Məhkəmə qərarları › İş №1(101)-1462/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1462/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1462/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta ixtisas təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “BakQazMaş” zavodunun yataqxanasında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2016-cı ilin mart-aprel aylarında Bakı şəhərində İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq dövlət sirri təşkil edən məlumatların toplanılaraq ötürülməsi barədə təlimatlandırılmışdır. Bundan sonra 2016-cı ilin may ayında İran İslam Respublikasının xüsusi xidmət orqanının özünü Ağa kimi təqdim edən əməkdaşı Təqsirləndirilən şəxslə “Whatsapp” mobil sosial şəbəkə tətbiqi vasitəsilə əlaqə yaratmış, sonuncu həmin vaxtdan etibarən Ağa adlı şəxs tərəfindən ona verilən tapşırıqlara uyğun olaraq ona məlum olan dövlət sirri təşkil edən məlumatları mütəmadi olaraq toplayıb ötürərək qəsdən casusluq formasında dövlətə xəyanət etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 9 ay olar ki günahsız olaraq həbsdədir. Ona elan olunan ittihamla razı deyil, çünki İran kəşfiyyatı üçün heç bir məlumat ötürməmiş və heç bir zaman məxfi əməkdaşlığa cəlb olunmamışdır. Heç bir zaman İran kəşfiyyatının əməkdaşları ilə nə üzbəüz, nə də gizli görüşləri, həmçinin onlarla yazışmaları olmamışdır. Bu ittihamın heç bir sübutu və əsası olmamışdır. İttiham aktında ona məlumatların “Whatsapp” vasitəsi ilə ötürüldüyü qeyd edilir, amma buna aid bir dənə də olsun sübut yoxdur. İttiham aktında yazılan və onun İran kəşfiyyatının verdiyi 10 tapşırıqdan bir qismini yerinə yetirdiyinə dair məlumatlar yalandır. Belə ki, “Zuğulba” İqamətgahında vəzifəli şəxslərin fotoşəkillərini çəkdikdən sonra Whatsapp vasitəsi ilə İran kəşfiyyatına göndərdiyinə dair ittiham əsassızdır. İş yerində hər hansı cihazdan və ya telefon vasitələrindən istifadə edilməsi qadağan olunmuşdur. O, işə gələn zaman telefonunu həmişə nəzarət məntəqəsinə təhvil vermişdir. Ümumiyyətlə bu halların heç biri baş verməmişdir. İttiham olunduğu əməlləri etməmiş, heç bir casusluq tapşırığını yerinə yetirməmiş və İran kəşfiyyatından pul və ya maddi nemətlər almamışdır. İttiham aktında qeyd olunan tapşırıqların icrasına görə həyat yoldaşının kartına 50, 100, 200 AZN məbləğlərində pul atılması ilə razılaşmır. Belə ki, bununla bağlı ortada bunu sübut edə biləcək fakt olmamışdır. Bank hesabından çıxarışlar olmamışdır. İttiham aktının 16-cı səhifəsində onun Nemət Mirzəyev adlı şəxsin vasitəsi ilə İran kəşfiyyatının əməkdaşları ilə ilkin kontakt yaradıldığı göstərilmiş, lakin Nemət Mirzəyev şahid qismində dindirilərkən bunu təkzib etmişdir. Nemət Mirzəyev heç bir zaman vasitəçilik etməmişdir. İttiham aktının 17-ci səhifəsində göstərilən, yəni ona 2016-cı ildə İrandan zəng gəlməsi və onun bu barədə Nemət Mirzəyevə müraciət etməsi, Nemət Mirzəyevin isə İran İslam Respublikasının İnformasiya və Təhlükəzislik Nazirliyi, yəni Etalat Kəşfiyyat qrupuna üzv olması yalandır. Nemət Mirzəyevlə onun barəsində olan məlumatlar qondarmadır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, qarşısına qoyulan sənədləri özü imzalamış, lakin sənədlərdən heç bir şey anlamamışdır. 2012-ci ildə İranda olmuşdur. İmam Hüseynin 40-na, Ərbəin ziyarətinə getmişdir. Orada heç kimlə görüşməmiş, heç bir sənədə imza atmamışdır. Oraya Nemətgil ilə getmiş və heç kim ona zəng vurmamışdır. Hicran adlı xanımla 4 ildir ki, qeyri rəsmi nikahdadır.”Əliayağı” məscidində Hicran adlı xanımla molla nikahı bağlamışdır.İrandan nə onun nə də yoldaşının kartına pul vəsaiti köçürülməmişdir. Birinci bağda bağban işləmiş və özəl olaraq qıraq bağlarda da işləmişdir. İran İslam Respublikasına heç bir məlumat ötürməmişdir. Onun fikrinə görə birinci ailəsi onu şikayət etmiş, birinci həyat yoldaşı onu iş yerinə şikayət edərək işdən azad edilməsini xahiş etmişdir. 21 yaşından, yəni əsgərlikdən gələndən sonra Zuğulbada İşlər İdarəsində bağban işləmişdir. İstintaq zamanı ifadəsini qorxudaraq ona yazdırmışlar. Səfərləri Kərbəlaya və İrana nəzərdə tutulsa da, həmçinin Qum və Məşəd şəhərlərinə də getmişlər. Kərbəlada iki ya üç gün qalmışlar. Yoldaşının kartına indiyə kimi yalnız Rusiyadan qardaşları tərəfindən pul göndərilmişdir. İrandan yoldaşının kartına kartına heç bir zaman pul köçürülməmiş və heç bir zaman İran nömrəsi ilə əlaqə saxlamamışdır. 2009-cu ildən birinci bağda bağban işləmişdir. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, əslən İsmayıllı rayonunun Zərnava kəndindən olmaqla milliyyətcə etnik tatdır. 2007-ci ildən şiə dini təriqəti ilə ibadət edir. 2005-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində baş atıcı olaraq müddətli hərbi xidmət etdikdən sonra o, Bakı şəhərində həmin vaxtlar tikinti sahəsində fəaliyyət göstərən “DİA” şirkətində fəhlə işləmişdir. Həmin vaxt şirkətdə Şövqi adlı Türkiyə vətəndaşı baş usta işləmiş və onun iş qabiliyyətini bəyənmişdir. “DİA” şirkəti həmin vaxt Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba“ İqamətgahında tikinti-təmir işlərini icra etmiş, Şövqi usta iş qabiliyyətinin yaxşı olduğunu bildirərək daimi işçi kimi işə götürülməsini İqamətgahın rəhbəri Şahid1 təklif edə biləcəyini demiş və o, razılaşmışdır. Şahid1 onun iş qabiliyyətinə baxaraq bəyəndiyi üçün onu 2009cu ilin yanvar ayının 04-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba“ İqamətgahında ilk öncə mütəxəssis kimi işə qəbul etmiş, daha sonra aparıcı mütəxəssis, son 3 ildə böyük mütəxəssis vəzifəsində işləmişdir. Vəzifəsi qazonları, ağacları sulamaq, zibilləri atmaq, ağacları dərmanlamaq, yağış sularının çəkilməsindən ibarət olmuşdur. Maaşı 1740 manat təşkil etmişdir. Həmin İqamətgahda 2009-cu ildə işləməyə başladıqdan sonra Şahid1 onun işini bəyəndiyi üçün özünün Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Atçılıq massivində yerləşən yaşayış evində bağban işinə dəvət etmiş və o da razılaşaraq təxminən 4 il sonuncunun evində bağban işlərini görmüş, buna görə ona müxtəlif vaxtlarda 50-100 manat məbləğlərində zəhmət haqqı verilmişdir. 2012-ci ildə işlədiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba“ İqamətgahda şiə təriqəti üzrə ibadətlə məşğul olan iş yoldaşı Şahid3 ona həmin il İran İslam Respublikasının Kərbəla şəhərinə ziyarətə getmək üçün müdir Şahid1 icazə alıb məzuniyyətə çıxdığını bildirmişdir. Həmin ərəfədə o, Şahid1 evində işlədiyindən və işinə məsuliyyətlə yanaşdığından sonuncunun ona işçi kimi rəğbəti olmuş, bu səbəbdən Şahid3 onun da ziyarətə getmək istəyəcəyi təqdirdə birlikdə getmələrinə icazə verə biləcəyini demişdir. Bundan sonra o, Şahid1 xidməti otağına getmiş və Kərbəlaya ziyarətə getmək üçün icazə almışdır. Şahid1 ona Kərbəla ziyarəti üçün 500 manat pul verərək ziyarətə göndərməsi barədə heç kimə məlumat verməməsini tapşırmışdır. O, özünə məxsus 200 manatı da Şahid1 verdiyi pulun üstünə qoyub 2012-ci ilin yanvar ayının 7-də Şahid3lə birlikdə avtobusla Kərbəla şəhərinə Ərbəin ziyarətinə getmişdir. Həmin ziyarətə onlardan başqa Buzovna qəsəbəsinin sakinləri getmişlər. Kərbəla şəhərinə çatdıqdan sonra İmam Hüseynin hərəminə piyada gedib ziyarət etmiş, Kərbəla şəhərində 3 gün “Hüseyniyyə” adlandırılan qonaq evində qalmış, daha sonra Nəcəf, Kazımeyn, Kufə şəhərlərinə getmişlər. Nəcəf şəhərində Həzrət Əlinin məqbərəsini, Kazımeyn şəhərində X27 məqbərəsini, Kufə şəhərində Kufə məscidini, qəbiristanlığını ziyarət etmişlər. Sonra Kərbəla şəhərinə qayıdıb, oradan İranın Məşhəd, daha sonra Qum şəhərlərinə getmişlər. Qum şəhərində ümumi ziyarətə gələn dəstə ayrılmış, belə ki, Nemət Mirzəyev, Azər Həsənzadə, Şahid3, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyən Elşən Həsənov, İkram və daha 3 nəfər adlarını xatırlamadığı şəxs onlarla birlikdə Qum şəhərində qalmışlar. X1 qəsəbəsində “Əli Ayağı” məscidində müəllim olmuş, həmçinin caamata namaz vaxtı imamlıq etmişdir. Nemət Buzovna qəsəbəsində yaşadığı evi tikdirən zaman o, həmin evdə 2009-2010-cu illərdə fəhlə işləmişdir. X17 dini təhsil almış və ona bildirdiyinə görə təhsil təqaüdü və xümsdən yığılan pulla ona və digər fəhlələrə zəhmət haqqı ödəmişdir. Nemət Mirzəyev dini sahədə alim olmaq istəmiş və nə vaxtsa məscidin imamı olacağı təqdirdə ona işdən çıxıb yanında işlərinə köməklik etməsini təklif etmişdir. X10 da Nemət Mirzəyevin evi tikilən zaman orada fəhləlik etdiyinə görə tanımış, aralarında dostluq münasibətləri yaranmışdır. Bakı şəhər sakinləri Elşən və İkram adlı şəxslərlə Ərbəin ziyarətində tanış olmuşdur. Orada həmin şəxslərlə otelə gedib otaq sifariş verib 2 gün qalmış, həmin 2 gün ərzində onlar Qum şəhərində Fazil Lənkəraninin qəbrini ziyarət etmiş, daha sonra həmin qəbir kompleksinin yanındakı Dəftəxana adlı otağa daxil olmuş, Dəftəxanada çoxsaylı fars dilində dini məzmunlu kitablar və Quran kitabları olmuşdur. Həmçinin orada ziyarətə gələn əcnəbilərdən bəzi şəxslərin Dəftərxanada qoyulmuş xüsusi bəzəkli dəftərə imza etdiklərini görmüş, buna görə o və Şahid3 də həmin dəftərə imza etmişlər. Həmin dəftərə heç kim nəzarət etməmiş, imza edən zaman ad və soyad yazılmamış, sadəcə imza etmişlər. Namaz qıldıqdan sonra otelə qayıtmış, çay və qəlyan süfrəsindən sonra geri Azərbaycana avtobusla qayıtmışlar. Qayıdan zaman ziyarətə getdikləri avtobusla deyil, yol avtobusu ilə qayıtmışlar. Həmin səfərləri yanvar ayının 07dən 20-nədək davam etmişdir. Ziyarətdən qayıtdıqdan sonra o, ziyarətə getdiyi şəxslərlə əlaqə saxlamış, lakin yaşadığı evin tikintisinə başladıqdan sonra onunla ziyarətə getmiş şəxslərin evinin tikilməsində maddi cəhətdən ona köməklik etmədiklərindən və öz köməklərini təklif etmədiklərindən, həmçinin Azər Həsənzadənin də görüşlər zamanı söyüşkən olduğunu görüb münasibətlərini soyutmuşdur. 2015-ci ildə o, Bakı şəhərində N saylı hərbi hissədə kargüzar vəzifəsində mülki işçi kimi işləmiş X11 ilə dini kəbin kəsdirmiş, həmin kəbini “Əli Ayağı” məscidində imam camaat işləyən Nemət Mirzəyev kəsmişdir. Kəbindən sonra o, Təranə İdəyətovanın evində 18 ay birlikdə yaşamışdır. 2016-cı ilin mart-aprel aylarında Bakı şəhərində zooparkın yaxınlığındakı İranın din xadimi Ocaq Necatın namaz qıldığı “Hüseyniyyə” məscidində namaza getdiyi zaman İran azərbaycanlısı ilə məsciddə tanış olmuş və münasibəti yaranmışdır. Namaz əsnasında və namazdan sonra dini mövzuda söhbət etmişlər. Həmin şəxslə bir-birilərinə telefon nömrələrini bildirmiş, sonuncu ona 60 manat pul verərək imkanı zəif olan şəxslərə verməsini xahiş etmişdir. O da həmin pulu götürərək yaşadığı ərazidəki imkansız şəxslərə vermişdir. Təxminən 3 gün sonra həmin şəxs ona zəng etmiş və “Kral” şadlıq sarayının yaxınlığına dəvət etmişdir. O, həmin şəxslə şadlıq evinin qarşısında görüşmüş və yaxınlıqdakı besetka kimi yerə getmişlər. Orada həmin şəxs onunla dini mövzuda söhbət edərək harada işləməsi ilə maraqlanmış, o isə həmin şəxsə Azərbaycan Respublikası Prezidentinin Pansionatında bağban işlədiyini demişdir. Həmin vaxt Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahı Pansionat adlanmışdır. Həmin şəxs iş yerinin harada yerləşməsi ilə maraqlanmış və o, Buzovna qəsəbəsində Zuğulbada yerləşdiyini demiş və işinin nədən ibarət olmağı barədə məlumat vermişdir. O, həmin şəxsə Bakı şəhərindəki məscidlərə nadir hallarda gəldiyini, əsasən Buzovna qəsəbəsində, eləcə də Hacı Şahinin məscidi kimi tanınan “Məşədi Dadaş” məscidinə getdiyini demişdir. Bir qədər dini mövzuda söhbət etdikdən sonra sağollaşmışdır. Həmin ərəfələrdə Nemət Mirzəyev ondan və Şahid3 “Əli Ayağı” məscidinə getdikləri zaman öz otağına dəvət edərək çay verib işləri barədə maraqlanmış, işin başlama və qurtarma vaxtı, eləcə də həmin işə tanışlarını düzəldə biləcəyi barədə suallar vermişdir. Onlar iş rejimi barədə məlumat verərək oraya ancaq müdirin işə götürə biləcəyini, onların sözü ilə heç kimin işə götürülə bilməcəyini demişlər. 2016-cı ilin may-iyun aylarında ona tanımadığı İran nömrəsindən “Whatsapp” mobil sosial şəbəkə tətbiqi vasitəsilə zəng gəlmiş, o, həmin zəngə cavab verdikdə özünü Ağa kimi təqdim edən İran azərbaycanlılarının ləhcəsi ilə danışan şəxs hal-əhval tutmuş, adının Ağa olduğunu bildirmişdir. O da tanımamağına baxmayaraq hal-əhval tutmuş və danışıq kəsilmişdir. Bu zəng barədə o, Nemət Mirzəyevin yanına gedərək məlumat vermiş, zəng gələn nömrəni telefonunda göstərmiş və həmin nömrəni tanıyıb-tanımadığını soruşmuşdur. Nemət Mirzəyev həmin nömrəyə heç bir reaksiya verməmiş və sualına cavab verməmişdir. O, təkrar həmin nömrə barədə Nemətdən soruşmamış və həmin zəng barədə Nemət Mirzəyevdən başqa heç kimə məlumat verməmişdir. 2016-cı ilin avqust ayında həmin Ağa adlı şəxs ona yenidən zəng edərək hal-əhval tutmuş, iş yeri, iş şəraiti, işçilərin sayı barədə suallar verməyə başlamışdır. O da ona məlum olan məlumatları, yəni 300-500 arası işçinin olması barədə, saat neçədə işə gedib neçədə işdən çıxmağı, haradan girib haradan çıxdığı barədə həmin Ağa adlı şəxsə məlumat vermiş, iş rejiminin ağır olduğunu, səhər işə tez getdiyini bildirmişdir. Ağa adlı şəxs bu məlumatları dinlədikdən sonra ona ehtiyaclarına xərcləməyi üçün pul göndərməsi məqsədilə bank kartının fotoşəklini göndərməsini tapşırmışdır. O, Ağa adlı şəxsin İran xüsusi xidmət orqanlarını təmsil etdiyini və təqdim etdiyi məlumatlara görə onu mükafatlandırması üçün bank kartının fotoşəklini istədiyini başa düşmüşdür. O da Ağa adlı şəxsə həyat yoldaşının istifadə etdiyi evdə olan “Kapitalbank”a məxsus kartın fotoşəklini göndərmiş və Ağa həmin karta 100 manat pul göndərmişdir. Həmin pulu o, xatırlamadığı bankomatdan çıxarmışdır. 2016-cı ildə o, xx xxxxxx 1987-ci il təvəllüdlü X5 ilə evlənmiş, 5 il birlikdə yaşadıqdan sonra ailə-məişət problemləri səbəbindən boşanmışdır. Həmin nikahdan övladı olmamışdır. Həmin ərəfədə o, işlədiyi yerdə vəzifədə irəli çəkilməmişdir. Bunun səbəbi isə müdiri Şahid1 evinə yemək aparmağı ilə bağlı xahişinə işinin olduğunu bəhanə gətirərək imtina etməsi, həmçinin daha sonra Şahid1 əsəbiləşməsinə səbəb olmuş bağ evində sonucunun itini sulaması və buna görə bağdan qovulması olmuşdur. Şahid1 qarşı mənfi münasibəti səbəbindən o, iranlının zəngi zamanı sonuncunun sullarına cavab vermişdir. Bundan bir neçə ay sonra Ağa adlı şəxs ona yenidən günorta saatlarında zəng edərək hal-əhval tutmuş, İqamətgaha Prezidentin ailə üzvlərinin gəlib-gəlməməsi barədə soruşmuşdur. O isə Ağaya Prezidentin ailə üzvlərinin həmin İqamətgahda qaldıqlarını bildirmişdir. Bu zaman Ağa ondan onların günün hansı saatlarında iqamətgaha gəldiklərini, hansı qaydada gəldiklərini, nə vaxt getdiklərini soruşmuşdur. O, Ağaya Prezidentin ailə üzvlərinin həmin bağda yaşadıqlarını və gəlibgetdiklərini, lakin dəqiq hansı saatlarda gəlib getmələri barədə məlumatının olmadığını bildirmişdir. Bundan başqa iranlı Ağa ondan Prezidentin Mühafizə Xidmətinin rəhbər vəzifəli şəxslərinin həmin İqamətgahda yaşayıb-yaşamadıqlarını, gəlib-gəlmədiklərini soruşmuş, o isə Mühafizə Xidmətinin rəhbər vəzifəli şəxslərinin də həmin İqamətgaha gəlib getdiklərini bildirmiş, lakin onların gəlib getmə vaxtları barədə dəqiq məlumata malik olmadığı üçün bu barədə dolğun məlumat verə bilməyəcəyini demişdir. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi dövründə də Ağa onunla əlaqə saxlayaraq Türkiyə, İsrail, Pakistanın Azərbaycanın dostu olmadığını, Azərbaycanın dostunun İran olduğunu, televiziyada İran əleyhinə səsləndirilmiş məlumatların həqiqətə uyğun olmadığını, həmişə Azərbaycanın yanında olduqlarını demişdir. Həmçinin Ağa ondan Prezidentin Təhlükəsizlik Xidmətinin İşlər İdarəsinin Zuğulba İqamətgahında Ramil, İsrafil, Şamxal və Rabo kimi tanınan Rabil adlı şəxsin xidmət edib-etməməsi ilə maraqlanmış və o, həmin şəxsləri tanıdığından və orada xidmət etdiklərini bildiyindən həmin məlumatı təsdiq etmişdir. Həmçinin Türkiyə Respublikasının generalı Bəxtiyar Paşa Azərbaycana səfəri zamanı İşlər İdarəsinin Zuğulba İqamətgahına gəldikdə o, Ağaya zəng edərək X9 səfəri barədə məlumat vermiş və sonuncunun fotoşəklini internetdə tapıb Ağaya göndərmişdir. Bundan başqa Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı işlədiyi iqamətgaha gəlməsi barədə Ağa adlı şəxsə məlumat vermiş, Ağa adlı şəxs Rusiya prezidentinin həmin iqamətgahda qalıb-qalmayacağı ilə maraqlanmış, o isə bu barədə məlumatı olmadığı üçün bilmədiyini demişdir. 2024-cü ilin sentyabr ayında Ağa onun istifadəsindəki ***-***-**-** mobil telefon nömrəsinə yenidən zəng edərək İrana səfərlər edən Buzovnada yaşayan Şamo adlı, Mərdəkanda yaşayan Rövşən adlı şəxslərlə maraqlanmış, o, həmin şəxsləri tanıdığını, onların cinsi azlığın nümayəndələri olduqlarını bildirmişdir. X23 şəhərində oteldə işlədiyini, Rövşənin isə Mərdəkanda dərzi işlədiyini öyrənmişdir. Şamo və Rövşən barədə ətraflı məlumatı olmadığı üçün Ağaya geniş məlumat verə bilməmişdir. Ümumilikdə Ağa adlı iranlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahı ilə bağlı məlumatları təqdim etməsinin qarşılığında 350-380 manat məbləğində pul vəsaiti göndərmişdir. İstifadəsində olmuş “Samsung” markalı “Galaxy A6+” modelli smartfon tipli mobil telefon əvvəllər qeyri-rəsmi nikah münasibətində yaşadığı Əhmədova Hicran Telman qızına məxsus olsa da son 2 il ərzində tutulan günə qədər onun istifadəsində olmuşdur. Həmin mobil telefonda özünə məxsus ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmiş, mobil telefondakı “Whatsapp” mobil tətbiqində də həmin nömrə ilə qeydiyyatdan keçmişdir. Qeyd olunan mobil telefonun yaddaşındakı telefon nömrələri qohumlarına və tanışlarına məxsus olmuşdur.(Cild 1, i/v 44-50; 120-122. Cild 2, i/v 280-283). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahının direktoru olmuşdur. Hazırda təqaüddədir. 2008-ci ildə həmin vəzifəyə təyin olunduğu zaman ərazidə tikinti işləri getmiş, həmin vaxt tikinti işlərinin "xxxx" MMC icra etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs MMC-də fəhlə işləmişdir. Daha sonra Təqsirləndirilən şəxs iqamətgaha bağban olaraq işə götürmüşlər. Təqsirləndirilən şəxslə münasibətləri işçi və müdür kimi olmuşdur. Onun işində nöqsan görməmişdir. O, işə vaxtında gəlmiş və vaxtında getmişdir. 2012-ci ildə Şahid3 və Təqsirləndirilən şəxs məzuniyyət vaxtı Məşədə getmək istəyi ilə bağlı ona yaxınlaşmışlar. O isə buna cavab olaraq bunun onların şəxsi işi olduğunu bildirmiş və Elnura pulu çatmadığı üçün maddi yardım etmişdir. Şahid1 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, Elnurun heç vaxt özünü şübhəli aparmağını hiss etməmişdir. İqamətgaha gələn rəsmi qonaqlardan Elnurun məlumatı olmamış, lakin bağban olaraq iqamətgaha kimin gəlib-getdiyini eşidə bilərdi. İş yerlərində işçilərin mobil telefonları üzərlərində olurdu. Elnurun kasıb olduğunu və onun ailəsinə yük düşməsini istəmədiyi üçün ona ziyarətə getməsi üçün maddi yardım etmişdir. İsmiyevin əvvəlki həyat yoldaşından onlara hər hansı şikayət daxil olmamışdır. Elnurun hər hansı bir dini mərasimlərdə iştirak etməsi və ya dindar olması ilə bağlı heç bir məlumatı olmamışdır. Elnur işə daxil olarkən bir sıra yoxlamalardan keçmiş amma dindar olması ilə bağlı heç bir məlumatı olmamışdır. İsmiyevin ziyarətə getdiyi dövrdə, İran İslam Respublikasına getməklə bağlı hər hansı məhdudiyyət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hazırda şirniyyat evində satıcı işləyir. 2016-cı ildə Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş, Buzovna qəsəbəsi Albalılıq 1 ünvanında yerləşən həyət evində yaşamışlar. 2020-ci ildə Təqsirləndirilən şəxslə boşanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin “Zuğulba” İqamətgahında bağban işləmişdir. Təqsirləndirilən şəxs spirtli içki içməyən, dindar, ailəyə qarşı soyuq şəxs kimi tanımışdır. Ailəli olduğu dövrdə heç bir xarici ölkəyə səfər etməmiş, lakin ona əvvəllər İran İslam Respublikasına dini yerləri ziyarətə getdiyini bildirmişdir. Kiminlə getməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs nə qədər əmək haqqı almasını bilməmiş, Elnur onun xərclərini həm bank kartları vasitəsilə, həmçinin nağd formada ödəmişdir. Bank əməliyyatlarını "xxxx" ASC-yə məxsus maaş kartı ilə icra etmişdir. O, Təqsirləndirilən şəxs nə qədər pul qazandığını heç vaxt bilməmiş, Elnur öz işindən sonra ayrı-ayrı şəxslərin bağ evlərinə gedib günlük işləmişdir. Təqsirləndirilən şəxs Əfqan və Elşən adlı iş yoldaşları ilə yaxın dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs dindar olduğundan Buzovnada olan məscidə gedib ibadət etmiş, ibadətə tək getmişdir. Təqsirləndirilən şəxs məsciddə olan digər dindarlarla yaxın münasibəti olmuş, məsciddə Cəmil adlı şəxslə dostluq münasibəti qurmuşdur. Təqsirləndirilən şəxs əksər hallarda evə gec gəlmiş, bəzi hallarda məsciddə qalmışdır. 2020-ci ildə Təqsirləndirilən şəxs Hicran adlı qadınla əlaqəsinin olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs dostlarından Cəmil, Əfqan və Amil gəlib bəzən həyətdə görüşmüş və adətən dini söhbətlər etmişlər. Elnur ondan hətta hicab geyinməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs xaricdə kiminləsə əlaqə saxlayıb saxlamadığını bilməmişdir. Şahid X5 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, Elnur ona ailə qurmamışdan əvvəl ziyarətə getdiyini demişdir. Hansı ziyarətgahları ziyarət etməsini dəqiq xatırlamır, lakin Kərbəlaya getməsini zənn etmişdir. Ailəli olduqları müddətdə Elnur məscidlərə gedirdi. Elnur onun bank kartından istifadə etməmişdir. İran səfəri onların evliliyindən əvvəl olduğu üçün bu barədə heç bir məlumatı olmamışdır. Evdə olan zaman Elnura hər hansı qurumdan zəng gəlməsini xatırlamır. Elnurla bağlı iqamətgaha məktub yazmışdır. Çünki, boşanma ərəfəsində evdən qızılları itmişdir. Ancaq Elnurun iş yerindən ona hər hansı cavab gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gənclik” İqamətgahında baş mütəxəssis vəzifəsində işləyir. 2011-ci ildə “Əli Qədəmgahı” məscidində namaz əsnasında Pünhan adlı yaşlı kişi ilə tanış olmuşdur. Söhbət zamanı Pünhan yaşlı olduğunu bildirərək Kərbəla şəhərinə ziyarətə gedə bilməyəcəyini deyib ona həmin ziyarətə getməsini və 100 manat yol pulu verməsini təklif etmişdir. O, Pünhan kişinin təklifi ilə razılaşmış, həmin vaxt məzuniyyətdə olmasına baxmayaraq İqamətgahın direktoru Şahid1 zəng edərək Kərbəla ziyarətinə getmək üçün icazə istəmişdir. Şahid1 etiraz etməmiş, həmçinin iş yoldaşı Təqsirləndirilən şəxs dindar olduğunu və namaz qıldığını bildiyi üçün ona sürpriz etmək məqsədilə Kərbəla ziyarətinə getmək istəyinin olubolmamasını soruşmasını, getmək istəyinin olduğu təqdirdə birlikdə getmələri üçün yol xərcini verəcəyini deməsini bildirmişdir. O, bu barədə Təqsirləndirilən şəxs demiş və Elnur dərhal razılaşmışdır. Bundan sonra birlikdə Şahid1 xidməti otağına getmişlər. Şahid1 Təqsirləndirilən şəxs gülə-gülə ona Kərbəla ziyarətinə getməklə bağlı sürpriz etmək istədiyini demiş, Təqsirləndirilən şəxs də minnətdarlığını bildirdikdən sonra Şahid1 ona 300 manat yol xərci vermişdir. Bundan sonra 2012-ci ilin yanvar ayının 07-də o, Təqsirləndirilən şəxslə Kərbəla ziyarətinə avtobusla yola düşmüşlər. Təqsirləndirilən şəxs və özündən başqa həmin vaxt işdən heç kim həmin ziyarətə getməmişdir. Onlarla birlikdə “Əli Qədəmgahı” məscidinin ruhanisi Nemət Mirzəyev getmişdir. Nemət Mirzəyevlə hər hansı münasibəti olmamış, onu məscidin imamı kimi tanımışdır. Kərbəla şəhərinə çatdıqdan sonra orada Hüseyniyyə kimi tanınan çadırlarda təxminən 4-5 gün qalmış, İmam Hüseynin hərəminə piyada gedib ziyarət etmiş, daha sonra Nəcəf, Kazımeyn, Kufə şəhərlərinə getmişlər. Nəcəf şəhərində Həzrət Əlinin məqbərəsini, Kazımeyn şəhərində X27 məqbərəsini, Kufə şəhərində Kufə məscidini ziyarət etmişlər. Daha sonra Kərbəla şəhərinə qayıdıb, oradan İranın Qum şəhərinə getmişlər. Geri qayıdarkən avtobusda səsküy, qoxu olduğundan Qum şəhərində Nemət Mirzəyevin təklifi ilə ümumi ziyarətə gələn təxminən 7 nəfərlik dəstə ayrılmış, qayıdanda “Mercedes-Benz” markalı avtobusla rahat qayıda biləcəkləri deyilmişdir. Bu səbəbdən Qum şəhərində ümumi ziyarətə getdikləri avtobusdan o, Təqsirləndirilən şəxs, Nemət, İkram, Azər adlı şəxslər və adlarını xatırlamadığı daha iki nəfər düşmüşlər. Qum şəhərində bir gecə oteldə qalmış, səhəri gün isə rahat avtobusla Bakı şəhərinə qayıtmışlar. Şahid3 həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, ziyarətə getdikləri zaman hansı şəhərlərə gedəcəklərini əvvəlcədən bilmirdilər. Oraya 3 avtobus getmiş və bir-birlərini çox görməmişlər. Orada otel olmamış, küçədə yatmışlar. İqamətgaha telefonla daxil olurdular. Elnurun hər hansı şübhəli hərəkətlərini görməmişdir. Təqsirləndirilən şəxs qapalı insan olduğundan onlara birinci ailəsi ilə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən İstintaq baş idarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş AR vətəndaşı, Xəzər rayonu, Buzovna qəsəbəsi “BakQazMaş” yataqxanası ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Prezident Administrasiyasının İşlər İdarəsinin “Zuğulba” İqamətgahında suvarma üzrə böyük mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs 2012-ci ildə xx.xx.1963-cü il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan “Zuğulba” İqamətgahında şöbə müdiri vəzifəsində çalışan Şahid1 təklifi və 500 AZN maliyyə dəstəyi İlə eyni yerdə işləyən xx.xx.1986-cı il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Şahid3 ilə birgə “Ərbəin" ziyarətinə getmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sorğuya cəlb edilərək bildirmişdir ki, o, İraqdan İrana qayıdarkən Məşhəd ziyarəti zamanı İran İslam Respublikasında qeyri-rəsmi dini təhsil almış xx.xx.1981-ci il təvəllüdlü X2, Şahid3 və digər zəvvar X15 ilə birgə qrupdan ayrılaraq Qum şəhərinə yollanmış və orada iranlı müctəhid Fazil Lənkəraninin dəftərxanasının yaxınlığında yerləşən və kitabxana kimi təqdim olunan ofisdə N.Mirzəyevin vasitəçiliyi əsasında İran İslam Respublikası xüsusi xidmət orqanı əməkdaşları ilə ilkin kontaktı yaranmışdır. Təqsirləndirilən şəxs İİR XXO tərəfindən mərhələli şəkildə məxfi əməkdaşlığa cəlb edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ofisdə iranlı tərəfindən onlara təqdim olunan üzərində fars dilində təqribən üç cümlə həcmində məzmunu bəlli olmayan yazı yazılmış kağıza imza atmışlar. 2016-cı ildə N.Mirzəyev Təqsirləndirilən şəxs AR Prezidentinin iqamətgahı və oradakı mühitlə bağlı məlumatlar almışdır. Eyni zamanda N.Mirzəyevin tapşırığı əsasında Təqsirləndirilən şəxs intim əlaqəsi, AR MN N saylı hərbi hissəsində çalışan X7 (2015-ci ildə Təqsirləndirilən şəxs Təranə ilə dini nikah bağlamaq məqsədilə N.Mirzəyevin yanına getmişdir) hərbi hissənin dislokasiyası (dənizə yaxın olub-olmaması), şəxsi heyətin fəaliyyəti və yerdəyişməsi barədə məlumatlar toplamağa sövq etmişdir. X19 həmin sualları cavablandırmaqdan imtina etmişdir. Bu barədə Təqsirləndirilən şəxs N.Mirzəyevi məlumatlandırmışdır. Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşayan Cuma Abbasov və onun qardaşı Rahib Abbasov (vəfat etmişdir) ondan birbaşa iqamətgah barədə məlumat verməsini tələb etmişlər. Təqsirləndirilən şəxs bu tələbi yerinə yetirməkdən imtina etmişdir. Daha sonra Buzovna qəsəbə sakini Həmid Rəcəbov iqamətgah barədə videoçəkiliş edib ona göndərməyi xahiş etmiş, Təqsirləndirilən şəxs həmin xahişi yerinə yetirmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs 2008-ci ildən tanıdığı Buzovna qəsəbəsi “Əli Qədəmgahı” məscidində din xadimi kimi fəaliyyət göstərən X12 və Buzovna qəsəbəsi “İmam Hüseyn” məscidinin imamı X8 iqamətgah və orada çalışan şəxslər barədə ona suallar verdiklərini və həmin sualları cavablandırdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs sözlərinə görə, xx.xx.2016-cı il tarixdə onun istifadəsində olan ********** saylı mobil nömrəyə İİR mobil operatoruna məxsus +**********69 saylı nömrədən zəng gəlmiş, ona “ziyarətə gəlmək istəmirsən ki?” sualı verilmiş, o, həmin sualdan təəccüblənmiş və bu barədə Nemət Mirzəyevdən soruşmuşdur. N.Mirzəyev isə onun İİR-in İnformasiya və Təhlükəsizlik Nazirliyi (İTN) - “Ettelaat” tərəfindən seçildiyini, strateji əhəmiyyətli obyektdə çalışdığı, geniş əlaqələrə malik olduğu, bununla da məlumat əldə etmək imkanlarının yarandığı üçün ona maraq göstərildiyini bildirmişdir. N.Mirzəyev bundan sonra “WhatsApp” mobil sosial şəbəkə tətbiqi vasitəsilə əlaqə saxlamalı olduğunu Təqsirləndirilən şəxs diqqətinə çatdırmışdır. Təqsirləndirilən şəxs sözlərinə görə, o, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Hüseyniyyə” namazxanasında Azərbaycan əsilli İİR vətəndaşı ilə görüşmüş və ondan 60 AZN pul vəsaiti almış, növbəti görüş Bakı şəhərində “Atatürk” parkı yaxınlığında baş tutmuş, sonrakı əlaqələr telefon danışıqları vasitəsilə davam etdirilmişdir. Görüş zamanı kəşfiyyatçı iqamətgahda dövlət başçısının keçirdiyi görüşlərdə iştirak edən şəxslər, işçi heyəti və keçirilən tədbirlər barədə məlumatlar əldə etmək istiqamətində tapşırıqlar vermişdir. Təqsirləndirilən şəxs, 44 günlük vətən müharibəsi dövründə ətrafdan təcrid olunmuş vəziyyətdə “Cumeyra” və “Xəzər İnci” otellərində qalması səbəbindən kəşfiyyatçı ilə danışıq aparmaq imkanlarının məhdudlaşdığını, müharibə bitdikdək sonra “Ağa”nın onunla əlaqəni bərpa etdiyini diqqətə çatdırmışdır. Telefon danışığı zamanı, kəşfiyyatçı Təqsirləndirilən şəxslə psixoloji kontakt yaratmış, ideoloji söhbət aparmış, daha sonra isə “Azərbaycana dəstək göstərmiş İsrail, Türkiyə əsgərləri və əfqanlar” barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs isə “Azar” proqramı vasitəsilə tanış olduğu və guya Azərbaycanda döyüşlərdə yaralandığını bildirən Özcan və ya Barış adlı türk əsgəri barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs müharibədən sonra onda İrana qarşı neqativ fikirlərin yarandığı və bunu qarşı tərəfdən gizlətmədiyini iddia etmişdir. Kəşfiyyatçı isə iranlı müctəhidlərdən müxtəlif sitatlar gətirməklə, eləcə də İranın gücü, nüfuzu və Azərbaycan- İran dostluğu barədə Təqsirləndirilən şəxslə profilaktik söhbətlər aparmaqla onu əlaqələri davam etdirməyə inandırmışdır. Kəşfiyyatçı mütəmadi olaraq “WhatsApp” mobil sosial şəbəkə tətbiqi vasitəsilə Təqsirləndirilən şəxslə əlaqə saxlamış və aşağıdakı istiqamətlər üzrə ona tapşırıqlar vermişdir: - Zuğulbadakı şəxslərin xarakteristikası, oradakı işçilərin siyahısı; - İqamətgaha yaxınlaşma imkanının araşdırılması; - Dövlət başçısı və ailə üzvlərinin iqamətgaha giriş-çıxış vaxtlarının öyrənilməsi; - PTX rəisi Bəylər Əyyubovun və mühafizə heyətinin fotoşəkillərinin əldə olunması; - Dövlət başçısının qəbul etdiyi şəxslər; - Müharibə dövründə İsrail və Türkiyə əsgərlərinin, eləcə də milliyətcə əfqan şəxslərin döyüşlərdə iştirakı; - RF Prezidentinin Zuğulbaya gəlməsi, səfərin məqsədi, iqamətgah daxilində görüşün keçirildiyi yer, müzakirə olunan mövzular; - Təqsirləndirilən şəxs digər şəxsləri işə düzəltmək imkanlarının araşdırılması; - Təqsirləndirilən şəxs dövlət başçısını görmək imkanı; - Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə İİR XXO-nun maraqları istiqamətində göstərə biləcəyi xidmətlər. Təqsirləndirilən şəxs İİR XXO tərəfindən verilmiş tapşırıqların bir qismini icra etdiyini etiraf etmişdir. Belə ki, İİR XXO, AR PTX-nin rəhbərliyi, xüsusilə Vaqif Axundov (PTX-nin keçmiş rəisi) və Bəylər Əyyubov, habelə qurumun Rabo, Ramin və Çingiz adlı əməkdaşların iqamətgahda yaşamaları onların fotoşəkillərini əldə edib göndərməsi barədə tapşırıq vermiş, Təqsirləndirilən şəxs isə bu tapşırığı icra etmişdir. Əvvəlki telefonla danışdığı müddətdə isə İİR XXO tərəfindən Təqsirləndirilən şəxs həyat yoldaşının kartına 50, 100 və 200 AZN məbləğində pul vəsaiti göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs İİR XXO əməkdaşının tapşırığı ilə, xx.xx.1982-ci ildə Masallı rayonunda anadan olmuş, AR vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi Kardioloji sanatoriya yataqxanasında qeydiyyatda olan X16 və Rövşən (Ağdam rayonundan olan məcburi köçkün kimi Mərdəkanda cəzaçəkmə müəssisəsinin arxasında məcburi köçkünlərin məskunlaşdığı yerdə yaşadığı ehtimal edilir) adlı cinsi azlıq nümayəndələri barədə məlumatlar toplayaraq İİR XXO-ya təqdim etmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı “Galaxy A6+” modelli mobil telefona baxış zamanı zəng kitabçasında xx.xx.2024-cü il tarixində İran İslam Respublikasının mobil rabitə operatoruna məxsus +**********92 (məlumat bazasında “Anahita Şəhriyar” kimi qeyd edilmişdir) mobil telefon nömrəsindən zəngin daxil olduğu və danışığın aparıldığı aşkarlanmışdır (cild 1, i/v 8-11). 31 oktyabr 2024-cü il tarixli “Tutulma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i/v 30-31); 31 oktyabr 2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı “Galaxy A6+” modelli telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar bölməsindən İMEİ kodunun “**********13814” və “**********13812” olduğu, telefona hər hansı sim-kart nömrəsinin quraşdırılmadığı, “zənglər” bölməsində xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının mobil rabitə operatoruna məxsus +**********92 mobil telefon nömrəsindən zəngin daxil olduğu və 21 saniyə danışığın aparıldığı müəyyən edilmişdir. Bununla yanaşı mobil telefonun “Qalereya” qovluğunda xx.xx.2024-cü il tarixdə videoqeydə alınmış 8,14 mb həcmli “20241008_122851.mp4” adlı videofaylın olması müəyyən edilmişdir. Həmin videofaylda hər iki tərəfi səliqəli şəkildə landşaftla əhatə edilmiş bağ sahəsinə uzanan yol (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahının giriş ərazisi) videoqeydə alınmışdır (cild 1, i/v 52-53). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild İ, i/v 130- 133). Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı “P30 lite MAR-LX1M” modelli mobil telefona baxış keçirilməsi haqqında 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, telefonun məlumatlar bölməsindən İMEİ kodunun “**********05411” və “**********35426” olduğu, telefona “Bakcell” mobil rabitə operatoruna məxsus (+994)553606198 nömrəli simkartın quraşdırıldığı müəyyən edilmişdir (cild 1, i/v 153). Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarından görünür ki,o, xx.xx.2012-ci il tarixdə “Biləsuvar” DSBM-dən İran İslam Respublikası istiqamətində ölkəni tərk etmiş və xx.xx.2012-ci il tarixdə “Astara” DSBM-dən Azərbaycan Respublikasına geri dönmüşdür (cild 1, i/v 228-231). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İİ, i/v 4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X30 tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14174 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (cild İİ, i/v 31). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X30 tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 19/5113466 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur (cild İİ, i/v 120). 12 dekabr 2024-cü il tarixli “Mobil telefon əlaqələrinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə İran İslam Respublikasının mobil rabitə operatoruna aid **********92 mobil telefon nömrəsi arasında 25 oktyabr 2024-cü il tarixində 22 saniyə danışıq aparıldığı müəyyən edilmişdir (cild 2, i/v 221). Azərbaycan Respublikası Səhiyyə Nazitliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 22 noyabr 2024-cü il tarixli № 3370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəydə Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətçillik, situativlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs psixi inkişafı normaya uyğundur. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətləri və hadisə şəraitini nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs idrak prosesləri (duyğu, qavrayış, təfəkkür və s.) hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymağa və ya qavramağa imkan verə bilər. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik əlamətləri müəyyən edilməmişdir, lakin o, situasiyanı öz xeyrinə yönəltmək məqsədilə yalan danışa bilər. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, i/v 243-247). 05 mart 2025-ci il tarixli “Telefon əlaqələrinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş (+994) 55-360-61-98 mobil telefon nömrəsi ilə İran İslam Respublikasının mobil rabitə operatorunun +98**********69 saylı nömrəsi arasında xx.xx.2016-cı il tarixdə 20 saniyəlik danışığın aparıldığı müəyyən edilmişdir (cild 3, i/v 3-4). Maddi sübut kimi tanımaq haqqında 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 ədəd “Samsung” markalı “Galaxy A6+” modelli mobil smartfon, 1 ədəd “Huawei” markalı “P30 lite MAR-LX1M” modelli smartfon tipli mobil telefon və ona quraşdırılmış ********** nömrəli sim-kart maddi sübut kimi tanınmışdır (cild 3, i/v 94). Dövlət Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən İstintaq idarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 9-1729 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng etmiş İran İslam Respublikasının mobil rabitə operatoruna məxsus +**********92 saylı mobil telefon nömrəsinin istifadəçisi, özünü Ağa kimi təqdim edən, habelə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının təhlükəsizliyi və milli maraqları əleuhinə məlumatların əldə olunması istiqamətində tapşırıqlar vermiş şəxsin İran İslam Respublikasınnın xüsusi xidmət orqanına aid olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunan nömrə istifadəçisinin əlaqələrinin təhlili nəticəsində onun İran İslam Respublikasının İnformasiya və Təhlükəsizlik Nazirliyi ilə əlaqəli +**********50 saylı nömrənin istifadəçisi ilə əlaqəsi qeydə alınmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi informasiyaların müqabilində İran İslam Respublikasının xüsusi xidmət orqanı tərəfindən maliyyə vəsaitlərinin göndərilməsi üsullarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir (cild 3, i/v 95). Məhkəmə iş üzrə tədqiq edilmiş bütün sübutların məcmusunu tam, hərtərəfli və obyektiv yoxlayaraq hər bir sübutu digərləri ilə müqayisəli şəkildə təhlil edərək bu nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək məhkəməyə verdiyi ifadələri onun müdafiə mövqeyinə əsaslanan subyektiv mülahizələridir və həqiqəti əks etdirmir. Bununla belə, məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayət törətməməsi ilə bağlı dəlilləri ibtidai istintaq orqanının təqdim etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilmə hallarına heç bir şübhə olmayan mötəbər sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin işin faktiki hallarına uyğun gəlməyən hissələrini sübut kimi qəbul etmir. İbtidai istintaq orqanının elan olunmuş ittihamın təsdiqi kimi təqdim etdiyi mötəbər dəlillərin – təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, digər sənədlərin hər hansının sübut kimi qəbul edilməsinə yol verməyən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 274-cü maddəsinə əsasən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə– on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti tamah məqsədilə (CM-nin 61.1.6) və qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə (CM-nin 61.1.13) törətməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halların olmasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdr. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 31 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayətlərin təsinfatına görə xüsusilə ağır cinayət törədiyinə və ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı “Galaxy A6+” modelli mobil smartfon, 01 ədəd “Huawei” markalı “P30 lite MAR-LX1M” modelli smartfon tipli mobil telefon və ona quraşdırılmış (+994)55-360-61-98 nömrəli sim-kart təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 16 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 31 oktyabr 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd “Samsung” markalı “Galaxy A6+” modelli mobil smartfon, 01 ədəd “Huawei” markalı “P30 lite MAR-LX1M” modelli smartfon tipli mobil telefon və ona quraşdırılmış (+994)55-360-61-98 nömrəli sim-kart təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar