Məhkəmə qərarları › İş №1(101)-1462/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1462/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1462/2021 07.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X23 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri - X4 və X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Abşeron rayon məhkəməsinin 21 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 iyun 2009-cu il tarixdə cəzasının sonu ilə isə azad olunmuş), məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 9 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində müğənnilik fəaliyyəti ilə məşğul olan keçmiş arvadı X3 musiqi tərtibatçısı işləmiş Zərərçəkmiş şəxs1 işlədiyi ünvan 2 ünvanında yerləşən səsyazma studiyasına arvadı Fərqanə Qasımova ilə Zərərçəkmiş şəxs1 arasında olan mübahisəni və onlar arasında olan iş birliyi ilə əlaqədar Zərərçəkmiş şəxs1 ödəməli olan məbləği araşdırmaq adı ilə gəldikdən sonra sonuncu ilə mübahisə edərək müqavimətini qırmaq üçün onu əlləri ilə vurub yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib studiyada olan masanın siyirməsindən Zərərçəkmiş şəxs1 məxsus 1.800 manat pulu, 1 ədəd 150 manat dəyərində üzərində “Yaygın saz” yazıları olan saz musiqi alətini, 1 cüt 40 manat dəyərində “Shure 112” markalı qulaqlığı, hər birinin dəyəri 60 manat olmaqla ümumilikdə 120 manat dəyərində 2 ədəd “WD Elements” markalı TB yaddaş tutumlu sərt diskləri, 1 ədəd 40 manat dəyərində “Tech-com” markalı sərt diski və sonuncunun əynində olan şalvarının cibindən 50 manat pulu sonuncunun gözü qarşısında əmlaka əlçatanlığını təmin etmək məqsədilə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 2.200 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2020-ci ilin fevral ayında keçmiş qayınanası Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda qonaq qismində olarkən mənzilin dəhlizindən giriş qapısının ehtiyat açarını gizlin götürüb Zərərçəkmiş şəxs2 yaşadığı mənzildə olmadığı 26 mart 2021-ci il, 2 aprel 2021-ci il və 3 aprel 2021-ci il tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə mənzilin giriş qapısını açarla açaraq qanunsuz daxil olub mənzilin yataq otağında olan dolabın siyirməsindən 500 manat pulu, həmin otaqda qoyulmuş trimonun üzərindən 50 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış üzərində tünd yaşıl rəngli, rəngsiz, şəffaf qaşlar olan 1 cüt sırğanı, 1 ədəd 158 manat 40 qəpik dəyərində 1,98 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində rəngsiz, şəffaf qaşlar olan kişi üzüyünü, mənzilin mətbəxində olan mətbəx mebelinin üzərindən 100 manat pulu, daha sonra mənzilin yataq otağında qoyulmuş dolabın siyirməsindən mənzilin digər otağında saxlanılan seyfin açarını götürüb həmin otağın giriş qapısının şüşəsini əli ilə fiziki güc tətbiq edib sındıraraq qapının içəri tərəfdən kilidini əli ilə açıb otaqda olan seyfdən hər birinin qiyməti 1.050 manat olmaqla ümumilikdə 4.200 manat dəyərində 4 ədəd aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “B.M.NİKOLAY İMPERATORC SAMODERJEÜC VSEROSS.” yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “10 RUBLEY 1899 Q.” yazıları olan sarı rəngli hər birinin diametri 22,6 mm olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, hər birinin qiyməti 520 manat olmaqla ümumilikdə 1.040 manat dəyərində 2 ədəd aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “B.M.NİKOLAY İMPERATORC SAMODERJEÜC VSEROSS.” yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “5 RUBLEY 1898, 1899 və 1901 Q.” yazıları olan sarı rəngli hər birinin diametri 18,5 mm olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, 1 ədəd 450 manat dəyərində aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “B.M.NİKOLAY İMPERATORC SAMODERJEÜC VSEROSS.” yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “5 RUBLEY 1898, 1899 və 1901 Q.” yazıları olan sarı rəngli hər birinin diametri 18,5 mm olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış, baş hissəsinə qulp birləşdirilib kəsilmiş vəziyyətdə zədə olan pul sikkəsini, hər birinin qiyməti 1.000 manat olmaqla ümumilikdə 11.000 manat dəyərində 11 ədəd aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, ərəb və ya fars dilində yazı, reversində mərkəzdə məscid şəkli və kənarları boyunca ərəb və ya fars dilində yazılar olan diametrləri 22,1 mm və 22,4 mm intervalında olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, hər birinin qiyməti 500 manat olmaqla ümumilikdə 1.500 manat dəyərində 3 ədəd aversində mərkəzdə beşbucaqlı fiqur daxilində yerləşmiş simvol, ərəb və ya fars dilində yazı və kənarları boyunca müxtəlif formalı elementlər, reversində mərkəzdə məscid şəkli və kənarları boyunca ərəb və ya fars dilində yazılar olan hər birinin diametri 19,2 mm olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, hər birinin qiyməti 250 manat olmaqla ümumilikdə 1.000 manat dəyərində 4 ədəd aversində mərkəzdə beşbucaqlı fiqur daxilində yerləşmiş simvol, ərəb və ya fars dilində yazı və kənarları boyunca müxtəlif formalı elementlər, reversində mərkəzdə məscid şəkli və kənarları boyunca ərəb və ya fars dilində yazılar olan hər birinin diametri 16,1 mm olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, 1 ədəd 250 manat dəyərində barelyefi, kənarları boyunca ərəb və ya fars dilində yazılar olan, reversində mərkəzdə tac və qılınc tutan aslan şəkli, ərəb və ya fars dilində yazı, alt hissəsindən kənarları boyunca uzanan yarpaq şəkli olan diametri 16,4 mm olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsini, hər birinin qiyməti 1.100 manat olmaqla ümumilikdə 4.400 manat dəyərində 4 ədəd hər birinin çəkisi 10 qram olan 999 əyarlı, dörd künc formalı “PAMP” markalı qızıl külçələri, ümumi çəkisi 14 qram olmaqla 750 əyarlı qızıldan hazırlanmış, üzərində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 540 manat dəyərində 2,7 karat brilyant qaşlar olan 1 cüt sırğa və qadın üzüyündən ibarət ümumilikdə 1.800 manat dəyərində qızıl dəsti, 18.500 manat pulu və həmin dövrün məzənnəsi ilə 27.200 manat təşkil edən 16.000 ABŞ dolları pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 72.148 manat 40 qəpik məbləğində külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 180.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı X8 Azərbaycan Respublikasının “Əməkdar artisti” olmaqla müğənnidir. Fərqanə xanım bir müddət “Youtube”, “Apple music”, “Spotify”, “Facebook” və sair sosial şəbəkələrdə aranjmançı kimi Zərərçəkmiş şəxs1lə çalışmışdır. Həmin müddətdə X3 adına açılmış “Youtube” kanalının şifrəsi Zərərçəkmiş şəxs1 olmuşdur. Lakin sonralar Zərərçəkmiş şəxs1 yersiz hərəkətlər etdiyi üçün Fərqanə xanım Rəşadətlə işləməmək qərarına gəlmiş və Rəşadətdən “Youtube” kanalının şifrəsini istəmişdir. Rəşadət isə verməkdən imtina etmişdir. Bundan sonra Rəşadət Fərqanə xanıma mesajlar yazaraq onu təhqir və narahat etməyə başlamışdır. Rəşadət həmçinin Fərqanə xanımdan iş barədə ayrılmayacağını bildirərək birgə işləmək üçün müxtəlif bəhanələr gətirimiş, hətta Fərqanəyə sevgi mesajları yazaraq, təklif etmişdir ki, onunla birlikdə yaşasın. Bu müddət ərzində Fərqanə Rəşadətlə onun arasında münaqişə olmaması üçün bunları ondan gizlətmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində pandemiya ilə əlaqədar Fərqanə xanımla birlikdə Şamaxı şəhərində yaşamışlar. O, evdə olarkən yoldaşına məxsus “İpad”ə mesaj gəlmiş, mesaja baxanda tanımadığı nömrədən yoldaşına təhqiredici sözlər yazıldığını, onların kəndçi olduqlarını və səviyyələrinin olmadığının qeyd edildiyini görmüşdür. O da Fərqanədən həmin mesajın kim tərəfindən yazıldığını soruşduqda Fərqanə Rəşadətin yazdığını və bir neçə aydır onu narahat etdiyini bildirmişdir. Fərqanə həm də Rəşadətin ona məxsus olan “Youtube” kanalının şifrəsini və hard diskləri vermədiyini deyib onları Rəşadətdən götürməyini ondan xahiş etmişdir. O da 9 oktyabr 2020-ci il tarixdə saat 18:30 radələrində Rəşadətin işlədiyi ünvan 4 ünvanda yerləşən səsyazma studiyasına Rəşadətlə görüşməyə getmişdir. Getməzdən əvvəl qayınatası Alim Qasımovun ansamblında kamança ifaçısı Şahid3 Rəşadətin ünvanını dəqiqləşdirmək üçün zəng etdikdə Rauf onun Rəşadətin ünvanını tapdığını başa düşmüşdür. Rauf onun Rəşadətə əsəbi olduğunu bildiyindən Rəşadətlə görüşməyini istəməmişdir. Rəşadətin işlədiyi ünvan 4 ünvanda yerləşən səsyazma studiyasına daxil olub Rəşadətdən hard diskləri və “Youtube” kanalının şifrəsini istəmişdir. Rəşadət hard disklərin evdə olduğunu, “Youtube” kanalının şifrəsini isə birinci gün verə biləcəyini demişdir. O, Rəşadətdən “Youtube” kanalının şifrəsini indi verməsini xahiş etdikdə Rəşadət bunun mümkün olmadığını, ancaq birinci günə verə biləcəcəyini demişdir. O həmçinin Rəşadətdən hansı səbəbdən Alim müəllimin ona 500 manat borcu olduğunu ordaburda danışdığını soruşmuşdur. Rəşadət də ona Alim müəllimin və Fərqanə xanımın ona borclu olduğunu demişdir. O, Rəşadətdən borcların hansı səbəbdən yarandığını və nə qədər olduğunu soruşmuşdur. Rəşadət Fərqanə xanımın ona 1.950 manat borclu olduğunu demiş, o isə Rəşadətin dediklərini evdə Fərqanəyə göstərmək üçün balaca sarımtıl vərəqdə qeydlər aparmışdır. Sonra Rəşadətlə studiyadan çıxıb siqaret çəkmişlər. Bir müddət sonra qaynı Qədir və Şahid3 studiyaya gəlmişlər. O, sonuncuların iştirakı ilə Rəşadətdən Fərqanə xanıma nə üçün mesajlar yazaraq onu narahat və təhqir etməsini soruşmuş və yenidən “Youtube” kanalının şifrəsini və hart diskləri dərhal verməsini tələb etmişdir. Rəşadət isə heç bir cavab verə bilməmişdir. Bu vaxt əsəbləşərək Rəşadətin saçından tutub üzünə şillə, qarın boşluğuna yumruqla vurmuş və Rəşadət yerə yıxılmışdır. Daha sonra Rəşadəti nalayiq sözlərlə söyərək ondan Fərqanə xanımın adına olan “Youtube” kanalının şifrəsini və hard diskləri dərhal verməsini bir daha tələb etmişdir. Rəşadət də studiyadakı kompüterdən Fərqanə xanımın adına olan “Youtube” kanalının şifrəni götürərək həmin şifrədə olan məlumatları “WhatsApp”la onun dediyi ***-***-**-** mobil telefon nömrəsinə göndərmişdir. Həmin nömrənin sahibi Qədirin rəhbəri olduğu şirkətin kompüter mühəndisi olmuşdur. Kodu həmin nömrəyə atdıqdan sonra dəyişməsini xahiş etmişdir. Bundan sonra Rəşadətin avtomobilinin açarını masanın üzərindən götürərək çölə çıxıb avtomobilin qapısını açmış və Fərqanə xanıma məxsus hard diskləri tapmaq üçün avtomobilin salonunu axtarmağa başlamışdır. Lakin tapa bilmədiyindən studiyaya qayıdıb Rəşadətdən hard diskləri verməsini bir daha tələb etmişdir. Rəşadət Fərqanə xanıma məxsus hard diskləri vermədiyi üçün studiyadakı hard diskləri götürüb Rəşadətə yoxlatdıqdan sonra Fərqanə xanıma aid olmayanları Rauf ilə geri qaytaracağını bildirmişdir. Həmin vaxt Rəşadətə əsəbi olduğundan ona ziyan vermək istəmiş və studiyada olan kompüteri qırmaq istəyəndə Rəşadət kompüterin baha olduğunu və içində onun üçün vacib məlumatlar olduğunu deyərək, kompüteri qırmamağını xahiş etmişdir. Sonra isə siyirmələrə baxanda orada 1.850 manat pul olduğunu görmüşdür. Həmin pulları götürüb 800 manatını Rauf və Qədir ilə cırıb yerə atmışlar. 1.000 manat pulu isə cibinə qoymuşdur. Bundan başqa Rəşadətin şalvarının cibindən 50 manat götürmüş, xırda pullarını isə özünə qaytarmışdır. Rəşadətdən ümumilikdə 1.050 manat pul götürmüşdür. Daha sonra studiyadan “Cura” sazı, “Shure” markalı qulaqcığı götürüb oranı tərk etmişdir. Studiyadan çıxdıqdan sonra isə 1.050 manat pulu atmışdır. 2004-cü ildən ona sakitləşdirici təsir göstərdiyi üçün narkotik vasitələr heroin, marixuana, psixotrop maddə metafetamin və digər psixotrop maddələrdən istifadə etmişdir. Lakin heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hepatit C xəstəsi olduğuna görə müalicə almaq üçün pula ehtiyacı olmuş, buna görə də qayınatasına məxsus ünvan 5 ünvanından pul götürmək qərarına gəlmişdir. Həmin ünvandan oğurluq etməyinin səbəbi qayınanası ilə küsülü olması, qayınanasının 2008-ci ildə bir dəfə onu tutdurması və onu ailəsindən ayırmaq istəməsi olmuşdur. O, qayınatasının mənzili ilə yanbayan qonşuluqda yaşamışdır. 2020-ci ilin fevral ayında böyük qızı üçün evdə nişan keçirən vaxt qayınatasının mənzilinə girdikdə mənzilin dəhlizdə olan açarını götürmüş və bu barədə heç kimə bir söz deməmişdir. Qayınatasıgil Şamaxı rayonuna köçdüklərindən çox vaxt həmin ünvanda qalmamışlar. 26 mart 2021-ci il tarixdə 16:30 radələrində götürdüyü açarla qaınatasıgilin mənzilinin qapısını açıb içəri daxil olmuşdur. Daha sonra yataq otağına keçib yataq otağındakı şkafın siyirməsindən seyfin açarını götürüb qarderob olan otağa keçmişdir. Qarderob olan otağın qapısı bağlı olduğuna görə qapının şüşəsini yumruqla vurub sınıdırmış və əlini içəri salaraq qapını içəri tərəfdən açıb otağa daxil olmuşdur. Qarderob olan otaqdakı seyfin alt gözünü açıb seyfin içərisindən 3.300 manat pul götürmüşdür. Sonra isə seyfi və qarderob olan otağın qapısını bağlamış və seyfin açarını mənzilin yataq otağına qoyub mənzilin qapısını açarla bağlayaraq evi tərk etmişdir. Bundan sonra bir neçə dəfə həmin mənzilə daxil olub pul götürmüşdür. Belə ki, 2 aprel 2021-ci il tarixdə saat 22 radələrində qayınatasının mənzilinə daxil olub seyfdən 2.600 ABŞ dolları, 3 aprel 2021-ci il tarixdə saat 18 radələrində isə seyfdən üzərində uşaqlarının, həyat yoldaşının adlarının yazıldığı zərflərin içərisində hədiyyə edilmiş qızıl sikkələri götürmüşdür. Həmin mənzildə olan seyfdən ümumilikdə 3.300 manat pul, 2.600 ABŞ dolları, 29 ədəd qızıl sikkə, 4 ədəd qızıl külçə, həmçinin bir cüt gümüş sırğa və bir ədəd üzərində “R” hərfi yazılan kişi üzüyü götürmüşdür. Başqa heç nə oğurlamamışdır. İsmayıllı rayonundan olduğundan rayon üçün darıxmış, buna görə də yalandan pulları İsmayıllı rayonunda gizlətdiyini demişdir. Mənzildən oğurladığı 3.300 manat pul və 2.600 ABŞ dolları saxlanıldıqda üzərində olmuş, həmin pulları Nəsimi RPİ-nin 21-ci PB-nin polis əməkdaşları onu saxlayıb üzərindən götürmüşdür. Polis əməkdaşları onu saxladıqda həmçinin 3 ədəd qızıl sikkəni və 4 ədəd qızıl külçəni də götürüb ciblərinə qoymuşlar. Rəşadəti hadisə gününə qədər tanımamışdır. Tez tutulduğu üçün oğurladığı əşyalardan istifadə edə bilməmişdir. Rəşadətlə barışmışlar. İttihamda yazıldığı qədər oğurluq etməmişdir. Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə özünü təqsirli bilir. Oğurladığı pulları və əşyaları da qaytarmışdır. Narkomaniya xəstəliyi ilə əlaqədar özünü müalicə etmək üçün tutulmazdan əvvəl bir neçə ay ailəsindən ayrı olaraq tək yaşamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xalq artisti Alim Qasımovun həyat yoldaşıdır. Yaşadığı ev 3 otaqdan ibarətdir. Bundan başqa kiçik qızı uşaqları ilə birlikdə onun Bakı şəhərində yerləşən mənzilində yaşayır. 2021-ci ilin mart ayının axırlarında pandemiya ilə əlaqədar Şamaxı rayonuna getmişlər. 5 aprel 2021-ci il tarixdə saat 10 radələrində qızı, qızının uşaqları və həyat yoldaşı ilə birlikdə Bakı şəhərinə gəlib mənzilə daxil olduqda isə mənzildən oğurluq olduğunu görmüşdür. Bundan sonra baş vermiş hadisə barədə Nəsimi RPİ-nin 21-ci PB-nə ərizə ilə müraciət etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə mənzildə quraşdırılmış müşahidə kamerasına baxdıqda 3 aprel 2021-ci il tarixdə qızının əri Təqsirləndirilən şəxs mənzilə daxil olaraq qarderob otağında seyfin qarşısında qurdalandığını görmüşdür. Həmçinin müşahidə kamerasına baxdıqda görmüşdür ki, 26 mart 2021-ci il tarixində və 2 aprel 2021-ci il tarixində Təqsirləndirilən şəxs binanın blokuna yaxınlaşaraq evin qarşısında divarda olan işıq aparatını söndürür. Bununla da Təqsirləndirilən şəxs həmin tarixlərdə də mənzilinə qanunsuz daxil olduğunu başa düşmüşdür. Mənzildən mətbəx şkafın içərisində olan 100 manat pul, yataq otağında olan kiçik ölçülü tumbanın siyirməsindən 500 manat pul, yataq otağında olan kamotun üzərindən bir ədəd qızıl üzük, bir cüt bijuteriya sırğa, qarderob yerləşən kiçik otaqdakı seyfin aşağı gözündən 16.000 ABŞ dolları, 18.500 manat pul, 30 ədəd qızıl sikkə və ümumi çəkisi 14 qram olan, 750 əyarlı, üzərində 2,7 karat brilyant qaşları olan bir cüt sırğa və qadın üzüyü oğurlanmışdır. 2,7 karat brilyant qaşlar istisna olmaqla digər oğurlanmış əşyalarla bağlı ekspert qiymətləndirməsi ilə razılaşmışdır. Həmin 2,7 karat brilyant qaşların qiyməti 540 manat dəyərində olmuşdur. Hadisə nəticəsində yekun olaraq ona 72.148 manat 40 qəpik məbləğində maddi ziyan dəymişdir. Seyfdən 16.000 ABŞ dolları və 18.500 manat pul oğurlanmışdır. Oğurlanmış pullardan ABŞ dollarını məzənnə ilə hesabladıqda 16.000 ABŞ dolları Azərbaycan manatı ilə 27.200 manat edir. Bundan başqa mətbəxdən 100 manat, yataq otağında olan şkafın siyirməsindən 500 manat nağd pul oğurlanmışdır. Digər oğurlanmış zinət əşyaları ilə bağlı ekspert qiymətləndirməsi, yəni 25.308 manat 40 qəpik və onun 540 manat dəyərində qiymətləndirdiyi bir dəst sırğa və üzüyün üzərində olan 2,7 karat brilyant qaşları hesabladıqda aydın olur ki, ona 72.148 manat 40 qəpik məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış kişi üzüyünü nəvəsinə hədiyyə etmək üçün işlənmiş vəziyyətdə 200 manata almışdır. Üzüyün üzərində “R” hərfi yazılmışdır. Lakin üzüyü oğurluq baş verən vaxta kimi hədiyyə etmədiyi üçün üzük onun sayılmışdır. Mənzilindən oğurluq olduğunu 5 aprel 2021-ci il tarixdə saat 10 radələrində evə gəldikdə bilmişdir. Oğurlanmış əşyaların dəyəri ekspert tərəfindən qiymətləndirilmişdir. Ona vurulmuş maddi ziyandan qızıl sikkələr və 800 manat pul qaytarılmışdır. X2 döyməsi ilə bağlı Polis Bölməsinə şikayət ərizəsi yazmamışdır. Təqsirləndirilən şəxslə düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxslə barışmamış, mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, prodüserlik, səs mühəndisliyi, oranjimançı, dijital platforma menecerliyi (Youtube, Apple music, Spotify, Facebook və s.) ilə məşğul olur və müxtəlif müğənnilərlə işləyir. 2018-ci ildən Alim Qasımovla səs mühəndisi kimi, 2019-cu ilin əvvəllərindən isə onun qızı Fərqanə Qasımova ilə prodüser kimi çalışmışdır. Fərqanə xanımla işə başlayarkən prodüseri olaraq onunla belə razılaşmışlar ki, o, Fərqanə Qasımovanın oranjiman, “Youtube”, “Apple music”, “Spotify”, “Facebook” və s. sosial şəbəkələrdə reklam və digər işlərini görərək bu işlərdən gələn gəlirin 50 faizinə ortaq olacaq. Bununla bağlı üzərinə düşən işləri görüb başa çatdırmağına baxmayaraq, sonradan narazılıq yaranmış və iş birlikləri sona çatmışdır. Nəticədə, Fərqanə xanımın gördüyü işlərin müqabilində ona 1.950 manat borcu yaranmış və Fərqanə xanımdan həmin pulu ödəməsini xahiş etmişdir. Fərqanə Qasımova ilə pulunu ödədikdən sonra “Youtube”, “Apple music”, “Spotify”, “Facebook” səhifələrinin şifrələrini ona verəcəyi ilə bağlı razılaşmışdır. X17 pulunu ödəmədiyi üçün şifrələri verməmişdir. Bu müddət ərzində Fərqanə xanımdan pulunu istəmək üçün ona dəfələrlə zəng etsə də Fərqanə Qasımova telefona cavab verməyib onun nömrəsini blok etmişdir. O da Fərqanə Qasımovanı tapmaq üçün müxtəlif sosial şəbəkələrdə ona mesajlar yazaraq pulunu istəmişdir. 9 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 7 ünvanda yerləşən səsyazma studiyasında işdə olan zaman Alim Qasımovun ansamblında kamança ifaçısı Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona ***-***-**-** nömrəsindən zəng edərək ondan harada olduğunu soruşmuşdur. O da Raufa studiyada olduğunu dedikdə Rauf onun tək olub-olmadığını maraqlanmışdır. O da tək olduğunu demişdir. Bundan sonra Rauf ona Fərqanə Qasımovanın əri Təqsirləndirilən şəxs studiyanın yaxınlığında olduğunu demişdir. Bundan təqribən yarım saat sonra Fərqanə Qasımovanın əri Təqsirləndirilən şəxs studiyaya daxil olub onunla Fərqanə xanım arasında olan hesab məsələsini araşdırmaq istədiyini bildirib ondan hansı işləri gördüyünü soruşmuşdur. O da Təqsirləndirilən şəxsla bu barədə danışaraq gördüyü işlərin haqqının 1.950 manat etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs da onun dediklərini kağıza yazaraq həftənin 1-ci günü pulu ödəyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs siqaret çəkmək üçün küçəyə çıxmış və daha sonra yenidən studiyaya daxil olub söhbətə davam etmişdir. Bu zaman X9 Qasımov və Şahid3 studiyaya daxil olmuşlar. Onlar gəldikdən sonra yenədə Elnurla ödəniləcək pul haqqında danışmağa davam etmişlər. Ancaq Təqsirləndirilən şəxs Şahid4 və Şahid3 gördükdən sonra üzərinə gəlib Fərqanə xanımı niyə narahat etdiyini deyərək ünvanına nalayiq sözlər işlədib onu yumruqla vurub döyməyə başlamışdır. Hətta o, yerə yıxıldıqdan sonra bədəninin müxtəlif yerlərindən dəfələrlə təpiklə vurmuş, Şahid4 və Şahid3 Elnuru sakitləşdirməyə çalışsaslar da, buna nail ola bilməmişlər. Bundan sonra Fərqanə Qasımovanın adına hazırladığı “Youtube” kanalının şifrəsini tələb etmişdir. O da Təqsirləndirilən şəxs ona daha çox fiziki ağrı yetirəcəyindən qorxub kompüterindən həmin şifrəni çıxarıb Qədirin dediyi ***-***-**-** mobil telefon nömrəsinə “WhatsAppla” göndərmişdir. Həmin telefon nömrəsinin kimə aid olduğunu və kim tərəfindən istifadə edildiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ondan Fərqanə xanımdan üzr istəməyini tələb etmişdir. O da qorxduğundan Fərqanə xanımdan üzr istədiyini bildirmişdir. O üzr istəyən zaman isə Şahid4 onu mobil telefonla çəkmişdir. Sonra Təqsirləndirilən şəxs kompüter olan masanın dolablarını açaraq Fərqanə xanımın onda olan sərt yaddaş diskini axtarmağa başlamışdır. Masanın üstündə iki ədəd sərt yaddaş diski olmuşdur. Bunlardan biri dəqiq olaraq, Fərqanə xanıma aid olmamışdır, çünki həmin diski Elnurun, Qədirin və Raufun gözü qarşısında yoxlamışdır. Lakin buna baxmayaraq, Elnur həmin sərt yaddaş diski götürmüşdür. İkincini sərt diskin isə kimə aid olduğunu yoxlamamışdır. Elnur yenə də dolabları açıb sərt yaddaş diski axtararkən dolabda kimə məxsus olduğunu bilmədiyi daha bir sərt yaddaş diskini də götürmüşdür. Daha sonra Elnur masanın üzərində olan “Apple İmac” markalı kompüteri tərpətsə də onun naqillərə qoşulu olduğunu və asanlıqla götürə bilməyəcəyini görüb kompüterə su töküb xarab etmək istədiyini bildirmiş, lakin daha sonra fikrindən daşınmışdır. Bundan sonra Elnur onun əynindəki şalvarın ciblərini yoxlamağa başlamış və cibindən çıxartdığı pulları saydıqda təxminən 62 manat olduğunu görüb 50 manatını götürüb özünün cibinə qoymuş, qalanını isə ona verib “buda sənə qalsın” demişdir. Elnur ondan başqa pulunun olub-olmadığını soruşduqda pullarını ancaq elektron kartda saxladığını bildirmişdir. Elnur həmçinin ondan “Kia Rio” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilində Fərqanə xanıma aid hər hansı bir əşyanın olub-olmadığını soruşmuşdur. O da avtomobildə Fərqanə Qasımovaya aid heç bir əşyanın olmadığını bildirmişdir. Buna baxmayaraq, Elnur masanın üzərindən həmin avtomobilin açarını götürüb binanın qarşısında saxladığı avtomobilin içərisinə baxmağa getmişdir. Elnur avtomobilə baxarkən Qədir və Rauf studiyada qalmışdır. Elnur avtomobilə baxdıqdan sonra studiyaya gəlib masanın siyirmələrindən 1.800 manat pul tapıb hamsını götürmüşdür. O, Elnurdan həmin pulları geri qaytarmasını tələb etdikdə Elnur onu vuraraq pulu qaytarmayacağını bildirib bir neçə yüz manatı cırıb yerə atmışdır. Sonra da bir neçə yüz manatı Raufa, bir neçə yüz manatı da Qədirə verib onlardan da həmin pulları cırmalarını istəmişdir. Onlar da həmin pulları cırıb yerə atmışlar. Təqsirləndirilən şəxs əlində qalan pulu saydıqda 1.050 manat olduğunu görüb Raufa və Qədirə həmin pulları göstərərək “bu da bizim yeyib-içmək, bazlıq pulumuz” deyib cibinə qoymuşdur. Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 birlikdə onun cəmi 800 manat pulunu cırıb yerə atmışlar. Bundan sonra Elnur studiyadan ona məxsus dəyəri 300 manat olan “Cura” sazı, dəyəri 100 manat olan “Shure 112” markalı qulaqlığı götürüb getmişdir. Belələiklə, Elnur ondan hər birinin dəyəri 100 manat olan, içərisində onun üçün çox dəyərli fayllar olan 3 ədəd “HDD” diski də özü ilə aparmışdır. 1.800 manat pul ona məxsus olmuşdur. Həmin pulu Azərbaycan Dövlət Pedoqoji Universitetinin magistraturasının 1-ci kursunda oxuduğundan magistraturaya illik ödəniş etmək üçün kartdan çıxarmışdır. Qalan 50 manat pulu isə Elnur onun cibindən götürmüşdür. Hadisə vaxtı Elnur onu döydüyü üçün xəsarətlər almış, lakin ekspertizadan gec keçdiyi üçün bədənində hadisə zamanı aldığı xəsarətlərin izləri qalmamışdır. X14 arasında ancaq işgüzar münasibət olmuş və heç vaxt Fərqanə Qasımovaya əxlaqsız təkliflər etməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs maddi ziyanı ödəmişdir. Hadisə gününə qədər Elnurla hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslə düşmənçiliyi və ədavəti olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 183-187). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Atası Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmuşdur. Bu səbəbdən 2008-ci ildə atası ilə anasının nikahı pozulmuşdur. Lakin atası onlarla bir evdə yaşamağa davam etmişdir. Onlar 2021-ci ilin aprel ayında Şamaxı rayonunda olarkən eşitmişlər ki, atası Bakı şəhərində onlara qonşu olan nənəsi Zərərçəkmiş şəxs2 yaşadığı mənzildən nənəsinə aid qızıl-zinət əşyaları oğurlamışdır. Nənəsi Zərərçəkmiş şəxs2 uzun illərdir ki, atası Elnurla küsülü olduğuna görə atasına yaşadığı mənzilinə daxil olmağı qadağan etmişdir. Oğurluq vaxtı yalnız nənəsinə məxsus qızıl-zinət əşyaları və pul oğurlanmışdır. Onun heç bir əşyası oğurlanmamışdır. Ümumiyyətlə, nənəsinin mənzilində ona aid heç bir əşya olmamışdır. Baş verənləri hadisə günü axşam saatlarında bilmişdir. Pandemiya səbəbi ilə onlar Şamaxı şəhərinə getmiş, atası isə Bakıda qalmışdır. Atasından tutulmazdan əvvəl təxminən 6-7 ay xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Milli Konservatoriyada müəllim işləməklə bərabər Alim Qasımovun ansamblında kamançada ifa edir. 9 oktyabr 2020-ci il tarixdə X5 xanımın əri Təqsirləndirilən şəxs ona zəng edib Fərqanə xanımla produser olaraq işləmiş Zərərçəkmiş şəxs1 studiyasının yerini soruşmuş və Fərqanə xanıma “SMS”lər yazdığına görə Rəşadətlə görüşüb danışmaq istədiyini bildirmişdir. O da Elnura həmin ünvanın yerini qəsdən səhv izah etmişdir ki, gedib Rəşadəti tapa bilməsin və aralarında hər hansı hadisə baş verməsin. Sonra Rəşadətə zəng edib onu danladıqdan sonra Elnurun studiyaya gələcəyini bildirmişdir. Həmçinin Rəşadətə özünün də oraya gələcəyini, aralarında hər hansı bir xoşagəlməz hadisə olmaması üçün Elnurla təklikdə görüşməməsini demişdir. Daha sonra Fərqanə xanımın qardaşı Şahid4 da bu barədə telefonla məlumat vermişdir. Bundan sonra Şahid4la görüşüb birlikdə Rəşadətin işlədiyi ünvan 4 ünvanda yerləşən səsyazma studiyasına gedib içəri daxil olduqda Elnurla Rəşadətin söhbət etdiklərini görmüşdür. Söhbət zamanı X11 xanıma nə üçün “smslər” yazaraq onu narahat etməsini soruşub Fərqanə xanıma aid “Youtube” kanalının şifrəsini verməsini tələb etmişdir. Rəşadət cavab verə bilmədiyi üçün Elnur əsəbləşib Rəşadətin saçından tutub, üzünə şillə, qarın boşluğuna yumruq vurub Rəşadəti yerə yıxmışdır. Daha sonra Elnur Rəşadəti nalayiq sözlərlə söyərək yenə Fərqanə xanımın adına olan “Youtube” kanalının şifrəsini və Fərqanə xanımın mahnıları yazılmış sərt diskləri dərhal verməsini tələb etmişdir. Rəşadət də studiyada olan kompüterdən şifrəni götürərək həmin şifrə altında olan məlumatları Qədirin dediyi ***-***-**-** mobil telefon nömrəsinə “WhatsAppla” göndərmiş və iki ədəd sərt diski Elnura vermişdir. Bundan sonra Elnur Rəşadətdən etdiyi əməllərə görə Fərqanə xanımdan üzr istəməsini tələb etmişdir. Rəşadət Fərqanə xanımdan üzr istəyən zaman Şahid4 Elnuru sakitləşdirmək üçün əlindəki mobil telefonun kamerasını Rəşadətə tərəf tutub özünü Rəşadətin üzr istəməsini videoya çəkən kimi göstərmişdir. Ancaq hər hansı bir video-foto çəkiliş etməmişdir. Daha sonra Elnur Rəşadətə özünün deməsinə görə onlar gələnədək verdiyi pulu masanın siyirməsindən götürüb bir neçə 100 manatlıq əskinasları cırıb yerə atmışdır. Bir neçəsini də onunla Qədirə verərək onların da pulları cırıb yerə atmalarını istəmişdir. Onlar da həmin pulları Elnurun özünün Rəşadətə verdiyi pullar olduğunu güman edərək cırıb yerə atmışlar. Elnur əlində qalan pulu sayaraq 1.050 manat olduğunu deyib cibinə qoymuşdur. Bundan başqa Elnur Rəşadətin studiyasında olan “Cura” sazı, “Shure” markalı qulaqlığı, 3 ədəd “HDD” diskləri götürmüş və birlikdə oradan getmişlər. X15 həmin disklərdən Fərqanə xanıma aid olanları götürüb digərini qaytaracağını bildirmişdir. Elnurun tələbi ilə Rəşadətin “WhatsAppla” Fərqanə xanıma məxsus “Youtube” kanalının şifrəsini göndərdiyi ***-***-**-** nömrəli mobil telefonun sahibi Qədirin Ramin adlı tanışı olmuşdur. Həmin “Youtube” kanalı Fərqanə xanıma məxsus olmuş, lakin həmin kanalı Rəşadət açmış və işlətmişdir. Fərqanə xanımın Rəşadətlə iş əlaqələri olduğunu bilsə də, aralarında olan ödənişdən xəbəri olmamışdır. Rəşadət ona Fərqanə xanımın işə görə borclu olduğunu bildirsə də, Fərqanə xanım Rəşadətə hər hansı bir məbləğdə borcu qalmadığını demişdir. Elnur Rəşadətin cibindən onun yanında hər hansı bir məbləğdə pul götürməmiş, götürdüyü pullar ancaq studiyada olan masanın siyirməsindən götürdükləri olmuşdur. Qədirlə o, studiyaya gələndə orada Elnur ilə Rəşadətdən başqa şəxs olmamışdır. Oraya Elnur ilə Rəşadət arasında münaqişəyə imkan verməmək üçün getmiş və dalaşma baş verdikdə araya girib onları ayırmağa çalışmışdır. Elnur, Qədir və o, Elnurda olan 1.050 manat pulla yeyib-içməyə getmişlər. Elnur studiyaya getmə səbəbinin Rəşadətin Fərqanə xanıma “SMS”lər yazması olduğunu demişdir. Hadisə təxminən 30 dəqiqə çəkmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, “QAQ” karton fabrikində kompüter mühəndisi kimi çalışır. Şahid4 işlədiyi fabrikin rəhbəridir və aralarında dostluq münasibəti var. 9 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olan zaman Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib onun mobil telefon nömrəsində “WhatsApp” olub-olmadığını soruşmuş, o da Qədirə telefon nömrəsinin “Whatsapp”ı olduğunu demişdir. Qədir ona telefonunun “WhatsApp”ına şifrə göndərəcəyini bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra 19:35-də “WhatsApp”ına ***-***-**-** saylı mobil nömrədən Qədir müəllimin dediyi məlumat gəlmişdir. Məlumatı ona göndərən şəxsi tanımamışdır. Qədir müəllim daha sonra həmin şifrənin Fərqanə xanıma aid olan “Youtube” kanalının şifrəsi olduğunu deyib ondan şifrəni dəyişməsini xahiş etmişdir. O da kod dəyişmək və ya kompüter ilə bağlı digər prosesləri bildiyindən şifrəni dəyişmişdir. Səhərisi gün yeni şifrəni Qədir müəllimə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Nəsimi RPİ-nin 21-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Nəsimi RPİ-nin İŞdə istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs 6 aprel 2021-ci il tarixdə axtarışa verilmişdir. Onun və Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid6 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 6 aprel 2021-ci il tarixdə saat 20:15 radələrində Mövlamov X10 rayonu, Maqsud Əlizadə küçəsi 53 saylı ünvanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun kirayə yaşadığı mənzilə özünün iştirakı ilə baxış keçirilmişdir. Həmin mənzildən Təqsirləndirilən şəxs Nəsimi rayonu, Abay döngəsi ev 360, mənzil 10 saylı ünvandan oğurladığı 26 ədəd qızıl sikkə, bir ədəd kişi üzüyü, bir cüt sırğa və 880 manat pul aşkar olunub götürülmüşdür. Bundan başqa mənzilə keçirilən baxış zamanı masanın üzərindən kibrit qutusunun içərisində olan narkotik vasitəyə bənzər maddə və bir ədəd şpris götürülmüşdür. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində olan maddənin nə olduğu soruşulduqda o həmin maddənin narkotik vasitə olan marixuana olduğunu, marixuananın özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs şpris vasitəsi ilə narkotik vasitə olan heroin qəbul etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs oğurlanmış digər əşyaların harada olduğunu soruşduqda Təqsirləndirilən şəxs oğurladığı pulları İsmayıllı rayonunda gizlətdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə 4 ədəd qızıl külçə yerləşən boş qutu və digər qızıl sikkələr yerləşən boş qutular aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sikkələr yerləşən boş qabları göstərib həmin qablardakı sikkələri çıxardığını və təqdim etdiyini, 4 ədəd qızıl külçələr yerləşən qabda olan külçələri isə tanımadığı şəxsə satdığını bildirmişdir. Həmin oğurlanmış qızıl zinət əşyaları və 880 manat pul, həmçinin narkotik vasitəyə bənzər maddə və bir ədəd şpris qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yalan məlumat verərək 4 ədəd qızıl külçəni tanımadığı şəxsə satdığını, oğurladığı pulları isə İsmayıllı rayonunda meşədə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs oğurladığı əşyaları videoçəkilişlə təhvil vermişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs oğurladığı əşyaları evində könüllü təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 Şahid7 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 oğlu ibtidai araşdırma orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısı oğludur. Dayısı oğlu Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Uzun illərdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir. Həmçinin Elnur öz ailəsindən 2008-ci il tarixdə boşanmışdır. Onun ailəsi ilə problemləri olduğuna görə 2021-ci ilin mart ayının 5-dən ünvan 9 ünvanda kirayədə yaşamışdır. Həmin mənzili kirayə olaraq Elnur üçün o, tapmışdır. Kirayə pulunu isə onun atası verirmiş, çünki Elnur özü heç bir yerdə işləməmişdir. Elnurun ünvan 10 ünvandan oğurluq etdiyini polis əməkdaşları onu axtaranda, yəni 2021-ci il tarixdə xəbər tutmuşdur. Elnurun oğurluq etdiyindən əvvəlcədən onun məlumatı olmamışdır, Elnur ona bu barədə heç bir söz deməmişdir. Elnurun, ümumiyyətlə, ona borcu olmamış və Elnur ona 600 manat pul verməmişdir. Elnurun özünə isə atası həmişə onun vasitəsilə pul verirmiş. Bildiyinə görə Elnur keçmiş qayınanası Tamila Həsənova ilə danışmırdı, X18 həmin mənzilə buraxmırdı (cild 1, iş vərəqə 102-103). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 260-263). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun razılığı əsasında Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 11 ünvana baxış keçirilmiş, baxış zamanı yaşadığı evdən kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, bir ədəd şpris, bir cüt sırğa, 26 ədəd qızıl-zinət əşyaları, 880 manat pul aşkar olunaraq götürülmüş və həmin əşyalar İstintaqa təqdim edilmiş qeyd olunan əşyalar Təqsirləndirilən şəxs iştirakı ilə götürülüb baxış keçirilən zaman sonuncu aşkar edilmiş qurudulmuş marixuana və 1 ədəd şprisin ona məxsus olduğunu, bir cüt sırğa, 26 ədəd qızıl-zinət əşyaları və 880 manat pulun isə qayınanası Zərərçəkmiş şəxs2 məxsus mənzildən oğurladığı əşyalar olduğunu bildirmişdir (cild 1, iş vərəqə 6-10, 46-47). Cinayət işinin materiallarında olan “təqdim edilən predmetlərin götürülməsi haqqında” 12 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 qaytarılması üçün 1 ədəd üzərində “Yaygın saz” yazıları olan saz musiqi aləti, 1 cüt qara rəngli “Shure” markalı qulaqcıqları, 1 ədəd WD markalı HDD diski İslamov X12 RPİ-də istintaqa təqdim etmiş və müstəntiq tərəfindən qeyd olunan əşyalar götürülmüşdür (cild 1, iş vərəqə 193-194). Cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsində mənzildən oğurladığı pulun bir qismini İsmayıllı rayonunda Zərgəran kəndinin aşağı hissəsində yol kənarından 50 metr aralı meşəlikdə palıd ağacının altında sellofan paketə qoyaraq gizlətdiyini bildirdiyindən onun ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü yoxlamaq məqsədilə ifadəsi yerində yoxlanılmış, lakin ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs pulu gizlətdiyi yeri unutduğunu bildirdiyindən maddi sübutun götürülməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 48). Cinayət işinin materiallarına əlavə edilmiş ünvan 12 ünvanın yerləşdiyi blokun dəhlizində və mənzilin içəri hissəsində quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntülər köçürülmüş 2 ədəd DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, əynində olan göy rəngli cins şalvar, göy rəngli papaqlı kofta və qısa qol gödəkcə geyinmiş şəxs (Təqsirləndirilən şəxs) binanın blokunda qapının yanında olan işıq sayğacına yaxınlaşır və videogörüntü dayanır. Digər görüntüdə 2 aprel 2021-ci il tarix saat 21:52-də əynində olan göy rəngli cins şalvar, göy rəngli papaqlı kofta və qısa qol gödəkçə geyinmiş, üzü saqqallı şəxs (Təqsirləndirilən şəxs) binanın blokunda geriyə baxa-baxa əlləri cibində hərəkət edir və videogörüntü dayanır. Digər görüntüdə 26 mart 2021-ci il tarix saat 16:26-da əynində olan göy rəngli cins şalvar, göy rəngli papaqlı kofta və qısa qol gödəkcə geyinmiş şəxs (Təqsirləndirilən şəxs) binanın blokunda qapının yanında olan işıq sayğacına yaxınlaşır. Digər görüntüdə 3 aprel 2021-ci il tarix saat 18:07-də otağa əynində olan göy rəngli cins şalvar, göy rəngli papaqlı kofta və qısa qol gödəkcə geyinmiş şəxs (Təqsirləndirilən şəxs) daxil olur. O, otağa daxil olduqdan sonra seyfə doğru yaxınlaşaraq aşağı əyilir. Seyfin qarşısında qurdalandıqdan sonra qırmızı rəngli seyfin qapısını bağlayaraq otaqdan çıxır və videogörüntü dayanır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, müşahidə kamerasının qeydə aldığı həmin görüntülərdə göy rəngli cins şalvar, göy rəngli papaqlı kofta və qısa qol gödəkcə geyinmiş, üzü saqqalı şəxs onun özüdür. 26 mart 2021-ci il, 2 aprel 2021-ci il və 3 aprel 2021-ci il tarixlərində ünvan 13 ünvanına daxil olaraq seyfdə olan pul və qızıl-zinət əşyalarını oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 26 mart 2021-ci il və 2 aprel 2021-ci il tarixlərində qeydə alınmış videogörüntüdə mənzilə girməzdən əvvəl blokun divarına bərkidilmiş işıq sayğacını əvvəlcə söndürmüşdür ki, müşahidə kamerası onun etdiyi oğurluqları qeydə almasın (cild 2, iş vərəqə 113). Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə olan videogörüntüdə göstərilən tarix 3 aprel 2021-ci il saat 17:56:17-dən 3 aprel 2021-ci il saat 18:08:05 olan müddəti əhatə edir. Baxış zamanı 11-ci dəqiqə 47 saniyəlik videogörüntünün 17-ci saniyəsinə qədər qaranlıq görsənir. Videogörüntünün 17-ci saniyəsindən sonra isə digər otaqda işıq yanır. Video müşahidə kamerası quraşdırılmış otaqda görünür ki, otağın qapısı aralıdır və qapının şüşəsi sınıqdır. Videogörüntünün 9-cu dəqiqə 46-cı saniyəsində, yəni 3 aprel 2021-ci il tarixdə 18:06:03-də görünür ki, digər otaqda kimsə (Təqsirləndirilən şəxs) hərəkət edir. Saat 18:06:23-dən 18:06:26-dan görünür ki, həmin şəxs (Təqsirləndirilən şəxs) geri qayıdır. Videogörüntünün 11-ci dəqiqə 6-cı saniyəsində saat 18:07:24-də otağın işığı yanır və qapı açılır, otağa bir nəfər şəxs daxil olur. Videogörüntüdən müəyyən edilir ki, əynində olan göy rəngli cins şalvar, göy rəngli papaqlı kofta və qısa qol gödəkcə geyinmiş, üzü saqqallı şəxs (Təqsirləndirilən şəxs) qapını açaraq seyfə doğru yaxınlaşaraq aşağı əyilir. Videogörüntünün 11-ci dəqiqə 23-cü saniyəsində, saat 18:07:40-da qırmızı rəngli seyfin qapısını bağlayaraq 18:07:51-də otaqdan çıxır. Həmin şəxs (Təqsirləndirilən şəxs) qapını örtdükdən sonra işıq sönür. Video görüntü saat 18:08:03-də dayanır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, müşahidə kamerasının qeydə aldığı həmin görüntüdə ki, göy rəngli cins şalvar, göy rəngli papaqlı kofta və qısa qol gödəkçə geyinmiş, üzü saqqallı şəxs onun özüdür. 3 aprel 2021-ci il tarixdə saat 18 radələrində ünvan 13 ünvanına daxil olaraq seyfdə olan pul və qızıl-zinət əşyalarını oğurlayır (cild 1, iş vərəqə 112). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 verilmiş 21.12.2020-ci il tarixli 8888 nömrəli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicə olunmamışdır (cild 1, iş vərəqə 214). Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən verilmiş sənəddən görünür ki, Zərərçəkmiş şəxs1 adına “Unibank” tərəfindən verilmiş bank kartından 28.09.2020-ci il tarixdə saat 18:15:24-də 1.000 manat, 28.09.2020-ci il tarixdə saat 18:16:49-da 700 manat nağd pul çıxarılmışdır (cild 1, iş vərəqə 170). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs kirayəşin yaşadığı mənzildən aşkar olunmuş Zərərçəkmiş şəxs2 məxsus 1,198 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış üzük, 10,48 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış sırğa cütü, 34,15 qram ümumi kütləli 4 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsi, 12,77 qram ümumi kütləli 3 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsi, 89,31 qram ümumi kütləli 11 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsi, 12,21 qram ümumi kütləli 3 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsi, 8,10 qram ümumi kütləli 4 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsi, 2,01 qram ümumi kütləli 1 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsi və 880 manat pul 08 iyul 2021-ci il tarixli qərarla və Zərərçəkmiş şəxs1 məxsus olmaqla soyğunçuluq yolu ilə açıq talanmış “Yaygın saz” yazıları olan saz musiqi aləti, “Shure 112” markalı qulaqcıq, “WD Elements”markalı 1 TB yaddaş tutumlu disk, “Tech-com” markalı sərt disklər 8 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqə 220-245). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2021-ci il tarixli 6/2112-9/3476 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1,198 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Üzüyün üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. 10,48 qram kütləli sırğa cütü 925 əyarlı gümüşdən hazırlanmışdır. Sırğa cütünün üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. 34,15 qram ümumi kütləli 4 ədəd pul sikkəsi təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. 12,77 qram ümumi kütləli 3 ədəd pul sikkəsi təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. 89,31 qram ümumi kütləli 11 ədəd pul sikkəsi təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. 12,21 qram ümumi kütləli 3 ədəd pul sikkəsi təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. 8,10 qram ümumi kütləli 4 ədəd pul sikkəsi təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. 2,01 qram ümumi kütləli 1 ədəd pul sikkəsi təxminən 900 əyarlı qızıldan hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələr nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd üzük, 1 cüt sırğa və 26 ədəd pul sikkəsinin 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ümumilikdə 19.648,40 manat müəyyən edilir (cild 2, iş vərəqə 196-203). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2 iyul 2021-ci il tarixli 9/3807 sayl rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5660 manat müəyyən edilir. O cümlədən, 4 ədəd “PAMP” markalı, hər biri 10 qram çəkidə 999 əyarlı, dörd künc formalı qızıl külçə 4.400 manat (4 ədəd x 1.100 manat), 1 dəst ümumi çəkisi 14 qram olan, 750 əyarlı, 2,7 karat brilyant qaşları olan bir cüt sırğa və qadın üzüyü 1260 manat) 14 qram x 90 manatdır (cild 2, iş vərəqə 207-208). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 yanvar 2021-ci il tarixli 9/5688 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş müxtəlif markalı malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 350,0 manat müəyyən edilir. Belə ki, istifadədə olmuş üzərində “Yaygın saz” yazıları olan sazmusiqi aləti 1 ədəd 150 manat, istifadədə olmuş qara rəngli “Shure 112” markalı qulaqcıq 1 cüt 40 manat, istifadədə olmuş “WD Elements”markalı 1 TB yaddaş tutumlu disk 2 ədəd, hər biri 60,0 manat olmaqla, cəmi 120,0 manat, istifadədə olmuş “Tech-com” markalı sərt disk 1 ədəd 40 manat müəyyən edilir (cild 2, iş vərəqə 228- 230). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 29 aprel 2021-ci il tarixli 934 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir (cild 2, iş vərəqə 147-148). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 3 fevral 2021-ci il tarixli 250 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs prosesual fəaliyyət qabliyyətinə malikdir, öz prosesual hüquqlarını şəxsən həyata keçirə bilər (cild 2, iş vərəqə 33-34). İş üzrə keçirilmiş məhkəmə daktiloskopik ekspertizasının 7 may 2021-ci il tarixli 21/306R nömrəli rəyindən görünür ki, 3 aprel 2021-ci il tarixdə ünvan 14 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 7 ədəd yapışqan lent kəsikləri üzərilərində olan əl izlərindən 5 ədəd əl barmaq və 1 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiaqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl barmaq və ovuc əksləri müqayisəli tədqiqatın aparılması üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 5 ədəd əl barmaq izlərindən 2 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük və sol əlinin böyük barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan 3 ədəd əl barmaq və 1 ədəd ovuc izləri DİN-in KTİ-nin X1 Sisteminin məlumat bankında olan şəxslərin əl barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilmişdir (cild 2, iş vərəqə 150- 158). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 21 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 iyun 2009-cu il tarixdə cəzasının sonu ilə isə azad olunmuşdur (cild 2, iş vərəqə 126-127, 129-133). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatna aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2, iş vərəqə 175, cild 3). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təyin olunan cəzanın müddəti və ya həcmi həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 180.2.4-cü maddələri ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 6 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 32-33). Cinayət işinin materiallarında olan Nəsimi rayon məhkəməsinin 8 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 aprel 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-79). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-ci maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” və “ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 6 aprel 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 190 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ona qarşı 72.148,40 manat məbləğində mülki iddia verərək mülki iddiaçı qismində tanınmış və həmin maddi ziyandan 20.528,40 manat Zərərçəkmiş şəxs2 geri qaytarılmışdır (cild 2, iş vərəqə 210). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə hesab edir ki, 72.148,40 manat maddi ziyandan 20.528,40 manat Zərərçəkmiş şəxs2 qaytarıldığından, zərərçəkmiş şəxs tərəfindən verilmiş 72.148,40 manat məbləğində mülki iddia qismən təmin edilməli və Təqsirləndirilən şəxs 51.620 manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş üzrə maddi sübut olan 1,198 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün, 10,48 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış sırğa cütünün, 34,15 qram ümumi kütləli 4 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 12,77 qram ümumi kütləli 3 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 89,31 qram ümumi kütləli 11 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 12,21 qram ümumi kütləli 3 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 8,10 qram ümumi kütləli 4 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 2,01 qram ümumi kütləli 1 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin və 880 manat pulun sahibi Zərərçəkmiş şəxs2, “Yaygın saz” yazıları olan saz musiqi alətinin, “Shure 112” markalı qulaqcığın, “WD Elements”markalı 1 TB yaddaş tutumlu diskin, “Tech-com” markalı sərt diskin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 6 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 190 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 1,198 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün, 10,48 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış sırğa cütünün, 34,15 qram ümumi kütləli 4 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 12,77 qram ümumi kütləli 3 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 89,31 qram ümumi kütləli 11 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 12,21 qram ümumi kütləli 3 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 8,10 qram ümumi kütləli 4 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 2,01 qram ümumi kütləli 1 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin və 880 manat pulun sahibi Zərərçəkmiş şəxs2, “Yaygın saz” yazıları olan saz musiqi alətinin, “Shure 112” markalı qulaqcığın, “WD Elements”markalı 1 TB yaddaş tutumlu diskin, “Tech-com” markalı sərt diskin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 72.148,40 manat məbləğində mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs 51.620 manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar