Məhkəmə qərarları › İş №1(101)-1463/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1463/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1463/2021 21.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı və həmin şöbənin prokuroru X1, müdafiəçi: Bakı şəhər 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1968-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əməklə məşğul olmuş, Yevlax rayon, Aran qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi – 371,154 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi çəkisi 1305 qram (1 kq 305 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib ünvan 1 ünvanda yerləşən yaşadığı fərdi evdə gizlətməklə saxlamış, daha sonra həmin narkotik vasitənin üzərindən ümumi təmiz çəkisi 5,054 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək bir ədəd bükümə yığıb satış məqsədilə üzərində saxlamaqla daşımış, 31 mart 2021-ci il tarixdə, saat 15:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və həmin gün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin cibindən bir ədəd bükümdə təmiz çəkisi 5,054 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 31 mart 2021-ci il tarixdə, saat 20:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda aparılan baxış zamanı Təqsirləndirilən şəxs evinin qonaq otağındakı divanın saxlanc yeri hesab olunan alt hissəsində idman çantasının içərisində gizlətdiyi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdəki qəhvəyi rəngli heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 170,9 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 195,2 qram olan xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə heroinlə və yaşadığı evə keçirilən baxış zamanı aşkar edilmiş narkotik vasitə heroinlə fərqlənən tünd qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində heroinin izlərinin olduğu bir ədəd üzərində “Beurer” yazısı olan “max.3kq” markalı elektron tərəzi, üç ədəd sellofan bağlamalarda ümumi təmiz çəkisi 1305 qram (1 kq 305 qram) olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 505,0 qram, 495,0 qram və 305,0 qram olan və tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 mart 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Xəzər rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, da onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada o, şübhəli şəxs qismində tutulmuş, sonra da onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində alışqan və siqaret dənələri olan siqaret qutusu və yetmiş yeddi manat pul, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı, bir ədəd “Alcatel” markalı mobil telefonlar, bir ədəd şəxsiyyət vəsiqəsi, iki ədəd plastik kart və səkkiz ədəd açar aşkar olunmuşdur. Bir bükümdə heroin elektron tərəzidə çəkilərək içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanıb götürülmüşdür. İki ədəd mobil telefon, bir ədəd şəxsiyyət vəsiqəsi, iki ədəd plastik kart götürülmüş, səkkiz ədəd açar, yetmiş yeddi manat pul, bir ədəd alışqan və içərisində alışqan və siqaret dənələri olan siqaret qutusu ona geri qaytarılmışdır. O, narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Sabir adlı şəxdən aldığını, həmçinin yaşadığı evdə narkotik maddə saxladığını, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar ünvan 1 ünvanına getmişlər. O, evin qonaq otağında saxladığı çantanı təqdim etmiş, həmin çantanın içindən iki ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroin, üç ədəd bükümdə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlər həmin çantada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Özü narkotik vasitə qurudulmuş marixuanadan arada bir istifadə edir, heroindən isə ümumiyyətlə heç vaxt istifadə etməmişdir. Taksi sürücüsü işləyir, 2021-ci ilin təxminən fevral ayının axırlarında Balakən rayonuna müştəri aparmış, oradan qayıdarkən yolda Hacıqabul rayonuna gedən bir nəfər müştəri götürmüş, söhbət əsnasında narkotik vasitələrdən söhbət düşmüş və o, aradabir olanda nəşə çəkdiyini bildirmişdir. O, da istəsə, ucuz qiymətə ona nəşə, yəni qurudulmuş marixuana verə biləcəyini demişdir. O, əvvəlcə inanmamış, lakin bu zaman o, ayağının qarşı tərəfinə qoyduğu göy rəngli sellofan torbanı açıb bildirmişdir ki, torbanın içərisində 2 kilodan çox qurudulmuş marixuana var. Bundan sonra o, qurudulmuş marixuananı neçəyə satdığı soruşmuş, o da demişdir ki, razılaşarlar. Razılaşmışlar və 500 manat pul verərək ondan üç ədəd sellofan bükümdə öz deməyinə görə təxminən 1,5 kiloya yaxın qurudulmuş marixuana almışdır. Bundan sonra o, Hacıqabul rayonunda avtomobildən düşmüşdür. Daha sonra o, yaşadığı evə gəlmiş və üç ədəd sellofan bükümdə olan narkotik vasitəni çantanın içərisinə qoyaraq yaşadığı evdə gizlətmişdir. Həmin gün axşam üç ədəd sellofan bükümlərdən birinin içərisindən şəxsi istifadə məqsədilə bir qədər götürüb istifadə etmişdir. Bundan bir müddət sonra “İnstaqram” sosial şəbəkəsində təsadüfən özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Sabir adlı şəxslə tanış olmuş, o, bildirmişdir ki, narkotik vasitə heroinin topdan satışı ilə məşğul olur və yaxşı pul qazanır. Ona demişdir ki, bu işlə məşğul olsa, o da yaxşı pul qazanar. 2021-ci ilin təxminən mart ayının əvvəllərində Sabir adlı şəxslə Yasamal parkında görüşüb ona bir qramı 8 manatdan olmaqla 3000 manat pul verərək iki ədəd bükümdə ümumilikdə 371 qram narkotik vasitə heroin almışdır. Həmin vaxt o, özü ilə gətirdiyi elektron tərəzini də ona hədiyyə etmişdir. O, aldığı heroini ünvan 1 ünvanda yerləşən yaşadığı evə gətirərək gizlətmiş, daha sonra həmin narkotik vasitənin üzərindən bir qədər götürərək bir ədəd bükümə yığıb satış məqsədilə üzərində saxlamışdır. Daha sonra isə məlum hadisə baş vermiş və o, yaxalanmışdır. İlk dəfə idi ki, bu işlə məşğul olmaq istəmişdir, narkotik vasitə heroinin hamısını satacağı təqdirdə təxminən 900 manat gəlir əldə edəcəkdi, lakin sata bilməmişdir. Əməlindən səmimi olaraq peşimandır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 mart 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Bundan sonra o, digər polis əməkdaşı Şahid2 ilə birlikdə bu məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 31 mart 2021-ci il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanın yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs həmin yerin yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etməyib onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri ona izah olunduqdan sonra qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməyi ilə əlaqədar üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində alışqan və siqaret dənələri olan siqaret qutusu və yetmiş yeddi manat pul, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı, bir ədəd “Alcatel” markalı mobil telefonlar, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd **********589260 nömrəli 2020-ci ilin may ayında müddəti bitmiş “Bank of Baku” plastik kartı, bir ədəd **********6 nömrəli “Umico” plastik kartı və səkkiz ədəd açar aşkar olunmuşdur. Sonra bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd plastik kartlar götürülmüş, səkkiz ədəd açar, yetmiş yeddi manat pul, bir ədəd alışqan və içərisində alışqan və siqaret dənələri olan siqaret qutusu sonuncuya geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Bakı şəhəri, Xəzər rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Bundan sonra ünvan 1 ünvanda narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 31 mart 2021ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin qonaq otağında olan divanın altında saxladığı bir ədəd göy çantanı təqdim etmişdir. Həmin çantanın içindən iki ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, üç ədəd bükümdə spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 398 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 325 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər həmin çantada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 30-32-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında 31 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində alışqan və siqaret dənələri olan siqaret qutusu və yetmiş yeddi manat pul, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı, bir ədəd “Alcatel” markalı mobil telefonlar, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, **********589260, **********6 nömrəli plastik kartlar və səkkiz ədəd açar aşkar olunmuşdur. Sonra həmin bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 5 qram olmuşdur. Sonra həmin kütlə içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd mobil telefon, bir ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, iki ədəd plastik kartlar götürülmüş, səkkiz ədəd açar, yetmiş yeddi manat pul, bir ədəd alışqan və içərisində alışqan və siqaret dənələri olan siqaret qutusu sonuncuya geri qaytarılmışdır. Cinayət işinin 35-36-cı vərəqlərində olan baxış keçirilməsi və götürülmə aparılması haqqında 31 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Nizami küçəsində yerləşən 163 nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı evin qonaq otağında olan divanın altında Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı, bir ədəd göy çantanın içərəsində iki ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, üç ədəd bükümdə spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunmuş, sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 398 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 325 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər həmin çantada qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Cinayət işinin 45-49-cu vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 01 aprel 2021-ci il tarixli, 7/303 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan tünd göy rəngli idman çantasındakı 03 (üç) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 505,0 qram; 495,0 qram; 305,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 1305 qramdır (1 kq 305 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Cinayət işinin 50-56-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2021-ci il tarixli, 6/1273 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ....” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,054 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs oğlkunun yaşadığı evdən aşkar olunmuş....” yazısı olan idman çantasındakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 170,9 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 195,2 qram tünd qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; bir ədəd üzərində “Beurer” yazısı olan “max. 3kq” markalı elektron tərəzinin üzərində heroinin izləri vardır. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 371,154 qramdır. Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki qəhvəyi rəngli heroin yaşadığı evdən götürülmüş təmiz çəkisi 170,9 qram olan qəhvəyi rəngli heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər, lakin yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 195,2 qram olan tünd qəhvəyi rəngli heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə onlardan fərqlidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş elektron tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işinin 149-150-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 27 may 2021-ci il tarixli, 1613 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 158-167-ci vərəqlərində olan qərarla Təqsirləndirilən şəxs götürülmüş ümumi çəkisi 1305 qram (hazırkı çəkisi 1304,4 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və mumi təmiz çəkisi 371,154 qram (hazırkı çəkisi 371,004 qram) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Xəzər RPİ-də saxlanılır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk, eləcə də baxış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 12, 90-94-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 110-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 100-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri uzrə müsbət xarakterizə olunur. Əvvəllər məhkum olunmaması, əməlindən səmimi olaraq peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 31 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 192,82 (bir yüz doxsan iki manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - Xəzər RPİ-də saxlanılan – Təqsirləndirilən şəxs üzərindən və yaşayış yerindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəksi 1304,4 qram olan narkotik vasitə - qurudulmuş marixuana və 371,004 qram olan narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk, eləcə də baxış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaqda təyinatla Bakı Şəhər 8 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə ödənilməli haqq 240 (iki yüz qırx) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2021-ci il tarixdən hesablansın, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 192,82 (bir yüz doxsan iki manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Maddi sübut - Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşayış yerindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəksi 1304,4 qram olan narkotik vasitə qurudulmuş marixuana və 371,004 qram olan narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk, eləcə də baxış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar