Məhkəmə qərarları › İş №1(101)-1463/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1463/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1463/2025 10.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X8 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X19 küçəsi, ev 24, mənzil 11 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Tohid” adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və “Tohid” adlı şəxsin təyin etdiyi dəqiq məlum olmayan yerdən külli miqdarda təmiz çəkisi 2 860,68 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və cinayətdən məlumatsız olan atası Hacı Qurbanovun gözətçilik etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 3-də nömrəsiz ünvanda yerləşən bağ evində saxlayaraq daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 22:45-də Sabunçu rayonu, ünvan 4 ünvanın girişində saxlanılaraq üstünün yoxlanılması zamanı əlindəki torbadan 2 ədəd bükümdə təmiz çəkiləri 142,98 və 2,70 qram, ümumi təmiz çəkiləri 145,68 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2025-ci il tarixdə saat 00:40-da Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 3-də nömrəsiz ünvanda yerləşən bağ evində axtarış keçirilən zaman evin mətbəxindən 3 ədəd bükümdə təmiz çəkiləri 740,0 qram, 995,0 qram və 980,0 qram, ümumi təmiz çəkiləri 2 715,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nizami rayonunda narkotikin istifadəsinə görə tutulmuşdur. Qoluna qandal vuracaqlarından qorxduğu üçün iranlıya zəng etmişdir ki, ona külli miqdarda narkotik vasitə versin. Narkotik vasitəni Lökbatandan Zaur adlı şəxsdən götürmüş, görmüşdür ki, miqdarını çox verib. Hamısını evə gətirə bilməyəcəyi üçün yarısını atası işləyən bağa qoymuş, bir ovuc da özü istifadə üçün götürmüşdür. Evə gələndə tutulmuş, üstündə 140 qram marixuana olmuşdur. Evə girib ədviyyat çəkilən tərəzini götürmüşlər, onu ailəsini tutmaqla hədələmişlər. Malın qalanını soruşmuşlar. Onu döymüşlər, sonra Kürdəxanıya gəlmişdir. Tərəzi vasitəsilə o heç nə çəkməmiş və satmamışdır. Kartında 740 manat pul olmuş, nömrəyə atmaq istəmiş, lakin həmin pulu kartından Umay adlı şəxsə atmışlar. O, narkotiki İran vətəndaşından əldə etmişdir. 10 gündən bir narkotik vasitə adığı şəxsin kartına 400- 500 manat pul atmış, sonuncu da ona narkotik vermişdir. Qardaşı ilə ərzaq mağazası icarəyə götürüb işlətmişlər. Axşamlar taksidə işləmişdir. Avtomobil sürdüyü vaxt nakotik çəkməmişdir. O, heç kimə narkotik verməmişdir. Narkotik çəkən tanıdığı olmuş, lakin heç kimlə oturub narkotik çəkməmişdir. Telefonda narkotik vasitə üçün yalnız iranlı ilə danışmışdır. Onlar Bakıxanovda qalmışlar, atası xozeynin bağında mühafizəçi işləmişdir. Atasının xəbəri olmadan gizlətmişdir. Əvvəllər narkotik istifdadəsinə görə tutulmuşdur. Atasına narkotik istifadə etdiyini bildirməmişdir. Atası çantanı görmüş, lakin içində nə olduğunu bilməmişdir. 3,4 ildir ki, narkotik istifadə etmişdir. Ancaq marixuana istifadə etmişdir. Pulu M10 vasitəsilə ödəmişdir. Narkotik vasitələri Zaur adlı şəxsdən Lökbatandan götürmüşdür. Ona qandal vuracağı və müəyyən ərazini tərk edə bilməyəcəyi səbəbi ilə çox miqdarda narkotik almışdır. Axırıncı dəfə kartında olan 740 manatı Zaur adlı şəxsə atmaq niyyətində olmuş, tutulduğu üçün ata bilməmişdir. Ehtimal etmişdir ki, kartdakı pulu bölmədə çəkiblər. Onu döymüşlər, ağrımışdır, çağırıb demişlər ki, “bura qol çək,” o da çəkmişdir. O, martın 19-u axşam təxminən saat 11-ə qalmış tutulmuşdur. Lökbatandan götürdüyü narkotik təxminən 3 kq olmuş, atasının işlədiyi Bilgəhdə yerləşən bağa aparmışdır. Birinci onu Bakıxanovda X.Xasməmmədov 24 ünvanında saxlamışlar. Üzərinə baxış keçirmişlər, böyük və balaca 2 büküm aşkarlamışlar. Sonra ondan evin açarını istəmişlər, o da onda olmadığını bildirmiş, qapını döyüb girmişlər, ədviyyat çəkən tərəzini götürmüşlər. Onlar birlikdə aşağı düşmüşlər, blokda çəkiliş olmuşdur. Maşında ona hədə-qorxu gəlmişlər ki, “yoldaşını da tutacağıq”, bundan sonra dedikləri ilə razılaşmışdır. Əvvəlcə idarəyə, sonra Bilgəhə bağa getmişlər. Narkotik vasitələri gizlətdiyi yerdən götürüb vermişdir. Orda da çəkiliş olmuş, atasından, yoldaşından soruşmuşlar, ona şillə vurmuşlar, atasıı, yoldaşını və onu götürüb idarəyə aparmışlar. Polis əməkdaşları onu saxlayanda üzərində narkotik olmuşdur. Balaca bükümü evdə gizlədə biləcəyini düşünmüş, Narkotik vasitələrdən bir ovuc cəkmək üçün ayırmış, bloka girəndə onu tutmuşlar. Götürdüyü narkotiki 300-400 manata razılaşmışdır. 100 qramı 400 manata vermişdir. Bir neçə dəfə almışdır deyə etibarı yaranmışdır. Narkotik əsəblərini sakitləşdirdiyi üçün istifadə etmişdir. Ona edilən işgəncə faktoru ilə bağlı heç yerə müraciət etməmişdir. Martın 21-i məhkəmə ona həbs qətimkan tədbiri seçmiş, martın 28-i Kürdəxanıya getmişdir. Onu blokda yoldaşı ilə birgə tutmuşlar, evə aparmışlar. Evdə anası, qardaşı, uşağı olmuşlar. Onu təxminən axşam saat 10, 11-ə qalmış tutmuşlar. Bloka girəndə tutub evə qaldırmışlar. Onu idarəyə aparanda demişdir ki, “başqa narkotik var, onu təhvil verirəm”. Ona təzyiq göstərmişlər, yoldaşı ilə təhdid etmişlər, buna görə digər narkotiki demişdir. Bağda narkotiki özü təhvil vermişdir. Narkotik vasitələr 03 büküm olmuşdur. Yoldaşı maşında onun yanında olmuşdur. Üstündə 140 qram narkotik olmuş, digəri üzərində olandan bir az böyük olmuşdur. Onlar Bilgəhdən gələn vaxt blokun qabağında tutmuşlar. Büküm çox olmuşdur deyə bağda gizlətmişdir. Gizlətdiyi narkotiki 1 il istiadə etmək niyyətində olmuşdur. Saxlanıldığı gün günorta yolda narkotik istifadə etmiş, axşam tutulmuşdur. Polislər ondan başqa narkotik olub-olmadığını soruşmuşlar və döymüşlər. Narkotiki iranlının adamından Zaur adlı şəxsdən Lökbatandan götürmüş, bəlkə də polislərə iranlının adamı demişdir. Onu saxlayanlar içində Şahid3 da olmuşdur. Sonuncu evə girmişdir. Kamera aparatını Şahid3 yox, başqası götürmüşdür. Onların evinin girişində kamera olmuşdur. Kamera aparatını aparıb silmişlər. Seyranın anası Şahid3 görmüşdür. Onu evə qaldırmışlar, çünki elə bilmişlər ki, evdə nəsə var, lakin heç nə çıxmamışdır. Ədviyyat tərəzisini götürmüşlər. O, düşəndə yoldaşı maşında olmuş, o narkotik istifadə edəndə yoldaşı görməmiş, günorta çəkmişdir. Bağda olan narkotiki 2,3 gün əvvəl qoymuşdur. Bağa tez-tez gedə bilmir deyə 140 qramı çəkmək üçün götürmüşdür. Narkotik vasitələrə ümumilikdə 740 manat ödəmiş, qalanını da yavaş-yavaş ödəmək niyyətində olmuşdur. 500 manat bir, 450 manat da bir atmaq niyyətində olmuşdur. Əlavə də verəcəyini bildirmişdir. Bir neçə dəfə pul göndərib həmin şəxsdən narkotik vasitə götürmüşdür. Onu blokda saxlayanda video çəkmişlər, sonra silmişlər. Bilgəhdə başqa çəkiliş olmuşdur. Evdən düşürəndə aşağıda bir çəkiliş də olmuşdur. Tərəzini evdən götürmüşlər, aparıb Bilgəhdə 3 bükümün yanına qoymuşlar. Evdə balaca bükümün yanında çəkiliş olmuşdur. Narkotik vasitələri öz istifadəsi üçün götürmüşdür. 143 qramdan əlavə digər maddələri Bilgəhdən özü gətirib təhvil vermişdir. Bükümlər çox olduğu üçün evə gətirə bilməmişdir. Atasının maaşı 300 manatdır, onunku isə 600-700 manatdır. Malın qiymətini dəqiq bilməmiş, 600-700 manat olmuş, pulu isə az-az atmışdır. Marixuananın bazar qiymətini bilməmişdir. Tanıdığı adamdan almış, adı isə Tofita olmuş və İranda yaşamışdır. O, həmin adamla iş görmüşdür. Həmin şəxsə 500-500 manat olaraq pul atmış oda qarşılığında narkotik vermişdir. 2860 manat pulun hamısını ödəməmişdir. Həmin şəxsə arada 500, bəzən 400, 600 manat atmışdır. Tofita ilə whatsapp yazışmaları olmamış, zəng etmişdir. Müalicəyə getməmişdir, çünki onu çağırmamışlar. Qapını döymüşlər, anası açmış, içəri girmişlər və baxış keçirmişlər. Mətbəxdən ədviyyat çəkilən tərəzini götürmüşlər, yerini soruşmuşlar və onu idarəyə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu rayonunun ərazisində narkotik vasitə dövriyyəsi ilə məşğul olması barəsində məlumat daxil olmuşdur. 19 mart 2025-ci ildə saat 11-ə qalmış ünvan 6 ünvanında Seyranı həyat yoldaşı Ramilə xanımla birgə saxlamışlar. Üzərində 2 torba aşkarlanmış, 150 qrama yaxın marixuanaya bənzər maddə olmuşdur. Onlarda məlumat olmuşdur ki, Seyran Bilgəh qəsəbəsindəki evində narkotik vasitə gizlədir. Evə baxış keçirməyə getmişlər. Həyət evinə girəndə mətbəx hissəsində 3 kq-a yaxın narkotik vasitə aşkarlanmışdır. Təqsirləndirilən şəxs Narkotik vasitələri İran vətəndaşı Tohid adlı şəxs vasitəsilə Xəzər rayonu ərazisindən götürmüş, paylamaq niyyətində olmuş, əvəzində S,Qurbanova pul verəcəkdilər. İlk dəfə Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində saxlamışlar. Əməliyyatın davamı olaraq saxlamışlar və növbəti ünvana getmişlər. Seyranın yoldaşı Ramilə də onlarla getmiş, Seyranın atası həmin ünvanda olmuşdur. Seyranla yoldaşını bir yerdə saxladıqları üçün ikisini də aparmışlar. Təqsirləndirilən şəxs evinə girməmişlər. Blokun qarşısında olmuşdur. Şəxsin üzərində tərəzi olmuşdur. Sonuncuya heç bir təzyiq edilməmişdir. Evə girməmişlər və kamera görüntülərini götürməmişlər. Bilgəhdə narkotik olduğu barədə məlumat daxil olmuşdur. Evdə Təqsirləndirilən şəxs özü, yoldaşı, atası olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 19 mart 2025-ci il tarixdə axşam saat 11 radələrində Seyran adlı şəxsi yoldaşı Ramilə xanımla görmüşlər, yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərlərinə baxış keçirmişlər. Seyran əlindəki torbanı təqdim etmişdir. 1 torbada 2 bağlama olmuş, əlavə olaraq tərəzi olmuşdur.Seyran təqdim etdiyi torbanı Xəzər rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Yoldaşının xəbəri olmamışdır. Məsafə böyük olduğuna görə çəkiliş dayandırılmışdır. Bilgəh qəsəbəsi dalan 3-ə getmişlər. Orda Seyranın atası onları qarşılamışdır. Atasının heç bir şeydən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs C.Xasməmmədov ərazisində saxlamışlar.Seyranın yoldaşını da özləri ilə aparmışlar. Onlar evə girməmişlər, ehtiyac olmamışdır. Narkotik vasitələri şəxs özü təqdim etmişdir. Onlara əvvəldən əməliyyat məlumat daxil olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 19 mart 2025-ci il tarixində təxminən gecə saat 11 radələrində şəxs saxlanılmış, Sabunçu rayon ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra şəxs saxlanılmış və şəxsə üzərində hər hansısa bir qanunla qadağan olunmuş əşya predmetini təhvil etməsi ilə bağlı təklif olunmuşdur. Şəxs əlində olan torbanın içərisində 2 ədəd sellofana bükümlü olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Kütlələr elektron tərəzi ilə çəkilmiş və onların ümumi çəkisi təxminən 150 qram civarında olmuşdur. Daha sonra şəxsin yanında olan Məstiyeva Ramilə adlı qadına da üzərində qadağan olunmuş hər hansı bir kütlə maddə varsa təqdim etməyi təklif olunmuş və şəxs üzərində heç bir kütlənin olmadığını bildirmişdir. Daha sonra şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş, orada protokollar tərtib edilmişdir. Sonra şəxsin Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən evinin mətbəxində təxminən 3 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Şəxs qeyd olunan kütlələrin İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Qeyd olunan narkotik kütlələrinin ümumilikdə çəkisi təxminən 3 kiloqram civarında olmuşdur. Narkotik vasitələrin satılması faktı onlar tərəfindən aşkar olunmamışdır. Şəxsi narkotik vasitə ilə saxlamışlar, satdığı şəxsləri hələ ki, müəyyən etməmişlər, amma əməliyyat axtarış tədbirləri davam etdirilir. Həm də, şəxs özü bildirmişdir ki, qeyd olunan narkotik vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs atasının narkotiklə bağlı heç bir məlumatı olmamışdır. Bundan əlavə olaraq şəxs özü qeyd etmişdir, Tofita dediyi şəxs ilə uzunmüddətli olaraq əlaqədədir və şəxslə bir neçə dəfə telefon əlaqəsi yaratmış, sonuncuya pul göndərmiş, bunun müqabilində narkotik vasitə əldə etdiyini şəxsən özü bildirmişdir. Təqsirləndirilən şəxsı ilk dəfə Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlamışlar. Saxlayandan sonra evinə baxış keçirməmişlər. Yanında Ramilə adlı qadın olmuşdur. Üzərində baxış keçirildikdən sonra idarəyə getmişlər. İdarədə şəxsi tədqiqatçıya təhvil vermişlər, müdafiə hüququ ilə təmin olunmuş və protokollar tərtib olunmuşdur. Xatırladığı qədərilə idarədən sonra atasının mühafizəçi olduğu yerə getmişlər. Tərəzinin orada olub-olmaması onun üçün bir əhəmiyyət kəsb etməmişdir. Şəxs külli miqdarda narkotik ilə saxlanılmış və orada tərəzinin olub-olmaması heç nəyi dəyişməmişdir. Kameralar idarəyə aparılmamışdır. Bilgəh qəsəbəsində yerləşən evində olmuşlar. Şəxsi yaşadığı evin yaxınlığında saxlamışlar. Şəxs saxlanılarkən, üzərində qanunla qadağan olunmuş bir maddə aşkarlananda ekspertizaya göndərilir. Əməliyyat məlumatı xatırladığı qədəri ilə, şəxsin külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı olmuşdur. Əməliyyat məlumatının necə olduğunu tam xatırlamır. Əmliyyat qrupunun rəhbəri o olmuşdur. Şəxsin atasının məlumatı olmamışdır. Yoldaşının da həmçinin heç bir məlumatı olmamışdır. Bilgəhdə narkotik olması barədə əməliyyat məlumatı olub-olmadığını xatırlamamışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki,(cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 8-9) üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əlində saxladığı 1(bir) ədəd torbadan 2(iki) ədəd sellofanda, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 1(bir) ədəd elektron tərəzini təqdim etmiş, qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumillikdə çəkisi 148 (yüz qırx səkkiz) qram olmuş, həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. X14 üzəri yoxlanılmış, Seyran Hacıyevin əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 19(on doqquz) manat pul, həmin şalvarın sol yan cibinden 1(bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilmişdir. İş uzrə əhəmiyyət kəsb etdiyi üçun (bir) ədəd mobil telefon, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüş və pul isə sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilen suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşı “Tohid” adlı şəxsin vasitəsi ilə Xəzər rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, Ramilə Məstəliyevanın bu kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və evə baxış keçirilməsinə dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,(cild 1, iş vərəqə 10-11) Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:40 dəqiqədə, ünvan 9 ünvanında piyada hərəkət edən zaman X2 yanında saxlanılaraq hüquqları izah olunmuş, üstü yoxlanılmış və ondan 2(iki) ədəd sellofanda açıq yaşıl rəngli, şəffaf bükümdə qurudulmuş marixuanaya bənzər kütlə və 1(bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmuşdür. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 3, nömrəsiz fərdi evde narkotik vasitənin psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs, narkotik vasitələri gizlətdiyi evin mətbəx otağından 1(bir) ədəd torbanı təqdim etmiş, həmin torbanın içərisindən 3(üç) ədəd bağlamada açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr elektron tarazidə çəkilmiş ve qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 2 (iki) kq 960 (doqquz yüz altmış) qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs verilen suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni xx.xx.2025-ci il tarixda İran İslam Respublikası vətəndaşı “Tohid” adlı şəxsin vasitəsi ilə Xəzər rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırmaq məqsədi ilə götürdüyünü, atasının bu kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 14-15) Təqsirləndirilən şəxs 19 mart 2025ci il tarixdə, saat 22:40 dəqiqədə ünvan 10 ünvanında X2 yanında piyada hərəkət edan zaman saxlanılaraq üstü yoxlanılmış əlindəki torbadan 2 ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd elektron tərəzi aşkar edilərək 1 ədəd torbada, narkotik vasitələri gizlətdiyi evə baxış keçirilən zaman isə 3 ədəd bağlamada qurudulmuş marixuanaya kütlələr askar edilərək 1 ədəd torbada qablaşdırılması ve Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd mobil telefon və 1(bir) ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, təqdim olunan 2(iki) ədəd torbaya və 2(iki) ədəd DVD-yə baxış keçirilmiş, təqdim olunan birinci torbadan 2(iki) ədəd sellofanda, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə, 1(bir) ədəd elektron tərəzi, ikinci torbadan isa 3(üç) ədəd bağlamada yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 2(iki) ədəd DVD-yə HP markalı, komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə tahqiqata teqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmış, sonuncuya verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşı “Tohid” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə götürdüyünü sonuncunun ona 1000 (min) manat pul verəcəyini, daha əvvəl narkotik vasitə götürmədiyini, özünün narkotik vasitələrdən qurudulmuş marixuanadan istifadə etdiyini, atasının və Ramilə Məstəliyevanın bu kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 24) Təqsirləndirilən şəxs Baş Narkotikləriə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/486 nömrəli ekspert rəyindən görünür ki,(cild 1, iş vərəqə 40-44) tədqiqata təqdim edilmiş göy rəngli sellofan bağlamada 03 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 740,0 qram, 995,0 qram, 980,0 qram və şəffaf sellofan bağlamada 02 ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 142,98 qram və 2,70 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 2860,68 qram. Marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik maddələrin izləri (qalıqları) yoxdur. DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 54-59) 1-ci diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs süni işıqlandırılan binanın blokunda görüntüyə gəlir, onunla üz-üzə dayanan şəxs xx.xx.2025-ci il saat 22:45 olmasınını xatırladır, Sabunçu rayonu, ünvan 12 ünvanın blokunda yerləşdiklərini bildirərək özünü BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 olduğunu deyir, sol tərəfində dayanan şəxsin BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 olmasını bildirir, sonra Şahid3 çəkilişi aparan şəxsin BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 olmasını deyir. Bundan sonra Təqsirləndirilən şəxs və onun sağ tərəfində dayanan X5 özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini, hüquq və vəzifələrini izah edir və üzərində hər hansı qanunsuz əşyanın olub-olmamasını soruşur, olduğu təqdirdə təqdim etməsini istəyir. Təqsirləndirilən şəxs əlində saxladığı qırmızı-ağ rəngli sellofanı Şahid3 təqdim edir, sonuncu sellofanda nəyin olmasını soruşur, Təqsirləndirilən şəxs bildirir ki, sellofandakı marixuana və tərəzidir. Şahid3 tərəfindən sellofan açılarkən içərisindən şəffaf sellofanda qablaşdırılmış böyük həcimli ota bənzər açıq yaşıl rəngli kütlə, elektron tərəzi və şəffaf sellofanda qablaşdırılmış kiçik həcimli ota bənzər yaşıl rəngli kütlə götürülərək yerə qoyulur. Təqsirləndirilən şəxs götürülmüş böyük və kiçik həcimli 2 ədəd bükümlər elektron tərəzidə çəkilərkən ümumi çəkilərinin 148 qram olması görünür. Şahid3 tərəfindən hər iki büküm və elektron tərəzi həmin qırmızı-ağ rəngli sellofanda qablaşdırılaraq skoçla sarınır, həmin sellofana sarınan kağızın üzərinə Təqsirləndirilən şəxs və yanında dayanan Ramilə Məstəliyeva imza edirlər. Qablaşdırılan bükümlər və tərəzi saxlanılması üçün baş əməliyyat müvəkkili Şahid2 təqdim edilir. Daha sonra baş əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsi və 19 manat pul, sol yan cibindən isə ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Samsung Galax” markalı telefonu aşkar edilir. Təqsirləndirilən şəxs 19 manat pulu özünə qaytarılır, mobil telefonu və şəxsiyyət vəsiqəsi isə saxlanılması üçün baş əməliyyat müvəkkili Şahid2 verilir. Şahid3 tərəfindən Ramilə Məstəliyevadan üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulur, sonuncu yoxdur deyərək cavab verir, Şahid3 üzərində olan əşyalarını təqdim etməsini istəyir. Ramilə Məstəliyeva əynindəki gödəkcəsinin sol yan cibindən şəxsiyyət vəsiqəsini və ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Redmi” markalı telefonunu təqdim edir. Əməliyyat müvəkkili Şahid3 telefonun və şəxsiyyət vəsiqəsinin götürülməsi barədə Ramilə Məstəliyevanı xəbərdar edərək telefonu və şəxsiyyət vəsiqəsini baş əməliyyat müvəkkili Şahid2 təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, ondan aşkar edilmiş marixuananı satışı məqsədi ilə digər ərazilərə yerləşdirməsi üçün sosial şəbəkə üzərindən tanış olduğu “Tohid” adlı İran İslam Respublikası vətəndaşının qoyduğu yerdən, yəni Mərdəkan qəsəbəsindən bu gün, yəni xx.xx.2025-ci il tarixdə saat 17 radələrində götürmüşdür, hazırda yanında dayanan Ramilə Məstəliyeva arvadıdır, arvadının narkotik vasitə barədə məlumatı olmamışdır. Sorğu zamanı Ramilə Məstəliyeva əri Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitədən məlumatının olmadığını bildirir və Şahid3 istəyi ilə çəkiliş sona çatır. 2-ci diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, əməliyyat müvəkkili Şahid3 havanın qaranlıq saatlarında, süni işıqlandırma şəraitində həyət evində görüntüyə gəlir, xx.xx.2025-ci il, saat 00:40 olmasını xatırladaraq özünü təqdim edir, dayandıqları yerin Sabunçu rayonu, Bilgəh qəsəbəsi olduğunu bildirir. Daha sonra baş əməliyyat müvəkkili Şahid2, saxlanılan Seyran Qrbanov, sonuncunun sol tərəfində dayanan arvadı Ramilə Məstəliyeva və sağ tərəfində dayanan atası X15 özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid3, saxlanılan Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 3-də nömrəsiz ünvanda yerləşən fərdi evdə narkotik vasitə saxlaması barədə məlumat daxil olmasını bildirir. Təqsirləndirilən şəxs həmin evdə narkotik vasitə saxlamasını etiraf edərək yerini göstərə biləcəyini deyir. Təqsirləndirilən şəxs tədbirdə iştirak edən şəxslərin müşahidəsi ilə həyətdəki evə daxil olur, daxil olduğu studiya tipli otağın baş tərəfindəki mətbəx hissəsində, soyuducunun yanında, yerdə, göy rəngli sellofanın içində olan 1 ədəd şəffaf və 1 ədəd narıncı rəngli sellofanda qablaşdırılmış bükümləri, daha sonra mətbəxdəki masanın altında yerləşən 1 ədəd şəffaf sellofanda qablaşdırılmış bükümü götürərək təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin 3 ədəd bükümdə olan kütlələr marixuanadır, üstündən aşkar edilmiş marixuana ilə eynidir. Əməliyyat müvəkkili Şahid3 qayçı ilə şəffaf sellofandakı bükümün sellofanını balaca ölçüdə kəsir, sellofanın içərisində açıq yaşıl rəngli ot kütləsinin olması görünür. Eyni qaydada digər şəffaf sellofandakı bükümə də baxarkən içərisindən açıq yaşıl rəngli ot kütləsi görünür. 3-cü, narıncı rəngli sellofana eyni qaydada baxarkən içərisində açıq yaşıl rəngli ot kütləsinin olması təsdiqlənir. Daha sonra Şahid3 bükümlərin qayçı ilə kəsdiyi yerlərini skoçla sarıyır, 3 ədəd bükümü göy rəngli sellofana yerləşdirərək bükümləri elektron tərəzidə çəkərkən cəmi çəkiləri 2 960 qram olması görünür. Təqsirləndirilən şəxs təqdim etdiyi evdən götürülmüş 1 ədədi narıncı rəngli sellofanda və 2 ədəd şəffaf sellofanda qablaşdırılmış 3 ədəd bükümün yerləşdiyi göy rəngli sellofan skoçla sarınır, həmin sellofana sarınan kağızın üzərinə Təqsirləndirilən şəxs, arvadı Ramilə Məstəliyeva və atası Hacı Qurbanov imza edirlər. Suallara cavab olaraq Təqsirləndirilən şəxs evdən aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan “Tohid” adlı şəxsdən dünən, yəni xx.xx.2025-ci il tarixdə digər məkana yerləşdirməsi üçün əldə etdiyini, dünən gətirərək atasının qaldığı evə qoyduğunu, bu barədə atasının bilmədiyini deyir. Təqsirləndirilən şəxs atası Hacı Qurbanov da həmin evdə gözətçi qaldığını, oğlu Təqsirləndirilən şəxs evə gətirdiyi bükümlərin nə olmasından məlumatının olmadığını bildirir. Daha sonra Hacı Qurbanovun razılığı ilə gözətçisi olduğu evdə axtarış aparılsa da, iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilmir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 çəkilişin dayandırılmasını xahiş edir və çəkiliş sona çatır. 3-cü diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3, saxlanılan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar etdiyi “Samsung” markalı telefonu, şəxsiyyət vəsiqəsini, içərisində 2 büküm marixuana və 1 ədəd elektron tərəzi olan qırmızı-ağ rəngli sellofandakı bağlamanı, həmçinin evdən aşkar etdiyi içərisində 3 büküm marixuana olan göy rəngli sellofandakı bağlamanı, eləcə də Təqsirləndirilən şəxs şəxsi axtarışının və evə baxışın videogörüntüləri əks olunmuş 2 ədəd DVD diski BNMİ-nin Təhqiqat qrupunun təhqiqatçısı Anar Aslanova təqdim edir. X12, saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qırmızı-ağ rəngli sellofandakı bağlamanı açarkən içərisində şəffaf sellofanda 2 büküm açıq yaşıl rəngli ot kütləsinin və 1 ədəd elektron tərəzinin olması görünür, həmin bağlama açıldığı yerdən skoçla sarınır. X12, saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi evdən aşkar edilmiş göy rəngli sellofandakı bağlamanı açarkən içərisində 2 ədəd şəffaf sellofanda və 1 ədəd narıncı rəngli sellofanda bükümlərin olması əksini tapır, qayçı ilə bükümlərin sellofanını balaca ölçüdə kəsir, sellofanların içərisində açıq yaşıl rəngli ot kütləsinin olması görünür, bükümlər açıldığı yerdən skoçla yapışdırılır, daha sonra bağlama skoçla sarınır. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, İran İslam Respublikası vətəndaşı olan “Tohid” adlı şəxs İran İslam Respublikasına aid nömrədən istifadə edir, həmin nömrəni telefonunun kontaktında “Tofita” kimi qeyd etmiş, lakin “Tohid’lə apardığı yazışmalarını telefonunun yaddaşından silmişdir. “Tohid” adlı şəxs ona demişdir ki, kuryerindən göndərəcəyi 3 kiloqram marixuananı Abşeron rayonu, Hökməli qəsəbəsindən götürər, həmin marixuanadan 1 kiloqramını bir məkana, qalan 2 kiloqramını isə digər məkana cəmi 2 məkana yerləşdirəcək, əvəzində ona 1 000 manat pul verəcək. O, dünən, yəni xx.xx.2025-ci il tarixdə heç bir anket məlumatlarını bilmədiyi şəxslə Abşeron rayonu, Hökməli qəsəbəsində görüşmüş, həmin şəxs onun avtomobilinə 1 bağlamada 3 kiloqram olan marixuana qoymuşdur. Üzərindən və evdən aşkar edilmiş marixuanalar eyni tərkiblidirlər, belə ki, üzərindən aşkar edilmiş marixuananı evdən aşkar edilmiş marixuananın içərisindən götürmüşdür. Bundan sonra X12 qəbul etdiyi 2 ədəd diskə baxış keçirir, müəyyən edilir ki, disklərin birində Təqsirləndirilən şəxs şəxsi axtarışı, digərində isə Təqsirləndirilən şəxs təqdim etdiyi evdən narkotik vasitə olan marixuananın aşkar edilməsi öz əksini tapır. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, şəxsi axtarışı zamanı narkotik vasitə olan marixuananı Mərdəkan qəsəbəsindən götürməsi və digər dediklərinin bir qismi həqiqətə uyğun deyil, lakin hazırda baş verənləri səmimi etiraf edir. Belə ki, bükümü Mərdəkan qəsəbəsindən deyil, Hökməli qəsəbəsindən telefon nömrəsini özünün telefonunun kontaktında “Zamin” kimi qeyd etdiyi “Zaur” adlı şəxsdən götürmüşdür. Zaurun telefon nömrəsi Azərbaycan Respublikasına aid nömrədir. Daha sonra X12 çəkilişi dayandırmağı xahiş edərək çəkilişi BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 apardığını bildirir və bununla da çəkiliş sona çatır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 62-63) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-135/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 81-84) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 87-88) Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş müvafiq olaraq 2860,68 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqata cəmi 0,25 qram sərf edildikdən sonra qalıq çəkiləri 2860,43 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Mobil telefon aparatından məlumatların öyrənilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 90-92) Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Samsung Galaxy A12” markalı mobil telefonuna baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kontaktına “Tofita” kimi əlavə etdiyi +98-***- ***-**-** nömrəsinin, həmçinin “Zami” kimi əlavə etdiyi +37-***-***-**-** nömrəsinin istifadəçisi ilə “WhatsApp” proqramı üzərindən ünsiyyət etmişlər. Təqsirləndirilən şəxs kontaktında olan “Tofita” və “Zami” kimi qeyd etdiyi şəxslərlə ünsiyyət etməsi (skrin olunaraq) A4 formatında vərəqə köçürülərək protokola əlavə edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 93) Təqsirləndirilən şəxs “Samsung Galaxy A12” markalı mobil telefonu maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. "xxxx"MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 123-125) Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş və istifadə etdiyi "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən, xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısının, sahiblərinin anket məlumatlarının, həmçinin həmin şəbəkə (antenna) ərazisində mobil telefona daxil və xaric olmuş SMS mətnlərinin olduğu xx.xx.2025-cü il tarixli, 8916 nömrəli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2756 nömrəli rəyindən görünür ki, (cild 1, iş vərəqə 136-137) müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSlS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-da (F19X2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki,(cild 1, iş vərəqə 159-166) Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında AZ İV 576766 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuş X1 Seyran Hacı oğlunun qızıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs barəsində olan Nizami Rayon Məhkəməsinin 1(007)-522/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü Bakı şəhəri Probasiya İdarəsinə daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı xəsarət aldığını bildirmiş, bədəninə baxış keçirilən zaman xəsarət izi aşkar edilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)- 522/2024 saylı hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.3-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234..4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 234.4.1-ci hissəsinə münasibətdə bildirir ki, AR Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Verilmiş ittihamdan göründüyü kimi, Təqsirləndirilən şəxs “Tohid” adlı şəxslə qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətmişdir. Lakin məhkəmə istintaqı zamanı “Tohid” adlı şəxsin kim olması və təqsirləndirilən şəxslə qabaqcadan əlbir olaraq hərəkət etməsi sübuta yetirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 234.4.3-cü hissəsinə münasibətdə bildirir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qararına əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilmiş ittihamdan göründüyü kimi, təqsirləndirilən şəxsdən 5 (beş) büküm qurudulmuş marixuana (çəkiləri-142,98; 2,70; 740; 995; 980 qram) və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə bu hissədə bildirir ki, şəxsin 5 (beş) büküm narkotik vasitə və elektron tərəzi saxlaması və gəzdirməsi onun bu hərəkətləri satış məqsədilə etməsi anlamına gəlmir. Belə ki, bunlardan başqa şəxsin istehlakçı ilə razılıq əldə etməsi və satış məqsədilə olan digər hallarda nəzərə alınmalıdır. Lakin məhkəmə istintaqı zamanı tətqiq olunmuş sübutlardan təqsirləndirilən şəxsin göstərilən narkotik vasitələri satış məqsədilə əldə etməsi sübuta yetirilməmişdir. Məhkəmə yuxarıda göstərilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.3-cü maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-522/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş, barəsində 2 (iki) il 6 (altı) ay müdətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının 2 gününə hesablanaraq üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müdətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan sənədlərdə görünür ki, həmin hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırki iş üzrə cinayət əməli isə təqsirləndirilən şəxs tərəfindən 19.03 2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Belə olan halda məhkəmə hesab edir ki, həmin hökm üzrə təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən “azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.3-cü maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.3-cü maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 19 mart 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-135/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 81-84) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə bu hissədə Sabunçu Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cinayət işi materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsin azadlığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.3-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 05 ədəd sellofan bağlamalarda qablaşdırılmış vəziyyətdə qalıq çəkisi 2860.43 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 19 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 05 ədəd sellofan bağlamalarda qablaşdırılmış vəziyyətdə qalıq çəkisi 2860.43 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 17 (on yeddi) saata görə 187 (yüz səksən yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 5 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar