Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1463/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Əbrəqunus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, X18 küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14.40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni təkrar əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,266 qram olan qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından az miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,060 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yaşadığı ünvan 3 ünvanına gətirməklə daşımış, üzərində «Farıssa» sözləri yazılmış şampun qabının daxilində gizlətməklə saxlamışdır. 3.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin şəxsin göndərdiyi və “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan ünvandan ümumi təmiz çəkisi 11,508 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 oktyabr 2023-cü il tarixdə saat 22:30-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində yerləşən «Univermaq» Ticarət mərkəzinin yaxınlığında saxlanılıb, 14-cü PŞ-nin inzibati binasına aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə və plastik qabın içərisində 01 ədəd şəffaf sellofan bükümdə tərkiblərinə görə eyni olan, ayrıayrılıqda təmiz çəkiləri 1,857 qram və 9,201 qram, ümumi təmiz çəkisi 11,508 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, barəsində Azərbaycan Respublikası CM-nin 234.1 -1 ci maddəsi ilə Sabunçu RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Sabunçu rayon məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilib, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra anası Şahid9 ilə telefonla əlaqə saxlayaraq yaşadığı ünvan 3 ünvanında saxladığı üzərində «Farıssa» sözləri yazılmış şampun qabının daxilində gizlətdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini saxlanıldığı İstintaq Təcridxanasının gətirməsini demiş, 09 dekabr 2023- cü il tarixdə cinayət hadisəsi barədə məlumatı olmayan Şahid9 tərəfindən İstintaq Təcridxanasına təqdim olunmuş sovqata xüsusi ayrılmış otaqda baxış keçirilən zaman, sovqatın içərisində olan üzərində «Farıssa» sözləri yazılmış şampun qabının daxilində olmuş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,266 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə görə fərqli olan, şəxsi istehlak miqdarından az miqdarda təmiz çəkisi 0,060 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 4.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, narkotik vasitəni iranlı şəxsdən öz istifadəsi üçün almış, satış məqsədi ilə almamışdır. Onun üzərində də o qədər olmamış, ona təzyiq göstərərək o qədər malı üzərinə qoymuşlar. İranlı şəxslə danışmış, lakin ondan mal almamışdır. Mal götürəcəkdi, amma götürməmişdir. Bölmədə zor tətbiq edib üzərinə qoymuşlar, xəstə adam olduğu üçün üzərinə götürmüşdür. Sabunçuda 14-cü Polis Bölməsində saxlanılmışdır. Univermağın qabağında tutulmuş, oranın kameraları da olmuşdur. İşdən çıxıb evə getmiş, üzərində heç nə olmamışdır. Həmin vaxt orada əməliyyat getmişdir. Maşına basıb bölməyə apararaq biraz döymüşlər, sonra da üzərinə qoymuşlar. İranlı ilə “whatsapp” vasitəsilə danışmışdır. “İnstagram”da özü yazaraq tanış olmuşdur. Ondan daha əvvəl narkotik almamışdır. Ödənişi post terminal vasitəsilə atacaqdı. Qiymətini qramı qırx manata razılaşmışdır. Özü 4-5 qram sifariş etmiş, pulu çatmadığı üçün ala bilməmişdir. Polis əməkdaşları onu Maştağada saxlamış, üzərinə şəxsi axtarış bölmədə keçirilmişdir. Videoçəkiliş narkotik ciblərinə qoyulduqdan sonra keçirilmiş, çəkilişdə bildirmişdir ki, narkotik onundur. Onun məqsədi narkotiki özünün istifadə etməsi olmuş, şampunun içində olan narkotik evdə olan narkotik olmuşdur. İranlının adı “Zəhra” olmuş, narkotikin hara qoyulması barədə məlumatı olmamışdır. Ona olan təzyiqlərdən şikayət etməmiş, sanskiyaya aparılarkən təzyiq barədə məlumat vermiş, xəsarətlərinin izi qalmamışdır. Birinci ifadəsində narkotiki haradan almasını polis göstərmiş, narkotiki cibinə qoyaraq onun olmasını, Maştağadan götürərək evə getdiyini demişlər. Guya narkotiki Bağlar deyilən ərazidən götürmüş, həmin gün Bağlar tərəfdə olmamış, Zabratda sexdə işdə olmuşdur. Həmin vaxt telefon nömrəsi üzərində olmamış, nömrəsini tam olaraq xatırlamır. Bağlarla saxlanıldığı ərazi arasında iyirmi dəqiqə, bir saat fərq olmuşdur. Ümumiyətlə narkotik alış-verişi olmamış, narkotik istifadəçisi olmuş həmişə narkotik istifadəçilərinə demiş, onun üçün də almışlar. Nə kuryerlik etmiş, nə də narkotik satmışdır. Onu beş nəfər saxlayaraq döyə-döyə bölməyə aparmışlar, onu saxlayan polis əməkdaşlarının adını bilməmişdir. Təcridxanadakı hadisə öz səhvidir. Təcridxanada danışaraq oraya gətizdirmiş, qardaşı ilə danışmış, qardaşı gətirəcəkmiş, işi çıxmış, anasının xəbəri olmamış, evdə şampunun içərisinə qoymuş, anasının xəbəri olmamışdır. Anasına şampunu da götürüb gəlməsini demiş, anası da sovqat gətirəndə onu da içərisinə qoymuşdur. Birinci epizodda isə üzərində o qədər olmamışdır. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin maddələri öz istifadəsi üçün müxtəlif ünvanlardan, adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən, müxtəlif qiymətlərə almışdır. Təxminən 1 il olar ki, internet sosial şəbəkə vasitəsi ilə təsadüfən adını xatırlamadığı İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim etmiş şəxslə tanış olmuşdur. Həmin şəxslə onun bildirdiyi +98-938- ***-**-** saylı mobil nömrənin “Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Söhbətlərin birində həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bilib, ona həmin maddələrdən istifadə etdiyini demişdir. Həmin şəxs təklif etmişdir ki, narkotik vasitələri və psixotrop maddələri ondan ucuz qiymətə alsın. Onunla razılaşıb bir neçə dəfə göndərdiyi və qoyduğu ünvanın fotoşəklini çəkib bildirdiyi yerlərdən gedib götürüb istifadə etmişdir. Həmin maddələri götürməmişdən öncə həmin şəxsin ona göndərdiyi bank kart hesablarına Azərbaycan Respublikası ərazisində yerləşən müxtəlif ödəmə terminallarından pul ödəmişdir. Ödədiyi bank kart hesabının nömrələrini xatırlamır. 2023-cü ilin oktyabr ayının təxminən 25-də X21 Respublikası vətəndaşı kimi təqdim etmiş, ona narkotik vasitələr satmış şəxs onunla “Whatsapp» proqramı vasitəsi ilə əlaqə saxlayıb bildirmişdir ki, bəs Bakı şəhərində bir nəfər ondan psixotrop maddə istəyib, həmin maddəni Bakı şəhərinə çatdıracaq, metamfetaminin gizlədəcək yerin şəklini çəkib göndərəcək və təklif etmişdir ki, əgər o metamfetamini onun dediyi ünvandan götürüb sonra digər ünvanda gizli bir yerə qoysa əvəzində istifadəsi üçün metamfetamin göndərəcək. Həmin şəxs metamfetamini kimin üçün, kimin vasitəsi və hansı məqsədlərlə göndərdiyini ona deməmişdir. Ona görə də bu barədə məlumatı yoxdur. Razılaşmış və təxminən 26 oktyabr 2023- cü il tarixdə axşam saatlarında İran İslam Respublikası vətəndaşının ona “Whatsapp» proqramı vasitəsi ilə yerini göndərdiyi ünvandan, yəni Abşeron rayonu Xırdalan şəhərindən dəqiq ünvanı bilmədiyi yerdən gedib 02 ədəd ayrı-ayrılıqda bükümləri götürüb üzərində saxlamış və gözləmişdir ki, İran İslam Respublikasının vətəndaşı həmin bükümlərdən birini hansı ünvana qoyulmasını demişdir. Bükümlərin biri bir qədər böyük sellofan bükümdə, digəri xırda bükümdə plastmas qabda olmuşdur. Kiçik bükümdə olan maddə onun üçün göndərildiyini başa düşsə də, istifadə etməyib İran İslam Respublikasının vətəndaşının onunla əlaqəyə çıxmasını gözləmişdir. Həmin şəxs onun günün müxtəlif saatlarında əlaqə saxlaya biləcəyini anlayıb bükümləri üzərində saxlayıb daşımışdır. 31 oktyabr 2023-cü il tarixdə saat 22:30-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində yerləşən «Univermaq» Ticarət mərkəzinin yaxınlığında olarkən ona mülki geyimdə 2 nəfər şəxs yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərib, bildirmişdirlər ki, əldə etdikləri məlumata görə o, qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlayıb, daşıyır. Üzərində metamfetamin olduğundan və polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini təklif etdikləri üçün həyacanlanmış və sənədi olmadığından onlardan tez bir zamanda yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları ondan xahiş etmişdirlər ki, onlarla birlikdə 14-cü PŞ-yə getsin. Artıq qaçıb gedə bilməyəcəyini başa düşüb razılaşmış və birlikdə 14-cü PŞ-yə getmişdir. Polis şöbəsində toplanmış materiallar üzrə araşdırma təhqiqatçı Tahir Vəliyevə həvalə edilmişdir. Təhqiqatçı xidməti otaqların birində polis şöbəsinə gətirilməsinin səbəbini, hüquq və vəzifələrini izah edərək, hüquqlarını müdafiə etməkdən ötrü dövlət hesabına vəkil dəvət olunacağını deyib, vəkillərin siyahısını ona təqdim etmişdir. Siyahını nəzərdən keçirib Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X13 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini deyib bu barədə ərizə yazmışdır. Dəvət olunmuş vəkil İlqar Qədirov ona təqdim olunmuş, onun yanında bir daha hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmişdir. Gələcəkdə hüquqlarını müdafiə edəcək vəkilin yanında üzərində olmuş metamfetamini çıxanb təqdim etməkdən utanıb, yəni onun etibar və inamını itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş edib, bununla bağlı ərizə yazmışdır. Vəkil çıxdıqdan sonra təhqiqatçı ona üzərində qanunla dövriyəsi qadağan edilən hər hansı bir əşya və ya alətin olub olmadığını soruşmuş, müsbət təqdirdə təqdim etməyi təklif etmişdir. O, da əynində olmuş qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə və 01 ədəd plastmas qabı, eyni zamanda şalvarının sağ yan cibində olmuş özünə məxsus 01 ədəd «TECNO» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sellofan bükümlərdə və plastmas qabın içərisində olan maddə psixotrop maddə metamfetamin olmuşdur. X20 Respublikası vətəndaşı tərəfindən ona göndərildiyini polis şöbəsində deməmişdir. Orada bildirmişdir ki, guya tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün Bakı şəhəri Suraxanı rayonu ərazisindən almışdır. Sonradan həmin maddələr ekspertizaya təqdim edilib çəkisi müəyyən edildikdə başa düşmüşdür ki, düzgün ifadə vermək lazımdır. Belə ki, əgər hər iki bükümün ona məxsus olduğunu desə onda çəkiyə görə cəzası ağırlaşa bilər. Ona görə də qərara gəlmişdir ki, həqiqəti desin. Saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. İstifadəçisi olsa da, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. X21 Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxsin adını, soyadını, ata adını, anket məlumatlarını, hansı ünvanda hazırda olduğunu bilmir, onu ümumiyyətlə görməmiş, onunla yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır.Sabunçu RPİ-nin İstintaq şöbəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1- ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, məhkəmənin qərarı ilə «həbs» qətimkan tədbiri seçilib saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra anası Şahid9 ilə telefon vasitəsi ilə əlaqə saxlamış və bir neçə dəfə anası ilə görüşmüşdür. Anası onun üçün bir neçə dəfə sovqat gətirmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərində anası ilə telefon vasitəsi ilə əlaqə saxladıqda ondan xahiş etmişdir ki, evdə olan üzərində «Farıssa» sözləri yazılmış şampunu ona gətirsin. Həmin şampun qabının içərisinə tutulmamışdan əvvəl 02 ədəd ayrı-ayrılıqda bükümlərdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin gizlətmişdir ki, gələcəkdə istəyi yarandıqda götürüb istifadə etsin. Bu barədə ailə üzvlərinə deməmiş, onlar bu barədə məlumatsız olmuşdurlar. Həmin metamfetamini və heroini adını və anket məlumatlarını bilmədiyi şəxsdən tutulmamışdan öncə öz istifadəsi üçün almışdır. Anası da onun xahişi ilə 09 dekabr 2023-cü il tarixdə ona sovqat gətirdikdə həmin şampun qabını sovqatın içərisinə qoyub İstintaq təcridxanasının əməkdaşlarına təqdim etmişdir. İstintaq Təcridxanasının əməkdaşları tərəfindən təqdim edilmiş sovqata baxış keçirildikdə şampun qabının içərisindən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Anasına onun üçün şampun qabını gətirməsini deməkdə məqsədi qabın içərisində olmuş həmin maddələri əldə edib istifadə etmək olmuşdur. Başqa niyyəti, yəni onu satmaq və ya kiməsə hədiyyə vermək niyyəti olmamışdır. 31 oktyabr 2023-cü il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilib götürülmüş 01 ədəd «TECNO» markalı, KD6 modelli mobil telefon ona məxsusdur, telefonu daxilində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etmişdir. Uzun müddət keçidiyindən əlaqə saxladığı şəxslərin adlarını, anket məlumatlarını, telefon nömrələrini, danışıqlarının məzmununu və mahiyyətini xatırlamır. Ona görə də bu barədə heç bir söz deyə bilməyəcəkdir. İstifadəçisi olsa da, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır (İ cild, səh. 149-151, 231-234, 272-274). 6.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Mais oğlu ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxsla bağlı qərəzsiz mənbədən qanunsuz olaraq narkotik vasitələri alması və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı şöbə rəisinə raportla məruzə etmişlər, Təqsirləndirilən şəxs yaxalanması ilə bağlı əməliyyat qrupu yaradılmış, əməliyyatda iki nəfər iştirak etmiş, əmliyyat qrupunun rəhbəri o olmuş, qrup üzvü Şahid2lə birgə oktyabr ayının 31-i təxminən axşam saat 10-11 radələrində Maştağa qəsəbəsində, Xanlar küçəsində, köhnə Univermağın yanında yaxınlaşaraq 14-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gətirdikdən sonra raporta şöbə rəisinə məruzə etmişlər, təhqiqatçı Tahir Vəliyevin üzərinə yazılmışdır. Təhqiqaçının otağında Nurlana hüquqları izah olunmuş, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində olan qanunsuz əşya və predmeti özünün könüllü olaraq təqdim etməsi təklif olunmuş, bundan sonra özü könüllü olaraq şalvarının cibindən çıxarıb təqdim etmiş, plastik qabın içərisində narkotikə bənzər maddə olmuşdur. Özü könüllü olaraq həmin maddənin “patı” deyilən metamfetamin olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən bir də mobil telefon çıxmışdır. Üzərindən çıxan predmet qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Onlarda məlumat istifadə ilə bağlı olmuşdur. Saxlanılan zaman, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hər-hansısa zor və təzyiq olmamışdır. 7.Məhkəmə iclasında Şahid1 Mais oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, tərəflərindən əməliyyat yolu ilə xx xxxxxxx 1999-cu ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonu Əbrəqunus kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri X18 küçəsi ev 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində saxlayıb daşıması barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis mayoru Süleyman Abbasova müraciət edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan və 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlayıb daşıması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Tahir Vəliyevə bu barədə məlumat verilmiş, o da bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində saxlanılıb Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 22:30- da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsi «Univermaq» ticarət mərkəzinin yaxınlığında tərəflərindən saxlanılıb, özlərini və xidməti vəsiqələrini təqdim edib, birlikdə polis şöbəsinə getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və o, 14-cü PŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 14-cü PŞ-yə təhvil verilməsi ilə bağlı tərəflərindən raportla 14-cü PŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı Tahir Vəliyev tərəfindən Təqsirləndirilən şəxs şöbəyə gətirilməsinin səbəbləri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət olunmuş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X13 ona təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsini istəyib bununla bağlı ərizə yazmışdır. Vəkilin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli plastik qabı, 01 ədəd şəffaf sellofan bükümü və qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd «Tecno» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 01 ədəd şəffaf sellofan bükümün və plastik qabın içərisinə baxış keçirilərkən aşkar edilmiş digər 01 ədəd şəffaf sellofan bükümün içərisinə baxış keçirildikdə sellofan bükümlərin içərisində ağ rəngli maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, bükümlərin içərisində olan «patı» kimi tanınan psixotrop maddə metamfetamindir, onu bir neçə gün öncə tanımadığı şəxsdən öz istifadəsi üçün Bakı şəhəri Suraxanı rayonu ərazisində 50 manata alıb üzərində saxlayıb daşımış, təqdi etdiyi mobil telefon ona məxsusdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddələr təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşıdırılıb götürülmüşdür. Daha sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, təqdim etdiyi əşyalardan başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı bir digər əşya və ya predmet aşkar edilməmiş, götürülməmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu onun, əməliyyat müvəkkili Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. O, səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir (İ cild, səh. 123-125). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında şəxs 31 okyabr 2023-cü il tarixdə, axşam radələrində Maşağa Univermağının qarşısında saxlanılmış, əməliyyatda iki nəfər iştirak etmiş, təhqiqatçının otağında üzərinə videoçəkilişlə baxış keçirilmiş, üzərindən narkotik vasitə “patı”, metamfetamin aşkar olunmuşdur. Şəxsin üzərindən aşkar olunanlar sellofan bükümlərdə və plastik qabların içərisində olmuşdur. Bölməyə apardıqdan sonra daim şəxsin yanında olmuşlar, şəxsin üzərindəki narkotik vasitəni atma imkanı olmamışdır. Saxlanılan zaman, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs qarşı hər-hansısa zor və təzyiq olmamışdır. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 Mais oğlu ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 126-128). 10.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 09 dekabr 2023-cü il tarixdə saat 15:15də Bakı İstintaq Təcridxanasının 04 saylı rejim korpusunun 27-ci kamerasında saxlanılan Təqsirləndirilən şəxs yanına anası Şahid9 sovqat gətirmişdir. Şahid9 ərizəni Nəzarət buraxılış məntəqəsində xidmət aparan əməkdaşa təqdim edib digər sovqatları avtomobildən gətirmək adı ilə çıxıb getmişdir. Şahid9 geri qayıtmaması, sovqatın isə ərizə ilə təqdim edib getməsi barədə ona məlumat verildiyi üçün aidiyyəti əməkdaşlara sovqata xüsusi ayrılmış otaqda baxış keçirilməsini tapşırmışdır. Bakı İstintaq Təcridxanasında xüsusi ayrılmış otaqda onun, İstintaq Təcridxanasının əməkdaşları Şahid5, Şahid6 Rəfail oğlunun, Şahid4 və İstintaq Təcridxanasında saxlanılan məhkumlar Şahid8 və X6 hal şahidi qismində iştirakları ilə sovqata baxış keçirilmişdir. Baxış zamanı sovqatın içərisində olan üzərində «Farıssa» sözləri yazılmış şampun qabın daxilindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli və 01 ədəd şəffaf sellofan bukumdə ağ rəngli spesifik iyə malik maddə aşkar olunmuşdur. Həmin maddələr tərəflərindən müvfaiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı protokol tərtib edilmiş, doğruluğu onun və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 36-38). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, səhv etmirsə hadisə 09 dekabr 2023-cü il tarixdə olmuş, şampunun içərisində bükülü şəkildə narkotik vasitə gətirilmiş, onlar da əməkdaşlar olaraq aşkar etmişlər, o da aşkar ediməsində şəxsən iştirak etmişdir. Həmin gün növbətçi olmuş, digər əməkdaşlar Şahid5 və Şahid6 da iştirak etmişlər. Səhv etmirsə sovqatı anası gətirmişdir. Bütün sovqatlara baxış keçirilir, bəzən əməliyyat tədbiri əsasında da olur. 12.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 39- 41). 13.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 09 dekabr 2023-cü il tarixdə anası Şahid9 Təqsirləndirilən şəxs yanına sovqat gətirmiş, həmin sovqata baxış keçirilən zaman sovqatda olan şampunun içində bir ədəd büküm aşkar olunmuşdur. Bükümə baxış keçirilərkən içərisindən iki büküm çıxmış, daha sonra sovqatı əməliyyatçılar götürmüş, hal şahidlərinin iştirakı ilə qablaşdırılmışdır. 14.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 42- 44). 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Rəfail oğlu ifadəsində bildirmişdir ki, Telli Məmmədli Təqsirləndirilən şəxs sovqat gətirmiş, sovqata axtarış-baxış zamanı şampundan bir ədəd büküm çıxmış, həmin bükümün içindən də iki büküm çıxmışdır. Bundan sonra əməliyyatçıları çağırmışlar, onlar da ekspertizaya göndərmişlər. Sovqatdan çıxan bükümün qablaşdırılmasında iştirak etməmişdir. 16.Məhkəmə iclasında Şahid6 Rəfail oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 45-47). 17.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, işdən gəldikdən sonra oğlu ona qardaşının zəng edərək şampun istədiyini demiş, Nurlana həmişə eyni şampundan istifadə etmiş, o, gedərkən heç şampun aparmamışdır. Şampunu aparıb verərək qayıtmışdır. Başqa nə isə bilmir. 18.Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs son zamanlar narkotik vasitələr və psixotrop maddələrdən istifadə etdiyini eşidib məyyus olmuşdur. Nurlan ona məlum olmayan mənbədən həmin maddələri alıb istifadə etmişdir. 31 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən saat 22-23 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində yerləşən «Univermaq» Ticarət mərkəzinin yaxınlığında saxlanılıb, 14-cü PŞ-yə aparılıb, üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla bağlı Nurlanın barəsində cinayət işi başlanıb istintaq edilmiş və o, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Nurlan saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İstintaq Təcridxanasında olduğu müddət ərzində Nurlan onunla telefon vasitəsi ilə əlaqə saxlamış və bir neçə dəfə onun yanına gedib görüşüb ona sovqat çatdırmışdır. Sonuncu dəfə 09 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Nurlanla görüşmək üçün Bakı İstintaq Təcridxanasına getmişdir. Nurlan onunla telefonla danışarkən xahiş etmişdir ki, evdə «Farıssa» sözləri yazılmış şampunu onun üçün gətirsin. Belə ki, Nurlan həmişə başını həmin şampunla yuyurdu və onu istədiyi üçün dediyi şampunu ona aparmışdır. 09 dekabr 2023-cü il tarixdə İstintaq Təcridxanasına sovqat aparanda onun dediyi şumpun qabı, 02 ədəd çörək, 02 ədəd piçeni şampun və 04 ədəd siqaret olan bağlamada olmuşdur. Həmin sovqatı İstintaq Təcridxanasının əməkdaşlarına təqdim edib, çıxıb getmişdir. Bununla bağlı ərizə yazılmış ərizədə göstərilənlərin doğruluğunu imzası ilə təsdiq etmişdir. Gedən zaman isə şəxsiyyət vəsiqəsi orada qalmışdır. Sonradan eşidib bilmişdir ki, Nurlan üçün apardığı şampun qabının içərisində 02 ədəd ayrı-ayrı bükümlərdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Nurlanla söhbət edəndə Nurlan bildirmişdir ki, həmin maddələri o, tutulub İstintaq Təcridxanasına təhvil verilməmişdən əvvəl adını və anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etməkdən ötrü alıb həmin şampun qabının içərisində gizlətmişdir ki, sonradan istək olanda onu çıxarıb istifadə etsin. Şəxsən bu barədə məlumatı olmamışdır. Nurlan ona bu barədə heç bir söz deməmişdir. Əgər bu barədə məlumatı olsa idi, ona şampun qabını aparmazdı və həmin qabı aparıb hüquq mühafizə orqanına təhvil verərdi (İ cild, səh. 33-35). 19.Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, narkotiki şampunun içində aşkar edilən yerdə görmüşlər, onlar orada işləyəndə anası gətirmişdir. Bir büküm olmuş, şampunun içinə atmışlar. Onlar orada işləyəndə şampunun içərisindən çıxmışdır. Anası təcridxanaya daxil olanda görmüşlər. Onlar gələndə artıq narkotiki şampunun içərisindən çıxarmışlar. Ondan başqa məhkumlar da olmuş, onlar görməmişlər. Protokollaşdırmada ondan başqa orada Rəşad da olmuşdur. 20.Məhkəmə iclasında şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 52- 54). 21.Məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, Bakı İstintaq Təcridxanasının Təsərrüfat Briqadasında saxlanılır. 09 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı İstintaq Təcridxanasının 04 saylı rejim korpusunun 27-ci kamerasında saxlanılan Təqsirləndirilən şəxs yanına anası Şahid9 tərəfindən sovqat gətirilmişdir. Həmin sovqata İstintaq təcridaxansının əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda onun və digər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sovqatın içərisində olan üzərində «Farıssa» sözləri yazılmış şampun qabın daxilindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli və 01 ədəd şəffaf sellofan bukumdə ağ rəngli spesifik iyə malik maddə aşkar olunmuşdur. Həmin maddələr İstintaq təcridxanasının əməkdaşları tərəfindən müvfaiq qaydada qablaşdırılıb götürülmüş bununla bağlı protokol tərtib edilmiş, doğruluğu onun və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir (İ cild, səh. 49-51). 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5838 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,857 qr., 9,201 qr., ümumi təmiz çəkisi 11,058 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 117-118). 23.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6333 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası Zərflər üçün» dairəvi möhür əksi və «...Şahid9 gətirdiyi sovqatın içərisində olan... hal şahidləri: iki imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,266 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,060 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin - «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına İ daxildirlər (İ cild, səh. 25- 26). 24.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/6593 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Şahid9gətirdiyi sovqatın içərisində olan ...» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,216 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,040 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 68-69). 25.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/6592 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...» sözləri bir ədəd zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 10,958 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərlə üzərində «...Şahid9 gətirdiyi sovqatın içərisində olan...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,040 qram olan psixotrop maddə metamfetamin kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər (İ cild, səh. 238- 240). 26.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X1 16 noyabr 2023-cü il tarixli 7477 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 187-188). 27.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 3177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Nurldan Məmmədlinin hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 190-191). 28.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 31 oktyabr 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofanda plastik qaba yerləşdirilmiş içərisində spesifik iyə malik kristal formada ağ rəngli maddə, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd göy rəngli «Tecno» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin nartkotik vasitə metamfetamin (patı-şüşə) olduğunu, bir neçə gün əvvəl Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata alaraq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddələr baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 106-107). 29.09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının əməkdaşları və hal şahidləri qismində dəvət olunmuş həmin Təcridxanada saxlanılan iki nəfər məhkumun iştirakı ilə Bakı İstintaq Təcridxanasının 04 saylı rejim korpusunun 27-ci kamerasında saxlanılan Təqsirləndirilən şəxs yanına anası Şahid9 tərəfindən gətirilmiş sovqata xüsusi ayrılmış otaqda baxış keçirilmiş, baxış zamanı sovqatın içərisində olan üzərində «Farıssa» sözləri yazılmış şampun qabın daxilindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli və 01 ədəd şəffaf sellofan bukumdə ağ rəngli spesifik iyə malik maddə aşkar olunaraq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 05). 30.«Mobil telefona baxış keçirilməsi haqqında» 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 31 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilib götürülmüş 01 ədəd «Tecno» markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, telefonun ekranı şüşə olmaqla arxa gövdəsi göy rəngli plastik materialdan hazırlanıb, arxa sol küncündə kameralar mövcuddur. Ekran kilidlə bağlı olduğundan kilidin açılması üçün baxışda iştirak edən Təqsirləndirilən şəxs təqdim olundu. Ekran kilidi (2580) açıldıqdan sonra telefonun yaddaşına baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, telefonun İMEİ kodu - **********83246, **********83253-dür, markası «TECNO», modeli KD6-dır. Telefonun yaddaşında «Bakcell» operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə mövcuddur. Telefonun yaddaşında olan «Whatsapp» qovluğuna daxil olduqda müxtəlif mobil nömrələr arasında «SMS» mesajların və danışıqların aparıldığı müəyyən edilmişdir. Həmin qovluqda 055- ***-**-** saylı mobil nömrə, «Rrrreeşad» adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrə, «Elşennnn Qaqaşm M» adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrələrlə aparılmış mesajların məzmunundan «patı», «torpaq» və «kola» kimi adlandırılan maddələrin, yəni narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin alqı-satqısı məzmununda «SMS», səsli mesajlar aşkar edilmişdir. Həmçinin «Zəhra Bola» adı ilə qeydə alınmış +98 938 *** ** ** nömrəsi ilə aparılmış mesajların məzmunundan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qadın səsli şəxsdən aldığı, satışdan əldə olunmuş pulların ***-***-**-** saylı mobil nömrə ilə açılmış «M10» elektron pul kisəsinə göndərildiyi, tərəflərin bir-birinə narkotik vasitələrin və psixotrop maddələrin satış üçün qoyulduğu ünvanların fotoşəkilləri göndərildiyi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, **********83246, **********83253 İMEİ kodlu «TECNO» markalı, KD6 modelli mobil telefon ona məxsusdur, 31 oktyabr 2023-cü il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilib götürülmüşdür. Telefonu daxilində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etmişdir. Uzun müddət keçidiyindən əlaqə saxladığı şəxslərin adlarını, anket məlumatlarını, telefon nömrələrini, danışıqlarının məzmununu və mahiyyətini xatırlamır. Ona görə də bu barədə heç bir söz deyə bilməyəcəkdir (İ cild, səh. 201-215). 31.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 22 noyabr 2023-cü il tarixli, 18350 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 184). 32.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsin 10 noyabr 2023-cü il tarixli, xx/xx-13266 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdən narkoloji (dispanser 5 illik) qeydiyyatdadır (İ cild, səh. 179). 33.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 17 noyabr 2023-cü il tarixli, 1/5937 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X4 müraciət etməyib (İ cild, səh. 183). 34.«Sübutların qiymətləndirilməsi haqqında» 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 11,058 qr. psixotrop maddə metamfetamin, sovqat qismində Şahid9 tərəfindən Bakı İstintaq Təcridxanasına təqdim olunmuş bağlamanın içərisindən «Farıssa» sözləri yazılmış şampun qabının daxilindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,266 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,060 qram psixotrop maddə metamfetamin, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd **********83246, **********83253 İMEİ kodlu «TECNO» markalı KD6 modelli mobil telefon, 01 ədəd mobil telefonda olan məlumatları əks etdirən DVD yaddaş daşıyıcı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq - 10,858 qram metamfetamin, 0,020 qram metamfetamin, 0,166 qram heroin, 01 ədəd **********83246, **********83253 İMEİ kodlu «TECNO» markalı KD6 modelli mobil telefon məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, 01 ədəd mobil telefonda olan məlumatları əks etdirən DVD yaddaş daşıyıcı cinayət işinə əlavə olunmuşdur. Şəxsi axtarış keçirilməsi və götürmə zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, səh. 241-254). 35.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq və zədə aşkar edilməmişdir. 36.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 95). 37.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 4(008)- 824/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyul 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 162-167). 38.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X5 İdarəsindən verilmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 178). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 39.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 40.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 41.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 42.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 43.Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda cinayət əməlinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi aparılan hərtərəfli məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. 44.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2011-ciil tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. 45.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin hər hansı iştirakçıları ilə aralarında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edilməmiş, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olması, həmçinin həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirlik nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. 46.İstintaq orqanı Təqsirləndirilən şəxs təkrarən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşınması barədə razılığa gəlməsini... qeyd etmiş, lakin məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istinad edilən cinayət əməlini törətməsi müəyyən edilməmişdir. 47.“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. 48.İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni təkrar əldə edib saxlamaqla daşıma ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən psixotrop maddəni və narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif etmişdir. 49.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni təkrar əldə edib saxlamaqla daşımasına dair digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsində iştirakını təsdiq edən sübut müəyyən olunmamışdır. 50.Məhkəmənin bu qənaəti əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə aid cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. 51.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 52.Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric olunmasını əsaslı sayır. 53.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 54.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 55.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 56.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 57.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 58.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 59.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 60.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 5-ci bəndinə əsasən yuxarı həddi 0,15 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 61.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq və zədə aşkar edilməmişdir. 62.Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxsin saxlanılan zaman polislər tərəfindən döyülməsi ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında qaldırmamışdır. İş materiallarından cinayət işinin materialları ilə tanış etmə protokolunda təqsirləndirilən şəxsin vəsatətinin olmadığını bildirməsi müəyyən olunur. 63.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 64.Məhkəmə təqsirləndirilən şəxsin polislər tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 65.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X7rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 66.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 67.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 68.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 69.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni təkrar əldə edib saxlamaqla daşıması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 70.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni təkrar əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 71.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 72.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 73.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 74.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 75.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 76.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 77.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 78.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 79.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 80.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 81.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 82.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 83.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 31 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. 84.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 85.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 86.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 87.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,858 qram və 0,020 qram çəkidə psixotrop maddə metamfetaminin, 0,166 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd **********83246, **********83253 İMEİ kodlu «TECNO» markalı KD6 modelli mobil telefon aparatı onun özünə (razılığı olduqda yaxın qohumlarına) qaytarılmalıdır. 88.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 89.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 90.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 335 (üç yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 91.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 92.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 93.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «KREDO» Vəkil Bürosunun hesabına ödənilməlidir. 94.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 335 (üç yüz otuz beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «KREDO» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 10,858 qram və 0,020 qram çəkidə psixotrop maddə metamfetamin, 0,166 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, Bir ədəd **********83246, **********83253 İMEİ kodlu «TECNO» markalı KD6 modelli mobil telefon aparatı Təqsirləndirilən şəxs (razılığı olduqda yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev