, "xxxx" MMC tərəfindən 20.550,38 manat, Naftalan şəhər 1 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 7.800 manat, X40 tərəfindən 29.000 manat, "xxxx" MMC tərəfindən 9.961 manat, "xxxx" MMC tərəfindən 1.440 manat, “X79” MMC tərəfindən 12.750 manat, “X114 Management” MMC tərəfindən 9.014 manat, X3 Mərkəzi tərəfindən 4.750 manat, "xxxx" MMC tərəfindən 34.835 manat, C.Cabbarlı adına Gənclər Kitabxanası tərəfindən 7.598 manat, "xxxx" MMC tərəfindən 47.000 manat, BST MMC tərəfindən 14.200 manat, "xxxx" MMC tərəfindən 16.030 manat, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən 1.400 manat, “Goranboy” RMX PHŞ tərəfindən 2.947 manat, "xxxx" MMC tərəfindən 22.500 manat, Hidrogeoloji Meliorasiya Xidməti tərəfindən 3.609 manat, X52 idarəsi tərəfindən 8.500 manat, Naftalan şəhər icra hakimiyyəti tərəfindən 13.030 manat, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 1.800 manat, “X31 X116” tərəfindən 25.000 manat, "xxxx" QSC tərəfindən 71.406,90 manat, "xxxx" MMC tərəfindən 3.816 manat, "xxxx" MMC tərəfindən 105.270 manat məbləğində köçürülmüş pul vəsaitlərindən, eləcə də həmin MMC-nin bank hesabından 492.619 manat məbləğində pul vəsaitinin X19, 33.686 manat məbləğində pul vəsaitinin isə Ceyhun Məmmədovun hesabına köçürülməsi ilə bağlı heç bir məlumatı olmamış, Profitpulus MMC onun adına rəsmiləşdirilsə də faktiki olaraq həmin şirkəti idarə etməmiş və heç bir fəaliyyətində iştirak etməmişdir. Profitpulus MMC rəsmi olaraq onun adına olsa da, şirkətin faktiki rəhbəri, həmin şirkəti idarə edən Təqsirləndirilən şəxs olmuş, bütün əməliyyatları Təqsirləndirilən şəxs onun ASAN imzasından istifadə etməklə etmişdir. Məhkəmə istintaqı zamanı Şahid19 ifadəsində bildirmişdir ki, Rəşadla münasibəti pandemiyadan əvvəl yaranmışdır. Onların birgə fəaliyyəti kontur satışı ilə bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Rəşad hesabı Şahid1 adına açmışdır. Onların müştəriləri hesaba pulu qoyurmuşlar, sonra pul göçürülürdü distribyutorun hesabına, mal götürüb müştəriyə verilirmiş. ABÇ Kontent Azerseddin distribyutorudu. Rəşadın da öz müştəriləri olmuş, onun isə öz müştəriləri olmuşdur. Əsas fəaliyyətləri kontur satışı olmuşdur. İbtidai araşdırma zamanı Şahid19 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, danışıq kartlarının alqı-satqısını həyata keçirir. Təqsirləndirilən şəxs 4-5 il olar ki, mühasib kimi tanımış, onun danışıq kartlarının satışını həyata keçirtdiyini bilmişdir. Rəşad özü ona arvadının adına VEÖN açmaqla kontur satışını həyata keçirmək istədiyini, bununla bağlı danışıq kartlarının regionlarda satışını həyata keçirməkdə köməklik göstərilməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs danışıq kartlarının satışını həyata keçirməkdə köməklik göstərəcəyini bildirmiş, danışıq kartlarının Bakı şəhərində yox, əsasən regionlarda, Astara, Cəlilabad, Masallı, Şəki, Gəncə şəhəri, Xaçmaz və digər rayonlarda, ucqar kəndlərdə satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs arvadının adına danışıq kartlarını ABC CONTENT MMC-dən almış, danışıq kartlarının satışını aralarında olan razılaşmaya görə regionlarda tanışları X43, Şahid5, X61 və digər şəxslər vasitəsi ilə həyata keçirmişdir. Danışıq kartlarının satışından əldə olunan pul vəsaitlərini ya nağd şəkildə Təqsirləndirilən şəxs vermiş, ya da ki, qeyd etdiyi üç şəxsin adından Şahid1 bank hesabına köçürməni təmin etmişdir. Kontur satışından gəlir çox cüzi məbləğ təşkil etmiş, onun qazancı dövriyyənin 0,02 faizindən ibarət olmuşdur. Konturun satışından əldə olunan pulu Rəşada nağd və arvadı Şahid1 adına olan bank hesabına köçürmə yolu ilə verdikdən sonra Təqsirləndirilən şəxs özü həmin pulu ABC CONTENT MMC-nin bank hesabına köçürərək danışıq kartları almışdır. O, ifadəsində Təqsirləndirilən şəxs pul vəsaitlərini bir başa və ya hansısa şirkət vasitəsi ilə ABC CONTENT MMC-nin bank hesabına köçürməsindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid19 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X67 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, "xxxx" MMC-ni xx.xx.2021-ci il tarixdə təsis etmiş, 21,10.2022-ci il tarixdə şirkəti adını xatırlamadığı Hindistan Respublikasının vətəndaşına satmışdır. Şirkətin direktoru işlədiyi müddətdə MMC kompyuter avadanlıqlarının alışı, dizayn proqramlarının quraşdırılması və sair xidməti göstərmişdir. Şahid6 təchizatçı kimi tanımış, sonuncudan kompyuter avadanlıqları və bir dəfə də 1c mühasibatlıq proqramını almış, sonuncu həmin proqramı ona öyrətmişdir. Aldığı avadanlıqlara görə Şahid6 ona verdiyi bank rekvizitlərinə özünə məxsus olan şirkətin bank hesabından pul vəsaitləri köçürmüşdür. Həmçinin bildirmişdir ki, "xxxx" MMC və “X112” MMC-nin kimə məxsus olduğunu bilmir, eləcə də fiziki şəxs Şahid2 tanımır. Ona məxsus olmuş "xxxx" MMC-nin bank hesabından "xxxx" MMC-nin bank hesabına köçürülmüş 3.150 manat pulun qarşılığında Şahid6 ona dizaynerlərin istifadə etdiyi bir ədəd noutbook satmışdır. “X112” MMC-nin bank hesabına köçürülmüş 19.586 manat pul vəsaitini bir neçə dəfəyə köçürmüşdür. Hikmət ona 2.130 manata mühasibatlıq proqramını satmış və proqramda işləməyi öyrətmiş, eyni zamanda həmin proqrama mağazada olan bütün malları və kassa aparatını tanıtmasını həyata keçirmişdir. Bundan başqa qalan vəsaitə Şahid6 kağız rulon, katric, antivirus və digər komyuter avadanlıqları almışdır. Şahid2 köçürülmüş 28.842 manat pulun qarşılığında dizaynerlər üçün proqramlar, kompyuter detalları və digər kompyuter avadanlıqlarını Şahid6 almış, aldığı malların pullarını sonuncunun verdiyi "xxxx" MMC və “X112” MMC, eləcə də fiziki şəxs Şahid2 bank hesablarına köçürmüşdür. Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X45 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, "xxxx" MMC ona məxsus olmuşdur. Həmin MMC-nin fəaliyyəti xarici ölkələrdən, eləcə də ölkə daxilində avtomobil nəqliyyat hissələrinin alışını və satışını həyata keçirməkdən ibarət olmuşdur. MMC-ni təxminən 6-7 il bundan əvvəl qayınanası X30 adına rəsmiləşdirmiş, lakin faktiki olaraq özü idarə etmişdir. Bir müddət ölkə daxilində mal alıb satışını həyata keçirmiş, sonra isə xarici ölkələrdən avtomobil ehtiyat hissələrini idxal etmək qərarına gəlmişdir. Gömrüyə getmək zərurəti yarandığına görə şirkəti qaynanasının adından çıxarıb dostu Emin Ələsgərovun adına rəsmiləşdirmiş, lakin faktiki olaraq bütün rəhbərlik onda olmuşdur. Aparılan bütün əməliyyatları özü həyata keçirmiş, xaricdə tapa bilmədiyi malları ölkə daxilində ayrı-ayrı şəxslərdən almışdır. Təxminən 1 ildən artıq müddətdir ki, həmin şirkəti başqa şəxsə satmışdır. Həmçinin bildirmişdir ki, "xxxx" MMC, “X112” MMC-nin, “X109” MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin konkret olaraq kimə məxsus olmasını bilməmişdir. Onun şirkəti rəsmi olaraq ölkəyə maşın ehtiyat hissələrini idxal edib satışını həyata keçirmiş, təcili mal lazım olduqda və ya tapılmayan mal olduqda bunu yerli şirkətlərdən almış, malı axtarıb satışını həyata keçirən kim olsa ondan almış, həmin şəxsə isə pulu rəsmi olaraq ödənilməsini tələb etmişlər. O da malı satan şəxsin verdiyi bank rekvizitlərinə pulu ödəmişdir. Konkret həmin şirkətlərə köçürdüyü pulun qarşılığında hansı malı aldığını dəqiq bilmir, lakin maşın ehtiyat hissələrini aldığını, buna görə də qeyd olunan pul vəsaitlərini həmin şirkətlərin bank hesablarına köçürdüyünü dəqiq bilir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid10 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, mühasib kimi tanımış, aralarında düşmənçilik və ədavətləri olmamışdır. 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun adına şirkət açmağı təklif etmiş, o, da razılaşmış və xx.xx.2022-ci il tarixdə adına rəsmi olaraq Artcreat MMC təsis edilmişdir. Sənədləşmə ilə bağlı bütün işləri Rəşad görmüş, özü isə şirkətin açılması ilə bağlı VÖEN və ASAN imza almağa getsə də, şirkətin faktiki rəhbəri Rəşad olmuşdur. O, həmin şirkətlə bağlı heç bir fəaliyyət göstərməmiş, şirkətin ASAN imzası da Rəşadda olmuşdur. Adına şirkət açılmasına razılıq verməsinin səbəbi Rəşadla olan münasibəti olmuş, bunun qarşılığında Rəşad ona pul təklif etməmiş, ona pul verməmişdir. Qeyd olunan şirkətin adından hərhansı əməliyyatın aparılmasından məlumatı olmamışdır. Şirkət onun adına yaradılsa da həmin şirkətin bank hesabına daxil olan və çıxan pul vəsaitləri barədə, həmin pul vəsaitlərinin təyinatı barədə heç bir məlumatı olmamış, bütün prosesi Təqsirləndirilən şəxs özü həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, təxminən 2016-cı il tarixdən Şahid1 ilə rəfiqə olmuş, sonradan isə ailəvi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs Şahid1 əri olmuş, yaxşı münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs mühasib işləmiş, konkret olaraq hansı fəaliyyətlə məşğul olmasından məlumatı olmamışdır. Təxminən 2019-cu ildə Rəşad onun adına VÖEN açmağı xahiş etmiş, o, da yaxşı münasibətləri olduğuna görə Rəşada etibar edib adına VÖEN açmasına heç bir etiraz etməmişdir. 2019-cu il tarixdə adına VÖEN açılması ilə əlaqədar vergidən qeydiyyatdan keçmiş, adına fiziki şəxs kimi Kapital Bank ASC-də hesab açdırmış və adına olan ***-***-**-** telefon nömrəsində ASAN imza açdıraraq Rəşada vermişdir. Lakin həmin VÖEN əsasında Rəşadın hansı fəaliyyətlə məşğul olmasından məlumatı olmamışdır. 2022-ci ilin yanvar ayının əvvəlində Rəşad onun ASAN imzasının ləğv edildiyini, yeni ASAN imza almağını bildirmiş, o, da xx.xx.2022-ci il tarixdə ***-***-**-** telefon nömrəsində olan ASAN imzanı alıb Rəşada vermiş, lakin sonuncunun həmin ASAN imza ilə hansı fəaliyyətlə məşğul olmasını bilməmişdir. 2023-cü ilin aprel ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən dəvət olunduqdan sonra Rəşaddan bu barədə soruşmuş, sonuncu onun adına olan VÖEN əsasında bir sıra əməliyyatlar edildiyini bildirmişdir. Rəşadla münasibətinə görə ilkin araşdırma zamanı adına olan VÖEN əsasında aparılan bütün əməliyyatların özü tərəfindən aparıldığını demiş, lakin adına olan VÖEN-lə aparılan əməliyyatlardan məlumatı olmamış, Kapital Bank ASC-də olan bank hesabına daxil olan və çıxan pul vəsaitləri, pul vəsaitlərinin təyinatı barədə məlumatı olmamışdır. Onun adına Kapital Bank ASC-də olan VÖEN-ə bağlı bank hesabına hansı fiziki və hüquqi şəxslərin pul köçürməsindən, eləcə də onun qeyd olunan bank hesabından hansı fiziki və hüquqi şəxslərin bank hesablarına pul köçürülməsini bilməmişdir. Qeyd olunan hüquqi şəxslərin hansı fəaliyyətlə məşğul olmasından məlumatı olmamış, həmin hüquqi şəxslərə hər-hansı mal material verməmiş, hər-hansı xidmət göstərməmiş, ümumiyyətlə hər-hansı şəxsə mal-materialın satılması, hansısa xidmətin göstərilməsi fəaliyyəti ilə məşğul olmamışdır. Adına VÖEN açılmasına görə Rəşad ona hər-hansı məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid13 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 7-8 il olar ki, mühasib kimi tanımış, aralarında düşmənçilik və ədavətləri olmamışdır. 2017-ci il tarixdə Təqsirləndirilən şəxs onun adına şirkət açmağı təklif etmiş, o, da razılıq vermişdir. xx.xx.2017-ci il tarixdə onun adına rəsmi olaraq Reserve MMC-ni təsis etmiş, sənədləşmə ilə bağlı bütün işləri Rəşad görmüşdür. O, şirkətin açılması ilə bağlı VÖEN və ASAN imza almağa getmiş, lakin həmin şirkətin faktiki rəhbəri Rəşad özü olmuş, həmin şirkətlə bağlı heç bir fəaliyyət göstərməmişdir. Şirkətin ASAN imzası da Rəşadda olmuşdur. Rəşad onun adına şirkət açmağı qarşılığında ona pul təklif etməmiş və pul verməmişdir. Şirkət onun adına yaradılsa da həmin şirkətin bank hesabına daxil olan və çıxan pul vəsaitləri barədə, həmin pul vəsaitlərinin təyinatı barədə heç bir məlumatı olmamış, bütün prosesi Təqsirləndirilən şəxs özü həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X41 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, onun adına "xxxx" MMC şirkəti yaradılsa da şirkətin faktiki rəhbəri olmamış, şirkəti rəmiləşdirilməsini mühasib Rəşad həyata keçirmişdir. Bundan bir müddət sonra Avrora şirkətində işə qəbul olmaq üçün müraciət etmiş, adı Avrora şirkətinə işçi kimi rəsmiləşdirilən zaman adına MMC olduğunu ona demişlər, buna görə onu şirkətə işçi kimi rəsmiləşdirmək mümkün olmamışdır. Bundan sonara Rəşada edilmiş müraciət əsasında şirkət onun adından çıxarılmış və Avrora şirkətində işə qəbul edilməsi rəsmiləşdirilmişdir. Adına rəsmiləşdirilmiş "xxxx" MMC şirkəti tərəfindən həyata keçirilən heç bir əməliyyatdan, hansı fəaliyyətlə məşğul olmasından məlumatı olmamışdır. Adına rəsmiləşdirilmiş "xxxx" MMC-nin bank hesabından Şahid1 bank hesabına xx.xx.2021-ci il tarixdə köçürülmüş 500 manat, xx.xx.2021-ci il tarixdə köçürülmüş 38.502 manat pul vəsaitindən məlumatı olmamış, MMC onun adına rəsmiləşdirilsə də faktiki rəhbəri o, olmamış, həmin şirkət vasitəsi ilə aparılan heç bir əməliyyatdan məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X66 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, Lotus ES MMC-ni xx.xx.2017-ci il tarixdə təsis etmiş, həmçinin həmin MMC-nin direktoru vəzifəsində işləyir. Lotus ES MMC-nin fəaliyyəti reklam yerləşdirilməsi işini görməkdən ibarət olmuşdur. X98 ASC-nin sifarişləri əsasında reklamları digər fiziki və hüquqi şəxslərdə çap etməklə müəyyən edilmiş yerlərdə reklamların quraşdırılmasını həyata keçirmişdir. Rəhbərlik etdiyi MMC-nin hesabından X112 MMC-nin bank hesabına xx.xx.2021-ci il tarixdə 600 manat və xx.xx.2021-ci il tarixdə 1.712 manat köçmüş pul vəsaitlərini çap işlərinin görülməsi üçün köçürmüşdür. O, hər dəfə çap işlərini SS2014 MMC-də elətdirmiş, həmin MMC çap işini görmək üçün pulu X112 MMC-nin hesabına köçürməyi bildirdiyinə görə o, da həmin pul vəsaitini X112 MMC-nin hesabına köçürmüş, çap işlərini isə ona SS2014 MMC-nin rəhbəri təhvil vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X62 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdən Bakı Elektrik Sazlama MMC-də müxtəlif vəzifələrdə işləmiş, 2023-cü ilin yanvar ayından hal-hazırkı vaxtadək həmin MMC-nin direktoru vəzifəsində işləyir. MMC-nin fəaliyyəti yüksək gərginlikli elektrik mühərriklərinin təmiri, yüksək gərginlikli elektrik yuvaların sazlanması və sairdən ibarət olmuşdur. 2021-ci ilin sonlarında Bakı elektrik Sazlama MMC-yə müxtəlif elektrik malları lazım olmuş, həmin ərəfədə hazırda xatırlamadığı şəxs vasitəsi ilə Şahid6la tanış olmuş, sonuncu ona lazım olan elektrik mallarını ucuz qiymətə təklif etdiyi üçün həmin malları almasına dair razılaşmışlar. Razılaşdıqdan sonra Şahid6 ona satdığı malların pulunu köçürmə yolu ilə ödəmiş, pulu Şahid6 təqdim etdiyi Profitplus MMC-nin Kapital bank ASCdə olan bank hesabına köçürmüş, Şahid6 alınan malların dəyərini, yəni 12.750 manat pul vəsaitini xx.xx.2021-ci il tarixdə Profitplus MMC-nin bank hesabına köçürmüşdür. Ödənilmiş pul vəsaiti qarşılığında Şahid6 real olaraq ona mal-material vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid15 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, təxminən 2015-ci il tarixdə şirkət açıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmiş, xatırlamadığı tanışları vasitəsi ilə şirkət açmaq üçün Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncunu fərdi qaydada mühasibatlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. xx.xx.2015-ci il tarixdə adına VR Holding MMC təsis edilmiş, MMC-nin təsis edilməsində Təqsirləndirilən şəxs köməklik göstərmiş, lakin şirkət yarandıqdan sonra heç bir fəaliyyət növü ilə məşğul olmamış və özü müxtəlif şirkətlərdə mühəndis kimi işləmişdir. Təqsirləndirilən şəxs adına açılmış şirkətin bağlanmasını bildirmiş, lakin Rəşad ondan şirkətin onda qalmasını xahiş etmiş, o, da Rəşada inandığı üçün şirkət Rəşadda qalmış, şirkətin ASAN imzasını da Rəşada vermiş, xx.xx.2023-cü il tarixdə Rəşad şirkəti Hindistan Respublikasının vətəndaşına satmışdır. VR Holding MMC onun adına rəsmiləşdirilsə də sonradan hər-hansı fəaliyyət göstərməmiş, həmin MMC ilə bağlı həmin şirkəti idarə etməmiş və heç bir fəaliyyətində iştirak etməmiş, MMC-nin faktiki rəhbəri, həmin şirkəti idarə edən Təqsirləndirilən şəxs olmuş, buna görə də VR Holding MMC-nin bank hesabına fiziki və hüquqi şəxslərin pul köçürməsindən, hansı təyinatla köçürməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X59 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, VÖEN əsasında fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. X15 Macdar şirkətinin Qaradağ rayonunda inşa ediləcək 230 MVT gücündə Günəş Elektrik stansiyasının təməl qoyma mərasimi ilə bağlı tədbirin rəsmi hissəsi Gülüstan sarayında, təməl qoyma prosesi isə Qaradağ rayonu, Qobustan qəsəbəsində həyata keçirilmişdir. O, bununla bağlı bir neçə şirkətlə iş görmüş, həmin şirkətlərdən biri də Artcreat MMC olmuşdur. Həmin şirkətin faktiki rəhbəri olan Şahid6la danışmış, sonuncu köçürülmüş pul vəsaitləri hesabına təməl qoyma mərasimi ilə əlaqədar olaraq reklam işləri, tədbir ərazisinin bəzədilməsi, tədbirin rəsmi keçirildiyi Gülüstan sarayında kovrolitin alınması, montaj-demontaj işi ilə əlaqədar nəqliyyat xərcləri çadır üzərinə vurulacaq banerlər və digər işlər görmüşdür. Bu işlərin görülməsi ilə əlaqədar olaraq onun tərəfindən Artcreat MMC- nin bank hesabına 17.850 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X42 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, Baytarlıq və X37 baş mühasib vəzifəsində işləyir. Baytarlıq və X38 nəzdində, İnstitutun həyətində Baytarlıq Klinikasının 2022-ci ilin yanvar ayında açılışı olmuşdur. Açılışla əlaqədar olaraq klinikanın həyətinə Marifləndirmə (təbliğat-təşviqat) və reklam xarakterli plakatların hazırlanması ilə bağli X81 MMC arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq həmin MMC klinikanın açılışı ilə əlaqədar hazırladığı plakatlara görə MMC-nin bank hesabına pul vəsaiti köçürülmüşdür. Həmin MMC də faktiki olaraq qeyd olunan plakatları quraşdırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X20 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, T-Print MMC-ni xx.xx.2015-ci il tarixdə təsis edərək MMC-nin direktoru olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin MMC-ni X1, alqı satqıda etibarnamə əsasında Şahid6 iştirak etmişdir. Şirkətin mühasibatlıq işini əvvəlcə özü görmüş, sonradan isə şirkətin mühasibatlıq işini görmək üçün Təqsirləndirilən şəxs vermişdir. O, şirkətin ASAN imzasını da Rəşada verdikdən sonra şirkətlə bağlı bütün əməliyyatları Rəşad həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin hesabına 161.800 manat pul vəsaitinin köçürülməsindən və şirkətin hesabından həmin məbləğin Şahid1 hesabına köçürülməsindən məlumatı olmamış, nə həmin pulun qarşılığında heç bir iş görməmiş, nə də heç nə almamışdır. Həmin pulla bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, xx.xx.2015-ci il tarixdə BST MMC-ni təsis edərək direktoru olmuşdur. BST MMC-nin Təmir Tikinti Quraşdırma işlərini həyata keçirmişdir. Tikinti Quraşdırma işlərini həyata keçirmək üçün gündəlik texnikaya, işçilərə üçün nağd pul vəsaiti lazım olduğuna görə məcbur olub şirkətin bank hesabında olan pul vəsaitinin müəyyən məbləğini nağdlaşdırmaq qərarına gəlmişdir. Buna görə də bu işlə məşğul olan xatırlamadığı tanışı vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olub sonuncudan xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şirkəti kimi bildiyi Profitpulus MMC-nin Bank hesabına BST MMC-nin bank hesabından 34.835 manat pul vəsaiti köçürmüş, Rəşad vergi ödənişi çıxdıqdan sonra köçürülmüş pul vəsaitinin 3 faizini özünə götürüb qalan pulu Profitpulus MMC-nin hesabına pul köçürdüyü günü Bakı şəhərinin xatırlamadığı ünvanında ona nağdlaşdırıb vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə yenidən pul nağdlaşdırmaq üçün Rəşada müraciət etmiş, sonuncu həmin vaxtı da nağdlaşdırmaq istədiyi pulu özünün şirkəti kimi təqdim etdiyi X91 MMC-yə köçürməyini bildirmişdir. O, da xx.xx.2022-ci il tarixdə rəhbəri olduğu şirkətin hesabından X91 MMC-nin bank hesabına 14.110 manat pul köçürmüş, Rəşad həmin məbləğin də vergi ödənişini çıxdıqdan sonra özünə məbləğin 3 faizini götürüb qalan məbləği Bakı şəhərinin xatırlamadığı ünvanında ona vermişdir. Nağdlaşdırmaq üçün Profitpulus MMC və X91 MMC-yə köçürtdüyü pulun qarşılığında həmin şirkət ona hər-hansı xidmət göstərməmiş, mal verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid16 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Turan Reklam MMC şirkətini təsis edərək şirkətin direktoru vəzifəsində işləyir. Şirkətin açılmasında Təqsirləndirilən şəxs ona köməklik göstərmiş, həmçinin şirkətin bütün mühasibatlıq işlərini Təqsirləndirilən şəxs həyata keçirmişdir. Rəşada mühasibatlıq fəaliyyətinə görə aylıq 100 manat xidmət haqqı vermişdir. Onun rəhbərlik etdiyi Turan Reklam MMC reklam və çap işlərinin görülməsi ilə məşğul olmuş, əsasən liseylər, təhsil Texnologiyaları Mərkəzi MMC və digər özəl müəssisələrə reklam və çap işlərini görür. Reklam və Çap işlərini gördükdən sonra ödənişlər ya öz şirkətinə, ya da Təqsirləndirilən şəxs dediyi şirkətə köçürülmüş, köçürüldükdən sonra pulu Rəşad vasitəsi ilə nağdlaşdırmış, sonuncu pulu ya Şahid1 bank hesablarına, ya da kimə məxsus olduğunu bilmədiyi özünün dediyinə görə X91 MMC-nin hesabına köçürmüş, köçürülmüş pulun vergi və digər ödənişlər daxil olmaqla 5 faizini özünə götürdükdən sonra qalan pul vəsaitini köçürdüyü tarixlərdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda, X82 küçəsində yerləşən Kəmalə Şadlıq sarayının yaxınlığındakı ofisə gətirib özü şəxsən vermişdir. Pulu nağdlaşdırmaq üçün ya birbaşa Şahid1 hesabına, yada Təqsirləndirilən şəxs məsləhəti ilə X91 MMC-nin hesabına köçürmüşdür. Şahid1 hesabına, istərsə də X91 MMC-nin hesabına pulu ya öz şirkətinin hesabından köçürmüş, ya da iş gördüyü özəl müəssisələrə pulu həmin MMC-yə və Şahid1 köçürməsini bildirmişdir. Nağdlaşdırdığı pul vəsaitinin məbləğini xatırlamır, lakin Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən, Təhsil Texnologiyalar Mərkəzi tərəfindən, istərsə də Turan Reklam MMC tərəfindən Şahid1 və X91 MMC-nin hesabına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmaq üçün köçürülmüş pul vəsaitləri olduğunu dəqiq bilir. Köçürdüyü pul vəsaitlərinin qarşılığında nə Şahid1 nə də ki X91 MMC ona hər-hansı xidmət göstərməmiş və hər-hansı mal-material satmamış, nağdlaşdırdığı pul hesabına özü reklam və çap işlərini görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid18 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 20 ildən artıq müddətdir ki, mətbəə işi ilə məşğul olur. 2021-ci ilin noyabr ayında mətbəədə istifadə edilən, mətbəə avadanlıqlarına qəlb çıxardan “Bysesprintm VLY (UV Setter)” markalı avadanlığını satarkən mətbəə işi ilə məşğul olan tanışı X18 həmin avadanlığı almaq istədiyini bildirmiş, lakin həmin avadanlığı rəsmi olaraq hansısa şirkətə köçürmə yolu ilə sata biləcəyini bildirmişdir. Həmin vaxtı onun şirkəti olmadığından xatırlamadığı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu bu işə köməklik edəcəyini bildirmiş, qarşılığında isə köçən pulun 3 faizini özünə götürəcəyini demişdir. O, da razılaşmış, Təqsirləndirilən şəxs X107 MMC-nin bank rekvizitlərini vermiş, o, da həmin Bank rekvizitlərini 2021-ci ilin noyabr ayında X12 vermiş, sonuncu da avadanlığın pulunu bir neçə gün içində hissə-hissə ümumilikdə 97.000 manat pulu Rəşadın qeyd etdiyi şirkətin bank hesabına köçürmüş, sonuncu da həmin pulu nağdlaşdırıb köçürülən pulun 3 faizini özünə götürdükdən sonra qalan pulu ona vermişdir. O, pulu əldə etdikdən sonra qeyd etdiyi avadanlığı Vahid Məmmədrzayevə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid11 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, X110 MMC və Art Company MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. Qeyd olunan hər iki MMC reklam və çap məhsullarının istehsalı və satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs mühasib kimi tanımış, aralarında normal münasibətiləri olmuşdur. Şirkətə mal-material almaq üçün rəsmi alış yeri tələb olunmuşdur. Şirkət tərəfindən satılan malın rəsmi alış yeri göstərilmədikdə Dövlət Vergi Xidməti bununla bağlı problem yaradır. Bəzi mallar var ki, həmin malların alınmasında çətinlik çəkmiş, buna görə də təxminən 2021-ci ilin sonlarında Rəşaddan rəsmi mal ala biləcəyi yer soruşduqda sonuncu pulu ona köçürtməyini, özü nağd pul verəcəyini və həmin pulla da Sədərək ticarət mərkəzindən mal ala biləcəyini demişdir. O, da razılaşıb rəhbəri olduğu X110 MMC və Art Company MMC-nin hesabından Təqsirləndirilən şəxs qeyd etdiyi Profitplus MMC, LifeTime Servis MMC, Accent Group MMC və Like Print MMC-yə xatırlamadığı məbləğdə pul vəsaiti köçürmüş, Rəşadın qeyd etdiyi həmin şirkətlər ona rəsmi mal satışına dair elektron qaimə vermiş, lakin qeyd olunan heç bir şirkət ona faktiki heç bir mal satışını həyata keçirməmiş və heç bir xidmət göstərməmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi MMC-lərə xatırlamadığı məbləğlərdə pul vəsaitlərini köçürtdükdən sonra sonuncu vergi və digər ödənişləri çıxdıqdan sonra pulun iki faizini özünə götürmüş, qalan pulu isə Bakı şəhərinin xatırlamadığı müxtəlif ünvanlarında ona vermiş, o, da həmin pulla mal-material almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid9 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, onun həm təsisçisi, həm də direktotu olduğu X71 MMC xx.xx.2019-cu il tarixdən fəaliyyət göstərir. MMC xaricdə təhsil, təhsil düşərgələri və digər fəaliyyət növləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs MMC-nin mühasibatlıq işlərini görmüş, MMC-nin ASAN imzası da sonuncuda olmuşdur. MMC-nin hesabından xx.xx.2021-ci il tarixdə işlə əlaqədar olaraq bank hesabında olan pulu nağdlaşdırıb iş görmək lazım olduğuna görə Rəşada şirkətin bank hesabında olan pulun nağdlaşdırmasını bildirmiş, sonuncu da 4.792 manat pul vəsaitini Şahid1 hesabına köçürmüş və həmin pul vəsaitinin 2,5 faizini komissiya kimi götürməklə nağdlaşdırıb qalan məbləği pul köçürdüyü tarixdə Bakı şəhərində xatırlamadığı ünvanda onlara vermişdir. Şahid1 hesabına köçmüş pulun qarşılığında Şahid1 şirkət üçün hər-hansı iş görməmiş, şirkət sonuncudan heç bir mal almamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 2021-ci il tarixdə "xxxx" MMC-ni təsis etmiş, MMC-nin fəaliyyəti təchizat işlərindən ibarət olmuşdur. Belə ki, e-tender.az saytını izləmiş, elan olunan tenderlərdə tələb olunan malları təmin edib etməyəcəyi ilə maraqlanmış, təmin edə bildiyi halda tenderə qoşulmuşdur. Ona məxsus olan "xxxx" MMC 2021-ci ilin dekabr ayında Tovuz, Saatlı, Sabirabad, Şirvan, Abşeron, Goranboy, Tovuz, Zaqatala rayon mərkəzi Xəstəxanaları PHŞ, ET Mamalıq və Ginekologiya İnstitutu, X21, Müharibə Veteranları xəstəxanaları tərəfindən elan edilmiş katirovka sorğusunda iştirak edib qiymətləri ucuz təklif etdiyi üçün qalib olmuş, sonra tələb olunan malları qeyd olunan xəstəxanalara təhvil vermiş, xəstəxanalara mallar təhvil verildikdən sonra xəstəxana tərəfindən onun hesabına pullar köçürülməsi təmin edilmişdir. Xəstəxanalarla şirkət arasında malların alqı-satqısı rəsmi qaydada, yəni hesaba köçürmə yolu ilə həyata keçirildiyindən malı rəsmi qaydada hesaba köçürmə yolu ilə alıb, xəstəxanaya elektron qaimə əsasında satış etməli olmuşdur. O, xəstəxananın tələb etdiyi malları rəsmi qaydada haradansa ala bilməyib, malları rəsmi qaydada hansı təşkilatdan alacağını axtarmış, xatırlamadığı tanışı vasitəsi ilə əvvəllər tanış olduğu Təqsirləndirilən şəxsla bu barədə danışmış, sonuncu ona malların rəsmi qaydada ayrı-ayrı şirkətlər tərəfindən satılmasını rəsmiləşdirəcəyini, ona malların rəsmi veriləcəyini bildirmiş və aralarında olan razılaşmaya görə "xxxx" MMC-nin hesabına tibb müəssisələri tərəfindən köçürülmüş pul vəsaitlərini Təqsirləndirilən şəxs nağdlaşdırmış, Rəşad "xxxx" MMC-nin hesabına tibb müəssisələri tərəfindən pul köçürüldüyü vaxtlarda köçürülmüş pul vəsaitinin 5 faizini özü götürdükdən sonra qalan pul vəsaitini Bakı şəhərinin xatırlamadığı müxtəlif ünvanlarında ona vermişdir. O, da katirovka sorğusunda qeyd olunan malları özü Sədərək ticarət mərkəzindən alıb xəstəxanalara aparıb təhvil vermiş, malları xəstəxanalara verdikdən sonra xəstəxanalar pulları MMC-nin Kapital Bank ASC-də olan bank hesabına köçürmüşdür. Onun hesabına pul köçürülən günü və ya ən gec ertəsi günü Təqsirləndirilən şəxs həmin pul vəsaitlərini qeyd etdiyi qaydada nağdlaşdırdıqdan sonra xəstəxanalara verdiyi malların almasını rəsmiləşdirdiyi "xxxx" MMC, "X112" MMC, "X109" MMC-nin və fiziki şəxs Şahid2 bank hesablarına köçürmüşdür. Rəşad xəstəxanalar tərəfindən onun hesabına pul köçürülüb köçürülmədiyini ondan maraqlanmış, o, pulun köçürüldüyünü dedikdə, Rəşad özü onun bank hesabına köçürülən pulları yuxarıda qeyd etdiyi şirkətlərin və fiziki şəxsin bank hesablarına köçürmüşdür. Rəşad köçürməni onun Asan imzası olmadan həyata keçirə bilməmişdir. Rəşad pul köçürmə ilə bağlı əməliyyatı keçirmək üçün onun asan imza olan hazırda xatırlamadığı telefon nömrəsinə gələn təsdiq kodunu özü əlavə etdikdən sonra Rəşadın onun ASAN imza portalına girməsinə icazə vermiş, bu icazə əsasında Rəşad onun bank hesabında əməliyyatlar həyata keçirə bilmişdir. O, "xxxx" MMC, "X112" MMC, "X109" MMC-nin rəhbərini, eləcə də Şahid2 tanımamış, onlarla aralarında heç bir münasibət olmamış, həmin şəxslərdən mal almamış, ona mal veməmişlər. Bundan başqa bildirmişdir ki, Premium Təchizat MMC-nin direktoru arvadı olsa da faktiki rəhbəri özü olmuş, rəhbəri olduğu Premium Təchizat MMC-də bir sıra səhiyyə müəssisələrində tender və katirovka sorğularında iştirak etmiş və qalib gəlmişdir. Həmin MMC ilə bağlı da pulu yuxarıda qeyd etdiyi qaydada Təqsirləndirilən şəxs vasitəsi ilə nağdlaşdırmışdır. O, tender və katirovka sorğusunda qalib olmaqla əlaqədar MMC-nin hesabına köçmüş pul vəsaitlərinin bir hissəsini Təqsirləndirilən şəxs faktiki idarə etdiyi "X112" MMC və "X109" MMC- nin hesabına köçürmüş, həmin pul vəsaitlərinin də Təqsirləndirilən şəxs 5 faizini özünə götürdükdən sonra qalan pulu qeyd etdiyi kimi Bakı şəhərinin müxtəlif ünvanlarında ona nağd şəkildə vermişdir. "X112" MMC-yə xx.xx.2021-ci il tarixdə 6.900 manat, xx.xx.2021-ci il tarixdə 2.260 manat, xx.xx.2021-ci il tarixdə 14.500 manat, xx.xx.2021-ci il tarixdə 4.170 manat, xx.xx.2021 -ci il tarixdə iki dəfəyə 2.000 və 5.344,29 manat və xx.xx.2022-ci il tarixdə 1.950,33 manat pul vəsaitini nağdlaşdırmaq üçün köçürülmüş, köçürməni Təqsirləndirilən şəxs yuxanda qeyd etdiyi qaydada ASAN imzadan istifadə etməklə özü həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə nağdlaşdırmaq üçün 48.209,50 manat pul vəsaitini “X109" MMC- yə köçürməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs diqqətsizlik edərək hesabından 75.643 manat pul vəsaitini qeyd olunan MMC-yə köçürmüşdür. Buna görə də Təqsirləndirilən şəxs 48.209,50 məbləğin 5 faizini çıxdıqdan sonra qalan pulu ona vermişdir. “X109" MMC bank hesabına köçürdüyü 75.643 manat pul vəsaitinin 27.433,5 manat məbləğini xx.xx.2021-ci il tarixdə Premium Təchizat MMC-nin hesabına qaytarmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə 10.285 manat, xx.xx.2022-ci il tarixdə 11.316,66 manat pul vəsaitini nağdlaşdırmaq üçün Təqsirləndirilən şəxs faktiki olaraq idarə etdiyi “X109" MMC-yə köçürmüş, sonuncu da həmin məbləğin 5 faizini özü götürüb qalan pul vəsaitlərini “X109" MMC-yə köçürdüyü vaxtlarda nağdlaşdırıb ona vermişdir. O, pulu nağdlaşdıranda dəfələrlə Təqsirləndirilən şəxs pul vəsaitlərini nağdlaşdırmağın qanunsuz olub- olmadığını soruşmuş, sonuncu qanunsuz olmadığını demişdir. O, RM Corporate MMC-ni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tanışı, birgə işlədiyi Şahid6 notarial qaydada satmışdır. Həmçinin bildirmişdir ki, rəhbəri olduğu RM Corporate MMC-nin hesabına xx.xx.2021-ci il tarixdə Sabirabad RMX PHŞ tərəfindən 11.945 manat, xx.xx.2021- ci il tarixdə Tovuz RMX PHŞ tərəfindən 48.914,50 manat, xx.xx.2021-ci il tarixdə X105 Xəstəxanası tərəfindən 13.990 manat, xx.xx.2021-ci il tarixdə ET mamalıq və Ginekologiya İnstitutu PHŞ tərəfindən 3.277,97 və həmin tarixdə 5.084,75 manat, xx.xx.2021-ci il tarixdə Saatlı RMX PHŞ tərəfindən 14.928,50 manat, xx.xx.2021-ci il tarixdə Abşeron RMX PHŞ tərəfindən 20.526 manat, xx.xx.2021-ci il tarixdə Müharibə Veteranları Respublika Xəstəxanası tərəfindən 5.975 manat, xx.xx.2021-ci il tarixdə Qax RMX PHŞ tərəfindən 31.645,70 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala RMX PHŞ tərəfindən 18.528 manat, xx.xx.2021-ci il tarixdə ET mamalıq və Ginekologiya İnstitutu PHŞ tərəfindən 590,03 manat və həmin tarixdə 915,25 manat, xx.xx.2021-ci il tarixdə Goranboy RMX PHŞ tərəfindən 11.656,70 manat, xx.xx.2022-ci il tarixdə Şirvan RMX PHŞ tərəfindən 7.992,86 manat pul vəsaiti köçürülmüşdür. Qeyd olunan tibb müəssisələri tərəfindən keçirilmiş kotirovka sorğusunda iştirak etməklə qalib olmuş və həmin tibb müəssisələrini mətbəx avadanlıqları və digər inventarlarla təmin etmişdir. İnventarları Sədərək ticarət mərkəzindən almış, pul vəsaitlərini isə MMC-nin bank hesabına köçdüyü günü Təqsirləndirilən şəxs vasitəsi ilə nağdlaşdırmışdır. Onun hesabına köçmüş pul vəsaitlərindən hər-hansı məbləğini qeyd olunan tibb müəssisələrinin heç bir vəzifəli şəxsinə verməmişdir. Katirovka sorğusunda 3 şirkət iştirak etmiş, onlardan biri arvadının adına olmaqla faktiki özünün idarə etdiyi Premium Təchizat MMC, digər üçüncü şirkət isə tanımadığı şirkət katirovka sorğusunda iştirak etmişdir. Onun əsas şirkəti tərəfindən qiyməti ucuz, digər şirkəti tərəfindən isə qiyməti qismən baha qoymuş, bu formada qiyməti oynada-oynada katirovka sorğusunun qalibi olmuşdur. Katirovka sorğusunda iştirak etməsi üçün vergidən arayışı Təqsirləndirilən şəxs alıb ona vermiş, qalan bütün prosesdə özü iştirak etmiş, Təqsirləndirilən şəxs bununla əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid17 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, 2015-ci ildən hal-hazırkı vaxtadək reklam və çap işləri ilə məşğul olmaqla, reklam xidmətlərinə işıqlı reklam tabloların hazırlanması və quraşdırılması, banner və vinil montajı, şəkil və çərçivələrin hazırlanması və sair xidmətlər daxil olmuşdur. 2021-ci il tarixdə sifariş götürdüyü bəzi şirkətlər ondan rəsmi olaraq köçürmə yolu ilə pulu köçürə biləcəklərini dedikləri üçün tanışı Tural Qarayev vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs onun adına şirkət açmasını xahiş etmiş, sonuncu da xx.xx.2021-ci il tarixdə onun adına ZV Group MMC şirkətini təsis etmişdir. Həmin şirkətin mühasibatlıq işini Təqsirləndirilən şəxs həyata keçirmiş, mühasibatlıq fəaliyyətinə görə ayda Rəşada 100 manat pul vermişdir. 2021-ci ilin noyabr dekabr aylarında Azərbaycan Dövlət Dəniz Akademiyası, Advanced İndustrialSolutions MMC, MKT İstehsalat Kommersiya MMC, Piramida Reklam MMC və fiziki şəxs Vüqar Qardaşovdan reklam sifarişləri götürmüşdür. Həmin sifarişləri vaxtında həyata keçirmək üçün ona pul lazım olduğuna görə qeyd etdiyi hüquqi və fiziki şəxslərdən adına olan ZV Group MMC-nin hesabına köçürülmüş müxtəlif məbləğlərdə pul vəsaitlərini nağdlaşdırmaq istəmişdir. Pul vəsaitlərinin şirkətin bank hesabına köçürüldüyü tarixdə Təqsirləndirilən şəxs bu barədə köməklik göstərə biləcəyini soruşmuş, sonuncu ona köməklik göstərə biləcəyini demiş, aralarında olan razılaşmaya görə Təqsirləndirilən şəxs onun bank hesabına Azərbaycan Dövlət Dəniz Akademiyası, X16 MMC, MKT İstehsalat Kommersiya MMC, Piramida Reklam MMC və fiziki şəxs Vüqar Qardaşovdan köçürülmüş pul vəsaitlərinin 2 faizini özünə götürüb, qalan pul vəsaitlərini isə Rəşad onun şirkətindən digər hesaba köçürdüyü tarixlərdə Bakı şəhərində müxtəlif ünvanlarda ona vermişdir. Rəşadın onun hesabından nağdlaşdırdığı pul vəsaitlərini arvadı Şahid1 bank hesabına köçürdüyünü sonradan bilmişdir. Həmin pul vəsaitləri qarşılığında Təqsirləndirilən şəxs ona heç bir xidmət göstərməmiş, heç bir mal material satmamışdır. Nağdlaşdırdığı pul hesabına isə Azərbaycan Dövlət Dəniz Akademiyası, X16 MMC, MKT İstehsalat Kommersiya MMC, Piramida Reklam MMC və fiziki şəxs Vüqar Qardaşovdan götürdüyü sifarişlər üzrə reklam və çap işlərini görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid12 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, o, xx.xx.2014-cü il tarixdə Edison MMC, xx.xx.2017-ci il tarixdə Grohe MMC-ni təsis etmiş, eyni zamanda həmin MMC-lərin direktorudur. Bundan başqa işçisi olmuş X9 adına xx.xx.2014-cü il tarixdə UZAY-G MMC və xx.xx.2019-cu il tarixdə Uzay-E MMC yaratmış, qeyd olunan hər iki MMC X9 adına rəsmiləşdirilsə də faktiki rəhbəri özü olmuşdur. Həmin MMC-lərin fəaliyyətləri malmaterialların təchizatından ibarət olmuşdur. Həm dövlət satınalmalarında iştirak etmiş, həm də özəl şirkətləri lazımı mal-materialla təmin etmişdir. Tələb olunan malları rəsmi almaq bəzən çətinlik yaratdığı üçün şirkətlərin bank hesablarına köçmüş pul vəsaitlərini nağdlaşdırıb, nağdlaşdırdığı pul vəsaitləri ilə də Sədərək ticarət mərkəzində və digər ticarət mərkəzlərindən mal almışdır. Təqsirləndirilən şəxs mühasib kimi tanımış, sonuncu onun şirkətlərinin mühasibatlıq işlərini həyata keçirmişdir. O, sifariş olunan malları rəsmi olaraq almaqda çətinlik çəkdiyindən bu barədə Rəşadla danışmış, sonuncu ona hesabından pul vəsaitlərini nağdlaşdıra biləcəyini demişdir. O, Rəşaddan nağdlaşdıran şirkətlərin problemli şirkət olub-olmadığını soruşmuş, sonuncu heç bir problem olmayacağını dediyindən razılaşmış və qeyd olunan Edison MMC, Grohe MMC, UZAY-G MMC və Uzay-E MMC-nin bank hesablarından müxtəlif məbləğlərdə pul vəsaitlərini müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs bank rekvizitini verdiyi şirkətlərin bank hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs pul vəsaitləri köçürülən tarixlərdə pulu nağdlaşdırıb 3 faizini özünə götürüb qalan pul vəsaitini Bakı şəhərinin müxtəlif ünvanlarında ona vermişdir. Həmçinin bildirmişdir ki, Edison MMC-nin bank hesabından xx.xx.2021-ci il tarixdə X112 MMC-nin bank hesabına köçürülmüş 45.345,58 manat, xx.xx.2021-ci il tarixdə Basılıca MMC-nin bank hesabından köçürülmüş 26.000 manat, Grohe MMC-nin bank hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X112 MMC-nin bank hesabına köçürülmüş 48.770,53 manat, Gülnar Dostaliyevanın adına rəsmiləşdirilmiş, lakin faktiki ona məxsus olan Uzay-E MMC-nin bank hesabından xx.xx.2021-ci il tarixdə X112 MMC-nin bank hesabına köçürülmüş 25.265,10 manat, xx.xx.2021-ci il tarixdə Basılıca MMC-nin bank hesabına köçürülmüş 99.519,22 manat, xx.xx.2021-ci il tarixdə X109 MMC-nin bank hesabına köçürülmüş 82.593,45 manat, Gülnar Dostəliyevanın adına rəsmiləşdirdiyi digər Uzay-G MMC-nin bank hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X112 MMC-nin bank hesabına köçürülmüş 69.859,25 manat olmaqla cəmi 397.353,13 manat pul vəsaitlərini nağdlaşdırmaq üçün köçürmüş, bunun qarşılığında həmin MMC-lər onun şirkətinə heç bir mal-material satmamış, heç bir xidmət göstərməmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxs dövlət Vergi Xidmətinə elektron qaimə yerləşdirmişdir. Rəsmi olaraq X112 MMC və Basılıca MMC-dən mal- material alması göstərilsə də, faktiki olaraq həmin MMC-lərdən hər-hansı mal-material alınmamışdır. Rəşad həmin pulları nağdlaşdırıb 3 faizini özünə götürdükdən sonra qalan məbləği pulu köçürtdüyü tarixlərdə ona vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xİdmətindən daxil olmuş diskə baxış keçirilmişdir. Diskdə olan hesabdan çıxarış adlı fayla daxil olduqda həmin faylda RM Corporate MMC, Profitplus MMC, X112 MMC, X109 MMC, ABC Content MMC, Şahid2 və Şahid1 Paşa Bank ASC və Rabitə Bank ASC-də bank hesabları vardır. "xxxx" MMC-nin bank hesabına daxil olduqda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi bank əməliyyatlarının olması görünür. MMC-nin bank hesabına xx.xx.2021-ci il tarixdə Sabirabad RMX PHŞ tərəfindən 11.945 manat, xx.xx.2021-ci il tarixdə Tovuz RMX PHŞ tərəfindən 48.914,5 manat, xx.xx.2021-ci il tarixdə X21 tərəfindən 13.990 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ET Mamalıq və Ginekologiya İnstitutu PHŞ tərəfindən 9.868 manat, xx.xx.2021-ci il tarixdə Saatlı RMX PHŞ tərəfindən 14.928,5 manat, xx.xx.2021-ci il tarixdə Abşeron RMX PHŞ tərəfindən 20.526 manat, xx.xx.2021-ci il tarixdə Müharibə Veteranları PHŞ tərəfindən 5.975 manat, xx.xx.2021-ci il tarixdə Qax RMX PHŞ tərəfindən 31.645,7 manat, xx.xx.2021-ci il tarixdə Zaqatala RMX PHŞ tərəfindən 18.528 manat, xx.xx.2021-ci il tarixdə Goranboy RMX tərəfindən 11.656,7 manat, xx.xx.2021-ci il tarixdə Şirvan ŞMX PHŞ tərəfindən 7.992,86 manat olmaqla ümumilikdə qeyd olunan tibb müəssisələri tərəfindən mal-materialın alınması təyinatı ilə 194.464,98 manat pul vəsaiti mədaxil olmuş, həmin pul vəsaitlərindən 140.018,91 manat pul vəsaiti X112 MMC-nin, 20.309,80 manat pul vəsaiti X109 MMC-nin, 20.550,38 manat pul vəsaiti Profitplus MMC-nin və 13.680 manat pul vəsaiti fiziki şəxs Şahid2 bank hesabına məxaric olmuşdur. Bundan sonra Profitplus MMC-nin bank hesabına daxil olduqda müəyyən olunmuşdur ki, MMC-nin bank hesabına "X110" MMC tərəfindən 25.237,56 manat, "xxxx" MMC tərəfindən 15.100 manat, "xxxx" MMC tərəfindən 9.402 manat, "xxxx" MMC tərəfindən 3.150 manat, "xxxx" MMC tərəfindən 20.550,38 manat, 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən 7.800 manat, X40 tərəfindən 29.000 manat, "xxxx" MMC tərəfindən 9.961 manat, "xxxx" MMC tərəfindən 1.440 manat, "xxxx" MMC tərəfindən 12.750 manat, “X114 Management” MMC tərəfindən 9.014 manat, X3 Mərkəzi tərəfindən 4.750 manat, "xxxx" MMC tərəfindən 34.835 manat, C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən 7.598 manat, "xxxx" MMC tərəfindən 47.000 manat, Mərkəzi Bank tərəfindən 14.200 manat, "xxxx" MMC tərəfindən 16.030 manat, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən 1.400 manat, “Goranboy RMX PHŞ tərəfindən 2.947 manat, "xxxx" MMC tərəfindən 22.500 manat, Hidrogeoloji Meliorasiya Xidməti tərəfindən 3.609 manat, X52 idarəsi tərəfindən 8.500 manat, Naftalan şəhər icra hakimiyyəti tərəfindən 13.030 manat, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 1.800 manat, “X31 X116” tərəfindən 25.000 manat, "xxxx" QSC tərəfindən 71.406,90 manat, "xxxx" MMC tərəfindən 3.816 manat, "xxxx" MMC tərəfindən 105.270 manat pul vəsaiti köçürülmüş, həmin MMC tərəfindən isə hesabına köçürülmüş pul vəsaitlərindən 492.619 manat məbləğində pul vəsaiti X19, 33.686 manat məbləğində pul vəsaiti isə Ceyhun Məmmədovun hesabına köçürülmüşdür. Bundan sonra X112 MMCnin bank hesabına daxil olduqda müəyyən olunmuşdur ki, MMC-nin bank hesabına “LOTUS ES" MMC tərəfindən 2.312 manat, "xxxx" MMC tərəfindən 19.586 manat, “Like Print" MMC tərəfindən 32.359,50 manat, "xxxx" MMC tərəfindən 37.124,62 manat, "xxxx" MMC tərəfindən 47.929,40 manat, "xxxx" MMC tərəfindən 140.018,91 manat, C.Cabbarlı adına Gənclər Kitabxanası tərəfindən 1.000 manat, Mərkəzi Bank tərəfindən 1.575 manat, "xxxx" MMC tərəfindən 74.697,15 manat, "xxxx" MMC tərəfindən 45.345,58 manat, "xxxx" MMC tərəfindən 48.770,53 manat, “X5” tərəfindən 3.114,39 manat, "xxxx" MMC tərəfindən 8.700 manat, "xxxx" MMC tərəfindən 133.445 manat, “Uzay-E MMC” tərəfindən 95.124,35 manat pul vəsaiti köçürülmüş, həmin pul vəsaitlərindən 549.473 manatı X19, 25.460 manat məbləğində pul vəsaiti X34, 1.948 manat məbləğində pul vəsaiti Ceyhun Məmmədovun, 81.671 manat məbləğində pul vəsaiti Malik Miriyevin, 31.611 manat məbləğində pul vəsaiti X7 hesabına köçürülmüşdür. Bundan sonra X109 MMC-nin bank hesabına daxil olduqda müəyyən olunmuşdur ki, MMC-nin Bank hesabına "X57" MMC tərəfindən 4.000 manat, “X110” MMC tərəfindən 108.898,05 manat, Avtomobil Nəqliyyati Xidməti tərəfindən 2.749,40 manat, "xxxx" MMC tərəfindən 8.720 manat, "xxxx" MMC tərəfindən 4.989,40 manat, C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən 4.992 manat, "xxxx" MMC tərəfindən 15.640 manat, "xxxx" MMC tərəfindən 36.604,70 manat, "xxxx" MMC tərəfindən 9.180 manat, X108 Xəstəxanası tərəfindən 25.345 manat, "xxxx" MMC tərəfindən 97.244,66 manat, "xxxx" MMC tərəfindən 20.309,80 manat, "xxxx" MMC tərəfindən 5.500 manat, "xxxx" MMC tərəfindən 82.593,45 manat pul vəsaiti köçürülmüş, həmin MMC isə köçürülmüş pul vəsaitlərindən "xxxx" MMC-nin hesabına 1.000 manat, Şahid1 hesabına 289.708 manat, X34 hesabına 9.770 manat, Ceyhun Məmmədovun hesabına 124.707 manat, Malik Miriyevin hesabına 1.000 manat, "xxxx" MMC-nin hesabına 27.433,50 manat pul vəsaiti köçürmüşdür. Bundan başqa Şahid2 bank hesabına daxil olduqda sonuncunun bank hesabına "X91" MMC tərəfindən 70.637,20 manat, "xxxx" MMC tərəfindən 28.842 manat, "xxxx" MMC tərəfindən 233.866,60 manat, "xxxx" MMC tərəfindən 13.680 manat, Azərbaycan Hava Yollari QSC tərəfindən 4.675,01 manat, Azərbaycan Dövlət Dəniz Akademiyasi tərəfindən 870 manat, "xxxx" MMC tərəfindən 15.000 manat, “X83 Com” MMC tərəfindən 2.720 manat, Mərkəzi Bank tərəfindən 15.790 manat, "xxxx" MMC tərəfindən 40.000 manat, "xxxx" MMC tərəfindən 320 manat, "xxxx" MMC tərəfindən 6.901,50 manat, "xxxx" MMC tərəfindən 5.500 manat, X23 MMC tərəfindən 2.000 manat, “Tikinti Qurashdirma Az Ny” tərəfindən 3.231,12 manat, "xxxx" MMC tərəfindən 1.500 manat, "xxxx" MMC tərəfindən 16.236,10 manat məbləğində köçürülmüş pul vəsaitlərindən "xxxx" MMC-nin hesabına 4.676 manat, Şahid1 hesabına 340.861 manat, Ceyhun Məmmədovun hesabına 116.624 manat pul vəsaiti köçürülmüşdür. Bundan sonra Şahid1 Paşa Bank ASC-də olan bank hesabına baxış zamanı sonuncunun bank hesabına "xxxx" MMC tərəfindən 190.076 manat, "xxxx" MMC tərəfindən 478 manat, “X114 Management” MMC tərəfindən 139.639 manat, "xxxx" MMC tərəfindən 14.560 manat, "xxxx" MMC tərəfindən 6.534 manat, “X107 MMC tərəfindən 303.321 manat, X71 MMC tərəfindən 4.792 manat, Şahid6 tərəfindən 37.218 manat, İmperiya Reklam və Təchizat MMC tərəfindən 465 manat, Ceyhun Məmmədov tərəfindən 5.000 manat, X35 tərəfindən 17.985,3 manat, Mobillion MMC tərəfindən 75.200 manat, Multiservices And Co. MMC tərəfindən 167.264 manat, Şahid2 tərəfindən 176.992 manat, X43 tərəfindən 50.629 manat, Reserve Baku MMC tərəfindən 8.485 manat, X46 tərəfindən 459.615 manat, Shopstore MMC tərəfindən 9.240,43 manat, Steril MMC tərəfindən 15.466 manat, Trade Plus MMC tərəfindən 249 manat, Turan Reklam tərəfindən 34.280 manat, UV Forma MMC tərəfindən 97.570 manat, Accent Group MMC tərəfindən 19.203 manat, X92 MMC tərəfindən 33.776 manat, "xxxx" MMC tərəfindən 57.395 manat, "xxxx" MMC tərəfindən 246.144 manat, X61 tərəfindən 623.414 manat, General Services AND CO MMC tərəfindən 39.002 manat, İnternational Group MMC tərəfindən 38.118 manat, X112 MMC tərəfindən 549.473 manat, Life Time Services MMC tərəfindən 289.708 manat, Like Print MMC tərəfindən 60.039 manat, Profitplus MMC tərəfindən 492.619 manat, Reserve MMC tərəfindən 239.650 manat, X103 MMC tərəfindən 9.351 manat, Symbol Promo MMC tərəfindən 42.161 manat, Timcompany MMC tərəfindən 20.012 manat, VR Holding MMC tərəfindən 15.851 manat və ZV Group MMC tərəfindən 21.461 manat pul vəsaiti köçürülmüş, həmin pul vəsaitindən 4.260.874 manat məbləğində pul vəsaiti "xxxx" MMCnin, 116.756 manat “X107” MMC-nin, 120 manat Ceyhun Məmmədovun, 470,30 manat Malik Miriyevin, 75.200 manat Mobillion MMC-nin, 167.095 manat Shopstore MMC-nin hesabına köçürülmüşdür. Bundan başqa Şahid1 Rabitəbank ASC-də olan bank hesabına baxış zamanı müəyyən olunmuşdur ki, həmin bank hesabına ABC CONTENT MMC tərəfindən 77.803 manat, “X92” MMC tərəfindən 43.234 manat, "xxxx" MMC tərəfindən 97.443 manat, X106 MMC tərəfindən 4.193 manat, "xxxx" MMC tərəfindən 28.762 manat, daxili hesab təyinatı ilə 781.175 manat, X107 MMC tərəfindən 7.843 manat, Şahid6 tərəfindən 30.212 manat, İnternational GROUP MMC tərəfindən 106.565 manat, X47 tərəfindən 808 manat, Multiservices AND CO. MMC tərəfindən 2.378 manat, Şahid2 tərəfindən 163.869 manat, Reserve MMC tərəfindən 12.206 manat, X103 MMC tərəfindən 51.335 manat, Tim Company MMC tərəfindən 49.590 manat, T-Print MMC tərəfindən 161.800 manat, Turan Reklam MMC tərəfindən 24.430 manat, UV Forma MMC tərəfindən 108.416 manat, VR Holding MMC tərəfindən 35 manat, ZV Group MMC tərəfindən 3.166 manat pul vəsaiti köçürülmüş, həmin pul vəsaitindən Shopstore MMC-nin hesabına 80.000 manat, ABC CONTENT MMC-nin hesabına 1.588.372 manat, Tim Company MMC-nin hesabına 47.878 manat pul vəsaiti köçürülmüşdür. ABC CONTENT MMC-nin bank hesabına daxil olduqda Şahid1 yuxarıda qeyd olunan hər iki bank hesabından qeyd olunan məbləğlərdə pul vəsaitlərinin mədaxil və məxaric olması müəyyən olunmuşdur. Bundan sonra Qeydiyyat sənədləri adlı fayla daxil olduqda “X112” MMC və “X109” MMCnin hər ikisinin Pakistan İslam Respublikasının vətəndaşı Qayyum Abdulun adına xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınması müvafiq olaraq VÖEN ********** və VÖEN ********** olması, "xxxx" MMC-nin Şahid3 adına xx.xx.2021-ci il tarixdə qeydiyyatda alınması və VÖEN ********** olması, RM Corporate MMC-nin Şahid4 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınması və VÖEN ********** olması müəyyən edilmişdir. Baxış keçirilikdən sonra 01 ədəd CD formatlı optik disk müvafiq qaydada qablaşdırılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xx.xx.2023-cü il tarixli **********270300 nömrəli məktublar daxil olmuş diskə baxış keçirilmişdir. Diskə baxış zamanı bank hesabları adlı Excel faylda RM Corporate MMC, Profitplus MMC, X112 MMC, X109 MMC, Şahid2 və Şahid1 bank hesabları, bank kodu, valyuta hesabın tipi, dublikatın nömrəsi, dublikatın tarixi, VÖEN və digər məlumatları vardır. RM Corporate MMC, Profitplus MMC, X112 MMC, X109 MMC, Şahid2 Kapital Bank ASC-nin Səbail filialında bank hesabları vardır. Şahid1 Rabitəbank ASC-nin Lənkəran filialında və Paşa Bank ASC-də bank hesabları vardır. Qeyd olunan hesablara dair çıxarış çıxarılaraq protokola əlavə edilmişdir. Bundan başqa digər fayllarda RM Corporate MMC, Profitplus MMC, X112 MMC, X109 MMC-nin dövlət qeydiyyata alınmasına dair məlumatlar vardır. Həmin məlumatlar Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş diskə baxış keçirilən zaman müəyyən edilmiş məlumatlarla eynilik təşkil edir. Baxış keçirilikdən sonra 01 ədəd CD formatlı optik disk müvafiq qaydada qablaşdırılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məktublar daxil olmuş diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, VÖEN **********1 olan "xxxx" MMC xx.xx.2015-ci il tarixdə X11 adına, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2017-ci il tarixdə, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2018-ci il tarixdə, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2020-ci il tarixdə Şahid13, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2018-ci il tarixdə Şahid8, VÖEN ********** olan “X114 Management” MMC xx.xx.2019-cu il tarixdə Pakistan İslam Respublikasının vətəndaşı X75 Muhammad Nawazın, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2020-ci il tarixdə, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2021-ci il tarixdə, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2020-ci il tarixdə Şahid1, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2021-ci il tarixdə X17, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2021-ci il tarixdə Şahid6, VÖEN ********** olan “X107” MMC xx.xx.2021-ci il tarixdə X25, VÖEN ********** olan “X109” MMC və VÖEN ********** olan “X112” MMC xx.xx.2021-ci il tarixdə Pakistan İslam Respublikasının vətəndaşı Qayyum Abdulun, VÖEN ********** olan "xxxx" MMC və VÖEN ********** olan "xxxx" MMC xx.xx.2021-ci il tarixdə Şahid3, VÖEN ********** olan “X91” MMC (əvvəlki adı: X92 MMC) xx.xx.2021-ci il tarixdə X39, VÖEN ********** olan "xxxx" MMC (əvvəlki adı: X92 MMC) xx.xx.2021-ci il tarixdə X6, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2021-ci il tarixdə X26, VÖEN ********** olan "xxxx" MMC xx.xx.2022-ci il tarixdə Şahid10 adına qeydiyyata alınmışdır. Qeyd olunan məlumatlar çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış keçirilikdən sonra 01 ədəd CD formatlı optik disk müvafiq qaydada qablaşdırılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin bank hesabına “Bakı şəhəri Təcili və X32 Stansiyası” PHŞ tərəfindən 134.757,18 manat, Yevlax RMX PHŞ tərəfindən 59.172,4 manat, Basılıca MMC-nin bank hesabına "xxxx" MMC tərəfindən 99.519,22 manat, "xxxx" MMC tərəfindən 1.320 manat, OFFİCEPRO MMC tərəfindən 23.583 manat, LİBRA-E MMC tərəfindən 16.500 manat, Cabbarlı adına Gənclər Kitabxanası tərəfindən bank hesabına 4.995 manat, Hidrogeoloji Meliorasiya Xidmətindən 900 manat, "xxxx" MMC-dən 15.950 manat, "xxxx" MMC tərəfindən 26.000 manat, UV Forma (LİFE ENTERPRİSES GROUP MMC) MMC-nin bank hesabına "xxxx" MMC tərəfindən 14.006,60 manat, "xxxx" MMC-dən 5.192 manat, "xxxx" MMC-dən 12.000 manat, CHAP ART MMC tərəfindən 390 manat, Azərbaycan Texniki Universiteti tərəfindən 2.946 manat, ART COMPANY MMC tərəfindən 22.000 manat, X58 tərəfindən 74.610 manat, HSEAZ MMC tərəfindən 1.000 manat, Master Tools MMC tərəfindən 10.107 manat, "xxxx" MMCnin bank hesabına "X57" MMC tərəfindən 2.000 manat, “X79” MMC-dən tərəfindən 8.000 manat, Tovuz Hemodialez və Diaqnoztika mərkəzi tərəfindən 4.900 manat, X107 MMC-nin bank hesabına X22 MMC tərəfindən 61.085,85 manat, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən 50.400 manat, Piramida Reklam MMC tərəfindən 3.000 manat, fiziki şəxs X18 tərəfindən 97.000 manat, C.Cabbarli adına Gənclər Kitabxanası tərəfindən 3.480 manat, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən 4.710 manat, "xxxx" MMC-dən 10.000 manat, GRAND MEDİA MMC tərəfindən 6.000 manat, Xırdalan şəhər bələdiyyəsi tərəfindən 2.165.79 manat, Arcreat MMC-nin bank hesabına VR Holding MMC tərəfindən 4.879,75 manat, "xxxx" MMC tərəfindən 17.000 manat, Respublikası Səhiyyə Nazirliyi Təcili və X84 Yardım Stansiyası PHŞ tərəfindən 14.941 manat, X59 tərəfindən 17.850 manat, Gülüstan Sarayı tərəfindən 1.001 manat, AGRO- LAND-AZ QSC tərəfindən 76.846,90 manat, "xxxx" MMC-dən 7.000 manat, "xxxx" MMCnin bank hesabına Şəki MRX PHŞ tərəfindən 35.319,86 manat, K.Y.Fərəcova adına X51 İnstitutu PHŞ tərəfindən 43.103,05 manat, ART COMPANY MMC tərəfindən 9.007 manat, X65 İnstitutu tərəfindən 995 manat, Qusar RMX PHŞ tərəfindən 38.902,75 manat, Reserve MMC-nin bank hesabına C.Cabbarlı adına Gənclər Kitabxanası tərəfindən 18.485 manat, K.Y.Fərəcova adına X51 İnstitutu PHŞ tərəfindən 133.971,3 manat, Naftalan Kommunal Təsərrüfat Birliyi tərəfindən 38.957 manat, "xxxx" MMC-dən 16.000 manat, X21 PHŞ tərəfindən 36.316,50 manat, Qazax RMX PHŞ tərəfindən 47.929,40 manat, X69 PHŞ tərəfindən 246.063,04 manat,"xxxx" MMC-nin bank hesabına C.Cabbarlı adına Gənclər Kitabxanası tərəfindən 4.000 manat, TİM COMPANY MMC-nin bank hesabına Cabbarlı adına Gənclər Kitabxanası tərəfindən 4.995 manat, Daxili İşlər Nazirliyinin Mətbəəsi tərəfindən 4.952,25 manat, X91 MMC-nin bank hesabına "xxxx" MMC tərəfindən 14.110 manat, X113 MMC tərəfindən 59.718,75 manat, Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 56.647,80 manat, “X92 “MMC-nin bank hesabına "xxxx" MMC-dən 3.500 manat, Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 9.674,96 manat, X114 MANAGEMENT MMC-nin bank hesabına Stabil-E MMC tərəfindən 41.491 manat, Şahid6 bank hesabına 62.393,93 manat, GENERAL SERVİCES AND CO MMC-nin bank hesabına Promo Plus MMC tərəfindən 500 (beş yüz) manat, "xxxx" MMC-dən 38.547 manat, E.G.E. OTOMOTİV” MMC-dən 15.950 manat, RESERVE BAKU MMC-nin bank hesabına "xxxx" MMC tərəfindən 5.500 manat, ELCORE DİSTRİBUTİON MMC tərəfindən 100.000 manat, STERİL MMC-nin bank hesabına "xxxx" MMC-dən 15.500 manat, X103 MMC-nin bank hesabına "xxxx" MMC-dən 13.000 manat, ELCORE DİSTRİBUTİON MMC tərəfindən 38.000 manat, T-PRİNT MMC-nin bank hesabına ELCORE DİSTRİBUTİON MMC tərəfindən 162.000 manat pul vəsaiti köçürülmüşdür. Baxış keçirilikdən sonra 01 ədəd CD formatlı optik disk müvafiq qaydada qablaşdırılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 193-1.3.2-ci maddəsindən, həmin Məcəllənin 179.2.3, 179.2.4 və 193-1.3.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “pul vəsaitinin depozitə qoyulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödədiyi ümumilikdə 108079 manat məbləğində pul vəsaitinin depozitə qoyulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 9/421 nömrəli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd olunmuşdur ki, 2021-2022-ci illər ərzində Təqsirləndirilən şəxs, onun arvadı Şahid1 və onlarla əlaqəli olan digər şirkətlər tərəfindən təsis edilmiş hüquqi və fiziki şəxslərin bank hesablarına köçürülmüş pul vəsaitlərinin nağdlaşdırılması nəticəsində 102.265,48 manat pul vəsaiti əldə edilməsi müəyyən edilir. xx.xx.2024-cü il tarixli “Pul vəsaitinin depozitə qoyulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödədiyi ümumilikdə 80000 manat məbləğində pul vəsaitinin depozitə qoyulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4 və 193-1.3.2-ci maddələrindən, həmin Məcəllənin 179.2.3, 179.2.4, 193.1 və 193-1.3.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “Pul vəsaitinin dövlət nəfinə keçirilməsi haqqında” qərarda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən Baş Prokurorluğun depozit hesabına ödənilmiş ümumilikdə 188079 manat məbləğində pul vəsaitinin 102293 manat pul vəsaiti əldə edilmiş gəlirin tamamilə dövlət büdcəsinə ödənilməsi, 85786 manat pul vəsaiti isə əldə edilmiş gəlirin (CM 193.1-ci maddəsi üzrə) bir mislinin qismən ödənişi kimi nəzərə alınmış və ödənilmiş cəmi 188079 manat məbləğində pul vəsaitinin Baş Prokurorluğun depozit hesabından Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməklə dövlət nəfinə (büdcəsinə) alınması qərar alınmışdır. xx.xx.2024-cü il tarixli ”qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində“polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən (tapşırığından) görünür ki, təqsirləndirilən şəxs tərəfindən 16507 manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1-ci maddəsinə görə kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə bu əməl - yalançı sahibkarlıq cinayətini ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.1-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, yəni: 193-1.1.1.cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi; 193-1.1.2.cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 193-1.1 və ya 193-1.2-ci maddəsində nəzərdə tutulmuş əməllər xeyli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsinin qeyd hissəsinə görə, bu Məcəllənin 193-1.3.2-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan artıq olan məbləğ başa düşülür. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 193.1 və 193-1.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün etirafedici ifadələri (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X74rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri özünün etirafedici ifadələri (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 193.1 və 193-1.3.2-ci maddələri ilə tövsif olunmuşdur və qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Məhkəmənin xx.xx.2024-cü il tarixli 1(101)-1461/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla bəraətverici əsaslar olmadan xitam verilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 193.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun CM-in 193-1.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan əlavə, Məhkəmənin xx.xx.2024-cü il tarixli 1(101)-1461/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla bəraətverici əsaslar olmadan xitam verilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır. Qeyd olunan qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Baş Prokurorluğun depozit hesabına ümumilikdə 204586 manat məbləğində pul vəsaiti olmaqla, cinayət nəticəsində vurulmuş ziyan (CM-nin 193.1-ci maddəsi üzrə əldə edilmiş gəlir) 102293 manat pul vəsaiti tamamilə ödənilmiş, bundan əlavə isə vurulmuş ziyanın (CM-nin 193.1-ci maddəsi üzrə əldə edilmiş gəlirin) bir misli miqdarında olmaqla 102293 manat pul vəsaiti tamamilə ödənilmişdir. Bundan başqa, iş materiallarndan görünür ki, təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə yaşayır, onun barəsində şikayət daxil olmamış və o, müsbət xarakterizə olunur. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxs evlidir və himayəsində biri azyaşlı olmaqla 2 yetkinlik yaşına çatmayan uşağı uşağı var. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirini - əməlini tam etiraf etməsini, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirləndirilən şəxsin barəsində şikayətin daxil olmamasını və müsbət xarakterizə olunmasını, evli olmasını, himayəsində biri azyaşlı olmaqla 2 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunu, o cümlədən təqsirləndirilən şəxsin - əməlini tam etiraf etməsini, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirləndirilən şəxsin barəsində şikayətin daxil olmamasını və müsbət xarakterizə olunmasını, evli olmasını, himayəsində biri azyaşlı olmaqla 2 yetkinlik yaşına çatmayan uşağının olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 193-1.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə “müəyyən vəzifə tutma və ya müəyyən faəliyətlə məşğul olma hüququndan məhrum edilməkdən” ibarət olan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə əsas cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə əsas cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü madəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi, həmçinin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən, Azərbaycan Respublikası İqtissadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətindən, Kapital Bank ASC və Paşa Bank ASC-dən daxil olmuş 07 ədəd DVD formatlı optik disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza 03 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən (daimi) yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun (daimi) yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin başlanğıcı və əlavə cəzanın əvvəli (müddətinin başlanğıcı) hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi, həmçinin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən, Azərbaycan Respublikası İqtissadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətindən, Kapital Bank ASC və Paşa Bank ASC-dən təqdim olunmuş 07 ədəd DVD formatlı optik disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar